admin

Sozcu .az

Ukrayna və Rusiya prezidentlərinin görüşü üzərində işləyirik - Umerov

Yaxın gələcəkdə Rusiya ilə Ukrayna arasında “1000-ə 1000” düsturuna əsasən əsir  mübadiləsi aparıla bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov İstanbulda danışıqlardan sonra bildirib. “Tarixi bilirik, amma hələ deməyəcəyik”. Umerovun sözlərinə görə, danışıqlarda atəşkəsin “bütün üsulları” müzakirə olunub. Ukrayna nümayəndə heyətinin rəhbəri daha sonra ətraflı məlumat verəcəyini vəd edib. O əlavə edib ki, danışıqlar zamanı Ukrayna və Rusiya prezidentləri arasında mümkün görüş müzakirə olunub. "Biz bu məsələ üzərində işləyirik", - RBC-Ukrayna onun sözlərindən sitat gətirir.

Faktiki hava şəraiti açıqlandı: May ayında Azərbaycana qar yağır

Saat 18:00-a olan məlumata əsasən ölkə əraizisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Xaltan, Quba, Qusar, Altıağac, Beyləqan, Xaçmaz, Xınalıq, Daşkəsən, Göygöl, Qobustan, Qrız, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağda isə qar yağması müşahidə olunur. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 21 m/s-dək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Aran rayonlarında 23, Naxçıvan MR-da 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınır.

Zelenski və Avropa liderləri Trampla danışdı

Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra Ukrayna Prezidenti Vladimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampla telefonla danışıblar. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. Onun sözlərinə görə, Ukrayna və Rusiya Federasiyası nümayəndə heyətləri arasında İstanbulda aparılan müzakirələr bu telefon danışığının əsas mövzusu olub.

Füzuliyə dolu yağdı

Füzuli ərazisində yağışlı hava şəraiti daha sonra rayonun bir neçə yerində dolu yağıntısı ilə əvəzlənib. Sozcu.az xəbər verir ki, bu gün hava şəraiti Füzuli ərazisində də yağıntı ilə müşahidə edilib. Rayonun bir neçə yerinə isə dolu yağıb. Saat 15 radələrində başlayan yağış bir müddət sonra doluya çevrilib. Dolu dənələrinin diametri təxminən 1 santimetrə yaxın olub və bir neçə dəqiqə yağdıqdan sonra yenidən yağışla əvəzlənib. Dolu yağıntısı əsasan Füzuli şəhər mərkəzinə, Haramı düzünün Füzuli rayonu ərazisinə düşən hissəsinə, Kərimbəyli, Şükürbəyli və daha bir neçə kəndin ərazisinə düşüb.

Rusiya və Ukrayna prinsipial razılığa gəldi - Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna heyətləri arasında İstanbulda keçirilən görüşün nəticələrini açıqlayıb. Sozcu.az xəbər verir ki, o, bu barədə X hesabında yazıb. “Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib. Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılığa gəliblər. Onlar, həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”, - o bildirib.

Arif Hacılı Avropa İttifaqının diplomatları ilə görüşüb

 Müsavat Partiyası Məclisinin başqanı Arif Hacılı Avropa İttifaqının Azərbaycandakı səfirliyinin  Avropa Günü münasibətiylə təşkil etdiyi bayram tədbirində iştirak edib.  Sozcu.az xəbər verir ki,  Arif Hacılı səfir Petr Mixalko və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə görüşlər keçirdib.

Putin özünü pis vəziyyətə saldı, sanksiyalar hazırdır - Merz

Prezident Zelenskinin onsuz da Türkiyəyə getməsi çox böyük güzəştdir. Putin gəlmədi - özünü pis vəziyyətə saldı. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz özünün X səhifəsində yazıb. “Yeni sanksiyalar paketi hazırdır. Onu çərşənbə axşamı Brüsseldə qəbul edəcəyik”, - Merz bildirib.

Rusiya şərt irəli sürdü: ABŞ və Türkiyə olmasın... – Təcili

Rusiya nümayəndə heyəti Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda ABŞ nümayəndələrinin iştirakına qarşı çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə “İnterfaks” mənbəyə istinadla məlumat yayıb. Bildirilib ki, Türkiyə nümayəndə heyəti də salamladıqdan sonra danışıqları tərk etməlidir.

“Şəhid qardaşımın oğlu soruşur ki, əti yalnız Cənnətdə yeyə biləcək?.. Cavab verməkdə çətinlik çəkirəm...”

“Qəzzadakı aclığın ən çətin tərəfi bunu kiçik uşaqlara izah etməkdir...” “Martın 31-də Ümumdünya Ərzaq Proqramı unun tükənməsi və sobaları işə salmaq üçün lazım olan qazın olmaması səbəbindən daxil ola bildiyimiz üçü də daxil olmaqla, bütün çörək zavodlarının bağlandığını elan etdi. Bu, əsl aclığın başlanğıcını göstərirdi. Tezliklə xeyriyyə mətbəxləri də qida ehtiyatı tükəndiyi üçün bağlanmağa başladı. Onlarla təkcə son bir həftə ərzində bağlandı. İnsanlar daha da çarəsizləşdilər, bir çoxları “Facebook” və ya Telegram-da yerli qruplara müraciət edərək hər kəsdən münasib qiymətə bir kisə un satmağı xahiş edirdilər”. Moderator.az xəbər verir ki, bu ağrılı sətirlər Qəzzadan olan xanım yazıçı Hala əl-Xətibin İsrailin amansız bombardman və hücumlarıyla paralel ərzaq blokadasında da qalan Qəzzada son aylar baş verən dəhşətli aclıqdan bəhs edən məqaləsindəndir. “Biz  xeyriyyə mətbəxinin hələ də fəaliyyət göstərdiyi “şanslı” məhəllədə yaşayırıq. Səkkiz yaşı olan bacım qızı Dana dostları ilə hər gün onun qarşısında növbəyə düzülür, oyun kimi öz növbəsini gözləyir. Bir çömçə yemək alsa, özü ilə qürur duyaraq qaçaraq geri qayıdır. Yeməklər bitmədən növbəsi çatmazsa, bu dünyanın ədalətsizliyindən şikayət edərək göz yaşları içində qayıdır. Bir gün Ramazan ayında ailəsi ilə birlikdə evimizin yaxınlığındakı əl-Müfti məktəbinə köçən bir oğlan yemək almağa o qədər çalışırdı ki, sədəqə mətbəxinin bişirdiyi isti yemək qabına düşdü. O, ağır yanıq xəsarətləri alıb və sonradan ölüb. Qıtlıq əlamətləri keçidlərin bağlanmasından təxminən ay yarım sonra hər yerdə özünü göstərməyə başladı. Onları həyatımızın hər sahəsində görürük – ac qarına yatmaq, daxildə sürətli arıqlama, solğun üzlər, zəif bədənlər. Pilləkənləri qalxmaq indi bizdən ikiqat zəhmət tələb edir. Xəstələnmək asanlaşıb, sağalmaq çətinləşib. Qardaşlarım, 18 aylıq Musab və iki yaşlı Məhəmməd Ramazan ayında yüksək hərarət və qripə bənzər simptomlar inkişaf etdirdilər. Ərzaq və dərman çatışmazlığı ucbatından onların sağalması bir ay çəkdi. Anam fevralın sonlarında göz əməliyyatı keçirdikdən sonra yaranan ağırlaşmalar səbəbindən ağır görmə itkisindən əziyyət çəkirdi. Qidalanmaması və sağalması üçün lazım olan göz damcılarının olmaması onun vəziyyətini xeyli pisləşdirib. Özüm də pis olmuşam. Sərhədin bağlanmasından bir neçə gün əvvəl Nuseyratdakı əl-Avda xəstəxanasına qan verdim və bu, fiziki sağlamlığıma ciddi təsir etdi. İndi bədənimdə həddindən artıq zəiflik, çəki itirmək və diqqəti cəmləməkdə çətinlik çəkirəm. Həkimə getdiyim zaman konservləşdirilmiş yeməkləri dayandırmağı, daha çox meyvə və ət yeməyi tövsiyə etdi. Bilirdi ki, dediklərini etmək mümkün deyil, amma başqa nə deyə bilərdi?.. Bu vəziyyətin bəlkə də ən çətin tərəfi aclığı kiçik uşaqlara izah etməkdir. Qardaşlarım və bacılarım, sadəcə təmin edə bilmədiyimiz yeməkləri istəməkdən əl çəkə bilmirlər. Biz onları yemək gizlətməklə cəzalandırmadığımıza, sadəcə olaraq bizdə olmadığına inandırmaq üçün mübarizə aparırıq. Şəhid qardaşımın beş yaşlı Xalid hər gün anasının telefonunda yemək şəkillərinə baxarkən ət istəyir. O, görüntülərə baxır və şəhid atasının bütün bunları cənnətdə yeyib-yeyə bilməyəcəyini soruşur. Sonra özünün Cənnətə getmək növbəsinin nə vaxt gələcəyini, atasına qoşulub onunla yemək yeyəcəyini soruşur. Cavab verməkdə çətinlik çəkirik. Ona “səbirli ol” və səbrinin qarşılığını alacağını deyirik... Gündəlik aclıq və çarəsizlik səhnələrini görəndə özümü aciz hiss edirəm. Özümə sual verirəm ki, uşaqların bədənlərinin arıq və kövrək olduğunu, xəstələrin və yaralıların yavaş-yavaş öldüyünü görəndə dünya necə susur?.. İşğal bizi öldürmək üçün hər üsuldan istifadə edir - bombalama, aclıq və ya xəstəlik. Bizi bir tikə çörək üçün dilənməyə salıblar. Bütün dünya seyr edir və elə göstərir ki, guya bir çörəyi də bizə  verə bilməz...”- davamında qəzzalı yazıçı vurğulayır.

“Milla”da dəhşət: əli sındı, kompensasiya verilmədi

“Milla Dairy” MMC-də çilingər iş zamanı xəsarət alıb. Onun əli sınıb. İşçi buna görə şirkəti günahkar bilib. Sozcu.az xəbər verir ki, çilingər Murad Məmmədov şirkətə məxsus avtomobili təmir edərkən bolt qırılıb və əlindən xəsarət alıb. M.Məmmədov bildirib ki, avtomobilin sürət qutusunun bərkidilmə boltlarının yarasız olması barədə dəfələrlə məlumat verdiyini deyib. Boltların yenisi ilə əvəz olunmasını tələb edib. Məmmədov tələblərini şifahi qaydada etdiyini bildirib. İşin “whatsapp” qrupunda da bu barədə məlumat paylaşıb. Həkimə müraciət edən Məmmədov əlinin sındığını öyrənib. Əlinə gips qoyulsa da sınıq düzgün bitişməyib. O, fizioterapiya ilə müalicəni davam etdirib. Məmmədov şikayətində dəymiş zərərin ödənilməsini tələb edib. Məhkəmə araşdırması zamanı Məmmədovun iş vaxtı xəsarət alması, təhlükəsizlik qaydalarına əməl edilməməsi aydınlaşıb. Lakin hadisədən bir ildən çox müddət keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Qeyd edək ki, “Milla Dairy” MMC ölkədə süd və süd məhsulları istehsal edən böyük müəssisələrdən biridir.Musavat.com)

Azərbaycanda ticarət mərkəzində FACİƏ

Şamaxıda xadimə hündürlükdən yıxılıb. Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Megacity" ticarət mərkəzində baş verib.  Burada xadimə işləyən 32 yaşlı Günel Vəkalət qızı Yəhyayeva 3-cü mərtəbənin pəncərəsindən yerə yıxılıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.   Araşdırma aparılır.

Bakıda ermənilərin məhkəməsi davam etdirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə Ermənistan ordusunun işğal və mülki əhalinin qətliamı faktları ilə bağlı ifadələr dinlənilib Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Türkiyə-ABŞ-Ukrayna danışıqları başladı

Bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna, həmçinin Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşləri keçiriləcək. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu anlarda Türkiyə-ABŞ-Ukrayna danışıqları artıq başlayıb. Ukraynadakı müharibə ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gələn Amerika nümayəndə heyətinin əhvalı “olduqca tutqun”dur. Bu barədə mayın 16-da dövlət katibi Marko Rubio ilə Türkiyəyə uçan BBC müxbiri Tom Beytman məlumat verib. Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü İstanbuldakı "Dolmabahçe" sarayında keçirilir. Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ukrayna nümayəndə heyətinə isə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.

Putinlə 2-3 həftə ərzində görüşmək olar - Tramp

ABŞ prezidenti Donald Tramp 2-3 həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

İlham Əliyev Koşta və Leyenlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə görüşü olub. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rəsmi məlumatda deyilir: 3 il əvvəl törədilən cinayətdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü şəxs avtomat silahdan istifadə etməklə qəsdən adamöldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamı ilə tutulub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adamöldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması) maddələri üzrə istintaq aparılır. Qeyd edək ki, mayın 6-da Saqareco rayonunun Keşəli kəndindən olan Aydın Həmzəyevin ailə üzvləri və yaxınları Tiflisdə Baş Prokurorluq qarşısında aksiya keçirib, qatilin cəzalandırılmasını tələb edib. Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Türkiyə, ABŞ və Suriya arasında Ankarada görüş keçirildi

Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Türkiyə, ABŞ və Suriya xarici siyasət idarələrinin rəhbərləri arasında üçtərəfli görüş baş tutub. Sozcu.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Mark Rubio, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriya xarici işlər naziri Əsəd əş-Şeybani arasında danışıqlar Belek rayonundakı NEST Konqres Mərkəzində keçirilib. Hakan Fidan Dəməşqə qarşı tətbiq edilən bütün sanksiyaların aradan qaldırılmasına və Suriyada sabitliyin pozulmasına yol verilməməsinə çağırıb.

Vüsal Məmmədov işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) İcraçı direktoru vəzifəsindən azad edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) Müşahidə Şurasının 15 may 2025-ci il tarixli qərarı ilə Vüsal Ələkbər oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.

Məmurları bər-bəzəkli villada, kasıbları isə daxmada yaşayan məmləkət...

"Desəm öldürərlər, deməsəm ölləm". Şair necə də düzgün yazıb bu misraları... Məmurları bər-bəzəkli villada, kasıbları isə daxmada yaşayan məmləkət... Məlumdur ki, Azərbaycanda sosial-iqtisadi vəziyyəti aşağı olan, ağır durumda yaşayan yüzlərlə vətəndaşın mənzili yoxdur. Həmin vətəndaşlar məcburiyyət qarşısında qalaraq, ailə üzvlərilə birlikdə soyuq yarımtikililərdə, daxmalarda, zirzəmilərdə, eləcə də kommunal şəraiti olmayan "ev"lərdə səfalət içində kirayədə yaşayırlar.  Çox qəribədir ki, zəngin ölkədə yaşayan vətəndaşların mənzili niyə olmasın ki? Şair-jurnalist kimi mənə çox təəccüblüdür ki, neft-qaz ölkəsi olan milyonlar səltənəti Azərbaycanda aztəminatlı və çoxuşaqlı ailələrin mənzili nə üçün yoxdur axı? Azərbaycan saysız-hesabsız təbii sərvətlərə malik olduğu halda, belə bir zəngin məmləkətin vətəndaşlarının mənzili nəyə görə olmalı deyil? Görəsən bunun səbəbi nədir? Yəni yüksək vəzifəli məmurlar bu sualın cavabını bilmir? Əslində bu sualların ən düzgün cavabını məmurlar daha yaxşı bilir. Hörmətli oxucular, bəs sizlər necə, bilirsinizmi bu sualların cavabını?  Sizcə, bunun səbəbləri nədədir? Bu haqda düşünmüsünüzmü nə vaxtsa? Yoxsa bu haqda düşünməyi hələ bu vaxta qədər ağlınızdan keçirməmisiniz? Axı hansı səbəblər baxımından Azərbaycan adlı məmləkətdə məmurlar təmtəraqlı, möhtəşəm, bər-bəzəkli villada yaşayır, kasıblar isə daxmaya bənzər kirayə "ev"lərdə, (ev demək mümkünsə) min bir çətinlik içində, əzab-əziyyətlə dilənçi günündə yaşayır?  Bu yedə sual yaranır. Bu məmləkətin çoxlu sayda təbii sərvətlərindən, eləcə də neftdən gələn milyonlar, milyardlar hanı bəs? Zəngin ölkə olan Azərbaycanın yerüstü və yeraltı sərvətlərindən büdcəyə daxil olan maliyyə vəsaiti hara və necə xərclənir?  Necə bilirsiniz, bu pul-para korrupsioner məmurların cibinə dolurmu? Əgər belədirsə, haqq-ədalət budurmu? Sözün bitdiyi andı. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Azərbaycanda "Son zəng"lə bağlı ciddi QADAĞA

“Son zəng” tədbirinin təmtəraqlı keçirilməsi təlimata uyğun olaraq qadağan edilib. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib. O bildirib ki, bu, məntiq çərçivəsində keçirilməli bir tədbirdir: "Biz cəmiyyət olaraq öyrənə-öyrənə gedirik. İnanıram ki, valideyn-müəllim asosiassiyasının da vəsaitləri daha yaxşı şeylərə sərf olunmalıdır. Tədbirin təmtərağına yox, onun yadda qalmağının, özününkü olmağına yönəlməlidir". Vəfa Yaqublu qeyd edib ki, “Son zəng”də şagird məktəbli formasında olmalıdır. Çünki məktəbli forması mənsubiyyət göstəricisidir: "Bu o deməkdir ki, “Mən bu məktəbin bir hissəsiyəm. Bu məktəb də mənim üçündür”. O bildirib ki, uşaqlar “Son zəng” günündə məktəbli forması ilə də sağollaşırlar. Hər bir fəaliyyətin bir mənası olmalıdır: “Onlarla “Son zəng” tədbirində olmuşam. Bu tədbirlər emosional tədbirdir və uşaqlar öz emosiyalarını, fikirlərini səmimi şəkildə göstərməlidirlər. Məktəb ictimai qurumdur. Burada müxtəlif sosial rifah səviyyəsində olan insanlar təhsil alırlar. Bu cür tədbirlər o qədər ziyalıcasına, həssas qurulmalıdır ki, hər bir uşaq orada özünü komfort hiss etsin. 150 manatı verənin yanında o biri uşaq özünü piss hiss etməsin. Mən uşaqların səlahiyyətləndirilməsi məsələsinə diqqət yetirmək istəyirəm. Məşhur sosioloq-pedaqoq var – Rocer Hard. “Rocer Hardın nərdivanı” adlı nəzəriyyə var, orada uşaqların səlahiyyətləndirilməsini səkkiz pilləyə bölür. Ən aşağı pillənin adını “imitasiya-monipulyasiya” qoyub, ən yuxarı səkkizinci pillə isə uşaqların özlərinin tədbiri təşkil etməsi və böyüklərdən kömək istəməsidir. Bizim halımız “imitasiya-monipulyasiya” səviyyəsindədir. Hamısı bir-birinin təkrarı olan tədbirlərdə məzunlar emosiyaları sözlə ifadə etmək imkanından məhrum olurlar. Uşaq orada emosional zövq almır”.bakupost)

ABŞ rəsmiləri: Rusiya Ukraynada yeni hücum üçün qüvvə toplayır

ABŞ rəsmiləri hesab edir ki, Rusiya yaxın vaxtlarda Ukrayna ərazisində yeni hücum əməliyyatlarına başlaya bilər. Bu barədə CNN telekanalı məlumat yayıb. Amerikalı rəsmilər jurnalistlərə bildiriblər ki, Ukrayna və Rusiya nümayəndələri Türkiyədə mümkün görüşə hazırlaşdıqları bir vaxtda, Rusiya cəbhə bölgələrində hərbi qüvvələrini artırır. Bu hazırlıqlar, onların fikrincə, yeni ərazilərin işğalına yönəlmiş hücum planlarının göstəricisidir. CNN-ə danışan mənbə qeyd edib: “Putin Kiyev ətraflarınadək istənilən ərazini ələ keçirməyə çalışacaq. Ruslar əldə edə biləcəkləri hər şeyi almaq üçün bütün səylərini səfərbər edəcəklər”. Rəsmilər bu cür hərbi hazırlığın, eyni zamanda sülh danışıqlarına dair çağırışlarla paralel aparılmasının Moskvanın səmimiyyətinə dair ciddi suallar yaratdığını bildirirlər.

Alimenti ödəməyən 2298 nəfərin ölkədən çıxışına qadağa...

Ötən il alimenti ödəməyən 2 298 şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 2024-cü il ərzində 113 806 aliment işi üzrə mütəmadi və ya müəyyən gecikmələrlə aliment ödənilib, 4 974 iş üzrə ödəniş edilməyib. Nazirlikdən verilən məlumata görə, alimentin qərəzli şəkildə ödənilməməsinə görə borclular inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər. 2025-ci ilin birinci rübü üzrə aliment ödəyənlərin sayı 115 265 nəfər, ödəməyənlərin sayı 5731 nəfər olub. 2025-ci ilin birinci rübündə aliment ödəməkdən qərəzli şəkildə yayınan şəxslər barəsində inzibati və cinayət hüquqi təsirli tədbirlər görülüb.

Danışıqlar bu gün və ya sabah baş tuta bilər - Zelenski

Ukrayna İstanbulda danışıqların vaxtı ilə bağlı ABŞ və Türkiyədən aydın siqnallar gözləyir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında bildirib. "Danışıqlar bu gün və ya sabah baş tuta bilər", - Zelenski qeyd edib.

Rusiya İstanbul görüşünə ciddi yanaşmır - Zelenski

Rusiya tərəfi İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə Ankarada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində hər hansı qərar qəbul etmək səlahiyyəti olan rəsmi şəxslər yoxdur.

Yevlaxda 15 yaşlı qız əməliyyat zamanı öldü - Cinayət işi açıldı

Şəxsin cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Yevlax rayon prokurorluğunun məlumatında deyilir. Ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin Məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

İlham Əliyev daha iki fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur: 1.2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi; 1.2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti; 1.2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddində dəyişiklik edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789, № 12 (I kitab), maddə 1292) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1-ci bənddə “5-1.1-ci” sözləri “5-2.1-ci” sözləri ilə, “5-1.8-ci, 5-1.9-cu” sözləri “5-2.8-ci, 5-2.9-cu” sözləri ilə əvəz olunsun və həmin bəndə “13.3-1-ci,” sözlərindən sonra “14-1.1-ci maddələrində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində, 14-1.6-cı,” sözləri əlavə edilsin; 3.2. 2.4.1-ci yarımbənddə “ölkələrin” sözü “dövlətlərin” sözü ilə əvəz edilsin; 3.3. 2.5-ci bənddə “5-1.4-cü” sözləri “5-2.4-cü” sözləri ilə, “5-1.6-cı” sözləri “5-2.6-cı” sözləri ilə əvəz edilsin; 3.4. 2.5-1-ci bənddə “5-1.1-ci” sözləri “5-2.1-ci” sözləri ilə, “5-1.9-cu” sözləri “5-2.9-cu” sözləri ilə əvəz edilsin; 3.5. 2.9-1-ci bənddə “5-1.8-ci” sözləri “5-2.8-ci” sözləri ilə əvəz edilsin; 3.6. aşağıdakı məzmunda 2.13-2-ci bənd əlavə edilsin: “2.13-2. həmin Qanunun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur: 2.13-2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi; 2.13-2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti; 2.13-2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;”. 4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.16-2-ci yarımbənd əlavə edilsin: “3.1.16-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları yoxlamaq;”. *** Prezident İlham Əliyev “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1541 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 1. 1-ci hissədə, 2.1-ci və 2.2-ci bəndlərdə “və yenidənhazırlanma növləri” sözləri “istiqaməti” sözü ilə əvəz edilsin. 2. 4-cü hissə üzrə: 2.1. 4.1-ci bənddə “növü” sözü “istiqaməti” sözü ilə əvəz edilsin; 2.2. 4.2-ci bənd ləğv edilsin; 2.3. 4.3-cü bənddə “və yenidənhazırlanma növləri” sözləri “istiqaməti” sözü ilə əvəz edilsin.

Bakıda körpü uçdu, yol bağlandı

Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsində avtomobil körpüsü uçub. Sozcu.az Milli.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində yol bağlanıb. Yolun bərpası istiqamətində müvəqqəti işlərin görülməsinə başlanılıb.

Axşam Bakıya leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 15-i axşam saatlarında arabir yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Daha 5 itkin-şəhid dəfn ediləcək - FOTO

Daha 5 itkin-şəhid dəfn ediləcək.  Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

Aytacdan sonra daha bir meyit tapıldı

Tiflisdə Kür çayının suyunun azaldılmasından sonra aparılan axtarışlar nəticəsində daha bir naməlum meyit aşkarlanıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, məlumatı Fövqəladə Halların İdarəetməsi Xİdməti yayıb. Bildirilib ki, axtarışlar nəticəsində mayın 14-də baş vermiş avtomobil qəzası ilə əlaqəli olmayan daha bir meyit aşkarlanıb. Xilasedicilər çaya düşmüş avtomobilin 2 sərnişinin meyitlərini də tapıblar. Qeyd edək ki, xilasedicilər ötən gün axtarışlar zamanı Ortaçala SES yaxınlığında naməlum qadın meyiti aşkarlayıblar. Tibbi ekspertiza nəticəsində onun Qardabani rayonunun Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədovanın olduğu məlum olub. Avtomobil qəzası nəticəsində itkin düşmüş daha bir şəxsin axtarışları davam etdirilir.

Xaçmazda maşın 11-ci sinif şagirdini vurub öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məcidovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətlər alan piyada ölüb. Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyurdu. Faktla bağlı araşdırma aparılır. 

Müəllimlərin sertifikasiya imtahanlarının dəqiq TARİXLƏRİ

İnsan Resursları Mərkəzi müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı yeni məlumat yayıb. Sozcu.az xəbər verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. İnsan Resursları Mərkəzindən bildirilib ki, test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər. Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz: //youtu.be/lpLKFasQtm4 Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

“Georgi lenti” taxan yeni sədr - FOTO

İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad olunub. Onun tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi Saleh Səmədova baha başa gəlib. Sozcu.az-ın məlumatına görə, S.Səmədovun vəzifəsindən azad edilməsindən sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq sədrin birinci müavini Vahid Tağıyevə həvalə olunub. Ancaq maraqlıdır ki, Vahid Tağıyev də Saleh Səmədovdan geri qalmır. Belə ki, Vahid Tağıyev də qalmaqala səbəb olan tədbirə sinəsinə “Georgi lenti” taxaraq qatılıb. Qeyd edək ki, S.Səmədovun atdığı addım Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdi. Qurumun bu dəfə Vahid Tağıyevin sinəsindəki “Georgi lenti”nə necə reaksiya verəcəyi maraqla gözlənilir.bakupost)

"Kim müəyyən edəcək ki, həkim vicdanlı, yaxud vicdansız hərəkət edib?"

“Tibb işçilərinin fəaliyyəti bu cür tək-tük təsadüfi qaydalar, yaxud mənəvi prinsiplərlə deyil, konkret meyarlrla müəyyən edilməlidir. Bütün dünyada həkim etikası kodeksi var. Həmin kodeksdə aydın göstərilir ki, həkimin xəstəyə münasibətdə səhlənkarlıq elementləri nədən ibarətdir”. Sozcu.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, Milli Məclisdə tibb işçilərinin "vicdansız və laqeyd yanaşama"sına əsasən əlavə və düzəlişlərlə müqayisədə beynəlxalq standartlar mövcuddur: “İkinci tərəfdən, müayinə, müalicə, diaqnostika prosesləri zamanı səhlənkarlığın, tibbi səhvlərin yol verilməsinin çeyrları da sözügedən kodeksdə göstərilib. Bundan başqa klinik protokollar mövcuddur. Necə biləcəyik ki, müalicə düz aparılıb, ya yox? Bu yalnız standartlar əsasında müəyyən edilə bilər ki, müalicə-diaqnostika prosesində hansı yanlışlıqlar olub. Ona görə də, təcili klinik protokolların tətbiqinə və həkim etikası kodeksi adlı qanunun tətbiqinə başlamalıyıq. Nəinki bu cür əndrəbadi qaydalar, qanunlar qəbul etməyə...”  A. Qeybulla qeyd edib ki, tibb işçilərinin vicdanlı, yaxud vicdansız hərəkətinin müəyyən edilməsi üçün xüsusi tibbi komissiyaları olmalıdır: “Ortaya bir sual ortaya çıxır: kim müəyyən edəcək ki, həkim vicdanlı, yaxud vicdansız hərəkət edib? Bunu hüquq-mühafizə orqanları müəyyən edə bilməzlər. Bunun üçün xüsusi tibbi komissiyalar olmalıdır. Komissiyanın, yaxud komissiyaların işi üçün isə müəyyən meyarlar ehtiyac var. Məhz klinik protokollar əsasında. Ona görə də klinik protokolların tətbiqi, həkim etikası kodeksində bu məsələnin təsbit edilməsi, ayrı-ayrı vaxtlarda hüquqi məsuliyyət prosedurunun müəyyən edilməsi məhz bu amillərdən asılıdır”.

4 uşaq anası xəstəxanada müayinə zamanı öldü

Gəncədə müayinə üçün xəstəxanaya gələn 4 uşaq anası orada ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada baş verib. Şəhər sakini, 1966-cı il təvəllüdlü Ramilə Bayramova qan təzyiqi ilə bağlı xəstəxananın təcili yardım şöbəsinə müraciət edib. Müayinə edilərkən qadının təzyiqi qəfil yüksəlib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın müayinə otağında dünyasını dəyişib.

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Daşkəsən rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, zəhərlənənlər 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyevdir. Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər ailə üzvlərinə ilkin tibbi yardım göstəriblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. İlkin ehtimallara görə, ailə yaşadıqları evin vanna otağında dəm qazına məruz qalıb. Faktla bağlı araşdırma aparılır.

“Putin gəlməsə, bu, onun məğlubiyyəti kimi görünəcək” - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi təqdirdə atəşkəs və bütün əsirlərin mübadiləsini müzakirə etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, Zelenski bu barədə “Liberation”a müsahibəsində deyib. “Əgər mən onunla görüşsəm, siyasi qələbə ilə çıxmalıyıq - atəşkəs, bütün əsirlərin bütün əsirlərə dəyişdirilməsi...”, - Zelenski deyib. O qeyd edib ki, ruslar ukraynalılara, ukraynalılar isə ruslara etibar etməyəcək. Ukrayna prezidentinin sözlərinə görə, bütün razılaşmaların yerinə yetirilməsinə yalnız kənar vasitəçilər zəmanət verə bilər. Zelenski müharibənin hər iki tərəfinin hörmətinə səbəb olacaq etibarlı və balanslaşdırılmış vasitəçiliyin vacibliyini vurğulayıb. Prezident ABŞ-ı mümkün qarant kimi göstərib. Ukrayna prezidentinin fikrincə, Donald Trampın da iştirakı Putini sabah İstanbulda keçiriləcək görüşə gəlməyə həvəsləndirə bilər: “Putin gəlməsə, bu, onun üçün tam məğlubiyyət kimi görünəcək”. Bundan əlavə, Zelenski ABŞ və Avropa İttifaqını Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Münaqişənin müddəti ilə bağlı suala cavabında Zelenski bunları deyib: "Bunun nə qədər davam edəcəyini heç kim bilmir. Amma 10 il yox. Ukrayna dözə bilməyəcək... Bu, hamı üçün pisdir, nəinki dostlar, həm də düşmənlər üçün də", - o deyib.

Kürdəmirdə qadın əməliyyatdan sonra öldü

Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Məlumata görə, rayonun Atakişili kənd sakini Abdullayeva Pərvanə Alı qızı xəstəxanada appendiksdən əməliyyat olunduqdan sonra halı pisləşib və ölüb. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Qubada dəhşət: Fəhlələri cərəyan vurdu - Ölən var

Qubada iki nəfəri elektrik cərəyanı vurub. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Əski İqriq kəndinin ərazisində baş verib. Burada Bakı şəhər sakini 40 yaşlı Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən paytaxt sakini 60 yaşlı Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mersedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib. Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri 25 yaşlı Əsəd Elman oğlu Hüseynquliyevi və 24 yaşlı Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub. Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır. Araşdırma aparılır.

Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xocalı və Ağdərəyə maşınla getmək olacaq

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. 2025-ci ilin mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. Qeyd edək ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi. “Yolumuz Qarabağa” portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla, maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər. Vətəndaşlar həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.

Şair-jurnalist kimi etdiyim müraciətlər ölkə Prezidentinə niyə çatdırılmır axı?

Göndərdiyim məktublar, teleqramlar, cənab Prezidentdən nə üçün gizlədilir? Hörmətli oxucular, şair-jurnalist kimi bu yazımda çox ciddi bir məsələ haqqında öz fikirlərimi bölüşmək istəyirəm.  Qeyd edim ki, 25 ildir mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Onu da deyim ki, mənzilim olmadığı üçün ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə evlərə köçmüşük. Çox-çox böyük təəssüf hissilə deyirəm ki, hələ də mənzilim yoxdur. Mətbuat səhifələrində ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vaxtaşırı olaraq ədəbiyyat adamlarına, şairlərə, jurnalistlərə, idmançılara, sənət adamlarına-xanəndələrə, müğənnilərə, aktyorlara, eləcə də ayrı-ayrı sahələrdə çalışan bir çox vətəndaşlara mənzil hədiyyə etdiklərilə bağlı xəbərlər oxuyuruq. Sözsüz ki, bu, çox xoşagələn haldır. Mənzil hədiyyə edilən vətəndaşlar da bu diqqətə və sayğıya görə ölkə Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürlərini bildirirlər. Əlbəttə, mənzillə təmin olunan şəxslər təbii ki, ölkə başçısına minnətdarlıq etməlidir.  Uzun illərdir jurnalist kimi dövlətimə, Vətənimə yüksək səviyyədə xidmət edirəm. Mənzilim olmadığı üçün başqalarının kirayə evlərində çətinliklə və əzab-əziyyət içində yaşayıram. Belə olan halda dövlət tərəfindən mənzillə məni nə üçün təmin etmirlər axı?  Amma şair-jurnalist kimi mənə çox təəccüblüdür ki, dövlət tərəfindən mənzillə təmin olunan bir çox şəxslərin mənzili var. Ölkə mətbuatından da məlum olduğu kimi mənzil hədiyyə edilən həmin şəxslər hətta bir yox, bir neçə mənzil sahibidir.  Sual olunur ki, bir və bir neçə mənzil sahibi olan vətəndaşların sənədləri, təqqimatı ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iş masasının üzərinə necə, hansı şəraitdə və kimlər tərəfindən qoyulur.  Jurnalist olaraq mənə çox maraqlıdır ki, bir və bir neçə yerdə mənzili olan şəxslərə yenidən mənzil verilməsi üçün o şəxslərin  təqdimatını ölkə prezidentinə, eləcə də Birinci vitse-prezidentə bir neçə gün ərzində kimlər təqdim edir? Etiraf edirəm, bu sual məni elə çox düşündürür ki... Çünki şəxsən mən şair-jurnalist kimi 10 ildir ki, dövlətin bir çox qurumlarına və Prezident Administrasiyasına, eləcə də Heydər Əliyev Fonduna rəsmi şəkildə müraciət edirəm, poçt vasitəsilə məktub və hətta teleqram da göndərirəm.  Təəssüf ki, bu 10 il ərzində müraciətlərimin heç biri Prezident Aparatının bu məsələlərlə bağlı  aidyyatı sektor və şöbələri tərəfindən cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmır. Axı buna səbəb nədir? Yəni müraciətim nədən öz müsbət həllini tapa bilmir? Mənzil problemimlə əlaqədar olaraq mənimlə bağlı təqdimat nəyə görə Prezident cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya göndərilmir?  Düşünürəm ki, görəsən bu məsələlərdə görünməyən hansı tərəflər və hansı səbəblər var? Nə üçün 10 il ərzində rəsmi şəkildə mənim göndərdiyim yazılı müraciətlər Prezidentə çatdırılmır, amma mənzili olan şəxslərin sənədləri, təqdimatı isə bir neçə günə ölkə Prezidentinə çatdırılır. Bu məsələlərdə nə sirr var axı? Bəs mən bu sirri indiyə kimi nəyə görə bilmirəm? Mayın 25-i ulu Şirvan yurdunda-Ağsuda bu dünyaya göz açdığım gündür. Düşünürəm ki, ömrümün bu əlamətdar günündə Prezident cənab İlham Əliyev ziyalılara, ədəbiyyat adamlarına mənzil bağışladığı kimi mənə də mənzil bağışlayar. Ad günüm ərəfəsində dövlət başçısı məni də mənzillə təmin etsə, bu, sözün əsl mənasında şair-jurnalist kimi mənim üçün dövlətim tərəfindən çox qiymətli və çox dəyərli hədiyyə olar! Təki belə olsun! P. S. Məlum olduğu kimi iyulun 22-də Azərbaycan milli mətbuatının 150 illiyi keçiriləcək. Ümidliyəm ki, müraciətlərim ölkə Prezidentinə çatdırılsa, jurnalist kimi 25 illik fəaliyyətim nəzərə alınar və cənab Prezident İlham Əliyev mənə də mənzil hədiyyə edər! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Məmurlar nə üçün məsuliyyətsizlik edir? Səhlənkarlıq onlarda hardan qaynaqlanır?

Birbaşa mətləbə keçəcəyəm. Son illər sosial şəbəkələrdə, Yutubda, eləcə də bəzi internet resurslarında paytaxt Bakıdakı bir çox problemlərin əks olunduğu videolarla qarşılaşıram.  Təəssüflər olsun ki, həmin videolarda çox utancverici və biabırçı mənzərələri görürük. Yeri gəlmşkən qeyd edim ki, paytaxt Bakıda ötən ilin oktyabrında yağan yağışda Sabunçu tunelində 2 nəfər gənc insan həyatını faciəli surətdə itirmişdi. Həmin problemli tunellə bağlı çoxlu sayda videolar çəkilib və jurnalistlər tərəfindən  tənqidi yazılar da yazılıb. O videolara baxanda məlum olur ki, həmin tuneldəki problemlər öz həlli yollarını tapmaqda çətinlik çəkir. Eləcə də də paytaxtın bir çox yerlərində yağış suyunu kanalizasiyaya yönəltmək üçün drenaj xətləri yoxdur. Bu baxımdan da yağış yağanda Bakının yolları keçilməz günə düşür. Təbii ki, nəticədə isə Bakı əhalisi çox böyük əzab-əziyyət çəkir.  Sual yaranır ki, yüksək vəzifəli şəxslər, məmurlar Bakıda yaranmış problemlərdən əhalinin dözülməz, məşəqqətli vəziyyətə düşdüyünü, çətinliklə üz-üzə qaldığını görmür yəni? Digər bir ciddi məsələyə də toxunmaq istəyirəm. Bakıda, həmçinin Bakıətrafı qəsəbə və kəndlərin bəzilərində məişət tullantılarının yığılması üçün zibil qutuları yoxdur. Eləcə də bir çox küçələr yaxşı süpürülmür, təmizlənmir və bunun da nəticəsində antisanitar vəziyyət yaranır. Görən paytaxt Bakıda yaranmış problemləri aidiyyatı qurumlar vaxtında niyə həll edə bilmirlər? Səbəb nədir ki?  Şair-jurnalist kimi mənə çox maraqlıdır ki, ümumiyyətlə bu ölkənin məsuliyyətsiz, səhlənkar məmurları nə işlə məşğul olur görəsən, bilən varmı? Çünki Azərbaycan adlı məmləkətdə bir çox sahələrdə o qədər problem var ki, bilmirsən hansı birindən söz açasan? Bu yerdə Bak Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov cənabına sual ünvanlayıram. Cənab Eldar Əzizov, paytaxt Bakıdakı problemləri yəni görmürsünüzmü? Əgər paytaxtımızdakı problemləri cavabdeh şəxs olaraq görmürsünüzsə, niyə və hansı səbəblər baxımından görə bilmirsiniz? Paytaxt Bakının bir çox problemləri nə üçün vaxtında həll olunmur? Onu da vurğulayım ki, hətta Bakının bəzi problemləri aylarla, çox vaxt isə illərlə öz həllini tapa bilmir.  Bütün bunlara səbəb nədir? Bu səbəblər hardan qaynaqlanır axı? Necə düşünürsünüz, sizcə bu, məmur məsuliyyətsizliyindən irəli gəlirmi? Yoxsa bəzi məmurlar öz işinə bilərəkdən səhlənkar yanaşır? Hörmətli Eldar Əzizov, jurnalist kimi xahiş edirəm ki, sizə ünvanladığım bu sualları cavablandırasınız? XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Növbəti iki gün güclü külək əsəcək – Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Gədəbəy, Göygöl, Qazax, Tovuz, Samux, Ağstafa, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Kürdəmir, Ucar, Saatlı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, İsmayıllı, Ağsu, Şamaxı, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara, Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında eyni zamanda Daşkəsən, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Bərdə, Yevlax, Neftçala, Hacıqabul, Ağcabədi, Mingəçevir, Qusar, Qobustan, Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Şəhid ailələrinin mənzillə təminatı müddəti uzadıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 65 (Cild I); 2024, № 2, maddə 171) 1-ci və 3-cü hissələrində “2025-ci” sözləri “2030-cu” sözləri ilə əvəz edilsin.

Faktiki hava: bu rayonlara yağış yağır

Milli Hidrometeorologiya Xidmətinin mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Sozcu.az-a xidmətdən verilən məlumata görə, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır. Zaqatalada qərb küləyinin sürəti arabir saniyədə 17 metrədək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

"Putin mənimlə birbaşa danışıqlardan qorxur..." - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya diktatoru və Ukraynaya qarşı müharibənin təşəbbüskarı Vladimir Putinin onunla birbaşa danışıqlardan qorxduğunu vurğulayıb.  Sozcu.az xəbər verir ki, "UNİAN"-ın müxbirinin verdiyi məlumata görə, bu barədə Ukrayna lideri brifinqdə bildirib. Ukrayna prezidenti xatırladıb ki, martın 11-də Ukrayna ABŞ-ın Səudiyyə Ərəbistanında keçirilən görüşdə tam qeyd-şərtsiz atəşkəslə bağlı təklifini tam dəstəkləyib, çünki Ukrayna müharibəni dayandırmağa çalışır. Eyni zamanda, Prezidentin qeyd etdiyi kimi, bu təklif danışıqlar platformasında 63 gündür ki, qüvvədə qalır. "Mən bunu prezident Trampa dəfələrlə vurğulamışam. Hesab edirəm ki, Putin müharibənin bitməsini istəmir, atəşkəs istəmir, heç bir danışıqlar istəmir. Hələ onun mənimlə birbaşa danışıqlardan qorxmasından danışmıram", - Zelenski vurğulayıb. Zelenski İstanbulda Putinlə görüşməyə hazırdır... "UNİAN"-ın məlumatına görə, Zelenski Rusiya diktatoru Vladimir Putinlə həm Ankarada, həm də İstanbulda görüşməyə hazırdır. Və Ukrayna belə yüksək səviyyəli görüşün baş tutması üçün hər şeyi edir. "Əgər Putin həqiqətən də təkcə mediada deyil, real həyatda da görüşməyə hazırdırsa. Və sonra liderlər səviyyəsində atəşkəs barədə razılığa gəlmək üçün hər şeyi edəcəyik. Çünki atəşkəslə bağlı mən onunla razılaşmalıyam. Çünki buna yalnız o qərar verib", - Zelenski bildirib.

Saleh Səmədov SSRİ bayrağına görə VƏZİFƏDƏN ÇIXARILDI

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçilib. Sozcu.az xəbər verir ki, iclasda informasiya resurslarında yayılmış, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.  İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.  Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.

AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır

Xəbər verdiyimiz kimi, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonu üzrə "3 nömrəli Yol İstismarı" İdarəsinin rəisi Rafiq Kərimovu vəzifəsindən azad edib. Onun yerinə həmin vəzifəyə oğlu - Elməddin Rafiq oğlu Kərimov təyin olunub. Sozcu.az bildirir ki, Qaynarinfo Saleh Məmmədovun rəhbərlik etdiyi qurumun tabeliyində olan idarə və təşkilatların vergi borclarını araşdırıb. Müqayisə nəticəsində məlum olub ki, əvvəlki illərlə nisbətdə bu borclar əhəmiyyətli dərəcədə artıb. Xüsusilə bəzi Yol İstismarı idarələrinin vergi borcu milyonlarla manata çatıb. Vergi borcu olan idarələrin siyahısı və borc məbləğləri aşağıdakı kimidir: * "Bakı 1 №-li Yol İstismarı" MMC (Direktor: Zaur Həmzəyev Oktay oğlu) – 562,018.50 AZN * "41 №-li Yol İstismarı" MMC (Direktor: Fayiq Əliyev Rasim oğlu) – 922,295.02 AZN * "37 №-li Yol İstismarı" MMC (Direktor: Fizuli Quliyev Tofiq oğlu) – 1,005,201.28 AZN * "43 №-li Yol İstismarı" MMC (Direktor: İlham Əzimov Əli oğlu) – 9,077,526.56 AZN * "31 №-li Yol İstismarı" MMC (Direktor: Aqil Vəliyev Mehman oğlu) – 156,926.92 AZN * "16 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC (Direktor: Kazım Hüseynov Mirəziz oğlu) – 4,278,107.36 AZN * "23 №-li Yol İstismarı" MMC (Direktor: Mübariz Əkbərov Hilal oğlu) – 78,076.33 AZN * "3 №-li Magistral Yolların İstismarı" MMC (Direktor: Anar Süleymanov Nəriman oğlu) – 6,998,376.97 AZN Qeyd edilən məbləğlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə olan vergi borclarıdır.

Yaşar İbrahimov vəzifəsindən azad edildi

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-nin direktoru Yaşar İbrahimov vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, müəssisəyə rəhbərlik Samir Əliyevə həvalə olunub. Xatırladaq ki, “Azon zavodu” 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Onun nizamnamə kapitalı 554 928 manatdır.

Elmar Qasımov məhkəmə salonunda HƏBS EDİLDİ

Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Sozcu.az Apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elmar Qasımova 3 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərlə bağlı Dövlət Siğorta Agentliyinə ümumilikdə 288 min manat maddi ziyan vurub. E.Qasımov iş üzrə özünü təqsirli bilmədiyini bildirib. Dövlət Sığorta Agentliyi nümayəndəsi təqsirləndirilən şəxsə qarşı 1 milyon 90 min manatlıq mülki iddia qaldırıb. Bildirilib ki, mülki iddianın 288 min manatı dəymiş ziyan, qalan hissəsi isə cinayət tərkibi olmayan dəymiş ziyandır. İstintaq müddətində Elmar Qasımova Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib. İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

Fəhlənin sinəsinə armatur batdı

Ağdamda tikintidə fəhlənin sinəsinə armatur batıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun sinəsindən armaturu çıxarmaq üçün mərkəzə FHN-nin Qarabağ regional idarəsinin xüsusi riskli xilasetmə qrupu cəlb olunub. Fakt araşdırılır.

Şəhid qızının son sözü: “Atam gəldi” - QANDONDURAN HEKAYƏT

Xəbər verdiyimiz kimi, mayın 11-də şəhid Zaur Cəfərovun qızı Səlbi Cəfərli dünyasını dəyişib. Böyrək çatışmazlığından əziyyət çəkən 13 yaşlı Səlbi dünən Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Sozcu.az xəbər verir ki, 2 il əvvəl həkimlər Səlbiyə böyrək çatışmazlığı diaqnozu qoyub. Bundan sonra o, dialez xəstəsi kimi qeydiyyatda olub və mütəmadi müalicə alıb. Səlbi Cəfərli ötən müddət ərzində paytaxtın müxtəlif klinikalarında müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qohumları saytımıza açıqlamasında Səlbinin səhhətinin qəfildən pisləşdiyini deyiblər. Onların sözlərinə görə, Səlbi ölumundən bir gün əvvəl, mayın 10-da anasından onu atası ilə görusə aparmağı xahiş edib. Anası İradə Cəfərova övladının arzusunu yerinə yetirərək, onu İkinci Fəxri Xiyabanda uyuyan atası, şəhid polkovnik-leytenant Zaur Cəfərovun məzarını ziyarət etməyə aparıb. Həmin gün Səlbi üzünü atasının məzar daşına söykəyərək ətrafdakıların eşidə bilməyəcəyi tonda anlaşılmaz sözlər deyib. Yaxınlari bildirib ki, mayın 11-də Səlbinin səhhəti qəfildən pisləşib. O, xəstə yatagında bir neçə dəfə atasını istədiyini söyləyib. Sonra isə əlini göyə açaraq, "Ata, əlimdən tut" deyib. Bu hal bir neçə dəfə takrarlanıb. Qohumları deyir ki, Səlbinin son sözü onun başının üstündə dayanan qohumlarını heyrətə salıb: "Səlbi bir neçə dəfə atasını səsləyəndən sonra otağa dərin sükut çökdü. Bir müddət sonra gözlərini açıb bu sözləri dedi: "Atam gəldi". Bu, Səlbinin son sözləri oldu". Qeyd edək ki, Səlbinin atası Zaur Cəfərov Vətən Müharibəsi şəhididir. Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb. O, 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.   Zaur Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. yenisabah)

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

11:42 Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllüdlü Şəhriyar Hüseynov bu gün səhər saatlarında 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı güllələyərək qətlə yetirib. Qətli törətməkdə şübhəli bilinən Ş.Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib. Bildirilib ki, qətlə yetirilən gəlin bir müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işləyib. Bir neçə gün öncə ailəsinin təkidilə işdən çıxıb. Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Polad Həşimovun anası böyrəyini şəhid qızına vermək istəyib - VİDEO

13 yaşlı Səlbi Cəfərli... Ölüm xəbəri ilə bütün ölkəni məyus etdi. Atası Zaur Cəfərov vətən uğrunda döyüşlərə qatılmış, düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanı hərbi qənimət kimi ələ keçirib tankın üzərinə şəhid olan döyüş yoldaşının adını həkk etdiribmişdi. Körpə balasının böyrək çatışmazlığından əziyyət çəkməsi belə polkovnik-leytenant Zaur Cəfərovu Vətənin harayına qaçmaqdan saxlaya bilməmişdi. Bizlərə əmanət etdiyi balaca Səlbimiz dünən atasına qovuşdu. Bir müddət öncə şəhidlərin xatirəsinə həsr olunan tədbirdəki çıxışı hər kəsi kövrəltmişdi. Atasından danışarkən bütün şəhid anaları başına toplanmışdı. Şəhid generalımız Polad Həşimovun anası isə onu qucaqlayıb bildirmişdi ki, övladını vətən yolunda şəhid verib, bütün şəhid balaları onun da balasıdır. Buna görə də öz böyrəyini balaca Səlbiyə vermək istəyir.

Tramp: Bu tarixdə Szinpinlə danışacağam

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Szinpinlə telefon danışığı aparacaq. Sozcu.az xəbər verir ki, bu barədə Tramp özü məlumat verib. "Mən Si ilə, yəqin ki, həftə sonu danışacağam", - Tramp qeyd edib.

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Habil Ələsgərov ifadə verib. Sozcu.az xəbər verir ki, H.Ələsgərov ifadəsində Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğal olunduğu xəbərini radio vasitəsilə aldıqlarını deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Başlıbelə hücumundan xəbər tutan insanlar tunel istiqamətində gedərək kəndi tərk etməyə çalışıblar. Lakin görüblər ki, ermənilər Kəlbəcəri mühasirəyə alıb. “Aprelin 5-də Başlıbeldə güllə səsləri eşidilməyə başladı. Kəndə hücum edən ermənilər evləri qarət edirdilər. Biz özümüzü müdafiə etmək məqsədilə kahalarda gizləndik. Onlar gizləndiyimiz yeri müəyyən etdikdən sonra bizi atəşə tutmağa başladılar. Gizləndiyimiz kahalara qazlı bombalar atdıqdan sonra içəridə qalmaq olmurdu. Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar. Məndən tələb etdilər ki, kahada gizlənən insanları çağırıb çölə çıxarım”, - deyə H.Ələsgərov vurğulayıb. Zərərçəkmiş əlavə edib ki, Ermənistan ordusunun silahlılarının kahaya hücumu nəticəsində anası qolundan güllə yarası alıb: “Anamı gətirməyə gedəndə onu güllələdilər. Yanımızda olanların çoxu yaşlı və qadınlar idi. Ermənilər mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər. Orada Livan erməniləri də var idi. Qaçmağı bacardığımdan məni öldürə bilmədilər. Yaşlı bir kişini mədəniyyət evində yandırmışdılar, sadəcə, başı qalmışdı. Bir qadını suya atıb dondurmuşdular. Onlar hətta heyvanları belə amansızlıqla öldürürdülər”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 15-də davam etdiriləcək.

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb. Sozcu.az xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib. "Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq", - paylaşımda qeyd olunub.

Gəncədəki hadisə ilə bağlı Prokurorluqdan açıqlama

Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır. Baş Prokurorluğunun Mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaqdır.

30 günlük atəşkəs təklifini dəstəkləyirik - Çin

Ukrayna, AB və ABŞ 30 günlük atəşkəs təklif edib. Çin bu təşəbbüsü dəstəkləyir. Sozcu.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Szyan deyib. “Ukrayna böhranı ilə bağlı Çinin mövqeyi ardıcıl və aydındır. İnanırıq ki, bütün səylər sülhün əldə olunmasına yönəldilməlidir”, - Szyan bildirib.

Sulu qar yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bakıda yeniyetmə qız faciəli şəkildə öldü

Bakıda yeniyetmə qız faciəli şəkildə ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. 2008-ci il təvəllüdlü Nərmin Məmmədova yaşadığı 16 mərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılıb. N.Məmmədova hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda zəncirvari qəza - Xəsarət alanlar var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Mayın 12-si saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli intensiv olub. Belə ki, düşən yağıntının miqdarı Qaxda 36, Şəkidə 19, Göygöl və Şahdağda 8, Qubada 6, Daşkəsən, Füzuli, Tovuz, Tərtər, Ordubad, Bərdə, Beyləqan, İsmayıllı, İmişli, Şamaxı, Qəbələ, Oğuz, Sədərək, Naxçıvan, Şahbuz, Şirvan, Sabirabad, Zərdab, Yevlax, Şəmkir, Ceyrançöl, Balakən, Gədəbəy, Zaqatala, Xaltan, Şabran, Gəncə, Biləsuvar, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Astara, Xocalı, Bakıda və Abşeron yarımadasında 1-5 mm-dək təşkil edir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.

Yollarda yeni təhlükə: “Velosiped üçün qoyulan kauçuk baryerlər yığışdırılsın!”

“Velosped yollarının, avtobus zolağının çəkilməsi dövlət proqramında təsbit olunaraq həyata keçirilir. Sadəcə bu elə həyata keçirilməlidir ki, digər yol hərəkəti iştirakçılarına mane olmasın və hərəkət hamı üçün sərbəst olsun”. Bu sözləri "Yeni Sabah"a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. O qeyd edib ki, yollarda tıxac yaradan amillərin başında tikinti özbaşınalığı dayanır: “Bakıda tıxacların yaranmasının səbəbləri həddən artıq çoxdur. Əsas səbəblərdən biri tikinti özbaşınalığıdır. Şəhərsalma və tikinti sahəsində bir sıra nöqsanlar var. Avtomobil yollarının, piyada səkilərinin üzərində obyektlər tikilir. Amma bu obyektlərin parklanma yerləri də təşkil olunmur. Sadəcə yollar daralır. Velosped yollarının, avtobus zolağının çəkilməsi dövlət proqramında təsbit olunaraq həyata keçirilir. Bu elə həyata keçirilməıidir ki, digər yol hərəkəti iştirakçılarına mane olmasın və hərəkət hamı üçün sərbəst olsun. Hazırda şəhər mobilliyini və inklüzivliyi nəzərə alaraq, çalışırıq ki, digər hərəkət iştirakçıları üçün də şərait yaradaq. Doğrudur, hələlik velosipedçilərin sayı azdır. Velospied infrastrukturu yalnız yolun çəkilməsi ilə yekunlaşmır. Onu saxlamaq üçün də xüsusi yerlər olmalıdır. İş yerləri qarşısında belə velosiped dayanacaqları təşkil olunmalıdır. Bu proseslər hələlik başlamayıb. Bunun nə dərəcədə effektiv olub-olmadığını gələcək göstərəcək. Ona görə də, biz bir qədər səbrli olmalıyıq”.  Ekspertin fikrincə, velosiped yollarında qoyulan kauçuk bariyerlər yığışdırılmalıdır: “Çox istəyərdim ki, velosiped yollarında qoyulan kauçuk baryerlər yığışdırılsın. Bu həm piyadalar, həm velosipedçilər, həm də avtomobil sürücüləri üçün çox təhlükəli bir maneədir. Onun üzərində ya işıq qaytaran xüsusi rənglər, stikerlər olmalı, yaxud ümumiyyətlə yığışdırılmalıdır.  Kauçuk maneəələr heç bir halda velosipedçinin təhlükəsizliyinə təminat verə bilməz. Hansısa avtomobil bilmədən velosiped yoluna çıxacaqsa, istənilən halda qəza qaçılmaz olacaq. Xüsusən, günün qaranlıq saatlarında”.

“Kreml onu “siyasi əzabkeş” kimi meydana qaytarmaq istəyir”

Mayın 9-da keçirilən parad göstərdi ki, Paşinyan və komandası, o cümlədən Trampın seçilməsindən və Qərbin dəstəyinin yoxluğunu dərk etdikdən sonra Ermənistanı Kremlin qanadı altına qaytarmaq qərarına gəliblər. Sozcu.az xəbər verir ki, bunu politoloq Tofiq zülfüqarov bildirib. Onun sözlərinə görə, Ermənistan ictimaiyyətində “Avropa inkişaf vektoru”nun perspektivlərinin itirilməsi ilə bağlı giley-güzar səslənir: "Paşinyan Moskvada “Köçəryanlar-Sarkisyanlar” və onların klonları ilə müqayisdə, Rusiyanın maraqlarına xidmət edəcəyini sübut etməyə çalışıb. Kremlin Vardanyanı “həbsxana əzabkeşi” obrazında seçkiqabağı Ermənistanın siyasi meydanına qaytarmaq niyyəti təkcə Bakının deyil, həm də Paşinyanın maraqlarına ziddir. Gözlənilir ki, Kreml seçkiqabağı meydançalarda öz maraqlarını təmin etməyə çalışacaq. Həmçinin, güman etmək olar ki, Rusiya-Azərbaycan münasibətlərində yaranmış problemlər fonunda ermənipərəst, anti-Azərbaycan siyasi ritorika tendensiyası güclənəcək.

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Yeniyetmə kəskin böyrək çatışmazlığından əziyyət çəkib. Uzun müddətdir müalicə alan Səlbi Cəfərlinin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, şəhid Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib..

Əgər Rusiya bu təkliflə razılaşmasa... - AB-nin yeni hədəfi

Avropanın Ukraynadakı müttəfiqləri Rusiyanı yeni sanksiyalarla hədələyiblər. Xüsusilə, əgər Kreml 30 günlük atəşkəsə razı olmasa, Rusiya ilə Almaniyanı birləşdirən Şimal axını-2 qaz kəmərinin bloklanması gündəmdədir. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Avropa Birliyinin nümayəndələrinin sözlərinə görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bu sanksiya ideyasını Almaniyanın yeni kansleri Fridrix Merzlə cümə günü Brüsseldə müzakirə edib. Bildirilir ki, bu addımın atılması üçün AB-yə üzv bütün dövlətlərin dəstəyi tələb olunur.

Bu çaylarda sululuq artdı

Avtomat hidroloji stansiyaların mayın 11-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Böyük Qafqaz ərazisindən axan Qusarçayda 13 sm, Əyriçayda 12 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 7 sm, Tərtərçay-Vəng və Tutqunçayda 3 sm, Bərgüşadçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 37 sm, Kür-Şirvanda 34 sm, Kür-Bankədə isə 5 sm artım qeydə alınıb.

Zelenski Putinin təklifinə cavab verdi: Hazırıq...

Rusların nəhayət müharibəni bitirmək barədə düşünməsi yaxşı əlamətdir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Biz gözləyirik ki, Rusiya sabahdan, mayın 12-dən etibarən atəşkəsi tam, davamlı və etibarlı şəkildə təsdiqləyəcək və Ukrayna görüşməyə hazırdır”, - Zelenski bildirib. Qeyd edək ki, bu gün gecə saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də ilkin şərt olmadan birbaşa danışıqları İstanbulda bərpa etməyi təklif edib.

Madriddə etirazlar: Baş nazirin isrefası tələb edildi

İspaniyanın paytaxtı Madrid şəhərində on minlərlə insan etiraz aksiyasına başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumata görə, etirazçılar İspaniya Baş naziri Pedro Sançezin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Aksiyaların keçirilməsinə səbəb isə bir müddət öncə ölkədə baş vermiş blekaut olub. İştirakçılar hökuməti infrastrukturun pisləşməsində günahlandırır və ölkəni “banan respublikası” adlandırıblar.

Sabahın hava proqnozu açıqlandı

Martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Makrondan Putinlə bağlı sərt açıqlama

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin “sülhün tərəfində” olmadığını və bunun əksini düşünənlərin yanıldığını bildirib. Sozcu.az xəbər verir ki, onun bu sözlərini Le Monde nəşri Polşa Baş naziri Donald Tuskla keçirdiyi birgə mətbuat konfransına istinadla yayıb. "Prezident Putin sülhün yox, müharibənin tərəfindədir və onun sülh istədiyini düşünənlər yanılır", - deyə Fransa prezidenti deyib. Makron, həmçinin Ukraynada “güclü və davamlı sülh qurmaq” arzusunu ifadə edib. O, həmçinin Rusiyanı "tarixi yenidən yazmaq" cəhdi iddiasına görə qınayıb.

Pakistan Hindistana cavab əməliyyatına başladı

Pakistan Hindistanın açıq təcavüzünə cavab vermək üçün “Bunyan-un-Marsoos əməliyyatı”na başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik mənbələri məlumat yayıb. Bildirilib ki, Pakistan Hindistanın "BrahMos" raket anbarını və ölkənin artilleriyasının Dehrangyaridəki mövqeyini məhv edib. Udhampur aviabazası və Pathankot aerodromu bombalanıb. Kiberhücum nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70 faizi sıradan çıxıb. Qeyd edək ki, Hindistan ordusu gecə saatlarında Pakistanda 3 məntəqəyə raket zərbəsi endirib. Hücuma məruz qalan ərazilər arasında Pakistan ordusunun Baş qərargahının yerləşdiyi Ravalpindi şəhəri də var.

Rusiyanın itkiləri 965 minə yaxınlaşır

Ukrayna müharibənin 1172-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 964 580 hərbçi, 10 790 ədəd tank, 22 440 ədəd zirehli döyüş maşını, 27 637 ədəd artilleriya sistemi, 1 380 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 158 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 47 830 ədəd avtomobil texnikası, 35 482 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 875 xüsusi avadanlıq itirib.

Ordumuz atəşə tutuldu

Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi həmçinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. "Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Bölmələrimiz tərəfindən yalnız qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

Bakıda 4 otaqlı ev tamamilə yandı

Bakıda 4 otaqlı ev tamamilə yanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. \Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seperatçılar azad edilir? - Prezidentin təyyarəsində baş verənlər

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov rəsmi Bakı ilə “şimal qonşumuz” arasında böhran ilə bağlı sensasion açıqlama yayıb.  O qeyd edib ki, hamı bu böhranın AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra başladığını düşünür. “İndi bir çox şərhçilər “1 nömrəli” təyyarədə GPS-in müvəqqəti bağlanmasının da böhranın səbəblərindən biri olduğuna işarə edir” -deyə, Zülfüqarov özünün feysbuk hesabında yazıb.  Qeyd edək ki, ötən ilin sonunda “Turan” agentliyi 25 dekabr 2024-cü il tarixində, AZAL-ın sərnişin təyyarəsi vurulan gün, həmin vaxt öz təyyarəsi ilə Rusiya səmasında olan Azərbaycanın dövlət başçının təyyarəsinin də GPS siqnalının söndürüldüyü barədə məlumat yaymışdı. “Turan” sonradan həmin məlumatı təkzib etdi. Agentliyin konkret səbəb göstərmədən bağlanmasını da bəzi şərhçilər bu məlumatla əlaqələndirmişdilər.  Tofiq Zülfüqarovun bu paylaşımı İlham Əliyevin təyyarəsinin Rusiya səmasında РЭБ hücumuna məruz qalması haqda məlumatın həqiqiliyinə sübhə yeri qoymur. Çünki, o, yaxın şəxs olaraq İlham Əliyevin icazəsi olmadan belə bir məlumat yaya bilməzdi.  Tofiq Zülfüqarov daha irəliyə gedərək, hər iki hadisənin Rusiya rezidenti Vladimir Putinin “qeyri-tolerantlığından” qaynaqlandığına işarə edib: “Bu hadisələrin əsas tətikçisi nə ola bilərdi? Niyə V.Putin və ya ona bənzəyən bir şəxs birdən-birə çox “qeyri-tolerant” oldu?” Daha sonra Zülfüqarov Qarabağ münaqişəsində Rusiyanın rolundan və separatçıların indi Bakıda keçirilən məhkəməsində bütün cinayətlərin rəsmi sübuta yetməsindən yazıb.  “Təqsirləndirilən şəxslərin ifadələri münaqişənin iki əsas səbəbi kimi göstərilən – “separatizm” və “millətlərin öz müqəddəratını təyinetmə hüququ” tezislərini darmadağın etdi. Aydındır ki, təqsirləndirilən şəxslər İrəvandan maaş və göstərişlər alıblar, lakin hətta orada da onları açıq şəkildə Rusiya xüsusi xidmət orqanlarının agentləri adlandırırlar və Vardanyan həm də Rusiya və digər siyasi elitanın maliyyə sirlərinin ən böyük daşıyıcısıdır. Bu cür məlumatların Azərbaycanda cəmləşməsi ölkəmizi müstəqil və potensial olaraq düşmən üçün çox təhlükəli edir…. Hətta “Qarabağ işi” ilə bağlı Rusiya və Qərbin xüsusi strukturlarının “qarşılıqlı əlaqəsi” ilə bağlı dolayı informasiya da dünya ictimaiyyətinə açıqlana bilər” – deyə, Zülfüqarov vurğulayıb.  Tofiq Zülfüqarovun sonrakı sözlərindən anlaşılır ki, Putin İlham Əliyevdən Bakıda həbsdə olan Ruben Vardanyanın və digər erməni  separatçılarını azad etməsini istəyib və sözü yerə düşəndən sonra bu hadisələr baş verib: “Düzünü desək, biz artıq çox şeyi təxmin edirdik və bilirdik, amma bizim təxminlərimiz bir şeydir, şahid ifadələri, qeydə alınmış ifadələr və ya məhkəmə hökmü tamam başqa şeydir. Rusiya Federasiyasının nümayəndələri “Qərb tərəfdaşlarından” fərqli olaraq, “leytenant Şmidtin uşaqları”nın azadlığa buraxılmasına çağırış etmədilər, lakin bu, onların bağlı qapılar arxasında bunu etmədikləri anlamına gəlmir. Düşünürəm ki, son və bəlkə də gələcək hadisələrin əsas səbəbi budur…” Basta

İran ABŞ-la danışıqlara razılaşdı

İran ABŞ-la nüvə müzakirələrinin dördüncü raundunu Omanda keçirməyə razılaşıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, İranın danışıqlar qrupunun üzvü də bu xəbəri təsdiqləyib. Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların dördüncü raundunun mayın 11-də Omanın paytaxtı Maskatda baş tutacağı ilə bağlı məlumat yayılmışdı.

Fransa Rusiya aktivlərini buna xərcləyəcək - Barro

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Kiyevə verilən “Sezar” özüyeriyən haubitsalarına qulluq etmək üçün istifadə edəcək. Sozcu.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan Noel Barro deyib. “Dondurulmuş aktivlərdən əldə edilən gəlirin istifadəsi sayəsində Fransa öz müəssisəsi vasitəsilə Ukraynaya verilən “Sezar” silahlarına texniki xidmət göstərə biləcək”, - Barro bildirib. Qeyd edək ki, Fransa Ukraynaya 140-a yaxın “Sezar” haubitsası verib.

Bakıdakı məşhur “Şəki” restoranı sökülür

Bakıdakı məşhur “Şəki” restoranı sökülür. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, söküntü yol tikintisinə görə plana əsasən həyata keçirilir.

Birinci sinfə qəbul: Müsahibələrdə uşaqlara bu suallar veriləcək

 Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir. Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin birinci siniflərə qəbulla bağlı məlumatında qeyd olunub. Bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır. Burada uşaq fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur. Qeyd edək ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 3 (üç) iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi əlaqə nömrəsinə və şəxsi kabinetinə göndərilir.  

Ukrayna ilə bağlı mühüm açıqlama: yaxın iki gündə...

Yaxın iki gün ərzində Ukraynada uzunmüddətli atəşkəslə bağlı razılaşma əldə oluna bilər. Sozcu.az xəbər verir ki, bunu “Bild”ə Almaniyanın yeni kansleri Fridrix Merzə istinadən yazıb. “Mən çox ümid edirəm ki, bu həftə sonu Ukraynada atəşkəs razılaşması əldə olunacaq”, - deyə o bildirib. Merzin sözlərinə görə, üç günlük atəşkəsin 30 günə qədər uzadılması ehtimalı var. O zaman sülh sazişi üzrə danışıqlar başlaya bilər. "Mən bu təşəbbüsü qətiyyətlə dəstəkləyirəm. Onu da bilirəm ki, Fransa, Böyük Britaniya və Polşa hökumətləri bu mövqeyi bölüşürlər. Bu həftə sonu, Moskvada böyük hərbi paradla qeyd olunan gündən sonra atəşkəsə nail olmaq şansı var.", - Merz deyib. Merz vurğulayıb ki, həm Ukrayna, həm də Avropanın böyük dövlətləri bu təşəbbüsü dəstəkləyir və onunla razılaşır.

20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur?

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən 4 il zaman keçir. Vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan bu xidmət ötən müddətdə büdcəyə milyonlara başa gəlməkdədir. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tenderlərinə nəzər salmaq kifayətdir. Tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı, dərman preparatlarının alınması, bir sıra cərrahi əməliyyatların icrası ilə bağlı aidiyyəti qurum tərəfindən son 4 ildə minlərlə tender keçirilib. Şirkətlərlə milyonlarla manat dəyərində müqavilələr imzalanıb. Lakin xidmətin keyfiyyəti, əlçatanlığı hələ də aşağıdır. Səbəblər isə müxtəlifdir. Onların arasında şəffaflıqla bağlı nüanslar da var. Agentliyin keçiridiyi tenderlər üzrə bağlanan müqavilələr belə deməyə əsas verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mütəmadi olaraq müsabiqələrdə eyni şirkətləri seçir. Agentlik 2023-cü ilin noyabrından 2024-cü ilin sonuna qədər uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması çərçivəsində kardiocərrahi əməliyyat xidmətlərinin icrası ilə bağlı "Bona Dea” ilə 2.264.220 manat dəyərində müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində ümumilikdə 44 tibbi xidmət göstərilib. Xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması və digər tibbi prosedurlar daxil olub. 2023-cü ilin noyabrından 2024-cü ilin aparelinə qədər 95 uşaq əməliyyat olunub. Tibbi ləvazımatların satın alınmasına xərclənən milyonlara gəlincə, bu yöndə müqavilələrin dəyərləri təzadlıdır. Ötən il tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması məqsədilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.526.795,63, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti ilə 6.844.583,69, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti ilə 4.524.565,54 manatlıq müqavilə imzalanıb. 2024-cü il ərzində angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatların satın alınması üçün “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətə 6.988.700,71, “Besan” Məhdud Məsuliyyətli Cəmiyyətə isə 3.851.874 manat ödənilib. “Paşa-K” Firması ilə eyni xidmət üzə 134.938,81, “Arash Medical Company” ilə 339.747,39, “Kripto Lab” ilə 65.806,12, “Rinara Pharma” ilə 774.767,54 manat dəyərində müqavilə imzalanıb. Satınalmaların başlama tarixi 2023-cü ilin dekabrın 25-dən 2024-cü ilin 25 dekabrına qədərdir. Bütün bu müqavilələr üzrə tenderlərin nəticələri eyni gündə - yanvarın 9-u 2024-cü ildə elan edilib. Onu da qeyd edək ki, yuxarıda adları çəkilən şirkətlər illərdir Agentliyin, eləcə də Səhiyyə Nazirliyini tenderlərinin qalibidirlər. Garant Plus MMC-yə verilən milyonlar Tenderlərin eyni şirkətlərə verilməsindən söz düşmüşkən, illərdir "Garant Plus" Məhdud Məsuliyyətli Cəmiyyət agentliyin tenderlərində bir qayda olaraq qalib elan edilir. Məsələn, ötən il göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələrin satın alınması üçün "Garant Plus" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1304411071) 1.500.000,01 manat ödənib. Ardınca şirkətlə iki müqavilə imzalanıb. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi sərfiyyat və ləvazimat mallarının satın alınması üçün şirkətə 41.505,2 manat, uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı üzrə tibbi avadanlıqların və ləvazimatların satın alınması üçün 20.355 manat ödənib. Onu da bildirək ki, şirkətin rəsmi veb səhfəsi belə yoxdur. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında şirkətin sahibi İlyaslı Həsənağa Rövşən oğludur. MMC müxtəlif illərdə vergi öhdəliklərinə əməl etmədiyi üçün cərimələnib. Milyonluq tenderlərin qalibi olan şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır. “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətlə (VÖEN: 1502350481) də agentliyin əməkdaşlığı daimidir. 2024-cü il ərzində “angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması üçün “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətə 6.988.700,71, neyrocərrahiyyə əməliyyatları zamanı istifadə olunan ləvazimatların və cihazın satın alınması üçün 2.724.876,79 manat, ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üçün isə 2.010.610,29 manat, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması üçün 197.063,2 manat dəyərində müqavilə imzalanıb. 2023-cü ildə isə “Medsol” MMC-yə “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıqların ehtiyat hissələrinin satın alınmasına görə eyni tarixlərdə MMC ilə 2.560.905,74, əlavə olaraq 9.653.665 və 371.441,62 manat dəyərində müqavilələr bağlanıb. Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi üç dəfə adını dəyişdiyi göstərilir. İlk adı “PAY” MMC olub. 2016-cı ildə “Alo 24”, 2021-ci ildən isə “Medsol” adlandırılır. Şirkətin qanuni təmsilçisi Salmanov Qabil Nazim oğludur. Nizamnamə kapitalı 17 milyon 975 min manatdır. Şirkətin rəsmi veb səhfəsində “Medsol”un 2013-cü ildə yaradıldığı bildirilir. Görünür, MMC “Dövlət satınalmaları” haqqında qanunun 6-cı maddəsinin 6.2.6.bəndini “nəzərə alıb”. Qanuna görə, podradçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində peşəkar fəaliyyətə malik olmalıdırlar. “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyət də agentliyin ənənəvi tərəfdaşıdır. 2023-cü ilin oktyabrından 2024-cü ilin eyni dövrünədək tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.442.822,43 dəyərində müqavilə imzalanıb. 2023-cü ilin sentyabrından 2024-cü ilin sentyabrına qədərki dövrü əhatə edən ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatlar”n satın alınması ilə bağlı müqavilənin dəyəri isə 601.562,7 manat olub. 2023-cü ilin avqustundan 2024-cü ilin eyni dövrünədək tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması yönündə müqavilə 3.280.063,11 manat təşkil edib. Xatırladaq ki, 2023-cü ildə imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması üçün “Zeytun Pharmaceuticals” MMC (VÖEN 1701688171) ilə 7 milyon 852 min 864 manatlıq tender müqaviləsi bağlanmışdı. Əsasən metrostansiyalarda fəaliyyət göstərən “Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə təsis edilib. Nizamnamə kapitalı 4000 manat olan qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi “Rəvan” futbol klubunun keçmiş vitse-prezidenti Bəhruz Şirəliyevdir. MMC-yə qarşı müxtəlif illərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğu üçün 40 min manatdan çox maliyyə sanksiyası tətbiq edilib, 2017-ci ildə isə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən 2 hal üzrə ümumilikdə 80.000 manat maliyyə sanksiyası alıb. Nizamnamə kapitalı 20 manat olan şirkətlə milyonluq müqavilələr Agentliyin tenderlənin qalibləri arasında nizamnamə kapitalı 20 manat olmasına baxmayaraq, milyonların həvalə ediliyi "Keşəli" (VÖEN 1600100421) kimi şirkətlər də var. Bu, MMC ilə ötən il ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi sərfiyyat və ləvazimat mallarının satın alınması üzrə 38.375,96 manat, “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə tibbi ləvazimat və sərfiyat malları”nın satın alınması üçün 5.073.881,35 manat dəyərində müqavilə bağlanıb. "Keşəli" MMC bundan əlavə ümumilikdə agentliklə daha dörd tender müqaviləsi imzalayıb. Belə ki, şirkət "Vərəmlə mübarizə proqramına əsasən dərman vasitələrinin satın alınması" tenderi üzrə 1 185 105, "İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri"nin satın alınması" tenderi üzrə 255 218, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə dərman vasitələrinin satın alınması" tenderi üzrə 962 697, "Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya bölməsi üçün spesifik dərman vasitələrinin satın alınması" tenderi üzrə 21 033 manatlıq tender müqavilələri bağlayıb. Layihələndirmə və təmirə 20 milyon manata yaxın pul xərclənib “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 1 saylı korpusunun əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması ilə bağlı "TFM-SMART PROJECT" MMC ilə 125.166,14, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması üçün "HİNAL PROJE" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 41.772, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması ilə bağlı “ORN Group” ilə 14.819.295,14 manat dəyərində müqavilə imzalayıb. Qeyd edək ki, 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması üzrə açıq tender müsabiqəsi 06.06.2023-cü ildə başlayıb. Tenderin nəticəsi 26.10.2023-cü ildə elan edilib. MMC 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi-4) ünvanında yerləşən ümumi sahəsi 3303.20 kvadrat metr olan inzibati binasının əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş bir açıq tenderin də qalibi olub. Bu tenderdə isə “ORN Group” MMC Tibbi Sığorta Agentliyindən 4.144.710,67 manat məbləğində dövlət sifarişi alıb. 26.07.2022-ci il tarixində satınalma müqaviləsi bağlanıb. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından belə aydın olur ki, “ORN Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 12.03.2007-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 285 120 manat olan MMC-nin qanuni təmsilçisinin isə Bağırov Qəzənfər Füzuli oğludur. Şirkətin özünün rəsmi ünvanında isə yaranma tarixi kimi 2004-cü il göstərilib. 2008-ci ildə MMC-nin Vyanada törəməsi də təsis edilib. “ORN Group”un qarışıq podrat xidmətləri göstərdiyi irəli sürülüb. Agentliyin icarə müqavilələri də diqqət çəkir. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən ümumi sahəsi 1709.70 m2 olan 4 mərtəbəli qeyri yaşayış binasının icarə xidmətinin satın alınması ilə bağlı “Facility Management Group” MMC ilə 587.676 AZN dəyərində müqavilə bağlanılıb. 2017-ci ildə yaradılan şirkət əmlakın idarə edilməsi xidməti təklif edir. Nizamnamə kapitalı 2534147 manatdır. Portfelinə “Zefir Mall”, “BEGOC biznes mərkəzi”, “Çinar Plaza”, “Dalğa Plaza”, “Sahil Plaza”, “Bayıl Plaza” biznes mərkəzləri, “Hillside Residence”, “Vurğun Residence”, “Roseville Residence”, “Təbriz Evləri”, “Ambassador Suites”, “Motor Village” daxildir. 2023-cü ildən şirkətin qanunu təmsilçisi Allahverdiyev İlham Allahşükür oğludur. Ondan əvvəl təmsilçilik Kamran Məmmədovda olub. Yeri gəlmişkən, müxtəlif dövrlərdə qanuni təmsilçilik bu iki şəxs arasında dəyişib. 2025-ci ilin birinci rübündə elan edilən tenderlər və bağlanan müqavilələr Bu ilin əvvvəlindən Agentlik bir neçə tender elanı verib. Bunlar server-şəbəkə kompleksinin, fərdi istifadəçilərin təhlükəsizliyini təmin edən XDR təhlükəsizlik həlli (lisenziyaların)”nin satın alınması (69.768,54 AZN), layihə idarə olunması üçün lisenziyaların satın alınması (7.048,53 AZN), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin satın alınması (733.408,81 AZN), eşitmə və nitq məhdudiyyəti olan şəxslərin icbari tibbi sığorta ilə bağlı məlumatlandırılması məqsədilə jest dili ilə video çarxların hazırlanması (4.550,00 AZN), yazılı tərcümə xidmətinin satın alınması(12.976,00 AZN) ilə bağlıdır. Qeyd edək ki, tenderlər arasında 3 müsabiqə nəzarət orqanının qərarı ilə ləğv edilib. Bunlardan biri də agentliyin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin satın alınması ilə bağlı tenderdir. Bağlanan müqavilələrə gəlincə, Bakı Metropoliteninin stansiyalarında reklam lövhələrinin çapı, montajı və quraşdırılması xidmətlərinin, müxtəlif növ lisenziyaların, “e-Tabib” mobil tətbiqinin funksional inkişafı və 1 (bir) illik texniki dəstək xidmətinin satın alınması başa çatıb. “e-Tabib” mobil tətbiqinin funksional inkişafı və 1 (bir) illik texniki dəstək xidmətinin satın alınması üçün “ALL İN One Technologies” Qapalı Səhmdar Cəmiyyəti ilə 413.295 AZN, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə 232.106 AZN, müxtəlif növ lisenziyaların satın alınması ilə "Buz Tech" MMC 319.767,94 AZN dəyərində müqavilə imzalanıb. Xatırladaq ki, 2024-cü ildə Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun auditini aparmışdı. Sənəddə bağlanılan satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqların, bir-birini təkzib edən maddələrin olduğu əksini tapırdı. Eləcə də bildirilirdi ki, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılan və icra olunan satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətləri mövcud bazar qiymətindən yüksək olur. Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiyməti düzgün müəyyən edilmir. Eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olur. Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilmir.Teleqraf)

KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI

KT və MRT müayinəsinin qiyməti 10-24 manat aralığında olacaq. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Sevil Əliyeva bildirib. O qeyd edib ki, tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanacaq. Nümunə olaraq qeyd edək ki, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat olacaq. Qeyd edək ki, müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur. Xatırladaq ki, bir neçə gün əvvəl Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək. 

Paşinyan: Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq

Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar xalqa müraciətində deyib. “Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir, bu yolla irəliləyəcəyik. Bölgəmiz sülh və firavan yaşamaq haqqını qazanıb və belə də olmalıdır”, - baş nazir bildirib. Nikol Paşinyan vurğulayıb ki, bütün daxili təxribatlara və digər amillərə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq.

Nasistlər ruslar kimi vəhşilik etməmişdi - Tarixçi

2022-ci ilin fevralında Xarkov rus işğalçıları qarşısında möhkəm dayandı və indi də mübarizəni davam etdirir. Şəhər amansızcasına atəşə tutulur, hətta nasistlər də Xarkovu belə bombalamamışdı. Sozcu.az xəbər verir ki, bu sözləri ukraynalı tarixçi Andrey Paramonov İkinci Dünya müharibəsi dövründə nasist işğalı ilə hazırkı Rusiya qoşunlarının hücumlarını müqayisə edərkən deyib. O bildirib ki, II Dünya müharibəsi illərində Qırmızı ordunun Xarkovla bağlı hər hansı strategiyası olmayıb: “Qırmızı ordu hisssələrinin şəhəri tərk etməsi səbəbindən faktiki bir neçə saatlıq döyüş oldu və oktyabrın 24-də almanlar şəhərə daxil oldu”.

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı danışıqları birbaşa şəkildə aparırlar, Rusiya isə artıq vasitəçi rolunu oynayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. “O vaxt Rusiya vasitəçi idi. İndi isə hesab edirik ki, Azərbaycanla birbaşa danışıqlar daha məhsuldardır”, – deyə o qeyd edib və əlavə edib ki, sülh sazişinin imzalanması ilə bağlı hələlik yeni məlumat yoxdur.

Həvva Nazim poeziyasına baxış

​Aprel ayında rusiyanın paytaxtı Moskva şəhərində​ daha bir gənc şairəmiz, Həvva Nazimin Azərbaycan Yazarlar Birliyinin Moskva bölməsinin məsul katibi, şairə Afaq Şıxlı tərəfindən rus dilinə tərcümə olunmuş "ömür keçir" adlı kitabının təqdimat mərasimi keçirildi. Xoşbəxtlikdən mənə də bu tədbirdə iştirak etmək qismət oldu. İncə duyğularla dolu dünyasını poetik düşüncəli insanlarla paylaşan hər iki şairənin birgə ərsəyə gətirdiyi kitabın işığına yığılanlar​ bədii qiraətləri ilə tədbirə bir ayrı rəng qatmışdılar. Mənim də payıma düşən məhz bu rəngli aləmi oxucu dünyasıyla paylaşmaq oldu. ​ ​ Hər bir millətin mənəvi dünyası onun ədəbiyyatıyla ölçülür. Bu üzdən qürbətdə, azərbaycan yazarlarının ədəbi fikirlərinə çıraq tutan, onların yazılarını bir dildən başqa dilə çevirərək ayrı-ayrı millətlərə tanıdan şairəmiz, Afaq xanıma minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bu çətin və məsuliyyətli əməyindən doğan ədəbiyyat incilərinin sayı daha da artıb çoxalsın. ​ Tədbirə dəvətli olsam da H.Nazim yaradıcılığı haqda heç bir tanışlığım yox idi. Ortaq dostlar vasitəsiylə kitabın elektron variantını əldə etdim və ilk andan kitaba tutuldum. ​ Həvvanın İncə və həssas notlar üzərində şaxələnən poetik fikirlərindən doğan "Böyüdüm" adlı şeirində Azərbaycan uşaq ədəbiyyatının ən dərin kökləri yaşayır. "Daha nağıllara inanmıram mən" deyən şairə, bu şeirdə acı reallığı əks etdirməklə yanaşı, ruhən öz zəngin ədəbiyyatımızın müdrik və mübariz Həvvasıyla amansızlığı qamçılayır. Eyni zamanda uşaq ədəbiyyatından bəhrələnən məsum Həvvasının bu günün acı reallığına olan küskünlüyünü əks etdirir.  Qorxuram, "ağ qoça" minmərəm daha, Kəndirlə quyuya enmərəm daha. Qızıl almalarla dönmərəm daha, Böyüdüm, nağıla inanmıram mən! Sehirli xalçanın sehri qaldımı? Bayquşlar şahları başa saldımı? Adamlar nağıldan bir dərs aldımı? Böyüdüm, nağıla inanmıram mən! Şeirdə o qədər dərin məna var ki, həmin mənada şirin anıları olmadan böyüyən insanların uşaqlığını​ yaşamadan böyüdüyünü görürük...Diktatorluğu qaranlıq quyudakı divlər olaraq göstərən şairə, içdən-içə o divlərin qaranlığından insanlığı, mərhəməti, şəfqəti çəkib çıxara biləcək Məlikməmmədin kəndirlə qaranlığı yaracağını xəyal edir. Axı bizim ruhumuzun qidası olan xalq nağıllarının sonunda xeyir hər zaman şərə qalib gəlir. Günümüzdəki acı reallığı poetik rənglərlə bir neçə bəndlik şeirdə əks etdirən şairəmiz xeyirxahlığını ruhuna çıraq edir. Onun üsyanı şərlədir. Axı həyat axar çay kimidir, şair gözündə. O çayın axınını dəyişmək üçün qarşısını kəsən və ya çevrəsinə dəyən kirli əllər də var, nə yazıq ki...Həvva xanımın mübarizliyi o kirli əlləri kəsəcək Məlikməmməd arzuladığı kimi, həmin Məlikməmmədlərin qıtlığından olan küskünlüyü də ümidinin üstünə kölgə salır. Məsumca küsür... ​ Fəqət hər birimizin içində incə bir yaşam səbəbidir uşaqlıq yaddaşımızın bir köşəsində adı keçən sehirli Simurq quşu. O bütün qaranlıqların, ümidimizin ən parlaq nəşəsidir. Canım Həvvam, istəsək də istəməsək də bizə ərmağan edilən bu həyatı yaşamaq kimi bir məsuliyyətimiz var. O qədər çətin bir dövr yaşayırıq ki, bu da bir zaman ələyidir bəlkə. Bizlər uşaqlıq yaddaşımızın incə simlərinə köklənmiş insanlarıq. Buna görə də son zamanların bayağılaşmış zövqlər qurbanı olan insanlığın acısı içimizi inlədir. Fəqət unutmayaq ki, hər birimizin yaranma səbəbi səbəb olduqlarımızın vasitəsilə yazılır əməl dəftərinə. İnsanlıq vəzifəmizin, var oluşumuzun ən vacib ən ümdə vəzifəsi əməli salehlikdir. Bunun açarı kainatda var olan hər şeyə qarşı həssas yanaşmaq və duyğusal davranmaqdır. Nə xoşbəxt insanlarıq ki, həsassiyət və duyğusallıq kimi bir poeziya burulğanındayıq. Mən sənə və bütün qələm dostlarımla bu burulğanda böyük coşqu və təlatüm dolu yaradıcılıq uğurları arzuluyarım. ​ ​ H.Nazim yaradıcılığında mən elimizin, obamızın, dadı-duzu danağımızda qalan qədim adət-ənənələrimizin və nənələrimizin əlinin zəhmətindən yaranan nemətlərimizin bədii bir ahəngini gördüm. Onun Kəlağayı, Darıxdım, Dağlar və s. başlıqlı şeirlərini xüsusi olaraq vurğulamaq istəyirəm. Və sonda Damlacıq! "Çiliklənmiş arzuları toplamağı bitir artıq, sevgisi həyatından ağır olan qız! Çünki sən onları topladıqca damla-d amla qanayırsan, gilə- gilə əriyirsən, yavaş- yavaş bitirsən..." Əslində həyat dediyimiz şey bir damlanın içində deyilmi? ​ Həvvanın yaradıcılığıyla o qədər yaxından tanışlığım olmasa da təkcə damlacıq​ adlı şeiri özünü axtarışlı yolun içində olduğunu, eyni yolda yürüdüyümüzü göstərdi mənə. Bütöv bir həyatı dərk etmənin yoludur bir damlanın hikməti. Həvva xanıma bu yolda uğurlar diləyiylə. Reyhana Aslan

Hindistanda Azərbaycana iqtisadi boykot

Hindistanda Azərbaycan əleyhinə kütləvi boykot kampaniyası başladılıb. Sozcu.az xəbər verir ki, buna səbəb Azərbaycanın Pakistana dəstəyi olub. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərbaycan malları almamağa çağırıb.  İlin əvvəlindən Azərbaycana gələn turist sayına görə Hindistan 2-ci yerdədir.

Qəzza ilə bağlı ŞOK: Bir gündə 106 nəfər...

Qəzza zolağında son 24 saat ərzində İsrailin endirdiyi zərbələr nəticəsində 106 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib. Nazirliyin məlumatına görə, İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olanların ümumi sayı 52 760 nəfərə çatıb, daha 119 264 nəfər yaralanıb.

AB Ukraynaya 1 milyard avro ayıracaq

Mayın 9-da Avropa İttifaqının xarici işlər nazirləri Kiyevə səfəri zamanı Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayrılacağını elan edəcəklər. Sozcu.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Bakıda 21 yolda TIXAC var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 4. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 5. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 9. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 10. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 12. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 13. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində; 14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 15. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində; 16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 17. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 18. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 19. Zərifə Əliyeva küçəsində; 20. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 21. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi

Ukrayna Ali Radası bu yaxınlarda Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar haqqında imzalanmış sazişi ratifikasiya edib. Sozcu.az xəbər verir ki, 338 xalq deputatı onun “lehinə” səs verib. Beləliklə, bu gün parlament məhz İnvestisiya Fondunun yaradılmasına imkan verəcək hökumətlərarası sazişi ratifikasiya edib. Bundan əvvəl ratifikasiya parlament komitələri tərəfindən təsdiq edilib, Nazirlər Kabineti isə izahat yazısı, sazişin mətninin özü və qeydiyyat kimi zəruri sənədləri təqdim edib. Ukraynanın iqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsi Taras Kaçka daha əvvəl izah etmişdi ki, tərəflərin daha sonra imzalayacağı iki əlavə texniki saziş var. Lakin onları Ali Radada ratifikasiya etmək lazım deyil. Ratifikasiya olunmuş sənəd ikinci mərhələyə – iki “texniki” sazişin razılaşdırılmasına yol açır. Bu barədə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya telemarafonun efirində bildirib. O, bildirib ki, ABŞ qanunvericiliyi Ukrayna ilə tərəfdaşlıq sazişinin ratifikasiyasını tələb etmir. Lakin Ukrayna parlamenti sazişi ratifikasiya etməli olub, çünki o, vergilər, rüsumlar və İnvestisiyaların Bərpası Fonduna ödənişlər məsələsini özündə ehtiva edir. D.Araxamiya ümid edir ki, artıq sabah, mayın 9-da ratifikasiya haqqında qanun layihəsi Prezident Volodimir Zelenski tərəfindən imzalanacaq.

Mask kasıb uşaqları öldürür - Bill Qeyts

"Microsoft"un qurucusu və keçmiş baş direktoru Bill Qeyts qarşıdakı 20 il ərzində bütün şəxsi sərvətini yoxsullara bağışlayacağımı açıqlayıb. Sozcu.az xəbər verir ki, o, həmçinin dünyanın ən varlı adamı, prezident Donald Tramp administrasiyasının əsas fiqurlarından biri olan İlon Maskı sərt şəkildə tənqid edib. Qeyt onu ABŞ-nin yardım büdcəsində ixtisarlar etməklə “dünyanın ən kasıb uşaqlarını” öldürməkdə günahlandırıb.

Putin Ukrayna ilə "dayandolduruma" keçib - Ekspert

Rusiyanın Moskvada keçirilən 9 May paradında başı qarışması və 3 günlük atəşkəs elanından yararlanan Ukrayna Rusiyanın ən vacib strateji obyektlərinə dron hücumları edir. Bunu həm də çəkinmədən, Rusiyanın sonradan cavab vermə ehtimalını saya almadan edir, xeyli ziyan vurur.  Ukraynaya bu əsası və bu arxayınçılığı verən nə və kimdir? Birisi haqq-ədalətdir. Həm Rusiyanın Ukraynaya qarşı haqsız işğalçı müharibəsi, həm də Kremlin keyfi və istəyən vaxt, "atəşkəs edək, bayram eliyirəm" deməsidir. İlk "dayanoldurum" tüfənglər vardı bir atımlıq, düşmənə çığırırdılar ki, "ayə atma, dayan qoy patronumu doldurum!". Putin keçib indi, Ukrayna ilə "dayandolduruma". İkincisi, Ukraynanın bu dəfə, arxayın hücumları arxasında təbii ki, çox güclü qüvvə dayanır, əks halda Kiyev bu məqamda addıma çətin getsin. Bu qüvvə isə, təbii ki, Trampın Ukraynaya ciddi və güclü üstüörtülü ABŞ dəstəyidir. Görünür ki, Tramp Putinin uzantılı oyunundan bezib, artıq. Sozcu.az-ın xəbərinə görə, bunu ekspert İlqar Altay özünün feysbuk səhifəsində yazıb. 

Müxalifət Tofiq Yaqublu üçün bir araya gəldi

Bu gün Müsavat Partiyasının qərargahında siyasi, ictimai təşkilatları, ziyalılarının bir qrupu, siyasi məhbus ailələri, ictimai fəallar artıq 38 gündür ki, qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun müdafiəsi üçün bir araya gəldi.  Tofiq Yaqublunun həyatını xilas etmək, siyasi məhbusların azadlğı  uğrunda mübarizənin koordinasiyasə istimamətində çıxışlar edildi, konkret təkliflər səsləndi.  Tofiq Yaqublunun və digər siyasi məhbusların azadlığı naminə birgə fəaliyyəin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə olundu.

Kartlardan oğurluq: Bu dəfə 30 mindən çox!

Vətəndaşların bank kartlarından mayın 7-də 30 min manatdan çox pul oğurlanıb.  Sozcu.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR? - Bu əlamətlər varsa...

Son günlər ölkə ərazisində bir çox vətəndaşlar yüksək hərarət, boğaz ağrısı və digər oxşar əlamətlərlə müşayiət olunan narahatlıqlardan şikayətlənirlər. Vəziyyətin geniş vüsət alması ictimaiyyətdə müəyyən narahatlıq yaradıb. Sosial şəbəkələrdə və gündəlik müşahidələrdə bu halın mövsümi qripdən daha ağır keçdiyi, hətta yeni virusun yayıldığına dair iddialar irəli sürülür. Həkim-infeksionist Aytən Ziyadova iddialarla bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, havaların dəyişkən keçməsi və temperatur fərqlərinin artması fonunda müxtəlif infeksion xəstəliklərin müşahidə edilməsi artıb: “Bu infeksiyalar həm bağırsaq sistemi, həm də üst tənəffüs yolları ilə əlaqədar ola bilər. Mövsümi keçidlər zamanı orqanizmin immun sistemi zəiflədiyindən, virus və bakteriyaların yayılması üçün əlverişli şərait yaranır. Üst tənəffüs yolu infeksiyaları arasında daha çox rast gəlinən viruslar RSV (Respirator Sinsitial Virus) və RV (Rinovirus) kimi tanınır. Bu virusların klinik əlamətləri bir-birinə oxşardır – öskürək, burun axıntısı, boğaz ağrısı, bəzən isə nəfəs darlığı ilə müşayiət oluna bilər. Xüsusilə azyaşlı uşaqlarda və yaşlılarda bu infeksiyalar daha ağır keçə bilər. Belə hallarda "qırmızı bayraq" əlamətlərinə diqqət etmək tövsiyə olunur.  Bu əlamətlərə yüksək hərarətin 38.5 dərəcədən yuxarı olması, hərarət salıcı preparatların təsirsiz qalması, dəri səpkilərinin yaranması və onların bədəndə sürətlə yayılması daxildir. Belə hallarda mütləq həkimə müraciət edilməli və laborator diaqnostika aparılmalıdır”. Həkim bildirib ki, həm uşaqlar, həm də böyüklər arasında bu dövrdə müxtəlif bağırsaq viruslarına da rast gəlinir: “Bu viruslar arasında parvovirus B19 xüsusilə qeyd olunmalıdır. Parvovirus infeksiyası əsasən dəri səpkisi və qızdırma ilə başlayır, bəzi hallarda isə ürəkbulanma, qusma və ishal ilə özünü göstərir. Bu virus uşaqlarda "beşinci xəstəlik" kimi tanınan səpkili xəstəliklərə səbəb ola bilər. Eyni zamanda, influenza (qrip) virusunun da aktiv dövrüdür. Gərgin əzələ ağrısı, baş ağrısı, halsızlıq, yüksək hərarət və bəzən ishal ilə müşahidə olunan bu infeksiya da ciddi ağırlaşmalara yol aça bilər, xüsusilə də xroniki xəstəlikləri olan şəxslərdə. İnfluenza və digər mövsümi viruslara qarşı peyvəndlənmə və gigiyenik qaydalara ciddi əməl olunması vacibdir. Havaların qeyri-sabit olduğu bu dövrdə həm uşaqların, həm də böyüklərin sağlamlığına diqqətlə yanaşmaq, immuniteti gücləndirici tədbirlər görmək və ilk əlamətlərdə tibbi yardıma müraciət etmək mühüm əhəmiyyət daşıyır”.

Sumqayıtda emalatxanada partlayış: xəsarət alan var

Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub, xəsarət alan var. Sozcu.az xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb. Məlumata görə, hadisə emalatxanadakı sobanın partlaması nəticəsində baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Kəlbəcərədə avtomobil çaya aşdı, sürücü xəsarət aldı

Kəlbəcərədə minik maşını çaya aşıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. "Niva" markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Sürücü, Kəlbəcər şəhər sakini 1985-ci il təvəllüdlü N.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1170-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 961 970 hərbçi, 10 782 ədəd tank, 22 429 ədəd zirehli döyüş maşını, 27 552 ədəd artilleriya sistemi, 1 379 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 156 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 47 604 ədəd avtomobil texnikası, 35 407 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 875 xüsusi avadanlıq itirib.

İlham Əliyev Moskva paradında iştirak etməyəcək - Təcili

Azərbaycan Prezidenti İlham Əliyev 9 May paradında iştirak üçün Moskvaya səfər etməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. O, səfərin hansı səbəbdən baş tutmayacağı barədə məlumat verməyib.

TƏCİLİ! Pakistan Hindistanın bu ərazisini VURDU

Pakistan ordusu Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisinin sıx məskunlaşmış Punç bölgəsində yerləşən məktəbə zərbə endirib. Hadisə nəticəsində ölən və ya yaralananların dəqiq sayı hələlik məlum deyil. Sozcu.az xəbər verir ki, hadisə ilə bağlı hind mənbələri yerli mediaya məlumat veriblər. Bildirilir ki, mülki obyektlərə, xüsusilə də təhsil müəssisələrinə qarşı edilən bu hücum bölgədə gərginliyi bir qədər də artırıb. Hələlik Pakistan tərəfi insidentlə bağlı rəsmi açıqlama yaymayıb. Qeyd edək ki, Cammu və Kəşmir bölgəsi uzun illərdir Hindistan və Pakistan arasında sərhəd münaqişəsi və silahlı toqquşmaların mərkəzindədir.

Meteohəssas insanların nəzərinə: Sabah...

Mayın 8-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

10 yaşlı uşağı maşın vurub öldürdü

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili 2015-ci il təvəllüdlü kənd sakini Aytən Ağazadəni vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Sabahdan şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq

Mayın 17-8-də ölkə üzrə IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Sozcu.az MÜTDA-ya istinadla xəbər verir ki, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə sabah saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır. Monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 8. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində; 9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 10. Fətəli xan Xoyski prospekti, metronun "Gənclik" stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində; 11. Babək prospekti, mərkəz istiqamətində; 12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 14. Mehdi Hüseyn küçəsi, metronun "İçərişəhər" stansiyası istiqamətində; 15. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 16. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində; 17. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 18. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Ukrayna Rusiyaya kütləvi dron hücumuna hazırlaşır

Ukrayna mayın 9-da Rusiya ərazisinə genişmiqyaslı hücuma keçə və ya Qələbə Paradı zamanı Moskvaya zərbə endirə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb. Qeyd olunur ki, münaqişə başlayandan Kiyev dron arsenalını modernləşdirib və Rusiyanın dərinliklərinə zərbələr endirə bilər: “Ukrayna qüvvələri Moskvaya zərbə endirməyə cəhd edə bilər, lakin bunun üçün hava hücumundan müdafiə sistemlərini çaşdırmaq məqsədilə kütləvi hücuma əl atmalı olacaq. Ukraynanın hərbi parada, yoxsa ətraf ərazilərə hücum edəcəyi hələ dəqiq deyil. Kiyev Rusiyanın digər bölgələrinə də zərbə endirməyə cəhd edə bilər”.

Şahbaz Şərif təcili iclas çağırdı

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla münaqişənin kəskinləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Rusiyaya hücum: İki zavod, bir aerodrom vuruldu

Mayın 7-də Ukrayna Rusiyaya qarşı kütləvi PUA hücumu həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində Rusiyanın bir neçə hərbi zavodu vurulub. Bildirilib ki, Saransk şəhərində fiberoptik kabellər istehsal edən zavoda bir neçə PUA zərbəsi endirilib. Bundan başqa, Tula şəhərində RYAS istehsal edən zavod da vurulub. Moskva vilayətindəki Kubinka hərbi aerodromu da hücuma məruz qalıb. Bu aerodromda hərbi təyyarə və helikopterlər saxlanılırdı.

Buraxılış imtahanlarından şikayətlər niyə çoxalıb... - DİM-ə etiraz

2 martda keçirilən buraxılış imtahanında iştirak edən 6305, 9 martda keçirilən buraxlış imtahanında iştirak edən 4676 şagird apellyasiya şikayəti verib. Bu say əvvəlki dövrlərlə müqayisədə xeyli çoxdur. Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, builki buraxılış imtahanlarında apellyasiya müraciətlərinin çox olması əsasən yazılı cavab tələb edən suallarla əlaqəlidir: “Yazılı cavab tələb edən sualları yoxlayanlar əsasən magistratura pilləsində təhsil alan tələbələr olur. Onlar Dövlət İmtahan Mərkəzində (DİM) təlimlər, treninqlər keçirlər və sonra sualları yoxlayırlar. Burada məsələ ondan ibarətdir ki, narazılıqlar ildən-ilə artır. Bu da onu göstərir ki, sualları yoxlayan marker şəxslər müəyyən qədər səhvlərə çox yol verirlər”. “İşin pis tərəfi odur ki, biz əvvəlki illərdə apellyasiya şikayəti verəndə görürdük ki, abituriyentlərə vaxt ayrılır, dinlənilirdi. Ya ona videozəng edilir ya da telefon zəngi olunurdu. Bu imkan da indi onların əlindən alınıb. Təsəvvür edin, apellyasiya keçirilir, abituriyentin iştirakı yoxdur. Daha bunun nəyi apellyasiya oldu?! Düşünürəm ki, prosesin özü də nöqsanlıdır və düzgün keçirilmir. DİM bununla bağlı konkret olaraq nəticəyə gəlməlidir ki, markerlər sualları yoxlayarkən çox səhvlərə yol verirlər. Biz baxanda görürük ki, abituriyentlərin haqlı tərəfləri çoxdur. Bu ciddi imtahandır, insanın taleyi, gələcək karyerası, ixtisası həll olunur. Belə hallarda məsələyə ciddi yanaşmaq lazımdır. Bu məsələlərlə bağlı DİM ciddi işlər görməlidir. Abituriyentlərin bu narahatlığı nəzərə alınmalıdır”, - R.Fikrətoğlu bildirib.

Pakistan Hindistanın 5 qırıcısını və bir pilotsuz təyyarəsini vurdu...

Hindistan-Pakistan arasında birincinin gecə saatlarında başlatdığı savaş davam edir.  Sozcu.az xəbər verir ki, bu haqda  xarici nəşrlər məlumat yayıb. Hindistan rəsmiləri bildiriblər ki,raket zərbələri həm Pakistan, həm də Pakistanın idarə etdiyi Kəşmirdə doqquz obyekt hədəf alınıb. Həm Hindistan, həm də Pakistan mübahisəli Kəşmir sərhəd bölgəsinin bəzi hissələrinə nəzarət edir. Hindistan mülki, iqtisadi və ya hərbi obyektlərə deyil, yalnız “terror infrastrukturunun” vurulduğunu iddia edir, lakin Pakistan bunu təkzib edərək, mülki əhalinin və məscidlərin altı yerdə vurulduğunu söyləyir. Pakistanın cavabı:  Pakistan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus beş təyyarəni və bir pilotsuz təyyarəni “özünümüdafiə” məqsədi ilə vurduğunu bildirir və vurulanların arasında “Rafale” təyyarələrinin – Fransa istehsalı olan müasir çoxməqsədli qırıcıların olduğunu iddia edir. Hindistan səlahiyyətliləri hələ heç bir təyyarənin itdiyini təsdiqləməyib və “CNN” müstəqil olaraq iddianı təsdiq edə bilmir. Zərərçəkənlər:  Pakistan bildirir ki, Hindistanın zərbələri nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər ölüb , daha 35 nəfər yaralanıb. Hindistan Ordusu bildirib ki, Hindistanın idarə etdiyi Kəşmirdə üç mülki şəxs Pakistan əsgərlərinin sərhəddən atəşə tutması nəticəsində həlak olub. Bu gərginliyin mərkəzində mübahisəli Kəşmir bölgəsi dayanır - burada silahlı şəxslər keçən ay mənzərəli bir yerə basqın edərək əsasən hindistanlı turistlər daxil olmaqla 36 nəfəri öldürüblər. Dehli qonşusunu günahlandırır və uzun müddət Pakistanı sərhəddən keçən silahlı qruplara sığınacaq verməkdə günahlandırır.  İslamabad bunu təkzib edib və əvvəllər hücumçulara qarşı qisas alacağına söz verib. Hindistanın əksəriyyətini hindu təşkil edən Hindistan və müsəlmanların çoxluq təşkil etdiyi Pakistan Britaniya Hindistanının qanlı parçalanmasından doğulduğundan, iki xalq Kəşmir üzərində üç müharibə aparıb.  1999-cu ildəki sonuncu toqquşmadan sonra, ən son 2019-cu ildə çoxsaylı toqquşmalar baş verib, lakin heç biri yenidən genişmiqyaslı müharibəyə çevrilməyib. Risklər yüksəkdir; hər iki ölkə öz ordusunu gücləndirib, o cümlədən nüvə silahı ilə silahlanıb. Qlobal reaksiyalar:  Prezident Donald Tramp Hindistanın Pakistana qarşı təsdiqlənmiş hərbi əməliyyatını “ayıb” adlandırdı və ABŞ Dövlət Departamenti hökumətin “hadisələri diqqətlə izlədiyini” söylədi. Beynəlxalq ictimaiyyət gələcək hərbi əməliyyatlara qarşı xəbərdarlıq edir, BMT rəhbəri iki ölkəni "nəzarətdən asanlıqla çıxa biləcək hərbi qarşıdurmadan qaçmağa" çağırıb.

Avropadan Rusiyaya yeni sanksiyalar

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketinə 60 şəxsi və təşkilatı, eləcə də 150 tankeri daxil edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi bildirib. Agentliyin məlumatına görə, sanksiyalar siyahısına daxil edilən tankerlərin sayı 300-dən çox olacaq, onların Avropanın yurisdiksiyasında olan limanlara girişi qadağan ediləcək. Qeyd edək ki, Avropa Komissiyası Aİ ölkələrinə Rusiyadan uran və nüvə yanacağı almağı qadağan etməyi təklif edib.

Fridrix Merz Almaniyanın yeni kansleri seçildi

12:43 Xristian Demokratlar İttifaqının lideri Fridrix Merz ilk turda Almaniya kansleri seçilmək üçün Bundestaqda kifayət qədər səs toplaya bilməyib. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya parlamentinin spikeri Yuliya Klokner deyib. Qeyd olunur ki, Merzi 310 deputat dəstəkləyib, kansler seçilımək üçün isə lazım olan səslərin sayı 316-dır. *** Fridrix Merz Almaniyanın yeni kansleri olub. Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 316 səsdən 325-ni toplaya bilib.

Putinin vəzifə verdiyi Əbdüləziz Ukraynada öldürüldü

Rusiya Hərbi Hava Qüvvələrinin 76-cı qvardiya desant-hücum diviziyasına (Pskov diviziyası) rəhbərlik edən polkovnik Əbdüləziz Şıxabidov Ukraynada öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Şıxabidov 76-cı diviziyanın komandiri vəzifəsinə şəxsən Rusiya Prezidenti Vladimir Putin tərəfindən, 2025-ci il martın 10-da təyin edilmişdi. Qeyd edək ki, Şıxabidov bu vəzifəyə təyin edilməzdən əvvəl Cənubi Osetiya və Suriyada gedən döyüşlərdə iştirak edib. O, üç “Şücaət” ordeni və Suvorov ordeni, həmçinin 1-ci və 2-ci dərəcəli “İgidliyə görə” və “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.

İmamoğluya sui-qəsd ediləcək – Özəldən şok iddia

CHP lideri Özgür Özəl həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğluna həbsxanada sui-qəsd ediləcəyini iddia edib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özəl bu barədə CHP-nin qrup toplantısında çıxışı zamanı deyib. “Ötən gün mənə hücum edən Səlcuq Tengioğlu yanvar ayında İBB-yə gəlir. Bildirir ki, həbsxanada kamera yoldaşlarına təlimat verilib. İmamoğlu öldürüləcək. Mən bunu xəbər verməyə gəlmişəm deyib. Həmin vaxt bizimkilər onu polisə təhvil veriblər. Bildiriblər ki, bu şəxs belə bir iddia səsləndirib, siz məşğul olun. İndi isə işıq sürəti ilə həmin şəxs barəsində həbs qərarı verildi. Hansı kamerada yatıb? Dostları kim olub? Bu suallar ona verilməyibsə, yenidən ifadəsini alsınlar”, - partiya sədri əlavə edib.

Ağdaşda avtomobil tələbəni vurub öldürdü

Ağdaşda avtomobil piyadanı vurub. Sozcu.az apa-ya istinadən xəbər verir ki, bu gün Ağdaş şəhərində Murad Əsədovun idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yeniyetmənin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanılıb.

Rusiya böyük pullar xərcləyir ki, bizdə hakimiyyət dəyişsin - Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, bu gün ictimai rəy sorğuları parlament çoxluğunun - hakim “Mülki müqavilə” fraksiyasının lider mövqedə olduğunu göstərir. Sozcu.az xəbər verir ki, Simonyan bu haqda jurnalistlərlə söhbətində danışıb. O deyib ki, əgər bu bazar günü Ermənistanda parlament seçkiləri keçirilsə, hakim partiya yenə də qalib gələcək. "Mən əminəm ki, “Mülki müqavilə” parlament yerləri uğrunda 50%+1 səslə qalib gələcək. 2026-cı ildə isə daha da yüksək səs faizini qazanacağımız şübhə doğurmur", - Simonyan bildirib. Jurnalistlər ona martın 30-da Ermənistanın Şirak vilayətinin Gümrü Ağsaqqallar Şurasına keçirilən seçkilərdə müxalifətin qalib gəldiyini xatırladanda, Simonyan parlament və bələdiyyə seçkilərini müqayisə etməməyə çağırıb. Onun sözlərinə görə, 2021-ci ildə Ermənistan Milli Məclisinə keçirilən seçkilərdə onların Gümrüdəki partiyası seçicilərin 60%-nin dəstəyini qazanıb və 2 ay sonra həmin şəhərdə, lakin artıq yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə 20% səs toplayıb. Alen Simonyan müxalifətin ancaq sosial şəbəkələrdə fəal olduğunu deyib. O, sosial şəbəkələrdən kənarda həyatın olduğunu bəyan edərək, reallığın pul müqabilində təhrif olunduğu Facebook-un məlumatlarına əsaslanmamağa çağırıb. “Mən başa düşürəm ki, xaricdən çoxlu pul xərclənir”, - deyə Alen Simonyan Rusiyanı nəzərdə tutduğunu təsdiqləyib. “Müxtəlif yerlər, xüsusən də şimal qonşumuz Ermənistana qarşı hibrid müharibə aparır”. Simonyan bu səylərin 2026-cı ildə Ermənistan Milli Məclisinə keçiriləcək seçkilərə qədər daha da güclənəcəyinə əmin olduğunu bildirib. “Mən bunu ucadan deməkdən belə qorxmuram: bütün bunlar əks effekt verəcək və Ermənistan Respublikasının hazırkı hökumətinin reytinqi ikiqat artacaq”. O, Ermənistan xalqına güvəndikləri üçün Rusiyadan real çevriliş təhlükəsi görmədiyini vurğulayıb.

Putin sülh istəmir, Ukraynanı istəyir - Pens

Putin sülh istəmir, o, Ukraynanı istəyir. Artıq iki aya yaxındır ki, Ukraynanın razılaşdığı atəşkəsə əməl etməsini, Rusiyanın isə bunu gecikdirərək, bəhanələr gətirib sülhə riayət etməməsini izləyirik. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens deyib. “Putin yalnız gücü başa düşür, ona görə də ABŞ Ukraynaya davamlı dəstəyini açıq şəkildə bildirməlidir. Tramp administrasiyasının son aylardakı zəif dəstəyi Rusiyanı yalnız cəsarətləndirdi. Putin Ukraynada uğur qazansa, NATO üzvü olan ölkələri işğal etməsi an məsələsidir, o zaman uniformalı kişi və qadınlarımız gedib onunla döyüşməli olacaq”, - Pens bildirib.

Göyçayda 51 yaşlı kişi əməliyyat zamanı öldü

Göyçayda 51 yaşlı kişi xəstəxanada əməliyyat zamanı ölüb. Sozcu.az xəbər verir ki, Göyçay Mərkəzi Xəstəxanasında Ucar rayon sakini, 1974-cü il təvəllüdlü Vidadi İsgəndərov damar əməliyyatı zamanı ölüb. Araşdırmalar aparılır.

Bakıda fəhlə hündürlükdən yıxılıb öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, ötən gün saat 21 radələrində Ağ Şəhər Yaşıl Ada küçəsi ev 21-də fəhlə-Kürdəmir rayon sakini, 1960-cı il təvəllüdlü Elman Umudov 2-ci mərtəbədən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Astara məktəblisi Bakıda vəfat etdi

Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanalardan birində vəfat edib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təxminən 1 ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb. Yaxınları bildiriblər ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib. Qeyd edək ki, vəfat edən məktəbli təhsil aldığı məktəbin və rayonun tədbirlərində aktiv iştirak edirmiş.

Bəşər Əsədin qərargahı məhv edildi - İsrail ordusu

İsrail ordusu Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Hermon dağının zirvəsində yerləşən mərkəzi komandanlıq qərargahını vurub. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Qeyd olunub ki, hücum keçən həftə həyata keçirilib və qərargah məhv edilib.

Güclü külək əsəcək - Sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb. Bu barədə Sozcu.az-a Xidmətdən məlumat verilib. Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Samux, Gəncə, Göygöl, Naftalan, Goranboy, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan və Cəbrayılda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Kallas İranı Rusiyaya hərbi yardımı dayandırmağa çağırdı

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla İranın xarici işlər naziri Abbas Arakçı arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Kallas özünün X hesabında məlumat yayıb. Kallas Tehrandan Rusiyaya hərbi yardımı dayandırmağı tələb edib: “İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırdım, həbsdə olan AB vətəndaşları və İranda insan haqlarının pozulması ilə bağlı narahatlığımı bildirdim”. O qeyd edib ki, AB ilə İran arasında münasibətlər bu sahələrdə irəliləyişdən asılıdır.

İsrailə uçuşlar dayandırıldı: AZAL da siyahıda…

İsrailin Ben-Qurion hava limanı husilər tərəfindən hipersəsli ballistik raketlərlə hədəfə alınıb. Raket zərbələri nəticəsində hava limanının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bəzi reyslər dayandırılıb. Sozcu.az xəbər verir ki, məlumatı “Yerusəlim Post” nəşri yayıb. Qeyd olunub ki, son hadisələrlə əlaqədar bir neçə beynəlxalq aviaşirkət İsrailə uçuşları 7 may tarixinədək dayandırıb. Uçuşları dayandıran aviaşirkətlər arasında Azərbaycan Hava Yolları (AZAL) da yer alır.

İran bu partlayışa görə 5 milyard dollar itirdi

Aprelin 26-da Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində İran 5 milyard dollara qədər ziyana məruz qalıb. Sozcu.az xəbər verir ki, bunu İranın telekommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd-Möhsün Sədr deyib. Onun sözlərinə görə, dəymiş ziyanın miqyasına baxmayaraq, ölkə müasir texnologiyaların köməyi ilə hadisənin nəticələrinin aradan qaldırılmasını gözləyir. Qeyd edək ki, Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 57 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb.

Faciəvi şəkildə ölən şəxs FHN əməkdaşı imiş

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayon sakini Kənan Abdullayev dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, hadisə nəticəsində həyatını itirən K.Abdullayev FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub. K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.

Bu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq

Ürək-damar xəstəlikləri ilə bağlı dərman vasitələrinin resept əsasında icbari tibbi sığorta tərəfindən qarşılanması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə deyib. O bildirib ki, növbəti mərhələdə həzm və tənəffüs xəstəliklərinin dərman vasitələrinin resept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulub.

Ev alanda 2 dəfə düşünün - Çıxarış almaq mümkün deyil - AÇIQLAMA

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda daşınmaz əmlak üzərində 86708 mülkiyyət hüququ qeydə alınaraq çıxarışla təmin edilib. Əmlak məsələləri dövlət xidmətinin məlumatına əsasən, bunun 14224-ü fərdi yaşayış evləri və bağ evləridir. 19200-ü mənzillərdir, 49386-sl isə torpaq sahələrinin payına düşür. Bi tərəfdən qeydiyyatsız evlərin sənədləşdirilməsi üçün işlər görülür, amma digər tərəfdən yeni sənədsiz evlər hətta məhəllələr inşa edilir. Söhbət qiymətinin ucuz olması ilə alıcıları cəlb edən makler evlərdən gedir.  Bəs bu evlərin hansı problemləri olur?  Məsələ ilə bağlı Moderator.az-a daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, qanunla icazə verilməyən ərazilərdə tikilən əmlakların leqallaşdırılması nəzərdə tutulmayıb və buna ümid etməyə də ehtiyac yoxdur: "Bəzi vətəndaşlar düşünürlər ki, onların aldıqları evlər gələcəkdə leqallaşa bilər. Təəssüflər olsun ki, bununla bağlı heç bir əsas yoxdur. Vətəndaş birinci növbədə bilməlidir ki, leqallaşdırdığı halda o əmlakın özünü də riskə atır. T'bii ki, vətəndaş orda qeydiyyatda olmur. Sığorta hallarından da istifadə edə bilməyəcək və qanunla nəzərdə tutulmuş imtiyazlardan və imkanlar məhdudlaşdırılmış olur. Əsasən, əmlak bazarında vasitəçilikdə məşğul olan sahibkarlar, maklerlər qeyri-yaşayış təyinatlı torpaqları alaraq bu evləri tikir və ucuz qiymətə satır. Bu ərazilərdə isə payız, qış vaxtı bataqlıq zonalar əmələ gəlir. Bundan əlavə evə yaxın ərazilərdə məktəb, uşaq bağçası olmur. Ən əsası isə bu evlərin keyfiyyəti aşağı olur".  Məsələ ilə bağlı hüquqşünas Nəriman Əliyev bildirib ki, rəsmi sənədi olmayan evlərin mülkiyyət hüquqlarının mühafizəsi də mümkün olmur: "Bu cür evlər sökülə də bilər, dövlət ehtiyacları tərəfindən müsadirə də edilə bilər. Belə ki, mülkiyyət hüququ həm sərəncam, həm sahiblik, həm də istifadə hüququnu özündə birləşdirir. Daşınmaz əmlak mülkiyyət hüququ isə onun rəsmi olaraq dövlət tərəfindən qeydiyyata alındığı andan əmələ gəlir. Əgər bu mülkiyyət hüququ dövlət tanınmırsa, bu vətəndaşlar gələcəkdə mülkiyyət hüququnun tanınması istiqamətində böyük çətinliklərlə üzləşə bilərlər".  Qeyd edək ki, 2023-cü ilin oktyabrın 1-dən çıxarışla təmin olunmamış evlərə komunal xidmətlərin göstərilməsi, qadağan olunub. Amma buna baxmayaraq maklerlər tikdikləri evləri müxtəlif yollarla kommunikasiya xətlərinə qoşmağa çalışırlar. Müvafiq qurumlar isə hər an bu xətləri kəsə bilərlər.

Təcili: Ukrayna hərəkətə keçir – 9 Mayda Moskvaya mesaj, dünyaya xəbərdarlıq

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada 9 May – Qələbə Günü paradına qatılmağı planlaşdıran xarici ölkə nümayəndələrinin təhlükəsizliyi ilə bağlı risklərə diqqət çəkib. O, Rusiya paytaxtında keçiriləcək tədbirdə iştirakın müəyyən təhlükələr daşıdığını vurğulayıb. Buna cavab olaraq, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media hesabında sərt açıqlama verib. O bildirib ki, Qələbə Günü təxribat baş verərsə, Kiyev mayın 10-nu görməyəcək. Bəs Zelenski bu riski gözə alacaqmı? Bu barədə Moderator.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Zelenskinin bəyanatı əsasən xəbərdarlıq və mesaj xarakteri daşıyır: "Düşünmürəm ki, 9 Mayda – bir çox xarici dövlət rəhbərlərinin də iştirak edəcəyi bir tədbir zamanı Moskvaya birbaşa hücum həyata keçirilsin. Doğrudur, Ukraynanın belə bir təcrübəsi var – bir müddət əvvəl PUA-lar Kremlə qədər uça bilmişdilər. Lakin bu bəyanat daha çox həmin tədbirdə iştirak edəcək ölkələrə siyasi mesaj xarakteri daşıyır". Politoloq qeyd edir ki, Zelenskinin əsas məqsədi bu bəyanat vasitəsilə həmin dövlətlərin diqqətini Rusiya-Ukrayna müharibəsindəki təhlükəli vəziyyətə yönəltməkdir: "Şübhəsiz ki, Zelenski yaxşı başa düşür ki, 9 Mayda Moskvaya zərbə endirilsə, bunun qarşılığı çox sərt ola bilər. Üstəlik, tədbirdə iştirak edən xarici dövlət rəhbərləri də təhlükə altına düşərsə, bu, Ukraynanın beynəlxalq imicinə mənfi təsir göstərə bilər". O. Qasımov hesab edir ki, Zelenski Moskvanın birbaşa hədəf alınmasından çəkinəcək. Lakin  həmin günlərdə Rusiyanın digər bölgələrində hərbi obyektlərə və infrastruktur nöqtələrinə hücumlar həyata keçirilə bilər: "Bu hücumlar da Ukraynanın özünü müdafiə hüququ çərçivəsində qiymətləndirilə bilər. Ukrayna təcavüzə məruz qalmış bir ölkədir və atdığı addımlar da əsasən bu çərçivədə dəyərləndirilməlidir". Sonda politoloq vurğulayıb ki, Moskvanın 9 Mayda hədəf alınması ehtimalı aşağıdır. Çünki bu, Ukrayna üçün beynəlxalq aləmdə əlavə diplomatik risklər yarada bilər.

DİQQƏT! – Bu tarixlərdə Azərbaycanda zəlzələ olacaq?

May ayında Günəş fəallığının artması Yer kürəsində bir neçə maqnit qasırğasının qeydə alınmasına səbəb olacaq. Mütəxəssislərin proqnozlarına əsasən, bu hadisələr müxtəlif günlərdə müxtəlif intensivliklə baş verəcək və xüsusilə meteohəssas insanlar üçün sağlamlıq problemləri yarada bilər. 4-5 may – orta səviyyəli maqnit aktivliyi (G1-G2 səviyyəsində)  11 may – aşağı səviyyəli dalğalanmalar 16-18 may – güclü maqnit qasırğası (G3 səviyyəsində) 23 may – yenidən orta güclü aktivlik 28-29 may – zəif maqnit dəyişiklikləri Xüsusilə G3 səviyyəsində olan maqnit qasırğaları bəzi bölgələrdə texnoloji sistemlərə və rabitəyə təsir göstərə bilər. Həmçinin, ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərdə baş ağrısı, yuxusuzluq, halsızlıq kimi simptomların artması mümkündür. Sozcu.az xəbər verir ki, son dövrlər sosial şəbəkələrdə maqnit qasırğaları ilə zəlzələlər arasında əlaqə ola biləcəyi barədə iddialar yayılıb. Bu narahatlıqlar əsasən Günəş fəallığının artdığı dövrlərdə baş verən bəzi zəlzələ hadisələri ilə üst-üstə düşən təsadüfi vaxtlara əsaslanır. Lakin elmi cəhətdən bu iddiaların əsaslandırılması üçün kifayət qədər sübut yoxdur. Geofiziklər bildirirlər ki, zəlzələlər Yerin daxili qatlarında baş verən təbii geoloji proseslərin nəticəsidir. Əsas səbəb tektonik plitələrin hərəkətidir. Bu proseslər minlərlə kilometr dərinlikdə baş verdiyindən, Günəşdən gələn maqnit sahəsindəki dəyişikliklərin bu hərəkətlərə təsir etmək ehtimalı praktiki olaraq yoxdur. Bəzən insanlar Günəş fəallığının artdığı dövrlərdə zəlzələ hadisələrinin çoxaldığını müşahidə etdiklərini deyirlər. Amma bu, yalnız təsadüfi zaman uyğunluğudur. Statistika və elmi təhlillər bu iki hadisə arasında səbəb-nəticə əlaqəsini sübut etmir. Zəlzələlər geoloji aktiv zonalarda baş verir və onların baş vermə vaxtını dəqiq proqnozlaşdırmaq hələ ki, mümkün deyil. Eyni mövzu ilə bağlı NASA və Avropa Kosmik Agentliyi (ESA) kimi nüfuzlu qurumlar da dəfələrlə açıqlama verərək bildiriblər ki, Günəşdəki partlayışlar və nəticəsində yaranan maqnit qasırğaları Yer kürəsində seysmik aktivliyə səbəb olmur. Bu baxımdan, may ayında gözlənilən maqnit qasırğaları ilə bağlı ictimaiyyətin zəlzələ riski ilə bağlı narahatlığı elmi əsaslara söykənmir və bu kimi xəbərlərin yayılması panika yaratmaqdan başqa bir nəticə vermir.yenisabah)

Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib

"2030-cu ilə kimi tikiləcək 10 yeni stansiyanın dəqiq yerlərinin müəyyənləşdirilməsi prosesi tamamlanmaq üzrədir". Bu fikirləri "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib. O bildirib ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, 10 yeni stansiyanın 6-sı "bənövşəyi" xəttin, 4-ü isə "yaşıl" xəttin üzərində yerləşəcək: "Stansiyalar arasında tunellərin və keçid yollarının layihələndirilməsi işi aparılır". B.Məmmədov əlavə edib ki, yeni stansiyalar sayəsində Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlər şəhər mərkəzinə daha rahat şəkildə çatacaqlar: "Yeni şəbəkə "Nizami", "Sahil" və "Xətai" stansiyalarında digər xətlərlə keçidi təmin etməklə sərnişin axınını xeyli optimallaşdıracaq. "Yaşıl" xətt üzərində yerləşəcək 4 yeni stansiya isə 8 Noyabr prospektindən Əhmədliyə qədər olan ərazilər və ətraf kəndlər üçün mühüm əhəmiyyət daşıyacaq. Layihə, həmçinin, xətlərin ayrılması baxımından da önəmlidir".Oxu.az

Bakıda oğul atasını öldürdü

Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Rahib Tağıyev küçəsi ev 20-də baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Murad Əmirov atası Nizami Əmirova bir neçə bıçaq zərbəsi vurub. N.Əmirov hadisə yerində ölüb. M.Əmirovun özü də xəsarət alıb. O, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sırrı Süreyya Öndər vəfat etdi

Ürək xəstəliyi səbəbindən uzun müddətdir reanimasiyada olan DEM Partiyasından olan millət vəkili, TBMM sədr müavini Sırrı Süreyya Öndər vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb. Bildirilib ki, 62 yaşlı Öndər müalicəsinin 18-ci günündə çoxsaylı orqan çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Vuçiç xəstəxanaya yerləşdirildi

Serbiya prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib. Sozcu.az bu barədə Serbiya mediasına istinadən xəbər verir. Onun Belqraddakı Hərbi Tibb Akademiyasına yerləşdirildiyi bildirilir. Məlumata görə, Vuçiç ABŞ-yə səfəri zamanı özünü pis hiss edib və səfərini yarımçıq qoymaq qərarına gəlib. Rəsmi qurumlar siyasətçinin səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.

Bütün bunlar müharibənin sonunda baş verəcək - Zelenski

Xarici hərbi kontingentin Ukraynaya gəlməsi yalnız müharibə başa çatdıqdan sonra mümkündür. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib: “Bununla belə, bütün bunlar müharibənin sonunda baş verəcək. Siz başa düşürsünüz ki, heç kim hərbi əməliyyata cəlb olunmaq üçün Ukraynaya sadəcə olaraq öz qoşunlarını göndərməklə risk etməyəcək. Hətta heç kim olmasa da, əksər ölkələr”. Zelenski qeyd edib ki, “Arzulayanlar koalisiyası”nın iştirakçıları arasında öz hərbi kontingentini Ukraynaya göndərməyə hazır olanlar da var. “Biz bunu çox dəstəkləyirik”, - deyə Prezident bildirib. Ukrayna Prezidenti vurğulayıb ki, bəzi ölkələr atəşkəsdən sonra Ukrayna və Rusiyanın təkbətək qalmasını istəyəcək. Artıq belə siqnallar qeydə alınır. “Görürsünüz, hətta ilk addımı - atəşkəsi əldə etmək nə qədər çətindir. Təsəvvür edin, hamı başa düşür, ərazi məsələsi, sanksiyalar – bütün bunlar nə qədər çətin olacaq. Ona görə də elə siqnallar var ki, böyük ehtimalla atəşkəs haqqında razılığa gələndən sonra bəzi ölkələr bizimlə rusların təkbətək qalmasını istəyəcək. "Bunlar məhz belə siqnallardır", - deyə Zelenski ABŞ-ın danışıqları tərk etməsi ilə bağlı suala cavabında bildirib. Eyni zamanda, Prezident vurğulayıb ki, Avropa Ukraynanın yanında olacaq, “çünki çoxlu əlaqədar məsələ var”. ABŞ-ın danışıqlar prosesindən geri çəkilməsi ehtimalı ilə bağlı Zelenski deyib: “Mənə elə gəlir ki, onların belə düşüncələri var, çünki hər şey həqiqətən çox çətindir”.

Rusiyanın "arteriyasına" ağır zərbə hazırlanır

ABŞ hakimiyyəti Ukraynadakı müharibəni həll etmək məqsədilə Moskvaya təzyiq göstərmək üçün bank və enerji sektorlarında Rusiyaya yeni sanksiyalar hazırlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb. “ABŞ rəsmiləri Prezident Donald Trampın Ukrayna müharibəsinə son qoymaq səylərini dəstəkləmək üçün Moskvaya təzyiqi artırmaq məqsədilə bank və enerji sahələri də daxil olmaqla, yeni iqtisadi sanksiyaları yekunlaşdırıblar”, - məqalədə deyilir. Qeyd olunur ki, sanksiyaların hədəfi Rusiyanın dövlət enerji nəhəngi “Qazprom” və təbii ehtiyatlar və bank sektoru ilə əlaqəli iri müəssisələrdir.

Rusiyanın itkiləri 955 mini ötdü

Ukrayna müharibənin 1165-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 955 470 hərbçi, 10 745 ədəd tank, 22 369 ədəd zirehli döyüş maşını, 27 186 ədəd artilleriya sistemi, 1 375 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 153 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 47 003 ədəd avtomobil texnikası, 34 665 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 870 xüsusi avadanlıq itirib.

11 çayda suyun səviyyəsi qalxdı

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açqılanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 3-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərədə 22 sm, Əyriçay-Ağyazı və Vəlvələçay-Afurcada 16 sm, Qusarçay-Kuzunda 7 sm, Qudiyalçay-Qımılda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Gəncəçay-Zurnabadda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 11 sm, Tərtərçay-Vəngdə 8 sm, Bərgüşadçay-Əliquluuşağıda 6 sm, Quruçay-Böyük Tağlarda 2 sm artım qeydə alınıb.

Kondisioneri əvəz edəcək yeni üsul - Evi anında soyudur

İsti havaların yaxınlaşması ilə bir çox insanlar kondisionerə ehtiyac olmadan evlərini sərin tutmağın praktik yollarını axtarırlar. Temperaturlar yavaş-yavaş isinməyə başladığı üçün vətəndaşlar evdə sərin qalmağın ucuz yollarını axtarmağa başlayıblar. Kondisionerlərin yüksək enerji istehlakı və ventilyatorların real soyutma təmin edə bilməməsi səbəbindən bir çox insanlar diqqəti cəlb edən praktik və ucuz bir üsula müraciət etdilər: alüminium folqa. Supermarketlərdən sərfəli qiymətə əldə edə biləcəyiniz mətbəx tipli alüminium folqa pəncərə şüşələrinə yapışdırılaraq istifadə olunur. Bu üsul birbaşa günəş işığı alan pəncərələrdə xüsusilə təsirlidir. Parlaq səth folqa günəş işığını əks etdirir və istiliyin daxil olmasına mane olur. Beləliklə, otaqların temperaturu nəzərəçarpacaq dərəcədə azalır. Mütəxəssislərin fikrincə, folqa adi pərdələrdən daha yaxşı istilik əks etdirici rolunu oynayır. O, günəşin pəncərə şüşəsindən keçməsinin qarşısını alır və içərini daha da qızdırır, beləliklə, kondisionerə ehtiyacı azaldır. Kondisioner qədər effektli olmasa da, folqa üsulu və bu kimi sadə tədbirlər yayın istisində sərin qalmağınıza və elektrik enerjisinə qənaət etməyə kömək edə bilər. Üstəlik, tətbiq etmək asandır və dəyəri demək olar ki, əhəmiyyətsizdir. /Milli.az/

Traxtorun qələbəsi - Güney Azərbaycanın sevinci

Traxtorun çempionluğu Güney Azərbaycanın şəhərlərində coşqu ilə qeyd edilib. Traxtorun çempionluğu rəsmiləşdikdən sonra Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin, Tehran, Qum, Maku, Sulduz, Tikan Təpə, Astara, Kəlibər, Xalxal, Xiyav, Xoy, Salmas, Qoşaçay, Sayınqala və başqa bir çox şəhərlərdə insanlar küçələrə axlşaraq bayram keçirib, milli şüarlar səsləndiriblər. Ötən gecə Təbrizdə minlərlə Güney Azərbaycan türkü "Təbriz, Bakı, Ankara, biz hara farslar hara?!” şüarı səsləndiriblər. Təbrizlilər Qərbi Azərbaycandakı kürd terror qruplaşmaları və onların Tehrandakı havadarlarına xəbərdarlıq olaraq, "bu torpağdan pay olman Urum Kürdüstan olmaz" şüarları səsləndiriblər. Urmuda isə minlərlə Azərbaycanlı "Urmu türkündür, türkün, qalacaq", "Təbriz, Zəncan, Ərdəbil; Bu səs Urmudan gəlir”, “Türk Dilində mədrəsə olmalıdır hər kəsə” şüarları ilə Urmu Dövlət Meydanına axışıblar. Zəncanın müxtəlif yerlərində, o cümlədən El Dağında minlərlə Zəncanlı Azərbaycan mahnıları və rəqsləri ilə bayram keçiriblər. Ərdəbildə də Təbrizdə olduğu kimi, qələbə sevinci ilə yanaşı, milli şüarlar səsləndirilib.

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun həyat yoldaşına qarşı zorakılığı barədə sensasion xəbər şok effekti yaratdı. Təkcə ona görə yox ki, zorakılığı törədən şəxs ölkədə tanınmış şəxsin övladıdır, həm də ona görə ki, döydüyü, dəhşətli zorakılığa (fotolardan aydın görünür) məruz qoyduğu qadın həyat yoldaşı və üstəlik, hamilə olub. Nəticədə qadın övladını itirib. Məhəmməd Pənahovun törətdiyi hadisənin xəbər yükü də ilk növbədə bir qadına qarşı törədilən zorakılıqdır. Daha sonra isə onun məhz Məzahir Pənahovun övladı olması diqqəti çəkir. Amma bütün bunlara – oğlunun törətdiyi əməllərə görə Məzahir Pənahovun əlbəttə ki, heç bir məsuliyyəti yoxdur. Burada əsas məsələ Məzahir Pənahovun heç bir yerdə işləməyən oğlunun ABŞ-da, özü də bu ölkənin ən bahalı bölgələrindən olan Los-Ancelesdə yaşadığı dəbdəbəli həyatdır. Cütlük kifayət qədər lüks həyat şəraitinə malik olub. Oğul Pənahovun həyat yoldaşına qarşı zorakılığının səbəblərinin də dəbdəbəli həyatın yaratdığı pis vərdişlərdən qaynaqlandığı deyilir. Yayılan xəbərin yaratdığı ikinci sensasiya məhz budur: 2022-ci ildə Bakıda ailə həyatı quran oğul Pənahov ABŞ-a köçüb və Los-Ancelesdə yaşamağa başlayıb. Heç bir iş yeri, məşğuliyyəti, qazanc mənbəyi olmayıb, lakin bu onun Los-Ancelesin nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağına maneçilik törətməyib. Los-Anceles, Hollivud ulduzlarının yaşadığı Bel-Eyr bölgəsi və 2 milyon 35 min 400 dollarlıq villa. Britaniyanın “Halifax”, “Natwest” bankları, ABŞ bankları, eləcə də Dubayda heç vaxt boş olmayan bank hesabları... Bu arayış bütün diqqəti məhz Məzahir Pənahovun üzərinə yönəldir. MSK sədri Məzahir Pənahovun aylıq vəzifə maaşı 3 min manatdır. Uzun illər fəaliyyət göstərdiyi postun yaratdığı müəyyən üstünlüklər də ola bilər, misal üçün, dövlət mükafatları, çoxillik iş təcrübəsinə görə mükafatlar və s. Amma Məzahir Pənahovun aylıq maaşı və rəsmi şəkildə əldə edə biləcəyi maliyyə imkanları Los-Ancelesdə 2 milyonluq villa almasına yetərli ola bilməz. Hesablamağa çalışaq: Məzahir Pənahovun aylıq maaşı 3 min manatdırsa, oğlunun aldığı 2 milyon 35 min 400 dollarlıq villanı almaq üçün yemədən-içmədən 679 ay işləməlidir və bu, 56 il 8 ay edir. 74 yaşlı Pənahov 2000-ci ildən MSK-nın sədridir. Belə bir hesablama bütün riyazi məntiqi alt-üst edir... Məzahir Pənahovun oğlunun hamilə arvadını döyməsi xəbərində ikinci, əslində əsas sensasiya da məhz burada gizlənib. Atası 3 min manat maaş alan, özü heç bir yerdə işləməyən oğul Pənahov 2 milyonluq villanı necə alıb? Ümumiyyətlə, oğul Pənahov ABŞ-da işləmirsə, orda biznesi yoxdursa, niyə və hansı vəsaitlə Los-Ancelesdə, ən bahalı məhəllədə yaşamalıdır? Sualın cavabı varmı?.. Asif Nərimanlı Axar.az

Nazirlikdən qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır: "İntensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir. Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Bundan əlavə, qərb küləyi fonunda havanın temperaturunun yüksəlməsi nəticəsində bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur".

ABŞ Rusiyaya təzyiq üçün variantlar hazırlayıb

Prezident Vladimir Putin Ukraynada müharibəni dayandırmağa tələsmədiyi üçün ABŞ administrasiyası Rusiyaya iqtisadi təzyiqi artırmaq məqsədilə bir sıra variantlar hazırlayıb. Sozcu.az xəbər verir ki, “Blumberq” adının açıqlanmasını istəməyən Ağ Ev rəsmilərinə istinadla məlumat yayıb. “Diplomatik səylər davam etdiyi üçün Prezident Donald Tramp hələ qərar verməyib. Yekun qərar yalnız prezident tərəfindən veriləcək”, - məlumatda qeyd olunub.

Xocalıda hərbi sursat partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci il 2 may tarixində hərbi sursatın partlaması hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub. Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Sərhədçilərimizə atəş açıldı - Ölən və yaralanan var

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, mayın 1-i saat 21:55-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində sahildən 0.3 mil məsafədə sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum üzmə vasitəsi müşahidə edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri məlumatlandırılaraq sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb. Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin cənub-şərq istiqamətində keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı hədəfin saxlanılması məqsədilə saat 22:40-da sərhəd gəmisi tərəfindən işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilib, xəbərdarlıq atəşi açılıb. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərən sərhəd pozucularının saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib, nəticədə sərhəd pozucularının hər ikisi yaralanıb. Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularının ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi üzrə təxirəsalınmaz tədbirlər görülüb. Təxliyə zamanı həkimlərin səyinə baxmayaraq sərhəd pozucularından birinin həyatını xilas etmək mümkün olmayıb. Digər sərhəd pozucusunun isə müasir tibb müəssisəsində müalicəsi davam etdirilir. Layner tipli itisürətli üzmə vasitəsinə keçirilmiş baxış zamanı 33 kiloqram 75 qram narkotik vasitə marixuana, 2 ədəd “Garmin” markalı GPS və 1 ədəd “THURAYA” markalı peyk telefonu aşkarlanaraq götürülüb. İlkin araşdırma tədbirləri nəticəsində sərhəd pozucularının İran vətəndaşları – 1985-ci il təvəllüdlü Qaranicat Nuri Qurban Məhəmməd (yaralı) və 1990-cı il təvəllüdlü Uməhəmmədi Behsad Saleh (ölən şəxs) olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məzahir Pənahovun oğlu arvadına dəhşətli işgəncələr verib - İDDİA + FOTO

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir. Sozcu.az xəbər verir ki, o, Haqqin.az-a müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb. Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib. O, 17 ay birgə yaşadıqdan sonra Kaliforniyada qaldıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub. Qeyd olunub ki, Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məlumat üçün bildirək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb.

Bunları antiteror əməliyyatlarında gördük - Eyvazov

Müasir döyüş üsullarının öyrənilməsi, yeni tendensiyaların orduya tətbiq edilməsi yollarını antiteror əməliyyatlarında gördük. Sozcu.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində müdia gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında peşəkarcasına döyüşən ordu fəaliyyət göstərib. “Qarabağda heç bir mülki insana, abidələrə zərər gəlməməli idi. Bu kimi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri erməni birləşmələrinin qalıqlarını ölkə ərazisindən təmizlədi”, - deyə o bildirib.

Bakıda makler 5 sahibkarın yarım milyonunu mənimsədi

Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manat dələduzluqda təqsirləndirilən Vüsal Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Cəfərov 7 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, V.Cəfərov "Dərnəgül" tikinti materialları bazarında sahibkarlardan ümumilikdə 509 min 400 manatlıq tikinti materialları alsa da, həmin materialların pulunu mənimsəyib. İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Bakıda sərxoş kişi küçədə 2 xəstə qardaşı bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki qardaşa xəsarət yetirməkdə təqsirləndirilən Üzeyir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ü.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindəki parkda baş verib. Şəhər sakini Ü.Məmmədov Dəniz adlı sevgilisi ilə birlikdə spirtli içki qəbul edərək parkdakı söhbətgahda əyləşərək yenidən yemək yeyib, içki qəbul etməyə başlayıb. Həmin vaxt söhbətgahda Nicat və Rəşad adlı iki qardaş da olub. Üzeyir söhbətgahda olan pişiyi söydüyü üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Üzeyir epilepsiya xəstəsi olan Rəşada bıçaqla xəsarət yetirib. Rəşadın epilepsiya keçirdiyini görən kar və lal olan qardaşı Nicat ona yardım etmək istəyərkən Üzeyir onu da bıçaqlayıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü.Məmmədov saxlanılıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir - İDDİA

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin müavini Pərvin Ağasıyev və Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynurə Dadaşovanın tutduğu vəzifələrdə qanunsuz olaraq fəaliyyət göstərdiyi iddia edilib. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, Pərvin Ağasıyev və Aynurə Dadaşova barəsində edilən paylaşımlarda onların Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu imtahanını keçmədikləri üçün sistemdə adlarının olmadığı söylənib. Sözügedən iddialara cavab almaq üçün aprelin 26-da Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb. Sorğuya cavab veriləcəyi bildirilsə də, 6 gündür cavablandırılmayıb. Qeyd edək ki, "Media haqqında" Qanuna görə, informasiya əldə edilməsi barədə yazılı sorğuya "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

7-ci sinif şagirdi vəfat etdi

Sumqayıt şəhər 39 saylı orta məktəbin yeddinci sinif şagirdi Fuad Bəylərli vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. F.Bəylərli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

"Rusiya hələ də Ukraynanı və Azərbaycanı yenidən ram etməyi xəyal edir"

"Biz bilirik ki, həm Ukraynanı, həm Azərbaycanı o zaman da, bu gün də, gələcəkdə də ram etməyi, işğal etməyi arzulayan bir ölkə var..." Bu gün verilən bir çox sualın cavabını keçmişdə tapmaq olar. Dünyanın müxtəlif ölkələri üçün müxtəlif dövrlərdə eyni tarixi düşmənin mövcud olduğu tez-tez ortaya çıxır. Sozcu.az xəbər verir ki, bu barədə "Ukrayna azərbaycanlılarının Birləşmiş Diasporu" Ümumukrayna İctimai Birliyinin sədri Hikmət Cavadov "gordonua.com" nəşrindəki bloqunda yazıb. O, qeyd edir ki, bu fikirdə şübhəsi olanlar ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun "Delfi" nəşrinə verdiyi müsahibə ilə tanış ola bilər. "Fikrimcə, Putin açıq şəkildə bütün Ukraynanı istəyir. O, Rusiya imperiyasını yenidən qurmağa çalışır. Bu səbəbdən, Ukraynada nə baş verməsindən asılı olmayaraq, keçmiş SSRİ respublikaları daim Moskvanın təhdidi altındadır. Ukraynanın Rusiyaya vurduğu itkiləri nəzərə alsaq, Kreml yeni əraziləri ələ keçirmək iqtidarında deyil. Amma düşünürəm ki, Kremlin hədəfləri təkcə Ukrayna ilə məhdudlaşmır. Belarus bu gün demək olar ki, Rusiyanın bir hissəsidir. Azərbaycan, Gürcüstan, Ermənistan və Orta Asiya respublikaları da risk altındadır. Baltikyanı ölkələr isə şübhəsiz ki, Kreml siyahısındadır", - Con Bolton bəyan edib. Cavadov davam edir: "Onunla qiyabi mübahisə etmək olar. Amma anlamaq vacibdir ki, bu, tanınmış və məlumatlı bir siyasətçinin şəxsi nəticəsidir. Bəli, bu, artıq baş vermiş hadisələrin təsdiqi deyil, bir proqnozdur. Lakin gəlin Azərbaycan və Ukrayna tarixindən dərs götürək,  paralellər tükürpədicidir. 28 aprel 1920-ci il demokratik Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik ordusunun hücumu altında süqut etdiyi gün kimi tarixə yazılıb. Bu hadisə hələ də yaddaşlarda ağrı və həsrət yaradır. Cəmi 23 ay ərzində gənc Azərbaycan parlamentli demokratiya qurmağa, milli ordu yaratmağa, islahatlar aparmağa və özünü dünyaya tanıtmağa müvəffəq olub. Lakin yüz ildən artıq öncə bunların hamısı bir gündə puç edilib. Ukrayna Xalq Respublikasının yolu da demək olar ki, eyni olub. Hər iki dövlət - Azərbaycan və Ukrayna Birinci Dünya müharibəsindən və imperiyaların süqutundan sonra dünya siyasi xəritəsində meydana çıxıb. Hər ikisi müstəqillik uğrunda mübarizə aparır, dünyəvi, demokratik dövlətlər qururdu. Hər ikisi beynəlxalq səviyyədə tanınmışdı. Amma hər ikisi sovet Rusiyasının ekspansiyasının qurbanı oldu, bu ekspansiya proletar beynəlmiləlçiliyi şüarları ilə pərdələnmişdi. Ukrayna Xalq Respublikası 1917-ci ildə elan edilib və artıq 1919-cu ilin yanvarında bolşeviklər Kiyevi işğal edib. Ukrayna müvəqqəti olaraq dövlətçiliyini itirib. Bakıda da eyni hadisə bir il sonra təkrarlanıb: 1920-ci il aprelin 27-də səhər Qızıl Ordu hücuma keçib, aprelin 28-də isə Azərbaycan Sovet Sosialist Respublikası elan olunub. Hər iki halda Moskva öz nizamını zorla qəbul etdirib. Bu, 70 ildən çox davam edən bir işğal olub. Bu gün, yüz ildən artıq bir zaman keçib, Ukrayna yenidən həmin imperiya məntiqinə - məhz 1920-ci illərdə onu azadlıqdan məhrum edən məntiqə qarşı mübarizə aparır. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan da suverenliyin itirilməsinin nəyə başa gəldiyini yaxşı xatırlayır. Odur ki, Con Boltonun xəbərdarlığı bizim ölkələr və xalqlar üçün növbəti ciddi xəbərdarlıqdır. Biz bilirik ki, həm Ukraynanı, həm Azərbaycanı o zaman da, bu gün də, gələcəkdə də ram etməyi,  işğal etməyi arzulayan bir ölkə var. Və biz tarix dərslərinin tənəyə çevrilməməsi üçün birgə hərəkət etməliyik", - Cavadov yazıb.moderator)

Suriyada şəhər meri və oğlu güllələndi

Suriyanın Sahnaya şəhərinin meri Husam Barur və onun oğlu naməlum şəxslər tərəfindən güllələnib. Sozcu.az xəbər verir ki, bu barədə Suriya TV telekanalı məlumat yayıb. Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır. Bildirilir ki, bundan öncə H.Barur druzlarla bağlı yaranmış vəziyyətə görə, əhalidən Suriya hakimiyyətinə dəstək göstərmələrini xahiş etmişdi.

ABŞ-İran danışıqları təxirə salındı

ABŞ və İran nümayəndə heyətləri arasında mayın 3-nə planlaşdırılan danışıqlar logistik səbəblərə görə təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu barədə Oman Xarici İşlər Naziriliyi məlumat yayıb. Xatırladaq ki, Oman iki ölkə arasında danışıqlarda vasitəçi kimi çıxış edir.

Bu ərazilərdə binalar söküləcək - Komissiya YARADILDI

Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb. Sozcu.az xəbər verir ki, Bakı Şəhəri İcra Hakimiyyəti yanında Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq Bakı şəhərində və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq. Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur. Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.

Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

İki gün güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızıda cənub-qərb küləyi əsəcək. Bununla yanaşı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar, Qobustan, Şirvan, Şamaxı, İsmayıllı, Biləsuvar, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Saatlı, Sabirabad, İmişli, Bərdə, Tərtər və Ağdamda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

İranda güclü zəlzələ oldu: xəsarət alanlar var

09:27 İranın Xorasan Rəzəvi əyalətinin Rəştxar şəhərində səhər saatlarında 5 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib. *** İranda zəlzələdə xəsarət alanların sayı 19-a çatıb. Bu barədə İRNA məlumat yayıb.

NATO ekspertləri Bakıda hərbçilərimizə kurs keçirlər

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Alyansın Hərbi Hava Qüvvələri Komandanlığının (HHQ) mobil təlim qrupu tərəfindən Azərbaycan HHQ-nin hərbi qulluqçularına "Hava əməliyyatlarının planlanması və aparılması" mövzusunda kurs keçirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, keçirilən kursun əsas məqsədi NATO-da hava məkanının idarə olunması, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) proqramı çərçivəsində aviasiya heyətinə özünüqiymətləndirmə (SEL) və NATO qiymətləndirməsi (NEL) fəaliyyətlərinin əsas prinsiplərini izah etmək, dinləyicilərin öz ixtisasları üzrə nəzəri və praktiki biliklərini təkmilləşdirməkdir. Kurs müddətində işçi qruplarla praktiki və nəzəri tapşırıqlar icra ediləcək. Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək. Qeyd edək ki, təlim kursu mayın 2-dək davam edəcək.

Bazar günü imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il mayın 4-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək Bu barədə Sozcu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək. İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 118 binada təşkil olunacaq.   İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.  İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsini; - şəxsiyyəti təsdiq edən sənədin əslini. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şəxslər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur: dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq); dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;  oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).  İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. İmtahanda ümumilikdə 27337 (Bakıda 18917, Sumqayıtda 1087, Abşeronda 1088, Naxçıvanda 82, Gəncədə 1782, Şəmkirdə 87, Tovuzda 184, Mingəçevirdə 217, Yevlaxda 85, Şəkidə 147, Zaqatalada 336, Balakəndə 227, Qəbələdə 197, Qaxda 185, Bərdədə 223, Göyçayda 253, Şirvanda 357, Lənkəranda 350, Qubada 283, Qusarda 626, Xaçmazda 624) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.   İmtahanın idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 315 imtahan rəhbəri, 2534 nəzarətçi ayrılıb, 363 buraxılış rejimi əməkdaşı (mühafizə), 118 bina nümayəndəsi ayrılıb. İmtahanda 53  nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

I sinfə qəbulla bağlı portala girişdə problem…

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu ilə portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu gündən uşaqların 1-ci sinfə elektron qəbulu prosesinə start verilib: "Hazırda sistemə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülür".

ABŞ-Ukrayna sazişinə nələr daxildir?

ABŞ və Ukrayna arasında imzalanmış “Amerika–Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında” saziş 57 mineralı əhatə edir və sənəddə ABŞ-dan hərbi yardım məsələsi də qeyd olunur, lakin bir sıra məsələlər ətraflı izah olunmayıb. Sozcu.az xəbər verir ki, bunu sənədlə tanış olan “Yevropeyskaya pravda” nəşri yazıb. Bildirilir ki, danışıqlar zamanı Ukrayna və ABŞ sazişi bir neçə hissəyə bölməyə qərar verib: “Xüsusilə, Vaşinqtonda imzalanmış ikitərəfli saziş hökumətlər arasında bəzi sahələrdə əməkdaşlığın siyasi çərçivələrini müəyyən edir. Bunlara yeraltı sərvətlərin işlənməsi, faydalı qazıntıların satışı, ABŞ tərəfindən, o cümlədən hərbi sahədə, Ukraynaya göstəriləcək gələcək yardım daxildir”.

Misirdə partlayış: ölənlər var

Misirin Sitt-Oktobr şəhərində qaz kəmərində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Youm7" portalı məlumat yayıb. Bildirilir ki, partlayış nəticəsində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaxınlıqda dayanan bir neçə avtomobil də yanıb. İlkin məlumata görə, hadisəyə borudan qaz sızması səbəb olub. Hazırda yerli prokurorluq hadisənin başvermə şəraitini araşdırır.

"Trampın reytinqi 100 gündə son 80 ilin minimumundan da aşağı düşüb"- sorğunun nəticələri

"ABŞ vətəndaşlarının 39 faizi Trampın fəaliyyətini dəstəkləyib, 55 faizi mənfi münasibət bildirib..." Donald Trampın Ağ Evdə keçirdiyi 100 günün yekunlarına görə onun prezidentlik reytinqi son 80 ildə qeydə alınmış ən aşağı göstəriciyə enib. ABŞ vətəndaşlarının cəmi 39 faizi Trampın prezident kimi fəaliyyətini dəstəkləyib, 55 faizi isə bu fəaliyyətə mənfi münasibət bildirib. Sozcu.az xəbər verir ki, bu nəticələr aprelin 27-də "Ipsos" tədqiqat şirkəti, "ABC News" telekanalı və "The Washington Post" qəzeti tərəfindən ABŞ-ın 2464 seçicisi arasında keçirilmiş birgə sorğunun nəticəsində bəlli olub. Məlumatı "dw.com" nəşri yayıb. "Amerikalıların əksəriyyəti hesab edir ki, prezident səlahiyyətlərini genişləndirmək cəhdlərində "həddini aşır" - o, federal işçi qüvvəsini azaltmaq məqsədilə dövlət qulluqçularını vəzifədən azad edir, federal agentlikləri bağlayır və siyasi rəqiblərinə qarşı tədbirlər görür", - nəşrin sorğunun nəticələrinə dair şərhində bildirilir. Qəzetin dərc etdiyi və ABŞ prezidentlərinin adlarını əks etdirən cədvəldə görünür ki, Trampın indiki reytinqi ən aşağıdır. "Trampın dəstək reytinqi istər birinci, istərsə də ikinci prezidentlik müddətinin ilk 100 günündə istənilən əvvəlki prezidentdən daha aşağıdır", - cədvələ əlavə edilmiş qeyddə deyilir. Respondentlərin 40 faizdən çoxu maddi vəziyyətinin pisləşdiyini bildirib. Xüsusilə, sorğu iştirakçılarının 67 faizi respublikaçının birjada baş verən son eniş dövründəki fəaliyyətindən narazı qalıb, 64 faizi xarici mallara tətbiq edilən gömrük rüsumlarını dəstəkləməyib, 61 faizi isə ABŞ-ın digər ölkələrə qarşı siyasətindən narazılığını ifadə edib. Respondentlərin 72 faizi əmindir ki, Trampın atdığı addımlar yaxın zamanda iqtisadi tənəzzülə səbəb olacaq, 40 faizdən çoxu isə şəxsi maliyyə durumunun pisləşdiyini qeyd edib. Fevral ayında Tramp bir sıra fərmanları imzaladıqdan sonra, onu amerikalıların 45 faizi dəstəkləyib, 53 faizi isə fəaliyyətini bəyənməyib. Trampın ilk prezidentlik müddətində o, 100 gün tamam olanda indiki göstəricidən 3 faiz bənd daha yüksək dəstəyə malik olub. "Artıq ölkəmizdə azad və ədalətli "mətbuat" yoxdur. Bizim mətbuat yalnız mənfi xəbərlər yazır və sorğuların nəticələrini kütləvi şəkildə saxtalaşdırır. O, iflasa uğrayıb və korrupsiyaya bulaşıb. Təəssüf doğurur!" - "Tramp Truth Social" platformasında sorğu nəticələrinə münasibət bildirərkən razılaşmayıb. O, medianı özünü daim mənfi şəkildə təqdim etməkdə ittiham edib və onları "xalqın düşməni" adlandırıb. "Onlar həqiqətən də xalqın düşmənidir! Mən onlara hər şeyin ən yaxşısını arzulayıram, amma Amerikanı yenidən möhtəşəm etmək üçün mübarizəni davam etdirəcəyəm!" - Ağ Ev rəhbəri yenidən söz verib.

Bakıda 29 yaşlı gənc faciəli şəkildə öldü

Bakıda 29 yaşlı gənc dəm qazından boğulub. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1996-ci il təvəllüdlü Şahruz Tapdıqov yaşadığı evində dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, mərhum bu gün doğulduğu Biləsuvar rayonunda dəfn olunub.

İsrail Azərbaycandan yardım istədi

İsrail bu gün Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün 13 ölkədən kömək istəyib. Sozcu.az EFE agentliyinə istinadən xəbər verir ki, həmin ölkələr arasında Azərbaycan da var. İsrailin xarici işlər naziri Qideon Saar bildirib ki, Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarları ilə danışıb və onlardan meşə yanğınlarının söndürülməsi üçün havadan dəstək istəyib. Qeyd edək ki, bu gün səhər saatlarında Qüdsün qərbində meşə yanğınları baş verib.

İstanbulda dağıdıcı zəlzələnin baş verməsi ehtimalı əsassızdır - Üşüməzsoy

İstanbulda dağıdıcı zəlzələnin baş verməsi ehtimalı əsassızdır. Sozcu.az xəbər verir ki. bu sözləri APA-ya türkiyəli zəlzələ eksperti, professor Şənər Üşüməzsoy bildirib. O qeyd edib ki, 23 apreldə İstanbulda 6,2 maqnitudalı zəlzələ zamanı Mərmərə dənizində qırılması gözlənilən bir xətt vardı: “Həmin xəttin qırılmasından sonra dağıdıcı zəlzələ təhlükəsi aradan qalxıb. Yaxın zamanda gözlənilən şiddətli zəlzələ haqqında fikirlər sadəcə, spekulasiyadır. Bu ehtimal dillərdə dolaşırdı, lakin elmi əsası yoxdur. Çünki Mərmərə qırılma xəttinin 70 km-lik bir qismi 1894-cü ildəki, bir bölümü də 1912-ci ildəki zəlzələ zamanı qırılıb. Geridə elmi təsdiqi olan qırılmamış 50 km-lik bir xətt var. Mən onun bir qisminin aktiv olmadığı, digərinin isə baş verən son zəlzələ zamanı qırıldığı qənaətindəyəm. Aktiv olmayan, ölü sayılan xətt qırılsa belə, baş verəcək zəlzələnin gücü 6,2 maqnitudadan çox olmayacaq”. Şənər Üşüməzsoy Türkiyənin bir çox aktiv qırılma xətti üzərində yerləşdiyini xatırladaraq, ölkənin qərb və şərqində hələ də zəlzələ baş vermə ehtimalının qaldığını, hətta, şərqdəki qırılma xətlərinin qonşu ölkələrin ərazisinə qədər uzandığını əlavə edib: “Yan sürüşməli xətlər Azərbaycana qədər davam edir. Bunlar şərqi Anadolu və Şimal-Şərqi Anadolu xətləridir. Onlar böyük və tək parçadan ibarət olmasalar da, bir çox kiçik qırılma xətləri var. Bu xətlərin yaşayış məntəqələrinə yaxın qırılması zamanı baş verə biləcək 6,5 - 7 maqnitudalı zəlzələlər dağıdıcı ola bilər”.

“Venesiya”da baş verən hadisənin səbəbi məlum oldu

“Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib. Bu barədə Sozcu.az-a AQTA-dan bildirilib. Məlumat daxil olduqdan dərhal sonra Agentliyin müfəttişləri hadisə yerində olub. Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb. Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, “Venesiya” şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.

Azərbaycanın ən təhlükəsiz rayonları - Zəlzələ riski çox azdır - SİYAHI

Son günlər Türkiyənin müxtəlif bölgələrində baş verən ardıcıl zəlzələlər bir daha Cənubi Qafqazda, o cümlədən Azərbaycanda da seysmik təhlükəsizlik məsələsini gündəmə gətirib. Əsasən İstanbul, Malatya və Hatay vilayətlərində qeydə alınan yeraltı təkanlar həm fiziki dağıntılara, həm də ictimai narahatlığa səbəb olub. Sozcu.az Mili.az-a istinadən xəbər verir ki, zəlzələlərin yaratdığı qorxu fonunda Azərbaycan ictimaiyyəti də ölkədə hansı bölgələrin daha təhlükəsiz olduğunu, seysmik baxımdan haralarda yaşamağın daha az risk daşıdığını öyrənməyə çalışır. Mütəxəssislərin fikrincə, Azərbaycanın müəyyən əraziləri aşağı seysmik aktivliklə xarakterizə olunur və burada zəlzələ riski minimaldır. Zəlzələ baxımından ən təhlükəsiz bölgələr: Seysmik xəritələrə və Fövqəladə Hallar Nazirliyi ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin açıqlamalarına əsasən, aşağıdakı bölgələr zəlzələ təhlükəsi baxımından nisbətən təhlükəsiz ərazilər sayılır: Mərkəzi Aran bölgəsi - (Bərdə, Yevlax, Ağcabədi, Zərdab və s.) Salyan və Neftçala - ovalıq ərazilər olmaqla seysmik aktivlik aşağı səviyyədədir. Sabirabad və Saatlı - düzənlik relyefi və sabit yer qatları ilə seçilir. İmişli və Beyləqan - Aran zonasının davamı olaraq sabitlik baxımından öndədir. Biləsuvar və Cəlilabad - Cənub-şərq bölgəsi də təhlükə səviyyəsinə görə aşağı riskli sayılır. Bu ərazilərdəki torpaq qatlarının dərinliyi, aktiv fay xətlərindən uzaqlığı və yeraltı təkanların tarixdə az müşahidə olunması onları nisbətən daha təhlükəsiz edir. Riskli ərazilər hansılardır? Buna qarşı olaraq, Azərbaycanın bəzi bölgələri yüksək və orta seysmik risk zonasına daxildir: Şamaxı, Qəbələ, Zaqatala, İsmayıllı - Böyük Qafqazın cənub yamaclarında yerləşdiyindən tez-tez yeraltı təkanlarla üzləşə bilir. Lənkəran, Lerik, Yardımlı - Talış dağlıq əraziləri seysmik fəallığı ilə seçilir. Abşeron və Bakı - Tarixdə zəlzələlərin müşahidə edildiyi və orta risk daşıyan ərazilərdir. Naxçıvan MR-in dağlıq hissələri - seysmik baxımdan aktiv zonaya daxildir. Seysmoloqlar bölgə əhalisinə seysmik zonaların xüsusiyyətlərini nəzərə alaraq tikinti normalarına əməl etməyi, fövqəladə hallar zamanı davranış qaydalarını öyrənməyi və struktur cəhətdən davamlı binalarda yaşamağı tövsiyə edirlər. Unutmayaq ki, zəlzələ tam proqnozlaşdırıla bilməz. Lakin düzgün yerləşmə, hazırlıq və maarifləndirmə ilə risklər minimuma endirilə bilər.

Vuçiçə xəbərdarlıq: Rusiyaya səfərdən yayın, yoxsa…

Avropa Komissiyası Serbiya Prezidentinə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Giyom Mersyenin sözlərinə görə, xəbərdarlıq Aleksandar Vuçiçin Rusiyaya planlaşdırılan səfəri ilə bağlıdır. Belə ki, Avropa Komissiyası Vuçiçi xəbərdar edib ki, 9 May – Qələbə Paradı ilə bağlı Rusiyaya planlaşdırılan səfər Serbiyanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarını çətinləşdirə bilər.

Mayda temperatur və yağıntı iqlim normasından artıq olacaq

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. May ayında ölkə ərazisində havanın temperaturu tədricən artır. Son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçir. May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır. Bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. May ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 18-21 mm). havanın orta aylıq temperaturu 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 32-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-62 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 68-122 mm). havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 16-21 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 52-103 mm). havanın orta aylıq temperaturunun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 43-67 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 29-34 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-166 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 34-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-62 mm). havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 32 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).

Qəbul imtahanlarına qeydiyyat bitir - Abituriyentlərə XƏBƏRDARLIQ

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün abituriyentlərin qeydiyyatı sabah başa çatır. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. "30 aprel saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 28872, II ixtisas qrupu üzrə 23672, III ixtisas qrupu üzrə 26102, IV ixtisas qrupu üzrə isə 6198 abituriyent ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ilə real vaxt rejimində qeydiyyat səhifəsinin statistika bölməsində tanış olmaq mümkündür",- deyə əlavə edilib. Qeyd edək ki,Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.

Trampa arxalanmayın! - ABŞ prezidentinin keçmiş müşaviri

“Rusiya döyüş meydanında vəziyyətin onun xeyrinə olduğuna və danışıqlarda daha çox şey əldə edə biləcəyinə inandığı üçün nizamlanmaya tələsmir. Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Donald Trampın bütün güzəştlərə getməyə hazır olduğunu bildiyi üçün onu dəstəkləyəcəyinə əmindir”. Sozcu.az xəbər verir ki, bunu “Delfi”yə müsahibəsində Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib. Eyni zamanda, Bolton iddia edib ki, Putinin “Rusiya imperiyasını yenidən yaratmaq” ambisiyaları Ukrayna hüdudlarından kənara çıxır. O, Avropa ölkələrini birləşməyə və Trampa arxalanmamağa çağırıb. “Düşünürəm ki, Putin keçmiş “KQB” agenti kimi insanları manipulyasiya etməyi bacarır. Onların zəif cəhətlərini bilir. Putin həm Trampın ilk prezidentlik dövründə, həm də Tramp bu il vəzifəyə gəldikdən sonra ilk 90 gün ərzində onunla uğurla oynaya bildi. Putin açıq şəkildə bütün Ukraynanı ələ keçirmək istəyir. O, Rusiya imperiyasını yenidən yaratmağa çalışır. Ona görə də Ukraynada baş verənlərdən asılı olmayaraq, digər keçmiş sovet respublikaları Moskva tərəfindən daim təhdid altındadır. Və mən hesab edirəm ki, bu gün Kreml nədənsə Ukraynada atəşkəsə razılaşsa belə, bu, yalnız müvəqqəti xarakter daşıyacaq, o vaxta qədər ki, onlar öz silahlı qüvvələrini yenidən quracaq, yeni texnikalar alacaq, sonra da müharibəyə davam edəcək. Çünki Rusiya imperiyasının yenidən yaradılması böyük məsələdir. Bunun üçün Ukrayna lazımdır, lakin bir çox başqa şeylər də tələb olunur. Deməli, Putin üçün bu, çox uzunmüddətli plandır. Söhbət təkcə Ukraynanın şərqində növbəti altı ay ərzində baş verəcəklərdən getmir. Mən əmin deyiləm ki, Tramp bu böyük mənzərəni anlayır və ya başa düşürmü, bu onun mühakiməsinə təsir edəcəkmi? Məncə, Kremlin həyata keçirə biləcəyi başqa məqsədlər də var. Bu gün Belarus praktiki olaraq Rusiyanın bir hissəsidir. O, Ermənistan, Azərbaycan, Gürcüstan, Orta Asiya respublikalarını təhdid altında saxlayır. Amma Baltikyanı ölkələr onun siyahısından açıq-aydın kənardadır. Putin onların Rusiya İmperiyasının bir hissəsi olduğuna inanır. Ola bilsin ki, Mərkəzi və Şərqi Avropanın digər ölkələrində rusların “Rusiya İmperiyasının” bir hissəsi kimi görmək istədikləri ərazilər var”, - Bolton bildirib.

İtkin düşən 84 yaşlı həkimin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub. Sozcu.az Report-a istinadla xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb. Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, Arif Uluxanov uzun müddət Qusar Rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizinin Datça sahillərində (Muğla vilayəti) 4,4 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 08:36-da, yerin 14.57 km dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qadın Vatsapda 11 qrup yaratdı, 1,2 milyon mənimsədi...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, Tənzilə Kərimova 11 Vatsap qrupu yaradıb. O, bu qruplar vasitəsilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. T.Kərimova vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub. Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var. Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Xatırladaq ki, Qobustan rayonunun Çuxanlı kəndində yaşayan 1990-cı il təvəllüdlü qadın dələduzluq faktı aşkar ediləndən sonra həyat yoldaşından da ayrılıb.

Araik həmin binanı 800 min dollara girov qoyubmuş

Qarabağda ləğv edilmiş separatçı rejimin İrəvandakı "nümayəndəliyinin" binası Ermənistan hökumətinin sərəncamına verilib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Məlumata görə, 5 il əvvəl separatçı rejimin rəhbərlərindən biri olmuş, hazırda sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşı Araik Arutyunyan binanı banklardan birinə 800 min dollara girov qoyub.

“Azərişıq” səbəb göstərmədən iri məbləğli borclar yazır – “Azərsun”dan irad

“Azərişıq” səbəbi bəlli olmayan iri məbləğli borclar yazır – “Azərsun” nümayəndəsindən irad “Azərişıq” ASC mütəmadi olaraq səbəbi izah edilməyən böyük məbləğli borclar hesablayır. Bu barədə “Azərsun Holdinq”in nümayəndəsi Nazim Quliyev Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı bildirib. “Binanın 20 il ərzində bütün ödənişlərini etdikdən sonra onu törəmə mərkəzə çevirmək və nizamnamə kapitalını dəyişmək istədiyimiz zaman “Azərişıq”ın sistemindən 30 min, 5 min manatlıq borc olduğu barədə məlumat çıxır. Bu borcun nədən yarandığını heç cür öyrənə bilmirik. Kompüterə isə 'Quran ayəsi' kimi toxunmaq olmaz – heç nə dəyişmək mümkün deyil. Bu problemlə vaxtaşırı üzləşirik. Məhkəməyə müraciət etmək istəmirik, əməkdaşlıq tərəfdarıyıq. Qanunvericiliyə görə 10 ildən sonra bu cür borclar ödənilməyə bilər, lakin biz nə bu hüquqdan istifadə edə bilirik, nə də borcun silinməsinə nail ola bilirik,” – deyə nümayəndə vurğulayıb. “Azərişıq” ASC sədrinin birinci müavini Ramil Yusifov çıxışa cavab olaraq bildirib ki, borcun yaranmasına müxtəlif səbəblər təsir edə bilər və bu məsələ araşdırılmadan dəqiq fikir söyləmək düzgün olmaz. “Borcun yaranması fərqli səbəblərlə əlaqəli ola bilər. Vaxtında ödəniş olunmaya bilər, sayğacda nasazlıq yaranmış ola bilər. Bunun həlli yolları mövcuddur,” – deyə sədr müavini qeyd edib. Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin idarə heyətinin sədr müavini Cabbar Cabbarlı əlavə edib ki, bəzi hallarda dövlət qurumları ilə xidmət təşkilatları arasında ödənişlərlə bağlı anlaşılmazlıqlar yaşana bilir.Anews.az

Bakıda güclü yanğın

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 2. Tbilisi prospekti, metronun İzmir küçəsi ilə kəsişmədən stansiyası istiqamətində; 3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 6. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində; 8. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 16. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 17. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində; 18. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 19. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 20. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Məktəblərdə yaz tətili başlayır

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilir. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək. Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.

Həbsdə olan jurnalistin anası: "Oğluma haqsız yerə cinayət işi açılıb"

 "7gün.az"  saytının təsisçisi, baş redaktoru və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan jurnalist Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva  Sozcu.az saytına yazaraq, hazırda həbsdə olan Cavid Şirəliyevə qarşı açılan cinayət işini haqsız hesab edir.  Zahirə xanım bildirir ki, Cavid Şirəliyevə  haqsız yerə cinayət işi açılıb və mətbuat orqanlarında yazdığı məqalələrə görə onu sifarişli şəkildə həbs ediblər.   5 fevral 2025-ci il tarixində cinayət işi üzrə iş Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinə verilib. İşi aşağıdakı hakimlərdən ibarət məhkəmə tərkibinə təhvil veriblər:   1. Elmir Rüstəmov   2. Aytən Əliyeva   3. Vüqar Quliyev   Qanunvericiliyin tələbinə əsasən, məhkəmə icraat işlərini götürməməli və işi prokurorluğa qaytarmalı idi. Sual yarana bilər: Niyə? Çünki ilkin istintaq dövründə istintaq aparan müstəntiq İlkin İmanov, 4 vərəqdən ibarət ittiham aktını tərtib edərkən *Cinayət Prosesual Məcəlləsinin 289-cu maddəsinin* tələblərinə riayət etməyib. İstintaq sənədlərində kobud pozuntular aşkar edilib.   *Kobud prosesual pozuntular:*   1. *Tarix və imza uyğunsuzluğu:*      Müstəntiq İlkin İmanov, ittiham aktını 31 yanvar 2025-ci il tarixində (saat 14:15) Nərimanov Rayon Polis İdarəsində tərtib etməyə başlamış, lakin sənədin tarixini 28 yanvar 2025-ci il (saat 16:00) kimi qeyd edib. Bu, həm tarixin səhv qeyd edilməsi, həm də sənədin tərtib yeri ilə bağlı qeyri-müəyyənlikdir.   2. *Prokurorun nəzarət pozuntusu:*      Nərimanov rayonu prokuroru Hidayət Nurəlibəyov və baş müstəntiq İlkin İmanov tərəfindən imzalanan sənədlərdə kobud səhvlər mövcuddur.   3. *Vaxt çərçivəsinin pozulması:*      İşin 15 gün ərzində baxılması qanuni tələb olsa da, 75 gün sonra (21 aprel 2025) iclas keçirilib.   *Əlavə qanunsuzluqlar:*   - 19 fevral 2025-ci il tarixinə təyin edilmiş hazırlıq iclası, ittiham aktındakı səhvlərə görə ləğv edilib.   - Prokuror və müstəntiqə səhvlərini düzəltmək üçün şərait yaradılıb, onlar bu imkandan istifadə edib ışin icində olan kobud səhfləri bu vaxt ərzində düzəldib yenidən məhkəmə icraatına veriblər Mənim vasitəçiliyimlə məhkəmə bu pozuntuları yaxından araşdırdı və onları "dəhşətli" və "böyük biabırçılıq" adlandırdı. Qanuni tələblər nəzərə alınmadan qəbul edilən qərarlar, ədalət prinsiplərinə ziddir.   *Tələb:*   Cinayət işinin kobud prosesual pozuntular əsasında prokurorluğa qaytarılması və Cavid Şirəliyevin bu bu haqlı şəkildə azad edilməsi.  

Sertifikasiyadan kəsilən tibb işçilərinin aqibəti necə olacaq? - Komitə sədri açıqladı

“Sertifikasiya imtahanlarında yaxşı nəticə əldə etməyən işçinin işini davam etdirib-etdirməyəcəyi sual doğururdu”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. Komitə sədri bildirib ki, bu isə tibb işçilərinin haqlı narazılığına səbəb olurdu: “Bu gün müzakirə etdiyimiz dəyişikliklərdən sonra qanunlara, o cümlədən Əmək Məcəlləsinə yeni anlayış gətirilir. Bu, davamlı peşəkar inkişaf anlayışıdır. Sertifikasiya imtahanlarında uğur qazanmayan işçilərin 6 ay iş yeri və əməkhaqqı saxlanılacaq və 6 ay sonra həmin işçilər yenidən imtahan verəcəklər. Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq".

Trampa pis xəbər: vəzifədən erkən gedə bilər…

ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına təqdim edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Demokrat konqresmeni Şri Tanedar X sosial şəbəkə hesabında məlumat paylaşıb. “Mən yeddi maddəlik impiçment qətnaməsi təqdim etmişəm. Tramp Konstitusiyanı, Konqresi və məhkəmələri nəzərə almır, demokratiyanı təhlükə altına qoyur”, – o vurğulayıb. Konqresmen həmçinin Ağ Ev rəhbərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini vurğulayıb.

"Övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?”

Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli sosial şəbəkələrdə yeniyetmələrin özlərinə qadın salonlarında süni saqqal, bığ çəkdirmələri, dodaq dolğusu etmələri barədə yayılan  görüntülərlə bağlı çağırış edib. T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, bir siyasətçi kimi dedikləri müəyyən insanlarda acıq yaradır. “Heç olmasa ağsaqqal kimi insanın sözünü eşitsinlər. Artıq elə bir vəziyyət yaranıb ki... 20 il əvvəl hansısa qəzetdə köşə yazarı olmaq, yaxud hansısa televiziyada beş-on dəqiqəlik müəllif verilişi aparmaq arzusunda idim ki, millətimizin başının tacı olan mənəviyyatımızın qorunub-saxlanılması barədə fikirlərimi söyləyim, cəmiyyətdə gedən mənfi tendensiyaların artmasından narahatlığımı ifadə edim, atalara, analara, övladlara öz baxışlarımı deyim. Hətta 1990-cı ildə ilk dəfə deputat seçilən zaman Milli Məclisdə ilk çıxışım mənəviyyatla, əxlaqla bağlı olub. Dünyada qadının ən böyük yaraşığı həya, kişilərin isə vüqarı, mərdanəliyidir. Vəziyyət elə gətirib ki, biz dəfələrlə mənəviyyatımızın ağrılarından danışmışıq. İndiki halda cavan oğlanların dodaq dolğusu etmələri, süni saqqal qoymaları, bığ çəkdirmələri, qadın salonlarında hədsiz dərəcədə vaxt keçirmələri məndə xeyli narahatlıq yaradır. Sifətdə burun əyridirsə, bunu cərrahiyyə yolu ilə aradan qaldırmaq, üzdə ziyil çıxıbsa, tibbi nöqteyi-nəzərdən əməliyyat etmək olar. Lakin süni surətdə sir-sifətini dəyişib, özünü qadına oxşatmaq kişiliyə yaraşan şey deyil. İnsan birinci özündən, sonra başqalarından öyrənir. Cavan oğlanlar da birinci özlərində kişiliyi tərbiyə etməlidirlər. Bu o qədər böyük, kompleks məsələdir... Milli Məclisdə dəfələrlə məsələ qaldırdım ki, hətta kişi müəllimlərin maaşını artırmaqla onları pensiyaya çıxarmamaq, məktəbdə saxlamaq lazımdır. Çünki uşaqlarımıza ancaq qadınlar dərs deyir. Övladlarımız qadın müəllimlərdən nə öyrənə biləcəklər? Axı heç də bütün qadın müəllimlər öz tələbələrini kişi kimi yetişdirmirlər. Onları yamsılayan uşaqlar yetişdirirlər. Toyda cavan oğlanlar qız kimi əyilib-büzülürlər, əyri-üyrü fars rəqsi oynayırlar. Bu məsələlər ailənin içindən başlayır. Valideynlər buna necə imkan verirlər? İnsanlar həmişə əyriliklərlə barışıblar. Sanki bu məsələlərlə də barışıblar. İnsanların içində ictimai etiraz ölüb. Heç olmasa ailə dəyərlərinin qorunmasına çalışmaq lazımdır. Nə qədər öyüd-nəsihətlə çıxış edirəm, amma mənə qarşı hücumlar olur. Kişidən kişi iyi gələr, qadından qadın. Qadın həyalı və gözəl olmalıdır. Kişinin vüqarı, daxili aləmi, mərdliyi, comərdliyi elə onun üzünə də, bədəninə də yansıyacaq. Təəssüf edirəm ki, bu məsələ başlı-başına buraxılıb. Cənubi Koreyada kişilərin kosmetikadan istifadəsi o qədər yayılıb ki, bunların bir səbəbini türk seriallarında görürlər. Hökumət qarşısında məsələ qaldırırlar ki, türk serialları qadağan olunsun. Bizdə isə türk serialları da, digərləri də təbliğ olunur. Heç də hamısı mənəvi cəhətdən saf deyil. Narahatlıq törədən cəhətlər də var. Bəziləri düşünürlər ki, həyatdır, qoy necə bilirlərsə, elə yaşasınlar. Dünya dəyişir, müqavimətin mənası yoxdur. Hamı düşünür ki, övlad evində öz valideynlərindən çox zəmanəsinə oxşayır, zəmanə pisləşib. Axı zəmanə şərti məfhumdur. Zəmanəni pis və yaxşı edən bizik. Biz onu gözəl, mərdanə etməli, insanlar arasında kişilik münasibətlərini möhkəmləndirməliyik. Biz yaşlanmışıq, ömrümüzün çox az hissəsi qalıb. Ancaq övladlarımızın gələcəyi barədə çox narahatam. "Qurani-Kərim"də də var, Lut qövmü bu cür biabırçılıqlarla məhv olub getdi. Dünyanın ən böyük imperiyası olan Roma kişi əxlaqsızlığından məhv oldu. Gözümüz görə-görə cəmiyyətimiz bu cür murdarlıqları əxz etməklə ailə institutu dağılır. Nigah bağlayanların, övladlarımızın  sayı azalır. Getdikcə cəmiyyətdə əyri proseslər gedir. Həmişə demişəm, bizim millət özündən başqa hamıya oxşamağa çalışır. Özümüzə oxşayaq. Qafqaz vüqarımızı, İslam mənəviyyatımızı, türk mərdanəliyimizi qoruyaq”, — o bildirib.

Keçid balı 200-dən aşağı ixtisasların SİYAHISI

2024-cü ildə keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, ixtisaslar üzrə formalaşan keçid balları ictimaiyyətə açıqlanıb. Sozcu.az modern.az-a istinadən III ixtisas qrupu üzrə 200 və daha az keçid balı olan ixtisasların siyahısını təqdim edir: Bakı Dövlət Universiteti: Filologiya (fransız dili və ədəbiyyatı), Filologiya (Ərəb dili və ədəbiyyatı), Filologiya (fars dili və ədəbiyyatı), Tərcümə (ərəb dili üzrə), Tərcümə (fars dili üzrə); Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialı: Xarici dil müəllimliyi (fransız dili üzrə); Azərbaycan Dövlət İqtisad Universiteti: Beynəlxalq münasibətlər (qiyabi); Azərbaycan Dillər Universiteti: Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə); Bakı Slavyan Universiteti: Beynəlxalq münasibətlər (qiyabi), Tərcümə (Azərbaycandili- Ukrayna dili), Tərcümə (Azərbaycan dili-polyak dili), Tərcümə (Azərbaycan dili-bolqar dili), Tərcümə (Azərbaycan dili-yunan dili), Tərcümə (Azərbaycan dili- çex dili); Naxçıvan Dövlət Universiteti: Xarici dil müəllimliyi (fransız dili üzrə),Xarici dil müəllimliyi(alman dili üzrə),Xarici dil müəllimliyi (rus dili üzrə), Kitabxanaçılıq və informasiya fəaliyyəti; Naxçıvan Müəllimlər İnstitutu: Korreksiyaedici təlim, Məktəbəqədər təhsil, Kitabxanaçılıq və informasiya fəaliyyəti; Gəncə Dövlət Universiteti: Xarici dil müəllimliyi (fransız dili); Azərbaycan Kooperasiya Universiteti: Tərcümə (ingilis dili üzrə); Azərbaycan Universiteti: Fəlsəfə, Tərcümə(ingilis dili); Qərbi Kaspi Universiteti: Fəlsəfə, Filologiya (ingilis dili və ədəbiyyatı), Politologiya, Tərcümə (ingilis dili üzrə); Xəzər Universiteti: Politologiya (tədris ingilis dilində); Bakı Avrasiya Universiteti: Beynəlxalq münasibətlər (tədris ingilis dilində), Filologiya (türk dili və ədəbiyyatı), Tərcümə (alman dili), Tərcümə (fransız dili), Tərcümə (ərəb dili); Odlar Yurdu Universiteti: Beynəlxalq münasibətlər, Tərcümə (ingilis dili); Həmçinin qəbul balı 200-dən aşağı olan ixtisaslar da mövcuddur. Onlar aşağıdakılardır: Azərbaycan Dillər Universiteti: Regionşünaslıq (ərəb ölkələri üzrə)-196 bal,Regionşünaslıq (Afrika üzrə)-197.3 bal, Regionşünaslıq (İndoneziya üzrə)196.1 bal, Regionşünaslıq (Pakistan üzrə)-197.8 bal; Azərbaycan İlahiyyat İnstitutu: İslamşünaslıq-166.4 bal; Azərbaycan Universiteti: Regionşünaslıq (Avropa ölkələri üzrə)-187.4 bal; Qərbi Kaspi Universiteti: Regionşünaslıq (regionlar üzrə)-189.9 bal; Bakı Avrasiya Universiteti: Regionşünaslıq (ABŞ və Kanada, Avropa ölkələri, Yaxın və Orta Şərq üzrə): Əyani:185.1 bal, qiyabi:197.7 bal.

Evdə nəzarətiz qalan azyaşlı dərman içib öldü

Şəmkirdə azyaşlı dərmandan zəhərlənib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb. Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib. Faktla bağlı araşdırma aparılır.

Qaranlıqda yaşayan cəmiyyət demokratiyaya hansı prizmadan baxa bilər?

Cəmiyyətin düşüncəsi işıqlı, aydın olmalıdır! O zaman cəmiyyət demokratiyanı anlayır! Bəzən elə hiss olunur ki, cəmiyyət elə bil ki, düşüncəsinə görə işıqlı yox, sanki qaranlıq bir aləmdədir.  Şair-jurnalist kimi elə hey düşünürəm ki, düşüncə baxımdan qaranlıqda yaşayan cəmiyyət demokratiyaya hansı prizmadan baxa bilər?  Yəni fikirlərinə, düşüncələrinə qaranlığı rəva bilən bir cəmiyyət demokratik fikirli ola blərmi?  Çünki zülmətdə olanlar işıqlığı görə bilməz. Mənə elə gəlir ki, fikirləri zülmət qaranlığa bürünmüş bir cəmiyyət demokratiyanı dərk  etməkdə çətinlik çəkir. Demokratiyanı dərk etmək üçün cəmiyyətin fikirləri, düşüncələri işıqlı, aydın olmalıdır. Bu, birmənalı olaraq belədir. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Kəlbəcərdə işçi axtarılır - MAAŞ 1000 MANAT - VAKANSİYA

LB Project Mühasib (Kəlbəcər) Son tarix 28 may 2025 - [email protected] İş yeri: Kəlbəcər rayonu Vəzifə öhdəlikləri: Region üzrə bütün maliyyə sənədlərinin (qaimə, akt, avans hesabatı və s.) hazırlanması və qeydiyyatı. Gündəlik xərclərin uçotu və hesabatlarının tərtib olunması. Kassa əməliyyatlarını daxili sistem üzərində işlənilməsi. Sənədlərin düzgün arxivləşdirilməsi və idarə olunması. Rəhbərliyin verdiyi digər mühasibatlıq və inzibati tapşırıqların yerinə yetirilməsi. Tələblər: Ali və ya orta ixtisas təhsili (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsi üzrə). ERP və (Excel,Word) proqramlarında işləmə bacarığının olması. Dil bilikləri (Azəribaycan və Türk). Diqqətli, məsuliyyətli və dəqiq olmaq. Əmək haqqı 1000 Azn. Yaş həddi 22-45. Təminatlar: Könüllü tibbi sığorta. Şirkət nömrəsi. Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə. Şərtlər: Qidalanma şirkət tərəfindən qarşılanır. Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Mühasib (Kəlbəcər)” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

"Təmizqaz QSC" işçilər axtarır - MAAŞ 800-1200-1500-2000 MANAT - VAKANSİYALAR

Təmizqaz QSC Hüquqşünas Son tarix 28 may 2025 - [email protected] Əsas tələblər: Hüquq sahəsində 1 ilədək təcrübəsi olan şəxslər; Mülki hüquq, Əmək hüququ, Cinayət hüququ  sahələrini yaxşı bilməli; İngilis dilində yaxşı danışıq və yazı qabiliyyəti olmalıdır (Rus dilində danışıq və yazı qabiliyyətinin olması əlavə  üstünlükdür); Məsuliyyətli və komandada işləmə bacarığı olmalıdır. İş haqqında: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş yeri: Bakı şəhəri; İş qrafiki: I-V günlər, tam iş vaxtı; Həftədə 2 gün istirahət; Namizədin bilik və bacarıqlarından  asılı olaraq ilkin müddət ərzində 800-1200 AZN (NET) müəyyən olunub. Əmək haqqı: Uyğun namizədlər CV-lərini Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilər. Satış və Marketing şöbəsi rəhbəri  Son tarix 02 may 2025 [email protected] Vəzifə öhdəlikləri: Yeni müştərilərin axtarışı və satış bazasını genişləndirmək (B2B) Satış görüşləri keçirmək, müştəri tələblərini öyrənmək və xidmətləri təqdim etmək Potensial müştərilərdən daxil olan sorğular əsasında uyğun təqdimatlar və təkliflər hazırlamaq Müştəri münasibətlərini qorumaq və inkişaf etdirmək  Şəxsi satış hədəflərinə nail olmaq və şöbənin satış göstəricilərinin yerinə yetirilməsinə nəzarət etmək Satışı stimullaşdırmaq və inkişaf etdirmək üçün yeni təkliflər irəli və təşkilini həyata keçirmək Debitor borcların idarə edilməsi Şöbədə satışa uyğun sənədləşdirmənin düzgün həyata keçirilməsinə nəzarət etmək Namizədə tələblər: Ali təhsil (tikinti, menecment, marketinq üzrə) Yüksək ünsiyyət bacarıqları və müştəri yönümlülük. Qaz təsərrüfatı, tikinti və əlaqəli sahələrdə satış üzrə minimum 3 il iş təcrübəsi MS Office proqramlarında işləmək bacarığı Planlaşdırma, analiz və idarəetmə bacarığı; Azərbaycan və rus dili biliyi Texniki biliklər xüsusilə qaz təsərrüfatı barədə biliklər arzuolunandır Yaş həddi; 30-40 Əlavə məlumatlar: Əmək haqqı: 1500manat + satış planını keçdiyi təqdirdə bonuslar Yerləşmə: Bakı şəhəri. Nərimanov rayonu. Əhməd Rəcəbli küçəsi İş qrafiki: 5 günlük iş həftəsi İş vaxtı: 08:00 – 17:00  Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmləşdirmə Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər. Baş hüquqşünas  Son tarix 28 may 2025 [email protected] Əsas tələblər: Hüquq sahəsində minimum 2 ilədək iş təcrübəsi olan şəxslər; Mülki hüquq, Əmək hüququ, Cinayət hüququ, Korporativ hüquq sahələrini yaxşı bilməli; İngilis dilində yaxşı danışıq və yazı qabiliyyəti olmalıdır (Rus dilində danışıq və yazı qabiliyyətinin olması əlavə  üstünlükdür); Məsuliyyətli və komandada işləmə bacarığı olmalıdır. İş haqqında: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş yeri: Bakı şəhəri; İş qrafiki: I-V günlər, tam iş vaxtı; Həftədə 2 gün istirahət; Namizədin bilik və bacarıqlarından  asılı olaraq 1500-2000 AZN (NET)  aralığında müəyyən olunub.         Uyğun namizədlər CV-lərini Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilər.

"Aviation Services Group" işçilər axtarır - VAKANSİYALAR

Aviation Services Group Head of Internal Audit Son tarix 28 may 2025 - [email protected] Aviation Services Group is a leading provider of world-class aviation services, with a team of over 4,000 professionals across multiple branches. We offer a wide range of services, from business aviation and ground handling to flight catering, all aimed at ensuring excellence and reliability in the aviation industry. For details please visit: https://asg.az/ We are looking for a Head of Internal Audit to lead and oversee our internal audit function, ensuring the effectiveness of internal controls, risk management, and compliance within the organization.  Job Description: Review and ensure the development and implementation of strategic and annual audit work plans and budget for the Audit Unit  Oversee the execution of performance, compliance, operational and financial audits in accordance with acceptable standards  Appraisal and report on the soundness and application of the system of controls operating in the organization  Oversee the evaluation of the effectiveness of the risk management and governance process and contribute to the improvement of the risk management and governance process  Provide assurance on the efficiency, effectiveness and economy in the administration of programs and operations of the organization  Evaluate compliance of the organization with enactments, policies, standards , systems and procedures and recommend corrective actions  Undertake special investigation at the request of Management and the Board  Review and submit reports (Annual Audit report and quarterly report on the execution of annual audit work plan)  Monitor the implementation of recommendations made in audit reports  Ensure training, mentoring and development of the audit team and liaise with HR towards the development of a succession plan for the department Requirements: A master’s degree in Accounting, Finance or Audit Full professional accounting qualification (CIA, ACCA or equivalent) Minimum of 7 years relevant experience, of which at least 3 must have been at a managerial level  Experience in Big 4 audit company  Results-oriented with strong analytical, problem-solving, and decision-making skills  Excellent communication (written and verbal) and interpersonal skills with an ability to network and interact at all levels  Advanced computer literacy skills - MS Office (Word, Excel, PowerPoint) Fluent in English Working conditions: In accordance with the Labour Code of the Republic of Azerbaijan. Job Location: Baku, Heydar Aliyev International Airport area, separate modern building. Work Schedule: Full-time (5 days per week from 09:00 till 18:00). The company daily provides free service transportations from/to different locations (such as, Koroglu m/s, Bakikhanov, Amirdjan, Mardakan, Bina, Surakhani and so on). Free parking for ones who uses personal cars. To apply please submit your resume to the e-mail address in the Apply for job button with an indication of the position name in the subject line. Salary is competitive and to be discussed during job interview. Senior Financial Accountant  Son tarix 28 may 2025 - [email protected] Aviation Services Group is a leading provider of world-class aviation services, with a team of over 4,000 professionals across multiple branches. We offer a wide range of services, from business aviation and ground handling to flight catering, all aimed at ensuring excellence and reliability in the aviation industry. For details please visit: https://asg.az/ We are seeking to hire a detail-oriented and analytical thinking Senior Financial Accountant with advanced expertise in financial analysis reporting, reporting and forecasting, and data analysis. The ideal candidate will have a strong background in evaluating financial performance, identifying trends, and providing actionable insights to support decision-making. Job Description: Perform financial analysis and reporting to management as needed (variance analysis, cost analysis etc) Perform month-end accounting activities such as reconciliations and journal entries. Coordinate with finance team to complete assigned accounting tasks within deadlines. Generate financial reports and statements to Managers for review. Analyse financial discrepancies and recommend effective resolutions. Identify opportunities for cost savings and revenue enhancement. Monitor expenditures, analyse revenues and determine budget variances and report the same to management. Respond to accounting inquiries from management in a timely fashion. Provide guidance to Accountants when needed. Participate in budget preparation and expense management activities for assigned accounts. Monitoring the recording of financial transactions according to company policies and regulations. Participation in ERP system implementation. Provide financial insights and recommendations to support business growth. Take active role in preparation of Financial Reports such as Balance Sheet, Cash Flow statement, P&L and any other management reports. Requirements: Min. Bachelor Degree in Accounting/Finance (MBA is advantage) Certification of ACCA (minimum F7 or DipIFR), CFA, CIMA is big advantage Min. 5 years relevant experience in financial & management accounting, 2 years in senior position (Work experience in big 4 audit companies is an advantage). Exceptional computer skills, including Microsoft Office particularly strong capabilities in MS Excel. Working experience with accounting or ERP software. Good knowledge of English language. Team player. Ability to manage multiple tasks and meet deadlines. Strong analytical and problem-solving skills. Working conditions: In accordance with the Labour Code of the Republic of Azerbaijan. Job Location: Baku, Heydar Aliyev International Airport area, separate modern building. Work Schedule: Full-time (5 days per week from 09:00 till 18:00). The company daily provides free service transportations from/to different locations (such as, Koroglu m/s, Bakikhanov, Amirdjan, Mardakan, Bina, Surakhani and so on). Free parking for ones who uses personal cars. To apply please submit your resume to the e-mail address in the Apply for job button with an indication of the position name in the subject line. Salary is competitive and to be discussed during job interview. Audit Senior  Son tarix 28 may 2025 - [email protected] Aviation Services Group is a leading provider of world-class aviation services, with a team of over 4,000 professionals across multiple branches. We offer a wide range of services, from business aviation and ground handling to flight catering, all aimed at ensuring excellence and reliability in the aviation industry. For details please visit: https://asg.az/ We are seeking to hire a determined, hard-working and analytical thinking Senior Auditor with advanced expertise in auditing processes, risk assessment, and control designing. The ideal candidate will have a strong background in evaluating financial statements and operations, identifying discrepancies, and providing actionable insights to ensure accuracy and adherence to standards, supporting effective decision-making and organizational integrity. The main responsibilities: Assist in the development of annual audit work plans and ensure alignment with audit standards and company objectives. Lead and oversee the planning and execution of financial, operational, and compliance audits while adhering to audit methodologies and industry best practices. Perform detailed testing of key controls, identify possible issues, be alert to fraud risks, ensure the accuracy of audit findings and do timely and proper documentation of these findings. Prepare audit reports, including findings and recommendations, and present to audit managers for review. Evaluate the organization’s risk management and governance processes and contribute suggestions for improvement. Conduct follow-up on audit recommendations to ensure timely and effective remediation. Provide guidance and coaching to junior auditors and assist in their professional development. Assist in special investigations and ad-hoc audit requests from management or the board. Review the work of junior staff, ensuring that audit conclusions are well-supported by evidence. Ensure compliance with internal policies, procedures, and external regulations. Educational Qualifications: Minimum Bachelor's degree in Accounting, Finance, or Audit-related field. (Master’s degree/MBA is advantage) Professional accounting qualification (ACCA: min F7 or Dip.IFR, partial or full CIA, CIMA is a big advantage). Experience, Skills & Competency Requirements: Minimum of 3-5 years of relevant audit experience, 2 years in senior position. Strong analytical skills with the ability to evaluate internal controls and provide recommendations. Excellent interpersonal and communication skills, both verbal and written. Proficiency in MS Office programs and particularly strong capabilities in MS Excel. Ability to mentor and supervise junior staff members. Good knowledge of English language. Team player. Ability to manage multiple tasks and meet deadlines. Working conditions: In accordance with the Labour Code of the Republic of Azerbaijan. Job Location: Baku, Heydar Aliyev International Airport area, separate modern building. Work Schedule: Full-time (5 days per week from 09:00 till 18:00). The company daily provides free service transportations from/to different locations (such as, Koroglu m/s, Bakikhanov, Amirdjan, Mardakan, Bina, Surakhani and so on). Free parking for ones who uses personal cars. To apply please submit your resume to the e-mail address in the Apply for job button with an indication of the position name in the subject line. Salary is competitive and to be discussed during job interview.

"Sirab Satış və Dağıtım MMC" işçi axtarır - VAKANSİYA

Sirab Satış və Dağıtım MMC Təftiş işləri üzrə mütəxəssis Son tarix 28 may 2025 - [email protected] Əsas tələblər: Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat üzrə); Komputer bilikləri: MS Office - orta; Dil bilikləri: Azərbaycan-əla; B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir. Fərdi keyfiyyət göstəriciləri: Komanda ilə işləmə bacarığı; Riyazi biliklər və analitik düşünmə bacarığı; Planlaşdırma və problem həll etmə bacarığı; Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı; İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil. ACCA və ya digər kvalifikasiyalar üzrə müvafiq imtahanlardan sertifikat arzuolunandır. İş barədə:  Satış nöqtələrində məhsulların rəfdə mövcudluğunun, qiymətlərin düzgünlüyünün və rəf payının yoxlanması; Məhsul çeşidləri üzrə rəfdə FİFO və Planogram standardlarının tətbiqinin yoxlanması; Müştəri qalıq (stok) hərəkəti tarazlığını yoxlanması; Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi; Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması. İş vaxtının norması: 5 günlük iş rejimi; saat 09:00/18:00 Vəzifə üzrə əmək haqqı digər imtiyazlar: Əmək haqqı + Yemək pulu və yanacaq pulu şirkət tərəfindən; Korporativ telefon nömrəsi və danışıq paketi; İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5) Müraciət forması: Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təftiş işləri üzrə mütəxəssis” yazmaqla Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bu şirkətlər işçiər axtarır - MAAŞ 500-600-700-800-900-1000-1200-1500-1700-2000 MANAT - 25 VAKANSİYA

VAKANSİYA 1 TP Logistics Operation manager Son tarix 25 may 2025 -  Namizədə aid tələblər: Ali təhsil, Logistiika, satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər, Təcrübə: Sahə üzrə ən az 2 il, Komanda ilə işləmək və ünsiyyət bacarığı, Punktual, Analitik düşüncə, Təqdimat bacarığı, Azerbaycan dili,rus dili, ingilis dili yaxsi səviyyədə, Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.). Vəzifəsi: Daxil olan zənglərin qəbulu və emalı; Nəqliyyatın planlaşdırılması və sifarişi Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq. İş qrafiki; Həftə içi 5 gün saat 10:00-19:00, şənbə ve bazar qeyri-ish gunleri; Əməkhaqqı: Baslangic ucun 600 azn Ünvan: Bakı şəheri Cefer Cabbarli kuc;44 Caspian Plaza. Tələblərə uyğun şəxslər CV formalarını Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Operation manager ” yazaraq göndərə bilərlər. VAKANSİYA 2 Autolux Azerbaijan Daxili Audit şöbəsinin auditoru  Son tarix 25 may 2025 - [email protected] İş qrafiki: 08:00 - 17:00 / Bazar ertəsi - Cümə Şəhər: Bakı Namizədə dair tələblər: Ali təhsil; Maliyyə hesabatları üzrə biliklər; ACCA, CİA, PMS və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür; Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook,1С) Səlis Azərbaycan dili və dil biliyi, rus və ingilis dili biliyi üstünlükdür; Datanın emal edilməsi və struklaşdırılması bacarığı; Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları; Şifahi və yazılı ünsiyyət bacarığı; Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı; Obyektiv düşünmək bacarığı. İşin təsviri:  İllik audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi; Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi; Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması; Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi; Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması; Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi; Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. VAKANSİYA 3 Avant Group İnzibati işlər üzrə mütəxəssis  Son tarix 25 may 2025 - [email protected] Vəzifə funksiyaları: Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək; Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi; Şirkətin fəaliyyət dairəsinə aid olan məsələləri  struktur bölmələri ilə müzakirə etməsi, onların həll edilməsi üçün müvafiq işlərin yerinə yetirilməsi. Şirkətə lazım olan ləvazimatlarla,avadanlıqlarla,mal və materiallarla təmin olunması üçün inzibati dəstək göstərilməsi. Ofis anbarının fəaliyyətinə nəzarət etmək: təsərrüfat mallarının vaxtında təchiz olunmasını, əşyaların və materialların dövriyyəsini və texniki vəziyyətini izləmək. İnzibati işlər şöbəsinin əməkdaşlarının fəaliyyətinin koordinasiyasında rəhbərliyə dəstək göstərmək. Ofis idarəetməsinin effektivliyini dəstəkləmək və gündəlik inzibati fəaliyyətləri nəzarətdə saxlamaq. Müqavilələri toplamaq və rüblük ödəniş hesabatlarını hazırlamaq. Vəzifəyə olan tələblər:  Təhsil: Ali təhsil İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq Kompüter bilikləri: Microsoft Office proqramları Dil bilikləri: Azərbaycan dili və Rus dili-yaxşı ( İngilis dili arzuolunan)  Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları Təşkilatçılıq və planlama, Məsuliyyətlilik və dəqiqlik; Operativ qərarvermə və problem həll etmə bacarıqları İş Şəraiti: İş qrafiki: 5/2, 09:00-18:00 Nahar şirkət tərəfindən təmin olunur İş yeri-Çıraq Plaza Əmək Haqqı: 800 -1000 AZN net Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “İnzibati işlər üzrə mütəxəssis” yazaraq Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərə bilərlər. VAKANSİYA 4 Azerbaijan SuperMarket SƏTƏM üzrə kiçik mütəxəssis  Son tarix 25 may 2025 - [email protected] Vəzifə öhdəlikləri  Müəyyən edilmiş yoxlama siyahısına uyğun olaraq Mərkəzi Anbar ərazisində müşahidələr və yoxlamalar aparmaq Anbar ərazisində aşkar edilmiş uyğunsuzluqları/nöqsanları sənədləşdirmək Uyğunsuzluq/nöqsan hesabatının şirkət daxilində məsul şöbələr və işçilərlə paylaşmaq; Təhlükəsizlik qaydaları haqqında Anbar ərazisindəki rəhbər heyəti və işçiləri məlumatlandırmaq; Yanğın zamanı evakuasiya üzrə təlimlərdə iştirak etmək Sahələr üzrə təlimlər keçmək; İş yerlərində müşahidələr aparmaqla təlimin effektivliyini yoxlamaq;  Anbar ərazisində fərdi mühafizə vasitələrinin gündəlik yoxlanılması; Qəza və hadisələr haqqında qeydlər aparmaq və dərhal məlumat vermək; Avadanlıq və mexanizmlərin təhlükəsiz istismarına və quraşdırılmasına nəzarət etmək; İş yerlərində təhlükələrin müəyyənləşdirilməsinə və risklərin qiymətləndirilməsinə cəlb etmək; SƏTƏM üzrə Menecerə müşahidələr və yoxlamalar haqqında aylıq hesabatları təqdim etmək; Anbar ərazisində yanğın təhlükəsizliyi və ilkin yanğınsöndürmə tədbirləri ilə bağlı yoxlamalar aparmaq; Şirkətin risk qiymətləndirmələrinə və təhlükəsizlik əməliyyat prosedurlarına riayət olunmasına nəzarət etmək; SƏTƏM ilə bağlı yarana biləcək bütün tapşırıqların vaxtında yerinə yetirilməsi üçün çalışmaq; Zəruri hallarda gündəlik olaraq işdən əvvəl SƏTƏM təlimlərində iştirak etmək; Zəruri hallarda əməkdaşların SƏTƏM biliklərinin qiymətləndirilməsində iştirak etmək; Avadanlığın planlaşdırılmış yoxlanılması və onun istifadəsi ilə bağlı yerində təlimat vermək. Tələblər  Ən az 1 il müvafiq vəzifədə təcrübə; Peşəkar ünsiyyət və yazışma bacarıqları; Verilən tapşırıqları qısa müddətdə yerinə yetirmək bacarığı; Komanda oyunçusu; İngilis dilində başlanğıc səviyyədə biliklərə sahib olmaq; Yüksək təqdimat bacarığı; Tənqidi düşüncə və təhlil bacarıqları; Bir neçə prioritet məsələləri birlikdə iradə etmə bacarıqları; Problemlərin həllində yaradıcı yanaşma bacarığı; Sərbəst Microsoft Office istifadəçisi olmaq; Çeviklik və tez öyrənmək qabiliyyəti; Gərgin iş şəraitində işləmə bacarığl; Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Junior HSE Specialist Job responsibilities Will conduct observations and inspections in the Warehouse areas according to the established checklist; Document non-conformities (NCR) found in Warehouse areas; Sharing NCR report with responsible departments and employees within the company; Inform the management team and employees in the Warehouse areas about safety rules; Participate in periodic fire evacuation drills; Will conduct trainings in the areas; Will check the effectiveness of the training by conducting observations in the work areas; Daily inspection of personal protective equipment in work areas; Make notes about accidents and incidents and provide immediate information; Monitoring the safe operation and installation of equipment and machinery; Involvement in identification of hazards and risk assessment in workplaces; Providing a monthly report on observations and inspections to the HSE Manager; To conduct inspections in Warehouse area regarding fire safety and preliminary fire fighting measures; Controlling compliance with the company's risk assessments and safety operating procedures; Will work for the timely implementation of all tasks that may arise related to HSE; Participate in daily pre-work HSE instruction if necessary; Participate in HSE knowledge assessment if necessary; He will provide on-site instructions on the periodic inspection of the equipment and its use. Requirements At least 1 year of experience in relevant position; Professional communication and correspondence skills; Ability to perform assigned tasks in timely manner; Team player; Basic knowledge of English language; Strong presentation skills; Critical thinking and analysis skills; Ability to manage several priority issues at the same time; Ability to take a creative approach to problem solving; Proficient Microsoft Office user; Flexibility and ability to learn quickly; Ability to work in stressful working conditions Interested candidates can send their CV to the e-mail address in the Apply for job button VAKANSİYA 5 Azəriş LTD Sürücü köməkçisi  Son tarix 25 may 2025 - [email protected] Vəzifə öhdəlikləri Anbardan seçilərək ayrılmış məhsulların maşınlara qatışmayacaq formada salamat yüklənməsi Maşınlara yüklənən malların gündəlik qeyd olunan rut üzrə ünvanlara salamat formada çatdırılması  Qeyd olunan malların qatışdırmadan ünvanlara təhvil verilməsi Maşındakı malların ünvana çatdıqda maşından boşaldaraq sifariçiyə vəya onun  məsul şəxsinə say və salamatlıqının  təhvil verməsi, Gündəlik olaraq təyin edilmiş rut üzrə satış mərkəzlərini ziyarət edərəkən müştərilərdəki borcları ona verilmiş qəbz əsasında təslim alaraq zamanında şirkət kassasına təhvil vermək Geri qaytarılması üçün satış təmsilçisi tərəfindən öncədən çeşidlənərək ayrılmış məhsulların sayının və  salamatlıqının təhvil alınması, Geri qaytarılma olmalı məhsulların salamat şəkildə maşına yüklənərək anbara təhvil vermək Şirkətdaxili qayda, prosedur və təlimatlara riayət etmək Ərazisində şirkətin nüfuzuna mənfi təsir edə biləcək bütün məlumatları vaxtı-vaxtında rəhbərliyə bildirmək Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək Tələblər 20-35 yaşlı bəy namizədlər Orta təhsilli ən azı 1 il iş stajı olmalıdır. İş şəraiti İş qrafiki: 6 günlük Əmək haqqı - 600 azn. Ünvan: Dərnəgül şossesi. Uyğun namizədlər Müraciət et butonunda qeyd olunan elektron poçt adresinə Sürücü köməkçisi başlığı ilə CV-ləri göndərsinlər və ya 055-209-66-89 nömrəsi ilə əlaqə saxlasınlar. VAKANSİYA 6 North West Construction Sahə həkimi (regionlar üzrə)  Son tarix 25 may 2025 - [email protected] İşin təsviri: Şirkətin işçilərini müntəzəm olaraq ilkin tibbi yardım haqqında təlimatlandırmaq Şirkətin təlimatlarını dəqiq yerinə yetirmək Müraciət etmiş işçilərə həkim məsləhətləri vermək İşçilərin fiziki iş qabiliyyətini təmin edilməsinə yardım etmək Düşərgə və sahəni ilkin tibbi yardım ləvazimatları ilə təchiz olunmasını təmiz etmək Şirkətin işçilərinə yaranmış qəza vəziyyəti zamanı ilk tibbi yardım göstərmək Yaralanmış işçilərə sarğıların qoyulması vədəyişdirilməsi Müntəzəm olaraq işçilərin sağlamlığını müəyyən etmək SƏTƏM Meneceri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək Namizədə tələblər: Tibbi təhsil Tibb sahəsində iş təcrübəsi Namizədlərdən CV-ni "Sahə həkimi" mövzusu ilə Müraciət Et butonunda qeyd olunan elektron poçtuna göndərməyi xahiş olunur. VAKANSİYA 7 Azprotein Foods Group İT mütəxəssis  Son tarix 25 may 2025 - [email protected] Namizədə Tələblər: Microsoft Windows Server OS ilə bağlı biliklər; Microsoft Exchange Server idarəetmə təcrübəsi; Linux OS server ilə bağlı bilik və təcrübə; VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında bilik və təcrübə; Klaster virtualizasiya texnologiyalarının istismarı və dəstəklənməsi üzrə biliklər; PowerShell-də skript yazma təcrübəsi; Veb serverlərləri ilə (IIS, Apache, NginX) üzrə biliklər; SAN sistemləri ilə iş təcrübəsi; SSL\TLS üzrə biliklər; Şəbəkə avadanlıqları ilə iş təcrübəsi; Virtual şəbəkələrin qurulması prinsipləri məlumatlılığı; Müasir server və şəbəkə avadanlığı bazarı haqqında məlumat; Monitorinq sistemləri ilə işləmək bacarığı; İnformasiya təhlükəsizliyinin prinsipləri və əsasları bilməsi; Müəssisə Buzovna qəsəbəsində yerləşir. Vəzifə öhdəlikləri: Şirkətin bütün İT sisteminin tərtib və təşkil edilməsi, dəyişdirilməsi, eləcə də dəstəklənməsi, Yeni məhsul və xidmətlərin texniki planlaşdırılması və həyata keçirilməsi işlərində iştirak, Yeni serverlər quraşdırmaq, mövcud serverləri bərpa etmək, avadanlıqları, periferik cihazları, xidmətləri, parametrləri, təlimatları, yaddaşı və s. standartlara və layihə/əməli tələblərə uyğun quraşdırmaq, Bütün avadanlıqların, server resurslarının, sistemlərin və əsas proseslərin düzgün işləməsini, mövcudluğunu yoxlayaraq, sistem və tətbiqetmə məlumatlarına və məlumatların qorunması kimi gündəlik işlərin həyata keçirilməsinə nəzarət edərək gündəlik sistem monitorinqini həyata keçirmək, Sorğu əsasında əməliyyat sistemində və şirkətin elektron poçtunda istifadəçi hesabı yaratmaq, dəyişmək və silmək, Yerli və qlobal şəbəkələr, şəbəkə seqmentləri, internet, intranet, PBX sistemlərini dəstəkləmək, Fərdi kompyuterlərdə drayver, personal kompyuterlərin parametrləri və printerlərin quraşdırılması kimi şəbəkə komponentlərini qorumaq, Fayl serverlər, VPN gateways, kənar müdaxilənin təyin edilməsi sistemləri kimi şəbəkə serverlərini qorumaq, Serverləri, stolüstü kompyuterləri, printerləri, ruter, sviç, firewalls, telefon, şəxsi rəqəmsal assistentləri, smartfonları, proqramların çalışmasını, təhlükəsizlik yeniləmələri və pəçləri idarə etmək, Sistemi idarəetmə məsələlərində yeni və mümkün olduqca avtomatlaşdırılmış yanaşmalar tədqiq etmək və bu sahədə tövsiyələr vermək, Məlumatların ehtiyat surətlərinin yaradılması, arxivləşdirilməsi və mütəmadi nəzarətdə saxlanılması, Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.) Qəbul edilmiş proses, təlimat və qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyatının alınması, araşdırılması və aradan qaldırılması, Sistem konfiqurasiyalarının təhlükəsizliyinin təmin edilməsi, Müvafiq hesabatların hazırlanması və texniki sənədləşmənin aparılması İşçilərin təhvil-təslim prosesi zamanı İT avadanlıqlarının yoxlanılması, USB və şəbəkə printerləri və skanerlərdəki problemlərin yoxlanılması və nasazlığın aradan qaldırılması, İdentifikator və şifrə siyasətini təyin etmək, İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün İnformasiya sisteminin dayanıqlığını artırmaq üçün təkliflər hazırlayır, müəssisənin informasiya infrastrukturunun və informasiya xidmətlərinin inkişafı strategiyasının hazırlanmasında iştirak, Şəbəkəyə nəzarət etmək, şəbəkə infrastrukturunun inkişafı üçün təkliflər hazırlamaq, Şəbəkə təhlükəsizliyini (məlumatlara icazəsiz daxil olmaqdan, system faylları və məlumatların görünməsindən və ya dəyişdirilməsindən qorunması) və işləmə təhlükəsizliyini təmin etmək, Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək, NVR kamera quraşdırılması, Access control. İş şəraiti Əmək haqqı: 1200 manat (təcrübəyə əsasən daha yüksək təklif edilə bilər). İş qrafiki: 6 günlük. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur. Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. VAKANSİYA 8 Aral Group Baku Baş Elektrik Mühəndisi  Son tarix 25 may 2025 - [email protected] İş yeri: Bakı, Azərbaycan Vəzifə öhdəlikləri: Tələbə uyğun həcmi qismən az olan obyektlər üçün layihələrin çəkilməsi; Layihələrin və təsnifat cədvəllərinin yoxlanılması ; Texniki şərtnamələrin hazırlanmasında iştirak etmək ; Əlaqəli hesabatların hazırlanması; Elektrik sistemlərinin layihəyə uyğun qurulmasına və icrasına nəzarət etmək; Elektrik avadanlıqlarının və materiallarının keyfiyyətini yoxlamaq və düzgün istifadəsini təmin etmək; Podratçılar və elektrik heyətinin iş prosesini idarə etmək və nəzarətdə saxlamaq; Tikinti sahəsində elektrik sistemlərinə aid texniki sənədləşməni aparmaq; Layihənin vaxtında və keyfiyyətli icrasını təmin etmək; Elektrik şəbəkələrinin təhlükəsizlik qaydalarına uyğun qurulmasını təmin etmək. Tələblər: Elektrik mühəndisliyi üzrə ali təhsil; Elektrik sistemləri üzrə ən azı 5 il iş təcrübəsi; Elektrik normativləri və qaydaları haqqında dərin biliklər; AutoCAD, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı; İdarəetmə proqramları üzrə biliklər ( ERP üzrə biliklərinin olması üstünlükdür); Komanda ilə işləmək və problemləri operativ həll etmək bacarığı. İş şəraiti: Əmək haqqı: Razılaşma əsasında İş qrafiki: 6 günlük iş həftəsi Rahat və peşəkar iş mühiti Müraciət qaydası: Uyğun namizədlər CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Baş Elektrik Mühəndisi" yazılması xahiş olunur. VAKANSİYA 9 GFC MMC Bişirici  Son tarix 25 may 2025 - [email protected] İşə götürən: “GFC” MMC, Simit Sarayı  Əgər sən də böyük ailəmizə qoşulmaq və karyeranı qurmaq istəyirsənsə, səni gözləyirik!   Namizədə aid tələblər: 18-45 yaş arasında; İntizamlı,məsuliyyətli, punktual ,səliqəli və operativ olması; Öyrənmə bacarığı yaxşı olan;  İş yerində səliqə və təmizliyə riayət olunması; Karyera qurmaq istəyi. Əsas vəzifə və öhdəliklər: Məhsulların gecə növbəsində bişirilməsi; Məhsul hazırlama standartlarına riayət olunması; Hazır məhsulların vitrinə düzülüb yerləşdirilməsi; Məhsulların keyfiyyətinə nəzarət;  İş stansiyasının təmizliyinə nəzarət; Xarici görünüş standartlarına əməl edilməsi. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Növbəli iş rejimi,həftədə 6 iş günü,gecə növbəsi ; Əmək haqqı- 500 azn; Mehriban iş kollektivi; Təlim keçmə və karyera artımı imkanları. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Bişirici Simit Sarayı” qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. VAKANSİYA 10 Synergy Partnership Event Manager  Son tarix 25 may 2025 - [email protected] İş yeri: Bakı İş rejimi: Tam ştat (Full-time) Vəzifə öhdəlikləri: Tədbirlərin planlaşdırılması, təşkili və həyata keçirilməsi Təchizatçılar, partnyorlar və komanda üzvləri ilə koordinasiya Tədbir büdcəsinin hazırlanması və icrasına nəzarət Müştəri ilə daimi əlaqə və tələblərin idarə olunması Tədbir sonrası hesabatların və qiymətləndirmələrin hazırlanması Tələblər: Tədbir təşkilatçılığı sahəsində minimum 1 il iş təcrübəsi Yaxşı təşkilatçılıq və ünsiyyət bacarığı Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili bilikləri üstünlükdür MS Office və ya digər idarəetmə proqramlarında işləmə bacarığı Təklif edirik: Dinamik və kreativ mühit Peşəkar komanda ilə işləmək imkanı İnkişafı və təlimlər Rəqabətli əmək haqqı Müraciət üçün CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  VAKANSİYA 11 A Plus Supermarketlər şəbəkəsi Help Desk mütəxəssisi  Son tarix 25 may 2025 - [email protected] Vəzifə öhdəlikləri: Sistem səhvləri və avadanlıqlarının diaqnozunu aparmaq və nasazılıqların aradan qaldırılması; Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması, yüklənməsi və problemlərin aşkar olunaraq aradan qaldırılmasının təmin olunması; Yeni kompüterlərin quraşdırılması və korporativ domenə qoşulması; Əsas və filial ofislərinə yerində və uzaqdan İT dəstəyin göstərilməsi; Ofis xarici və daxili beynəlxalq rabitə çıxışının, internet çıxışının təmin edilməsi və nəzarətin olunması; Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqinin aparılması; LAN/WAN qurğularının quraşdırılması və sazlanmasını təmin edilməsi. Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi; İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi; Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması; Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi; PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi; Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması; NVR DVR və kameralarda yaranmış problemlərin həll edilməsi; Fiscal box-larda yaranmış problemlərin aradan qaldırılması. Marketlərə ziyarət edilməsi, baş vermiş nasazlıqların aradan qaldırılması. Namizədə Tələblər: Ali təhsil; Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi; CCNA , Microsoft OS sertifikatları arzu olunandır; Windovs əməliyyat sistemləri üzrə biliklər ; Ümumi komputer, İP şəbəkə, server əməliyyat sistemləri və elektron sistemlər üzrə biliklər; Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli; Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli; Rus və ingilis dili arzu olunandır. Şəxsi avtomobilin olması üstünlükdür. İş şəraiti: İş qrafiki: Həftə içi 5 gün; İş saatı: 09:00-18:00; Nahar şirkət tərəfindən təmin edilir; Əmək haqqı: 800-900 AZN; Avtomobilin yanacaq xərcləri qarşılanır; Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç. Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "Help Desk mütəxəssisi" yazaraq Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərə bilərlər. VAKANSİYA 12 Embawood İT infrastruktur inzibatçılığı və informasiya təhlükəsizliyi üzrə mütəxəssis  Son tarix 25 may 2025 - Müraciət et Təsvir Server və Virtualizasiya VMware ESXi 6.x və 7.x platformalarında gündəlik idarəetmə üzrə təcrübə (8.x bilikləri üstünlükdür) vCenter idarəçiliyi: VM migration, snapshot-lar, template-lər, HA və vMotion anlayışları ilə işləmə təcrübəsi Windows Server 2012–2022 versiyaları üzrə idarəçilik: AD, DNS, DHCP, Group Policy Linux sistemlərində (Red Hat, Ubuntu) əsas servis idarəçiliyi: systemd, şəbəkə ayarları, fail2ban, rsyslog və s. Hyper-V ilə tanışlıq üstünlükdür, lakin vacib deyil Storage Sistemləri HPE MSA, 3PAR, və ya IBM storage sistemlərindən biri ilə iş təcrübəsi iSCSI, FC protokolları, LUN mapping və zoning anlayışları Storage multipath və failover ssenarilərinə dair baza biliklər Şəbəkə və Təhlükəsizlik VLAN və VPN (xüsusilə Site-to-Site VPN) konfiqurasiyası üzrə təməl biliklər FortiGate NGFW ilə işləmə təcrübəsi üstünlükdür Monitorinq və təhlükəsizlik sistemləri üzrə ümumi tanışlıq (Zabbix, Kaspersky, Mail Gateway Security və s.) Telefoniya və Proksi 3CX və ya Cisco Call Manager haqqında ümumi anlayış Proxy serverlərlə təcrübə (Squid, NGINX və ya digər enterprise həllər) Backup və Disaster Recovery Virtual mühitlərdə Veeam Backup & Replication ilə işləmə bacarığı Snapshot-larla işləmə, sadə failover və backup ssenarilərinin hazırlanması NAS və digər storage-lərə backup strategiyaları üzrə təməl biliklər Exchange Server Exchange 2019 DAG strukturunda backup və mail flow idarəçiliyinə dair praktiki təcrübə olan namizədlərə üstünlük veriləcək Tələblər Ali təhsil və yaxud IT sahəsində sertifikatların olması arzuolunandır. Sahə üzrə beynəlxalq sertifikatın olması arzuolunandır. Məsuliyyətli, operativ və analitik düşünmə bacarığı. Problem həll etmə və komandada işləmə bacarığı. Yeni texnologiyaları öyrənmək və inkişaf etmək həvəsi. Vakansiya haqqında Vakansiya növü Tam ştat 5 günlük / 09:00 – 18:00 Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər. VAKANSİYA 13 Prior Leasing Satış nümayəndəsi (Balakən filialı)  Son tarix 25 may 2025 - [email protected] Namizədə olan tələblər: Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması(mütləqdir) Orta təhsil (Ali təhsil üstünlükdür) Satış sahəsində iş təcrübəsi  Microsoft Office proqramlarında işləmək bacarığı. Qeyd: Balakən, Zaqatala, Qax rayonlarında yaşayan namizədlər dəyərləndiriləcəkdir. İş şəraiti Əməkhaqqı - 400 AZN+bonus Qeyd - Amortizasiya xərcləri  + yanacaq xərcləri şirkət tərəfindən qarşılanır Vəzifə funksiyaları: Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatı müştərilərə  çatdırmaq; Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək; Marketinq materiallarının yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək; Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış nümayəndəsi” və qarşısında müvafiq regionu yazaraq Müraciət et butonunda qeyd olunan ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.   VAKANSİYA 14 Ram Holding İnsan resursları üzrə biznes analitik  Son tarix 25 may 2025 - [email protected] Namizədə olan tələblər: Ali təhsil; Sahə üzrə ən azı 2 il iş təcrübəsi; Kompüter bilikləri: MS Office (Excel, Word, Visio) Vəzifə öhdəlikləri: Holdinqə daxil olan şirkətlərin idarəetmə struktur xəritələrini hazırlamaq və mövcud xəritələrə düzəlişlər etmək;  Vəzifələr üzrə funksiyaların müəyyən olunmasında, tərtibində və yenidən tərtib olunmasında iştirak etmək və təkliflər vermək;  İş analizlərini və iş dəyərləndirmələrini icra etmək, təhlil üçün məlumatları toplamaq;  İş yükü analizlərini icra etmək;   Metrikalarının ölçülməsi üçün məlumatları müxtəlif mənbələrdən toplamaq və emal etmək; KPİ- lar üzrə təklifləri vermək;  Təyin olunmuş KPİ və metrikaları mütamadi olaraq izləmək;  Emal etdiyi məlumatları statistik, riyazi və biznes yönümlü təhlil etmək, hesabatını və qrafiklərini hazırlamaq;  Vəzifələrin dərəcələndirilməsi və ya yenidən dəyərləndirilməsi proseslərində iştirak etmək və tövsiyələr vermək;  Performans, Karyera, Effektivlik, Əvəzçilər, Əməkhaqqı, Bonus və s. İR sistemlərinin tərtibində iştirak etmək və bununla bağlı öhdəsinə düşən işləri icra etmək. İş şərtlərimiz: İş qrafiki: Həftə içi 5 gün; İş saatları: 08:30-17:30; İş yeri: Port Baku Tower. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə biznes analitik” yazaraq Müraciət et butonunda qeyd olunan ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. VAKANSİYA 15 Green City Resort & Residence Direktor köməkçisi  Son tarix 25 may 2025 - [email protected] İş şəraiti Həftədə bir gün istirahət Nahar şirkət tərəfindən verilir Servis xidməti mövcuddur İş yeri; Şıxov İş rejimi; Tam ştat Əməkhaqqı- 700-1000 azn (Razılaşma əsasında) Vəzifə öhdəlikləri: Şirkətin  direktorunun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirilməsi üçün rəylər təqdim etmək, göstəriş və tapşırıqlarına müvafiq olaraq, şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək; Baş direktorun göstərişlərinə uyğun olaraq, şirkətin struktur bölmələrindən və icraçılarından lazım olan məlumatları toplamaq, onları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;  Görüş, müşavirə və yığıncaqların təşkili üçün lazımi hazırlıqları aparmaq (materialların toplanması, referat və arayışların hazırlanması, iştirakçıların məlumatlandırılması və s.). Direktorla bərabər şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin baş direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək; Direktorun göstərişi ilə direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək; Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə direktora məlumat vermək; Direktor köməkçisi səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları şirkətin işçilərindən tələb etmək; Direktor tərəfindən zəruri tövsiyələr almaq. Tələblər: Səlis Azərbaycan və Rus dili biliyi; Direktor köməkçisi olaraq ən azı 1-3  il iş təcrübəsi; Kompüter bilikləri; MS OFFİCE ( EXCELL və WORD); Operativ və gördüyü işə cavabdehlik; Məsuliyyətli və cevik olan namizədlər müraciət etsin  Müraciət qaydası: Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına və ya +994 51 882 97 29 nömrəsinə CV göndərə bilərlər. Mövzu hissəsində “Direktor köməkçisi” qeyd edilməsi mütləqdir VAKANSİYA 16 Karvan - L Mühasib  Son tarix 25 may 2025 - [email protected] İş barədə məlumat: Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi E-Qaimə fakturalarının ,gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi Bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək Gömrük və ticarət əməliyyatları Şirkət ildə təxminən 10 dəfə idxal, 50-60 dəfə isə ixrac əməliyyatı aparır 140 nəfərlik kollektivin əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyələrinin hesablanması Nahar və telefon şirkət tərəfində təmin edilir Namizədə tələblər: Təhsil: Ali İş təcrübəsi: 5 ildən artıq Yaş: 30 – 50 Cins: Qadın 1C 8.3 və Logics proqramlarını bilməli Maliyyə və mühasibat uçotu üzrə ali təhsil Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi, Balans, Mənfəət – Zərər, Pul hərəkətləri haqqında hesabatlarının təqdim olunması Mal – material uçotu, anbar qalığı, aylıq inventarizasiyanın aparılması e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı Balansın çıxarılması üzrə biliklərə sahib olmalı. İş qrafiki: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə. Həftənin 6 günü, şənbə qısaldılmış iş günü İstirahət bazar günü. Ünvan: Bakı şəh. Babək pr. Süleyman Vəzirov 41 Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq. VAKANSİYA 17 Fortis Group Kon sürücüsü  Son tarix 25 may 2025 - [email protected] İş yeri: Xırdalan şəhəri Namizədə tələblər: Yaş həddi 25-55; Müvafiq sahə üzrə sürücülük vəsiqəsi;  Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 2 il); Diqqətli və məsuliyyətli olmalı; Əsas vəzifə öhdəlikləri: Müxtəlif xammal, material, ehtiyatlılıq tələb edən yüklərin yük maşınlarına yüklənilməsi; Yük maşınlarına xammal boşaltmaq üçün rahat gediş – gəliş yolunun hazırlanması; Yük maşınları tərəfindən daşınacaq xammalın gündəlik ehtiyatının hazırlanmasının təşkil edilməsi; Təhkim olunan texnikanın texniki vəziyyətinə nəzarət edilməsi, onun təhlükəsiz istismarının təmini üçün müstəqil olaraq zəruri işlərin yerinə yetirilməsi; Təhkim olunan texnikanın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, cari təmirinin aparılmasının təmin edilməsi; Təhkim olunan texnikanın yanacaqla doldurulması və qurğularının yağlanması; İş yerində əmək kollektivi ilə münasibətdə işgüzar ünsiyyət və peşə etiketi qaydalarına riayət edilməsi; İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək; Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək; Təminatlar: Əmək haqqı: Xalis 800 (səkkiz yüz) AZN Nahar ilə təmin edilir. İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən). Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Kon sürücüsü” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. VAKANSİYA 18 Prime Cotton Keyfiyyət təminatı üzrə mütəxəssis  Son tarix 25 may 2025 - Müraciət et Təsvir: Müvafiq sahə üzrə bakalavr təhsili, magistr təhsili olması üstünlükdür; Bu sahədə ən azı 3 illik iş təcrübəsi; İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 17025:2017 üzrə ən azı 1 üzrə aparıcı audit; Müstəqi qərar vermə, liderlik, işin sərbəst aparılması. Əlavə məlumat: Müqavilə 1 illik sosial məzuniyyətdə olan əməkdaşı əvəzetmə üçün bağlanacaq, lakin gələcəkdə yeni vakansiyalar olduğu halda daxildən həmin əməkdaş dəyərləndirilə bilər; Əmək haqqı razılaşma əsasında;  Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur; İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30); İş yeri: Bakı şəhəri, Qafqaz Business Center. Tələblər: Şirkətin İnteqrasiya edilmiş İdarəetmə Sisteminin tələblərinin tətbiq olunması, müvafiq sistemlərin effektivliyini və aktuallığını təmin etmək; IMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək; IMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək; Daxili sənədlərin hazırlanması və şirkətin müvafiq struktur bölmələri tərəfindən hazırlanan daxili sənədlərin ilkin yoxlanışında iştirak etmək; Hazırlanmış daxili sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək; Daxili sənədlərin müvafiq qaydada qeydiyyatı və saxlanmasını təmin etmək; Daxili sənədləri şirkət daxilində müvafiq qaydada yayımlamaq, sənədlərin müvafiq istifadəçi kütləsi üçün əlçatanlığının təmin etmək; Daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə edilən alətlər üzrə müvafiq işçi heyətinin təlimatlandırılmasını təmin etmək və təlimlərin keçirilməsində iştirak etmək; IMS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək və ya bilavasitə daxili auditlər aparmaq; IMS-in effektivliyini qiymətləndirmək məqsədilə Rəhbərlik Təhlilini (Management Review) təşkil etmək və təhlil prosesində iştirak etmək; Auditlər və ya digər qiymətləndirmələr zamanı aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq üçün effektiv düzəldici tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsini təmin etmək; Potensial keyfiyyət problemlərinin qarşısını almaq üçün effektiv qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və həyat keçirilməsini təmin etmək; Keyfiyyət və proses performansını qiymətləndirmək üçün effektiv monitorinq və ölçmə proseslərinin hazırlanması, tətbiqi və toplanmış məlumatların təhlilini təmin etmək; Müvafiq qanunvericilik, sənaye standartları, daxili qaydalar və müştəri tələblərinə riayət olunmasını təmin etmək; Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək; Təchizatçıların keyfiyyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək; Obyektlər, avadanlıqlar və sistemlər daxil olmaqla, uyğun keyfiyyət infrastrukturun inkişafı və saxlanmasına dəstək göstərmək; Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və layihələrdə iştirak etmək. Vakansiya haqqında: Vakansiya növü Tam ştat Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər. VAKANSİYA 19 STDC Şəbəkə administratoru  Son tarix 25 may 2025 - [email protected] Vəzifə öhdəlikləri: Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə) Şəbəkə administratoru kimi minimum 3 il iş təcrübəsi Data Center switch-lərlə bağlı bilik və təcrübə L2/L3 şəbəkə protokolları və texnologiyaları üzrə bilik (EIGRP, OSPF, BGP, STP, VLAN, VRF və s.) NGFW-larla iş təcrübəsi (FortiGate, Cisco Firepower, Palo Alto) İP telefoniya üzrə bilik və təcrübə (3CX, CUCM, VoIP texnologiyaları) IPSec / VPN texnologiyaları üzrə bilik (site-to-site VPN, remote access VPN) Müxtəlif avadanlıqlarla iş təcrübəsi (HPE, Aruba, Huawei Network, Hikvision, Cisco) Wireless şəbəkələri üzrə bilik və təcrübə Şəbəkə texnologiyaları və protokolları üzrə geniş bilik (Ethernet, Wireless, QoS, STP, EtherChannel, FHRP, IPSec, GRE, IPS/IDS, VPN, TCP/IP, DHCP və s.) Təhlükəsiz şəbəkə girişinin idarə olunması üzrə bilik (TACACS, RADIUS, ISE, 802.1X) Monitoring proqramları üzrə təcrübə (PRTG, Zabbix və s.) Şəbəkə nasazlıqlarının aradan qaldırılması və qəza hallarında operativ bərpa bacarığı CCNA və ya ona bərabər beynəlxalq sertifikatlar (CCNP üstünlükdür) Məsuliyyətli, analitik düşüncə qabiliyyətinə malik, həm fərdi, həm də komanda ilə işləmə bacarığı Tələblər: Korporativ şəbəkə infrastrukturunun idarə olunması Şəbəkə avadanlıqlarının konfiqurasiyası və sazlanması Şəbəkə avadanlıqlarının monitorinqi və nəzarəti Şəbəkədə yaranan nasazlıqların aradan qaldırılması və diaqnostikası Texniki dəstəyin göstərilməsi və problemlərin həlli Yeni avadanlıqların quraşdırılması və sazlanması Konfiqurasiya və edilən dəyişikliklərin sənədləşdirilməsi İş haqqında: İş saatları: 9:00-dan 18:00-dək. Şənbə,bazar istirahət günləridir.  Əmək haqqı: 1700 AZN Bakı və Sumqayıtdan servis avtobus mövcüddur Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. VAKANSİYA 20 Fenstar MMC Alüminium Qapı-Pəncərə Ustası  Son tarix 25 may 2025 - [email protected] İş şəraiti: Əmək şəraiti: Tam ştat / Həftədə 6 iş günü Əmək haqqı: razılaşma yolu ilə Vəzifə öhdəlikləri: Alüminium profillərdən qapı və pəncərə sistemlərinin hazırlanması və montajı Ölçü götürülməsi, kəsim, yığım və aksesuar montajı proseslərini yerinə yetirmək Verilən çertyoj və sifarişlərə uyğun dəqiq işin görülməsi İş sahəsinin təmiz və səliqəli saxlanılması Avadanlıqlardan düzgün istifadə və təhlükəsizlik qaydalarına riayət etmək Tələblər: Alüminium qapı-pəncərə sahəsində minimum 2 il iş təcrübəsi Profil sistemləri (Alutech, Reynaers, Schüco və s.) haqqında məlumatlı olmaq Əl alətləri və montaj avadanlıqları ilə işləmə bacarığı Texniki çertyojları oxumaq bacarığı Dəqiq, məsuliyyətli və komandada işləmə bacarığı Üstünlük veriləcək: Obrazlı, səliqəli iş vərdişləri Eyni sahədə montaj təcrübəsi Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. VAKANSİYA 21 Avant Group Baş Direktor köməkçisi  Son tarix 25 may 2025- [email protected] Vəzifə funksiyaları: Rəhbərin inzibati idarəetmə fəaliyyəti istiqamətində məktub,sorğu və digər sənədləri tərtib etmək Rəhbərin göstərişi ilə təyin olunan vaxta və yerdə iclasın keçirilməsini təmin etmək İşgüzar yazışmaların və danışıqların aparılması. Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsini təmin etmək Telefon zənglərinin cavablandırılması, məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara yönləndirilməsi İşçi və direktor arasında işlərin kurasiya edilməsi.  Fayllar və sənədlərin effektiv təhvil verilməsini təmin etmək. Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi; Vəzifəyə olan tələblər:  Təhsil: Ali  (İdarəetmə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə arzuolunandır). İş Təcrübəsi: Direktor köməkçisi, layihə koordinatoru və ya oxşar mövqelərdə minimum 2-3 illik təcrübə Kompüter bilikləri: Microsoft Office proqramları Dil bilikləri: Azərbaycan dili , Rus dili, (İngilis dili arzuolunan) Komanda ilə işləmək bacarığı Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları İş Şəraiti: İş qrafiki: 5/2, 09:30-18:30 Nahar şirkət tərəfindən təmin olunur İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C Əmək Haqqı: 800 -1200 AZN net Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Direktor köməkçisi” yazaraq Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilərlər. VAKANSİYA 22 Azerbaijan Energy Regulatory Agency İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri  Son tarix 26 may 2025 - [email protected] Vəzifə öhdəlikləri: Sektorun fəaliyyətini təşkil edir, ona rəhbərlik edir və sektor adından sənədləri imzalayır; Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir; Öz fəaliyyəti üzrə kadrların seçilməsində və yerləşdirilməsində iştirak edir; Müvafiq sahədə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır və təkliflər verir;  Müvafiq sahənin səmərəli fəaliyyətini və istehlakçılara aşağı tariflə (qiymətlə) yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün balanslaşdırılmış investisiya yönümlü tarif mexanizmlərini işləyir; Elektrik və istilik enerjisi, habelə qaz təchizatı üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;  Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir;  Enerji sahəsində iqtisadi siyasətin formalaşdırılmasına dair təkliflər hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Agentliyin Aparatının struktur bölmələri ilə birgə təmin edir; Enerji sahəsində iqtisadi, tarif və statistika siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır və həyata keçirilməsi ilə bağlı tədbirlər görür; Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, enerji tənzimləmə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsini və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak edir; Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir; Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir; Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir; Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır; Şöbə müdirinə və şöbə üzrə Kuratora hesabat verir. Tələblər: “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi; Yaş həddi 25-40 aralığı; Microsoft Office proqramı üzrə hesabatları, maliyyə modellərini və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır; Azərbaycan dilini səlis, ingilis dili  yüksək səviyyədə bilməli və rus dili arzu olunandı; Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti; Maliyyə Hesabatlarının Beynəlxalq Standarları və Korporativ Maliyyə sahəsi üzrə orta səviyyədə biliklərə malik olmalıdır; İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır  ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır  Digər: Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma. İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84. Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (Cv-lərini) Müraciət Et butonunda qeyd olunan poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri) qeyd edin. VAKANSİYA 23 Company Targetoloq  Son tarix 25 may 2025 - [email protected] İş şəraiti: İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir; İş vaxtı: 6 tam iş günü; Maaş: 1500 – 2000 AZN (namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq). Namizəddən gözlənilən tələblər: Təcrübə: Minimum 5 illik təcrübə — sosial media platformalarında hədəflənmiş reklamların qurulması və idarəsi sahəsində (Facebook, Instagram,TikTok, Linkedln, Google Ads və digər platformalar); Rəhbərlik təcrübəsi üstünlük sayılır. Bilik və bacarıqlar: Sosial şəbəkələrdə reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin izlənməsi; Reklam performanslarının təhlili və onların effektivliyinin artırılması üçün strategiya qurmaq bacarığı; Google Analytics, Yandex.Metrika kimi analitik alətlərlə peşəkar səviyyədə işləmə qabiliyyəti; Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı; Rəqəmsal reklam planlaşdırmasında analitik və strateji yanaşma; Dəqiqlik, məsuliyyət və müəyyən olunmuş vaxt çərçivəsinə riayət etmə; Komanda ilə səmərəli ünsiyyət və əməkdaşlıq bacarığı. Əsas vəzifə funksiyaları: Reklam kampaniyalarının təşkili və idarəsi: Facebook, Instagram, TikTok, Linkedln, Google Ads və s. platformalarda reklam strategiyalarının hazırlanması və tətbiqi; Auditoriya analizi əsasında reklamların qurulması, test edilməsi və optimallaşdırılması; Gündəlik və aylıq performans izləmələri və nəticələrə uyğun qərarların verilməsi; Şirkətin təqdim etdiyi məhsul və xidmətin real hədəf kütləsini düzgün müəyyən edib, sosial şəbəkələrdə targetlerinin geri dönüşlərini maksimuma çatdırmaq; Müəyyən olunan hədəf kütləsinin maksimum marağını cəlb etmək üçün kontentlərin yaradılmasında iştirak etmək; Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads, Remarketing Tools. Analitik işlər və optimallaşdırma: Reklam büdcəsinin səmərəli istifadəsi və yüksək ROI üçün optimallaşdırma işlərinin icrası; A/B testləri, hədəf qruplarının bölünməsi və digər metodlarla effektivliyin artırılması. Hesabatların hazırlanması: Həyata keçirilmiş kampaniyaların nəticələri əsasında aylıq, rüblük və layihəyə əsaslanan hesabatların hazırlanması; Toplanan məlumatlar əsasında strateji təkliflərin verilməsi və təqdimatların hazırlanması,trendlərin izlənilib, işlənməsini təmin etmək. Müraciət qaydası: Əgər yuxarıda göstərilən kriteriyalara uyğun olduğunu düşünürsənsə, zəhmət olmasa CV və varsa portfolionu / keçmiş layihələrin nümunələrini “Targetoloq” başlığı ilə Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndər. Qeyd: Yalnız tələblərə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. CV-ni strukturlaşdırılmış və portfolionla birlikdə təqdim etməyin tövsiyə olunur. VAKANSİYA 24 Bright Finance Əməliyyatçı Mühasib  Son tarix 26 may 2025 - [email protected] İş şəraiti İş vaxtı  09:00-18:00  Əmək haqqı: 500-600 AZN İş barədə məlumat Elektron-qaimə fakturalarla işləmə bacarığı Elektron hökümət portalları ilə işləmə bacarığı Bank hesablarının onlayn açılması İnternet bankinglə işləmə bacarığı Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi ƏDV ödənişlərinin həyata keçirilməsi Əmək haqqının hesablanması Müqavilələrin hazırlanması Dövlət orqanlarına hesabatların təqdim edilməsi Müştərilərlə rahat ünsiyyətin qurulması, üzləşmələrin aparılması Müştəri ilə meydana çıxan problemləri həll etmək Namizədə tələblər: Yaş - 20-30 Təhsili - Ali  İş təcrübəsi 1 ildən  - 3 ilə qədər Məsuliyyətli və təşəbbüskar olmalı Diqqətli və punktual olmalı Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı; (Rus dili arzu olunandır) MS Office programlarını bilməli ( 1C proqramını bilənlərə üstünlük veriləcək) Aidiyyatı olmayan şəxslər müraciət etməsinlər. Maraqlanan namizədlər mövzu yerində “Əməliyyatçı mühasib” yazmaqla öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu yerində vəzifə yazılmayan məktublara baxılmayacaq. Tələblərə cavab verilməyən (xüsusilə təcrübəsi olmayan) şəxslər müsahibəyə dəvət olunmayacaqlar. VAKANSİYA 25 Şahnar Pərakəndə Satış təmsilçisi  Son tarix 25 may 2025 - Müraciət et Qaynaq və Xırdavat Sektoru – Səyyar Satıcı Bizim komandamıza aktiv, motivasiyalı və nəticəyönümlü səyyar satış təmsilçisi lazımdır! İşin Təsviri: Müxtəlif satış nöqtələrini səyyar şəkildə ziyarət etmək Qaynaq və xırdavat məhsullarının pərakəndə satışını həyata keçirmək Müştəri bazasını genişləndirmək və münasibətləri gücləndirmək Hədəf satış planlarını yerinə yetirmək Rəhbərliyə satış hesabatlarının təqdim olunması İş saatı: 8.00-dan 17.00-dək İstirahət günü: bazar günü Tələblər: Satış sahəsində minimum 1 il təcrübə (tərcih olunur) Aktiv, ünsiyyətcil və müştəri yönümlü yanaşma Sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi (üstünlükdür) Yalnız Bəy namizədlərə üstünlük verilir Yaş həddi: 25-40; Təklif Edirik: Sabit əmək haqqı + yüksək satış bonusları Motivasiyaedici mühit və böyüyən şirkət daxilində inkişaf imkanı Satış hədəflərinə uyğun əlavə mükafatlandırma sistemi İş səyyar xarakter daşıyır – müxtəlif bölgələrdə fəaliyyət olacaq. Qeyd: Bu sahələr üçün anket formasını doldurub Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).Fed)

Szinpin Trampla telefon danışığı aparıb?

Çinin Xarici İşlər Nazirliyi Çin Xalq Respublikasının Sədri Si Szinpin ilə ABŞ Prezident Donald Tramp arasında yaxın zamanlarda telefon danışığının olmadığını bəyan edib. Sozcu.az xəbər verir ki, nazirliyin rəsmisi Quo Jiakun ABŞ Prezidenti Donald Trampın “Time” jurnalının müsahibəsində ÇXR Sədri Si Szinpinin ona zəng etməsi barədə açıqlamasını şərh edərkən belə deyib. Quo Jiakun, ümumiyyətlə iki ölkə arasında rüsum məsələsinə dair heç bir danışığın aparılmadığını açıqlayıb: "Bir daha izah edim ki, Çin və ABŞ rüsum məsələsi ilə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparmır".

Məsciddə qətl: qatil İtaliyada təslim oldu

Fransanın Qard bölgəsində “Grand–Combe” məscidində əslən Malidən olan müsəlman gənci qətlə yetirən şəxs İtaliyada saxlanılıb. Sozcu.az xəbər verir ki, 21 yaşlı qatil H. Olivye (şərti ad) Pistoya şəhərində polis bölməsinə təslim olub. Hadisədən sonra yayılan videoda H. Olivye bu hərəkətinə görə özünü təbrik edib və qurbanının dinini təhqir edib. O, serial qatil olmaq üçün azı daha iki nəfəri öldürmək arzusunu ifadə edib. Hadisədə müsəlman əleyhinə hərəkət izi olduğu vurğulanır. Dövlət ittihamçısı yerli televiziya kanallarına müsahibəsi zamanı əmin edib ki, şərait, yəni məsciddə namaz qılan şəxsin öldürülməsi, onun dini haqqında təhqiramiz ifadələr səsləndirilməsi faktı nəzərə alınmaqla, müsəlmanlara qarşı hərəkət, islamofob məzmunlu hərəkət nəzəriyyəsinə üstünlük verilir. Bildirilir ki, qatil gənc müsəlmana 40-50 bıçaq zərbəsi vuraraq öldürüb.

Zəngin Azərbaycanın yoxsul vətəndaşları... Kirayə evlərdə ömrü çürüyən işsiz ziyalılar...

Birbaşa mətləbə keçmək istəyirəm. Məlum olduğu kimi ölkədə işsizlik problemi var. Həmçinin bakalavr və magistratura təhsili almış gənclər də iş tapmaqda çox böyük çətinliklə qarşılaşırlar.  Sual yaranır, bəs hansı səbəblərə görə Azərbaycanda vətəndaşlar öz ixtisasına uyğun olan iş tapa bilmir. Bunun səbəbi nədədir axı? Təhsilli, savadlı bilikli, elmli, istedadlı, eləcə də təhsil aldığı sahəni çox yaxşı bilən insanlar öz doğma Vətəni Azərbaycanda ixtisasına uyğun olaraq işlə təmin olunmur.  İşsiz vətəndaşlar bu problemi həll etmək üçün uzun illər iş axtarışında olur və bu insanların ömrü beləcə ötüb keçir.  Gənclər ali təhsil alır, həmçinin minlərlə gənc magistraturada oxuyub 2 diplom sahibi olur, yenə də bu gənclərin çoxusu oxuduğu ixtisasa görə iş tapa bilmir, nəticədə isə yüzlərlə gənc işsiz qalır. Şəxsən mən bir neçə sahə üzrə oxuyub təhsil almışam. Qeyd edim ki, təhsilim əsasən humanitar sahə üzrədir. Demək olar ki, ömrümün çox hissəsi təhsil almaqla ötüb. Yəni fəxrlə söyləyirəm ki, ömrüm uzun illər təhsil müəssisələrinin auditoriyasında keçib. Amma çox böyük təəssüf hissilə deyirəm ki, neçə ildir işsizəm.  Uzun illərdir ki, müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Amma hansısa bir qurumdan əmək haqqım yoxdur. İşsizlik isə mənə çox böyük və çox ciddi çətinliklər yaradıb. Bu xoşagəlməz hala təəssüflər olsun deyirəm. İxtisasıma uyğun olaraq rəsmi qaydada işləmək istəyirəm. Amma məlumdur ki, Azərbaycanda iş tapmaq elə də asan deyil, çox çətindir, hətta deyərdim ki, bu, çox illər mümkün olmur.  Təbii ki, işsiz insan üçün sosial-iqtisadi baxımdan yaşamaq çox çətin olur. Xüsusilə də mənim kimi evi olmayan, illərlə kirayələrdə yaşayan insanlar üçün daha ağırdır işsiz qalmaq. Axı maliyyə dayağı olmasa, insan iqtisadi baxımdan necə yaşaya bilər?  Ev-eşiksiz ailələr kirayə evlərdə qalmağa məcburdur. Kirayələrdə yaşamaq o qədər çətindir ki...  Mənim kimi uzun illər kirayə evlərdə qalanlar evsiz olmağın çətinliyini, ağrısını, əzab-əziyyətini daha yaxşı bilir. Evimin olmadığına görə başqalarının evində elə əziyyət çəkirəm ki... Bu isə dəhşətdir. İxtisasıma uyğun Media-Holdinqdə, qəzetdə, xəbər saytında, Media Qrupda, eləcə də radio və televiziyada, İnformasiya Agentliyində çalışa bilərəm... Əfsuslar olsun ki, hələ də işsizəm, bu da, sosial baxımdan mənə də, ailəmə də bir çox saysız-hesabsız çətinliklər yaradır.  Şair-jurnalist kimi düşünürəm ki, zəngin neft-qaz ölkəsi olan Azərbaycanda ziyalılar nə üçün evsiz qalmalı, kirayə evlərdə yaşamalıdır?  Həmçinin hələ də anlaya bilmirəm ki, vətəndaşlar ixtisası üzrə işlə niyə təmin edilmir?  İnsanlar nəyə görə öz ölkəsində illərlə iş axtarmaqla məşğul olmalıdır? Milyonlar səltənəti olan Azərbaycanda sosial-iqtisadi baxımdan yaşamaq o qədər çətindir ki...  Bu, necə idarəçilikdir axı? Sözün bitdiyi andı. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

İntihar edən hərbçimizlə bağlı təsirli fakt

Dövlət Sərhəd Xidmətinin (DSX) kiçik giziri Rəhim Novruzovun intiharının təfərrüatları məlum olub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə aprelin 28-də onun xidmət etdiyi Cəbrayıl rayonu ərazisində kirayə yaşadığı evdə baş verib. Lakin intihar hələlik ilkin ehtimaldır. Təsdiqlənməmiş digər versiyaya görə, R.Novruzov dəm qazından boğularaq ölüb. Məlumata görə, R.Novruzov əslən Kürdəmir rayonunun Çöhranlı kəndindəndir. O, 1997-ci ildə Çöhranlıda anadan olub. Ailədə üç qardaş, iki bacıdılar. R.Novruzov doğulduğu kənddə orta məkəbi bitirdikdən sonra imtahanla Türkiyə universitetlərindən birinə qəbul olunub və bir il orada təhsil alıb. Amma ailənin imkansızlığına görə təhsilini davam etdirə bilməyib. Bundan sonra Ukrayna ali məktəblərindən birinin qiyabi fakültəsinə köçürülüb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladıqdan sonra könüllü şəkildə vətənin müdafiəsinə yollanıb. O, DSX-nin sıralarında ön cəbhədə döyüşüb, qəhrəmanlıqlar göstərib. Onun bu xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və mükafatlandırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Rəhim Novruzov “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. Müharibə bitdikdən sonra Rəhim DSX sıralarında qalıb. Məlumata görə, R.Novruzov altı ay əvvəl evlənibmiş.

Gənc qızlar arasında yayılan “influencer” xəstəliyi: səbəbi nələrdir?

Sosial şəbəkələrin gündəlik həyat tərzimizə təsiri artıb. Özəl, iş, məişət dünyamıza daxil olan məşhurların həyat tərzi, maddi yaşamları, qazancları bəzi gənc qızlar arasında “influencer olmaq” arzusunu yaradıb. Bu vəziyyətin əsasını sosial status axtarışı, maddi qazanc istəyi və görünən həyatların “dəbdəbəli, lüks” tərəfləri təşkil edir. Psixoloq Ramil Hüseynzadə Modern.az saytına deyib ki, ictimai platformalarda məşhurluq artıq bir istəyə çevrildiyindən, bir çox gənc bu yolla həm gəlir, həm də status qazanmağa çalışır. Amma bu “xəyal həyatı”nın gənclər üçün psixoloji və sosial riskləri də az deyil. “Təbii ki, hər insan uğurlu olmaq istəyir, müasir dövrdə uğurun dəyəri daha da yüksəlib. Ona görə müasir cəmiyyətə “performans” cəmiyyəti deyilir. Artıq biz intizam cəmiyyətindən performans cəmiyyətinə keçid etmişik və bu vəziyyətdə uğur əsas meyara çevrilib. Sosial medianın gündəlik həyatımıza nüfuz etməsi ilə birlikdə “uğur” anlayışı da transformasiya oldu”. Ekspertin sözlərinə görə, artıq zəhmət, bilik və dəyər yaratmaq deyil, izləyici sayı, bəyənmələr və "reels"lər reytinqdə birinci yerdədir. “Yəni “uğurlu oldum” mesajını vermək əhəmiyyətli sayılır. Uğurdan daha çox, uğurun nümayişi ön plana gəlir. Görünmək, tanınmaq və məşhurlaşmaq – bunlar gənc insanın “dəyərli olmaq” duyğusunu təyin edən əsas meyarlara çevrilib. Və burada bir psixi təhlükə gizlənir. Çünki əldə olunan bu “dəyərlilik” aldadıcıdır, daxili təməllərlə möhkəmləndirilməyib. Bunu “psevdodəyər”də adlandıra bilərik. Gənclər öz mənliyini psevdodəyərlə ölçdüyü zaman xaricdən gələn tənqidlərə qarşı dözümsüzləşir, tez qırılır, çarəsizləşirlər. Hər paylaşımın arxasında bir təsdiq ehtiyacı var. “Məni görsünlər”, “məni bəyənsinlər”, “məni tanısınlar” – bu səssiz çağırışlar, dərin bir özünüdəyər boşluğundan xəbər verir. Gənclər artıq sosial mediada necə görünürlərsə, özlərini o qədər dəyərli hesab edirlər. Real mənliklərini unudub virtual mənlikləri ilə həyata yanaşırlar. Bu isə depressiya, təşviş pozuntuları, tükənmişlik və özünüqavramada ciddi təhriflərə yol aça bilər”. Psixoloq vurğulayıb ki, problem “influencer”lərin özündə deyil. Problem, cəmiyyətin onlara yüklədiyi simvolik gücdə və gənclərin buna kor-koranə tabe olmasındadır. “Valideynlər, müəllimlər, psixoloqlar – hər bir kəs bu mənzərədə məsuliyyət daşıyır. Əgər biz gənclərə təkcə görünməyin deyil, var olmağın və özünü tapmağın dəyərini öyrədə bilsək, bu “xəstəlik” bir fürsətə çevrilə bilər. Əslində gənclərimizin təsir yaratmaq arzusu pis bir şey deyil. Amma məqsəd sadəcə “influencer” olmaq yox, təsirli insan olmaq olmalıdır. Bu təsiri isə yalnız sosial şəbəkədə deyil, real həyatda da yaratmaq mümkündür – əsl zəka, şəfqət, məsuliyyət və dəyərlərlə”, - Ramil Hüseynzadə deyib.

Sonsuz Sevgi

Bir vaxt əllərindən tutan bu əllər, İndi boşluqlarda səssizcə üzür. Bir vaxt mənim üçün bərq vuran tellər, İndi başqa biri, ona gül düzür. Sonsuzluğa baxır yenə gözlərim, Bir an xəyal kimi, ötüb keçirsən. Rüzgar tək göylərdə uçur sözlərim, İzini  silirsən, itib gedirsən. Bir ümman sevgidir, qəlbimi didən, Bütün vücudumla səni dinləyir. Gecələr yuxuma gəlirsən hərdən, Baxıb susqunluqla qəlbim inləyir. Unuda bilmirəm, səni bir an da, Sevdan hələ də bil, içimdə yaşar. Elə bil gəzirsən, damarda, qanda, Xatirən qəlbimdə, parlayar coşar. Uzun illər keçsə, ayrı düşsək də, Bir duyğu, bir səslə, eyni nəfəsik. Yolumuz ayrılıb, ayrı getsək də, İki sevən qəlbə, biz bir qəfəsik. Gözlərində qalan sənin sükutun, Elə bil qəlbimdə ən şirin qışdır. Sonsuz sevgin ilə yaşadım bütün, İnan ki, bu sevgi, mənə çox xoşdur. Zakir İsmayil

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir? - AÇIQLAMA

Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərinin çoxu təmirli satılır. Lakin əvvəllər təmirli mənizllərin satışı, demək olar ki, yox səviyyəsində idi. Bəs insanlar hansına daha çox üstünlük verir? Sozcu.az milli.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikili binalarda satılan mənzillərin çoxu təmirsizdir. “Yalnız bəzi tikinti şirkətləri təmirli mənzil təklif edir. Bu zaman vətəndaşın təmirlə bağlı nəyisə seçmək şansı olmur”. Bəs alıcı istifadə olunan materialların keyfiyyətindən necə əmin ola bilər? “Əgər vətəndaş təmirli mənzil alırsa, yaxşı olar ki təmirin keyfiyyəti ilə bağlı mütəxəssislərə müraciət etsin. Başqa bir hal isə mənzili satan şəxs materialların keyfiyyəti ilə bağlı şəxsə qarantiya verməlidir. Qiymətlərə nəzər salsaq, mənzillərin təmir olunması minimal olaraq bir kv metrinə görə 200 manatdan başlayaraq 800 manata qədər dəyişir”. Realterlər ictimai birliyinin sədri Vədafar Axundov bildirir ki, insanların çox təmirsiz ev almağa üstünlük verir. Çünki bu, həm onlara qiymət baxımdan sərfəlidir, həm də istədikləri kimi təmir etdirə bilirlər. Təmirsiz evi alan şəxs minumum 20-25 faiz qabağa düşür. Hazırda 2400, 2500 manata təklif elədiyimiz mənzillərin təmirli olan forması 1000, 1200 manat daha baha çıxır. Tikinti şirkətlərinə hansı daha çox sərf edir? Bu şirkətlərə daha çox padmayaq formasında satmaq, çünki şirkət əgər təmir edirsə uzun müddət həmin təmirlər davam edir. Təmir müştərinin bəzən zövqünə olmadığı üçün bu da tikinti şirkətinə sərf etmir. Öz zövqünə görə dizayn etmək istəyən şəxslər daha çox təmirsiz mənzillərə üstünlük verir.

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv Fay Xəritələri əsasında ölkədə zəlzələ riski ən aşağı olan 20 şəhər müəyyən edilib. Siyahıda ilk yerləri Sinop, Artvin və Rize şəhərləri yer alır. Səlahiyyətlilər riskin aşağı olmasına baxmayaraq, bütün vətəndaşlara zəlzələyə hazır olmaları ilə bağlı çağırış ediblər. Yenilənmiş xəritəyə əsasən, siyahıda Qara dəniz və İç Anadolu bölgələrində yerləşən şəhərlər üstünlük təşkil edir. Böyük şəhərlərdən uzaq, əsas fay xətlərindən nisbətən qorunan bu bölgələr həm mövcud tikili vəziyyəti, həm də coğrafi mövqeləri baxımından daha az riskli ərazilər hesab edilir. Türkiyədə zəlzələ riski ən aşağı olan 20 şəhər: Sinop Artvin Rize Trabzon Giresun Kastamonu Bartın Zonguldak Karabük Amasya Çankırı Yozgat Kırşehir Nevşehir Niğde Aksaray Konya Karaman Kırıkkale Edirne "Risk aşağıdır, lakin sıfır deyil" xəbərdarlığı Mütəxəssislər bildirirlər ki, bu şəhərlər böyük zəlzələlər baxımından daha az risk daşıyır, lakin Türkiyənin bütövlükdə zəlzələ ölkəsi olduğu unudulmamalıdır. AFAD nümayəndələri kiçikmiqyaslı zəlzələlər və afterşokların bu bölgələrdə də baş verə biləcəyini vurğulayıb. Eyni zamanda, riskin aşağı olduğu şəhərlərdə belə binaların möhkəmliyinin vacibliyi qeyd edilib. Qəzalı və köhnə tikililər, yenə də təhlükə yarada bilər. "Zəlzələ gerçəyini nəzarətdən kənar saxlamayın" çağırışı AFAD bütün vətəndaşlara fövqəladə hallar planı hazırlamağı, fövqəladə çanta toplamağı və binaların gücləndirilməsi işlərinə önəm verməyi tövsiyə edərək, "Zəlzələ gerçəyini həmişə nəzərə almaq lazımdır" xəbərdarlığını edib./Milli.Az

Problemli kreditlər sürətlə artır: “Bəzi banklar bugünkü tələblərə cavab vermir”

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb. 2025-ci il aprelin 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən verilən xəbərə əsasən, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat artıb. Son 1 ildə isə problemli kreditlərin məbləği 2.3% və ya 10.9 milyon manat yüksəlib. Qeyd edək ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.23 faiz bəndi azalaraq 1.62% təşkil edib. Ölkədə problemli kreditlərin artma səbəbi barədə Moderator.az-a danışan iqtisadçı Emin Qəribli bildirib ki, problemli kreditlərin həcmi mütamadi artır:  “Son dövrdə Maliyyə Nazirliyi tərəfindən 1.5 milyard manat məbləğində resurs məhz bank depozitlərinə ayrılıb.  Bu isə o deməkdir ki, kredit sahəsi genişlənir. Əgər problemli kreditlərin faizi artırsa, bu, iqtisadiyyatın inkişafı ilə bağlı tələbatın da artdığını göstərir. Amma bu prosesin mənfi tərəfləri mövcuddur və bu məsələ Mərkəzi Bankın diqqət mərkəzində olmalıdır. Kreditlər artdıqca, təbii ki, bu prosesin mənfi tərəfləri də ortaya çıxır. Kredit faizləri, xüsusən də istehlak kreditlərindəki faizlər həddən artıq yüksəkdir.  Hesab edirəm ki, bəzi banklar var ki, bugünkü dövrün tələblərinə cavab vermir və kreditvermə prosesi lazımi qaydalara uyğun aparılmır. Ona görə də həm tənzimləmə, həm də monitorinq genişləndirilməlidir ki, bu hallar azalsın”.

"Rusiya hücum fəallığını bərpa edib və dünyanı aldatmağa çalışır" - Zelenski

"Rusiyaya qarşı yeni sanksiyalar və daha böyük təzyiqlə adekvat cavab vacibdir və məhz ABŞ daha təsirli addımlar ata bilər..." Pasxa bayramından sonrakı dövrdə Rusiya qoşunları öz adət etdikləri hücum fəallığını bərpa edib, Rusiya dünyanı aldatmağa və müharibəni uzatmağa çalışır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 27-də axşam videomüraciətində bəyan edib. Onun sözlərinə görə, aprelin 26-da Vatikan və Romada keçirilən görüşlər Ukraynanın tərəfdaşlarının vəziyyəti anladığını təsdiqləyib. "Biz mövqelərimizi möhkəm saxlayırıq ki, düzgün diplomatiya üçün bütün imkanlar olsun. Rusiyalılar guya ABŞ-ın təkliflərinə getməyə hazır olduqlarını deyir, amma Rusiya ordusunda real atəşkəsə hazırlıq əlamətləri müşahidə edilmir. Əksinə, Pasxadan sonra işğalçılar adət etdikləri hücum fəallığını bərpa edib və əlbəttə ki, bunu böyük itkilər bahasına edirlər", - dövlət başçısı bildirib. O, qeyd edib ki, rusiyalılar irəliləməyə çalışır, lakin bu, onlara böyük itkilər bahasına başa gəlir. "Hər gün cəbhədə gedən döyüşlər açıq şəkildə sübut edir ki, Rusiya həqiqətən də dünyanı - Amerikanı və digərlərini  aldatmağa və müharibəni daha da uzatmağa çalışır", – Zelenski vurğulayıb. O, Rusiyaya qarşı təzyiqin vacibliyini qeyd edib: "Təzyiqsiz rusiyalıları bütün lazımi addımları atmağa, müharibəni dayandırmaq üçün vacib olan hər şeyə getməyə məcbur etmək mümkün deyil". Zelenski bildirib ki, dünyadan yeni sanksiyalar və Rusiyaya qarşı daha böyük təzyiq şəklində adekvat cavab olmalıdır. Dövlət başçısı vurğulayıb ki, məhz ABŞ Moskvaya qarşı "ən təsirli addımları ata" bilər. Prezidentin fikrincə, aprelin 26-da  Vatikan və Romada keçirilən görüşlər bir daha göstərdi ki, tərəfdaşlar baş verənləri anlayır:  "Ukrayna diplomatiya sahəsində maksimum sürətlə irəliləməyə hazırdır. Biz 47 gün əvvəl ABŞ-ın qeyd-şərtsiz atəşkəs təklifini qəbul etdik və daha sonra rusiyalılara öz təkliflərimizi verdik ki, heç olmasa mülki obyektlərə hücumları dayandıraq. Amma Moskva buna cavab olaraq "Shahed" dronları, raketlər, artilleriya atəşi və yeni hücumlar həyata keçirir", - Zelenski vurğulayıb. Ukraynada müharibə: Zelenskinin bəyanatı Xatırladaq ki, Zelenskinin sözlərinə görə, Ukraynada cəbhənin bir çox istiqamətlərində vəziyyət hələ də mürəkkəb olaraq qalır: "Artıq bu günün ortalarına qədər rusiyalılar bizim mövqelərimizə təxminən 70 hücum həyata keçirib. Döyüşlər davam edir. İşğalçılar hücum cəhdlərini davam etdirir. Ən çox döyüşlər Pokrovsk, Kramatorsk, Liman və Kursk istiqamətlərində gedir".

"Biz Putini və ölkəsini balıqlar üçün yemə çevirə bilərik" - senator Kennedi

"Biz Rusiyanı sındırmalı və onu boğmalıyıq, əks halda onlar danışıqlar masasına əyləşməyəcək..." ABŞ-ın Respublikaçılar Partiyasından senator Con Kennedi "Fox News" telekanalında çıxışı zamanı prezident Donald Trampı Putini yerinə oturtmağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb. "Putin prezident Trampa verdiyi bütün vədləri pozub. O, ələ keçirdiyi bütün əraziləri saxlamaq istəyir. O, Ukraynanın NATO-ya üzv olmasını yasaqlamaq və Amerika ilə Avropanın Ukraynaya yardımı dayandırmasını istəyir", -  respublikaçı bildirib. "Putin düşünür ki, biz ondan qorxuruq, - Kennedi davam edib. - O, prezident Trampı hər addımda ələ salıb. O, bizim prezidentə hörmətsizlik göstərib. Mən hesab edirəm ki, vəziyyət o vaxta qədər dəyişməyəcək ki, biz cənab Putinə açıq şəkildə bildirməyək: onu və ölkəsini balıqlar üçün yeməyə çevirə biləcəyik". Senator həmçinin qeyd edib ki, Moskvanın Kiyevlə qanlı müharibəni dayandırmaq niyyəti ilə danışıqlar masasına əyləşməsi üçün konkret nə etmək lazım olduğunu görür. "Biz Rusiyanı sındırmalı və onu boğmalıyıq. Əks halda onlar danışıqlar masasına əyləşməyəcək", - Kennedi vurğulayıb və əlavə edib ki, Avropa Ukraynaya hərbi yardımı artırmaqda daha fəal olmalıdır. "Əgər amerikalı vergi ödəyiciləri olmasaydı, Putin indi Parisdə olardı. Avropa daha çox şey etməlidir. Amma əsas odur ki, biz Putinə anlatmalıyıq: bizim prezidentimizi aldatdığı üçün müəyyən bir bədəl ödəməli olacaq", - Con Kennedi fikrini tamamlayıb. Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp bir daha Putini Ukraynaya qarşı hücumları dayandırmağa və danışıqlar masasına əyləşməyə çağırıb. Ağ Ev rəhbəri həmçinin bildirib ki, aprelin 24-ü, cümə axşamı Kiyevə raket hücumu nəticəsində 12 nəfərin ölməsi və 87 nəfərin yaralanması onu "çox məyus edib". "Bir neçə gün ərzində nələrin baş verəcəyinə baxacağıq. Bizim razılaşma üçün bazamız mövcuddur. Mən istəyirəm ki, o, bunu imzalasın, hər şeyi bitirsin və sadəcə normal həyata qayıtsın", - Tramp jurnalistlərə deyib. Bundan öncəTramp dəfələrlə bildirib ki, Putin danışıqlara hazırdır və "sülh istəyir". Lakin təkcə aprel ayında Rusiya ordusu Ukraynanın Krivoy Roq, Sumı və Kiyev şəhərlərinə üç kütləvi zərbə endirib və çoxlu sayda insan tələfatı olub.

Səssiz təhlükə böyüyür – Vətəndaşlara xəbərdarlıq

Son günlər sosial şəbəkə istifadəçiləri arasında dələduzluq halları artmaqdadır. Bəzi şəxslər tanınmış simaların adından insanlarla əlaqə quraraq onlardan maddi vəsait tələb edir, bu zaman isə etibar qazandıqdan sonra onları aldatmağa nail olurlar. Daha təhlükəlisi isə bu dələduzların həmin şəxslərin şəxsi həyatına dair dəqiq məlumatlara sahib olmasıdır. Bu da aldadılan insanlarda “onlar bəlkə də doğrudan tanışdır” təəssüratı yaradır. Maraqlıdır, bu şəxslər bu qədər dəqiq və şəxsi məlumatları haradan əldə edirlər? İT mütəxəssisi Fərid Kazımov Yenisabah.az-a bu barədə açıqlama verib. Bildirib ki, şəxsi məlumatların dələduzların əlinə necə keçməsi dərindən araşdırılmalıdır: “Müəyyən hallarda şəxsi məlumatların üçüncü tərəflərə sızdırılması halları müşahidə olunur. Bu vəziyyətdən sui-istifadə edən dələduzlar müxtəlif qanunsuz fəaliyyətlər həyata keçirə bilirlər. Baş verən bütün bu halların səbəbləri müvafiq orqanlar tərəfindən hərtərəfli araşdırılmalı, şəxsi məlumatların necə sızdırıldığı tam aydınlaşdırılmalıdır. Eyni zamanda şəxsi məlumatların qorunması istiqamətində mövcud tədbirlər daha da gücləndirilməlidir. Problemin əsas mənbələrindən biri onlayn platformaların inkişafı fonunda müxtəlif resursların qeydiyyat zamanı şəxsi məlumatların təqdim olunmasını tələb etməsidir. Təqdim edilən bu məlumatlar bəzən təhlükəsiz şəkildə qorunmur və nəticədə dələduzların əlinə keçir”. Ekspert bu sahə üzrə təhlükəsizlik tədbirlərinin artırılmasını məqsədəuyğun sayır: “Bundan əlavə, bəzi hallarda şəxsi məlumatlar dələduzluq məqsədi daşımadığı təqdirdə belə, kommersiya qurumları və şirkətlər tərəfindən reklam məqsədilə əldə edilir. Belə ehtimallar da şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Mövcud risklərin qarşısını almaq üçün hüquqi baza təkmilləşdirilməli, şəxsi məlumatların qorunması sahəsində daha sərt tənzimləyici tədbirlərin qəbul olunması zərurətə çevrilmişdir. Çünki şəxsi məlumatların oğurlanması halları insan həyatına daha ciddi, bəzən isə bərpası mümkün olmayan mənfi təsirlər göstərə bilər”.

Tramp bu dəfə Rusiyanı hədələdi: Başqa cür danışmaq lazımdır!

Rusiyanın infrastrukturlara zərbə endirmək üçün “səbəbi yoxdur”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Rusiyanın yalnız hərbi obyektləri hədəf almaları barədə açıqlamasına baxmayaraq, Tramp Moskvanı bank sahəsində sanksiyalarla hədələyib. “Bütün bunlar məndə elə təəssürat yaradır ki, sanki Rusiya müharibəni dayandırmaq istəmir. Onunla başqa cür danışmaq lazımdır: bank sahəsində və təkrar sanksiyalarla?”, – Tramp bildirib.

Zelenski və Tramp 15 dəqiqə danışıb, razılığa gəldilər

12:55 Ukrayna Prezidenti Vladim Zirelenski və ABŞ Prezidenti Donald Tramp danışıqları davam etdirməyə razılaşıb. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. "Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkdi. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər", - Nikiforov bildirib. O, görüşün davamının bu gün baş tutacağını qeyd edib.

Məktəblərdə 5 günlük tətil başlayır - Bu tarixlərdə

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2024/2025-ci tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili  5 günlük (1-5 may) başlayacaq. Sozcu.az xəbər verir ki, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.

İranda limanda partlayış: 4 ölü, 516 yaralı

13:25 İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub. Sozcu.az xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib. Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil. Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb. *** İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib. Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb. Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər. İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir. *** İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb. Bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib. "İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib. *** İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb. Bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb. Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir. *** İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb. Bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb. *** İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb. Bu barədə İranın yerli hakimiyyət orqanları məlumat veriblər. *** İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb. Bu barədə İran mətbuatı məlumat yayıb. *** İranın Şəhid Recai limanda baş verən partlayış nəticəsində azı 4 nəfər həyatını itirib. Bu barədə İran mətbuatı məlumat yayıb.

Hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Naxçıvan MR, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Ağdam, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Neftçala, Qobustan, Gəncə, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şəki, Oğuz, Zaqatala, Qax, İsmayıllı, Qəbələ, Ağdaş və Göyçayda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

ABŞ Ukraynaya NATO üzvlüyü üçün icazə verə bilər, lakin...

ABŞ rəsmiləri ukraynalı məmurlara aydın şəkildə bildiriblər ki, növbəti ABŞ administrasiyası Ukraynanın NATO-ya üzvlüyü məsələsində mövqeyini dəyişə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb. Qəzetin məlumatına görə, Şimali Atlantika Alyansına üzvlük məsələsi London və Parisdə keçirilən danışıqlarda gündəmə gətirilib. "ABŞ-ın növbəti administrasiyası Ukraynanın NATO-ya daxil olmasına icazə vermək qərarı verə bilər", — Birləşmiş Ştatların nümayəndəsi qeyd edib. Bununla belə, amerikalı tərəf dəqiqləşdirib ki, ABŞ Prezidenti Donald Tramp Kiyevin alyansa üzvlüyünə qarşı çıxmağa davam edəcək.

REPETİTORLUQ NƏYƏ MANE OLUR?

Repetitorluq fəaliyyəti, yəni şagirdlərin və tələbələrin fərdi və ya qrup şəklində əlavə dərs alması müxtəlif ölkələrdə fərqli səviyyələrdə yayılmışdır. Bu fəaliyyətin yayılma səviyyəsi ölkənin təhsil sisteminin keyfiyyəti, ali təhsil müəssisələrinə qəbul prosesləri və cəmiyyətin təhsil ənənələri kimi amillərdən asılı olaraq dəyişir. Azərbaycanda repetitorluq fəaliyyəti müstəqillik illərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı qaydalarında ciddi dəyişiklik prosesində yaranmağa başladı. Səbəb çox sadə idi. Dəyişiklikdən əvvəl qəbul imtahanı zamanı baş verən kütləvi korrupsiya hallarının müşayiəti ilə gedən qəbul imtahanları zamanı hər şey “təbii axarı” ilə gedirdi. İndi isə fərqli bir vəziyyət yaranmışdı.    Dəyişiklik isə özü ilə qaydalar gətirdi. Ədalətli və şəffaf imtahan prosesi güclü abitutiyentlərin qələbəsi ilə nəticələnirdi. Həm də elə abituriyentlərin ki, dəyişiklikdən əvvəl ali məktəbə qəbulu ağlına gətirə bilməzdi. Eyni zamanda yeni qaydalarla imtahan vermək müəyyən çətiliklər yaratdı: həm şagirdlər, həm də müəllimlər arasında. Şagirdlər tez bir zamanda uyğunlaşa bilsələr də, xeyli müəllim testdən baş çıxara bilmirdi. Əvvəl müxtəlif yollarla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan yetirmələri ilə fəxr edən xeyli müəllim çaş-baş vəziyyətdə test üsulunu qınamağa başladı.   İndi yeni zaman yeni tip müəllimlər də yetişdirdi. Tədricən bu müəllimlər işgüzar müəllimlərə çevrildilər və oldular REPETİTOR. Get-gedə “qonşudan qalma geri” prinsipi çoxlarını repetitora çevirdi. Amma repetitor bazarı rəqabət mühiti də yaratdı. Onlar növlərə bölündülər: bunker müəllimi, kurs müəllimi, savadlı və peşəkar müəllim və “yanıma gəlməsən, belini qıraram” müəllimləri. Növlərə bölünmüş repetitorlar öz ranqlarına uyğun qiymətlər də təyin etməyə başladılar. Əvvəlki korrupsiya halları indi başqa formada valideynlərin narazılığna səbəb olmağa başladı. Artıq bu narazılıq kütləvi hal alıb.    Əvvəldə qeyd etdiyimiz kimi repetitorluq bir çox inkişaf etmiş ölkələrdə də mövcuddur. Amma bizdə olan kimi çox söz-söhbətə səbəb olmur. Ölkədə təhsil sistemini “vurmaq” üçün ən tutarlı faktlardan biri sayılır. Təhsil sisteminin çöküşünə səbəb olan sabiqlər də əlinə fürsət düşən kimi hücuma keçir və bir neçə fakt sadaladıqdan sonra repetitorluq fəaliyyətinin geniş yayılmasının səbəbini yarıtmaz fəaliyyətdə görürlər.   Bəli, təhsil sisteminin ciddi islahatlara ehtiyacı var. İslahat isə həmin an nəticə verməyə bilir. Çünki təhsil sistemi elə bir qurumdur ki, orada edilən dəyişiklik öz nəticəsini müəyyən prosesdən sonra göstərir.   Bəs repetitorluq fəaliyyətinin neqativlərini yox etmək üçün hansı addımlar atılmalıdır? Bu zaman ilk addım dünya təcrübəsini nəzərdən keçirmək lazım gəlir. Bəzi ölkələrdə bu fəaliyyət qanunlarla tənzimlənir. Fikrimizcə, bu, kompleks tədbirlər nəticəsində mümkündür. Atılacaq ilk addım sinifdə dərslərin keyfiyyətini artırmaq olmalıdır. Dərsin keyfiyyəti isə peşəkar və daim yenilənən müəllim tərəfindən təmin oluna bilər. Dərsin  keyfiyyətinə nəzarəti təşkil etmək, mentorluq sistemini təkmilləşdirmək də dərsin keyfiyyətini şərtləndirən amillərdəndir. Növbəti addım tədris prosesi ilə buraxılış imtahanları arasındakı məzmun və forma fərqlərini, bəzi hallarda ziddiyyətləri aradan qaldırmaq olmalıdır. Bu fərq və ya ziddiyyət ETN və DİM tərəfindən birgə aradan qaldırılmalıdır. Ən vacib olan isə repetitorluq fəaliyyətinin qanunla tənzimlənməsidir. Məsələn, müəllimin öz şagirdinə repetitorluq etməsi xüsusi razılıqla olmalıdır. Doğrudur, bu, bəzən neqativ hallara da yol aça bilər. Belə olduqda rəhbərlik, valideyn, müəllim və şagird konsensusu nəzərə alına bilər.  Repetitorluq fəaliyyətinin vergi orqanlarında qeydiyyatı, DİM və MİQ ekspertlərinə bu fəaliyyətlə məşğul olmalarına müəyyən hədd qoyulması da vacib addımlardan ola bilər. Hidayət Allahverdi,  Müsavat Partiyası Təhsil Komiyyasının sədri

Şəhid anası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası vəfat edib. Sozcu.az xəbər verir ki, şəhidin anası Kifayət xanım dünyasını dəyişib. Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Rüfət Rauf oğlu Şabanov 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb. Ölümündən sonra “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Bank kartlarından 20 min manatdan çox pul oğurlandı

Vətəndaşların bank kartlarından aprelin 25-də 20 min manatdan çox pul oğurlanıb. Bu barədə Sozcu.az Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir: "Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar". Məlumata görə, aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420, 360, 202, 97, 61, 9 manat pul vəsaitləri bank kartlarından oğurlanıb: "Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Pakistan ordusundan əməliyyat: terrorçular məhv edildi

Pakistan ordusu Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda antiterror əməliyyatı keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb. Əməliyyatlar zamanı ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının (əvvəllər “Təhrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” kimi tanınır) 6 üzvü məhv edilib, daha 4-ü isə yaralanıb. Ərazinin terrorçulardan təmizlənməsi ilə bağlı əməliyyatlar davam etdirilir. Qeyd edək ki, hərbçilər arasında itkinin olmadığı bildirilib.

Küçədə çobanın meyiti tapıldı

Ağdaşda kənd ərazisindən meyit tapılıb. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə Kükəl kəndində qeydə alınıb. Kənd sakini olan 45 yaşlı Elnur Mənsur oğlu Abdullayevin meyiti küçədə aşkarlanıb. Məlumata görə, mərhum örüşdə heyvan otarırmış. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ağdaşda ağır qəza: ölən var

Ağdaş rayonunda yol qəzası olub, ölən var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb. Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov hadisə yerində ölüb. 39 yaşlı Maqsud Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Hindistan və Pakistan arasında atışma yenə başladı

Hindistan və Pakistan hərbçiləri arasında yenə toqquşma baş verib. Sozcu.az xəbər verir k, bu barədə “Röyters” məlumat yayıb. Hindistan ordusu cümə günü gecə yarısından sonra Kəşmirdə Hindistan və Pakistanın nəzarətində olan əraziləri ayıran 740 km-lik de-fakto sərhədi boyunca Pakistan ordusunun mövqelərindən açılan atəşə qarşılıq verdiklərini açıqlayıb. Qeyd edək ki, aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin öldürülməsindən sonra iki ölkə arasında gərginlik görünməmiş səviyyəyə çatıb. Hindistan aktı törədən qruplaşmanın Pakistan ərazisində fəaliyyət göstərdiyini iddia edib, Pakistan bunu qəti şəkildə rədd edib.

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliyi təsdiqləyib. Belə ki, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.

Eyni dərman niyə fərqli qiymətə satılır? - “Nə qədər ki, Azərbaycanda...”

“Dərmanların qiymətindən narazılıq təbii olsa da, bir şeyi bilməliyik, nə qədər ki Azərbaycanda yerli dərman zavodları açılmayacaq, xaricdən asılı vəziyyətdə olacağıq. Ərzaq məhsullarındaı olduğu kimi”. Bu sözləri "Yeni Sabah"a Tibb Universitetinin dosenti, farmakoloq Aydın Əliyev deyib. O bildirib ki, ayrı-ayrı apteklərdə qiymətlərin fərqi məsələsi ortaya çıxır: “Çox maraqlıdır, bu gün cəmiyyətdə daha çox müzakirə mövzusu səhiyyə, dərmanların keyfiyyəti və müalicə məsələsidir. Dərmanlarla bağlı sual doğuran iki məsələ var: birincisi, qiymət, ikincisi, keyfiyyət. Üçüncü məsələ dəqiqləşmiş diaqnoza uyğun dərmanın təyin edilməsidir. Bu üç məsələ bir-birini tamamlayır. Amma ayrı-ayrı apteklərdə qiymətlərin fərqi məsələsi ortaya çıxır. Bunların da cürbəcür səbəbləri var. Dərmanların qiymətindən narazılıq təbii olsa da, bir şeyi bilməliyik, nə qədər ki, Azərbaycanda yerli dərman zavodları açılmayacaq, xaricdən asılı vəziyyətdə olacağıq. Ərzaq məhsullarının bir çoxunda olduğu kimi. Azərbaycana gətirilən dərmanlar tibbi ekspertizadan keçməlidir və keçir də. Dərmanın alındığı ölkədəki satış qiyməti ilə ölkəmizdəki qiymət arasında yerlə-göy qədər fərq var. Bu baxımdan deputat Əhliman Əmiraslanovun dediyi məsələ ilə tam razıyam”.  Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov Azərbaycanda fəaliyyət göstərən apteklərin tələblərə cavab verməsini şübhəyə alıb. Deputat dərman qiymətləri ilə bağlı çoxsaylı şikayətlərin olmasını da vurğulayıb. Aydın Əliyev qeyd edib ki, elektron reseptlərin tətbiqi bu sahədə məsuliyyəti xeyli artırıb: “Amma əlavə olaraq bir şeyi də bilməliyik. Biz, həkimlər xəstələrə mütləq hansı dərmanın hansı qida ilə qəbul olunmasını dəqiq bildirməliyik. Çünki qidaların özü də bir növ dərmandır. Fikir verirsinizsə, elektron resept tələbi ortaya çıxıb. Elektron reseptə həkim, xəstə və xəstəlik haqqında lazım olan bütün məlumatlar qeyd olunur. Eyni zamanda, reseptdə qeyd edilən dərmanların istifadə vaxtı, hansı firmanın dərmanı olması, qiymətləri və hansı aptekdən alınmalı olduğu yazılır. Elektron resept həkimlərin də məsuliyyətini artırır. Hər bir dərmanın saxlanma qaydasına əməl etmək çox vacibdir. Apteklərdə dərmanlar düzgün saxlanılırmı? Əgər verilən dərman insan bədəninə uyğun deyilsə, təbii ki, problemlər yaradır. Dərmanların qiymətində kəskin fərq olmamalıdır. Keyfiyyət və qiymət baxımından, yerli dərman zavodlarının açılması çox önəmlidir. Ən əsası isə, farmokologiya elmi-tədqiqat institutu açılmalıdır”.

Növbəti 3 gündə rayonlara leysan yağacaq – Xəbərdarlıq

Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Paşinyan TŞ-nin iclasını keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib. Sozcu.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. İclasda həmçinin Təhlükəsizlik Şurasının üzvü olmayan prezident Vaaqn Xaçatryan da iştirak edib. İştirakçılar ölkənin təhlükəsizliyi və xarici siyasəti ilə bağlı məsələləri müzakirə ediblər. Təhlükəsizlik Şurasının tərkibinə baş nazirin müavinləri, xarici işlər naziri və güc strukturlarının rəhbərləri daxildir.

Əvəz Zeynallı azadlığa buraxıldı - Foto

"Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb. Sozcu.az xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1157-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 946 500 hərbçi, 10 703 ədəd tank, 22 315 ədəd zirehli döyüş maşını, 26 895 ədəd artilleriya sistemi, 1 372 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 144 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 45 906 ədəd avtomobil texnikası, 33 779 ədəd PUA, 3 196 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 860 xüsusi avadanlıq itirib.

Prezident İlham Əliyev Kaya Kallası qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.

İyunda 13 gün iş olmayacaq

İyun ayında 13 gün qeyri-iş günü olacaq. Sozcu.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq. İyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək. İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. 1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir. Beləcə iyun ayında 13 gün qeyri-iş günü olacaq.

Bıçaqlanan məktəblinin vəziyyəti ağırdır: Bakıya gətirildi

Gəncə şəhərində orta məktəb şagirdi bıçaqlanıb. Sozcu.az Bakupost.az-a istinadən hadisə dünən baş verib. 2009-cu il təvəllüdlü Fərid Quliyev boyun nahiyəsindən ağır xəsarət alıb. Vəziyyəti ağır olan məktəbli ilkin tibbi yardımdan sonra Bakıya, paytaxt xəstəxanalarından birinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs edilib. N.Cəlilovun həbsinin təfərrüatı barədə əlavə məlumat veriləcək. Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Pakistandan xəbərdarlıq: Nüvə toqquşması ola bilər!

Pakistanın müdafiə naziri Asif Xavaca Hindistanla nüvə münaqişəsi riski barədə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, o, bu barədə “Əl-Cəzirə” telekanalına deyib. Pakistanlı nazir beynəlxalq ictimaiyyəti ikitərəfli münasibətlərin pisləşməsinə diqqət yetirməyə çağırıb: “Hər iki ölkənin nüvə silahı var və mübahisə nüvə qarşıdurmasına çevrilə bilər”. Qeyd edək ki, gərginliyə aprelin 22-də Pahalqam (Cammu və Kəşmir) şəhərində turistlərin atəşə tutulması və 26 nəfərin həlak olması, çoxlu sayda insanın yaralanması ilə nəticələnən terror aktı səbəb olub. Hindistan kəşfiyyat orqanlarının məlumatına görə, hücuma görə məsuliyyət Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin dəstəyi ilə “Ləşkər-e-Taibə” qruplaşmasının üzərinə düşür. Hindistan buna görə sərt tədbirlərə əl atıb.

Vətəndaş maaş və pensiyasını istədiyi bankdan ala biləcək

Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq məqsədilə ciddi addımlar atmağa qərarlıdır. Sozcu.az xəbər verir ki, bunu iqtisadçı Əkrəm Həsənov dünən Mərkəzi Bankın sədri ilə 9 iqtisadçı-ekspert arasında keçirilən ənənəvi görüşlə bağlı deyib. “Artıq məmurların maaşlarının və pensiyaların yalnız iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaş və pensiyasını ala biləcək. Əslində, qanunla bu hüquq mövcuddur, lakin ona əməl olunmurdu. Bununla yanaşı, Mərkəzi Bank islam bankçılığı institutlarını da mərhələli şəkildə tətbiq etməyi planlaşdırır”, - ekspert bildirib.axar)

Ukrayna atəşkəsə gedə bilməz - Makron

Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi zərbədən sonra Ukrayna atəşkəsə razılaşa bilməz. Sozcu.az BFMTV telekanalına istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. Onun fikrincə, ABŞ prezidenti Donald Trampın “qəzəbi” Rusiyaya yönəlməlidir. Bundan əvvəl Tramp Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazı olduğunu bildirmişdi. Rusiya ordusu gecə saatlarında Kiyevə birləşmiş raket hücumu həyata keçirib.

Trampdan Putinə çağırış: "Vladimir, dayan!"

ABŞ prezidenti Donald Tramp Rusiyanın ötən gecə Kiyevə hücumu barədə açıqlama verib.  Sozcu.az xəbər verir ki, bu barədə Tramp özünün "Truth" sosial səhifəsində yazıb.  "Buna ehtiyac yoxdur. Vladimir, dayan. Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Hər həftə 5000 əsgər ölür. Gəlin sülh sazişi imzalayaq", - deyə ABŞ prezidenti qeyd edib.  Qeyd edək ki, hücum nəticəsində 9 nəfər həlak olub.

10 gün iş olmayacaq

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb. Sozcu.az konkret.az-a istinadla xəbər verir ki, iyun ayının 15-də qeyd olunan Milli Qurtuluş Günü bazar gününə düşdüyü üçün, iyunun 16-ı qeyri-iş günü sayılacaq. Eyni zamanda, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. Bu il iyunun 26-sı həftənin 4-cü gününə təsadüf edib. Beləliklə, 5 günlük işləyənlər üçün şənbə və bazar günlərini də nəzərə alsaq, həmin şəxslər üçün iyun ayında 10 gün qeyri-iş günü olacaq.

Uşaqları, böyükləri diri-diri basdırıblar - Zelenski

Rusiya atəşkəsə hazır olduğunu deyirsə, Ukraynaya kütləvi zərbələrini dayandırmalıdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CAR Prezidenti Siril Ramafosa ilə keçirdiyi mətbuat konfransında deyib. “Kiminsə daxilində nə baş verdiyini bilmirəm, amma ukraynalıların səbri davam gətirməyəcək. Başa düşürsünüz? Çünki biz hücuma məruz qalmışıq. Və başqa heç kim. Bunu heç kimə arzulamazdım, amma biz Rusiya raketlərinin hücumu altındayıq. Ukraynanın terrorçularla danışıqlar masasına oturmağa hazır olması artıq böyük kompromisdir. Bizə hücum ediblər, ərazilərimizi işğal ediblər, uşaqları, böyükləri diri-diri basdırıblar”, - Zelenski bildirib.

Müdafiə Nazirliyi toplanışlarla bağlı məlumat yaydı

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədris proqramına müvafiq olaraq, toplanışa cəlb edilmiş heyətlə xüsusi təyinatlı hərbi hissələrdən birində nəzəri və praktiki məşğələlər keçirilib, hərbi vəzifəlilərin sıra hazırlığı təkmilləşdirilib. Müxtəlif təlim sahələrində baş tutmuş məşğələlər zamanı əvvəlcə hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib, eləcə də Azərbaycan Ordusunun mühəndis bölmələrinin silahlanmasında olan müasir xüsusi vasitələr barədə geniş məlumat verilib. Məşğələlər zaman hərbi vəzifəlilər bölmələrimizin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması üzrə praktiki vərdişlərini sınayıblar, həmçinin fərdi kimyəvi mühafizə vasitələrindən istifadə qaydalarını öyrəniblər. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparıldıqdan və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra onlar müxtəlif atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra ediblər. Plana uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ordumuzun arsenalına yeni daxil edilmiş silahlarla tanış olmaq, onların döyüş tətbiqini öyrənmək məqsədilə keçirilən təlim toplanışı davam edir.

Paşinyan bayrağımızı yandıranları təxribatçı adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb. Sozcu.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. “Baş nazir Paşinyan bunu məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qəbul edilə bilməz. Bu təxribatçı və təhrikedici bir təcrübədir”, - o bildirib.

Əvəz Zeynallı və Ələsgər Məmmədli azad ediləcək?

Bu gün jurnalist Əvəz Zeynallı və media eksperti Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün məhkəməyə edilmiş müraciətlərə baxılacaq. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki media nümayəndəsinin xəstəliyi ilə bağlı həbsdən azad edilməsi istənilir. İlk proses Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10:30-a təyin edilib. Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti “Toplum Tv” işi üzrə ittiham olunan Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması vəsatəti üzrə qərarını açıqlayacaq. Vəsatətə əsas kimi təqsirləndirilən şəxsin ağır xəstəlikdən əziyyət çəkməsi göstərilib. Saat 15:30-da isə Nizami Rayon Məhkəməsində Əvəz Zeynallının cəzasının çəkilməmiş hissəsindən azad edilməsi məsələsi müzakirə ediləcək. Burada qərarı hakim Nigar Qədirli qəbul edəcək. Bu yaxınlarda Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkar edilib. Ərizənin təmin edilməsi üçün də əsas olaraq bu göstərilib. Qanuna görə, məhkum ağır xəstəliyə tutularsa, cəzaçəkmədən azad edilə bilər. Qeyd edək ki, Ələsgər Məmmədli ötən il həbs edilib. Onun cinayət işi üzrə məhkəmə araşdırması indi başlayıb. Əvəz Zeynallı isə ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Zavodda bədbəxt hadisə – Qadının barmaqları amputasiya olundu

Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Norm Sement” zavodunda bədbəxt hadisə baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının 2 barmağı amputasiya olunub. Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

Mikroavtobus aşdı: 1 ölü, 4 yaralı

Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib. Belə ki, ilkin məlumata görə "Ford" markalı mikroavtobusu yoldan çıxaraq aşıb. Nəticədə bir nəfər Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza Yardımlı rayonuna daha yaxın ərazidə olduğu üçün yaralıların Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.

Şamaxıda kişi dağdan yıxılaraq öldü

Şamaxıda kişi dağdan yıxılaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Abşeron rayon sakini, 1953-cü il təvəllüdlü Sabir Səfər oğlu Xəlilov dağda çaşır yığan zaman yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Zəlzələ İstanbulu təşvişə saldı - Məktəblər və universitetlər bağlandı

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra məktəblərdə və universitetlərdə tədrisə ara verilib. Sozcu.az xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin İstanbulda zəlzələ ilə əlaqədar məktəblərin və universitetlərin 2 gün müddətinə bağlandığını açıqlayıb. Həmçinin bildirilib ki, dövlət müəssisələrində işləyən əlil, hamilə, əlil veteran və 10 yaşınadək uşağı olan analar da inzibati məzuniyyətə çıxacaqlar.  Xatırladaq ki, İstanbulda güclü zəlzələ baş verib. Saat 12.49-da Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyinin 6,92 kilometr olduğu açıqlanıb və şiddətli təkan İstanbulun bütün rayonları ilə yanaşı ətraf vilayətlərdə də hiss olunub. Zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb. 

Şəhid atası vəfat etdi - FOTO

2021-ci ildə Ermənistan ordusunun Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində həlak olmuş şəhid Elçin Əliyevin atası vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin atası Əliqardaş Əliyev yaşadığı Şirvan şəhərində dünyasını dəyişib. Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elçin Əliyev dövlət sərhədi istiqamətində törədilən təxribat zamanı həlak olub və ölümündən sonra bir neçə medalla təltif edilib.

Türkiyədə mobil operatorlar “çökdü”

Xəbər verdiyimiz kimi, İstanbulda ardıcıl 8 zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, zəlzələdən sonra mobil operatorların işində çətinlik yaranıb. Məlumata görə, “Türk Telekom”, “Vodafone”, “Turkcell” operatorlarının normal fəaliyyəti pozulub.

İstanbulda 6,2 bal gücündə zəlzələ: ardıcıl 9-cu dəfə...

13:56 İstanbulda Silivri sahillərində ard-arda zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. İlk olaraq 3,9 bal gücündə zəlzələ meydana gəlib. Daha sonra yerli vaxtla saat 12:49-da 6,2 bal gücündə zəlzələ olub. Yerin 6,92 kilometr dərinliyində baş verən zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub. *** Mərmərə dənizində yerli vaxtla saat 13:02-də ard-arda - 4,5 və 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. *** İstanbulda yerli vaxtla saat 12:19-da baş verən 3,9 bal gücündə zəlzələdən sonra daha 7 təkan baş verib. Bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələlərin ən zəifi İstanbulun Böyükçəkməcə rayonu sahillərində - 3,4 bal gücündə, ən güclüsü isə Silivri sahillərində - 6,2 bal gücündə olub. - 6,2 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 12:49, - 5,9 və 4,4 bal gücündə olan zəlzələlər saat 12:51, - 4,8 bal gücündə olan zəlzələ saat 13:01, - 4,5 və 4,9 bal gücündə olan zəlzələlər saat 13:02, - 3,4 bal gücündə yeraltı təkanlar isə saat 13:07-də ​​qeydə alınıb. *** İstanbulda daha bir zəlzələ baş verib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli vaxtla saat 15:12-də baş verən zəlzələ 4,9 bal gücündə olub. Yeraltı təkanlar hiss edilib.

Qubada qəza: Sürücünün oğlu öldü

Qubada avtomobil qəzası olub. Sozcu.az xəbər verir ki, rayon sakini Bayaz Ədilov Susay kəndi ərazisində idarə etdiyi “VAZ-21010” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlərdən Nahid Ədilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Daha bir ana doğuş zamanı ÖLDÜ

Masallıda doğuş zamanı ana ölümü baş verib. Sozcu.az-ın xəbərinə görə, Masallı sakini 40 həftəlik hamilə Nərmin Mehbalıyeva doğuş zamanı ölüb. Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

AQTA -da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib. Sozcu.az Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib. Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib. Onun vəzifəsi Qida Təhlükəsizlik Agentliyinin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan təsdiq edilib. Zaur Kərimovun istefa vermə səbəbi bəlli deyil. Qeyd edək ki, Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.

İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var. Bu barədə onun anası Maisa Katibova məlumat verib. O bildirib ki, övladı Asu ağır xəstəlikdən əziyyət çəkir. "2024-cü ilin iyul ayında qızım Asu Əsgərovanın ayaqlarında zəifləmə müşahidə edilməyə başladı. İlk olaraq Gəncədəki xəstəxanalara müraciət etdik və həkimlər uşağımın vəziyyətini ciddi hesab etməyərək, əzələ dartılmasından bəhs etdilər. Lakin vəziyyət pisləşərək, şişin onurğa bölgəsinə yayıldığı aşkarlandı. Şişin müalicə edilməməsi ciddi nəticələrə səbəb oldu. Təcili olaraq Ankaradakı "Memorial" xəstəxanasına müraciət etdik və burada həyata keçirilən müayinələr nəticəsində qızımda nadir və irəliləmiş onurğa xərçəngi olduğu müəyyən edildi. Müalicə olaraq kimyaterapiya başlanıldı, bu müddət ərzində xərclərimiz 150 min manat oldu. Həkimlər şişin böyüməsinin qarşısını almaq üçün radioterapiya və əlavə kimyaterapiya təyin etdilər. Ankaradakı müalicə xərcləri çox yüksək olduğu üçün mən maddi cəhətdən çətinlik yaşayıram və qızımın müalicəsinin davam etməsi üçün yardımsevər şəxslərdən dəstək istəyirəm. Hər hansı bir yardım, dəstək bizim üçün çox önəmlidir. Müalicənin davamı üçün 1 aylıq radioterapiya üçün 12 min manat, 2 seans kimyaterapiya üçün 50 min manat, əməliyyat üçün 40 min manat, cəmi 102 min manat vəsaitə ehtiyacımız var". Ailə ilə əlaqə: +90 543-678-33-20 (WhatsApp) Bank Respublika: 4628 1671 4100 6685.

Şərurda dəhşətli qətl: 75 yaşlı qadının meyiti 35 metrlik quyudan tapıldı

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılması üçün müraciət daxil olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlərlə meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Teleqraf.az-ın məlumatına görə, quyudan meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub. Belə ki, ölən şəxs 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovadır. Onun qətlində şübhəli bilinən həmkəndlisi, 1986-cı il təvəllüdlü Aypara Rüstəm qızı Əskərova saxlanılıb. Bildirilib ki, qətl hadisəsi aprelin 20-si baş verib. 75 yaşlı qadın qətlə yetirilib və cinayət izini itirmək məqsədilə meyit quyuya atılıb. Hadisənin pul üstündə törədildiyi iddia olunur.

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxundu: 16 il

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İvan Svetliçnı 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycanın dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.Report.az

“Bir gündə iki oğlumu itirdim” - Vardanyanın məhkəməsindən

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 22-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib. Onların əksəriyyəti bədən əzalarının bir hissəsi amputasiya edilmiş mina qurbanları olub. İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəlib. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Zərərçəkmiş şəxs Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndi ərazisində yerləşən sahədə mal-qara otararkən Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını bildirərək deyib: “Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”. Digər zərərçəkmiş Elnur Əsgərov isə 2023-cü il aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndində mal-qara otaran zaman Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını deyib. Zərərçəkmiş Akif Hüseynov ifadəsində bildirib ki, yaşadıqları Ağdam rayonunun Yusifcanlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Əfətli kəndində məskunlaşıb. O, oğlanları Anar, Razi və Bayram, nəvəsi Hüseynin işğaldan azad edilmiş ərazilərdə olan əkin sahəsinə baxmağa gedərkən minaya düşdüklərini bildirib. Hadisə barədə xəbər tutan A.Hüseynov özü də əraziyə gedib. Yaralı vəziyyətdə olan şəxslər ərazidən çıxmaq istəyərkən daha bir mina partlayıb. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq A.Hüseynov deyib ki, mina partlayışları nəticəsində oğlanları Razi və Bayram həlak olub, özü, digər oğlu Anar ağır xəsarətlər alıb, nəvəsi Hüseyn yüngül yaralanıb və güclü psixoloji travma alıb. “Bir gündə iki oğlumu itirdim”, - deyə o qeyd edib. Hadisə zamanı onlarla birlikdə olan qonşusu Bəhruz Abdulov da yaralanıb. Zərərçəkmiş şəxs qismində ifadə verən A.Hüseynovun oğlu Anar Hüseynov və qonşusu Bəhruz Abdulov da ifadə verərək hadisənin necə baş verdiyini danışıblar. Zərərçəkmiş şəxslər Nicat Cabbarov və qohumu Rafael Bayramov isə ifadələrində Tərtər rayonunun işğaldan azad olunmuş hissəsində eyni vaxtda minaya düşdüklərini, ayaqlarının bir hissəsinin amputasiya edildiyini bildiriblər. Alışan Səfərov və Faiq Səfərov isə yol istismarı idarəsinin işçiləri olublar. Onlar Tərtərdə yola basdırılmış minaya düşərək yaralandıqlarını deyiblər. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Hikmət Abdullayev isə hərbi xidmətini yerinə yetirərkən yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq deyib ki, Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərinə mütəmadi olaraq müxtəlif tipli iriçaplı silahlardan atəş açaraq təxribatlar törədib. Azərbaycan Ordusu isə təxribatların qarşısını alaraq düşmənin planlarını darmadağın edib. ANAMA-nın əməkdaşları Yadigar Şükürov, Qəhrəman Rzayev, Nəcməddin Hüseynov, Mahir Mustafayev, Samir Gözəlov, Əli Şükürov, Fərid Cəbrayıllı, Telman Zeynalov, Bəhruz Nəsirov, Ələsgər Quliyev minatəmizləmə işləri zamanı minaya düşdüklərini, müxtəlif bədən xəsarətləri aldıqlarını deyiblər. Ə.Quliyev dövlət ittihamçısının suallarını cavablandırarkən minatəmizləmə zamanı PMN minalarına və tank əleyhinə minalara, habelə “sürpriz mina”lara çox rast gəldiyini deyib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib: “Bu minaların ən qorxulusu tank əleyhinə və qəlpəli minalardır. OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəli minalardandır”. Zərərçəkmiş İlham Salmanov da Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və ayağının amputasiya olunduğunu qeyd edib. İlknur Əliyev hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman üzərinə atılan əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib. Natiq Mamedov, Elnur Abbaszadə, Vüsal Quliyev, Ramin Babayev və digərləri mina partlaması nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar. Prosesdə, həmçinin zərərçəkmiş şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb. Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Kaya Kallas Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib. Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Jozep Borreli əvəz edib.

ABŞ İranın 12 şirkətinə sanksiya tətbiq etdi

ABŞ İrana qarşı növbəti sanksiyalar siyahısını elan edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Qeyd olunub ki, İranın iki vətəndaşı və 12 şirkət, o cümlədən qaz və gəmiçiliklə bağlı şirkətlərə sanksiyalar tərbiq edilib.

Rusiyada güclü partlayış: əhali təxliyə edilir

18:55 Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib, həmin ərazidə fövqəladə vəziyyət elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə çevik reaksiya qüvvələri cəlb edilib, müvafiq qurumlar işləyir. Ətraf ərazilərdən sakinlərin təxliyəsi həyata keçirilir. Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, açıqlanmır. *** Hərbi hissənin ərazisində baş verən yanğın anbarda saxlanılan döyüş sursatlarının partlaması ilə nəticələnib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. Yanğına səbəb kimi partlayıcı materiallarla iş zamanı təhlükəsizlik tələblərinin pozulması göstərilib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Samir həmin aparıcıları "bayağı" adlandırdı

Müğənni Samir Cavadzadə verilişlərə getməməyinin səbəbini açıqlayıb.  Sozcu.az xəbər verir ki, "Afaqla 10lar" verilişinə açıqlama verən sənətçi aparıcıları "bayağı" adlandırıb: "Birdəfəlik yox olmamışam, mahnım olanda efirə çıxıram. Bəzi verilişlər var ki, ora ayaq atmaq istəmirəm. Səbəb isə onun aparıcısından tutmuş qonağına qədər, hamısı bayağıdır". 

Yamal bu mükafata layiq görüldü

“Barselona”nın vingeri Lamin Yamal mükafata layiq görülüb. Sozcu.az xəbər verir ki, ispaniyalı futbolçuya “ilin kəşfi” nominasiyasında “Laurens” mükafatı təqdim edilib. Mükafatlandırma mərasimi Madriddə keçirilib. Qeyd edək ki, 17 yaşlı futbolçu bu mövsüm “Barselona"da 29 oyuna çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə edib. Yamal “Barselona” akademiyasının yetirməsidir. Onun klubla müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Epilepsiya xəstəsi qadın əməliyyatdan sonra öldü

Tovuz rayonunun Yoğunbulaq kənd sakini, 1966-cı il təvəllüdlü Bəsdi Vəliyeva əməliyyatdan sonra vəfat edib. Sozcu.az Teleqraf-a istiandən xəbər verir ki, bağırsaq keçməzliyi diaqnozu ilə iki gün əvvəl Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən qadın uğurlu əməliyyat olunub. Lakin əməliyyat zamanı Bəsdi Vəliyevanın epilepsiya xəstəsi olduğu barədə həkim heyətinə məlumat verilməyib. Məlumata görə, əməliyyatın ardından qadının vəziyyəti sabit olub, amma bu gecə halı pisləşərək, epilepsiya keçirməyə başlayıb. Təəssüf ki, qadın bu səbəbdən vəfat edib. Hazırda faktla bağlı araşdırma başlanılıb və müvafiq qurumlar hadisənin bütün detalları ilə bağlı araşdırmalarını davam etdirirlər.

Trampın reytinqi ən aşağı səviyyəyə düşdü

ABŞ Prezidenti Donald Trampın reytinqi 42%-ə düşüb, bu onun prezidentliyə qayıtmasından bəri ən aşağı göstəricidir. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” “İpsos” tədqiqat şirkəti ilə birgə keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb. Məlumata görə, Trampın reytinqi cəmi bir neçə ay ərzində beş faiz aşağı düşüb: “Hazırda respondentlərin təxminən 42%-i Trampın prezident kimi fəaliyyətini təqdir edir, halbuki üç həftə əvvəl oxşar sorğu 43% göstərmişdi. Yanvarda Trampın andiçmə mərasimindən dərhal sonra Trampın reytinqi 47% idi”.

İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?

Azərbaycanın müstəqillik əldə etməsindən sonra İrandan qadağan olunmuş məhsulların ölkəmizə daşınmasına az qala hər gün cəhdlər edilib və edilir. Son vaxtlar isə qanun pozucuları PUA-lardan istifadə etməyə başlayıblar. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov İrandan PUA-larla ölkəmizə narkotik daşınmasına cəhdlə bağlı xəbərləri şərh edərkən deyib. Ekspertin sözlərinə görə, DSX İran tərəfi ilə bir neçə dəfə həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə bu məsələni gündəmə gətirib: “Bilirik ki, narkotik qaçaqmalçılığı böyük bir şəbəkə tərəfindən həyata keçirilir. Onlar müxtəlif texnologiyalardan istifadə edirlər. Lakin DSX ən müasir avadanlıqlara sahibdir. Sərhəd zastavalarında bu texnologiyalar quraşdırılıb və bütün proseslər nəzarət altındadır. Bu səbəbdən də narahatlığa əsas yoxdur”. Ekspert vurğulayıb ki, İran öz tərəfindən bu hallara qarşı mübarizəni gücləndirməlidir: “PUA-lardan istifadə hər bir ölkənin öz daxili qərarları ilə tənzimlənir. Bildiyim qədəri ilə İranda bu məsələlərlə bağlı qanun mövcuddur və mülki məqsədlərlə PUA-ların istifadəsinə icazə verilir. Onlar əsasən kənd təsərrüfatı, meşə və əkin sahələrinə nəzarət məqsədilə tətbiq edilir. Bəzilərinin müəyyən yükgötürmə qabiliyyəti də var. Görünür, İran sərhəd ərazilərdə yükgötürmə qabiliyyəti olan PUA-ların alınması və istifadəsinə yenidən nəzər salmalıdır”.

Trampın planı: Avropa ordusu Ukraynaya yerləşdirilir

ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması planında Kiyevin nəzarətində olan ərazilərdə Avropa qoşunlarının yerləşdirilməsi barədə bənd ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Post” mənbəyə istinadla məlumat yayıb. “Planın ən çətin hissəsi təhlükəsizlik qüvvələrinin necə görünəcəyidir. Biz onları dayanıqlı qüvvələr adlandırırıq. Bu, ukraynalıların istədiyi təhlükəsizlik zəmanətlərinin bir hissəsidir və ümid edirik ki, onlar bu zəmanətləri əldə edəcəklər”, - məlumatda qeyd olunub. Bundan əlavə, atəşkəs rejiminə nəzarət etmək üçün Rusiya, Ukrayna və NATO üzvü olmayan üçüncü ölkənin nümayəndələrinin daxil olacağı birgə komissiyanın yaradılması məsələsinə baxılır.

Tikinti şirkətlərinin fırıldaqları: "Sökəndə 2, satanda 3-4 mindən hesablayırlar"

"Yeni tikililərdə mənzillərin sahəsi 60-70 kvadratmetrdən başlayır. Bu, mənzili 20-30 kvadratmetr olan sakinlərin yeni evlərlə təmin olunmasını çətinləşdirir. Sökülən evlərə görə verilən kompensasiya ilə ev sahibləri ancaq şəhərdən kənarda yerləşən ucqar kənd və qəsəbələrdə kiçik evlər ala bilirlər. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun olsa da, tikinti şirkətləri vətəndaşlarla qiymətləndirici təşkilatlar vasitəsilə deyil, birbaşa danışıqlar aparır. Çünki digər qanunlara görə, evin sökülməsi yalnız tikinti şirkətləri ilə vətəndaşlar arasında razılaşma əsasında həyata keçirilə bilər. Lakin dövlət ehtiyacları üçün ərazilərin alqı-satqısı zamanı qiymətləndirməni qiymətləndirmə təşkilatları həyata keçirir”. Bunu Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. O bildirib ki, tikinti şirkətləri vətəndaşları öz şərtlərinə razı salmaq üçün müxtəlif inandırma üsullarından istifadə edirlər: “Tikinti şirkətləri müəyyən ərazilərdə evləri söküb yeni binalar tikəndə, adətən, sakinləri öz ofisinə dəvət edir, orada hər biri ilə ayrı-ayrılıqda sövdələşmənin şərtləri ilə bağlı danışıqlar aparırlar. Onların təklifi ilə razılaşmayan sakinləri işlərinyubatmaqda və artıq pul tələb etməkdə günahlandıraraq məhkəməyə verirlər. Bu zaman onlar dövlət qurumlarından aldıqları qənaətləri məhkəməyə təqdim edirlər. Çox vaxt məhkəmələr tikinti şirkətlərinin xeyrinə qərarlar verirlər. Bu, onlara söküntü işlərinə görə az miqdarda kompensasiya hesablamaq imkanı verir. Tikinti şirkətləri təcrübəli olduqları üçün çox vaxt öz qiymətlərini vətəndaşlara diktə edə bilirlər". Ekspertin sözlərinə görə, vətəndaş üçün ən məqbul variant odur ki, evi söküləndə yeni tikiləcək binada sahəsi əvvəlkindən 20 faiz daha böyük olan mənzil alacağına zəmanət əldə etsin: "Çünki yeni tikililərdə mənzillərin qiyməti sürətlə qalxır. Hazırda əksər ərazilərdə yeni tikililərdə mənzilin 1 kvadratmetrinin qiyməti 2500-3000 manatdan aşağı deyil. Lakin tikinti şirkətləri sökülən mənzillərin hər kvadratmetrinə görə, ən yaxşı halda 2000 manatdan kompensasiya hesablayırlar. Bu, real bazar qiymətindən xeyli aşağıdır. Hazırda Bakının bəzi ərazilərində mənzillərin 1 kvadratmetrinin dəyəri 4 min kvadratmetrdən başlayır”.

Məhkəmədən Şərurlu İsfəndiyarla bağlı QƏRAR

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb. Şikayətçinin vəkili Asim Abbasov məlumatı saytımıza təsdiq edib. Vəkil deyib ki, İ.Axundov özü məhkəmə prosesinə gəlməyib. Hakim onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib. Qeyd edək ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas olaraq Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

29 dərəcə! - Sabahın HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidməti aprelin 23-də gözlənilən hava şəraitini açıqlayıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 22-dən 23-nə keçən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Çin Trampın Szinpinlə görüşməsini istəmir

ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Szinpinlə şəxsən görüşmək istəyi ticarət müharibəsinə son qoymaq səylərinə mane olur. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” ekspertlərə istinadən məlumat yayıb. “Çin bürokratiyası heç vaxt öz liderinin çətin vəziyyətə salınmasına imkan verməyəcək”,- mənbə bildirib. Qeyd olunub ki, Pekin sövdələşmə zamanı çeviklik və daha geniş manevr imkanını təmin edən qeyri-rəsmi danışıqlar aparmaq istəyir.

Göygöldə 42 yaşlı kişi dəm qazından boğulub

Göygöl rayonunda dəm qazından ölüm faktı qeydə alınıb. Sozcu.az-ın məlumatına görə, 1983-cu il təvəllüdlü Əliyev Elşad Ramiz oğlu Göygöldə dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Heç nədən işini itirmə təhlükəsi: “O insanlar hərbi təlimə öz kefindən getmir”

“Vətəndaşların təlimə çağırılması ilə bağlı bütün məsuliyyət SHXÇDX-nin (Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xİdməti) üzərinə düşür. Xidmət həmin həm müəssisələrə, həm də dövlət qurumlarına rəsmən izah etməlidir ki, əgər vətəndaş qısa, yaxud uzunmüddətli təlim toplanışlarına cəlb olunursa, onun iş, yaxud təhsil yeri toxunulmaz qalmalıdır”. Bunu "Yeni Sabah"a ehtiyatda polkovnik və hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, sözügedən məsələ xeyli vaxtı insanları narahat edir: “Bu məsələ xeyli vaxtı insanları narahat edir. Bu məsələni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) həll etməlidir. Bu məsələ Müdafiə Nazirliyinin işi deyil. Müdafiə Nazirliyi yalnız təlimlərdən sonra həmin təlimlərə cəlb olunan şəxslərə arayış verir ki, filan şəxs 20 gün, yaxud 1 ay ərzində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində təkmilləşdirmə kursunu bitirib. Vətəndaşların çağırılması ilə bağlı bütün məsuliyyət SHXÇDX-nin üzərinə düşür. Onlar həmin özəl müəssisələrə, o cümlədən dövlət qurumlarına rəsmən qanuni şəkildə izah etməlidirlər ki, əgər vətəndaş qısa, yaxud uzunmüddətli təlim toplanışlarına cəlb olunursa, onun iş, təhsil yeri toxunulmadan saxlansın. Bu təşkilatın, yaxud idarənin problemidir ki, filan şəxs 3 aylıq toplanışa gedəcək, həmin müddət ərzində onun işini kim görəcək?” Ekspert SHXÇDX-yə çağırış edib: “Azərbaycanın qanunları var, Azərbaycan hərbçisi həmin özəl, yaxud dövlət qurumlarının müdafiəsi və təhlükəsizliyi ilə məşğuldur. O insanlar hərbi təlimə öz kefindən getmir. Onlar hazırlığı keçirlər ki, sabah baş verə biləcək təhlükələrdə dövlətin yanında ola bilsinlər. İnsanalara problem yaratmaq olmaz. Bu işi SHXÇDX görməlidir. Həmin qurumda çalışan dostlarımıza təklif edirəm ki, işlərini ancaq çağırışla yekunlaşdırmasınlar. İnsanların digər problemlərinin həlli ilə də məşğul olsunlar. Çünki hərbidə olan insanlar Azərbaycan dövlətinin, hökumətinin maraqlarını təmsil etmək üçün həmin təlimlərə cəlb olunurlar. Bu nöqteyi-nəzərdən SHXÇDX məsuliyyət daşıyır və qanunlara əməl edilməsini onlar tələb etməlidir”. Xatırladaq ki, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz: "Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir. Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir".

Axşam saatlarında bu ərazilərdən sel keçəcək

Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Sumqayıtda fabrikdə zəhərlənənlərin sayı 21-ə çatdı

17:13 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib. *** Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi olmaqla) hospitalizasiya olunub. TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. *** Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub. TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

TƏBİB: Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək

Cari ilin mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri”  Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq. Bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib. Nəticədə işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək. “E-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərait yaradır.

Aprelin 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

Ölkə üzrə aprelin 22-də pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Konstitusiya xalqın iradəsini əks etdirmir

Ermənistanın əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazirin sözlərinə görə, Ermənistanda asayiş və cəmiyyət arasında uçurum var: “Ədliyyə sektorunda problemlər məhz buna görə yaranır. Və bu boşluq, digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumlarında ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”.

Bakının mərkəzində anbar yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əmrullayev onlara yüksək vəzifə verdi

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Binəqədidə 4 avtomobil də yandı

Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində ictimai iaşə obyektində yağın hadisəsinin baş verməsi haqqında saat 14.41-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğında Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 5 istiqamətdən əraziyə cəlb olunub. Yanğın ərazidəki ümumi sahəsi 1650 kvadratmetr olan marketdə və anbar hissəsində müşahidə olub. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib. Onun sözlərinə görə, yanğınsöndürənlər tərəfindən baş vermiş yanğın hadisəsinin digər ərazilərə keçməsinin qarşısı alınıb: “Ərazidə təxminən 650 kvadratmetr sahə yanıb, digər sahə mühafizə olunub. Eyni zamanda 4 vətəndaşa məxsus avtomobil yanıb. Yanğının ilkin səbəblərinin araşdırılması istiqamətdə iş aparılır. Bizə yanğın zamanı hər hansı vətəndaşın xəsarət alması ilə bağlı məlumat daxil olmayıb”.

Anar Salamov 23 yaşında vəfat etdi

Azərbaycanın MMA döyüşçüsü Anar Salamov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə İdman.biz-ə idmançının yaxınları məlumat verib. Bildirilib ki, 23 yaşlı Salamov ötən gün xərçəng xəstəliyindən ölüb.

Azərbaycanda hava yenidən pisləşəcək: Daşqın və sel...

Cari ilin birinci rübündə Çin Rusiyadan neft idxalını keçən ilin eyni dövrü ilə müqayisədə 14,7 % azaldaraq 24,315 milyon tona çatdırıb. Sozcu.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb. Üç ay ərzində tədarüklərin dəyəri 13 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-mart aylarının səviyyəsindən 22 % aşağıdır. Həcmlərin azalmasına baxmayaraq, Rusiya Çinə ən böyük neft tədarükçüsü mövqeyini qoruyub. Qeyd olunub ki, neft Rusiyadan idxalın ümumi dəyərinin 40 %-dən çoxunu təşkil edir. Mart ayında tədarüklər 8,85 milyon ton təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 14 % çoxdur. Pul ifadəsində Çin 4,6 milyard dollara neft alıb ki, bu da əvvəlki ayla müqayisədə 9 % çoxdur.

Rusiyanın itkiləri 941 mini ötdü

Ukrayna müharibənin 1152-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 941 100 hərbçi, 10 677 ədəd tank, 22 271 ədəd zirehli döyüş maşını, 26 649 ədəd artilleriya sistemi, 1 368 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 139 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 45 274 ədəd avtomobil texnikası, 33 240 ədəd PUA, 3 148 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 859 xüsusi avadanlıq itirib.

Şərurlu İsfəndiyarın oğlu həbs edildi - Yeniləndi

2025.04.19. 23:40 "Şərurlu İsfəndiyar" ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundov həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə "Unikal" məlumat yayıb. *** İsfəndiyar Axundov oğlunun türmədə deyil, xəstəxanada olduğunu açıqlayıb. O, oğlunun hansı xəstəxanada olmasına və nədən müalicə almasına aydınlıq gətirməyib. Qeyd edək ki, Musavat.com bu yaxınlarda Şahin Axundovun Bakıya gəlməsi, psixoloji durumunda gərginlik yaranması, onun xəstəxanalardan birinə yerləşdirilməsi xəbərini yaymışdı. Bildirilirdi ki, Şahin Axundov ciddi nəzarət altında müalicə olunur.

Atəşkəsin ilk saatları: Rusiya 387 dəfə pozdu, hücum etdi

Rusiya ordusu ümumi atəşkəs təəssüratı yaratmağa çalışır, lakin irəliləmək və Ukraynaya itki vermək cəhdlərindən əl çəkmir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Dünən saat 18:00-dan gecə yarısına qədər Rusiya ordusu 387 dəfə atəş açıb və 19 dəfə hücum edib. Rusiyalılar 290 dəfə pilotsuz təyyarələrdən istifadə edib", - o bildirib. Zelenski Ukrayna ordusunun baş komandanı Aleksandr Sırskinin hesabatına istinad edərək qeyd edib ki, rusiyalılar atəşi və hücum hərəkətlərini davam etdirirlər: "Cəbhə xəttinin müxtəlif istiqamətlərində artıq Rusiya tərəfdən 59 atəş açılıb, beş hücum qeydə alınıb". Bundan əlavə, Kursk vilayətində artilleriya zərbələri və pilotsuz təyyarələrdən istifadə qeydə alınıb. Bildirilib ki, Ukrayna öz növbəsində qarşı tərəfə adekvat cavab verir. Zelenskinin sözlərinə görə, Ukrayna şəffaf davranmağa davam edəcək: “İlkin nəticələrə yekun vursaq, hələlik cəbhədə tam atəşkəs yoxdur". Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində ötən gün “Pasxa atəşkəsi” elan edib.

Həştərxanda dəhşət: 5 uşaq yanaraq öldü

Rusiyanın Həştərxan şəhərində fərdi evdə baş verən dəhşətli yanğında 4-11 yaş arası 5 uşaq ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, uşaqların ölümü ilə bağlı müstəntiqlər araşdırma aparır. “Araşdırma zamanı müəyyən edilib ki, 2025-ci il aprelin 20-də gecə saat 2 radələrində Həştərxanın Kirov rayonu Olxovskaya küçəsindəki fərdi yaşayış evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra 4-11 yaşlarında olan 5 uşağın meyiti tapılıb”, - məlumatda deyilib. Bildirilib ki, ölən 4 uşağın anası evdə olmayıb, 1 uşaq isə qonaq gəlibmiş. Hadisə ilə bağlı araşdırma gedir.

Bəzi işbazlar üçün insan həyatı yox, qazanc önəmlidir

Bu gün Bakıda daha bir şadlıq evində onlarla insan zəhərlənib. Bu artıq birinci dəfə deyil. Neçə illərdir təkrar olunur. İnsanlar ən xoş günlərini qeyd etməyə gedir, geri isə xəstəxanaya düşür. Çünki bəzi işbazlar üçün insan həyatı yox, qazanc önəmlidir. Saxta ərzaqla masa düzəldirlər, ucuz məhsulla ciblərini doldururlar. Vicdan isə yox dərəcəsindədir. Bəs dövlət haradadır? Niyə nəzarət yoxdur? Niyə standartlara əməl edilmədiyi halda həmin obyektlər bağlanmır? Niyə illərlə eyni problem davam edir? Ərzaq saxta, dərman saxta, su saxta, yağ saxta… Hər sahədə saxtakarlıq hökm sürür. Üstəlik iş adamlarına “haqq” da yükləyirlər. O da saxtalaşdırır, camaat da zəhərlənir, heç kim cavabdeh deyil. Bu ölkədə isan həyatı niyə bu qədər ucuz oldu? Razim Əmiraslanlı, Müsavat Partiyasının başqan müavini

Türkiyə ordusunda əsgər çatışmazlığı... - Nazirdən şok

Türkiyə əhalisinin artım tempi narahatedici səviyyədə azalıb, bu da ölkənin orduya göndərmək üçün əsgər çatışmazlığı ilə üzləşə biləcəyi deməkdir. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş deyib. “Bu gün narahatedici səviyyədəyik. Doğum əmsalımız 1,51-dir. Əhalinin özünü yeniləmə əmsalı isə 2,1-dir. Hazırda Türkiyə özünü “yeniləyə” bilmir. Biz qocalırıq. Bu, istehsaldan tutmuş məşğulluq və səhiyyəyə qədər, bir çox sahəyə təsir edir. Ola bilər ki, gələcəkdə orduya göndərmək üçün gənc tapa bilməyək”, - nazir bildirib. Göktaşın sözlərinə görə, Türkiyədə 65 yaşdan yuxarı əhalinin payı 10%-i keçib. Qeyd edək ki, 2024-cü ilin sonuna olan məlumata əsasən, Türkiyədə 17 yaşadək uşaq və yeniyetmələrin sayı 21,8 milyon nəfər olub ki, bu da ölkə əhalisinin 25,5%-ni təşkil edir.

Bakıda əsgər getmək istəməyənlər bunu edib: laborant analizi öz qanı ilə dəyişib - ŞOK TƏFƏRRÜAT

Bakıda hərbi xidmətdən yayınmaq istəyən şəxslərə özünün qanını verən talassemiya xəstəliyindən əziyyət çəkən laborantın cinayət işində maraqlı təfərrüatlar üzə çıxıb. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb. İstintaqla müəyyən olunub ki, Süleyman Qubadlı 2022-2023-cü illər ərzində həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alıb. Laborator müayinə üçün onlardan götürülən qan nümunələrini dəyişib və talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabe qurumlarına təqdim edib. Beləliklə, həmin şəxslərin həqiqi hərbi xidmətdən yayınmalarını təşkil edib və digər qanunsuz hərəkətlər törədib. Toplanan sübutlarla Süleyman Qubadlı Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bu işdə Süleymana kömək edən daha iki laborant da cinayət məsuliyyətinə cəlb edilib. Süleyman talassemiya xəstəliyindən əziyyət çəkirmiş. O, pul aldığı şəxslərə analiz üçün öz qanını verirmiş. Bununla da həmin şəxslərin analiz nəticələrində talassemiya xəstəsi olması “aşkar” edilirmiş. Məlumata görə, Süleyman saxta sənədləri “Bakı-Tehran” özəl tibb mərkəzində hazırlayıb. O, 9 nəfərdən eyni vədlə 2500-7500 manat civarında pul alıb. Başqa 3 nəfərdən də pensiya düzəltmək adı ilə pul alıb. Süleyman dindirilən zaman aldığı pulları icarəyə bahalı maşınlar götürməyə, şəxsi əyləncəsinə və ehtiyaclarına xərclədiyini deyib. Törətdiyi əmələ görə 1 il 6 ay azadlıqdan məhrum edilib. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında qandallanıb. Digər təqsirləndirilən şəxslər isə şərti cəza alıblar.

Azərbaycanda zəlzələ oldu

Yardımlı stansiyasından 10 km şimal-şərqdə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 16:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.3-ə bərabər olub. Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Qazaxda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Qazaxda ikisi azyaşlı olmaqla 4 nəfər dəm qazından zəhərlənib. Sozcu.az "Unikal"a istinadla məlumata görə, hadisə rayonun N.Nərimanov yaşayış massivində qeydə alınıb. Belə ki, rayon sakinləri 1959-cu il təvəllüdlü S.Abbasova,1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir. Hadisə yerinə adiyyəti qurumaların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

İmtahanda bal toplaya bilməyən yeniyetmə intihara cəhd etdi

Ağstafada 17 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib. Sozcu.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən parkların birində baş verib. Rayon sakini 2008-ci il təvəllüdlü S.Hacıyeva huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 2008-ci il təvəllüdlü S.Hacıyeva buraxılış imtahanında az bal topladığına görə sirkə turşusu içib. Faktla bağlı araşdırma aparılır.

“Venesiya”dakı zəhərlənmə ilə bağlı son məlumat: Məsuliyyət bu şəxslərin üzərinə düşür

Xəbər verdiyimiz kimi, dünən paytaxtda yerləşən “Venesiya” şadlıq sarayında 36 nəfər zəhərlənib. Onlar dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Toyda zəhərlənməyə görə məsuliyyət kimin üzərinə düşür? Sozcu.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Cavad Cavadovun sözlərinə görə, məsuliyyət toy sahibi ilə müqavilə bağlayan şəxsin üzərinə düşür: “Müqavilə yalnız rəsmi qaydada olmur, şifahi də ola bilər. Qanuna görə şadlıq sarayı sahibkarlıq fəaliyyətini həyata keçirən bir subyekt kimi toy sahibi ilə şifahi müqavilə bağlayır. Buna əsasən də göstərdikləri bütün xidmətə görə cavabdehlik daşıyırlar. Burada ilk növbədə şadlıq sarayını işlədən şəxslərin kimliyini müəyyən etmək lazımdır. Danışığın kiminlə aparıldığı məlum olmalıdır. Baş verən zəhərlənmə şadlıq sarayını işlədən şəxsin məsuliyyətidir”. Vəkil cəzanın yekun rəydən sonra məlum olacağını bildirib: “Bilirsiniz, kiminsə cəzalandırılması şəxslərin sağlamlığına vurulan zərərin nəticələrindən asılıdır. Ola bilər, zəhərlənmə satılan hansısa qida və ya spirtli içkidən baş versin. Hazırda ilkin əlamətlərlə cinayət məsuliyyətini müəyyən etmək çətindir. Bunların hamısı araşdırmanın nəticəsindən sonra bəlli olacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA) artıq araşdırmalara başlayıb. Araşdırmaların da nəticəsinə görə inzibati və ya cinayət məsuliyyəti məsələsi həll olunacaq”.

Qubanın 10 kəndinin rayon mərkəzi ilə əlaqəsi KƏSİLDİ

Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb. Sozcu.az AzərTac-a istinadən xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub . Qaya parçasının ərazidən kənarlaşdırılması üçün işlər görülür. Quba rayon Fövqəladə Hallar Komissiyası zəruri tədbirlərin görülməsi üçün hadisə yerindədir.

Kollec məzunu olan müəllimlər yenidən MİQ imtahanı verməlidir!

Müstəqilliyin ilk illərindən kollec məzunlarının müəllim kimi fəaliyyətə başlaması diqqətçəkən tendensiyalardan birinə çevrilib. Həm ümumtəhsil məktəblərində, həm də incəsənət və musiqi yönümlü ixtisaslaşan məktəblərdə dərs deyən bu kateqoriya pedaqoqlar, ilk baxışdan təcrübəyə əsaslanan praktik biliklərlə təhsilə töhfə verməyə namizəd hesab olunsalar da, son illərdə keçirilən sertifikasiya və attestasiya imtahanlarının nəticələri fərqli mənzərəni ortaya qoyur. Xüsusilə müəllimlərin sertifikasiyası üzrə nəticələr kollec məzunu olan müəllimlərin böyük bir qisminin müasir təhsil tələblərinə cavab verməkdə çətinlik çəkdiyini göstərir. Musiqi məktəblərində keçirilən attestasiya imtahanları isə bu sahədə çalışan müəllimlərin metodik və nəzəri biliklərinin kifayət qədər zəif olduğunu ortaya çıxarır. Bu vəziyyət həm təhsilin keyfiyyəti, həm də şagirdlərin inkişaf perspektivləri baxımından suallar doğurur və kollec məzunlarının müəllim kimi sistemə daxil olma meyarlarının yenidən gözdən keçirilməsini zəruri edir. Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri Modern.az-a bildirib ki, son illərdə keçirilən imtahanlarda kollec və universitet məzunu olan müəllimlərin müqayisəsi göstərir ki, orta-ixtisas təhsil səviyyəsində dərs alan müəllimlərin sertifikasiya və attestasiyası nəticələri çox aşağıdır: “Bu günlərdə musiqi müəllimlərin attestasiyasından 500-ə yaxın müəllim imtahanı keçə bilmədiyi üçün işinə xitam verildi. Eyni vəziyyəti bir il yarım əvvəl məktəblərdə dərs keçən müəllimlərin sertifikasiyalarının nəticələrinin elmi-analtik təhlilində iştirak zamanı müşahid etmişdik. Nazir Emin Əmrullayev də sertifikasiyadan keçməyən müəllimlərin böyük əksəriyyətinin, hətta az qala hamısının kollec məzunu olduğunu, onların da böyük faizinin hazırda fəaliyyətdə olmayan və bağlanan təhsil müəssisə kimi tarixə qovuşan təhsil müəssisələrinin məzunları olduğunu demişdi. Sertifikasiyadan kəsilən müəllimlərin 90 faizə yaxını da məhz kollec məzunu olub”. E. Nuri onu da vurğulayıb ki, hazırda orta ümumtəhsil müəssisələrində dərs deyəcək müəllimlərin son bir neçə ildə kolleclərə qəbul olma və oranı bitirmək şansı yoxdur.  “Bu işlərlə praktiki məşğul olan biri kimi əminliklə deyə bilərəm ki, kolleclərdə artıq pedoqoji ixtisaslar yox səviyyəsindədir. Əvvəllər ibtidai sinif müəllimliyi ixtisası başda olmaqla Azərbaycdan dili, ədəbiyyat, tarix, coğrafiya və digər fənlər kolleclərdə də tədris olunurdu. Oranı bitirən müəllimlər sonra məktəblərdə işləyə bilirdi. Ancaq son bir neçə ildə kollec səviyyəsində pedoqoji ixtisaslar demək olar ki yığışdırıldı. Sadəcə bir neçə pedoqoji ixtisas kolleclərdə saxlanılıb ki, bunlar da fiziki tərbiyyə, təsviri incəsənət, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq müəllimi ixtisaslarıdır. Bundan başqa bir neçə əlavə pedoqoji ixtisaslar – ev və ailə təhsili, inklüziv təhsil, korreksiyaedici təlimlər də orta - ixtisas təhsil səviyyəsində keçirilir”. Təhsil sahələri üzrə tədqiqatçı bildirib ki, 1990-cı illərdə kolleci bitirib məktəblərdə dərs deyən müəllimlər Müəllimlərin İşə Qəbulu imtahanına cəlb olunmalı və bu imtahanda iştirak etdikdən sonra müəllim adını qazanmalıdırlar.  “Kollec təhsilinin keyfiyyəti göz önündədir, amma bu səbəbdən kolleclərdən tamamilə imtina edə bilmərik, sadəcə yeni mexanizm irəli sürməliyik. Məsələn 2019-cu ildə yeni mexanizm ortaya atıldı ki, kolleclərdə ortalama göstəriciləri yuxarı olan şəxslərin imtahansız, ixtisasları üzrə universitetlərə qəbul ola bilərlər. Bu, kolleclərə marağı birə beş artırdı. Həmin qərara qədər kolleclərə maraq yox səviyyəsində idi. Ötən il ixtisas seçimində də bunun şahidi olduq – kolleclərdə ixtisas seçiminə olan rəqabət heç universitetlərdə yox idi. Bu qəbildən bir neçə mexanizm olmalıdır ki, kolleclərə marağı artırmaqla yanaşı, onların keyfiyyətini artıraq. Burada da tək pedoqoji proses deyil, ümumi problem həll olunmalıdır”- deyə sonda o qeyd edib.   

Mingəçevirdə güclü külək 15 ağacı kökündən qopardı

Mingəçevirdə son günlərin dəyişkən və kəskin hava şəraiti nəticəsində şəhərin müxtəlif ərazilərində ciddi fəsadlar qeydə alınıb. Güclü külək bir çox ağacı kökündən qopararaq yollara, obyektlərə və parklara aşırıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, şəhərin Yaşar Muradov, Füzuli, Ş.İ.Xətai və digər küçələrində qeydə alınan analoji hadisələr zamanı 15-dən çox iri gövdəli ağac yerindən qoparaq, müxtəlif istiqamətlərə aşıb. Hadisələr zamanı bəzi avtomobillərə və tikililərə də ziyan dəyib. Ən ciddi fəsadlardan biri 14 saylı uşaq bağçası və körpələr evinin ərazisində qeydə alınıb. İri gövdəli ağac bu təhsil müəssisəsinin hasarının üzərinə aşaraq, onu tamamilə dağıdıb. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə təmizləmə və bərpa işləri aparılır.

Bakıda toyda 36 nəfər zəhərləndi - Yenilənib

00:50 Bakıda toyda kütləvi zəhərlənmə baş verib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb. Mərasimdə zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların sayının artacağı isitsna deyil. Xəstələrdən bəzilərinin durumu ağırıdır. Zəhərlənənlər arasında toyda oxuyan müğənnilərin də olduğu bildirilir. İlkin ehtimallara görə, zəhərlənmə qidadan olub. Faktla bağlı araşdırma aparılır. *** Xətai rayonunda yerləşən iaşə obyektində müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30 radələrində çağırış daxil olub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bilidirib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: “Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

"28 May"-"Nizami” istiqamətində məhdudiyyət olacaq

“Bakı Metropoliteni” QSC metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatdan istifadə sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlığa başlayıb. Sozcu.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır: "Tikinti zamanı “28 May” stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər "Əhmədli-İçərişəhər" istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq. Qatarlar tikinti dövründə də "28 May" stansiyasında dayanacaqlar və sərnişinlər "Cəfər Cabbarlı-Şah İsmayıl Xətai" istiqamətində hərəkətlərini davam etdirə biləcəklər”. B. Məmmədov bildirib ki, yeganə məhdudiyyət “28 May-Nizami” istiqamətində olacaq: “Tikinti başladıqdan sonra "28 May’"dan ‘Dərnəgül’ stansiyasına hərəkət edən qatarlar bu istiqamətdə hərəkət edə bilməyəcək. Həmin dövrdə sərnişinlərin bu hissədə alternativ nəqliyyatdan - avtobuslardan istifadə etməsi nəzərdə tutulur. Qatarlar yalnız "Nizami-Dərnəgül" istiqamətində hərəkət edəcək və bu marşrut üzrə sərnişin axınında maneə olmayacaq”. Onun sözlərinə görə, hazırda əsas məqsəd sərnişin axını istiqamətlərini təhlil edərək optimal qərarların verilməsidir: "28 May-Nizami" stansiyaları arasındakı məsafə hazırda təxminən 2 dəqiqəyə qət edilir. Tikinti dövründə sərnişinlər bu məsafəni avtobuslarla keçməli olacaqlar ki, bu da müəyyən vaxt itkisinə səbəb olacaq. Bu səbəbdən AYNA ilə birgə sərnişinlərin rahatlığı üçün ən uyğun həll yollarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Bu məsələlərin dəqiqləşdirilməsi üçün bir neçə ay vaxtımız var”.

Kimlər hərbi xidmətə çağırılmır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki, Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətdən yayınma halları ilə mübarizəni gücləndirir. Bəs hansı xəstəliyi olanlar hərbi xidmətə çağırılmır? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlama verib. O bildirib ki, rəsmi açıqlamalardan məlumdur ki, ölkəmizdə hərbi xidmətdən yayınma halları mövcud deyil: "Bununla bağlı Dövlət Xidməti də ciddi tədbirlər görür. Sözsüz ki, minlərlə insan arasında bəziləri ola bilsin ki, hərbi xidmətdən yayınmağa meyillidir. Ancaq hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər sayəsində onlar öz istəklərinə nail ola bilmir". Xəstəliklə bağlı hərbi xidmətdən yayınma hallarına gəlincə, ekspert bu xəstəliklərin müxtəlif xarakter daşıya biləcəyini vurğulayıb: "Buna anadangəlmə xəstəliklər, infeksion xəstəliklər, irsi xəstəliklər daxildir. Bu xəstəliyi olanlar hərbi xidmətə çağırılmır. Daha ətraflı desək, sinir və psixi sağlamlıq xəstəlikləri, reproduktiv orqan xəstəlikləri, həzm sistemi xəstəlikləri, qulaq, burun və boğaz xəstəlikləri və bu kimi bədən üzvləri ilə bağlı bir sıra xəstəliyi olan şəxslər hərbi xidmətə yarasız sayılır. Bununla bağlı "e-qanun.az" saytında əhatəli məlumat mövcuddur", - deyə o bildirib. Ekspert qeyd edib ki, vacib şərtlərdən biri hər bir kişi cinsindən olan şəxsin öz borcunu yerinə yetirməsidir: "Bu gün baxanda görünür ki, tanınmış şəxslərin çoxu hərbi xidmətdə olmayıblar. Mən insan tanıyıram uzun illər əvvəl onunla bağlı mətbuatda geniş müzakirələr aparılıb, amma, araşdırıb arxivinə baxsaq, həmin adamın hərbi xidmətdə olmadığı məlum olar. Ona görə deyirəm ki, səslənirəm ki, hər bir şəxs kimliyindən asılı olmayaraq Vətən qarşısında öz borcunu yerinə yetirməlidir!"

DİQQƏT! Azərbaycanda yeni fırıldaq növü yayıldı - DETALLAR

Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edilən bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb. Bununla bağlı kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər. Məlumata görə, "Apple Pay" və "Google Wallet" xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır. Qeyd edilib ki, ssenari sadə, lakin effektivdir. Belə ki, cinayətkarlar saxta çatdırılma xidmətləri, bazarlar və ya dövlət xidmətləri vasitəsilə qurbanları aldadaraq onlardan bank kartı məlumatlarını əldə edir, sonra onları dərhal öz smartfonlarına bağlayır və kart sahibində şübhə yaratmadan mağazalarda alış-veriş etmək üçün istifadə edirlər. Bununla yanaşı, NFC siqnalını bir smartfondan digərinə ötürən "Ghost Tap" (Kabus toxunuşu) sxemini ayrıca qeyd etmək lazımdır. Beləliklə, fırıldaqçı fiziki olaraq bir ölkədə olsa belə, alış-verişi tamamilə fərqli bir ölkədə həyata keçirir. Ekspertlər vətəndaşların vəsaitlərini qorumaq üçün bir neçə məqama xüsusi diqqət yetirməli olduqlarını vurğulayırlar: Onlayn ödənişlər üçün virtual kartlardan istifadə edilməli, onların balansını yalnız lazım olduqda artırılmalıdır. Şübhəli proqramlara və vebsaytlara kart məlumatlarını daxil etməyin, xüsusən də sizdən PIN kodu daxil etməyiniz xahiş olunursa. Şübhəli proqramların tələbi ilə bank kartınızı smartfonunuza bağlamayın. Bankomata nağd pul daxil edərkən fiziki kartdan istifadə edin. Əməliyyat bildirişlərini (Push/SMS) aktiv etdiyinizə əmin olun. "Təhlükəsiz ödənişlər" funksiyasına malik antivirus qoruma həlli quraşdırın. Kibertəhlükəsizlik şirkətləri əlavə edirlər ki, dələduzlar artıq kartın özünü oğurlamağa və ya PIN kodu bilməyə ehtiyac duymurlar. Sizin vəsaitlərinizi idarə edə bilmək üçün minimal məlumatlar da kifayə edir. Bu cür gizlilik bu hücumları xüsusilə təhlükəli edir: "Biz regionda, o cümlədən Azərbaycanda belə sxemlərin fəallığının artdığını müşahidə edirik. Bu gün rastlaşdıqları ilk proqramlara və ya saytlara etibar etməyə öyrəşmiş istifadəçilər bu vəziyyətdə xüsusilə həssasdırlar. Riskləri gözardı etmək olmaz - bu gün maliyyənizi qorumaq rəqəmsal sayıqlıqdan başlayır. Sınaqdan çıxmış antivirus məhsullarından istifadə etməyi və bank kartı məlumatlarının ələ keçirilməsi cəhdlərinə qarşı diqqətli olmağı tövsiyə edirik". (APA)

Babayan Xocalı soyqırımında iştirak etdiyini etiraf etdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib. Sozcu.az xəbər verir ki o, dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib: “Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın”. O, Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyanın verdiyini qeyd edərək bildirib: “Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”. M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: “Səhv etmişik”. O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 21-də davam etdiriləcək.

Üç övladının gözü qarşısında ərini öldürən Aysu azadlıqda!

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib. Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, hadisə 2023-cü ildə gecə saatlarında üç azyaşlı uşağın gözü qarşısında baş verib. Məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli həyat yoldaşı Nurlan Çərkəzlini qəsdən öldürsə də, bu əməli anlaqsız vəziyyətdə törətdiyi müəyyən olunub və o, cinayət məsuliyyətindən azad edilib. İstintaq və məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli uzun müddət ailədaxili zorakılığa məruz qalıb. Hadisə baş verən gecə isə Nurlan Çərkəzli spirtli içki qəbul etdikdən sonra evə qayıdaraq həyat yoldaşını hədələyib: "Səni öldürəcəyəm, get, mətbəxdən bıçağı gətir". Daha sonra evdə olan pnevmatik silahı güllə ilə dolduraraq Aysuya qarşı təzyiqləri davam etdirib. Aysu həmin anda psixi gərginlik və qorxu içində mətbəxdən bıçaq gətirib və nəticədə həyat yoldaşına ölümcül zərbələr endirib. Aysu Çərkəzlinin məhkəmədə bildirdiyinə görə, hadisə günü baş verənlər və Nurlanın davranışları onda "kəskin stres" və "patoloji affekt" yaradıb. Tibbi ekspertizanın rəyinə əsasən, Aysu "orta dərəcəli depressiv pozuntu" diaqnozu ilə həmin an anlaqsız vəziyyətdə olub. Bu səbəbdən o, törətdiyi əməli dərk və idarəetmə qabiliyyətini itirmiş hesab olunub. Hadisə şahidi olan üç azyaşlı uşağın məhkəmədə verdiyi ifadələr də ailədə davam edən zorakılığın və gərginliyin izlərini təsdiqləyir. Uşaqlardan biri atasının anasına qarşı fiziki və psixoloji təzyiqlər göstərdiyini, bıçaqla vurulan anın şahidi olduğunu bildirib. Digərləri isə hadisə zamanı qorxudan yuxuya getdiklərini, səhər valideynlərini qan içində gördüklərini deyiblər. Məhkəmə Aysu Çərkəzlinin əməli törədərkən psixi vəziyyətinin sabit olmadığını sübuta yetirərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edib. Qərara əsasən, Aysu Çərkəzli barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tibbi müalicə tədbiri tətbiq olunacaq. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçiriləcək.

Şəmkirdə Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurov anılıb

Bu gün Şəmkirin Kür qəsəbəsində adına olan məktəbdə Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurovun şəhadətinin 32-ci ilə bağlı anım tədbiri keçirilib. Anım tədbirində milli qəhrəmanın döyüş yoldaşlarından Dilqəm Əliyev, Azər Cəfərov, Ülvi Xəlilov, Şəmkir rayon İcra Hakimiyyətinin Şəhid ailələri və Qazilərlə iş şöbəsinin müdiri Sərdar Namazov, Kür qəsəbəsi İcra nümayəndəsi və Bələdiyyəsinin sədri, Kür qəsəbəsi mədəniyyət evinin rəhbəri Rəfiqə Mürsəlova, fotoqraf-jurnalist Kərəm Nəbiyev, araşdırmaçı-yazar Ceyhun Nəbi, məktəbin müəllim, şagird heyyəti və digər ictimayət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Könül Əsgərova açıb və sonra digər natiqlər milli qəhrəmanın döyüş yolundan, mirasından və bizə verdiyi dərslərdən söhbət açıblar.  Sözcü.az

Hikmət Mirzəyevə ağır itki

Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevə ağır itki üz verib. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, onun bacısı Rəna xanım Bakıda vəfat edib. Mərhumun Biləsuvarda dəfn ediləcəyi bildirilir. Allah rəhmət eləsin!

Şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olundu

Birinci Qarabağ müharibəsinin itkin düşən şəhidi Mübariz Sabəddin oğlu Hüseynovun nəşi paytaxtın Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Sozcu.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim edilib. Qeyd edək ki, 1970-cı il mayın 30-da Ermənistanın Loru nahiyəsinin Qızıl-Şəfəq kəndində dünyaya gələn Mübariz Hüseynov 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.

Daha bir nəfər spirtli içkidən zəhərlənib öldü

Yevlaxda zirzəmidə kişi meyiti tapıldı. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayonun Varvara kəndində yerləşən zirzəmilərdən birində baş verib. 1984 -cü il təvəllüdlü Elməddin Bahadurov zirzəmidə işləyən zaman dünyasını dəyişib. İlkin ehtimala görə, mərhumun spirtli içkidən zəhərləndiyi ehtimal olunur. Hadisə ilə bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

Xırdalanda ŞOK: 12 mərtəbəli binadan özünü atan yeniyetmə SAĞ QALDI

Abşeronda intihar hadisəsi olub. Sozcu.az -ın Lent.az-a istinadən məlumatına görə, hadisə axşam saatlarında Xırdalan şəhərində qeydə alınıb. 17 yaşlı Abakər Elnur oğlu Məhərrəmzadə intihar məqsədi ilə 12 mərtəbəli binanın 6-cı mərtəbəsindən özünü atıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır

Türkiyə qırıcıları İsraillə qarşılaşa bilər – Fidandan şok

Suriyada bir sıra əməliyyatlar zamanı Türkiyə və İsrail təyyarələrinin qarşılaşma ehtimalı var. Sozcu.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bir sıra millət vəkilinin suallarını cavablandırarkən deyib. “Çünki həm Türkiyə, həm də İsrail qırıcıları oraya gedir. Qarşılıqlı gərginliyin yaranmaması mövzusunda keçmişdə ABŞ və Rusiya ilə qurduğumuz mexanizmlər mövcuddur. Bu mexanizmə İsrailin də əlavə edilməsi lazımdır. Bunu təmin etmək üçün texniki təmasların olması normaldır”, - Fidan bildirib.

Daha bir nəfər selin qurbanı oldu - FOTO

Ötən gün Siyəzən rayonunda yağan şiddətli yağış və leysan "Siyəzənneft" NQÇİ-nin işçisinin həyatına son qoyub. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.  Bildirilib ki, Paşayev Fizuli Mövlud oğlunun istirahət günü imiş və o təsərrüfat işləri görərkən su burulğanına düşərək dünyasını dəyişib.

Prezident Anar Bayramovu və Rəşad Mustafayevi nazir müavini təyin etdi - SƏRƏNCAM

Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə iki Sərəncam imzalayıb. Qeyd edək ki, Anar Bayramov 1975-ci ildə anadan olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifələrində çalışıb. Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Rəşad Mustafayev isə 1978-ci ildə anadan olub. 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.

Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan

“Bu gün dövlətçilik qurmaq bizim mütləq prioritetimizdir”. Sozcu.az xəbər verir ki, bunu aprelin 17-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib. "Təxminən 30 ildir ki, biz ilk növbədə Qarabağ probleminin həllinə, Qarabağ hərəkatına və bunun üçün hər şeyi qurban vermək məntiqinə sadiq olan bir dövlət modeli qururuq, bunu tənqid kimi deyil, reallıq kimi deyirəm, çünki hamımız, ən azı, çoxumuz bu modelə razıyıq. Mən Ermənistan Respublikasının Baş naziri kimi tədricən, addım-addım, əvvəlcə qeyri-müəyyən, sonra konkret olaraq başa düşdüm ki, əgər bizim üçün müstəqillik və dövlətçilik təsəvvür etdiyimiz Qarabağ probleminin həlli vasitəsidirsə, bir sıra xarici aktorlar üçün Qarabağ məsələsi dövlətimizin müstəqilliyi və inkişafının qarşısının alınması, dövlətçiliyimizə son qoyulması vasitəsidir”, - Paşinyan bildirib. Baş nazir bu hədəfin həyata keçirilməsinin 2020-ci ilin sentyabrında yekun mərhələsinə qədəm qoyduğunu, 2021-ci ilin mayında isə pik həddinə çatdığını, bu son məqsədin Ermənistanda da tərəfdarlarının olduğunu, müstəqillik və dövlətçilik deyil, Qarabağ məsələsinin vacib olduğuna inandıqlarını vurğulayıb. Paşinyan deyib ki, “Daşnaksütyun”un funksionerlərinin, Ermənistanın keçmiş rəhbərlərinin bu çərçivəyə, bu məntiqə uyğun olduğunu vurğulayıb: “Bu gün bu epoxal ideoloji toqquşmanın ikinci aktı baş verir. Hakim çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır, çünki bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısının alınması üçün alət olub və olacaq. Təəssüf ki, biz bunu çox gec başa düşdük. Müxalifət isə mahiyyət etibarı ilə deyir ki, Ermənistan dövlətçiliyinin bir məqsədi və mənası var – Qarabağ hərəkatı, Qarabağ məsələsi. Müxalifət deyir ki, Qarabağ hərəkatı onun hansı nəticələrindən asılı olmayaraq davam etməlidir”. Paşinyanın sözlərinə görə, 2018-ci ilin “məxməri inqilabı” nəticəsində Ermənistanda hakimiyyətə gələn siyasi komanda amansız sınaqlar və zərbələr altında intuisiya və cəsarət nümayiş etdirərək, Qarabağ hərəkatının çoxdan sona çatdığı faktına doğru addım-addım və hissə-hissə irəliləyib.

Paşinyandan Azərbaycana çağırış: Müharibə olmayacaq

Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq. Sozcu.az Armenian News-a istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib. O qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və ya güc tətbiqi hədəsinin yolverilməzliyini tanıyıb: "Üstəlik, bu, təkcə siyasi deyil, həm də hüquqi müstəvidə baş verir, çünki Ermənistan ilə Azərbaycan arasında Sərhədin Demarkasiyası və Təhlükəsizliyi Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında əsasnamə artıq hər iki ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir, həm də Almaatı Bəyannaməsinə istinadla.  Bir daha Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağa, bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar verməməyə, bu məntiqi şübhə altına almamağa çağırır və rəsmi şəkildə bəyan edirəm ki, Ermənistan hökuməti bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar və ya hərəkətlər etməyəcək. Azərbaycan hökumətini də bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan və ya şübhə altına alan bəyanatlar verməməyə, hərəkətlər etməməyə çağırıram.  Ermənistanla Azərbaycan arasındakı gərginliyi və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalı və Minsk qrupu strukturlarının ləğvi ilə bağlı ATƏT-də eyni vaxtda sülh sazişi və Ermənistan-Azərbaycan birgə bəyanatını imzalamağa hazırıq”.

Sırskidən SON DƏQİQƏ açıqlaması - Bu ərazilər ruslardan TƏMİZLƏNDİ

Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk rayonu istiqamətində uğurlu əməliyyat həyata keçiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bildirib. Onun sözlərinə görə, əməliyyat nəticəsində Udaçnoye, Kotlino və Şevçenko kəndləri ətrafında yerləşən ümumilikdə 16 kvadrat kilometr ərazi Rusiya qoşunlarından azad edilib. Əraziyə nəzarətin bərpa olunması Ukrayna qüvvələrinin cəbhə xəttində təşəbbüsü ələ almasına imkan verib./Musavat.com

Daha 3 şəhidimiz dəfn ediləcək - Foto

Daha 3 itkin-şəhid dəfn ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşən Hüseynov Mübariz Sabəddin oğlu, Mirzəliyev Ələsgər Fərzalı oğlu, Mehdiyev Münasib Namaz oğlunun qalıqları aprelin 18-də dəfn olunacaq. Mübariz Hüseynovun qalıqları Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ələsgər Mirzəliyevin qalıqları Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd qəbiristanlığında, Münasib Mehdiyevin qalıqları isə Samux rayonu, Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Zabitimiz vəfat etdi

Azərbaycan Ordusunun zabiti Türkiyədə vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Müdafiə Nazirliyi Quru Qoşunlarının mayoru Əli Məhərrəmovun onkoloji xəstəlikdən Türkiyədəki xəstəxanada vəfat etdiyi bildirilib. Allah rəhmət eləsin.

Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov

Hazırda Ağdam şəhərində ikinci məhəllənin tikintisi aparılır. Buraya 66 bina üzrə 1267 ailənin köçürülməsi nəzərdə tutulub. Bu, təxminən oktyabr-noyabr aylarına təsadüf edəcək. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. “Bu ilin sonunadək 5 min, gələn il 10 min, ümumilikdə isə 20-25 min əhalinin Ağdama köçürülməsi nəzərdə tutulub. Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi yekunlaşdırılmaq üzrədir. Hesab edirəm ki, layihələndirmə bu ilin sonuna doğru - payız aylarında başa çatacaq. Bundan sonra isə tikinti işlərinə start veriləcək".

Çaylar aşıb-daşır, məcradan çıxır

Çaylarda yüksək sululuq davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156 sm, Əyriçayda 14 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15 sm, Əsrikçayda 7 sm, Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14 sm, Zabuxçay və Quruçayda 12 sm, Köndələnçayda 5 sm, Tutqunçay və Həkəriçayda 4 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 sm artım qeydə alınıb.

Daha bir vəzifəli şəxs yağış sularında öldü

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, aprelin 16-sı saat 16 radələrində rayonun Qaragüney kəndindəki “AzOil” yanacaqdoldurma məntəqəsinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Belə ki, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev hidroforu qoşarkən onu elektrik cərəyanı vurub. Teleqraf.az-ın məlumatına görə, ölən şəxs yanacaqdoldurma məntəqəsinin müdiri imiş. O, məntəqəyə məxsus quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.  Mərhumun 2 azyaşlı övladı var. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

“Rus Evi”nin məsələsi iki nəfərin görüşündən asılıdır – Bakıdakı “casus yuvası” yenidən açılacaq?

"Rossotrudniçestvo" ümid edir ki, Bakıdakı "Rus Evi" ilə bağlı vəziyyət Rusiya və Azərbaycan prezidentlərinin şəxsi görüşündə həll olunacaq. Sozcu.az RIA NOvosti-yə istinadla xəbər verir ki, agentliyin rəhbərinin müavini Pavel Şevtsov bildirib. O bildirib: “Ümid edirik ki, bu məsələ yaxın vaxtlarda Rusiya Federasiyası və Azərbaycan prezidentlərinin şəxsi görüşündə məsələ həllini tapacaq. Biz başa düşürük və Azərbaycan hakimiyyəti də başa düşür ki, bir çox insanlar humanitar müstəvidə qarşılıqlı fəaliyyətə öyrəşiblər". “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bundan əvvəl bəyan etmişdi ki, Bakıda “Rus Evi”nin icarəyə götürdüyü binanın sahibi həmin binaları satır və “Rus Evi”nə ay yarım ərzində köçməyi təklif edir. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Moskvaya nota göndərərək, Bakıda “Rus Evi”nin fəaliyyətini düzgün qeydiyyata almadığına görə fəaliyyəti dayandırmağa çağırıb. Primakov vurğulayıb ki, Rusiya Federasiyası dəfələrlə Azərbaycan qurumları ilə əlaqə saxlayıb, qeydiyyatla bağlı yardım istəyib, lakin cavab almayıb. Aprel ayında Primakov bildirmişdi ki, Moskva və Bakı Azərbaycandakı "Rus Evi" ilə bağlı kompromis axtarırlar və “hamı konstruktiv və nikbindir”.yenisabah)

"Xan" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA

Xan Daxili nəzarət və monitorinq şöbəsi mütəxəssisi Son tarix 16 may 2025 - [email protected] Əmək funksiyası: Şirkətin debitor borclarının davamlı yoxlanılması və şəffaflığın təmin olunması; Şirkət və şəxsi anbarlarda inventarizasiya zamanı iştirak etmək, zərurət yarandığı hallarda inventarizasiyanı təmin etmək və ya aparmaq; Problemli faktura kəsrlərinin araşdırılması; Şəxsi hesaba işlənən məbləğlərin düzgünlüyünün araşdırılması; Stoklar üzrə yoxlanışlar (problemli qalıqlar); Cari müştərilər üzrə yoxlanışlar; Şirkətin region bazaları üzrə iş fəaliyyətinin yoxlanılması (Prosedur, iş axını, davamiyyət); Təqdim olunan malların rəflərə düzgün yerləşdirilməsi ilə bağlı prosedurun, o cümlədən rəflərdə təmsil olunan məhsulların təmsilatının yoxlanılması (çeklist fəaliyyəti); Mal qəbulu prosesinə  nəzarət, sifarişə uyğunluğu və mal qəbulu sənədlərinin araşdırılması Tələblər: Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi; Şəxsi avtomaşının olması mütləqdir.  Amortizasiya və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır. İş şəraiti:  İş yeri Bakı şəhərindədir İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00 Nahar fasiləsi 13:00 – 14:00 Əmək haqqı: NET 1200 AZN Mövzü yerinə “Daxili nəzarət və monitorinq şöbəsi mütəxəssisi” yazıb [email protected][email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

Bakıda dəhşət: arvadının başını kəsib, özünü binadan atdı

Bakıda kişi arvadının başını kəsib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İlkin ehtimala görə, ər arvadının başını kəsdikdən sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hər iki şəxsin meyitinin hadisə yerindən götürüldüyü bildirilir.

Ağ Evdə qalmaqal: Tramp Maska görə tədbiri ləğv etdi

Ağ Evdə İlon Maska görə qalmaqal baş verib və iki yüksək vəzifəli şəxs işdən qovulub. Sozcu.az “Axios”a istinadla xəbər verir ki, müdafiə naziri Pit Heqset Çinlə bağlı planlaşdırılan çox məxfi brifinq haqqında Elon Maska məlumat verən Pentaqonun iki yüksək rütbəli məmuru Den Kolduel və Darin Selniki vəzifələrindən uzaqlaşdırıb. Tramp isə brifinqin ləğv edilməsini əmr edib. “İlon orda nə edir? Onun tədbirə getməyəcəyinə əmin olun”, - Tramp deyib. Qeyd edilir ki, Mask Ağ Evdə daimi iştirakı, qeyri-sabit sosial media paylaşımları və Hökumətin Effektivliyi Departamentində sərt siyasəti ilə bir neçə administrasiya rəsmisini qıcıqlandırıb.

"FRESH Catering" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA

FRESH Catering Супервайзер/Менеджер Son tarix 15 may 2025 - [email protected] Концепция: кофе шоп/кулинария Локация: ПОРТ БАКУ Требования к кандидату: Женский пол, от 25 до 40 лет. Опыт работы в розничной торговле, продажах, управлении персоналом и на данной позиции не менее 3-х лет Свободное владение азербайджанским и русским языками Знание правил и методов обслуживания покупателей, психологии и принципов продаж Уверенный пользователь Word, Excel Высокий уровень ответственности, инициативность и исполнительность Четкая, грамотная речь Презентабельный внешний вид.  Основные обязанности: Обеспечение исполнения плана продаж магазина Координация работы персонала магазина, обеспечение высокого уровня клиентского сервиса Обеспечение бесперебойной работы магазина по всем направлениям деятельности Участие в формировании заказа продукции. Ведение необходимой отчетности. Зарплата 1000-1200 манат 6ти дневный график СВ отправлять по номеру 0502917414

"ABK MMC" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA

ABK MMC Baş mühasib Son tarix 14 may 2025 - [email protected] İş haqqında məlumat: Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması Vergi, Statistika, DSMF hesabatlarının hazrılanması və təqdim edilməsi Əməliyyatların 1C proqramında və mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi; Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin, qeyri-material aktivlərin, mal-material ehtiyatların  uçotunun düzgünlüyünə nəzarət etmək; Debitor və kreditor borcların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək; Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Ayın bağlanmasını 1C proqramında həyata keçirmək  Tələblər: Ali təhsil (Mühasibatlıq və Maliyyə ixtisası üzrə) Azərbaycan dili səlis, ingilis dili arzuolunandır. Müvafiq sahədə ən az 2 il iş təcrübəsi MC Office, 1C proqramı Dəqiq, dürüst, komandada işləmək bacarığı, stressə davamlı  İş şərtləri: 6 günlük iş qrafiki Əmək haqqı - 2000-2500 AZN (nett) Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya  0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.Fed.az)

"Kalyon Holdinq" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA

Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi şirkətinin AR filialı Əməyin mühafizəsi üzrə kiçik mütəxəssis  Son tarix 14 may 2025 - [email protected] İş haqqında məlumat: İş yeri – Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonu 6 günlük iş rejimi Yemək (Gündə 3 dəfə) və mobil nömrə şirkət tərəfindən təmin edilir Yatacaq yeri ilə təmin edilir (Uzaq rayonlardan, şəhərlərdən gələcək olanlar üçün) Əmək haqqı net 800-1000  azn aralığı Öhdəliklər: Təhsil: Ali  təhsil mütləqdir.  Kişi namizədlər Yaş həddi: 21-30 yaş Əməyin mühafizəsi ilə bağlı müvafiq sertifikatlar olması vacibdir (FHN sertifikatı mütləqdir). Məsuliyyətli və komanda ilə işləmə bacarığı Müvafiq sahə üzrə iş stajı tələb olunmur. İş öyrədiləcəkdir. Ünsiyyətcil, məsuliyyətli, işində səliqəli və dəqiq olmalıdır; Kollektivlə işləmə bacarığı; Namizədlər, öz cv-lərini “Kiçik mütəxəssis” başlığı ilə Müraciət Et butonunda qeyd olunan mail adresinə göndərə bilərlər. 

Yağış yağanda küçələri niyə su basır?

Ötən gün axşam saatlarından etibarən Bakıya yağan güclü yağışdan sonra şəhərdə bir çox yollar avtomobillər üçün  keçilməz olub, piyadalar isə demək olar ki, yollarda keçid tapa bilmirlər. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi küçələrin balaca göllərə çevrildiyi aydın şəkildə görünür. Bəs niyə hər dəfə yağış yağanda Bakı küçələrində eyni vəziyyət təkrarlanır? Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (keçmiş “Azərsu” ASC) bildirilib ki, bəzən Bakıda və regionlarda yağıntıların miqdarı normadan artıq olur və kanalizasiya kollektorları yağış sularını daşımaq üçün nəzərdə tutulmadığından sistemlər suyun axıdılmasında çətinlik çəkir. Mütəxəssislər isə bildirirlər ki, normadan artıq yağan yağış sullarının kanalizasiya kollektorları ilə daşınması artıq köhnəlmiş üsuldur. Halbuki, dünyanın bir çox şəhərləri bu problemi artıq təbiətdən ilham alan üsullarla həll edir. Böyük şəhərlərdə yağış sularının yollarda toplanmasının qarşısını almaq üçün müxtəlif təbii və ekoloji yönümlü üsullardan istifadə edilir. Bu üsullar həm şəhər dizaynına estetik dəyər qatır, həm də urban ekosistemlərin dayanıqlılığını artırır. Məsələn, Kopenhagen şəhərində yağış suları birbaşa parklara axıdılır. Xüsusi yollarla yönəldilən su, torpaq tərəfindən sovrularaq həm ekoloji tarazlığı qoruyur, həm də şəhərin yaşıllaşdırılmasına xidmət edir. Rotterdamda isə meydanlar təkcə əyləncə və idman üçün yox, həm də yağış sularının yığılıb tədricən torpağa hopdurulması üçün nəzərdə tutulub. Sakinlər həmin sahədə futbol oynayır, lakin yağışlı gündə ora kiçik bir su hövzəsinə çevrilir. Daha maraqlısı isə Seuldadır. Burada bir vaxtlar avtomobillərin hərəkət etdiyi yolun yerində yağışlı günlərdə süni çay axır. Yağış yağanda çay dolur, günəşli havada isə ətrafı park kimi istifadə olunur. Həm turistlərə, həm yerli sakinlərə göz oxşayan bir məkandır. Portland (ABŞ) şəhərində yağış bağları (Rain Gardens) adlı sistem tətbiq edilir. Bu sitem yollarda və ya binaların yaxınlığında yerləşdirilən xüsusi bitki əkilmiş çuxurlardır. Suyun bir hissəsini torpaq udur, qalanı isə təmizlənərək yerin altına yönləndirilir. Bəzi şəhərlərdə adi asfalt və beton yerinə, suyu torpağa keçirməyə imkan verən materiallardan istifadə edilir. Məsələn, Sinqapur şəhərində bu cür səthlər yeni urban layihələrdə tez-tez tətbiq olunur. Binaların damları bitkilərlə örtülür və yağış sularının bir hissəsini udaraq yavaş-yavaş axıdılmasına şərait yaradır. Berlin və Toronto bu texnologiyanı dəstəkləyən şəhərlərdir. Bu sadalananlar həm də onu göstərir ki, əslində yağış suyu təkcə çətirlərin açıldığı bir hadisə deyil – o, düzgün idarə olunarsa, şəhərin nəfəs alması üçün bir fürsətə çevrilə bilər. Bu gün inkişaf etmiş şəhərlərdə yağışa sadəcə təbii hadisə kimi baxmırlar. Onu resurs kimi görürlər – yaşıllaşma, suvarma, təmiz hava və şəhər estetikasının ayrılmaz hissəsi.

Xınalıqda 1 metrə yaxın qar yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xidmətdən Sozcu.az-a bildirilib ki, ölkənin əksər rayonlarında leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü yağış müşahidə olunur. Dağlıq ərazilərdə qar yağır. Düşən yağıntının miqdarında artım qeydə alınıb. Belə ki, düşən yağıntının miqdarı Xaltanda 98 mm (aylıq normanın 145%-i), Qubada 65 mm (aylıq normanın 136%-i), Xaçmazda 64 mm (aylıq normanın 212%-i), Sabirabadda 44 mm (aylıq normanın 137%-i), Mingəçevirdə 52 mm (aylıq normanın 101%-i), İsmayıllıda 44 mm (aylıq normanın 43%-i), Şəkidə 29 mm (aylıq normanın 136%-i), Göyçayda 31 mm (aylıq normanın 63%-i), Ağstafada 29 mm (aylıq normanın 77 %-i), Gəncədə 26 mm (aylıq normanın 84%-i), Neftçalada 23 mm (aylıq normanın 70%-i), Ağdamda 16 mm (aylıq normanın 33%-i), Daşkəsəndə 15 mm (aylıq normanın 22%-i), Bakıda və Abşeron yarımadasında 57 mm (aylıq normanın 247%-i) təşkil edib. Qarın hündürlüyü Xınalıqda 71 sm, Ləzədə (Qusar) 50 sm, Qrızda 40 sm olub. Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində Şabrançay, Dəvəçiçay, Ağçay, Qaraçay, Qusarçay, Vəlvələçay, Gilgilçay, Pirsaatçay, Ataçay, Ağsuçay, Qabırrıçay, Dəmiraparançay, Qudiyalçay, Girdimançay və Göyçaydan sel keçib. Avtomat hidroloji stansiyaların məlumatına əsasən ötən sutka ilə müqayisədə əksər çaylarda sululuq artıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda baş verib. Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 49 sm, Qarasuçayda 29 sm, Əyriçayda 27 sm, Qudiyalçayda 25 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 22 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Köndələnçayda 18 sm, Bəsitçayda 11 sm artım qeydə alınıb. Kür Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi səhər saatları ilə müqayisədə 17 sm artıb, su sərfi 825 m³/san qeydə alınıb ki, bu da aylıq normanın 111%-ni təşkil edir.

Bakı-Quba yolundan "çay keçdi" - VİDEO

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 73-cü kilometrliyində leysan xarakterli yağış səbəbindən acınacaqlı vəziyyət yaranıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Yağan yağış yolda avtomobillərə çətinlik yaradıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, həmin ərazidə nəqliyyatın axını ödənişli yola yönəldilib: “Hazırda ölkə ərazisində leysan xarakterli yağan yağış səbəbindən dağlıq ərazidən axıb gələn su kütləsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobili yolunun 73-cü kilometrliyində yolun bir hissəsini su basıb. Bununla əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyatın hərəkəti qısa müddətdə məhdudlaşdırılıb. Həmin ərazidə nəqliyyatın axını ödənişli yola yönəldilib. Hazırda əraziyə aidiyyəti qurumlarla birgə texnikalar cəlb olunub. Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə hərəkətin tənzinlənməsi istiqamətində zəruri tədbirlər görülür”./Qafqazinfo.az/

Subasmış ərazilərdən vətəndaşların təxliyəsi davam edir - 19-u uşaqdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə Sozcu.az-a FHN-dən məlumat verilib.  Bildirilib ki, hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Abşeron, Qobustan və Şamaxı rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb. Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 19-u uşaq olmaqla ümumilikdə 53 nəfər vətəndaş təxliyə olunub.

Sel Ağsuda avtomobil yolunu yararsız hala saldı - Foto

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sozcu.az -a bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixail Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bakıda taksilərin qiyməti qalxdı: 60 manat

Bakıda yağan leysan yağışları taksi xidmətlərinin qiymətinin artmasına səbəb olub. Adi günlərdə 8-10 manata gedilən məsafələrin gedişhaqqı hazırda 25-30 manat arasında dəyişir. Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 40-45 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 14-17 manat təşkil edirdi. Bunlar adi - ekonom taksi xidmətinin qiymətidir. Komfort taksilərdə isə Bakının müxtəlif istiqamətləri üzrə qiymətlər 60 manatadək artıb. Bundan başqa, Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 20-25 dəqiqə gözləməli olurlar.

Bloggerdən etiraz: "Cərimə yazmaqdansa yolun altına kanalizasiya xətti çəkərdiniz"- FOTO

Tanınmış blogger Şəfəq bu gün paytaxta yağan gur yağışlara görə yolların bağlanmasından narazılığını bildirib. Sozcu.az xəbər verir ki, o "instagram" hesabında yol infrastrukturuna cavabdeh qurumlara müraciət edib: "Camaata cərimə yükləmək üçün yolun üstünə Azparking, avtobus, velosiped xətti çəkməzdən öncə, yolun altına normal kanalizasiya xətti çəkərdiniz"

Türkiyədə güclü zəlzələ baş verdi

Bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) tərəfindən yayılan rəsmi məlumata görə, yerli vaxtla saat 06:04-də baş verən yeraltı təkanların episentri Nurhak rayonunda yerləşib. Zəlzələnin gücü 4,1 bal olaraq ölçülüb və yerin 6,98 kilometr dərinliyində baş verdiyi müəyyən edilib. Yeraltı təkanlar təkcə Nurhak rayonunda deyil, ətraf bölgələrdə də hiss olunub. Qısa müddətli olsa da, əhali arasında narahatlıq və çaxnaşma yaradıb. Hadisə nəticəsində xəsarət alan və ya ciddi dağıntı barədə məlumat verilməyib. Yerli idarə orqanları və AFAD əməkdaşları vəziyyəti nəzarətdə saxlayaraq, əhalini rəsmi məlumatlardan xəbərdar olmağa çağırıb. Qeyd edək ki, Türkiyə seysmik aktiv bölgədə yerləşdiyi üçün bu cür təkanlar tez-tez baş verir və AFAD tərəfindən davamlı şəkildə izlənilir.

ABŞ Ukrayna ilə sazişi bu həftə imzalayacaq

ABŞ və Ukrayna arasında resurslara dair saziş bu həftə imzalana bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib. “Biz buna çox yaxınıq. Hətta bu həftə imzalana bilər”, - o bildirib.

Putin imperiya ambisiyalarından əl çəkməyəcək - Leyen

Rusiya gələcəkdə ekspansiv hərəkət edəcək. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib. “Putinlə təcrübəmizdən bilirik ki, o, fasilə verə bilər, amma imperiya ambisiyalarından əl çəkməyəcək. Təəssüf ki, o, son illərdə bunu dəfələrlə sübut edib”, - o bildirib. Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri üçün Rusiyaya qarşı mübarizədə dözümlülüyü saxlamaq çox vacibdir: “Rusiya prezidenti Kiyevə dəstəyin zəifləyəcəyini gözləyirdi, lakin bunun əksi baş verdi”.

Prezidentdən Anar Kərimovla bağlı SƏRƏNCAM

Anar Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.  Digər Sərəncamla A.Kərimov maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 

Zalujnı çağırış etdi: Öldürməyə hazır olmalısınız...

Müharibə iki mühüm qərar qəbul etmək üçün sənin seçiminizdir. Ölməkdən qorxmamaq, fədakarlığa hazır olmaq deməkdir. Bu, silahlı mübarizəyə qoşulan hər kəsin verməli olduğu bir qərardır. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Britaniyadakı səfiri, Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı deyib. “Ukrayna uğrunda mübarizə ölməyə hazır olmaqdan daha çox şey tələb edir. Amma Ukrayna üçün ölmək kifayət deyil. Siz həm də ikinci bir qərar qəbul etməlisiniz - öldürməyə hazır olmalısınız", - Zalujnı bildirib.

DİQQƏT! Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verib. Xidmətdən Sozcu.az-a verilən məlumata görə, Naxçıvan MR, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Balakən, Qax, Şəki, Zaqatala, Salyan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Xaçmaz, Quba, Samux, Ağdaş, Ucar, Kürdəmir, Göygöl, Biləsuvar, Yevlax, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Saatlı, Sabirabad, Zərdab, Göyçay və İmişlidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Kəlbəcər, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Goranboy, Naftalan və Daşkəsəndə də şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 28.5 m/s və daha çox olacaq.

Havaya görə sabah dərslər ləğv olunacaq? - RƏSMİ AÇIQLAMA

Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir. Sozcu.az xəbər verir ki, bu barədə Milli.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Qeyd edək ki, sosial şəbəkələrdə hava şəraiti ilə əlaqədar dərslərin olmayacağı ilə bağlı xəbərlər yayılmışdı. MÜTDA isə bunu inkar edərək, əhalini belə dezinformasiyalara inanmamağa çağırıb. Xatırladaq ki, bu gecədən başlayaq ölkədə leysan xarakterli yağışlar yağacaq.

Əvəz Zeynallının azadlığa çıxması üçün məhkəməyə müraciət edildi - Vəkil

Əvəz Zeynallının səhhəti ilə bağlı cəzadan azad olunması üçün məhkəməyə müraciət edilib. Sozcu.az xəbər verir ki, tanınmış jurnalist Əvəz Zeynallının səhhətindəki ciddi problemlərlə əlaqədar onun cəzadan azad olunması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilib. Bu barədə onun vəkili Rəşad Vaqifoğlu məlumat verib. Onun sözlərinə görə, müraciət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən təqdim olunub. Həmin maddəyə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. Vəkil qeyd edib ki, “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı”nda “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər” də yer alır. “Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, təqdim olunmuş tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edəcək”, – deyə Rəşad Vaqifoğlu bildirib.

"CAMAL LTD" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA

CAMAL LTD Regionlar üzrə Satış müdiri Son tarix 14 may 2025 - [email protected] Vəzifə öhdəlikləri: Regionlarda mövcud satış məntəqələrində iş prinsipinə və işçi heyətə nəzarət. Regionlarda müştəri bazasının formalaşdırılması və mövcud müştərilərlə uzunmüddətli münasibətlərin qurulması Satış planlarının icrasına nəzarət, satış hədəflərinin yerinə yetirilməsinin təmin olunması Bazarın və rəqiblərin araşdırılması, regionlara uyğun təkliflərin hazırlanması Satışla bağlı aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi Namizədlərə tələblər: Ali təhsil Regionlar üzrə satış və komanda idarəetməsi sahəsində minimum 3 il iş təcrübəsi Ezamiyyətlərə getmək imkanının olması və nəqliyyat vasitəsinin olması mütləqdir. Əmək haqqı: Aylıq məvacib 1200 Azn + bonus manat təşkil edir Müraciət üçün: Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Regionlar üzrə Satış müdiri” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına və ya (055) 900-32-07 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.Fed.az)

"MÖRTEL QSC" işçi axtarır - MAAŞ 1800 MANAT - VAKANSİYA

MÖRTEL QSC Sahə mühəndisi Son tarix 14 may 2025 - [email protected] ƏSAS VƏZİFƏLƏR: İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;  Sahədə görülən inşaat işlərinə bilavasitə nəzarət etmək; Koordinasiya ilə bağlı görüşlərdə iştirak etmək; Layihə rəhbərliyinə layihənin gedişatı ilə bağlı vaxtı-vaxtında hesabatlar təqdim etmək; Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək; Quraşdırma zamanı layihələrin icra olunduğu sahəyə mütəmadi nəzarət; Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;  İnşaat üzrə yerli qanunvericilik tələblərini müəyyən etmək və onların icrasını təmin etmək; Əlaqədar iş qrafiklərini və sxemlərini hazırlamaq və onların tələb olunan yerlərə və müddətdə təqdim edilməsini təmin etmək; Layihənin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi; İşin prioritetlərinin müəyyən edilməsi, təyin edilmiş layihə üzrə işlərin ümumi proqramının işlənib hazırlanması və tələb olunan resurslarla təmin edilməsinin həyata keçirilməsi; Layihə planında hər hansı problem və ya dəyişikliklə bağlı düzəldici tədbirlərin görülməsini və ya bu haqda göstəriş verilməsini həyata keçirmək; VƏZİFƏ ÜZRƏ TƏLƏBLƏR: Müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; Ms Office(Outlook, Word, Excel) və  Autocat proqramlarında işləmə bacarığı; İnşaat norma və qaydalarını bilməlidir; Layihələşdirmənin metodlarını bilməlidir; Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir. Yüksək idarəçilik bacarığı İş şəraiti: İş rejimi:  6 günlük  İş yeri: Baki şəhəri Əmək haqqı: 1800 AZN Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Fed.az)

"Unicapital" işçi axtarır - VAKANSİYA

Unicapital İnformasiya təhlükəsizliyinin idarəetmə sisteminin dəstəyi üzrə aparıcı mütəxəssis Son tarix 14 may 2025 - [email protected] Vəzifə Öhdəlikləri: Şirkət daxilində mövcud İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (ISMS) beynəlxalq standartlara (PCI DSS, ISO 27000) uyğun qurulmasında və təkmilləşdirilməsində dəstək olmaq; Korporativ “ISMS” sisteminin standartlara uyğunluğunu izləmək, sistemin tərkibi və dəstəkləyici sənədlərin yaradılması və aktuallığının təmin edilməsi; İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və qaydaların icrasına nəzarət etmək; Daxili və xarici auditlərdə iştirak etmək, komplayns, sertifikasiya və re-sertifikasiya proseslərinə dəstək vermək; Şirkət daxilində informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramlarının hazırlanması və təkmilləşdirilməsi; Maarifləndirmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi; İnformasiya təhlükəsizliyi üzrə biliklər bazasının yaradılmasına və yenilənməsinə dəstək göstərmə Vəzifəyə olan tələblər: Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə); İnformasiya təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi; Beynəlxalq İnformasiya təhlükəsizliyi standartları (ISO/IEC 27000, PCI DSS və s.) və ən yaxşı təcrübələr haqqında biliklər; İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək və yeni biliklər əldə etmək istəyi; Sənədləşmə işlərinin aparılması, siyasət, prosedur, və korporativ standartların hazırlanması və yazılması üzrə təcrübə; Müasir təhlükələr, boşluqlar və mühafizə texnologiyaları barədə biliklər və bu sahədə təcrübə artırma bacarıqları; Təhlil və problemləri həll etmə bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti və dəqiqlik; ISO/IEC 27000, ISO/IEC 20000, PCI DSS standartları üzrə biliklər; Yuxarıda qeyd olunan standartların implementasiyası və ya auditində iştirak təcrübəsi (üstünlükdür). Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına cv-lərini göndərə bilərlər.Fed.az)

Azərbaycan Beynəlxalq Bankı - ABB işçi axtarır - VAKANSİYA

ABB ASC Əsas fəaliyyət göstəriciləri (KPI) şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi Son tarix 14 may 2025 -  Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.   “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın: Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı; beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı; rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti; peşəkar kollektivdə çalışmağın üstünlüyü; yüksək komanda ruhunda əməkdaşlıq; karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar; Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;  əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;   əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı; Bankdaxili aktiv sosial həyat. Görəcəyiniz işlər: Dövri əsasda fəaliyyət göstəricilərinin (KPİ) və onların nəticələri əsasında mükafatların hesablanması; Hesablanan əsas fəaliyyət göstəricilərinin nəticələrinin təhlili, təqdimatların hazırlanması və rəhbərliyə hesabatların verilməsi; Əsas fəaliyyət göstəriciləri üzrə hədəflərə dair təkliflərin verilməsi; İşçilərlə bağlı xərclərin analizi, büdcə icrasının proqnozlaşdırılması və nəticələrin dövri təhlili. Bizim üçün uyğun namizəd: Ali maliyyə və İqtisadi sahədə təhsil; ACCA sertifikatlarına sahib (F2, F3, F5, F7); MS office proqramları üzrə biliklərə malik; SQL, vizualizasiya proqramları və Excel bilikləri yüksək olan; Performance və menecment hesabatlıq sahəsində minimum 1 il təcrübəyə malik; Komandada iş bacarıqları olan; İnduktiv və analitik təhlil bacarığı olan; Yaradıcılıq və innovasiya bacarığı olan; Problemləri həll etmə bacarığı olan şəxsdir. Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et butonuna daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.Fed.az)

"Müharibə olmayacaq, sülh olacaq” - Paşinyan

Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və hətta yeni müharibəni proqnozlaşdıran bütün söhbətlərə cavab vermək istəyirəm. Müharibə üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin yolverilməzliyini tanıyıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib. “Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər. Müharibə olmayacaq, sülh olacaq”, - o bildirib.

Bu ilin ilk iki ayında 7741 nikah, 3414 boşanma qeydə alınıb

2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7741 nikah və 3414 boşanma halları qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,7-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Leysan, 11 dərəcə şaxta - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidməti aprelin 15-i saat 10:00-a olan faktiki havanı açıqlayıb. Sozcu.az xəbər verir ki, gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir. Düşən yağıntının miqdarı Beyləqanda 23 mm (aylıq normanın 75 %-i), Ağdamda 19 mm (aylıq normanın 39 %-i), Zərdab, Göyçay, Quba və Lerikdə 18 mm (aylıq normanın 25-58%-i), Xaltanda 17 mm (aylıq normanın 24 %-i), Kürdəmir və Yardımlıda 16 mm (aylıq normanın 26-46 %-i) Oğuzda 14 mm (aylıq normanın 14 %-i), Sabirabad, Yevlax və Qəbələdə 12 mm (aylıq normanın 12-44 %-i), Şuşa, Ağsu, İsmayıllı və Şamaxıda 10 mm (aylıq normanın 10-15 %-i), Xaçmaz və Tərtərdə 9 mm (aylıq normanın 26-30 %-i), Altıağac, Şabran və İmişlidə 8 mm (aylıq normanın 11-27%-i), Şəki, Tovuz və Mingəçevirdə 7 mm (aylıq normanın 8-21 %-i), Qobustan, Goranboy, Şahbuz, Qəbələ, Naftalan və Lənkəranda 6 mm, Bərdə, Gəncə, Göygöl, Gədəbəy, Şəmkir, Daşkəsən, Astara, Biləsuvar, Qax, Zaqatala və Balakəndə 5 mm-dir. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm-dir, bu da aylıq normanın 26 %-ni təşkil edir. Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Xınalıqda 20, Qrızda (Quba) 16, Şahdağda 12, Kəlbəcərdə 5, Qusar və Laçında 4, Qubadlıda 3 sm-dir. Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şamaxıda 16, Qobustanda 18, Şahbuzda 19, Şahdağda 20, Culfada 24, Bakıda və Abşeron yarımadasında 27 m/s-yə çatır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 11, Naxçıvan MR-da 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.

Uşaqlar evdən niyə qaçır? - “Onun üçün artıq sığınacaq deyil, boğucu divarlardır”

Yeniyetmələrin itkin düşməsi və ya evdən qaçması hallarına dair xəbər lentlərində hər həftə məlumatlar görünür. Bir çoxları bu davranışın səbəbini valideynlərin münasibətlərində, ailədaxili konfliktlərdə axtarır. Digərləri mobil telefon, onlayn oyun  və filmlərin uşaqların psixologiyasına təsirini ön plana çəkir. Psixoloq Zeynəb Əyyubova “Yeni Sabah”a açıqlamısında bunu sadəcə bir sosial hadisə deyil, həm də ailə və psixoloji sistemdəki dərin çatların göstəricisi sayır. "Uşaqlar nə zaman evdən qaçır? Bu heç vaxt bircə səbəbdən qaynaqlanan hadisə olmur. Oxşar davranışlar çox zaman uzun müddət yığılan emosional boşluğun, anlaşılmamağın və bəzən də zorakılığın nəticəsidir. Uşaq evdə özünü eşidilməmiş, dəyərsiz, sıxılmış və ya təhlükədə hiss etdikdə, təbii ki, həmin mühiti tərk etməyə çalışır. Onun üçün ev artıq sığınacaq deyil, boğucu divarlardır. Əlbəttə, əsas səbəblərdən biri ailədaxili münasibətlərdir. Valideyn-uşaq arasında yaxın emosional bağın olmaması, uşağın fikirlərinə, hisslərinə hörmət edilməməsi, tənqid və təzyiqlərin çoxluğu uşağı evdən uzaqlaşdırır. Bəzən valideynlər uşağı sözəbaxan etmək üçün sərt metodlara üstünlük verirlər. Halbuki uşaqların duyğularını, ehtiyaclarını anlamaq və onları bir fərd kimi qəbul etmək vacibdir”. Z.Əyyubova qeyd edib ki, bu günün uşaqları virtual aləmdə özlərinə yeni “dünyalar” qururlar: “Onlayn oyunlar, sosial şəbəkələr və izlədikləri filmlər onlara başqa həyat tərzlərinin, sərbəstliyin, sərgüzəştlərin mümkün olduğunu göstərir. Reallıqda tapa bilmədiklərini bu platformalarda gördükdə, o dünyaya daha çox bağlanırlar. Bu da onları evdəki reallıqdan uzaqlaşdırır. Amma bütün günahı texnologiyaya atmaq ədalətli deyil. Uşağın nə üçün virtual aləmə meyil göstərdiyini anlamadan bu problem həll olunmaz. Uşaq texnologiyaya qaçırsa, deməli real həyatda onun qaça biləcəyi bir narahatlıq var. Oyunlar və sosial media sadəcə vasitədir. Əsas səbəb yenə də emosional ehtiyacların ödənilməməsidir. Nəticə olaraq, uşaqlar evdən qaçmır. Onlar sadəcə sığınacaq, anlaşılmaq, azad nəfəs almaq üçün özünə yer axtarır. Valideynlər öz uşaqları ilə güclü və açıq münasibət qurmağı, onları dinləməyi, sevgi və şəfqətlə yanaşmağı öyrənməlidirlər. Uşağa sərbəstlik vermək, amma bu sərbəstliyi məsuliyyətlə müşayiət etmək çox önəmlidir. Yeniyetmənin ən çox ehtiyac duyduğu şey anlayış, dəstək və qəbul edilməkdir. Bunlar yoxdursa, uşaq harada olursa-olsun, orada qalmaq istəməyəcək. Təhlükəsizlik hissi ailədən başlamalıdır. Əgər evdə yoxdursa, uşaq onu başqa yerdə axtaracaq”.

Tanınmış hüquqşünas faciəli şəkildə həlak oldu

Azərbaycanın tanınmış hüquqşünası Elçin Namazov Bosniyada faciəli şəkildə həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə jurnalist Rövşən Hacıbəyli məlumat yayıb. 2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə E.Namazov vəkillikdən uzaqlaşdırılmışdı. Allah rəhmət eləsin.

Bakıda 18 yaşlı oğlan atasının silahı ilə özünü öldürdü

Bakıda dəhşətli intihar hadisəsi olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. 18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb. Evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq götürülüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Hər gün gördüm əzrayılın üzünü

Duyğu, vicdan çəki ilə ölçülməz, Tanrı vermiş bu həyata bir düzən,  Yollar çoxdur  sıldırımli, keçilməz, Həyat yolu gərək ola düz-düzən.  Uca daglar qar altında dayanmaz, Əritdikcə  suyu  daşdan keçirər,  Xəstə ürək sakit sakit vuranmaz, Qan dövr edə beyin, başdan keçirə.  Qəlbdə nisgil, dağda duman, çən yaşar, Xain xoflu, düşmən şərin içində.  Quşlar uçar, göydə süzər, şən yaşar, Şeytan xislət  şər zəhərin içində. Baxça bağın gül çiçəyi göz oxşar, Qurdlar, quşlar ləçəyinə salar, iz.  Söz var dərin məna verər, söz oxşar, Söz var ali, sözlər də var, saf təmiz. Zakir deyər daim sözün düzünü, Bu dünyada düzə zaval olar tez.  Hər gün gördüm əzrayılın üzünü, Pislər qalar, yaxşıları  alar tez . Zakir İsmayil

Meteohəssas insanlara pis xəbər

Abşeron yarımadasında aprelin 15-də küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. Yağıntı aprel ayının 17-dək davam edəcək.

Alışanın cinayət işi: O, məhkəməyə məcburi gətiriləcək

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər iştirak etməyib. Bildirilib ki, zərərçəkən Babək Məmmədzadə ölkə xaricindədir. Ona görə də prosesdə iştirak edə bilmir. Hakim zərərçəkən barədə məcburi gətirilmə ilə bağlı qərar çıxarılmasının zəruri olduğunu deyib. Həmçinin, prosesdə zərərçəkən Yadigar İsrafilov barədə məcburi gətirilmə qərarı çıxarılıb. Növbəti proses aprelin 24-nə təyin olunub. Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar. İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib. Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir. Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir. O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur. Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

Kəlbəcərdə həlak olan hərbçi xanım cavan oğlunu itiribmiş… - Foto

Kəlbəcər rayonunda qəzaya düşərək, həlak olduğu bildirilən İlahə Rəsul qızı Şahverdiyevanın ötən ilin yazında cavan oğlu da dünyasını dəyişib. Sozcu.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə İ.Şahverdiyeva ötən ilin mayında sosial şəbəkədə paylaşım edib. “Sənsiz yaşamaq cəhənnəmdə yaşamaqdı, mən bu dünyada cəhənnəmdə yaşadım, sən cənnətdə ol, ömrümün bəzəyi oğlum. Sən ananın cənnətisən. Mən səndən ayri yaşamaq istəmirəm, canım oğlum..”, – deyə o, oğlunun fotosunu paylaşaraq yazıb. Qeyd edək ki, bu gün “Nissan Pathfinder” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyevanın həlak olduğu bildirilir. Hadisə ilə bağlı İ.Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyev bildirib ki, İlahə Şahverdiyeva hərbi hissələrdən birində aşpaz kimi çalışırmış. Onun dediyinə görə, xanım hərbçi qəzadan sonra Gəncəyə hospitala aparılıb. “Biz də yeni xəbər tutmuşuq. Bizə onun ölmədiyini, vəziyyətinin ağır olduğunu bildiriblər. Gəncəyə hospitala aparıblar. Biz də oraya gedirik”, – deyə İ.Şahverdiyevanın əmisi oğlu A.Şahverdiyev bildirib. Qeyd edək ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı, Birinci Qarabağ müharibəsi şəhidi Rəsil Şahverdiyevin qızıdır.

Astarada 3-cü sinif şagirdi itkin düşdü

Astarada 3-cü sinif şagirdi itkin düşüb. Sozcu.az APA-ya istinadən məlumat verir ki, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir. Faktla bağlı polisə məlumat verilib.

Küləkli havaya dair sarı və narıncı XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb. Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Mingəçevir, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Naxçıvana daşınan yüklər Mehridən hansı prinsiplə keçəcək?

Azərbaycandan qatarla daşınan yüklər Ermənistanda yoxlanılmayacaq. Bu məhsulların bəyannaməsi Azərbaycanın özündə qeyd olunacaq və Mehridən keçərək, maneəsiz şəkildə Naxçıvana aparılacaq. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni şərhçi David Sərkisyan deyib. Onun sözlərinə görə, Antalya Demokratiya Forumunda səslənən fikirlər də bunu təsdiq edir. D.Sərkisyan iddia edir ki, Ermənistanın daşınan malları nəzərdən keçirməsi qadağan ediləcəyi üçün Azərbaycan Naxçıvana istədiyi yükü daşıya biləcək.

Ağdamda 35 yaşlı kişi faciəvi şəkildə öldü

Ağdamda 35 yaşlı kişi dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə Birinci Dördyol qəsəbəsində qeydə alınıb. Belə ki, həmin qəsəbədə yaşayan Kəlbəcər rayonunun Zülfüqarlı kənd sakini, 1990-cı il təvəllüdlü Niyaməddin Nizami oğlu Bayramov evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Prezident təsdiqlədi: onların təhsil haqqını dövlət ödəyəcək

Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliyi təsdiqləyib. Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib. Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.

Xəzərlə bağlı şok xəbərdarlıq: Bulvar yoxa çıxacaq...

Lids Universitetinin britaniyalı alimlərinin araşdırmalarına görə, hətta qlobal istiləşmənin ən əlverişli ssenarisində (+2°C) belə, cari əsrin sonunda Xəzər dənizinin səviyyəsi 5-10 metr aşağı düşə bilər. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, alimlər iddia ediblər ki, ən pessimist proqnoz doğru olarsa, eniş 21 metr olacaq. Bu perspektiv 15 milyona yaxın insanın yaşadığı bütün region üçün genişmiqyaslı ekoloji fəlakət vəd edir. Elmi araşdırmanın nəticələri “Communications Earth & Environment” (CEE) jurnalında dərc olunub. Planetin ən böyük endoreik su hövzəsi olan Xəzər dənizi unikal ekosistemin saxlanmasında əsas rol oynayır. Xəzər suitisi, ağcaqayın, ulduz nərə balıqları və bir çox digər endemik növlərin məskəni kimi xidmət edir. Hesablamalar göstərib ki, temperaturun minimal artması ilə dənizin su səthinin sahəsi 112 min kvadrat kilometr azala bilər ki, bu da İslandiya kimi bir ölkənin ərazisindən böyükdür. Ekoloji və iqtisadi cəhətdən ən qiymətli torpaqların çoxu dayaz sularda yerləşdiyinə görə belə dayazlaşma biomüxtəlifliyə və yerli əhalinin rifahına dağıdıcı təsir göstərə bilər. Xəzərin şimal sahillərinin sakinləri ən həssas olacaqlar, çünki balıqçılığın yoxa çıxması onları əsas gəlir mənbəyindən məhrum edəcək, sərt iqlim şəraiti isə alternativ iqtisadi fəaliyyətlərin, o cümlədən kənd təsərrüfatının inkişafını faktiki olaraq qeyri-mümkün edəcək. Üstəlik, Bakı və Aktau kimi iri liman şəhərləri yeni sahil zolağından onlarla kilometr aralıda yerləşə bilər ki, bu da regionda neft hasilatı üçün zəruri olan bütün logistik infrastrukturun köklü şəkildə yenidən qurulmasını tələb edəcək. Nəhayət, Aral faciəsi kimi Xəzərin dayazlaşması da dəniz dibindən duz və sənaye çirkləndiricilərinin yayılması nəticəsində yaranan zəhərli toz fırtınalarına səbəb ola bilər. Yekun olaraq, tədqiqatçılar gözlənilən fəlakətin təsirini yumşaltmaq üçün tədbirlər kimi qorunan ərazilərin yaradılmasını, biomüxtəlifliyin monitorinqinə aktiv investisiya qoyulmasını və sahilyanı iqtisadiyyatların şaxələndirilməsini qətiyyətlə tövsiyə edirlər.

Nazirlikdən qeyri-sabit hava ilə bağlı müraciət

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib. “Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - müraciətdə qeyd olunub.

Zelenski Trampı Ukraynaya dəvət etdi: “Gəlsin, baxsın”

Ukraynadakı müharibə Üçüncü Dünya müharibəsinə çevrilə bilər. Sozcu.az CBS News-a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski telekanala müsahibəsində deyib. "Əgər qətiyyət nümayiş etdirməsək, Putin irəliyə gedəcək. Bu, möhtəkirlik deyil, real təhlükədir. Onun əsas məqsədi Rusiya İmperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, məncə, vəziyyət dünya müharibəsinə çevrilə bilər". Ukrayna prezidenti vurğulayıb ki, dünyada heç kim üçün təhlükəsiz yer olmayacaq. Zelenski Rusiyanın hücumunun nəticələrini öz gözləri ilə görə bilməsi üçün Donald Trampın Ukraynaya səfərini görməkdən şad olacağını bildirib: "Mövqeyinizə hörmətlə yanaşırıq. Amma lütfən, hər hansı qərar, danışıqlar planından əvvəl gəlin və məhv edilmiş və ya ölən insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın". O əlavə edib ki, ABŞ bu müharibədə bitərəf qalmamalı və Tramp güclü dövlətin lideri kimi Ukraynanı dəstəkləməlidir.

Putin dərhal atəşkəsə razılaşmalıdır - Starmer

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Rusiyadan Ukraynadakı münaqişəni dərhal dayandırmağı tələb edib. Sozcu.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb. Siyasətçi Suma edilən hücumdan hiddətləndiyini bildirib. Eyni zamanda o, Ukrayna lideri Vladimir Zelenskinin artıq sülhə sadiqliyini nümayiş etdirdiyi qənaətində olduğunu bildirib. "Putin indi heç bir şərt olmadan tam və dərhal atəşkəsə razılaşmalıdır”, - deyə Starmer qeyd edib. Qeyd edək ki, bu gün Rusiya Ukraynanın Sum şəhərinə raket zərbələri endirib. İndiyə qədər olan məlumata görə, zərbələr nəticəsində 31 nəfər ölüb, 84 nəfər isə yaralanıb.

"Rusiyanın yay hücumu uğursuzluğa məhkumdur" - "The Telegraph"

"Ukraynanın dronlarla düşmən hədəflərinə dəqiq zərbələr endirmək qabiliyyəti Moskvanın irəliləyişini mümkünsüz edir..." Ukrayna Rusiyadan yeni genişmiqyaslı hücum gözlədiyi bir vaxtda, Moskva qoşunları Ukrayna mövqelərinə hücumlarını intensivləşdirir. Kiyev Rusiyanın növbəti böyük hücuma hazırlaşmaq üçün ehtiyat qüvvələr topladığını bildirir. Sozcu.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb. Lakin analitiklərin fikrincə, Vladimir Putinin mümkün sülh sazişindən əvvəl yeni əraziləri ələ keçirmək ambisiyalarının reallaşması çətin görünür. Səbəb Rusiya ordusunda çoxsaylı problemlər, zəif təşkilatçılıq və texnika çatışmazlığıdır. Hücumların tempi artır Müşahidəçilər bildiri ki, Rusiya qoşunlarının tank və zirehli texnika ehtiyatları demək olar ki, tükənib. Hətta kiçik taktiki uğurlar əldə olunsa belə, Rusiya bu uğurlardan məhdud resurslar səbəbilə istifadə edə bilməyəcək. Bundan əlavə, Ukraynanın dronlar vasitəsilə dəqiq zərbələr endirməsi Moskva üçün cəbhə xəttində böyük qüvvələr yerləşdirməyi çətinləşdirir ki, bu da genişmiqyaslı irəliləyişin mümkün olmadığını göstərir. Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo nəşrə deyib: "Hazırda Rusiyanın cəbhə xətti boyunca hər hansı irəliləyişi mümkün deyil. Rusiya cəbhədə böyük hərbi uğurlar əldə edə bilməyib, buna görə də, guya, böyük hərəkətlər və üstünlüklər varmış kimi təsəvvür yaratmaq istəyirlər. Biz ərazidə belə bir şey görmürük". Ötən ay prezident Vladimir Zelenski və G7 liderləri xəbərdarlıq edib ki, Rusiya xüsusilə Sumı və Xarkov istiqamətlərində yeni hücumlar planlaşdırır. Bu, Putinə gələcək danışıqlarda üstünlük qazandıra bilərdi. Çərşənbə günü Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski təsdiqləyib ki, hücum əməliyyatları artıq başlayıb, Rusiya hücumlarının intensivliyi xeyli artıb. Bu zaman Kiyev dünyada diqqəti Ukraynada baş verənlərə yönəltməkdə maraqlıdır, baxmayaraq ki, Donald Trumpın gündəmində sülh razılaşması yoxdur. "Hücumlar ciddi nəticə verməyəcək" Lakin Demokratiyaların Müdafiəsi Fondunun Rusiya proqramı üzrə direktor müavini Con Hardi əmindir ki, artan hücumlar mühüm nəticələr verməyəcək: "Gördüyümüz şey, sadəcə, hücumların tempində artımdır. Bu, çox kiçik miqyaslıdır. Onlar Ukrayna xəttində bir dəlik aça bilərlər, amma bu dəlikdən istifadə edib sürətli və əməli nəticə əldə edə bilməzlər". Təxminlərə görə, ən zəif nöqtə Sumı vilayətidir. Ukrayna ordusu burada qonşu Kursk bölgəsində Rusiyanın sürətli irəliləyişindən sonra yenidən qruplaşır. Kursk yaxınlığındakı döyüşlərdə iştirak etmiş ukraynalı hərbçi nəşrə bildirib ki, geriçəkilmə gecələr kiçik qruplar şəklində baş verib: "Çoxlu texnika orada qalıb", - o, deyib. Hardi qeyd edir ki, hücumlar əsasən texniki dəstəyi olmayan kiçik qruplar tərəfindən həyata keçirilir, çünki resurslar məhduddur. Təxminən 100 əsgərdən ibarət bölük ilə hücumlar nadir hallardandır. Ukrayna Rusiya müharibəsinə uyğunlaşıb Son bir ildə Rusiya təxminən 3000 tank, 9000 zirehli texnika və azı 13 000 artilleriya sistemi itirib. Hardi deyir: "Siz anbarlarda qalanlara, xüsusilə istifadə oluna biləcək texnikaya baxsanız, ehtiyatlar çox azalıb. Mən gözləyirəm ki, ilin sonuna qədər müharibəni davam etdirmək onlara çox çətin olacaq, tam tükənəcəklər". Rusiyanın üstünlüyü isə insan qüvvəsinin çoxluğudur. Putin bu yaxınlarda əlavə 160 min nəfərin orduya çağırılmasına dair fərman imzalayıb. Lakin Hardinin sözlərinə görə, bu çağırılanlara çox minimal-çox vaxt bir aydan az hazırlıq verilir. "Bu, Rusiyanın şüurlu qərarıdır- Ukraynaya təzyiqi davam etdirmək, bu əsgərləri "ət maşınına" atmaq və müharibə davam etdiyi müddətdə qüvvələrin keyfiyyətini artırmağa vaxt sərf etməmək". Hazırda Ukraynanın əsas vəzifəsi Rusiyanın çoxsaylı qoşunlarını bir məkanda toplamasının qarşısını almaqdır, çünki bu, müdafiə xəttinin yarılmasına səbəb ola bilər. Burada dronlardan istifadə həlledici rol oynayır. Hardi deyir ki, Ukrayna ən güclü dron bölmələrini genişləndirir və ümumilikdə pilotsuz sistemlərə güvənir ki, digər sahələrdəki çatışmazlıqları kompensasiya etsin. "Onlar Rusiyanın necə döyüşdüyünə yaxşı uyğunlaşıb", - ekspert bildirib.

Hakan Fidandan İsrailə ÇAĞIRIŞ

“Türkiyə Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmir”. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyənin Suriya ilə bağlı prioriteti sabitlikdir: “İsrail Suriyada təxribatlardan çəkinməlidir”. Nazir, həmçinin İsrailin uzun müddətdir Suriyada sabitliyə zərbə vurduğunu diqqətə çatdırıb.

Ersin Tatardan türk dövlətlərinə ÇAĞIRIŞ

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar türk dövlətlərinə ölkəsində səfirlik açmaları ilə bağlı çağırış edib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, bu barədə IV Antalya Diplomatiya Forumunda çıxışında deyib. E.Tatar bəzi türk dövlətlərinin Kiprin yunan hissəsini tanımaq cəhdlərinə münasibət bildirərək qeyd edib ki, bu, Avropa İttifaqının (Aİ) təlqinləri ilə həyata keçirilir: “Mən türk dövlətlərini eyni münasibəti Şimali Kiprlə də qurmasını istəyərdim”.

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

Rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının səhhətində problem yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı feysbuk hesabında paylaşım edib. Məlumata görə, Ə.Zeynallıya xərçəng diaqnozu qoyulub: “Əvəz Zeynallını təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. Nəticəsi bayramdan sonraya qaldı dedilər, biz də gözlədik. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” - bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qaraciyərinə yayılıb. Bu günlərdə “ximiya”ya başlayacaqlar”. Qeyd edək ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra cəzası iki ay azaldılıb.

130 ölkə ABŞ-la müzakirə aparır - Hassett

ABŞ-la əlaqə saxlayan və tarifləri müzakirə etmək istədiklərini bildirən ölkələrin sayı 130-a yüksəlib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett deyib. “Hazırda 130 ölkə bizimlə əlaqə saxlayıb və biz onlarla danışıqlar aparırıq. ABŞ bəzi ölkələr üçün idxal rüsumlarını 10%-ə endirib”, - Hassett bildirib.

Xəbərdarlıq: Bu tarixədək leysan yağacaq

Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xəbərdarlığa əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var. Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 17-dək davam edəcək.

Qəbələdə 53 yaşlı qadın dəm qazından öldü

Qəbələdə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Qəbələ rayonunda baş verib, hadisə nəticəsində rayon sakini 53 yaşlı Hacibalayeva Xatirə Məzahir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Aparılan bütün səylərə baxmayaraq şəxsin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Tramp onlara çağırış etdi: ABŞ-a qayıdın!

ABŞ Prezidenti Donald Tramp smartfonlar və kompüterlərə tətbiq olunan tarifləri 90 günlük ertələyəndən sonra texnologiya nəhənglərini istehsallarını ABŞ-a köçürməyə çağırır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt danışıb. "Prezident Tramp açıq şəkildə bildirib ki, Amerika yarımkeçiricilər, çiplər, smartfonlar və noutbuklar kimi həyati əhəmiyyətli texnologiyaların istehsalında Çinə arxalana bilməz", – deyə o bildirib. Onun sözlərinə görə, "Əpl", TSMC və "Nvidia" da daxil olmaqla dünyanın ən böyük texnologiya şirkətləri Trampın göstərişi ilə istehsallarını mümkün qədər tez ABŞ-a köçürməyə tələsirlər. CNN nəşri isə bildirir ki, smartfonlar, kompüterlər, monitorlar və müxtəlif detallara tətbiq olunan rüsumların ləğvi "Əpl" kimi texnologiya nəhəngləri üçün böyük xəbər ola bilər. Qeyd olunur ki, "Əpl" Ayfon istehsalı və yığımının təxminən 90%-ni Çində həyata keçirir.

Rusiyanın itkiləri 933 minə yaxınlaşır

Ukrayna müharibənin 1145-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 932 670 hərbçi, 10 603 ədəd tank, 22 088 ədəd zirehli döyüş maşını, 26 163 ədəd artilleriya sistemi, 1 362 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 128 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 43 950 ədəd avtomobil texnikası, 32 425 ədəd PUA, 3 145 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 799 xüsusi avadanlıq itirib.

Bu ərazilərə qar yağdı – Faktiki hava

Aprelin 13-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Şahbuzda 6, Zaqatala, Qaxda (Sarıbaş) 2, Naxçıvan, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Şəki, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar və Ağdamda 1 mm olub. Dağlıq ərazilərə - Şahdağ, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağıb. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Altıağacda 18, Şabranda 16 m/s-dək güclənib. Daşkəsən, Göygöl, Naftalan, Qax (Sarıbaş), Şəki, Zaqatala, Qobustan, Lerik və Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 9, Naxçıvan MR-da 8 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

Şuşa, Xankəndi və Xocalıda buraxılış imtahanı keçirildi

Bu gün Şuşa, Xankəndi və Xocalıda ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, işğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda Xankəndi şəhəri 4 N-li tam orta məktəbində 49 şagird, Xocalı şəhəri 1 N-li tam orta məktəbində 6 şagird, Şuşa şəhəri 1 N-li tam orta məktəbində isə 14 şagird buraxılış imtahanında iştirak edib. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunub. İşğaldan azad olunmuş rayonlardakı imtahanlardaümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.

Metyu Brayza artıq respublikaçılar arasında da Tramp əleyhinə səslərin qalxdığını vurğuladı...

Respublikaçı senatorlar arasında ABŞ prezidenti Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılmasının zəruriliyindən danışan səslər peyda olmağa başlayıb. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bunu "Ekspresso" kanalının efirində ABŞ dövlət katibinin keçmiş müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, eyni zamanda ABŞ-ın Azərbaycanadakı sabiq səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, artıq respublikaçılar arasında belə söhbətlər gedir, lakin hələlik bu, gerçəkdən Trampın səlahiyyətlərini məhdudlaşdırmaq üçün kifayət deyil. Hətta bəzi respublikaçı senatorların Trampın səlahiyyətlərinin məhdudlaşdırılmalı olduğunu və bu səlahiyyətlərin ABŞ Konqresinə qaytarılmasına ehtiyac olduğunu dediklərini eşitməyə başlayırıq.Lakin biz hələ də bu az sayda senatorun onun səlahiyyətlərini gerçəkdən məhdudlaşdıra bilməsindən çox uzağıq. Düşünürəm ki, ABŞ iqtisadiyyatının həqiqətən də böyük ziyana uğradığı aydınlaşdıqda, Trampın tarif siyasətinin və qlobal ticarət müharibəsinin çılğınlığından geri çəkiləcəyini görəcəyik və biz bunu artıq ABŞ fond bazarlarında azalma ilə müşahidə edirik. Və düşünürəm ki, biz getdikcə daha çox Amerika şirkətlərinin investisiya qərarlarını və inkişaf planlarını təxirə salacaqlarını söyləyəcəklərini görəcəyik ki, bu da iqtisadiyyatda ləngiməyə gətirib çıxaracaq,” - Brayza izah edib. Onun sözlərinə görə, ticarət müharibəsinin nəticələri aydınlaşdıqdan sonra Ağ Ev öz siyasətini dəyişəcək. Amma hətta siyasət dəyişikliyi də Donald Tramp administrasiyasının siyasəti nəticəsində yaranacaq böyük itkilərin qarşısını ala bilməz. "Bu, staqflyasiyaya gətirib çıxaracaq - 1970-ci illərdə ABŞ-da olduğu kimi, aşağı artımla yüksək inflyasiya. Yaponiya bunu 1990-cı illərdə yaşadı. Görünür, ABŞ iqtisadiyyatı da eyni istiqamətdə gedir. Və biz bu iqtisadi fəlakətə düşdükdən sonra düşünürəm ki, Trampın ticarət müharibəsindən geri çəkilməkdən başqa çarəsi qalmayacaq. Lakin bu, böyük iqtisadi zərər və ABŞ-ın hüquq sistemini sarsıtmaq üçün potensial cəhdlər bahasına olacaq”, - o, əlavə edib. Brayza əmindir ki, Donald Tramp hələ də ABŞ qanunverici sistemini pozmağa çalışacaq. “Nəhayət, Tramp artıq ona qarşı çıxan aparıcı Amerika hüquq firmalarına təzyiq göstərməyə başlayıb və bu çox təhlükəlidir. Hər bir ölkədə olduğu kimi ABŞ-da da qanun müqəddəs olmalıdır. ABŞ-da hamı, hətta prezident də qanunlara tabe olmalıdır. Amma Tramp bu ənənəni aradan qaldırmağa çalışacaq”, - deyə keçmiş səfir yekunlaşdırıb.

Pekində qəribə xəbərdarlıq: Arıqlar küçəyə çıxmasın!

Çinin paytaxtı Pekində və ətraf bölgələrdə güclü fırtına təhlükəsi səbəbilə çəkisi 50 kiloqramadək olan insanlara küçəyə çıxmamaq tövsiyə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Pekin Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Bildirilib ki, küləyin sürəti saatda 150 kilometrə çata bilər ki, bu da çəkisi az olan insanları küləyin aparması riskini yaradır. Xəbərdarlıq Pekinlə yanaşı Hubey vilayətini və Tyanjin şəhərini də əhatə edir. Belə bir çağırış Çin paytaxtında son 10 ildə ilk dəfə edilir. Sinoptiklərin proqnozuna əsasən, bölgədə 17 ballıq şkala üzrə 11-13 ballıq güclü fırtına gözlənilir. Qurum sakinləri yüksək binaların, reklam lövhələrinin, müvəqqəti qurğuların və iri ağacların yaxınlığında dayanmamağa çağırıb.

Toylarda bu adət qadağan oluna bilər

Tez-tez yas mərasimləri ilə bağlı müzakirələr olur. Əsas vurğu israfçılığa yönəlir. Lakin toylarımızın acınacaqlı vəziyyətdə olduğu da istisna edilmir. Əksinə, toylarda daha çox israfçılığa yol verildiyi, lazımlı-lazımsız qidaların masaya düzüldüyü bildirilir. Pandemiya zamanı deyilirdi ki, həyat normala döndükdən sonra yəqin israfçılıq da azalar. Əksi oldu. Pandemiyadan sonra toy qiymətləri və israfçılıq daha da artdı. Bəs bunun qarşısı alına bilərmi? Hər hansı bir tədbir görülməsi mümkündürmü? Sozcu.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Gülşad Rüstəmova danışıb. “Doğrudan da toylarda israfçılığa çox yol verilir. Dinimiz də bizə israfçılığın olmamasını buyurur. Amma yaslarda məsələ bir az fərqlidir. Hər kəs əzizi üçün ehsan vermək istəyir. Şəxsən mən bu gün şəhid balamın tədbirlərində hər gələn adamın ehsandan dadmasını, rəhmət oxumasını istəyirəm. Biz şəhid anaları da belə mənəvi rahatlıq tapırıq. Amma onu da sizə deyim ki, Naxçıvanda keçirilən yaslarımızda qəti israfçılıq olmur”, - deputat bildirib. G.Rüstəmova deyib ki, əslində, yeyilməyən yeməklər süfrəyə qoyulmaya bilər: “Məsələn, 5-6 növ salat olacaqsa və onun çoxu yeyilməyəcəksə, elə bir qab salat olması daha yaxşıdır, 5-6 yemək növündənsə 2 cür yemək olsun. İnsanın mədəsi guya nə qədər qida qəbul edir ki?! Toya gedəndə bir dənə salatdan götürərik, bir növ də yemək əlavə edirik. Hər cür yeməyi süfrəyə düzəndə doğrudan da israfçılıq olur. Təki həmişə süfrələrimiz bol olsun, Azərbaycanımızda şad günlər keçirilsin, amma israfçılığa yol verilməsin. Anlayıram, hamı övladının xoş günündə belə şeylərlə rahatlıq tapır, bir söz deyə bilmərəm. Lakin israfçılığın olmamasına diqqət edilməlidir. Ən azından qalan yeməklər sonra ehtiyaclı kəslərə verilə bilər. Bununla bağlı tədbir görmək mümkündür”.

ABŞ-la İran razılığa gəldi: ikinci raund olacaq...

ABŞ-İran danışıqlarının ikinci mərhələsi aprelin 19-da keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı məlumat verib. O bildirib ki, Omanda ikinci raundun növbəti həftənin şənbə günü keçirilməsi barədə razılıq əldə edilib. Arakçı bildirib ki, tərəflər danışıqlar naminə danışıqlar aparmaq istəmirlər. Xatırladaq ki, bu gün Omanda ABŞ və İran arasında nüvə proqramına dair danışıqlar keçirilib.

"Whatsapp"da problem yarandı

"Whatsapp" ani mesajlaşma tətbiqinin işində problem yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə “Downdetector”da məlumat yayılıb. Belə ki, mesencerin işindəki problemlərlə bağlı yüzlərlə şikayət daxil olub. Bildirilir ki, istifadəçilər mesaj göndərməkdə çətinliklərlə üzləşirlər.  "WhatsApp"da problemlər yaranıb. İstifadəçilərin 90%-dən çoxu mesaj göndərməkdə çətinliklərlə üzləşirlər. Həmçinin mesajların alınması və tətbiqlə bağlı da şikayətlər var.

Azərbaycanda gün ərzində ikinci zəlzələ oldu

Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib. Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, təkanların ocağı 3 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Prezident Avropa Şurasının baş katibi ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bu müəllimlər də sertifikasiyadan olunsunlar! - TƏKLİF

Sosial şəbəkələrdə uşaq yaradıcılıq mərkəzlərində çalışan müəllimlərin də sertifikasiya prosesə cəlb ediləcəyi ilə bağlı iddialar yayılıb. Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, bu məsələyə birtərəfli baxılmamalıdır: “Uşaq yaradıcılıq mərkəzlərinin hamısı vaxtilə təhsil müəssisələri idi. İdman məktəbləri, şahmat məktəbləri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Orta məktəbdə rastlaşdığımız neqativ hallar həmin mərkəzlərdə də var. Orada da bəzi əməkdaşlar vaxtilə hansısa yollarla işə düzəliblər. Onların inkişafı, yoxlanılması ilə bağlı heç bir fəaliyyət həyata keçirilməyib. Elm və Təhsil Nazirliyinin səlahiyyəti var ki, öz əməkdaşlarını yoxlasın. Çünki həmin şəxslərin əmək haqqı dövlətin büdcəsindən ödənilir. Həmin şəxslər tutduqları vəzifəyə uyğun deyillərsə, dövlət büdcəsini talamış sayılırlar. Biz məsələyə bu cür baxmalıyıq. Əgər bir nəfərin yerinə 5 nəfər uyğun olmayan şəxs işləyirsə, onları azad edək, həmin uyğun olan bir nəfərə də yüksək əmək haqqı verək. Bu məsələ digər məktəblərin sertifikatlaşdırılmasının yanında kölgədə qalır. Bu proses artıq gecikir. “Bu yaxınlarda Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərdə imtahanlar keçirildi. Gördünüzmü necə biabırçılıq ortaya çıxdı. Həmin insanlar da vaxtilə hansısa yollarlasa bu müəssisələrə doluşublar. Həmin şəxslər dövlət büdcəsini dağıtmaqla məşğuldurlar. Ona görə də, bu sahədə də sertifikatlaşdırma prosesinin zamanıdır. Gələcək bizdən tələb edir ki, büdcəmizi daha səmərəli və effektiv istidadə edək. Ona görə də cəmiyyət olaraq bu məsələlərin qarşısında durmamalı, dəstəkləməliyik”, - R.Dünyamalıyev qeyd edib.

Sinif yoldaşını bıçaqlayan şəxs saxlanıldı

Gəncə şəhəri Cavad Xan qəsəbəsində sinif yoldaşına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, mübahisə zəminində şəhər sakini 34 yaşlı Rəşad Nəsrullayevə bıçaqla xəsarət yetirən Seymur İsmayılov saxlanılaraq istintaqa cəlb edilib. R. Nəsrullayevin vəziyyətinin orta ağır olduğu bildirilib. Faktla bağlı araşdırma davam edir.

Azərbaycanda vəzifəli şəxs işdə öldü

Beyləqanda vəzifəli şəxs iş başında ölüb. Hadisə 8 saylı ərazi vergi idarəsində baş verib. Burada kiçik vergi xidməti müşaviri işləyən Ağcabədi şəhər sakini 64 yaşlı Arif Qasım oğlu Qasımlı infarktdan ölüb. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (lent.az)

Eyni şirkət, eyni markalı maşın, bənzər qəza: “Əsas məsuliyyət şirkətin üzərinə düşür”

Heydər Əliyev prospektində "JAC” markalı (BYD şirkəti - red.) avtomobilin sayca 3-cü qəzası baş verib. Bir xaric olmaqla, bu qəzaların eyni prospektdə və oxşar qızası, üstəlik, “Bolt” taksi xidmətinə məxsus olması müəyyən şübhələr və ehtimallar yaradıb. Mövzu ilə bağlı "Yeni Sabah" danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, məsuliyyəti birbaşa taksi şirkətlərinin üzərinə atıb:  “Öncə ondan başlayaq ki, avtomobilin məsələyə heç bir aidiyyəti yoxdur. Tam standarta uyğun nəqliyyat vasitəsidir. Əvvəllər, adətən, “Toyota Prius”ları adı daha çox hallanırdı, indi onları “BYD”lər əvəz edib. Bu nəqliyyat vasitələri, yəqin ki, taksi fəaliyyətində özlərini doğrultduğuna göə şirkətlər məhz həmin maşınlara üstünlük verirlər. Odur ki, əsas yük taksi şirkətlərinin üzərinə düşür. Sürücülərin iş rejimi, onlar avtomobilin sükanına oturmazdan öncə tibbi yoxlanışdan keçməsi, qeydiyyatda olan şəxsin nəqliyyat vasitəsini idarə etməsi məhz şirkətinin məsuliyyətindədir. Bütün hallarda, maşın kimə etibar olunursa, sima kimi şirkət cavabdehdir. İkincisi, klaviatura arxasında oturub, sosial şəbəkədə özünü qəhrəman hesab edənlər anlasınlar ki, onların özlərinin də məsuliyyəti var. Ən azı istifadəçi olaraq, sifariş etdiyimiz nəqliyyat vasitəsinin sürücüsü, maşının markası və digər məlumatlar tətbiqdə göstərilir. Bunlar uyğun olmadıqda, həmin nəqliyyat vasitəsinə oturmağın heç bir mənası yoxdur. Vətəndaşlar bu məsələyə ciddi yanaşmalıdır”. Ekspert qeyd edib ki, belə halların tez-tez baş verməsi taksi şirkətinin fəaliyyətinə xitam verilməsi ilə nəticələnə bilər: “Əsas məsuliyyət birmənalı olaraq, şirkətin üzərindədir. Buna nəzarət edən qurum Dövlət Yol Polis İdarəsidir. Onlar da mütəmadi olaraq reydlər keçirməlidir. Doğrudur, bunu müəyyən etmək nəzarət edən qurum üçün çox çətindir. Söhbət insan həyatından gedir. İnsanlar ödənişini etdiyi halda, qəzalarla rastlaşır. Bu kimi hallarda, əlbəttə, hər hansı taksi şirkəti ilə bağlı müəyyən tədbirlər görmək olar. Bir neçə xəbərdarlıqdan sonra aydın məsələdir ki, cərimələr və məhdudiyyətlərin tətbiq olunması ilə yanaşı, şirkətin fəaliyyətinə xitam da verilə bilər. Bu kimi qəzalar insan həyatı, xəsarət və maddi baxımdan yol infrastrukturuna dəyən ziyandır. Hər halda şirkətlər taksi fəaliyyətində məsuliyyətin altına giribsə, nəzarəti də yerinə yetirməlidir. Bunun başqa yolu yoxdur”.

Abşeronda əməliyyat: axtarışda olan 36 nəfər saxlanıldı

Abşeron Rayon Polis İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu polis bölmələrinin əməkdaşları hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirib. Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, “isti izlərlə” 37 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb. Həmçinin Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib. Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.

Qubada torpaq sürüşməsi: kəndin əsas yolu bağlandı

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub. Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır. Qeyd edək ki, uzun illərdir Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüsməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək, ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.

Kanaldan meyiti tapılan şəxsin oğlu da fəciəli şəkildə ölüb

10:58 İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb. Sozcu.az xəbər verir ki, meyiti tapılan şəxsin 1955-ci il təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Misirxan Nəsirov olduğu bildirilib. Meyit kəndin su keçidində aşkarlanıb. Qeyd edək ki, meyiti tapılan şəxsin psixoloji problemləri olduğu vurğulanır. *** Tircan kəndində su kanalından meyiti tapılan şəxs neçə gün idi ki yoxa çıxmışdı. Bu barədə Oxu.az-a kənd sakini məlumat verib. "Misirxanın bir oğlu, bir qızı vardı. Bir neçə il əvvəl oğlu təxminən 22-23 yaşında arı sancması nəticəsində həyatını itirdi. Oğlanın allergiyası olduğuna görə arı sancması onun həyatına son qoydu. Qızı da ailəlidir. Misirxanın əvvəldən də əqli geriliyi var idi, amma oğlu rəhmətə gedəndən sonra vəziyyəti bir az da ağırlaşmışdı. Dünən axşam meyiti tapılıb. Hazırda məsciddədir. Az sonra dəfn olunacaq", - deyə sakin bildirib.

Sülh mümkün deyil: Kiyev bizə arxalana bilər

Rusiya sülhə hazır deyil. Sozcu.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib. “Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü nəzərə alsaq, etiraf etməliyik ki, Ukraynada sülhün əldə olunması yaxın gələcəkdə mümkünsüz görünür. Zəmanət veririk ki, Ukrayna bizim birgə hərbi dəstəyimizdən faydalanmağa davam edəcək. Rusiya başa düşməlidir ki, Ukrayna mübarizəni davam etdirməyə qadirdir və biz onu dəstəkləyəcəyik”, - Pistorius bildirib.

Aytac Ağazadə həbs edildi

12:15 “QHT işi” üzrə saxlanılan Aytac Ağazadənin barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanın təqdimatına baxılıb. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanın təqdimatı təmin olunub. Aytac Ağazadə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır. "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib. Binəqədi Rayon Məhkəməsi hər 3 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.

Qəzada yaralanan sürücünün vəziyyəti ağırdır: Əməliyyat olacaq

Aprelin 10-da Heydər Əliyev prospektində baş verən qəza nəticəsində xəsarət alan BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov və sərnişin Sevda Həşimovanın son vəziyyətləri açıqlanıb. Sabunçu Tibb Mərkəzindən verilən məlumata görə, sərnişin müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb. Sürücü Anar Nəcəfovun vəziyyəti isə orta ağırdır. Müalicəsi xəstəxanada davam etdirilir, yaxın günlərdə əməliyyat olunması nəzərdə tutulur.

Şəhid oğlundan atasına təsirli şeir: “Gəl bir dəfə dərdləşək” - VİDEO

11 aprel Birinci Qarabağ savaşının şəhidi Əhməd Məmmədovun şəhadətə yüksəlməsinin 31-ci il dönümüdür.  Sozcu.az xəbər verir ki, şəhidimiz 1959-cu il aprelin 1-də Cəbrayıl rayonunun Hacılı kəndində doğulub. 1965-ci ildə orta məktəbə gedib, 1975-ci ildə məktəbi bitirib. Əmək fəaliyyətinə Sumqayıtda Sintez kauçuk zavodunda başlayır.  1993-cü ildə Cəbrayılın işğalından sonra könüllü olaraq, Milli Ordu sıralarına qoşulur. Elə yaşadığı Sumqayıt batalyonuna yazılır. Ailəli, üç övladı olmasını ona deyib arxa cəhbədə qalmasını təklif edirlər. Lakin o heç kimi eşitmir, “Qarabağ kişilər yurdudur və Qarabağı da oranın kişiləri qorumalıdır” deyib inad edir.  O, Ağdamın  Papravənd, Çəmənli, Güllücə kəndləri ərazisində gedən döyüşlərdə iştirak edir. Döyüş yoldaşlarının söhbətlərinə görə, onun xüsusi hərbi bacarığı nəticəsində onlarla düşmən əsgəri məhv edilib.  11 aprel 1994-cü ildə Ağdam rayonunun Çəmənli, Güllücə, Gültəpə yüksəklikləri və kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüş zamanı üç güllə yarası alır, lakin döyüş yerini tərk etmir və qəhrəmancasına həlak olur. Əhməd Məmmədov Sumqayıt şəhərində dəfn edilib. Qeyd edək ki, Əhməd Məmmədov Unikal Media Qrupun baş redaktoru Zaur Əhmədin atasıdır. Jurnalist atasının şəhadətə ucalmasının 31-ci il dönümü ilə bağlı təsirli şeir yazıb. Həmin şeiri təqdim edirik:  GƏL BİR DƏFƏ DƏRDLƏŞƏK... Yoxluğun dağdan ağır, Varlığın əlyetişməz. Səninlə nə yaşadıq - ki, nə də yuxu görək. Ata oğluyla bir yol söhbətləşməz, dərdləşməz? Nə olar ki, vaxt elə, gəl bir dəfə dərdləşək. Sən ucadan ucasan!  Hərdən göyə baxıram,  Görən sən ordasanmı? O masmavi səmadan, O ağappaq buluddan görən çoxmu yuxarı? İmkan yoxmu enəsən bircə dəfə yanıma, bircə dəfə aşağı? İmkan yoxsa, ta neynək, Məni yanına çağır. O dupduru diyarda gəl bir dəfə dərdləşək. Hər xoş, hər acı gündə hüzuruna gəlirik,  Səf bağlayıb şəhidlər - sıra-sıra baş daşı. Hərə öz şəhidiylə söhbətləşir, danışır.  Nə qədər dindirsəm də, dinmir axı baş daşı… Daşı tök ətəyindən, bircə dəfə din, danış. Demirəm başqa yerdə, gəl elə bu müqəddəs xiyabanda dərdləşək. Əminəm özüm kimi: Rahatlıq tapan ruhun hey dolaşır Vətəndə -  gah şəhərə üz tutur, gah da baş çəkir kəndə.  Narahatlıq bitdi tay!   Daha düşmənlər gəzmir  uğrunda can verdiyin o gözəlim Vətəndə. bu gözəlim Vətəndə gəl bir dəfə dərdləşək.  Uşaqdım sən gedəndə - Cavandın sən gedəndə. Getmək zərurətəndi,  ölmək bədahətəndi,  ölümün ən gözəli  elə şəhadətəndi.  İnsafın olsun, ata, bir igid ömrü keçdi,  Daha mən də böyüyəm. Heç olmasa bir dəfə gəl üz-üzə əyləşək... Heç harda olmasa da,  aşağıda olmasa da,  yuxarıda olmasa da,  gəl yuxuda dərdləşək…

Universitetdən işdən çıxarılan qadın damarını kəsdi

Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə universitet binasında baş verib. 1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan verilən məlumata görə, sözügedən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Tovuz məktəbində şok hadisə: 5 şagird xəstəxanaya aparıldı

Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib. Qazax-Tovuz Regional Təhsil İdarəsindən Sozcu.az-a verilən məlumata görə, məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. “Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.  Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır” – məlumatda bildirilib.

Ərdoğan azərbaycanlı alimi vəzifədən ÇIXARDI

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlar açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumat "Rəsmi Qəzet"də dərc olunub. Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlarda indiyə kimi bu qurumda yer alan azərbaycanlı alim - professor Aygün Attarın adı yoxdur. Xatırladaq ki, Aygün Attar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 fevral 2021-ci il tarixli əmri ilə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilmişdi. Professor Aygün Attar daha əvvəl Türkiyədə Giresun Universitetinin rektoru olub. Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinat almadığını Aygün Attarın özü də təsdiqləyib.

"Atamın epilepsiyası tutub" - Taksi sürücüsünün oğlu

Xəbər verdiyimiz kimi, Bakıda taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov metronun "Bakmil" stansiyası yaxınlığından sərnişin götürərək yüksək sürətlə hərəkət edib. O, avtomobili əvvəlcə körpünün beton dirəklərinə çırpıb, daha sonra isə prospektin əsas hissəsinə düşüb. Sozcu.az xəbər verir ki, onun oğlu Elvin Nəcəfovun sözlərinə görə, atasının sudurqa xəstəliyi var. Hadisə baş verən zaman onun sudurqası tutub və bu, qəzaya səbəb olub. "Atam Nəcəfov Anarın sudurqası var, sükan arxasında olarkən sudurqası tutub, qəza bu səbəbdən baş verib.Atam Sabunçu xəstəxanasındadır, vəziyyəti ağırdır, iki ayağı da sınıb.Evimizin tək çörək gətirəni atamdır. Atamın ayağındakı elektron qandal isə banka olan borcumuzu ödəyə bilmədiyimiz üçün məhkəmə qərarı ilə vurulub.Xahiş edirəm, kimin nəyə gücü çatsa, bizə kömək edin. 4098 5844 6019 9662ş Leo Bank. Oğlu: Nəcəfov Elvin", - deyə o qeyd edib.

“Bilmirsən, sabah işin olacaq, ya olmayacaq, maaş ala biləcəksən, ya bilməyəcəksən”

“Çox güman ki, birinci rübün nəticəsinə görə, artıq defisitlə üzləşə bilərik. Çünki neftin istehsalı və ixracı azalır”. Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib. O qeyd edib ki, neft qiymətlərinin aqibəti dünyada baş verəcək hadisələrdən asılı olaraq formalaşacaq: “Hədd deyərkən 2 məsələyə nəzər yetirməliyik: ticarət dövriyyəsi və büdcə gəliri. Ticarət dövriyyəsində artıq yanvarda müsbət saldo 25 milyon dolları bir qədər keçmişdi. Çox güman ki, birinci rübün nəticəsinə görə, artıq defisitlə üzləşə bilərik. Çünki neftin istehsalı və ixracı azalır. O ki qaldı neft gəlirlərinə, aprelin 2-dən sonra neftin qiyməti enmə nümayiş etdirir. Artıq 6 gündür ki, 1 barrel neft 70 dollardan aşağıdır. Bu, ümumən çox cüzi bir zaman kəsiyidir. Hələlik ciddi fikir yürütməyə və təşfişə əsas yoxdur. ÜStəlik, hələ hökumət birinci rübü necə başa vurduğunu açıqlamayıb. Cari ilin büdcəsi müzakirə olunarkən, Maliyyə Nazirliyi açıqlamışdı ki, neqatif 60, normal 65, pozitiv ssenari isə 70 dollardır. Büdcə məhz pozitiv göstəricilər əsasında tərtib edilmişdi. “Brend” markalı neftə əsaslansaq, qiymət birinci rübdə 75 dollardan bir qədər artıq idi. İkinci rübdə və ilin ikinci yarısında dünyada baş verə biləcək hadisələrdən çox şey asılıdır”.  Ekspert diqqətə çatdırıb ki, hazırda aktual olan “ticarət müharibələri” bazardakı vəziyyəti mürəkkəbləşdirir: “Heç kim “ticarət müharibələri”nin bu dərəcəyə çatacağını proqnozlaşdırmırdı. Bunun ciddi fəsadları olacaq. Həmin fəsadlar ən az 6 ay sonra tam üzə çıxacaq. Çox mürəkkəb bir dövrdə yaşayırıq. Proqnoz edilən və edilməyən hər bir ssenariyə hazır olmaq lazımdır. İstər hökumət, istərsə də vətəndaşlar özlərinin xərclərində, ailə büdcəsinin formalaşdırılmasında hər bir şeyi nəzərə almalıdırlar ki, onun neqativ təsirlərini yumşaltmaq mümkün olsun. Yoxsa bu cür şəraitdə bankların, yaxud digər qurumların boş vədlərinə inanıb kreditləşməni artırmaq, borclanmaq düzgün deyil. Bilmirsən, sabah işin olacaq, ya olmayacaq,  istədiyin maaşı ala biləcəksən, ya bilməyəcəksən”.

Şərurda 36 yaşlı kişi faciəvi şəkildə öldü

Şərur rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Yuxarı Yaycı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Rahib Valeh oğlu Əliyev elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

Oğuzda ağır qəza - 4 müəllim yaralandı

Bu gün Oğuz rayonu Qarabulaq kəndində yol qəzası baş verib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Söyüdlü kəndinə gedən yolda 1989-cu il təvəllüdlü Leyla Rzayevanın idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə orta məktəb müəllimi olan sürücü və onun həmkarları - 1977-ci il təvəllüdlü Aynurə Sərkərova, 1987-ci il təvəllüdlü ⁠Nuranə Rüstəmova və 1982-ci il təvəllüdlü ⁠Cəmalə İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.

Gəncə məktəbində insident: Şagirdlər müəllimə xəsarət yetirdi

Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb. Sozcu.az -ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb. Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb. Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib. Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

“Uçan” maşının sürücüsü - FOTO

Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəzadan sonra əks yola düşən avtomobilin sürücüsünün fotosu yayılıb. Sozcu.az ölkə.az-a istinadla xəbər verir ki, onun yüngül xəsarət aldığı, həyatı təhlükəsinin olmadığı bildirilir.

Azərbaycanda “Son zəng”lə bağlı qadağa olacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilməsi təkzib olunub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. "Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə "Son zəng"lə bağlı hər hansı təlimat göndərilməyib", - deyə məlumatda bildirilir.

Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edir

Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Sozcu.az xəbər verir ki, proses bu gün Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçiriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır. Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Bu gün keçirilən prosesdə təqsirləndirilən şəxslərə suallar veriləcək. Xatırladaq ki, ötən iclasda təqsirləndirilən şəxslər azərbaycanlılara qarşı cinayətlər törətdiklərini etiraf ediblər. Həmçinin vaxtı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə silahların Ermənistandan gətirilməsinə dair açıqlamalar verilib. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir. Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb. Məhkəmədə dövlət ittihamını müdafiə edən şəxslər aşağıdakılardır: Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev. Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova. Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar. Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib. Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir. Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir. Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

ABŞ-la görüş bu tarixdə ola bilər - Zelenski

Ukrayna münaqişəsinin nizamlanması məsələsinə dair Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü gələn həftə baş tuta bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşündə deyib. “Düşünürük ki, amerikalılarla görüşümüz gələn həftə ola bilər”, - o bildirib.

81 yaşlı qadın dərəyə yıxılaraq öldü

Gədəbəy rayonunda ahıl qadın dərəyə yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, Gədəbəy rayon sakini, 81 yaşlı Z.Hüseynova İnəkboğan kənd ərazisindəki dərəyə yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Sabirabadda güclü yanğın: 5 nəfər xəsarət aldı

09:10 Sabirabadda 3 otaqlı ev yanıb. Bu barədə Sozcu.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda temperatur 8 dərəcəyə düşdü

Ölkənin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat evrilib. Bildirilib ki, qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Daşkəsən, Şəki və Şərurda 20, Culfada 18, Kəlbəcərdə 15 m/s-dək güclənib. Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 15, Şəkidə 12, Zaqatala və Balakəndə 11, Şahdağda 9, Astara və Daşkəsəndə 8, Lerik, Gədəbəy, Yardımlı, Göygöl, Şahbuz, Xaltan, Gəncə, Kəlbəcər, Şəmkir, Tovuz, Oğuz, Mingəçevir, Sədərək, Ceyrançöl, Lənkəran, Quba, Naftalan, İsmayıllı, Ağstafa, Bərdə, Tərtər, Yevlax, Neftçala, Şərur, Göyçay, Sabirabad, Biləsuvar, Cəlilabad, Şuşa, Füzuli, Zəngilan, Laçın, Ağdam, Culfa, Ordubad, Altıağac, Goranboy və Naxçıvanda 7, Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Sumqayıt, Gədəbəy, Naftalan, Zaqatala, Şəki, Qəbələ, Qusar, Xaltan, Göyçay, Biləsuvar, Gəncə, Göygöl və Balakəndə duman müşahidə olunub. Dumanda görünüş 200-500 m-dək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 12, Naxçıvan MR-da 18, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

Sabah yağış yağacaq

Sabah, aprelin 10-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.

36 nəfər yararsız olduğu halda xidmətə çağırılıb...

Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb. Qeyd olunan dövrdə Baş Prokurorluq tərəfindən mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb. Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb. Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyindən, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyəti üzrə SHXÇDX-ə təqdim olunub. Sözügedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 1 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır. SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı Baş İdarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir, 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdimatlar göndərilib. Həkim-Məsləhət Komissiyalarının tərkibinə yenidən baxılması üçün də SHXÇDX-ə müraciət edilib. Qeyd edək ki, bu sahədə daha kəsərli tədbirlərin görülməsi nəticəsində Baş İdarədə 2023-cü ildə 23, 2024-cü ildə isə 49 material üzrə araşdırma aparılıb, ümumilikdə 6 əməliyyat-axtarış tədbiri həyata keçirilərək nəticədə 6 cinayət işi başlanaraq məhkəmələrə göndərilib. Həmçinin, 2023–2024-cü illər ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin vəzifəli şəxsləri barəsində 5 halda prokuror təsir tədbirləri tətbiq olunub. Ümumilikdə isə, 2023–2024-cü illər ərzində Baş İdarədə SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 13 cinayət işi istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.

İran İsraili məhv edəcək, sonra ABŞ üçün gələcək - Qrehem

İran altı atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Sozcu.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrehem deyib. “Onların altı bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uranı var. Onlar bundan istifadə edəcəklər. İran altı nüvə bombası hazırlamağa çox yaxındır. Onlar İsraili məhv edəcək, sonra da bizim üçün gələcəklər”, - Qrehem bildirib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1141-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 927 580 hərbçi, 10 576 ədəd tank, 22 021 ədəd zirehli döyüş maşını, 25 912 ədəd artilleriya sistemi, 1 359 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 127 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 43 345 ədəd avtomobil texnikası, 31 973 ədəd PUA, 3 145 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 792 xüsusi avadanlıq itirib.

Göyçədə mina partladı, bir erməni əsgər yaralandı

Dünən gecə Göyçə bölgəsində minanın partlaması nəticəsində bir əsgər yaralanıb. Sozcu.az xəbər verir ki. bu barədə “Hraparak” öz mənbəsinə istinadla məlumat yayıb. Bildirilib ki, erməni əsgər Vardenis sərhəd bölgəsində minaya düşüb. Yaralı əsgər İrəvana aparılıb. Ermənistan MN-dən bildirilib ki, N saylı hərbi hissəsinin minaya düşməsi nəticəsində yaralanan hərbçinin həyatı təhlükədə deyil, o, xəstəxananın tibbi heyətinin nəzarətindədir.

Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi, anası da...

Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır: "Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək". Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan faktı təsdiqləyiblər. Qeyd olunub ki, faktla başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.

İki çinli Donetskdə əsir düşdü - Çindən açıqlama

Çin Ukrayna münaqişəsində iştirak etmək üçün qoşun göndərməyib və ölkə hakimiyyəti öz vətəndaşlarından hərbi əməliyyatlarda iştirak etməməyi tələb edir. Sozcu.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Szyan deyib. “Çin hökuməti həmişə öz vətəndaşlarından Ukraynadakı silahlı münaqişə zonasından uzaq durmağı, hər hansı formada iştirakdan çəkinməyi tələb edib”, - Szyan bildirib. Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski Donetskdə əsir düşən iki çinli əsgərin görüntülərini paylaşmışdı.

Prezident: “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”

Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlət başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.

Donuz əti və araq

Şəriət qaydalarına görə,  müsəlmanlara donuz əti kimi spirtli içki də haramdı. Donuz ətini böyüklərimiz yeyə bilməz, uşaqlara da qadağan edirdilər. Fəqət niyəsə böyüklərimiz spirtli içki  qadağasına əməl etmirlər. Mən də bilmirəm niyə. Soruşacqsınız ki, nəyi!? - Həə deyim, siz də bilin. Nə hoqqadırsa bu spirtli içki ləzzətli bir zaddır. Zad dedim yadıma şey düşdü. Getmişdim Tanya xalagilə. Siz Tanya xalanı tanıyırsınız? Haradan tanıyacaqsınız?! Tanya xala mənim uşaqlığımdan çırpışdırdığım çox maraqlı bir adamdır. Adam deyirəm ha sizə, əli-ayağı düz, əyriliyi olmaz. Dili yalana yürüməz. Belə əməlli başlı adam kimi adamdır. Başlayım? - Uşaqlıqda başıma gələn əhvalatı deyirəm.    Gün o gün idi ki, Tanya  xala məni çağırdı. Dedi - "Get bizə çörək al". Gün o gün idi ki, isti göydən təpəmizə şığıyırdı. Futbol oynamaqdan gəlirdim. Nəfəsim təntimişdi. Aclıq da bir tərəfdən təntidirdi məni. Bilirsiniz nə fikirləşirdim? İsti çörəyin arasında şor nə gedər?!  - Hara? - Qarnıma! Bəh, bəh, bəh! Elə bu dəm Tanya xala yenə səsləndi:   - Gəl da, get, mənə çörək al, gətir!  Süfrələrimizdən spirtli içkilər əskik olmazdı. Qadağa nə qədər güclü olsa da donuz ətini nuş eləmək istəyi də bir o qədər güclü olardı. Bir neçə dəfə donuz əti və donuz ətindən hazırlanmış kolbasa yeməyə imkanım olsa da, böyüklərin qorxusundan bunu edə bilmirdim.  İndi sizə o məşəqətli gündən danışacağam. Qonşumuz Tanya xalanın qızartdığı donuz ətinin qoxusu ətrafa yayılanda ürəyimdə donuz əti yemək istəyi keçdi. Tanya xala Borya dayı ilə birlikdə yaşayırdılar. Əsilləri Ukraynadandı.  Hər ikisini valideyinləri ikinci dünya müharibəsində öldürülmüşdü. Yetim Tanya və Borya  Bakıda uşaq evində böyümüşdülər. Tale elə gətirmişdi ki, bu ikili elə Bakıdaca ailə qurub, bu şəhərdə yaşamağa başlamışdılar.  Tanya xala xəstəxanada tibb bacısı, Borya dayı isə zavodda elektrik işləyirdi. Uşaqları Ukraynada yaşadıqları üçün Tanya xala məni  tez-tez çağırıb, dükana ya da, bazara göndərirdi. Demək olar ki, günümün çox hissəsi onlarda keçirdi.  Evimizdəki elektrik cihazları, mətbəxdə və hamamda su kranları xarab olanda  onları Borya dayı təmir edirdi. Özü də təmənnasız. Bir sözlə mehriban qonşulardıq. Atamla Borya dayı gah biz də, gah da ki, onlarda süfrə arxasında oturar və araq içərdilər.  Atam araq içməsinə baxmayaraq donuz əti yeməzdi. Bir dəfə evə gəlirdim. Tanya  xalanın qızartdığı donuz  ətinin qoxusu ətrafa yayılmışdı. Ac olduğum üçün qızardılmış donuz ətinin qoxusu məni məst elədi. Elə bu dəm Tanya xala məni çağıraraq  çörək almaq üçün dükana  göndərdi. Mən çörəyi alıb onlara gələndə masanın üstündə kartofla birlikdə qızardılmış donuz əti, xüsusi ədviyyatla hazırlanmış donuz piyi tamahıma gəl-gəl, dedi. Məni yeməyə dəvət etdilər.   Mən süfrə arxasına keçib, oturdum. Süfrədəkli qızardılmış donuz ətinə həsrətlə baxdığımı görən Tanya xala mənim də qabıma qızardılmış kartof və donuz əti qoydu. Onsuz da heç kim bilməyəcəkdi deyə masanın üstündəki donuz ətindən hazırlanmış ədviyyatlanmış donuz piyindən də ləzzətlə yeyirdim ki, bu zaman  gözlənilmədən içəri daxil olan atam gətirdiyi bir şüşə arağı masanın üstünə qoydu.  Əvvəl fikir verməsə də, qəfil ağlı kəsdi ki, mən donuz əti yeyirəm. Birdən qəzəblə mənim qabağımdakı ətlə dolu boşqaba baxdı. Qorxumdan udduğum tikə boğazımda düyünləndi. Ancaq mən qorxduğumu hiss etdirmədim. Kirimişcə  evə gəlib heç kimə heç nə demədən atamın qayıtmasını,  cəzalandırılmağımı gözlədim. Çox keçmədi ki, atam evə gəldi. Onun gəlişiylə bərabər araq iyi evə yayıldı. Ayaq üstə güclə dururdu. Dili topuq vura-vura məni yanına çağıraraq –"Ə.ə.ə, Əclaf sən bilmirsən ki, donuz əti yeməyi dinimiz qadağan edib?”-  deyib,  üz-gözümü yumruqladı.  Bu zərbələrin təsirindən elə bildim ki, Borya dayı gildə yediyim donuz əti qana dönərək ağzımdan, burnumdan axıb sinəmə tökülürdü.  - Birtəhər nənəm məni atamın əlindən alıb, - dedi: "Bax, oğlum özün də bilirsən ki, donuz ətini yeməsəydin atan səni döyməzdi”.  Mən sual dolu nəzərlərlə atamı göstərərək nənəmin gözlərinə baxıb dedim:  - Nənə, bəs araq haram deyil?  Səhəri gün Tanya xala bizə gələndə mənim sifətimdəki göyərmiş yerləri gördü. Yazıq-yazıq üzümə baxıb dilləndi:  - Bağışla oğlum, belə olacağını gözləmirdim... O gün, bu gün, mən hər dəfə donuz ətini görəndə əlimi üzümə tuturam.  O məşum günü xatırlayıb, fikirə gedirəm. Bilirsiniz nə fikirləşirəm,  günah donuzda idi yoxsa araqda? Əbil Həsən

Övladını və qayınanasını itirən qadın intihara cəhd etdi

Mingəçevirdə müvəqqəti məskunlaşmış Kəlbəcər rayonunun Zar kəndindən olan ailənin yaşadığı faciələrə daha biri əlavə olunub. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl ailənin azyaşlı övladı avtomobil qəzasında həlak olmuş, bu ağır itkini qəbul edə bilməyən ata nənəsi “qəbrə nəvəmdən öncə çatıb onu qarşılamalıyam” deyərək intihar etmişdi. Həmin faciədən sonra sarsıntı keçirən azyaşlının anası, 1989-cu il təvəllüdlü Səadət Rəşid qızı Rzayeva bu gün intihara cəhd edib. Məlumata görə, qadın dərman preparatları qəbul edərək həyatına son qoymağa çalışıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 9-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə aprelin 9-12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Quba, Siyəzən, Şirvan, Astara, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Şabran, Xaçmaz, Biləsuvar, Salyan, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Göyçay, Cəlilabad, Masallı, Lənkəran, Göygöl, Füzuli, Qubadlı, Gədəbəy, Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı və Ağsuda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Gəncə, Naftalan, Mingəçevir, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Qobustan, Daşkəsən, Lerik, Yardımlı, Qusar, Xızı və Neftçalada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 9-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və fasilələrlə yağıntılı olacağı, yağışın ayrı-ayrı yerlərdə intensivləşəcəyi və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi seldən qorunmaq üçün sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"

Yağış yağır, güclü külək əsir - Faktiki hava

Aprelin 8-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Şərur, Ceyrançöl, Şəmkir, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Balakən, Qax, Zaqatala və Ağstafada arabir yağış yağır. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Goranboyda 27, Mingəçevir, Ağdam, Tərtər və Bərdədə 20, Naftalan və Yardımlıda 18, Kəlbəcər və Zəngilanda 17, Yevlax və Culfada 15, Xaltanda 14 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 26, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.

DİN-dən ÇAĞIRIŞ

Bir gündə vətəndaşların 66997 manatı bank kartlarından oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. Aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin.

İran edam sayına görə dünya lideridir

2024-cü ildə İranda 972 edam hökmünün icrası qeydə alınıb və bu, ötən il dünyada edam cəzalarının 64%-i deməkdir. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının bəyanatında deyilib. “İran hökuməti edam cəzasından etnik və dini azlıqlar və müxaliflərin susdurulması üçün vasitə kimi istifadə edir”, - bəyanatda bildirilib. 2024-cü ildə dünya üzrə ümumilikdə 1518 nəfər edam edilib və ən çox edam İran, İraq və Səudiyyə Ərəbistanında olub. Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, ötən il İranda edam edilənlərin sayı 1050 nəfərdir.

Şəhidin adını daşıyan küçə günlərdir işıqlandırılmır - Açıqlama

İyirmi günə yaxındır ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, şəhid Samir Xudiyev küçəsində axşamlar zülmət qaranlıq olur. Sozcu.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya sakinlər müraciət ediblər. Sözügedən küçənin bu problemdən öncəki fotosunu redaksiyamıza göndərən sakinlər bildiriblər ki, qəsəbədə nadir hallarda belə vəziyyət yaşanır. Lakin son 20 gündə həmin küçənin işıqlandırılması, ümumiyyətlə, dayandırılıb. Məsələ ilə bağlı Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, daxil olan müraciətdən sonra araşdırma aparılıb: “Müəyyən olunub ki, bir neçə gün öncə həmin ərazidə baş verən qəza ilə əlaqədar transformator xəttindəki işığın verilməsi “Azərişıq” ASC tərəfindən dayandırılıb. Hazırda hər iki qurum nümayəndələri ora cəlb olunub. İki qurumun birgə səyləri nəticəsində qəza aradan qaldırılır. Axşam saatlarında küçələrin işıqlandırılması bərpa ediləcək”. Qurumdan o da qeyd edilib ki, hazırda işığın verilməsində problem yaradan bu xətt bir müddət öncə Küçə İşıqları İdarəsinə xidmətə verilib. Daha öncə isə Bakı Abadlıq Xidmətində olub.

Yas mərasimində evin eyvanı uçdu - 8 nəfər YARALANDI

Göyçay rayonunda yas mərasimi zamanı evin eyvanının uçması nəticəsində 8 nəfər yaralanıb. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, aprelin 7-də saat 13:00 radələrində Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub. Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü 7 nəfərə (qadın) ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 09:28 Göyçayda yas mərasimində evin eyvanı uçub. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb. Belə ki, evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub.  Nəticədə, 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar. Araşdırma aparılır.

46 yaşlı fəhlənin üzərinə beton aşdı, öldü

Ceyranbatanda 46 yaşlı fəhlənin üzərinə beton aşması nəticəsində həyatını itirib. Sozcu.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən betonzavodda qeydə alınıb. 1979-cu il təvəllüdlü Saməddin Nurəddin oğlu Rüstəmov zavodda qaynaq işi görərkən onun üzərinə beton aşıb. Saməddin Rüstəmov elə hadisə yerindəcə həyatını itirib Faktla bağlı araşdırma aparılır

Yenə qaz olmayacaq

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar 08.04.2025-ci il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trampdan amerikalılara: Axmaq olmayın!

Axmaq olmayın. Zəif və axmaq insanlar üzərində qurulmuş yeni "Təşviş partiyası" olmayın. Güclü, cəsarətli və səbirli olun. Nəticə əzəmətli olacaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp amerikalılara müraciətində bildirib. Qeyd edək ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal olunan məhsullara rüsumlar tətbiq edib.

Babayandan etiraf: Saytlarımız bu domenlə qeydiyyata alınırdı

Təqsirləndirilən şəxs – David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən deyib ki, vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistan Respublikasının “.am” domeni ilə qeydiyyata alınıb. Sozcu.az xəbər verir ki, o, həmin veb-saytların təhlükəsizliyinin təmin edilməsi ilə vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə yaşayan erməni sakinlərin məşğul olduqlarını, yəni, onların Ermənistan Respublikasına aid saytlara müdaxilə etmək hüququnun olduğunu bildirib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Ukrayna ATƏT-in təcili iclasını çağırdı

Ukrayna Rusiyanın Krivoy Roqa raket zərbəsi endirməsi ilə əlaqədar ATƏT-in təcili iclasını çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın ATƏT-dəki nümayəndəsi Yuri Vitrenko məlumat verib. O, ATƏT-in növbədənkənar iclasının aprelin 8-də keçiriləcəyini bildirib. Qeyd edək ki, aprelin 4-də Rusiya Krivoy Roqa ballistik raketlərlə və PUA-larla hücum edib. Nəticədə xeyli sayda insan ölüb və yaralanıb.

Aprelin pensiyası nə vaxt ödəniləcək? - RƏSMİ

Hazırda müəyyən edilmiş qrafikə əsasən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, digər bölgələrdə isə pensiya ödənişləri 20-28-i aralığında ödənilir. Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Katibi Rəşad Mehdili Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, aprel ayının ödənişlərinin verilməsi barədə yaxın günlərdə məlumat veriləcək. "Əvvəlki aylarda olduğu kimi cari ayın pensiyası ay yekunlaşmadan bank kartlarına köçürüləcək". Qeyd edək ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.

Ermənistan mövqelərimizə atəş açdı - Ordumuz CAVAB VERDİ

Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Cəbrayılda həlak olan hərbçi Əsgər Musazadə Lənkəranda dəfn edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə ilə Lənkəran rayonunun Göyşaban kəndində keçirilən vida mərasimi başa çatıb. Sozcu.az report-a istinadən xəbər verir ki, Ə.Musazadə Göyşaban kənd qəbiristanlığında dəfn olunub.

2 gündə 3 hadisə: “Azərbaycanda hələ uzun illər minalar partlaycaq”

“Xarici İşlər Nazirliyinin son məlumatına görə, mina xəritələri ilə bağlı məlumatların cəmi 25 faizi həqiqəti əks etdirir. Yəni 75 faiz məlumat dəqiq və həqiqətə uyğun deyil. Bu o deməkdir ki, hələ uzun illər mina təhlükəsi ilə baş-başa qalacağıq”. Bu sözləri "Yeni Sabah"a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib. O qeyd edib ki, mina təhlükəsi uzun müddət davam edəcək: “Son günlər mina partlayışlarından faciələr baş verir. Mina bəlası hələ uzun illər davam edəcək. Nə qədər çalışsaq da, istər ANAMA, istərsə də güc strukturları təmsilçiləri bunun qarşısını tam almaqda acizdir. Çünki onlar elə basdırılıb ki, onların harada saxlanmasını hətta ermənilərin özləri də unudublar. Xarici İşlər Nazirliyinin son məlumatına görə, mina xəritələri ilə bağlı məlumatların cəmi 25 faizi həqiqəti əks etdirir. Yəni 75 faiz məlumat dəqiq və həqiqətə uyğun deyil. Bu o deməkdir ki, hələ uzun illər mina təhlükəsi ilə baş-başa qalacağıq.  İşğaldan azad edilmiş ərazilərə köçən insanlar son dərəcə diqqətli olmalıdır. 2023-cü ildəki antiterror əməliyyatından sonra 390 vətəndaşımız minaya düşüb. Onların arasında şəhid olan da var, ağır xəsarət alan da. Əksəriyyəti isə ömürlük şikəstdir. Bu statistika artacaq”.  Hərbi ekspert qeyd edib ki, mina təhlükəsi ilə bağlı mütəmadi məlumatlandırma aparılmalıdır: “Hətta əsrlər keçsə belə, hardasa undulub qalan mina müəyyən dövrdən sonra özünü büruzə verir. Uzun illər sovet dövründə Lənkəran ərazisində, Xəzər dənizi yaxınlığında poliqon olub. Həm Masallının Mahmudavar kəndində, həm də Lənkəran ərazisində təlimlər keçirilib. Həmin ərazilərdəki karoziyaya uğrasa da, hələ də təhlükəlidir. Zaman-zaman sözügedən ərazidə həmin minaların peydə olmasının şahidi oluruq. Azərbaycan teleməkanını bürüyən çal-çağır verilişlərin heç olmasa bu barədə reklamlar, xəbərdarlıqlar getməlidir. İşğaldan azad olunmuş ərazilərdə yaşayan vətəndaşlar üçün mina təhlükəsi ilə bağlı məlumat vərəqələri paylanmalıdır. Minanın aktual təhlükə olması insanların şüuraltına yeridilməlidir. Çox təəssüflər olsun ki, bu məsələyə biganə yanaşırıq”.  Xatırladaq ki, son 2 gündə Cəbralı və Ağdamda 3 mina partlayışı baş verib. Nəticədə, 1 hərbçi, 1 ANAMA əməkdaşı və 3 mülki şəxs xəsarət alıb və ya həlak olub. 

Vətən müharibəsi qazisi intihar etdi

Vətən müharibəsi qazisi intihar edib. Sozcu.az -ın Oxu.Az-a istinadən əldə etdiyi məlumata görə, Füzuli rayonunun İkinci Mahmudlu kənd sakini, 1992-ci il təvəllüdlü Ayxan Hümbət oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb. Hadisə aprelin 6-sı günorta saatlarında baş verib. Baş vermiş hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır. A.Hümbətovun iki azyaşlı övladının olduğu bildirilir. *** 10:10 Füzuli rayonunda qazi vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Belə ki, qazi Bayramov Ayxan Hümbət oğlu dünyasını dəyişib. Onun iki övladı var.

Bakıda DƏHŞƏT: gənc qız körpüdən özünü atmaq istədi

Bakıda intihara cəhd olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən körpüdə qeydə alınıb. Sabirabad rayon sakini, 19 yaşlı Sara Hasil qızı Adışlı intihar məqsədi ilə H.Əliyev prospektində yerləşən körpüyə çıxıb. Ərazidə xidmət aparan polis əməkdaşları intihara cəhdin qarşısını alıb. Araşdırma aparılır.

DİN-dən xəbərdarlıq: Dələduzlar orijinal oxşar dizaynla tələ saytları yaradırlar

Dələduzlar orijinala oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. “Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları ilə məbləğindən asılı olmayaraq onlayn ödəniş etsəniz şəxsi məlumatlarınız oğurlanacaqdır. Məsələn, "I" yerinə "1" və ya "o" hərfi yerinə "0" kimi aldatmalarının olub-olmadığını yoxlayın”, - E.Hacıyev qeyd edib.

"Əkrəm İmamoğlunun həbsi üçün Trampdan razılıq alınıb" - Özgür Özel

"Çevriliş təşkilatçıları Türkiyədə, təmasları isə ABŞ-dadır. Əkrəm İmamoğlunun həbsi üçün Trampdan razılıq alınıb".  Sozcu.az xəbər verir ki, bunu Özgür Özel tərəfdarlar qarşısında çıxışı zamanı deyib. "Ərdoğana müraciət edirəm: "Qarşıdan gələn ilk seçkilərdə nə Amerika, nə də Tramp sizi bizdən xilas etməyəcək!", - deyə müxlaif lider bildirib. Unikal)

Gəncədə ana və iki övladı qidadan zəhərləndi

Gəncədə ana və iki övladı qidadan zəhərlənib. Sozcu.az xəbər verir ki, şəhər sakinləri, 1981-ci il təvəllüdlü L.Nəcəfova və onun övladları, 2010-cu il təvəllüdlü K.Nəcəfov, 2005-ci il təvəllüdlü R.Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qarabağda bir gündə iki nəfər minaya düşdü

10:53 Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb. Sozcu.az xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib. Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Onun sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub. Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir. *** Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində də mina hadisəsi baş verib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ANAMA Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində 2025-ci il 6 aprel tarixində mina hadisəsi baş verib. Məlumata görə, 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. “ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda qeyd olunub.

Rusiya üçün fəlakət: Bu şəhər uğrunda 50 min itki verdilər

Donetsk vilayətinin Toretsk şəhəri uğrunda gedən döyüşlərdə rusların itkiləri 15 mini ötüb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 100-cü əlahiddə mexanikləşdirilmiş briqadasının kapitanı Sergey Xominski “Ukrayna radiosu”na açıqlamasında deyib. Onun sözlərinə görə, onun olduğu briqada 2024-cü ilin iyulundan Toretskdə döyüşür: “Şəhər uğrunda döyüş 9 aydır davam edir. Bu müddət ərzində düşmən heç bir mübaliğəsiz canlı qüvvə sarıdan fəlakətli itkilər verdi. Toretskdə düşmənin ölən hərbçilərinin sayı 15000-i keçib. Yaralılar da nəzərə alınmaqla ümumi itkilər 50 mindən çoxdur”.

Konqresmen elan etdi: Trampa qarşı impiçment...

Demokrat konqresmen El Qrin ABŞ Prezidenti Donald Trampın impiçmentini təklif etmək niyyətində olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb. “Bizə bu dəfə onu günahkar elan edəcək Senat lazımdır. O, Qoliafdır. Orduda generallara, Ədliyyə Nazirliyinə, Respublikaçılar Partiyasına nəzarət edir, amma dostlarım, hər Qoliafı bir Davudu var. Cənab Prezident, bilmənizi istəyirəm ki, Davud yaxın 30 gün ərzində sizə impiçment elan edəcək. Yaxın 30 gün ərzində impiçment tətbiq edəcəyəm”, - Qrin bildirib.

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,6 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. “Saat 08:06-da Tiflisdən 4 km aralıda 3,6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 24 km dərinlikdə yerləşib”, – məlumatda bildirilib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Zelenskidən Krivoy Roqa zərbəyə reaksiya

Raket zərbələrindən müdafiəni təmin etmək üçün əlavə “Patriot” sistemlərinin tapılmasında ABŞ-ın köməyinə ümid edirəm. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Krivoy Roqa endirilən zərbəni şərh edərkən deyib. “Əlavə "Patriot"ların tapılmasında kömək vəd edən ABŞ prezidenti ilə razılaşmalarımıza ümid edirik", - Zelenski bildirib.

Yüzlərlə müəllim imtahandan kəsildi - Kollec biabırçılığı

Son günlərdə keçirilən müəllimləri attestasiya imtahanlarının nəticələri ciddi müzakirə mövzusuna çevirilib. Yüzlərlə müəllim attestasiyadan kəsilib, onların əksəriyyəti kollec məzunudur. Bu imtahanlar göstərdi ki, xüsusilə kollecləri bitirib məktəbdə dərs deyən müəllimlərin bilik səviyyəsi ciddi şəkildə sual altındadır. Musiqi müəllimlərinin qiymətləndirilməsi ilə başlayan bu müzakirələr, əslində daha geniş bir problemin – orta ixtisas təhsil müəssisələrinin pedaqoji kadr hazırlığında keyfiyyət məsələsinin diqqət mərkəzinə gəlməsinə səbəb oldu. 2023 və 2024-cü illərdə keçirilən sertifikasiya imtahanlarında da orta ixtisas təhsilli müəllimlərin nəticələri ümumi göstəricilərdən aşağı olub. Məsələn, 2024-cü il nəticələrinə əsasən, universitet məzunlarının 72%-i minimum balı topladığı halda, kollec məzunlarında bu rəqəm cəmi 43% olub. Bu fərq sadəcə fərdi hazırlıqla deyil, sistematik struktur probleminin mövcudluğuyla bağlıdır. Mövzu ilə bağlı təhsil sahələri üzrə eksper Kamran Əsədov Modern.az-a bildirib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14.1-ci maddəsində qeyd olunur ki, müəllim hazırlığı ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilir. Bu o deməkdir ki, pedaqoji fəaliyyətin hüquqi bazası ali təhsillə bağlıdır. Kolleclər isə bu tələbi qismən yerinə yetirir və pedaqoji sahəyə hazırlıqda tam hüquqi baza yaratmır.  “Eyni zamanda, “Məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması Qaydaları”na görə, müəllimlər yalnız bilik deyil, metodoloji hazırlıq baxımından da qiymətləndirilir. Lakin kolleclərdə metodoloji baza və praktik pedaqoji hazırlıq zəif olduğundan, məzunlar bu mərhələdə ciddi çətinlik yaşayırlar”. K. Əsədov vurğulayıb ki, kolleclərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin bir çoxu qəbul imtahanlarında minimal bal toplayanlardır. Bu da onu göstərir ki, təhsil prosesinə daxil olanların ilkin akademik hazırlıq səviyyəsi aşağıdır. “Universitetlərlə müqayisədə kolleclərin təhsil müddəti daha qısadır (2-3 il), bu müddət ərzində həm fənn biliklərinin, həm də pedaqoji bacarıqların verilməsi mümkün deyil. Digər tərəfdən, kolleclərdə müəllim heyətinin elmi dərəcəsi olanların faizi də çox aşağıdır. Bu, həm dərslərin keyfiyyətinə, həm də tələbələrin formalaşmasına mənfi təsir edir. Problemin daha dərin səbəblərindən biri də praktika mexanizmlərinin zəifliyidir. Universitetlərdə tədris təcrübəsi geniş şəkildə tətbiq olunur, tələbələr məktəblərlə əməkdaşlıq çərçivəsində sinifdə dərs demə bacarığı əldə edir. Kolleclərdə isə bu proses daha formal xarakter daşıyır. Təcrübə müddəti ya çox qısa olur, ya da real məktəb mühiti ilə əlaqəsi zəif qurulur. Nəticədə kolleci bitirən gənc müəllim məktəbə real hazırlıq olmadan daxil olur”. Dünya təcrübəsi haqda da danışan ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə - Finlandiya, Estoniya, hətta Türkiyədə  müəllim hazırlığı yalnız universitetlərdə həyata keçirilir və müəllimlər üçün davamlı təlimlər məcburidir.  “Azərbaycanın bu sahədə öz xüsusiyyətləri olsa da, təcrübə onu göstərir ki, pedaqoji kadr hazırlığında kolleclərin rolu tədricən azaldılmalı və bu funksiyalar tam olaraq universitetlərə yönəldilməlidir. Bununla belə, kolleclər tamamilə müəllim hazırlığından uzaqlaşdırılmamalıdır. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və texnologiya kimi fənlər üzrə müəllim hazırlığı bu müəssisələrdə davam etdirilə bilər. Çünki bu istiqamətlərdə praktik bacarıqlar ön plandadır və akademik dərinlikdən çox, tətbiqi biliklər tələb olunur”- deyə Kamran Əsədov bildirib.  Onun sözlərinə görə əgər bu istiqamətdə dəyişikliklər edilməzsə, bir neçə ciddi problem davam edəcək. Birincisi, təhsil keyfiyyəti bərabərsizliyi artacaq – rayon məktəblərində çalışan müəllimlərin əksəriyyəti kollec məzunu olduğu üçün bu bölgələrdə təhsil keyfiyyəti daha da zəifləyəcək. İkincisi, müəllim peşəsinin nüfuzu aşağı düşəcək. Cəmiyyət universitet məzunları ilə kollec məzunları arasındakı fərqi açıq şəkildə hiss etdikcə, bu peşəyə ümumi etibar azalacaq. Üçüncüsü isə təhsil sistemində qeyri-peşəkar yanaşmalar artacaq – bu isə ümumilikdə Azərbaycanın insan kapitalı üçün riskdir: “Bununla yanaşı, kolleclərin tamamilə sıradan çıxarılması da doğru olmaz. Onların texniki və peşə hazırlığı üzrə ixtisaslaşması, əmək bazarının tələblərinə uyğun olaraq yenidən formalaşdırılması vacibdir. Əgər müəllim hazırlığı kolleclərdən alınarsa, həmin məzunlara alternativ karyera imkanları yaradılmalıdır. Bu isə planlı şəkildə həyata keçirilməli, illər üzrə keçid dövrü nəzərə alınaraq reallaşdırılmalıdır. Nəticə olaraq, hazırkı vəziyyət onu göstərir ki, kollec məzunu müəllimlərin zəif nəticələri təsadüfi deyil, sistematik və köklü səbəblərə dayanır. Bu problemin aradan qaldırılması üçün pedaqoji kadr hazırlığı sahəsində radikal islahatlara ehtiyac var – hüquqi çərçivənin yenilənməsi, kolleclərin rolu və funksiyasının aydınlaşdırılması, universitet əsaslı modelə keçid və uzunmüddətli insan kapitalı strategiyası formalaşdırılmalıdır. Əks halda, bu gün imtahanda zəif nəticə göstərən müəllim sabah şagirdin gələcəyini zəif formalaşdıracaq”.

Neft şirkətində hadisə: fəhlənin barmaqları kəsildi

Salyanda fəhlə iş zamanı ağır xəsarət alıb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə “Salyan OİL LTD” şirkətində baş verib. Burada fəhlə işləyən Kolanı kənd sakini 31 yaşlı B.Babayevin sağ əli dəmir boru bağlayan aparatın arasında qalıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib və onun 2 barmağı amputasiya edilib. Araşdırma aparılır.

Ordu 20-dən çox terrorçunu məhv etdi, silahları ələ keçirildi

Somali ordusu ölkənin cənub-şərqində həyata keçirilən hərbi əməliyyat zamanı terrorçu "Əş-Şəbab" hərəkatının 20-dən çox üzvünü məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Somali Ordu Komandanlığının məlumatında bildirilib. Qeyd olunub ki, əl-Kövsər rayonunun ərazisində aparılan əməliyyat zamanı "Əş-Şəbab" qruplaşmasına məxsus xeyli sayda silah və sursat ələ keçirilib.

Trampın tarifləri Rusiyanı da vurdu: 1 gündə 2 milyard…

Rusiya ABŞ-ın yeni rüsumlarından tamamilə yayınan azsaylı ölkələrdən biri oldu. Lakin hətta dolayı təsir belə Rusiya iqtisadiyyatı üçün hiss olunandır. Sozcu.az xəbər verir ki, bunu “Nyusvik” yazıb. Qeyd olunub ki, Tramp dünyaya tarif müharibəsi başladıqdan sonra Rusiya fond birjalarında çökmə baş verib. Belə ki, Moskva Birjası (MOEX) şirkətlərinin kapitallaşması 23,7 milyard dollar azalıb. Rusiya üzrə MOEX indeksi, ölkənin 43 ən iri ictimai şirkətini izləyən göstərici bir həftə ərzində 8% dəyər itirdi. Bu isə 2022-ci ilin sentyabrından bəri – Putinin kütləvi səfərbərlik elan etdiyi dövrdən bu yana ən böyük geriləmədir. “Xüsusilə “Sberbank” (5,2%), “Qazprom” (4,9%), metallurgiya və kömür nəhəngi “Meçel” (7%) və qaz şirkəti “Novatek”in (5,4%) səhmləri ucuzlaşdı. Analitiklərin fikrincə, Trampın tətbiq etdiyi tariflər dünya iqtisadiyyatının soyumasına və neftə tələbatın azalmasına gətirib çıxaracaq. Bu isə neftin qiymətinin aşağı düşməsi deməkdir. Nəticədə bu vəziyyət Rusiyaya mənfi təsir göstərəcək.Trampın qlobal tariflərinin dolayı təsirindən əlavə, Rusiya birjasına OPEK-in may ayında neft hasilatını üç dəfədən çox artırmaq planları da təsir göstərib. OPEK ABŞ-ın tariflərinin mənfi təsirini kompensasiya etmək üçün daha çox neft sataraq eyni gəliri əldə etməyə çalışır. Bu isə neftin qiymətinin daha da aşağı düşməsinə səbəb olacaq”, - deyə nəşrin məqaləsində qeyd olunub.axar)

Faktiki hava açıqlandı

Aprelin 5-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi rayonlarda qərb küləyi əsib, küləyin sürəti arabir Gəncədə 18 m/s, Sabirabadda 16 m/s, Şəki və Zaqatalada 15 m/s, Mingəçevirdə 14 m/s-yə çatıb. Abşeron yarımadasının bəzi yerlərində eyni zamanda, Naftalan, Şamaxı, Sabirabad, Kürdəmir, Cəfərxan, Yevlax, Neftçala, Biləsuvar, Altıağac, Qrız və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Aran rayonlarında o cümlədən, Naxçıvan MR-da 25, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

1137-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1137-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 922 340 hərbçi, 10 541 ədəd tank, 21 952 ədəd zirehli döyüş maşını, 25 730 ədəd artilleriya sistemi, 1 350 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 124 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 42 954 ədəd avtomobil texnikası, 31 778 ədəd PUA, 3 123 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 788 xüsusi avadanlıq itirib.

57 yaşlı kişinin meyiti evində aşkarlandı

Sumqayıtda 57 yaşlı kişinin meyiti aşkarlanıb. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. 1968-ci il təvəllüdlü Zahid Rüstəmovun meyiti yaşadığı evdə aşkarlanıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

NATO-nun ümumi iqtisadi gücü Rusiyadan 20 dəfə böyükdür - Rutte

Rusiya 1 ildə NATO-dan 4 dəfə çox sursat istehsal edir. Sozcu.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte "CBS" telekanalına müsahibəsində deyib. “Rusiya NATO-nun ümumi iqtisadiyyatının cəmi 5 faizini təşkil etsə də, sursat istehsalında üstünlük əldə edib. NATO-nun ümumi iqtisadi gücü Rusiyadan 20 dəfə böyükdür, lakin Rusiya bir ildə NATO-dan dörd dəfə çox sursat istehsal edir. Bu, tamamilə ağlasığmaz bir vəziyyətdir”, – Rutte bildirib.

MN-də milyonluq mənimsəmə: Şahidlər məcbur gətiriləcək

Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı daha bir təqsirləndirilən “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlunun məhkəməsi keçirilib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Soltan Soltanlı ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs onun bacanağıdır: "Mənə dedi ki, qardaşım Almaniyadan pul göndərməlidir. Mən də hərbi qulluqçuyam. istəmirəm ki, kartıma pul gəlsin. Buna görə də mən də bank rekzivitlərimi ona göndərdim. Pulu nağdlaşdırdım və Beyləqana gələndə ona verdim. Həmin məbləğdən mənə pul çatmayıb”. Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, onun kartına Vahid Novruzlu üçün pul göndərilib: "Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulun miqdarı təxminən 2-3 min manat arası olardı". Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, kartına göndərilən pul 3 min 155 manat olub. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Daha sonra ifadə verən şahid Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu bacısının həyat yoldaşıdır: "Mənim kartına 3 min 917 manat pul gəlib. Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulu kimin göndərdiyini əvvəlcədən bilməmişəm. Dedi ki, kartına pul gələcək, çıxarıb mənə verərsən. Mən pulu verəndə soruşdum ki, bu nə puldur. Dedi ki, qardaşım xaricdən göndərib". Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu onu hərbi hissədə qazanxanada işə düzəldib. Onun sözlərinə görə, əməkhaqqı müqaviləsi ilə işləyib, 400 manata yaxın əməkhaqqı alıb. Sualları cavablandıran şahid deyib ki, onun Vahid Novruzlunun 340 min manat mənimsəmə işindən xəbəri olmayıb, bu barədə istintaqa çağırılan zaman xəbər tutub. Daha sonra ifadə verən Eşqin Həsənov bildirib ki, hazırda hərbi hissələrdən birində maliyyə xidmət rəisinin köməkçisi işləyir. 2018-ci ildən xidmətə başladığını deyən şahid qeyd edib ki, əvvəl Vahid Novruzlu ilə birgə xidmət edib. Eşqin Həsənov bildirib ki, Vahid Novruzlu ilə ortaq tanışları olan Şaiq Bayramovun bank kartının rekvizitləri onlarda olub: "Həmin karta köçürülən pulu Şaiqdən Beyləqanda görüşən zaman aldım və işə gələndə Vahid Novruzluya verdim. Ondan bu pulun nə pul olduğunu soruşdum. Dedi ki, qardaşım Almaniyadan göndərib. Həmin vaxt pulu saysam da, hazırda məbləği xatırlamıram". Bu səbəbdən Eşqin Həsənovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olub ki, 2633 manat olub. Şahid həmin ifadəsini təsdiqləyib. Digər şahid Füzuli Ələkbərov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin mühasibi işləyib: "Vahid Novruzlunu tanışım Elşən Salamovun vasitəsilə tanımışam. Mənim kartına 3 min manat pul gəldi. Mən də həmin pulu çıxararaq Elşənə vermişəm. Münasibətimiz yarandığı üçün mənim kartına dəfələrlə pul gəlib, mən də həmin pulu çıxararaq Elşənin kartına atmışam. Elşəndən həmin pulun nə pul olduğunu soruşmamışam. Vahid Novruzlu ilə tanışlığım əvvəllər olmayıb. Onu Elşən vasitəsilə tanımışam. İki dəfə oturub çay içmişdik". Daha sonra hakim bir neçə şahidin adını çəkib və onların məhkəməyə gəlmək istəmədiklərini deyiblər. Hakim tərəflərdən həmin şahidlərin barəsində hansı tədbirin görülməsini soruşub. Təqsirləndirilən şəxsin vəkili onların gəlməsini istəməyib. Təqsirləndirilən şəxsin özü də vəkili ilə razı olub. Bildirib ki, həmin şahidlərin istintaq verdikləri ifadələrin oxuyub, onların dedikləri ilə razılaşıb. Yerində müşavirə keçirən hakimlər həmin şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar qəbul ediblər. Hakim Fikrət Əliyev bildirib ki, qərar icra olunması üçün şahidlərin yaşayış yeri üzrə Ağcabədi Rayon Polis Şöbəsinə göndəriləcək. Növbəti proses aprelin 11-də davam edəcək. İttihama görə, təqsirləndirilən şəxs xidməti dövrü ərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasib vəzifəsində xidmət edib. Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək, vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərin hərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. Lakin təqsirləndirilən şəxs tamah məqsədilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxsləri ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848.338 manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb. Bununla yanaşı, o, daha sonra 381.755 manatı özü də daxil olmaqla müxtəlif şəxslərin 15 plastik kart hesabına köçürərək, mənimsəyib. Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır. İttihama görə, o, 2024-cü ildə üzrlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə qayıtmayıb. Qeyd edək ki, “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub. İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib. Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar. Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub. Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də DTX-nin vəsatəti əsasında həbs ediliblər. Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.

"Putin rejimi və bütövlükdə Rusiya nümayişkaranə şəkildə insanları qətlə yetirdi”

Rusiya Ukraynanın dinc əhalisinə qarşı qəsdən terror edir. Krivoy Roqda insanların öldürülməsi Vladimir Putinin rejiminin nümayişkaranə terror hərəkətidir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Teleqram kanalında yazıb. O vurğulayıb ki, Rusiya ballistik raketlə yaşayış məhəlləsinin mərkəzinə zərbə endirib: "Rusiya bunu bilərəkdən edir. Onlar nə ABŞ-ı, nə də dünyada kimisə sayırlar. Onlar ukraynalıları öldürmək, Ukraynanı məhv etmək istəyirlər və sülh istəmirlər. Putin rejimi və bütövlükdə Rusiya nümayişkaranə şəkildə insanları qətlə yetirdi”. Qeyd edək ki, Rusiya bu gün də Krivoy Roqa zərbə endirib.

"Torpaqlar susuzluqdan deqradasiyaya uğrayır"

“Ölkədə müasir suvarma sistemi çox da geniş yayılmayıb. Hazırda suvarılan 400 000 hektar torpağın 10 faizə yaxını müasir sistemlərlə suvarılır. Cəmi 38 000 hektar ərazidə müasir sistem quraşdırılıb. Qalan ərazilərdə isə selləmə-sulama üsulu ilə suvarma aparılır. Nəticədə bu torpaqlar şoranlaşaraq dövriyyədən çıxır. Bunun qarşısını almaq üçün müasir suvarma sistemlərinin geniş yayılmasına çalışımaq lazımdır”. Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, bu gün fermerlərin ən əsas əmək predmeti torpaq və su resurslarıdır. Azərbaycanda su axarlarına yaxın olan bir çox fermerlər bitkinin vetegasiya dövründə onu normadan çox və selləmə metodu ilə suvarır. Tez-tez suvarılan torpaq isə şoranlaşır. Bir tərəfdən torpaq şoranlaşır, digər tərəfdən suyun aşağı axarında fermerlər su qıtlığı yaşayır. O torpaqlar susuzluqdan deqradasiyaya uğrayır, yuxarıdakı torpaqlar isə tez-tez suvarıldığına görə şoranlaşaraq deqradasiyaya uğrayır: “Hökumət aqrotexniki qaydalarla bağlı maarifləndirmə işləri aparmalıdır. Fermerlərə izah olunmalıdır ki, əllərindəki resurslardan aqrotexniki qaydalara uyğun istifadə eləsinlər”.

Kadırovçuların olduğu maşın məhv edildi: ölənlər var

Zaporojye vilayətinin Melitopol şəhərində kadırovçuların olduğu hərbi maşın partladılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, partlayış nəticəsində maşında olan ən azı beş kadırovçu məhv edilib.

Məscidləri sökmək istəyən “Şərurlu İsfəndiyar”a sərt cavab: “Biriləri ona desin ki..!”

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov yenə qalmaqallı açıqlama ilə gündəmə gəlib. “Müsavat TV”inin efirində çıxış edən İsfəndiyar Axundov bu dəfə dindarları və məscidləri hədəfə alıb: “Mənə imkan versələr, bütün məscidləri söküb yerində məktəb tikərdim”. “Şərurlu İsfəndiyar” dindarları yalançılıqda, insanları aldatmaqda suçlayıb. O, özünün də din adamları tərəfindən dəfələrlə aldadıldığını deyib. Sozcu.az xəbər verir ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, dosent Zaur Əliyev iş adamı İsfəndiyar Axundovu qeyri-səmimilikdə suçlayıb. “Məktəb tikdirmək gözəl addımdır. Lakin “Şərurlu İsfəndiyar” yüzlərlə bina tikib. Orda həyət belə boş qoymayıb, mağaza açıb. Elə maarifçilik işi görmək istəyirsə, buyursun tikdirdiyi və sahib olduğu binaların həyətində bağça, məktəb açsın, təmənnasız kurslar yaratsın. Regionlarda orta təmirli məktəblərə kömək etsin. Məktəblərə texniki dəstək olsun. Gənc tələbələr üçün yataqxana tiksin. Öz binalarında bir mərtəbəni tələbələr üçün güzəştli mənzillər ayırsın. Ali məktəblərin kitabxanaları üçün xaricdən kitablar alsın hədiyyə eləsin. Kasıb məktəblər üçün müasir partalar alsın. Müəllimlər üçün güzəştli ipoteka şərtləri ilə ev versin. Yoxsa “məscidi söküb məktəb tikərəm” deməklə özünə xal qazanmasın. Xalqın onsuz da böyük hissəsi lümpendir. Onu qəhrəman edəcək. Biriləri ona desin ki, bu günə qədər yüzlərlə bina tikmisən, bir dənə boş yer qoymamısan qala. Bir məktəb tikdir, sonra belə iddialar irəli sür... Yenə reallıq qalacaq kənarda, çoxu başlayacaq ki, İsfəndiyar Axundov düz deyir. Düz deyən adam indiyə qədər bir məktəb tikdirib sonra belə danışardı. Mən də etiraz etmirəm, amma bu günə qədər təhsilə hansı real dəstəyi vermisən, onu isbat elə sonra danış!”, - deyə Zaur Əliyev “Şərurlu İsfəndiyar”ın qalmqallı açıqlamasına cavab verib.

Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

"Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən 3 aylıq müddət bu gün başa çatır". Sozcu.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncama əsasən, Nazirlər Kabinetinə sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün 3 ay vaxt verilmişdi: "Ötən müddətdə hökumət tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması həyata keçirildi. Güman olunur ki, vaxt başa çatdığı üçün bu təkliflər hazırdır və Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunacaq. Dövlət başçısına təkliflər təqdim olunduqdan sonra Prezident tərəfindən müvafiq sənədin imzalanacağı gözlənilir. Bununla sosial müavinətlərin və təqaüdlərin artırılması həyata keçiriləcək. Təkliflər ictimaiyyətə təqdim olunduqdan sonra hansı müavinət və təqaüdlərdə artımın olacağı gözlənilir. Eyni zamanda, neçə faiz artımın olacağı bundan sonra aydınlaşacaq. Bu o deməkdir ki, yaxın zamanlarda dövlət başçısının tapşırığına uyğun olaraq sosial müavinətlər və təqaüdlərdə artımlar reallaşacaq. Bu o deməkdir ki, hazırda müavinət və təqaüd alan vətəndaşlarımızın aldıqları məbləğlərin artırılması istiqamətində addımlar atılacaq. Hansı müavinətlərdə artımların olacağı təkliflərin təqdimatından və müvafiq sənəd imzalandıqdan sonra bilinəcək. Üç milyon vətəndaşımızı əhatə edəcək sosial paket növbəti mərhələdə müavinətlərin və təqaüdlərin artırılmasını özündə ehtiva edəcək. Bu o deməkdir ki, daha çox vətəndaşımız sosial paketdən faydalanacaq".

Leysan, dolu, sulu qar: Qış geri qayıdır... - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Rayonlarda yağış, Bakıda 25 dərəcə isti - Sabahın havası

Aprelin 4-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Qızılın qiyməti tarixi rekordu yenilədi

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb və ilk dəfə bir unsiya üçün 3200 dolları keçib. Sozcu.az xəbər verir ki, Çikaqo əmtəə birjasında qiymətli metalın iyun fyuçersləri çərşənbə günü ticarətin bağlanışına qədər 1,77% artaraq 1 troya unsiyası üçün 3,201,6 dollara çatıb.

Teleaparıcıya cinayət işi açıldı - Həbs oluna bilər

Plastik əməliyyat qalmaqalıyla gündəmə gələn teleaparıcı Fərqanə Gülağaqızıya cinayət işi açılıb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, plastik cərrah Sevinc Heydərovanın şikayəti əsasında Yasamal Rayon Məhkəməsi onu təqsirləndirilən şəxs kimi tanıyıb və Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanılıb. Sevinc Heydərovanın şikayətində göstərilir ki, Fərqanə Gülağa qızı Quliyeva onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, nüfuzuna və fəaliyyətinə zərbə vurub. Qeyd edək ki, bu mövzu Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramında işıqlandırılıb. Uğursuz əməliyyat keçirdiyindən gileylənən Fərqanə xanım bildirib ki, 10 ay keçməsinə baxmayaraq, üzündə izlər qalıb. Halbuki həkim ona bu izlərin 6 ay ərzində keçəcəyini deyibmiş. Onun sözlərinə görə, məsələ ilə bağlı ekspertizadan keçib və rəyi gözləyir: "Əməliyyat reklam qarşılığında olmuşdu. Ekspertiza deyir ki, bu, həkim səhvi deyil. Xırda kosmetoloji problemdir. Məsələyə hüquqi müstəvidə baxılacaq". Sevinc Heydərova qadının üzündə yaranmış problemlərin əməliyyatın uğursuz və ya keyfiyyətsiz aparılması ilə əlaqədar olmadığını bildirib. O, problemin pasiyentin həkimin tövsiyələrinə əməl etməməsi və lazımi prosedurları yerinə yetirməməsi səbəbindən yarandığını qeyd edib. Buna baxmayaraq, həkim problemin aradan qaldırılmasına razı olduğunu bildirib. Aparıcı isə məsələni ictimailəşdirərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

Türkiyə sahillərində miqrant qayığı batdı: ölənlər var

Egey dənizinin Türkiyə sahillərində miqrantların olduğu qayıq batıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, hadisə Ayvacıq rayonu sahillərində baş verib. 5 nəfərin öldüyü, 25 nəfərin isə xilas edildiyi bildirilib. Yaralılar Çanaqqala və Balıkəsirdəki xəstəxanalara yerləşdirilib.

Zaqatalada 16 yaşlı oğlan bıçaqlandı

Zaqatalada bıçaqlanma olub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə aprelin 2-də axşam rayonun Əliabad qəsəbəsində baş verib. 2008-ci il təvəllüdlü N.Z. ilə 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib. Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. N.Z-nin Əliabad tam orta məktəbinin 11-ci sinif şagirdi olduğu bildirilir.

Rusiyanın itkiləri 920 minə yaxınlaşır

Ukrayna müharibənin 1135-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 919 570 hərbçi, 10 521 ədəd tank, 21 902 ədəd zirehli döyüş maşını, 25 625 ədəd artilleriya sistemi, 1 348 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 123 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 42 775 ədəd avtomobil texnikası, 31 597 ədəd PUA, 3 123 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 786 xüsusi avadanlıq itirib.

May ayında 11 gün iş olmayacaq

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq. Sozcu.az News24.az-a istinadən xəbər verir ki, 9 May Faşizm üzərində Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. Hər iki gün həftəiçi günlərinə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi halı nəzərdə tutulmayıb. Şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, ümumilikdə may ayında 11 gün iş olmayacaq.

Rusiyanın öyündüyü məşhur təyyarə qəzaya uğradı, pilot öldü

Rusiyanın məşhur Tu-22M3 strateji raket daşıyan təyyarəsi İrkutsk vilayətində qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki. bu barədə Rusiya MN məlumat yayıb. “2025-ci il aprelin 2-də Tu-22M3 təyyarəsi İrkutsk vilayətində planlı uçuş yerinə yetirərkən qəzaya uğrayıb”, - nazirliyin bəyanatında deyilib. Təyyarədə olan 4 ekipaj üzvü katapult edə bilib, buna baxmayaraq, pilotlardan biri ölüb. Təyyarə yaşayış olmayan ərazidə qəzaya uğrayıb. “Maş” Teleqram kanalının məlumatına görə, təyyarə Usolski rayonunda, Buret kəndi yaxınlığında qəzaya uğrayıb. Hadisə şahidləri əvvəlcə partlayış səsi eşitdiklərini, daha sonra parlaq bir parıltı və yanğın gördüklərini bildiriblər. Qəza zamanı təyyarə elektrik xəttinə dəyib, nəticədə yaxınlıqdakı iki kənddə elektrik enerjisi kəsilib.

Zelenskidən Krivoy Roqun vurulmasına reaksiya: “Bu, terrorizmdir”

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Krivoy Roqu hədəfə aldığı raket zərbəsinə cavab verib. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski Teleqram hesabında yazıb. "Bütün lazımi xidmətlər yerindədir, zərbənin nəticələrini aradan qaldırır, insanlara kömək edir. Zərərçəkənlər var. Onlara tibbi yardım göstərilir. Hazırda məlumdur ki, bu zərbə nəticəsində 4 nəfər təəssüf ki, həlak olub. Ölənlərin hamısı mülki şəxslərdir. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm", - Zelenski bildirib. O vurğulayıb ki, dünyanın hər yerində belə hücumlar bir cür adlanır – “Bu, terrorizmdir”. Qeyd edək ki, Rusiya Krivoy Roqa ballistik raket zərbəsi endirib.

Bu müharibədən sonra 387 azərbaycanlı mina qurbanı olub

Ermənistan tərəfindən basdırılmış minalar Azərbaycan mülki əhalisinin təhlükəsizliyini və rifahını təhdid etməyə davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün Ağdamda daha bir mülki şəxs mina qurbanı olub: "İkinci Qarabağ müharibəsindən sonra mina çirklənməsi səbəbindən ümumilikdə 387 azərbaycanlı mina qurbanı olub. İnsanların mina səbəbilə həlak olması və yaralanması gizli təhlükənin davam etdiyini və dağıdıcı olduğunu göstərir". Məlumatda vurğulanıb ki, davamlı mina çirklənməsi regionda sülh, barışıq və sabitlik üçün əsas maneə təşkil edir: "Beynəlxalq ictimaiyyəti bu kritik məsələnin həllində əhəmiyyətli siyasi və praktiki dəstək verməyə çağırırıq".

İlham Əliyev bu tarixdə Çinə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Çinə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao bildirib. Lyu Cyançao qeyd edib ki, bu ilin aprel ayında baş tutacaq səfər çərçivəsində konkret layihələrlə bağlı qərarlar qəbul ediləcək: "Münasibətlərimizin dərinləşməsi üçün böyük potensial var. Prezident İlham Əliyev bu ilin aprel ayında Çinə səfər edəcək. Bu səfər çərçivəsində daha konkret layihələrlə bağlı qərarlar qəbul edəcəyik”.

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, terrorla mübarizə bəhanəsi ilə dörd fiziki şəxs, üç şirkət və bir yük gəmisi sanksiya siyahısına daxil edilib.

Türkiyə təklif etdi, NATO nazirləri toplanır

NATO ölkələri XİN başçılarının may ayında qeyri-rəsmi görüşü baş tutacaq. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rütte deyib. O qeyd edib ki, görüş təklifini Türkiyə edib.

İQTİDAR DƏYİŞSƏ BELƏ, TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI DƏYİŞMƏYƏCƏK

Doğrusu, görəndə çox təəccübləndim və  məyus oldum. Hətta deyərdim, bir qədər də hiddətləndim!  Necə yəni "Türkiyəsiz Azərbaycana hazırlaşaq"?  Bu nə cəfəng cümlədir? Bu cümlənin struktur olaraq bu şəkildə qurulması nəyə hesablanıb?  Haralara, kimlərə mesaj göndərirsiz? Haralara, kimlərə eyham vurursuz? Nəyin eyhamıdır bu? Siz nə etdiyinizin fərqindəsiniz? Özü də bunu, qələminə sayğı duyduğumuz bir jurnalist edəndə, adam bilmir başına haranın daşını töksün.  Ən dəhşətlisi isə budur ki, bu zərərli sərlövhə ilə yazılan yazıları birdən-birə bir neçə sayt manşetdən tirajlamağa başlayır. Ağlınızı itirmisiniz?!.. Siz Türkiyə-Azərbaycan birliyinə düşmənsiniz? Siz Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə qəsd etmək yolu tutmusuz?. "...TÜRKİYƏSİZ AZƏRBAYCANA HAZIRLAŞMALIYIQ" - ALLAH ALLAH! Xəyalı, təsəvvürü belə dəhşətlidir, qorxuludur, vahiməlidir!  Vallah-billah, yazıqlar olsun! Çox heyf!  Elbeyi Hesenli, yanlış təbliğata meydan verməyin, Bəy. Siz axı çox təcrübəli bir qələm adamısız. Etməyin-eləməyin. Haqqında danışdığınız partiyaların ən üst düzəy adamları ilə təmaslarımız olub dəfələrlə, indi də var, hər səfərdə sizin də qaldırdığınız bu narahat sualları soruşmuşuq, soruşuruq, amma hər səfərdə bizə cavabları bu olub ki, "...Əfəndilər, bu bizə veriləcək suallar deyil, ayıb olur axı, arxadaşlar, ayıb olur".  Yəni, sözümün canı budur ki... ...nə Türkiyə Azərbaycansız, nə Azərbaycan Türkiyəsizdir, belə bir şey olmayıb, olmayacaq da, ola da bilməz, bu nə fiziki, nə də mənəvi-vicdani olaraq baş tutan işdir. Türkiyədə iqtidarda kim olur-olsun, ha AKP-si, ha CHP-si, Azərbaycan Türkiyə üçün, Türkiyə Azərbaycan üçün candır! Bu, 1918-ci ildən bu yana belədir!  Belə cəfəng fikirlər olan yazılarla insanlarımızı çaşdırmayaq, xalqlar arasına nifaq salmayaq!  İkincisi, bu gün Türkiyədə demokratik sistem hələ də yaşayırsa, bunun ən böyük səbəblərindən biri - ana müxalifət partiyası CHP-dir və bu təşkilata qarşı düşmənçilik toxumu səpmək, yalnız və yalnız Azərbaycanda təkadam yarımtotalitar sistemi qoruyub saxlamaq istəyən qüvvələrin işinə yarayır, başqa heç nəyə.  Onmilyonlarla tərəfdarı, seçməni olan bir siyasi institutu necə bu şəkildə bir qələmdə silə bilirsiz? Xeyirdə və şərdə daim bizim yanımızda olan, sevgisini bizdən əsirgəməyən Türkiyə xalqına bu dərəcədə sayğısızlıq nəyin əlamətləridir?  Kremlin, "Moskva cocuqları"nın Azərbaycanda təbliğat maşınının əsas tezisləri də elə bu deyilmi?  Hakimiyyətə də elə bu lazım deyilmi?  CHP-ni düşmən çıxarmaq, CHP-nin demokratiya, azad və ədalətli seçkilər, hüquqi dövlətçilik, ləyaqətli rifah dövləti, şəffaf və hesabatlı idarəetmə ilə bağlı verdiyi mücadiləni, ən əsası - GERÇƏK BİR MÜXALİFƏT OBRAZI YARATMASINI görməzdən gəlib xalqımızın gözündən salmaq - hamısı Əliyev iqtidarının əlinə oynamaqdan başqa bir şey deyil axı.  CHP-yə düşmənçilik, sadəcə, Erdoğan sevgisi, AKP sevgisi-filan da deyil. Burada rejimə sivil mübarizə ilə dirənən bir müxalifətçilik institutunun insanlarda yarada biləcəyi mübarizə əzminə, dirəniş iradəsinə nifrət yaratmaqdır əsas iş. CHP - müxalifətçilik institutunun yenilməz qalasıdir indi və siz hər səfərdə bu nümunəvi siyasi mərkəz haqda nifrət toxumu səpməklə avtoritarizmə, totalitarizmə qaz verirsiz.  Məgər siz bunu da başa düşmürsüz?  Kim nə deyir-desin, bu gün CHP qardaş Türkiyəmizdə uğurları kifayət qədər böyük olan bir müxalifət partiyasıdır. Ölkə iqtisadiyyatının 95 faizinin döndüyü böyük şəhər bələdiyyəri CHP-nin idaraetməsindədir. Bütün bunları illərdir demokratik savaş verərək əldə ediblər.  Siz indi qalxıb, siyasi meydanda, az qala yüz illik siyasi təcrübəsi və praktikası olan partiyanı düşmən elan etməklə, onların demokratiya uğrunda mücadiləsinə ləkə vurmuş olursuz, bu mübarizəni gözdən salmış olursuz.  Nə olur-olsun demokratiya mücadiləsi verənləri aşağılayıb gözdən salmaq, əvəzində isə, avtoritar şəxsləri guya xarizmatik lider kimi Şərq toplumuna qəhrəman obrazında sırımaq bizim düşmənlərimizin, bizi istəməyənlərin, TƏKADAM hakimiyyətlərin istək və arzularıdır.  İndi siz bunlara xidmət edirsiz? Bunun da fərqində deyilsiz?  Türkiyə xalqının yarıdan çoxunun səsini almış, Türkiyənin ən böyük şəhərlərini idarə edən CHP-yə düşmənçilik fonunda "Türkiyəsiz Azərbaycan haqda düşünməliyik" yazmaqla əlinizə nə keçdi? Bunu yazmağa əliniz necə gəldi?  Bu nə əcaib bir cümlədir belə? Məqsədiniz nədir axı cümləni sırf bu cür qurmaqda? Guya yeni bir şey deyirsiniz? İnanın, heç nə demirsiniz!  Yoxdur belə bir şey və bunu Türkiyənin mürəkkəb siyasi sistemini, Türkiyədə fəaliyyət göstərən hdp xaric iqtidarlı-müxalifətli bütün siyasi partiyaları, beyin mərkəzlərini, ictimai-siyasi quruluşları tanıyan, bilən, proseslərdən tam məlumatlı şəxs kimi bütün məsuliyyətimlə deyirəm: yazdıqlarınız tamamilə, kökündən cəfəng fikirlərdir. Mirzə Rəşad Orbey, siyasətçi

Rusiya yeniyetmələri terrora cəlb edir - UTX

Rusiya kəşfiyyat orqanları tərəfindən Ukraynada diversiya və ya terror aktları hazırlamaq üçün cəlb edilən şəxslərin təxminən 22%-i yetkinlik yaşına çatmamış şəxslərdir. Bakupost.az The New Voice of Ukraine-ya istinadən xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin sözçüsü Artyom Dextyarenko bildirib. UTX mütəmadi olaraq şübhəli Rusiya agentlərinin saxlanılması, həmçinin Rusiya təhlükəsizlik xidmətləri tərəfindən hərbi və mülki hədəflərə qarşı hazırlanmış terror aktlarının ifşası və qarşısının alınması barədə məlumatlar yayır. Qurumun məlumatına görə, Rusiya kəşfiyyat orqanları əsasən, işsiz insanları, eləcə də cinayət keçmişi olan və ya müxtəlif asılılıqlardan əziyyət çəkən şəxsləri bu fəaliyyətə cəlb etməyə meyillidir. "Statistikamıza görə, aşkar edilən cinayətkarların 22%-i yetkinlik yaşına çatmamış şəxslər, 55%-i işsiz, 7%-i isə əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunanlardır," – deyə Dextyarenko bildirib. O əlavə edib ki, bu insanlar psixoloji manipulyasiyalara daha asan məruz qalırlar: "Çünki gənclər öz hərəkətlərinin nəticələrini tam dəyərləndirə bilmir, asılılığı olan şəxslər isə nəyin bahasına olursa-olsun, pul əldə etməyə ehtiyac duyurlar". Onun sözlərinə görə, Ukrayna Dəmir Yollarının siqnal sistemlərinin idarəetmə lövhələrini yandırmaqda iştirak edən ən gənc icraçılar 13 yaşlı yeniyetmələr olub: "Ən yaşlı icraçı isə Dnepr çayına partlayıcı yerləşdirməyə cəhd edən 52 yaşlı bir kişi idi".BakuPost

Avropa Trampa xəbərdarlıq etdi: "Cavab verəcəyik"

Avropa Donald Trampın tarif artımlarına cavab olaraq "güclü bir planı" olduğunu bildirib. Sozcu.az CNN-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropanın tariflərə qarşılıq vermək istəmədiyini, amma zəruri olsa, bundan istifadə ediləcəyini vurğulayıb. Ursula von der Leyen çıxışında Avropanın "danışıqlara açıq olduğunu" bildirib. "Oyun üstünlüyü bizdə olduğu üçün danışıqlara hazırıq. Avropa ticarət, texnologiya və bazarın böyüklüyü baxımından çoxsaylı kartlara sahibdir. Amma bu güc, eyni zamanda lazım gələrsə, sərt tədbirlər görməyə hazır olmağımızla da bağlıdır. Bütün vasitələr masadadır", - deyə von der Leyen qeyd edib. Von der Leyen Avropanın Trampa necə cavab verəcəyi barədə əlavə heç nə deməyib, amma keçən ay o, Trampın polad və alüminium tariflərinə qarşı 26 milyard avro dəyərində qarşılıqlı tədbirlər barədə açıqlama vermişdi. ABŞ və Aİ arasında ticarət əlaqələri güclüdür. 2024-cü ildə ABŞ Avropa mallarının ən böyük alıcısı olub, Aİ isə ABŞ-ın ən böyük idxal mənbəyidir. Von der Leyen bu əlaqələrin əhəmiyyətini vurğulayıb və 1 milyon amerikalının işinin bu ticarətdən asılı olduğunu qeyd edib.

Zurabişvili hakimiyyətə müqavimət platforması yaradır

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili bildirib ki, o, ölkənin qanuni yolla seçilmiş yeganə prezidenti olaraq qalır və indiki Gürcüstan hakimiyyətinə müqavimət platforması yaradır. Sozcu.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Zurabişvili qeyd edib ki, onun platformasında bütün müxalif avropayönlü qüvvələr birləşəcək: “Təəssüf ki, bu gün də müstəqilliyimiz, azadlığımız üçün mübarizə aparmalı oluruq. Etirazların artıq 124-cü günüdür və biz, 34 il əvvəl olduğu kimi, xalqın seçiminin və Avropanın gələcəyinin tanınmasını tələb edirik”.

Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar

İlham Əziz Dünən iki məsələ gündəmi tünbətün elədi. Birimincisi Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı xalqa məsləhəti, ikimincisi də məşhur iş adamı, şipşirin sahibkar İsfəndiyar kişinin açıqlamaları… Bu söhbətlər bir-birinə üzvü surətdə o qədər bağlıdır ki, ayrı-ayrılıqda fikir bildirmək haqsızlıq, mən deyərdim ki, münafiqlikdir. Aparıcı xanımın atasız qızlarla bağlı düşüncələri feodal xarakter daşıyır, 21-ci əsrin bütün mənəvi kodekslərini yerlə bir edir. Bu “silikonlu Harvard məzunu”, hələ də başa düşməyib ki, insan faili-muxtardır, ata-ananın elədiklərinə, yaşayışına, düşüncələrinə görə məsuliyyət daşımır. Bu valideyn qədri bilən göyçək, bu yaxınlarda anası yaşda qadını da verlişində danlayıb, az qalırdı döysün. Adam istəyir desin ki, bu əşrəfi məxluqu niyə tv-lərə buraxırlar, ancaq tez yadına düşür ki, buna sənin haqqın yoxdur, özəl firmalardı, nə istəsələr, kimi istəsələr göstərə bilərlər. Bəs neynəmək olar? Heç nə! Bu “ay canı yanmışlar” hələ indi-indi cücərir, bir azdan hər yerdə peyda olacaqlar, elliklə bu “şeyda gözəl”in ölənlərinə rəhmət oxuyacağıq. İndi yaşamağın yolu budur. Bunlar kimi olmaq, zəvzəvləmək, şitənmək, özünü, abrını çölə qoymaq uğurun açarıdır. Niyə, çünki başqa sahələri, müasir çobanlar tutub. Bax elə biri bizim İsfəndiyar kişi. Özü deyir ki, çobanam. Çobanlıq çətin peşədi, ağır sənətdi, həm də şərəfli. Müəllim çobanlığın nə olduğunu bilmir, bilsə deməz. O əsl müasir Azərbaycanın iş adamıdır, uğurlu biznesmendir. Bir şey yadıma düşdü, qoy danışım, yadımdan çıxar. Kəndimizin sovet dövründə, elə indi də təhsili çox yaxşı olub, məktəbimiz nümunəvi məktəbdir. Kasıb-kusub balaları oxuyub adam olub. Nə isə bir qohum xanım var, gəncliyindən həyat yoldaşını itirib, yetimçiliklə 8 uşaq böyüdüb. Onlardan biri hərbi təhsil aldı, böyüdü, böyüdü, oldu polkovnik. Vəzifəyə gəldi, bir-iki ay çəkmədi tutuldu. Bir adam üzünə durdu ki, məndən 1000 manat alıb, uşağımı əsgərlikdən saxlayıbsan. Nədənsə uşaq evdə qaldı, rüşvət verən “kişi”yə heç nə olmadı, polkovnik tutuldu, 8 il sərasər türmədə oturdu. Ailə olmazın zülmlər çəkdi. Oxumayan uşaqlar, işləyib, türməyə yemək-içmək daşıdı. Nə başınızı ağrıdım, bir gün kəndə gedəndə həmin qohum arvadla yolda rastlaşdım, xoş-beşdın sonra məndən uşaqları soruşdu. Dedi, bala oğlun məktəbi qurtardı? İnstituta girdi? Dedim, hələ 2 ili var. Dedi, xalan qurban oxutma, oxuyanları tuturlar. İndi ay İsfəndiyar əmi, yaxşı ki, yazıb-oxuya bilmirsən, yoxsa çoxdan sizi də tutmuşdular. Bizim də xətrimizə dəyən sizin varlı olmağınız deyil, alimlərə 10-15 min dollar maaş verməyinizdir. Alimə o qədər pul verərlər? Gül kimi acından ölürlər də… Yaxşı maaşı adam “Harvard məzunu”na verər. Siz bizim qüsurumuza baxmayın, heç bilənlə bilməyən bir ola bilər? Allah iş avandlığı versin, pullar gəlsin, şad-xürrəm yaşayın. Alimlərdi də, “baş dolu cib boş”, danışırlar da…Bakupost

Putin bu addımı atmasa, məcbur olacam – Tramp

Vladimir Putindən Ukraynadakı münaqişəni sona çatdırmaq üçün saziş bağlamasını istəyirəm. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “İstəyirəm ki, rus, ukraynalı əsgərləri və digər insanları öldürməyi dayandıraq. Əmin olmaq istəyirəm ki, o, bunu edir və düşünürəm ki, edəcək. Mən onun neftinə ikinci dərəcəli tariflər tətbiq etmək istəmirəm. Amma düşünürəm ki, o, bunu yerinə yetirməsə, bunu edəcəm. Mən bunu Venesuela ilə etmişəm”, - Tramp bildirib.

Mask MKİ-nin qərargahına getdi

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında olub. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Məlumata görə, o, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və onun müavini Maykl Ellis, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin digər yüksək vəzifəli şəxsləri ilə görüşüb. Səfərin məqsədi hərbi idarənin büdcə xərclərinin optimallaşdırılmasına yönəlmiş yenilikləri təqdim etmək olub.

Rusiyanın itkiləri 917 minə yaxınlaşır

Ukrayna müharibənin 1133-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 916 770 hərbçi, 10 505 ədəd tank, 21 856 ədəd zirehli döyüş maşını, 25 552 ədəd artilleriya sistemi, 1 347 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 123 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 42 646 ədəd avtomobil texnikası, 31 462 ədəd PUA, 3 123 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 786 xüsusi avadanlıq itirib.

Çindən ABŞ-a çağırış: Vaşinqton bunu dayandırmalıdır

Çin ABŞ-ı strateji təhlükəsizliyə xələl gətirən hərəkətləri dayandırmağa çağırır. Sozcu.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib. O bildirib ki, xüsusilə, Vaşinqton milli təhlükəsizlik siyasətində nüvə silahının rolunu azaltmalı, nüvə ittifaqlarının yaradılmasından imtina etməli, orta mənzilli raketləri digər dövlətlərin sərhədləri yaxınlığında yerləşdirməməli və qlobal raketdən müdafiə sistemini inkişaf etdirməyi dayandırmalıdır.

BMV ilə qadını vurub qaçan sürücü saxlanıldı

Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub. Sozcu.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Şamxal Şirinov idarə etdiyi BMV markalı avtomobillə Bahar Əsgərovanı vuraraq hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.

Paytaxt Qarabağa köçürülür?

"Paytaxtın köçürülməsilə bağlı müxtəlif rəsmi şəxslər tərəfindən təkliflər səsləndirilməkdədir. Ən qəribəsi isə  işğaldan azad edilmiş ərazilərdəki, şəhərlərin təklif edilməsidir" Bu sözləri Moderator.az-a açıqlamasında Eldəniz Əmirov bildirib. "Əvvəla paytaxtın köçürülməsi və yeni şəhərin qurulması inanılmaz dərəcədə bahalı və uzunmüddətli bir prosesdir. Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq, belə bir addım real deyil. Bu tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb.  Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib. Odur ki, Azərbaycan kimi bir ölkənin paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır. Buna görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı şəraitdə  bu mövzunu gündəmə gətirmək məqsədəuyğun deyil.  Amma bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar. Lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olmamalıdır. Çünki, dünya təcrübəsində paytaxtlar potensial təhlükədən daha uzaq salınır".

Almaniya səfiri Azərbaycan XİN-ə çağırıldı

Martən 31-də Almaniyanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziriyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib. Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb. Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb. Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib. Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda “Dağlıq-Qarabağ” adlı inzibati ərazi vahidi olmadığı xatırlanıb. Ərazilərimizə istinad edərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.

Məktəblərdə yay tətilinin müddəti ARTIRILIR: Dərslər bu tarixdə başlayacaq?

Rusiya və Türkiyə kimi ölkələrdə yay aylarının isti keçdiyi şəhərlərdə məktəblərdə yay tətilinin müddətini bir neçə həftə artırılması planlaşdırılır. Bu qərarın əsas məqsədi şagirdlərin sağlamlığını qorumaq və onların daha rahat bir tədris mühiti əldə etməsini təmin etməkdir. Türkiyədə xüsusilə cənub bölgələrində, Rusiyada isə isti iqlimə malik şəhərlərdə bu dəyişikliklərin tətbiq edilməsi nəzərdə tutulur. Azərbaycanın iqlimi nəzərə alındıqda yay aylarının olduqca isti keçdiyini görmək mümkündür. Xüsusilə iyul və avqust aylarında temperaturun 40°C-yə qədər qalxması, xüsusilə də, şagirdlər üçün əlverişsiz şərait yaradır. Son illərdə iqlim dəyişikliyi ilə bağlı havaların daha da isinməsi bir sıra ölkələri tədris müddətinə yenidən baxmağa vadar edib. Maraqlıdır ölkəmizdə yay tətilinin müddəti artırıla bilərmi? Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov News24.az-a açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində yay tətili uzunmüddətli olur: "Adətən bu müddət 8-12 həftə arasında dəyişir ki, bu da 2-3 ay deməkdir. Azərbaycan 2004-cü ildən etibarən yarımillik sistemə keçib. Buna baxmayaraq, yaz, payız və qış tətillərinin müddəti kifayət qədər qısa olur. Rüblük sistemə keçid daha məqsədəuyğun olardı. Dünyanın müxtəlif ölkələrində təhsil ilinin müddəti 36-42 həftə olduğu halda, Azərbaycanda bu müddət 34 həftədir. Təhsil ilinin müddətinin uzadılması ilə bağlı dəfələrlə təkliflər irəli sürülüb". Ekspertin sözlərinə görə, əgər təhsil ilinin başlama tarixi 14 sentyabr olaraq müəyyən edilibsə və dərslər iyunun əvvəlinə qədər davam etməlidir, bu zaman tədris ili daha səmərəli təşkil oluna bilər: "İyunun 1-dən 14-nə qədər olan müddət qiymətləndirmə prosesi üçün ayrılsa, yay tətilinin müddəti indiki 12 həftədən 10 həftəyə enəcək. Bu dəyişiklik Azərbaycanın təhsil sistemini beynəlxalq təcrübəyə daha da yaxınlaşdıracaq. Çünki dünyanın müxtəlif ölkələrində də yay tətilinin orta hesabla 10 həftə olduğu müşahidə edilir". Qafarov əlavə edib ki, Azərbaycan isti ölkələr sırasında yer alır və burada tədris ilinin düzgün planlaşdırılması vacibdir. Əgər yay tətili iyunun 1-də başlayıb, sentyabrın 14-də bitsə, bu, həm tədris planına uyğunlaşmış olacaq, həm də şagirdlərin yüklənməsinin qarşısını alacaq.

Zaqatalada ağır qəza: yaralılar var

Zaqatalanın Muxax kəndi ərazisində iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Muxax kənd sakini 50 yaşlı Rəhim Laçınovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd Matiyevin idarə etdiyi digər “Mersedes” markalı minik avtomobili toqquşub. Nəticədə Rəhim Laçınovun idarə etdiyi “Mersedes” idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin sürücüsü Rəhim Laçınov, eləcə də avtomobildə olan sərnişinlər - Muxax kənd sakinləri 27 yaşlı Fuad Süleymanov, 36 yaşlı Asif Əhmədov və 63 yaşlı Nizaməddin Əminov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxananın cərrahiyyə korpusuna yerləşdirilib. Hər dörd nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar rayon polis şöbəsində araşdırmaya başlanılıb.

Azərbaycan Ordusu məhv edib: hələ də axtarırlar

44 günlük müharibədə itkin düşən erməni əsgərlərin valideynləri Ermənistan Milli Məclisinə gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Valideynlərin övladlarının ölülər arasında deyil, dirilər arasında axtarılmasını tələb etməsindən sonra parlamentdə vəziyyət gərginləşib. Ermənistanın Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan vəziyyətə aydınlıq gətirərək bildirib ki, həssas mövzu müzakirə olunur. O vurğulayıb ki, valideynlər övladlarının qalıqlarının həqiqətən də onlara təhvil verildiyinə əmin olmalıdırlar.

Azərbaycanda 56 yaşlı kişini ildırım vurdu

Şəmkir sakinini ildırım vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Bayramlı kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü F.Bağırovu ildırım vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma başlanılıb.

2 yaşlı uşaq dərmandan zəhərləndi - Vəziyyəti ağırdır

Şamaxıda iki yaşlı uşaq dərmandan zəhərlənib. Sozcu.az xəbər verir ki, 2023-cü il təvəllüdlü Soltanəli Orucov əmisinin antidepresant dərmanlarını yeyib. Qeyd olunur ki, uşaq ağır vəziyyətdə Bakıya gətirilib.

Türkiyə səfirliyindən Soyqırımı Günü paylaşımı

Türkiyənin Azərbaycandakı səfirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, paylaşımda deyilir: "1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından 107 il ötür. 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür".

Sabirabadda üç körpə öldü - Prokurorluq araşdırma APARIR

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, məlumatı "Teleqraf" yayıb. Məlumata görə, hadisələrdən biri bayram günlərində baş verib. Doğumu körpə cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib. Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər. Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib. Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev faktı təsdiqləyib və sabah məsələ ilə bağlı baş həkimlə görüşəcəyini bildirib. Xatırladaq ki, bu, Sabirabad MRX-da təsdiqini tapmış ikinci ölüm halıdır. Martın 30-da xəbər yayılıb ki, Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib. İlkin müayinə zamanı doğuşun gecikdiyi məlum olub. Belə halda isə körpə qeysəriyyə yolu ilə dünyaya gəlməli imiş, ancaq həkim bunu etməyib və qadını təbii doğuşa götürüb. X.Əsədovanın körpəsi həmin gün ölüb. Sayt qeyd edir ki, bundan əlavə daha bir uşaq ölümü ilə bağlı iddialar var. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan üç körpənin ölümü ilə bağlı araşdırma başlayıb. Hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, “Brent” markalı neft hazırda 73,65 dollara, yüngül neft isə 69,33 dollara təklif edilir.

Bərdədə əkin sahəsindən meyit tapıldı

Bərdə rayonunun Lənbəran kəndində əkin sahəsində 58 yaşlı Famil İsmayılovun meyiti tapılıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, meyitin üzərində zorakılıq izlərinə rast gəlinməyib. Faktla bağlı araşdırma aparılır.

Rusiyada vətəndaşlıq almış şəxslərə pis xəbər - Təcili

2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış və ya müvəqqəti yaşamaq icazəsi aldığı tarixdən bir il keçmiş vətəndaşların xarici sürücülük vəsiqələri ölkə ərazisində etibarsız sayılacaq. Sozcu.az xəbər verir ki, Rusiyada sürücü etibarsız vəsiqə ilə avtomobil idarə edərsə, onu 15 min rubla qədər cərimə gözləyir və vəsiqəsi bərpa olunana qədər sürücülük hüququndan məhrum edilir.

Ermənilər Ordumuzu atəşə tutdu, PUA-larla kəşfiyyat uçuşları...

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb. Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.

Putin Trampı manipulyasiya edir – Bolton

Rusiya prezidenti amerikalı həmkarının spesifik düşüncə tərzindən istifadə edərək onu uğurla manipulyasiya edir. Lakin Vladimir Putin belə bir strategiya ilə özünə zərər vurmaq riski daşıyır. Sozcu.az xəbər verir ki, bu fikri “Politiko”ya müsahibəsində amerikalı siyasətçi, Trampın birinci prezidentliyi dövründə onun müşaviri olmuş Con Bolton deyib. "Tramp beynəlxalq münasibətlərə xarici liderlərlə şəxsi münasibətləri prizmasından baxır. Ona görə də o düşünür ki, əgər Putinlə yaxşı münasibətdədirsə, deməli, ABŞ da Rusiya ilə yaxşı münasibətdədir. Bu, doğru deyil, amma o, belə fikirləşir. O, Putinlə dost olduğunu hesab edir", - Bolton bildirib.

Prezidentdən Soyqırım Günü ilə bağlı paylaşım

Azərbaycan Prezidenti İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Yardımlıda İran vətəndaşları saxlanıldı: 36 kq narkotik...

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşlarına qarşı polis əməkdaşları əməliyyat keçirib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 26 yaşlı Hadi Fəsihi və 29 yaşlı Rza Ətai saxlanılıblar. Onlardan 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana,heroin və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Ukraynada kosmik qüvvələr YARADILA BİLƏR

Ukrayna Müdafiə Nazirliyi dövlət və özəl şirkətlərin, həmçinin alimlərin müdafiə qüvvələri ilə qarşılıqlı əlaqəsini təşkil edəcək və kosmik qüvvələrin yaradılmasına kömək edəcək kosmik siyasət idarəsi yaradıb. Sozcu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin rəqəmsallaşdırma üzrə müavini Katerina Çernohorenko bildirib. “Bizim kosmik fəaliyyət haqqında qanunumuz var ki, bu da Müdafiə Nazirliyinin hərbi kosmos sahəsində siyasət formalaşdırmalı olduğunu deyir. Bu təkcə mühəndislərdən innovativ həllərin alınması deyil, təkcə ən yaxşı həllərin Ukraynaya gəlməsi üçün icma yaratmaq deyil, həm də kosmik qüvvələrin yaradılmasıdır”, – o söyləyib. Çernohorenkonun sözlərinə görə, müdafiə qurumu Ukraynada kosmik texnika, məhsul və xidmətlərin əsas sifarişçisi olmaq niyyətindədir. Bu idarə isə dövlət və özəl qurumları, kosmik sahənin alimlərini müdafiə qüvvələri ilə qarşılıqlı əlaqə üçün birləşdirməlidir. O əlavə edib ki, 2030-cu ilə qədər Ukrayna müdafiə məqsədləri üçün milli peyklərə, həmçinin hava həyəcanı və kosmik fəzanın nəzarəti üçün xəbərdarlıq sisteminə sahib olmağı planlaşdırır.

Bakıda bayram namazı qılındı

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, saat 08.00-da Əjdərbəy məscidində, saat 09.00-da isə Təzəpir məscidində bayram namazının qılınmasına başlanıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər. 

Təyyarə yaşayış binasına düşdü

ABŞ-da kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb. Minnesota ştatında qeydə alınan hadisədə təyyarə binaya çırpılıb və böyük yanğına səbəb olub. İlkin məlumatlara görə, göyərtədə olan bütün sərnişinlər və ekipaj üzvləri ölüb. Evdə olan insanlar xəsarət almayıb. Qəzanın səbəbləri araşdırılır.

Azərbaycanda Ramazan bayramıdır

Azərbaycanda Ramazan bayramı qeyd edilir. Sozcu.az xəbər verir ki, bu il Ramazan ayının 1-i Miladi təqvimlə mart ayının 1-nə təsadüf edib. Ramazan bayramı Miladi təqvimlə martın 30-na təsadüf edir. Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində isə 09.00-a təyin edilib. Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günüdür.

Ağsuda bayram namazı qılınıb - Fotolar

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Ağsu rayonunda bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, dini ayinlər Ağsu rayonu "Hacı Alcan Hacı Almaxanım" məscidində icra olunub. Bayram namazından sonra şəhidlər xiyabanı ziyaət olunub, dualar oxunub.

AB rəsmiləri həbsxanada İmamoğlu ilə görüşdü

Avropa Birliyinin (AB) nümayəndə heyəti Silivridə həbsxanada olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu ziyarət edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkikyə mediası məlumat yayıb. Bildirilib ki, nümayəndə heyətinin arasında Avropa Parlamentinin sədr müavini Katerina Barli də olub. Nümayəndə heyəti “siyasi məhbuslar”ın azad edilməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib. Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində 23 martda həbs qərarı çıxarılıb.

Myanmada dəhşətli zəlzələ: Ölənlərin sayı 1600-ü keçdi

09:49 Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar zamanı 1670 nəfər xəsarət alıb. *** Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1002-yə, yaralıların sayı isə 2376-ya çatıb. Bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, ötən gün Myanmada 7.7-7.9 bal gücündə zəlzələ baş verib. *** Zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb. Bu barədə Myanmanın Dövlət İdarə Şurası məlumat yayıb. Təbii fəlakət nəticəsində 3408 nəfər xəsarət alıb, 139 nəfər isə itkin hesab olunur. Dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam edir.

Xocalıda 27 yaşlı gənci cərəyan vurub öldürdü

Xocalıda kişini elektrik cərəyanı vurub. Sozcu.az xəbər verir ki, 27 yaşlı Ağcabədi rayon sakini Abidov Amin İlqar oğlunu Xocalı rayonu ərazisində elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində keçinib. Faktla bağlı Xocalı rayon Prokurorluğunda araşdırma aparılır.

Ağstafada tələbə faciəvi şəkildə öldü

Ağstafada yol qəzası baş verib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki,hadisə rayonun Xətai kəndində qeydə alınıb. Sürücü E.Mamayev idarə etdiyi "Mersedes" markalı avtomobilin idarə etməsini itirib və maşın ağaca çırpılıb. 2005-ci il təvəllüdlü sürücü hadisə yerində vəfat edib. Qeyd edək ki, ölən şəxs Bakı Dövlət Universitetinin Qazax filialının üçüncü kurs tələbəsidir.

Kanalda batan qızın meyiti tapıldı

Bərdədə 10 gün əvvəl kanalda batan 17 yaşlı qızın meyiti tapılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, martın 19-da kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının meyiti Qarabağ kanalında, Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

Kadırovla Putin arasında gərginlik - Yeni detallar AÇIQLANDI

Son aylarda Çeçenistan rəhbəri Ramzan Kadırov ilə Rusiya prezidenti Vladimir Putin arasındakı münasibətlərdə ciddi gərginlik yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə "istories" nəşrinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş və hazırda fəaliyyət göstərən əməkdaşları, Şimali Qafqaz üzrə müxbirlər və hüquq müdafiəçiləri məlumat veriblər. Gərginliyin artmasına əsas səbəb kimi Kadırovun Kremlin xəbəri olmadan Yaxın Şərqdəki müsəlman monarxiyaları ilə öz ailəsinin təhlükəsizliyini və gələcəyini müzakirə etməsi göstərilir. FTX bu danışıqları qeydə alaraq birbaşa Putinə məruzə edib. Məlumata görə, uzun müddətdir səhhətində ciddi problemlər yaşayan Kadırov öz ailəsinin gələcəyindən narahatdır. O, böyrək və mədəaltı vəzi xəstəliklərindən əziyyət çəkir və vəziyyəti getdikcə pisləşir. Kadırov son aylarda ictimaiyyət qarşısında daha az görünür və yalnız əvvəlcədən lentə alınmış video-materialları paylaşır. Gərginliyin fonunda Kadırov öz ailə üzvlərini dövlət vəzifələrindən uzaqlaşdırmağa başlayıb. Yanvar ayında onun 26 yaşlı qızı Ayşat Kadırova Çeçenistanın baş nazirinin müavini vəzifəsindən azad edilib və ölkənin ən iri mineral su ixracatçısına rəhbərlik etməyə başlayıb. Mart ayında isə Ayşat və onun kiçik bacısı Təbariqin adları rəsmi hüquqi şəxslər reyestrindən çıxarılıb. Kadırovun yaxın silahdaşı və Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov da Kremlin diqqət mərkəzinə düşüb. 2025-ci ilin əvvəlindən etibarən o, hərbi və kriminal münaqişələrdə iştirakdan çəkinməyə başlayıb. Məlumatlara görə, Kreml Çeçenistan rəhbərliyinə “açıq fəaliyyət göstərməmək” barədə göstəriş verib. Delimxanov hazırda Moskvanın “Prezident-otel”ində yerləşib və orada Kadırovun nümayəndələri üçün qərargah kimi istifadə edilir. Kremlin və FTX-nin ona qarşı narazılığının əsas səbəbi isə razılaşdırılmamış kriminal fəaliyyətlərə rəhbərlik etməsi olub. Şimali Qafqazda çalışan müstəqil jurnalistlər və hüquq müdafiəçiləri bildirirlər ki, Kadırov və Kremlin münasibətlərindəki bu gərginlik artıq regionun siyasi və təhlükəsizlik balansına təsir göstərməyə başlayıb. Bu isə Çeçenistanın gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Məhkəmədən “Melissa Group”un rəhbəri ilə bağlı QƏRAR

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovla bağlı məhkəməyə təqdimat daxil olub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb. İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

Tramp həbs edilə bilər – Səbəb

“Demokratların namizədi növbəti seçkilərdə qalib gələrsə, ABŞ Prezidenti Donald Tramp həbsxanaya düşə bilər”. Sozcu.az xəbər verir ki, bu fikirləri Trampın keçmiş müşaviri Stiv Bannon deyib. O qeyd edib ki, respublikaçılar hələ də noyabr seçkilərinin nəticələrinə görə sevinirlər, lakin reallıq partiyanın müharibə vəziyyətində olmasıdır: “Demokratlar 2028-ci ildə qalib gəlsə, Tramp həbs oluna bilər. Demokratlar Trampı dayandırmaq, impiçment etmək üçün lazım olan hər vasitədən istifadə edəcəklər”.

Vətən müharibəsi qazisi vəfat etdi

Qəbələdə Vətən müharibəsi qazisi Nurlan Gündüz oğlu Qasımov vəfat edib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, rayonun Aydınqışlaq kənd sakini Nurlan Qasımov "Veqener qranulomatozu" (Xəstəlik nekrotik vaskulit olub yuxarı tənəffüs yollarının, ağciyərlərin və böyrəklərin kiçik damarlarını zədələyir) xəstəliyindən dünyasını dəyişib.

Bərdədə dəhşət: Kotanın altında qalıb öldü

Laçın rayonunun Qorçu kənd sakini, 1991-ci il təvəllüdlü Xəyyam Yaşar oğlu Məmmədov traktorun kotanı altında qalaraq ölüb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə martın 28-də axşam saatlarında Bərdə rayonunun Xamtorpaq adlanan ərazisində məcburi köçkünlər üçün salınan qəsəbədə yerləşən fermada baş verib. Məcburi köçkün kimi qəsəbədə məskunlaşan X.Məmmədov fermada həm çobanlıq edirmiş, həm də traktor işlədirmiş. O, texnikaya baxış keçirmək üçün həyətdə saxlayıb və kotanın altında yağlama işləri aparmağa başlayıb. Bu zaman traktor hərəkət edib və X.Məmmədov kotanın altında qalaraq faciəvi şəkildə dünyasını dəyişib. Onun üç azyaşlı övladı, iki əlil qardaşı var. Valideynləri isə yaşlıdır. O, ailənin yeganə qazanc gətirən üzvü idi. Mərhum bu gün Bərdə şəhərində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Ağsuda 8 nəfər YARALANDI

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu rayon ərazisində olub. İlkin məlumata görə, hadisə zamanı 8 nəfər xəsarət alaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin orta-ağır olduğu bildirilir. DİN-in Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

Fırıldaqçılar adınıza kredit götürüblərsə nə etməlisiniz?

Son zamanlar internetdə fırıldaqçılar aktivləşib. Elə hallar olur ki, zərərçəkən fırıldaqçılardan xəbərdar olsa da, ayıq-sayıq olmadan onlara öz şəxsi məlumatlarını deyir və adına kredit götürülür. Sozcu.az Lent.az-a istinadla bildirir ki, ekspertlər bunun həlli üçün zərərçəkənlərə kömək ola biləcək tövsiyələr veriblər. 1. Əvvəlcə polisə ifadə yazın. Orada baş verənləri mümkün qədər ətraflı təsvir edin və sizə verilən kredit haqqında bildiyiniz bütün məlumatları əlavə edin. 2. Kreditin fırıldaqçılıq yolu ilə sizin adınıza verildiyi barədə bəyanatla bank və ya mikromaliyyə təşkilatı ilə əlaqə saxlayın. Ərizə polis arayışı və iştirak etməməyinizi təsdiq edə biləcək digər sənədlərlə müşayiət olunmalıdır. İddia ərizəsi buraxın və kreditin verilməsini təsdiq edən sənədlərin bütün təsdiq edilmiş surətlərini tələb edin. Əgər maliyyə qurumu sizin iddianızla razılaşmırsa və sizin adınıza borcunuzu silmirsə, o zaman “Kredit müqaviləsinin etibarsız hesab edilməsi haqqında” məhkəməyə iddia qaldırın. Sizin tərəfinizdən dərhal və hüquqi cəhətdən düzgün hərəkətlər mövcud vəziyyəti həll etməyə kömək edəcək.

Azərbaycanda zəlzələ oldu

İmişli rayonunda 3.4 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, zəlzələ Saatlı stansiyasından 11 km şimalında, İmişli rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

“Melissa” içində yaşayış olan daha bir evi dağıdıbmış

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb. Sozcu.az Azxeber.com-a istinadən xəbər verir ki, bu, tikinti şirkətinin qanunsuz əməli ilk deyil. Belə ki, eyni hadisə keçən ilin oktyabr ayının 21-də Yasamal rayonu, Birinci Alatava qəsəbəsində baş verib. Eyni ssenari üzrə hərəkət edən şirkət əməkdaşları yaşayış olan evləri sökməyə başlayıblar. "Melissa Group” tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Vətəndaşlar arasında qorxu və çaşqınlıq yaradan hadisədən 5 ay keçdikdən sonra eyni hal yenidən təkrarlanıb. Qeyd edək ki, baş verən söküntünün Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, "Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır.

Trampın məktubunda İrana təhdidlər var - Arakçı

ABŞ Prezidenti Donald Trampın göndərdiyi məktubda digər məsələlərlə yanaşı, Tehrana qarşı təhdidlər də var. Sozcu.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı deyib. “ABŞ prezidentinin məktubu qəbul edilib və diqqətlə öyrənilib. Bu məktubun başqa aspektləri də var idi, o cümlədən təhdidlər. Bu qəbuledilməzdir. Biz heç kimin İran xalqı ilə təhdid dili ilə danışmasına icazə verməyəcəyik. Və təbii ki, diplomatik addımlar üçün pəncərənin açılması üçün səylər göstərilib”, - Arakçı bildirib. Qeyd edək ki, İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavabı Oman vasitəsilə çatdırıb.

Ukrayna xalqı tələb etmirsə, seçkiyə ehtiyac yoxdur - AK

Ukrayna xalqı tələb etməyənə qədər Ukraynada prezident seçkilərinə ehtiyac yoxdur. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Paula Pinyo deyib. “Zelenski demokratik yolla seçilib və Ukrayna xalqı seçkilər tələb etmirsə, başqa heç kim seçkilərin keçirilməsini tələb etməməlidir”, - Pinyo bildirib.

“Melissa Group”un səhifəsi bağlandı – Nə baş verir?

“Melissa Group”un rəsmi internet səhifəsinin fəaliyyətində problem yaranıb, hazırda sayt giriş mümkün deyil. Şirkətdən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda texniki problemlərdən dolayı şirkətin internet səhifələri fəaliyyət göstərmir. Qeyd olunub ki, problem həll olunduqdan sonra saytlar aktivləşəcək. “Sayt neçə gündür fəaliyyətini dayandırıb və bu Alatavadakı hadisə ilə bağlı ola bilərmi?” sualına isə cavab belə oldu: “Bu barədə danışa bilmərik. Qeyd etdiyim kimi, texniki problem həll olunduqdan sonra sayt işə başlayacaq”. Qeyd edək ki, ötən gün saat 11 radələrində “Melissa Group” şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlərin olmasına baxmayaraq, qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Faktla bağlı söküntü işləri aparan şirkətin rəhbəri, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

Azərbaycanda sənədsiz evlər məsələsi hələ də açıq qalmaqdadır. Dəfələrlə, bu məsələ ilə bağlı çıxışlar edilib. Hətta parlamentdə də bu məsələyə toxunulub. Lakin məsələ hələ də öz həllini tapmır. Bir müddət əvvəl məlumat verilib ki, mövcud problemləri həll etmək və əmlak bazarını daha şəffaf etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemini istifadəyə verməyə hazırlaşır. Bu sistem, mülkiyyət hüquqlarının qorunması və əmlak idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə hazırlanır. Ancaq sistemin nə vaxt istifadəyə veriləcəyi məlum deyil. Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması üzrə konsepsiya hazırlanır: "Sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir. Bu məsələ Milli Məclisə Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı hesabat təqdim olunan zamanda müzakirə olundu. Millət vəkilləri tərəfindən təkliflər də səsləndirildi. Bir müddət əvvəl bütövlükdə bu istiqamətdə konsepsiyasının hazırlanmasına başlanmışdı. Konsepsiyanın hazırlanmasında məqsəd sənədsiz evlərin qeydiyyata alınma prosesi ilə bağlı mexanizm və qaydaların hazırlanmasıdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə işlər təbii ki, davam etdirilir. Bütövlükdə mexanizmlərin hazırlanması təkliflərin sistemləşdirilməsi ilə bağlı da fəaliyyətlər aparılır".  Deputat söyləyib ki, daha yaxın zamanda sənədsiz evlərlə bağlı mexanizm qəbul edilib, tətbiq edilə bilər: "Burada bir sıra məsələlərin həlli vacibdir. Xüsusən də, nisbətən təhlküəli hesab edilən evlərlə bağlı addımların atılması zəruridir. Bu evlərin bir qismi ya neft buruqlarının və ya yüksək gərginlikli elektrik xətlərinin, nəqliyyat qovşaqlarının yaxınlığında inşa edilib. Təbii ki, həmin evlərlə bağlı qərarın verilməsinə ehtiyac var. Bəzi evlərlə bağlı təbii ki, bu istiqamətdə qərarın verilməsi asan ola bilər. Xüsusən də, elektrik xətlərinə yaxın olan evlərlə bağlı addımların atılması asandır. Burada elektrik xətlərinin yeraltı aparılması mümkündür. Amma xüsusən neft buruqlarının yaxınlığında yerləşən evlərlə bağlı təbii ki, daha sistemli qərarların verilməsinə ehtiyac var. İlkin qiymətləndirmələrə görə belə evlərin sayı 70 minə yaxındır. Yəni bu, kiçik rəqəm deyil. Ona görə də sənədsiz evlərlə bağlı qeydiyyat mexanizminin hazırlanması bütün sənədsiz inşa edilən evləri əhatə etməlidir. Hər halda bu istiqamətdə işlər gedir. Biz də daha yaxın zamanda mexanizmin qəbul edilib, tətbiq edilməsi reallaşa biləcəyinə ümid edirik".

Gəncədə 21 yaşlı qız atasının qərbi üstündə zəhər içdi

Gəncədə 21 yaşlı qız intihar edib. Sozcu.az Gencexeber.az-a istinadla xəbər verir ki, Nüşabə Məmmədova 4 il öncə atasının vəfatından sonra psixoloji sarsıntı keçirib. O, iki gün əvvəl atasının qəbrinin yanında essensiya məhlulu içib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən gənc qız orada dünyasını dəyişib. Qeyd edək ki, Gəncə Dövlət Universitetinin tələbəsi N.Məmmədova təhsil aldığı müddətdə tədrislə də məşğul olub.

“Melissa”nın daha bir yalanı üzə çıxdı: 2 milyon istəyib?

“Melissa Group” tikinti şirkətinə daxil olan FEBA MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib. Bəs görəsən, bu iddia həqiqəti əks etdirir? Sozcu.az xəbər verir ki, şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.az-a açıqlamasında 2 milyon manat iddiasının tamamilə yalan olduğunu bildirib. “Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub”. Qeyd edək ki, hadisə ilə bağlı bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

Yevlaxda 6 tibb işçisi qəzaya düşdü: 1-i ağır vəziyyətdədir

11:46 Yevlaxda mikroavtobusla minik maşını toqquşub. Sozcu.az xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə, mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində ən azı 5 nəfər xəsarət alıb. Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Mikroavtobusda tibb işçilərinin olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. *** Yevlaxda qəzaya düşən tibb işçilərinin kimliyi məlum olub. Həmin şəxslər 1984-ci il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, 1990-cı il təvəllüdlü Arzu Məmmədova və 1991-ci il təvəllüdlü Çinarə Əliyevadır. Yaralılardan ağır vəziyyətdə olan Gəncə sakini Vüsal Məmmədov üzərində cərrahi əməliyyat aparılıb.

Ramazanın 28-ci günü - İmsak və iftar vaxtı

Sabah martın 28-i Ramazan ayının 28-ci günüdür. Sozcu.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:04-də, iftar isə 19:15-dədir. İmsak duası: “Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin”. Tərcüməsi: “İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Heç kim yalandan vətən-vətən deməsin, vətən, vətəndaşıyla vətəndir

Mülkiyyət hüququ kimi fundamental bir hüququn mövcud olmadığı ölkədə heç bir hüquqdan danışmaq mümkün deyil. Mülkiyyət toxunulmaz deyilsə, başqa nələrinsə qorunduğunu demək yalandır.  Vətəndaşı razı salmaq əvəzinə onu qorxutmaq, vətəndaşın evini başına uçurmaq dövlətin gücünün deyil, gücsüzlüyünün, vətəndaşı qoruya bilməməsinin ifadəsidir. Heç kim yalandan vətən-vətən deməsin, vətən, vətəndaşıyla vətəndir. Vətəndaşa verilən dəyərlə vətənin, dövlətin gücü ölçülür. Dövlət şəxsiyyət vəsiqəsi verdiyi hər kəsin hüquqlarını qorumağa, pozulan hüquqlarını bərpa etməyə borcludur. Səxavət Soltanlı, Müsavat başqanının müavini

Trampın İranla bağlı ŞOK PLANI: "Xomenei devriləcək, əvəzində isə..."

“Tramp İran rəhbərinə iki ay vaxt verib və danışıqlara başlamağı təklif edib. ABŞ-ın İrandan əsas tələbi nüvə məsələsinin həll olunmasına nail olmaq və Yaxın Şərqdəki proksi qüvvələri maliyyələşdirməkdən vaz keçirməkdir. Bilirik ki, İran son 30-35 il ərzində Yaxın və Orta Şərqdə bir çox proksi qüvvələri dəstəkliyib və onların güclənməsi üçün milyardlar xərcləyib”. Bu fikirləri “KONKRET.az“a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib. “Bu proksi qüvvələr İran tərəfindən müqavimət oxu kimi də dəyərləndirilir. Bu qüvvələrdən İsrailə qarşı istifadə olunub. 2023-cü ilin oktyabrından artıq İranın proksi qüvvələrinə qarşı savaş açılıb. Bu müddət ərzində həm HƏMAS, həm də Hizbullah ciddi şəkildə zəiflədilib. Eləcə də İranın Yaxın və Orta Şərqdə əsas dəstəkçisi rolunda çıxış edən Bəşər əsəd rejimi də devrilib. Trampın mövqeyi ondan ibarətdir ki, qeyd olunan bütün proksi qüvvələr sıradan çıxarılmalıdır. Belə olan halda onlar ABŞ və İsrailin maraqlarına təhdid yaratmayacaqlar. Trampın husilərə qarşı mübarizəsi bir müddət davam edəcək. Onların tamamilə sıradan çıxarılması məsələsi mürəkkəbdir. Amma xeyli dərəcədə zəiflədə bilərlər. Çünki ABŞ-ın Yaxın və Orta Şərqdə kifayət qədər ciddi maraqları var. Ona görə də, Tramp İranın zəiflədilərək ABŞ-ın iradəsinə tabe edilməsinə çalışır. Ən azı İranda rejimi dəyişərək özünə yaxın və sözəbaxan hökumətin qurulmasında maraqlıdır”.

Evi başına uçurdulan şəxsdən ŞOK SÖZLƏR: "Melissa Park" məhkəmə qərarını HEÇƏ SAYDI"

"2024-cü il dekabrın 24-də üzərində mənim - yəni ev sahibinin adı, içərisində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Məlahət Hacıyeva adında bizim heç bir ailə üzvümüz və yaxınımız yoxdur. Onlar telefonda dedilər ki, bu, texniki səhvdir, məhkəmə elə-belə prosesdir, formaldır, siz məhkəməni ciddiyə almayın, biz onsuz da sizinlə razılığa gələcəyik. Mən də dedim ki, məhkəmə dövlətin ən ali strukturudur, necə qeyri-ciddi proses ola bilər? Siz nə danışırsınız?" Bu fikirləri Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibi Həbib Hacıyev deyib. O qeyd edib ki, bildiriş məktubu orfoqrafik səhvlərdən oxunmayıb: "Bildiriş məktubunda yazılmışdı ki, "sizin sənədsiz-sübutsuz gecəqondu evinə 173 min manat kompensasiya veririk, ya 10 günə evi boşaldın, ya da məhkəməyə verəcəyik. Bunlar mənim beşmərtəbə villama "gecəqondu" deyirlər, üstəlik, evimin çıxarışı var. Ev sənədli-sübutlu bizə aiddir. Hətta mənim vəkilim belə bu iddiaya gülmüşdü ki, komediyadır, çıxarışı ləğv etdirmək üçün mülkiyyəti olan şəxsi necə məhkəməyə verirsiniz? Mülkiyyət konstitusiya ilə qorunur. Əsassız iddia idi, sadəcə, məhkəməyə veriblər. Nə qara məqsədləri olduğunu bilmirəm. Qanunsuz fəaliyyətlərinə qanuni don geyindirməyə çalışırdılar. Məhkəmədə gedən proseslərdə əsaslı heç nə ortaya qoya bilmədilər. Hakim bizim lehimizə qərar çıxarmışdı ki, evin ətrafında hər hansısa bir ağır tikinti texnikası işlətmək olmaz, qadağandır, qəti şəkildə. Lakin "Melissa Park" şirkəti məhkəmə qərarını çeynədi, daha da azğınlaşdılar. Anamla birgə bu gün ayaq nahiyəmdən mənə də xəsarət yetiriblər. Xəstəxanadan indi gəlmişəm".Oxu.az

Azərbaycanlı gənc Zelenskinin partiyasında vəzifəyə seçildi

Ukraynada yaşayan azərbaycanlı gənc Ramil Ağabəyov yeni vəzifəyə seçilib. Sozcu.az xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi hakim “Xalqın xidmətçisi” partiyasının Nikolayev (ukraynaca: Mykolayiv) şəhər şurası üzrə fraksiya sədri olub. Ramil Ağabəyov əslən Azərbaycanın Salyan rayonundandır. O, Ukrayna Azərbaycanlıları Radasının Nikolayev vilayəti üzrə təmsilçisi olan Zaur Ağabəyovun oğludur. Ramil Ağabəyov indiyədək Nikolayev şəhər şurasının deputatı kimi fəaliyyət göstərib. Eyni zamanda, partiyanın vilayət üzrə gənclər qolunun rəhbəri və Nikolayev rayonu hərbi administrasiyasının başçısıdır. Yeni təyinat fraksiyanın geniş iclasında elan olunub. Tədbirdə Ukrayna Ali Radasının deputatları, yerli idarəetmə orqanlarının nümayəndələri və Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim də iştirak ediblər. Qeyd edək ki, partiyanın şəhər fraksiyasına rəhbərlik edən Tatyana Dombrovska ailə vəziyyəti ilə əlaqədar istefa verdikdən sonra bu vəzifəyə seçkilər keçirilib və Ramil Ağabəyov yeni fraksiya sədri olub. Bu təyinat Ukraynada fəaliyyət göstərən azərbaycanlı diasporunun cəmiyyətə inteqrasiyası və ictimai-siyasi həyatda fəallığının nümunəsi kimi qiymətləndirilir.

Putin tezliklə öləcək, bu bir faktdır və hər şey bitəcək - Zelenski

Rusiya diktatoru Vladimir Putin tezliklə öləcək, onda hər şey bitəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Avrovision Nyus"a (Eurovision News) verdiyi müsahibədə rusiyalı həmkarı Vladimir Putin barədə danışarkən deyib. “Onun qorxduğu əsas şey – cəmiyyətdə sabitliyin pozulmasıdır. Amma heç kim buna təsir edə bilməz. Buna o özü - onun iqtisadiyyatı, sanksiya siyasəti təsir edəcək. O, bütün ərazilərə nəzarət edə və qoruya bilmir - bütün bunlar müxtəlif qüvvələrin birləşməsi ilə nəticələnəcək, əgər bizim tərəfdaşlarımız indki qədər güclü olsalar və fövqəlgüclərini deyil, sadəcə, real güclərini tətbiq etsələr. Putinə təzyiq etsələr, cəmiyyətdə sabitlik pozulacaq. Putin də məhz bundan qorxur”, - Zelenski bildirib. Onun fikrincə, Putinin qorxduğu bir şey də var - gücünü itirmək: "“Bu, həm də cəmiyyətin sabitliyindən, eyni zamandan, onun yaşından asılıdır. O, tezliklə öləcək, bu bir faktdır və hər şey bitəcək. Yəni onun məsələsi özünün tamamilə uğursuz tarixi həyatını başa vurmamış bitə bilər. Onun qorxduğu da budur. Həmçinin tənhalıqdan da qorxur".

Fransa və Britaniya Ukraynaya hərbi nümayəndələr göndərir

Yaxın günlərdə Fransa və Böyük Britaniya Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək. Sozcu.az verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib. Makron qeyd edib ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə işləmək üçün Ukraynaya hərbi heyət göndərəcək.

Sizi divara dirəyəcəm, tapdalayacam – Paşinyan əsəbiləşdi

Ermənistanın Baş naziri Nikol Paşinyan canlı efirdə Qarabağla bağlı debatların keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərini “divara dirəməklə” hədələyib. Sozcu.az xəbər verir ki, Paşinyan bunu parlamentdə hökumət saatında deyib. Onun sözlərinə görə, keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan 2020-ci ildə Azərbaycanla müharibədə məğlubiyyətə görə onu günahlandırmağa çalışırlar: “Halbuki biz hakimiyyətə gələndə bu, (müharibə - red.) qaçılmaz idi. Buna görə onları canlı debatlara dəvət etdim. Amma bu üç “düşüncə nəhəngi” deyir ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, gəlinlərini, bacanaqlarını mətbuat konfranslarına göndərirlər. Hey, danışmağa bir sözünüz yoxdursa, oturun və yerinizdən tərpənməyin... Mən sizinlə mübahisə etməyəcəyəm, sizi divara dirəyəcəm. Və oradan da sizin siyasi meyitlərinizin qalıqları çıxacaq. Hər üçünə aiddir. Bəsdir əsəblərimizlə oynadığınız. Mən sizi tapdayacam və heç bir müzakirə olmayacaq”.

Bakıdan müəyyən məlumatlar almışıq - Paşinyan

"İrəvan diplomatik kanallar vasitəsilə Bakıdan müəyyən məlumatlar alıb və indi onu öyrənir".  Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.  "Biz konkret məlumat olan bütün halları araşdırmağa hazırıq. Və biz diplomatik kanallar vasitəsilə bu mesajı göndərmişik və göndəririk, eyni kanallar vasitəsilə də bir sıra məlumatlar almışıq və vəziyyəti daha dəqiq başa düşmək üçün bütün ciddilik və səmimiyyətlə araşdırma aparırıq", - deyə o, Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı Azərbaycan tərəfinin yaydığı məlumatlara münasibət bildirərkən qeyd edib. 

Özəldən Starmerə İmamoğlu reaksiyası: Niyə bu həbsə susdunuz?

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl CNN International-dan sonra BBC-yə müsahibə verib. Sozcu.az xəbər verir ki, o, Əkrəm İmamoğlunun diplomu ləğv edildikdən bir gün sonra “korrupsiya” və “şəhər konsensusu” ittihamları ilə saxlanılmasını, Böyük Britaniyanın hakim İşçi Partiyasının da bu əməliyyat zamanı səssiz qalmasını tənqid edib. BBC Türkcənin sosial media hesabında paylaşdığı videoya görə, Baş nazir və İşçi Partiyasının lideri Keir Starmeri tənqid edən Özgür Özəl "Bu necə dostluqdur?" – deyə soruşub. Bir çox Avropa ölkəsindən reaksiya olduğunu, lakin İşçi Partiyasının səssiz qaldığını bildirən Özgür Özəl: "Bunun hansı əsaslandırması və ya səbəbi var? Bütün Avropa reaksiya verir, amma İşçi Partiyası və Starmerin niyə bu barədə heç nə demədiyini anlaya bilmirəm" deyib. Bu susqunluqdan incidiklərini ifadə edən Özgür Özəl bunları bildirib: "İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrini aparıb həbsə atırlar, bir yerdə səsimizi kəsmirik. Bu necə dostluq, qardaşlıqdır? Qardaş partiyamız Leyboristlər Partiyası, demokratiyanın beşiyi olan İngiltərə buna necə reaksiya verməsin? Biz həqiqətən incidik".

NATO-dan XƏBƏRDARLIQ: Rusiya Polşaya hücum etsə, dağıdıcı cavabla üzləşəcək

NATO-nun baş katibi Mark Rutte xəbərdarlıq edib ki, Rusiya Polşaya və ya hər hansı digər müttəfiqə hücum edərsə, alyansın cavabı “dağıdıcı” olacaq. Sozcu.az xəbər verir ki, Rutte rəsmi səfərdə olduğu paytaxt Varşavada Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransı keçirib. Polşanın Ümumi Daxili Məhsulunun 4,7 faizini müdafiə xərclərinə ayırdığını xatırladan Rutte, bu vəziyyətin digər üzv ölkələrə nümunə olması lazım olduğunu bildirib. Rutte Rusiyanın Avropa üçün "təhdid yaratmağa davam etdiyini" deyib və əlavə edib: "Getdikcə daha təhlükəli olan dünyada müdafiə xərclərinin artırılması vacibdir. Polşanın müdafiəsinə və NATO ərazisinin ümumi müdafiəsinə gəldikdə, əgər kimsə səhv hesablasa və Polşaya və ya hər hansı digər müttəfiqə hücum etməklə xilas ola biləcəyini düşünsə, bu zorakı ittifaqın tam gücü ilə qarşılanacaq. Bizim cavabımız dağıdıcı olacaq. Bu, Vladimir Putin və bizə hücum etmək istəyən hər kəs üçün çox aydın olmalıdır".

Kənar Dairəvi yolda yük avtomobili yandı - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.

Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Martın 27-si Azərbaycanın rayonlarında gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Braziliya son 11 ildə hələ belə uduzmamışdı

Braziliya millisi son 11 ilin ən pis məğlubiyyətini alıb. Sozcu.az xəbər verir ki, komanda DÇ-2026-nın Cənubi Amerika seçmə mərhələsi çərçivəsində Argentinaya uduzub - 1:4. Braziliya yığması 2014-cü ildən bəri ilk dəfə rəsmi oyunda öz qapısından 4 top buraxıb. DÇ-2014-də sözügedən komanda məhz Argentinaya 1:7 hesabı ilə məğlub olmuşdu. Qeyd edək ki, Argentina bu qələbə ilə DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. Braziliya isə turnir cədvəlində 21 xalla 3-cüdür.

Tovuzda 42 yaşlı qadın dəm qazından boğuldu

Tovuzda dəm qazından zəhərlənmə olub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü K.Əmrahova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz Rayon Prokrorluğunda araşdırma aparılır.

İran İslam Respublikasının sonuncu ili

Novruz bayramının ilk dəfə nə zaman və harada qeyd edildiyi haqqında tarixi qeyd yoxdur. Ancaq Doğu Türküstandan Ərəbistan sərhədlərinə qədər uzanan çoğrafiyada ərəblər istisna olmaqla Novruzu bütün xalqlar milli bayramları olaraq qeyd edirlər. Novruz bayramının tarixdə ilk dəfə harada və nə zaman qeyd olunduğu haqqında məlum olmasa da, son 1400 ildə ərəbləşməyə qarşı ən kütləvi ayin, qoruyucu zirehi olub.   Bu il Novruz bayramı İslamın beş şərtindən biri hesab olunan orucluğun tutulması zamanını müəyən edən Ramazan ayı ilə üst-üstə düşmüşdü. Bundan başqa bu il Novruz bayramı İslam peyğəmbərinin kürəkəni, Rəşidi xəlifələrin dördüncüsü və şiələrin ilk imamı Əli ibn Əbu Talibin yaralanması və vəfatının ildönümünə təsadüf edirdi. Bütün bunlara baxmayaraq İranda Novruz bayramı çox geniş qeyd olunub. Sosial şəbəkəklərdə və Youtebe-də yayılan video və fotolar təsdiqləyir ki, bu il Novruz bayramı geniş və kütləvi əyləncələrlə müşaiyyət olunub. Elə bir vəziyyət yaranıb ki, baş verənlər İranın dini lideri Seyid Əli Xameneini özündən çıxarıb. Təmkinliyi ilə fərqlənən Seyid Əli Xamenei son cümə xütbəsində Novruz bayramı şənliklərində iştirak edənləri pisləyib. Seyid Əli Xameneini özündən çıxaran əsas məsələ dini ziyarətgah və məscidlərə getməyən İran vətəndaşlarının musiqili əyləncələr və kütləvi yürüşlər keçirmələri olub. İranın bəzi yerlərində kütləvi Novruz tədbirlərinə görə yollar bağlanıb. Müşahidəçilər İran İslam İnqilabından ötən 46 ildə ilk dəfə olaraq Novruz bayramının bu qədər açıq sürətdə mövcud rejimə və dinə qarşı yönəldiyini qeyd edirlər. Bütün bunlar göstərir ki, İrandakı mövcud rejimin ideoloji-mənəvi əsasları tamamilə dəyərini itirib. Rejim ancaq süngü- sərt represiya maşının üzərində mövcudluğunu saxlaya bilir. Bu represiya maşınını əzildikdən sonra İrandakı mövcud rejim dərhal çökəcək. İranda və bölgədə gedən proseslərin təhlili onu göstərir ki, bu il İran İslam Respublikasının sonuncu ilidir. Çökən imperiyanın dağıntıları altında qalmamaq, əksinə imperiyanın çöküşünü böyük bir başlanğaca çevirmək üçün xalqımızın çox böyük tarixi şansı var. Xəqani Cəfərli, politoloq

SƏRÇƏ - Hekayə

Mən onu bağışlamamışam, sən də bağışlama. Hamının yükü özü üçün ağır olur. İndi bəlkə, sənin də yükün sənə ağır gəlir. Bilirəm, payızdan qorxmursan. Hələ qabaqda qışın çovğunu var. Mən də isti yuva axtarıram, sənin kimi. Dostum, mən sənə hər şeyi danışacam… Sən görməmisən o araq dolu şüşəni necə qucaqlayırdı. Məni heç elə qucaqlamazdı. Bir dəfə də araq dolu şüşəni qucaqlayanda, hardansa bir musiqi sədası eşitdi, üzü güldü. Araq dolu şüşəni əzizləməyə başladı. İstədim ki, onu qucaqlayam. İstədim ki… Ona, - ata, səni sevirməm, – demək istəyirdim. Qorxdum, məni döyə bilərdi. Sonra qədəhə araq süzüb, gözucu mənə baxdı, gülümsədi. Elə sevindim ki…”Yaxınlaş”,- dedi. Qorxa-qorxa yaxınlaşdım. Dodaqlarını qulaqlarıma tərəf uzatdı. Bir az da sevindim. Pıçıldadı,- sənin o qəhbə anan, səni mənim üstümə atıb, gedib, aşnasının yanına. Bu sözlərimi yadından çıxartma, sən fahişədən doğulmusan.     Atam o sözləri mənə bir il əvvəl demişdi. Anam evdən qaçmışdı. Atam çox içirdi, anamı döyürdü, məni döyürdü. Sənə dəhşətli bir əhvalat danışım, qorxma...  Bir gün, atam yenə içmişdi. Bir dostu ilə gəlmişdi evə. Dostu ilə evdə nəşə çəkməyə başladılar. Özləri ilə şirniyatlar da gətirmişdilər. Mən sonuncu dəfə o şirniyyatları deyəsən yuxumda görmüşdüm. İkisi də ağızlarını marçıldada-marçıldada, şirniyyatları yeyirdilər. Onlara baxırdım. Ağzım sulanmışdı. Atam dodaqlarımı yalayıb udğunduğumu gördü. Kökənin birini mənə atıb, “tut”,- dedi. Kökə yerə düşdü. Özümü yerə atdım, cumdum kökəyə. Mənim belə etməyim ikisnin də xoşuna gəldi. Sonra dostu da mənə kökə atdı. Atam dedi ki, əgər balaca it kimi hürsəm, mənə ən dadlı kökəni atacaq. Hürdüm… Sən indi elə bilirsən, sənə danışdığım bu əhvalat çox dəhşətlidir? Yox, bu sənə danışacağım əhvalatı xatırlamağım üçün idi. Həmin günü xatırlayıram. Anam, səsini də çıxartmırdı. Sadəcə məni görəndə, ağzına dürtdüyü dəsmalı tez ağzından çıxardıb üzünə tutdu. Həmin gün, atamın dostu, anamla yataqda idi. Elə bilirsən atamın xəbəri yox idi? Mən də elə bilirdim. Mən tez-tələsik otaqdan çıxanda, atmla göz-gözə gəldim. O hallı idi. Məni görüb dedi,- Küçük, o otağa niyə girdin? Ananın nə pox yediyini görmək üçün? Atamın dostu gecəyarı getdi. Atam səhərə qədər məni və anamı döydü. Anam ağlaya-ağlaya ona deyirdi ki, - “Ay oğraş, sən özün mənə dedin ki, nə etsə dinmə, səsini çıxartma, yoxsa səni də, uşağı da, öldürərəm! Ay alçaq, boğazıma bıçağı niyə dirəmişdin?”.  Atam yuxuya gedəndən sonra, anam polisə zəng etdi. Həyətə iki polis gəldi. Anam başını salıb itirmişdi. Hər şeyi elə açıq-aşikar danışırdı ki polisə, utanırdım. Həyətda balaca otaq vardı. Polislər anamla orda danışırdılar. Anamın danışdıqları ilə, atamın evdən gələn xorultu səsi vahiməli harmoniya yaradırdı. Anamın paltarı cırıq-cırıq idi. Polislərdən biri, anamın sinəsinə göz qoymuşdu, həris-həris baxırdı. Arada dəxilsiz suallar da verirdi: - Ərinizin dostu sizinlə necə sevişirdi?  Anam da hər şeyi danışırdı. O biri polis gülümsəyirdi… Bilmirəm, buna bənzər hadisəni neçə uşaq yaşayıb. Əslində mən özümə uşaq da demirəm. Mənim heç vaxt oyuncağım olmayıb. – O hıçqıraraq, içini çəkə-çəkə ağladı. Əlindəki quru çörək qırıqlarını dəmir barmaqlı pəncərənin önünə töküb, əlinin üstü ilə islanmış yanaqlarını və burnunu sildi. Sonra öz həyat hekayəsinə qaldığı yerdən davam etdi: - Gülümsəyən polis, məni otaqdan çölə çıxartdı. “Çöldə gözləyək, o polis əminin ananla məxvi söhbəti var”, - dedi. Məni çölə çıxardan polisə qəfil zəng gəldi. Başı telefonla danışmağa qarışdı. İki addım sola doğru çəkildim. Şüşəsi qırıq, köhnə pəncərənin ağ tül pərdəsi küləklənib yellənirdi. Mən otaqdakı polisin nə etdiyini gördüm. O, anamla…- On dörd yaşlı uşaq qırx yaşlı kişi kimi dişlərini qıcadı. Yumruqlarını düyünləyib dedi, – Mənim bu ölkənin polsilərindən zəhləm gedir! Oğraşlar! – Deyib, qışqırdı! Sonra sağa çevrilib sərçəni görməyəndə, yavaşca pıçıldadı: – Yəqin qışqırmağımdan qorxdu… Zindanın dəmir barmaqlı kiçik pəncərəsinə qonan sərçə, çoxdan uçub getmişdi.  *** - Onu necə öldürdün? - Kimi? - Atanı? - Nə bilim… - Ay uşaq, bizi yorma. Atanı necə öldürdün? - Danışdım da.a… - Sən atanın ananı necə döydüyünü və polislərin sizə gəldiyini, sonra isə ananın səni atıb getdiyini danışdın. Başqa heç nə demədin. - Anam getdi atasıgilə. Polislər atamı oyatdılar. Atam izahat yazdı. Dedilər, bir gün sonra polis bölməsinə gəlməlidi. Bir az atamı qorxutdular. Dedilər, “səni içəri basacağıq”. Polislər gedəndən sonra, atam da evdən çıxıb getdi. Fikirləşdim ki, evə içib gələcək. Mən də anamın yanına getdim. Anam atası məni görüb dedi ki, “rədd ol dədənin xarabasına!”. Mən isə həyətdə dayanıb, ana, deyib, qışqırırdım. Anam evin balkonuna çıxıb məni görən kimi dedi, - “Rədd ol gəldiyin yerə! Sən də böyüyəndə dədən kimi olacaqsan! Onun belindən gəlmisən da.a.a!” Mən çox ağladım. Evə qayıdanda da ağlayırdım. Getməyə başqa yer yox idi. Evə gedib yatağa uzandım, dayanmadan ağladım. Ağlaya-ağlaya yatmışam. Dik atıldım yuxudan. Atam boynumun arxasından sillə ilə vurmuşdu. Birtəhər sivişib, həyətə qaçdım. Atam söyürdü. Anamı söyürdü. Məni söyürdü. Hər şeyi, hamını söyürdü. Allahı da söyürdü. Hamını hər şeyi söyə-söyə yuxuya getdi… Mən pilləkənda oturmuşdum. Aya baxırdım. Göyə baxırdım. Heç birində Allah baba yox idi. Arada qonşu kişinin səsini eşitdim. Qışqırıb arvadına deyirdi ki, - “səni öldürəcəm!”. Elə bil öldürmək sözünü birinci dəfə idi eşidirdim. Dodaqlarım qurumuşdu. Atamı yuxudan oyatmayım deyə, astaca mətbəxə keçdim. Gördüm ki, qəhvədan sobanın üstündə qaynayır. Bir fincan soyuq su içdim. Atam xoruldayırdı. Soyuq su boğazımda ilişib qalmışdı. Anamın dediklərini xatırladım. Mən də atama oxşayacam. Özümə nifrət etdim. Atam yatdığı otağa tərəf getdim. Qapının arasından atamın yatağına boylandım. Atamı gördüm. Ağzını geniş açıb xoruldayırdı. Sonra…Sonra… - Sonra nə? - Deyəsən nəfəsi çatmadı. - Boğuldu? - Hə. Qaynar su boğazına gedən kimi, qəfil hoppandı yataqdan. Özümdən asılı olmadan, qəhvədandakı qaynar suyun qalanını da, üzünə tökdüm. Əlini üzünə tutub, ögüyə-ögüyə yerə yıxıldı. Yerdə qıvrıla-qıvrıla, köynəyinin yaxasını cırıqladı. Mən də qorxub, ağlaya-ağlaya evdən qaçdım. - Atanın öləcəyini bilib, qorxdun? - Yox, müstəntiq. Ona görə qorxmadım allahaqqı. - Nəyə görə qorxdun? - Durub məni döyəcəkdi. - Sən atanı öldürmüsən. - Atam neçə dəfə siqaretini mənim əlimin üstündə söndürmüşdü. Mən heç ölmədim… - Atan öldü. - Anam eşitsə inanmayacaq. - Nəyə? - Mən siqaretin közündən yanıb ölmədim amma atam qaynar sudan yanıb öldü. Gördünüz? Mən atama oxşamıram! - Uşağın üzündə qəribə bir sevinc vardı… Əbil Həsən

Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirildi

"Tovuzda ananın imtina etdiyi körpə Bakıda uşaq xəstəxanasına yerləşdirilib". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib. Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində valideyni tərəfindən nəzarətsiz buraxılan azyaşlının qalması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Tramp Rusiyanı tənqid etdi: 5-6 şərt irəli sürüb!

Rusiya bilərəkdən Ukraynada atəşkəs danışıqlarını gecikdirir və razılaşmadan yayınır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Düşünürəm ki, Rusiya buna son qoymaq istəyir, amma ola bilsin ki, vaxt uzadır. Mən bunu illərdir biznesdə etmişəm: müqavilə imzalamaq istəmirəm, bir növ oyunda qalmaq istəyirəm, amma bəlkə də bunu etmək istəmirəm”, - Tramp bildirib. Onun sözlərinə görə, Vaşinqton Moskvanın 23-25 ​​mart tarixlərində Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra elan edilmiş Qara dənizdə atəşkəslə bağlı tələblərinə baxacaq: “Hazırda onların hamısını nəzərdən keçiririk. Bunlar təxminən beş-altı şərtdir”.

Rusiyada benzin vurmaq, banka pul köçürmək olmur - Hücum

Rusiyanın iri şirkətləri haker hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, hakerlərin hücumuna ən çox “Lukoyl” neft şirkəti məruz qalıb. Bildirilib ki, şirkətin yanacaqdoldurma məntəqələrində müştərilər kart vasitəsilə ödəniş edə bilmir, əməkdaşlar iş kompüterlərinə daxil olmaqda çətinlik çəkirlər. Bundan başqa, Rusiyada Sürətli Ödəniş Sistemi də fəaliyyətini dayandırıb. İstifadəçilər heç bir banka pul köçürə və ya alış-veriş üçün ödəniş edə bilmirlər.

Qəzza yenə bombalandı - 11 nəfər öldü

İsrailin Qəzzanı bombalaması nəticəsində 11 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “AL Jazeera” telekanalı məlumat yayıb. Ölənlərdən 5-nin uşaq olduğu bildirilir.  İsrail Ordusu Cəbəliyyə, Beyt Lahiya, Xan Yunis, Rəfah şəhərlərinə və Əl-Bureyc qaçqın düşərgəsinə aviasiya, dron və artilleriyadan istifadə etməklə zərbələr endirib. Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək kütləvi hücumlar həyata keçirib və bununla da bu ilin yanvarında əldə olunmuş atəşkəs rejimi pozulub.

Ermənistan Aİ-yə üzvlük prosesinin başlanmasını rəsmiləşdirdi

Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qanun layihəsi bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb, onlar bu layihə üçün 60 min imza toplayıblar.

Məcburiyyət yaranarsa Ukraynalılar yalın əllə də döyüşəcəklər – MKİ rəhbəri

Uzunmüddətli sülh üçün məqbul şərtlər olmasa, Ukrayna hərbçiləri yalın əllərlə belə döyüşəcəklər. Sozcu.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ABŞ Sentındakı dinləmələrdə deyib. “Ukrayna müqavimətinə gəldikdə, artıq bir neçə ildir ki, xalqı və ordusu lazımi səviyyədə qiymətləndirilmir. Kəşfiyyat nöqteyi-nəzərindən öz düşüncələrimdən və müşahidələrimdən əmin oldum ki, əgər davamlı sülh üçün məqbul şərtlər olmazsa, məcburiyyət yaranarsa, onlar yalın əllə də döyüşəcəklər”, - Retkliff bildirib.

“Her şey çok güzel olacak” şüarının yaradıcısı Berkay Gezgin həbs olundu

Sozcu.az xəbər verir ki, 2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsi seçkilərində Ekrem İmamoğluna söylədiyi “Ekrem ağabey, her şey çok güzel olacak” ifadəsi ilə bütün ölkənin yaddaşında iz buraxan və kampaniyanın simvoluna çevrilən Berkay Gezgin həbs edilib. 22 yaşlı universitet tələbəsi olan Berkay Gezgin, Saraçhanədə keçirilən etiraz aksiyaları zamanı saxlanılıb və daha sonra çıxarıldığı məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək cəzaevinə göndərilib. “Məni unutdurmayın” – Berkayın son sözləri Berkayın vəkili Cemil Çiçek sosial media hesabında verdiyi açıqlamada, müvəkkilinin həbsini təsdiqləyib və onun son sözlərini paylaşaraq ictimaiyyətə çağırış edib: “Her şey çok güzel olacak şüarının mimarı müvəkkilim Berkay Gezgin nə yazıq ki, həbs edildi. 22 yaşında bir gənc. Son cümləsi bu oldu: ‘Lütfen beni unutturmayın!’ Biz onu unutmayacağıq, unutturmayacağıq! Her şeye rağmen her şey çok güzel olacak!” Berkay: “Bu, siyasi bir davadır” Gənc fəal həbsi ilə bağlı etdiyi çıxışda aşağıdakı sözləri səsləndirib: “Bu dava siyasi. Karar ne olursa olsun biz suçsuzuz. Bizi burada əsassız saxlayıblar. Vətənini, millətini sevən, haqqını arayan 21-22 yaşındakı Türk gənclərini həbsə atırlar. Bu yaşadığımız tablo gülünç və qorxuncdur. Her şey çox güzel olacak – yalnız mübarizə aparsaq. Əgər sussaq, heç nə gözəl olmayacaq.”

Almaniya Əkrəm İmamoğlunun həbsinə belə reaksiya verdi

Almaniyanın xarici işlər naziri Annalena Baerbok İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror araşdırmaları ilə bağlı açıqlama verib. Sozcu.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Baerbok sosial media hesabından bunları deyib: "İmamoğlu və digərlərinə edilənlər fonunda Türkiyənin AB-yə üzvlük öhdəliyi boş söz kimi səslənir. Siyasi rəqiblərin yeri həbsxana və ya məhkəmə deyil. Öz gələcəyini Avropa Birliyində görən bir ölkədə qanunun aliliyi hökm sürməlidir". Baerbok açıqlamasını belə davam etdirib: "Bu təlatümlü geosiyasi dövrdə əməkdaşlığımız üçün türklərin son 100 ildə qurduqları kimi demokratik və güclü vətəndaş cəmiyyətinə malik olan, qanunun aliliyinin hökm sürdüyü Türkiyə lazımdır”.

Kabab bişirmək istədi, alov üzünü yandırdı

Gəncədə kabab bişirmək istəyən şəxs ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb. Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 59 yaşlı S. Paşayeva həyətində oğlu ilə birlikdə kabab bişirərkən oğlu bilmədən yanan oda benzin töküb. Nəticədə qadının əl və üz nahiyələri yanıb. O, dərhal xəstəxanaya çatdırılıb və müalicəsi davam edir.

Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi

"Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı bir pedofildən dünyaya uşaq gətirməsi ictimai müzakirələrə səbəb olub. Bu vəziyyət bir neçə ciddi hüquqi və sosial məsələnin gündəmə gəlməsinə yol açıb". Sozcu.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook"da yazıb.   O bildirib ki, məhkəmənin hökmü ilə, cinayətə görə pedofil altı il azadlıqdan məhrum edilib, lakin o, şərti cəza çəkməklə sınaq müddətinə azadlığa buraxılıb: "Bu gün həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Ailə niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir. Bu şəraitdə qızın müdafiəsi necə təmin olunur, hüquqları necə qorunur?". Birliyin rəhbəri onu da əlavə edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb. Amma bu, dərsə gəlməmə məsələsinin təhsil məsələsi olduğunu göstərir: "Məktəb direktoru, uşaq üçün təhlükəli vəziyyətin qarşısını almaqda necə məsuliyyət daşımır? Bu məsələlər daha geniş təhsil siyasətinin zəif tərəflərini göstərir. Sonunda isə bir daha sual yaranır: Regionlarda qanun işləmir, yoxsa əxlaq və ənənələr qanunu təhrif edərək, ört-basdır edir? Bu cür məsələlərdə qanunu pozan məmurlar və qeyri-kafi müdaxilələr ciddi narahatlıq doğurur. Bu vəziyyət, erkən evliliklərin qarşısını almaq üçün edilən qanun dəyişikliyinə qarşı bir təhdid yaradır. Çünki qanunlar artıq pozulub və hər şeyin yavaş-yavaş normal qəbul edildiyi bir mühitə çevrilib".

Apreldə hava nəfəs kəsəcək - İSTİLƏR BAŞLAYIR

Aprel ayında Azərbaycanda hava əsasən mülayim olacaq. Sozcu.az xəbər verir ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin aprel ayında ölkə ərazisində orta aylıq temperaturun 9-11 dərəcə isti olması gözlənilir. Gecələr 2-7 dərəcə isti, gündüzlər isə 12-17 dərəcə isti olacaq, bəzi günlərdə temperaturun 20-25 dərəcəyədək yüksələcəyi ehtimal edilir. Bu da iqlim normasından 1-2 dərəcə aşağıdır. Bakı şəhəri üzrə 1-8 aprel tarixləri üçün proqnozda gündüz temperaturunun 14-21 dərəcə arasında dəyişəcəyi, gecə temperaturunun isə 8-14 dərəcə olacağı bildirilir. Beləliklə, aprel ayında havanın temperaturu əsasən mülayim olacaq və soyuq aylardan sayılmayacaq.

Sabahdan bu məktəblərdə dərslər başlayır

Sabah ölkənin bəzi orta məktəblərində bayram tətilindən sonra ilk dərs günü olacaq. Sozcu.az Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləridir. Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.

Ərdoğana qarşı təhqir: Özəldən kəskin etiraz!

Ötən gün İstanbulda Əkrəm İmamoğlunun həbsinə qarşı keçirilən qanunsuz aksiyalar zamanı polislərlə etirazçılar arasında toqquşma baş verib. Aksiya zamanı bir qrup nümayişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsinə qarşı təhqiramiz ifadələr səsləndiriblər. Sozcu.az xəbər verir ki, bu ifadələrə görə CHP sədri Özgür Özəl X hesabında kəskin etirazını bildirib. “Anaya söyüş söymək qəbuledilməzdir. Mən bu söyüşü öz anama yönəlmiş təhqir hesab edirəm. Biz siyasətimizi və etirazlarımızı təhqirsiz, aydın dillə bildiririk. Bir siyasətçinin ailəsi haqqında pis danışan bizdən deyil. Etirazı təhqirlə qarışdırmaq yolverilməzdir”, - partiya sədri qeyd edib.

Ukrayna ordusu Rusiya ərazisində əmliyyatları genişləndirir

Ukrayna ordusu martın əvvəlində ciddi itki verərək Rusiyanın Kursk vilayətindəki mövqelərinin əksər hissəsindən geri çəkilsə də, sərhədyanı zonada əməliyyatları davam etdirir. Rusiya mənbələri Ukrayna bölmələrinin daxil olduğu Belqorod vilayətində döyüşlərin getdiyini bildirir. Məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri kiçik piyada dəstələrdə qruplaşaraq Rusiyanın içərilərinə doğru 10 kilometrdən çox irəliləyərək, bəzi məskunlaşmış əraziləri nəzarətə götürüb. Rusiya hakimiyyəti bir neçə sərhəd kəndinin əhalisini təxliyə edib. Belqorod vilayətinin bəzi sakinləri döyüşlərin şahidi olaraq, təxliyə əmrini gözləmədən evlərini tərk ediblər. “Kursk əməliyyatı”ndan fərqli olaraq, Belqorodda Ukrayna ordusu əsasən texnikasız, kiçik piyada dəstələri və təxribat-kəşfiyyat bölmələrindən istifadə etməklə hərəkət edir. Belqorodda Ukrayna ordusu əsasən texnikasız, kiçik piyada dəstələri və təxribat-kəşfiyyat bölmələrindən istifadə etməklə fəaliyyət göstərir. Xatırladaq ki, Rusiya hərbi müxbirləri ilk dəfə martın 18-də Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Belqorod vilayətinin Krasnoyarsk yaşayış məntəqəsi istiqamətində Rusiya dövlət sərhədini keçməsi barədə məlumat yayıblar. Daha sonra Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq, “təxribatda” 200-ə qədər ukraynalı diversantın və 29 hərbi texnikanın, o cümlədən 16 zirehli döyüş maşını və beş tankın iştirak etdiyini bildirib. Nazirlik həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün hücumları dəf edilib, dövlət sərhədi keçilməyib. Ukraynanın xüsusi əməliyyat qüvvələri isə Belqorod vilayətində uğurlu hücum həyata keçirdiklərini və bu reyd zamanı bölgənin dərinliklərində yerləşən Rusiya ordusunun helikopter aerodromunun vurulduğunu bildirib. Lakin Müdafiə Nazirliyindən fərqli olaraq, Rusiya hərbi müxbirləri Ukrayna qüvvələrinin nəinki dövlət sərhədini keçdiyini, həm də Belqorod vilayətinə 12 kilometr dərinliyə qədər irəlilədiklərini bildiriblər. Sonrakı günlərdə onlar dərinliyi 2-10 kilometr, eni isə təxminən 15 kilometr olan zolağı nəzarətə götürbülər. Rusiya ərazisinə hücumun Ukraynanın Sumı vilayətindən həyata keçirildiyi qeyd edilir. Məlumata görə, Ukrayna bölmələri sərhəddən 10-12 kilometr aralıda yerləşən Demidovka kəndinə daxil olub. Rusiya hərbi mənbələri bildirirlər ki, ukraynalı diversantlar kəndin mərkəzində döyüşür və onlara kamikadze pilotsuz uçan aparatlarla havadan dəstək verilir. Sumı vilayəti ərazisindən Ukrayna ordusu HİMARS reaktiv reaktiv sistemləri və artilleriya qurğularından istifadə edərək hücumları genişləndirir.

"Prezidentin anasına təhqirləri ürəkdən pisləyirəm, ona rəhmət diləyirəm" - İmamoğlu

Əkrəm İmamoğlu İstanbulda dünənki mitinqin gedişində Prezident Rəcəb Tayyib Ərdoğanın mərhum anasının və ailəsinin təhqir edilməsi ilə bağlı açıqlama yayınlayıb. Sozcu.az xəbər verir ki, İmamoğlu açıqlamasında aşağıdakı fikirləri ifadə edib: Siyasi tariximizin ən böyük ədalətsizliklərindən biri ilə üzləşmişəm. Təbii ki, 19 mart çevrilişinə qarşı bütün qanuni vasitələrdən istifadə edərək mübarizə aparacağıq. Ancaq bu çevriliş üçün belə çörək, su, hava kimi müqəddəs saydığım analarımızın ünvanına söylənən təhqirləri qəbul edə bilmirəm. Prezidentin anasına edilən təhqirləri ürəkdən pisləyirəm. Bu münasibətlə bir daha Uca Allahdan ona rəhmət diləyirəm. Həbsdə olmağımızdan sui-istifadə edərək, anam, həyat yoldaşım və ailəm haqqında əxlaqsız yazılar yazanlara qarşı prokurorluğu da tədbir görməyə çağırıram. Hər bir məsələ ilə bağlı iş yerində və ildırım sürəti ilə araşdırmalar açanlar ailəmizə gələndə başlarını qoymağa yer axtarırlar. Biz hakimiyyətə gələndə sizin bizə etdiyinizi etməyəcəyik. Ədalət hər kəsin təminatı olacaq, qanun hər kəsin canının və malının təhlükəsizliyini təmin edəcək, heç kim başqasının malına, şərəfinə, ləyaqətinə, nüfuzuna qəsd edə bilməyəcək.

Müəllimlərin sertifikasiyası 2 ildən bir keçirilməlidir - Təhsil eksperti

"Sertifikatlaşdırmanın 5 ildən bir deyil, 3, hətta 2 ildən bir keçirilməsi nəticələrin daha uğurlu olmasına səbəb ola bilər". Sozcu.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib. "Müəllimlərin sertifikatlaşdırılması prosesinə Azərbaycanda ilk dəfə 2022-ci ildən başlanılıb. Bu proses ölkəmizdə ilk dəfə keçirilməsinə baxmayaraq, uğurla davam edir. Doğrudur, sertifikatlaşdırma prosesinin həyata keçirildiyi ilk illərdə texniki və təşkilati istiqamətlərdə müəyyən problemlər var idi. Lakin zaman keçdikcə Elm və Təhsil Nazirliyi, eləcə də İnsan Resursları Mərkəzi tərəfindən bu boşluqların əksəriyyəti müsbət istiqamətdə aradan qaldırıldı. Hazırda sertifikatlaşdırma prosesində əsas boşluqlar texniki və təşkilati məsələlərlə deyil, qaydalarla bağlıdır. Bu imtahan Ukrayna və Qazaxıstan təcrübəsinə əsasən təşkil olunub. Həmin ölkələrdə müəllimlərin qiymətləndirilməsi mexanizmləri dünya miqyasında uğurla tətbiq edilir. Azərbaycanın bu təcrübəyə üz tutması doğru addım idi, lakin bəzi detallar var ki, burada Ukrayna və Qazaxıstanın qaydalarından fərqli olaraq, öz yanaşmamız tətbiq edilib. Qaydalarla bağlı ən çox tənqid edilən məqam qiymətləndirmə sistemidir. Bildiyimiz kimi, sertifikatlaşdırmanın test imtahanı mərhələsində maksimum bal 60-dır. 31-50 bal toplayan müəllimlərin maaşına 10%, 50-dən yuxarı bal toplayanların maaşına isə 35% əlavə edilir. Bu qaydalar bir çox müəllim tərəfindən birmənalı qarşılanmayıb. Çünki 31 bal toplayan da 10% artım alır, 50 bal toplayan da. Həmçinin 51 bal toplayan da 35% artım alır, 60 bal toplayan da. Faizlər arasında diferensial bölgünün artırılması daha ədalətli olardı. Məsələn, 31-41 bal toplayanların maaşına 10%, 41-51 bal toplayanların maaşına isə 20% əlavə olunması daha məqbul görünür. Sertifikatlaşdırmanın 5 ildən bir keçirilməsi də müəyyən problemlərə səbəb olur. Bəzi müəllimlər hazırda özlərini daha bilikli və hazırlıqlı hiss edirlər. Lakin onlar əməkhaqqını əvvəlki nəticələrinə əsasən alırlar. Bu narazılıqların qarşısını almaq üçün sertifikatlaşdırma prosesinin 5 ildən bir deyil, 2 və ya 3 ildən bir keçirilməsi daha məqsədəuyğun olardı. Bəzi insanlar hesab edir ki, sertifikasiya müəllimlərin nüfuzuna mənfi təsir göstərib. Lakin əslində bu proses müəllimlərin nüfuzuna xələl gətirməyib, əksinə, real vəziyyəti üzə çıxarıb. İki il əvvəl nazirlik tərəfindən sertifikasiya nəticələrinə dair keçirilən konfransda məlum oldu ki, zəif nəticə göstərənlərin 90%-i kollec məzunlarıdır. Hazırda həmin kolleclərin əksəriyyəti fəaliyyətini dayandırıb. Bu isə sertifikatlaşdırmanın təhsildə süzgəcləmə rolunu oynadığını sübut edir. Əgər bu prosesə 2022-ci ildə yox, 2015-ci ildə başlanılsaydı, təhsildə daha müsbət nəticələr əldə etmək mümkün olardı. Sertifikatlaşdırmanın elmi-statistik təhlilinə geniş ictimaiyyət bələd olmasa da, təhsil mütəxəssisləri və rəsmi qurumlar bu detalları araşdırır. Məsələn, ibtidai sinif müəllimlərinin niyə zəif nəticə göstərdiyi, riyaziyyat məsələlərində niyə çətinlik çəkdikləri kimi məsələlər elmi təhlillərdən keçirilir. Bu təhlillərin yalnız nəzəri deyil, praktiki olaraq da tətbiq olunması vacibdir. Hər bir halda sertifikatlaşdırmanın müəllim imicinə ciddi zərbə vurduğunu düşünmürəm. Əksinə, bu proses müəllim peşəsində düzgün süzgəcləmə rolunu oynayır. Sertifikatlaşdırmanın 5 ildən bir deyil, 3, hətta 2 ildən bir keçirilməsi nəticələrin daha uğurlu olmasına səbəb ola bilər",- deyə E.Nuri fikrini yekunlaşdırıb.

İtkin düşən üç rəfiqədən biri sığınacağa yerləşdirildi: "Qızları tora salan gənclər var"

“Ötən günlərdə Bakıda itkin düşən üç rəfiqələrdən biri hazırda bizim sığınacaqdadır. O aqressivdir, boyun hissəsində zədələr var. Bunu oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir". Sozcu.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, belə yeniyetmələr reabilitasiyaya çox çətinliklə cəlb olunurlar: "Hər zaman qaçmaq ehtimalları var. Düşünürlər ki, onlar ən düzgün addımı atırlar. Qız hələki yeni gəlib. Amma bir neçə gündən sonra bura adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq. Dünən axşam saatlarında isə bizə zəng olundu ki, qızlardan birini valideyn tapıb. Qızın sinif yoldaşının valideyni deyib ki, qızı birtəhər razı salmışıq. Dedim dərhal polisə müraciət etsinlər, getməyə, qalmağa yeri yoxdur. Hazırda Bakıda qızları cəlb edən gənclər var ki, bilərəkdən onları torlarına salırlar. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etmədi. Bu cür uşaqlar telefon istifadəsindən asılı olduqları üçün qadağalar onları aqressivləşdirir. Amma zamanla düzəlirlər, reabilitasiya başlayandan sonra başları qarışır və telefonu da unudurlar". K.Ağazadə bildirib ki, yeniyetməni sorğu-suala çəkmək çox tezdir: "Niyə bu addıma atmasına ilə ondan heç nə soruşmamışıq. Bunu soruşmaq çox tezdir. O öncə mühitə uyğunlaşmalıdır. Buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq, sosial işçilər öz işlərini görəcəklər”. Qızlardan biri iki il əvvəl sığınacağa gətirilib, amma ... K.Ağazadə itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib: “Qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burda qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb, razılaşdırdıq ki, ən azından axşam evə getsin. Gün ərzində uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara qatılsın, tədbirlərə gəlsin. Razılıq verdilər. Biz onu ərizə əsasında qəbul etdik. Sosial Xidmətlər Agentliyinin alt sisteminə də yönləndirdik. Çünki çətin tərbiyə olunan və həssas uşaq qrupundan idi. Valideynlə əlavə saxlayırdıq, o da bizə “Sabah gətirəcəm”, “Bu gün gətirəcəm” dedi amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, o qız sığınacağa gəlmədi. Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi gözə alınmalıdır. Valideyn söz verib ki, gətirəcəyəm, gətirməyib. Dediyim kimi bizdə qeydiyyatda olub, bir gün də qalmışdı". Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.

Temperatur 18 dərəcəyə yüksələcək

Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 25-ci günüdür. Sozcu.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:09, iftar isə 19:12-dədir. İmsak duası: “Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin”. Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

İbtidai sinif müəllimi vəfat etdi - FOTO

Gəncədə ibtidai sinif müəllimi vəfat edib. Sozcu.az xəbər verir ki, Gəncə şəhər 32 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rəna Rahat qızı Əliyeva dünyasını dəyişib. 58 yaşlı R.Əliyeva ürək tutmasından vəfat edib.

Zelenski: Ağ Evdə Putinin sözlərinə inanmağa başlayıblar

Ağ Evdə Vladimir Putinin sözlərinə inanmağa başlayıblar. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Time” jurnalına müsahibəsində deyib. “Hesab edirəm ki, Rusiya Ağ Ev komandasındakı bəzi insanlara informasiya təsiri göstərməyə nail olub”, - Ukrayna lideri qeyd edib.

Urmulu milli fəallar həbs edildi

Bu gün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində Əmir İbrahimlu və Soheyl Dəiyri adlı iki milli fəal həbs edilib. Bu barədə insan haqları fəalları məlumat yayıb. Adı çəkilən şəxlərin həbs səbəbi və hara aparıldıqları barədə məlumat yoxdur. Əmir İbrahimlu bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs edilib. Qeyd edək ki, fəalların martın 22-də Urmiyada kürdlərin Qərbi Azərbaycan əyalətinə torpaq iddialarına qarşı keçirilən etiraz aksiyasına görə saxlanıldıqları ehtimal olunur.

Naxçıvanda ər arvadını tavandan asaraq öldürdü

Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq araşdırmalar həyata keçiriblər. Tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra tavandan asaraq öldürməsi müəyyən olunub. A.İbrahimli şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub. Onun ikinci övladı üç aylıqdır.

Düşmənin qorxulu yuxusu - şəhid Pəncəli Teymurovun doğum günüdür

Bu gün aprel Şəhidimiz gizir Pəncəli Nurməmməd oğlu Teymurovun doğum günüdür. Sozcu.az xəbər verir ki, şəhidimiz 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndinə doğulub. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı dəstənin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayon Əzərüd kəndində böyük izdihamla dəfn edilib. Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

"MAKARON" - Satirik qəzəl

Olmusan ömür yoldaşım mənə sən ,ay makaron. Kasıbın menyüsunda səndən vardır pay, makaron.  Mövsümi deyilsən ki,arabir nuş edək səni, Səninlə birgə keçir payız,bahar,yay,makaron.  Ət ilə sinteziniz çox əladır amma ki, gəl, Daimi xəyallara adət etmə day,makaron.  Hökumət yaradıbdır şərait ki, zövqü alaq, Qatıqla yeyək səni,yanında da çay, makaron.  Elə ki,sezonu gəldi pomidor,badımcan,bibər, Üstünə bəzək verir hər üçü lay-lay, makaron.  Nazirlər əlbət səni bəyənməyib "ikra" yeyər, Gəl onlara özümüzü eyləməyək tay, makaron.  Küftəni,bozartmanı yad etdilər mədəmizə, Bir ildə cəm eləsən bir həftə ,ya ay , makaron.  Alimlər heyrətdədir bu qədər səni nuş edirik, Amma gəl ki,mədəmiz heç vaxt olmur zay ,makaron  "Şah plov" tək veririk səni qonaq qarşısına, Bir də kartoşka olur yanında əzvay, makaron  Sən analoqsuz ölkənin strateji məhsulusan, Özünü bu səbəbdən çox hörmətli say, makaron.  Elçinəm, süfrəmizdən heç vaxt əksik olmayasan, Yoxsa bütün cahana olarıq rüsvay,makaron. Elçin Rəhimzadə

SEPAH Urmuda repressiyalara hazırlaşır

Urmiyada keçirilən əzadarlıq mərasimində iğtişaş yaradıb və irqçi şüarlar səsləndirərək İran xalqları arasında fitnə salan şəxslər aşkarlanıb və cəzalandırılacaq. Bu SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki təhlükəsizlik və kəşfiyyat bölməsinin yaydığı bəyanatda bildirilib. Qeyd edək ki, kürdlərin Qərbi Azərbaycan əyaləti və Urmu şəhərinə torpaq iddialarına qarşı martın 22-də Urmuda izdihamlı mitinq keçirilib. Mitinq, İmam Əlinin vəfat gününə təsadüf etdiyinə görə, yerli hökumət rəsmiləri və hökumət mollaları milli şüarlar səsləndirən Azərbaycan türklərinin cəzalandırılmasını tələb ediblər.

Göyçayda kişi qohumunu bıçaqladı

Göyçayda bıçaqlanma hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bığır kəndinin ərazisində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Şaiq Salmanov münaqişə zəminində qohumu 1961-ci il təvəllüdlü Nazir Salmanova bıçaqla xəsarət yetirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

QMİ fitrə zəkatının məbləğini açıqladı - Adambaşına 10-15 manat

"Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar". Sozcu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. “Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar”,- o qeyd edib. F. Nurullayev deyib ki, fitrə zəkatını çıxarmaq vacibdir: “Oruc tutmayanlar da çıxarmalıdır. Amma maddi imkanı olmayan insanlar çıxarmır. Fitrə zəkatını bayram namazına qədər versələr, yaxşıdır. Bayram axşamından səhəri gün bayram namazına qədər fitrə zəkatı verilməlidir. Ancaq çatdıra bilməsələr, bayram namazından sonra da verə bilərlər”.

Bu müavinətlər artırılıacaq - AÇIQLANDI

Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət dünən başa çatıb. Bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin isə rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir. Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, müharibə veteranları və əlilliyi olan şəxslərin müavinətlərində artım gözləniləndir: "Çox böyük ehtimalla bu artım əsas müharibə veteranları və əngəlli insanları əhatə edəcək. Çünki müharibə veteranlarına verilən vəsait kifayət qədər ciddi ictimai müzakirələrə səbəb olmuşdu. Müharibə veteranları və əngəlli insanlarla bağlı müavinətlərdə növündən asılı olaraq, təqribən 10 və 25 faiz arası artımlar ola bilər".

Sabah hava necə olacaq? - Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Sərnişin avtobusu xəndəyə düşdü: 1 ölü, 32 yaralı

Türkiyənin Aydın vilayətinin Kuyucak rayonunun ərazisində sərnişin avtobusu xəndəyə düşüb. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 32 nəfər isə yaralanıb. Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım xidmətinin personalı cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

İmamoğlu həqiqətən rüşvətxordursa diplomunu ləğv eləməyə nə ehtiyac var idi?

İstanbul böyük şəhər bələdiyyəsinə qəyyum təyin etmək riskinə getmədilər. Ayın 26-da bələdiyyə Məclisi toplaşaraq öz üzvlərindən birini bələdiyyə başqanı seçəcək. Çoxluq CHP-də olduğundan İmamoğlunun komanda üzvlərindən biri (yəqin ki, ilçə bələdiyyə başqanları arasından) böyük şəhər bələdiyyə başqanı olacaq.  Qəyyumdan vaz keçilməsində 2 amil rol oynadı: - Xalq etirazlarının gözləniləndən daha genişmiqyaslı, inadlı və coşğulu olması; - İqtisadiyyatın alt-üst olması riski. 19 mart əməliyyatı ilə iqtidarın nəyə nail olduğu zamanla əlbəttə ki, daha aydın ortaya çıxacaq. Mən şəxsən burada prezident Ərdoğan üçün bir uduş variantı görmürəm. Əməliyyat öncəsi Əkrəm İmamoğlu reytinqi yüksək olan ölkə siyasətçilərindən biriydi, əlavə olaraq onun əzabkeş obrazı da yarandı.  Korrupsiya iddialarına kimsə inanmır, zatən dosye də boşdur. Dəlil-sübut kimi təqdim olunan məsələlər gizli şahidlərin ifadələrindən ibarətdir, onlar isə gördüklərini yox, eşitdiklərini danışırlar. Vaxtilə "Ergenekon", "Balyoz" əməliyyatları da gizli şahidlərin ifadələrinə əsaslanırdı və türk ordusunun yüzlərlə zabiti həbs olunmuşdu. (Yeri gəlmişkən, Türkiyə işğal olunsa, düşmənin belə asanlıqla cəsarət etməyəcəyi bu boyda rəzalətə görə kimsə cavabdehlik daşımadı). Bu cinayət işlərinin aqibətinin nə olduğunu bilirsiniz. Ona görə də, gizli şahid ifadələrinə hər hansı ictimai etimaddan söhbət gedə bilməz.  Digər tərəfdən, indiyə qədər İstanbul bələdiyyəsində Daxili İşlər Nazirliyinin, Ticarət Nazirliyinin müfəttişləri və Hesablama Palatası (Sayıştay) tərəfindən 1019 dəfə yoxlama aparılıb. Dövlət müfəttişləri qanunsuz heç nə aşkarlamayıb, amma gizli şahidlər deyir ki, "eşitdiyimizə görə filan şey filan cür olub" və bunun əsasında nüfuzlu müxalifət lideri həbsə atılır.  İnsanlar axmaq deyil, təhsil səviyyəsindən asılı olmayaq hər kəs məntiqlə düşünə bilir. Aydındır ki, hakimiyyətin onun fəaliyyətini diqqət mərkəzində saxladığını çox yaxşı bilən prezidentliyə iddiaçı şəxs maksimum çalışar ki, boşluq buraxmasın. Məntiq mühakiməsi həm də onu deyir ki, İmamoğlu həqiqətən korrupsioner və rüşvətxordursa, onda diplomunu ləğv eləməyə nə ehtiyac var idi? Deməli, məsələ siyasidir. Bir sözlə, baltanı daşa vurdular. Şahin Cəfərli, politoloq

"İmamoğlunun əllərini qandallasanız belə, xalqın ürəyini qandallaya bilməzsiniz"

Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsi ilə bağlı açıqlama verib. Sozcu.az xəbər verir ki, partiyanın sosial şəbəkə hesabında yayılan açıqlamada “Ümidsizlik yox”, “Mübarizəyə davam” ifadələri yer alıb. CHP qrup başqan vəkili Əli Mahir Başarır da İmamoğlunun haqqında həbs qərarına etiraz edib. “Əkrəm İmamoğlunun əllərini qandallasanız belə, xalqın ürəyini qandallaya bilməzsiniz. Seçkidə məğlub edə bilmədiyiniz Əkrəm İmamoğlunu məhkəmə çevrilişi ilə dayandırmağa bu millət imkan verməyəcək! Halal səslə qazanılan bu kürsü haram göstərişlə qəsb oluna bilməz! Bu qərar etibarsızdır! Meydanlarda, küçələrdə, hər yerdə olacağıq!”, - Başarır bildirib.

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, martın 24-də bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Azərbaycanda pensiya ödənişləri ləğv edilir? – VİDEO

Azərbaycanda ildən-ilə pensiyaçıların sayında azalma müşahidə olunur. İddialara görə, yaşın artırılması da məhz buna xidmət edir. Yəni pensiya alanların sayı azalsın və gələcəkdə ödənişlər ləğv edilsin. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Yəni hazırda kişilərdə pensiya yaşı 65-dir, qadınlarda isə bu il 64 olacaq. Pensiya ödənişləri gələcəkdə ləğv oluna bilərmi? Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli iddiaların əsassız olduğunu deyib.

Rusların Donetskdəki mövqeləri darmadağın edildi

Ukrayna ordusu rusların Donetsk vilayətinin Toretsk şəhərindəki mövqelərini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, zərbələr martın 21-də Rusiyanın 103-cü motoatıcı alayının 1-ci əlahiddə qvardiya motoatıcı briqadasının qüvvələrinin cəmləşdiyi əraziyə endirilib. Nəticədə rus hərbçilərin yerləşdiyi yer tamamilə dağıdılıb, şəxsi heyət, xüsusən də desant-hücum qrupları və PUA operatorları məhv edilib.

Həbs edilən İmamoğludan ilk mesaj: “Hər cür uduzacaqsınız!”

Korrupsiya istintaqı çərçivəsində həbs edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu qərardan sonra diqqətçəkən mesaj paylaşıb. Sozcu.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib. “Qorxunun əcələ faydası yoxdur. Hər cür uduzacaqsınız. Haqlılığımıza, mərdliyimizə, təvazökarlığımıza, gülər üzümüzə məğlub olacaqsınız! Əziz millətim, heç vaxt kədərlənməyin, ümidinizi itirməyin. Əl-ələ verib demokratiyamıza vurulan bu zərbənin, qara ləkənin kökünü kəsəcəyik. Prosesi idarə edən insanların həm dünyada, həm də axirətdə hesab verəcəyi gün yaxındır”. O, həmçinin vətəndaşlara səslənib: “Sizi seçki qutusuna getməyə, demokratiya və ədalət uğrunda mübarizəmizi bütün dünyaya elan etməyə dəvət edirəm. Heç vaxt əyilməyəcəm, hər şey gözəl olacaq”.

Ukaryna ordusu bu kəndi azad etdi

Ukrayna ordusunun 3-cü hücum briqadası Luqansk vilayətinin Svatovsk rayonunun Nadejda yaşayış məntəqəsini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə briqadadan məlumat verilib. “Briqada, ilk növbədə 1-ci hücum batalyonu Nadejda yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib. Düşmən Nadejdanı iki aylıq hücumdan sonra işğal etmişdi. Nəticədə Rusiya Silahlı Qüvvələrinin 20-ci ordusunun 752 və 254-cü alayları böyük canlı qüvvə itkisi verib”, - məlumatda qeyd olunub.

Elektrik xətlərinin altında evləri olanlara MÜHÜM XƏBƏR - Video

Yüksək gərginlikli elektrikötürücü xətlərin altına düşən torpaq sahələri dəyərləndiriləcək. Sozcu.az bu barədə "Xəzər TV"yə istinadən xəbər verir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bunun müsbət tərəfləri var. Görülən bu işlər sayəsində sözügedən ərazilərdə  tikilmiş çoxsaylı evlər üçün çıxarış problemi də öz  həllini tapmış ola bilər. Ekspert bildirib ki, bundan başqa bir çox dövlət layihələri əsasında müxtəlif növ qiymətləndirmələr də aparılacaq. Eyni zamanda mütəxəssis rəyinin və AZURE, yəni bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi üçün müəyyən hesabatların hazırlanması xidmətləri də həyata keçiriləcək.

Bu gün üçüncü Qədr gecəsi olacaq

Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı xüsusi təqviminə görə, bu gün üçüncü Qədr gecəsini yaşayacağıq. Sozcu.az xəbər verir ki, təqvimə əsasən üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə keçən gecəyə (22 mart) təsadüf edir. Növbəti Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) olacaq. Xatırladaq Ramazanın ilk Qədr gecəsi mart ayının 18-dən 19-na keçən gecəyə, ikinci Qədr gecəsi isə Ramazan ayının 20-dən 21-nə keçən gecəyə (20 mart) təsadüf edib.  ​​​​​​​ İslam təqvimi ilə Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı qeyd olunacaq. Qədr gecəsi Allahın müqəddəs kitabı “Quran”ın nazil olduğu gecədir. Allah-Təala “Qurani-Kərim”də buyurur: “Həqiqətən biz onu (“Quran”ı) Qədr gecəsi nazil etdik!” Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar. Rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunub. Qədr gecəsi Allah insanların dualarını qəbul edir. Qədr gecəsin həm bərəkətli, həm də Allahın mərhəməti olan bir gecədir.  Qədr gecəsi əhya saxlamaq, yəni səhərədək oyaq qalmaq savab sayılır. Həmin gecədə təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir. Hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə, Allah-Təala ona min ay ibadətin savabından artıq savab yazar.

82 yaşlı qadın su kanalında boğuldu

İmişlidə 82 yaşlı qadının su kanalına düşərək boğulması ilə nəticələnən hadisə baş verib. Sozcu.az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə, hadisə ötən gün qeydə alınıb. İmişli şəhər sakini 1943-ci il təvəllüdlü Vəliyeva Məstan Hüseyn qızı evlərinin yaxınlığından keçən R-2 su kanalına düşərək boğulub. Günorta saatlarında onun cəsədi batdığı yerin yaxınlığında aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bir müddət öncə bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. O, dana və quzuların erkən yaşda kəsilməsinin əleyhinə olduğunu qeyd edib. Deputatın təklifi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Modern.az-a bildirib ki, dünya praktikasında qeyri-peşəkarlar aqrar sahə ilə bağlı təkliflər vermir, qanunda dəyişikliklə bağlı çıxışlar etməkdən çəkinirlər: “Sahəni dərindən bilmədən sahə ilə bağlı nəsə danışmaq yersizdir. Bütün ölkələrdə qədim zamanlardan heyvanların kəsim zamanını sahibkarlar müəyyən edir. Heyvanın kəsim zamanı heç bir ölkədə dövlət qanunu ilə tənzimlənmir. Bunu kim uydurdu, kim dildən-dilə gəzdirdi bilinmir. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun da çıxışı olmuşdu. İndi də Aqrar siyasət komitəsinin sədrinin belə bir çıxış etməsi yalnızca qeyri-peşakarlıqdan irəli gəlir. Çünki heyvanlar ilk aylarda daha sürətlə inkişaf edirlər. Məsələn, quzular 6 ay müddətinə, eləcə də buzovlar 6-7 müddətinə sürətə inkişaf edirlər. Sonrakı etapda isə gündəlik yem tələbatı artır. Elə bil ki, bütün canlılar ilk etapda sürətlə inkişaf edir. Sonrakı etapda isə təbii inkişaf dayanır və ancaq qidalanma hesabına inkişaf mümkün olur”. V.Məhərrəmli bildirib ki, Azərbaycanda ot və yem çatışmazlığı var: “Biz tələbatımızdan 2.5 dəfə az ot, 15 dəfə az qüvvəli yem istehsal edirik. Belə bir halda heyvanları uzun müddətə saxlamaq mümkün olmayacaq. Olsa da, baş sayı azalacaq. Ölkəmizdə 1.8 milyon xırdabuynuzlu, 350 min iribuynuzlu heyvan sayı azalıb. Bunun səbəbi kifayət qədər yem olmamasıdır. Əgər yem olarsa, niyə sahibkarlarımız daha az heyvan saxlasınlar?! Azərbaycanda ətin qiyməti regionda ən yüksək dərəcədədir. Ət istehsal edib satmaq sahibkarlarımıza sərf etdiyi halda bunu etmirlər, çünki örüş əraziləri tükənib, məhsuldarlıq aşağı düşüb”. Müsahibimiz qeyd edib ki, kənd təsərrüfatı naziri və Aqrar siyasət komitəsinin üzvləri nə etdiyini bilmirlər: “Yaxşı olar ki, onlar nəsə deməzdən əvvəl mütəxəssislərlə məsləhətləşsinlər. Əgər imkan yaradılarsa, Aqrar siyasət komitəsinin üzvlərindən özünü ən hazırlıqlı hesab edənlərlə bu məsələni müzakirə etməyə hazıram. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi bu sahədə çalışan sahibkarlara ciddi problem yarada bilər. Məmurlar elə deməklə deyil, mən bilirəm ki, onların əksəriyyəti 4-5 aylıq quzu əti ilə qidalanırlar. Bu əgər qanun şəklində həyata keçirilərsə, fermerlərlə yanaşı, istehlakda da ciddi problemlər yaradacaq. Elə adamlar var ki, onlar quzu əti yeyə bilir, amma toğlu ətini yeyə bilmir. Yaxşı olar ki, hər kəs öz bildiyi sahə üzrə danışsın. Bu sahə olduqca mürəkkəbdir, onsuz da bərbad vəziyyət yaradıblar, daha da pis günə qoya bilərlər”.

Urmiyədə antiterror aksiyasına qatılan azərbaycanlı cütlük həbs edilib

Kürd terror qruplaşmalarının tərəfdarlarının siyasi toplantısına cavab olaraq Urmu xalqının etiraz eyləmində iştirak edən xanım Ulduz Qasimi və Əmir Səttari İran rejiminin təhlükəsizlik agentləri tərəfindən həbs edilib. Bu azərbaycanlı milli fəallar 2025-cü il martın 2-i şənbə günü bu mitinqə qatılmaq üçün Təbrizdən Urmiyəyə getmişdilər. Onlar evlərinə qayıdan zaman rejimin təhlükəsizlik agentləri tərəfindən nəzarət-buraxılış məntəqələrinin birində həbs edilərək naməlum bir yerə aparılıblar. İran rejimi açıq şəkildə kürd terror qruplarına dəstək verməklə, kürdlərə təşviq paketləri paylamaqla, o cümlədən pulsuz qaçaqmalçılıq yolu ilə gəlir əldə etmələrinə imkan yaratmaq və Qərbi Azərbaycanda əsas postları kürdlərə verməklə, Qərbi Azərbaycanı kürdləşdirmək, Güney Azərbaycan türkləri ilə Türkiyə və Azərbaycan cümhuriyətləri arasında sədd yaratmağa çalışır.

Urmiyəda keçirilən antiterror nümayişlərində türk qadınları fəal iştirak edirlər

Bu gün, 22 mart 2025-cü il, şənbə günü Urmiyədə kürd terror qruplaşmalarının tərəfdarlarının siyasi mitinqinə cavab olaraq keçirilən nümayişdə türk qadınları fəal iştirak ediblər. Urmu küçələrində kişilərlə yanaşı görünən türk qadınlar  “Azərbaycan var olsun istəmiyən kor olsun”, “Azərbaycan Yurdumuz, Urmiya Boz qurdumuz”, “Başqaları yalandır, Urmu Azərbaycandır”, “Azərbaycan oyaqdır, Kürdlər bizə qonaqdır” kimi şüarlar səsləndiriblər. Bəzi urmulu qadınların əllərində “Urmunun türk kimliyi müzakirə oluna bilməz” yazılmış plakatlar olub.

Külək, yağış, dolu... - Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Etibar Cəbrayıloğluya ağır itki üz verib

Tanınmış jurnalist Etibar Cəbrayıloğluya ağır itki üz verib. Jurnalistin anası Rəisə xanım bu gün 84 yaşında vəfat edib. Bu barədə mərhumun nəvəsi Turan Etibaroğlu bildirib. Allah rəhmət eləsin.

AFFA-dan iki futbolçuya 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sozcu.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 17-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib. “Şəki Siti” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Şəki Siti” komandasının futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün meydan sahibi komanda daha 100 manat cərimə edilib. “Kür-Araz” – “Dinamo” oyununun 40-cı dəqiqəsində “Kür-Araz” komandasının futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra, eyni zamanda fasilədə hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

ABŞ-də parkda atışma olub, ölən və yaralanan var

ABŞ-nın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışma olub. Sozcu.az “CBS News”a istinadən xəbər verir ki, bu barədə yerli polis departamentindən bildirilib. Məlumata görə, silahlı insident nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə güllə yarası alıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Məsələnin təfərrüatları araşdırılır, atəş açan şəxsin axtarışları davam edir.

Rüstəm nişanlı idi, gəlməyinə 10 gün qalmışdı…

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusuyla vida mərasimi keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir, 2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib. Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu İmanovla birlikdə qar uçqunu nəticəsində həlak olub. *** Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib. 2005-ci il təvəllüdlü Rüstəm Həmidov vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.

Təl-Əviv hava limanı hipersəs raketlə vuruldu

Ənsarullah hərəkatı (husilər) Təl-Əvivin Ben Qurion hava limanına səsdən sürətli raketlə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə hərəkat özü açıqlama yayıb. “Biz işğal altındakı Yaffa bölgəsində yerləşən Ben Qurion hava limanını Fələstin-2 hipersəs ballistik raketi ilə vurduq. Bütün aviaşirkətlərə xəbərdarlıq edirik ki, Ben Qurion hava limanı hava hərəkəti üçün təhlükəli hala düşüb və belə də qalacaq”, - Husilərin yaydığı bəyanatda bildirilib. Qeyd edək ki, hücumun nəticələri ilə bağlı məlumat yoxdur.

Fransa Azərbaycana birbaşa investisiyaları 25 dəfə artırdı

Ötən il Fransanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 121,91 milyon ABŞ dolları təşkil edib. Sozcu.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, il ərzində investisiyaların həcmi 25,11 dəfə və ya 117,056 milyon ABŞ dolları artıb. Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan yatırılan investisiyaların payı 1,7% təşkil edir. Öz növbəsində, Azərbaycan ötən il Fransa iqtisadiyyatına 19,224 milyon ABŞ dolları (-2,43%) sərmayə qoyub, birbaşa xarici investisiyaların ümumi həcmində bu Avropa ölkəsinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,1% təşkil edib. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik müqayisədə 5,83% artım) təşkil edib. 2023-cü ildə Fransadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 4,854 milyon ABŞ dolları, ölkəyə yatırılan investisiyaların ümumi həcmi isə 6,658 milyard ABŞ dolları təşkil edib.

Bakıda 46 yaşlı qadın bayram günü faciəvi şəkildə öldü

Bakıda qadın bayram günü dəm qazından boğulub. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə martın 21-də Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 92B, mənzil 9-da qeydə alınıb. 1979-cu il təvəllüdlü Gülövşə Şaban qızı Maqsudova yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib. Araşdırma aparılır.

Türkiyə Ermənistan üçün “Alican”ı açdı - ABŞ alqışladı

Amerika Birləşmiş Ştatları Ermənistanın Suriya xalqına humanitar yardım göstərməsinə imkan yaratmaq üçün “Marqara”-“Alican” sərhəd keçid məntəqəsinin müvəqqəti açılmasına görə Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun əməkdaşı Lui Bono X sosial şəbəkəsində yazıb. “Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona necə fayda verdiyini göstərir”, - o əlavə edib. Qeyd edək ki, ötən gündən Ermənistan və Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi açılıb və Ermənistanın Suriyaya göndərdiyi 4 yük maşını Türkiyəyə daxil olub. “Marqara” keçid məntəqəsinin martın 31-dək açıq olacağı bildirilir.

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əli Tariyel oğlu İmanovun və əsgər Ruslan Rüstəm oğlu Həmidovun nəşləri aşkar edilib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb. Qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin! Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdir.

Tramp Tesla avtomobilləri ilə bağlı sərt xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp İlon Maskın Tesla avtomobillərini sabotaj edənlərə ciddi xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb. O, hüquq-mühafizə orqanlarının günahkarları və onların maliyyələşdirənlərini axtardığını, bu şəxslərin uzunmüddətli həbs cəzasına məhkum ediləcəyini bildirib. “Teslanı sabotaj edən şəxslər, böyük ehtimalla, iyirmi ilə qədər həbs cəzası alacaqlar, o cümlədən onları maliyyələşdirənlər də. Biz sizi axtarırıq, - deyə Tramp vurğulayıb.

İranda zəlzələ oldu

İranın İsfahan əyalətinin Natanz şəhərində 5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ yerli vaxtla saat 11:23-də qeydə alınıb. Yerin 10 kilometr dərinliyində baş verən zəlzələdə tələfat olub-olmaması ilə bağlı hələ ki açıqlama verilməyib.

Bakıda evdən 20 min manatlıq oğurluq oldu

Nizami rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-u Nizami rayonunda yerləşən evlərin birindən 800 manat pul və 19200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 27 yaşlı A.Novruzova müəyyən edilərək saxlanılıb. Rayon ərazisində daha bir oğurluq isə Naxçıvanski küşəsində baş verib. Bir qadının cibindən 500 manat dəyərində mobil telefonu talamaqda şübhəli bilinən 31 yaşlı K.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Tovuzda ana nikahdankənar körpəsindən İMTİNA ETDİ

“Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb. Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək”. Sozcu.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, Tovuz rayonunda evdə tək qalan azyaşlı körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,Tovuz Rayon İcra Hakimiyyəti və DİN-nin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir. Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O bu gün (21 mart 2025-ci il) Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək”, - Komitə bəyan edib. Xatırladaq ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Zelenski: Rusiyaya təzyiqləri artırın ki...

Rusiya Federasiyasına təzyiqlərin artırılması "Şahid" terrorunun qarşısını almağın yoludur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, dünəndən etibarən Rusiya Ukraynanın müxtəlif bölgələrinə 200-dən çox zərbə dronu və imitasiya dronu ilə hücum edib. Bundan əlavə, idarə olunan aviasiya bombaları da istifadə olunub. Odessa, Zaporojye, Sumı, Kiyev, Xmelnitski və Çerniqov vilayətləri atəşə məruz qalıb. Zelenskinin sözlərinə görə, rusların Odessa vilayətinə kütləvi hücumları nəticəsində ticarət mərkəzində və mağazalarda yanğınlar baş verib, çoxmərtəbəli bina zədələnib. Üç uşaq yaralanıb. Zaporojyedə isə Rusiya aviasiya bombalarına görə altı nəfər xəsarət alıb, onlardan biri dörd yaşlı uşaqdır. Adi yaşayış evləri və avtomobillər zədələnib. Zərərçəkənlərə yardım göstərilir, fövqəladə xidmətlər işləyir. "Rusiya üzərində birgə təzyiqin artırılması, sanksiyaların sərtləşdirilməsi və dövlətimizin müdafiə dəstəyinin gücləndirilməsi bu terrorun və Rusiyanın müharibəni uzatmasının qarşısını almaq yoludur. Biz ABŞ, Avropa və bütün tərəfdaşlarımızdan Rusiyaya real təzyiq gözləyirik. Məhz bu, diplomatiyanın işləməsinə imkan yaradacaq", - deyə Zelenski vurğulayıb. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında verdiyi məlumata görə, bu gecə 114 Rusiya dronu vurulub, 81 imitasiya dronu hədəfinə çata bilməyib. Xüsusilə, 21 mart 2025-ci ilə keçən gecə (20 mart saat 20:00-dan etibarən) 214 "Şahd" tipli və müxtəlif tipli imitasiya dronları ilə hücum həyata keçirilib.

Ermənistan-Türkiyə sərhədi açıldı: İlk olaraq 4 yük maşını gedir

Martın 21-də beynəlxalq yükdaşıma şirkətlərindən birinin 4 yük maşını Suriyaya getmək üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinə doğru yola düşüb. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Suriyaya humanitar yardım aparan yük maşınlarında qida, dərman, gigiyena vasitələri və digər zəruri əşyalar var. Qeyd edək ki, 21-31 mart tarixlərində Suriyaya humanitar yardım daşımaq niyyətilə Marqara sərhəd-keçid məntəqəsinin fəaliyyət göstərəcəyi bildirilmişdi.

Beyləqan sakini spirtli içkidən zəhərlənərək öldü

Beyləqan sakini spirtli içkidən zəhərlənərək ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, rayon sakini 1967-ci il təvəllüdlü Ramiz Orucov spirtli içki qəbul etdikdən sonra vəziyyəti pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bir müddət öncə Beyləqanda bir nəfərin də spirtli içkidən öldüyü xəbəri yayılmışdı.

Gecə boyu Ordumuz müxtəlif istiqamətlərdən atəşə tutuldu

Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Britaniya sualtı qayıqları Rusiyanın 40 şəhərini məhv edə bilər

Britaniya sualtı qayıqları Rusiyanın 40 şəhərini məhv etməyə qadirdir. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniya Kral Donanmasının keçmiş kontr-admiralı Kris Perri bildirib. O, bu gəmilərin "Trident" ballistik raketləri ilə təchiz olunduğunu xatırladıb. "Bu, düşünməyə əsas verir. Bu raketlər hər bir dünya liderində qorxu hissi yaratmalıdır", – deyə o vurğulayıb.

Sərxoş kişi yarğana yıxılaraq öldü

Gədəbəydə bədbəxt hadisə baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, martın 19-u saat 18 radələrində Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə.Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, və torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşmüş və orada ölüb. Ə.Əsgərovun meyiti martın 20-si tapılıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Türkiyədə ağır qəza: 26 şagird yaralandı

Türkiyədə şagirdlərin olduğu avtobus qəzaya düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, qəza Ədirnə şəhərinin Keşan rayonunda baş verib. Şagirdləri daşıyan məktəb avtobusu idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində 26 şagird və sürücü yaralanıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıblar. Qəzanın başvermə səbəbi araşdırılır.

Gorus və Basarkeşər istiqamətlərindən mövqelərimiz atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

İmamoğlunun səlahiyyətlərini kim icra edəcək?

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsini müvəqqəti icra edəcək şəxs açıqlanıb. Sozcu.az bu barədə NTV kanalına istinadən xəbər verir. Ötən gün saxlanılan İstanbul meri Əkrəm İmamoğlunun səlahiyyətlərini bələdiyyənin üzvü Nuri Aslan icra edəcək. Bildirilib ki, Ə.İmamoğlu tərəfindən dünən əlyazısı ilə hazırlanan “vəkalət” sənədi bələdiyyənin dəftərxanasına təqdim edilib.

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs yaxalandı

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.

Azərbaycana yaz fəsli daxil oldu

Azərbaycana yaz fəsli bu gün saat 13:01-də daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bu zaman yaz gecə və gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Yaz bərabərliyindən sonra Şimal yarımkürəsində gündüzlər uzanır, gecələr isə qısalır. Qeyd edək ki, ölkəmizdə və çox ölkələrdə yaz bərabərliyi günü Novruz bayramı kimi qeyd olunur. Həmçinin Hindistan, Yaponiya, Meksika kimi ölkələrdə yaz bərabərliyi günü milli bayramlardan biridir. Qədimdə insanlar üçün əsas qida mənbəyi əkinçilik olduğu üçün fəsillərin başlanğıcını bilmək çox önəmli idi və təqvimlər belə yaranıb. Təqvimləri isə göydə cisimlərinin səmada mövqeyinə əsasən tərtib etdiklərinə görə astronomiya elminin əsası qoyulub. Həmin dövrlərdə insanlar səma cisimləri və müxtəlif ünsürlərə sitayiş edir, fəsillərin daxil olma günlərini bayram kimi qeyd edirdilər. Beləliklə günümüzə qədər gəlib çatmış bu bayramlar dünya xalqlarının mədəniyyətinin bir hissəsinə çevrilib.

Sabah intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında martın 21-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Ordubadda ağır qəza: Bir ailənin 4 üzvü... - Foto

Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü xəsarət alıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb. Belə ki, 69 BF 289 dövlət nömrə nişanlı "Hunday" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri 1989-cu il təvəllüdlü Tural Bəşir oğlu Tağıyev, həyat yoldaşı Əsmər Baxışəli qızı Tağıyeva, övladları 2016-cı il təvəllüdlü Vüqar Tural oğlu Tağıyev və Səma Tural qızı Tağıyeva xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Sabah Ermənistan-Türkiyə sərhədi AÇILACAQ

Martın 21-dən 31-dək Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi Suriyaya humanitar yüklərin daşınması üçün fəaliyyətə başlayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti martın 20-də keçirdiyi iclasda qərar qəbul edib. “Ermənistan və Suriyanın müvafiq departamentlərinin nümayəndələri arasında keçirilən işgüzar görüşlər nəticəsində Ermənistan Respublikası tərəfindən Suriyaya humanitar yardım göstərilməsi məsələsinin də müzakirəsi barədə razılıq əldə olunub. Bu qərar layihəsinin qəbulu Ermənistan adından Suriyaya göndərilən humanitar yardım yüklərinin quru yolu ilə Türkiyə ərazisindən daşınması zərurətindən irəli gəlir”, - deyə qərarda bildirilir. Xatırladaq ki, Nikol Paşinyan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasəti çərçivəsində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Türkiyə ilə sərhədlərin açılmasına dair razılaşmanın nə vaxtsa həyata keçəcəyi ümidi ilə Marqara keçid məntəqəsini təmir edib.

Trampın oval kabineti: “...qırmızı düyməni bassam, dünyanın sonu gələcək” - FOTOLAR

ABŞ prezidenti Donald Tramp deyib ki, Ağ Evin Oval kabinetindəki qırmızı düymə nüvə silahı buraxmaq üçün deyil, “dietin Cola” sifariş etmək üçündür. Sozcu.az-ın məlumatına görə, Tramp bu barədə “Foks Nyus”a müsahibəsində bildirib. “Hamı bunun nüvə düyməsi olduğunu düşünür. Deyirlər ki, mən onu bassam, dünyanın sonu gələcək”, - Tramp bildirib. Qeyd edək ki, Trampın Oval kabinetdəki iş masası belə bir cihazla hələ onun ilk prezidentliyi dövründə təchiz edilmişdi. Lakin 2021-ci ildə hakimiyyətə gələn və 2025-ci ilə qədər dövlət başçısı vəzifəsini icra edən Co Baydenin əmri ilə prezidentin iş masasındakı otağa bir stəkan qazlı içki gətirməyə xidmət edən qırmızı düyməni oradan çıxarmışdılar. Amerikanın Respublikaçılar Partiyasını təmsil edən president Donal Tramp bu il yanvarın 20-də ikinci dəfə ABŞ administrasiyasının rəhbəri vəzifəsinə başlayıb. O, 2024-cü il noyabrın 5-də keçirilən seçkilərdə qalib gəlib. Tramp seçkilərdə Co Baydenin rəhbərlik etdiyi əvvəlki Vaşinqton administrasiyasının vitse-prezidenti olmuş Demokratlar Partiyasının namizədi Kamala Harrisi üstələyib. Tramp ilk dəfə 2017-2021-ci illərdə Amerika prezidenti olub. O, ABŞ tarixində fasilədən sonra yenidən ən yüksək posta seçilən ikinci şəxs olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə 22-ci və 1893-1897-ci illərdə 24-cü prezident) nail ola bilmişdi. Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti oldu. "Oval kabinet" Ağ Evdə ən rəmzi məkan hesab olunur, prezidentliyin əzəmətini və gücünü nümayiş etdirir, bura ABŞ prezidentlərinin iş otağıdır. "Oval kabinet"in binanın qərb hissəsində yerləşən və cənuba baxan üç böyük pəncərəsi və dörd qapısı var. "Oval kabinet"in ilk versiyası 1909-cu ildə Prezident Uilyam Taftın rəhbərliyi altında memar Neytan Vayt tərəfindən hazırlanıb. 1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında kabinet yenidən qurulub. Onun modernləşdirilməsi Erik Qaqler tərəfindən həyata keçirilib. Donald Trampın Ağ Evdəki "Oval kabinet"ə qayıtması ilə birlikdə gümüş qartal fiqurları və kaminin yanındakı masada Böyük Britaniyanın baş naziri Uinston Çörçillin büstü də qoyulub.modern)

Fransa hərbçilərini daşıyan avtobuslar qəzaya düşdü

Fransa Respublika Qvardiyasının hərbçilərini daşıyan 4 avtobus qəzaya düşüb. Sozcu.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 30-dan çox şəxs xəsarət alıb: "Avtobuslarda ümumilikdə 119 nəfər olub, onlardan 35-i yüngül xəsarət alıb. Daha bir nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib".

Ordumuzun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Küləkli və yağıntılı hava: bu rayonlara qar yağıb

Milli Hidrometeorologiya Xidməti martın 20-nə olan faktiki hava şəraitini açıqlayıb. Sozcu.az xəbər verir ki, hazırda ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala və Şəmkirdə 20 m/s, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dək güclənib. Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Şahdağda 9, Qaxda (Sarıbaş) 5, Qusarda (Laza) 4, Qrızda 3, Xınalıqda 2, Daşkəsən və Xaltanda 1 sm-dir. Düşən yağıntının miqdarı isə Zaqatalada 72, Balakəndə 50, Şəkidə 40, Şəmkirdə 25, Tovuzda 24, Gədəbəydə 21, Gəncədə 18, Oğuzda 17, Göygöl və Qəbələdə 15, Bakıda və Abşeron yarımadasında 8, Quba, Sabirabad, Lerik, Qobustan və Şahbuzda 5, Ağstafa, Yardımlı və Lənkəranda 4, Mingəçevir, Beyləqan, Goranboy, Cəfərxan, Ceyrançöl və Şərurda 3, Tərtər, İmişli, Sədərək və Culfada 2, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Şuşa, Laçın, Xocalı, Füzuli, Kəlbəcər, Astara, Naftalan, Şabran, Ordubad və Naxçıvanda 1 mm-dir. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 7, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Tramp Kiyev küçələrində insanları görsəydi... - Zelenski

Hələ ABŞ-da seçkilər zamanı Donald Trampın Ukraynaya gəlməsini istəyirdim. İstəyirdim ki, Tramp ya öz komandası ilə, ya da kimlə lazımdırsa, Ukraynaya gəlsin. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O, Trampın Ukraynaya səfərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu, çox vacibdir: bizim şəhərləri, onların necə mübarizə apardığını, insanların necə yaşadığını, könüllülərin necə çalışdığını, eyni zamanda, gənclərin ölkəni necə qoruduğunu görmək...” Prezident qeyd edib ki, Ukraynada həyat fərqlidir: "İstəyərdim, o görsün ki, bizim ölkə nəfəs alır və Şərqi Avropanın ürəyi döyünür. Bu, mənim üçün vacib olardı. Düşünürəm ki, hərbçilərlə ünsiyyət Trampa kömək edərdi. Küçədə insanlarla ünsiyyət, onların Putinə və ruslara münasibəti və bunun 50-100 il ərzində bağışlanmasının mümkün olub-olmadığını görmək...”

Atam-anam Daşqının yolunu gözləyə-gözləyə dünyadan köçdülər - Şəhidin qardaşı

Atam-anam Daşqının yolunu gözləyə-gözləyə dünyadan köçdülər. “Report”un Yuxarı Şirvan bürosuna Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Daşqın Behbudovun böyük qardaşı Aydın behbudov bildirib. O, anasının dərdə dözə bilməyərək insult keçirdiyini və 11 il yataq xəstəsi olduğunu söyləyib: "Hər gün evin qapısı açılanda gözləri ora dikilirdi, bayırdan səs gələndə: "Görün, bəlkə gələn Daşqındır", - deyirdi. Anam hər dəfə: "Nə olardı Daşqın gələrdi", - söyləyirdi. Amma Daşqın gəlmədi. Qardaşımın ayrılıq həsrətinə nə anam, nə də atam tab gətirdi. Son sözləri də: "Qardaşınızı axtarıb tapın", - oldu". Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Daşqın Nəsrəddin oğlu Behbudovun nəşinin qalıqları Göyçay rayonunun Mırtı kəndində dəfn edilib.

Hərbçilərimiz qar uçqununa düşdü - Təcili

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb: "Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib. Axtarışın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək" -deyə məlumatda qeyd olunub.

"Trampın sülh planları iflasa uğrayır, ABŞ özü ilə danışıqlar aparır" - "Financial Times"

"Putin gözləyirdi ki, Avropa güzəştə gedəcək və ya Ukrayna çökəcək, əvəzində ABŞ-ın mövqeyi kəskin şəkildə dəyişib..." Trampın sülh səyləri uğursuzluğa düçar olub. Bununla belə, Ağ Ev bildirir ki, o, xarici siyasət hədəflərinə çatmaq yolunda, hətta bu, daha uzun vaxt alsa belə, irəliləməyə davam edir. Sozcu.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb. Nəşr qeyd edir ki, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı Donald Tramp Ukraynada sülhün tam sürətlə bərqərar olduğunu inamla bəyan edib. Lyazır bu nikbin dəyərləndirmə reallığa ziddir. "Güzəşt etmədən güzəşt" Danışıqlar zamanı Putin Trampın tam atəşkəs tələbini rədd edib. Keçən həftə ABŞ və Ukrayna bu məsələ ilə bağlı razılığa gəlmişdi. Rusiya lideri yalnız enerji və infrastruktur obyektlərinə hücumların məhdud dayandırılmasına razılaşıb. Bu, Trampın yenidən prezident seçilməsindən sonra Putinlə keçirdiyi ikinci telefon danışığı idi və nəticələr göstərdi ki, onun Ukraynada sürətli sülh ideyasını reallaşdırması çətindir. Trampın planlaşdırdığı razılaşma nə Moskvaya, nə də Kiyevə tamamilə uyğun gəlmir. Özünü "qlobal sülhün təminatçısı" adlandıran Tramp indi Ukrayna ilə bağlı vədlərini yerinə yetirməyə çalışır. Putinlə danışıq eyni zamanda, İsrail və HƏMAS arasında Qəzzada atəşkəsin pozulmasından bir neçə saat sonra baş tutub. Qəzzadakı münaqişə yenidən alovlanıb, üstəlik, ABŞ Yəməndə husilərin obyektlərinə hava zərbələri endirib və İrandakı tərəfdarlarına xəbərdarlıqlar göndərib. Karnegi Fondunun eksperti Aaron Devid Miller qeyd edir: "Tramp özünü böyük bir danışıqlar ustası kimi təqdim edir, lakin mövcud münaqişələrin acı reallıqları ilə bu təsəvvürü uzlaşdıra bilmir. Trampın şəxsi rolu onun dünyagörüşündə hər şeyin mərkəzində dayanır, lakin reallıqda bu yanaşma işə yaramır". Trampın son bir ay ərzində Kiyevə göstərdiyi təzyiqlər, hətta Ukrayna prezidenti Zelenskini Ağ Evdə açıq şəkildə tənqid etməsi belə Moskva üzərində ciddi təsir yaratmayıb. Trampın ilk prezidentlik dönəmində ABŞ Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə keçmiş yüksək vəzifəli rəsmisi Fiona Hill deyir: "Putin Trampa kiçik bir güzəşt etmiş kimi görünsə də, əslində heç nədən imtina etməyib. Moskva öz mövqeyindən geri çəkilməyib və ABŞ faktiki olaraq özü-özü ilə danışıqlar aparır. Putin müharibəni udmaq istəyir". "Nəticə sürpriz deyil" Karnegi Fondunun Berlin ofisinin rəhbəri Aleksandr Qabuyev qeyd edir ki, Tramp sürətli razılaşmaya çalışaraq Putini daha da ruhlandırıb: "Tramp Rusiyaya qarşı ciddi təsir vasitələri yaratmaq üçün çox az iş görüb, əksinə, Ukraynaya təzyiqi artırıb. Ona görə də nəticə təəccüblü deyil". Putinlə söhbətdən sonra verdiyi axşam müsahibəsində Tramp danışıqların çətinliyini etiraf edib: "Hazırda tərəflər bir-birinə qarşı çoxlu silah yönəldib. Bir qədər irəliləyiş olmadan atəşkəsin təmin edilməsi çətin olacaq. Bildiyiniz kimi, Rusiyanın üstünlüyü var". Trampın yüksək vəzifəli rəsmiləri və tərəfdarları isə onun xarici siyasət hədəflərinə sadiq qaldığını və prosesi sona çatdıracağını bildirir. ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq yazıb: "Tramp nə dediyini bilir və dediyini yerinə yetirir. O, artıq üç ildən çoxdur davam edən bu müharibəni bitirəcək". "Tramp səbrsizdir" Lakin tənqidçilər Trampın xarici siyasət yanaşmasının ciddi çatışmazlıqları olduğunu bildirir. ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Maks Berqmann vurğulayır:  "Müharibəni dayandırmaq üçün aparılan danışıqlar olduqca mürəkkəb və yorucudur. Bunun üçün səbr və kreativ yanaşma lazımdır. Tramp administrasiyası isə Ukrayna məsələsində səbrsiz görünür və sadəcə olaraq bu münaqişədən çıxmaq istəyir". Dövlət Departamentinin keçmiş rəsmisi isə əlavə edir ki, Trampın siyasəti ABŞ-ın dünya səhnəsində gücünü azaldır: "O, daha çox müttəfiqlərimizi uzaqlaşdırmaqla məşğuldur. Nəticədə Vaşinqtonun qlobal təsir imkanları azalır və bu, Trampın istədiyi razılaşmaların bağlanmasını çətinləşdirir". Amerikanın Müəssisələr İnstitutundan Kori Şeyk isə bildirir: "Tramp XIX əsrin böyük güclər balansı modelinə uyğun hərəkət etməyə çalışır. Lakin dostlarını cəzalandırıb düşmənlərini mükafatlandırmaqla o, təsir imkanlarının məhdudiyyətlərini açıq şəkildə göstərir". Ekspertlər həmçinin Trampın yanaşmasının Putinin sərt mövqeyini gücləndirdiyini bildirir. Fiona Hill əlavə edir: "Putin gözləyirdi ki, Avropa güzəştə gedəcək və ya Ukrayna çökəcək. Ancaq bunun əvəzinə ABŞ-ın mövqeyi kəskin şəkildə dəyişib". Berqmann isə Trampın Putinə daha böyük güzəştlər etmə ehtimalından narahatdır: "Əgər atəşkəs Ukraynaya ABŞ silah tədarükünün dayandırılmasına gətirib çıxararsa, bu, Putin üçün böyük qələbə olacaq. Çünki Çin, Şimali Koreya və İran Rusiyaya dəstəklərini dayandırmır". Tramp-Putin danışıqları gündəmin əsas mövzusudur ABŞ və Rusiya liderlərinin telefon danışığından sonra hər iki tərəf bəyanat yayıb. Kremlin məlumatına görə, Putin Kiyevə hərbi yardımı tam dayandırmağı və kəşfiyyat məlumatlarını paylaşmamağı Trampdan tələb edib. Lakin Ağ Ev bu iddianı təkzib edərək belə bir razılaşmanın müzakirə mövzusu olmadığını bildirib. "The New York Times" yazır ki, Putin ilk dəfə olaraq enerji infrastrukturu hədəflərinə məhdud hücumları dayandırmağa razılaşıb. Lakin o, cəbhədə tam atəşkəsdən imtina edib.

"Bu müharibədə mütləq qalib gələcəyik” - Zelenski

Bu gün ABŞ Prezidenti Donald Trampla danışacam. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski mətbuat konfransında deyib. O bildirib ki, Rusiya müharibəni bitirməyə hazır olduğunu hələ sübut etməyib: “Biz heç vaxt Rusiyanın işğal olunmuş ərazilər üzərində suverenliyini tanımayacağıq, bu, bizim üçün qırmızı xəttdir. Bu müharibədə mütləq qalib gələcəyik”.

Bayram günləri hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 9-13 dərəcə isti olacaq. Martın 21-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti olacaq. Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-12 dərəcə isti olacaq. Naxçıvan MR-da hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Yağıntılar 23-ü axşamdan tədricən kəsiləcək. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, bəzi dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta, gündüz 6-10 dərəcə isti olacaq. Gəncə-Qazax bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-14 dərəcə isti olacaq. Balakən-Şəki və Oğuz-Qəbələ bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-12 dərəcə isti olacaq. Dağlıq Şirvan bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq. Quba-Qusar bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, qar yağacağı, arabir duman olacağı ehtimalı var.Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq. Mərkəzi-Aran bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimal olunur.Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-15 dərəcə isti olacaq. Lənkəran-Astara bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13, dağlarda gecə 1-4, gündüz 4-8 dərəcə isti olacaq.

CHP İmamoğlu ilə əlaqədar bütün vətəndaşlara çağırış etdi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Dəniz Yücel İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlama verib. Sozcu.az xəbər verir ki, o, bütün ölkə vətəndaşlarını CHP və İmamoğluna dəstək verməyə çağırıb. “İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və yoldaşlarımıza edilən qanunsuzluğu böyük diqqətlə izləyirik. Demokratiyaya inanan, millətin suverenliyini və bu gözəl ölkənin gələcəyini qorumaq istəyən bütün vətəndaşlarımızı bu gün saat 14:00-da (Bakı vaxtı ilə 15:00 – red.) yaşadıqları şəhər və rayonlardakı CHP-nin təşkilat binalarına, Ankaradakı vətəndaşlarımızı isə CHP Baş Qərargahına dəvət edirik. Əkrəm İmamoğlu və yoldaşlarımızın yanındayıq. Saat 14:00-da ata evində görüşürük. Heç kim unutmamalıdır ki, heç bir güc millətin iradəsindən üstün deyil”, - Yücel bildirib

İmamoğlu nə qədər həbsdə qalacaq?

Səhər saatlarında saxlanılan İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlu dörd gün həbsdə qalacaq. Sozcu.az xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, İmamoğlu və onunla birlikdə saxlanılan şəxslər dörd gün ərzində polis nəzarətində qalacaqlar. Qeyd edək ki, İmamoğlu ilə yanaşı 100-dən artıq şəxs saxlanılıb.

AB Rusiyanın atəşkəs şərtindən imtina etdi

Avropa Birliyi Rusiyanın atəşkəs şərti kimi irəli sürdüyü Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil. Sozcu.az xəbər verir ki, bu sözləri AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib. “Biz yardım proqramı üzərində işləməyə davam edirik”, - Kallas bildirib. Qeyd edək ki, ötən gün ABŞ və Rusiya liderləri Tramp və Putinin telefon danışığı baş tutub. Müzakirə zamanı Putin 30 günlük atəşkəs təklifini qəbul edib, ancaq şərtlər də irəli sürüb. Atəşkəs şərtlərindən biri də bir ay müddətində Kiyevə silah tədarükünün dayandırılmasıdır.

Məhkəmə USAİD-in ləğvini dayandırdı

Merilənd ştatının federal hakimi Teodor Çuanq İlon Maskın nəzarətində olan ABŞ Hökumətinin Effektivliyi Ofisinə USAİD-i ləğv etməyi müvəqqəti olaraq qadağan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti əldə etdiyi məhkəmə qərarına istinadən məlumat yayıb. Qeyd olunub ki, məhkəmə ABŞ Hökumətinin Effektivliyi Ofisinə təhlükəli ərazilərdə işləyənlər də daxil olmaqla, minlərlə USAİD əməkdaşının elektron poçt və sistemlərinə girişi bərpa etməyi tapşırıb və ona agentlik rəhbərliyinin icazəsi olmadan şəxsi məlumatlarını açıqlamasını qadağan edib: “Məhkəmə Maskın hərəkətlərinin hakimiyyət bölgüsü prinsipini pozduğuna qərar verib, çünki yalnız ABŞ Konqresi USAİD-i ləğv edə bilər”.

"Neft Daşları"nda kran dənizə düşdü: ölən var

“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb. Bu barədə Sozcu.az-a SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb. Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib. Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

Ramazan ayının 19-cu günü - İmsak və iftar VAXTLARI

Sabah - martın 19-u Ramazan ayının 19-cu günüdür. Sozcu.az xəbər verir ki, sabah imsak vaxtı saat 05:20-də, iftar isə 19:06-dadır. İmsak duası: “Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”. Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Bakıda faciə: 3 nəfər yanaraq öldü - Biri uşaqdır

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.  Sozcu.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.  Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ordumuzun mövqeləri yenə atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 18-i saat 16:40-dan 18:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Elektron imtahanlara keçid təhsili çökdürə bilər – Təhsil ekspertindən SƏRT REAKSİYA

Məlum olduğu kimi növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur. Bu barədə ötən gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu imtahanlar hələlik kağız variantda keçirilir, yaxın gələcəkdə onlayn formata keçiriləcək. Bəs təhsil ekspertləri elektron imtahanlara keçidi necə dəyərləndirir? Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib: “Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Xanım Abbaszadə deyir ki, elektron imtahanlara keçəcək? Nə ilə? Necə? Dövlət İmtahan Mərkəzinin (DİM) tam rəqəmsal imtahan sisteminə keçid planı prinsipcə müasir texnologiyaların təhsilə inteqrasiyasını ifadə etsə də, Azərbaycanın mövcud təhsil infrastrukturu, müəllim hazırlığı və şagirdlərin bərabər imkanlara malik olmaması kimi əsas problemlər fonunda bu ideyanın reallaşdırılması ciddi suallar doğurur. Dünyada elektron imtahan sisteminə keçid müəyyən mərhələlərdə və geniş hazırlıq prosesi ilə həyata keçirilmişdir. Lakin Azərbaycanın mövcud reallığı göstərir ki, bu proses ölkənin bütün məktəbləri üçün eyni səviyyədə həyata keçirilə bilməz və məhz bu səbəbdən, mövcud problemlərin nəzərə alınmadan rəqəmsallaşmanın sürətləndirilməsi təhsil sistemində bərabərsizliyi daha da dərinləşdirə bilər. Birinci problem, infrastruktur məsələsidir. Azərbaycanın şəhər məktəblərinin bir çoxunda kompüter sinifləri və internet təminatı mövcud olsa da, rayon və kənd məktəblərinin əksəriyyətində bu imkanlar çox məhduddur. İnternetin keyfiyyəti, fasiləsiz elektrik enerjisi, müasir kompüter avadanlıqlarının mövcudluğu olmadan tam rəqəmsal imtahan modelinə keçid qeyri-realdır. Elektron imtahan sistemlərinin uğurla tətbiq edildiyi ölkələrdə, məsələn, Estoniya, Finlandiya və Sinqapurda bu keçid təhsil infrastrukturunun əvvəlcədən tam formalaşdırılması və şagirdlərin illərlə bu sistemə hazırlanması ilə həyata keçirilmişdir. Estoniyada rəqəmsal təhsilə keçid 2000-ci illərin əvvəllərindən başlayıb və ölkədə hər bir məktəb sürətli internet, müasir kompüterlər və müəllimlər üçün geniş təlim proqramları ilə təmin edilib. Azərbaycanda isə hələ də yüzlərlə məktəbdə internet problemi qalır, bəzi məktəblərdə isə kompüterlərin sayı məhduddur və onların texniki vəziyyəti zəifdir. İkinci problem müəllimlərin hazır olmamasıdır. Elektron imtahan sistemi yalnız şagirdlərin kompüter bacarıqlarına deyil, eyni zamanda müəllimlərin bu prosesə uyğunlaşmasına əsaslanır. Azərbaycanda müəllimlərin böyük bir qismi hələ də kağız üzərində aparılan imtahan sisteminə öyrəşib və texnoloji yeniliklərə tam uyğunlaşmayıb. Sinqapurda elektron imtahanlara keçid etməzdən əvvəl bütün müəllimlər üçün uzunmüddətli təlimlər təşkil edilib və onların yeni texnologiyalardan istifadə bacarığı artırılıb. Azərbaycanda isə hələ də müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi üçün sistemli proqramlar yoxdur. Müəllimlər texnologiyadan istifadə etməkdə çətinlik çəkəcəkləri halda, bu, imtahanların keyfiyyətinə və şagirdlərin qiymətləndirilməsinə birbaşa təsir edəcək. Üçüncü və ən mühüm problem isə şagirdlərin bərabərsizliyidir. Bakı və digər iri şəhərlərdə yaşayan şagirdlər internet və kompüterə çıxış baxımından üstün vəziyyətdədirlər. Lakin rayon və kənd məktəblərində təhsil alan şagirdlər bəzən hətta smartfondan istifadə etmə imkanına belə malik olmurlar. Dünyada elektron imtahan sistemləri tətbiq edilərkən, məsələn, Cənubi Koreyada bu bərabərsizliklər aradan qaldırılmışdır. Orada imtahana qədər bütün şagirdlərə vahid resurslara çıxış imkanı yaradılmış, kompüter bacarıqları xüsusi proqramlarla öyrədilmişdir. Azərbaycanda isə bu proseslər təşkil olunmadan elektron imtahan sisteminə keçid, kənd məktəblərində oxuyan şagirdlərin şəhər məktəblərində oxuyanlarla müqayisədə daha əlverişsiz mövqedə olmasına səbəb olacaq. Bundan əlavə, tam elektron imtahan sisteminin təhlükəsizlik məsələləri də ciddi suallar doğurur. Dünyanın bir çox ölkəsində elektron qiymətləndirmə zamanı informasiya təhlükəsizliyi məsələləri ön plana çıxarılıb. Məsələn, ABŞ və Böyük Britaniyada onlayn imtahan sistemləri tətbiq olunarkən, imtahan suallarının oğurlanması, imtahan zamanı kopyalama hallarının qarşısının alınması üçün xüsusi proqram təminatları hazırlanıb. Azərbaycanda isə DİM-in hazırkı sisteminin belə sızmalarla bağlı problemlərlə qarşılaşdığı məlumdur. Elektron imtahan sistemində məlumat sızmaları, sistemin kənardan müdaxilə ilə manipulyasiya edilməsi riski yüksəkdir”. Kamran Əsədov deyir ki, qeyd olunan səbəbləri nəzərə alaraq, Azərbaycanın elektron imtahan sisteminə keçidi yalnız müəyyən addımlarla və mərhələli şəkildə həyata keçirilməlidir: “İlk növbədə, ölkədə məktəblərin texniki vəziyyəti tam qiymətləndirilməli, rayon və kənd məktəblərinin texnologiya təminatı gücləndirilməlidir. Bundan sonra, müəllimlər üçün genişmiqyaslı təlim proqramları təşkil edilməli və şagirdlərin elektron imtahanlara tədricən hazırlanması üçün xüsusi platformalar yaradılmalıdır. Eyni zamanda, təhlükəsizlik və ədalətlilik prinsipləri təmin olunmadan tam rəqəmsal imtahan sisteminə keçid mümkün deyil. Dünyada elektron imtahan sistemlərinə keçid uğurla həyata keçirilən ölkələrin təcrübəsi göstərir ki, bu proses uzunmüddətli hazırlıq tələb edir və yalnız texniki, pedaqoji və sosial hazırlıq başa çatdıqdan sonra effektiv şəkildə tətbiq edilə bilər. Əgər Azərbaycan hökuməti və DİM bu keçidi reallıqları nəzərə almadan sürətləndirsə, nəticədə sistemin uğursuzluğu və şagirdlərin haqsız qiymətləndirilməsi kimi problemlər qaçılmaz olacaq. Bu səbəbdən, elektron qiymətləndirməyə keçid yalnız bütün texniki və sosial infrastruktur tam hazır olduqdan sonra reallaşdırılmalıdır”.

İrəvan sazişdə heç bir güzəştə getməyib - Ovannisyan

Ermənistan Azərbaycanın təxribatlarına və təzyiqlərinə boyun əymir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim Mülki Müqavilə fraksiyasının katibi Artur Ovannisyan deyib. Onun sözlərinə görə, sülh müqaviləsinin mətnində Ermənistana aid olub, Azərbaycana aid olmayan heç nə yoxdur, ona görə də birtərəfli güzəştlərdən söhbət gedə bilməz: “İrəvan və Bakı razılaşıb ki, Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin nümayəndələri olmayacaq”.

Sülh müqaviləsinin imzalanması üçün əsas şərt... - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib. “Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq", - XİN sözçüsü vurğulayıb.

Bakıda 32 dərəcə isti var

Hazırda ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir. Küləyin sürəti Qəbələdə 30 m/s, İsmayıllıda 24 m/s, Daşkəsəndə 21 m/s, Qobustanda 20 m/s, Goranboy, Laçında 19 m/s, Mingəçevir, Şahdağ, Bakı və Abşeron yarımadasında 18 m/s, Gədəbəy və Füzulidə 16 m/s, Şəkidə isə 14 m/s-dək güclənib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 24, Aran rayonlarında 31, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Qeyri-sabit hava ilə bağlı daha bir müraciət

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıların ayrı-ayrı yerlərdə insensivləşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Sozcu.az xəbər verir ki, bu barədə FHN-in gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətdə bildirilib. Qeyd olunub ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur: “Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Bununla yanaşı, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir. Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"

Həbs edilən polkovnik-leytenanta qarşı - Əlavə ittihamlar

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Əlişir Süleymanovun cinayət işi ilə bağlı əlavə epizodlar ortaya çıxıb. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin istintaqın yekununda onun təqsirləndiriləcəyi bütün ittihamlar dəqiqləşib. Ə.Süleymanova qarşı daha əvvəlki təkrar və külli miqdarda rüşvət alma ittihamlarına əlavə olaraq, külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri üzrə yeni ittihamlar irəli sürülüb. Təqsiri məhkəmi istintaqı ilə sübuta yetirilərsə, Ə.Süleymanov 12 ilə kimi həbsə məhkum edilə bilər. Qeyd edək ki, Azərbaycan ordusunun ehtiyatda olan polkovnik-leytenantı Ə.Süleymanov 6 ay əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizi Baş İdarəsi tərəfindən həbs edilib.

Bərdədə qadın doğuşdan sonra öldü - Yenilənib

09:46 Bərdədə doğuşdan sonra 28 yaşlı ana ölüb, uşaq sağ qalıb. Sozcu.az xəbər verir ki, hadisə gecə saatlarında Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evi şöbəsində baş verib. Belə ki, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Firuzə Şakir qızı Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib. Doğum Evinin baş həkimi Tünzalə Bəşirova Trend-ə məsələ barədə açıqlama verib: "F.Qaçaylı xəstəxanaya daxil olarkən bildirib ki, ona saat 22:00 da kəndlərində sistem köçürülüb. Sistem bitməmiş böyrəklərində güclü ağrıları yaranıb. Kəskin ağrılar zamanı hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələrək ona ağrıkəsici kimi istifadə olunan "Platfilin" iynəsi vurub. Daha sonra onu xəstəxanaya gətiriblər. Yaranmış vəziyyətlə bağlı onda güclü ürək bulanması yarandığından əməliyyata götürülüb. Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan oğlan uşağı isə sağdır". Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır. *** Bərdə rayonunda 28 yaşlı ananın doğuş zamanı ölümünün ilkin səbəbi məlum olub. TƏBİB-dən bildirilib ki, 17 mart saat 23:50 radələrində 1997-ci il təvəllüdlü hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Doğum Evinə ağır vəziyyətdə hospitalizasiya olunub. 37 həftə 4 günlük hamiləlik, uşaqlıq üzərində çapıq toxumanın nazilməsi diaqnozu təyin edilən pasiyent dərhal Əməliyyat blokuna yerləşdirilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Cinsi kişi, çəkisi 3 kq. 400 qr., boyu 50 sm. olan yenidoğulmuşa zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir. Əməliyyatdan sonra zahı qadında səbəbi bilinməyən hemoliz, HELLP sindromu və DDLP sindromları müşayiət edilib. Zahı qadının qarın boşluğunda 2 litr həcmində maye toplanması səbəbilə konsilium keçirilib və diaqnostik relaparotomiya, qarın boşluğunun sanasiyası və drenlənməsi əməliyyatının aparılmasına qərar verilib, qarın boşluğu serroz mayenin üstünlüyü ilə qan komponentlərindən təmizlənilib. Mütəmadi olaraq cərrah, reanimatoloq, hematoloq, uroloqlar ilə konsiliumlar aparılaraq pasiyentin müalicəsi davam etdirilib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq 18 mart saat 01:00 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Açıqlamada qeyd edilib ki, hamilə qadının yaxınlarının dediyinə görə, 17 mart saat 22:00 radələrində sözügedən şəxs yaşadığı ərazi üzrə tibbi təhsili olmayan şəxsə müraciət edib və məlum olmayan səbəbdən hamilə qadına infuziya köçürülüb. İnfuziyanın köçürülməsi başlayan andan az müddət sonra qadının ümumi vəziyyəti pisləşib və təcili tibbi yardım xidmətinə müraciət edilib. Müraciətdən sonra isə ağır vəziyyətdə tibb müəssisəsinə hospitalizasiyası baş tutub.

Ermənilər mövqelərimizi yenə atəşə tutdu

Martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Daha 2 şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Behbudov Daşqın Nəsrəddin oğlunun qalıqları Göyçay rayonunda, Atayev Atakişi Qəhrəman oğlunun qalıqları Bakının Keşlə qəsəbəsində martın 19-da dəfn olunacaq. D.Behbudov 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndində, A.Atayev isə 1992-ci ildə Xocalının Naxçıvanlı kəndi istiqamətində itkin düşüb.

Kəlbəcərdə yük maşını aşdı: ölənlər var

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında yük avtomobili Kəlbəcər rayon Qamışlı kəndində hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb. Nəticədə sərnişinlər - 64 yaşlı Gəncə şəhər sakini M.Məmmədov hadisə yerində, 48 yaşlı Şəmkir rayon sakini R.Şahnəzərov isə xəstəxanada ölüb. Sürücü 37 yaşlı E.Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

Bakıda 15 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. "20 Yanvar" dairəsində; 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 9. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 12. Fətəli xan Xoyski prospekti, "Gənclik" metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində; 13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 14. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 15. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bunu ciddi qəbul edin: Colani öldürüləcək - Şəriyətmədari

Əhməd əş-Şara da (Colani) Bin Laden və Əbu Bəkr əl-Bağdadinin taleyini yaşayacaq. Bu proqnozu yadda saxlayın və ciddi qəbul edin. Sozcu.az xəbər verir ki, bu, Əli Xameneinin ofisinə bağlı olan “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriyətmədari yazıb. “Bin Laden və Əbu Bəkr Bağdadi kimi muzdluların karyerasının sonu açıq şəkildə göstərir ki, təkfirçi terrorçular ABŞ tərəfindən yaradılıb. Birləşmiş Ştatlar təkfirçilərin vəhşi cinayətlərinin məsuliyyətini öz üzərinə götürməmək üçün bu qruplardan istifadə etdikdən sonra liderlərini aradan götürür!”- o bildirib. Qeyd edək ki, “Keyhan”ın baş redaktoru Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub və burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

Azərbaycan şəhərində bayram mərasiminə icazə verilmədi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində keçirilməsi nəzərdə tutulan bayram şənliyi mərasiminə icazə verilməyib. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilib ki, mərasimdə tonqal qalanması, “Cilman”, “Saray”, “Sarıtel” və “İlqar” incəsənət və musiqi qruplarının ifası, sayaçı və təkəmçilərin çıxışları nəzərdə tutulubmuş. Qəribədir ki, azərbaycanlıların bayram mərasiminə icazə verilmədiyi halda bölgədə yaşayan kürdlərin martın 18-də (İlaxır çərşənbədə) geniş bayram proqramı barədəki müraciətləri müsbət cavablandırılıb.

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq olundu

Martın 18-23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Daşkəsən, Şəki, Goranboy, Qobustan, Kəlbəcər, Laçın və Zəngilanda da şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək. Qeyd: Bakıda və Abşeron yarımadasında isə martın 19-dan 23-dək fasilələrlə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

İmtahan cavabları niyə gec açıqlanır? - Abituriyentlər narahatdır

Azərbaycanda 2 və 9 mart 2025-ci il tarixlərində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinin 6 həftə sonra elan olunacağı bildirilib. Bu müddət abituriyentlər və onların valideynləri arasında narahatlığa səbəb olub. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahanlarda ümumilikdə 110 mindən çox şagird iştirak edib. Nəticələrin gecikməsinin əsas səbəbi kimi yazılı cavab tələb edən tapşırıqların yoxlanılmasının uzun müddət tələb etməsi göstərilir. DİM rəsmiləri bildiriblər ki, bu cür tapşırıqların dəqiq və obyektiv qiymətləndirilməsi üçün əlavə vaxt tələb olunur.  Bununla belə, nəticələrin gec açıqlanması abituriyentlərin ali təhsil müəssisələrinə qəbul prosesinə hazırlaşmasına mənfi təsir göstərə bilər.  Modern.az mövzu ilə bağlı ekspertilərin fikirlərini öyrənib. Elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, 6 həftə, həqiqətən də uzun müddətdir: “Amma bu qədər yubanmanın səbəbi də var. Məlum olduğu kimi martın 20-21-ci Novruz Bayramıdır, həmçinin 30-31 mart da Ramazan bayramıdır. Bununla əlaqədar olaraq martın 20-dən aprelin 1-ə qədər qeyri-iş günüdür. Həmin 12 günü çıxsaq, nəticələrin elan olunması 3-4 həftəyə enə bilərdi. Amma məhz bu qeyri-iş günlərinin olması nəticələrin gec çıxmasına gətirib çıxarır. O cümlədən əvvəlki dövrlərdən fərqli olaraq 2019-cu ildən etibarən imtahanlarda situasiya tipli suallar salınır. Onların yoxlanılması zamanı ən az 2 müəllim iştirak edir, sonda isə proses kompüter tərəfindən yoxlanılır. Nəticə etibarilə həmin suallara görə nəticələrin açıqlnaması gecikir. Əgər bayram tətilləri olmasa idi nəticələr 3-4 həftə ərzində elan edilə bilərdi. Amma bu da uzun müddətdir. Düşünürəm ki, qarşıdakı dövrdə DİM imtahan modelində fərqli üsul tətbiq etməklə yaxud müəllimlərin sayını artırmaqla cavabların daha tez açıqlanması üçün qərar verər”. Azərbaycan Psixologiya Akademiyasının rəhbəri həkim-psixiatr Ramil Hüseynzadə də bildirib ki, 6 həftə həqiqətən uzun müddətdir: “İnsanın bir yaxınının yasını yaşama, qəbul etmə müddəti qədərdir. Bu müddətdə nəticələr bilinmədiyinə görə abituriyentlərdə qeyri-müəyyənlik olacaq. İnsan qeyri-müəyyənliyə qarşı dözümlü varlıq deyil, qeyri-müəyyənlik insanı təşvişləndirir. Xüsusən yeniyetmələrdə təşviş əlamətləri görülə bilər. Bu da onlarda diqqət dağınıqlığı, konsentrasiya olmaqda çətinliklər yarada bilər. Nəticədə bu periodda növbəti imtahana keyfiyyətli şəkildə hazırlaşmaya bilərlər. Eyni zamanda nəticələr bilinmədiyinə görə ətrafdan gələn fikirlər, şərhlər də onlara psixoloji təsir edə bilər. Bura həm valideynlərin, həm də digər abituriyentlərin fikirləri aiddir. Valideynlərin mütəmadi imtahanla və nəticə ilə bağlı suallar verməsi, fikir soruşması stressi artıra bilər. Eyni zamanda digər abituriyentlərin "bu imtahan çox çətin idi, hamı zəif nəticə toplayacaq", "deyirlər filan sinifin uşaqlarının hamısı yüksək nəticə toplayıb" kimi fikirlərinin də psixoloji təsiri az deyil. Bəzi abituriyentlər bu qeyri-müəyyənlik dönəminin keçməsini gözləyib bu müddətdə digər imtahana hazırlaşmaya bilərlər. Bu da vaxt itkisinə, ləngiməyə səbəb olur ki, yekun nəticədə abituriyentin müvəffəqiyyətinə təsir edir”. Psixoloqun sözlərinə görə, abituriyentlər əvvəlcə realist olmalıdırlar: “Nəticənin necə olmasından asılı olmayaraq, ilk mərhələnin imtahanını verdilər, hal-hazırda ikinci mərhələyə hazırlaşmalıdırlar. Ona görə ilk mərhələyə hazırlaşarkən necə sistemli, rejimli və balanslı çalışırdılarsa, onu bərpa etsinlər. Əgər elə çalışmırdılarsa, rejimlə çalışmağa başlasınlar. İmtahan nəticəsi ilə bağlı həyəcan təbiidir. Bunu təbii qarşılamaq lazımdır. Əgər imtahan nəticəsi mövzusunda danışıqlar onları narahat edirsə, o zaman bu söhbətlərdən uzaq durmağa çalışsınlar və ətrafındakılardan da bu durumun onları narahat etdiyini bildirərək onların yanında müzakirə edilməməsini xahiş edə bilərlər. Stressi idarə etmək üçün müxtəlif nəfəs texnikalarından istifadə edə bilər. Meditasiya faydalı olar. Eyni zamanda gün ərzində açıq havada gəzməyi, bol-bol su qəbul etməyi unutmasınlar. Fiziki fəaliyyət həm onların zehni fəaliyyətlərinə dəstək olacaq, həm də həyəcanlarını azaldacaq. Yuxu rejimi əhəmiyyətlidir. Gecə yuxusu xüsusən əhəmiyyətlidir”.

Azər Rəşidoğlunun səhhəti ilə bağlı Prezidentə və birinci xanıma müraciət edildi

Ölkənin tanınmış jurnalisti Azər Rəşidoğlunun səhhətində yaranmış ciddi onkoloji problemlə bağlı olaraq, ölkənin bir sıra jurnalistləri, media rəhbərləri, QHT təmsilçiləri Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Sozcu.az müraciətin mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevaya Müraciət Hörmətli cənab Prezident, Hörmətli Mehriban xanım, Bu müraciəti yazmaqda məqsədimiz tanınmış jurnalist Azər Rəşidoğlunun (Qurbanəliyev) səhhətində yaranmış ağır onkoloji xəstəlikdən müalicəsi üçün Sizdən kömək istəməkdir. Azər Rəşidoğlu (Qurbanəliyev) ötən ilin sentyabr ayında Milli Onkologiya Mərkəzində xərçəng diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub. Lakin təəssüf ki, əməliyyatdan sonra onun vəziyyəti yaxşılaşmayıb, bu xəstəlik kritik mərhələyə keçib. Qeyd edək ki, sonuncu Pozitron Emissiya Tomoqrafiyası (PET) və kompüter tomoqrafiya müayinəsi (KT) başqa orqanlarda da şişlərin yarandığını göstərir. Ən qısa zamanda xəstəliyin qarşısı alınmazsa, başqa orqanlar sıradan çıxa bilər. Növbəti əməliyyata və əlavə müalicələrə ehtiyac yaranıb. Həkimlərin ilkin rəyinə görə, bu tip onkoloji xəstəliklərinin müayinə və müalicəsi xarici ölkələrdə daha yüksək standartlara uyğun həyata keçirilə bilər. Bu səbəbdən xəstəliyin müayinə edilməsi və müalicənin uğurlu olması üçün xarici mütəxəssislər tərəfindən həyata keçirilməsi və buna uyğun külli miqdarda vəsaitin ayrılması tələb olunur. Hal-hazırda Azər Rəşidoğlunun müalicəsi üçün gərəkli olan vəsaitin dəqiq məbləği müəyyənləşdirilməyib. Lakin məlumdur ki, müalicənin davamı və xarici ölkələrdə təchizatlı müayinə və əməliyyatların həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Təəssüf ki, Azər Rəşidoğlunun bu müalicəni həyata keçirmək üçün şəxsi maddi imkanları yoxdur. Qeyd edək ki, Azər Rəşidoğlu 35 ildir Azərbaycan mətbuatında çalışan tanınmış imza sahibi olan jurnalistdir. O, vətənpərvərliyi, analitik təhlil yazıları ilə tanınır və milli-mənəvi dəyərlərimizə sədaqətli jurnalistlərimizdəndir. Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Azərbaycan cəmiyyətində yüksək hörmətə layiq olan və etimad göstərilən, uzun illər boyu media sahəsində xidmət etmiş, ölkəmizin nüfuzlu jurnalistlərindən biri olan Azər Rəşidoğlunun həyatı və sağlığına yardım göstərilməsi, onun müalicə xərclərinin qarşılanması üçün Sizin yüksək diqqətinizə və yardımınıza ehtiyacı var. Azər Rəşidoğlunun sağlamlığına qovuşmasının təmin olunması məqsədilə xarici ölkələrin birində müayinə və müalicəsi üçün dəstəyinizi və qayğınızı əsirgəməməyi Sizdən xahiş edirik. Müraciətimizi dəyərləndirərək, bu çətin dönəmdə ona kömək olmağınız ölkəmizin bir çox insanları tərəfindən böyük minnətdarlıqla qarşılanacaq. Əvvəlcədən göstərdiyiniz diqqət və yardım üçün dərin təşəkkürümüzü bildiririk. Qeyd edək ki, müraciətə ölkənin nüfuzlu media təmsilçiləri, QHT rəhbərləri, ziyalılar qoşulublar. İmzalanma prosesi yekunlaşdıqdan qısa müddət sonra ünvanına göndəriləcək.

ABŞ Ermənistanla bağlı QƏRAR VERDİ: İrəvana qoşun göndərilir?

ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürmək istəyir. Sozcu.az axar.az-a istinadən xəbər verir ki, bu barədə RT sənədlərə istinadən məlumat yayıb. Qeyd olunub ki, texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək: “Daşınma iyulun 16-na planlaşdırılıb və avqustun 7-dək davam etməlidir. Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub. Ümumilikdə nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla, 151 ədəd texnikanın daşınması planlaşdırılır”.

Övladlarının əlini yandıran anaya - Bu cəza verildi

Abşeron rayonunda azyaşlı övladlarının əlini yandıran qadın cinayət məsuliyyətinə cəlb edilib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Arzu Yusifovaya (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 133.2.4-cü (Əzab vermə - yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə əsasən hökm oxunub. Araşdırmalarla müəyyən edilib ki, Arzu 2016-cı ildə Ruslan adlı şəxslə ailə həyatı qurub. Onların 2017-ci ildə oğul və 2019-cu ildə isə qız övladları dünyaya gəlib. Lakin cütlük 2021-ci ildə boşanıb. Bir müddət əvvəl isə Ruslan keçmiş həyat yoldaşının övladlarına xəsarət yetirməsini görərək polisə şikayət edib. Faktla bağlı cinayət işi açılıb və Arzu Yusifova barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə qadına 2 il sınaq müddəti verilməklə şərti cəza verilib.

Ukraynanın Kursk əməliyyatı: Ruslar darmadağın edildi

Kursk vilayətində Ukrayna ordusunun əməliyyatı hər mənada uğurlu alındı, çünki itkilərin nisbəti 1-in 10-a Ukraynanın xeyrinə idi. Sozcu.az xəbər verir ki, bunu Ukrayna ordusunun “Aydar” batalyonunun keçmiş bölük komandiri Yevgeni Dikiy deyib. Onun sözlərinə görə, hərbi nöqteyi-nəzərdən itkilərin nisbəti həmişə Ukrayna üçün çox əlverişli olub: “Bu səkkiz ayda ruslar Kurskda müvəffəqiyyətlə darmadağın edildilər. Biz əslində orada bu müharibənin miqyasında çox cüzi itkilər verdik. Ruslar isə əksinə, orada bir ildən artıqdır ki, kütləvi hücumlar həyata keçirdikləri Pokrovski istiqamətindəki ciddi itkilərə məruz qaldılar. Hərbi baxımdan balans bizim xeyrimizədir”. Keçmiş komandir bildirib ki, Sucada Ukrayna hərbçiləri nə yarımmühasirə, nə də tam mühasirə vəziyyətində olublar: “Əslində rus qoşunları əsas logistik marşrutu kəsərək Ukrayna kontingentinin təchizatını mümkünsüz etdi. O zaman kontingent mütəşəkkil şəkildə çıxmağa başladı”.

Qaşqay türkləri aksiyası keçirdi: “Azərbaycan var olsun!”

İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərində qaşqay türkləri etiraz aksiyası keçiriblər. Sozcu.az xəbər verir ki, bu barədə onlar sosial mediada paylaşım ediblər. Etiraza səbəb İran Mədəni İrs Nazirliyinin qaşqayların milli geyim və başqa mədəni atributlarının lor xalqı adına qeydiyyata alması olub. Öz milli geyimlərində əyalət valiliyi binası qarşısına toplaşan qaşqaylar “Qaşqayının libası, qaşqayının olası”, “Azərbaycan var olsun, qaşqayı sağ olsun” və başqa şüarları səsləndiriblər. Sosial media fəallarının yaydığı məlumata görə, aksiya yerinə gələn Fars əyalətinin polis rəisi Rəhambəxş Həbibi narazı qaşqayları təhdid və təhqir edib.

Bayram namazı nə zaman qılınacaq?

Bayram namazı mart ayının 30-da qılınacaq. Sozcu.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib. O qeyd edib ki, adət üzrə namaz hər il eyni vaxtlarda olur. "Bayram namazı məscidlərdə 08:00 və 09:00-da qılına bilər. Fərqi yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir", - deyə F.Nurullayev qeyd edib.

7 körpənin öldüyü yanğınla bağlı məhkəmə keçirildi

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Sozcu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə Perinatal Mərkəzin Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli ifadə verib. O, bildirib ki, işlədiyi dövr ərzində işdə nöqsan olmayıb: “23 fevral 2023-cü ildə FHN Perinatal Mərkəzdə yoxlama aparıb və nöqsanlar aşkar edib. Lakin bu məndən öncə baş verib. Mənim əmrim 27 fevral 2023-cü ildə verilib. Rəhbəri olduğum şöbədə mühafizə və nəzarət bölməsi var. İşim onlara nəzarət etmək və işlə bağlı təlimatlandırmaqdır. Yanğın təhlükəsizliyi ilə bağlı əmr verilib. Onunla tanış olmuşam və üzərimə düşən öhdəliyə cavabdehəm. Hadisə baş verən zaman Mehriban Abasquliyeva mənə zəng edib xəbər verdi. Mən ora çatanda artıq hadisə baş vermişdi. Mən mərtəbənin boşaldılmasına yardım etdim. Tüstü 5-ci mərtəbəyədək qalxmışdı. Qalxıb oradakıların təlxiyəsinə yardım etdim. Bütün şöbələrə yanğınla bağlı təlim keçirilib. Mən mütəmadi yoxlamalar aparırdım. Elektrik yuvalarına və uzadıcılarına həddindən artıq qeyri-tibb avadanlıqları qoşulduqda irad bildirirdim və aradan qaldırılması üçün tapşırıq verirdim. Lakin tibbi avadanlıqlarla bağlı göstəriş vermirdim. Tibb sahəsini bilmirəm. Anlayışım olmadığı üçün belə edirdim. Elektrik naqillərinə isə elektrik nəzarət edirdi. Bizə aid olan və çatışmayan avadanlıqlar üçün rəhbərliyə bildirirdik. Daha sonra mərkəzin satınalma şöbəsinə bildirirdik. Avadanlıqların təmin olunması ilə bağlı problem yaşamamışıq”. Daha sonra zərərçəkən Emil Abbasəliyev ifadə verib: “Öncə yoldaşımı özəl klinikalardan birinə yerləşdirmək istədim. Lakin bizi Respublika Perinatal Mərkəzinə yönləndirdilər. Orada bizə dedilər ki, bu doğum risklidir. Biz razılıq verəndən sonra yoldaşım əməliyyat olundu. Bizə uşağın iki gün mərkəzdə qalacağını bildirdilər. Mən uşağı çıxartmaq istəyəndə onlar bizə körpənin şəkərinin aşağı düşdüyünü dedilər”. Həmçinin zərərçəkən bildirib ki, hadisə baş verən gün övladını öncə "Yeni Klinika"ya göndərmək istələr də, sonra qərar dəyişdirilib: "Mehriban Abasquliyeva dedi ki, uşağın vəziyyəti normaldır. Ona görə Yeni klinikaya başqa körpə göndərildi. Mənim uşağımı isə "Semaşko" xəstəxanasına göndərdilər. Hadisə zamanı Mehriban xanım mərkəzdə osa da, mən onun Respublika Perinatal Mərkəzin direktoru olduğunu bilmirdim, elə bilirdim burada çalışan həkimdir”. Zərərçəkən təqsirləndirilən şəxsləri məhkəmə zamanı tanıdığını və bu işdə günahkar olanlara ən ağır cəzaya məhkum edilməsini xahiş edib. Proses aprelin 14-ü davam etdiriləcək. Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Ağadadaşın baltası özünə qaytarıldı

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qaytarılıb. Sozcu.az-ın Modern.az-a istinadən məlumatına görə, məhkəmənin bir müddət əvvəl verdiyi qərara əsasən insidentdə istifadə olunan əşya sahibinə geri verilib. Qeyd edək ki, müğənni ötən il Bakıdakı “MedEra” hospitalının mühafizəçisi ilə mübahisə edib və əlindəki baltanı ona tərəf atıb. Hadisə zamanı balta xəstəxananın xadiməsinin ayağına dəyib. Daha sonra isə xadimə baltanı götürərək kənara qoyub ki, heç kim onu götürməsin. İstintaq zamanı balta sübut kimi götürülüb və Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib. Məhkəmə prosesi başa çatdıqdan sonra, cinayət tərkibi olmayan maddi sübut kimi baltanın geri qaytarılmasına qərar verilib. Beləliklə, Ağadadaş Ağayevin bağ işlərində istifadə etdiyini iddia etdiyi balta yenidən onun ixtiyarına keçib. Xatırladaq ki, məhkəmə sənədlərinə əsasən, Xalq artisti həmin hadisə zamanı əsəblərinə hakim ola bilməyərək baltanı qarşı tərəfə atıb. O, məhkəmə zamanı baltadan silah kimi istifadə etmədiyini, sadəcə qorxutmaq məqsədilə atdığını bildirib. Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Müğənninin vəkili Asim Abbasov hökmdən bəraət tələbi ilə apellyasiya şikayəti vermək fikirlərinin olduğunu deyib. Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb. Hökmə əsasən, N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

3 gün əvvəl intihar edən məktəblinin atası da özünü asdı

Tovuzda 3 gün əvvəl intihar edən məktəblinin atası da eyni əməli törədib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində özünü asaraq intihar edən 11-ci sinif şagirdi Ə.S-nin atası bu gün intihar edib. 48 yaşlı M. Səfərov səhər saatlarında özünü yaşadığı evin çardağından asaraq həyatına son qoyub. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xızının qadın prokuroru qəzaya düşdü

Xızının prokuroru yol qəzasına düşüb. Sozcu.az xəbər verir ki, "Toyota” ilə “Niva” markalı avtomobil toqquşub. "Toyota" markalı avtomobildə olan rayon prokuroru Xəyalə Aslanova qəza nəticəsində xəsarət alıb. Hazırda Xəyalə Aslanova və qəzada zərərçəkən şəxslər Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir.

Müsavat fəalını qətlə yetirən şəxsə hökm oxundu

Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sozcu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Elsəvər İslamov 19 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub. O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb. Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ittiham elan olunub.

"Nyukasl" finalda "Liverpul"a qalib gəldi

Bu gün İngiltərə Liqa kubokunun finalı keçirilib.  Sozcu.az xəbər verir ki, turnirin həlledici mərhələsində "Liverpul" "Nyukasl"la qarşılaşıb. Matç Londonda, "Uembli" stadionunda keçirilib.  Görüş mersisaydlıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, "Nyukasl" kubokun qalibi olub.  "Liverpul" - "Nyukasl" - 1:2  Qollar: Çyeza, 90+4 - Börn, 45, İsak, 52 

"Barselona"dan möhtəşəm geridönüş

İspaniya La Liqasında 28-ci tura yekun vurulub. Sozcu.az xəbər verir ki, bu gün 5 oyun keçirilib. “Rayo Valyekano” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. “Leqanes” evdə “Betis”, “Sevilya” “Atletik”ə, “Osasuna” isə “Xetafe”yə uduzub. Turun mərkəzi oyununda “Atletiko” “Barselona”nı qəbul edib. Meydan sahibləri 2:0 öndə olsalar da, “Barselona” sonradan 4 qol vuraraq əzmkar qələbəyə sevinib. 16 mart "Leqanes" – "Betis" - 2:3 Qollar: Raba, 29; 44 – İsko, 64-pen. Bakambu, 78. K.Ernandes, 82. "Sevilya" – "Atletik" - 0:1 Qol: Y.Alvares, 84. "Osasuna – "Xetafe" - 1:2 Qollar: Budimir, 45-pen – Terrats, 55; 71. "Rayo Valyekano" – "Real Sosyeda" - 2:2 Qollar: Trexo, 58. P.Dias, 72 – Subimendi, 20. Marieskurrena, 80. "Atletiko" – "Barselona " - 2:4 Qollar: X.Alvares, 45. Sörlot, 70 – Levandovski, 72. F.Torres, 78; 90+8. L.Yamal, 90+2. Bu nəticələrdən sonra "Barselona" 60 xalla liderdir. "Real" eyni xalla 2-ci, "Atletiko" 56 xalla 3-cüdür. "Barselona" rəqiblərindən bir oyun az keçirib.

Andrey Qnatov Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib

Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Andrey Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə иu barədə Zelenskinin ofisinin saytında məlumat yer alıb. Kadr dəyişikliyinin səbəbləri açıqlanmır.

NASA qərargahının əməkdaşları Trampın sərəncamından sonra tarakanlardan şikayət ediblər

ABŞ Prezidenti Donald Trampın bütün federal işçilərin ofisə işə qayıtması barədə əmrindən sonra NASA işçiləri qərargahda tarakanlarla və masa çatışmazlığı ilə üzləşiblər. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Yanvarın 20-də inauqurasiyadan sonra Tramp bütün federal işçilərə pandemiya zamanı keçmiş Vaşinqton administrasiyası tərəfindən aktiv şəkildə həyata keçirilən evdən işləmək təcrübələrinə son qoyaraq, dərhal ofislərinə qayıtmağı əmr edən sərəncam imzalayıb. “Reuters” xəbər verir ki, NASA-nın ABŞ paytaxtında yerləşən qərargahının əməkdaşları keçən ay işə qayıdanda ofislərinin döşəmələrində tarakanlar və su kranlardan sürünən digər həşəratlar aşkarlayıblar. Agentlik həmçinin yazıb ki, yazı masası çatışmazlığı səbəbindən çoxları stullarda oturaraq işləyirmiş. Məqalədə qeyd edilir ki, “Reuters” ofisdə işləməyə qayıdan bir neçə nümayəndə ilə danışıb. Daxili Gəlir Xidmətinin (IRS) baş qərargahının meneceri deyib ki, o, masası olmadığından konfrans zamanı kompüterini qucağına alıb yerdə oturmalı olub. Şöbə əməkdaşları yararsız iş şəraiti arasında internetin olmamasını da qeyd ediblər. Qeyd olunur ki, onlardan bəzilərinə mobil telefonlarından "Wi-Fi"ın giriş nöqtələri kimi istifadə etmək tapşırığı verilib.

ABŞ-də qasırğa qurbanlarının sayı 36-ya çatıb

ABŞ-ni vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb. "Biz Cənub və Orta Qərbdə bir çox ştatları vuran şiddətli tornado və tufanları fəal şəkildə izləyirik - 36 günahsız insan həlak olub", - paylaşımda deyilir. ABŞ KİV-lərinin məlumatına görə, təbii fəlakətin qurbanları Alabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texas ştatlarının sakinləridir. Tramp əlavə edib ki, dağıntıların nəticələrini aradan qaldırmaq və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkanzas ştatına ABŞ Milli Qvardiya bölmələri yerləşdirilib. “Associated Press”in məlumatına görə, tornadolara, toz fırtınalarına, 100-dən çox meşə yanğınına səbəb olan fəlakət 100 milyondan çox insanın yaşadığı əraziyə təsir edib.

AMB: Trampın siyasəti iqtisadiyyatı COVID-19 pandemiyasından daha çox sabitsizləşdirir

ABŞ Prezidenti Donald Trampın addımları qlobal iqtisadiyyatı COVID-19 pandemiyasından daha çox sabitsizləşdirir. Sozcu.az xəbər verir ki, bu fikirləri Avropa Mərkəzi Bankının (AMB) sədr müavini Luis de Qindos Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində bildirib. "Biz qeyri-müəyyənlik səviyyəsinin indi nə qədər yüksək olduğunu nəzərə almalıyıq. Bu, hətta pandemiya dövründəkindən daha yüksəkdir", - o deyib. "Biz görürük ki, ABŞ-nin yeni administrasiyası ümumi problemlərin həlli üçün yurisdiksiyalar arasında əməkdaşlığı nəzərdə tutan çoxqütblülük siyasətini davam etdirməyə o qədər də açıq deyil. Bu, çox mühüm dəyişiklik və böyük qeyri-müəyyənlik mənbəyidir", - Luis de Qindos vurğulayıb. Bununla yanaşı, de Qindos bazarın qısamüddətli volatilliyini uzunmüddətli tendensiyalardan fərqləndirməyin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, hətta yüksək qeyri-müəyyənliyi nəzərə alsaq belə, AMB-nin uzunmüddətli perspektivdə Avropada inflyasiyanın iki faiz səviyyəsinə endirilməsi hədəfi tamamilə həyata keçirilə bilər. "Real əmək haqqı artıb, inflyasiya aşağı düşür, faiz dərəcələri düşür və maliyyələşdirmə şərtləri yaxşılaşır. Lakin fakt odur ki, istehlak artmır", - iqtisadçı qeyd edib. "Səbəb istehlakçıların gəlir səviyyələrindəki qısamüddətli dəyişikliklərə heç də həmişə reaksiya verməməsidir. Onlar həm də orta müddətli ticarət müharibəsi və ya böyük bir geopolitik münaqişə ilə bağlı iqtisadiyyata nə baş verə biləcəyinə diqqət yetirirlər”, - o vurğulayıb.

BMT ABŞ-nin Yəmənə zərbələrindən narahatdır

BMT ABŞ-nin Yəmənin “Ənsar Allah (Husilər) hərəkatının nəzarətində olan ərazilərinə zərbələr endirməsindən narahatdır və bütün tərəfləri hərbi fəaliyyəti dayandırmağa çağırır. Sozcu.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin jurnalistlərə yaydığı bəyanatda deyilir. "ABŞ-nin Yəmənin husilərin nəzarətində olan bölgələrinə çoxsaylı zərbələr endirdiyini və bunun ölənlər və yaralananlarla nəticələnməsini narahatlıqla qeydə alırıq. Biz həmçinin husilərin Qırmızı dənizdə gəmiçiliyə hücumları davam etdirməsi ilə bağlı təhdidlərdən də narahatıq", - bəyanatda bildirilir. Beynəlxalq təşkilatdan həmçinin qeyd olunub ki, hər hansı növbəti gərginlik regional gərginliyi daha da gücləndirə, Yəmən və (Yaxın Şərq) regionunda sabitliyi daha da poza, ölkədə onsuz da ağır olan humanitar vəziyyətə ciddi təhlükə yarada biləcək yeni cavab tədbirləri həyata keçirə bilər.

Trampın müşaviri: Rusiya atəşkəsdən imtina etsə tədbir görəcəyik

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəsə getməsə, ABŞ ona qarşı tədbir görə bilər. Sozcu.az xəbər verir ki, bu barədə o, “ABC News”yə müsahibəsində bildirib. O, bununla bağlı suala “Şübhəsiz, bütün variantlar nəzərdən keçirilir” - cavab verib. Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın təşəbbüsü ilə keçirilən sammitin yekunlarına dair brifinqdə Rusiyaya ərazi güzəştləri məsələsini “kəskin” adlandırıb. Onun fikrincə, Rusiya məhz buna nail olmağa çalışır. Ukrayna lideri ABŞ-nin Ciddədə bu məsələni qaldırdığını, Ukraynanın mövqeyi ilə tanış olduğunuı qeyd edib və respublikanın artıq Rusiyanın nəzarətində olan ərazilərin itirilməsini tanımadığını vurğulayıb.

Latakiyada partlayış - Ölənlərin sayı 16 nəfərə çatdı

Suriya şəhəri Latakiyanın cənubunda şənbə günü baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 18 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Al Watan” qəzeti Mülki Müdafiə Xidmətinin bəyanatına istinadən bildirib. Məlumata görə, ölənlər arasında beş qadın və beş uşaq var. Bəyanatda vurğulanıb ki, bu məlumatlar ilkindir, çünki xilasetmə işləri davam edir. Dağılmış binanın altında hələ də meyitlər qalır. Daha öncə hadisə nəticəsində 3 nəfərin öldüyü deyilirdi. Yerli Mülki Müdafiə Xidmətinin məlumatına görə, partlayışa metal tullantıları anbarında partlamamış böyükkalibrli mərminin detonasiyası səbəb olub. O, partlayış nəticəsində uçmuş Ər-Raml məhəlləsindəki dördmərtəbəli evin yaxınlığında yerləşirdi.

Rusiya ilin əvvəlindən bəri 100 min hərbçisini itirib - Sırski

Rusiyanın 2025-ci ilin əvvəlindən Ukraynaya qarşı müharibədə canlı qüvvə itkisi 100 mindən çox olub. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Aleksandr Sirski deyib. “Ordumuzun koordinasiyalı və peşəkar işi sayəsində bu ilin əvvəlindən işğalçıların canlı qüvvədə ümumi itkiləri 100 min nəfəri ötüb”, - Sırski bildirib.

Rusiya minlərlə raket atıb, sülh istəyən belə etmir - Zelenski

Rusiya bir həftə ərzində Ukraynaya minlərlə PUA və KAB göndərib. Bu onu göstərir ki, onlar müharibənin bitməsinə hazır deyillər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bu həftə şəhərlərimiz yüz dəfələrlə atəşə tutulub: Çerniqov, Xerson, Donetsk, Xarkov, Dnepr, Odessa, Poltava, Kiyev, Nikolaev, Zaporojye və Sum vilayətləri. Ruslar bir həftə ərzində 1020-dən çox hücum PUA-sı, 1360-a yaxın idarə olunan hava bombası və 10-dan çox müxtəlif tipli raketlər buraxıb. Müharibənin tez bitməsini istəyənlər belə etmir. Ona görə də Rusiyaya birgə təzyiq etməliyik ki, təcavüzə son qoymağa məcbur olsun”, - Zelenski bildirib.

Britaniya 10 minlik ordusunu Ukrayna göndərir

Koalisiya liderlərinin görüşündə Britaniya Ukraynaya Qərbin sülhməramlı kontingenti çərçivəsində 10 min hərbçi yerləşdirmək planını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” yazıb. Nəşrin məlumatına görə, Ukraynaya göndəriləcək Britaniya qoşunlarının yekun sayı 10 min nəfəri keçəcək. Sülh yolu olacağı təqdir də də Ukraynaya iki Britaniya minaaxtaran gəmisinin göndərilməsi planlaşdırılır. Bundan başqa, 35-ə yaxın ölkə Ukraynadakı sülhməramlılara silah, maddi-texniki və digər dəstək verməyə razılaşıb.

Ərdoğan və Tramp regionu müzakirə etdi

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Liderlər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Bu ölkədə dəhşətli yanğın: 50 ölü, onlarla yaralı

Şimali Makedoniyanın Koçani şəhərindəki "Puls" adlı diskotekada yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə MİA agentliyi məlumat yayıb. Məlumata görə, yerli vaxtla saat 03:00 (Bakı vaxtı ilə 6:00) radələrində baş verən yanğının səbəbi pirotexniki vasitələrin istifadəsi olub. 1500 nəfərin olduğu diskotekada baş verən yanğın nəticəsində 50 nəfərin öldüyü bildirilir. Onlarla yaralı ölkənin müxtəlif şəhərlərindəki xəstəxanalara yerləşdirilib.

Ağdərədə dağlıq ərazidə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Sozcu.az xəbər verir ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində 80 ha sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

MN: Mövqelərimiz atəşə tutulub

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə XİN: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Türkiyə Xarici İşlər Nazirliyi Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb. Sozcu.az xəbər verir ki, bəyanatda Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib. Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub: “Krım tatar türklənin durumu başda olmaqda yarımadadakı vəziyyət yaxından izləyir və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa çalışırıq”.

Bakıda 28 dərəcə isti olacaq - SABAHIN HAVASI

Martın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 20-25° isti olacaq.

Adamı yandıran bilirsən nədir?

Adamı yandıran bilirsən nədir? Dəyər verib qoynunda bəslədiyin, Kədərdən,zərbələrdən qoruyub gizlədiyin, Yanında olmayanda darıxıb özlədiyin, Biri səni atanda. Adamı yandıran bilirsən nədir? Müqəddəs sevgiylə sevdiyin biri, Könlünə həmdəmin saydığın biri, Onunçün canına qıydığın biri, Danaraq əhdini dönük çıxanda. Ya da dayaq bilib arxalandığın, Dar günündə yetişəcək sandığın, Sevincinə sevinib, kədərinə yandığın, Dostun səni satanda. Adamı yandıran bilirsən nədir? Dalda qeybət edib üzə gülənlər, Yasına da sevinərək gələnlər, Yaltaqlıqla zirvəyə yüksələnlər, Səndə nöqsan tutanda. Ömrü boyu işlə,ver yeyim deyən, Yaltaqlıqla hamıya boyun əyən, Başqasının süfrə artığın yeyən, Biri sənə atmacalar atanda. Adamı yandıran bilirsən nədir? Bütün günü avara gəzən veyillər, Bir insanın gərəyi də deyillər, Bu da adam içinə çıxdı deyirlər, Zəhmətinlə bir yerlərə çatanda. Aşıq pərdələrdə sazın gəzdirir, Rəqqasə önündə sinə əsdirir, Biri bir milyona ayı kəsdirir, Qardaş,kasıb borc içində batanda. Adamı yandıran bilirsən nədir? Daim fəxr eləyən İslam diniylə, Torpaq düşməndədir deyən diliylə, Qohum olub xaricdə erməniylə, Saf qanını it qanına qatanda. Görən sonu yoxmu bu cür zillətin?! Cavabın bilmirəm,çətindir,çətin, Sabahı narahat edir millətin, Rahatlıq da vermir gecə yatanda. Deyirlər ki, unut, nəyinə gərəkdir? Bu millətə yalnız Allah köməydir, Gəlib bu gününü kaş ki, görəydi, Fəxr edərdi sənlə mərhum atan da. Fəxr edərdi sənlə mərhum atan da. Elçin Rəhimzadə, jurnalist

Ramazanın 16-cı günü: imsak və iftar VAXTLARI

Martın 16-sı Ramazan ayının 16-cı günüdür. Sozcu.az xəbər verir ki, imsak saat 05:25-də, iftar isə saat 19:03-dədir. 16-cı günün duası: “Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl- aləmin”. Tərcüməsi: “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”. Allah orucunuzu qəbul etsin!

Ukraynaya qoşun göndərməyə hazırıq

Böyük Britaniyanın baş naziri Keir Starmer Aİ ölkələrinin başçıları, NATO-nun baş katibi və digər dövlətlərin liderləri ilə keçirdiyi telefon danışığı barədə açıqlama verib. Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. O bildirib ki, tərəflər Ukraynanın təhlükəsizliyini və ölkənin silahlı qüvvələrini gücləndirməyə davam edəcəkləri barədə razılığa gəliblər. Starmer deyib ki, Ukrayna öz ərazisində növbəti münaqişə baş verəcəyi təqdirdə özünü müdafiə edə bilməlidir və əlavə edib ki, döyüşlər bitdikdən sonra Ukraynaya sülhməramlı qüvvələri göndərməyə hazırdır. “Biz... Ukraynanın quruda, dənizdə və səmada təhlükəsizliyinin təmin edilməsinə kömək etmək üçün sülh sazişi əldə ediləcəyi təqdirdə “istəkli ölkələr koalisiyası” kimi yerləşdirməyə hazır olacağıq. Atəşkəs vəziyyətində, biz razılaşmanın hər hansı pozuntusunun müəyyən edilməsini və dayandırılmasını təmin etmək üçün güclü monitorinq tədbirlərinə ehtiyac olduğunu vurğuladıq", - Starmer qeyd edib. Tərəflər, həmçinin razılaşıblar ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşi dərhal dayandırmaqdan imtina edərsə, Ukraynanın gücləndirilməsi, Rusiyanın hərbi maşınının zəiflədilməsi və Vladimir Putini danışıqlar masasına oturmağa inandırmaq üçün səyləri gücləndirməli olacaqlar. Buna nail olmaq üçün biz hərbi dəstəyimizi artıracağıq, sanksiyalarımızı sərtləşdirəcəyik... və Rusiyanın Ukraynaya vurduğu ziyanı ödəməsi üçün bütün hüquqi yolları araşdırmağa davam edəcəyik”.

Tramp komandasında daha bir türkə yüksək vəzifə verilir

Bir ay öncə tanınmış ürək cərrahı Mehmet Öz ABŞ-ın yeni administrasiyasında Sağlıq Sığortası Departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi. Bir neçə gün öncə isə Mehmet bəyin bacısı, Massaçusets Texnologiya Universitetinin məzunu Seval Öz ABŞ Nəqliyyat Naziriliyində nazir müavini vəzifəsinə namizəd göstərilib, yaxın günlərdə onun təsdiqi parlamentdə səsverməyə çıxarılacaq. Sozcu.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli məlumat paylaşıb. O bildirib ki, bacı-qardaş Türkiyənin Konya vilalətinin kiçik bir qəsəbəsi - cəmi 25 885 nəfər əhalisi olan Bozqırdandır. N.Cəfərli bir ailədən, kiçik bir qəsəbədən iki böyük mütəxəssisin çıxmasını böyük uğur adlandırıb və alqışlayıb.

Bu, bizim üçün kifayətdir, lakin Rusiya üçün... - Zelenski

30 günlük atəşkəs gələcək fəaliyyətlə bağlı razılaşma yolunda yalnız ilk addımdır. Bu, Ukrayna üçün kifayətdir, lakin Rusiya üçün kifayət edəcəyinə zəmanət yoxdur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Bundan sonra nə olacağını söyləmək mənim üçün çətindir. Çünki bu, növbəti addımlar barədə razılığın əldə edilməli olduğu dövrdür. Əlavə edəcəyim heç nə yoxdur", - Zelenski bildirib.

Ölkə prezidenti 100 milyardlıq sərvəti Trampa təklif etdi

Serb Respublikasının prezidenti Milorad Dodik ABŞ prezidenti Donald Trampla nadir torpaq metalları müqaviləsində maraqlı olduğunu bildirib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə “The American Conservative” jurnalına müsahibəsində bildirib. “Biz prezident Trampla nadir torpaq mineralları sazişini müzakirə etməyə hazırıq”, - o qeyd edib. Prezidentin sözlərinə görə, Serb Respublikasının şərq regionunda litium, maqnezium və digər nadir torpaq minerallarının əhəmiyyətli yataqları var ki, onların kommersiya dəyəri, bəzi hesablamalara görə, 100 milyard dolları ötür. Dodik əlavə edib ki, indiyədək “heç bir ölkəyə və ya xarici şirkətə” mədən hüququ verməyiblər və o, bu məsələni eksklüziv olaraq Amerika lideri ilə müzakirə etməyə hazırdır.

"Gürcülərin bizə yaşatdığı "svan" fəlakəti: Udabno faciəsi"- MÜSAHİBƏ

Mən heç vaxt Gürcüstanda olmamışam, heç gürcü millətindən biri ilə “salam-məleykim”im də olmayıb. Amma oxuduğum tarixi kitablar, xəbər portallarında Gürcüstanda azərbaycanlılara qarşı rastlaşdığım münasibət , eyni zamanda, 2019-cu ildə Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Keşikçidağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında yaranmış gərginlik zamanı gürcülərin nifrətinin şahə qalxmasını ortaya qoyan mənzərə... Hələ  Gürcüstan hökümətinin Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Qarabağda azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büst qoyulmasına icazə verməsi də bir ayrı nifrət göstərisidir. Müşahidəm prinsipcə gürcülərin ermənilərdən heç də geri qalmadığını deyir. Bu fikirlərimi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sosial şəbəkə hesabında paylaşdığı bir post sanki təsdiqlədi. Xatırlayırsınızsa, bir neçə il əvvəl Zaur müəllim sosial şəbəkədəki hesabında Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimiz təhqir olunduğunu iddia etmişdi. O bildirmişdi ki, həmyerlilərimizin yaşadığı əraziyə eşşək şəkli çəkilib və başının üstündə yekəqarın gürcü kişisi yumruğunu sıxıb, eşşək isə müti halda başını aşağı salıb. Daha sonra Z. Əliyevin gürcülərin azərbaycanlılara qarşı bir ədalətsizliyindən yazdı. Əslində isə özü bu hadisəni faciə adlandırırdı. İndi isə tarixçi alimlə bu mövzuda söhbətimizi sizin diqqətinizə çatdırırıq. - Zaur müəllim, bir dəfə “Udabno faciəsi” adlı bir paylaşım etmişdiniz…Düzünü deyim ki, o günə qədər nə Udabno sözünə , nə də o faciəyə aid heç bir məlumatım olmayıb. - Təccüblənməyinə dəyməz...Bu hadisə haqqında onsuz da çox az adam bilir. 1980-ci ildə baş verən, sovet dövründə üstü bağlanılan və araşdırılmasına izn verilməyən Udabno hadisəsi xalqımızın başına gətirilən ilk milli zəmində faciə adlana bilər. Qeyd edim ki, Saqareco bölgəsində -  Udabno kəndində tarix boyu azərbaycanlılar yaşayıblar. - Hadisədən danışmamışdan əvvəl haqqında söhbət gedən əraziləri oxucularımıza tanıtsanız yaxşı olardı. - Qədim oğuz yurdu olan Qaraçöp mahalı Gürcüstanda yaşayan azərbaycanlıların ən sıx yaşadığı ərazidir. Azərbaycan mənbələrində Qaxet adıyla tanınan Kaxeti vilayəti var. Həmin bu vilayətin paytaxtı da Qaracalar‎ olub ki, hazırda gürcülər onu Telavi adlandırırlar. Kaxeti vilayətində bir Saqareco şəhəri də var ki, bizim Qaraçöp mahalı o rayonun ərazisinə düşür və Lor-Muğanlı, Düzəyrəm, Ləmbəli, Keşəli, Tüllər, Qazlar, Qarabağlı, Muğanlı, Baldo adlı səkkiz kəndi özündə birləşdirir. 11-ci əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçən “Keşikçidağ” - gürcülərin dili ilə desək “David Qareci” məbədi də həmin kəndin ərazisində yerləşir. Böyük əhali etnik azərbaycanlılardan ibarət olan kəndin sakinlərinin kənd təssərrüfatı sahələri, gözəl evləri və qurulmuş yaxşı infraksturu var idi. - Bəs , onda, tarix boyu azərbaycanlılar yaşayan Udabno kəndində 1980- ci ildə nə baş verdi? - Kənd qədim olduğu üçün də əhali təbii ki, etnik azərbaycanlılardan ibarət idi. Kəndin sakinlərinin kənd təssərrüfatı sahələri, gözəl evləri və qurulmuş yaxşı infraksturu var idi. Gürcüstan hokuməti 1980-ci illərdən etibarən etnik svanları bəhanələrlə azərbaycanlılar yaşayan ərazilərə köçürməyə başladı. - Svanlar? Onlar da kimdir?  - Svanlar- Kartvel dil ailəsinə daxil olan svan dilində danışan etnik qrupdur. Gürcüstanda özlərinə düşmən kimi azərbaycanlıları görürlər. Baxmayaraq ki, Atatürk və Azərbaycan Cümhuriyyəti 1918-1919-cu illərdə onlara kifayət qədər kömək ediblər. - Yadıma düşdü. Uzun illərdir azərbaycanlıların yediyini-içdiyini zəhər edən toplum....2021-ci ildə Gürcüstanın Dmanisi (Başkeçid) şəhərində svanlarla yerli azərbaycanlılar arasında böyük bir qaşıdurma oldu. Qan su yerinə axdı. Olay bir neçə gün də davam etdi. Hətta xəbərlərdə deyilirdi ki, azərbaycanlılara hücum edən kiçik terror təşkilatları kimi fəaliyyət göstərən silahlı svanların arxasında, şübhəsiz ki, iri kriminal qruplaşmalar dayanırdı, yerli hüquq-mühafizə orqanları “oğru dünyası”ndan “haqq” aldığından, bu cür hallara demək olar ki, reaksiya vermirdilər. -Bəli, svanlar o əraziyə köçürüləndən sonra düşmənçiliyə istiqamətləndilər. İlk işləri azərbaycanlılara aid abidələri məhv etmək oldu. Hətta iş o yerə çatdı ki, yaşı 300 ildən çox olan qədim qəbiristanlıqları belə sökməyə başladılar. Gürcüstanın Azərbaycanlılara aid hissəsinə köçən svanları yerlilər "eko-miqrantlar" adlandırılar. - "Eko-miqrantlar"? Elə niyə? - 1987-ci ildə Svaneti dağlarında sürüşmə bəhanəsi edib onları azərbaycanlılar yaşayan ərazilərə köçürən Gürcüstan rəsmləri bilirdilər ki, iki xalq arasında böyük mübahisəli məsələlər dinc yolla həllini tapa bilməyəcək. Gürcüstan Mərkəzi Komitəsinin rəhbəri Patiaşvilinin bu planı gələcəkdə yüzlərlə insanın evsiz eşiksiz qalması ilə nəticələnəcəkdi. Svanların yaşadıqları Mulaxi kəndindən sakinlərin köçürülməsi üçün Azərbaycanla sərhəddə yerləşən Udabno kəndi seçildi. Gürcülər yaşayan yox, məhz azərbaycanlılar yaşayan ərazilər...Svanların sürüşmə zonasından gəlməsini eşidən yerli azərbaycanlılar onlara həm sığınacaq, həm də yemək verdilər. Və əvvəlcə iki tamamilə fərqli xalq sülh şəraitində yaşayırdı. Lakin tezliklə toqquşmalar başladı və millətçilik gücləndi. Udabnoda nəsillər boyu yaşamış azərbaycanlı ailələri “tatar” adlandıraraq, azərbaycanlı uşaqları döyürdülər – fiziki zorakılıqla yanaşı svanlar azərbaycanlılara mənəvi zorakılıq tətbiq edirdlər. Küçədə görüdükləri azərbaycanlıları ölümünə döyən svanlar uşaq, qadın, yaşlı bilmədən hər kəsi ağır formada döyürdülər. Udabnoya qayıtmasınlar deyə azərbaycanlıların evlərini uçurdub, qarşılarına çıxan hər bir mədəniyyət, tarixi və dini abidələri darmadağın edirdilər. Bu gün Udabno əhalisi təxminən 500 nəfərdir və azalmaqda davam edir. Svanlar heç vaxt səhrada yaşamağa öyrəşməyiblər, imkan daxilində dağlara qayıdırlar, lakin azərbaycanlılar artıq bu yerə qayıtmağa tələsmirlər. Xatırladım ki, 2019-cu ildə Qafqaz Albaniyası dövrünə aid olan və Azərbaycan ərazilərində yerləşən qədim “Keşikçidağ” monastırına iddia edənlərin böyük əksəriyyəti svanlar idi. Svanlar hər zaman azərbaycanlılarla mübahisəli mövqedə durmaqda davam edirlər. -Amma, ümumilikdə gürcülərin azərbaycanlılara nifrəti qədimdən başlayıb və davam edir. Nifrətin kökü 1139-cu ilə qədər gedib çıxır. - Yəqin ki, 1139-cu ildə güclü zəlzələ Gəncəni dağıtmasını və bu ağır zəlzələdən tamamilə çökmüş şəhərə hücum edən gürcüləri və gürcü çarı Demetreni nəzərdə tutursunuz? Vəziyyətdən istifadə edən çar Demetre, Gəncəyə hücum etdi. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş yazırdı ki, Demetri azərbaycanlılarla rəhmsizliklə və kobud şəkildə rəftar edir, sağ qalanların üstünə hücum edir və onları ya qılıncdan keçirir və ya özlərinə qul edirdilər:"Onlar bu mühüm şəhərin birdən cəhənnəmə çevrilməsini, yığın-yığın qızıl və insan meyitləri qalağının bir-birinə qarışmasını görsələr də, şəhərə qarşı rəhmli olmaq haqqında düşünmədilər, qızıl və gümüş xəzinələrini qazıb apardılar, basqınlar və işgəncələri ilə camaata zəlzələnin özündən daha çox əzab verirdilər".  Bəli, gürcülər şəhəri xarabaya çevirdi, çoxlu əsir götürdü və geri qayıtdılar. Zəfər əlaməti olaraq Gəncə qapısını söküb Gürcüstana apardılar. Hazırda Gürcüstan məktəblilərini Kutaisi rayonundakı Helat monastırına aparanda onların "tarix müəllimləri" əsrlərdi orda saxlanılan Gəncə qapılarını şagirdlərə göstərib deyirlər: "Baxın, bu qapılar böyük gürcü xalqı tərəfindən tatarların Gəncə şəhərini almasından sonra zəfər rəmzi kimi gətirdiyi tarixi abidədir". -Zaur müəllim,hər 3 xalq özünə Qafqazın ən qədim xalqı adlandırır. Həqiqət necədir? -Hazırda Gürcüstan 1922-ci il oktyabrın 15-də onlara güzəşt edilən Azərbaycan torpaqları Qarayazı – 4.564,6 kv.km, Borçalı (bir hissəsi)- 5.161,4 kv.km, Sıqnax - 6. 832,6 kv.km və digərləri ilə birlikdə 16.558,6 kv.km ərazimiz üzərində dövlət qurub.Məşhur şərqşunas Rudolf Virxov və digər antropoloqlar Qafqazın qədim qəbiristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdiriblər ki, bu diyarın aborigen əhalisi, yəni ən qədim yerli sakinləri arasında nə gürcü, nə də özünü erməni adlandıran haylar olmayıb. Gürcü alimi Mixeil Cavaxişvili “Gürcü xalqının tarixi” adlı kitabında R.Virxovun fikrini təsdiq edərək yazır: "İndiki ermənilərin və gürcülərin əcdadları Qafqaza gələndə burada başqa bir xalqın sələfləri yaşayırdılar". Ümumiyyətlə Qafqazda arxeoloji qazıntılar aparanlar, palentoloqlar, gen mühəndisləri və ciddi alimlər öz tədqiqatlarının nəticəsi olaraq yazırlar ki, son tunc və erkən dəmir dövründə Azərbaycan və indiki Ermənistan, habelə indiki Şərqi Gürcüstan ərazisindən əldə edilən paleoantropoloji tapıntılar əsasında Cənubi Qafqazda Kaspi (Oğuz) tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini, transformasiya nəticəsində bu tipdən Kavkasion və Ön Asiya tiplərinin ayrıldığını müşahidə etmək mümkündür. - Həqiqətən , düz təyin etmişəm, gürcülər mahiyyətcə bir ermənidirlər. - Yəni  haylardan və gürcülərdən öncə bu coğrafiyada Oğuz və Qıpçaq genetik kodlarına malik şəxslər yaşayıblar. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan və Gürcüstan ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin və gürcülərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Konkret olaraq ciddi və səhih mənbələr, qaynaqlar, əlyazmalar, arxeoloji qazıntılar, genetik tədqiqatlar təsdiq edir: İndiki Ermənistan və Gürcüstan ərazilərində Hind-Avropa dil ailəsinə daxil olan xalqların mövcudluğunu göstərmir. Ümumiyyətlə, tarixdə hər hansı bir xalqın etnik kimliyini, coğrafiyasını və dil tərkibini müəyyən etmək üçün əfsanələr üzərindən mülahizələr aparmaq doğru deyil. Real sənədlər və faktlar düz deyir, kimlərinsə mülahizələri deyil” - Zaur müəllim geniş müsahibəyə görə , qəzetimiz adından və şəxsən öz adımdan sizə təşəkkür edirəm. Çox sağ olun. Söhbətləşdi Əntiqə Rəşid

Hava yenidən pisləşəcək - Leysan, dolu və qar yağacaq

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti ilkin xəbərdarlıq yayıb.  Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir. Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Lənkəranda direktor şagirdi döyüb - İzahatları alındı

Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb. Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, Təhmasib Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək onu müvafiq ekspertizadan keçirməkdən imtina edib. Həmin tarixdə DİN-in "102" xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib. Qeyd edək ki, Lənkəran rayonu Tütəpeştə kənd ümumorta məktəbində dərsə ikinci saat gələn şagirdin həmin məktəbin direktoru Rövşən Əliyev tərəfindən ölümcül döyülməsi və şagirdin dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

Müsavat Məclisinin sessiyası keçirildi - Fotolar

Martın 15-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib.  Partiya başqanı İsa Qəmbər ölkədəki ictimai siyasi vəziyyət və qurumun qarşısında duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib. Məclisin Gender Komissiyasının sədri Könül Alı və Seçki Komissiyasının sədri Yusif Mehdi rəhbərlik etdikləri komissiyanın fəaliyyəti barədə məlumat veriblər.  Məruzə ətrafında Məclis üzvləri Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı, Zakir İsmayıl, Seyran Rüstəmov, Tahir Sofulu, Namiq Niftili, İman Əliyev və Osman Kazımov çıxış ediblər.  Məclisin sədri Arif Hacılı ölkədəki repressiyalar və Tofiq Yaqublunun barəsində çıxarılan qanunsuz hökm ilə bağlı bəyanat layihəsini təqdim edib. Layihə səsə qoyulub və yekdilliklə qəbul edilib. Sənəddə deyilir: Müsavat Partiyası Məclisinin bəyanatı Azərbaycan ictimaiyyəti və beynəlxalq təşkilatların etirazlarına baxmayaraq, ölkədə repressiya dalğası artan xətt üzrə davam etməkdədir. Jurnalistlərin və ictimai-siyasi fəalların əsassız ittihamlarla həbsi adi hal alıb. Hakimiyyət tənqidə dözümsüz olduğu üçün qanunsuzluqlara uca səslə etiraz edənləri susdurmağa çalışır. Eyni zamanda hakimiyyət bəzi Qərb dövlətləri ilə apardığı ədavət çərçivəsində də öz vətəndaşlarını cəzalandırmaq xəttini seçib. Nəticədə onlarla jurnalist, yüzlərlə ictimai-siyasi fəal bu repressiyanın qurbanına çevrilib.  Məclisin sessiyası ərəfəsində ictimai fəallar Məmməd Məmmədzadə və Bəşir Süleymanlı saxlanılıb.  Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və vəkilləri ona qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu sübuta yetirsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə sifarişli hökm çıxarıb. Müsavat Partiyası Tofiq Yaqublunun və siyasi motivlərlə həbs olunan bütün şəxslərin azadlığa buraxılmasını, ölkədə repressiyalara son qoyulmasını tələb edir.

"Qadınları günahkar, ailə dağıdan, aliment istəyən kimi təqdim etmək təhlükəlidir"

“Kişilər boşanmaq istəmir. Bu isə onların ailəni qorumaqdan ötrü atdıqları bir addım deyil. Əsl səbəb ictimai qınaqdan qorxmaqlarıdır”. Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Zibeydə Sadıqova bildirib. O, sözügedən problemlə bağlı bir sıra nüasnlara toxunub: “Boşanmaların təşəbbüskarı qadınlardır demək doğru deyil. Lakin boşanma üçün müraciət edənlərin, əlbəttə ki, böyük əksəriyyəti, hətta 70%-dən çoxu qadınlardır. Ümumiyyətlə, məhkəmələrə baxsanız, müraciət edənləri siyahıya alsanız, görərsiniz ki, kişilər boşanmaq istəmir. Hətta bəzən razılığa gəlirlər ki, ayrı yaşasınlar, amma boşanmasınlar. Kişilərə bu ailəni qorumaq üçün yox, sadəcə cəmiyyətdə qınaq obyekti olmamaq üçün lazımdır”. Hüquqşünas onu da qeyd edib ki, boşanmaların böyük əksəriyyəti məişət zorakılığı ilə bağlıdır: “Əlbəttə ki, digər səbəblər də rol oynayır. Amma məişət zorakılığının artması halları nikahların pozulması statistikasının artmasına səbəb olur. “Aliment üçün boşanıblar” fikri kökündən yanlışdır. Çünki məhkəmə aliment müəyyən edir, amma onun icrasında böyük əngəllər olur. İllərlə aliment ala bilməyən qadınlar var. Alimentin miqdarı da böyük deyil və həmin pulla uşağa yalnız qida almaq mümkündür. Uşağın digər xərcləri yenə də ananın üzərində qalır. Cəmiyyətə qadınları günahkar, ailə dağıdan, aliment istəyən kimi təqdim etmək təhlükəlidir. Bu formada təqdimat qadınların üzləşdiyi problemləri ciddiyə almamağa gətirib çıxarır”.

Ər və arvad pomidor turşusundan zəhərləndi

09:08 Şəmkir rayonu, İmişli kəndində iki nəfər qidadan zəhərlənib. Sozcu.az xəbər verir ki, kənd sakinləri 1968-ci il təvəllüdlü Arzuman Məmmədzadə və onun həyat yoldaşı Mayisə Bayramova yaşadıqları ünvanda pomidor turşusundan zəhərləniblər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, zəhərlənən şəxslərin müalicələri davam etdirilir: "Martın 14-də saat 10:30-da 1968 və 1982-ci il təvəllüdlü iki nəfər (biri kişi, digəri qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir". Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, hadisənin səbəbləri araşdırılır: "Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

TARİXİ SÜLH MÜQAVİLƏSİ VAŞİNQTONDA İMZALANACAQ?

Azərbaycan XİN Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətninin razılaşdırılmasına dair prosesin artıq yekunlaşdığını bildirəndən sonra, dünyanın müxtəlif nöqtələrindən, mötəbər siyasi mərkəzlərdən və bir çox maraqlı ölkələrdən məsələyə dair reaksiyalar gəlməkdədir.  BMT-nin, Avropa İttifaqının, NATO-nun, eləcə də bir çox başqa ölkələrin rəsmiləri iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşmanı təqdir edərək alqışlayıblar.  Əlbəttə, hardan baxsaq bu, çox sevindirici bir haldır. Cənubi Qafqazın uzun illər münaqişələrin qaynadığı bir bölgə kimi, uzunmüddətli sabitliyə, sülhə, barışa, kommunikasiyaların açılmasına, siyasi, iqtisadi, humanitar, mədəni əlaqalərin zamanla bərpa olunmasına, bir sözlə iqtisadi cəhətdən inkişafa, çiçəklənməyə ehtiyacı var.  Burada yaşayan bütün xalqların sülh şəraitində birgəyaşayışa, qarşılıqlı fayda zəminində rifaha qovuşması çoxdankı arzumuzdur.  Bu mənada, həqiqətən Azərbaycan və Ermənistanın tarixi sülhə nail olması hadisəsi dünyada beynəlxalq hüququn çeynəndiyi, qlobal müharibələr riskinin artdığı bir ərəfədə, planetimiz üçün dünya xalqlarına sülhün, barışın alternativsiz bir yol olduğunu göstərmək şansı yaradır.  Hazırda ən qızğın polemika mövzularından biri də, baş tutma ehtimalı yüksək olan tarixi sülh müqaviləsinin məkan olaraq harada imzalanacağıdır. Artıq bununla bağlı da diplomatik trafik hiss olunmaqdadır.   Məncə, sazişin ABŞ-da, məhz Vaşinqtonda imzalanması şansı da yox deyil. Bunun üçün son iki sutkada baş verənlər belə deməyə əsaslar yaradıb.  Trampın nümayəndəsi Uitkoffun təyyarəsi Moskvada Putinlə görüşdən sonra Bakıya enib. Məlum enişin adını "texniki baxış" qoydular, amma mən buna az inananlardanam. Ukrayna-Rusiya arasında uzunmüddətli atəşkəs və sülh hələlik dalana dirənib. Trampa isə 100 günlüyündə sülhpərvərliyini sübut edəcək nəticələr lazımdır.  Uitkoffun təyyarəsinin məhz bu məqamda Bakıya planlaşdırılmamış enişi maraq doğurmaya bilməz. Təsadüfi deyil ki, Azərbaycan XİN Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh mətninin razılaşdırılmasının yekunlaşması barədə açıqlama verdikdən bir gün sonra, ABŞ Dövlət katibi Rubionun məlum məsələyə dair operativ reaksiyası özünü çox gözlətmədi. "...Bu, Trampın uzunmüddətli sülhə nail olmaqla bağlı vizyonuna uyğun gələn bir irəliləyişdir" deyən dövlət katibi prosesin ABŞ-ın yeni administrasiyasının diqqət mərkəzində olduğuna işarə etdi.  Buradan da belə anlaşılır ki, dünyanın onsuz da qarmaqarışıq olduğu, heç kimin bir-birinin sözünü, fikrini, təklifini qəbul etmədiyi bir vaxtda, məhz Azərbaycan-Ermənistan tarixi sülh müqaviləsi Trampın sülhpərvər vizyonunu tamamlaya və rövnəqləndirə bilər.  Sülh müqaviləsinin təntənəli surətdə ABŞ-da imzalanması ilə, uzun illər davam etmiş bir regional münaqişənin sonlandırılması Trampın qlobal lider kimi əhəmiyyətini göstərən bir hadisəyə çevriləcək. Bu baxımdan sülh müqaviləsinin bağlanmasının məkan olaraq Vaşinqtonda gerçəkləşdirilməsi versiyası inandırıcıdır.  Əlbəttə, ABŞ-la son dönəmlər soyuyan münasibətləri normallaşdırmaq istəyən Azərbaycan prezidenti Əliyev üçün də belə bir fürsət göydəndüşmə olardı və onun bundan imtina etməsi inandırıcı deyil.  Çünki son illər Qərb ölkələrinə rəsmi dövlət səfərlərinin, demək olar, baş tutmadığı bir şəraitdə ABŞ-a gedib həm sülh müqaviləsini imzalamaq, həm də ABŞ-ın yeni prezidenti Donald Tramp və administrasiyası ilə ikili görüşlər keçirmək Əliyevin gələcək siyasi perspektivi üçün az əhəmiyyət kəsb etmir.  Təsadüfi deyil ki, bir neçə gün əvvəl Azərbaycanın ABŞ-dakı səfiri də ABŞ-Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq fazasına qaldırmağın mümkünlüyündən danışmışdı. Son vaxtlar yəhudilərin də ABŞ-la münasibətləri düzəltmək üçün ciddi lobbi dəstəyi verməsinin altında həm də bu yatır.  Mənə elə gəlir ki, rəsmi Bakı Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması məsələsində sırf məkan problemini, həm də okeanın o tərəfindən əlavə siyasi dividentlər qazanmaq baxımından dəyərləndirir. Mirzə Rəşad Orbey, siyasətçi

Bərdədə binanın eyvanı uçdu: ölən var

Bərdədə yaşayış binasının eyvanı uçub. Sozcu.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. İlkin məlumata görə, uçqun nəticəsində ölən və yaralananlar olub. Hadisə yerinə FHN-nin xilasediciləri və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Azərbaycanda bu nazirliklər birləşdirilə bilər

Artıq bir aydan çoxdur, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəhbər postu boş qalıb. Yeni təyinatın olmaması bir sıra suallar yaradıb. Son günlər qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdirilə biləcəyi istiqamətində fikirlər səsləndirilir. Sozcu.az xəbər verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadə Globalinfo.az-a açıqlamasında sözügedən qurumların birləşdirilməsinin mümlün olduğunu bildirib: “Açığı, Azərbaycanda nazirlik sayı çoxdur. Fikrimcə, bəziləri ilə bağlı tədbirlər görülə bilər. Məsələn, Gənclər və İdman Nazirliyi Elm və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidməti isə Maliyyə Nazirliyinin tərkibinə daxil edilməlidir. Çoxsaylı dəyişikliklərə ehtiyac var”. Partiya sədri deyib ki, dövlət idarələrinin effektiv işlməsini təmin etmək üçün büdcəyə qənaət edilməlidir: “Çoxsaylı nazirliklərin, komitələrin, səhmdar cəmiyyətlərinin və ya publik hüquqi şəxslərin yaradılması dövlət büdcəsinə böyük zərbələr vurur. Elə komitələr var ki, onların gördüyü iş Nazirlər Kabinetinin bir şöbəsi qədər deyil. Amma adını nazirlik və ya komitə və sair qoyublar. Bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir”.

Azərbaycanda qərargah rəisi intihar etdi

Ağdaş rayon Mərkəzi Xəstəxanasının Mülki müdafiənin qərargah rəisi vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə xəstəxana özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Qeyd edilib ki, 38 yaşlı Anar Kərimzadə martın 15-də dünyasını dəyişib. Sozcu.az-ın qafqazinfo.az-a istinadla məlumatına görə, mərhum yaşadığı evin həyətində özünü asaraq, həyatına son qoyub. Araşdırma aparılır.

Qəbirstanlıqda biabırçılıq - Polis işə qarışdı

Antalyanın ( Türkiyə ) Muratpaşa mahalında iki gənc qızın qəbir daşlarının üzərində kart oynayıb kola içdiyi görüntülər sosial mediada yayılıb. Onların geyimləri və hərəkətləri etiraz doğurub. Görüntülərin qısa müddətdə yayılmasının ardından Antalya polisi hadisə ilə bağlı araşdırmaya başlayıb. Bildirilib ki, görüntülər Andızlı qəbiristanlığında E.S. və K.Y. adlı xarici vətəndaşlar tərəfindən lentə alınıb. Bildirilib ki, bu şəxslər 10 mart bazar ertəsi Türkiyəni tərk edərək xaricə gediblər. Açıqlamada həmçinin qeyd olunub ki, həmin şəxslər barəsində Türk Cinayət Məcəlləsinin 216-cı maddəsi əsasında "Xalqı kin və düşmənçiliyə təhrik" maddəsi ilə hüquqi proses başladılıb.(milli.az)

“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...”

Şəkinin 10 kəndinin sakinlərinin uzun illər istifadə etdikləri xəstəxanada iynə vurulması qadağan edilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Hazırda həmin xəstəxana Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi kimi fəaliyyət göstərir. Bu barədə “Xəzər TV”yə sakinlər məlumat veriblər.  Onların sözlərinə görə, 2011-ci ildə inşa olunmuş Şəki rayonu Aşağı Göynük Kənd Xəstəxanası 2020-ci ilədək 10 kəndin təxminən 20 mindən çox əhalisinə xidmət edib. Ötən ilin yanvar ayından xəstəxana Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyətini davam etdirir. Sakinlərin iddiasına görə, burada adi iynənin belə vurulması qadağan edilib. Buna görə də çətinliklə üzləşirlər.  Şikayətçilərdən birinin sözlərinə görə, bəlkə də, vaxtında bu xəstəxanada müdaxilə olunsaydı, oğlu vəfat etməzdi: “Oğlumun ürəyi tutmuşdu. Gətirdim xəstəxanaya, dedilər ki, bizə iynə vurmağa icazə verilmir. Şəkiyə aparana qədər də gec oldu, uşağım rəhmətə getdi. Burada nəsə edə bilsəydilər, uşağım rəhmətə getməzdi...” Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, iynə vurulması ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından burada həyata keçirilmir: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinə əsasən, ötən ildən Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi adlandırılıb. Burada hazırda ilkin tibbi sanitariya yardımı xidmətləri zərfinə müvafiq olaraq 35 adda xidmət həyata keçirilir. Lakin iynələrin vurulması, həmçinin sistem köçürülməsi ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından bu xidmətlər Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzində, o cümlədən digər ailə sağlamlıq mərkəzlərində həyata keçirilmir”.

“Bu yalandır”: Rusiya Kurskda Ukraynanın minlərlə əsgərini mühasirəyə almayıb..." - "Forbes"

Hərbi rəsmilər və analitiklər Putin və Trampın Ukrayna qüvvələrinin bölgədə mühasirəyə alınması ilə bağlı iddialarını təkzib edirlər...  "Putinin sözlərinə deyil, kəşfiyyat məlumatlarına etibar etmək ağlabatandır..." Rusiya ABŞ prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, Kursk bölgəsində minlərlə Ukrayna əsgərini mühasirəyə almayıb. Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə "Forbes" yazır. Tramp cümə günü sosial mediada böyük hərflərlə yazıb: “Sadəcə minlərlə Ukrayna əsgəri tam olaraq Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb və çox pis və həssas vəziyyətdədir”. Tramp bazar ertəsi və ya çərşənbə axşamı Kursk vilayətindəki mövqelərini tərk edən 10 minə yaxın ukraynalı hərbçinin təxliyəsinə reaksiya verib. Trampın xəbərlərinə baxmayaraq, Ukrayna əsgərləri mühasirəyə alınmayıb. Kursk yaxınlığındakı döyüşlərdə iştirak edən ukraynalı pilotsuz təyyarə operatoru Kriqsforşer "Bu yalandır" deyib. "Frontelligence Insight"analitik qrupunun təsisçisi Tatariqami də bildirib: “Komandamız Kurskdakı vəziyyəti yaxşı anlayır. Mühasirəyə düşən yoxdur." Yayda güclü Ukrayna qüvvələri Ukrayna prezidenti Vladimir Zelenskinin sonradan Rusiya tərəfindən işğal edilmiş ərazi ilə mübadilə edə biləcəyi Rusiya torpaqlarının bir hissəsini ələ keçirmək məqsədi ilə Kursk şəhərinə hücum etdi. Hücum altı ay davam etdi- fevralın 25-nə qədər. Rusiyanın elit "Rubikon" dron qrupu Sucada Ukrayna qüvvələrini dəstəkləyən təchizat xətlərinə bir sıra hücumlar həyata keçirdi. Qabaqcıl dron taktikalarından istifadə edən analitik Endryu Perpetua deyir ki, "Rubikon" tez bir zamanda yüzlərlə Ukrayna avtomobilini məhv edərək, Kursk bölgəsindəki Ukrayna briqadalarının tədarükünü effektiv şəkildə əngəlləyib. İki həftə sonra, bazar ertəsi və ya çərşənbə axşamı sağ qalan Ukrayna qoşunları texnikanı geridə qoyaraq, minlərlə əsgərin həyatını xilas edərək Kurskdan çıxdı. "Geri çəkiliş bəzən xaotik olsa da, ümumiyyətlə, təşkil edilmişdi" deyib Tatariqami. “Heç bir mühasirəyə alınma təhlükəsi yox idi və heç bir dəlil bunu təsdiq etmir”. Tramp niyə mühasirə haqqında danışmağa başladı?.. Tramp yalandan minlərlə ukraynalının mühasirəyə alındığını iddia etməklə, əslində mümkün atəşkəs danışıqları ərəfəsində Putinin mövqeyini təkrarlayır. Fevralın 28-də Tramp və vitse-prezident J.D.Vensin Zelenskini ABŞ-ın köməyinə kifayət qədər minnətdar olmamaqda tənqid etdikləri mətbuat konfransı nəticəsində yaranan iki həftəlik mübahisədən sonra Kiyev və Vaşinqton nəhayət, 30 günlük potensial atəşkəsin əsas şərtləri ilə razılaşdılar. Moskva bu şərtlərlə razılaşmalı və ya öz tələblərini irəli sürməlidir. Tramp Putinlə danışıqların yaxşı getdiyini və müharibənin tezliklə bitə biləcəyini deyib. Bununla belə, görünür, Tramp ilkin müzakirələrini Rusiyanın Kursk bölgəsində minlərlə ukraynalı hərbçini faktiki olaraq girov saxlaması yalanı üzərində qurur. “Mən prezident Putini onların həyatını xilas etməyə çağırıram”, - deyə Tramp yazıb. Lakin Kursk vilayətində artıq minlərlə Ukrayna əsgəri yoxdur. Onlar Putinin iddiasına baxmayaraq, bir neçə gün əvvəl məkanı tərk ediblər. Tatarigami məsləhət görür ki, Putinin sözlərinə deyil, kəşfiyyat məlumatlarına etibar etmək ağlabatandır...

Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar BAŞLADI - Vəzifəli şəxslər istintaqa cəlb olundular

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb. Sozcu.az "Trend"ə istinadən xəbər verir ki, artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində cinayət işi başlanıb. Belə ki, istintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var. Məlumata görə, istintaqa cəlb edilən rəhbər vəzifəli şəxslər Mərkəzdə ciddi qanun pozuntularına yol veriblər. Mərkəzdə xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Hətta, Mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da, bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib.

Araik etiraf etdi: Gəncənin bombalanması...

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Araik Arutyunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Gənc şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulmasından da danışıb. Sozcu.az xəbər verir ki, o, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyandan məlumat aldığını bildirib: “Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan idi. Baş qərargah deyib, mənim baş qərargah rəisi ilə söhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanın vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım olmayıb”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bu tarixlərdə 30 dərəcə isti olacaq

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək. Direktor qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.

Palata Dövlət Turizm Agentliyində yoxlama aparır

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır. Sozcu.az APA-ya istinadal xəbər verir ki, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb Hesablama Palatasından da məlumat təsdiqlənib. Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Spirtli içki qəbul edən 64 yaşlı F.Həsənov yerləşdirildiyi toksikologiya şöbəsində dünyasını dəyişib. İlkin ehtimala görə, F.Həsənov metil spirtindən zəhərlənib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son günlər Azərbaycanda 20-dən çox adam texniki spirtdən zəhərlənərək ölüb.

Daha 24 ailə Ballıcaya yola salındı

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Sozcu.az xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 24 ailə (98 nəfər) köçürülür. Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 136-ya (660 nəfər) çatacaq.

Sənədsiz evlərlə bağlı mühüm məlumat

Sənədsiz evlərin (tikililərin) sənədləşdirilməsinin nizamlanması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən iş davam etdirilir. Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Qeyd edilib ki, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi sənədlər olmadan aparılmış tikililərin, o cümlədən sənədləşdirilməmiş fərdi yaşayış evləri ilə bağlı problemlərin həll edilməsi üçün son illər bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, İqtisadiyyat Nazirliyi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlərin təhlili nəticəsində daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən və Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan sənədləri aşkarladıqda, bu növ sənədlərin Siyahıya daxil edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Qeyd olunan hissənin icrası ilə əlaqədar mütəmadi olaraq Siyahının təkmilləşdirilməsi və qeydiyyat üçün əsas olan yeni sənədlərin Siyahıya daxil edilməsi istiqamətində tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyat nazirinin 2023-cü il 21 iyun tarixli əmrinə əsasən idarələrarası İşçi qrup yaradılıb. Sənədsiz evlərin (tikililərin) sənədləşdirilməsinin nizamlanması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən problemin həlli yolları barədə hüquqi, iqtisadi, tikinti, şəhərsalma və torpaq qanunvericiliyi nöqteyi-nəzərindən təhlillər aparılır və məsələnin nizamlanması ilə bağlı normativ hüquqi aktların layihələrinə dair təkliflərin hazırlanması istiqamətində işlər davam etdirilir. Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair yeni Qaydalar təsdiqlənib. Həmin Qaydalarda yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi torpaqların bir kateqoriyadan digərinə keçirilməsi əsaslarından biri kimi müəyyənləşdirilib. Beləliklə, Qaydaların tələblərinə uyğun olaraq, müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin və bələdiyyələr tərəfindən ərazi planlaşdırma və şəhərsalma sənədlərinə uyğun olaraq hazırlanmış əsaslandırılmış müraciətlər daxil olduqda, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla bilər. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən fərdi yaşayış evlərinə aid vətəndaşların istifadəsində olan əlavə torpaq sahələri ilə bağlı müvafiq layihə hazırlanıb. Layihə üzrə torpaqların kateqoriyasının müəyyənləşdirilməsi və həmin torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda Abşeron rayonu və Bakı şəhərinin Sabunçu, eləcə də xüsusən Bakı ətrafı inzibati rayonlarından daxil olan müraciətlərdə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evlərinin tikintisi məqsədilə vətəndaşlara məxsus torpaq sahələrinin mülkiyyət sənədləri mövcuddur. Həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi məqsədilə inzibati ərazilər üzrə müvafiq rayon icra hakimiyyətləri tərəfindən vəsatət qaldırılması məqsədəuyğun hesab edilir. Eyni zamanda daşınmaz əmlakın sənədləşdirilməsi və sığorta edilməsi ilə bağlı bildirilib ki, "İcbari sığortalar haqqında" qanunun tələbləri çərçivəsində daşınmaz əmlaka faktiki sahibliyi həyata keçirən şəxslər tərəfindən icbari qaydada yaşayış evlərinin və mənzillərin, o cümlədən qeyri-yaşayış sahələrinin sığortalanması həyata keçirilir. Qanunvericiliyə müvafiq olaraq sığortalanmanın aparılmasına nəzarət müvafiq səlahiyyətli dövlət orqanları, sığortaçıların fəaliyyətinə nəzarət isə Mərkəzi Bank tərəfindən təmin edilir. Mərkəzi Bank tərəfindən bu sahədə yerli və xarici təcrübələr araşdırılmış, yerli və xarici ekspertlərlə müzakirələr aparılmış və bu xüsusda hazırlanmış ilkin təkliflər sığorta sektoru və səlahiyyətli dövlət qurumları ilə müzakirə edilir.

Sülh razılaşmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh razılaşması olduqdan sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayacağını bildirib. Sozcu.az xəbər verir ki, Mirzoyan bu barədə Ermənistan parlamentində danışıb. "Azərbaycanla münasibətlərin normallaşmasından sonra hesab edə bilərik ki, münaqişə institusional baxımdan başa çatıb, indidən deyə bilərik ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur", - o, bildirib. Mirzoyanın sözlərinə görə, Ermənistan təəssüf ki, Azərbaycan tərəfində bəzi ritorika görür. "Mövqeyimiz aydındır: sülh sazişi imzalanan kimi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da öz qeydlərimiz olacaq", - o qeyd edib.

ABŞ İranın neft nazirinə sanksiya tətbiq etdi

ABŞ İranın neft naziri Möhsün Paknejada və İran neftini Çinə daşıdığı iddia edilən 17 şirkət və 13 gəmiyə sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. “İran hökuməti və ordusu neft naziri Möhsün Paknejadın köməyi ilə İranın neft sərvətlərini oğurlayır",- məlumatda deyilib. Nazirlik İran neftinin ixracını sıfra endirməyə çalışdıqlarını bildirib.

Goranboyda məktəblilər şirin pambıqdan zəhərləndi

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib. Sozcu.az Report-a istinadla xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər. Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır. Faktla bağlı araşdırma aparılır.

Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb

Müddətli hərbi xidmətinin orta təhsillər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün 12 aydan 6 aya endirilməsi ilə bağlı təklifinin qəbul edilməsi məqsədəmüvafiq hesab edilməyib. Sozcu.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həqiqi xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir. Müddətli həqiqi hərbi xidmətin alternativ xidmət haqqında təkliflər insanlar tərəfindən geniş müzakirə olunur və gündəmdədir. “Lakin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq. Bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq”, - hesabatda qeyd olunub.

17 yaşlı oğlanı öldürən şəxslər tutuldu - Rəsmi

1 nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxslər tutulub. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 13-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə, 2007-ci il təvəllüdlü V.Əliyev (şərti), 2009-cu il təvəllüdlü C.Ağayevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək 2008-ci il təvəllüdlü D.Qasımovu (şərti) qəsdən öldürmələrinə, 2007-ci il təvəllüdlü A.Baxışovu (şərti) isə xəsarətlər yetirərək öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib. A.Baxışov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, hər üç şəxs iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrin reaksiyaları gəlməkdədir. Sozcu.az xəbər verir ki, artıq Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, o cümlədən BMT sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar. Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.

Sarayda 67 yaşlı qadın faciəli şəkildə öldü

Sarayda 67 yaşlı qadın dəm qazından boğulub. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az Baş Prokurorluğa istinadla məlumat yayıb. Bildirilirb ki, hadisə Babək küçəsində yaşayan 1958-ci il təvəllüdlü Bənövşə İbrahimovaya məxsus evin hamam otağında baş verib. Faktla bağlı araşdırma aparılır.

ABŞ bu bombaların Ukraynaya tədarükünü yeniləyir

ABŞ Ukraynaya Rusiyanın elektron müharibə sistemlərinə qarşı təkmilləşdirilmiş dəqiq idarə olunan GLSDB bombalarının tədarükünü bərpa etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, bu bombaların döyüş meydanına qayıtması yaxın günlərdə baş verə bilər, çünki ehtiyatlar artıq Avropadadır. Sonuncu dəfə Ukrayna ordusu bundan bir neçə ay əvvəl istifadə edib.

İlkin Həsəni qəza keçirdib

Aparıcı İlkin Həsəni avtomobil qəzası keçirdib. Sozcu.az xəbər verir ki, bu haqda o, özü məlumat verib. "Bir neçə gündür başım qarışıb, kiçik qəza keçirtdim. Salamatçılıqdır, maşını düzəlməyə verdim" deyə, İlkin bildirib.

11 aylıq Məryəmin müəmmalı ölümü: “Həkim pul təklif etdi ki...”

11 aylıq Məryəm qızdırması qalxdığı üçün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Bir həftə xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb. Evə gətirilən Məryəmin halı ağırlaşdığı üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, Məryəmin anası Esmira Xəlilova redaksiyaya göndərdiyi şikayət məktubunda bildirib ki, əkiz qızlarından biri olan Məryəmi 2023-cü ilin mart ayında xəstəxanaya aparıblar: “Qızdırması var idi. Həkim Pərvanə Əsgərovanın qəbulunda olduq. Bir həftə orada qaldıq. Uşağım müalicə alsa da səhhəti yaxılaşmadı. Həkimdən soruşanda dedi ki, düzələcək, dərmanların təsiridir. Bir həftə sonra bizim razılığımız olmadan xəstəxanadan evə göndərdi. Evə çatandan bir saat sonra uşağın vəziyyəti pisləşdi. Həkimə zəng edəndə yenə dedi ki, narahat olma. Bir dərman adı verdi ki, uşağa verək. Vəziyyətin pisləşdiyini görüb təcili yardıma zəng elədim. Uşağın bağırsaqları təmiz boşalmışdı. Xəstəxanaya aparanda uşaq orada vəfat etdi”. Esmira Xəlilova deyib ki, uşağı həkim səhlənkarlığının qurbanı olub: “Həkim məsuliyyətdən kənarda qaldı. Qızdırması olan uşaq niyə ölməlidir? Birinci dəfədir uşaq qızdırmalı olur? Səhv müalicənin nəticəsində uşağımı itirdim. Amma cinayət işinin açılması da rədd edildi. Ekpertiza rəyində yazılıb ki, guya uşağın bağırsağında xora aşkarlanıb. Necə oldu ki, indiyə qədər heç bir problem olmadığı halda bir gündə xoradan uşaq öldü? Bütün rəsmi qurumlara müraciət etmişik. Amma şikayətimizə baxan yoxdur”. Esmira Xəlilova bildirib ki, həkim və onun yaxınları dəfələrlə barışıq üçün onlara müraciət edib, maddi və mənəvi zərərin qarşılanmasını təklif etsələr də razılaşmayıblar: “Pul təklif etdilər ki, barışaq. Amma bu, mümkün deyil. Məryəmin ölümünə səbəb olan həkim qanun qarşısında cavab verməlidir”. Esmira Xəlilova bir çox instansiyalara müraciət edərək, səbəbkarların cəzalandırılmasını tələb edir.

"Soyqırımı" prioritetlərimiz arasında deyil - PAŞİNYAN

Qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması hazırda Ermənistanın xarici siyasət prioriteti deyil. Sozcu.az xəbər verir ki, bunu  Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mediasına açıqlamasında bildirib. O qeyd edib ki, qondarma "soyqırımı"nın  beynəlxalq aləmdə tanınması məsələsi Ermənistanın təhlükəsizliyi və regional sabitlik baxımından yenidən qiymətləndirilməlidir. O, digər dövlətlərin parlamentlərinin bu barədə qərarlarının Ermənistanın yaxın qonşuları ilə münasibətlərinə nə kimi təsir göstərdiyini sorğulayıb. Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının mövcud olduğu indiki şəraitdə əsas məsələ təhlükəsizlik və rifahın təmin edilməsidir. Bu kontekstdə, regionda sabitlik yaratmağın vacib olduğunu bildirib: "Bizim ehtiyacımız olan sülh, əlçatan olan sülhdür, yəni burada və indi əldə edilə bilən sülhdür".

Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Bakının sülh sazişi mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatlarını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. "Ermənistanın xarici siyasət idarəsi diplomatik kanallar vasitəsilə Bakıya bildirib ki, Ermənistan sülh müqaviləsi layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul edir. İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır", - XİN məlumat yayıb.

“Azza” bu məhsulun satışını dayandırdı - Rəsmi

“Azza”nın istehsal etdiyi “Fermazza” yağ məhsulunda uyğunsuzluq aşkarlanıb. Bu barədə Sozcu.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibdə bitki yağının qatılmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.

Mingəçevirdə kütləvi dava - Xəsarət alanlar var

Mingəçevir şəhəri Bağlar yaşayış massivində 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb, mübahisə zəminində tərəflər bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı şəhər polis şöbəsində istintaq araşdırmalarına başlanılıb və xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

İlham Əliyev nazir müavininə yeni vəzifələr verdi - SƏRƏNCAM

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət başçısının “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 23 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 16 yanvar 2009-cu il tarixli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 mart 2013-cü il tarixli sərəncamlarında dəyişiklik edilib.

Kürdəmirdə DƏHŞƏT: Özünü sürət qatarının altına atdı

Kürdəmirdə sürət qatarının vuraraq öldürdüyü şəxsin intihar etdiyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qarabucaq dəmir yolu stansiyasının ərazisində baş verib. Kürdəmir rayon sakini, 45 yaşlı Famil Zeynal oğlu Bağırov özünü surət qatarının altına atıb. Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Temperatur günbəgün artır: Sabah 26 dərəcə - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Anasını 57 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəşad Çıraqovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 16 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2024-cü il avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub. İttihama görə, Rəşad Çıraqov anasının Vatsap vasitəsilə "Nunu" adı ilə qeydiyyata alınmış istintaq materialları ilə soyadı, adı və atasının adının olduğu müəyyən edilmiş şəxslə sevgi məzmunlu SMS-lər yazdığını aşkarlayıb. Sonra o, anasının onun namusuna xələl gətirən hərəkətlər etdiyini düşünərək qadını gecə ümumilikdə 57 bıçaq vuraraq qətlə yetirib.

"Yeni Klinika" əməkdaşlarının maaşları verilmir

"Yeni Klinika"nın əməkdaşları maaşlarının gecikməsindən şikayətçidirlər. Sozcu.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub. Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir. "Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əmək haqqını almamışıq. Maaşlarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Bu isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur". "Yeni Klinika"nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova sözügedən mövzu ilə bağlı sorğunu cavabsız qoyub.

Zelenski son nöqtəni qoydu: Ərazi güzəşti olmayacaq!

Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. “Mən prezident kimi konstitusiyamızı pozmayacağam, əksinə, xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəyəm”, - Zelenski deyib. Zelenski əlavə edib ki, Ukrayna müstəqillik uğrunda mübarizə aparır və buna görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini tanımayacaq: “Xalqımız bunun üçün döyüşüb, qəhrəmanlarımız həlak olub. Ona görə də bunu heç kim unutmayacaq. Biz Ukraynaya qarşı törədilən bu cinayəti heç kimə unutdurmayacağıq”.

Zelenski Ukraynada prezident seçkisinin vaxtını açıqladı

"Ukraynada seçki müharibə başa çatdıqdan və hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək". Sozcu.az "Strana.ua" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O vurğulayıb ki, hərbi münaqişə başa çatdıqdan sonra hərbi vəziyyət ləğv ediləcək və bundan sonra seçki Ukrayna qanunvericiliyinə uyğun olaraq keçiriləcək.

Ramazanın 13-cü günü - İmsak və iftar VAXTLARI

Sabah - martın 13-də Ramazan ayının 13-cü günüdür. Sozcu.az xəbər verir ki, imsak saat 05:30-da, iftar isə saat 19:00-dadır. 13-cü günün duası: “Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”. Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”. Allah orucunuzu qəbul etsin!

İmişlidə yük və minik maşını toqquşdu: yaralılar var

İmişli rayonu ərazisində yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə saat 18 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “Mersedes” markalı yük maşını və “Mersedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 qadın İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Xəstəxanadan bildirilib ki, 1939-cu il təvəllüdlü şəxsə sol mil sümüyünün tipik yerindən qapalı yerdəyişmiş sınığı, 1951-ci il təvəllüdlü şəxsə sol qol nahiyəsinin əziyi, 1953-cü il təvəllüdlü şəxsə isə alın nahiyəsinin və sağ biləyin əzilmiş, cırılmış yaraları, burun sümüklərinin qapalı sınığı diaqnozları təyin edilib. Hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Rusiyaya qarşı sanksiyalar müzakirə oluna bilər - Rubio

Avropanın Rusiyaya qarşı sanksiyalarının yumşaldılması məsələsi Ukrayna münaqişəsinin həlli ilə bağlı gələcək danışıqlarda müzakirələrin bir hissəsi ola bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib. "Avropalılar Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Güman edirəm ki, Rusiya ilə istənilən danışıqlarda, əgər biz onlara müraciət etsək, bu, ona qarşı tətbiq edilən Avropa sanksiyaları məsələsini gündəmə gətirəcək. Ona görə də hesab edirəm ki, sanksiyalar məsələsi müzakirə olunacaq, hətta Rusiyanın dondurulmuş aktivlərinin taleyi və s.gündəmə gətirilə bilər”, - M.Rubio qeyd edib.

2 aprel böyük gün olacaq - Tramp

2 aprel çox böyük gün olacaq. Hal-hazırda bizimkilər Rusiyaya gedir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Ümid edək ki, Rusiya ilə atəşkəs əldə edə bilək", - Tramp bildirib. Eyni zamanda, o, müəyyən müsbət siqnallar aldığını qeyd edib: "Mən bəzi müsbət mesajlar almışam. Lakin müsbət mesaj heç nə demək deyil. Konkret addımlar atılmalıdır. Vəziyyət çox ciddidir. Bu, III dünya müharibəsinə səbəb ola biləcək bir vəziyyətdir".

Pakistandanda separatçılar girovları edam etməklə və qatarı partlatmaqla hədələyir

"BMT baş katibi terror hücumunu pisləyib və girovların dərhal azad olunmasına çağırıb..." Pakistanın Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən dünən baş verən dəhşətli terror aktı- 450 nəfər sərnişini olan qatarın girov götürülməsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə "ekhokavkaza.com" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, Pakistan təhlükəsizlik qüvvələri 20 saatdan çoxdur ki, girovları azad etməyə və ərazidə nəzarəti bərpa etməyə çalışır. Rəsmilər azı 10 nəfər həlak olduğunu bəyan edib. Hücum necə baş verib? "Jaffer Express" qatarı Kvetta şəhərindən (Bəlucistan, Pakistanın cənub-qərbi) Peşəvara (Hayber-Paxtunxva vilayəti) gedərkən çərşənbə axşamı günorta saatlarında tuneldə silahlı BLA yaraqlıları tərəfindən dayandırılıb. Dəmir yolu partladılıb, maşinist yaralanıb və yaraqlılar 450 sərnişini girov götürüb. Hökumət və dəmiryolu rəsmilərinin verdiyi məlumata görə, terrorçular azı 10 nəfəri öldürüb. Öldürülənlər arasında 9 təhlükəsizlik əməkdaşı və girov götürülən qatarın maşinisti var. Girovların azad edilməsi əməliyyatı Çərşənbə axşamı axşam saatlarında Pakistan qüvvələri terrorçuları mühasirəyə alıb və silahlı qarşıdurma baş verib. Məlumata görə, terrorçular qadın və uşaqları insan qalxanı kimi istifadə edir. Axşam saatlarında Pakistan təhlükəsizlik qüvvələri 104 girovu xilas edib. Onların arasında 58 kişi, 31 qadın və 15 uşaq var. Lakin qalan sərnişinlərin taleyi hələ ki naməlumdur. Rəsmilər bildirir ki, terror hücumu nəticəsində bir neçə qadın və uşaq yaralanıb. Girovların tam azad edilməsi istiqamətində əməliyyat davam edir. BLA-nın ultimatumu BLA nümayəndəsi Ciyand Bəluc dünən sosial şəbəkələrdə yayımlanan bəyanatında Pakistan hökumətini hədələyib. O, bütün Bəluc siyasi məhbuslarının, fəallarının və itkin düşmüş şəxslərin 48 saat ərzində azad olunmasını tələb edib. "Əgər tələblərimiz göstərilən müddət ərzində yerinə yetirilməsə və ya işğalçı dövlət bu müddət ərzində hərbi əməliyyata başlasa, bütün hərbi əsirlər edam ediləcək və qatar tamamilə məhv ediləcək," - BLA bəyan edib. Pakistan hökumətinin cavabı Bəlucistanın baş naziri Mir Sarfraz Buqti çərşənbə axşamı gecə saatlarında terrorçuların tam məhv ediləcəyini bildirib. Təhlükəsizlik mənbələri məlumat verib ki, 16 yaraqlı öldürülüb, bir çoxu yaralanıb. Beynəlxalq reaksiya BMT-nin baş katibi Antonio Quterreş hücumu kəskin şəkildə pisləyib və girovların dərhal azad olunmasına çağırıb. BMT nümayəndəsi Stefan Düjarrik bununla bağlı bəyanat verib.

“Praktiki olaraq ömürlükdür” - Saakaşvili həbsindən yazdı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə Tbilisi şəhər məhkəməsinin 9 illik hökmünü sürpriz adlandırıb. Sozcu.az xəbər verir ki, eks-prezidentin sözlərinə görə, bu cəza onun üçün “praktiki olaraq ömürlükdür”. "Prezident administrasiyasının rəsmi xərclərinə görə məni praktiki olaraq ömürlük həbs etdilər... Bizi qorxutmayacaqlar! Birlikdə güc!" - Saakaşvili paylaşımında qeyd edib.  Martın 12-də Gürcüstan məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.

Xankəndidə separatçıların yuvası olan bina SÖKÜLÜR

Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir. Məsələ ilə bağlı açıqlama verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib. O qeyd edib ki, sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər. "Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək", - deyə A.Telmanqızı bildirib.

ABŞ PUA istehsalı üçün Ukraynadan kömək istədi

Heç bir ABŞ şirkəti Ukrayna ilə ayaqlaşa bilmir. Amerika daha yaxşı dronların yaradılmasında kömək üçün Ukraynaya müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri yazıb. “ABŞ-ın dron texnologiyası döyüş meydanında uğursuz olduğunu sübut etdi, ona görə də startaplar ABŞ ordusuna daha təkmil, döyüş sınaqlarından keçmiş PUA-lar yaratmaq üçün Ukrayna istehsalçılarına müraciət edirlər. Müdafiə Nazirliyinin hesablamalarına görə, ABŞ ildə 100 minə yaxın PUA istehsal etmək gücünə malikdir. Keçən il isə Ukrayna iki milyondan çox dron istehsal edib”, - nəşr bildirib. CX2 şirkətinin əməkdaşı Natan Mints də deyib ki, Ukraynanın dizaynları əla işləyir, bütün modelləri döyüş şəraitində sınaqdan keçirmək üçün ən yaxşı laboratoriyaya malikdirlər.

Görür xəbərdarlıq etdi: Bu ərazidə daha çox zəlzələ olacaq...

Türkiyəli geoloq Naci Görür Türkiyədə zəlzələ olacağı bağlı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, geoloq bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. “Diləkli-Yüksəkova, Hakkaridə 5 bal gücündə zəlzələ oldu. Bu zəlzələ Bitlis-Zaqros bölgəsi daxilindədir. Gözlədiyimiz bir zəlzələ idi. 2023-cü il 6 fevral zəlzələlərindən sonra bu zona Şərqi Anadolu ilə Ərəbistan lövhələri arasında sıxıldı. Daha çox zəlzələ gözlədiyimiz bir zonadır”, - Görür bildirib. Qeyd edək ki, AFAD-ın məlumatına görə, İraqın Ərbil şəhərinin Merqasur rayonunda 11 martda saat 21:03-də 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ Hakkari, Bitlis və Şırnakın rayonlarında da hiss olunub.

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edildi

Məhkəmə Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib. Qərar bir neçə dəqiqə əvvəl Tbilisi Şəhər Məhkəməsində qəbul edilib. Hakim Badri Koçlamazaşvili Saakaşvilinin 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib. İclasda Saakaşvili ilə yanaşı Dövlət Xüsusi Mühafizə Xidmətinin sabiq rəisi Teymuraz Canaşiyaya qarşı iş üzrə irəli sürülmüş ittiham dəyişdirilib və o, 300 min lari cərimələnib. Qeyd edək ki, təqsirləndirilən şəxslər iclasda iştirak etməyiblər. Saakaşvili və Canaşiya iş üzrə özlərini təqsirli bilmirlər.

Dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin martın 12-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Hacıqabul, Biləsuvar, Lənkəran, Şabran, Quba, Şəki, Astara və Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 200-700 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

30 ölkənin generalları Parisdə: Makron çağırış etdi

Fransa Prezidenti Emmanuel Makron Parisdə toplaşan 30-a yaxın ölkənin Baş Qərargah rəislərini Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarını müəyyən edən plan hazırlamağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yyaıb. “Sülh danışıqlarının sürətləndirilməsi məqsədilə etibarlı təhlükəsizlik təminatlarını müəyyən etmək üçün konsepsiyadan plana keçmək lazımdır ki, Ukraynada möhkəm və davamlı sülh mümkün olsun”, - Makron bildirib. Qeyd edək ki, ötən gün Parisdə Makronun təşəbbüsü ilə Ukraynada gələcək sülhü təmin etməyə hazır olan 30-a yaxın ölkənin Baş Qərargah rəislərinin beynəlxalq görüşü keçirilib.

Tramp admnistrasiyasının 50 gün ərzində apardığı əzici kampaniya ukraynalıların iradəsini qırmadı

Ciddə danışıqları bir daha göstərdi ki, ABŞ-Rusiya münasibətlərinin mülayimləşməsinə baxmayaraq Ukraynanın taleyini Ukraynasız həll etmək mümkün olmayacaq.  30 günlük atəşkəs təklifi ilə bağlı razılaşma əldə olunub. Əslində Ukrayna daha əvvəl suda və havada atəşkəs təklifi irəli sürmüş, Rusiya bu təklifi qəbul etməmişdi.  ABŞ Ukraynaya kəşfiyyat və təhlükəsizlik yardımını davam etdirəcək.  Tramp Zelenskini yenidən Ağ evə dəvət edəcəyini bildirib.  Əsas nəticələrdən biri də odur ki, Tramp admnistrasiyası tərəfindən guya Ukraynanın sülhə razı olmaması barədə yaradılan mif dağılır.   Bəzi analitiklərin dediyi kimi indi top Rusiyanın tərəfindədir.  Danışıqlara Zelenskinin ilkin reaksiyası pozitivdir. Rusiyanın atəşkəslə bağlı rəsmi mövqeyi elan edilməsə də Duma deputatları səviyyəsində ilkin mənfi reaksiyalar artıq səslənib.  Ruslar atəşkəsin Ukraynaya yenidən toparlanma imkanı yaradacağını düşünür.  Əvvəllər Putin tərəfindən də belə fikir səslənmişdi.  Bu gün ortada olan reallıq odur ki, Tramp admnistrasiyasının 50 gün ərzində apardığı əzici kampaniya ukraynalıların iradəsini qırmadı.  Döyüş bölgələrində əsaslı dönüş yaranmadı, Ukrayna cəmiyyəti ruh düşkünlüyünə qapılmadı, Zelenski nüfuzdan düşmədi, əksinə cəmiyyət onun ərtafında yenidən toparlanmağa başladı.  ABŞ ın NATO da müttəfiqləri Tramp admnistrasiyasının  Ukrayna siyasətinə dəstək vermədi. Əksinə, bu siyasətə qarşı çıxdı. Ukraynanın müdafiəsinə daha çox dəstək vermək barədə qərar qəbul etdi. Türkiyə bu prosesə qoşuldu. Çinin Ukraynaya münasibəti loyallaşdı… Bütün bunlar Rusiya və rusiyapərəstlərin eyforiyasının uzun sürməyəcəyinə, yenidən bütün daşların yerinə oturacağına ümid yaradır. Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

“Bacısının ərinə göz dikən qadınları...” - Aparıcı əsəbiləşdi

“Hüquqşünaslar belə, qalmaqal olmayan efirdə qonaq olmaq istəmir. Hansı biri çıxıb deyər ki, insanlara heç bir qarşılıq gözləmədən hüquqi dəstək göstərməyə hazıram? Təbii ki, heç biri”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış aparıcı Amil Xəlil deyib. O, sosial və şou xarakterli verilişləri tənqid edən tamaşaçılara belə cavab verib: “Qalmaqal yaradan aparıcılar yaxşı ki, var. Çünki onların sayəsində bu gün televiziya baxımlıdır. Azərbaycan tamaşaçısının qarşısında rus, türk və digər ölkələrin televiziya kanalları kimi çoxsaylı alternativlər var. Xüsusilə də, bacısının ərinə göz dikən qadınları ssenariləşdirən türk serialları kimi proqramlar geniş yayılıb. Tamaşaçılarımız bu seriallara əlləri çatmadığı üçün yerli televiziya kanallarındakı qalmaqalları tənqid edirlər. Düşünmürəm ki, hansısa ölkədə şousuz televiziya kanalları olsun. İranda belə, şou xarakterli verilişlər yayımlanır. Hətta bu ölkə İslam dövləti olsa da, bəzi proqramları yığışdırıb, qalmaqallı efirləri böyük layihələrlə əvəz edirlər. Lakin yenə də qalmaqaldan tamamilə qaçmaq mümkün olmur. Tamaşaçılar deyirlər ki, tarlı-kamanlı verilişlər hazırlansın, amma söz versələr ki, belə proqramlara mütləq baxacaqlar, inanmıram. Əgər bunu etsələr, atama lənət!”. Aparıcı xarici serialların ölkəmizdə bəh-bəhlə izlənib, yerli verilişlərin tənqid olunmasına birmənalı reaksiya göstərib: “Mənim "Xoş gəldin" adlı verilişim var. Ucqar kəndlərə gedirəm. Bəzən o ərazilərdə cəmi 200 nəfər sakin belə yaşamır. Həmin verilişlə eyni vaxtda yayımlanan şou proqramlarına isə, məhz qalmaqal baş verdiyi üçün daha çox baxılır. "Xoş gəldin" kimi sosial verilişlər isə çox vaxt tamaşaçı cəlb edə bilmir. Tamaşaçılara sual vermək lazımdır: Sosial şəbəkələrdə televiziya kanallarından tələb etdiklərinizi öz evinizdə tələb edə bilirsinizmi? İzləyicilər yerli aparıcıları və verilişləri tənqid etsələr də, xarici seriallardakı 18+ hətta 30+ səhnələri ailəlikcə izləməkdən çəkinmirlər. Bizim dövrümüzdə "Anastasiya" adlı serial yayımlanırdı. İki qardaş birlikdə baxsaq belə, uyğunsuz səhnə görəndə üzümüzü çevirirdik. İndiki valideynlər isə, qızları ilə birgə əxlaqa zidd səhnələri böyük maraqla izləyirlər. Amma sosial şəbəkələrdə yerli aparıcıların işlətdiyi ifadələri kəskin şəkildə tənqid edirlər. Digər tərəfdən, sosial verilişlərdə iştirak edən vəkillər belə reytinqli efirlərə üz tuturlar. Biri çıxıb deyə bilərmi ki, bütün ehtiyacı olanlara təmənnasız xidmət göstərəcəm? Xeyr. Amma qalmaqallı verilişlərdə iştirak etmək üçün birbaşa müraciət edirlər”.

Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah - martın 12-si Ramazan ayının 12-ci günüdür. Sozcu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 05:31-də, iftar vaxtı isə 18:59-a təyin olunub. İmsak duası: “Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin!” Tərcüməsi: “İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!” İftar duası: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!” Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!” Allah orucunuzu qəbul etsin!

Qubada həkim avtomobillə müəllimi vurdu

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, şəhərin Əliqulu Nərimanov küçəsində Röya Sultanovanın idarə etdiyi "Kia" markalı avtomobillə 51 yaşlı Şəlalə Ağayeva vurulub. Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, qəzanı törədən Röya Sultanova Quba rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiridir. Onun avtomobillə vurduğu qadın isə fizika müəllimidir. Faktla bağlı araşdırma aparılır.

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə Caliber.az məlumat yayıb. Bildirilib ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir - belə ki, keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək.

Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan REAKSİYA

Suriyada hökumət qüvvələri ilə keçmiş rejim lideri Bəşər Əsədə bağlı olan qüvvələr arasında Latakiya və Tartus şəhərlərində baş verən silahlı qarşıdurmaların şiddətlənməsi beynəlxalq narahatlığa səbəb olub. Döyüşlərin məzhəb zəmnində getdiyi bildirilir. ABŞ və Rusiya məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında 10 mart tarixində qapalı iclas çağırıb. Türkiyə, ABŞ, İran, Fransa, Rusiya və Çin hadisələrə münasibət bildirib, döyüşlər və mülki itkilər barədə narahatlıqlarını ifadə ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ərazisində baş verən terror və zorakılığı sərt şəkildə pisləyib: “Türkiyə olaraq Suriyanın birliyini, sabitliyini və sosial sülhünü hədəf alan hər cür hücumu lənətləyirik” O, müvəqqəti hökumətin hadisələri böyük ölçüdə nəzarət altına aldığını, lakin vəziyyətin hələ də həssas olduğunu bildirib. Ərdoğan ələvilərin siyasi manipulyasiya vasitəsinə çevrilməsinə icazə verməyəcəklərini də vurğulayıb. Suriyada 6 martda başlayan toqquşmalarda 1 500-dən çox insanın həlak olduğu bildirilir. Ölənlər arasında mülki şəxslər də var. Suriya Müvəqqəti Hökumətinin lideri Əhməd Əş-Şərra 10 martda təhlükəsizliyin bərpası barədə açıqlama verib. O, mülki əhaliyə qarşı zorakılıq iddialarının araşdırılması üçün müstəqil komissiyanın yaradılacağını bildirib. Hadisələrə beynəlxalq təşkilatlar da reaksiya verib. BMT İnsan Haqları Komissarı Volker Türk məzhəb zəmnində edam hallarına dair məlumatlar aldıqlarını bildirib. ABŞ Dövlət Katibi Marko Rubio isə Suriyadakı etnik və dini azlıqlara dəstək verdiklərini bəyan edib. O, radikal döyüşçülərin bölgədə zorakılıq törətdiyini və məsuliyyətə cəlb olunmalı olduqlarını vurğulayıb. İran və Rusiya isə məsələyə fərqli yanaşıblar. İran Xarici İşlər Nazirliyi hadisələrdə Tehran hökumətinin hər hansı rolu olduğunu qətiyyətlə rədd edib. Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın Suriyada davam edən qarşıdurmalardan dərin narahatlıq duyduğunu bildirib. Çin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq, tərəfləri silahlı münaqişəni dayandırmağa və Suriyanın gələcəyi üçün siyasi həll yolu tapmağa çağırıb. Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib ki, Türkiyə Suriyanın birliyinə tərəfdar olan ölkələrdən biridir: "Oradakı bütün qüvvələrin birlikdə idarəetmədə olmağını istəyirik. Əvvəldən verilən açıqlamalar da bu istiqamətdə olub. Hazırki Prezident bu mövzuda lazımi tədbirləri görür. Lakin təəssüf ki, bəziləri bu vəziyyəti bəyənmir və qarışıqlıq yaradır. Türkiyə olaraq, bunu uyğun görmürük. Tərəfləri sülhə çağırır, bərabər şəkildə məsələləri ortaq konstitusiya çərçivəsində çıxarılmasına və bütün qrupların orada təmsil olunmasını istəyən tərəfik". Ş.Ayrım vurğulayıb ki, Türkiyənin oraya silahlı müdaxiləsi ola bilməz: "Bizim üçün bu gün əhəmiyyətli olan öz sərhədlərimizin təhlükəsizliyidir. Suriyanın sahibi özləridir. Oradakı bütün qruplar bir araya gəlib birlik-bərabərlik qurmalıdırlar. Xaricdən müdaxilə olduğu üçün vəziyyət bu yerə gəlib çatıb. Biz səbrlə prosesləri gözləyirik. Əvvəldən bəri, təbii ki, Türkiyə mövcud quruluşu dəstəkləyir. Xarici işlər nazirmiz Suriyaya getdi. Prezidentimizin açıqlamaları, Əhməd Şaaranın Türkiyəyə gəlməsi bunu sübut edir. Türkiyə mövcud sistemin içərisində olmayan qrupların da bura daxil olmağını arzu edir".

Qarayazı qoruğunda baş verən yanğın söndürüldü

16:04 Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. *** Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsinin 10 hektar ərazisində, həmçinin yaxınlıqdakı 50 hektar otlaq sahəsində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanan kol-kos və quru ot sahəsi söndürülüb. Yanğının başvermə səbəbləri araşdırılır.

Azərbaycan vətəndaşlarının böyrəyini satan qadın həbs edildi

56 nəfərin böyrəyini satmaqda təqsirli bilinən ukraynalı qadın Polşada həbs edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Röyters“ məlumat yayıb. Məlumata görə, Qazaxıstanda insan orqanlarının alqı-satqısı ilə məşğul olan cinayətkar qruplaşmada iştirak etdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilən 35 yaşlı Kseniya P. Polşa ilə Ukrayna arasındakı dəmir yolu keçidində sərhədçilər tərəfindən saxlanılıb. 2020-ci ilin noyabrından İnterpolun “qırmızı xətti” ilə axtarışa verilən ukraynalı qadın maddi mənfəət üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olan 56 şəxsin böyrəklərini qanunsuz əldə etməkdə və “törətdiyi cinayətləri daimi gəlir mənbəyinə çevirməkdə” təqsirli bilinir. Kseniya P. Qazaxıstana ekstradisiya olunacaq. Onun Qazaxıstana ekstradisiya edilməsi üçün bir həftəlik həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə vəsatət təqdim edilib.

Bayram hazırlığı zamanı partlayış: ana yaralandı, oğlu öldü

Ərdəbildə şəxsi mənzillərdən birində bayram şənliklərində istifadə etmək üçün partlayıcı maddələrin hazırlanması zamanı güclü partlayış olub. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, alışdırıcı maddələrin partlaması nəticəsində 45 yaşlı ana və onun 15 yaşlı oğlu ağır yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin ötən gün axşam həyatını itirdiyi bildirilib.

Vardanyan muzdlu dəstələr yaradırdı - Erməniəsilli şahid

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında şahid ifadə verib. Sozcu.az xəbər verir ki, şahid qismində ifadə verən Qarabağda yaşayan erməniəsilli şəxs 44 günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini bildirib və deyib: “Bilmirəm Rusiyadan gəlmişdi, ya başqa yerdən”. O, R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirib. “Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən demirəm ki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa gəlmişdi?” Şahid insanların 700-2000 dollar müqabilində dəstəyə qoşularaq hərbi təlimlərə cəlb olunduğunu deyib. Daha sonra şahidin DTX-də ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib. Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.(APA)

Rasim Balayev: “Kinoya ayrılan pulun hara və necə xərcləndiyini bilmirik”

Dünən "Cinema Talks" çərçivəsində keçirilən panel müzakirədə gərgin anlar yaşanıb. Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əlisa Cabbarovla Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu bir-birini ittiham edib.  Əlisa Cabbarov bildirib ki, bu gün kino sahəsinə ayrılan pullar təyinatı üzrə xərclənmir. O, aidiyyəti qurumların bir-biri ilə yola getmədiklərini vurğulayıb: "Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir".  Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu isə ona belə cavab verib: "Statistikaya əsaslanmaq lazımdır. Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda "44", "Borc", "Doğma torpaq" kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır". Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev Qaynarinfo-ya açıqlamasında xəstə olduğu üçün sözügedən tədbirə qatıla bilmədiyini qeyd edib:  "Kinoya ayrılan və xərclənən pullar şəfaf olmalıdır. Məsələn, bu gün "Azərbaycanfilm"ə pul vermirlər. Niyə? O boyda studiya qalıb göz dağı kimi. Əgər studiya varsa niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul verirlərsə bu açıqlanmalıdır. Əlisa düz deyir".  Sədrin sözlərinə görə, dövlət kino sahəsinə ayıran pul Mədəniyyət Nazirliyinin balansına köçürür: "Nazirlik isə həmin pulu Kino Agentliyinin hesabına köçürür. Biz kino çəkən deyilik, amma ayrılan pullar kino çəkənlərə, kinostudiyaya  verilməlidir. Qəbul olunan ssenarilərin əsasında pul bölünməlidir. Amma bu gün proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur. Pulun hara və necə xərclənməsi ilə bağlı məlumatsızıq. Bizi narahat edən əsas məsələ Cəfər Cabbarlı adına Kinostudiya uzun illərdir ki, boş dayanıb, amma onlara pul ayrılmır. Niyə? Onların nə məqsədi var? Kinostudiyanı bağlamaq istəyirlər? Ümumiyyətlə, qurumla bağlı plan nədir? Kinostudiya qalıb bom-boş, 3-4 nəfər də əməkdaşı, film çəkmək üçün hər şərait də var. Niyə onlara pul ayrılmır? Səbəbini demirlər. Desinlər, biz də bilək".

Pakistanda 450 nəfərin olduğu qatar ələ keçirildi

Pakistanda silahlı qruplaşmalar sərnişin qatarını ələ keçiriblər. Sozcu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Məlumata görə, qatarda 450 sərnişin var.

Trüdo vəzifəsindən gedərkən kreslosunu da apardı

Castin Trüdonun Kanada baş naziri kimi vəzifəsindən gedərkən kreslosunu özü ilə aparması diqqət çəkib. Sozcu.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Qeyd edək ki, Kanada parlament qaydalarına əsasən, keçmiş baş nazir palatadakı kreslosunun surətini ala bilər. Xatırladaq ki, Kanada Bankının keçmiş rəhbəri Mark Karni tezliklə baş nazir vəzifəsinin icrasına başlayacaq.

"Tramp Ukraynadakı müharibəni Putinin şərtləri ilə bitirmək istəyir" - "The Atlantic"

"ABŞ artıq neytrallıq sərhədini keçib, o, sadəcə, Rusiyanın bu müharibədə qalib gəlməsini istəyir..." ABŞ prezidenti hazırda Rusiyaya artıq açıq şəkildə dəstək verir və təcavüzkar dövlətin təcrid edilmə siyasətini pərdələməyə çalışmır. Sozcu.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşrinin məqaləsində deyilir. Məqalədə deyilir ki, ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı son açıqlamaları onun qan tökülməsinə biganəliyini nümayiş etdirir. Üstəlik, o, zorakılığı dayandırmamaqla yanaşı, onu daha da gücləndirməyə hazır olduğunu göstərir. Bundan öncə Trampın müharibəyə yanaşması Rusiyaya dolayı dəstək verməkdən ibarət olub. O, guya zorakılığı qınayır və ABŞ-ın xarici münaqişələrə maliyyə ayırmasına qarşı çıxırdı. Lakin indi aydın olur ki, onun Ukraynanın müstəqilliyinə qarşı olması ABŞ resurslarının qənaət edilməsi ilə bağlı deyil, o, sadəcə Rusiyanın qalib gəlməsini istəyir. Tramp yaxınlarda ABŞ-da olan ukraynalı qaçqınlara müvəqqəti müdafiə statusunun ləğvini nəzərdən keçirdiyini bildirib. Hətta Ukrayna təbii resurslar sahəsində güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirdikdən sonra belə, Tramp bunun kifayət olmadığını açıq şəkildə ifadə edib. NBC-nin məlumatına görə, o, Vladimir Zelenskini istefaya getməyə və seçkilər keçirməyə məcbur etməyə çalışır. Halbuki, hazırda Ukrayna prezidentinin dəstəyi 67 faiz təşkil edir və onun əsas rəqibləri hərbi vəziyyətdə seçkilərə qarşı çıxır. "Mən Putinə inanıram" Trampın ən açıq addımlarından biri Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq olub. Bu qərar ABŞ-a maliyyə baxımından heç bir qənaət gətirməyib, lakin Rusiyaya ciddi üstünlük qazandırıb. Nəticədə, Rusiya hücumları daha gözlənilməz olub və bu, ukraynalı mülki vətəndaşlar üçün ağır nəticələr doğurub. Trampdan soruşanda ki, artan zorakılıq fonunda Putinə münasibəti dəyişibmi, o, belə cavab verib: "Mən ona inanıram... Məncə, bizim Rusiya ilə münasibətimiz çox yaxşıdır. Amma indi onlar Ukraynanı darmadağın edir və açığı, Ukrayna ilə işləmək mənim üçün getdikcə daha çətin olur. Onların isə heç bir üstünlüyü yoxdur". Lakin məhz Trampın qərarları Ukraynanı üstünlüklərdən məhrum edib və kritik kəşfiyyat məlumatlarsız qoyub. Trampa sual verilib ki, Putinin bu qərardan faydalanıb-faydalanmadığını düşünürmü? O isə bunu açıq şəkildə etiraf edib: "Düşünürəm ki, o, başqa birinin edəcəyi şeyi edir... O, bu məsələni bitirmək istəyir. Ukrayna da bitirmək istəyir, amma mən görmürəm, bu, dəlilikdir, onlar dəhşətli itkilər verir. Mən bunu tam başa düşmürəm". Ondan Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə niyə təmin edilmədiyini soruşanda Tramp belə cavab verib: "Çünki mən onların razılığa gəlmək istədiklərini bilməliyəm". "Yaxşı" Rusiya, "pis" Ukrayna Nəşr qeyd edir ki, Trampın ritorikası aydın şəkildə onun mövqeyinin necə dəyişdiyini göstərir: o, artıq sadəcə "sülh" istəmir, açıq şəkildə Rusiyanı "yaxşı", Ukraynanı isə "pis" adlandırır. Onun fikrincə, müharibənin bitməsi üçün "pis tərəfin" daha böyük itkilər verməsi lazımdır. Trampın tərəfdarları da bu narrativə qoşulur. Məsələn, İlon Mask ukraynalı "oliqarxlara" qarşı sanksiyalar tətbiq olunmasına çağırmağa başlayıb və Rusiyanın təbliğ etdiyi "Ukraynanın korrupsioner elitalar tərəfindən idarə edildiyi" tezisini təkrarlayır. Halbuki, məhz Rusiyanın oliqarxik sistemi daha güclüdür. Tramp isə həm ABŞ-da, həm də xaricdə korrupsiyaya qarşı biganə münasibətini dəfələrlə nümayiş etdirib. ABŞ senatoru Mark Kelli son vaxtlar sosial şəbəkələrdə belə bir paylaşım edib: "Hər hansı bir razılaşma Ukraynanın təhlükəsizliyini təmin etməli və Putinə güzəşt olmamalıdır". Buna cavab olaraq, Mask onu "xəyanətkar" adlandırıb və Ukraynanı ABŞ-ın düşməni kimi təqdim etməyə çalışıb. Əgər Trampın tərəfdarları arasında bu yanaşma populyarlıq qazanırsa, bu, onun gələcək siyasətinin rəsmi xətti ola bilər. "The Atlantic" yazır: "Tramp Ukraynanın suverenliyini qorumağa çalışan bir ABŞ hökumətini miras alıb. O, dərhal Amerika siyasətini dəyişib. ABŞ artıq neytrallıq sərhədini keçib. Yeni məqsəd sadəcə müharibəni bitirmək deyil, onu Putinin şərtləri ilə bitirməkdir. "Fox News Sunday nəşrinin aparıcısı ondan soruşanda ki, onun qərarları Ukraynanın sağ qalmasına təhlükə yaradırmı, Tramp laqeyd şəkildə belə cavab verib: "O, onsuz da sağ qalmaya bilər".  Bu, sadəcə bir proqnoz deyil, bu, məqsəddir".moderator)

Sabah 23 dərəcə isti olacaq

Ölkə ərazisində martın 12-də 23 dərəcə isti olacaq.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Bildirilib ki,  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

Moskvaya kütləvi hücum: yanan maşınlar, dağılan evlər

Xəbər verdiyimiz kimi, Ukrayna ordusu bu gün səhər saatlarında Moskvaya ilin ən böyük hücumunu gerçəkləşdirib. Sozcu.az xəbər verir ki, kütləvi dron hücumu zamanı ən azı 2 nəfər ölüb, 18 nəfər yaralanıb. Bəzi ərazilərdə binalara, Domodedovo aeroportunda isə “Miratorq” şirkətinin paylayıcı şəbəkəsinə ziyan dəyib. Domodedovo aeroportunda park edilmiş avtomobillər yanıb. Bundan başqa, şəhərin bir çox yerində infrastruktura ziyan dəyib.

Rusiyanın itkiləri 888 minə yaxınlaşır

Ukrayna müharibənin 1112-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 887 620 hərbçi, 10 303 ədəd tank, 21 423 ədəd zirehli döyüş maşını, 24 346 ədəd artilleriya sistemi, 1 313 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1103 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 40 205 ədəd avtomobil texnikası, 28 801 ədəd PUA, 3 121 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 775 xüsusi avadanlıq itirib.

Şərurda 83 yaşlı kişi evində yanaraq öldü

Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb. Baş verən yanğın nəticəsində Şərur rayonu Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb. İlkin məlumata görə, yanğın elektrik sobasındakı nasazlıqdan baş verib. Faktla bağlı araşdırma aparılır.

Pensiyalar bu tarixdə ödəniləcək!

Bölgələrimizdə yaşayan pensiyaçılar Novruz bayramı öncəsi təqaüdlərini tez ala biləcəklər. Belə ki, respublika üzrə pensiya ödənişi martın 18-nə nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan təqaüdçülərin müraciətinə cavabında deyib. Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi martın 7-də qrafikdən əvvəl ödənilib.

Hava məkanı bağlandı: Bakı-Moskva təyyarəsi gecikir

Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur. Azərbaycan Hava Yolları QSC-nin Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq. Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Prezidentlərin təkbətək görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Şara hökuməti və YPG arasında böyük razılaşma...

Suriya hökuməti ilə ölkənin şimal-şərqinə nəzarət edən YPG terror qruplaşması arasında razılıq sənədi imzalanıb. Sozcu.az xəbər verir ki, bu barədə Suriyanın Prezident Administrasiyası məlumat yayıb.  Sənəd səkkiz maddədən ibarətdir. Bildirilir ki, dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün suriyalıların dövlət qurumlarında təmsil olunmaq və səlahiyyətləri əsasında siyasi proseslərdə iştirak etmək hüquqlarının təmin edilməlidir. Həmçinin qeyd olunub ki, kürd icması Suriya dövlətində vacib bir cəmiyyətdir və Suriya dövləti kürd icmasının vətəndaşlıq hüquqlarını və bütün konstitusiya hüquqlarını təmin edir. Razılığa görə, bütün Suriya ərazisində atəşkəs təmin olunmalıdır. Suriyanın şimal-şərqindəki bütün mülki və hərbi qurumların sərhəd qapıları, hava limanları, neft və qaz yataqları daxil olmaqla, Suriya dövlətinin idarəçiliyinə inteqrasiya olunmalıdır. Eyni zamanda, qaçqın suriyalıların kənd və qəsəbələrinə qayıtmaları təmin edilməsi, Suriya dövləti onların təhlüksizliyini təmin etməlidir. Keçmiş prezident Bəşər Əsəd rejiminin qalıqları və ölkənin birliyini təhdid edən bütün təhlükələrlə mübarizədə Suriya dövlətinə dəstək verilməlidir.  Sənədi imzalayan tərəflər – YPG rəhbəri Mazlum Abdi Şahin və Suriya Prezidenti əş-Şaraa cəmiyyətin bütün təbəqələri arasında parçalanma, nifrət nitqini rədd ediblər. İcra komitələri bu müqavilənin həyata keçirilməsi üçün cari ilin sonunadək çalışacaqlar.

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Rəqsanə Əbülfət qızı Məmmədova və övladları - 2020-ci il təvəllüdlü Məmmədova Ü., 2021-cü il təvəllüdlü M. və F. hamamda çimərkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Rubio: Kiyevə hərbi yardımın bərpası Ukrayna nümayəndə heyəti ilə görüşdən asılıdır

ABŞ-dən Ukraynaya hərbi tədarükün bərpası, eləcə də ona kəşfiyyat məlumatlarının verilməsi barədə qərar Amerika nümayəndə heyətinin Kiyev nümayəndələri ilə görüşdən “məmnun” çıxacağı təqdirdə qəbul edilə bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə deyib. “Sabah görək danışıqlar necə gedəcək. İclasdan məmnun çıxıb prezidentə hesabat verə bilsək, indiki pauza ilə bağlı qərarlar veriləcəyinə inanıram”, - Rubio vurğulayıb.

Ukrayna və Türkiyə əməkdaşlığı gücləndirirlər: qarşılıqlı fəaliyyətə dair yol xəritəsi təqdim edilib

Ukrayna və Türkiyə iqtisadiyyat, energetika və infrastruktur sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər, qarşılıqlı fəaliyyət üçün yol xəritəsi təqdim ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb. Bildirilib ki, martın 10-da Prezident Ofisinin rəhbər müavini Viktor Mıkıta Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenlə görüş keçirib, tərəflər əməkdaşlığı genişləndirmək, xüsusilə Türkiyə və Ukrayna şəhərləri və regionları arasında qarşılıqlı əlaqələri artırmaq barədə razılığa gəliblər. “Müzakirənin əsas mövzuları ikitərəfli əməkdaşlıq məsələləri, iqtisadi inkişaf üzrə birgə layihələr, həmçinin enerji və infrastruktur təşəbbüsləridir”, – prezidentin mətbuat xidməti bazar ertəsi bildirib. Bundan başqa, görüş zamanı Ukrayna və Türkiyə arasında əməkdaşlıq üzrə yol xəritəsi təqdim edilib. “Hazırda ölkənin müxtəlif bölgələrində mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir. HVA (hərbi vilayət administrasiyası – red.), icmalar və regionlardakı biznes icması onlarla fəal əməkdaşlıq edir. Türkiyə səfiri qeyd edib ki, Türkiyə tərəfdaşları hər gün bu önəmli dəstəyi duyurlar”, – məlumatda deyilir. Öz növbəsində, Mıkıta Türkiyəyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə, həmçinin Rusiyanın tammiqyaslı təcavüzü fonunda vasitəçilik səylərinə görə təşəkkür edib.

ABŞ-də daha bir hava gəmisi qəzaya uğrayıb, ölənlər var

Missisipi Universitetinin tibbi helikopterinin ABŞ-nin Missisipi ştatının Medison dairəsindəki meşədə qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə “CBS 42” telekanalı məlumat yayıb. Telekanal bildirib ki, universitetin tibb mərkəzinin nümayəndələrinin açıqlamasına görə, helikopterin göyərtəsində iki əməkdaş və bir pilot olub. Hadisənin səbəbləri və təfərrüatları araşdırılır. Qeyd edək ki, ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının verilənlərinə əsasən, cari ilin ilk iki ayında ümumilikdə 143 hava hadisəsi baş verib ki, onların 21-də ölüm qeydə alınıb. Ölümlə nəticələnmiş hadisələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən az olsa da, ölənlərin ümumi sayı daha çoxdur. Onlardan ən faciəvisi isə yanvarın 29-da axşam paytaxt Vaşinqtonda olub. Sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində ümumilikdə 67 nəfər ölmüşdü.

“Ukraynalıları heç kim məğlub edə bilməz!”

“Dünya gündəmində əsas mövzu Ukraynanın aqibətidir. Müzakirələr gedir, çoxluğun qənaəti budur ki, ABŞ və Avropa ayrılmaq yerinə əvvəlki kimi bir olub, Putinin təcavüzünün qarşısını almalı, onu etdiklərinə görə cəzalandırmalıdır. Eyni zamanda bu gün Ukrayna yenidən və daha güclü dirəniş nümayiş etdirməlidir. 1 milyon ukraynalı cəbhəyə axın etməlidir. Çünki onsuz da bugünkü nəsil həyatını və yaşayışını gələcək nəsillər üçün qurban verib”. Bunu Musavat.com-a açıqlamasında Ukraynadakı diasporumuzun fəal nümayəndələrindən biri Yalçın Qəhrəmanoğlu bildirib. O qeyd edib ki, bu gün inkişaf etmiş Qərb dövlətləri də eyni yolu keçib: “Ötən əsrin 1960-70-ci illərində Avropanı bürüyən şəkər qıtlığı zamanı Ukrayna Norveçə yardım edirdi. Ukraynada şəkər bolluğunda mürəbbələr hazırlananda Norveçdə şəkər insanlar üçün xüsusi bir nemət idi. Bu gün də Norveç Ukraynaya yardım edir. Günün birində Ukrayna da Norveç kimi azad və inkişaf etmiş dövlətə çevriləcək”. Yalçın Qəhrəmanoğlu qələbəyə inandığını vurğulayıb: “Ukraynalıları heç kim məğlub edə bilməz. Doğrudur, çətinliklər var və olacaq. Qurbanlar verilir. Əminəm ki, ukraynalılar da məqamı çatanda biz azərbaycanlılar kimi torpaqlarını azad edəcəklər. Bu millət, xalq “dünyanı idarə edirlər” deyə təqdim olunan iki super dövlət mifini dağıtdı. Gücünü ortaya qoydu və bu gün də əzmlə həm hərbi, həm beynəlxalq siyasi cəbhədə savaşır. Səlcuq hökmdarı Alparslanın dediyi kimi: “Qələbə inananlarındır” Slava Ukraine!”

Mənim birinci dilim rus dilidir - Ayaz Salayev

Yeni tariximizdə rus dilinin yeri şübhəsizdir. Sozcu.az-ın məlumatına görə, bunu kinorejissor və kinoşünas Ayaz Salayev "kulis.az" saytına müsahibəsində deyib. O qeyd edib ki, öz dilindən əlavə başqa bir dili Ana dili səviyyəsində bilən adam daha çox inkişaf eləyir: "Bu, türk dilinə aid deyil. Çünki bizim dil türk dili ilə çox oxşardır. İkinci dil bilməyən cərraha özünüzü, doğmanızı əmanət eləyərsiniz? Azərbaycan dili müəlliminin ikinci dil bilməməyini qəbul etmək olar? Yox, heç vaxt! Məni təhqir eləyənlər savadsızlıqlarını vətənpərvərlik adı altında gizlətmək istəyənlərdir. Mənim birinci dilim rus dilidir. Elə olmasaydı, Moskvaya gedib yaxşı oxuya bilməzdim. Mən onlarla bir səviyyədə idim, hətta bəzi məsələlərdə onları keçmişdim. Mən aldığım təhsili özümdə saxlamadım, mədəniyyətimiz yolunda xərclədim. Onlar heç öz dillərini düz-əməlli bilmirlər".

“Cərimənin miqdarını planlaşdırmaqla, faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan”

“Cərimənin miqdarını planlaşdırmaqla, faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan. Cərimə yığıla da bilər, yığılmaya da bilər. Ona görə də bunun özü başadüşülən addım deyil”. Bunu "Yeni Sabah"a sabiq deputat Vahid Əhmədov deyib. O bildirib ki, Azərbaycanda cərimələrin sayı həddən artıq çox və cərimə məbləğləri yüksəkdir: “Bəzi sahələr var ki, orada cərimə həqiqətən tətbiq olunmalıdır. Amma cəriməni niyə görə tətbiq edirlər? Qayda-qanunu pozursan, ona əməl etmirsən. Buna görə cərimə edirlər, cərimə edirlər ki, bir də həmin qanun-qaydaları pozmayasan". V. Əhmədov fikrinin davamında qeyd edib: "Amma sizinlə razıyam ki, Azərabaycanda cərimələr kifayət qədər çoxdur və məbləğləri də yüksəkdir. Elə bu yaxınlarda, 2025-ci ilin dövlət büdcəsi müzakirə olunanda bu məsələyə toxunuldu. Maliyyə naziri çıxışında dedi ki, cərimələrdən büdcəyə 840 milyon manat vəsasitin daxil olması nəzərdə tutulub.  Əvvəla, cərimələri planlaşdırmağın özü səhv addımdır. Bəlkə heç o qədər cərimə yığılmayacaq? Cərimənin miqdarını planlaşdırmaqla faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan. Cərimə yığıla da bilər, yığılmaya da bilər. Ona görə də bunun özü başadüşülən addım deyil”.  Eks-deputat vurğulayıb ki, cərimələrin strukturuna yenidən baxılmalıdır: “840 milyon manat xeyli yüksək məbləğdir! Bu cərimələrin müəyyən hissəsi həmin təşkilatlarda qalır və həmin təşkilatların əməkdaşlarının maaşlarına artım kimi istifadə olunur. Buna görə də, onlar maraqlıdır ki, cərimələr çox olsun. Mən hesab edirəm ki, Azərbaycanda cərimələr kifayət qədər yüksəkdir və çoxdur. Bunun təkmilləşdirilməsinə ehtiyac var. Belə bir təklifi o vaxt Milli Məclisdə vermişdim. Cərimələrin strukturunda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var”.

Müəllimlərə “hinduşkabaş” deyən direktor barədə QƏRAR verildi

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilir. Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.  Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Xatırladaq ki, müəllimləri təhqir etdiyi iddia olunan 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səsyazısı üzə çıxıb. Səsyazısında direktorun müəllimlərdən pul yığdığı, onlara qarşı uyğunsuz davranış sərgilədiyi, hətta müəllmlərə “hinduşkabaş” deyərək təhqir etdiyi məlum olub.

Tikinti ərazisinə qaya parçaları uçdu: ölən var

Türkiyənin Kayseri şəhərinin Qocasinan rayonunda sürətli qatar xəttinin tikintisi sahəsinə qaya parçaları uçub. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 1 işçi ölüb, 1 nəfər isə xəsarət alıb. Ərazidə işləyən 5 işçi isə xilas ola bilib. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Ukrayna poliqonu vurdu: 4 koreyalı zabit öldü

Xerson vilayətində Şimali Koreyadan olan 4 zabit öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıblar. “Şimali Koreyadan olan zabitlər cəbhənin bu hissəsində döyüşlərin necə getdiyini görmək, onların xüsusiyyətlərini, düşmənin hansı silahlardan istifadə etdiyini öyrənmək üçün Xerson vilayətinə yollanıblar. Təəssüf ki, onların olduğu poliqon vurulub. Dörd Şimali Koreya zabiti və daha 12 hərbçi həlak olub”, - məlumatda qeyd olunub. Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin “Dnepr” qruplaşmasının rəhbəri general Mixail Teplinski də həmin poliqonda olub. Lakin raket zərbəsindən bir neçə dəqiqə əvvəl Teplinski poliqonun ərazisini tərk edib.

Gəncədə şagird məktəbli yoldaşını bıçaqladı

Gəncə şəhərində məktəbli bıçaqlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib. On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya apaırlıb. O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Gəncədə azyaşlı xəstəxanada öldü

Gəncədə 4 yaşlı uşaq xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, hadisə şəhər Uşaq Xəstəxanasında baş verib. TƏBİB-dən bildirilib ki, martın 10-da saat 09:30 radələrində 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib: "Həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib. Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraksı, ürək-ağciyər çatışmazlığı qeyd olunur".

Şara döyüşlərdən danışdı: Gözlənilən idi...

Suriyanın qərbində təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədin tərəfdarları arasındakı qarşıdurmalar gözlənilən idi. Sozcu.az xəbər verir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara deyib. "Biz hamımız ölkədə milli birliyi qorumağa çalışmalıyıq, eləcə də sülh şəraitində birgə yaşamağa can atmalıyıq", - Şara bildirib. O, mülki insanlara hücumlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb. Qeyd edək ki, 6 martda Əsəd tərəfdarları Latakiya əyalətində Suriya təhlükəsizlik qüvvələrinə hücum edib. Bundan sonra Suriya əraziyə ordu yeridib və sahilyanı ərazidə komendant saatı tətbiq edib. Suriya hökumət qüvvələri artıq Əsəd tərəfdarlarının ələ keçirdiyi kəndlərə və Cəbləyə nəzarəti bərpa edib. Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara qarşı tərəfi silahları yerə qoymağa çağırıb.

PKK qurultay keçirəcək - Özünü buraxacaq

PKK terror təşkilatının yaxın bir ay ərzində qurultay keçirəcəyi və özünü buraxacağı gözlənilir. Sozcu.az “Sabah”a istinadən xəbər verir ki, qurultayın İraqın Süleymaniyyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir. İclasda təşkilatın xeyli sayda üzvü iştirak edəcək. Qurultayın keçiriləcəyi yerdə təhlükəsizliyi İraq təmin edəcək. Qeyd edilir ki, terror təşkilatının narkotik vasitələr, silah və insan alverindən 40 milyard dollar məbləğində sərvəti var. PKK-nın bəzi üzvlərinin bu qazancdan əl çəkmək istəmədikləri üçün silahlarını yerə qoymaq məsələsində müqavimət göstərə biləcəyi güman edilir.  Eyni zamanda bildirilir ki, təşkilat ləğv olunandan sonra silahlar yığılacaq. Bunun üçün xüsusi mexanizmin yaradılması gözlənilir. Terrorçuların Suriya qanadının silahları təslim etməsi xüsusilə əhəmiyyətlidir. Qeyd edək ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına təslim olmaqla bağlı çağırış edib.

800 milyard avro AB-ni müdafiə ittifaqına çevirəcək - Leyen

Təklif olunan 800 milyard avroluq yeni müdafiə paketi AB-ni müdafiə ittifaqına çevirəcək. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının lideri Ursula fon der Leyen deyib. “Avropanı 800 milyarda yenidən silahlandırmaq təşəbbüsümüz bizə əsl müdafiə ittifaqı qurmağa imkan verəcək”, - Leyen bildirib.

Ağ Ev yaxınlığında atışma: yaralanan var

Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Məlumata görə, xüsusi xidmət orqanları silahlı şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Onun avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə şübhəli atəş açmağa başlayıb. Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib. Bildirilib ki, həmin vaxt Prezident Donald Tramp Ağ Evdə deyil, Floridadakı iqamətgahında olub.

Britaniya ABŞ-sız “Dörd Göz” alyansı yaratmaq istəyir

Böyük Britaniya Kiyevlə kəşfiyyat mübadiləsi aparmaq üçün ABŞ-sız “Dörd Göz” alyansı yaratmağı təklif edir. Sozcu.az xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri məlumat yayıb. “Söhbət “Beş Göz”dən (ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanı əhatə edən kəşfiyyat alyansı – red.) çıxmaqdan yox, onun çərçivəsində ABŞ-sız “Dörd Göz” yaratmaqdan gedir. Böyük Britaniyanın bəzi müdafiə rəsmiləri ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinə qadağa qoymaması üçün alyans daxilində alt qrup yaratmağı təklif edir”, - məlumatda qeyd olunub.

DÜŞMÜŞƏM

Yaxan boyu “tilsim düymə” çalındı, Yanmaq üçün sorağına düşmüşəm. Axşam-səhər, saçlarımı darayır, Bir həsrətin darağına düşmüşəm. Belə dərdə nə daş dözər, nə dəmir, Bilirsənmi, lal baxışlar nə demir?! Gecələri yol gəlmişəm bir ömür, O gözlərin “çırağına” düşmüşəm. Sünbül-sünbül uralanmış zəmiyəm, Bir kamanın kökdən düşən simiyəm. Bir dəryada, bir yelkənsiz gəmiyəm, Dalğa vurub, qırağına düşmüşəm. Ay Məhəbbət, nə dözümün, nə tabın, Çəkirsənmi, bir içində hesabın?! Bu dünyada sevgi adlı kitabın, Nə yaxşı ki, varağına düşmüşəm. Məhəbbət Kəlbəcərli

KİV: Suriyada martın 6-dan toqquşmalarda azı 532 mülki şəxs həlak olub

Suriyanın Aralıq dənizi sahilindəki Latakiya, Tartus və Hüms əyalətlərində martın 6-dan bəri baş vermiş toqquşmalarda azı 532 mülki şəxs həlak olub. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, toqquşmaların başlanğıcından həlak olanların ümumi sayı 745-ə çatıb. Bu rəqəmə 213 döyüşçü daxildir: yeni Suriya hakimiyyətinə tabe olan təhlükəsizlik qüvvələrinin 93 nümayəndəsi və keçmiş prezident Bəşər Əsədin tərəfdarları tərəfindən yaradılmış silahlı birləşmələrin 120 üzvü. Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Hüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli atışmalar Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.

Lerikdə 4 bal gücündə zəlzələ qeydə alınıb

Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə zəlzələlərin tədqiqatı bürosunun məlumat yayıb. Qeyd edək ki, bir neçə saat öncə İsmayıllıda da zəlzələ baş vermişdi.

KİV: Trampın qolf həvəsi ABŞ büdcəsinə 18 milyon dollara başa gəlib

ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində istirahəti yanvarın 20-də Ağ evə qayıtdığı vaxtdan amerikalı vergiödəyicilərinə 18 milyon dollardan çox başa gəlib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “HuffPost” portalı yazıb. Hesablamalara görə, bu müddət ərzində Tramp Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib. Yüksək xərclər sahələrin böyük ərazisi ilə bağlıdır ki, bunun mühafizəsinin təmin edilməsi üçün ABŞ Sahil Mühafizəsinin gəmiləri və çoxlu sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edilməsi tələb olunur. Nəşr qeyd edib ki, ilk prezidentlik müddətində Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib. Nəşr ikinci müddət üçün xərclərin daha çox olacağını ehtimal edir. 2024-cü ildə seçki kampaniyası zamanı hazırkı ABŞ Prezidentinə qarşı iki sui-qəsd cəhdi olub, onlardan biri Florida ştatının Uest-Palm-Biç şəhərində, Trampın qolf oynadığı yerin yaxınlığında baş verib.

"Barselona"nın oyunu təxirə salındı

La Liqanın 27-ci turu çərçivəsində bu gecə keçirilməli olan "Barselona" - "Osasuna" oyunu təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.  Görüşün təxirə salınmasına səbəb "Barselona"nın həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsidir.  Oyunun nə vaxt keçiriləcəyi barədə məlumat isə qeyd olunmayıb. Əlavə edək ki, "Barselona" hazırda turnir cədvəlində 57 xalla (26 matç) 1-ci, "Osasuna" isə 33 xalla 11-cidir (26 oyuna).

Türkiyənin ərazi sularında 50 qanunsuz miqrant saxlanılıb

Egey dənizinin Türkiyənin ərazi sularına daxil olan hissəsində 50 qanunsuz miqrant saxlanılıb. Sozcu.az xəbər verir ki, miqrantlar bölgədə patrul aparan Sahil Mühafizəsi Xidmətinin gəmi heyəti tərəfindən Türkiyənin İzmir vilayətinin Çeşmə və Karaburun rayonları sahillərinə yaxın bölgədə ələ keçiriliblər. İki rezin qayıqda aşkarlanan bu miqrantlardan 22-nin azyaşlı olduğu müəyyən edilib. Miqrantlar aidiyyatı qurumlata təhvil veriliblər.

Almaniya ABŞ-dən qırıcı təyyarələrin alınmasından imtina edə bilər

Almaniya ABŞ-dən 35 ədəd F-35A qırıcı təyyarəsinin alınması barədə müqaviləni ləğv edə bilər. “Report” “Bild”ə istinadən xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinger bildirib. O, Vaşinqton, Kiyevə verilmiş HIMARS reaktiv yaylım atəş sistemlərinin buraxıcı qurğularında olduğu kimi, qırıcı təyyarələrdə də məsafədən idarə olunan “qəza söndürücüsü” quraşdırarsa, ABŞ-dən qırıcı təyyarələrin alınmasından imtina edilə biləcəyini açıqlayıb. “Əgər ABŞ-nin gələcək alman F-35-ləri ilə də Ukrayna ilə davrandığı kimi davranacağından ehtiyat etməli olsaq, müqavilənin ləğv edilməsini nəzərdən keçirə bilərik”, – o qeyd edib.

Yaponiya sahilində güclü zəlzələ olub

Yaponiyaya məxsus Rükü adalarının sahilində 5,9 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına əsasən, zəlzələ Bakı vaxtı ilə saat 03:42-də təxminən 555 min əhalisi olan Kaqoşima şəhərindən 315 km cənubda qeydə alınıb. Yeraltı təkanların ocağı 27 km dərinlikdə yerləşib. Zərərçəkmişlər və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Trampın bu təhdidi yalandır - Bolton

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı təhdidləri yalandır. Bunu həm Tramp özü, həm də Rusiya lideri Vladimir Putin bilir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton CNN-ə müsahibəsində deyib. “Tramp Rusiyaya qarşı yeni təhdidləri Zelenski və ukraynalılar haqqında dedikləri fonunda, bir növ, tarazlıq nümayiş etdirməyə çalışmaq üçün səsləndirdi”, - o bildirib. Yeni sanksiyaların tətbiqinin mümkünlüyündən danışan Bolton vurğulayıb ki, Moskva uzun müddətdir bütün məhdudiyyətlərdən uğurla yan keçir: “Düşünürəm ki, Putin bu təhlükənin tamamilə mənasız olduğunu çox yaxşı başa düşür”.

Bu gün 59 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. Sozcu.az xəbər verir ki, imtahanda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur. Belə ki, həmin gün Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux,Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan,Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayılda (M.Mehdizadə adına məktəb) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 9-da Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərin, H.Əliyev və C.Naxçıvanski adına hərbi liseylərinin şagirdləri də imtahan verirlər. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 26-dan etibarən çap edib götürə bilirlər. Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4 430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5 523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb. Martın 9-da keçiriləcək imtahanda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

ABŞ-də 14 yaşlı yeniyətmə polisə atəş açaraq birini öldürüb, digərini yaralayıb

Amerikanın Nyuark şəhərində 14 yaşlı yeniyetmə iki polis əməkdaşına atəş açıb, onlardan biri ölüb, digərinin vəziyyəti ağırdır. Sozcu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Polis buna cavab olaraq onlara silahlı hücum təşkil edəni yaralayıb, lakin yeniyetmənin həyatı üçün təhlükə yoxdur. “Hələlik şəxsiyyəti açıqlanmayan şübhəli adam öldürmə, adam öldürməyə cəhd və qanunsuz silah saxlamaqda ittiham olunur”.

Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda, yeni tikililərin birində qeydə alınıb. 2008-ci il təvəllüdlü Qadir Məmmədov ehtiyatsızlıq nəticəsində hündürlükdən yerə yıxılıb. O hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda 3,7 bal gücündə zəlzələ olub

Piriqulu stansiyasından 15 km şimal-qərbdə, İsmayıllı rayonunda 3,7 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə zəlzələlərin tədqiqatı bürosunun məlumat yayıb.

Rusiya ordusu öz ərazisində tələyə düşdü: 80 faizi məhv edildi - Detallar...

Kursk vilayətində Rusiya ordusu yeraltı kommunikasiyalardan istifadə edərək Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə soxulmağa cəhd edib. Lakin ukraynalı desantçılar pusqu təşkil edərək düşmən dəstəsini məhv ediblər. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti və könüllü Miroslav Qay məlumat verib. Hərbçi bildirdi ki, hava desant-hücum briqadalarından birinin komandanlığı Rusiyanın Sudja rayonunda təxribat fəaliyyəti üçün “Tərəqqi” magistral qaz kəmərinin yeraltı kommunikasiyalarından istifadə etmək planları barədə əvvəlcədən kəşfiyyat məlumatı alıb. "Düşmən Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə daxil olmaq üçün mühəndis strukturlarından istifadə edərək Avdeyevka əməliyyatı ssenarisi üzrə hərəkət etməyə çalışıb. Bununla belə, desantlarımız işğalçıları qabaqlayıb", - Qay vurğulayıb. Ukrayna Müdafiə Qüvvələri pusqu təşkil edib və bu, onlara rus hərbçilərinin tuneldən çıxmasını və çıxışda toplaşmasını gözləməyə imkanı verib. Daha sonra çıxış bağlanıb və düşmən qrupunun təxliyyəsi mümkünsüz olub. Sonra isə düşmənin qırğını başlayıb.... "Düşmən şəxsi heyətinin təxminən 80% -i məhv edilib", - deyə Miroslav Qay vurğulayıb. Onun sözlərinə görə, obyektiv nəzarət və radioələkeçirmələr düşmənin şəxsi heyəti arasında çaxnaşma olduğunu təsdiqləyir. Bəli, ruslar ölümə qədər tərk olunduqlarından şikayətlənirlər.

"Balta əvəzinə neştər": Tramp Maskın geniş səlahiyyətlərini məhdudlaşdırmaq qərarına gəlib" - "Politico"

"Mask Amerika dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılmasına təşəbbüs göstərib..." ABŞ prezidenti Donald Tramp Nazirlər Kabineti ilə görüş keçirib və burada kadr siyasəti ilə bağlı yekun sözün federal agentlik rəhbərlərinə məxsus olduğunu, Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın isə bu məsələdə həlledici rol oynamadığını bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters", "Politico" və CNN öz mənbələrinə istinadən məlumat yayıb. Məlumatına görə, Trampın federal agentlik rəhbərləri ilə görüşü 90 dəqiqə davam edib və mətbuata qapalı keçirilib. Görüş zamanı Tramp bildirib ki, o, federal hökumətin işçi sayının və xərclərinin azaldılması istiqamətində Maskın səylərini tam dəstəkləsə də, milyarçı və onun rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamenti yalnız məsləhətçi rolunda çıxış edəcək. Görüşdə iştirak edən Mask da Trampın göstərişi ilə razılaşdığını bildirib. "Politico"nun məlumatına görə, iş adamı hətta departamentinin "bəzi səhvlərə yol verdiyini" etiraf edib. Qeyd edilir ki, bu görüş "prezidentin Maskın geniş səlahiyyətlərini məhdudlaşdırmağa çalışmasının ilk nümunələrindən biri olub".  Nəşr bunu "Maskın mandatının daraldılması istiqamətində atılan ilk ciddi addım" kimi qiymətləndirir. Qeyd edək ki, Mask daha öncə Amerika dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılmasına təşəbbüs göstərib. Ağ Evdə keçirilən görüşdən sonra Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, dövlət qulluqçularının sayını azaltmaq ideyasından imtina etmir, lakin "ən yaxşı və ən məhsuldar əməkdaşların qorunub saxlanmasının vacib olduğunu" hesab edir. "Biz deyirik: balta yox, neştər istifadə edin. Onlar birlikdə- Nazirlər Kabinetinin üzvləri, İlon, DOGE və digər möhtəşəm insanlar tarixi səviyyədə uğurlar qazana bilərlər," - Tramp bildirib. ABŞ prezidentinin sözlərinə görə, görüş "çox pozitiv ruhda" keçib və iştirakçılar arasında "qeyri-adi dərəcədə yaxşı münasibətlər" formalaşıb. Tramp belə görüşlərin hər iki həftədən bir keçiriləcəyini və dövlət qulluqçularının sayının "lazımi səviyyəyə çatana qədər" bu praktikanın davam edəcəyini vəd edib. Kütləvi ixtisarlar davam edir Son həftələrdə Tramp administrasiyası müxtəlif federal agentliklərdən on minlərlə işçini işdən çıxarıb. Yeni administrasiya fəaliyyətə başladıqdan sonra Təhsil Nazirliyi, Kiçik Biznes Administrasiyası, İstehlakçı Maliyyə Müdafiəsi Bürosu, Ümumi Xidmətlər Administrasiyası, ABŞ Poçt Xidməti və digər dövlət qurumlarına tam bağlanması, kütləvi ixtisarlar və ya müddətsiz məzuniyyətlər haqqında bildirişlər göndərilib. Federal hakim və Federal Dövlət Xidməti Şurasının sədri bildiriblər ki, bu ixtisarlar məhsuldarlıq problemləri ilə bağlı olmayıb və dövlət qulluğu qanunlarının pozulması ehtimalı var. "Tesla" və "SpaceX"-in baş direktoru İlon Mask Tramp administrasiyasında Hökumət Effektivliyi Departamentinin rəhbəri təyin edilib. Maskın sözlərinə görə, departamentin məqsədi büdcə xərclərini, şişirdilmiş dövlət aparatını azaltmaq və korrupsiya ilə mübarizə aparmaqdır. Fevral ayının sonunda Maskın nəzarətində olan Kadr Məsələləri İdarəsi dövlət qurumlarının milyonlarla əməkdaşına həftəlik fəaliyyət hesabatı təqdim etmələri ilə bağlı məktub göndərib. Bəzi idarələr bu tələbə əməl etməyi tövsiyə etsələr də, ABŞ-ın əsas qurumlarından olan FTB, Dövlət Departamenti və Pentaqon Maskın tələblərini yerinə yetirməkdən imtina edib.

Ağcabədidə 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO

Ağcabədidə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ"2106, "Mercedes" və "Hyundai" avtomobillər toqquşub. "VAZ -2106"-nın sürücüsü, 1993-cü il təvəllüdlü Nadirov Ehtiram Atamoğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Avropanın təhlükəsizliyini təmin etmək üçün... - Rutte

Avropanın təhlükəsizliyini təmin etmək üçün sözügedən regionda yerləşən ölkələrin müdafiə büdcələrini artırmaq və hərbi texnika istehsalını genişləndirmək lazımdır. Sozcu.az "Röyters"ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. "Təhlükəsizliyimizi təmin etmək üçün daha çox xərcləməli olacağıq. Biz həm də Atlantikanın hər iki tərəfində müdafiə istehsalımızı sürətlə artırmalıyıq”, - o vurğulayıb. Qeyd edək ki, Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Kiyevə hərbi yardımı dayandırmaq qərarı şəraitində müdafiə xərclərini artırmağa və Ukraynaya dəstəyi qoruyub saxlamağa çalışırlar.

İki ailə arasında dava: 3 ölü, 5 yaralı

Türkiyənin Diyarbəkir vilayətinin Çermik rayonunda iki ailə arasında baş verən insident qanla bitib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, qonşu ailələr arasında yaranan mübahisədə daş, dəyənək və silahdan istifadə olunub. Hətta ətrafdakı bir neçə avtomobil də yandırılıb. İnsident zamanı 3 nəfər hadisə yerində ölüb, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Azərbaycanlı ailə övladlığa götürdükləri uşaqlara işgəncə verdi - Foto

Rusiyanın İrkutsk vilayətində azərbaycanlı ailə uşaq evindən götürülən uşaqlara işgəncə verib. Lent.az yerli teleqram kanallarına istinadla bildirir ki uşaq evinin müəllimi işgəncələrdən xəbər tutandan sonra uşaqlar azərbaycanlıların əlindən alınıb. Məlumatlar qəyyumluq orqanına verilib.  “Anar əmi cəza olaraq məni və qardaşımın ombasını evdə qızdırılan radiatorun yanına qoydu. Dedim ki, məni incitdi, amma yenə də ordan ayrılmağa icazə vermədi” - zərərçəkən azyaşlı bildirib. Qeyd olunur ki, Anar bu əməllərini İrkustk şəhərindəki uşaq bağçalarından birində müəllim işləyən anası Durlabika ilə birgə edib. Ana-bala uşaqların əllərini çəngəllə deşərək, qızdırılan radiatorun yanında dayanmağa məcbur ediblər. Yoxlamanın nəticələrinə əsasən, Durlabika və oğlu Anardan qəyyumluq dərhal  alınıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 117-ci maddəsilə cinayət işi başlanıb. Qeyd olunur ki, hazırda uşaqlar başqa ailədədir.

Üzərinə hasar uçan 20 yaşlı qız öldü

Yevlaxda üzərinə daş hasar uçan 20 yaşlı qız ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "İnternat məktəbi" adlanan ərazisində qeydə alınıb. Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Nərmin Rafiq qızı Hüseynova aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Satıcını bıçaqla hədələyib, kassa aparatını ələ keçirdi

Bakının Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Nazirə hücum edildi: burnu sındı

Serbiyanın Novi-Sad şəhərindəki etirazlar fonunda ölkənin mədəniyyət naziri Nikol Selakoviçə hücum edilərək onun burnu sındırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç İnstaqram hesabında məlumat paylaşıb. "Onlar, həmçinin nazir Selakoviçə bu gün axşam hücum ediblər və düşünürlər ki, problemi həll ediblər. Onlar, sadəcə olaraq, bu ölkədə demokratiya haqqında nə düşündüklərini və onlardan fərqli düşünən insanlara necə yanaşacaqlarını bir daha göstərdilər" , - deyə o yazıb. Xatırladaq ki, martın 7-də Novi-Sadda tələbələr etiraz yürüşü keçiriblər, xeyli sayda vətəndaş onlara qoşulub. 2024-cü il noyabrın 1-də dəmiryol vağzalında talvarın uçması nəticəsində 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə etirazlar başlayıb.

Sabah 20 dərəcə isti olacaq

Martın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Çərşənbə tonqalında yanan azyaşlı öldü

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Vətən müharibəsi iştirakçısı vəfat etdi

44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib. Sozcu.az xəbər verir ki, faktı Tovuz Rayon İcra Hakimiyyətindən Oxu.az-a təsdiqləyiblər. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib. Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib.

Bakının 9 mikrorayonu, “Vorovski” qəsəbəsi və Nərimanov rayonu susuz qaldı – Böyük qəza

Qəza baş vermiş boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bu səbəbdən işin icrasının 8 mart tarixinə qədər davam etdirilməsi zərurəti yaranıb. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovksi” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb. Sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Türkiyə buna görə İranı bombalaya bilər - Sohtaoğlu

Qarşıdakı payız aylarında ya ABŞ-ın iştirakı ilə və ya onsuz İsrailin İranın nüvə bazalarına hava hücumları etməsi gözləniləndir və 2025-ci ildə İran dünyada barəsində ən çox danışılan ölkə olacaq. Sozcu.az xəbər verir ki, bunu türkiyəli siyasi şərhçi Mete Sohtaoğlu “Haber Qlobal” televizya kanalındakı çıxışında deyib. “İran öz torpaqlarında PKK və PJAK terror təşkilatlarına ev sahibliyini davam edəcəyi təqdirdə Türkiyə hava qüvvələri İraqın şimalında Pəncveyn bölgəsində olduğu kimi, terrorçuların İranın şimal qərbindəki yerləşən bazalarını da bombalaya bilər”, - o bildirib. Sohtaoğlu İranda iqtisadi problemlərə, xüsusən elektrik kəsintiləri səbəbindən yenidən başlayan narazılıq və gərginliyə diqqət çəkərək, Tehranın terror təşkilatlarına dəstəyini kəsmədiyi təqdirdə daha ciddi təpkilərlə qarşılaşacağını söyləyib.

"Azpetrol"da avtomobil partladı

Lökbatan qəsəbəsində "Azpetrol" yanacaq doldurma məntəqəsində avtomobil yanıb. Sozcu.az "unikal"a istinadən xəbər verir ki, "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış qaz balonunun partlaması nəticəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı nazirliyin "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub: "Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində "Chevrolet Cobalt" markalı avtomobildə baş verən yanğın söndürülüb. Ətrafdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub".

Müəllimləri təhqir edən direktorun səsyazısı yayıldı - VİDEO

Müəllimləri təhqir etdiyi deyilən 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səs yazısı üzə çıxıb. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, səs yazısında direktorun müəllimlərdən pul yığdığı məlum olub. Belə ki, o, müəllimlərə hər bir şagirddən 100 manat yığmağı tapşırıb. Səsdən aydın olur ki, pulu yığa bilməyən müəllimə töhmət verilib. Səs yazısını təqdim edirik:

Zəlzələ ilə bağlı VACİB AÇIQLAMA – Alimlər araşdırmağa başlayıb

Alimlər Günəşdə baş verən partlayışların və geomaqnit qasırğalarının Yerə təsiri barədə müxtəlif ehtimallar irəli sürür və bu istiqamətdə elmi tədqiqatlar aparırlar. Bəzi araşdırmalar bu hadisələrin planetimizdə geodinamik proseslərə müəyyən dərəcədə təsir edə biləcəyini göstərsə də, bu əlaqənin nə dərəcədə güclü olduğu və zəlzələlərə birbaşa təsir edib-etmədiyi hələ dəqiq sübut olunmayıb. Əgər Günəş aktivliyinin Yer kürəsindəki təbii fəlakətlərə səbəb olduğu ehtimal edilirsə, bu, elmi fakt kimi qəbul edilə bilərmi? Günəşdə baş verən dəyişikliklərin zəlzələ riskini artırdığı doğrudurmu? Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bu mövzu haqda Yenisabah.az-a danışıb: “Günəşdə baş verən partlayışlar və geomaqnit qasırğaları təbii olaraq Yer səthinə müəyyən təsir göstərir. Bu istiqamətdə müxtəlif elmi tədqiqatlar aparılır. Bəzi mütəxəssislər Günəşdəki bu cür hadisələrin planetimizdəki təbii fəlakətlərə təsir edə biləcəyini ehtimal edirlər. Məsələn, geodinamik proseslərdə millimetr səviyyəsində dəyişikliklər müşahidə oluna bilər. Əgər hansısa seysmik ocaqda aktivlik yaranırsa, geomaqnit qasırğası bu prosesi daha da sürətləndirə bilər”.  Q.Babayev vurğulayıb ki, zəlzələ ilə bağlı öncədən dəqiq məlumat əldə etmək mümkün deyil: “Bununla belə, bu ehtimalları sübuta yetirilmiş fakt kimi deyil, fərziyyə kimi qəbul etmək daha məqsədəuyğundur. Günəş aktivliyi ilə zəlzələlər arasında əlaqə ola biləcəyini demək mümkündür, lakin onların birbaşa səbəb-nəticə əlaqəsinə malik olduğunu iddia etmək elmi baxımdan hələlik əsaslandırılmayıb. Başqa sözlə, Günəşdə aktivlik artdıqdan sonra mütləq şəkildə zəlzələ baş verəcəyini gözləmək doğru olmaz.  Bu sahədə araşdırmalar davam edir, süni intellektin tətbiqi üzərində iş aparılır. Lakin zəlzələnin konkret başvermə yeri, maqnitudası və dərinliyi barədə əvvəlcədən dəqiq proqnoz vermək hələlik mümkün deyil”.

Vardanyan azərbaycanlılara təşəkkür etdi: “Sülhə çağırıram”

500 gündən çoxdur ki, Bakıda həbsdə olan qondarma “Dağlıq Qarabağ Respublikası”ın “keçmiş dövlət naziri” Ruben Vardanyan Cənubi Qafqazda həqiqi birgəyaşayış üçün zəmin yaradacaq, ləyaqətə söykənəcək fundamental bəşəri dəyərlərə əsaslanan sülhün tərəfdarıdır. “Public Radio of Armenia”da gedən xəbərdə belə deyilir. Həmin xəbərin davamını təqdim edirik: “Vardanyan ailəsi vasitəsilə Bakı təcridxanasından audiomüraciət göndərərək, telefon danışığının lentə alınmasını və ictimaiyyətə çatdırılmasını xahiş edib. O, “həqiqi, sabit, uzunmüddətli sülhə – təkcə kağız üzərində deyil, davamlı və bütün insanlar tərəfindən riayət olunan sülhə” çağırır. Vardanyan dəstəyə görə hər kəsə təşəkkür edir, səhhəti barədə danışır, yaxınlarından üzr istəyir. O, keçdiyi yoldan söhbət açır, aclıq aksiyasının məhkəməyə etiraz olduğunu bildirir, hüquqi prosesin qanun çərçivəsində aparılmasını tələb edir. Ruben Vardanyan məhkəməni bütün ermənilərə qarşı iş kimi səciyyələndirir və xəbərdarlıq edir ki, Azərbaycan bununla dayanmayacaq. O, incitdiyi hər kəsdən bağışlanmasını arzulayır və “Dağlıq Qarabağ”da edə bilmədiklərinə görə üzr istəyir. Ruben Vardanyan Artsax xalqına minnətdarlığını bildirir və regionda əldə olunan nailiyyətləri etiraf edir. O, insanları pisliyi yaymamağa çağırır. Bunun iğtişaşlara və millətlərarası qarşıdurmalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edir. O, həmçinin bəzi azərbaycanlılara humanist rəftarlarına görə təşəkkür edir. Vardanyan davamlı sülhün bərqərar olacağına və Ermənistanda millətin gələcəyini düşünən elitanın meydana çıxacağına ümid etdiyini bildirir. Vardanyan erməniləri müsbət dəyərlərə sadiq olmağa çağırır, özü ilə barışdığı üçün həbsxanada da xoşbəxt olduğunu bildirir və hər kəsi ümidsizliyə qapılmaqdan çəkindirir, bunu ən böyük günah adlandırır”. Bugünlərdə Bakıda keçirilən məhkəmədə Ruben Vardanyanın votsap yazışmaları gündəmə gəldi. Onun terrorçu dəstlərlə əlaqələri üzə çıxdı. Əminliklə demək olar ki, məhz bu amil Ruben Vardanyanı yenidən humanizmə tərəf yönləndirib, sülhə çağırış etməyə əsas yaradıb. Ruben Vardanyan başa düşüb ki, vəziyyət son dərəcə acınacaqlıdır. Ancaq bu vəziyyətdən uduşla da çıxmaq olar. Bunun üçün isə rəsmi Bakı ilə bəribaşdan anlaşmaq lazımdır... Elbəyi Həsənli, Sürix

“Lukoyl”da ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar

Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Maşınlara vurulan yanacağın həcmini müxtəlif üsullarla azaldır, yaxud digər vasitələrdən istifadə edirlər. Şəxsən özüm bir neçə dəfə “Lukoyl” yanacaqdoldurma məntəqəsində qanun pozuntusu, fırıldaqla rastlaşmışam. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında deyib. Onu sözlərinə görə, ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar: “Ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır, həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir, davam edir, eyni pozuntular bu gün də baş verməkdədir”. Deputat bildirib ki, digər pozuntu isə müxtəlif yanacaqdoldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlıdır: “Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 km fərq edir? Ona görə ki benzin vurularkən oğurluğa yol verilir, bu rəqəm isə gündə on tonlarla ölçülür. Mən aidiyyəti qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram”.

Temperatur 22 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Ehtiyata buraxılan hərbçilərə formaları ilə bağlı QADAĞA

Ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarını hansı günlərdə daşıya biləcəklərinə dair qaydalar müəyyənləşir. Sozcu.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Təklif edilən dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər. Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Silahlı Qüvvələrdən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə yetirilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Silahlı Qüvvələr hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

8 martın əvəzində hansı gün iş olmayacaq? - Rəsmi QƏRAR

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Əmək Məcəlləsinə əsasən, Azərbaycanda 8 Mart tarixi həmişə qeyri-iş günü olub. Builki 8 Mart tarixi şənbəyə təsadüf etdiyindən 10 mart (bazar ertəsi) da istirahət günü elan olunmalıydı. Lakin Nazirlər Kabinetinin 8 mafrtla bağlı hər hansı qərarı verilmədi. Yəni 10 mart adi qaydada iş günü olacaq. Sozcu.az-ın məlumatına görə, əvəzində 10 mart tarixinin yerinə 27 mart qeyri-iş günü elan olunub. Belə ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərarında deyilir: “İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilsin”. Beləliklə, ölkəmizdə ardıcıl 12 gün - martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir. Həmin tarixlərdə həm Novruz bayramı, həm də Ramazan bayramı (30-31 mart) qeyd olunacaq. Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

Mask 111 milyard dollar itirdi

İlon Maskın sərvəti 2024-cü il dekabrın 17-dən indiyədək 110,8 milyard dollar azalaraq, 353,2 milyarda düşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Bildirilib ki, azalmaya səbəb “Tesla” səhmlərinin ucuzlaşmasıdır. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda “Tesla” səhmləri 15% ucuzlaşıb. Qeyd edək ki, Maskın şirkətinin ABŞ-ın tarifləri səbəbindən böyük itkilərə məruz qalacağı vurğulanır, çünki Çin “Tesla” elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır, istehsalda isə Kanadadan hissələr idxal edilir.

Aİ-nin Ukraynaya yardımının artırılmasını Macarıstandan başqa bütün ölkələr təsdiqləyib

Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının artırılması və Aİ-nin hərbləşdirilməsi planı birliyin 27 ölkəsindən 26-sı tərəfindən bəyənilib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Brüsseldə keçirilən fövqəladə təhlükəsizlik sammiti çərçivəsində avropalı mənbə bildirib. "Ukraynaya yardım və Aİ-nin yenidən silahlanma planı İttifaqın 27 ölkəsindən 26-sı tərəfindən dəstəkləndi", -diplomat deyib. O, Macarıstanın hələlik bitərəf qaldığını qeyd edib. Diplomat vurğulayıb ki, sammitdə müzakirələr hələ davam edir.

ABŞ-nin maliyyə naziri: Rusiyaya qarşı yeni sanksiyalara tərəddüdsüz hazırıq

ABŞ Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olmaq üçün zəruri olacağı təqdirdə tərəddüd etmədən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olacaq. Sozcu.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent deyib. “Hazırkı administrasiya sanksiyaları saxladı və əgər bu, sülh danışıqlarına təsir göstərməyə kömək edərsə, heç bir şeydən çəkinməyəcək”, - o deyib. Nazir bildirib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə dərhal, maksimum effekt əldə etmək üçün sanksiyalardan açıq və aqressiv şəkildə istifadə olunacaq”. Bessentin sözlərinə görə, ABŞ bununla belə məhdudlaşdırıcı tədbirlərin nəzərdə tutulan məqsədlərinə çatmasını təmin etmək üçün tətbiq olunan məhdudiyyətləri diqqətlə izləyəcək.

Türkiyədə silahlı hücum zamanı 5 nəfər xəsarət alıb

Türkiyənin Çorum şəhərində 35 yaşlı H.C. qəhvəxanaya silahlı basqın edib. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 22:00 radələrində baş verib. Qeyd edilir ki, silahlı şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım cəlb edilib. Yaralılar şəhərin ayrı-ayrı xəstəxanalarına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis silahlı hücumu həyata keçirən şəxsin saxlanılması üçün geniş miqyaslı əməliyyata başlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Rusiyada hərbi və mülki avtobusların toqquşması nəticəsində 6 nəfər ölüb

Rusiyanın Belqorod vilayətində hərbi və mülki avtobusların toqquşması nəticəsində 6 nəfər ölüb, daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilib ki, ölənlər arasında hərbçilər yoxdu. Bildirilib ki, hadisə yerində Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Zelenski Ukrayna və ABŞ nümayəndələrinin görüşəcəyini təsdiqləyib

Ukrayna və Amerika nümayəndə heyətləri gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib. Dövlət başçısı qeyd edib ki, o martın 10-da Səudiyyə Ərəbistanına səfər edəcək, Krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşəcək.

Çilidə 6,2 bal gücündə zəlzələ baş verib

Çilinin şimalındakı Antofaqasta bölgəsində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, təbii fəlakətin episentri 309 min nəfər əhalisi olan Antofaqasta şəhərindən 140 km şimal-şərqdə yerləşib. Episentr 93 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Daha bir körpə doğuş zamanı öldü

Tovuzda doğuşda körpə ölümü baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerlədirilib. Körpə doğuşda ölüb. Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Terrorçuların silahı yerə qoyması qaçılmazdır - CHP-dən REAKSİYA

PKK terror təşkilatının silahı yerə qoyması qaçılmazdır. Bunu Modern.az-a açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Yankı Bağcıoğlu deyib. O söyləyib ki, poroses şəffaf aparılmalıdır. Sədr müavini qeyd edib ki, PKK terror təşkilatı Türkiyə Silahlı qüvvələri və təhlükəsizlik əməkdaşlarının uğurlu fəaliyyətləri ilə zərərsizləşdirilib və hərəkət edə bilməyəcəyi vəziyyətə salıb. "Silahın yerə qoyulması qaçılmazdır. Ancaq atəşkəs iki qanuni dövlət arasında baş tutur. Terror təşkilatı atəşkəs etməz, silahı yerə qoyar. Bu prosesin qəti olaraq şəffaf şəkildə Türkiyə Böyük Millət Məclisinin nəzarəti altında aparılmasını istəyir, tələb edirik. İctimai konsensus olmalıdır. Xüsusilə də, şəhid ailələri və qazilərimizin üzünə baaxa bilməyəcəyiizi heç bir prosesin içərisində olmayacağımızı elan edirik. Necə bir proses aparılacaqsa, şəhid və qazilərin həmin prosesin içərisində olmağını istəyirik", - Bağcıoğlu bildirib. Y.Bağcıoğlu vurğulayıb ki, Suriyada mövcud olan YPG/PYD-nin Türkiyəyə təhdid yaratmayacağı şəkildə zərərsizləşdirilməsi milli  təhlükəsizlik baxımınndan vacibdir: "YPG/PYD-yə yönəlik tədbirlərin alınmadıgı bir proses əvvəldən kadük halına gələcək. 102 ildir ki, cümhuriyyətin, dövlətin birliyi, ölkəsinin bütövlüyünün sığortası Cümhuriyyət Xalq Partiyasıdır. Konstitusiyanının dəyişilməsi təklif belə edilə bilməyən 4 maddədən əlavə digər kojnstitusiya maddələrinin dəyişməsinin əleyhinəyik".

2030-cu ildə Ramazan ayı iki dəfə qeyd olunacaq

2030-cu il müsəlman dünyasında nadir bir hadisə ilə yadda qalacaq. Sozcu.az xəbər verir ki, həmin il Ramazan ayı iki dəfə – yanvar və dekabr aylarında qeyd olunacaq. Bunun əsas səbəbi hicri təqvimin günəş təqvimindən daha qısa olmasıdır. Ay təqviminə əsaslanan hicri ili günəş ili ilə müqayisədə təxminən 10-11 gün daha qısadır. Nəticədə, Ramazan hər il bir qədər irəliləyir və təxminən hər 33 ildə bir dəfə eyni il ərzində iki dəfə yaşanır. 2030-cu ildə ilk Ramazan 5 yanvar - 3 fevral, ikinci Ramazan isə 26 dekabr - 24 yanvar 2031 tarixlərinə təsadüf edəcək. Bu o deməkdir ki, müsəlmanlar həmin il iki dəfə oruc tutacaq . İslam tarixində bu hadisə nadir hallarda baş verir və müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Din xadimləri bu vəziyyətin müsəlmanlar üçün sınaq və savab qazanmaq üçün böyük fürsət olduğunu bildirirlər. İki dəfə oruc tutmaqla bağlı fərqli fikirlər mövcuddur. Bəzi insanlar bunu çətin sınaq kimi görsə də, bir çoxları üçün bu, mənəvi cəhətdən daha çox ibadət etmək imkanı yaradır.

Britaniya Ukrayna ilə saziş bağladı - Kiyevə 2 milyard dollar veriləcək

Britaniya Ukrayna ilə yeni iqtisadi saziş imzalayıb. Bu müqaviləyə əsasən, Kiyev hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olmaqla, hərbi tədarük üçün 2 milyard dollar alacaq. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmer bildirib. Ayrılan məbləğ 5000-dən çox hava hücumundan müdafiə raketinin alınması üçün kifayət edəcək, deyə Baş nazir Starmer ətraflı şəkildə bildirib. Müqavilə Böyük Britaniyanın da xeyrinə olacaq. Xüsusilə İngiltərənin müdafiə sənayesi sektorunda bu raketlərin istehsalı üçün yeni iş yerləri açılacaq.

Avropa liderləri yenidən bir arada - Türkiyə də prosesə cəlb edilir

Bu gün Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları Brüsseldə xüsusi zirvə toplantısında bir araya gələcək. Sozcu.az xəbər verir ki, iclasın əsas müzakirə mövzularından biri Avropanın müdafiə siyasəti, digəri isə Ukraynaya dəstək məsələsidir. Aİ uzun müddətdir müdafiə sahəsində daha müstəqil və güclü olmağı hədəfləyir. Lakin indiyədək bu istiqamətdə ciddi addımlar atılmayıb. Zirvə çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen tərəfindən təqdim edilən 800 milyard avroluq "Avropanı Yenidən Silahlandırma" paketi geniş müzakirə olunacaq. Bu paketin bir hissəsi olaraq 150 milyard avro məbləğində ortaq borclanma təklif edilir. Məqsəd hava və raket hücumlarından müdafiə, artilleriya sistemləri, raketlər, sursat və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin maliyyə yükünü azaltmaq və üzv ölkələr arasında koordinasiyanı artırmaqdır. AO 2022-ci ildən bəri Ukraynaya ABŞ-la birlikdə hərbi və iqtisadi dəstək verirdi. Lakin ABŞ-ın bu siyasəti dəyişdirməsi, hərbi yardım və kəşfiyyat məlumatlarının paylaşımını dayandırması Avropa liderlərini çətin vəziyyətə salıb. Brüsseldəki toplantıda liderlər yeni reallıqları dəyərləndirəcək və Ukraynaya uzunmüddətli hərbi və siyasi dəstək vermək üçün strategiyalar müəyyən edəcəklər. Eyni zamanda, müharibənin gələcək ssenariləri də müzakirə olunacaq: - Sülh danışıqlarının mümkünlüyü - Danışıqlar başlasa, atəşkəsin əldə olunma ehtimalı - Atəşkəsdən sonra Avropanın rolu və mümkün təhlükəsizlik zəmanətləri - Potensial sülh sazişindən sonra yaranacaq geosiyasi vəziyyət Bu məsələlər hələ tam aydın olmasa da, mövcud şərait onların müzakirəsini qaçılmaz edir. Aİ Ukrayna və müdafiə məsələləri ilə bağlı yeni yanaşma çərçivəsində Türkiyə ilə münasibətlərində də fərqli mövqe sərgiləyir. Zirvə sonrası Aİ Şurasının Prezidenti Antonio Costa, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyə, Böyük Britaniya, İslandiya və Norveçi videokonfrans vasitəsilə məlumatlandıracaq. Həmçinin, bu ölkələrin mövqeyi də dinləniləcək.

Tusk Rusiya sərhədinə ordu yeridilməsini tələb edir

Polşanın Baş naziri Donald Tusk Rusiya ilə sərhəddə Avropa qoşunlarının mövcudluğunun artırılmasının nəzərdən keçirilməsini təklif edib. Sozcu.az xəbər verir ki, Tusk bu barədə AB-nin Brüsseldə keçirilən sammitindən əvvəl deyib. “Rusiya və Belarusla sərhədlərdə Avropa və NATO qoşunlarının mövcudluğunun artırılmasının zəruriliyindən də danışacağam”, - o bildirib.

Məktəb direktorları kütləvi “bülleten” açdırıb: Maraqlı SƏBƏB

Artıq 8 Mart – Beynəlxalq Qadınlar Gününə cəmi iki gün qalıb. Hər il olduğu kimi, bu il də məktəblərdə şagirdlərdən pul yığımı məsələsi geniş müzakirə olunur. Sosial şəbəkələrdə və valideynlər arasında bəzi təhsil ocaqlarında bayram münasibətilə məcburi pul yığılması ilə bağlı müxtəlif şikayətlər səslənir. Valideynlərdən bəziləri iddia edir ki, bununla bağlı məktəb rəhbərliyi tərəfindən təzyiqlə qarşılaşıblar. Elm və Təhsil Nazirliyi isə dəfələrlə belə halların yolverilməz olduğunu vurğulasa da, görünən odur ki, məsələnin tam qarşısını almaq hələ də mümkün olmayıb. Yenisabah.az xəbər verir ki, hazırda məktəblərdə başqa bir diqqətçəkən proses də gedir. Saytın etibarlı mənbədən əldə etdiyi məlumata görə, ölkə üzrə məktəb direktorlarının təxminən 70 faizi xəstəlik vərəqəsi (“bülleten”) açdıraraq işdən müvəqqəti uzaqlaşıb. Səbəb isə qarşıdakı yoxlamalardan yayınmaqdır. Mənbənin iddiasına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bəzi əməkdaşları yaxın münasibətləri olan məktəb direktorlarına bülletenə çıxmağı tövsiyə ediblər. Direktorların nəzərinə çatdırılıb ki, yaxın günlərdə ciddi yoxlamalar və kadr dəyişiklikləri gözlənilir, buna görə də bülletenə çıxmaq məsuliyyətdən yayınmaq üçün ən yaxşı üsuldur. Mənbə bildirir ki, artıq çox sayda məktəbdə bu hallar qeydə alınıb və prosesin daha geniş miqyasda davam etdiyi ehtimal edilir. Direktorların vəzifələrindən müvəqqəti uzaqlaşmalarına baxmayaraq, onlar məktəbləri onlayn idarə etməyə çalışırlar və əməkhaqqılarının kartlarına köçürülməsi davam edir. Bu vəziyyət isə məktəblərdə idarəçilik sistemində xaos yarada bilər. Məlumatda o da qeyd olunur ki, 8 martdan sonra Elm və Təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə məktəb direktorlarına qarşı “təmizləmə əməliyyatı” aparılacaq. Bunun nə formada həyata keçiriləcəyi və konkret hansı tədbirlərin görüləcəyi barədə ətraflı məlumat yoxdur. Lakin gözlənilən yoxlamaların məktəblərdə ciddi struktur dəyişikliklərinə və bəzi direktorların işdən uzaqlaşdırılmasına səbəb ola biləcəyi ehtimal edilir. Xatırladaq ki, bir neçə gün öncə Bakının Pirallahı rayonundakı 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun müəllimlərlə mübahisəsinin yer aldığı səs yazısı yayılıb. İddialara görə, direktor müəllimlərin ona ad günü üçün aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və pedaqoji heyəti təhqir edib. Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi araşdırma aparıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə onu vəzifəsindən azad edib. Agentlik təhsil müəssisələrində neqativ halların yolverilməz olduğunu bəyan edib. Son zamanlar məktəb rəhbərləri ilə bağlı narazılıqların artması fonunda bu hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Azərbaycanda ehtiyatda olan hərbçilər orduya çağrıldı

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir. Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

Ərdoğanın baş müşaviri Məhəmməd Əmin Rəsulzadədən danışdı

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu lideri Məhəmməd Əmin Rəsulzadəni rəhmət, sayğı və minnətdarlıqla yad edirik. O, siyasətçi və dövlət xadimi, jurnalist, yazıçı, azadlıq mücahidi və mütəfəkkirdir, türk dünyasının böyük oğludur. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu deyib. Türkiyə rəsmisi Rəsulzadənin bu sözlərindən sitat gətirib: “Türkəm və bu baxımdan özümü xoşbəxt hiss edirəm”. Yalçın Topçu daha sonra AXC lideri ilə bağlı bildirib: “Artıq onun “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan” və “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərini yerinə yetirən can Azərbaycanın qəhrəman xalqı Qarabağı erməni işğalından azad edib. Böyük Atatürk 1918-ci il mayın 28-də ona göndərdiyi mesajında demişdi: “Mən səndən üç il əvvəl doğulmuşam. Ancaq türk dünyasında türk bayrağını sən qaldırdın və bu bayraq enməsin deyə, mən onu sənin əlindən alıb Türkiyə üzərində dalğalandırdım. “Bu bayraq enməz” demisən, enməyəcək”. Xatırladaq ki, bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatından 70 il ötür.

“Kişilərin özlərini arvad kimi aparması xəstəlikdir”

Baku TV-nin "Qapqara" verilişinin buraxılışında tibb elmləri namizədi Rəşid Mahmudov maraqlı açıqlama verib. O, bildirib ki, kişilərin özlərini qadın kimi aparması xəstəlikdir: "Qadınlarda və kişilərdə estrogen və testosteron hormonları ifraz olunur. Bunlar həm qadınlarda, həm də kişilərdə mövcuddur. Qadınlarda estrogen çox, testosteron isə azdır. Lakin kişilərdə estrogen az, testosteron çoxdur. Kişilərin cinsi orqanında testosteronla yanaşı, estradiol da ifraz olunur. O, çoxalmağa başlayanda kişilər özlərini qadın kimi aparırlar. Bu isə xəstəlikdir. Ancaq həmin hormonun səviyyəsini aşağı salmaq mümkündür".

Gəncədə ana və körpəsi doğuş zamanı öldü

08:16 Gəncədə 41 yaşlı qadın və körpəsi doğuş zamanı ölüb. Sozcu.az xəbər verir ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Z.Yusifova Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib. Faktla bağlı araşdırma aparılır. *** Gəncədə 41 yaşlı hamilə qadının ilkin ölüm səbəbi açıqlanıb. TƏBİB-dən bildirilib ki, bu gün səhər saat 05:00 radələrində 1984-cü il təvəllüdlü qadın ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub. Qeyd olunub ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Bakıda tıxac: işıqforlara “yaşıl dalğa” əmri verildi

38 küçə və prospekt üzrə işıqforlara “yaşıl dalğa” əmri verilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur. Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da ( şəhərə giriş-çıxış yolları) təsir edir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hansı tədbirlər görülüb? Mərkəz tərəfindən nəqliyyat intensivliyini artırmaq məqsədilə 38 küçə və prospekt üzrə işıqforlara “yaşıl dalğa” əmri verilib. Zəruri tədbirlərin görülməsi üçün mütəmadi yol polisi əməkdaşları ilə informasiya mübadiləsi aparılıb. Nəqliyyat intensivliyini artırmaq məqsədilə bu küçə və prospektlərdə işıqforlara “yaşıl dalğa” əmri verilib: 1. S.Vurğun küçəsi; 2. A.Bakıxanov küçəsi; 3. M.Müşfiq küçəsi; 4. Mehdi Hüseyn küçəsi; 5. Ş.Bədəlbəyli küçəsi; 6. M.Füzuli küçəsi; 7. R.Behbudov küçəsi; 8. K.Rəhimov küçəsi; 9. 28 May küçəsi; 10. Ü.Hacıbəyli küçəsi; 11. Y.Səfərov küçəsi; 12. A.Cəlilov küçəsi; 13. Ak.Həsən Əliyev küçəsi; 14. Gülarə Qədirbəyova küçəsi; 15. İstiqlaliyyət küçəsi; 16. C.Hacıbəyli küçəsi; 17. Ə.Ağaoğlu küçəsi; 18. Vaqif küçəsi; 19. Ə.Dəmirçizadə küçəsi; 20. Nəsib bəy Yusifbəyli küçəsi; 21. Y.V.Çəmənzəminli küçəsi; 22. M.Araz küçəsi; 23. Nazim Hikmət küçəsi; 24. M.Mehdizadə küçəsi; 25. Nizami küçəsi; 26. Süleyman Rəhimov küçəsi; 27. Tbilisi prospekti; 28. 8 Noyabr prospekti;29. Q.Qarayev prospekti; 30. İnşaatçılar prospekti; 31. Neftçilər prospekti; 32. Z.Əliyeva prospekti; 33. Azadlıq prospekti; 34. Azərbaycan prospekti; 35. Xətai prospekti; 36. Atatürk prospekti; 37. Parlament prospekti; 38. F.Xoyski prospekti.

Rusiyada bazara BASQIN: miqrantlar komissarlığa aparıldı

Rusiya İstintaq Komitəsinin Çebarkul qarnizonu üzrə hərbi idarəsinin müstəntiqləri Çelyabinsk vilayətinin Çebarkul şəhərinin ticarət pavilyonlarında reyd keçirib. Sozcu.az yerli KİV-ə istinadla bildirir ki, tədbir zamanı bir müddət əvvəl Rusiya pasportu alsa da, hərbi qeydiyyatdan keçməyən miqrantlar müəyyən edilib. Beş nəfər hərbi komissarlığa aparılıb. Onlara müqavilə üzrə xidmət şərtləri barədə də məlumat verilib. Qeyd edək ki, ötən ilin dekabrında Sankt-Peterburqda ərzaq anbarına basqından sonra 24 nəfər hərbi komissarlığa aparılıb. Tədbirlər zamanı əcnəbilər də daxil olmaqla 350-dən çox vətəndaş yoxlanılıb. Bundan əvvəl Yekaterinburqda, Koltsovo hava limanında hərbi müstəntiqlər bir müddət əvvəl Rusiya vətəndaşlığını almış miqrantlara qarşı reyd keçiriblər. Hərbi komissarlıqda qeydiyyatdan keçməyən hər kəsə çağırış vərəqəsi verilib.lent)

Bu ərazilər susuz qalacaq

Naxçıvan şəhərinin bəzi kəndlərində içməli suyun verilişində fasilə yaranacaq. Sozcu.az bildirir ki, Naxçıvan şəhərinin Bulqan, Qaraçuq, Qaraxanbəyli kəndlərində təzyiqqırıcıda nizamlama işlərinin aparılması ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq. Bu gün saat 10:00-dan başlayacaq təmir-bərpa işlərinin saat 12:00-da yekunlaşacağı planlaşdırılır. Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

Buraxılış imtahanı bu tarixdə keçiriləcək

DİM martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Martın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux,Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan,Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayılda (M.Mehdizadə adına məktəb) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 9-da Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərin, H.Əliyev və C.Naxçıvanski adına hərbi liseylərinin şagirdləri də imtahan verirlər. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 26-dan etibarən çap edib götürə bilirlər. Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb. Martın 9-da keçiriləcək imtahanda 58732 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Tramp Vaşinqton merinə evsizlərin çadırlarını yığışdırmağı əmr edib

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun meri Muriel Bouzerə evsizlərin çadırlarını şəhərdən yığışdırmağı əmr edib. Sozcu.az xəbər verir ki, bu haqda dövlət başçısı “Truth” sosial şəbəkəsində məlumat verib. “Biz Vaşinqton merinə xəbərdarlıq göndərmişik ki, o, evsizlərin şəhərdə qurduğu bütün düşərgələri, xüsusən də Dövlət Departamentinin binası və Ağ Evin yaxınlığındakı düşərgələri təmizləsin. Əgər o bunu edə bilməzsə, biz onun üçün bunu etməyə məcbur olacağıq! Vaşinqton, təmiz və təhlükəsiz olmalıdır! Biz böyük paytaxtımızı bir daha fəxr etmək istəyirik.", - Tramp yazıb.

Ali Məhkəmə Trampa 2 milyard dollarlıq xarici yardım ödənişlərinin dayandırılmasında imtina edib

ABŞ Ali Məhkəməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının xarici tərəfdaşlara təxminən 2 milyard dollar yardım ödənişlərinin bərpasını ləğv etmək cəhdini təmin etməyib. Sozcu.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərində qeyd olunub. Bildirilib ki, Ali Məhkəmənin beş hakimi, o cümlədən sədr Con Roberts imtinaya səs verib, dörd hakim isə bunun əleyhinə çıxıb. Söhbət Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) xətti ilə artıq göstərilmiş xidmətlər və işlər üçün ödənişlərdən gedirdi. Xatırladaq ki, yanvarın 25-də “Politico” qəzeti dövlət katibi Marko Rubionun xarici yardım proqramlarının, demək olar, hamısının maliyyələşdirilməsini 90 gün müddətinə dərhal dayandırmağı tapşırdığını yazmışdı. Fevralın sonunda Kolumbiya Dairəsi Federal Məhkəməsi xarici dövlətlərə yardımın bərpasını iki gündən az müddətə təmin etməyi qərara almışdı, lakin Tramp administrasiyası bu qərarı ləğv etməyə cəhd göstərmişdi.

Uolts: ABŞ Ukrayna ilə münasibətlərin bütün aspektlərini yenidən nəzərdən keçirir

ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini yenidən dəyərləndirir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ağ evdə jurnalistlərə bildirib. “Biz bir addım geri çəkildik və ara verdik və bu münasibətlərin bütün aspektlərini yenidən gözdən keçiririk”, – o, Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin hələ də dayandırılıb-dayandırılmaması ilə bağlı suala cavab verərkən qeyd edib. Bununla yanaşı, Uolts ukraynalı həmkarı ilə daha öncə telefonla danışdığını və münaqişənin həlli ilə bağlı danışıqların keçiriləcəyi mümkün platforma və bu danışıqlardakı nümayəndə heyətlərinin tərkibi barədə müzakirə apardığını vurğulayıb: “Növbəti danışıqlar turunun yeri, nümayəndə heyətləri və danışıqların məzmunu ilə bağlı yaxşı müzakirələr aparırıq”. O, son bir sutkada bu sahədəki hadisələrin inkişafından nikbin olduğunu deyib: “Düşünürəm ki, çox yaxında hərəkətlilik görəcəyik”.

Sülh Ukraynanın təslim olması yolu ilə əldə edilə bilməz - Makron

Rusiya bütün Avropa üçün təhdidə çevrilib. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində söyləyib. Makron müraciətini “beynəlxalq vəziyyətlə” əlaqələndirib və fransızların buna “ədalətli şəkildə narahat olduqlarını” qeyd edib. O, ABŞ-nin “Ukraynadakı müharibə mövzusunda mövqeyini dəyişdiyini” və Avropa İttifaqı (Aİ) mallarına gömrük rüsumu tətbiq etməyi planlaşdırdığına diqqət çəkib. “Biz yeni bir eraya qədəm qoyuruq”, – Makron bildirib. O, Rusiyanın Ukraynadakı müharibəni “qlobal münaqişəyə” çevirdiyini və buna Şimali Koreya əsgərləri və İran hərbi texnikası istifadə edərək nail olduğunu qeyd edib. Həmçinin Rusiyanın hərbi potensialını artırdığını deyib. Makronun fikrincə, Avropa ABŞ-nin “bizim tərəfimizdə olmayacağına” hazır olmalıdır. “Kim Rusiyanın Ukraynada dayanacağına inanar? <…> Rusiya artıq Fransaya və Avropaya təhdidə çevrilib. <…> Mənim sizə izah etdiyim vəziyyət elədir və biz bununla məşğul olmalıyıq. Sülhə gedən yol Ukraynasız mümkün deyil. Sülh Ukraynanın təslim olması yolu ilə əldə edilə bilməz. Biz unutmamalıyıq ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum edib. Minskdə atəşkəsə razılaşmışdıq”, – deyə Makron xatırladıb. Makron Fransanın avropalı müttəfiqləri ilə işləmək marağında olduğunu açıqlayıb. Gələn həftə o, “möhkəm sülhün” yaradılmasında iştirak etmək istəyən dövlət başçılarını bir araya gətirəcək. Bu planı Fransa, Ukrayna və digər Avropa tərəfdaşları ilə birgə hazırladığını bildirib. “Ukraynada sülh tez və ya gec əldə olunsa da, Avropa dövlətləri özlərini daha yaxşı qorumaq imkanına malik olmalıdır. Müdafiəmizi gücləndirməliyik. Bu baxımdan, biz NATO-ya sadiq qalsaq da, müstəqilliyimizi gücləndirməliyik. Avropanın gələcəyinə Vaşinqtonda və Moskvada qərar verilməməlidir”, – Makron qeyd edib. Makron həmçinin “Avropa tərəfdaşlarımızla nüvə silahı ilə qorunma mövzusunda müzakirələrə başlamağı qərara aldığını” bildirib. “Hər nə olursa olsun, qərar hər zaman Prezidentin, Silahlı Qüvvələrin Baş Komandanının əlində olacaq”, – deyə dövlət başçısı deyib. “Biz Avropadakı ən effektiv orduya malikik <…> və nüvə cilovlaması imkanlarımız var. Bu bizi qonşularımızdan çox daha yaxşı qoruyur”, – deyə Fransa Prezidenti vurğulayıb.

Ukraynanın cənub-şərqindəki şəhərə raket hücumu olub, ölənlər və yaralananlar var

Ukraynanın Dnipropetrovsk vilayətində yerləşən Krıvıy Rih şəhərinə raket hücumu nəticəsində iki nəfər həlak olub, 29 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə regionun başçısı Serhiy Lısak teleqramda yazıb. Onun sözlərinə görə, 20 yaralı ağır vəziyyətdədir və həkimlər onların həyatı üçün mübarizə aparır. Daha əvvəl Ukrayna Hərbi Hava Qüvvələri cənub istiqamətindən ballistik silah tətbiqi təhlükəsi və adıçəkilən şəhərə doğru yüksəksürətli hədəf barədə xəbərdarlıq etmişdi.

ABŞ və Ukrayna qazıntılar üzrə müqavilənin imzalanması imkanını müzakirə edir

ABŞ Ukrayna ilə faydalı qazıntılara dair razılaşmaların bağlanması imkanını müzakirə edir. Sozcu.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib. “Bu danışıqlar hazırda aparılır”, – Livitt ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskinin Kiyevin müqavilə bağlamağa hazır olduğunu bildirən məktubunu aldıqdan sonra müqavilənin hansı müddətdə imzalana biləcəyi ilə bağlı suala cavab verib. “Mən bu yaxınlarda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu gördüm. O bu məsələ üzərində ciddi çalışır”, – o vurğulayıb və əlavə edib ki, Uolts çərşənbə günü Trampa danışıqların hansı mərhələdə olduğu barədə məlumat verməyi planlaşdırır. Livitt qeyd edib ki, Tramp Rusiya – Ukrayna münaqişəsinə son qoymağa sadiqdir. Onun fikrincə, Volodimir Zelenskinin sosial şəbəkədə paylaşdığı ismarış doğru istiqamətdə müsbət siqnaldır.

İrlandiya Ukraynaya xüsusi təyinatlıları göndərməyi nəzərdən keçirə bilər

İrlandiya, xaricdə hərbi qüvvələrin yerləşdirilməsini sadələşdirən yeni qanun qəbul ediləcəyi təqdirdə, Ukraynaya xüsusi təyinatlıları göndərə biləcək. Sozcu.az xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti yazıb. Təklif olunur ki, bu tədbir Kiyevdəki səfirliyin müdafiəsi üçün qəbul edilə bilər. Söhbət İrlandiya Silahlı Qüvvələrində yüksəkixtisaslı hesab edilən xüsusi hərbi bölmə olan ordu reyncerlərinin göndərilməsindən gedir. “Hökumət orada olan İrlandiya rəsmi şəxslərini qorumaq üçün Kiyevdə xüsusi təyinatlı qoşunların yerləşdirilməsinə imkan verəcək qanunvericilik dəyişikliklərini təsdiqləyib”, – məqalədə qeyd olunub.

Sevindirici qərarlar var: tezliklə biləcəksiniz - Zelenski

Ukrayna və ABŞ nümayəndələri iclas çağırmaq üzərində işlərə başlayıblar. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciəti zamanı deyib. “Bu gün Ukrayna və ABŞ komandaları toplantı təşkil etmək üzrə işlərə başladılar. Andrey Yermak və Mayk Uolts arasında telefon danışığı oldu, müsbət irəliləyiş var. Növbəti həftə ilk nəticələri görəcəyik”, – Ukrayna prezidenti qeyd edib. O, həmçinin martın 6-da Brüsseldə keçiriləcək Avropa Birliyi ölkələrinin növbədənkənar sammitində iştirak edəcəyini də vurğulayıb. “Diplomatik hadisələrin nə qədər sürətlə inkişaf etdiyini hər kəs görür”, – deyə əlavə edib.

Çin ABŞ-la savaşdan qorxmadığını bəyan etdi

Tramp ticarət tariflərini artırdıqdan sonra Çin ABŞ-a qarşı ritorikasını xeyli sərtləşdirdi. Bu gün, martın 5-dən etibarən, ABŞ-dakı şirkətlər Çindən idxala görə əhəmiyyətli dərəcədə daha çox pul ödəməli olurlar.  Tibbi mallar xüsusilə ağır zərbə alacaq: iynələrin rüsumu indi 50%, qoruyucu maskalar üçün - 25% (əvvəllər 7,5%), tibbi əlcəklər üçün - 25% (əvvəllər 7,5%). ABŞ prezidenti Donald Tramp bu tədbirləri fentanil adlı narkotik maddənin Çindən ABŞ-a qaçaqmalçılığı ilə əsaslandırır.  Lakin Çin vəziyyətə çox fərqli baxır və sərt bəyanatlarla cavab verir. Çinin ABŞ-dakı səfirliyi Çin nazirliyinin rəsmisinə istinadən verdiyi açıqlamada, "Fentanil məsələsi ABŞ-ın Çin idxalına tətbiq etdiyi tarifləri artırmaq üçün əsassız bir bəhanədir" dedi.  "Hüquqlarımızı və maraqlarımızı qorumaq üçün cavabımız tamamilə qanuni və zəruridir." “Biz qorxmuruq.  Təzyiq, məcburiyyət və təhdidlər Çinlə mübarizə yolu deyil.  Bizə maksimum təzyiq göstərməyə çalışanlar səhv hədəf seçib, səhv hesablayıblar.  Əgər Birləşmiş Ştatlar həqiqətən də fentanil problemini həll etmək istəyirsə, Çinlə bərabərhüquqlu şəkildə məsləhətləşməlidir”, - hesabatda deyilir. Çin çox sərt bəyanatla yekunlaşdırır: “Əgər Birləşmiş Ştatlar müharibə istəyirsə – istər tarif müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı digər müharibə – biz sona qədər mübarizə aparmağa hazırıq”.

Əlində qumbara partladı - Barmaqları amputasiya olundu

Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub. Bu barədə Sozcu.az -a TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib.

Rəşad Dağlı əfv üçün müraciət edib? - YAXINLARI DANIŞDI

Son günlər mediada qətl törətməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) əfv olunacağı ilə bağlı xəbərlər yayılıb. Sozcu.az xəbər verir ki, Lent.az yayılan xəbərləri dəqiqləşdirməkdən ötrü Rəşad Dağlının yaxınları ilə əlaqə saxlayıb. Yaxınları bildirib ki, Rəşad Dağlı əfv üçün müraciət etməyib. Xatırladaq ki, qətl hadisəsi 2022-ci ilin noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. R.Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Bu rayonlarda əməliyyat keçirildi, saxlanılanlar var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ rayonları ərazilərində baş tutub. Bir neçə gün davam edən tədbirlərin nəticəsi olaraq 29 yaşlı Ruslan Hüseynov müəyyən edilərək saxlanılıb. Onun avtomobilindən 35 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. R.Hüseynov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisindəki əvvəlcədən təyin edilən yerdən götürdüyünü və maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, R.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ölkəboyu fasiləsiz davam etdirilir.

Müsavat fəalını öldürüb, meyitini doğramaqda təqsirləndirilən direktor müavininə cəza istənilib

Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandırıb. O bildirib ki, qətl zamanı istifadə olunan bıçağın yerini polisə özü deyib: "Məndən soruşdular ki, bıçaq hanı? Dedim ki, maşınımdadır. Maşının açarının pencəyimin cibində olduğunu söylədim. Hadisə yerində olan qanı mən təmizləmişdim. Hadisə ilə bağlı heç kimə xəbər verməmişdim. Amma cinayətdən narahat olmuşdum". Daha sonra sənədlər prosesdə tədqiq edilib. Zərərçəkən şəxsin vəkili vəsatət verərək təqsirləndirilən şəxsin ittiham oldunduğu maddələrin ağırlaşdırımasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərək Elsevər İslamovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan sonra zərərçəkənin hüquqi varisi olan bacısı çıxış edib. O, ədalətli hökm verilməsini xahiş edib: "Elsevər İslamov həbsdən çıxmamalıdır. Mən qardaşımın belə öldürülməsini təsəvvür belə edə bilməzdim. O, qardaşımı öldürərək meyiti üzərində ağlasığmaz hərəkətlər edib. Sizdən ədalətli qərar verməyinizi xahiş edirəm". Zərərçəkənin vəkili Nemət Kərimov çıxış edərək istənilən cəzadan narazı olduğunu bildirib: "Təqsirləndirilən şəxs Namiq Mehdini döyüb huşunu itirməsinə səbəb olduqdan sonra onu bıçaqlayaraq öldürüb və bununla da kifayətlənməyərək cinsiyyət orqanını kəsib. Mən hesab edirəm ki, bu, manyaklıqdır. Ona görə sizdən xahiş edirəm ki, ona ömrlük cəza təyin edilsin". Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. Proses martın 17-də davam etdiriləcək. Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub. O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb. Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib. Qətllə bağlı 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan Elsevər İslamova Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) və 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.APA

Neft Emalı Zavodunda YANĞIN

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür. Əlavə məlumat veriləcək. "Unikal" saytı bildirib ki, hazırda zavodun işçiləri təxliyə edilir.

Göygöldə meyiti tapılanlar Kəlbəcər sakinləridir - Yeni DETALLAR

Göygölün Aşıqlı kəndində mənzildən 4 nəfərin meyiti tapılıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, həyatını itirənlər Göygöl rayonunun Aşıqlı kəndində kirayə yaşayırmışlar. Onlar Kəlbəcər rayonunun Qılınclı kənd sakinləri, 1999-cu il təvəllüdlü (26 yaş) Hüseynli Seymur Əşrəf oğlu bacıları, 2000-ci il təvəllüdlü (25 yaş) Hüseynova Münəvvər Əşrəf qızı, 2004-cü il təvəllüdlü (21 yaş) Hüseynova Xatirə Əşrəf qızı, Kəlbəcər rayonunun Laçın kənd sakini, 1990-cı il təvəllüdlü (35 yaş) Müseyibova Səbinə Şaiq qızıdır. Qeyd edək ki, həyatını itirənlərin dəm qazından zəhərləndiyi təsdiqlənməyib. Hazırda hadisə yerində polis əməkdaşları və digər hüquq-mühafizə orqanları işləyir.modern)

Tramp: Zelenskidən vacib məktub aldım, o hazırdır!

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən məktub alıb. Sozcu.az xəbər verir ki, bu barədə Tramp ABŞ Konqresinin hər iki palatasında çıxışı zamanı deyib. Tramp qeyd edib ki, Zelenski məktubda Kiyevin Ukraynadakı vəziyyəti nizamlamaq üçün danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib: “Bu gün Zelenskidən vacib məktub aldım, Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.

Starmer və Makron Zelenski ilə birgə ABŞ-a gedir

Böyük Britaniya Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülh planını təqdim etmək üçün gələn həftə Vladimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırdırlar. Sozcu.az xəbər verir ki, bu barədə “Deyli Meyl” diplomatik mənbələrə istinadla yazıb. “Starmer və Makron Vaşinqtona getməyə hazırdırlar. Zelenski gələn həftə ABŞ Prezidenti Donald Trampa planla bağlı vahid mövqe təqdim edəcək”, - məlumatda qeyd olunub.

Səfərbərliyin rüşvət alan vəzifəliləri saxlanıldı - Rəsmi

Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə yaydığı məlumatda bildirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Aydın oğlu Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Valik oğlu Əzimov və zabiti Emil Ramiz oğlu Nəbiyevin qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Ramin Aydın oğlu Şükürov və Emil Ramiz oğlu Nəbiyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), Xalid Valik oğlu Əzimova isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Müddətli həqiqi hərbi xidmətə çağırış sahəsində vəzifəli və digər şəxslər tərəfindən yol verilən qanunsuzluqların qarşısının alınması, o cümlədən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

Tramp Britaniya və ya Fransanın xeyrinə NATO rəhbərliyinən imtina etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Avropa dövlətlərinin xeyrinə NATO rəhbərliyidən imtina etməyi düşünür. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb. Bildirilib ki,Tramp Britaniya və Fransaya qitənin təhlükəsizliyinə dair daha çox məsuliyyət götürmələri üçün təzyiq edəcək.

Britaniyadan qəzəbli reaksiya – Vens dərhal geri çəkildi

Müsahibədə mən son 20 il və daha çox müddətdə ABŞ-ın yanında cəsarətlə döyüşən Böyük Britaniya və ya Fransanın adını belə çəkməmişəm. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Foks Nyus”a müsahibəsində “30 və ya 40 ildir müharibə aparmayan hansısa təsadüfi ölkədən 20 000 hərbçi”nin Ukraynaya təhlükəsizlik təminatı verməyəcəyi barədə açıqlamasına Britaniyadan sərt reaksiya fonunda sosial şəbəkə hesabında yazıb. “Ancaq etiraf edək ki, bir çox ölkə var ki, döyüş təcrübəsi və ya hərbi texnikası olmadan könüllü olaraq (fərdi qaydada və yaxud publik şəkildə) dəstək verirlər”, - o bildirib. O vurğulayıb ki, onların (Britaniya və Fransa əsgərlərinin – red.) cəsarəti və şücaəti qlobal təhlükəsizliyin təmin edilməsinə, dəyərlərimizin qorunmasına və milli maraqlarımızın müdafiəsinə kömək edib: “Biz Ukrayna üçün davamlı sülhün təmin edilməsinə dair müzakirələri irəli sürərkən milli maraqlarımızı və qlobal təhlükəsizliyimizi necə qoruyacağımıza baxışımızı təzələyəcəyik”. Qeyd edək ki, Vens “Foks Nyus”a müsahibəsində təklif olunan mineral sövdələşmənin Birləşmiş Ştatlara Ukraynada iqtisadi maraq yaradacağı və beləliklə, Kiyev üçün 30 və ya 40 il ərzində müharibə aparmayan bəzi təsadüfi ölkədən gələn 20.000 əsgərdən daha yaxşı təhlükəsizlik zəmanəti olacağını bildirib. Britaniya və Fransa siyasətçiləri isə “30-40 il müharibə aparmayan təsadüfi ölkə” deyərkən, Vensin onları qəsd etdiyini düşünərək, kəskin reaksiya veriblər və ABŞ-ın İraq və Əfqanıstan əməliyyatlarında döyüşdüklərini xatırladıblar. Britaniya və Fransa siyasətçilərinin Vensin sözlərini bu cür qəbul etməsinin səbəbi Ukraynaya bu iki ölkənin sülhməramlı göndərməyə hazır olduğunu bəyan etməsidir.

Onun Putinin tərəfinə keçməsi faciədir - Keçmiş nazir

Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps Tramp administrasiyasının Ukraynaya hərbi yardımı dayandırmaq qərarını faciəvi adlandırıb və bunun qlobal mənfi nəticələrə səbəb ola biləcəyini deyib. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Şapps bu barədə X hesabında paylaşım edib. "Azadlar evi" adlanan Amerika Birləşmiş Ştatlarının diktator Putinlə eyni tərəfdə olması faciəvidir. Bu, ABŞ-ın dünyadakı mövqelərini zəiflədir, Ukraynanın suverenliyini sarsıdır və dünyadakı digər aqressorlara cəsarət verir", – Şapps bildirib. O, Rusiyanın qalib kimi çıxacağı hər hansı "sülh" ssenarisinin təhlükəli olduğunu qeyd edib və Ukraynanın müəyyən ərazilərini itirmək məcburiyyətində qalacağı halda bu prosesin NATO-ya sürətli üzvlüklə kompensasiya edilməli olduğunu vurğulayıb. Qeyd edək ki, Qrant Şapps 2023-2024-cü illərdə Britaniyada Rişi Sunak hökumətində müdafiə naziri vəzifəsini icra edib.

ABŞ Panamanı belə ələ keçirir

ABŞ şirkəti Panama limanlarını satın alıb. Sozcu.az xəbər verir ki, Birləmiş Ştatların “BlackRock-TiL” şirkəti Panamanın Balboa və Kristobal limanlarında səhmlərin 90 fazini ələ keçirib. Bu razılaşmanın 22,8 milyard dollara başa gəldiyi vurğulanır. Saziş Panama hökumətinin təsdiqindən sonra qüvvəyə minəcək. Yekun razılaşmanın aprelin 2-dən gec olmayaraq baş tutacağı bildirilir. Xəbərdə qeyd olunur ki, amerikalılar 23 ölkədə 199 yanalma körpüsünə sahib olan şirkətlərdən daha 43 liman almağı planlaşırıb.

QABİLİYYƏT İMTAHANI

O barmaqları ilə qarşısındakı masanı tıkkıldadıb dedi: - Ritmi hiss etməyə çalış və bədəninin plastikasını bizə göstər. Gözlərini həris-həris qıza zilləyib, dişlərini çöldə qoydu. Az qala ağzının suyu axırdı.  - Yanını burcut, qızım. Ritmi tutmağa çalış! Burnundan başqa heç yerində eyibi olmayan qız, imtahan məmurunun barmaqlarının ritminə uyub, yaxşıca burcutdu.  - Əla! Qəşəng! Xoşuma gəldi. Ritmi yaxşı hiss edirsən. Geyiminə fikir ver. Gözəl ağ baldırların var, topuğunun ağlığından hiss edirəm. Baldırını bir az çöldə qoysaydın, günah olmazdı.  - Müəllim, mən kənddən gəlmişəm. Biz tərəflərdə qısa geyinən qızları qınayırlar. - Hm.m.m.m... Eh! Hansı müəllifin monoloqunu hazırlamısan? Buyur, de, aktyor sənəti üzrə imtahan məmuru səni dinləsin.  - Buyur, qızım. De, monoloqunu, - Mən ölkəmizin xalq artistiyəm. Məni tanıyırsan? “Otello”nu oynamışam! “Qırx quldurbasan” tamaşasında, quldurbaşını oynamışam! Sənə öz yaradıcılığım haqdqa danışsam, bu səhnənin pərdələri illərlə bağlanmaz. Yəqin ki, xəbərdarsan - Üzeyir bəy “Leyli və Məcnun” tamaşasını ilk dəfə səhnələşdirəndə, teatrın sahibi teatrın pərdələrini qıfıllamışdı. Sual edə bilərsən – nə üçün? Çünki teatr sahibi pərdələrin açılması üçün pul istəyirdi. Qızım, bu dünya belədir, bəzən pərdələr pulsuz açılmır...Sən monoloqunu de! - Üstündə gəzdiyim torpağı öpdüyünü niyə mənə dedin? Məni öldürmək lazımdır. (Masaya söykənir.) Çox yoruldum! Kaş dincəlsəydim, bir az dincəlsəydim!.. (Başını qaldırır.) Mən qağayıyam... Yox, yox. Mən aktrisayam. Ah, bəli! (Arkadinanın və Triqorinin gülüşünü eşidib qulaqlarını əlləri ilə tutdu. Sonra sol tərəfdəki qapıya tərəf qaçır və açar deşiyindən baxır.) Deməli, o da buradadır!.. (Treplevə dönüb.) Yaxşı, yaxşı... Nə edək... Bəli... O, teatra inanmırdı, mənim arzularımı ələ salırdı... Ona görə də, get-gedə inamımı itirdim...  - Qı.zı.ı.ım! – Ritm üzrə imtahan məmuru qışqırdı. – Axı sən sevdiyin oğlanı görürsən, ehtiraslanmırsan? Ehtiraslan! Bir əlinlə yaxanı aç! Qoy o ağ məxməri sinənin alovu sinəndən qanadlanıb uçsu.u.u.un! Belə monoloq demək olar?!        Bilirsiniz, mən aktrisa olmaq istəyirdim. Bu mənim uşaqlıq arzum idi. Güzgünün önündə çox obrazları canlandırmışam. Hərdən yuxularımda mənə elə gəlirdi ki, məni milyonlarla insan alqışlayır. Axşamlar məktəbdən evə qayıdanda dumanlı çovğundan asılmış küçə lampalarını, səhnənin işıqlarına oxşadırdım. Küçədə o qədər rəqs edirdim ki, nəfəsim isidirdi küçədəki soyuğu. Mənə elə baxma! Sən bu pərdələrin arxasında nələr baş verdiyini bilmirsən! Elə bilirsən kefimdən içirəm? Elə bilirsən o səhnəyə çıxmaq asandır? Sən bilirsən o səhnəyə gedən yol hardan keçir? Teatrın baş rejissorunun yatağından keçir. O qədər də əyləncəli yol deyil. Baş rejissor sadəcə istedadlı alçaqdır! Mövzudan kənara çıxdım. Soruşdun ki, bu sənətə necə gəlmişəm? Bayaq xatırladıqlarımdan bir neçə epizodu sənə danışdım. Yenə hər şeyin başlandığı o günü xatırlamalıyam. Qabiliyyət imtahanı! – Aktrisa çantasındakı dodaq boyasını çıxardıb, yenə dodaqlarını boyadı. Bu artıq neçənci dəfə idi təkrarlanırdı...O yenə keçmişinə qayıdıb danışmağa başladı: - Mən etüd göstərməli idim. Göstərdim. Kimisə gözləyən, darıxan qızı göstərdim. Ritm üzrə imtahan məmuru, Aktyor sənəti üzrə imtahan məmuru ilə birlikdə üstümə qışqırıb, məndən imtahan otağını tərk etməyimi istədilər. Qiraət üzrə imtahan məmuru isə arxamca mızıldanıb belə dedi, - “Heç danışıq aparatı da işləmir”.  İmtahan otağından çıxıb tualetə tələsdim. Təsəvvür edə bilirsən, hirsimdən qarnım ağrayırdı. Mən hazırlıqlı gəlmişdim, bilirdim belə olacağını. O imtahandakı ritim məmuru var idi ha.a.a – o barmaqları ilə masanın üstündə ritm tutanda başa düşdüm ki, həmin ritmi xəyalən mənim döşlərimin arasında tutur. Mən bu səhnəni onun açıq qalmış ağzında gördüm. – O, ucadan qəh-qəhə çəkib davam etdi , - Köpəyuşağı məni “minmək” istəyirdi.  - Siqaret verim?  - Hə, yaxşı olar. - Tualetə getmişdiniz... - Hə, tualetə getdim... Siqaretimi yandır, davam edəcəm. Fu.u.u! Oğraşlar və şorgözlər! – Siqaretinin tüstüsünü həmsöhbətinin üzünə üfürüb, əhvalatının davamını qaldığı yerdən nəql etməyə başladı: - Tualetdə əl-üzmü yuyub, güzgüyə diqqətlə baxdım. Qoca bir nənə ilə göz-gözə gəldim. Çantamı açıb hazırlaşdım. Hər şey bir göz qırpımında oldu. Cəmi on dəqiqə sonra qoca nənənin səsi imtahan otağındakı məmurların başına düşdü, - “Ayə, siz nə təhər adamlarsınız? Niyə mənim nəvəmi qabiliyyət imtahanından kəsmisiniz? Nəvəm sizdən də istedadlıdı. Nə olub ə.ə.ə.ə mənim nəvəmə?! Ayə aktyor, rüşvət istəyirsən? Kənddəki danamı satıb, pulunu  sənə verərəm. Hələ bu uzundraz, əyrimçə oğraşa bax ha.a.a, ritmdən başı çıxırmış! Mən yaxşı bilirəm sənin başın hardan çıxmaq istəyir, oğ.ğ.ğ.raş.ş.ş!”. Aktrisa qəşş edib güldü və üzünü həmsöhbətinə tutub dedi ki, - bilirəm, inanmaqda çətinlik çəkirsən amma bu bir həqiqətdir. Mühafizəçilər gəlməsəydi, bu oyun davam edəcəkdi. - Necə bəyəm? - Mən imtahandan keçdim! Ha, ha, ha, ha! Əbil Həsən

Fəlakət isə odur ki, bu taleyüklü məsələdə Trampın dediyi kimi ən güclü...

Trampın sağ əli, az qala hakimiyyət ortağı olan İlon Mask deyib ki, Zelenski Ukraynanı tərk etməlidir.   Tramp admnistrasiyasının Zelenskinin hakimiyyətdən kənarlaşması, hətta Ukraynanı tərk etməsi tələbləri, eyni zamanda Ukraynaya hərbi yardımı dayandırması faktiki olaraq Putinin denatsifikasya və demillitarizasiya planlanlarına dəstək deməkdir.  Tramp və onun admnistrasiyasının dünyanın gələcək inkişafı tarixində mühüm rol oynayacaq Ukrayna müharibəsində hətta Çin Respublikasından daha irəli gedərək İran,Şimali Koreya kimi dövlətlərlə eyni cəbhədə yer alması bəşəriyyəti gözləyə biləcək böyük fəlakətlərin  anonsudur.  Ən kədərli olanı isə odur ki, cəmiyyətimizdə bu qlobal təhlükələri anlamayaraq yanlış mövqedə olan və ya bu məsələyə bir futbol azarkeşi kimi, əyləncə kimi yanaşanlar, proqnoz yarışına girişənlər də kifayət qədərdir.  Bütün dünyanın bəlkə də yaxın onilliklərdə inkişaf istiqamətləri bu günlərdə müəyyənləşir.  Ukrayna cəbhəsində yalnız Ukraynanın, Ukrayna xalqının yox ən azı dünyanın bugünki nəslinin taleyi həll olunur.  Fəlakət isə odur ki, bu taleyüklü məsələdə Trampın dediyi kimi ən güclü kartlar, məsuliyyətsiz, məcaraçı şəxslərin əlindərir. Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Qax, Şəki, Zaqatala, Şamaxı, Göyçay, Bərdə, Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Gədəbəy,Göygöl, Qusar, Sabirabad, Neftçala, Hacıqabul, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Samux, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Lerik, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Daşkəsən, Qobustan, Goranboy, Naftalan, Mingəçevirdə isə qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ

Yanvarın 18-dən İran həbsxanasından azad edilən azərbaycanlı tələbə Fərid Səfərli Almaniyaya gedib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, Fərid Səfərli karyerasını davam etdirməsi üçün yenidən Almaniyaya qayıdıb: “Fərid iş fəaliyyətinə başlamadan öncə Bakıda TƏBİB-in həkimləri tərəfindən müayinə olundu, ona orta ağır dərəcəli depressiya diaqnozu qoyuldu. Hazırda müalicəsi davam edir. Eyni zamanda, o data analizi mütəxəssisi kimi işini davam etdirəcək”. O ki qaldı Fəridin təhsilinin davam etdirib-etdirməyəcəyinə, yaxınları yaxın vaxtlar üçün belə bir qərarın verilmədiyini deyiblər. Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub. O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib. Fərid Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq Azərbaycana qaytarılıb.

Prezident bu məmura töhmət verilməsi haqda sərəncam verdi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ukrayna silah istehsalını artırır - Şmıqal

Ukraynanın silah istehsalı onun tələbatının yalnız üçdə birini ödəyir. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal ABŞ-ın hərbi yardımları dayandırması xəbərləri fonunda deyib. “Hazırda ehtiyacımız olan silahların təxminən üçdə birini istehsal edirik. Hədəfimiz 50 faizdir, bundan az deyil”, - o bildirib.

Prezident daha bir sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: 1. Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci abzasında nəzərdə tutulmuş vəsait hesabına nizamnamə kapitalının artırılması yolu ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33.449.000,0 (otuz üç milyon dörd yüz qırx doqquz min) manat vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

TƏLƏNİ QURAN ZELENSKİ İDİ, YOXSA TRAMP?

Baxıram, çoxları, böyük əksəriyyət iddia edir ki, Ukrayna prezidenti Volodimir Zelenski guya diplomatiyada bacarıqsız və naşıdır.  Xüsusilə, ən son, ABŞ-da Ağ Evin Oval Kabinetdə Trampla görüşdən ortaya çıxan tablo əksər adamları çaşdırıb. Guya Tramp və Vens Zelenskini tələyə salıb və o da bu tələyə düşüb.  Hər kəsin fikirlərinə, versiyalarına sayğım var, amma... ...Məncə, tələni Zelenskiyə onlar yox, Zelenski Tramp və müavinləri üçün qurmuşdu: onları özündən çıxarmaq üçün aktyorluq məharətindən istifadə edərək, Trampı və komanda üzvlərini dünyaya fərqli obrazda təqdim etməyi bacardı. Belə bir məşhur deyim var: hər kəs öz şaxmat partiyasını oynayır.  Həmin söhbətdə təmkinini saxlayan və danışmayan yeganə şəxs Marko Rubio idi, o başa düşürdü nələr baş verir.. Dünya xalqları, elə Amerika xalqı bir daha ABŞ-nin indiki administrasiyasının nə miqyasda aşağılıq, naşı olduqlarını, dünyada qəbul olunmuş diplomatik davranış standartlarına tüpürdüklərini gördülər - məhz Zelenskinin qurduğu diplomatik oyunun timsalında.  Zelenski bütün dünyaya sübut elədi ki, Donald Tramp və dostları dövlət və dövlətçilik mədəniyyətindən, ərkanından, tərbiyəsindən, hətta ənənələrindən uzaq, təsadüfən buralara gəlib çıxmış, şəxsi çıxarlarını hər şeyin fövqündə tutan tiplərdir.  Zelenski bunu özbaşınamı etdi? Xeyr.  ABŞ səfərindən qabaq Avropa liderləri ilə Kievdə görüşəndə, artıq ona tövsiyə olunmuşdu ki, orada nəyin müzakirə olunmasına, hansı müqavilənin bağlanıb-bağlanmamasına baxmayaraq, nə edirsən et Trampı və Vensi özündən çıxart, əsəblərini tarıma çək, atmacalarla qarmaşıq dialoq görüntüsü yarat, görüşü bacardıqca maksimum gərginləşdir.  Zelenski də bu işin öhdəsindən rahatlıqla, ustalıqla gəldi. Çünki bu iş elə onun ən yaxşı bacardığı işdir, onun aktyorluq məharəti diplomatiya səhnəsində daha rəngli effekt verdi.  Məlum oldu ki, deyilənlərin əksinə, Zelenski diplomatiyada nə naşıdır, nə səriştəsizdir, nə də bacarıqsızdır.  Zelenski Ağ Evin Oval Kabinetində Tramp və Vensi çilədən çıxarmaq və dünyaya rəsmi Vaşinqtonun Kremllə birlikdə olduğu, Putinlə birlikdə olduğu görüntüsünü daha effektiv şəkildə nümayiş etdirmək işinin öhdəsindən elə diplomatik incəliklə də gəldi.  Həmin görüşdən sonra, Tramp və komanda üzvlərinin reytinqi bilirsiz nə qədər aşağı düşüb? Dəhşətli dərəcədə eniş var. İctimai rəylə hesablaşmaq ənənəsinin olduğu demokratik Amerikada, bu, çox ciddi faktordur.  ABŞ-nin bir çox ştatlarında artıq insanlar küçələrə çıxaraq etiraz etməyə başlayıb. Tramp administrasiyasında yüksək post tutan insanlara qarşı qıcıq, təhqir və şiddət elementləri artıb. Xüsusilə, Respublikaçılar Partiyasının üstün olduğu ştatlarda bu cür ayaqlanmaların geniş vüsət alması sıradan hadisə deyil.  Ən son, Hollivudun məşhur "Oskar" mükafatının verilməsi tədbirinin açılışında və gedişində baş verənlər göz qabağındadır. Dünyaca məşhur aktyorlar hər fürsətdə prezident Trampı və onun komandasını ələ salmağı, məsxərəyə qoymağı adiləşdiriblər. İctimai-siyasi qınaq maksimum həddə çatıb.  İstər-istəməz bu, ABŞ-da ictimai-siyasi şüurlarda, fikir və qənaətlərdə dəyişimə təsir edən amillərdir.  Hətta, siyasi kuluarlarda artıq Tramp administrasiyasına qarşı başqa mövzuların müzakirəsi ciddiləşib. Bunlar arasında impiçment məsələsi də istisna edilmir.   Bu isə, əlbəttə, Ukrayna prezident Volodimir Zelenskinin əməyinin məhsuludur. Haqqını vermək lazımdır.  Ən son yayılan xəbərlər isə budur ki, Tramp administrasiyası Ukraynaya bütün hərbi yardımları dayandırıb. Əlbəttə, bütün bunlar Zelenskiyə təsir etmək və onun mövqeyində kardinal dəyişikliklərə nail olmaqdan ötrüdür.  Sabah Ukrayna hardansa yaxşı pul tapıb ABŞ hərbi sənaye korporasiyalarından silahları pulla almaq istəsə, nə olacaq? Tramp ABŞ-a yüz milyardlar qazandırmış hərbi sənaye baronlarının işinə müdaxilə edə biləcək? Kim şirkətlərinə milyardlarla qazanc gətirən müqavilələrdən imtina edər?  Hərbi yardımların dayandırılması və bu istiqamətdə aparılan sərt propoqanda, sərt piar işi bəlkə də çoxlarında məyusluq yaradır, amma bu işlər belə olmur və yaxında Ukrayna-Rusiya müharibəsi ətrafında dönən qlobal proseslər tamamilə qeyri-adi xətt tutacaq.  Ona görə tələsməyək. Yaxında, hətta kimsənin ağlının ucundan belə keçirə bilmədiyi hadisələrə şahidlik edəcəyik.   Səbr edək, təmkinlə prosesləri izləyək. Mirzə Rəşad Orbey, siyasətçi

Müəllimlərin sertifikasiyasında hansı mövzulardan suallar düşəcək?

Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.   Sozcu.az xəbər verir ki, fizika fənni üzrə sertifikatlaşdırma imtahanında ümumilikdə 3 mövzudan ibarət 50 sual təqdim ediləcək. Fizika müəllimləri Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər, həmçinin Eksperimental fizika və müasir həyat mövzularından hər birindən 15 sual, Fiziki hadisələr, qanun və qanunauyğunluqlar mövzusundan isə 20 sual cavablandırmalı olacaqlar.   Qiymətləndirmə çərçivəsinə əsasən, fizika müəllimləri üçün məzmun sahələri və müvafiq mövzular aşağıdakılardır:   Mexanika:   - Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət   - Çevrə üzrə bərabərsürətli hərəkət   - Nyuton qanunları   - Statikanın əsasları   - Ümumdünya cazibə qanunu, ağırlıq qüvvəsi   - Elastiklik qüvvəsi, çəki   - Sürtünmə qüvvəsi   - Bir neçə qüvvənin təsiri altında hərəkət   - İmpuls, enerji, saxlanma qanunları   - Mexaniki iş, güc   - Mexaniki rəqslər   - Mexaniki dalğalar   - Bərk cisimlərin, mayelərin və qazların təzyiqi   - Arximed qanunu   Molekulyar fizika: - Molekulyar kinetik nəzəriyyə   - İdeal qaz qanunları   - Termodinamikanın əsasları   - Doyan və doymayan buxar   - Bərk cisimlərin xassələri   - Mayelərin xassələri   Elektrodinamika: - Elektrik yükü, elektrik sahəsi   - Elektrostatik sahədə görülən iş   - Elektrik tutumu, elektrik sahəsinin enerjisi   - Sabit cərəyan qanunları   - Müxtəlif mühitlərdə elektrik cərəyanı   - Maqnit sahəsinin induksiyası   - Yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti   - Elektromaqnit induksiyası   - Maqnit sahəsinin enerjisi   - Elektromaqnit rəqsləri   - Elektromaqnit dalğaları   - Dəyişən elektrik cərəyanı   Optika: - Həndəsi optikanın qanunları   - Müstəvi və sferik güzgülər, linzalar   - Dalğa optikası   Kvant fizikası: - İşıq kvantları və fotoeffekt   - Atom fizikası   - Nüvə fizikası   - Elementar zərrəciklər və onların təsnifatı   Qeyd edək ki, test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).   Xatırladaq ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Bütün fənlər həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və digər bacarıqları praktik və situativ suallarla ölçülür.

Dəm qazından ölən şəhid anası bu xəstəxananın əməkdaşı imiş

Ötən gün  Vətən müharibəsi şəhidi Vahid Ağayevin ata və anası dəm qazından vəfat ediblər. Sozcu.az xəbər verir ki, şəhid anası Gülnaz Əliyeva Sabunçu Tibb Mərkəzinin əməkdaşı olub. O, Mərkəzin Cərrahi profilli reanimasiya şöbəsində çalışıb. Qeyd edək ki, şəhid Vahid Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bakıda 14, bölgələrdə 16 dərəcə isti - Sabahın HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Martın 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

ABŞ ordusu icazəsiz vuracaq - Trampdan yeni qərar

Tramp administrasiyası yüksək rütbəli hərbçilərə Ağ Evin icazəsi olmadan rəsmi olaraq terrorçu kimi təyin edilmiş hədəflərə qarşı hava hücumları ilə bağlı qərar qəbul etməyə imkan verən yeni qaydaları təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə “Militari Tayms” portalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat yayıb. “Terrorizmlə mübarizənin effektivliyini artırmaq üçün silahlı qüvvələrin qərarların qəbul edilməsində səlahiyyətlərinin və müstəqilliyinin genişləndirilməsi zəruri idi”, - mənbə bildirib.

ABŞ Kiyevlə kəşfiyyat mübadiləsini də kəsir?

Hazırda ABŞ tərəfindən Ukraynaya kəşfiyyat məlumatlarının verilməsində heç bir dəyişiklik baş verməyib. Bu, fərqli əməkdaşlıq xəttidir. Sozcu.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” hərbi-siyasi dairələrdəki mənbələrə istinadla məlumat yayıb. “Kəşfiyyat məlumatlarının ötürülməsinə və ya mübadiləsinə gəlincə, Ukrayna hakimiyyəti burada hələlik heç bir dəyişiklik hiss etməyib, hər şey əvvəlki kimidir”, - məlumatda qeyd olunub.

Şəhid ataları vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası vəfat edib. Şəhidin atası Dadaş Quliyev yaşadığı Salyan rayonunda dünyasını dəyişib. 1992-ci il təvəllüdlü Kamran Quliyev 2020-ci ilin oktyabrın 5-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Vətən müharibəsi şəhidi Xəqani Cəmillinin atası Mənsuz Cəmilov isə Yevlax rayonunda xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Xəqani Cəmilli də Füzuli döyüşlərində şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixdə həlak olub və ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Moskvada azərbaycanlı həmyerlisini güllələdi

Rusiyanın Moskva şəhərində atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, dünən günorta saatlarında paytaxtın Verxniye polya küçəsində azərbaycanlı olduqları bildirilən iki şəxs “Hunday” avtomobilinin içində mübahisə ediblər. Onlardan biri tapança ilə həmsöhbətinə bir neçə dəfə atəş açıb. Yaralı maşından düşüb bacarıb. Daha sonra o, xəstəxanaya çatdırılıb. Şübhəli şəxs Moskva polisi tərəfindən isti izlərlə saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, eyniadlı qəsəbədə baş verib. Burada evlərdən birində 46 yaşlı S. Lukoninin meyiti tapılıb. İlkin ehtimala görə, onun texniki spirtdən zəhərlənərək öldüyü güman edilir. Mərhumun meyiti tapılandan 3-4 gün əvvəl öldüyü bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam metil spirtindən zəhərlənərək ölüb.

Paşinyandan Tramp-Zelenski davasına REAKSİYA

Ermənistanın baş naziri Nokol Paşinyan Vaşinqtonda keçirilən və qalmaqalla yekunlaşan Tramp- Zelenski görüşü barədə danışmaq istəməyib. Sozcu.az xəbər verir ki, erməni jurnalistlər baş nazirdən hadisə ilə bağlı fikirlərini bölüşməyi istəyiblər. Nikol Paşinyan bu haqda danışmaq istəməyərək, “məsələ bizlik deyil” söyləməklə kifayətlənib.

Hakan Fidan İranı sərt tənqid etdi - Səfir XİN-ə ÇAĞIRILDI

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İranın regional siyasətini tənqid edib. Sozcu.az-ın məlumatına görə, bu barədə Fidan "Əl-Cəzirə" kanalına müsahibəsində danışıb. Fidan İranın bölgədə milislər vasitəsilə apardığı xarici siyasətin böyük risklər daşıdığını bildirib. Onun sözlərinə görə, Tehran bu siyasət nəticəsində müəyyən qazanc əldə etsə də, həmin qazancı qorumaq üçün daha çox itki verməli olub. Nazir İran rəsmilərinə, o cümlədən ABŞ tərəfindən öldürülən general Qasım Süleymaniyə bu siyasətin uzunmüddətli perspektivdə ölkə və region üçün ağır nəticələr doğuracağını söylədiyini qeyd edib. O vurğulayıb ki, artıq bölgədə hökmranlıq etmək dövrü bitməlidir və bütün ölkələr əməkdaşlığa əsaslanan siyasət yürütməlidir. Türkiyə XİN başçısı, həmçinin bir ölkənin başqa dövlətlərdəki silahlı qrupları dəstəkləyərək üstünlük qazanmağa çalışmasının əks təsir yaradacağını bildirib: "Əgər siz başqasına daş atırsınızsa, unutmayın ki, sizə də daş ata bilərlər." Fidan İranın İraq və Suriya siyasətinə də toxunub, Tehran rəhbərliyindəki ağıllı şəxslərin bu məsələyə sadəcə qazanc və itki prizmasından baxmayacaqlarına inandığını söyləyib. O, bölgədə sabitliyin yalnız birgə əməkdaşlıqla mümkün olduğunu vurğulayıb və köhnə hegemonluq düşüncələrinin tərk edilməsinin vacibliyini qeyd edib. Qeyd edək ki, Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirib. O qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər.  “Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”, - o bildirib. Baqai həmçinin vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, İran Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir və Ankara ilə bir sıra ortaq maraqlara malikdir. Ötən gün isə İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb. Martın 3-ü axşam saatlarında keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin son bəyanatlarına istinad edən Heydəri vurğulayıb: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.

KİV: Fransa Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib

Fransa avropalı tərəfdaşlarına Rusiyanın Ukraynada atəşkəsi pozacağı təqdirdə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Paris Rusiyanın aktivlərinin müsadirə olunmasından Ukraynanın təhlükəsizliyinin təminatı kimi istifadə etmək istəyir. Qəzet onu da əlavə edib ki, təklif Fransanın Avropadakı müttəfiqləri tərəfindən isti qarşılanıb, lakin tərəflər hələ də bu barədə razılığa gəlməyiblər.

ABŞ Kanada, Çin və Meksikanın 1,5 trilyon dollarlıq mallarına rüsumları tətbiq edir

ABŞ administrasiyası Kanada və Meksikadan faktiki olaraq bütün idxal mallarına 25 % rüsum tətbiq edir və Çindən gələn mallara tarifləri artırır. Sozcu.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, illik ifadədə ümumi dəyəri təqribən 1,5 trilyon dollar olan idxal məhsullarına rüsum tətbiq olunacaq. Qeyd olunur ki, 25 % dərəcəsi Kanadanın enerji məhsullarına təsir etməyəcək və 10 % rüsum tətbiq ediləcək. Amerika hakimiyyəti bütün bu tədbirləri Vaşinqtonun fikrincə, ABŞ-yə narkotiklərin və qanunsuz mühacirlərin qəbuledilməz axını ilə əlaqədar həyata keçirir. 2023-cü ildə ABŞ-nin Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə fentanilin həddindən artıq dozası nəticəsində ölüm nisbətinin 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artdığını bildirib. Mərkəz ABŞ-də hər il təxminən 100 000 amerikalının ölümünə səbəb olan kütləvi opioid epidemiyası ilə üzləşdiyini qeyd edib.

ABŞ Ukraynaya hərbi yardımı dayandırır - Təcili

Ağ Evin sözçüsü Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. "Prezident Donald Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün yardımımızı dayandırırıq və nəzərdən keçiririk", - Ağ Ev sözçüsü bildirib. 03:46 ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya yeni silah tədarükünü maliyyələşdirməyi dayandırıb və Amerika ehtiyatlarından silah göndərilməsinin dondurulmasını nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb. Maliyyələşdirmənin dayandırılması qərarı Tramp administrasiyası tərəfindən xarici yardımın ümumi dondurulması fonunda verilib. Lakin əsas silah təchizatı kanalının bağlanması ABŞ Prezidenti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən gərgin görüşdən bir neçə gün sonra baş verib. "Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna uzun müddət dözməyəcək!" - Tramp bazar ertəsi əvvəllər “Truth Social” sosial şəbəkəsində yazıb. Tramp özü də etiraf edib ki, ölkəsi Ukraynaya hərbi yardımı dayandıra bilər.

Merts: Tramp-Zelenski mübahisəsi qəsdən edilmiş gərginlik idi

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mübahisə, yəqin ki, təsadüf deyildi, bu, əvvəlcədən planlaşdırıla bilərdi. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xristian Demokratik İttifaq (XDİ) Partiyasının lideri Fridrix Merts bildirib. “Fikrimcə, bu, Zelenskinin bəyanatlarına kortəbii reaksiya yox, açıq-aşkar düşünülmüş eskalasiya idi”, - o deyib. Almaniyanın potensial gələcək kansleri deyib ki, o, dialoqun tonundan təəccüblənir və bu, işin xeyrinə kömək etmir. Merts qeyd edib ki, Tramp və Zelenski arasında belə bir mübahisə Amerika hökumətinin hazırkı davranışına uyğun idi. Xatırladaq ki, fevralın 28-də Zelenski ilə Trampın Vaşinqtonda görüşü zamanı Ukraynaya ayrılan hərbi yardımla bağlı onlar arasında mübahisə yaranıb. Bundan sonra Zelenski Ağ Evi erkən tərk edib. Eyni zamanda, Ukrayna və ABŞ daha əvvəl planlaşdırıldığı kimi nadir faydalı qazıntılar üzrə saziş imzalamayıb.

Bakıda şəhidin valideynləri faciəli şəkildə həlak oldu

Bakıda 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri həlak olublar. Sozcu.az xəbər verir ki, bu barədə Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb. Hadisə ötən gün axşam saatlarında, Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Şəhidin anası Gülnaz Abdullayeva və atası Məcnun Abdullayev dəm qazından ölüblər. Qeyd edək ki, 1996-cı il təvəllüdlü Vahid Ağayev 2020-ci ilin sentyabrın 29-da II Qarabağ müharibəsinə yollanıb. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. Şuşada şəhid olub. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.

Müsavat Partiyası Divanının iclası keçirilib

Martın 3-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib. Fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Bakıdakı “Ana harayı” abidəsini ziyarət ediblər. Həmin gün Müsavat Partiyası Sumqayıt təşkilatının təmsilçiləri Sumqayıt şəhərində Şəhidlər Xiyabanında Xocalı şəhidlərini anıblar. Martın 2-də mərhum jurnalist, “Monitor” jurnalının əfsanəvi baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 20-ci ildönümü ilə əlaqədar Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Elmar Hüseynovun məzarını ziyarət ediblər. Məclisin sədri Arif Hacılı qurumun komissiya sədrlərinin iclası barədə məlumat verib. Qanunsuz olaraq həbs edilmiş Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi barədə məlumat dinlənilib. Qeyd edilib ki,  vəkilləri məhkəmədən Tofiq Yaqubluya bəraət hökmü çıxarılmasını istəyiblər. Jurnalist Fatimə Mövlamlının  həbsi Azərbaycanda söz azadlığının boğulması istiqamətində növbəti qanunsuz addım kimi qiymətləndirilib. Kanal 13 internet televiziyasının direktoru Əziz Orucovun qanunsuz ev tikmək ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilməsi pislənilib. Siyasi motivlərlə həbs edilən bütün şəxslərin azad olunması və ölkədə repressiyaların dayandırılması bir daha tələb edilib. İclasda regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ötən həftə Vaşinqtonda keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında mübahisə mütərəqqi dünyada ciddi narahatlıq doğurub. Müsavat Partiyası ümid edir ki, Ukrayna xalqının öz suverenliyi və ərazi bütövlüyü uğrunda haqlı mübarizəsinə Avropa İttifaqı, Türkiyə,  Böyük Britaniya və Kanada ilə yanaşı, ABŞ administrasiyası da sonadək dəstək verəcək. Sonda cari məsələlər müzakirə olunub.

Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə apardı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Qvi-Yop Son X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Britaniya Ukrayna səmasını bağlamağa hazırdır

Böyük Britaniya sülh razılaşmasını təmin etmək üçün Ukrayna üzərində hava məkanını bağlamağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu Britaniya Baş naziri Keyr Starmer deyib. Onun sözlərinə görə, bəzi Avropa ölkələri artıq təcili olaraq sülhməramlı missiyanın planlaşdırılmasını gücləndirirlər.

Başçının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və onunla birgə mühakimə olunan Təranə Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər iştirak etməyib. Hakim bildirib ki, bu səbəbdən proses təxirə salınır. Məhkəmənin növbəti iclası aprelin 20-da davam edəcək. Qeyd edək ki, bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılan Vəfa Allahverdiyeva tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir. İttihama görə, təqsirləndirilən xanımlar Cavanşir Məmmədəliyevi ədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Sabiq müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində polis nəzarətiinə vermə qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Vəfa Allahverdiyeva əvvəllər Gədəbəy Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.

Müəllimlərə pul yığılması yolverilməzdir - Rəsmi XƏBƏRDARLIQ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərib, müvafiq tapşırıqlar verib.  Sozcu.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.  Qeyd olunub ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məlumata görə, məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

Prezidentin yüksək vəzifə verdiyi 37 yaşlı şəxs kimdir?

Xəbər verdiyimiz kimi, dövlət başçısının müvafiq sərəncamı ilə Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib. Sozcu.az xəbər verir ki, Ş.Babayev 1988-ci ildə anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb. Bundan başqa, Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür. Bildirilib ki, Ş.Babayev əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib. Ş.Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olub.

“Qadınlara boşanmağa stimul verən alimentdir”

“Bu gün boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır”. Sozcu.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib. “Qadınlara stimul verən alimentdir. Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınlar ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram.  Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib. Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın”, - deyə, millət vəkili bildirib.

Üç qadın dəm qazından öldü

Mingəçevirdə 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Rəsul Rza küçəsində yaşayan Gülnar Əlizadə qazdan boğularaq həyatını itirib. Oxşar hadisə Şamaxı rayonunda qeydə alınıb. Martın 2-nə keçən gecə Şamaxı şəhər sakini 1979-cu il təvəllüdlü Şəfəq Kərimova A.Məmmədağa küçəsindəki evdə dəm qazından zəhərlənərək ölüb. Daha bir qazdan boğulma hadisəsi isə Masallı şəhərində olub. 1956-cı il təvəllüdlü Firəngiz Yaqubova yaşadığı Heydər Əliyev prospektindəki evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib. Hər üç faktla bağlı araşdırma aparılır

Nəfəs borusuna yad cisim düşən uşaq öldü

Tovuzda azyaşlı bədbəxt hadisənin qurbanı olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini, 2023-cü il təvəllüdlü Yusif Rauf oğlu Alıyev yaşadığı evdən nəfəs borusunda yad cismin qalması nəticəsində xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Azərbaycanda kütləvi zəhərlənmə olub

Ağdamda kütləvi zəhərlənmə halı qeydə alınıb. Hadisə ötən gecə rayonun Əfətli kəndində baş verib. 1962-il təvəllüdlü Əsədova Gülbuta, 2001-ci il təvəllüdlü Əsədov Elçin, 2003-cü il təvəllüdlü Əsədov Elvin, 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl, 2006-cı il təvəllüdlü Əsədova Türkan və 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət Ağdam rayon Mərkəzi xəstəxanasına zəhərlənmə əlamətləri ilə müraciət ediblər. İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Onların tortdan zəhərləndiyi ehtimal olunur.APA

Azərbaycanda siqaretlərin qiyməti bahalaşdı

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. Bu barədə Trend-ə məlumatı siqaret satışı ilə məşğul olanlar verib. Bildirilib ki, artıq bu barədə siqaret satışı ilə məşğul olan şirkətlər onları məlumatlandırıb. Məlumata görə, “LD”, “Winston”, və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb. “Kent” markalı siqaretlərin də bahalaşacağı gözlənilir.

Ailədə 1 uşaq, yoxsa 5 uşaq? - Azərbaycan əhalisi sürətlə qocalır

“Son 22 ildə ölkədə ahılların sayı 99,44 faiz artıb”. Bu sözləri "Yeni Sabah"a sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, ümumi düşüncənin əksinə, Azərbaycanda demoqrafik ləngimə müşahidə olunur: “Məsələn, 2023-cü ilin statistikasına baxsaq, görərik ki, həmin il əvvəlki ilə nisbətən demoqrafik artımda 15% enmə müşahidə olundu. 2024-cü ildə də oxşar tendensiya özünü göstərdi. "Sosial xidmətin inkişafəna dair Dövlət Propqramı"nda qeyd olunub ki, son 22 ildə əhalinin sayı 26,4 faiz artsa da, ahılların sayı 99,44% artıb. Bu o deməkdir ki, təbii artımda bir qədər ləngimə var. Bunun ilkin səbəbi nədir? Azərbaycanda nikaha girənlərin sayında azalma var. Eyni zamanda, gənclərin sayı da azalıb. Misal üçün, 10 il qabaq gənclər ölkə əhalisinin təqribən 29-30 faizini təşkil edirdi. Bu gün gənclər ümumi əhalinin 21-22 faizini təşkil edir. Nəzərə almalıyıq ki, boşanmaların da statistikasında artım var. Bunlar hamısı təbii artıma mənfi təsir göstərən amillərdir”.  Sosioloq qeyd edib ki, dünyanın bir çox ölkələrində əhalinin təbii artımının təşviqi üçün bir sıra addım atılır: “Ölkələr çalışır ki, demoqrafik artımı təşviq etsinlər. Türkiyə prezidenti Ərdoğan həm bizə, həm öz ölkəsinə müraciət etdi. O bildirdi ki, ailə planlaşdırmasında Azərbaycan üçün 5 uşaq, Türkiyə üçün 3 uşaq olsa, daha yaxşı olar. Təbii artımı təşviq etmək üçün əlavə tədbirlər görməyə zərurət yarana bilər. Hətta bu yaxınlarda Milli Məclisdə "çoxuşaqlı ailə" anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təklif irəli sürüldü. Əslində, məqsəd Azərbaycanda təbii artımı təşviq etmək, dəstək olmaqdır. Yəni 5 uşağa nəzərdə tutulan imtiyazlar 3 uşaqlı ailəyə də tətbiq olunacaq. Yəni hər uşağa görə verilən 105 manat onlara da veriləcək. Əlbəttə, əgər bu qanun qəbul olunarsa. Əgər təbii artım aşağı düşürsə, mexaniki artım yüksəlir. Yəni miqrantların hesabına əhali arta bilər. Bu, genefond təhlükəsizliyi üçün problem yaradır. Hazırda Avropa ölkələrinin bir çoxu bu təhlükə ilə üz-üzədir. Belə problemin ölkəmizdə yaşanmaması üçün çalışmalıyıq ki, təbii artım yüksək səviyyədə olsun”.

Ukrayna ABŞ-dən hərbi yardım almağa davam edir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ evdə onunla bağlı çəkişmənin nəticələri aradan qaldırılacağına və Kiyev ilə Vaşinqtonun konstruktiv münasibətlərə qayıdacağına əmindir. Sozcu.az xəbər verir ki, bunu dövlət başçısı Böyük Britaniyanı tərk etməzdən əvvəl Stansted hava limanında britaniyalı jurnalistlərə deyib. “Mən əminəm ki, hazırkı vəziyyət aradan qaldırılacaq”, – deyə Zelenskinin sözlərini “Sky News” sitat gətirib. O əmin edib ki, əgər gələcək danışıqlar konstruktiv olarsa, o zaman “müsbət nəticələr” gələcək. Zelenski həmçinin bildirib ki, Ukrayna ABŞ-dən hərbi yardım almağa davam edir. “Biz ABŞ ilə işləyirik, əvvəllər ABŞ Konqresinin təsdiq etdiyi yardım silah şəklində gəlir”, – Zelenski vurğulayıb. “Biz yeni dəstəyə ümid etmək istəyirik”, – o əlavə edib.

Makron Ukrayna ilə bağlı Paris – London planının təfərrüatlarını açıqlayıb

Fransa Prezidenti Emmanuel Makron “Le Figaro” nəşrinə müsahibəsində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə Ukraynaya dair planın detallarını açıqlayıb. Sozcu.az - ın məlumatına görə, o, ABŞ və Rusiyanın razılaşa biləcəyi atəşkəsə inanmadığını qeyd edib, çünki tam atəşkəs şərtlərinə əməl olunmasına nəzarət etmək çətin olacaq. Makron və Starmer “havada, dənizdə və enerji infrastrukturunda atəşkəs” təklif ediblər ki, bu da bir aylıq atəşkəs demək olacaq. İkinci mərhələdə sülhməramlılar Ukraynaya gətiriləcək. “Yaxın həftələrdə Ukrayna ərazisində Avropa qoşunları olmayacaq. Məsələ danışıqlara bir neçə həftə çəkəcək əlçatan atəşkəsə nail olmaq üçün bu vaxtdan necə istifadə etməkdir və sülh imzalandıqdan sonra qüvvələrin yeridilməsi davam edəcək”, – Fransa lideri vurğulayıb. O həmçinin ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında “eskalasiyaya” əmin olduğunu bildirib. Siyasətçi deyib ki, o, amerikalı həmkarı ilə cümə və şənbə günləri danışıb və yaxın günlərdə “biz dialoqu bərpa edə biləcəyik”.report)

Ukrayna ABŞ ilə faydalı qazıntılar haqqında saziş imzalamağa hazırdır

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp arasında Ağ evdə baş vermiş mübahisələrə baxmayaraq, Kiyev Vaşinqtonla mineral ehtiyatlar üzrə saziş imzalamağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna lideri Böyük Britaniya kralı III Çarlzla görüşdən sonra BBC müxbirinin sualını cavablandırarkən deyib. "Bizim siyasətimiz keçmişdə gördüklərimizi davam etdirməkdir, biz konstruktivik. Əgər biz faydalı qazıntılar üzrə saziş imzalamağa razılaşmışıqsa, onu imzalamağa hazırıq", - o deyib. Zelenski əlavə edib ki, “danışıqlar masası üzərində” olan saziş tərəflər hazır olarsa, imzalanacaq.

Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir

Ukrayna ərazilərinin itirilməsi müqabilində atəşkəs sazişi imzalamağa hazır deyil. Sozcu.az-ın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyanı tərk etməzdən əvvəl britaniyalı jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, belə bir razılaşma gələcəkdə gərginliyə gətirib çıxara bilər. Onun fikrincə, Ukraynanı dəstəkləyən və ya "vasitəçi" olmaq istəyən ölkələr başa düşürlər ki, əgər münaqişə Kiyevin doğru hesab etdiyi şəkildə bitməsə, "onda bu, sadəcə vaxt məsələsi olacaq ki, insanlar ədaləti bərpa etmək istəsinlər".

İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib

İranın iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin impiçmentindən sonra İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb. Sozcu.az - ın məlumatına görə, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb. Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub. Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.apa

Zelenski: "ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmıram"

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Oval ofisdəki mübahisəsindən sonra münasibətləri düzəltməyin mümkünlüyünə inanır. Sozcu.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Zelenski London Sammitindən sonra jurnalistlərə bildirib. Zelenski danışıqların bağlı qapılar arxasında davam etdirilməsinin vacibliyini vurğulayıb. "ABŞ-ın Ukraynaya yardımı dayandıracağına inanmıram. Çünki Tramp Vladimir Putinə kömək etmək istəmir" deyə, Ukrayna prezidenti qeyd edib. Bununla belə, o, gözlənilən bütün çağırışlara hazır olacağını vurğulayıb. Zelenski Ukraynanın yeraltı sərvətlərinin istismarı üçün ABŞ-la müqavilə imzalamağa hazır olduğunu bir daha bildirib.

Belə birlik uzun müddət olmamışdı - Zelenski

London sammiti Ukraynaya və bizim ümumi Avropanın gələcəyinə həsr olunub. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu London sammitində iştirak edən Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında yazıb. "Biz Ukraynaya, xalqımıza: əsgərlərə və mülki şəxslərə, müstəqilliyimizə güclü dəstəyi hiss edirik. Biz hamımız Avropada birlikdə çalışırıq ki, əsl sülhün əldə olunması və təhlükəsizliyin təmin edilməsi naminə Amerika ilə əməkdaşlıq üçün etibarlı zəmin olsun", - bildirib. V.Zelenski uzun müddətdən bəri Avropanın ilk dəfə həmrəylik nümayiş etdirdiyinə də diqqət çəkib: "Avropa son dərəcə yüksək həmrəylik göstərir, belə birlik uzun müddətdir olmamışdı". Ukrayna lideri tərəfdaşlarla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh şərtlərini müzakirə etdiyini bildirib. O qeyd edib: "Biz yaxın gələcək üçün bir sıra mühüm görüşlər və həll yolları hazırlayırıq". Sonda Prezident Ukraynanın bütün dostlarına və tərəfdaşlarına ölkəsində sabit və təminatlı sülhün bərqərar olması üçün göstərdikləri səylərə görə təşəkkür edib: "Ümumi qüvvələrimiz gələcəyimizi qorumağa qadirdir".

Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...

Sabah Ramazan ayının üçüncü günüdür. Sozcu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, imsak saat 05:46, iftar isə saat 18:49-dadır. Ramazan ayının 3-cü gününün duası: “İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!”

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi CAVAB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Sozcu.az xəbər verir ki, buraxılış imtahanının nəticələrinin nə vaxt açıqlanacağı məlum olub. Bildirilib ki, martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

Separatçılara yeni "rəhbər" SEÇİLDİ

Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətinə altında olan Gürcüstanın Abxaziya bölgəsində yeni "rəhbər" seçilib. Sozcu.az xəbər verir ki, separatçıların keçmiş "vitse-prezidenti" Badra Qunba qanunsuz seçkilərin ikinci turunda qalib gələrək "prezident" seçilib. İlkin nəticələrə görə, o, 54,73% səs toplayıb.

Kiyev elan etdi: Szinpinlə görüşün vaxtı çatdı

Vladimir Zelenski ilə Çin lideri Si Szinpin arasında görüş təşkil etməyin vaxtı çatıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. Onun fikrincə, Pekinin neytral mövqeyini qorumaq üçün Si Szinpin və Zelenski arasında görüşün baş tutması çox zəruridir. Qeyd edək ki, Yermak ötən il də Kiyevin Çin lideri Si Szinpinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşə ümid etdiyini bildirmişdi.

Dünya nizamı dəyişir, güclənməliyik... - Albares

İndi dünya nizamı dəyişir və Avropa öz müdafiəsini gücləndirməlidir. Sozcu.az xəbər verir ki, bunu İspaniya xarici işlər naziri Xose Manuel Albares deyib. “Razıyıq ki, indi diplomatik dildə dünya düzəninin dəyişməsi adlandırılan dövrlərin dəyişməsi baş verir. Bizim Avropa İnvestisiya Bankında vəsaitimiz var. Rusiyanın Avropadakı dondurulmuş aktivləri və təbii ki, vəsaitlərin müdafiə və təhlükəsizlik üçün bölüşdürülmə payı haqqında müzakirələr gedir”, - Albares bildirib.

Avropa öz ordusunu yaratmalıdır - Veber

ABŞ ritorikasının dəyişməsi fonunda Avropa ordusunun yaradılması istiqamətində ilk addımlar atılmalıdır. Sozcu.az xəbər verir ki, bunu Avropa Parlamentinin Avropa Xalq Partiyasından olan deputatı Manfred Veber deyib. “Vaşinqtona baxan hər kəs başa düşməlidir ki, Avropa birdir və biz indi müstəqil şəkildə silahlanmalıyıq. Ona görə də indi Avropa ordusuna doğru ilk addımları atmalıyıq. Çox vaxt itirildi. İndi öz müdafiə sənayemizi gücləndirməliyik”, - Veber bildirib.

Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 5-9° isti, dağlarda gecə 9-14° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-19° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi yollar buz bağlayacaq.

Rusiyanın itkiləri 878 minə yaxınlaşır

Ukrayna müharibənin 1103-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 876 720 hərbçi, 10 241 ədəd tank, 21 274 ədəd zirehli döyüş maşını, 23 959 ədəd artilleriya sistemi, 1 306 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1091 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 39 218 ədəd avtomobil texnikası, 27 594 ədəd PUA, 3064 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 768 xüsusi avadanlıq itirib.

İranın PUA-larını yalvaran Putin idi... - Makron

Trampın Zelenskiyə hücumları və onun Üçüncü Dünya müharibəsi ilə qumar oynamaqda ittihamları tamamilə yersizdir və bunlar məhz Rusiya prezidentinə aiddir. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. “10 min Şimali Koreya əsgərini Avropaya gətirən də, nüvə proqramına kömək etmək müqabilində İranın PUA-ları yalvaran da o idi. Üçüncü Dünya müharibəsinə oynayan varsa, o da Putindir”, - Makron bildirib.

Makron Ukraynaya böyük yardımın anonsunu verib

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna bir neçə milyard avro dəyərində böyük maliyyə yardımı ala bilər. Sozcu.az xəbər verir ki, o, bu barədə “La Tribune” qəzetinə müsahibəsində məlumat verib. Makron Avropa İttifaqından Ukraynaya bir neçə milyard avronun ayrılmasına icazə verib. Yardımla bağlı qərar Aİ-nin martın 6-da Brüsseldə keçiriləcək sammitində qəbul edilə bilər. “Martın 6-da keçiriləcək sammit çox vacibdir. Bu külli miqdarda vəsaitin yüz milyardlarla avroya bərabər olacağı ehtimal edilir”, - Makron deyib. O həmçinin əlavə edib ki, sammitin məqsədi Avropa İttifaqının Ukraynaya dəstəyini gücləndirməkdir.

Çexiya Prezidenti Ukraynaya dəstək verəcək koalisiya yaratmağa çağırıb

Çexiya Prezidenti Petr Pavel ədalətli sülhə nail olmaq istəyən Ukraynaya dəstək verən geniş beynəlxalq koalisiya yaratmağa çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ukraynada ədalətli sülhə nail olmaq istəyən böyük miqyaslı beynəlxalq koalisiyanın yaradılması imkanlarını nəzərdən keçirməyin vaxtı çatıb", - Çexiya Prezidenti bildirib. O, bu ölkədə sülhün Kiyevə uyğun şərtlərlə bərqərar olunmasını müdafiə edib. Çexiya mətbuatının yazdığına görə, dövlət başçısının bu bəyanatı ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüşə və bəzi Avropa dövlətləri liderlərinin Rusiya-Ukrayna münaqişəsini müzakirə etmək üçün bazar günü Londonda keçirilməsi planlaşdırılan sammitinə reaksiya olub. Sammitdə respublikanın Baş naziri Petr Fiala iştirak edəcək. Yerli KİV-lər qeyd edib ki, Çexiya dəyişən geosiyasi vəziyyət fonunda Kiyevə hərtərəfli yardımın artırılmasının və münaqişənin dayandırılması üzrə danışıqlarda Avropa İttifaqının iştirakının tərəfdarıdır.

Zelenski Trampla mübahisədən danışdı: Ruslar ərazilərimizə girdilər, evimizə girdilər, nə qədər insanı öldürdülər

ABŞ-ın köməyi olmadan Ukraynanın Rusiyaya müqavimət göstərməsi çətin olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə mübahisə edəndən sonra “Foks Nyus”a açıqlamasında deyib. Zelenski “ABŞ-ın dəstəyi olmadan Ukrayna Rusiyaya müqavimət göstərə biləcəkmi” sualına bu cür cavab verib: “Bizim üçün çox çətin olacaq. Ona görə də buradayam. Ona görə də mən qarşıdan gələn danışıqlardan danışırdım. Sizin köməyiniz olmadan çətin olacaq. Amma biz öz dəyərlərimizi, xalqımızı, azadlığımızı itirə bilmərik. Ruslar ərazilərimizə girdilər, evimizə girdilər, nə qədər insanı öldürdülər. Sadəcə bunu unudub deyək ki, Putin əla oğlandır? Xeyr, bunu bizsiz edin”. O vurğulayıb ki, ukraynalılar genişmiqyaslı işğalın başlanğıcını yaxşı xatırlayırlar və yeni işğal dalğası ilə üzləşmək istəmirlər: “Ona görə də mən indi təhlükəsizlik zəmanəti məsələsini qaldırıram. Biz təzyiq etmirik, sadəcə, xahiş edirik. Biz tərəfdaşlarımız, dostlarımız və amerikalılarla aydın mesajlar paylaşırıq. Əgər siz bizimlə qalsanız, təşəkkür edirəm, amma gəlin təhlükəsizlik zəmanətləri infrastrukturunu yaradaq". Zelenski həmçinin əlavə edib ki, Ağ Evdəki mübahisə hər iki tərəf üçün yaxşı deyil.

“Real Madrid” məğlub oldu

İspaniya La Liqasında XXVI turun oyunları keçirilir. Sozcu.az xəbər verir ki, bu gün 4 matç baş tutub. "Real" səfərdə "Betis"in qonağı olub. "Kral klubu" hesabı açsa da, nəticədə məğlub olub. İlk hissədə Brahim Diaz komandasını hesabda önə çıxarıb. Lakin Conni Kardozo və İskonun qolları meydan sahiblərinə qələbə qazandırıb - 2:1. Qeyd edək ki, "Real" turnir cədvəlində 54 xalla liderliyi "Barselona" ilə bölüşür.

Vəfat edən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Rüstəmov Faiq Akif oğlu kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib. Sozcu.az vəfat edən hərbçimizin fotosunu təqdim edir:

Ağlıma gəlməzdi ki, Kiyevi ABŞ-dan müdafiə etməli olacağıq

Danışıq aparan tərəfdaşlar bütün dünyanın gözü qarşısında alçaldıldıqda diplomatiya uğursuz olur. Sozcu.az xəbər verir ki, bu sözləri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dünən Oval kabinetdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında yaşanan qalmaqala reaksiyasında deyib. “Dünən Ağ Evdəki səhnə nəfəsimi kəsdi. Mən heç vaxt inanmazdım ki, biz bir gün Ukraynanı ABŞ-dan müdafiə etməli olacağıq”, - o əlavə edib.

Zelenski Starmerlə görüşündən yazdı

Böyük Britaniya Baş naziri Keyr Starmerlə görüşdə Ukrayna və bütöv Avropa qarşısında duran çətinlikləri, Ukraynanın mövqeyini gücləndirmək və müharibəni ədalətli sülhlə başa çatdırmaq üçün atılacaq konkret addımları, etibarlı təhlükəsizlik zəmanətlərini müzakirə etdik. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Starmerlə görüşdən sonra Teleqram kanalında yazıb. “Bu müharibənin başlanğıcından bəri bu qədər dəstəyə görə Birləşmiş Krallıq xalqına, hökumətinə təşəkkür edirəm. Şadam ki, belə strateji tərəfdaşlarımız var və gələcəyin hər kəs üçün necə inamlı olacağına dair eyni baxışa sahibik”, - Zelenski bildirib.

Paşinyan Bakıya təklif verib: “Hələ açıqlaya bilmərəm”

Baş nazir Nikol Paşinyan bir neçə gün öncə iki ölkə arasındakı nizamlanmaya dair rəsmi Bakıya həm Ermənistan, həm də Azərbaycan xalqı üçün məqbul sayılan həll təklifi verdiyini bildirib. Sozcu.az xəbər verir ki, martın 1-də erməni jurnalistlər Paşinyandan söhbətin hansı təklifdən getdiyini soruşublar. KİV-in sualına cavab olaraq Paşinyan bildirib ki, hazırda bu məlumatı açıqlaya bilməz: “Azərbaycandan cavab aldıqdan sonra təkliflə bağlı daha ətraflı açıqlama veriləcək. Bu, iki səbəbdən baş verə bilər: Azərbaycan təkilfə razıdır və o, ictimailəşdirilməlidir; təklifin ictimailəşdirilməsi müəyyən mənada Ermənistana mənəvi haqq verəcək”.

Martda neçə gün iş olmayacaq?

Mart ayında Azərbaycanda şənbə və bazar günləri də daxil olmaqla 18 gün iş olmayacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Belə ki, 22, 23 mart tarixləri şənbə və bazar günləri olduğu üçün əlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab ediləcək. Digər tərəfdən, Nazirlər Kabinetinin qərarına əsasən, 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da 27 və 28 mart tarixlərində də iş olmayacaq. 30 və 31 martda Ramazan bayramı qeyd olunduğu üçün həmin günlər də qeyri-iş günləri siyahısına daxil ediləcək. Həmçinin, 1-2, 8-9, 15-16 mart tarixləri həftəsonu olduğu üçün ümumilikdə, mart ayında 18 gün qeyri-iş günü hesab ediləcək. Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

Bakıda daha 1 nəfər spirtdən öldü

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 43 yaşlı E. Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bu hadisə ilə də Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.

Hacıqabulda 10 yaşlı uşağı qatar vurub öldürdü

Hacıqabulda 2014-cü il təvvəllüdlü Qaçaylı Yusif Malik oğlunu qatar vuraraq öldürüb. Sozcu.az -ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Avropa liderləri Londona toplaşır - Ukrayna müzakirə olunacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın adından Ukrayna məsələsilə bağlı sabah Londonda toplaşacaq Avropa liderlərinin sammitinə qatılacaq. Sozcu.az xəbər verir ki, xəbər Türkiyə KİV-lərinə diplomatik mənbələrdən bildirilib. Hakan Fidanın Londonda Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövzuları, o cümlədən ABŞ Prezidenti Donald Trampın danışıqlara yönəlmiş son addımlarını, Türkiyənin prosesə verə biləcəyi töhfələri müzakirə edəcəyi, Ankaranın Ukraynanın müstəqilliyi və suverenliyinə dəstəyini təsdiq edəcəyi gözlənilir. Bundan əlavə, Fidanın 2022-ci ilin martındakı kimi Türkiyənin Rusiya və Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyini yenə öz üzərinə götürməyə hazır olduğunu vurğulaması gözlənilir. Ukrayna ilə bağlı sabahkı iclasa Böyük Britaniyanın baş naziri Key Starmer ev sahibliyi edəcək. Görüşdə Rusiya-Ukrayna müharibəsi kontekstində cari hadisələrin və Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir. Görüşə Fidanla yanaşı, Ukrayna, Almaniya, Fransa, İtaliya, Danimarka, Hollandiya, Norveç, Polşa, İspaniya, Finlandiya, İsveç, Çexiya, Rumıniya, həmçinin NATO və Avropa İttifaqının rəhbərləri də dəvət olunub.

"Orta məktəblərdə "kişilik dərnəyi" təşkil olunmalıdır" - Məhəmməd Həşimov

Orta məktəblərdə oğlanların kişi kimi formalaşması üçün xüsusi dərnəklər olmalıdır! Son illərdə cəmiyyətimizdə oğlan uşaqlarının və gənclərin kişi kimi yetişməsində ciddi boşluqların olduğu hiss olunur. Əksər ailələrdə atalar gün boyu işdə olduğu üçün övladlarının tərbiyəsi əsasən anaların üzərinə düşür. Bundan əlavə, oğlan uşaqları bağçaya gedəndə qadın tərbiyəçilərlə, məktəbə gedəndə isə əsasən qadın müəllimlərlə qarşılaşırlar. Məktəb rəhbərliyinin də əksəriyyətinin qadın olması bu tendensiyanı daha da gücləndirir. Bu o deməkdir ki, oğlan uşaqları kişi nümunəsi görmədən böyüyür və nəticədə, kişilik xarakterlərini formalaşdıra bilmir. Kişilik nədir və niyə vacibdir? Burada söhbət sadəcə cinsiyyətdən getmir. Kişilik dedikdə, məsuliyyətli olmaq, güclü iradəyə sahib olmaq, əxlaq prinsiplərinə bağlı qalmaq, öz ailəsini, cəmiyyətini qorumaq və daim inkişaf etmək qabiliyyəti nəzərdə tutulur. Keçmişdə kişilər bu keyfiyyətləri atalarından, babalarından və yaşlı kişilərdən öyrənirdilər. İndi isə oğlan uşaqlarının çoxu belə nümunələrdən məhrumdur. Bu boşluğu doldurmaq üçün məktəblərdə xüsusi dərnəklər və təlim proqramları yaradılmalıdır. Orta məktəblərdə "kişilik dərnəyi" təşkil olunmalıdır Bu dərnəklərdə təcrübəli müəllimlər və həyat təcrübəsi olan kişilər tərəfindən oğlanlara aşağıdakı mövzular öyrədilə bilər: ✅ Məsuliyyət və liderlik – Oğlan uşaqları kiçik yaşlarından məsuliyyət daşımalı, verdiyi sözə sahib çıxmağı və liderlik etməyi öyrənməlidir. ✅ Fiziki və psixoloji dözümlülük – Çətinliklər qarşısında sınmamaq, problemlərlə üzləşəndə onları həll etmək bacarığı formalaşdırılmalıdır. ✅ Qarşı cinsə hörmət – Həm qadınlara, həm də digər insanlara qarşı hörmətli və ədalətli davranmağın əhəmiyyəti izah olunmalıdır. ✅ Ailə və cəmiyyət qarşısında öhdəliklər – Ailənin dayağı olmaq, vətəni qorumaq və cəmiyyətə faydalı olmaq kimi dəyərlər aşılanmalıdır. ✅ Fiziki hazırlıq və intizam – İdman, nizam-intizam, sağlam həyat tərzi və döyüş sənətləri ilə bağlı əsas biliklər verilməlidir. Gələcəyimiz təhlükədədir! Bu gün cəmiyyətimizdə oğlan uşaqlarının zəif iradəli, məsuliyyətsiz və həyatdan qorxan fərdlərə çevrildiyini görməkdəyik. Bu vəziyyət davam edərsə, 5-10 ildən sonra cəmiyyətimizin dayaqları sarsıla bilər. Çünki kişi gücü, məsuliyyəti və liderliyi olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil. Bu məsələnin həlli üçün təcili tədbirlər görülməlidir! Orta ümumtəhsil məktəblərində xüsusi dərnəklər təşkil olunmalı, kişi müəllimlər və nümunəvi şəxsiyyətlər bu proqramlara cəlb edilməlidir. Əks halda, gələcək nəsillərimiz kişi xarakterindən uzaq böyüyəcək və cəmiyyətin inkişafı üçün ciddi problemlər yaranacaqdır. Məhəmməd Həşimov, Şəmkir rayon Şiştəpə kənd Qalib Allahverdiyev adına tam ümumtəhsil orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və fiziki tərbiyə müəllimi.

Zelenski ABŞ-dan Böyük Britaniyaya uçdu

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan Böyük Britaniyaya uçub. Sozcu.az xəbər verir ki, onun təyyarəsi Amerikanın Endrüs aviabazasından Londonun Stansted aeroportuna yola düşüb. Ağ Evdə uğursuz danışıqlardan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna liderləri ilə telefon danışıqları aparıb. Martın 2-də Londonda Zelenskinin iştirakı ilə Avropa liderlərinin görüşü keçiriləcək. Görüşdə Avropanın Ukraynaya hansı zəmanətləri verə biləcəyi müzakirə ediləcək.

Arif Hacılı: “Avropa Ukraynanın xilası üçün Türkiyəyə diqqəti artırmalıdır”

Tramp və Zelenskinin Ağ Evdə qalmaqallı görüşü dünya düzəninin təhükəli istiqamətə yönəldiyini bir daha nümayiş etdirdi. Bu hadisəni həm də Avropa dövlətləri üçün təhlükəsizlik məsələlərində okeanın o tayından ən azı yaxın iki ildə yetərli dəstəyin verilməyəcəyi barədə əlavə mesaj kimi də qəbul etmək olar. Bu mesajdan düzgün nəticə çıxarılsa ilk növbədə Ukrayna müharibəsi olmaqla Avroasiya məkanına aid problemlərin həll olunması üçün daxili güclərin konsolidasiyası sürətlənməlidir. Böyük Britaniya və Avtopa İttifaqı arasında münasibətlərin son durumu təqdirəlayiq olsa da bu güc Rusiyanı durdurmaq, şər üçlüyünə (Rusiya-İran-Çin) qarşı duruş gətirmək üçün yetərli deyil. Avropa ölkələri nəhayət Osmanlı İmperiyasına qarşı incikliklərini unudaraq diqqəti Türkiyə Cümhuriyyəyinə yönəltməlidir. Mühüm kommunikasiyalara nəzarət imkanları olan Türkiyə, həm də NATO nun ikinci güclü ordusuna malikdir. Türkiyə Avroasiya məkanının taleyinin həll olunduğu Ukrayna ilə müttəfiq olmaqla yanaşı, Pusiya ilə də danışmaq imkanlarını saxlayan dövlətdir. Türkiyənin əhəmiyyəti yalnız bununla bitmir. Böyük Britaniya-Avropa İttifaqı-Türkiyə birliyi baş tutarsa bu həm də Türkiyə vasiyəsi ilə Azərbaycan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrinin də bu birlikdə iştirakı, Yaxın Şərqdə mövqeyinin həlledici olaraq artması, nəhayət Belorus istisna olmaqla bütün postsovet məkanı ölkələrinin bu birlik ətrafında toparlanması deməkdir. Bütün bu amillər yeni dünya düzəninin formalaşmasında, Avroasiya məkanının təhlükəsizlik sistemində Türkiyənin iştirakının nə qədər mühüm və əhəmiyyətli olduğunu təsdiq edir. Əslində Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarının başlandığı gün Prezident Zelenskinin Ankara səfəri də təsadüfi deyildi. Hadisələrin episentrində olan Ukrayna prezidenti çıxış yolunun harada olduğunu yəqin ki, daha aydın dərk edir. Prezident Zelenski müharibənin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi şərti ilə dayandırılmasına çalışır. Ümid edək ki, o öz müttəfiqlərini bu prosesdə və danışıqlar masası arxasında Türkiyənin də yer almasının nə qədər vacib olduğuna inandıra biləcək.  P. S. Bu arada Türkiyənin əksər televiziya kanallarında Zelenskinin, Ukraynanın əleyhinə peşəkarlıqdan uzaq, bayağı təbliğat yanlış və ədalətsiz olmaqla yanaşı, həm də Türkiyənin milli maraqlarına ziddir. Yazı Arif Hacılının feysbuk səhifəsindən götürülüb

PKK atəşkəs elan etdi

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb. Kandil açıqlamasında terror təşkilatının lideri Abdullah Öcalanın çağırışına əməl ediləcəyini qeyd edilib. Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər...-ANALİTİK

“Həm də nəyə görə? Ona görə ki, onun rüsümları tətbiq etməsi artıq Amerikanın özünün iqtiadi durumuna da neqativ təsir göstərməyə başlayıb və göstərəcəkdir də... O neqativ təsirlər başlayanda, Tramp özünün sosial dayaqlarını itirəndə addımlarını tormozlamalı olacaq...” “Bilirsiz, hazırda Trampı narahat edən əsas məsələrdən biri bütün Qərb dünyasının ona qarşı bnirləşməsidir. Bu gün artıq Kanada da Avropa Birliyinin yanındadır, artıq Avstraliya da ABŞ-dən məsafələşməyə başlayıb. Və Birləşmiş Ştatlar faktiki olaraq bir təcrid vəziyyətinə düşüb. Belə olduğu şəraitdə, əlbəttə ki, Tramp reallıqları nəzərə alaraq Rusiya ilə yaxınlaşma, Rusiyaya reveranslar etmək və s. işlərində bir qədər templəri azaltmalı olacaq. Həm də nəyə görə? Ona görə ki, onun rüsümları tətbiq etməsi artıq Amerikanın özünün iqtiadi durumuna da neqativ təsir göstərməyə başlayıb və göstərəcəkdir də... O neqativ təsirlər başlayanda, Tramp özünün sosial dayaqlarını itirəndə addımlarını tormozlamalı olacaq”.  Bunu Moderator.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın daxili və xarici siyasət sahəsində yol verdiyi ciddi səhvlərə görə, o cümlədən də Rusiya-Ukrayna savaşı barədə atdığı addımlara, Ukrayna prezidenti V.Zelenskiyə qarşı tutduğu ədalətsiz mövqeyə görə impiçmentə məruz qalması ehtimalından danışan siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.  “Bəli, artıq Trampa qarşı impiçment prosesi başladılması haqda fikirlər səslənir. Bu, mümkündür və mən istisna etmirəm ki, bu təşəbbüs hansısa bir mərhələdə, demokratlar bir yana məhz respublikaçıların özləri tərəfindən gələ bilər.  Məsələ ondadır ki, 2026-cı ilin noyabrında ABŞ Konqresə və Senatına aralıq seçkilər keçiriləcək. Və həmin seçkilərdə respublikaçıların uduzmaq təhlükəsi var. Həmin təhlükə getdikcə artır. Və belə getsə, Respublikaçıların özü tərəfindən Trampa qarşı fraksiyalar yaranacaq. O da artıq görünməkdədir- cücərtiləri var.  Əgər Respublikaçılar Partiyasının daxilində hər hansı bir qrup senatorlar, yaxud Nümayəndələr Palatasının üzvləri impiçment təşəbbüsü irəli sürərlərsə, bu o deməkdir ki, Tramp bitəcək. Yəni respublikaçıların özləri  ona qarşı impiçment prosesini başlada bilər. Bu tamamilə mümkündür. Həm nəzəri, həm də praktik baxımdan...  Təbii ki, Demokratlar Partiyasının nümayəndələri də birmənalı şəkildə bunu dəstəkləyəcəklər. Amma görək, respublikaçıların öz partiyalarının üzvü olan hazırkı ABŞ prezidentinə qarşı impiçment təşəbbüsü qaldırmağa cəsarətləri çatacaqmı? Bu bir qədər çətin sualdır”,  - deyə davamında analitik diqqətə çatdırıb.

Trampı Putinin "kuklası" adlandırdı

Konnektikutdan Demokratik senator Chris Murphy, Rusiya lideri Vladimir Putinin xeyrinə olan Ağ Evdə Volodimir Zelenskinin "planlı pusqu"ya salındığını bildirib. Sozcu.az xəbər verir ki, onun sözlərini "Associated Press" qeyd edib. “Bu, Vladimir Putinin xeyrinə prezident Zelenskini rüsvay etmək üçün planlaşdırılmış pusqu idi. Bu biabırçılıq idi. Bu iyrənclik idi. Hər kəs prezident Trampın Putinin oyuncağına çevrildiyini seyr edərkən, siz Amerikanın bütün dünyada qüdrətinin dağılmasını seyr etdiniz”, – AP senatordan sitat gətirib. Fevralın 28-də Ağ Evdə keçirilən görüşdə Zelenski ilə ABŞ prezidenti Donald Tramp canlı efirdə jurnalistlərin gözü qarşısında qızğın mübahisə edib.

Göyçayda ana və azyaşlı qızı qazdan zəhərləndilər

Göyçayda ana və qızı qazdan zəhərləniblər. Sozcu.az xəbər verir ki, hadisə Ulaşlı-Şıxlı kəndində qeydə alınıb. 35 yaşlıı A.S. və onun 6 yaşlı qızı Z. S.hamamda dəm qazından zəhərlənərək, xəstəxanaya yerləşdiriliblər. Burada ilkin tibbi yardımdan sonra hr ikisi evə buraxılıblar.

Starmer Tramp ilə telefon danışığında Ukraynaya “sarsılmaz dəstəyini” ifadə edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski ilə telefon danışığı aparıb. Sozcu.az BBC-nin Rus xidmətinə istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb. “Bu axşam (fevralın 28-də – red.) Baş nazir həm Prezident Tramp, həm də Prezident Zelenski ilə danışıb. O, Ukraynaya sarsılmaz dəstəyini davam etdirir və Ukraynanın suverenliyi və təhlükəsizliyi əsasında dayanıqlı sülh yolu tapmaq üçün əlindən gələni edir”, – Dauninq-stritdən bildirilib. Xatırladaq ki, Vaşinqtonda iki ölkə liderlərinin görüşü qalmaqalla nəticələnib. Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə kompromisə getməməyə çağırıb. Buna cavab olaraq Tramp bildirib ki, Ukrayna “çətin vəziyyətdədir” və onun “güclü kartları yoxdur”. Söhbətə ABŞ-nin vitse-prezidenti Cey Di Vens də müdaxilə edərək soruşub: “Siz heç olmasa bir dəfə “sağ ol” dedinizmi?”. Tramp ukraynalı əsgərlərin inanılmaz şücaət nümayiş etdirdiyini qeyd etsə də, ABŞ-nin döyüşləri dayandırmaq və vəsaitləri “digər məqsədlərə, məsələn, bərpa işlərinə” yönəltmək istədiyini vurğulayıb. Daha sonra ABŞ Prezidenti “Truth Social” platformasında paylaşım edərək Zelenskinin “sülhə hazır olmadığını” yazıb. Bundan sonra Ukrayna lideri Ağ evi tərk edib.

Sırski Trampla mübahisədən sonra ordunun Zelenskini dəstəklədiyini bildirib

Ukrayna Silahlı Qüvvələri ABŞ lideri Donald Trampla Vaşinqtonda mübahisə etdikdən sonra Prezident Volodimir Zelenskinin tərəfində qalır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski özünün teleqram kanalında yazıb. “Silahlı Qüvvələr Ukraynanın, xalqın, Ali Baş Komandanın yanındadır. Bizim gücümüz birlikdədir. Biz Qələbəni yaxınlaşdıraraq işğalçını məhv etməyə davam edirik. Yaşasın Ukrayna!”, – Sırski yazıb.

XATİRƏ

Ali təhsilimi başa vurduqdan sonra bir müddət işsiz qaldım. Hara müraciət edirdimsə, məndən iş təcrübəsi tələb olunurdu. Universitetdə oxuduğumdan, heç yerdə işləyə bilmədim. Kəsəsi, işsizlikdən təngə gəlmişdim. Dolanışığımı təmin etmək üçün, hər işi görməyə hazır idim. Tərslikdən hərbi xidmətə çağırış vərəqəsi də aldım. Əsgərliyə getdim, hərbi xidmətim pis keçmədi. Əsgərliyi başa vurmağıma az qalmış, komandir məni yanına çağırdı. O, məndən zabit kimi xidmətimi davam etdirməyimi istədi: – Ordumuzun sənin kimi mütəxəssislərə ehtiyacı var! Doğrusu, bu təklif mənə göydəndüşmə olduğundan, fikirləşmədən komandirin təklifini dərhal qəbul etdim. Bizim hərbi hissəmiz paytaxtdan xeyli uzaqda, sərhədə yaxın kiçik bir şəhərdə yerləşirdi. Məni hər cür şəraiti olan üç otaqlı geniş mənzillə təmin etdilər. Məvacibim pis deyildi. Anamı da gətirib, bu kiçik şəhərdə yaşamağa başladıq. Anam səmimi və düşdüýü hər cür mühitdə xoş ünsiyyət qurmağı bacaran bir qadındır. Mən hər gün səhər tezdən işə gedəndə, o, evi səliqə-səhmana salıb, şəhəri gəzməyə çıxırdı. Anam qısa müddət ərzində bir xeyli qadını özünə dost etmişdi. Mən axşam evə gələndə yeməyimi verib, şəhərdə gördüklərindən, tanış olduğu qadınlardan söhbət salırdı. Özü də, xüsusi bir həvəslə…  Yaşım otuzu haqlasa da, hələ evlənmək haqqında fikirləşmirdim. Daha doğrusu, fikirləşməyə vaxt tapa bilmirdim. Anam isə, mənim evlənməyimi istəyirdi. Bir gün işdən qayıdanda, evimizin həmişəkindən daha səliqəli olduğunu gördüm. Anam təəccübləndiyimi görüb, üzünü mənə tutub, dedi: - Sağ olsun Xatirəni. O, mənə kömək elədi. Mən, anamdan Xatirənin kim olduğunu soruşanda, cavabı qısa və lakonik oldu: – Təzə qonşumuzdu. Gəlib mənə kömək etdi. Məndən başqa, heç kimlə yaxınlığı yoxdur. Sakit qızdır, məktəbdə müəllimə işləyir. Tale elə gətirdi ki, tez-tez Xatirə ilə rastlaşmalı oldum. Vaxtsız ağarmış saçları onu yaşlı göstərirdi. Əynindəki paltarlar köhnə olsa da, təmiz və səliqəli idi. Hiss olunurdu ki, mədəni xanımdır. Hərdən mənə elə gəlirdi ki, mən Xatirəni hardasa görmüşəm… Bir gün evə gələndə, özüm də istəmədən, anamla Xatirənin söhbətinə qulaq verməli oldum. Başları söhbətə elə qarışmışdı ki, mənim otaqda olduğumu hiss etmədilər. – Qızım, az özünə qapan. Adam dərdini danışanda yüngülləşir. Mən də sənin anan. Xatirə anamın təkidindən sonra, başına gələnləri danışmağa başladı: – Mən atasız böyümüşəm. Onun haqqında məlumatım yox idi. Heç üzünü də görməmişəm. Anamdan, atam haqqında soruşanda, onun şəhid olduğunu deyirdi. Atam, anamgilin kəndində işləyəndə, anamı qaçırdıb, bura gətirib. Anamı tikiş fabrikində işə düzəldib, ona fabrikin yataqxanasından yer düzüb-qoşub. Anam deyirdi ki, onlar evlənəndən az sonra Qarabağ müharibəsi başlayıb. Atam da könüllü olaraq döyüşlərə qatılıb. Bir müddət sonra, qapımıza bir əsgər gəlib, atamın döyüşlərdə öldüyünü deyib. Mən anamın dediklərinə inanıb, atamla fəxr edirdim – elə, anam da! Anam gündüzlər fabrikdə işləyib, axşamlar isə, evlərdə paltar yumaqla məni böyütdü. Mən ali məktəbi qurtarıb, şirkətlərin birində işə düzəldim. Aylıq məvacibim  normal idi. Pis dolanmırdıq. Hər şey öz axarında yaxşı gedirdi. Amma birdən…                                                           *** - Səni sevirəm. - Bilirəm. - Çox sevirəm… - Niyə? - Nə bilim. - Nə bilim, hə.ə.ə? - Zarafat etdim. - Bir də belə zarafat etmə! - Baş üstə! (gülür) - Nəyə gülürsən? Gülmə! - Baş üstə! (Qəh-qəhə çəkib gülür) - E.e.e.e…Pis! - Bura bax, qızımız olsa adını nə qoyaq? - Nə? - Xatirə! - Niyə? Niyə Xatirə? - Xatırlamaq üçün. - Nəyi? - Birlikdə yaşadığımız gözəl anları unutmamaq üçün… - Anlamadım?! - Biz birlikdə qocaldıqca bəzi şeyləri unudacağıq axı?! (gülür) …Həyat gözlənilməz hadisələrlə doludur…                                                          *** - Bizim şirkətin prezidenti Vüqar adlı ucaboylu, enlikürək bir oğlan idi. Ailəsi də vardı. Deyilənlərə görə, atası yüksək vəzifəli dövlət məmuru idi. Vüqarın kəsdiyi başa sorğu-sual da olmazdı.  Xatirə sol əlinin ovcunda sağ əlinin barmaqlarını ovuşdururdu. Bilirsiniz niyə? Qəfil sağ əli ilə Vuqara sillə vurduğunu xatırlamışdı. O udğunub davam etdi: - Gözlərini məndən çəkmirdi. Kimsəsiz olduğumu bilib, mənə cürbəcür əxlaqsız təkliflər edirdi. Mən razı olmurdum. Namusumu hər şeydən üstün tutub, işdən getmək haqqında fikirləşirdim. İş yerimi də itirmək istəmirdim. Bir gün Vüqar məni kabinetinə çağırıb, tapşırıqlar verdi və iş gününün sonuna qədər tapşırıqların icrasını tələb etdi. Başım işə o qədər qarışmışdı ki, havanın qaralmağından xəbərim olmadı. İşdən çıxanda, Vüqar qəfil peyda oldu. Qolumu qamarlayıb burdu. Məni zorla maşına oturtdu. Ona möhkəmcə bir sillə ilişdirdim. Maşında ondan başqa iki nəfər də vardı. Məni şəhər kənarındakı bir evə apardı. Vüqarla mən otaqda tək qaldıq. Masanın üstündə cürbəcür içkilər düzülmüşdü. Mənə təkidlə içki təklif etməyinə baxmayaraq razı olmadım. O, isə içirdi. Mənim qaçmağın yollarını axtardığımı görən Vüqar– “Nahaq fikirləşirsən, burdan çıxa bilməyəcəksən, itlər səni parça-parça edər” -dedi. Birdən o mənə tərəf gəlməyə başladı. Əlini atıb, paltarımın yaxasını cırıb, dedi: – Sən mənimsən! Mən səni heç kimə verməyəcəm! Nə qədər yalvarıb, ağladımsa, o, mənə heç fikir verməyib qollarını belimə kilidlədi. Özümü müdaifə etmək üçün masanın üstündəki araq şüşəsini götürüb, onun gicgahına vurdum. O, əlini başına tutub qışqırdı: “- Ay qancıq!” – deyib, yerə yıxıldı. Vüqarın qanından yerdə gölməçə əmələ gəldi. Mən nə edəcəyimi bilmirdim. Vüqar can verirdi. Qaçmaq istədim. Həyətdəki itlərdən qorxdum. Birtəhər, özümü ələ alıb, Vüqarın telefonu ilə polisə zəng etdim. Polislər gəlib, məni apardılar…                                                           ***                                          - Bu gecə yuxuda atanı gördüm.  O balaca Xatirənin saçlarını sığallayıb, davam etdi: - Bilirsən, atan səni qucaqlayıb necə öpürdü? - Ana, atam indi göylərdədir? - Hə… - Cənnətdədir hə? - Hə… Azadlığın cənnət olduğunu bilirdim. Həbs olunduqdan sonra, türmənin cəhənnəm olduğunu bildim…Mən həbs olunmuşdum. Həbs olunduğum günün gecəsi, o balaca, qaranlıq, soyuq türmə otağının dəmir barmaqlı pəncərəsindən göylərə baxdım. Baxdım, atamı görmək üçün baxdım, görmədim. Axı niyə görməli idim?! Bir müddət sonra istintaq müəyyən etdi ki, atam ölməyib. Sən demə, heç Qarabağın yolunu da tanımırmış. Anamın hamilə olduğunu öyrənəndən sonra aradan çıxıb. Sən demə, özü də yüksək vəzifədə işləyir. Ən dəhşətlisi isə…                                                         *** - Səni sevirəm. - Bilirəm. - Çox sevirəm… - Niyə? - Nə bilim. - Nə bilim, hə.ə.ə? - Zarafat etdim. - Bir də belə zarafat etmə! - Baş üstə! (gülür) - Nəyə gülürsən? Gülmə! - Baş üstə! (Qəh-qəhə çəkib gülür) - E.e.e.e…Pis! - Bura bax, qızımız olsa adını nə qoyaq? - Nə? - Xatirə! - Niyə? Niyə Xatirə? - Xatırlamaq üçün. - Nəyi? - Birlikdə yaşadığımız gözəl anları unutmamaq üçün… - Anlamadım?! - Biz birlikdə qocaldıqca bəzi şeyləri unudacağıq axı?! (gülür) - Birdən qızımız yox, oğlumuz oldu. Adını nə qoyacağıq? - Vüqar. Necədi? - Yaxşıdır. - Məni çox sev… - Baş üstə…                                                            *** …Həbsdə özümü yaxşı apardığıma görə, vaxtından tez azadlığa çıxdım. Baş verənlərə dözə bilməyən anam, artıq ölmüşdü. Mənsə, orada tək yaşaya bilmirdim. Hamı mənə pis baxırdı. Eşitdim ki burada müəllimə ehtiyac var. Ona görə də, bu şəhərə köçdüm… Mən hər şeyi eşitdim və Xatirənin taleyinə çox üzüldüm… Xatirənin keçmişdə yaşadığı dəhşətli hadisələr və acı taleyinə baxmayaraq, mən onun həyatında yepyeni bir səhifə açmağa qərar verdim. Xatirənin qəlbindəki sızlayan ağrını və yaralı qürurunu daha yaxşı başa düşdükcə, ona daha çox bağlandım. Xatirə ilə münasibətimizin daha da dərinləşməsində sözsüz ki, anamın da rolu vardı. Bir gün cəsarətimi toplayıb  ona evlənmək təklif etdim. Təklifimin onun üçün gözlənilməz olacağını da bilirdim. Xatirə əvvəlcə duruxdu, deyəsən məndən belə bir təklif gözləmirdi. Gözləri doldu. “Əllərimə bax”- dedi.  - Görürsən əllərimi? Sən bilirsən Vüqar kim idi? Bilirsən? - Bilmirəm, dedim.  - Mən öz qardaşımı öldürmüşəm. - Xatirə, daşın üzü soyuq olur. İnsan öz keçmişindən soyumasa, gələcəyi ona isti qucaq açmaz. Mən səni sevirəm. Mən səni xoşbəxt edə bilərəm. - Atam da anama elə demişdi. - Bilirəm. - Amma sonra anamı tək qoyub başqası ilə evlənib. Mənim öldürdüyüm Vüqarın anası ilə. -Unut! Olub keçənləri unut! - Unudum? - Əlbəttə! - Yaxşı… Əbil Həsən

Dünya liderləri Oval ofisdəki mübahisəyə münasibət bildirirlər

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən mübahisəyə müxtəlif ölkələrin rəhbərləri münasibət bildiriblər. Makron: Hücuma məruz qalan xalq var, o da Ukraynadır “Təcavüzkar olan Rusiya və hücuma məruz qalan xalq var, o da Ukraynadır. Biz üç il əvvəl Ukraynaya kömək etməkdə, həmçinin, Rusiyaya sanksiya qoymaqda və bunu davam etdirməkdə haqlı idik". Bunu Fransa Prezidenti Emmanuel Makron “BFMTV” telekanalına açıqlamasında deyib. "Biz kömək edənlərin hamısına təşəkkür etməliyik və əvvəldən mübarizə aparanlara hörmət etməliyik". Berbok: Ukrayna Almaniyanı dəstəyinə arxalana bilər "Ukrayna tək deyil. Almaniya Avropadakı müttəfiqlərimizlə birlikdə Ukraynanın yanındadır və Rusiyanın təcavüzünə qarşıdır". Bunu isə Almaniyanın xarici işlər naziri Annalena Berbok X sosial şəbəkəsindəki hesabında yazıb. “Ukrayna Almaniyanın, Avropanın və digər ölkələrin sarsılmaz dəstəyinə arxalana bilər”, Tusk: "Siz tək deyilsiniz" Polşanın Baş naziri Donald Tusk isə X hesabında bunları yazıb: “Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”. "Ukrayna, İspaniya səninlədir” İspaniyanın Baş naziri Pedro Sançes də “X” hesabında Ukraynanı dəstəkləyib: "Ukrayna, İspaniya səninlədir” AK Prezidenti: Siz heç vaxt tək olmayacaqsınız, Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə belə yazıb: "Sizin ləyaqətiniz Ukrayna xalqının şücaətinə şöhrət qazandırır. Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək olmayacaqsınız, əziz Prezident Zelenski. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik". Bu, Rusiya rəsmilərindən Oval ofisdəki mübahisəyə verilən ilk reaksiya olub. Trüdo: Kanada Ukraynanı dəstəkləyir Kanadanın Baş naziri Castin Trüdo isə qeyd edib ki, ukraynalılar üç ildir cəsarət və dözümlülüklə mübarizə aparırlar: "Onların demokratiya, azadlıq və suverenlik uğrundakı mübarizəsi bizim hamımız üçün əhəmiyyətlidir. Kanada, Ukraynanın və ukraynalıların ədalətli və daimi sülhə nail olmaq üçün yanında olmağa davam edəcək". Aİ: Ukrayna Avropadır, biz Ukraynanın yanındayıq. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas isə Ukraynaya dəstəyin artırılacağını yazıb. "Biz Ukraynaya dəstəyimizi artıracağıq ki, onlar işğalçıya qarşı mübarizəni davam etdirə bilsinlər. Bu gün aydın oldu ki, azad dünyanın yeni bir liderə ehtiyacı var. Bu vəzifə biz avropalıların üzərinə düşür".

"Ukrayna, biz səninləyək” - Avropadan DƏSTƏK

Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə ediblər. Sozcu.az onlardan bəzilərini təqdim edir: Avropa İttifaqı Şurasının Prezidenti: “Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək deyilsiniz, hörmətli Prezident. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik”. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen: “Güclü olun, cəsarətli olun, qorxmaz olun”. İspaniyanın Baş naziri Pedro Sançes: "Ukrayna, biz səninləyək”. Polşanın Baş naziri Donald Tusk: “Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”. Fransa Prezidenti Emmanuel Makron: “Bir təcavüzkar var, o, Rusiyadır, hücuma məruz qalan insanlar isə Ukraynadır”. Almaniyanın kansler namizədiFridrix Mert: "Hörmətli Volodimir Zelenski, biz yaxşı və imtahana çəkildiyimiz vaxtlarda Ukraynanın yanındayıq. Biz bu dəhşətli müharibədə təcavüzkarla qurbanı heç vaxt qarışdırmamalıyıq”.

Öcalan çağırış etdi, güzəşt olacaq? – Akar açıqladı

Burada hər hansı güzəştdən, amnistiyadan söhbət gedə bilməz. Hər kəs cəzasını alacaq, bu ayrı məsələdir, amma terrora son qoymaq üçün səylər göstərilir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akar PKK lideri Abdullah Öcalanın tərk-silah çağırışı ilə bağlı danışarkən deyib. O bildirib ki, meydanda heç nə dəyişməyib: “Mehmetçik terrorçuların sığınacaqlarını dağıdır, gecə-gündüz terrorla mübarizə davam edir. Biz terrorsuz Türkiyə deyirik. Bu, güzəşt və ya kompromis deyil. Bu, şəhidlərimizin qanını görməzlikdən gəlmək deyil, biz bu məsələdə son dərəcə həssasıq. Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Baxçalı bu məsələdə hər cür həssaslıq nümayiş etdirdilər. Dünən lazımi açıqlama verildi və təşkilat rəhbəri “Silahlarınızı yerə qoyub təşkilatı ləğv edəcəksiniz” dedi. Bunu edib-etməmək öz ixtiyarındadır. Terrora son qoymaq əzmimiz və qətiyyətimiz mütləqdir. “Ölsək şəhid, qalsaq qazi olacağıq” anlayışı ilə sona qədər mübarizə aparacağıq. Məqsədimiz terror bəlasını dayandırmaq, Türkiyənin rifahı və gələcəyi üçün çalışmaqdır. İnanc və düşüncələrimizdə heç bir şəkildə dəyişiklik yoxdur. Terrorçu terrorçudur və Türkiyə Cümhuriyyəti öz yerində möhkəm qalır. Buna heç kimin şübhəsi olmasın”. Qeyd edək ki, PKK-nın həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa və terror təşkilatını buraxmağa çağırıb.

Pakistanda məsciddə partlayış: Onlarla ölü və yaralı var

Pakistanda Akora şəhərində yerləşən Darul Ulum Haqqania məscidində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Geo News” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, bomba cümə namazından qısa müddət sonra ibadətçilər məscidi tərk edərkən partlayıb. Partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Rəsmilər də cümə günü tarixi seminariya məscidini hədəf alan intiharçı partlayışda ölənlər və yaralananlar olduğunu təsdiqləyib. Xeybər-Paxtunxva Baş Polisinin müfəttişi Zülfiqar Həmid “Geo News”a bildirib ki, hücumun hədəfi Mövlana Sami-ul-Haq Haqqaninin oğlu Mövlana Hamid-ul-Haq Haqqani olub. Polis müfəttişi onun partlayış nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildirib. O, əlavə edib ki, polis qrupları partlayış yerində olub və partlayışın mahiyyəti və səbəbinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Həmçinin, hadisə yerinə məhkəmə-tibbi ekspertiza və istintaq qrupları göndərilib. Partlayışdan sonra hadisə yerinə gələn xilasetmə qrupları xilasetmə işlərinə başlayıb və yaralılar tibbi yardım üçün yaxınlıqdakı xəstəxanaya aparılıb. Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni terror aktı adlandırıb.

Bu müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama VERİLDİ

Əgər müəllim məktəbdə iki fənni tədris edirsə, onun bir fəndən sertifikatlaşdırmadan keçməsi digər fənni tədris etməyinə təsir göstərmir. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma prosesi ilə bağlı Təhsil TV-də qonaq olarkən deyib. O bildirib ki, lakin sertifikatlaşdırmanın ilkin mərhələsi tamamilə yekunlaşdıqdan sonra bu istiqamətdə hansısa yeniliklər ola bilər: "Kimya-biologiya ixtisaslı müəllimlər tez-tez maraqlanırlar ki, əgər onlar bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaqlarsa, digər fəndən dərs demək hüquqları olmayacaqmı? Bəli, həmin müəllimlər bir fəndən sertifikatlaşdırmaya cəlb olunacaq, lakin hər iki fənni tədris edə biləcəklər. Bir müəllimin ikinci fəndən sertifikatlaşdırmaya cəlb olunması məsələsi isə hazırda aktual deyil".

Ramazanın ilk gününün duası - İmsak və iftar VAXTLARI

Sabah Ramazan ayının ilk günüdür. Sozcu.az xəbər verir ki, imsak vaxtı 05:49-a, iftar isə 18:47-yə təyin olunub. Birinci günün imsak duası: “Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin. Və nəbbihni fihi ən naumətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mucrimin!” Tərcüməsi: “İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Hazırda qar yağan RAYONLAR

Milli Hidrometeorologiya Xidmətinin fevralın 28-i saat 18:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır. Sozcu.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda 15 m/s-yə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

“Tramp kimdir ki, Ukraynanı təslim etsin... Onun hələ Putinlə də konfliktə gedəcəyi istisna deyil...”

“Bu gün Ukraynanı dəstəkləyən dövlətlərin hərbi büdcəsi 400 milyarddan yuxarıdır və bu, Rusiyanın hərbi büdcəsindən iki dəfə çoxdur. Onların arasında Fransa, Böyük Britaniya kimi nüvə dövlətləri də var...” “Mən düşünmürəm ki, Ukraynanın təslim edilməsi mümkün ola. Əvvəla, biz unutmamalıyıq ki, ortada Ukrayna xalqı var. Bu ciddi bir faktordur. Ukrayna xalqı təcavüzə məruz qalıb, onun şəhərləri dağıdılıb, yüz minlərlə insanı qətlə yetirilib, yaralanıb, şikəst edilib, milyonlarla insanı qaçqın düşüb. Ukrayna xalqının iradəsi var ortada. Bunu Tramp istəsə, Putin istəsə, hətta Zelenski istəsə, bu, mümkün olacaqmı? Mən tələsməzdim belə cavab verməyə..." Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu bunu Moderator.az əməkdaşının “Real siyasət baxımından sizin təhlilləriniz nə göstərir, doğrudanmı, bəzi şərhçilərin dediyi kimi, Tramp Putinlə görüşdükdən sonra Ukraynanın ona təslim olması üçün həlledici addımlar atacaq?” sualını cavablandırarkən dilə gətirib. “Digər tərəfdən, biz görürük ki, Ukraynanı yetərincə dəstəkləyənlər də var. Məsələn, Böyük Britaniya da daxil olmaqla aparıcı Avropa ölkələri, Kanada və s. ölkələrdən ibarət böyük bir düşərgə formalaşır. Və bu düşərgənin də hərbi və iqtisadi potensialı kifayət qədərdir. Heç də düşünməyək ki, məsələn. ABŞ yoxdu deyə,  onlar da yoxdur... Bu gün Ukraynanı dəstəkləyən dövlətlərin hərbi büdcəsi 400 milyarddan yuxarıdır və bu, Rusiyanın hərbi büdcəsindən iki dəfə çoxdur. Onların arasında Fransa, Böyük Britaniya kimi nüvə dövlətləri də var. Almaniya kimi böyük iqtisadi potensiala  malik ölkə də var. O yandan Türkiyə var. Hansını ki, Avropa Birliyi ölkələri özünə yaxınlaşdıra bilsə, - ümid edirəm ki, bu, baş tutacaq, -özü bir hərbi gücdür”, -deyə davamında analitik diqqətə şatdırıb.  “Bir sözlə, “ABŞ prezidenti Tramp Ukraynanı Rusiyaya, Putinə təslim edəcək” demək asandır, amma bunu həyata keçirmək elə də asan məsələ deyil.  Azərbaycanda da bəzi analitiklər bunu bir ifadə kimi çox işlədirlər. Tramp kimdir ki, Ukraynaya sahiblənsin, onun müqəddəratını həll etsin, onu təslim etsin. Bəli, hansısa razılaşmalar əldə edərək onlardan müəyyən dividentlər götürə bilər.  Amma hələ məlum deyil ki, Trampla Putinin münasibətləri hansı həddə qədər davam edəcək və sonradan hansı istiqamətə yönələcək. Həm də Tramp barəsində proqnoz verilməsi qeyri-mümkün olan bir şəxsdir və belə düşünürəm ki, onun hələ Rusiya ilə də konfliktə gedəcəyi istisna deyil. Yeri gəlmişkən, birinci prezidentlik müddətində bu artıq olubdur”, - ekspert vurğulayıb.

"Öcalanın Xəzər sahilindəki tərəfdarlarının onun dünənki bəyanatına reaksiyasını məmnuniyyətlə dinləyərdim, amma..."

“Qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr...” “Lakin məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoyub təslim olsunlar. Onsuz da MİT gec-tez gəlib sizin də mitilinizi atacaq...” Nəhayət, 26 ildən sonra ağlı başına gələn “PKK” terrorbaşı Abdullah Öcalan dünən tərəfdarlarına müraciət etdi ki, silahlarını yerə qoyub Türkiyə dövlətinə təslim olsunlar...  Çoxunuzun yadında olar, Abdullah Öcalan 1999-cu ildə MİT tərəfindən yaxalanıb Türkiyəyə gətirilində Xəzər sahilindəki ölkələrdən birində böyük dayaqları olduğu haqda bir söz söyləmişdi. Fəqət, bu günədək rəsmən bilinmədi ki, həmin respublikada terrorçubaşının tərəfdarları kimlərdir. Xatırımdadır ki, bircə dəfə o məmləkətin böyük şəhərlərindən birində bir cavanı sinəsində  Öcalanın şəklini, “PKK”-nın emblemini gəzdirdiyi üçün tutdular, əmbə sonra buraxıb bir müddət dəlixanaya saldılar ki, sən demə, cavan dəli imiş... İndi müxtəlif ölkələrdəki müxtəlif “PKK” tərəfdarı olan və ya o yönlü terrorçu qruplaşmalar Öcalanın bəyanatına müxtəlif cür reaksiyalar verirlər, biri “hə” deyir, biri “yox” deyir. İndi görək bu Xəzər sahilindəkilər nə deyəcəklər? Onları da tapıb, reaksiyalarını məmnuniyyətlə dinləyib təqdim edərdim, əmbə qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr... Lakin onlara məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoysunlar. Onsuz da MİT Suriyadan, İraqdan hərlənib üzü Xəzərə tərəf gəlir. Gec-tez sizlərin də mitilini Xəzərə, yox(Azərbaycan da bu dənizin yanındadır, suyumuzu murdarlamasınlar, bir azdan distillə edib içəcəyik), Sibir bataqlıqlarına atacaq...  Nə isə... Yəqin, bu yazıdan sonra bir reaksiya verərlər... Bir xəbər çıxsa və salamat qalsam, adlarını da, yerlərini də sizə bildirəcəm... Sultan Laçın  

Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanıldı

Fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub. Sozcu.az -ın məlumatına görə, DİN-dən bildirilib ki, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bakıda SPİRT KABUSU davam edir: ölənlərin sayı 22-yə çatdı

Bakıda daha bir nəfər texniki spirtdən zəhərələnərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 47 yaşlı Qaramin Dmitri Viktoroviçin meyiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir. Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatdı.

1 gündə 3 zəlzələ: Azərbaycanda seysmik aktivlik dövrü YAŞANIR

Fevralın 27-28-də Azərbaycanda bir neçə zəif maqnitudalı zəlzələ qeydə alınıb. Belə ki, ötən gün İsmayıllı rayonunda 3,3 maqnitudalı yeraltı təkan baş verib, ocağı 46 km dərinlikdə yerləşib. Həmin gün Xəzər dənizində də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Fevralın 28-də isə yenə İsmayıllı rayonunda zəlzələ baş verib – yerli vaxtla saat 07:49-da qeydə alınan təkanların maqnitudası 3 olub, ocağı isə 3 km dərinlikdə yerləşib. Zəlzələlər hiss olunmayıb və hər hansı fəsad törətməyib. Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, təşvişə səbəb yoxdur: “Bu bir dövrlükdür, mən hər zaman qeyd edirəm ki, tektonik-seysmik aktivlik müəyyən dövrlük müşahidə olunur. Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir. Burada bir neçə qovşaqlar mövcuddur. Beləliklə Xəzər dənizi ərazisi seysmik ocaqlarla zəngindir. Bütün ərazi boyu, şimal, orta və cənub hissəsi seysmik ocaqlar mövcuddur. Təbii ki, mütəmadi olaraq zəlzələlər baş verəcək. Hər zaman deyirəm ki, hiss olunan zəlzələlər il boyu qaçılmazdır”. Onun sözlərinə görə, nəinki Azərbaycanda, bütün dünyada tektonik və seysmik aktivlik dövrü yaşanır: “Gördüyünüz kimi Egey dənizində bir qədər müddət əvvəl ardıcıl olaraq güclü zəlzələlər baş verdi. Türkiyə, Yunanıstan, İtaliya və digər ölkələr silkələndi. Azərbaycanda yer hərəkətləri o dərəcədə intensiv sürətlə baş vermir. Hərəkət var, amma intensiv sürətdə deyil. Qonşu ölkələrlə müqayisədə bizdə intensiv sürət yoxdur. Ona görə də dağıdıcı zəlzələlər gözlənilmir. Amma hiss olunan zəlzələlər qaçılmazdır. Bu zəlzələlər 4, 4.5 maqnitudalı da ola bilər. Qonşu ərazilərdə seysmik ocaqlar aktivləşən zaman Azərbaycan ərazisinin sabit qalması mümkün deyil. Bu fiziki qanunlara da ziddir, qonşu ərazilərdə silkələnmə varsa, ola bilməz ki, Azərbaycan sabit qalsın. Nəzərə alsaq ki, Azərbaycan ərazisi seysmik ərazi sayılır, dövrülik daxilində hiss olunan zəlzələlər baş verə bilər, amma təşvişə səbəb yoxdur”.

Bakının üç rayonunda qaz KƏSİLƏCƏK

Səbail rayonu, Badamdar qəsəbəsində, Suraxanı rayonu, Zığ qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə 27.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. "Azəriqaz"dan Sozcu.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonu üzrə Əli Nəzərov, İbrahim Xəlilov, Tofiq Məmmədov, Seymur Məmmədov, Nurəddin Paşayev, Neftçilər küçələrinin, Badamdar şosesinin və 3-cü yaşayış massivinin bir hissəsinin, Qaradağ rayonu üzrə 1-ci, 2-ci, 3-cü, 6-cı yaşayış massivlərinin və B.Niftəliyev, İ.Nəbiyev küçələrinin, Suraxanı rayonu üzrə isə Zığ qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

İsmayıllıda zəlzələ oldu

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. 3.3 maqnitudalı yeraltı təkan 43 km dərinlikdə baş verib.

Bu il fitrə zəkatının məbləği nə qədər olacaq? - QMİ-dən CAVAB

Azərbaycanda martın 1-dən Ramazan ayı başlayır. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi fətvası yayılacaq. Hər il Ramazan bayramı günü müsəlmanlar fitrə zəkatı verilir. Qeyd edək ki, ötən il Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunub. Bu il də fitrə zəkatının məbləğinin nə qədər olacağı maraq doğurur. Məsələ ilə bağlı Modern.az-a açıqlamasında QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib ki, ümumilikdə hər şəxs 3 kilo buğdanın pulunu fitrə zəkatı olaraq verməlidir: “Fitrənin hesablanması yenə də  əvvəlki qaydada olacaq. Yəni istifadə etdiyimiz buğda çörəyinin, çərəzlərin qiymətinə uyğun olaraq hesablama aparılacaq. Bu il də 10 və ya 15 manat arası kimin nəyə gücü çatırsa, verərik. 3 kilo buğdanın pulunu bir nəfər verməlidir. Bu da orta hesabla 3 manat və ondan yuxarıya kimin nəyə gücü çatırsa, fitrə verə bilər”.

Qarlı havada 347 nəfər xəstəxanalıq oldu

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub.

Marketdəki partlayışda yaralananların sayı 3-ə ÇATDI - YENİLƏNİB

Binədə "OBA" marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə "OBA" məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib: "Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır". Xəbərdə qeyd olunub ki,  "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir: "Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq". *** 10:00 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi sahəsi 180 kv.m. olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb. Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** 08:55 Bakının Xəzər rayonu, Binə qəsəbəsində obyektdə yanğın baş verib. Sozcu.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. Bildirilib ki, saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub: "Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb". Məlumata görə, hadisə "OBA" marketində baş verib. Hadisə ilə bağlı marketlər şəbəkəsi də məlumat yayıb. "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib. İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində "Oba"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Xəsarət alanlar 45 yaşlı Kəmalə Paşa qızı Əhmədova və 38 yaşlı Şəlalə Şakir qızı Əsgərovadır. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda hadisənin təfərrüatı araşdırılır. Daha ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilir.

Hərbi liseyin məzunu vəfat etdi

Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnstitutunun kursantı Elvin Quluzadə uzun sürən qan xərçəngi xəstəliyi səbəbindən həyatını itirib.Oxu.az

Bu xəstəxananın milyonlarla borcu üzə çıxdı

Gəncə Beynəlxalq Xəstəxanasının əmtəə nişanının sahibi "SYNERGY MEDICAL" MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Xəstəxanasının Dövlət Vergi Xidmətinə 2711632.46 manat vergi borcu yaranıb. Qeyd edək ki, nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Paşayeva Gülnar Polad qızıdır.

9 yaşlı fiziki qüsurlu uşağı öldürən şəxsə ağır cəza verildi

Qeyri-rəsmi münasibətdə olduğu qadının 9 yaşlı fiziki qüsurlu övladını öldürməkdə ittiham olunan Yaşar Abbasovun məhkəmə araşdırması başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Məhkəmə müəyyən edib ki, Yaşar nikahsız yaşadığı İ.Əhmədovanın uşağını işgəncə ilə öldürməkdən əlavə qadının özünü də döyüb. Bu hadisədən bir müddət sonra uşağın anası da narkotik cinayətinə görə məhkum edilib. Hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin ağır maddələri ilə ittiham verilib. Hökmə əsasən, Y. Abbasov xüsusi amansızlıq, quldurluq niyyəti ilə adam öldürmə, əzab vermə və başqa maddələrlə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib.

Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb. Belə ki, Sabunçu rayonunda 45 yaşlı E.Qasımov və Nizami rayonunda 53 yaşlı A.İsayev metil spirtindən zəhərlənərək ölüblər. Məlumata görə, Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı 18-ə çatıb. Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfər texniki spirtdən zəhərlənərək ölüb. Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Xırdalanda özünə antibiotik vuran qadın öldü

Abşeron rayonunda özünə iynə vuran qadın ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib. Şəhər sakini, 42 yaşlı Gülnarə Ənvər qızı Cahangirova yaşadığı evdə özünə antibiotik iynəsi vurub. İynədən sonra halı pisləşən qadın xəstəxanaya müraciət edib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

ABŞ səfirliyi Xocalı soyqırımı qurbanlarını yad etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarını yad edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin X hesabındakı paylaşımda qeyd olunub. “Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

Bayraqdardan Xocalı qətliamı ilə bağlı paylaşım

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Xocalı qətliamı ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, o, bu barədə özünün X hesabında yazıb. “Xocalı soyqırımında həyatını itirən qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. İllər keçsə də, bu faciənin acısı hələ də qəlbimizdə təzədir. Xocalı soyqırımında həyatını itirmiş qardaş və bacılarımızın xatirəsini ehtiramla yad edirəm”, – paylaşımda qeyd olunub.

Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Nazir bu barədə "X" sosial media hesabında yazıb. "Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. Türkiyə həmişə olduğu kimi sevimli Azərbaycanımızın yanındadır", - paylaşımda qeyd olunub.

Fransa səfirliyi Azərbaycana başsağlığı verdi

Fransanın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə paylaşım səfirliyin sosial şəbəkədəki səhifəsində yerləşdirilib. “Bu gün biz Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirik və bütün Azərbaycan xalqına başsağlığı veririk”, - bəyanatda bildirib.

Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib. Sozcu.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib. Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb. Xətai rayon Məhkəmədi onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.

Xocalı soyqırımından 33 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 33 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Zığda evdə yanğın olub, ölən var

Bakıda fərdi yaşayış evində yanğın olub. Sozcu.az xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fərdi evdə baş verib. Yanğın zamanı, əqli cəhəddən qüsurlu Ə.Əlməmmədov yanıq xəsarətləri ilə xəstəxananaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Yenə qar yağacaq, yollar buz bağlayacaq — Günün havası

Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlaması davam edəcək.

Hazırda bu yollarda TIXAC var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1.Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Hamilə qadın və bətnindəki körpə ÖLDÜ

Göygöldə hamilə qadın və bətnindəki körpə ölüb. Sozcu.az "Report"a istinadən məlumat verir ki, Kəlbəcər rayon sakini, N.Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin onu və bətnindəki körpənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

“Belələri öz qüsurlu ideyaları və səmərəsiz idarəetməsi ilə elm-təhsil sistemini heç cür inkişaf etdirə bilmir...”- Ekspert

“Elm özfəaliyyət dərnəyi deyil.  Dövlət  elmi müəssisələrə, o cümlədən universitetlərə  tədqiqatlar sifariş etməli, buna maliyyə ayırmalı, elmi fəaliyyətə normal  şərait yaratmalı, tədqiqatların nəticələrinin  istehsalatda tətbiqinə  dəstək verməlidir...”  “Hər hansı sahənin inkişafı üçün  ilk növbədə bu sahənin nümayəndələrinə normal əmək haqqı verilməlidir  (özü də 30 il cüzi əmək haqqı almalarına baxmayaraq bu sahəyə sədaqətlə xidmət edən insanlara...” Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda elm və təhsilin problemləri mövzusunda “Elm və təhsilin inkişafına qayğı lazımdır...”  növbəti analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq: Bu yaxınlarda AMEA-nın  ümumi yığıncağı keçirilib. Yığıncaqda iştirak edən  elm və təhsil naziri Emin Əmrullayev də çıxış edib.  O, bildirib ki, 30-35 yaşında elmi ad alan alim bütün ömür boyu bu addan istifadə etməməlidir.  Sual yaranır:  bəs xaricdə 1-2 il oxuyub, 25 yaşında ordan bir diplom və ya sertifikat alıb, ömür boyu ondan istifadə etmək olarmı?  Alim nə maaş alır ? 600-700 manat (Bakı şəhəri üzrə orta əmək haqqı 1000+ manatdır).   Alim elmi ada  görə nə qədər pul alır? Alimin maaşının  60 manatı elmi ada görədir. Az maaşı bir az da azaltmaqla, nazir nəyə nail olmaq istəyir?  Bizim son illər elm-təhsil sahəsində aparılan islahatlar sovetin son illərdəki “yenidənqurma”nı   xatırladır.  Hər hansı sahənin inkişafı üçün  ilk növbədə bu sahənin nümayəndələrinə normal əmək haqqı verilməlidir  (özü də 30 il cüzi əmək haqqı almalarına baxmayaraq bu sahəyə sədaqətlə xidmət edən insanlara).   Yəqin ki, yenilik etmərik, desək ki, elm və təhsilin inkişafı üçün alim və müəllimlərə qayğı, normal maaş vermək gərəkdir (ən azı qonşu ölkələrdə olduğu qədər, baxmayaraq ki, bizdə qiymətlər xeyli yüksəkdir).  Əks halda elm-təhsil sahəsində olan-qalanlar  da məhv olacaqdır.  Nazir 2 il əvvəl deyirdi ki, gənc alimlərə ev vermək yox, yüksək maaş vermək lazımdır.  Amma əməldə nə gənc alimə, nə də təcrübəli alimə heç bir qaygı və saygı müşahidə edilmir.   Alimə, elmə belə “qiymət”  verən  elm-təhsilin “baş  meneceri”, görəsən, ürəyində  nə düşünür?..  Bizim elm və təhsil sahəsində xeyli problemlərimiz  var, bunlar onilliklər ərzində yaranıb, qalaqlanıb. Bu problemlərin yaranmasında ən sonuncu səbəbkar müəllim və alimlər, əsas səbəbkarlar isə bu sahələrə rəhbərlik edən məmurların qüsurlu idarəetməsi olub, elə indiki kimi...  Amma  nazir  hər dəfə özünü və özündən əvvəlki  “baş menecerləri” təmizə çıxarmaq üçün,  məqsədli şəkildə müəllim və alimləri günahkar çıxarır. Bu,  böyük qəbahətdir, özü də  şagirdinə repetitorluq edən müəllimin qəbahətindən də betər...  Nazir  elm  sahəsində təcrübəsizdir,  baxmayaraq ki, ARTİ-də 5 il direktor əvəzi olmuşdur.  Ola bilsin ki, o, bəzi reallıqları bilmir.   Elm özfəaliyyət dərnəyi deyil.  Dövlət  elmi müəssisələrə, o cümlədən universitetlərə  tədqiqatlar sifariş etməli, buna maliyyə ayırmalı, elmi fəaliyyətə normal  şərait yaratmalı, tədqiqatların nəticələrinin  istehsalatda tətbiqinə  dəstək verməlidir.  Özəl sektorun elmə dəstəyini və əməkdaşlığını  təmin etməli, vergi v.s. güzəştlər  tətbiq etməlidir.  Bu halda elmdən və alimlərdən nəticə  gözləmək olar. Yoxsa “biz prosesləri yox, nəticələri maliyyələşdirəcəyik” kimi yanlış prinsiplərlə elmdə olan-qalan da tam məhv edilər.   İndi alimin fərdi qaydada, təkbaşına tədqiqat apardığı zamanlar deyil. Elmi fəaliyyət kollektiv işdir. Belə kollektiv fəaliyyəti planlaşdırmaq,  təşkil etmək, stimullaşdırmaq,  nəzarət və monitorinq etmək, bir sözlə idarə etmək gərəkdir.  Hər sahədə olduğu kimi, təbii ki, elmdə də təsadüfi, yerində olmayan, elmə yad insanlar var. Elə ETN-də olduğu kimi.  Bu gün ETN-də yerində olmayanlar daha çoxdur, nəinki elmdə,  yoxsa, nazirliyin fəaliyyətindən  ölkədə bu qədər narazılıqlar da olmazdı.  İllər ərzində elmdə olan səhv kadr siyasətinin günahı  alimlərdə deyil. Günah saxta “alim”ləri yetişdirən, “dissertasiya”larını təsdiq edən, onları bəsləyən, irəli çəkən, təltif edən  qüsurlu idarəetmədə və öz yerində olmayan məmurlardadır.  Bu problemlər həll edilməlidir.  Belə olsa, elm, elmi  fəaliyyət, alim daha səmərəli fəaliyyət göstərə bilər.   Elmin səmərəli idarə olunması üçün belə sistemli addımlara ehtiyac  var: 1. Milli elm siyasətinin formalaşdırılması.  Uzunmüddətli elmi strategiya hazırlanmalı və konkret hədəflər müəyyən edilməli,  elmi inkişafın prioritet sahələri müəyyən edilməlidir (süni intellekt, biotexnologiya, enerji, kosmik tədqiqatlar və s.),  elmi fəaliyyətin qanunvericilik bazası gücləndirilməlidir. 2. Elmi idarəetmə strukturlarının yaradılması və gücləndirilməsi. Milli Elmlər Akademiyası və müvafiq dövlət qurumları elmi tədqiqatları səmərəli koordinasiya etməli,  elmi-tədqiqat institutları və universitetlər arasında əməkdaşlıq mexanizmləri yaradılmalı, elmin dövlət və özəl sektorla inteqrasiyası təmin olunmalıdır. 3. Maliyyələşdirmə və  resurslarla təminat. Elmi araşdırmalar üçün büdcədən ayrılan vəsait artırılmalı və səmərəli bölüşdürülməli, qrant sistemləri və fondlar vasitəsilə tədqiqatçılar dəstəklənməli, elmi tədqiqatların kommersiyalaşdırılması üçün innovasiya fondları yaradılmalıdır. 4. İnsan kapitalının inkişafı.  Tədqiqatçılar üçün rəqabətli maaş və iş şəraiti təmin edilməli, gənc alimlərin və tələbələrin elmi fəaliyyətə cəlb olunması üçün stimullar yaradılmalı, beyin axınının qarşısını almaq və xaricdəki alimləri ölkəyə geri qaytarmaq üçün proqramlar hazırlanmalıdır. 5. İnfrastruktur və texnoloji inkişaf.  Müasir laboratoriyalar və elmi tədqiqat mərkəzləri yaradılmalı, elmi institutlar və universitetlər qabaqcıl texnologiyalarla təchiz olunmalı,  milli və beynəlxalq elmi məlumat bazalarına çıxış təmin edilməlidir. 6. Beynəlxalq əməkdaşlıq və şəbəkələşmə.  Qlobal elmi təşkilatlarla əməkdaşlıq genişləndirilməli (məsələn, UNESCO, CERN, NASA və s.), xaricdə təhsil almış alimlərin ölkəyə geri qaytarılması üçün xüsusi proqramlar hazırlanmalı,  beynəlxalq elmi konfranslar və layihələrdə iştirak dəstəklənməlidir. 7. Elmi tədqiqatların qiymətləndirilməsi və monitorinqi.  Tədqiqatların nəticələrinin effektivliyi mütəmadi qiymətləndirilməli,  elmi fəaliyyətin keyfiyyətini artırmaq üçün indeksasiya və reytinq sistemləri tətbiq olunmalı, elmi nəticələrin kommersiyalaşdırılması və praktiki tətbiqi izlənilməlidir. 8. Cəmiyyətin elmi inkişafa cəlb edilməsi.  Elmin populyarlaşdırılması üçün media və maarifləndirmə kampaniyaları keçirilməli, dövlət və özəl sektor arasında elmi layihələrə investisiya təşviq edilməlidir.   Bütün bu tədbirlər elmin  idarəedilməsinin  səmərəliyini artıraraq, gələcəkdə ölkənin innovasiya və texnologiya sahəsində qlobal rəqabət qabiliyyətini, texnoloji suverenliyini   müəyyən qədər yüksəldə bilər.  Bu gün isə  elmi təcrübəsi olmayanlar,  alimə və müəllimə dəyər verə bilməyənlər, öz  qüsurlu ideyaları və səmərəsiz idarəetməsi ilə elm-təhsil sistemini heç cür  inkişaf  etdirə bilmirlər.   Ölkənin suverenliyi və təhlükəsizliyi  ilk növbədə bu problemlərin həllini tələb edir. Xüsusən də suverenlik ilində...

Ailə modeli dağılır: 2050-ci ildə Azərbaycan əhalisi 3 milyon olacaq?

"Bir vaxtlar qadınlarımızın qucağında körpə uşaq görərdiksə, bu gün it, pişik, hətta meymun görürük. Hətta bəzi qadınlar iri marketlərdə alış-verişdə səbətlərində uşaq əvəzinə it aparırlar. Bütün bunlar Qərbin Strateji Beyin Mərkəzlərinin Azərbaycan cəmiyyətinə ötürdüyü davranış modelləridir. Bunun nəticəsində ailə institutu çat verib, aşınıb, dağılıb və artıq məhv olmaq üzrədir". Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayının 7735 olması ilə bağlı statistikadan danışarkən deyib. O bildirib ki, əgər ailə institutu dağılırsa, onu qoruyan subyektlər, yəni ər-arvad, eləcə də ailənin digər üzvlər onun dağılmasından narahat olmurlar: "Biz o vaxt qorxarıq ki, bu bizim üçün müqəddəs olsun. Əgər ailə institutunun müqəddəsliyi bizim gözümüzdən salınıbsa, onun dağılmasına biganə qalırıq. Ona görə də Azərbaycanın son 10-20 ildə ailə institutu tədricən məhvə doğru gedir. Nəticədə Azərbaycanda əhalinin artım tempi azalıb". Bunu necə sübut etmək olar? Asif Bayramov bunun üçün demoqrafik bir üsulun olduğunu əlavə edib: "Əgər doğum səviyyəsi 3 uşağın altındadırsa, həmin millətin yaşlı əhalisi artır, 3-ə bərabərdirsə, əhali sabit qalır, 3-dən yüksəkdirsə, demoqrafik artım müşahidə olunur. Bu gün Azərbaycan cəmiyyətində ailə artımı 3 rəqəminin altında olduğuna görə azalma prosesi gedir. Həmin beynəlxalq mərkəzlərin hesablamalarına görə, 2050-ci ildə Azərbaycan xalqının sayı 3 milyon civarında qalacaq". Asif Bayramovun sözlərinə görə, bu gün Azərbaycanda boşanmalar kəskin forma almış problemlərdəndir: "Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları ciddi şəkildə məşğul olmalıdırlar. Bu gün müvafiq sahənin ekspertləri, mütəxəssisləri ciddi həyəcan siqnalı verməlidirlər. Çünkü bizə bəlli olan statistika üzərimizdə aparılan oyunun və Azərbaycan cəmiyyəti ilə bağlı qlobal mərkəzlərin qurduğu senarinin nəticəsidir. Biz həmin mərkəzlərin sosial eksperiment obyektinə çevrilmişik. Bunun hamısının kökündə dayanan ilk səbəblərdən biri odur ki, Azərbaycan cəmiyyətini əsrlərin sınaqlarından bu günə gətirib çıxardan ən fundamental dəyər bizim ailə institutudur. Hətta dövlətçiliyin böhran keçirdiyi tarixi dövrlərdə belə Azərbaycan xalqının ailə institutu onu bu böhrandan sağ-salamat çıxardaraq bu günə çatdırıb. Azərbaycan cəmiyyətinin ayaq üstə qalmasının ailə institutu olduğunu bilən beynəlxalq beyin mərkəzləri bilavasitə Azərbaycanın ailə institutunu hədəfə alıb". Sosioloq hesab edir ki, ailə institunun gözdən salınması, dağıdılması üçün internet platformaları üzərindən Azərbaycan cəmiyyətinin şüuruna yeni davranış modelləri ötülülür: "Bunlar bir başa ailə institutunun dağıdılmasına gətirib çıxardır. Bütün problemlərin əsas səbəbi ailə institutunun tarixən formalaşmış dəyərlərinə xələl gəlməsidir". Qeyd edək ki, Azərbaycanda boşanma ilə bağlı statistika açıqlanıb. Orada göstərilir ki, 5 ilə qədər evli olub boşananların sayı 5814, 5-9 il evli olanlar arasında boşanma sayı 5805, 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayı 7735 olub.

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Fevralın 26-da Bakıda və Abşeron yarımadasında, 26-27-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Qax, Şəki, Zaqatala, Şahdağ, Xızı, Şamaxı, Şirvan, Qobustan, Ağsu, İsmayıllı, Oğuz, Mingəçevir, Yevlax, Bərdə, Kürdəmir, İmişli, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Gəncə, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilanda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda məşhur universitet ləğv olundu

Bakı Asiya Universiteti ləğv edilib. Sozcu.az xəbər verir ki, bu barədə müvafiq qərar qəbul olunub. Kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, ev 33 ünvanına bildirə bilərlər. Qeyd: Universitet 2015-ci ildə fəaliyyətini dayandırıb.

Bakının Umbakı qəsəbəsini təbii qazla təmin edən kəmərdə qəza baş verib

Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərində qəza baş verib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bu gün Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərinin qaz təchizatında yaranmış çatışmazlıqla bağlı yerində araşdırmalar aparılıb və kəmərin 12-ci kilometrliyində qəza halının baş verdiyi müəyyən edilib. Hazırda təmir-bərpa işləri aparılır.

Sırski: 50%-dən çox ərazini azad etdik

Ukrayna hərbçiləri 2022-ci il fevralın 24-dən sonra işğal olunmuş ərazilərin 50%-dən çoxunu geri qaytarıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib. "Dünya bizim tab gətirəcəyimizə inanmırdı, lakin Ukrayna xalqı düşmənin zərbələrini layiqincə dəf edir. Rusiyanın hücum qrupunu məğlub etdik, Ukraynanın şimalını, Xarkov vilayətini və Xersonu azad etdik", - o bildirib.

Həsən Kürü intihara vadar edən dəhşətli səbəb

Xəbər verdiyimiz kimi, gənc şair Həsən Kür fevralın 22-də intihara cəhd edib. Onun “maddi çətinliyə görə” bu yola əl atdığı bildirilirdi. Sozcu.az xəbər verir ki, mənbənin kult.az-a verdiyi məlumata görə, Həsən Kürün külli miqdarda qumar borcu olub. Həmin gün “Sevinc Moll” ticarət mərkəzində də borclu olduğu şəxs və ya şəxslərlə görüşə gedib. İddia edilir ki, Həsən Kür intihara cəhd edən zaman qumarda borclandığı şəxs də yaxınlıqda olub. Qeyd edək ki, Həsən Kür Aprel savaşı və İkinci Qarabağ müharibəsinin iştirakçısıdır, istedadlı şairdir. TƏBİB-in yaydığı son məlumata görə, Həsən Kürün vəziyyəti ağırdır.

"Mart ayında Ukrayna Avropa İttifaqından 3,5 milyard avro alacaq" - Ursula fon der Lyayyen

"Avropa İttifaqının əsas prioriteti Ukraynanın müqavimətini gücləndirməkdir..." Avropa İttifaqı mart ayında Ukraynaya 3,5 milyard avro məbləğində yardım ayıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayyenin Kiyevdə keçirilən Ukraynaya beynəlxalq dəstək sammitində verdiyi bəyanatda deyilir. Məlumatı "eurointegration.com" nəşri yayıb. "Avropa bu kritik anda Ukraynanı gücləndirmək üçün buradadır. Bildirə bilərəm ki, artıq mart ayında Ukraynaya 3,5 milyard avroluq yeni ödəniş ediləcək", - bəyanatda qeyd olunur. Fon der Lyayen vurğulayıb ki, Avropa İttifaqının əsas vəzifəsi Ukraynanın müqavimətini gücləndirməkdir. "İndiyədək İttifaqımız və üzv dövlətlər Ukraynaya 134 milyard avro dəstək verib. Bu, digərlərindən daha çoxdur. Avropa İttifaqının mexanizmi və G7 krediti sayəsində Ukraynanın 2025-ci il üçün büdcə kəsirini bağlamışıq", - o, bildirib. Bundan əlavə, Avropa Komissiyasının prezidenti müttəfiqlərin silah və sursatın dərhal çatdırılmasını sürətləndirməli olduğunu vurğulayıb. Bu, yaxın həftələrdə onların əsas prioriteti olacaq. Avropa liderlərinin Ukraynaya səfəri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üçüncü ildönümündə xarici liderlər Kiyevə gəlir. İlk olaraq Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayyen və Avropa Şurasının sədri Antoniu Koşta gəlib. Bundan əlavə, fevralın 24-də Avropa İttifaqı Şurası Rusiya iqtisadiyyatının mühüm sektorlarını hədəfləyən və onun Ukraynaya qarşı qanunsuz, təcavüzkar və əsassız müharibə aparmaq qabiliyyətini daha da zəiflətməyə yönəlmiş 16-cı genişmiqyaslı iqtisadi və fərdi sanksiyalar paketini təsdiqləyib.

"Axmat" batalyonunun qəddar komandiri Ukraynada ÖLDÜ

Ukraynada Rusiyanın işğalçılıq siyasəti uğrunda döyüşən "Axmat" xüsusi təyinatlı batalyonlarından birinin komandiri Zəlimxan Batukaev döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Şustrı” ləqəbli Batukaevin Rusiya ordusunun ən yaxşı komandirlərindən biri olduğu bildirilib. Hərbçi dünən, fevralın 23-də dünyasını dəyişib.  Zəlimxan Batukaev ukraynalı döyüşçülərə qarşı ən amansız və qəddar komandirlərdən biri olub. Onun batalyonu döyüşlərdə ən çox ukraynalı hərbçi öldürən və əsir götürən hərbi hissə kimi "fərqlənib".

Hacıqabulda evdə partlayış: xəsarət alan var

Hacıqabul rayonunda evdə baş verən partlayış nəticəsində bir nəfər yanıq xəsarətləri alıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində qeydə alınıb. İlkin məlumata görə, 1980-ci il təvəllüdlü İlqar Arif oğlu Bədəlov evdə iş görərkən partlayış olub. Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan İ.Bədəlov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bakıda qar yenidən gücləndi

Bu gün günün birinci yarısında temperaturun nisbətən qalxması və gün çıxmasının ardınca yenidən havanın soyuqlaşdığı müşahidə edilir. Sozcu.az xəbər verir ki, bu dəqiqələrdə Bakının bəzi ərazilərinə artıq qar yağmağa başlayıb. Qeyd edək ki, bu gecə ilin ən sərt şaxtası olacağı gözlənilir. Belə ki, Bakıda gecə 8, regionlarda isə 24 dərəcəyə qədər şaxta olacaq, yollar buz bağlayacaq.

Kiyevdə elan etdim: 1 milyard göndəririk - Sançes

İspaniya Ukraynaya 1 milyard avro dəyərində yeni yardım paketi təqdim edəcək. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes məlumat yayıb. “Ukrayna ədalətli və davamlı sülhə nail olmalıdır. Mən indicə Kiyevdə elan etdim ki, İspaniya Ukrayna xalqına 1 milyard avro dəyərində yeni hərbi yardım paketi göndərəcək”, - Sançes X hesabında qeyd edib. Qeyd edək ki, Kanada, Estoniya və İspaniya baş nazirləri Castin Trüdo, Kristian Mixal və Pedro Sançes, Litva və Latviya prezidentləri Gitanas Nauseda və Edqars Rinkeviç, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının nümayəndəsi Antonio Kosta Kiyevdə səfərdədirlər.

"Sputnik Azərbaycan" ləğv edildi

"Rossiya Segodnya"nın ("Sputnik Azərbaycan") Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Bu barədə Dövlət Vergi Xidmətinin reyestrinin məlumatlarına istinadən xəbər verir.

Sabunçuda spirtdən ölənlərin sayı 11-ə çatdı - ADLAR

Bakının bir rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Son 3 gündə Sabunçu rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb. Onların etil spirtindən zəhərləndiyi ehtimal olunur. Faktla bağlı müvafiq ekspertizalar təyin edilib. Zəhərlənərək ölən şəxslərin siyahısını təqdim edirik: 1975-ci il təvəllüdlü Məhərrəmov Niyaməddin Bəhram oğlu 1980-ci il təvəllüdlü Həsənov Abbas Mirəsgər oğlu 1981-ci il təvəllüdlü Hacıyev Elçin Nəsib oğlu 1980-ci il təvəllüdlü İlhamiz Rüstəm oğlu Firuddinzadə 1971-ci il təvəllüdlü Şəmmədov Yaşar Əkbər oğlu 1981-ci il təvəllüdlü Rüstəmov Qurban Həmidulla oğlu 1965-ci il təvəllüdlü Fərhadov Elbrus Nuruş oğlu 1984-cü il təvəllüdlü Qudzev Aleksey Valeriyeviç 1969-cu il təvəllüdlü Koleks Oleq Borisoviç 1980-ci il təvəllüdlü Şarop Aleksandr Vladimiroviç 1979-cu il təvəllüdlü Andrey Kasumov Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayonunda bir yerdə yeyib-içən 4 dostun da spirtdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

Gündə 4 min addım atmağın faydası

Araşdırmalar sübut edir ki, oturaq həyat tərzi hazırda dünyada dördüncü ən ümumi ölüm səbəbidir və hər il 3,2 milyon insanın ölümünə səbəb olur. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bunun üçün gün ərzində çalışıb ayaqla gəzməli, hərəkətli həyat tərzi keçirməlisiniz. Mütəxəssislərin bildirdiyinə görə, gündə ən az dörd min addım atan insanların hər hansı səbəbdən ölmə riski əhəmiyyətli dərəcədə azalır. Bu gün nəşr olunan və hər növ yerimənin (addım atmağın) sağlamlıq üçün çox əhəmiyyətli faktorlar olduğuna diqqət çəkən elmi araşdırmaya görə, 4 min addımın üzərində atılan hər min addımın ölüm riskini yüzdə 15 azaltdığı bildirilib. Bu cür insanlar ürək-damar (ürək, qan damarı, qan) xəstəlikləri ilə bağlı problemlərdən qorunur. Bu onu göstərir ki, çox yüngül bir fəaliyyətdən başlayaraq sağlamlıq baxımından əhəmiyyətli nəticələr əldə etmək olar. Gəzintinin faydaları ilə bağlı indiyə qədər aparılan ən əhatəli tədqiqatlardan biri hesab edilən və "European Journal of Preventive Cardiology" tibbi jurnalında dərc edilən araşdırma meta-analiz (birdən çox elmi araşdırmanın nəticələrini birləşdirən statistik təhlil) kimi müəyyən edilmişdir. Gəzinti, yaşından, bölgəsindən və cinsindən asılı olmayaraq hər kəs üçün faydalıdır. Polşanın Lodz Tibb Universitetinin kardiologiya fakültəsinin professoru Maciej Banaçın rəhbərlik etdiyi tədqiqatçılar qrupu, müxtəlif gündəlik addım saymalarının sağlamlığa təsirini qiymətləndirmək üçün orta hesabla yeddi il ərzində 226.889 nəfərin iştirak etdiyi 17 il əvvəlki araşdırmanın nəticələrini gözdən keçirdib. Qənaətə gəlinir ki, nə qədər çox gəzirsinizsə, bir o qədər sağlamlıq faydaları əldə edirsiniz, lakin gündə ən az 3967 addım atmaq hər hansı səbəbdən ölüm riskini azalda bilər. Tək yerimək, hərəkətli gün keçirtməklə kifayətlənmək olmaz. Mütəxəssislər bildirir ki, qida rasionunuza da fikir verməlisiniz. Yağlı, zərərli qidalardan, fast-food-lardan uzaq olmalısınız.  (Axşam.az)

Röyadan Flora Kərimova ilə bağlı etiraf

Xalq artisti Röya Ayxan Xalq artisti Flora Kərimova ilə bağlı etiraf edib. Sozcu.az xəbər verir ki, müğənni F.Kərimovanın "Tapar məni" mahnısını oxumaq istədiyini deyib. Bu haqda Röya "Səs Azərbaycan" yarışmasında danışıb. "Bu mahnını dəhşətli dərəcədə çox sevirəm. Əlbəttə, Flora xanımın üstünə bir üst yoxdur. Amma həmişə içimdə bir paxıllıq hissi var idi ki, bu mahnı mənim olmalıdır. Oradakı sözlər, çıxışlar, enişlər… Flora xanım bunu aktrisa kimi danışdığı hekayəni yaşadı" deyə, Röya əlavə edib. 

Bu gün İstanbul derbisi var

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək. Sozcu.az xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edəcək. “Rams Park”da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.  Türkiyə futbolunda hakimlərlə bağlı yaşanan davamlı problemlərə gərə qarşılaşmanı əcnəbi fit sahibi - sloveniyalı referi Slavko Vinçiç idarə edəcək. Bu komandalar arasında ötən il keçirilən son görüşdə "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb.  Hazırda turnir cədvəlində “Qalatasaray” 63 xalla liderdir. “Fənərbaxça” isə 57 xalla 2-cidir. Türkiyə Superliqası, 25-ci tur 24 fevral 21:00. "Qalatasaray" – "Fənərbaxça" Baş hakim: Slavko Vinçiç (Sloveniya) “Rams Park”

Rusiya-Ukrayna müharibəsinin 3 ili TAMAM OLDU

Bu gün – 24 fevral tarixində Rusiyanın Ukraynada başladığı genişmiqyaslı işğalçı müharibənin 3-cü ili tamam olur. Sozcu.az-ın məlumatına görə, üç il öncə 24 fevral 2022-ci ildə Putin Rusiyasının işğalçı ordusu Ukrayna ərazisinə hücuma başladı. Putinin hədəfi üç günə paytaxt Kiyevi tutmaq, martın əvvəllində orada parad keçirmək, Ukraynada legitim hakimiyyəti dəyişib yerinə öz marionetini təyin etmək idi. Lakin Putin hədəfinə çata bilmədi. Ukrayina xalqının rəşadəti, Qərb dövlətlərinin dəstəyi sayəsində mübarizə bu gün də davam edir. Bununla belə hazırda Ukraynanın 4 vilayəti (Xerson, Luqansk, Donetsk, Zaporojye) və Krım yarımadası işğal altındadır. Bu isə təxminən 10 milyon əhalinin qaçqına çevrilməsi, 20 faiz ərazinin (110 min kv km-dən çox) işğalı deməkdir.

İranda polis zabiti öldürüldü

Dünən gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində polis zabiti güllələnərək öldürülüb. Sozcu.az xəbər verir ki, bəlucların silahlı qruplaşması olan "Ceyş əl-Ədl" silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Faktiki hava: 23 dərəcə şaxta, 82 sm qar...

Saat 10:00-a olan məlumata əsasən hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 71, Qaxda (Sarıbaş) 50, Şəkidə (Kişçay) 40, Neftçalada 31, Lənkəranda 29, Yardımlıda 28, Qrızda 23, Balakən, Laçın və Qəbələdə 22, Daşkəsəndə 21, Kəlbəcər, Şahbuz və Astarada 20, Xaltan və Gədəbəydə 19, İsmayıllı, Naxçıvan və Biləsuvarda 16, Oğuz, Zərdab və Göygöldə 13, Xınalıq, Şuşada 12, Cəlilabad və Ağsuda 11, Qobustanda 10, əksər rayonlarda eyni zamanda Bakıda və Abşeron yarımadasında 9 sm-dir. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, Naxçıvan MR-da 14, dağlıq rayonlarda 16, yüksək dağlıq ərazilərdə 23 dərəcəyədək şaxta qeydə alınıb.

Ukrayna Ryazandakı neft zavoduna vurdu

Rusiyanın Ryazan vilayətindəki neft emalı zavoduna PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat verib. Məlumata görə, müəssisə ərazisində hazırda güclü yanğın var. Yerli sakinlər bildiriblər ki, gecə saat dördə yaxın şəhər üzərində bir neçə güclü partlayış eşidilib. Hazırda hadisə yerində bütün fövqəladə xidmətlər çalışır.

Prezidentlə baş nazirin geniş tərkibdə görüşü başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Britaniya rus məmurların ölkəyə girişinə qadağa qoyur

Rusiyaya qarşı növbəti sanksiya paketi çərçivəsində Böyük Britaniya bütün yüksək rütbəli siyasətçilərin, məmurların və menecerlərin ölkəyə girişini qadağan etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə "Tayms" məlumat yayıb. Məlumata görə, Daxili İşlər Nazirliyi bütün regional və federal nazirləri, o cümlədən Rusiyanın iri şirkətlərinin direktorlarını və menecerlərini sanksiya siyahılarına daxil edəcək: "Məhdudlaşdırıcı tədbirlər federal və dövlət departamentlərinin, eləcə də agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektoru şirkətlərin rəhbərlərinə, Rusiya KİV-lərinin rəhbərliyinə də təsir edəcək".

Qar yağacaq, şaxta olacaq - Sabahın havası

Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Yollarda buzlanma gözlənilir Havanın temperaturu gecə 4-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 12-17° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 5-10° şaxta olacaq. Bəzi rayonlarda yollar buz bağlayacaq.

Sabah dərslər təxirə salınır? - RƏSMİ AÇIQLAMA

Ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı sabah (24 fevral) Azərbaycanda orta məktəblərdə dərslərin təxirə salınması məsələsinə aydınlıq gətirilib. Təhsil Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hazırda dərslərin təxirə salınması ilə bağlı hər hansı qərar mövcud deyil. Nazirlikdən bildirilib ki, hava şəraitinin gedişatı izlənilir və hər hansı dəyişiklik olarsa, ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, hazırda Bakıya və Azərbaycanın əksər rayonlarına güclü küləklə müşayiət olunan qar yağır. Bakıda və Abşeron yarımadasında 23-24 fevral gecəsi 3-5, 24-25 fevral gecəsi 6-8 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq. Ölkəmizin dağlıq rayonlarında isə gündüz 10, gecə isə 24 dərəcəyə qədər şaxta, aran rayonlarında gecə 4 dərəcə şaxta, gündüz isə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti gözlənilir.Axar.az)

Rusiyanın itkiləri 868 minə yaxınlaşır

Ukrayna müharibənin 1096-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 867 180 hərbçi, 10 168 ədəd tank, 21 151 ədəd zirehli döyüş maşını, 23 582 ədəd artilleriya sistemi, 1 296 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1081 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 38 334 ədəd avtomobil texnikası, 26 428 ədəd PUA, 3064 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 757 xüsusi avadanlıq itirib.

Starmer Trampa elə plan təqdim edəcək ki... - KİV

Böyük Britaniyanın Baş naziri Keyr Starmer fevralın 27-də ABŞ Prezidenti Donald Trampa Britaniya və Fransa sülhməramlılarının Ukraynada yerləşdirilməsi planının layihəsini təqdim edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Volt Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Starmer Vaşinqtonda Trampla görüşdə sülhməramlıların göndərilməsi məsələsini qaldıracaq, lakin ABŞ-dan kömək istənilməyəcək. Qeyd edək ki, Fransa lideri Makronun 24 fevralda, Britaniya Baş naziri Starmerin isə 27 fevralda ABŞ-da Trampla görüşü gözlənilir.

Rusiyaya son 3 ilin ən böyük sanksiyası tətbiq olunacaq

Fevralın 24-də Ukraynada münaqişə başlayandan bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketi tətbiq ediləcək. Sozcu.az xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Lemmi deyib. “Sabah mən Rusiyaya qarşı son 3 ilin ən böyük sanksiyalar paketini açıqlayacağam. Rusiyaya qarşı vintləri sıxmaq vaxtıdır”, - Lemmi bildirib.

Bu ölkə Ukraynaya 10 min mərmi göndərir

Estoniya Ukraynaya 10 000 artilleriya mərmisi və hərbçilər üçün 750 000 ərzaq paketi göndərir. Sozcu.az xəbər verir ki, bu barədə Estoniya Baş naziri Kristen Mixal məlumat verib. “Ukraynanın mövqeyini gücləndirmək və Rusiyaya təzyiqi artırmaq üçün Estoniya ukraynalı döyüşçülərə 10 min artilleriya mərmisi və 750 min ərzaq paketi göndərir”, - nazir bildirib.

Bundestaqa seçkilər başladı: Kansler kim olacaq?

Almaniyada parlament (Bundestaq) seçkilərinə start verilib. Sozcu.az xəbər verir ki, ölkədə seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 11:00) açılıb. Seçkilərdə 29 partiya iştirak edir, lakin əsas rəqabət aşağıdakı siyasi qüvvələr arasındadır: Fridrix Mertzin lideri olduğu Xristian-Demokratik İttifaqı; Elis Vaydelin lideri molduğu Almaniya üçün Alternativ; Hazırki kansler Olaf Şoltsun lideri olduğu Almaniya Sosial Demokrat Partiyası. Keçirilən son sorğulara görə, Fridrix Mertzin lideri olduğu Xristian-Demokratik İttifaqı səslərin 30 faizini əldə edəcək.

Bakıda dəhşət: bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

14:38 Bakıda 4 nəfərin meyiti tapılıb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb. Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq, müvafiq ekspertizalar təyin edilib. Hazırda araşdırmalar davam etdirilir. *** Sabunçu rayonunda meyiti tapılan 4 nəfərin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. Məlumata görə, onların spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, kimliyi məlum olmayan şəxslər bir yerdə texniki spirt qəbul edib. Onların yeyib-içdikləri yerdən texniki spirt qabları tapılıb.

Yas mərasimində yeməkdən boğulub ÖLDÜ

Bakıda yas mərasimində ölüm hadisəsi olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən mərasim evlərinin birində baş verib. Burada yas mərasimində iştirak edən 57 yaşlı N. Məhərrəmov boğazında yemək qaldığı üçün boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda blogerlər vergiyə cəlb olunacaq?

Qazaxıstanda bahalı həyat tərzi nümayiş etdirən blogerlərin vergiyə cəlb olunması ilə bağlı qərar çıxarılıb. Belə ki, sosial şəbəkələr üzərindən ödəniş əsasında reklam işi görən şəxslər artıq vergi ödəməli olacaqlar. Eyni qayda Türkiyədə də tətbiq edilir. Sosial şəbəkə fenomenləri qazanclarına uyğun tənzimlənmə ilə müxtəlif məbləğdə vergi ödənişi həyata keçirirlər. Azərbaycanda da bahalı həyat nümayiş etdirən, geniş izləyici auditoriyası olan, müxtəlif mağaza və markalarla reklam işləri görən blogerlərin sayı az deyil Maraqlıdır, ölkəmizədə də reklama görə vergiyə cəlb olunma tətbiq edilə bilərmi? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli əslində, bahalı həyat göstərməyin cinayət işi olmadığını deyib. O bildirib ki, bunun çıxış yolu dünyada tətbiq olunan gəlir vergisi bəyannaməsidir: “Şəxsin kimliyindən asılı olmayaraq, onun mütləq gəlir vergisi bəyannaməsi olmalıdır. Dünyada da belədir ki, ildə bir dəfə vəzifəsindən, statusundan asılı olmayaraq, bütün vətəndaşlar gəlir bəyannaməsi təqdim etməlidirlər. Bizdə də buna keçmək daha məqsədəuyğundur”. İqtisadçının sözlərinə görə, Azərbaycanda da əvvəl gəlir deklorasiyasının təqdim edilməsi ilə bağlı qayda qəbul olunub: “Lakin bunun tətbiqi nədənsə gecikdirilir. İnsanlar VÖEN açmalı və bütün gəlirlərini onun vasitəsilə rəsmiləşdirməlidirlər. Bəzi hallarda insanlar pulu xarici platformalardan qazanırlar. Yəni reklam gəlirləri və s. Bunlar da bəyannamədə əks olunmalıdır. Sadəcə, tənzimlənmə mexanizmi tapılmalıdır. Bunun da ən sadə yolu illik gəlir bəyənnaməsidir. Asan və optimal variantdır”.

Azərbaycanda dəhşətli cinayət: Həyat yoldaşını və 4 yaşlı oğlunu bıçaqladı

Dünən gecə Bakı şəhərində dəhşətli bir cinayət hadisəsi baş verib. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, kişi həyat yoldaşı Aysel Əfəndiyevanı və 4 yaşlı oğlu İlham Əfəndiyevi liftdə çoxsaylı bıçaq zərbələri ilə yaralayıb. Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub. Cinayətin səbəbləri hələlik məlum deyil və polis hadisə ilə bağlı araşdırma aparır.

Azərbaycanla çox ağır itkilərin yaşanacağı müharibə olacaq - SENSASİON AÇIQLAMA

“1990-cı illərdə bizim müharibədə qalib gəlmək şansımız yox idi. Ancaq bir-birimizin qayğısına qalmaqla uğur qazana bildik. Ordunun ruhu yoxdursa, qalib ola bilməz”. Sozcu.az xəbər verir ki, bunu bir vaxtlar qondarma separatçı rejimin “Özünümüdafiə Qüvvələrinin birinci komandiri” olan Arkadi Karapetyan deyib. Karapetyan hazırda elan edilən sülh dövrünü mif adlandıraraq öz revanşist və faşist mövqeyini hələ də dəyişmədiyini göstərib. O bildirib ki, Azərbaycanla müharibə qaçılmazdır və ümumi tendensiyalar dünyada vəziyyətin gözlənilən pisləşməsindən xəbər verir. “Tramp bir gündə sülhə nail olacağına söz verdi, ancaq bunu bacarmadı. Ukraynada müharibənin necə bitəcəyi ümumiyyətlə bəlli deyil. Heç kim ümid etməsin ki, dünyada böyük müharibə baş verməsə, sülh olacaq. Deməli, bu, çox ağır itkilərin yaşanacağı bir müharibə olmalıdır. Biz o qədər birləşməliyik ki, sağ qala və qalib gələ bilək”, – Karapetyan vurğulayıb./Konkret.az

Ağsuda yeniyetmə bıçaqlandı

Ağsuda bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, gecə saatlarında 2009-cu il təvəllüdlü M.Ə. ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib. Nəticədə Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb. Yaralı şəxs dünən 21:40 radələrindən Bərdə rayon mərkəzi xətəxanasına aparılıb və müalicəsi orada davam etdirilib. Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov Modern.az-a bildirib ki, xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 3-də 1-i amputasiya olunub: “Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsində köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”.  Vüsal Məmmədov onu da vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir: "Amma çox qan itirdiyi üçün vəziyyətindəki ağırılıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün həyati riski daha da azaldacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq". Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağın müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb. 

Azərbaycanda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirdi

Samuxda oğul atasına balta ilə xəsarət yetirib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Qax rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Ləkit kəndində baş verib. 1986-cı il təvəllüdlü Vaqif Süleymanov, onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Röyanə Süleymanova və ailənin 15, 13, 7 yaşlı övladları zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub. Onların evdə işıq generatorundan ayrılan dəm qazından zəhərlənmələri məlum olub. Zəhərlənən şəxslərə lazımi tibbi yardım göstərilib, bu gün xəstəxanadan evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Bu rayonlara qar yağır, 20 dərəcə şaxta...

Fevralın 22-si saat 10:00-a olan məlumata əsasən gözlənildiyi kimi, ölkə ərazisinin bəzi bölgələrində, eyni zamanda Bakıda və Abşeron yarımadasında yağan qarda fasilə yaranıb, digər rayonlarda isə Balakən, Sarıbaş, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Naxçıvan, Şahbuz, Culfa, Gədəbəy, Göyçay, Beyləqan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Astarada davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağan qarın hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 80 sm, Qaxda (Sarıbaş) 55, Lerikdə 37 sm, Şəkidə 34, Oğuzda 22, Balakəndə 20, Qırızda 19, Kəlbəcər və Qəbələdə 18, Şamaxı, Daşkəsən, Şahbuzda 15, Şahdağda 16, Xaltan və Astarada 14, Naxçıvan, Laçın, Qubadlı, Altıağac, Göygöl, Gədəbəydə 12, İsmayıllıda 11 sm, Xınalıq, Kəlvəz, Şuşada 10, Qusar, Göyçayda 9, Yardımlıda 7, Xankəndi, Xocalı, Quba, Lənkəran və Zərdabda 6, Ağsu, Qobustan, Biləsuvarda 5, Tərtər, İmişlidə 4, Culfada 3, Füzulidə 2, Şərur, Kürdəmirdə 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir. Havanın minimmal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 4, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb. Yaranan fasilədən sonra 22-si axşamdan yenidən qarın yağması gözlənilir.

Əlində duz səpə-səpə...

Yenə bu bədbəxt şəhərə, Qar yağıb,min dərd gətirdi. Yenə məmurlar qazandı, Yenə kasıblar itirdi.  Çay içib, nə mürgülərdim, Soba yanında bürüşüb?! Dayanacaqda durmuşam, Əlim-ayağım büzüşüb.  "Heç yaraşmır Bakıya qar", Deyib, deyinir insanlar. Qarın deyil,məmurların Ucbatındandır nöqsanlar.  Əlində duz səpə-səpə, JEK-in işçisi gəzişir. Rəisisə  otağında Katibəsiynən sevişir.  Sürüşən kim,yıxılan kim, Əli-qolu qırılan kim. Bakının merin yad edən, Məzar daşı yarılan kim.  Tez çataydım evə, məndən Nigaran qalıbdır anam. Mən soyuqda küçədəki Heyvanlardan nigaranam  Qarın altında büzüşüb, Boynu bükük qalıb nərgiz. Alo .Çörək alım?Yaxşı. Yoldayam,gəlirəm Nərgiz. Elçin Rəhimzadə

Polkovnik-leytenant vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib. Sozcu.az xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb. Bildirilib ki, Gədəbəy rayonundan olan 49 yaşlı Azad Bağırov qəfil rəhmətə gedib. Qeyd edək ki, A. Bağırov uzun illər Azərbaycan Ordusunda ön xəttdə kəşfiyyatçı kimi xidmət edib, Vətən müharibəsi iştirakçısı olub.

Berbok Trampı hədələdi: Təzyiqi artıracağıq ki...

Amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər. Sozcu.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampı ABŞ-la əlaqələri kəsməklə hədələyərkən deyib. Berbok Trampı yalnız “tvit” yazmaqda və real dünyanı görməyə çətinlik çəkməkdə günahlandırıb.

İmişlidə yol qəzası: piyada öldü

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə axşam saatlarında 28 May küçəsində qeydə alınıb. Cəlal İmanov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən, piyada Azad Tağıyevi vurub. Ağır xəsarətlər alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.

Zelenski cəsur və mübariz liderdir - Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna Prezidenti Volodimir Zelenskini mübariz və cəsur lider adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Kelloq “X”də paylaşım edib. Kelloq bildirib ki, Zelenski və onun istedadlı milli təhlükəsizlik komandası ilə müzakirələr geniş və müsbət olub. Qeyd edək ki, Donald Tramp Zelenskini Ukraynada prezident seçkilərini keçirməkdən imtina etdiyi üçün diktator adlandırıb.

Kinq Trampı təhqir etdi: Putini sevən əclaf!

Amerikalı məşhur yazıçı Stiven Kinq ABŞ Prezidenti Donald Trampı satqın, Putini sevən əclaf adlandırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb. "Bu sözlərin iki dəfə artığı İlon Maska aiddir", - o bildirib.

Qarabağda mina partlayışı: İmanov yaralandı...

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib. Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Qaz balonu partladı - İki qardaş yaralandı

Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb. Sozcu.az "Report"a istinadən məlumat verir ki, qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

İmamoğlu prezidentliyə namizədliyini açıqladı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin bələdiyyə sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasında (CHP) ilkin seçki ilə müəyyənləşəcək olan ölkə prezidentliyinə namizədlik üçün ərizəsini təqdim edib. Sozcu.az xəbər verir ki, Əkrəm İmamoğlu petisiyaya imza atdığı anları sosial media hesabında paylaşıb. “Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, - o, paylaşımda yazıb.

Şaxtalı hava neçə gün davam edəcək?

Bu il fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb: "Son 40 il ərzində fevral ayında ən aşağı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib". Nazim Mahmudovun sözlərinə görə, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub: “Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5, 2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”.

Bakıda 2, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta - FAKTİKİ HAVA

Fevralın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində şaxtalı və fasilələrlə qarlı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Kəlbəcər, Laçın, Xankəndi, Qubadlıda qar yağır. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.7 metrdir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.

Evdən çıxmasanız, yaxşıdır!- Hava daha da pisləşəcək

Fevralın 20-dən başlayaraq ölkə ərazisində qarlı hava şəraitinin qarşıdan gələn saatlarda daha da güclənəcəyi bildirilir. Sozcu.az xəbər verir ki, metereoloqların məlumatına əsasən, hazırda Bakıda müşahidə olunan -3 dərəcə temperatur yaxın saatlarda daha da aşağı enəcək, axşam və gecə saatlarında isə -7-8 dərəcəyə çatacaq. Bu isə yolların buz bağlayacağını, gediş-gəlişin çətinləşəcəyini, avtomobillər üçün qəza riskinin artacağını, hətta piyadaların hərəkətinə ciddi maneələr olacağını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, metereoloqlar əhalini diqqətli olmağa, zərurət yaranmadan evdən və ya olduqları yerdən bayıra çıxmamağı, uzaq məsafələrə səfər planlaşdırmamağı tövsiyə edirlər. Məlumat üçün bildirək ki, hava haqqında proqnozu təqdim edən əksər mobil proqramlar hazırkı temperaturla yanaşı, hiss edilən real dərəcəni də göstərirlər. Məsələn, hazırda Bakıda temperatur 0 dərəcə göstərsə də, -14 dərəcə soyuq hiss olunur.

Bu ərazilərdə qar 1 metrə çatır: istilik 7,5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə olunur. Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır ki, bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir. Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır.

Bakıya qar yağan kimi istilik kəsildi

Bakıda ötən gün havaların kəskin soyuqlaşması ilə Xətai rayonu ərazisində istiliyin verilməsi də dayandırılıb. Sozcu.az xəbər verir ki, artıq ötən gün axşam saatlarından binalar istilik almır. “Azəristiliktəchizat” ASC ən sərt soyuqlarda Xətaidə binalara niyə istilik vermədiyinin səbəbi ilə bağlı açıqlama yaymayıb. Qeyd edək ki, bu mövsümdən Bakıda binaların daha keyfiyyətli istiliklə təmin edilməsi məqsədilə istilik təminatına görə qiymətlər tam iki dəfə (!!!) artırılıb və 1 kv.m üçün 15 qəpikdən 30 qəpiyə qaldırılıb.

“Küçələrə duz səpmişəm…”: Bakıda duz əllə səpilir

Hazırda paytaxt Bakıda qarlı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, dünən axşam saatlarından Bakıya yağan qar nəticəsində yollar buz bağlayıb, nəqliyyatın hərəkəti iflic olub. Bakı Şəhər İcra Hakimiyyəti qarlı hava şəraitilə bağlı 100 texnika və 2 min işçi ilə yolların təmizlənməsinə çalışdığı barədə açıqlama yayıb. Sosial şəbəkələrdə isə dünən gecə saatlarında Bakıdakı kommunal xidmət işçilərinin bəzi yollara duz səpməsinin görüntüləri yayılıb. Duzun xususi maşınlarla deyil, işçilər tərəfindən səpilməsi sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyalarına səbəb olub.

Xətaidə istilik yoxdur, adamlar donur - İH-dən gülünc açıqlama

Xətai rayonunun bir hissəsində ötən gündən – havaların kəskin soyumasından sonra istilik kəsilsə də, Xətai Rayon İcra Hakimiyyəti “problem olmadığını” deyir. Axar.az-a danışan Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, fövqəladə vəziyyət yaranıb, bəzi yerlərdə fəsadlar meydana gəlir, yerində araşdırırıq, ancaq istiliklə bağlı hər hansı problemin yarandığı ilə bağlı bizə demək olar ki, müraciət daxil olmayıb. P.İmanov iddia edib ki, bəzən hansısa binada istiliklə bağlı problem yaranır, gedib araşdırırlar, məlum olur ki, vətəndaşın mənzilinə istilik gəlmirmiş: “Bu yaxında ötürücü borularda meydana gələn qəzanın özüm şahidi oldum və dərhal vəziyyəti nəzarətə götürdüm. Başçı müşavirə keçirib, xəbərdarlıq edib, biz də bu məsələlərə daha diqqətlə yanaşırıq və bildirirəm ki, “Xətai rayonunda istilik yoxdur” məsələsi tamamilə doğru deyil”. P.İmanovun diqqətinə çatdırırıq ki, Xətai rayonunun Gəncə prospekti 22, 24, 26, 28, 30 və 32-ci binalarda ötən gün axşam saatlarından istilik kəsilib. İstiliyin kəsilməsinin səbəbi ilə bağlı heç nə deyilmir. Sakinlərin müraciətindən sonra bildirilib ki, problem mərkəzdədir (qazanxanada), aradan qaldırılması üçün işlər gedir. Qazanxanada problem varsa, demək, bir neçə bina deyil, ən azı bir məhəllənin istiliyi yoxdur. Sözügedən ərazi isə “Azəristiliktəchizat” ASC-nin əsas binasının 200 metrliyindədir. Xətai RİH-in məsul əməkdaşının bir neçə binanın və bir neçə min insanın evində istiliyin kəsilməsindən xəbəri olmaması, əksinə, bunu təkzib etməyə çalışması isə ya saxtakarlıq, ya da işinin məsuliyyətini dərk etməmək və yalan danışmağa bir növ adətkərdə olmasından qaynaqlanır.

Bu yollarda sıxlıq var - Siyahı

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxt yollarındakı vəziyyət barədə məlumat yayıb. NİİM-dən Sozcu.az-a verilən məlumata görə aşağıdakı ərazilərdə sıxlıq müşahidə olunur: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər .

Arayik məhkəmədə nələri danışdı: "Son 34 il ərzində..."

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi fevralın 20-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub. Məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, onlara istinad olunan əməllərin hüquqi tövsifini, həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və təqsirləndirilən şəxslərin malik olduqları hüquqları izah edib, habelə özlərini tam və ya qismən təqsirli, yaxud təqsirsiz bilib-bilməmələrinə dair suallar ünvanlayıb. Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş keçirmək istədiyini bildirib. Məhkəmə vəsatəti təmin edərək konfidensial görüş üçün şərait yaradıb. Təqsirləndirilən şəxslərin heç biri onlara elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini qeyd edib. Təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan bir qədər geniş danışaraq baş vermiş cinayət hadisələri ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. O deyib: "Mən prokurorluq tərəfindən təqdim edilmiş ittihamlarla tanış olmuşam. Son 34 il ərzində Qarabağda hansı proseslərin baş verməsindən xəbərdaram. Təəssüf edirəm. Münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib. Ona görə də biz özümüzü qurban hesab edirik”. Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib. Digər proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ittiham tərəfinin təklifini dəstəkləyiblər. Məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib. Bundan sonra təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən müəyyən edilmiş ardıcıllıqla sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə müraciət edərək ifadə vermək üçün hazırlaşmaq və onlara təqdim olunmuş cinayət işi materiallarını yenidən nəzərdən keçirmək üçün əlavə vaxt istəyiblər. Məhkəmə onların xahişini təmin edərək iclası təxirə salıb. Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin olunub. Növbəti məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın sərbəst ifadəsi ilə başlayacaq. Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir. Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bakıda yollar buz bağladı: Zəncirvari qəza oldu

Qarlı hava şəraiti Yasamalda avtomobil qəzalarına səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Belə ki, yolun buz bağlaması nəticəsində hərəkətdə olan bir neçə minik maşını yol kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə yolda tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.

Naxçıvan Konstitusiyası dəyişir - Yeni idarəetmə YARADILIR

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. Sozcu.az xəbər verir ki, Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələlərin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin müzakirəsi və “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsi olduğunu bildirib. Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Qanun layihəsi barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Layihənin müzakirəsi ilə bağlı deputatlardan Təhminə Babayeva və Əziz Qasımov çıxış ediblər. Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir. Müzakirə olunan məsələ ilə bağlı qanun səsə qoyularaq qəbul edilib. Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü il üzrə məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib. Layihə Hüquq siyasəti komitəsində müzakirə olunub, komitənin qərarı ilə Ali Məclisin müzakirəsinə tövsiyə edilib. Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü ildə muxtar respublikada insan hüquqlarının qorunması haqqında fəaliyyətinə dair məruzə edib. Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev komitənin rəyini diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib. Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.

Bakıda müsadirə edilən “Rolls Royce” kimindir? – Foto

Bakıda hərraca çıxarılacaq “Rolls Roys”un sahibi bəlli olub. Sozcu.az “Yeni Sabah”a istinadla xəbər verir ki, məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil azərbaycanlı iş adamı, “Avrohom” (Eurohome) ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova məxsusdur. Dövlət nömrə nişanındakı AF hərfləri bunu ifadə edir. Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin “AF Hotel Aqua Park”ın, “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. Qeyd edək ki, ötən gün Bakıda "Rolls Roys Ghost” avtomobilinin hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli “Rolls Roys Ghost” 75 min kilometr yürüş edib. Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək. Xatırladaq ki, bu tipli hərraclar məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

Kürdəmirdə “Mitsubişi” markalı avtomobil kanala aşıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndindən keçən hissəsində baş verib. Hadisə nəticəsində 90 NY 966 dövlət nömrə nişanlı avtomobildə olan Kürdəmir rayon sakinləri 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba və 1977-ci il təvəllüdlü Əhmədov Cabir Yolçu oğlu vəfat edib. Hazırda aidiyyəti qurumlar hadisə yerindədir.

Ankarada saxta içkidən ölənlərin sayı 63-ə çatdı

Türkiyənin paytaxtı Ankarada saxta alkoqollu içkidən ölənlərin sayı 63-ə çatıb. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha 36 nəfər reanimasiyadadır, onların müalicəsi davam etdirilir. Qeyd edilib ki, Ankara Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 28 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 25 nəfər isə şəhəri tərk etməməklə bağlı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.

Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Əlavə informasiya verilmir.

Zaqatalada yaşıllıqlara bu məmurlar divan tutub - Adlar

Xəbər verildiyi kimi, daxil olmuş məlumatlar əsasında Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Sozcu.az -ın məlumatına görə, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında deyilir. Qeyd olunub ki, ilkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilmiş, bu işlərdə aidiyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməyib. İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxış keçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlanca verilib. Qeyd edilənlərlə əlaqədar “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilib, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırılıb. Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuz ağac kəsmə faktlarının müəyyən edilməsi istiqamətində ibtidai istintaq tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Qeyd edək ki “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayevin vəzifədən azad edilməsi barədə ilk xəbəri Bakupost.az yayıb.

Jurnalist Nurlan Libre saxlanıldı

Jurnalist Nurlan Qəhrəmanlı (Libre) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Sozcu.az xəbər verir ki, o, məhkəməyə çıxarılacaq. Məlumatı DİN-in Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 8. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 9. Ak. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində; 10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 12. Səməd Vurğun küçəsi, Bakı Dövlət Sirkinin qarşısından Bakıxanov küçəsi istiqamətində; 13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 14. Təbriz küçəsi, "Nəriman Nərimanov" metro stansiyası istiqamətində; 15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 16. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 17. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər; 18. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 20. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində; 21. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 22. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 23. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 24. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında; 25. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 26. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bakıda və bir sıra rayonlarda qar yağır - FAKTİKİ HAVA

Fevralın 20-si saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında, o cümlədən Şərur, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Gəncə, Beyləqan, Tovuz, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın və Qubadlıda qar yağır. Şahbuz, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur. Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 20 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 5, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Starmer və Şoltsdan Zelenskiyə dəstək

Vladimir Zelenski demokratik yolla seçilmiş liderdir. Sozcu.az xəbər verir ki, bunu Britaniya Baş naziri Keyr Starmer ABŞ Prezidenti Donald Trampın Vladimir Zelenskini diktator adlandırmasına cavab olaraq deyib. Starmer həmçinin Zelenskinin Ukraynadakı seçkini təxirə salmaq qərarını yüksək qiymətləndirib. Almaniya kansleri Olaf Şolts isə Zelenskini diktator adlandıran Trampın sözlərini səhv və təhlükəli hesab edib. Qeyd edək ki, Tramp Zelenskini diktator adlandıraraq, onu seçkilər keçirməməkdə ittiham edib.

Ukraynalılar həm də bizim üçün ölürlər - Trüdo

Kanada və müttəfiqləri birmənalı olaraq Vladimir Putinin beynəlxalq asayişi qanunsuz, əxlaqsız və ədalətsiz şəkildə pozmasına qarşıdır. Sozcu.az xəbər verir ki, bunu Kanada Baş naziri Castin Trüdo deyib. “Mən bir neçə saatdan sonra avropalı tərəfdaşlarımla oturub Ukraynanı birmənalı şəkildə qorumağa davam edəcəyimiz, həmçinin hamımızın təhlükəsizliyini təmin edən qaydaları necə qoruyacağımız barədə danışmaq üçün səbirsizliklə gözləyirəm. Ukraynalılar təkcə öz suverenliklərini, ərazi bütövlüyünü qorumaq üçün döyüşür və ölmürlər. Onlar həmçinin bütün dünyada bizi təhlükəsiz saxlayan və təxminən 80 ildir davam edən qaydalara əsaslanan nizamı qorumaq üçün mübarizə aparırlar. Dünya üçün sülh, sabitlik, firavanlıq dövrü yalnız ona görə olub ki, bizim sərhədlərlə bağlı, qonşularınıza təcavüz etməmək haqqında qanunlarımız var idi. Amma Rusiya bir neçə il öncə qəsdən onu pozmağa qərar verdi. Kanada hər zaman Ukraynanın yanında olacaq”, - Trüdo bildirib.

Bakıya qar yağır

09:28 Fevralın 20-si saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında sulu qar, dağlıq və dağətəyi rayonlara isə qar yağır. Yağan qarın hündürlüyü Qrızda, Qax (Sarıbaş) 12, Şahdağda 11, Gədəbəydə 8, Şəki, Balakəndə 4, Zaqatalada 3, Şuşa, Xankəndi, Tovuz, Şamaxı, Qobustan, Altıağac, Qusar, Xaçmaz, Quba, Xaltan, Şabran, Qəbələ,Yardımlı, Ağstafa, Daşkəsəndə 1 sm-dir. Düşən yağıntının miqdarı Sabirabadda 6, Lənkəranda 5, Biləsuvar 4, Oğuz, Göyçay, Astara, Şahbuzda 2, Naxçıvan, Naftalan, İsmayıllı, Tərtər, Yevlax, Kürdəmir, Zərdab, Beyləqan, İmişli, Cəlilabad, Şirvan, Şəmkir, Tovuz, Neftçala, Lerik, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 26 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada isə küləyin sürəti 20 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir. Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax(Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay, Qusar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda isə 13 dərəcəyədək şaxta qeydə alınıb. *** Fevralın 20-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Tovuz, Qazax, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şahdağ, Şabran, Yardımlı, Lerikdə qar yağır. Bakıda və Abşeron yarımadasında isə arabir sulu qar müşahidə olunur. Naxçıvan, Şahbuz, Naftalan, Oğuz, İsmayıllı, Füzuli, Xocalı, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astarada yağış yağır. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 3.5 metrdir. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5, Naxçıvan MR-da 4 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Prezidentdən mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq. Sozcu.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Masallıda şəhid övladı silahla ehtiyatsız davrandı

Masallı sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə Qarğalıq kəndində baş verib. Kənd sakini Ayxan Əzizov qonşusunun evində odlu silahla ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində ölüb. Ayxan Əzizov Azərbaycan Ordusunun giziri, şəhid Elvin Əzizovun oğludur. 

Məcburi köçkünlər üçün tikilən evlər niyə satılmır? - Nazirliyin müəmmalı yanaşması

2023-cü ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşir. Onlar qiymət və satış şərtləri baxımından bazardakı digər əmlaka nisbətən xeyli ucuz olsa da, bu mənzillərə tələbat olduqca aşağıdır. Hazırda Qaradağ rayonundakı Ümid qəsəbəsindəki kompleksdə 44 ədədi üç otaqlı, 14 ədədi dördotaqlı olmaqla, ümumən 58 mənzil, Abşeron rayonundakı kompleksdə 821 ədədi üçotaqlı, 197 ədədi dördotaqlı olmaqla, ümumən 1018 mənzil, Ramana qəsəbəsindəki kompleksdə 102 ədəd dördotaqlı, Samux rayonunda yerləşən kompleksdə isə 16 ədəd dördotaqlı mənzil satışdadır. Mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, sözügedən binalar infrastruktur və təmir keyfiyyəti baxımından xeyli aşağıdır: “Məcburi köçkünlərin tərk etdiyi şəhərciklərdə satışa təqdim olunan mənzillərin təxminən yarısı satılıb. Amma Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu mənzillərin satış qiymətiləndirilməsini nədənsə yerli qiymətləndiricilərə deyil, xarici təşkilatlara tapşırıb. Xarici şirkətlər yerli bazarı bilmir və onların təyin etdiyi qiymətlər alıcılara sərf etmir. İstər Qaradağdakı, istərsə də Ramanada yerləşən məcburi köçkün şəhərcikləri infrastruktur, tikinti keyfiyyəti baxımından olduqca aşağıdır. Bununla bağlı orada yaşayan sakinlər dəfələrlə irad bildirib”.  Ekspert qeyd edib ki, həmin mənzillərin təmir xərci də xeyli çoxdur: “Hətta o mənzillərin öz qiyməti qədər təmir xərcləri lazımdır. Divarların əyriliyi, materialların keyfiyyətsizliyi və təmirin davamsızlığı alıcılar üçün gələcəkdə problemə çevrilir. Sadalanan səbəblərə görə vətəndaşlar belə mənzilləri almaq yerinə fərdi yaşayış evi almağı üstün tutur. Məsələn, Ramana ərazisində həmin mənzillər üçün təklif olunan qiymətə elə həmin qəsəbədən fərdi evi almaq daha sərfəlidir. Hətta demək olar ki, daha ucuzdur”.

Qazaxlı Alikin oğluna hökm oxundu

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, F. Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gülnar Hacıyevaya 5 il cəza müəyyən edilib, azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, F. Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb. Qeyd edək ki, Fuad Muradov "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.

Tanınmış həkimlər məhkəməyə çağırılacaq

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Sozcu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə daha 7 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkən Tural Nəsmiyev vəsatət verərək cərrah-transplantoloq Mircəlal Kazıminin, Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərovanın, Talassemiya Mərkəzinin direktoru vəzifəsində çalışmış Valeh Hüseynovun məhkəməyə çağırılaraq dindirilməsini, bununla yanaşı, təqsirləndirilən şəxslər arasında olan danışıqlar, Vatsap tətbiqi üzərində olan mesajlaşmalar və danışıqların məhkəməyə təqdim olunmasını istəyib. Dövlət ittihamçısı, zərərçəkən şəxslər, müdafiə tərəfi və təqsirləndirilənlər buna etiraz etməyib. Hakim zərərçəkmişlərlərin ifadələrindən sonra adıçəkilən şəxslərin məhkəməyə çağırılacaqlarını bildirib. Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin 2022-ci aprel ayından- 2023-cü il fevral ayınadək olan müddətdə anten məlumatları, zəngləri, mesaj mətnlərinin məhkəməyə təqdim edilməsi barədə olan vəsatəti təmin edib. Prosesdə zərərçəkənlər ifadə verib. Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək. Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Zelenski prezident postundan yalnız bu şərtlərlə gedəcək - AÇIQLADI

Vladimir Zelenski Ukraynada müharibə başa çatdıqda və ölkənin təhlükəsizliyi üçün müvafiq təminatlar olduqda prezident postunu tərk etməyə hazır olduğunu bildirib. Sozcu.az xəbər verir ki, Zelenski bunu Almaniyanın ARD telekanalındakı tok-şouda deyib. “Ukraynada sülh naminə hər şeyə hazıram. Uzun və davamlı sülh üçün. Bir insan kimi, bir vətəndaş kimi, bir ata kimi... Mən heç nədən yapışmıram. Mən Ukraynanın prezidentiyəm, çünki insanların 73 faizi mənə səs verib və bu gün mən Ukrayna prezidentiyəm, çünki ölkəmdəki əksəriyyət məni dəstəkləyir”, – o, "sülh müqaviləsinin imzalanması tələbi “yalnız Zelenski olmadan” olarsa, vəzifəsini tərk etməyə hazırdımı" sualına cavabında deyib. Prezident qeyd edib ki, o, ölkəni müdafiə edən insanlar kimi Ukraynanın vətənpərvəridir. Və təbii ki, Rusiya ondan xilas olmaq istəyir. Bəlkə də müharibənin əvvəlində cəhd etdikləri kimi fiziki yox, siyasi cəhətdən. “Və bu olduqca başa düşüləndir. Mən Putin üçün çox əlverişsiz adamam”, - dövlət başçısı bildirib. O xatırladıb ki, Parisdə Normandiya dördlüyünün sammitində (2019-cu ilin dekabrında) Putinlə çox gənc və təcrübəsiz vaxtında tanış olub. “Biz uzun müddət danışdıq, razılaşdıq və hətta qışqırdıq. Danışıqlar 6 saat fasiləsiz keçdi. Aydındır ki, bu gün daha çox təcrübəm var və... mənim üçün heç də asan deyil. Ona görə də Rusiya məndən yaxa qurtarmaq istəyir”, - deyə Zelenski bildirib. Eyni zamanda o qeyd edib: “Sabah Ukrayna Aİ və NATO-ya daxil olarsa, Rusiya qoşunları geri çəkilsə və bizim təhlükəsizlik zəmanətimiz olsa, prezidentlik postu mənə daha lazım olmayacaq. Amma bunlar baş verənə qədər mən ölkəmi müdafiə edəcəm”. Zelenski avtoritar idarəçilik ittihamlarını rədd edib və deyib ki, o, “müharibə zamanı prezidentin etməli olduğu işi” edir. Dövlət başçısı özünü “ən liberal insanlardan biri” adlandırıb və ölkələrində müharibələr gedən zaman digər liderlərin atdığı addımları xatırladıb. “Kiminsə xoşuna gəlsə də, gəlməsə də, müharibə həmişə müəyyən azadlıqların məhdudlaşdırılmasını tələb edir”, - o deyib.

Paşinyan milli təhlükəsizlik strategiyasını dəyişir - Komissiya yaratdı

Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün komissiyanın yaradılması haqqında fərman imzalayıb. Sozcu.az xəbər verir ki, komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək. Onun tərkibinə nazir müavinləri və təhlükəsizlik orqanlarının rəhbərləri, parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri də daxil olacaq. Milli təhlükəsizlik strategiyasındakı dəyişikliyi yanvarın 28-də Paşinyan bəyan edib. Xatırladaq ki, yeni milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib. Sənəddə ermənilərin öz ölkələrinin fəxri vətəndaşları, Üçüncü Ermənistan Respublikasını quran və qondarma “Artsaxı azad edən”  xalqın varisləri olduğu vurğulanır. Sənədə görə, Ermənistan “Artsax erməniləri”nin təhlükəsizliyinin və azadlığının təminatçısı kimi bütün dünyada ermənilərin maraqlarını təmsil edir. Gözlənilir ki, yeni milli təhlükəsizlik strategiyasında qondarma “Artsax”a aid bəndlər çıxarılacaq.

ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirdi

ABŞ döyüş başlığı olmayan “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə sınağın keçirildiyi BŞ Kosmik Qüvvələrinin “Vandenberq” bazasından məlumat yayılıb. “Döyüş başlığı olmayan “Minuteman III” qitələrarası ballistik raketi sınaq çərçivəsində 19 fevral 2025-ci il saat 1:00-da (Bakı vaxtı ilə 13:26) buraxılıb”, - qeyd olunur. Vurğulanıb ki, sınaq buraxılışı Vaşinqtonun hər hansı dünya hadisələrinə reaksiyası deyil.

Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

Fevralın 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Neftçala və Qobustanda şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək. Naxçıvan MR, Salyan, Hacıqabul, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Goranboy, Samux, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Kəlbəcər, Laçın, Zəngilan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvarda isə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda doğulanların sayı 39 min azalıb - Ekspert həyəcan təbili çaldı

Azərbaycanda doğum səviyyəsi son illərdə kəskin azalıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatına görə, 2024-cü ildə ölkədə cəmi 102 min 310 doğulan körpə qeydə alınıb. Halbuki, 2019-cu ildə bu göstərici 141 min 179 nəfər olub. Yəni, son 5 il ərzində doğum sayı 38 min 869 nəfər azalıb. Statistikaya nəzər saldıqd azalma tendensiyasının ardıcıl davam etdiyini görmək mümkündür. 2020-ci ildə 126 min 571, 2021-ci ildə 112 min 284, 2022-ci ildə 122 min 846, 2023-cü ildə isə 112 min 620 körpə dünyaya gəlib. Mütəxəssislər hesab edirlər ki, bu azalma Azərbaycanda demoqrafik problemlərin yaranmasına səbəb ola bilər. Ekspertlərin fikrincə, doğum səviyyəsinin azalmasının bir neçə əsas səbəbi var. İlk növbədə, ailə planlaşdırması və sosial-iqtisadi çətinliklər gənc ailələrin az uşaq dünyaya gətirməsinə təsir edir. Bundan əlavə, şəhərləşmə və karyera hədəfləri də ailə qurmaq və uşaq sahibi olmaq qərarlarına təsir edən mühüm amillərdən biridir. Bakı Dövlət Univertsitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev Modern.az-a açıqlamasında bildirib ki, təbii artımdakı ləngimənin səbəbi cəmiyyətdə, insanların düşüncəsində tranformasiya baş verməsidir. "Sovet dövrünə qədərki və sovet dövrü cəmiyyəti ilə bugünkü Azərbaycan cəmiyyətində çoxlu fərqlər var. Həmin dövrlərdə çoxuşaqlı ailələr trend idi. SSRİ dövründə demoqrafik təşviq siyasəti də həyata keçirilirdi. Hətta Qəhrəman ana adı yaradılmışdı. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən, insanlar xaricə getməyə başladıqdan sonra cəmiyyətdə düşüncə dəyişdi. Belə bir düşüncə formalaşdı ki, çox uşaq yerinə keyfiyyətli böyüdülən az uşaq olması daha yaxşıdır. Ona görə də çoxuşaqlı ailə trendi yavaş-yavaş arxa plana keçməyə başladı". Sosioloq qeyd edib ki, əhalinin təhsil səviyyəsi artdıqca çoxuşaqlı ailələrin sayı azalır: “İnsanlar artıq 1,2 ən yaxşı halda 3 uşağa üsünlük verirlər. Bu yaxınlarda parlamentdə çoxuşaqlı ailədə uşaq sayının 5-dən 3-ə endirilməsi bağlı yanaşma düzgündür. Belə olsa, güma edirəm ki, Azərbaycanda 3 uşaqlı ailələrin sayı arta bilər. Bu zaman təbii artımda da artım müşahidə edilə bilər. Son 22 ilin statistikasını təhlil edəndə görürük ki, təbii artımda ləngimə müşahidə olunur. Əhalinin artımı təqribən 26.44% artıb amma ahılların sayı 99.4% artıb. 2023-cü ildə əhalinin təbii artımı əvvəlki ilə nisbətən 15% aşağı düşüb. Bu əhalinin ailə planlaşmasında olan dəyişiklərlə bağlıdır. İnsanlar indi daha çox eqoist, bəncil həyat yaşayırlar. Onlar uşaq məsuliyyəti götürmək yeni özlərinin eqoist həyatını sürdürmək istəyirlər”. Müsahibimiz sonda qeyd edib ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan təbii artım baxımından irəlidədir. "Ancaq tədbirlər görülməsə, orta perspektivdə təbii artımda daha da ləngimə ola bilər. Təbii artımın aşağı düşməsi eyni zamanda orta perspektivdə əmək bazarına və səfərbərliyə də təsir edə bilər. Təbii artım aşağı düşərsə, mexaniki artımla əhali sayı arta bilər. Bu da yaxşı nəticə verməz, çünki Avropa mexaniki artım hesabına miqrant ekspansiyası ilə qarşılaşıb. Əgər demoqrafik siyasət dəstəklənməsə bənzər vəziyyət Azərbaycanda da ola bilər. Güman edirəm ki, bu tədbirlər görülərsə, doğum sayında artım olar, Azərbaycan əhalisinin qocalması probleminin qarşısının alınması alınar. Bildiyiniz kimi, yeni doğulanlar azaldıqca, qocaların sayı artır. Bu da əhalinin qocalmasına gətirib çıxarır. Məsələn ahılların sayı əhali içərisində 8%-dən yuxarıdırsa, bu qocalma sindromu ola bilər. Güman edirəm ki, Azərbaycanda bu sahədə tədbirlər sayəsində doğum sayı artacaq və əhalinin qocalmasının qarşısı alınacaq”.

Trampın nümayəndəsi Kiyevdə

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Kiyevdə onu ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink qarşılayıb. Kelloq qeyd edib ki, səfər zamanı o, Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcək, sonra isə danışıqların məzmununu ABŞ prezidenti Donald Trampa çatdıracaq. Keyt Kelloqun Ukrayna prezidenti Volodimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və müdafiə naziri Rustem Umerovla görüşü gözlənilir.

Roma Papası ölüm ayağındadır

Roma Papası ölüm ayağındadır. Sozcu.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb. Nəşr qeyd edir ki, 88 yaşlı pontifikin vəziyyəti getdikcə ağırlaşır. Fransisin şiddətli ağrıları var və o, bu dəfə sağ qala bilməyəcəyinə əmin olduğunu bildirib.

Göyçədə erməni hərbi hissəsində yanğın baş verdi

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yeməkxanasında yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Bildirilib ki, yanğının baş vermə şəraiti, eləcə də dəymiş maddi ziyanın həcmi müəyyənləşdirilir. Erməni mediası isə yeməkxananın bərbad vəziyyətdə olduğunu, yanğının qarşısını almağın mümkünsüzlüyünü yazıb və qeyd edilib ki, yanğın tikilini külə çevirib.

Putin cinayətkardır, ona inanmaq olmaz - Uiker

Ukrayna ilə bağlı danışıqlarda Rusiya liderinə etibar etmək olmaz. Sozcu.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından olan senator Rocer Uiker CNN-in Konqresdəki müxbiri Manu Racuya açıqlamasında deyib. “Putin edam olunmasa belə, ömrünün sonuna qədər həbsdə qalmalı olan hərbi cinayətkardır. Vladimir Putin beynəlxalq hüququn bütün normalarını pozub. O, mühakimə olunmalı və həbs edilməlidir”, - Uiker bildirib. Qeyd edək ki, Rocer Uiker ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədridir.

Zelenski: Açıq şəkildə bildiririk ki, Ukraynanın iştirakı olmayan danışıqları qəbul etməyəcəyik

Ukraynaya konkret təhlükəsizlik təminatları lazımdır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN Türk-ə müsahibəsində bildirib. “Müzakirə masasında Putin əgər müharibəyə dönmək istərsə, onu dayandıracaq insanlar olmalıdır. Bizə sözlə deyil, real və konkret təhlükəsizlik təminatlarını verə bilənlər olmalıdır. Belə bir dialoqa biz hazırıq. Diplomatiyanın nə olduğunu bilirik. Əlbəttə, Putinlə danışmağı o qədər də xoşlamıram. Biz düşmənik və düşmənçiliyimiz davam edir. Ancaq biz bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik. Hər şey tərəfdaşlar arasında açıq bir kommunikasiya ilə olmalıdır. Biz şahmat oynaya bilmərik. Çünki şahmatda hər bir addımınız bəzən onlarla, bəzən yüzlərlə, bəzən isə minlərlə insanın ölümünə səbəb olur”, - Zelenski vurğulayıb. Ukrayna Prezidenti ABŞ-nin Rusiya ilə ikitərəfli əlaqələrinə də münasibət bildirib: “Mən bunu bəyənsəm də, bəyənməsəm də, bu, onların ikitərəfli əməkdaşlığıdır və ABŞ-nin öz qərarıdır. Yoxsa, əlbəttə, onların Putini siyasi izolyasiyadan çıxardıqlarını müşahidə edirik, amma yenə deyirəm ki, bu onların qərarıdır. Ancaq nə vaxt ki, “Bizim müharibənin başa çatmasına dair planlarımız bunlardır” deyildiyində, bu, bizdə suallar yaradır. Biz müzakirə masasının harasındayıq? Müharibə Ukraynada gedir. Putin ukraynalıları öldürür, amerikalıları, ya da avropalıları yox. Elə buna görə də biz açıq şəkildə bildiririk ki, siz nə istəsəniz müzakirə edə bilərsiniz, amma bizsiz Ukraynanı müzakirə etsəniz, qəbul etməyəcəyik. Məncə, bu, olduqca ədalətlidir”. Müharibəni bitirmək üçün həm Ukraynanın, həm də Rusiyanın danışıqlar masası arxasında olmasına diqqət çəkən Zelenski danışıqlarda təkcə Avropa İttifaqının deyil, Avropa qitəsinin də təmsil olunmasının vacibliyini bildirib.

Sərxoş sürücülərin ucbatından ölənlərin sayı açıqlandı

Ötən il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 19 hadisə baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Nəticədə 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Hadisələrin 16-sı minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Sabah Bakıda və rayonlarda qar yağacaq - HAVA PROQNOZU

Fevralın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhərdən bəzi yerlərdə sulu qara, axşam isə qara keçəcəyi gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Şəhid anası vəfat etdi - Foto

Şəhid Ülfət Kərimovun anası Fatma Kərimova vəfat edib. Sozcu.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Qeyd edək ki, kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində yerli əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşüb. İnsanların sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarı yaxınlığında döyüşən zaman şəhid olub.Oxu.az)

Şəmkirdə 4 azyaşlı uşaq anası əsassız olaraq öz işindən azad edilib

Şəmkir Regional Qaz İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinin Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 8-ci dərəcəli texniki işcisi, 1982-ci il təvəllüdlü, Şəmkir şəhər sakini Mirzəyeva Sona Qurban qızı əsassız olaraq öz işindən azad edilib. 2006-ci ildən bu vəzifədə çalışan Sona Mirzəyeva öz işində illərdi qüsursuz çalışıb və çalışdığı idarədə uzun illərdi hörmət qazanıb. İdarə rəhbərliyi ani və əsassız olaraq illərdi qüsursuz çalışan Sona Mirzəyevanı işindən azad edib. O bildirir ki, işindən azad olunması qanunvericiliyin tələblərinə və Əmək məcələsinə ziddir. İşdən azad olunma ilə bağlı verilmiş izah İdarə rəhbərliyinin özbaşnalığıdır. O bildirir ki, mən hər zaman öz işimdə məsuliyyətli olmuşam və orada çalışan hər bir kəsdən soruşa bilərlər ki, mən öz işimdə nə qədər məsuliyyətli və düzgün çalışmışam. Sona Mirzəyeva işinə bərpa olunmasını və pozulmuş əmək hüquqlarının təmin olunmasını tələb edir.  Sözcü.az

ABŞ-dan Rusiya ilə danışıqlardan sonra ilk açıqlama

Rusiya və ABŞ ikitərəfli təmasları davam etdirmək üçün Moskva və Vaşinqtondakı səfirliklərindəki diplomatik personalın əvvəlki sayını bərpa etmək barədə razılığa gəlib. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra deyib. “Bu əlaqələri davam etdirə bilmək üçün normal fəaliyyət göstərə bilən diplomatik nümayəndəliklərin fəal işləməsinə ehtiyacımız olacaq”, - o bildirib.

Qohumunun evini soydu, daha sonra yandırdı

Şəmkirdə oğurluq etdiyi evdə yanğın törədən şəxs saxlanılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qohumunun evindən 9 600 manat pul oğurladıqdan sonra evdə yanğın törətməkdə şübhəli bilinən 23 yaşlı E.Sadıqov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

"Avropa İttifaqı Ukraynaya 700 milyard avroluq yardım paketi təqdim edəcək" - Annalena Berbok

"Ukraynada sülh yalnız güc yolu ilə gələcək..." Avropa İttifaqı Ukrayna üçün hərbi texnika alınmasına yönəlmiş 700 milyard avro məbləğində yardım paketi hazırlayır. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok "Berliner Zeitung" nəşrinə bəyan edib. "Biz daha əvvəllər belə miqyasda olmayan böyük bir paketi işə salacağıq", - Berbok Münhen görüşü çərçivəsində bəyan edib. Milyardlarla avro dəyərində yeni yardım paketi COVID-19 pandemiyası zamanı tətbiq olunan birgə borclanma mexanizmi vasitəsilə maliyyələşdirilə bilər. "Avro və ya pandemiya böhranı zamanı olduğu kimi, indi Avropada təhlükəsizliyi təmin etmək üçün maliyyə paketi mövcuddur. Bu, yaxın gələcəkdə baş verəcək", - diplomat izah edib. O, vurğulayıb ki, Ukraynada sülh yalnız güc yolu ilə mümkün olacaq: "Bu məqsədlə Ukrayna üçün sərt və uzunmüddətli təhlükəsizlik zəmanətləri, güclü NATO bloku və Ukraynanın Avropa İttifaqına üzvlüyü üzrə danışıqlarda irəliləyiş lazımdır", - nazir vurğulayıb.  "Biz, avropalılar və almanlar olaraq hərbi, humanitar və maliyyə dəstəyi göstərərək Ukraynanın yanındayıq. Rusiya işğalı başlayandan bəri biz, avropalılar, ümumilikdə Ukraynaya 134 milyard avrodan çox yardım etmişik, təkcə Almaniya isə təxminən 44 milyard avro ayırıb", - Berbok qeyd edib. Xatırladaq ki, Almaniyada fevralın 23-də seçkilər keçiriləcək. Seçkilərdə ən çox dəstəyi- 29 faizi Xristian Demokratlar və Xristian Sosial İttifaqı alyansı toplaya bilər. Alyansa Fridrix Mers rəhbərlik edir. İkinci yerdə 21 faizlə ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası qərarlaşıb. Üçlüyə 16 faizlə Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası tamamlayır. Yaşıllar Partiyası isə 16%-lə dördüncü sıradadır. Ukraynaya yardım – son xəbərlər Bundan öncə prezident Vladimir Zelenski bildirib ki, ABŞ-ın dəstəyi olmadan Ukraynanın müharibə şəraitində sağ qalma şansı azdır. "Yəqin ki, bu, çox çətin olacaq. Və əlbəttə ki, hər çətin vəziyyətdə bir şans var. Ancaq ABŞ-ın dəstəyi olmadan sağ qalmaq üçün çox az şansımız olacaq", - o, vurğulayıb.

Rusiya və Ukrayna güzəştə getməlidir - Rubio

Ukraynadakı münaqişənin həlli üçün bütün tərəflər güzəştə getməlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Ərdoğandan Zelenski ilə görüşdən sonra açıqlama...

Mən Zelenskiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi çatdırdım, danışıqlar prosesinin davamlı sülhlə başa çatması üçün hər cür dəstəyi verəcəyimizi vurğuladım. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib. "Böyük dağıntılara səbəb olan Rusiya-Ukrayna müharibəsi bitməlidir. Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tutması gözlənilən danışıqlar üçün ideal ev sahibi olacaq", - Ərdoğan bildirib.

Bakıda ana və 2 övladını maşın vurdu

Piyada keçidləri piyadalar üçün təhlükəsiz yol keçidini təmin etməli olsa da, bəzi sürücülərin məsuliyyətsizliyi səbəbindən bu yerlər bəzən faciə məkanına çevrilir. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Qeyd olunub ki, ötən gün paytaxtın Mətbuat prospektində piyada zolağına daxil olan ana və iki övladının vurulması ilə nəticələnən hadisə bir daha onu deməyə əsas verir ki, hələ də yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşan sürücülər var: "Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, piyadalara qarşı son dərəcə diqətli olmağa çağırır. Hər bir sürücü bilməlidir ki, sükan arxasında edilən bir səhv günahsız insanların həyatına son qoya bilər. Daha məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi əməl etmək və piyadalara hörmət etmək hər bir sürücünün borcudur! Unutmayaq ki, qaydalara əməl etmək təkcə qanuni öhdəlik deyil, həm də insanlıq borcudur".

Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR: YENİ RƏQƏM

Azərbaycanda 2025-ci il üçün kişilərin və qadınların pensiya yaşının artacağı bəlli olub. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən başlayaraq hər il qadınların pensiya yaşı 6 ay artırılır. Bu proses 2027-ci ilə qədər davam edəcək. Beləliklə, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı dəyişməz qalaraq 65, qadınların pensiya yaşı isə 6 ay artırılaraq 64 olacaq. Bu prosesin 2027-ci ildə yekunlaşacağını və nəticədə həm kişilərin, həm də qadınların pensiya yaşının 65-ə bərabərləşəcəyini bildirilir. İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, kişilərlə qadınların pensiya yaşının eyniləşdirilməsi qanunvericiliyə uyğun addımdır və burada hər hansı qanun pozuntusu yoxdur. Lakin pensiya yaşının artırılmasını qeyri-humanist hesab edir: “Kişilərlə qadınların pensiya yaşının eyni olması normaldır. Ancaq bu rəqəm 65 yox, 60-62 yaş olmalıdır. Çünki Azərbaycanda orta ömür müddəti 74-75 ildir. İnsanlar bu şərtlərlə çox qısa müddət pensiya ala bilirlər. Avropada pensiya yaşı 65-dir, amma orada insanların gözlənilən ömür uzunluğu 82-83 ildir. Azərbaycanda isə bu rəqəm xeyli aşağıdır. Əgər pensiya yaşı fərqli təyin ediləcəksə, bu, kişilər üçün daha aşağı olmalıdır, çünki onların orta ömür müddəti qadınlardan azdır.” İqtisadçı həmçinin vurğulayıb ki, əvvəlki pensiya yaşı - 62-63 yaş - daha ideal idi və onun süni şəkildə artırılması vətəndaşların sosial rifahına mənfi təsir göstərəcək. Qeyd edək ki, kişilərin pensiya yaşı artıq 65-ə çatdığı üçün onlarda artım dayanıb. Qadınlar üçün isə hər il 6 aylıq artım 2027-ci ilə qədər davam edəcək və o zaman onların da pensiya yaşı 65-ə çatacaq.

Bakıda şaxta olacaq, qar yağacaq - Bu tarixlərdə

Bakıda hava şəraiti kəskin dəyişəcək. Sozcu.az xəbər verir ki, sinoptiklərin proqnozuna görə, qarşıdakı günlərdə temperatur enəcək və paytaxtda qar yağacağı gözlənilir. Şaxtalı hava və yağıntılar şəhər sakinlərini çətin vəziyyətə sala bilər. Mütəxəssislər vətəndaşlara ehtiyatlı olmağı və hava şəraitinə uyğun hazırlıqlı davranmağı tövsiyə edirlər. Paytaxtda hava şəraitinin dəyişkən olacağı proqnozlaşdırılır. Son məlumatlara əsasən, yaxın günlərdə Bakıda yağıntılı və soyuq hava şəraiti hökm sürəcək. Məşhur "Live Weather" hava proqnozlarını təqdim edən platformanın məlumatında qeyd olunur ki, Bakıda bu günlərdə qar yağacaq: 20 fevral – gün ərzində az yağış və qar qarışıq yağış gözlənilir, temperatur 2°C, gecə isə -2°C, yüngül qar yağacaq. 21 fevral – Küləkli hava və yüngül qar müşahidə ediləcək, gündüz -1°C, gecə -2°C. 22 fevral – Qar yağacaq, temperatur gündüz 0°C, gecə -1°C. 23 fevral – Gün ərzində qar yağacaq, temperatur 0°C, gecə isə buludlu və -2°C. 24 fevral – Yüngül qar yağıntıları davam edəcək, gündüz -1°C, gecə isə -3°C. 25 fevral – Buludlu hava gözlənilir, temperatur 2°C, gecə -1°C. Mütəxəssislər hava şəraitinin dəyişkən olacağını bildirir və sakinlərə isti geyinməyi, açıq havada ehtiyatlı olmağı tövsiyə edirlər.

Abşeronda boğazında qida qalan 8 yaşlı uşaq öldü

Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, fevralın 17-si saat 18 radələrində 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin nəfəs borusuna qida düşüb. Hadisə onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb.  Xəstəxanaya çatdırılan uşaq vəfat edib. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Azərbaycanlı iş adamının avtomobili yandırıldı

Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində iş adamı Alazir Rzayevin avtomobili yandırılıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb. Məlumata əsasən, ötən gecə iş adamının həyətində saxladığı maşının üzərinə benzin tökülərək od vurulub. Avtomobil yanaraq, yararsız hala düşüb. A.Rzayev ona qarşı hücumun təşkilində kriminal avtoritet Elmuraz Məmmədovu ittiham edib. Muğanlı sakinlərinin sözlərinə görə, E.Məmmədov artıq iki ildir kənddə reketçiliklə məşğul olur. Onlar iddia edirlər ki, kriminal avtoritetin göstərişləri əsasında sakinlərə hədə-qorxu gəlinir, pul tələb edilir. Faktla bağlı istintaq tədbirləri həyata keçirilir.

"Yelo Bank" Qarabağ qazisinin evini əlindən alır - Foto

“Yelo Bank” evimi əlimdən almaq istəyir. Bank 2008-ci ildə manatla verdiyi krediti indi dollarla tələb edir”. Sozcu.az xəbər verir ki, bu barədə Birinci Qarabağ müharibəsi qazisi, 3-cü qrup əlil Mustafa Hacıbəyli sosial media hesabında paylaşım edib. Qazi bildiirb ki, bir zamanlar “Nikoyl Bank” kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib, amma əməlləri, müştərilərinə soyğunçu münasibəti dəyişməyib: Bankın sahibi rusiyalı oliqarx Vahid Ələkbərov olub. 2022-ci ildə Rusiyanın bir sıra oliqarxları ilə yanaşı, Vahid Ələkbərova qarşı da sanksiyalar tətbiq edildikdən sonra bankın səhmləri Marina Kulişova adlı bir bank işçisinin adına rəsmiləşib. 2005-ci ildən 2017-ci ilə qədər “Nikoil Bank”ın İdarə Heyətinin sədri olmuş Vasili Xamaza bankdan 20 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunub və bu səbəbdən Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. 2018-ci ilin sentyabr ayında o, Moskva şəhərində həbs edilib. 2008-ci ildə yaxın dostum və tələbə yoldaşım Azər Səlimov çətin problemlərlə üzləşmişdi və bu problemləri həll etmək üçün kredit götürməli oldu. O vaxt məndən xahiş etdi ki, onun evinin kupçası olmadığı üçün mənim evimin girov qoyulmasına razılıq verim. “Nikoyl Bank”ın öz təklifi ilə formal ipoteka rəsmiləşdirildi və mən dostumu vəziyyətdən çıxarmaq üçün evimin girov qoyulmasına razılıq verdim”. Mustafa Hacıbəylinin sözlərinə görə, Azər Səlimov bankdan 33 540 manat kredit götürüb, faizlər də daxil olmaqla, ümumilikdə 58 355 manat qaytarıb, ödənilən məbləğ, götürülən məbləğdən 24 815 AZN artıq olsa da, bank saxta cədvəl tərtib edərək yenə 40 min dollar tələb edir: “İpoteka müqaviləsi manatladır. Bankın tərtib etdiyi ödəniş tapşırığı manatladır. Pul manatla verilib. Pul verilərkən yazılan qəbz də manatladır. Amma bank “40 min dollar” deyir. Halbuki ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə də dəyişsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib. “Yelo bank” bu tələblə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank “dirəniş” göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub. Müştərilərinin qanına susamış bankın “dirənişi” o qədər güclü olmuşdu ki, hakim Leyla Talıbova apellyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəltmişdi. Böyük bir stress yaşadım və vəkilin ərizələrindən sonra hərrac dayandırıldı. Mən Qarabağ qazisi, 3-cü qrup əliləm. Dövlətdən nə ev, nə maşın almışam. Öz halal pulumla 21 il əvvəl aldığım, təmirini hələ də tam başa çatdıra bilmədiyim evi əlimdən almaq istəyirlər. Ona görə hər kəsdən bu məsələdə ictimai dəstək istəyirəm”.

Polis “Neftçi” - “Qarabağ” oyunundan əvvəl 4 nəfəri saxlayıb

Ötən gün paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. (apa.az)

Nazirlik əməkdaşı özünü güllələdi - YENİLƏNDİ

Beyləqanda odlu silahdan atəş açaraq intihar edən şəxs barədə bəzi təfərrüatlar məlum olub. M.Bayramov Bakı şəhərində yaşayırmış. O, Beyləqana qardaşının evinə qonaq gəlibmiş. Ailəli olub, iki övladı var. Qeyd edək ki, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb. *** 16:08 Beyləqanda güllələnmə hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb. İntihar edən şəxsin Kənd Təsərrüfatı Nazirliyində çalışdığı bildirilir. Fakt araşdırılır.

Azərbaycanda daha bir uşaq qızdırmadan öldü

Azərbaycanda daha bir azyaşlı qızdırma və tənəffüs çatışmazlığından ölüb. Hadisə Saatlı rayonu, Dədə Qorqud kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü Raul Röyal oğlu Gülüşov yaşadığı evdə vəfat edib. İlkin məlumata görə, körpə qızdırma və tənəffüs çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır./Lent.az

Zelenski sabah Türkiyəyə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə rəsmi səfərə gələcək. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib. Səfər çərçivəsində onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.

Bu ölkədəki səfirliyimiz 13 ildən sonra bərpa edildi

Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, artıq bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb. "Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir. Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir", - məlumatda qeyd olunub.

Azər Qasımov vəzifəsindən azad edildi

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad olunub. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Britaniya Ukraynaya qoşun yeritməyə hazırdır – Starmer

Böyük Britaniya istənilən sülh sazişinin icrasına nəzarət etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib. “Bunu düşünməmiş demirəm. Britaniya hərbi personalı üçün potensial təhlükə ilə bağlı çox dərin məsuliyyət hiss edirəm. Ukraynanın təhlükəsizliyinin təmin edilməsində istənilən rol bütün Avropanın təhlükəsizliyini gücləndirməyə kömək edəcək”, - o bildirib. Starmer qeyd edib ki, London Ukraynadakı hərbi münaqişənin həlli prosesində unikal rol oynaya və Avropa ilə ABŞ arasında körpü ola bilər: “Qarşıdakı bu həlledici günlər qitəmizin gələcək təhlükəsizliyini müəyyən edəcək. Sülh güc üzərindən gəlir. Amma bunun əksi də doğrudur. Zəiflik müharibəyə aparır”.

Ailədaxili zorakılıq: Azərbaycanda 58 kişi arvadından kötək yeyib

Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb. Sozcu.az report-a istinadla xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb. 2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib. Onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib: "Bundan başqa, 137 evli, 140 subay, 53 boşanmış şəxsin Dövlət Komitəsinə müraciəti daxil olub. Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80-i 36-55, 28 nəfəri isə 56+ yaş aralığında olan şəxslərdir".

Müəllim evində ölü tapıldı

Göyçayda qadın evində ölü tapılıb. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Göyçay şəhəri, H.Əliyev prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü Göyçay şəhər 3 saylı tam orta məktəbdə müəllim işləyən Məhəbbət Əlihüseyn qızı Rəsulovanın meyiti aşkar edilib. M.Rəsulovanın ailə üzvlərinin verdiyi məlumata görə, o, uzun müddətdir oğlu ilə birlikdə həmin ünvanda yaşayıb. Son zamanlar səhhətində problemlər yaranıb.

Gənc ana doğuşdan sonra öldü

Azərbaycanda gənc ana doğuşdan sonra ölüb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə fevralın 15-i Şəkidə qeydə alınıb. Belə ki, Şəki Regional Perinatal Mərkəzində Zunud kənd sakini 1998-ci il təvəllüdlü Nigar Kərəm qızı Qarayeva doğuşdan sonra ölüb. Faktla bağlı araşdırma aparılır.

İsrail NATO-da deyil, ancaq onu qoruyursunuz - Zelenski

Müttəfiqlərindən təhlükəsizlik zəmanəti olaraq, Kiyevin çoxlu sayda raketlərə, güclü orduya, Avropa Birliyinə qoşulmasına və İsrailin əldə etdiyi kimi, müdafiə sazişlərinə ehtiyacı var. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Biz bunun necə işlədiyini həqiqətən bilmirik, lakin İran İsrailə hücum edəndə ABŞ, Fransa, Böyük Britaniya və başqaları İsrail xalqını qorumağa başladılar. İsrail NATO-da deyil. Bu o deməkdir ki, o, ABŞ, Fransa, İngiltərə və digər müttəfiqlərdən xüsusi təhlükəsizlik zəmanətlərinə malikdir. Düşünürəm ki, buna həqiqətən ehtiyacımız var”, - Zelenski bildirib.

Bakıda ağır qəza: ata və azyaşlı qızı öldü - Yenilənib

08:26 Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Ramil Saleh oğlu Məmmədov idarə etdiyi “BYD” markalı maşınla hərəkətdə olan zaman “Jeely” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində sürücü R.Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində ölüb. Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı araşdırma aparılır. *** Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 16-da saat 23:30 radələrində H.Əliyev prospekti, Bakı Olimpiya İdman kompleksinin yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli - təxminən 2 yaşında) həkiməqədər ölüm faktı qeydə alınıb. 36 yaşlı şəxs (kişi cinsli) isə Sabunçu Tibb Mərkəzinə təxliyə olunarkən təcili tibbi yardım avtomobilində vəfat edib. Xəsarət alan digər şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Açıq kəllə-beyin travması, başın ağır dərəcəli əziyi, başın təpə nahiyəsinin əzilmiş yarası, burun-qulaq qanaxması, sol bazunun sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Putin bunu etsə, hücuma məruz qalacaq - Rutte

Rusiya Prezidenti Vladimir Putin NATO-nun bir kvadrat kilometrinə belə hücuma cəsarət edə bilməz, çünki ölkəsi dərhal genişmiqyaslı hücuma məruz qalacaq. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. “Putin hesab edirsə ki, ölkəsi üçün əhəmiyyətsiz risk hesabına NATO-nun bir kvadrat kilometrinə belə hücum edə bilər, yanılır. Bu baş versə, Rusiya NATO-nun güclü zərbəsi ilə üz-üzə qalacaq. Putin bunu bilir”, – Rutte Zelenskinin Rusiyanın NATO üzvlərinə hücumla bağlı kəşfiyyat məlumatları olması barədə açıqlamasını şərh edərkən vurğulayıb. Bununla belə Rutte alyansın 4-5 il ərzində mühüm qərarlar qəbul etməyəcəyi halda ciddi çətinliklərlə üzləşəcəyini bildirib.

Göyçədə ZİL qayalara çırpıldı və aşdı: erməni hərbçilər…

Ermənistanın Göyçə mahalında “Zil 131” markalı yük maşını yolun hərəkət hissəsindən çıxaraq qayalara çırpılıb və aşıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, qəza nəticəsində yük maşınının sürücüsü hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb. Əraziyə yaxınlıqdakı hərbi hissənin yüksək rütbəli və vəzifəli hərbçiləri gəlib. Qeyd edək ki, ölən və yaralanan şəxslərin hərbçi olduğu bildirilir.

Xəzərdə nə baş verir? - Al-qırmızıya boyandı - Foto

Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri Xəzər dənizinin qırmızı rəngə boyanması ilə əlaqədar suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu yoxlayıblar. Sozcu.az xəbər verir ki, analizin nəticələrinə əsasən suyu çirkləndirən maddələr aşkar edilməyib. Mangistau əyalətinin ekologiya departamenti şöbəsinin sədri Kaysar Nadirbekin sözlərinə görə, suya qırmızı və tünd qəhvəyi rəng verən yosunlardır. “Qar yağdığından bu hadisə daha aydın görünüb. Yosunlar dayaz sularda, xüsusən də bizim sahilboyu ərazilərdə bitir. Onların toplandığı yerlərdə isə su rəngini dəyişir. Bu təbii hadisə barədə məlumatlı olsaq da, suyun vəziyyətini yoxlamalıyıq”, - Kaysar Nadirbek bildirib. Qeyd edək ki, Xəzər dənizinin al-qırmızı rəngə boyanması Qazaxıstanın Aktau şəhərinin sakinlərinin diqqətini çəkib./Axar.az

Kurskda rusların texnika kolonu darmadağın edildi

Ukrayna ordusu Kursk vilayətində Rusiyanın 155-ci briqadasının zirehli texnika kolonunu darmadağın edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Kursk vilayətinin Nikolski qəsəbəsində keçmiş SSRİ bayraqları ilə bəzədilmiş zirehli texnikalara dronlarla zərbələr endirilib. Rusiya hərbi müxbirləri həmin istiqamətə 10-dan çox tankın göndərildiyini bildiriblər.

Goranboyda qayınata gəlinə qumbara atdı

Goranboyda qumbara partlayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb. Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarasını atıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır. Zakir İsmayılov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Qəzzada ölənlərin son sayı AÇIQLANDI

Qəzza sektorunda dağıntılar altından daha 25 nəfərin meyiti çıxarılıb. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Bununla da Qəzzada ölənlərin sayı 48 264 nəfərə çatıb. Son 48 saatda xəstəxanalara 12 yaralı gətirilib. Bununla da Qəzzada yaralananların sayı 111 688 nəfərə çatıb. Qeyd edilib ki, hələ də dağıntılar altında və yollarda çoxlu sayda zərərçəkmişlər var.Xatırladaq ki, İsraillə HAMAS arasında əsir və girov mübadiləsini nəzərdə tutan razılaşma çərçivəsində yanvarın 19-dan Qəzzada atəşkəs hökm sürür.

Hazırda bu ərazidə tıxac var - SƏBƏB

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, "Çermet" körpüsünün üzərində və Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində təmir işləri aparılır. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Braziliyada təyyarə qəzası - Ölənlər var

Braziliyanın cənub-şərqində, San-Paulo ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Sozcu.az yerli G1 telekanalına istinadən məlumat verir ki, hadisə Kuadra şəhərində baş verib. Səmaya qalxandan bir müddət sonra təyyarə qamışlıq sahəyə düşüb, nəticədə göyərtəsində olan 77 yaşlı kişi və 74 yaşlı qadın həlak olub. Qeyd olunur ki, təyyarə yerli mülki aviasiya xidmətində qeydiyyatda olub, müvafiq yoxlamadan keçib və saz vəziyyətdə olub. Qəzanın səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1089-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 858 390 hərbçi, 10 073 ədəd tank, 21 011 ədəd zirehli döyüş maşını, 23 185 ədəd artilleriya sistemi, 1 283 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1067 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 37 456 ədəd avtomobil texnikası, 25 377 ədəd PUA, 3063 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 749 xüsusi avadanlıq itirib.

Ucarda 14 avtomobil toqquşdu: ölü və yaralılar var

10:18 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Putinlə Trampın görüşəcəyi TARİX

Rusiya və ABŞ yüksək vəzifəli rəsmiləri gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Rəsmilər iki ölkənin prezidentləri arasında görüşə hazırlaşmalı olacaqlar. Mənbələr bildiriblər ki, dövlətlərin liderləri fevralın sonunda görüşə bilərlər. Nümayəndələr çox güman ki, Rusiya və ABŞ-dan olan milli təhlükəsizlik müşavirlərindən ibarət olacaq. Hökumət rəsmisi agentliyə bildirib ki, Avropa ölkələrinə gələcək danışıqların planları barədə hələlik məlumat verilməyib, lakin Ukrayna rəsmilərinin iştirak edəcəyi gözlənilir. Agentlik yazır ki, nümayəndə heyətlərinin məqsədi Ramazan ayı başlamazdan əvvəl prezidentlərin sammitinin tarixini müəyyən etməkdir. Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin Amerika prezidenti Donald Trampla telefonla danışıb. Söhbət zamanı dövlət başçıları şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.

Azərbaycanda güclü zəlzələ olacaq? - Video

Bu ilin ilk 6 ayında ölkədə seysmik və tektonik aktivlik davam edəcək. Xəzər dənizi aktiv seysmik region sayıldığından aktivlik ən çox məhz bu su hövzəsində müşahidə olunacaq. Sozcu.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Onun sözlərinə görə, ölkənin digər ərazilərində olan aktiv seysmik zonalar da sakit deyil. Qulam Babayev qeyd edib ki, hazırda Xəzər dənizində ardıcıl zəlzələlər baş verir. 3 və bir qədər yuxarı maqnitudalı zəlzələlər müşahidə edilir. Dövrilik bir neçə il əvvəl aktivləşməyə başlayıb və davam edəcəyi gözləniləndir. O bildirib ki, hiss olunan zəlzələlərin baş verəcəyi də istisna olunmur. Dağıdıcı və güclü zəlzələlər isə gözlənilmir. Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev isə deyib ki, zəlzələnin əvvəlcədən proqnozu mümkün deyil.

Zelenski Trampın sazişindən niyə imtina etdiyini açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı investorlarla mineral ehtiyatların işlənməsinə dair sazişi imzalamaqdan imtina etməsinin səbəbini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə danışan Ukrayna lideri sözügedən sazişin Ukraynanın maraqlarına cavab vermədiyini və ölkənin təhlükəsizliyi üçün kifayət etmədiyini bildirib. Zelenski vurğulayıb ki, aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılana qədər sazişi imzalamamaq barədə nazirlərə tapşırıq verib. Qeyd edək ki, Münhendə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ rəsmiləri ona Ukraynanın mineral ehtiyatları ilə bağlı sənəd imzalamağı təklif ediblər. Sənədə əsasən ölkənin gələcək mineral ehtiyatlarının yarısı ABŞ-ın ixtiyarına keçəcəkdi, lakin Ukrayna lideri bundan imtina edib.

Makron fövqəladə iclas çağırdı: Avropa liderləri təcili toplanır

Fransa Prezidenti Emmanuel Makron Avropa liderlərini bazar ertəsi Parisdə fövqəladə sammitə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib. Sikorski bildirib ki, Prezident Makronun liderləri Parisə dəvət etməsindən çox məmnundur və Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın onlara qarşı çağırışlarını çox ciddi müzakirə edəcəklərini gözləyir. “Trampın fəaliyyət metodu var, ruslar buna “kəşfiyyat döyüşü” deyirlər – döyüşdə kəşfiyyat döyüşü: siz sıxırsınız və nə baş verdiyinə baxırsınız, sonra öz mövqeyinizi dəyişirsiniz. Biz reaksiya verməliyik”, - Sikorski vurğulayıb. Görüşdə Britaniya Baş naziri Keyr Starmerin iştirak edib-etməyəcəyi bəlli deyil.

4 min döyüşçünün uğursuz taleyi: Azərbaycanın "Sarıqamış"ı Murov əməliyyatı-31

Bu gün Birinci Qarabağ müharibəsinin ən ölümcül və uğursuz  hərbi əməliyyatlarından birinin ildönümüdür. 1993-cü ilin sonlarında başlayan, hərb tariximizə Murovdağ əməliyyatı kimi düşən bu döyüş Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin nəzarəti uğrunda başlatdığı hərbi hücum əməliyyatı idi. Mənbələrə istinadən bildirilir ki, Qarabağda bir sıra ərazilər rus və ermən hərbi birləşmələri tərəfindən işğala məruz qalmış 1993-cü ilin mart ayında düşmən ordu Kəlbəcərə hücuma başlamış, apreldə rayonu işğal edərək bütün Qarabağın ən yüksək zirvəsi olan, dəniz səviyyəsindən 2500–3500 metr yüksəklikdə yerləşən Murovdağı nəzarətə götürmüşdü. Həmin strateji əhəmiyyətli ərazilərin geri qaytarılması üçün hərbi əməliyyata 1993-cü ilin dekabrında start verilir. O dövrdə Nəcməddin Sadıkov (1993- 2021-ci illər) Azərbaycan Baş Qərargah rəisi idi. Baxmayaraq ki, bölgədə sərt iqlim, güclü qar, küləklər və təhlükəli uçqunlar olduğu üçün plan çox təhlükəli hesab edilirdi və bir çox komandir əməliyyatı dəstəkləməmişdi. Hərbi mütəxəssislər Nəcməddin Sadıkovun hava şəraitinin pisləşməsi səbəbindən hücumu təxirə salmaq əvəzinə əməliyyata start verməsini normal qarşılamırdı. Hətta ovaxtkı Müdafiə nazirinin müavini Leyla Yunus bu qərarı "bir hərbi zabitin ala biləcəyi ən axmaq qərar" adlandırmışdı. Hücum əməliyyatını 701 saylı Motoatıcı Briqada həyata keçirdir. Briqadanın şəxsi heyəti ümumilikdə 3,500 nəfər hərbi qulluqçudan ibarət olub. Onun komandiri polkovnik-leytenant Valeh Rəfiyev, qərargah rəisi polkovnik-leytenant Eldar Həsənov, əməliyyat rəisi isə mayor Qorxmaz Qarayev idi. Briqada altı batalyondan ibarət idi. • 1 saylı Azərbaycan Batalyonu; komandiri Qurban Qurbanov idi; • 2 saylı Azərbaycan Batalyonu; komandiri Həbib Şabanov idi; • 3 saylı Azərbaycan Batalyonu; komandiri Balay Nəsibov idi; • 4 saylı Azərbaycan Batalyonu; komandiri Hafiz Məmmədov idi; • 5 saylı Azərbaycan Batalyonu; komandiri Gəray Əsədov idi; • 6 saylı Azərbaycan Batalyonu; komandiri Vəli Bayramov idi. Əlavə olaraq, hücum əməliyyatında Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı Kəlbəcər Rayon Polis İdarəsinin polisləri də iştirak edir.. Düşmən qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Hraç Andresyan rəhbərlik edirdi. Cəbhənin sadəcə cənubundakı erməni qüvvələri 2,000 nəfərdən çox hərbçidən ibarət idi. Bütün ordu qrupu bir neçə alay və tabordan ibarət idi: Stepanakert Alayı; komandiri Levon Mnatsakanyan idi. • Əsgəran Özünümüdafiə Rayonu; komandiri Vitali Balasanyan idi. • 35 saylı Özünümüdafiə Batalyonu; komandiri Arşavir Qaramyan idi. • 42 saylı Özünümüdafiə Batalyonu; komandiri Arkadi Şirinyan idi. • 43 saylı Özünümüdafiə Batalyonu; komandiri İliç Bağıryan idi. • 77 saylı Özünümüdafiə Batalyonu; komandiri Petros Gevondyan idi. • Bundan əlavə, DQR-yə Ermənistan Silahlı Qüvvələrinin aşağıda göstərilənlərdən ibarət bölmələri dəstək verir: 555 saylı Vardenis Motoatıcı Alayı.7 saylı Gümrü Mühəndis Taboru.,9 sayl Eçmiədzin Mühəndis Taboru.və təbii ki, Rusiya Silahlı Qüvvələrinə bağlı artilleriya bölmələri … • 1993-cü ilin dekabrında start verilən hərbi əməliyyatlar zamanı xırda uğurlar ordumuzu həvəsləndirir. Məsələn, 3 saylı Azərbaycan Batalyonu Ömər keçidinə doğru hərəkət edir əraziyə nəzarəti və ermənilərin Vanadzor Alayının təlimsiz əsgərlərini məğlub edərək ərazini ələ keçirir. Onlar aşırımdan keçərək "31–46" yüksəkliyinə hücum edirlər. Təpədəki erməni hərbi postu Azərbaycan qüvvələrinin əsas həmləsini dəf etməyə nail olur, lakin Azərbaycan qüvvələri tezliklə təpənin nəzarətini ələ keçirərək erməni qüvvələrini ərazidən qovur. 2 və 3 saylı Azərbaycan batalyonları Meydan düzünə köçürülür və 5 saylı Azərbaycan Batalyonu ilə birlikdə erməni qüvvələrinə arxadan hücum edir. Ermənilər bu həmlədən sonra tezliklə geri çəkilir. Bundan sonra Azərbaycan hərbçiləri Ömər aşırımını minalardan təmizləyir və Meydan düzündə bir batalyon müdafiə zonası qurur. Daha sonra Azərbaycan qüvvələri yanvar ayının ortalarında Murov silsiləsini aşaraq növbəti dəfə hücuma keçir. 16 yanvarda 1 və 3 saylı Azərbaycan batalyonları Susuzluq dağını işğaldan azad edir. Azərbaycan qoşunları buradan Meydançay və Yanşa əraziləri üzərində atəş nəzarətinə malik idi. Ertəsi gün 2 saylı Azərbaycan Batalyonu Meydançayın şərqində yerləşən Şişqaya yüksəkliyi işğaldan azad edir. 19 yanvarda 5 saylı Azərbaycan Batalyonu Qızılqaya yüksəkliyinin nəzarətini ələ keçirir. Ertəsi gün 5 saylı Azərbaycan Batalyonu Bağırsaq kəndini, 1 saylı Azərbaycan Batalyon Yanşaq kəndini, 3 saylı Azərbaycan Batalyonu isə Susuzluq kəndini işğaldan azad edir. Beləliklə, erməni qoşunları yanvar ayının sonunda Kəlbəcər rayonunun dərinliklərinə çəkilmək məcburiyyətində qalırlar. 21 yanvarda Qamışlı kəndinə daxil olan 2 saylı Azərbaycan Batalyonu Çiçəkli yüksəkliyini ələ keçirir və beləliklə, Kəlbəcər–Ağdərə–Laçın yolunu nəzarətə götürür. Eyni zamanda, 5 saylı Azərbaycan Batalyonu Bağırlı kəndi istiqamətində hücuma keçir. Ertəsi gün Azərbaycan qüvvələri Yanşaqbinə və Qasımbinəsi kəndlərini işğaldan azad edir. Azərbaycan qüvvələri strateji Ömər keçidini və oradan keçən yolun nəzarətini ələ keçirərək mövqelərini daha da möhkəmləndirir. 23 yanvarda 3 saylı Azərbaycan Batalyonu Çəpli kəndində bir erməni batalyonunu mühasirəyə alır. İngiltərə jurnalisti, təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaala görə, kənddə 240 erməni əsgəri öldürülür, Ukrayna tarixçisi Mixail Jiroxov isə hesab edir ki, burada öldürülən erməni hərbçilərinin sayı 200 nəfər idi. Azərbaycan qüvvələri üç tank, dörd piyada döyüş maşını və ZSU-23-4 Şilka zenit-raket kompleksini qənimət kimi ələ keçirir. Erməni qüvvələri əks hücuma keçir və ertəsi gün Çəpli kəndini nəzarətə götürür, lakin 27 yanvarda onlardan kənddəki mövqelərindən qovulur. Qaçan erməni qoşunları Seyidlər kəndinə doğru geri çəkilmək məcburiyyətində qalır. Beləliklə, Ermənistandan Kəlbəcərə gedən yol Azərbaycanın nəzarətinə keçir. Kəlbəcər rayonu ərazisinin daha dərinliklərinə doğru irəliləyən Azərbaycan batalyonları ertəsi gün Qanlıkənd, Bozlu, Babaşlar, Təkəqaya, İlyaslar və Çopurlu kəndlərini ələ keçirirlər. İki gün sonra Seyidlər, Lev, Dəmirçidam və Cəmilli kəndləri işğaldan azad edilir. Azərbaycan komandanlığı daha sonra 5 saylı Azərbaycan Batalyonuna Buzduk hündürlüyünə doğru irəliləməyi, 1 və 3 saylı Azərbaycan batalyonlarına isə Zod ətrafındakı yüksəklikləri tutmaq üçün göstəriş verir. Bu əməliyyatlar Kəlbəcər şəhərinə qarşıdakı hücuma hazırlıq idi. Azərbaycan qüvvələri fevral ayına qədər Kəlbəcər rayonunun təxminən 30%-ni işğaldan azad etmişdi. 1, 3 və 4 saylı Azərbaycan batalyonları qərbdə Ermənistanla sərhədə yaxınlaşaraq Cəmilli–Dəmirçidam–Qanlıkənd xətti boyunca mövqelər qurdu. Mərkəzi qüvvələr Qamışlı və Çiçəkli yaxınlığında mövqe qurmuş 2 saylı Azərbaycan Batalyonundan ibarət idi, şərqdə isə 5 saylı Azərbaycan Batalyonu Bağırlı kəndində mövqe tutdu. Əlbəttə bu xırda uğur böyük qələbəyə aparan qığılcım ola bilərdi , əgər bu işin içində xəyanət olmasaydı. Üstəlik , hökumət Bakının küçələrindən tamamilə hazırlıqsız azərbaycanlı gəncləri orduya cəld edərək (O vaxt buna “oblava” deyilirdi) onları döyüş bölgəsinin ortasına atmışdı ki bu da döyüş prosesinə mənfi təsir edirdi. 11 fevralda ermənilər böyük bir qüvvə ilə Ağdaban kəndindən hücuma keçərək "2071" yüksəkliyini və Bağırlı kəndi ətrafındakı yüksəklikləri ələ keçirirlər. Onlar ertəsi gün Bağırsaq kəndinə daxil olurlar. Azərbaycan qoşunları bir neçə dəfə əks hücuma keçsə də, onlar hər dəfəsində uğursuz olur. Erməni qüvvələri hücumlarını davam etdirərək Ağqaya və "2868" yüksəkliklərini ələ keçirir. Fevral ayının ortalarında erməni qoşunları Yanşaq və Yanşaqbinə kəndlərini yenidən işğal edirlər. Erməni qüvvələri Ömər aşırımından Kəlbəcərə gedən yolu nəzarətə götürür. Beləliklə, Azərbaycan qüvvələrinin təminat xətləri kəsilir və 701 saylı Motoatıcı Briqadanı mühasirəyə alınır. Azərbaycan qüvvələrinə 14 fevralda geri çəkilmək əmri verilir, De Vaal erməni qüvvələrinin mühasirədə olan Azərbaycan batalyonlarını BM-21 Qrad raketləri ilə ağır şəkildə bombaladığını qeyd edir. Təkcə bu həmlə nəticəsində 1,500-ə yaxın Azərbaycan əsgəri şəhid olur. Onun sözlərinə görə,ümumilikdə Azərbaycan tərəfi Ömər keçidində keçirilən hərbi əməliyyatlar zamanı 4 minə yaxın itki verdi, Ermənistan tərəfi isə təxminən 2 min hərbçisini itirdi. De Vaal döyüş əməliyyatlarının nəticələnməsindən bir neçə il sonra Murov silsiləsinə səyahət edənlərin hələ də donmuş cəsədlər tapdıqlarını qeyd edir. Nəticə olaraq erməni qüvvələri Kəlbəcərdəki mövqelərini qoruya bildi və Murov silsiləsindəki Ömər və Güzgü keçidlərini ələ keçirdilər. Ermənilər hər il bu qələbəni təntənə ilə qeyd edirdilər. Ən böyük haqsızlıq isə hücum əməliyyatından sonra baş verdi. Azərbaycanda cinayət işi başlanıldı və 1995-ci il iyunun 29-dan avqustun 18 dək Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyası Şahin Rüstəmovun sədrliyi ilə əməliyyatın uğursuz olması ilə bağlı məhkəmə prosesi keçirildi.. Məhkəmənin hökmü ilə briqada komandiri Saleh İlyasov 7 il, batalyon komandiri Gəray Əsədov 6 il, batalyon rəisi Cəlil İbrahimov isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Briqada komandirinin müavini Nəriman Zeynalovun işi əlavə araşdırma üçün Hərbi Prokurorluğa qaytarıldı. Qışın ən sərt dövründə, (dekabr-yanvar-fevral) keçilməz meşələrin, qayaların, çayların ölüm saçan zamanında Kəlbəcər kimi sərt iqlişi olan ərazidə əməliyyatın başlanmasını əmr edən, Azərbaycan ordusunu məğlubiyyətinin qaçılmaz olduğunu bilə-bilə daha çox çağırışçı yaşında olan gəncləri ora göndərən Nəcməddin Sadıkova gözün üstə qaşın var deyən olmur. Xüsusi Qeyd: Hər dəfə Murov əməliyyatı haqqında düşünüəndə yadıma Sarıqamış faciəsi düşür. Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşü deyirəm.. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdi. Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə ermənilərin hücumuna məruz qaldı. Döyüşdə 33.000 türk döyüş meydanında,10.000 –ni xəstəxanada ölür,10.000 yaralanır, 7.000 nəfər isə əsir düşür. Sarıqamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazırdı. Tədqiqatçılar yazır ki, rus generalının son illər üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". Sarıqamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun küllisi mahvoldu". P.S. Hətta 1995-ci ilin aprelində "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir. Maraqlıdır ki, N. Sadıkov ikinci dəfə "Azərbaycan Bayrağı" ordeni ilə Aprel döyüşlərindən sonra 4 günlük hərbi əməliyyatlarda 93 xüsusi təyinatlı zabit və əsgərimizin ölümündən sonra təltif olundu. Həmin dövrdə Kənd təsərrüfatı və ərzaq nazirinin müavini vəzifəsində çalışan, müharibə iştirakçısı olmuş Cümşüd Nuriyev bir internet tv proqramda Ermənistanın vaxtilə Kəlbəcər rayonunu işğal etməsinə də diqqət çəkib. Sabiq deputat deyib ki, Kəlbəcər xəyanət nəticəsində işğal (1993-cü ildə) edilib. Həmin vaxt deputat istintaq komissiyasının üzvü olmuş C. Nuriyev konkret ad da çəkib. O, Kəlbəcərin işğalını həmin vaxt oradakı orduya rəhbərlik etmiş, sonuncu vəzifəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olan general-polkovnik Nəcməddin Sadıkovun və daha bir neçə məsul şəxsin xəyanəti ilə əlaqələndirdi. Sabiq hərbi polis rəisi, povkovnik Rövşən Məhərrəmov mediaya açıqlamasında deyir: “ Kəlbəcərdə əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi. Murovdağ silsiləsindən Ağdərə istiqamətinə əməliyyat planı, məhz bu ərazidən ilk olaraq əməliyyata başlamaq xəyanət olub. Onun həbsi üçün vəzifədə olduğu müddətdə də, indi də kifayət qədər əsas var”. Nə yaxşı ki, bu gün qüdrətli ordumuz  dağlarımızı işğaldan azad edib! Bütün şəhidlərimizin ruhu qarşıında baş əyirəm! Əntiqə Rəşid

Şoltsdan Trampa sərt mesaj: Fövqəladə hal elan etməyə hazırıq!

Sərhədlər güc yolu ilə dəyişdirilməməlidir. Bu prinsip hər zaman və hər yerdə, hamı və hər kəs üçün keçərli olmalıdır. Biz həmçinin Avropa və Amerika təhlükəsizliyinin dağılmasına gətirib çıxaran həll variantını qəbul etmirik. Bundan yalnız bir şəxs faydalanacaq - Prezident Putin. Biz avropalılar qarşıdakı danışıqlarda bu maraqları inamla və yekdilliklə təmsil edəcəyik. Məhz biz, avropalılar Ukraynanı hamıdan çox dəstəkləyirik və bu dəstək lazım olduğu qədər davam edəcək. Sozcu.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib. O, Donald Trampı Avropanın iştirakı olmadan Rusiya ilə danışıqlara hazırlaşmasına görə qınayıb: “Sülh yalnız Ukraynanın suverenliyi təmin olunduğu halda mövcud ola bilər, ona görə də biz heç vaxt Ukraynaya sırınan sülhü dəstəkləməyəcəyik”. Onun sözlərinə görə, sülh bağlanandan sonra da Ukraynanı silahlandırmaq lazımdır və Ukraynanın ixtiyarında silahlı qüvvələr olmalıdır: “Bu məqsədlə hərbi maliyyələşdirmə üçün Almaniyada fövqəladə vəziyyət elan edilə bilər. Almaniya Konstitusiyası belə bir fövqəladə vəziyyət zamanı borc həddinin yumşaldılması imkanını nəzərdə tutur”.

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Milli Hidrometerologiya Xidməti fevralın 16-17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xidmətdən Sozcu.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Neftçala, Lerik, Yardımlı, Astara, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Oğuz, Mingəçevir, Yevlax, Kəlbəcər, Zəngilan, Laçında qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sertifikasiya və MİQ imtahanlarını DİM-ə tapşırsaq... - Ekspertdən REAKSİYA

Bir müddət əvvəl ölkədə sertifikasiya və müəllimlərin işə qəbul uimtahanlarının Dövlət İmtahan Mərkəzinə verilməsi ilə bağlı təkliflər səsləndirilmişdi. Sözügedən mövzu ilə bağlı müzakirələr davam edir, hətta bir çoxları ölkə ərazisində keçirilən bütün imtahanların məhz mərkəzi qurumda, yəni DİM-də keçirilməsini təklif edirlər. Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Dövlət İmtahan Mərkəzinin özünün funksiyası düzgün qurulmayıb: “Dövlət İmtahan Mərkəzi həm sualları tərtib edib, həm də imtahanları keçirə bilməz. İmtahan sualları başqa qurum tərəfindən tərtib edilməli, texniki hissəsi isə DİM tərəfindən həyata keçirilməlidir. Absurdluq buradadır ki, bütün vəzifələri DİM-ə tapşırmışıq. Dövlət İmtahan Mərkəzi öz istədiyi formada suallar tərtib edir. Təsəvvür edin ki, tədris prosesini Elm və Təhsil Nazirliyi müəyyən edir. Amma imtahanı DİM həyata keçirir. Bu zaman isə orta məktəbdə tədris edilən mövzulardan yox, özünə yaxın kurslarda tədris edilən və əlavə tərtib edilən vəsaitlərdən suallar salınır”. Ekspertin sözlərinə görə, belə olan halda ümumilikdə təhsil reputasiyadan salınır: “Bu zaman elə fikir yaranır ki, məktəblərdə tədris bərbaddır, tədris zəifdir. Başqa bir tərəfdən müəllimlərin də sertifikasiya və işə qəbul imtahanlarını DİM-ə tapşırsaq, bu fəlakətə gətirib çıxarar. Çünki o halda da universitetdə təhsil alıb özünü müəllim sayanlar üçün yeni bir sınaq gələcək ki, DİM-in qoyacağı suallar məlum deyil. Ona görə də düşünürəm ki, bütün imtahanların DİM-ə verilməsi daha pis nəticələr yarada bilər”.

"Bu əməliyyat Nəcməddin Sadıkovun xəyanətlərindən biridir" - Rey Kərimoğlu

Fevralın 14-də Murovdağ faciəsinin 31-ci ili tamam olub. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə Murovdağ əməliyyatı və bu döyüşlərdə şəhid olanların sayı, eləcə də hadisələrin gedişatı ilə bağlı müzakirələr aparılır. Bəzi istifadəçilər faciə zamanı 1500-dən artıq hərbçimizin donaraq həyatını itirməsi bildirilir. Bu rəqəmin ortaya çıxmasında isə “Vikipediya”da daha əvvəl yerləşdirilmiş məlumat rol oynayıb. Onlardan 1337-sinin donaraq öldüyü, 111 nəfərin itkin düşdüyü, digərlərinin isə döyüş şəraitində şəhid olduğu qeyd olunur. Ancaq keçmiş döyüşçülər, eləcə də əməliyyatda iştirak etmiş zabitlər Murovdağ faciəsi zamanı insan itkisinin təxminən 250 nəfər olduğunu bildiriblər. “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi jurnalist Rey Kərimoğlu da “Vikipediya”dakı yanlışlığın aradan qaldırılması barədə paylaşım edib: “Bu işlə bağlı məhkəmə istintaqı olub. Briqada komandirinin müavini Nəriman Zeynalovun sözlərinə görə, istintaq zamanı dəqiqləşib ki, 250 nəfərə yaxın şəxs ya yaralanaraq, ya da donaraq şəhid olub. Adlı siyahı da var istintaqda. Qəhrəman döyüşçülərimizin sayəsində isə düşmən tərəfinin itkisi 800 nəfər olub”. R.Kərimoğlu Murovdağdakı uğursuzluğun Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Azərbaycana qarşı xəyanətlərindən biri olduğunu bildirib.

Tam 12 gün ardıcıl qeyri-iş günü olacaq

Xəbər verdiyimiz kimi, mart ayının 20 və 24-ü Novruz bayramı ilə bağlı qeyri-iş günüdür. Sozcu.az xəbər verir ki, 22 və 23 mart tarixləri şənbə və bazara düşdüyü üçün, qanunvericiliyə uyğun olaraq, şənbə-bazar istirahət günləri bayram günündən sonrakı ilk iş gününə keçirilir və buna görə də 25 və 26 mart tarixləri də qeyri-iş günü olacaq. Azərbaycanda 30-31 martda Ramazan bayramı qeyd ediləcək və bu günlər də qeyri-iş günüdür. 30 mart bazar gününə təsadüf etdiyindən, 1 aprel də qeyri-iş günü olmalıdır. Nazirlər Kabinetinin bu gün verdiyi qərarla, qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart tarixləri ilə 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, 1 aprel iş günü olacaq. Bununla da Azərbaycanda 20-31 mart - 12 gün ardıcıl qeyri-iş günləri olacaq.

Ramazan ayı nə vaxt BAŞLAYIR?

Mətbuatda və sosial şəbəkələrdə Azərbayanda Ramazan ayının martın 1-dən başlayacağı barədə xəbərlər yayılıb. Fevralın 28-də Azərbaycan səmasında yeni Ayın görünəcəyi, Ramazan ayının ilk gününün martın 1-nə təsadüf edəcəyi iddia edilib. Yayımlanan təqvimə görə, martın 30-u və 31-i Ramazan bayramı qeyd ediləcək. Müqəddəs ayda Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək. Qeyd edək ki, ötən il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər il Ramazan ayının başlaması ilə əlaqədar fətva verir. Yayılan xəbərlərlə bağlı Modern.az-a danışan İçərişəhər “Cümə” məscidinin axundu, QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli bildirib ki, Ramazan ayı ilə əlaqədar Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən qərar qəbul edilməyib: “Qafqaz Müsəlmanlar İdarəsinin bununla bağlı iclası hələlik olmayıb və fətva verilməyib”, - o deyib. Qeyd edək ki, fətvanın yaxın günlərdə veriləcəyi gözlənilir. İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.

Bu rayonlara güclü qar yağdı

Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Dağlıq rayonlara qar yağıb. Yağan qarın hündürlüyü Lerikdə 24, Qrızda 16, Şahdağda 10, Şahbuzda 8, Qobustan, Şuşada 7, Kəlbəcər, Sədərək, Laçın, Daşkəsəndə 5, Xankəndi, Şərur, Gədəbəydə 3, Göygöl, Qusarda 2, Xocalı, Şəki, Zaqatala, Şamaxı, Naxçıvanda 1 sm olub. Bəzi yerlərdə yağış yağıb. Belə ki, düşən yağıntının miqdarı Neftçalada 12, Kürdəmirdə 7, Ağsuda 6, İmişli, Sabirabadda 5, İsmayıllı, Zərdabda 4, Göyçay, Beyləqan, Biləsuvar, Lənkəranda 2, Culfa, Ordubad, Balakən, Yardımlı, Astarada 1, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub. Sumqayıt, Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Bərdə, Yevlax, Hacıqabul, Göyçay, Beyləqan, Neftçala, Sabirabad, Goranboy, Ağdam, Qəbələ, Şəki, Zaqatala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 11, yüksək dağlıq rayonlarda isə 18 dərəcəyədək şaxta qeydə alınıb.

Bakıda itkin düşən kişinin meyiti körpünün altından tapıldı

Bakıda körpünün altından kişi meyiti tapılıb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. Burada körpünün altından 65 yaşlı Malik Qürbət oğlu Məlikovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma zamanı mərhumun fevralın 11-də itkin düşdüyü məlum olub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Andiçmə mərasimi: MN valideynlərə müraciət etdi

Azərbaycan Ordusunun hissə və bölmələrində fevralın 16-da gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: "Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".

Bakıda ər-arvad "Sevgililər günü"ndə öldü

Bakıda ər-arvad qazdan boğulublar. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə fevralın 14-də Binəqədi rayonu Binəqədi-Xırdalan şosesi, Palçık vulkanı adlanan ərazidə baş verib. 46 yaşlı H.Ə. və həyat yoldaşı 45 yaşlı F.Ə. yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.

Ermənistanın Vətən müharibəsi dövründə hansı terror təşkilatının üzvlərindən istifadə etdiyi açıqlanıb

Ermənistan Vətən Müharibəsi gedişatında muzdlu döyüşçülərdən istifadə edib. Bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Təranə Məmmədova ittiham aktını elan edən zaman bildirilib. O bildirib ki, təcavüzkar müharibəyə hazırlıq məqsədilə Vartanov Vladimir (Vova) Levanoviç yaratdığı “VoMa” adlı terror təşkilatının, habelə Fransa, Livan, Suriya Ərəb respublikaları, Rusiya və digər ölkələrin erməniəsilli vətəndaşların və müxtəlif terror təşkilatlarının üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərində silah-sursatlarla təmin edilməklə onlara qanunsuz silahlı hərbi təlimlər keçirilib. Bundan başqa, “ASALA” terror təşkilatı, “PKK-PYD-YPG” terror təşkilatları, Fransanın “Zouaves Paris” (ZVP) qruplaşması, “Daşnaksütyun” partiyasının, “Qara Pantera” hərbi qruplaşmasının və digər təşkilatların üzvləri də daxil olmaqla 2 min nəfərdən artıq xarici ölkə vətəndaşlarının Azərbaycana qarşı başlanılmış təcavüzkar müharibədə daha təcrübəli döyüşçü kimi iştirakını təşkil etmək üçün Ermənistan ərazisindən işğal altında saxlanılan Laçın dəhlizindən istifadə edilməklə Azərbaycanın Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər, Xocavənd və digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycana qarşı apardıqları hərbi əməliyyatlarda iştirak etmələri təmin edilib.

Zelenskiyə ona istənilən vaxt zəng etməyə icazə verib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın ona nömrə verdiyini və “istənilən vaxt” zəng etməyə icazə verdiyini etiraf edib. Zelenski bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı danışıb. Zelenski 2024-cü ilin iyulundan Trampla birbaşa ünsiyyətdə olduğunu bildirib.

170 azərbaycanlı işgəncələrlə öldürüldü

1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1 698 azərbaycanlı girov götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Fuad Musayev ittiham aktını elan edən zaman bildirilib. O qeyd edib ki, əsir və girov götürülən 1284 dinc sakindən 122-i mülki sakin, əsir götürülmüş 414 nəfər isə hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb: "Qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib".

Gədəbəydə avtomobil aşdı: yaralılar var

Gədəbəydə yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, Saratovka kəndində "Tofaş" markalı avtomobil aşıb. Nəticədə Elxan Qurbanov və Fazil İbrahimov xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

"Türkiyə Rusiyaya neft zərbəsi endirib" - "Bloomberg"

"Qərb sanksiyalarından sonra Türkiyənin xam neft idxalının 65 faizi məhz Rusiyanın payına düşüb..." Rusiyanın neft strategiyası göz önündə çökür: Türkiyənin ən böyük "Tupras" neft emalı zavodu qiyməti G7-nin müəyyən etdiyi 1 barrelə görə 60 dollar həddini aşan Rusiya neftinin alışını dayandırır. Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 27-dən etibarən "Tupras" sanksiya tələblərinə cavab verməyən Rusiya nefti partiyalarını tamamilə rədd edəcək. Bu, Moskvanın ən iri alıcılarından birini itirdiyi və ya nefti ucuz qiymətə satmağa, ya da getdikcə çətinləşən alternativ yollar axtarmağa məcbur olduğu deməkdir. "Bu, Rusiyanın neft ixracına ağır zərbədir", - analitiklər bildirir. "Tupras" Rusiya neftinin əsas alıcılarından biridir. Türkiyə xüsusilə də Qərb sanksiyalarından sonra Rusiya neft sektoru üçün xilasedici dairəyə çevrilib. Ölkənin xam neft idxalının 65 faizi məhz Rusiyanın payına düşüb. 2024-cü ilin ilk 11 ayı ərzində Türkiyə 29,1 milyon ton Rusiya neft məhsulları idxal edib. Təkcə "Tupras" 2024-cü ildə gündəlik 290 min barel Rusiya nefti alıb ki, bu da Rusiyanın dəniz yolu ilə ümumi ixracının 5,5 faizini təşkil edib.  İndi bu axın dayandırılır. "Bloomberg"-in məlumatına görə, Rusiya tədarükçüləri nefti böyük endirimlərlə təklif etməyə məcburdur, lakin hətta bu da satışları təmin etmir. Yanvarın 10-da tətbiq edilən ABŞ sanksiyaları artıq Rusiya neft ticarətinə ciddi zərbə vurub: Hindistan sanksiyalara məruz qalan Rusiya şirkətlərindən neft alışını azaltmağa başlayıb. Çin isə maliyyə əməliyyatları ilə bağlı risklərin artması səbəbindən əlavə endirimlər tələb edir. Rusiya məhdudiyyətlərdən yayınmaq üçün yeni sxemlər axtarır, lakin bu, yalnız xərcləri artırır. "Moskva üç il sanksiyalara tab gətirib, lakin Baydenin Yeni il ərəfəsindəki zərbəsi həlledici ola bilər. Rusiya hələ ki, itkiləri necə kompensasiya edəcəyini bilmir", - Qərb ekspertləri bildirir. "Tupras"-a tədarükün dayandırılması və Asiya bazarlarına təzyiq Rusiyaya milyardlarla dollar itki verə bilər. Yanvar sanksiyalarından sonra "Urals" markalı Rusiya nefti 60 dollardan ucuz satılır. İxrac gəlirləri düşür, Rusiya alıcılarını itirir və yeni bazarlar böyük endirimlər tələb edir. Moskva hətta sanksiyaları dəstəkləməyən ölkələr belə əməkdaşlığa yenidən başlamasına rəğmən, əsas tərəfdaşlarını itirmək riski ilə üz-üzədir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, yanvar ayında Rusiya neftinin ixracı gündə 60 min barel, neft məhsullarından gəlirlər isə 400 milyon dollar azalıb. Rusiya yeni yollar axtarmağa çalışacaq, lakin bu, getdikcə çətinləşir. Kölgə donanmasına nəzarət güclənir, sanksiya mexanizmləri isə daha sərt işləyir.

Bəzi yerlərdə qar yağır - FAKTİKİ HAVA

Fevralın 14-ü saat 17:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, fevralın 14-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, İmişli, Hacıqabul, Sabirabad, Beyləqan, Salyan, Neftçala, Şuşa, Füzulidə yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Daşkəsən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Göygöl, Lerik, Şirvan, Yardımlıda qar yağır. Pirallahı, Naxçıvan, Culfa, Yevlax, Sabirabad, Neftçala, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Mehman Əliyev "Turan"ın yeni formatından DANIŞDI

"Turan" İnformasiya Agentliyi ötən gün oxucularına müraciət edərək, fəaliyyətini dayandırdığını bildirib. Agentliyin baş direktoru Mehman Əliyevin bununla bağlı açıqlamasında deyilir:  "Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır". "Turan" İnformasiya Agentliyinin rəhbəri "yeni format" deyərkən nəyi nəzərdə tutub? Modern.az Mehman Əliyevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, yeni formatda analitik bacarığı olan, bu işdə çalışa bilənlərdən istifadə olunacaq: "Əslində biz bu formata 2017-ci ildə mən həbsdən çıxandan sonra başlamaq istəyirdik. Bizdə analitik xidmət var, onu işlədirik. Mən onun missiyasını başqa cür görürdüm. Lakin həmin vaxt bu alınmadı. Bunun cürbəcür səbəbləri var. Biz təzədən o formatı canlandırmaq istəyirik. Təxminən tədqiqat mərkəzi kimi bir şeydir. İndi o istiqamətdə işləmək imkanlarımız daxilində mümkündür. Dar çərçivədə bunu edə bilərik. Özü də təcrübələrimiz buna ehtiyac olduğunu deməyə əsas verir. Bu, demək olar ki, optimallaşdırmaq məsələsidir. Yeni formatda analitik bacarığı olan, bu işdə çalışa bilənlərdən istifadə ediləcək.  Bizim müxbirlərimiz əslində başqa media orqanlarında da işləyirlər. Ona görə də burada elə bir problem yoxdur. Necə tərkibdə ola biləcəyimiz gələcəyin işidir. Hələlik 5-6 nəfərlik tərkib ola bilər. Bu, hələ ki planlardır. Gündəlik 12-13 saat işləyirik, indi oturub yeni iş nədən ibarət olacaq, hansı istiqaməti götürəcəyik, dünya tendesiyaları nədir, bunları təhlil edəcəyik. Ona görə də hələ vaxt lazımdır ki, həmin strukturun layihəsini yaradaq, onun əsasında hərəkət edə bilək". M.Əliyev nə zaman işə başlayacaqlarından da danışıb: "Bu məsələyə 15-20 gün ərzində aydınlıq gələ bilər. Çünki hazırda müəssisənin bağlanma prosesi gedir, vergilər, texniki məsələrlə məşğulam. İşçilər martın 1-nə qədər qalırlar. Ayın 1-dən işçilərin müqavilələrinə xitam veriləcək. Sonra baxacağıq. Yeni xidmətdə maraqlı ola biləcək cürbəcür təşkilatlarla danışıqlar aparacağıq. Kimlər qalacaq, kimlər gedəcək - bu məsələyə baxacağıq". Bəs maliyyə məsələləri necə həll ediləcək? "İndiyə qədər təxminən ildə 140 min abunəçidən ödəniş yığırdıq. Analitik xidmət məsələsinə gələndə baxacağıq. Yenə də qeyd edirəm ki, heç olmasa, balaca bir qrupun işini təmin etmək üçün lazım olan vəsaiti biz gərək cəlb edək. Bizi tanıyırlar, yeni deyilik. Təcrübəmizə bələddirlər. Bizimlə kimlərin işləmək istəyəcəyini, abunəçimiz ola biləcəyini araşdıracağıq. Ondan sonra hərəkət edəcəyik. Bəlkə heç bizi istəməyəcəklər. Ona görə əvvəlcə təkliflərimizi təqdim edəcəyik. Görək kimlər qəbul edəcək. Sonra bizim nə qədər vəsait ayığa biləcəyimiz dəqiqləşəcək. Ona uyğun işləyəcəyik. Bəlkə 3-4, bəlkə də 15 nəfər işçimiz olacaq. Ancaq təcrübəmiz, əlaqələrimiz var, bizi tanıyırlar. Hesab edirəm ki, həmişə müstəqil olmuşuq. Müstəqil analizlərə, yanaşmalara da çox böyük ehtiyac var. Bu baxımdan hesab edirəm ki, bizimlə rəqabət tərəfi yoxdur".

"Putin-Tramp görüşünü təşkil etməyə hazırıq"

Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqlara ev sahibliyi etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Krallıq Səudiyyə Ərəbistanında sammiti məmnuniyyətlə keçirməyə hazır olduğunu bildirir", - açıqlamada deyilir. XİN-dən Səudiyyə Ərəbistanının Ukrayna və Rusiya arasında uzunmüddətli sülhə nail olmaq üçün səylərini davam etdirdiyi vurğulanıb.

Azərbaycanla Ermənistan razılığa GƏLDİ

Fevralın 14-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib. Sozcu.az xəbər verir ki, görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar. Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Məmur arvadını və ustanı öldürən kişiyə ÖMÜRLÜK HƏBS

2023-cü ilin fevralında Tərtərdə həyat yoldaşı 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və həyətdə usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi güllələyərək qətlə yetirən Asəf Məmmədova hökm oxunub. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü A.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci (Xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib. İstintaq vaxtı A.Məmmədov hadisəni qısqanclıq zəminində törətdiyini, evdə səsyazan qurğu quraşdırdığını və əldə etdiyi məlumatlara əsasən, bu cinayəti törətdiyini iddia edib. Lakin ekspertiza və digər araşdırmalar zamanı G.Məmmədovanın ailəsinə xəyanət etməsini sübut edən hər hansı fakt aşkar edilməyib. Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. Namiq Allahverdiyev cütlüyün evinin qonşuluğunda - G.Məmmədovanın qardaşının həyətində atası ilə birgə usta işləyirmiş.

Ukraynanın uğursuzluğu ABŞ-ı zəiflədər - Leyen

Ukraynanın uğursuzluğu Avropa ilə bərabər, ABŞ-ı da zəiflədər. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında deyib. Leyen qeyd edib ki, vəzifələri yalnız bu ilin geosiyasi mənzərəsini təsvir etmək deyil: "Onu elə formalaşdırmaq lazımdır ki, bizim transatlantik dəyərlərimizin davamlı olmasını və maraqlarımızın müdafiəsini təmin etsin".

Parlamentdə sənədsiz evlərdən danışıldı: "1 milyona yaxın..."

Bakıda yarım milyon sənədsiz ev var. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov parlamentin bugünklü plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, bunun bir sıra obyektiv səbəbləri var. "Əgər qeyri-rəsmi rəqəmlərə inansaq, ümumilikdə 1 milyon sənədsiz ev var. Bu da  bələdiyyələrin 1 milyon evdən gəlir götürə bilməməsi deməkdir ki, bu da ciddi rəqəmdir. Sənədləşdirmə işləri sürətlə aparılarsa, həm mənzil bazarı canlanacaq, həm də bələdiyyələr üçün bu sərfəli olacaq.  Eləcə də ev sahibləri  də fayda götürəcək. Belə ki, onlar sənədsiz evlərə sərəncam verə bilmirlər, alğı-satqıya yönəldə bilmirlər. Cənab Prezidentin sərəncamına uyğun olaraq, sənədləşmə işləri aparılarsa, həm dövlətimiz, həm də vətəndaşlarımız xeyir götürəcək”.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən ermənilərin məhkəməsi davam edir

Bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdiriləcək. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, ötən məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib. Daha sonra məhkəmənin davamı fevralın 14-nə təyin edilib. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Nərimanovda 2 nəfər küçədə öldü

Bakı şəhər Nərimanov rayonunda iki nəfər küçədə ölüb. Sozcu.az qafqazinfo-ya istinadla xəbər verir ki, Tovuz rayon sakini 1976-cı il təvəllüdlü F.Cəfərov Həsən Əliyev küçəsi 115 ünvanının qarşısında ölüb. Bundan başqa, tüfeyli həyat tərzi sürən 1966-cı il təvəllüdlü E.Əhmədov küçədə halsız vəziyyətdə qalması səbəbindən təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə aparılıb. Daha sonra onun ölməsi məlum olub. Hər iki faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Ağdamda insan sümüklərinin qalıqları tapıldı

Ağdamın Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, qalıqlar ərazidə inşaat işlərinin aparılması zamanı tapılıb. Faktla bağlı araşdırma aparılır.

Ağdamda yük maşını minaya düşdü

Ağdamda yük maşını minaya düşüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş c ərazisində qeydə alınıb. Mina partlaması nəticəsində ərazidə işləyən “HOVA” markalı yük maşınına ciddi ziyan dəyib. Xəsarət alan olmadığı deyilir.

"Xarici siyasət vizionunda dəyişiklik vaxtı çatıb" - Arif Hacılı

Belə görünür ki, Rusiyanın Ukrayna ərazilərini işğalı ilə başlanan yeni dünya düzəninin formalaşması prosesi Trampın prezidentliyi dövründə daha da sürətlənəcək.  ABŞ prezidentinin Çin, İran, qismən də Rusiya əleyhinə açıqlamalarından  sonra NATO da müttəfiqləri olan və demokratik dünyanı təmsil edən Kanada, Danimarka kimi ölkələri də hədəfə alması, Suriyada baş verənlər, İran-Türkiyə münasibətlərində yaranan gərginlik və digər geopolitik gəlişmələr yaxın dövrlərdə dünya düzənində mühüm dəyişikliklərin daha sürətlə davam edəcəyini göstərir.  Bu dəyişikliklər bizim də maraq dairəmizdəki yaxın şərq regionundan, birbaşa qonşuluğumuzda olan və ya sərhədlərimizə yaxın ölkələrdən də yan keçməyəcək.  Məhəmmədəmin bəyin təbirincə desək, dünya qəribə dəyişəcək.  İndi dövlət və millət olaraq əsas hədəfimiz bu toqquşmalar və dəyişiliklər dönəmindən uğurla çıxmaq olmalıdır.  Azərbaycan-Ermənistan münaqişəsini tarixin arxivinə göndərmək, bu ölkə ilə lazımsız və perspektivsiz rəqabət şəraitindən çıxmaq,  tariximizin bu səhifəsini qatlamaq,  1946-cı ildən sonra ilk dəfə Güney Azərbaycanda yaşayan 40 milyonadək xalqımızın öz müqəddəratını təyin etməsi istiqamətində mühüm irəliləyişinə uğurlu şəraitin  yaranacağını da nəzərə alaraq Azərbaycanın yeni dünya düzənində  daha təsirli və cəlbedici dövlət kimi yer tutması üçün həm daxili, həm də xarici siyasət vizionunda əsaslı dəyişikliklər zamanı çoxdan çatıb. Yazı Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb. 

Kəlbəcər ictimaiyyəti dekabrın 22-də görüş keçirəcək

Kəlbəcərə Qayıdış İctimai Birliyi dekabrın 22-də rayon ictimaiyyətinin, ziyalıların görüşünü keçirəcək. Sozcu.az xəbər verir ki, bu haqda Turkustan.az-a İctimai Birliyin təsisçisi Ramiz Abışov məlumat verib. Onun sözlərinə görə görüşün keçirilməsində məqsəd, Kəlbəcərin işğaldan azad olunmasından sonra rayonun aktiv insanlarını bir araya toplamaq, qarşıdan gələn Həmrəylik gününün ruhuna uyğun olaraq həmrəylik, birlik hisslərini aşılamaqdır: "Qarşıdakı dövrdə Kəlbəcər camaatının rayona qayıdışı prosesi gözlənilir. Hazırda rayonda infrastruktur işləri görülür, yaşayış binaları tikilir. Ümumi qayıdış məsələlərini birlikdə müzakirə etmək, doğma el-obamıza qayıdışla bağlı fikir mübadiləsi aparmaq, bizi birləşdirən dəyərləri, adət-ənənələri davam etdirmək üçün səmimi atmosferdə bir arada olmağı düşünürük". R.Abışov bütün dəvətlilərin bu görüşə diqqətli olacaqlarına ümidvar olduğunu söyləyib.

Ağsuda şəhid ailəsinin şikayətinə baxan yoxdur - Video

Ağsu rayon sakini, şəhid qardaşı Zöhrabov Sərdar Şirvan oğlu Sozcu.az saytına yazaraq, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun onların müraciətlərinə baxmadığını bildirib. Zərdar Zöhrabov bildirib ki, şəhid ailəsi olaraq üzün illər növbə gözlədikdən sonra, 2020. - ci ildə ailənin özünə məxsus olan torpaq sahəsində mənzil tikilərək onlara təhvil verilib. Çox keyfiyyətsiz və ucuz materiallarla tikilən mənzili ailə özü yenidən vəsait xərcləyərək bərpa edib. Sərdar Zöhrabov bildirir ki, hazırda həmin mənzilə gedən yol və mənzilin ətrafı bərbad gündə olduğu üçün ailə hələ də, onlara tikilən mənzilə köçə bilmir. Yağışlı havalarda ərazi palçıq olur və hətta, avtomobil ilə gedib-gəlmək mümkün olmur. Bununla bağlı dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinə müracət etsələr də, onların müraciətinə baxan olmayıb, deyə, şikayətçi qeyd edib. https://www.youtube.com/shorts/lyXNv4DWB6k

Türk Ədəmi-Mərkəziyyəti Müsavat Partiyasının ikinci qurultayının öz işinə başlamasından 105 il ötür

1919-cu il 2 dekabr tarixində indiki Konstitusiya məhkəməsinin binasında Türk Ədəmi-Mərkəziyyəti Müsavat'ın ikinci qurultayı öz işinə başlamışdı. Qurultay dekabr ayının 12-nə qədər davam etmişdi. Bu partiya tarixində iqtidarda olduğu ilk qurultay idi. Həmin zaman hökümətə partiyanı təmsil edən Nəsib bəy Yusifbəyli rəhbərlik edirdi. Kanuni–əvvəlin 2-si saət 7-də Türk Ədəmi-Mərkəziyyət “Musavat” firqəsinin 2-ci qurultayı açılmışdır. Hələ saət 5-dən qabaq nümayəndələr və tamaşaçılar toplanırlardı. Hamı qurultayın açılmasını ayrıca bir maraq və intizar ilə gözliyordu. Saət 7 tamamda böyük salon və xanımlar lojası nümayəndə və tamaşaçılarla dolu ikən rəisi-vükəla Yusifbəyli Nəsib bəy və Rəsulzadə Məhəmməd Əmin cənabları şiddətli və sürəkli alqışlar altında salona daxil oluyorlar. Salon milli və dövləti bayraqlarla bəzənmiş, Hürriyyət, Ədalət, Üxüvvət tələbedici zəhmətkeşlərin hüquq və azadlığının müdafiə təmini istəyici bir çox lövhələrlə bəzənmişdir. Rəsulzadə Məhəmməd Əmin-Mərkəzi Komitə rəisi sifətilə gurultulu alqışlar altında müstədi–sədarətə keçərək qurultayı şu nitqi–iftitahilə açıyor: – Yoldaşlar! Azərbaycan türk bayrağını ilk dəfə qaldırmaq şərəfi ilə məsud olan Türk Ədəmi-Mərkəziyyət “Musavat” firqəsinin ikinci qurultayının müstəqil Azərbaycan paytaxtında açılması ilə Sizi təbrik və kəndimi bəxtiyar ədd ediyorum (uzun alqış). Bədə Turanın qızıl alma əfsanəsi və türklügün qurtuluşu fəqərəsini nəql edərək diyor ki, bu surətlə qızıl alma əfsanəsinin türk millətində yuxcalarda uzaqlarda pünhan amalı olduğunu və islamlıq həsbilə bədəlmövt olduqdan sonra dirilib cənnət həyatı keçməgə etimadımız olduğunu nəzərə aldıqda yüz illərdən bəri imtidad edən istibdad dövrünün bizim üçün siyasi bir ölüm və istiqlalımızı bir qızıl alma kibi tələqqi etdikdə haman kərə qafdan ibarət rus istibdadından yol tapıb da bu alma əlimizə irişəcək olduğumuzu ümidlə gözliyorduq və bu gün 2-ci qurultayın müstəqil cümhuriyyətli türk paytaxtında açılması başlarımız üzərində 3 boyalı Türk İslam Xəlq Cümhuriyyəti bayrağının ehtizaz etməsi haman qızıl alma və bədəlmövtün əfsanə degil, birər həqiqət olduğunu isbat edər. Sonra istibdad və inqilab zamanındaki hökumətlərin bizə qarşı rəftarından bəhslə diyor ki: əvət, istiqlal degil, muxtariyyat tələb etməmizə qarşı vətənimizi xarabazara döndərməklə təhdid ediyordular. Fəqət ancaq böyük arzular bəslədigimiz Məclisi Məbusan açmaq istədigimiz “İsmailiyyə”yə bir neçə sair binalarımızı yandıra bildilər. Fəqət əfəndilər binaları, daşları yaqmaq bildisə də, qızıl alma və bəst bədəülmövt həqiqətini yox edəmmədilər. Əfəndilər! Bizim amalımız yalnız muxtariyyat və cümhuriyyət olmuyub, burası türk milli amal silsiləsinin ancaq bir həlqəsini təşkil edər. Biz dünyanın milli əsaslar üzrə qurulacaq olduğunu, bütün millətlərin ancaq milli istiqlal və cümhuriyyət ilə məsud yaşaya biləcəginə iman ediriz. Bu sıradan olaraq türk millətinin də tamamilə müstəqil və hüquqi-ixtiyarına nail olmasını istəriz. Bizim etiqadımıza görə bəşəriyyət ancaq müstəqil millətlərin kəndi arzuları ilə birləşib böyük bir federasyon qurmaq ilə xoşbəxt yaşaya bilər. Şimdi biz kəndi hürriyyət və istiqlalımızı qazandıq. Fəqət bununla mütərəddid olmamalı, o hürriyyət və istiqlalı saxlamaya çalışmalıyız. Bu ümumazərbaycanlıların vəzifəsidir. Fəqət Azərbaycan şüarını ilk dəfə meydana atıb Azərbaycan bayrağını ilk dəfə qaldırmış bir firqə olmaq hesabilə bu vəzifə hamıdan ziyadə biz musavatçıların öhdəsinə düşür. Bən burada vəzifə olaraq qüvveyi-əskəriyyəyi təhkim edəlim demərəm. Zira nə qədər fəsih və təbii nitq söylərsəm, o əsgərlərin qəhrəmananə yürüşləri qədər fəsahətlə anlatamaram. Bən bunu deyəcəyəm ki, biz musavatçılarda yalnız firqə fikir və əməli degil, bir də vətən və istiqlal amalı da var. Binaənileyh bən sizi ittihad və ittifaqla səflərinizi sıxlaşdıraraq bir kərə qaldırmış olduğumuz bayrağı daima hamının başı üzərində ehtizaz etdirmək və onu müdafiə etmək əzmində olduğunuzu hamıya göstərməgə dəvət ediyoram (alqış). Həsən bəy Ağayev-sürəkli alqışlar altında öz adından və Məclisi-Məbusan rəisi sifətilə məclis namindən qurultayı təbrik ediyor və “Musavat”ın bu vəqtədək qazandığı müvəffəqiyyəti onun amal və şuarlarının bütün türk milləti fikir və amalına uyğun olmasına isnad verərək iləridə müvəffəqiyyətlər diliyor. Yusifbəyli Nəsibbəy – (sürəkli alqışlar içərisində kürsi-xitabətə gəliyor. Hazırun ayağa qalxaraq uzun müddət alqışlıyor) 1917 sənəsində ümumqafqasiya qurultayı əsnasında Azərbaycan muxtariyyatından belə bəhs edilməsindən qorxulduğunu və şimdi 2 il yarım sonra 3 rəngli bayrağını heç qorxmadan (alqış) dünyaya elan etdigini qeydlə diyor ki:  – Azərbaycan amalı yalnız “Musavat”ındır demək yanlışdır. Bu ümumi bir amal və arzu idi. Ancaq onu ilk dəfə “Musavat” üzə çıxardı. Kül örtülü bir od idi, “Musavat” üfürüb alovlandırdı. Şimdi bu odu yandırdıq. Fəqət buna güvənərək rahət oturmamalıdır. Bu hürriyyət və istiqlalı şimdi təhkim etmək lazımdır. Biliyorsunuz ki, bu saət yenə Azərbaycan amalı təhlükə altındadır. Bu təhlükə məlumunuzdur ki, ən artıq şimaldandır. Və bir günlük degil, bəlkə uzun müddətlər çəkə bilər. Binaənileyh qazandığınız istiqlalı əldə saxlamaq üçün daima təhlükə qarşısına hazırlanmalısınız. Saniyən sizin böyük vəzifənizdən birisi də kəndinizi bütün dünyaya tanıtdırmaqdır. Bunun üçün də hər yerdə qeyrətlə çalışmalı, hətta hökumət içərisindəki nümayəndələrinizə yol göstərməlisiniz. Bir də “Musavat” demokratik bir firqə olduğu üçün yalnız Azərbaycan degil, ümummillətlərin həqq və hüququnun təmin edilməsini istər. Bunun təfərrüatını, əlbəttə, müzakirə və müvafiq qərarlar qəbul edərsiniz. Ancaq əzcümlə ümum millətlərlə hüsni-münasibat əmələ gətirmək, xüsusən qonşu millətlərlə münasibətimizi yaxşılaşdıraraq gələcəkdə bəlkə ümumi bir Qafqasiya vətəni də təşkil etməgə çalışmalıdır (alqış). Qardaşlar! “Musavat”ın yaxın proqramı ilə bərabər əqsayi-amalı da vardır. Buna da irişmək üçün yollar düşünməlisiniz. Biz azərbaycanlı olmaqla bərabər məəliftixar türk və müsəlmanıq. Şübhəsiz böylə olunca müəyyən fikir və amallarımız da var. İştə bu xüsusları da düşünmək, müəyyən qərarlar çıxarmaq lazım gəliyor. Bir də biliyorsunuz ki, bizim çox bədxahlarımız da var ki, hər yol ilə hürriyyət və istiqlalımıza zərər yetirməklə çalışıyorlar. Əzcümlə şaiə nəşr ediyorlar ki, azərbaycanlılar müstəqil bir millət kibi yaşamaq istəmiyib başqa bir dövlətə mülhəq olmaq istiyorlar. Fəqət bu doğru degildir. Azərbaycan müstəqildir və müstəqil olacaqdır. Biz istəriz Azərbaycan ilə bərabər Osmanlı, Türküstan, Qırğızıstan, Başqırdıstan müstəqil olsunlar və bunların arasında bir rabitə olsun (alqış). Biz həmişə demişik, bütün aləmi-islamı bir mərkəzdən idarə etmək baştutmaz bir xəyaldır. Həmçinin bütün türk aləmini bir mərkəzdən idarə etmək çox müşküldür. Ona görə də adımızı ədəmi-mərkəzçi qoymuşuz. Qoy bunu bədxahlarımız da əməlimizdə görsünlər və yanıldıqlarını kəndiləri etiraf etsinlər. Şimdi hökumət naminə sizi təbrik edərək ümidvar oluyorum ki, millət sayəsində fələyin köməgilə bayrağımızı yüksək saxlaya biləcəgiz (şiddətli alqış). Əfəndilər! İstiqlalımız uğrunda mücahidə edib Bakı alınanda şəhid düşmüş türk qardaşlarımızın ruhuna salam və ehtiram olmaq üzrə ayağa qalxmağınızı təklif ediyoram. (Hamı qalxır). Şimdi mart hadisəsi qurbanlarının tərhim-ruhu üçün ayağa durmağınızı rica edirəm. (Hamı qalxır). Məhəmmədxan Sədulazadə-alqışlar altında İran naminə qurultayı təbriklə Musavatın istiqlal uğrundakı zəhmət və xidmətlərini qeyd ediyor və sui-təhfim nəticəsi olaraq bu vəqtədək iranlıların Azərbaycandan şübhələndiklərini etiraf etməklə bərabər şu vəqtədək Musavatın fəaliyyətini təqiblə təhsin və təqdis etdiklərini göstəriyor və diyor ki: – İnanırız ki, ümummillətlərin hüsni-münasibati və İran ilə ittifaq və qardaşlıq hüsulu ilə istiqlalınızı təhkim edərsiniz (gurultulu alqış). Ümidvaram ki, qardaş və dindaşların köməgi ilə bir dəfə qaldırmış olduğunuz bayraq həmişə yüksək olar. Məlikaslanov Xudadad bəy-alqışlar altında qurultayı təbriklə diyor ki, buraya çıxıb təbrik etməkdən məqsudim və məclis hüzurunda bəyan etmək idi ki, əgər Musavat nümayəndələri olmasaydı, Azərbaycan bu hala gəlməzdi. Fətəlixan Xoyski-gurultulu alqış içərisində qurultayı təbriklə diyor ki: – Bən müxtəlif səbəblərə görə heç bir firqəyə girməmişəm. Amma hamısı ilə çalışmışam. Ona görə də hər firqənin fəaliyyətini bitərəfanə təhqiq edə bilmişəm. Bən bu gün qurultay hüzurunda təsdiq etməliyəm ki, millət uğrunda, Azərbaycan yolunda Musavatın xidməti ifrat dərəcədir. Bu da fəzlə millətçilikdən degil, ondandır ki, həmişə vətən və millət mənafeini firqə mənafeindən yuxarı tutub əvvəl öz millət və vətəninin mənfəətini axtarmışdır, sonra firqəsinin. Şimdi vətən yenə təhlükədədir. Ümidvaram yenə və həmişə vətən mənafeini firqədən uca tutarsınız. Əli Səbri Qasımov-Cənubi-qərbi azərbaycanlılar naminə təbriklə 3 ildən bəri qan axıtdıqlarını və faciələrinin nəhayətini gördüklərini qeydlə qaranlıq yollarına firqədən işıq gözlədiklərini bəyan ediyor. Sonra Kiçikxanov – parlaman Əhrar fraksiyonu, Malxazyan – parlaman erməni heyəti; Hacıbəyli Üzeyir bəy mətbuat; Bəhrəm bəy Axundov – qarabağlılar; həm vilayətlər ittifaqı; Mustafa Mahmudov – mərkəzi müəllimlər bürosu; Rza Zaki – teatro heyəti; Ağazadə Məhəmməd – tələbələr ittifaqı; Məhəmmədzadə Mirzəbala – “Bəsirət”, Əli Yusif – Yaşıl Qələm Cəmiyyəti tərəfindən və bir çox natiqlər fəhlə, köylü və müxtəlif təşkilat naminə təbrik ediyorlar. “Azərbaycan” qəzeti, 4 dekabr 1919, № 337  kanuni-əvvəl –dekabr bədəlmövt-öləndən sonra məşhərdə dirilmə 2-ci iclas Kanuni-əvvəlin 3-ü səhər saət 11-də qurultayın 2-ci iclası Rüstəmbəyli Şəfibəyin sədarətilə açılıyor. Mərkəzi Komitə və fraksiyanın birinci qurultaydan bəriki müddətdə fəaliyyəti həqqində məruzədə bulunuyor. Məruzəçi əfəndi firqənin bu son müddətdəki fəaliyyətini 5 dövrə ayıraraq ətraflı məlumat veriyor. Birinci dövr olmaq üzrə birinci qurultaydan elani-istiqlal zamanınadək Seym dövrünü götürüyor: bu dövrdə firqə mərkəzi böyük bir faciə keçirmişdir-diyor. Çünki bütün sabiq Rusiya və Qafqasiyayı çulğamış anarşi Azərbaycana da siraət ediyor, Bakıda bolşevizm xürucu başlanaraq get-gedə dairəsini artırıyor. Millət fəryad və istimdad ediyor; teleqraflar yağdırıyor. Bu tərəfdən də Seym daxilindəki böyük firqələrdən bir kömək göstərilmiyor. Digər tərəfdən də birdən-birə Seymdən çıxaraq fəna nətayiçinin məsuliyyətini götürmək mümkün olmuyor. Digər tərəfdən də millət özü Seymin bu fəaliyyətsizligini kəndi nümayəndələrinə isnad verərək soğuqluğa başlıyor. İkinci dövr: Zaqafqasiyanın Rusiyadan ayrılması ilə başlanaraq elani-istiqlal və türklərin dəvəti zamanıni təsvir ediyor. Firqəmizin ən böyük müşkülatı da buradan başlıyor. Bir tərəfdən başqa-başqa firqələr “Musavat”ı Türkiyənin ajanı kibi göstərərək ittiham ediyorlar ki, Musavat Zaqafqasiyayı Rusiyadan ayırıb Türkiyəyə mülhəq etmək və Zaqafqasiya demokratiyasını türk istibdadi əlinə verməgə çalışıyor, digər tərəfdən də öz Azərbaycanımızda bəzi adamlar, qruplar millətin ağır halından, dar günün vəziyyətindən istifadə edərək “musavatçılar türklərin Qafqasiyaya gəlmələrinə razı olmuyor, onları qoymuyorlar” –deyə firqəyi cəmaətin nəzərindən salıyorlar. Firqə böyük bir böhran içərisində qalır. Fəqət özünü itirmiyib işində dəvam ediyor. Nəhayət, gürcülərin ittifaqdan çıxması üzərinə bütün müsəlman firqələr nümayəndələri müttəhidən Azərbaycan istiqlalını elan ediyorlar. Fəqət yeni bir faciə Milli Şuramız özgələrin paytaxtında, paytaxtımız düşmən əlində istirdadi üçün lazım olan qüvvəmiz də yoxdur. Binaənileyhə, türk qardaşlarımızın yardımına müraciət etmək lazım gəliyor, Türkiyəyə müraciət ediliyor. Kömək alınıyor. Firqə və fraksiya həyatının 3-cü dövri burada başlanıyor. Adətən bir dövri-inhitat, bir dövri-infisal açılıyor. Türk komandanlığının Gəncəyə vürüdindən Zaqafqasiyadan qayıtmasınadək firqənin çalışmasına imkan olmuyor. Hətta Bakı alınandan sonra firqəmiz yarı “Türk ocağı” kibi sırf ictimai bir təşkilat qurmaya təşəbbüs ediyor. Buna da min dürlü əngəl çıxıyor. Siyasi məsələdən bəhs etmək mən olunuyor. Bu surətlə üçüncü dövr firqə fəaliyyətinin demək olar ki, dayandırılması və təşkilatın yatmasından ibarət olub qalıyor. Nəhayət, parlaman açılıyor. Firqə həyatı tazələniyor. Birinci qədəmdə “Musavat” firqəsi millət arasındaki fikirlərin yanlış olması, o vəqtədək görmüş olduğu işlərin həpsini həqq bilib məsuliyyətini də etiraf etdigini bir kərə nümayiş etdirmək qəsdilə, həm də bundan böylə artıq Musavat firqəsinin sözdən işə keçib tədricən proqramına əməl etmək fikrinə düşdügünü aydın göstərmək üçün o vəqtədək müttəfiqən çalışmaqda olduğu bitərəflərdən ayrılır və sırf “Musavat” fraksiyası açıyor. Bundan sonra Musavatın firqə məsləki uğrunda mübarizə və məsaisi təzkar edilərək nəhayət, əksəriyyəti-mütləqəyə malik olmadığı halda, bir dövlət firqəsi mahiyyəti aldığını, hökumət uğrunda nə surətlə çalışdığını, parlaman həyatında nə qədər müşkülatə uğradığını təsvir ediyor. Məruzə iki saətdən ziyadə vəqt apararaq bundan sonra 3 saətlik tənəffüs elan ediliyor.  Saət 7 radələrində iclas açılaraq məruzə ətrafında müzakirələr başlanıyor. Gecə saət 12-yədək imtidad edən müzakirat əsnasında bütün natiqlər firqənin xarici və siyasi məsələlərdə tutmuş olduğu xətti-hərəkəti təsvib və təqdir ediyorlar. Fəqət daxili işlər barəsində natiqlər iki qismə ayrılıyorlar. Birinci qism natiqlər: (Xəlil İbrahim, Məhəmmədzadə Mirzəbala, Cabbarzadə Cəfər, Axundzadə Cavad, Məhəmmədzadə Əbdülvahab, Seyid Həsən Münsif və sairləri) xarici və siyasi məsələlərdə firqə mərkəzindən və fraksiyanın fəaliyyətini təqdirlə daxili, xüsusən təşkilat məsələsindəki işlərini tənqid ediyorlar, daha doğrusu az hesab ediyorlar. Digər qism isə (Rəsulzadə Məhəmmədəli, Kazımzadə Abbasqulu, Mürsəlzadə Piri və qeyriləri) bütün fəaliyyəti təqdir ediyorlar. Məruzəçi bu natiqlərə ətraflı cavab verərək axırda məclisə iki təklif varid olaraq, nəhayət, birləşdirilərək 6 adam səs verməmək üzrə 6 səs əleyhinə əksəriyyət ara ilə şu formul qəbul olunur: Türk Ədəmi-Mərkəziyyət firqəsi “Musavat”ın ikinci qurultayı Mərkəzi Komitə və fraksiya sədri Məhəmməd Əmin Rəsulzadə həzrətlərinin firqə mərkəzi idarəsi və parlaman fraksiyonunun fəaliyyəti həqqində olan 3 kanuni-əvvəldəki məruzəsini dinləyib, gərək Mərkəzi Komitə, gərəksə parlamanın Musavat fraksiyası üzvlərinə göstərdikləri fədakarlıq, əzm və səbat üçün ürəkdən razılıq edib tutduqları hər bir işdə məmləkət mənfəətini hər bir şeydən yüksək gördüklərinə təşəkkür ediyor. İstiqlalımız uğrunda bu qədər fədakarlıq göstərən yoldaşlarımızdan qurultay amalımızın yolunda və təşkilat işlərində daha çox çalışmalarını arzu ediyor. “Azərbaycan” qəzeti, 5 dekabr 1919, № 338 Sözcü.az

Mehriban Vəzir : "Mirzə Cəlil zənn etmişdi ki, sıra ona gəlməyəcək"

Əziz Şərifin `Molla Nəsrəddin`in 30 illiyi ilə bağlı `Literaturnıy Azərbaycan`da çap etdirdiyi məqalə çox baxımdan diqqətəlayiq mənbədir. O yazıda mühüm həqiqətlər var. Hətta `Molla Nəsrəddin` jurnalında gedən yazıların gerçək müəlliflərini öyrənmək üçün xeyli ipucu var məqalədə.  Qəlbini bolşevizmə təslim etmişlərdən olan müəllif, yazısına çox qiymətli bir yekun vurmuşdur. O, jurnalın və Məmmədquluzadənin fəaliyyətinə öz ideoloji və xroniki  şərhini verdikdən sonra yazır: `Yeni şərtlər(sovet rejimi-M.V) yeni yanaşma, yeni məzmun, yeni güc istəyirdi. Lakin özünün parlaq istedadına baxmayaraq Məmmədquluzadə hakimiyyətə gəlmiş fəhlə sinfinin gözləntilərini doğrulda bilmədi. Nəticədə `Molla Nəsrəddin` jurnalının adı dəyişdirilib `Allahsız` qoyuldu. Beləcə, türk mədəniyyətində olan  ilk satirik jurnalın varlığı sona yetdi` Mirzə Cəlilin həm şəxsiyyət, həm də ədib olaraq faciəsi məhz Əziz Şərifin yazdığı  bu məqamdadır: fəhlə hökumətinin gözləntiləri və ya ədibin bolşevizmdən gözləntiləri.  Mirzə, dostu Nərimanova, bolşevizmə, ədalətli dəyişikliyə inanmış, aldanmışdı. Bu, elə bir aldanış idi ki... Aldanmaq sözünü min qat aldanmaqla yükləsən belə Mirzə Cəlilin müsibətini ifadə etməz. Mirzə öz bolşevizm gözləntilərində faciəli şəkildə aldanmışdı. Mirzə zənn etmişdi ki, bolşevizm yalnız onun nifrət etdiyi zadəgan sinfini məhv edəcək, sıra ona gəlməyəcək.  Mirzə yanılmışdı. Sıra təkcə ona, `Molla Nəsrəddin`ə deyil, Mirzənin övladlarına da, nəsilbənəslinə də gəldi... Mirzə Cəlil Nərimanovun israrlı təkidi ilə Təbrizdən döndükdən sonra gördüklərindən dəhşətə gəlmiş, başına gələnlərdən sarsılmışdı. Təbrizdə xan kefində yaşayan, istədiyini yazan, yeri gələndə hikkəsini yeridən Mirzə Cəlil, Bakıda bir parça çörəyə möhtac qalmış, amansız bolşevik senzorlar hülqumuna çökmüşdü. Həmidə Xanımın varı, dövləti, mülkiyyəti, hətta evi əlindən alınmış, böyük ailə çarəsiz  bir yoxsulluğa düşmüşdü. Mirzənin ağlına gəlməyən başına gəlmişdi.  Böyük ədibin  bütün fikirləri, bildikləri, etdikləri, güvəndikləri... yerlə yeksan olmuşdu. Əslində, Mirzə Təbrizdən geri qayıtmaq istəmirdi. Nərimanovun təkidləri - teleqramları onu yerindən edə bilməzdi. Çünkü 1920-ci ilin may üsyanında bolşeviklərin törətdikləri qətliamı öz gözləri ilə görmüşdü. Şahid olmuşdu ki, bolşeviklər Gəncədən üzü Qarabağa, ta Araza kimi  tək-tək öldürmədilər, kənd-kənd yandırdılar, yox etdilər, qocalara, uşaqlara, bələkdəki çağalara belə aman vermədilər. Təbrizdə isə `Molla Nəsrəddin`in bazarı tutmuşdu, jurnal sevilmişdi.  Hətta hökumətin yasağı ilə jurnalın çıxmadığı gün Təbriz bazarı üsyan etmiş, baqqallar, tüccarlar `Molla` çıxmasa, biz də çıxmayacağıq` deyib dükanları qapatmışdlar.  Şəhər valisi geri çəkilməyə məcbur olmuşdu.  Mirzə Cəlili Həmidə Xanımın inadı Təbrizdən Bakıya dönməyə vadar etdi. Həmidə Xanım, günlərlə sürən mübahisələrin yekununda  `sən getməsən də mən gedəcəm` dedi. Bu isə başqa bir yazının mövzusudur... Qeyd: adı çəkilən məqaləni mənə göndərdiyi üçün professor Cəmil Həsənliyə təşəkkür edirəm. Mehriban Vəzir, yazıçı-publisist 

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu

 Sozcu.az saytı Kulis.az-a istinadən yazıçı-publisist Mehriban Vəzirin tərcümə etdiyi   Həmidə Xanım Cavanşirin çap olunmayan məktubunu təqdim edir. Həmidə Xanım yazır: "İlk Türk satirik jurnalı "Molla Nəsrəddin"in 30 illiyi münasibəti ilə Əziz Şərifin yazdığı və "Literaturnıy Azerbaycan" dərgisinin 7-8-ci nömrələrində dərc etdirdiyi məqalədə rəhmətlik Məmmədquluzadənin xatirəsini incidən bir səhv vardır. Əziz Şərif jurnalın 1910-cu ildəki durumunu, nəşrinin beşinci ilini təsvir edir və 53-cü səhifədə yazır ki, guya Məmmədquluzadə “zəngin dul qadınla sərfəli nikaha girdikdən sonra” jurnaldan soyumuşdu və s. bu kimi fikirlər… Mən mərhumun dul xanımı olaraq Mirzə Cəlilin xatirəsini müdafiə etməyi özümə borc bilirəm və rəhmətliyin tərcümeyi halına qeyri-müəyyənlik gətirən bu ədalətsiz fikrə etiraz edirəm. Mirzə Cəlil Şərifin yazdığı kimi 1910-cu ildə deyil, 1907-ci il, iyunun 15-də ailə qurub. Şərif elə həmin 53-cü səhifədə, yuxarıda yazır: "Təkcə Rusiyada deyil, eləcə də İranda, Türkiyədə, Misirdə, daha sonra Hindistanda böyük şöhrət tapmış jurnalın üçüncü və dördüncü illəri "Molla Nəsrəddin"in çiçəklənmə dövrü idi." Müəllifin bu sözləri öz qeydlərini kökündən təkzib edir, belə ki, o, jurnalın 1908-1909-cu illərini çiçəklənmə dövrü hesab edir, sonra da deyir ki, zəngin dul qadınla sərfəli izdivac onu jurnaldan soyutdu. Bu fikirlər açıq görünən ziddiyətlərlə doludur. Mərhum ərimi yaxşı tanıyanlar təsdiq edər ki, o, evlilikdə fayda güdməyi bacaran və bundan ötrü öz sevimli övladı saydığı jurnalı atacaq bir adam deyildi. 1907-ci ildə bizim diyarda qorxunc çəyirtkə hücumu oldu, aclıq, vəba və erməni-türk qırğınlarının gətirdiyi digər fəlakətlər Qarabağı bürüdü. Həmin dövrdə Məmmədquluzadənin Tiflisə köçmək ideyası mənə cazibəli göründü. Mən onun təklifi ilə razılaşıb Qarabağdakı bütün təsərrüfat işlərimi ləğv etdim. Biz Mirzə Cəlilin Tiflisdəki Davıdov 24 ünvanlı evinə köçdük. O vaxt Mirzə Cəlilin jurnal işləri çox gözəl gedirdi. Onun himayəsində büyük bir ailə vardı. Mən və mənim birinci ərimdən olan iki övladım da onun hesabına dolanırdıq. Mirzə Cəlilin 1910-cu ildə bütün gücünü jurnala verə bilməməsinin və nisbətən uzaqlaşmasının səbəbi aşağıdaklarla izah olunur: M.Cəlilin rəhmətlik qardaşı - məşhur İran inqilabçısı (o, yazıçı Ordubadinin "Dumanlı Təbriz" əsərində xatırlanır) Mirzə Ələkbər İrəvan türməsində yatırdı. 1910-cu ilin avqustunda M.Cəlil belə bir bildiriş aldı ki, qardaşı İrəvan vilayət məhkəməsində mühakimə ediləcək və onu edam cəzası, ən yaxşı halda isə katorqa gözləyir. Bu xəbər onu sarsıtdı və xəstə saldı. Jurnalı yoldaşına tapşırıb məsləhət və kömək istəmək üçün mənim yanıma gəlməli oldu. Mən ona məsləhət gördüm ki, təcili İrəvana getsin. İşi iki ən yaxşı vəkilə versin (münsif vəkil Məlik-Ağamalov) və bu işi gələn ilə qədər təxirə saldırmağa çalışsın. Biz pul tapdıq və Mirzə Cəlil İrəvana yola düşdü. Beləliklə, o, qardaşının mühakimə işinin 1911-ci ilin mayına qədər təxirə salınmasına nail oldu. Lakin Mirzə Cəlil evə xəstə qayıtdı, o, işias (Oturaq sinirinin nevriti - red) olmuşdu. Üç aya yaxın xəstə yatdı, yalnız dekabrın axırına bir az yaxşılaşdı və jurnalın nəşri üçün Tiflisə yola düşdü. 1911-ci ildə isə əvvəlcə rəhmətlik şair Sabir xəstələndi, sonra may ayında mən azarladım (qan zəhərlənməsi və iki ciddi əməliyyat keçirdim), düz beş ay ölüm-dirim yatağında qaldım. Həm mənim, həm iki körpə övladımızın, həm də bu böyük ailənin bütün qayğıları Mirzə Cəlilin çiyninə yüklənmişdi. 1911-ci ilin mayında qardaşını azad etdirmək üçün ikinci dəfə İrəvana məhkəməyə getməyi Mirzə Cəlili tamamilə əldən salmışdı, o, jurnalın işlərindən müvəqqəti olaraq uzaq düşmüşdü. Nəzərə almaq lazımdır ki, "Molla Nəsrəddin" jurnalı nəşrinin ikinci, üçüncü, dördüncü illərində yüksək din xadimlərini, dini, alimənsəb zümrəni, kapitalistləri və bu kimi digərlərini tənqid edir, sataşırdı. Bu üzdən hər tərəfdən jurnalı boykot etdilər və xarici ölkələrə - İrana və Türkiyəyə göndərməyi yasaqladılar. Jurnalın tirajı elə bir həddə endi ki, hətta xərci borcunu ödəmədi. M. Cəlil borca girməyə məcbur oldu. Bu səbəbdən mən büyük ailəmizi dolandırmaq üçün kəndə qayıdıb təsərrüfat işlərimi davam etdirməli oldum. Ömər Faiqin jurnaldan qazancı yox idi, ailəsini saxlamaq üçün pul qazanmalı idi. Bu səbəbdən müvəqqəti olaraq jurnaldan uzaqlaşıb kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Lakin tez-tez M.Cəlillə məktublaşır, yazı üçün ona mövzu verirdi. Bu hadisələrin bütün təfərrüatı haqqında mən öz xatirələrimdə yazmışam. Həmin xatirələri, M.Cəlilin mənə yazdığı məktubları ilə birlikdə "Azfan"a (Elmlər Akademiyası Azərbaycan filialı) vermişəm. O məktublarda Mirzə Cəlil jurnalın həmin illərdə düşdüyü ağır maddi vəziyyəti ətraflı təsvir edir. Həmidə X. Məmmədquluzadə Noyabr, 1936 ________ - Əlbəttə, 1936-cı ildə, repressiyaların ağır vaxtında Əziz Şərifin Mirzə Cəlilə qarşı belə bir ittiham irəli sürməsi, "zəngin dul qadınla sərfəli izdivac edib, jurnalı unutdun" deməsi, 5 il əvvəl ölmüş Mirzə Cəlil üçün deyil, daha çox Həmidə xanım və övladları üçün təhlükəli idi. - Həmidə xanımın bu məktubunu redaksiya çap etmədi. - Məktub ilk dəfə çap olunur. - Demək olar ki, Mirzə Cəlilin əlinin altında böyümüş Əziz Şərifin ustadına bu münasibəti çox maraqlıdır. fotoları Tural Hüseyn rəngləyib

Rusiya alimləri istixana qazlarının balansını yenidən hesablayıblar: 1,23 milyard ton

Rusiyalı alimlər Rusiyada istixana qazlarının balansını yenidən hesablayıblar.  Rusiyanın iqlim monitorinqi sistemi və antropogen emissiyaların və istixana qazlarının udulmasının hesablanması üçün suveren metodologiya Rusiyaya Rusiya Federasiyasının ərazisində milli antropogen emissiyaların "təftişini" keçirməyə imkan verdi. Yeni məlumatlar 1990-2022-ci illər üçün Rusiya ekosistemlərinin udma qabiliyyətinin 1,23 milyard ton CO2-ekv olduğunu göstərir [1] . Bu, Rusiyanın iqlim monitorinqi sisteminin “Antropogen emissiyalar: inventar” elmi konsorsiumunun əldə etdiyi məlumatlardır. Bundan əlavə, alimlər enerji, sənaye, kənd təsərrüfatı və tullantıların emalı sektorlarında 80 milyon tondan çox emissiya ilə antropogen emissiya göstəricilərini dəqiqləşdiriblər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təqdim edilmiş son inventar nömrələrini müqayisə etsək, orta hesabla, inventar məlumatları 2010-2021-ci illər ərzində ildə 680 milyon ton CO2-ekv azalması istiqamətində dəyişmişdir. Bu nəticələr udma, məsafədən zondlama texnologiyaları, süni intellektin uçotuna yeni yanaşmaların, habelə Rusiyanın iqlim monitorinqi sisteminin təkmilləşdirilmiş məlumatlarının və monitorinq nəticələrinin sinerjisidir. Peyk məlumatları əsasında ağac ehtiyatları ilə bağlı yeni məlumatlar əldə edilmiş , illik yanğınlar nəticəsində meşələrin tələf olduğu ərazilər dəqiqləşdirilmiş, mühafizə tədbirlərinə başlanılan çəmənliklər və əlçatmaz meşələr nəzərə alınmışdır. Bu, əvvəlki inventarla müqayisədə yüz milyonlarla ton CO2-ekv udma dəyərlərini aydınlaşdırmağa imkan verdi. Bütün modellər, düsturlar və hesablamalar ölkəmizin geniş ərazilərindən toplanmış obyektiv məlumatlarla dəstəklənir . Rusiya İqlim Monitorinq Sisteminin 2030-cu ilə qədər daha da inkişafı quruda, dənizlərdə və okeanlarda müxtəlif ekosistemlər haqqında böyük həcmdə məlumatların dəqiqləşdirilməsinə səbəb ola bilər. Rusiya ekosistemlərinin daha çox istixana qazlarını udması faktı sadəcə sözlər və ya rəqəmlər deyil, qlobal istixana qazları dövriyyəsini yenidən qiymətləndirməyə kömək edəcək yeni elmi biliklərdir. 800-dən çox rusiyalı alim ekosistemlərin istixana qazlarının aradan qaldırılması imkanlarının aydınlaşdırılmasında və hesablamalar üçün istifadə edilən yeni müstəqil emissiya əmsallarının işlənib hazırlanmasında iştirak etmişdir. Dövlət qurumlarının, elm, biznes və ictimai təşkilatların nümayəndələrinin daxil olduğu Rusiya nümayəndə heyəti Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) iştirak edəcək. Rusiya elminin nümayəndələri beynəlxalq ekspertləri açıq dialoq üçün COP29-da Rusiya pavilyonuna dəvət edirlər. Pavilyonda Rusiya İqlim Monitorinq Sisteminin iki illik işinin nəticələri və onların antropogen emissiyaların milli inventarında əks olunması nümayiş etdiriləcək. Noyabrın 12-də Elm Günündə Akademik Yu.A adına Qlobal İqlim və Ekologiya İnstitutunun direktoru. İsrail, Anna Romanovskaya yeni milli metodologiya və onun tətbiqinin nəticələrini təqdim edəcək. Monreal Protokolu ilə nəzarət olunmayan mənbələr üzrə antropogen emissiyaların inventarlaşdırılması və istixana qazlarının udulması BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) ölkələr tərəfindən təqdim edilən hesabat sənədidir. O, iqlim dəyişikliyi ilə bağlı qərarların qəbul edilməsi prosesini asanlaşdırmaq üçün istifadə olunan istixana qazları emissiyaları və atılmaları haqqında məlumatları ehtiva edir. İnventar mənfi iki il müddətinə hazırlanır (2024-cü ildə 2022-ci il üçün məlumatları təqdim edirik). [1] CO2-ekv (karbon dioksid ekvivalenti, CO2-eq) istixana qazı emissiyalarını qiymətləndirmək üçün istifadə edilən vahiddir (karbon izi hesablamaları daxil olmaqla). Rusiyalı alimlər ölkədəki istixana qazlarının balansını yenidən hesablayıblar Rusiya İqlim Monitorinq Sisteminin alimləri və antropogen emissiyaların və istixana qazlarının udulmasının hesablanmasının suveren metodologiyası Rusiyaya ölkədə antropogen emissiyaların "auditini" keçirməyə imkan verdi. Yeni məlumatlara görə, 1990-2022-ci illər üçün Rusiya ekosistemlərinin udma qabiliyyəti hazırda 1,23 milyard ton CO2-ekv təşkil edir. – bunu Rusiyanın iqlim monitorinqi sisteminin “Antropogen emissiyalar: inventar” elmi konsorsiumunun məlumatları sübut edir. Bundan əlavə, alimlər energetika, sənaye sektorları, kənd təsərrüfatı və tullantıların emalı sahəsində 80 milyon tondan çox emissiya ilə antropogen emissiya göstəricilərini dəqiqləşdiriblər. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təqdim edilmiş ən son inventarın rəqəmlərini müqayisə etsək, orta hesabla inventar məlumatları 2010-2021-ci illər ərzində ildə 680 milyon ton CO2-ekv azalması istiqamətində dəyişmişdir. . Alınan nəticələr udma, məsafədən zondlama texnologiyaları, süni intellekt və yenilənmiş məlumatların uçotu üçün yeni yanaşmaların sinerjisidir və Rusiya İqlim Monitorinq Sisteminin monitorinqi nəticələridir. Peyk məlumatlarına əsasən ağac ehtiyatları haqqında yeni məlumatlar əldə edilmiş, illik yanğınlar nəticəsində meşələrin tələf olduğu ərazilər dəqiqləşdirilmiş, açıq sahələr və çətin gedilən meşələr nəzərə alınmış, burada mühafizə və mühafizə tədbirlərinə başlanılmışdır. Bu, əvvəlki inventarla müqayisədə yüz milyonlarla ton CO2-ekv udma dəyərlərini dəqiqləşdirməyə imkan verdi . Bütün modellər, düsturlar və hesablamalar obyektiv məlumatlarla dəstəklənir - onlar ölkəmizin geniş ərazilərində toplanmış məlumatları ehtiva edir. Rusiyanın iqlim monitorinqi sisteminin 2030-cu ilə qədər gələcək inkişaf perspektivlərini nəzərə alaraq, bunun quruda, dənizlərdə və okeanlarda müxtəlif ekosistemlər haqqında çoxlu məlumatları dəqiqləşdirməyə imkan verəcəyini iddia etmək olar. Rusiya ekosistemlərinin daha çox istixana qazını udması faktı təkcə rəqəm deyil, həm də qlobal istixana qazlarının dövriyyəsini yenidən qiymətləndirməyə kömək edəcək yeni elmi biliklərdir. 800-dən çox rusiyalı alim təbii sistemlərin istixana qazlarını udmaq imkanlarının aydınlaşdırılmasında və hesablamalar üçün istifadə olunan yeni suveren emissiya amillərinin işlənib hazırlanmasında iştirak etmişdir.  Rusiya nümayəndə heyəti, elm, biznes və ictimai təşkilatların nümayəndələri Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) fəal iştirak edəcəklər. Rusiya elmi beynəlxalq ekspertləri açıq dialoq üçün COP29-da Rusiya pavilyonuna dəvət edir, burada Rusiyanın iqlim monitorinqi sisteminin iki illik işinin nəticələri və onların antropogen emissiyaların milli inventarında əks olunması da təqdim olunacaq. 12 noyabr Elm Günü Anna Romanovskaya - Akademik Yu.A adına Qlobal İqlim və Ekologiya İnstitutunun direktoru. İsrail, yeni rus texnikasını və onun tətbiqinin nəticələrini təqdim edir . Monreal Protokolu ilə idarə olunmayan mənbələr tərəfindən antropogen emissiyaların və istixana qazlarının udma qurğuları tərəfindən atılmalarının inventarlaşdırılması ölkə tərəfindən UNFCCC-yə təqdim edilən hesabat sənədidir. O, istixana qazlarının balansına dair məlumatları ehtiva edir, bunun əsasında ölkə səviyyəsində qlobal istiləşmənin qarşısını almaq üçün əlavə qərarlar qəbul edilir . Kadastr mənfi iki il müddətinə hazırlanır: 2024-cü ildə 1990-2022-ci illər üçün məlumatlar verilir.

Alqoloq Vüsal Eyvazovun "pul tələsi" - ŞİKAYƏT

“Uniklinika”nın Ağrı və Kök Hüceyrə Mərkəzinin rəhbəri doktor Vüsal Eyvazov vətəndaşı aldadıb. Bu barədə Sozcu.az saytına məlumat verən Anar Rəsullu bildirib ki, noyabr ayının 7- də Vüsal Eyvazovun qəbuluna gedərək, həyat yoldaşında yaranan şiddətli baş ağrılarının müalicəsi ilə bağlı ona müraciət edib. Anar Rəsullu bildirir ki, Vüsal Eyvazova xəstəliklə bağlı ətraflı məlumat vermiş və ona ağrıların baş verdiyi zaman çəkdiyi real videogörüntüləri göstərmişdir. Ətraflı məlumatdan sonra Vüsal Eyvazov ona bildirib ki, iynənin birinə 150 manat pul ödəyəcəyi təqdirdə ilk iynədən sonra ağrıların 80 faiz azalmasına nail olacaq. Anar Rəsullu 150 manat ödəyib və vurulan iynədən sonra ağrılar daha da şiddətlənməyə başladığını bildirir.  Ağrıların dahada şiddətləndiyini görən Vüsal Eyvazov yenidən əlavə olaraq 150 manat istəyərək söz verib ki, bu iynədən sonra ağrılar mütləq kəsəcək.  Xəstənin vəziyyətinin dahada ağırlaşdığını görən Anar Rəsullu növbəti 150 manatı ödəməyə məcbur olduğunu deyir. Vüsal Eyvazov məsləhət etmədən xəstəyə ən ağır iynələrdən olan "Tramadol" iynəsini vurub. Bunu da heçbir nəticəsinin olmadığnı görüb, Anar Rəsulluya, "gələn həftə növbəti ödənişi edərsən, daha bir iynəni yoxlayarıq", deyə bildirib. "Vüsal Eyvazov xəstənin müalisi ilə yox, soyğunçuluqla məşğuldur. Belə çıxır ki, mən evimi satıb, hissə-hissə Vüsal Eyvazova verməliyəm və o da müalicə əvəzinə nəticəsi olmayan ağır iynələr vurmalıdır", deyən Anar Rəsullu qeyd edib ki,ödədiyi pulların əvəzində ödənişlə bağlı ona  çek verilməyib.  Anar Rəsullu “Uniklinika” baş verən qanunsuzluqlar və soyğunçuluqlarla bağlı Respublika Prokurorluğuna, İqtisadi İnkişaf Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək, müalicə adı ilə xəstələrin yaxınlarının cibinə gözünü dikən Vüsal Eyvazova qarşı ölçü götürməyi xahiş edir.  Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Məsələ içtimailəşdirildikdən sonra, Cəmilə İbrahimova adlı sosial şəbəkə istifadəçisi onun da, Vüsal Eyvazov tərəfindən aldadıldığını bildirdi. 

Ağsu sakini yeznəsinə qayçı ilə xəsarət yetirib

Ağsuda kişi yeznəsinə qayçı ilə xəsarət yetirib. Xəbər verilir ki, ötən gün saat 19 radələrində Ağsu şəhəri, H.Əliyev prospekti ev 33 ünvanında Qalib Əlirza oğlu Fərzalıyev və İlqar Durqardaş oğlu Şirinov arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Q.Fərzalıyev qoyun yunlarının təmizlənməsi üçün istifadə olunan qayçı ilə yeznəsi İlqar Şirinova qəsdən bir dəfə zərbə vuraraq, ağır bədən xəsarətləri yetirib. Belə ki, Qalib Fərzalıyev şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

"Soyunmaq nə dəbdir, nə müasirlik, nə də azadlıq göstəricisi" - Könül Alı

"Qadın bədənini biznes predmetinə çevirmək, hər-hansı maraqlar üçün istifadə etmək birbaşa gender bərabərliyinin pozulmasıdır, hər şey bir yana, qanunvericiliyə ziddir. Siyasətin bir parçası etmək isə ikiqat yanlışdır.  Ölkəyə COP29 üçün gələnlərin şərəfinə "baxın biz də muasirik", mesajı vermək adına qadın bədənini çılpaq formada nümayiş etdirmək həm də iyrənclikdir. Ki, feminizmin soyunmaq deyil. Biz bu cəmiyyəti də bilirik, qadın bədəninə, geyiminə, quşamina münasibəti də".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyası Məclisinin Gender Komissiyasına sədri Könül Alı özünün feysbuk hesabında Bakıda nümayiş etdirilən lüt qadın heykəli haqqında yazıb: "Kontentə gələndə.... -Soyunmaq nə dəbdir, nə müasirlik, nə də azadlıq göstəricisi. İnsan öz bədəninin yeganə sahibidir və soyunaraq yox, geyinərək onu qoruyur. Kimsə də açıq -saçıq geyinirsə bu onun şəxsi seçimidir, bütün qadınların yox.  -Nəysəki bunu da üzünüzə gözünüzə bulaşdırdınız". Xatırladaq ki,  Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur.  Bakıda nümayiş edilən "lüt qadın"  heykəli  “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyasının məqsədinin ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəltmək olduğu bildirilir. Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələrə səbəb olub. “Təbiətin” gücü adlı əsəri 2 versiyada yaradıb. Heykəlin “paltarlı” olan versiyası heykəli “The Force of Nature II” adlanır. Əsərin hər iki versiyası dünyanın müxtəlif ölkələrində nümayiş olunub.  Maraqlıdır ki, ölkəmizə heykəlin "paltarlı" olan versiyasına yox, məhz "çılpaq" versiyasının gətirilməsi kimin ağlının məhsuludur və bununla nə mesaj verməyə çalışırlar? Real olan budur ki, cəmiyyət bu heykəli xoş qarşılamır. 

Kamala "Harris Putinin ən qorxulu yuxusudur" - Kamran Cəfərov

Kamala Harris Prezident olacaqsa Ukrayna-Rusiya müharibəsinin aqibəti necə olacaq? Strateji baxış. İlk növbədə bu müharibədə Rusiyanın səsləndirdiyi tələbləri və strateji hədəfləri xatırlayaq. 1) NATO-nun 1997-ci ildəki sərhədlərinə qayıtması(Litva, Latviya, Estoniya və Polşanın NATO-dan çıxarılması). 2) Ukraynanın neytral statusu və NATO-ya qoşulmaması barədə zəmanətin verilməsi. 3) Sanksiyaların ləğv edilməsi. 4) Rus dilinin və Donbasın statusunun Konstitusiyada əks olunması. 5) Ukraynanın demilitarizasiyası. 6) Hakimiyyətin dəyişdirilməsi. İndi gəlin təhlil edək, Rusiyanın Ukraynaya hücumu strateji hədəflərə necə təsir etdi. 1) Rusiyanın Ukraynaya hücumu nəticəsində NATO nəinki 1997-ci ilin sərhədlərinə qayıtmadı, daha da genişləndi(+Finlandiya+İsveç). 2) Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukraynanın NATO və Aİ-yə yolu qısaldı və kəskin sürətləndi. 3) Sanksiyalar məsələsini heç şərh etməyə də ehtiyac yoxdur. Deyəcəksiniz ki, Rusiya sanksiyalardan yan keçməyə öyrənib və qismən haqlı olacaqsınız. Prosesin 1-ci mərhələsində(Baydenin prezidentliyi) sanksiyaların tətbiqi mexanizmi qurulurdu, amma sanksiyaların riayət olunmasına mexanizmində yetərli boşluqlar var idi. Hal-hazırda bunun üzərində iş gedir. Mahiyyət isə ondan ibarətdir ki, Rusiya sanksiyaların ləğvini istəyirdi, nəticə də isə? Bilirsiniz. 4) İstər məişətdə, istərsə də dövlət səviyyəsində rus dili önəmini tamamilə itirməkdədir. 5) Ukrayna NATO-nun hərbi infrastrukturuna inteqrasiya etməkdədir(aviasiya və HHM daxil), bundan əlavə Ukrayna ərazisində artıq nəhəng hərbi sənaye kompleksi qurulur və Ukrayna çox ciddi silah istehsalı potensialına malik olacaq. 6) Putinin Ukraynada hakimiyyətin dəyişdirilməsi arzusu da ürəyində qaldı. Rusiyanın strateji hədəflərini və onlara çatıb çatmamağını xatırlatdıq, indi gələ Harrisin potensial qələbəsi təqdirdə müharibənin proqnozlaşdırılan gedişatına. *ABŞ-ın Ukraynaya dəstəyi zərrə qədər də azalmayacaq və ABŞ Rusiya ilə qlobal qarşıdurmanı nəinki davam etdirəcək(bunu Harrisin komandasında kimlərin yer almasını təhlil edərək görə bilərik, komandanın əsas üzvləri Rusiyaya patoloji nifrət edən adamlardır), hətta kəskin aqressivləşmək niyyətindədir. * Tam əminliklə deyirəm ki, demokratlar hətta Konqresin hər 2 palatasını uduzsalar belə, Harris Ukraynaya yardımı Konqresə qəbul etdirə biləcək, başqa sözlərlə keçən dəfəki rəzalət artıq yaşanmayacaq(bunun səbəbləri var, bu barədə ayrıca danışacağıq). * Yuxarıda qeyd etdiyimiz kimi, Harrisin komandası Rusiyanın sanksiyalardan yayınmaq mexanizmlərini məhv edilməsi üzrə işləyəcək. Bu, müharibədə ən vacib məsələlərdə biridir. Ona görə ki yaxınlarda Rusiyada faiz dərəcəsi 21%-ə qədər artıb, iqtisadiyyat ilk çatları verməyə başlayıb. İnflyasiya artır, hərbi xərcləri qarşılamaq üçün pullar çap olunur, iqtisadiyyat "quruyur". * Bir çox hərbi ekspertlər deyirlər ki, 2025-ci ildə Rusiyanı hərbi texniki rezervləri kritik minimuma çatacaq. * Son aylar ərzində Rusiya sürünərək irəliləyir. Rusiya propaqandası ABŞ-da seçkilər öncəsi bu sürünməyi şişirtməyə və informasiya dalğası yaratmağa çalışır. Reallıq isə bilirsiniz nədən ibarətdir? Bu sürətlə təkcə Donbas vilayətini tamamilə nəzarətə götürmək üçün rusiyalılara 2 il lazım olacaq. 2 il! Təsəvvür edirsiniz?  Putin hərbi-texniki baxımından, canlı qüvvədə itkilərin baxımından və iqtisadi zərər baxımından dözməyə hazırdırmı? Hazırdırmı sualı bir yana, dözə biləcəkmi? Və burda söhbət təkcə Donbas vilayətinin işğalından gedir. Müharibəyə strateji baxış, tamamilə fərqli mənzərə ortaya qoyur, emosiyassız və pafossuz.  Bizdə olan məlumata görə, Putin təsəvvür etmədiyiniz qədər fantastik məbləğdə pulları Trampın kampaniyasına yatırıb, sizcə niyə? Harrisin seçilməsi avtoritarlar üçün maksimal gücdə zəlzələ olacaq. Kamran Cəfərov, siyasi şərhçi 

Müsavat Partiyası Divanının iclası keçirilib

Noyabrın 4-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər müzakirə olunub. Bildirilib ki, noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsi Müsavat rəhbərliyinin “Qafqazinfo” saytının partiyaya böhtan atması ilə bağlı apelyasiya şikayətini təmin etməyib. Saytın rəhbərliyi bu dəfə də məhkəmə prosesinə qatılmayıb. Bununla da yazdıqları ittihamların əsassız olduğunu etiraf etmiş olublar. Məhkəmə orqanları Müsavat rəhbərliyinin şikayətini təmin etməməklə bu böhtanların arxasında hakimiyyətin durduğunu təsdiqləyir. Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi haqda bu günə qədər qərar verilməməsi ciddi qanun pozuntusu kimi qiymətləndirilib. Qeyd olunub ki, mövcud bələdiyyələrin səlahiyyətləri bu ilin dekabr ayının 23-də başa çatır. Seçki Məcəlləsinə əsasən növbəti bələdiyyə seçkiləri ən geci oktyabr ayının 24-dək təyin edilməli idi. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən qanunlara əməl olunmasını, vətəndaşların seçki hüququnun kobud şəkildə pozulması ilə bağlı izahat verilməsini tələb edir. Divan noyabrın 8-də saat 12:00-da Şuşanın işğaldan azad olunmasının ildönümü ilə əlaqədar İkinci Fəxri Xiyabanın ziyarət olunması haqda qərar qəbul edib. Müsavat Partiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi ilə bağlı Çərçivə Konvensiyasına üzv olan ölkələrin illik iqlim konfransının (COP29) Azərbaycanda keçirilməsini dünyada və ölkədə mövcud olan ekoloji problemlərin həllində irəliləyişə nail olmaq üçün bir şans kimi kimi qiymətləndirir. Eyni zamanda təəssüflə qeyd edir ki, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamda ölkədə ekoloji problemləri qaldırdıqdan sonra həbs olunan Nazim Bəydəmirli də daxil olmaqla, cəzaçəkmə müəssisələrində çoxlu sayda siyasi məhbus var. Yerli hüquq-müdafiə təşkilatları onların sayının 300-dən artıq olduğunu bildirir. Müsavat Partiyası günahsız insanların həbs və təqib olunmalarını yolverilməz sayır, Azərbaycan hakimiyyətindən həm də dövlətin maraqlarını nəzərə alaraq COP29 ərəfəsində bütün siyasi məhbusların azad olunmasını tələb edir. Moldovada və Gürcüstanda keçirilən seçkilər mövzusunda fikir mübadiləsi aparılıb. Moldovada Avropaya İnteqrasiya tərəfdarlarının qələbəsi müsbət hal kimi qiymətləndirilib. Sonda cari məsələlər müzakirə olunub.

İZ" müsahibə layihəsi: Nəsib bəy Yusifbəylinin nəvəsi Şahika Kürdəmir ilə

"İZ" müsahibə layihəsinin qonağı Azərbaycan Cümhuriyyətinin qurucularından biri, iki dönəm hökümət kabinəsinə rəhbərlik etmiş Nəsib bəy Yusifbəylinin nəvəsi Şahika xanım Kürdəmirdir.  Şahika xanım, sizinlə "İZ" müsahibə layihəsində görüşməkdən şərəf duyuruq. İsmayıl bəy Qaspıralının, Nəsib bəy Yusifbəyli və türk-müsəlman qadın hərəkatının öncüsü Şəfiqə Xanım Qaspıralının varisi olaraq sizdən məlumat almaq bizim üçün böyük şərəfdir. İnanırıq ki, sizinlə söhbətdən milli tariximizin böyük bir hissəsini təşkil edən babalarınız və nənələriniz haqqında çox vacib məlumatlar əldə edəcəyik. — Əvvəlcə özünüzü təqdim etməyinizi istərdik? Harada doğulmusunuz, təhsiliniz? Bütün "İZ" oxucularına salam və sevgilərimi göndərərək başlamaq istəyirəm. Mən Ankarada tərkibi 4 nəfərdən ibarət olan ailədə doğulmuşam. Atam Niyazi 1964, anam Nəzakət 1978, qardaşım Nəsib 2015-ci ildə rəhmətə gediblər. Təhsilimə Türk Təhsil Dərnəyi Ankara Kollecində başlayaraq məzun olmuşam. Ankara Hüquq fakultəsini bitirib, vəkillik peşəsinə başlamışam. — Şahika adı Şəfiqə xanımla bağlı bir addırmı? Sizə nənənizin adını veriblər? Tam adım Şahika Elmas Kürdəmirdir. Bu adı mənə rəhmətlik anam və atam birlikdə veriblər.  —Soyadınız “Kürdəmirdir”, bu ad haradan gəlir? Soyadımız olan "Kürdəmir" babam Nəsib bəy Yusifbəylidən nənəm Şəfiqə xanım Qaspıralının son xəbər aldığı yerdən, Azərbaycanın Kürdəmir bölgəsindən götürülüb.  —Türk dünyasına böyük xidmətlər göstərmiş ailə böyüklərinizin millətimiz üçün xidmətləri nələrdi? Hər zaman varlığı ilə qürur duyduğum atalarımın Türk dünyasına xidmətləri düşünürəm ki, hamımıza məlumdur. Babam Nəsib bəy Yusifbəyli nə qədər qısa ömürlü olsada, o günün şərtlərində, özünə inanan dostları ilə qurduğu cümhuriyyətlə türk dünyasında gerçək anlamda bir sıçrayış etmişdir. Ölkənin müstəqilliyini hədəfləmiş vətənpərvər, siyasət adamı və gerçək bir aydın olaraq bir çox ölkəyə örnək ola biləcək işlər həyata keçirmişdi. Hər kəsin bərabər hüquqlara sahib olmasını özüdə bir vəkil olaraq müdafiə etmiş, məhkəmələrin müstəqil olmasını, türk dilinin genişlənməsini hədəfləmişdi. Digər bir deyişlə Azərbaycanın müstəqilliyini hədəfləmiş bir vətənsevərdir. Dövri olaraq Təhsil, Maliyyə, Daxili İşlər və Baş nazir vəzifələrini həyata keçirmiş bir siyasət adamıdır. Digər böyük babam İsmayıl bəy Qaspıralı isə nənəm Şəfiqə xanım Qaspıralının atası olub, pedaqoq, yazar, naşir, məfkurə sahibi kırımlı düşüncə adamı idi.  Gerçək bir türk böyüklərindən olan Qaspıralı türkçülük və yeniləşmə hərəkatına öncüllük etmiş böyük bir şəxsiyyətdir. "Dildə, işdə, fikirdə birlik" şüarı ilə nə qədər uzaqgörən və əhəmiyyətli irəliləyişlər əldə etmək istəyini bildirmişdir. Qurduğu "Tərcüman" qəzeti ilə Kırım türklərini bir məfkurə ətrafında birləşdirməyə böyük səy göstərmiş, qadın haqqlarının təmin olunmasına çalışmış və qızı Şəfiqə xanımı bu ideallara uyğun olaraq cəmiyyətə örnək olaraq yetişdirmişdir.  Fərqli ləhcələrdə danışan türk millətini bir dil ətrafında birləşdirməyə çox səy göstərmişdi.  Ümumiləşdirmiş olsaq türkçülük və yeniləşmə hərəkatını özünə prinsip müəyyən etmiş Atatürklə də sıx-sıx təmasda olan bir türk böyüyü olduğu görülməkdədir.  —Türk millətinin böyük övladı və qadın öncüsü Şəfiqə xanım Qaspıralını görmüsünüzmü? Xatirələrinizdə nələr qaldı? Nənəm rəhmətlik Şəfiqə xanım Qaspıralı ile yaz tətillərində görüşə bilirdim. O İstanbulda qızının yanında yaşamaqda idi. Biz isə rəhmətlik atamın işi ilə bağlı Ankarada yaşayırdıq və həmin zamanlarda şəhərlərarası səyahət maddi səbəblərdən tez-tez olmurdu.  Onunla hər görüşümüzdə Türkiyədəki siyasi sağ-sol qarşıdurmasını vurğulayaraq, bunu edənlərin nə qədər yanlış yolda olduqlarını deyər, diqqətli olmağımızı bildirərdi.  O zaman bolşeviklərin Rusiyada hakimiyyətə gəlməsinin də analoji hərəkətlərin nəticəsi olduğunu, istədikləri nizam-intizam qurulanda ilk növbədə bu əməlləri törədənlərin aradan götürüldüyünü bildirirdi. Hər zaman çox qəşəng, diqqətli və təmiz geyinən Şəfiqə xanımın bu baxımdan mənə nümunə olduğunu deyə bilərəm. Yadımdadır, həmişə məhdud büdcəsi ilə aldığı kiçik hədiyyələrin məni çox sevindirdiyini xatırlayıram. Türkiyəyə gəldikdən sonra təhsilinə, biliyinə baxmayaraq iş tapa bilmədiyi, iki övladını təqaüdlə oxutmağı, həyatın digər çətinlikləri, rəhmətlik Nəsib bəyin acısı, yaşadığı faciə, rəhmətlik atamın çox gənc yaşlarında vəfat etməsi və saysız-hesabsız sağlamlıq problemlərindən heç vaxt gülümsəmədiyini və həmişə kədərli bir ifadəsi olduğunu xatırlayıram. Rəhmətlik atamın 54 yaşında vəfat etməsi ilə yıxıldığını, həyat bağlarının qopduğunu və sağlamlığının da geridönülməz şəkildə pozulduğunu görmüşdüm.  Xatırladığım digər bir məqam da Azərbaycandan özü kimi uşaqları ilə gələn, adlarını xatırlamadığım çoxlu ziyarətçilərin əskik olmadığı idi.  Nənəm çox işgüzar bir insan idi, davamlı olaraq yazır, oxuyur və bibimin uşaqlarının yetişdirilməsinə yardımçı olurdu.  89 yaşına qədər davam edən və çox kədərli həyatı 1975-ci ildə bitdi... Bu vəsilə ilə bir daha ruhu şad, məkanı cənnət olsun ! —Uşaqlığınızda Azərbaycandan gələn siyasi mühacirlərdən kimləri görmüsünüz? Atanızla birlikdə Azərbaycan Milliyyətçilər Dərnəyini, “Türk izi” jurnalını, “Mücahid”i təsis ediblər. Atanız Niyazi bəy həmin jurnallarda məqalələr yazırdı. Bu haqda nə demək istərdiniz? Rəhmətlik atamı 10 yaşında itirdiyim üçün başda "Türk izi" dərgisi olmaqla müxtəlif dərgilərdəki yazılarını görərdim, amma içini o zamanlar anlamırdım. Rəhmətlik atamın evimizə gələn mühacir dostları olardı. Amma mən ya qonaqların yanında olmazdım, yada ki, dərslərimlə məşğul olar və ya istirahət edərdim.  Xatırladıqlarımdan Mirzə Göygöl(bibimin həyat yoldaşı) yaxınımız idi. Çingiz Göygöl və ailəsi ilə tez-tez görüşdüyümüzü xatırlayıram.  Birdə yaddaşımda Ziyad Əbuziyya( tanınmış Seramika ustası - Alev Əbuziyyanın atası) qalmışdır. Ancaq bunu bildirməliyəm ki, atam rəhmətə gedəndən sonra gəlib-gedən olduğunu xatırlamıram. Rəhmətlik atam Ankaradakı Azərbaycan Dərnəyinin və Kırım Dərnəyinin qurucularından idi. Ancaq vəzifəsi ilə bağlı(Futbol Federasiyası Xarici Əlaqələr Şöbəsinin müdiri idi) tez-tez xaricdə olduğundan dərnəklərə kənardan maddi dəstək və fikri olaraq dəstək verməklə fəaliyyətini davam etdirmişdi. —Babanız Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyətinin qurucularından biri və iki müddət baş nazir olmuş mühüm şəxsiyyətdir. O, millətsevər olmaqla yanaşı, həm də böyük demokratdır. O, bütün həyatını Azərbaycanın gələcəyinə sərf edib. Onun şəhid olması ilə bağlı nə demək istərdiniz? Azərbaycanda onun xidmətləri yaxşı təbliğ olunurmu? Babam Nəsib bəy Yusifbəylinin gənc yaşında ölümü çox faciəlidir. Belə ki, cinayət gizli olaraq qalmış, həmçinin cəsədi tapılmamışdır. Deyilmişdir ki, bolşeviklər həyata keçirib və ya ermənilər edib və yaxud yanında daşıdığı qiymətli əşyaları almaq məqsədi ilə quldurlar edib... Bunlar hamısı şayiələrdir. Gerçəyi heç kim araşdırmamış, üstü örtülüb getmişdir.  Bu qədər böyük ölkə sevdalısı dövlət adamının kədərli sonunun olması məncə anlaşılan və qəbuledilən deyil. Təəssüf ki, gerçək budur. Rəhmət oxumaqdan başqa nə edə bilərik ki...!!! Nəsib bəy Yusifbəylinin öz ölkəsinə xidmətləri dursun kənara, adının belə rəsmi dairələrdə, tarix kitablarında yer almadığını görmək, az qala yox sayılmağa çalışıldığına şahid olmaq da mənim üçün ayrı bir üzüntü mənbəyidir.  Belə ki, Azərbaycana ziyarətim zamanı onun xidmətlərinin tanıtımına şahid olmadım. Ümid edirəm və arzulayıram ki, indi vəziyyət dəyişmiş, anılan olmuşdur.  —Şəfiqə xanım Qaspıralı türk qadınları haqqında nə düşünürdü və nələr etmək istəyirdi? Rəhmətlik nənəm Şəfiqə xanım Qaspıralı Kırım parlamentində divan üzvü, iki dönəm də millət vəkili olmuş, zamanının çox üstündə yetişdirilmiş aydın bir türk qadını idi. Özü İsmayıl bəy Qaspıralının nəşr etdirdiyi ilk türk qadın dərgisi "Aləmi-Nisvanı" çapa hazırlamışdı. Şəfiqə xanım qadınların seçmək və seçilmək hüquqlarına sahib olduğu Kırım Xalq Cümhuriyyətində keçirilmiş parlament seçkilərində seçilmiş 5 qadın millət vəkilindən biri olmuşdur.  Şəfiqə xanım Qaspıralı türk qadın hərəkatında önəmli bir rol oynamış, qadınların təhsil, iş, incəsənət, siyasət sahələrində daha aktiv olmaları üçün çalışmışdır.  Nənəm bu istiqamətdə mənimdə ən yaxşı formada və hər tərəfli formalaşmağımı, piano, balet, xarici dil və ciddi bir məslək sahibi olmağımı vurğulamışdır.  Beləliklə babam Nəsib bəy kimi vəkil olmağımla çox qürurlandığını söyləyərək təqdir etmişdir. Məni çox duyğulandıran bir məqamda uşaqları ilə qatara minib Türkiyəyə gələrkən çantasına uşaqların geyimləri və qalan bütün ailə şəkillərini qoymuş olmasıdır. Düşünün ki, o qədər varlı bir insan, Türkiyəyə sadəcə bunları gətirmişdir.  Əminəm ki, yurdunda daha çox qala bilsəydi, çox qadının önə çıxa bilməsinə örnək ola bilərdi. –Atanız Niyazi bəy Nəzakət xanım Arıklı ilə ailə həyatı qurub. Nəzakət xanımı və onun mənsub olduğu Arıklı ailəsini daha yaxından tanımaq istərdik ? Rəhmətlik atam Niyazi Kürdəmir, anam rəhmətlik Nəzakət Arıklı ilə 1944-cü ildə İstanbulda evlənmişdir. Rəhmətlik anamın atası Əli Arıklı da Qafqazdan köçmüş bir ailənin övladı idi. Anamgil 6 uşaq idilər. 4 qız, iki oğlan.  Başda dayım Qəhrəman Arıklı İstanbulda tanınmış bir iş adamı idi, qardaşlar onun himayəsində bir-birinə bağlı idilər.  Taleyin təzahürü ana tərəfimdə sadəcə anamın, mən və rəhmətlik qardaşım Nəsib olmaqla iki övladı, dayımında Tuncer, Gündüz, Ercan(tanınmış yayıncı) adlı 3 övladı var idi.  Bu bu adlarını sadaladığım ailə üzvülərinin təəssüf ki, çox gənc yaşda olmaqla həyata vəda etmişlər. Bu vəsilə ilə hamısını rəhmətlə anıram... —Siz bir dəfə Gəncədə olmusunuz. Babanızın və atanızın doğulduğu evdə. Yenidən Azərbaycanda, Gəncədə olmaq istərdinizmi? 2004-cü ildə Kırım(Baxçasaray) və Yalta, 2005-ci ildə Bakı və Gəncəyə gəldim.  Babam Nəsib bəyin evindəki o evdə atamda doğulmuş, çox duyğulu saatlar yaşadığımı xatırlayıram. Çox ağladım, hüzünləndim...!!! Atamla keçən bütün 10 illik uşaqlığım boyunca doğulduğu evlə, böyüdüldüyü İsmayıl bəy Qaspıralının təvazökar evlərindəki xatirələrini dinləməklə keçmişdir. Bu dinlədiyim uşaqlıq xatirələri sanki canlandı... Gəncədə eyni duyğu ağırlığı ilə keçmişdir. Axan çayların səsi, havadakı ətirli ağac iyisi mənə hüzn və xoşbəxtliyi birgə yaşatdığını xatırlayıram.  Təkrar bu şəhərləri ziyarət etməyi çox istəyirəm. —Öz ideyaları və xidmətləri ilə türk millətini şöhrətləndirən İsmayıl bəy Qaspıralının varisi kimi “İZ” oxucularına nə məsləhət görərdiniz? "İZ" jurnalı inanıram ki, bir çox azərbaycanlı kimi mənidə dərindən təsirləndirən, zamanında atamında fikirlərinin yer aldığı önəmli bir nəşrdi. Son olaraq "İZ" oxuyucuları birlik-bərabərlik duyğularını heç itirmədən yollarına davam etməlidirlər. Sözlərimi bitirərkən böyük türk düşünürü İsmayıl bəy Qaspıralının ölümsüzləşmiş şüarını bir daha təkrar etmək istəyirəm - "Dildə, işdə, fikirdə birlik". Bu vəsilə ilə sənə, jurnal heyətinə sevgi və salamlarımı sunar, işlərinizdə uğurlar arzulayıram. Müsahibə üçün təşəkkür edirəm Şahika xanım! Müsahibəni aldı: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Bakıdan mülk almayın! - Ekspert

"Bakıda mülk almayın! O cümlədən gələcəkdə daha baha satmaq məqsədilə. Əvvəla, uzunmüddətli perspektivdə qiymətlər düşəcək. Ekologiyası bərbaddır, xəstəlik məkanıdır. İnfrastrukturu ondan da bərbaddır: hələlik dövlətin bir az pulu var deyə total korrupsiyaya baxmayaraq bir təhər problemlər yola verilir, amma yekunda elə günə düşəcək ki, yaşanası məkan olmayacaq, 90-cı illərin işıq, su və s. problemi bunun qarşısında heç nə kimi görünəcək". Sozcu.az xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib: "Ən əsası isə, bizdə mülkiyyət hüququna təminat yoxdur. Hər an əlinizdən alına bilər (məhkəmələr də buna qanuni don geyindirəcək). Gələcəkdə isə mütləq alınacaq! Çünki görünən odur ki, bizdə kapitalizm eksperimenti uğursuz oldu: çox dar dairədəki insanların xeyrinə oldu, onlar saysız-hesabsız əmlaka sahib oldu, əksəriyyət isə get-gedə daha da kasıblaşır. Buna görə də əvvəl-axır bu və ya digər şəkildə milliləşmə (özəl mülkiyyətin dövlətə keçməsi) və hər kəsə sahib ola biləcəyi daşınmaz əmlak həcminə məhdudiyyətin tətbiqi qaçılmazdır..."

"Bələdiyyə seçkilərinin gecikdirilməsi seçki Məcəlləsinə ziddir" - Arif Hacılı

Bələdiyyə seçkilərinin bu günə qədər təyin edilməməsi Seçki Məcəlləsinə ziddir.  "Növbəti bələdiyyə seçkiləri ən geci oktyabr ayının 24 dək təyin edilməli idi" . Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının Məclisinin sədri Arif Hacılı özünün feysbuk səhifəsində yazıb. Arif Hacılı qeyd edib ki, mövcud bələdiyyələrin səlahiyyətləri bu ilin dekabr ayının 23-də başa çatır: "Seçki Məcəlləsinə görə hər 5 ildən bir keçirilməli olan bələdiyyə seçkiləri seçkilərə 60 gün qalmış Mərkəzi  Seçki Komissiyası tərəfindın təyin edilir.  Onsuz da seçkiləri xalqa aidiyyatı olmayan, formal bir prosedura çevirmək istəyən Azərbaycan hakimiyyəti nəinki zaman-zaman mürtəceləşdirdiyi qanunlara əməl etmir, üstəlik bu qanunların kobud surətdə pozulmasının səbəbləri barədə cəmiyyətə izahat verməyi belə lazım bilmir".

“BakuBus” MMC süni narazılıq yaradır? - 5000 -dən çox əhali narazıdır

“BakuBus” MMC -nin   Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivinin sakinlərinin  başına açdığı oyunlar bitmir.   Adı çəkilən bağlar massivində  5000 mindən çox əhali yaşayır. Əhalinin nəqliyyat qedişlərini  bu şirkətin 108 A N-li marşurut avtobusu  yerinə yetirirdi. Son yağışların yagmasından sonra,  adı çəkilən yaşayış massivlərinə Avtobussların gediş-gəlişi dayandırılıb. Yaranan problemlə bağlı isə,  sakinlərin şikayətlərini dinləyən yoxdur.  Sakinlərdən biri, Jurnalist  Rövşən Niftalzadə  Sozcu.az -a bildirib ki, adı çəkilən marşurut sürücüləri müdiriyyətin tapşırığı ilə  Goradil və Fatmayı bağlar massivinin marşurutdan çəxarıldığını deyirlər.  Rövşən Niftalzadə bildirir ki, həqiqətən də, seriyası 77 FR 200  olan "Hundai" markalı avtomobil marşurut avtobuslarının  qarşısını kəsərək, avtobusları öz xətti üzrə işləməyə qoymur.  "Şəxsən mənim ailə üzvlərimdən də, sözü gedən ərazidən  iki nəfəri hər səhər işə gedir. Hər gün “BakuBus” MMC -nin yaratdığı problemə görə, ailə üzvlərim işə gecikirlər. Şirkətin  rəhbərlərindən soruşuram:  təmin etməyəcəyiniz təqdirdə bu yolu niyə aldınız? Yənı siz düşünürsünüz ki, yaratdığınız süni problemə görə dövlət sizdən hesab sormayacaq? - deyə Rövşən Niftalzadə qeyd edib. 

Tramp Maskın gündəlik 1 milyon mükafatının harasındadır? - TƏHLİL

Seçkilərə 15 gün qalır. Bu yazını, üzdə və pərdə arxasında baş verən hadisələrin mühümlüyü və özəlliyi baxımından xüsusilə qeyd etmək istəyirəm. İlon Maskdan başlayaq. İlon Mask və Tramp yeni "mexanizm" icad ediblər. "America PAC"(siyasi aktivlik komitəsi) adlı təşkilat var, bu təşkilat üzərindən Donald Trampın seçki kampaniyası maliyyələşir. Bir neçə gün qabaq "America PAC" öz saytında onlayn-petisiya dərc edib və vətəndaşları bu petisiyanı imzalamağa çağırıb. Petisiya ABŞ Konstitusiyasına "Birinci düzəliş"(bildiyimiz, fundamental insan haqları prinsipləri. Mask hesab edir ki dem-lar söz azadlığına hücum çəkirlər deyə, "Birinci düzəlişi" önə çəkir, əslində isə gülməlidir)və "İkinci düzəliş"inə(silahların azad istifadəsi) dəstək məqsədilə yaradılıb. "Amerika PAC" bədii peticiyanı dərc edəndən dərhal sonra, İlon Mask bəyan etdi ki, hər gün petisiyanı imzalayan təsadüfi 1 nsana 1 miyon dollar verəcək.  Siz soruşacaqsınız, bəs Tramp və Trampa dəstək, bu petisiyanın və Maskın gündəlik 1 milyon mükafatının harasındadır? Yəni Trampın bura nə aidiyyatı var? ABŞ-da federal qanun insanların səs verməsi və ya səs verməsi üçün qeydiyyatdan keçməsinə görə pul ödənişlərini qadağan edir, bu qanunun pozuntusuna görə həbs cəzası nəzərdə tutulur. Bununla belə, Maskın təşəbbüsü, səsvermədə iştirak etmək və ya səs vermək üçün qeydiyyatdan keçmək deyil, petisiya imzalamağa çağırmaqdır. Bəs niyə? Əsas məsələ ondadır ki, petisiyanı imzalamaq üçün insan öz şəxsi məlumatlarını sayta daxil etməlidir, sonra isə, bu məlumatlar Trampın seçki qərargahına göndərilir, qərargah isə öz növbəsində təbliğatı(zənglər, məktublar və s) həmin insanlara hədəfləyir. Qeyd edək ki, petisiya məsələsi sırf "bənövşəyi" ştatlar üçün nəzərdə tutulub, mahiyyəti başa düşdünüz. İlon Maskın təşəbbüsünün məqsədini aydınlaşdırdıq, bu məsələyə qayıdacağıq, indi isə keçək əsas məqamlara. "Polymarket" seçkilər üzrə əsas bukmeker şirkətlərindən biridir, nəhəngdir. Hal-hazırda "Polymarket"də çox qeyri-adi və ilk baxışdan bizim üçün dəhşətli hadisələr baş verir. Nə baş verir? "Polymarket" qələbə ehtimallarını belə verir: Tramp-61%; Harris-39%. "Bənövşəyi" ştatlarda qələbə ehtimalları(sorğuların nəticələrilə qarışdırmayın, qələbə ehtimalı %-i başqa, sorğuların nəticələri %-ləri başqa) : Miçiqanda Tramp-55%, Harris-45%. Pensilvaniya Tramp-59%, Harris-41%. Nevada Tramp-55%, Harris-45%. Şimali Karolina Tramp-65%, Harris-35%. Corcia Tramp-69%, Harris-31%. Viskonsin Tramp-56%, Harris-44%. Arizona Tramp-70%, Harris-30%. Necə deyərlər toyumuz mübarək, 7 "bənövşəyi" ştatdan 7-sini uduzuruq, ən azı "Polymarket" belə göstərir. Bu həqiqətənmi elədir? Əslində gerçəkdən çox qorxulu mənzərədir və hal-hazırda demək olar ki, hər yerdə eyni məlumatlarla rastlaşacaqsınız-"Tramp öndədir", "Tramp irəliləyir", "Bukmekerlər Trampı favorit sayır" və s. Narahatedici deyilmi? İndi isə sizə verəcəyim məlumatlarda açıq mənbələrə istinad edə bilməyəcəm, amma əmin olun ki, mənbələrin etibarlılığı şübhə doğurmur. Etibarlı mənbələr xəbər verir ki, Trampın seçkilər qərargahı sorğuların gerçək nəticələrini gizlədir, açıqlanan nəticələr isə hamısı resp-lərin kurasiyasında olan seçki monitorinqi mərkəzləri vasitəsilə olur və saxtadır. Məqsəd isə, "Tramp böyük fərqlə irəlidədir" mifi yaratmaqdır. Deməli "Polymarket"in əsas investoru Piter Til İlon Maskın çox yaxın dostudur, Cey Di Vensin əsas sponsorudur. Deyilənə görə Mask və Piter Til arasında danışıqlar olub, Mask Piter Tildən xahiş edib ki, "Polymarket" süni şəkildə Trampın qələbə ehtimalları göstəricilərini kəskin artırsın(əmsalları endirsin) və başqa bukmeker nəhəngləri(misal üçün "Kalshi") eyni dərəcədə olmasa da, əmsalları eyni istiqamətdə dəyişməyə məcbur olacaq(Trampın lehinə). Bunu dolayısı yolla sübut da edə bilərik. ABŞ-da bəzi ştatlarda erkən səsvermə artıq başlayıb. Erkən seçkilərdə iştirakçılıq faizi, indikator rolunu oynayır, niyə? Erkən səsvermədə adətən böyük şəhərlərin və mərkəzlərin sakinləri iştirak edir, böyük şəhərlər isə demokratların elektoratıdır. Başqa sözlərlə, erkən seçkilərdə nə qədər çox adam səs verirsə, dem-lara o qədər yaxşıdır, deməli iştirakçılıq faizi yüksək olacaq, deməli böyük şəhərlərin əhalisi evdə oturmayacaq. İndi baxın nə baş verib. Corciyada erkən seçkilər başlayıb və ilk gündə rekord sayda adam səs verib, keçən ildəkindən 2.2 dəfə çox. Corciya "bənövşəyi" ştatdır və belə nəticə əmsallara təsir etməliydi, demokratların lehinə. Həmin gün isə əks proses gördük, Trampın qələbə ehtimalı göstəricilərini kəskin artırdılar, kim? Piter Til("Polymarket"). Məntiqsizlikdir, açıq görünür ki, müdaxilə var. Yox, mən demirəm ki, "dağıda-dağıda gedirik", "bütün bənövşəyi ştatlarda irəlidəyik" və s. Elə deyil , çox çox gərgin savaş gedir, hər "bənövşəyi" ştatda. Amma resp-lərin hər yerdə yayımladığı kimi də deyil. Və ümumiyyətlə heç kim deməyib ki, asan olacaq, siyasət böyük savaşdır və bu savaşı qazana bilənlərlər irəli çıxmalıdırlar. Demokratlar bunu bacarırlar, bacaracaqlar. Mən buna inanıram. Kamran Cəfərov, politoloq

Arif Hacılı: "Rusiyanın Güney Qafqaz regionuna təsir imkanları məhdudlaşacaq"

"Moldovada məsələ bitdi. Seçkilərdə Dnestryanı və digər ərazilərdə Rusiya tərəfdarlarının ciddi saxtakarlıqlarına baxmayaraq, xalq öz iradəsini nümayiş etdirə bildi. Referendumda avrointeqrasiya tərəfdarları, prezident seçkilərində Maia Sandu qalib gəldi və növbəti turda üstünlüyünü daha da möhkəmləndirəcəyi gözlənilir".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı deyib.  "Növbə Gürcüstanındır" , deyən Arif Hacılı bildirib ki,  bu bazar günü Gürcüstan xalqı öz inkişaf yolunu müəyyən edəcək:  "Bu seçkilərin nəticələri yalnız Gürcüstan üçün deyil, həm də region ölkələri, postsovet məkanı üçün xüsusi əhəmiyyət kəsb edir və yeni dünya düzəninin formalaşmasına təsir göstərəcəyi şübhəsizdir.  Ümid edirik ki, bu seçkilərdən sonra Rusiyanın Güney Qafqaz regionuna təsir imkanları bir qədər də məhdudlaşacaq".

Kəlbəcərlilərə şad xəbər: İlk köç bu tarixdə başlayacaq

1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu işğal altında olan digər rayonlarımız kimi rəşadətli ordumuzun qəhramanlığı nəticəsində azad edildi.  Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları, 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdilər. Hazırda Kəlbəcər rayonunda quruculuq işləri gedir. Kəlbəcərlilər doğma yürdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.   Milli Məclisin Kəlbəcər rayonundan olan sabiq deputatı Aqil Məmmədov mətbuata verdiyi müsahibəsində,  "Kəlbəcər vətəndaşlarının doğma ata-baba yurdlarına köçünə, inşallah bu yaxın günlərdə baş tutacaq. Dəqiq desək, bu ilin İyun ayında köç başlayacaq. Məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar. Cənab prezindet Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edib. Bu proqrama əsasən də yenidənqurma işləri sürətli və keyfiyyətli şəkildə icra olunur" - deyərək, qayıdışla bağlı dəqiq vaxt bildirmişdir. Mətbuatda yayılan digər məlumatlarda da,  240 ailənin sentyabr ayında öz döğma yurdlarına köçəcəkləri haqqında məlumat verilmişdir. Buna baxmayaraq, kəlbəcərlilərin yürdlarına qayıdışı hansısa səbələrdən deyilən tarixlərdə baş tutmadı. Sozcu.az saytının əldə etdiyi məlumata görə, bu ilin noyabr ayında Kəlbəcərə ilk qayıdış baş tutacaq.  Əldə etdiyimiz məlumata görə, ikinci qayıdış dekabr ayında həyata keçiriləcək. Kəlbəcərlilər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İli öz doğma ocaqlarında qeyd edəcəklər.  Qeyd edək ki noyabrın 25-i Kəlbəcərin işğaldan azad edilməsi günü olaraq tarixə qızıl hərflərlə düşüb.  bu il 12534 nəfərin rayona köçürülməsi gözlənilir. Bunlardan 5268 nəfərin Kəlbəcər şəhərinin özündə tikilən evlərdə yerləşdirilməsi planlaşdırılır. Kəlbəcər rayonunda 2026-cı ilədək 3450 evin (1927 fərdi yaşayış evinin və 1523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur. 2024-cü ildə - 1115 evin, 2025-ci ildə - 725 evin, 2026-cı ildə  610 evin inşası həyata keçirəcəyi bildirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki,  işğaldan azad edilmiş ərazilərə köç prosesi Qayıdışa Dair I Dövlət Proqramının icrası çərçivəsində 2024-cü il üzrə davam etdiriləcək. Həmçinin, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin mərhələli köçü planlaşdırılır. Qeyd etmək istərdik ki, ilin yekununadək  ağır şəraitdə yaşayan ailələrə üstünlük verilməsi şərti ilə növbəlilik prinsipi ilə köçə başlanılacaq.  Anar Rəsullu 

Nəsimi rayonunda qazilərin iş yerlərini əllərindən aldılar

Nəsimi rayon ərazisində küçə ticarəti ilə məşğul olmaq üçün yeddi nəfər qazi ilə birgə, Bakı Şəhər Ticarət və Xidmət Departamentinə  müraciət etmişdik. Təssüf ki, bizim müraciətimiz öz həllini tapmadı.  Bunu sozcu.az saytına Qarabağ qazisi Ayaz Qasımov bildirib.  Ayaz Qasımov bildirib ki, 44-günlük Qarabağ - Vətən müharibəsinin iştirakçıları və qaziləri olaraq, icra hakimiyyətinə və küçə ticarət departamentinə edilən müraciətə müsbət cavab verilmədikdə, Nəsimi rayon Baş Polis İdarəsinin rəisinin qəbulunda olublar və Baş Polis İdarəsində qazilərin müraciətinə müsbət cavab verilib.  Buna baxmayaraq, bir aydan sonra qaziərin ticarətlə məşğul olmaları üçün ayrılan ərazilər polis əməkdaşları tərəfindən yığışdırılb.  " Əqidə ilə döyüşən, statusuna və özünə hörmət edən qazilərə bu ölkədə çörək yoxdur və qazilərə çörək qazanmaları üçün heçbir şərait yaradılmır", - deyən Ayaz Qasımov qeyd edib ki, elə qazi yoldaşları var ki, pulsuzluqdan evinə çörək apara bilmədiyi üçün  ailəsinin-uşağının üzünə çıxa bilmir.  "Bu ölkədə hər şey oliqarx məmurlar, nazirlər, rəislər, yaltaqlar, üzə duranlar üçün ola bilər, onlar qazana, dəbdəbəli, komfortlu həyat tərzi sürə bilərlər ama şəhid ailələri, qazilər, müharibə iştirakçıları ailələrinə bir tikə çörək apara bilməzlər?" -  deyən Ayaz Qasımov, bu sistemlə qazilərin lazımı diqqət və qayğı görəcəyinə inanmadığını qeyd edib.

Qəlblərdə yaşayan Qəhrəman (Ramil Elşən oğlu Quliyev)

44 günlük vətən müharibəsi Azərbaycanın şanlı zəfər tarixidir. Son 200 illik tarixdə ən böyük zəfəri olan qələbə tarixdə əbədi qalacaq. Bu bir həqiqətdir ki, Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi...  Ordumuz düşməni torpaqlarımızdan qovaraq, ədaləti, beynəlxalq hüququ, xalqımızın milli ləyaqətini bərpa etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq, qalib dövlət kimi siyasətini diqtə edir. Biz bundan sonra müzəffər xalq və qalib dövlət olaraq əbədi yaşayacağıq. Azərbaycanın zəfər bayrağı daima yüksəklərdə dalğalanacaq.  Bu zəfərdə payı olan və böyük qəhrəmanlıqlara imza atmış bir şəhidimizin keçdiyi döyüş yolundan söhbət açaçmaq istəyirik. Onu tanıyaq: Ramil Elşən oğlu Quliyev 18 fevral 1991-ci ildə Qubadlıda dünyaya göz açmışdı. Məcburi köçkün düşdükdən sonra, 1997-ci ildə Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Təhsilini 35 saylı tam orta məktəbdə davam etdirir.  Tam orta təhsilini 2008-ci ildə başa vurub, hərbçi olmaq arzusu ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə üz tutur. O, 2011-ci ildə Kiyevdə “Personalın İdarəetməsinin Regionlararası Akademiyası”nın Menecment fakültəsinə daxil olur, ali təhsilini başa vurub Azərbaycana istedadlı mütəxəssis kimi dönür.  Ramil bilirdi ki, onu vətənində böyük işlər gözləyir. Arzuları çox idi. Onda əsl qəhrəman və vətənpərvər Azərbaycan vətəndaşının əqidəsi cəmlənmiş, ona irsən ötürülmüşdü-ulu babalardan və atadan. Elə bu hiss və istəklə qisas arzularının gerçəkləşəcəyi anı səbirsizliklə gözləyirdi. Ramilin arzusu baş tutur.    2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedir, baş atıcı kimi mükəmməl biliyə sahib olur.  2016-cı ildə baş vermiş tarixi Aprel döyüşlərinə qatılır. Cəmi dörd gün davam edən döyüşdə düşmənə elə bir zərbə vuruldu ki, bu hadisə sonralar Azərbaycan əsgərinin iftixar, güc və əzminin ifadəsi kimi tarixdə öz yerini aldı. Lələtəpə yüksəkliyinin alınması ilə nəticələnən bu tarixi döyüş hər kəsin qəlbində məğlubedilməz Azərbaycan əsgərinin obrazını yaratdı. Ramilin də bu döyüşlərdə göstərdiyi sücaət və qəhrəmanlıq döyüş yoldaşlarının və onu tanıyanların qəlbində özünə xüsusi yer tapmışdı.  Dörd günlük Aprel döyüşlərindən sonra qəhrəman və əzmkar əsgər imici qazanan Ramil 2016-cı ildə həqiqi hərbi xidmətini başa vuraraq qəhrəman əsgər olaraq evə qayıdır.  Ancaq bu qayıdış onu yenə də rahat buraxmırdı. Yenidən orduya qayıdıb düşmənə layiqli cavab vermək arzusu ilə baölı narahat idi. Ramin hiss edirdi ki, böyük müharibə başlayacaq və o da bu döyüşlərdə öz sücaətini göstərəcək. Çünki Aprel döyüşlərində böyük döyüş təcrübəsi qazanmışdı.... 26 sentyabr 2020-ci ildə yüz minllərlə könüllü kimi Ramil də Hərbi Komissarlığa müraciət edir.  Xatırladım ki, Ramil hələ 2017-ci ildə ağır yol qəzasında ayaqlarından ağır xəsarət almışdı... Həkimlər digər könüllülər kimi onu da müayinə eləməyə başlayır. Özünü tam sağlam kimi aparır, həkimlərdən xəsarətlərini gizlədə bilir. Beləliklə, Ramil cəbhəyə yollanmağı bacarır və arzuları çin olur.  Xatırlatma:  2-ci Qarabağ müharibəsi başlayanda Ramil üçün çox çətin idi. O seçim qaşısında qalmışdı. Bir yanda xəstə anası, hansı ki, anası onunla nəfəs alırdı, digər tərəfdə isə vətən sevgisi. O, vətəni seçdi. Xəstə anası, atası və bacısı ilə ilə görüşüb döyüşə yollananda gözləri yaşarmışdı.  Anası onun bu gedişinə dözə bilmirdi. Şəhid xəbərini eşidən xəstə anası bu xəbərdən 20 gün sonra, noyabrın 10-da haqq dünyasına qovuşur...     27 sentyabr 44 günlük Vətən müharibəsi başlayır. Ramil də digər döyüşçülər kimi döyüşə atılır.  29 sentaybrda Cəbrayıl istiqamətində döyüşə başlayır. Hadrut döyüşləri isə ən gərgin və xatirələrdə əbədi qalan döyüş olub. Ramil bu döyüşdə cəsur və ən qorxmaz döyüşçü kimi silahdaşları tərəfindən xarakterizə edilir. O, düşmənə aman vermir, verilən tapşırıqları dərhal yerinə yetirirdi. Bu döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilmişdi. Məlumata görə, ağır döyüşlərin birində Ramil canını təhlükəyə ataraq səngər yoldaşını döyüş ərazisindən çıxarmağa müvəffəq olmuşdu.  9 oktyabr 2020-ci ildə düşmən üzərinə hücum başlayır.   Ramil Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi 12 gün neytral zonada qalır. Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil vermişdi. Oktyabr ayının 22-si Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ali Baş Komandan şəhid-qəhrəmanı təltif etdi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra Ramil Elşən oğlu Quliyev Füzulinin, Cəbrayılın, Xocavəndin, alınmasına görə, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.  Onun son arzusu qələbə bayrağını Qubadlıya sancmaq idi.  Allah rəhmət eləsin! İndi Azərbaycannın üçrəngli bayrağı vətənimizin hər yerində dalğalanır, dövlət suverenliyi tam bərpa edilib, ruhun şad olsun, ŞƏHİDİM! Subut Mehdiyev “Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri

"İZ" Müsahibə layihəsi: Əhməd Cavadın nəticəsi Cavad Axundzadə ilə

İZ" müsahibə layihəsinin bu dəfəki qonağı İstiqlal şairi, Azərbaycan Dövlət Himninin müəllifi, repressiya qurbanı Əhməd Cavadın nəticəsi, babasının adını daşıyan Cavad Axundzadədir.  İstiqlal şairi Cavad Məhəmmədəli oğlu Axundzadə 5 may 1892-ci ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndinin Mehirli tirəsindən anadan olub. Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənmişdir. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən deyirdi. Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə gedir. Cavadın Gəncəyə ilk gəlişi 1906-cı ilə təsadüf edir. Bu tarixə şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakteri daşıyan, 1908-ci il sentyabrın 9-da yazılmış "Gəldim Gəncəyə" şeirində rast gəlinir. Şairin anası xalça sexində işə düzəlir, Zərrabi küçəsində, keçmişdə Əli Rzayevin mülki kimi tanınan binada mənzil kirayələyir və oğlu Cavadla burada yaşayır. Şəhər bazarında dəmirçi işləyən Cavadın ögey qardaşları Məsim və Qulu bu ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani məktəbində oxumağa qoyurlar. Məktəbdə əla qiymətlərlə oxuduğuna görə "Xeyriyyə" cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin əmisi) kimi tanınmış ziyalılar dərs deyirlər. Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad (türkiyəli Əhməd Cavadın qardaşı) adlı müəllim Cavadın inkişafında böyük rol oynamışdır. Şeirin qayda-qanunlarını demək olar ki, ona S. Cavad öyrətmişdir. Öz qələm təcrübələrinə hələ məktəbli ikən başlayan Ə. Cavad ilk şeirlərilə bəzi müəllimlərinin diqqətini cəlb etmişdi. Şair 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alır. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır. Əhməd Cavad 1914–1917-ci illərdə Acarıstanda kənd-kənd dolaşaraq müxbir kimi fəaliyyət göstərmiş, buradakı ictimai-siyasi durum haqqında "İqbal", "Yeni İqbal", əsasən, "Açıq söz" qəzetlərinə silsilə məqalələr göndərmişdir. Həmin silsilə məqalələrdən biri olan "Acara məktubları" da "Açıq söz" qəzetində 1915-ci ilin 3 noyabr, 14 dekabr, 15 dekabr, 30 dekabr və 1916-cı ilin 25 mart tarixli nömrələrində dərc olunmuşdur. "Acara məktubları" beş silsilə məqalədən ibarət olub, bədii-publisistik üslubdadır. Məktublarda Türkiyə-Gürcüstan-Acarıstan münasibətləri, Azərbaycan nümayəndələrinin fəaliyyəti, Bakının yardımları, Acarıstanın tarixi, təbiəti, xalqın məişəti, adət-ənənələri, Türkiyəyə arxalanması, dil, din, məktəb, maarif və s. məsələlər işıqlandırılır. Acarıstanın ticari-iqtisadi həyatından bəhs edən Cavad hətta buradakı evlərin belə "tamamilə türk tərzi memariyyəsində yapıldığını", acarların geyimlərini "Anadolunun qiyafətinin incə bir şəkli" olduğunu qeyd edir. Əhməd Cavad 1914–1918-ci illərdə Birinci Cahan müharibəsində olarkən Batumda müntəzəm surətdə axşam kurslarında dərs demiş, təzə təşkil olunmuş məktəblərdə "Nümunə dərsi" vermiş, müəllimləri yeni-yeni metodik göstərişlərlə zənginləşdirmişdir. O, şagirdlərin köməyi ilə yerli adamlardan folklor nümunələri, o sıradan bayatılar toplayır, özü də bayatı formasında şeirlər qoşurdu. "İqbal" qəzetinin 1914-cü il 30 aprel tarixli nömrəsində Cavadın "Yeni nəsil İctimai yaralarımız" adlı məqaləsi nəşr olunmuşdur. Bu məqalədə Azərbaycanda məktəbin, müəllimin və şagirdlərin acınacaqlı vəziyyəti öz əksini tapmışdı. "İqbal" qəzetinin 1914-cü il sentyabr nömrələrindən birində Ə. Cavadın "Gəncədən" adlı bir məqaləsi dərc olunmuşdu. Məqalə İsmayıl Mirzə Qaspirinskiyə həsr olunmuşdu. Cavad ömrü boyu Türk ellərini gəzmiş, bir çox yerlərdə məktəb təşkilində, uşaq evlərinin açılmasında böyük fəaliyyət göstərmişdir. Acar elində, Gürcüstanın bəzi kənd və şəhərlərində uşaq evləri və məktəblər açılmasında yaxından iştirak etmişdir. Əhməd Cavad Türkiyə səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazmışdır. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınmışdır. Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi "Çırpınırdın, Qara dəniz" şeiri Türkiyədə ən çox "Yol ver türkün bayrağına" adıyla məşhurdur. Şeirin Türkiyədə sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idisə, bir səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur "Həmidiyyə" zirehli gəmisinin Yunanıstanın "Averof" hərbi gəmisini məhv etməsidir. Birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı "Həmidiyyə" zirehli gəmisi ilə gecə Odessa limanına girir və rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları "Kazbek" və "Kaqul" adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırır, Odessa limanını bombardman edir. Cavad da 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq, 1914-cü ildə həmin şeiri yazmışdır. Şeir Rusiyanın "Kazbek" və "Kaqul" hərbi zirehli gəmisinə meydan oxuyan məşhur "Həmidiyyə" hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınmışdır. Gəminin kapitanı Atatürklə yaxın olmuş, Başbakanlıq və Böyük elçilik vəzifələrində çalışmış admiral Rauf Orbay bu hünərinə görə "Həmidiyyə" qəhrəmanı kimi şöhrətlənmişdir.  Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü AXC-nin yaranması, inkişafı illərinə təsadüf edir. Həmin dövrdə şair əsasən Gəncədə və Bakıda çalışmış, şeir və publisistik yaradıcılığını davam və inkişaf etdirmişdir. O, pedaqoji fəaliyyətinin inkişafına xüsusi fikir vermiş, əsasən müəllimlik etmiş və siyasi fəaliyyətdə bulunmuşdur.  Əhməd Cavad AXC dövründə fəaliyyət göstərən, yeni görüşlü ədib və mühərrirlərin yaratdığı, 100-dən artıq ədibi və şairi öz ətrafında birləşdirən "Yaşıl qələmlər" dərnəyinin üzvü idi. Bu cəmiyyət İstanbuldakı "Türk ocağı"nın Bakıda açılan şöbəsi əsasında yaranmışdı. Azərbaycada bütün işlər əsasən "Yaşıl qələm" ədəbi cəmiyyəti vasitəsilə həyata keçirilirdi. Burada Məhəmməd Əmin Rəsulzadə, Ü. Hacıbəyli, S. Hüseyn, Ö. Faiq, N. Vəzirov, Ə. Haqverdiyev, H. Cavid, M. Hadi, A. Şaiq, C. Cabbarlı ilə birlikdə Ə. Cavad da yaxından iştirak edirdilər. Dərnəyin üzvləri yeni hökumətin dövründə Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına çalışırdılar.  Əhməd Cavadın "Gəncədə istiqlal günü" məqaləsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ilk ildönümünə həsr olunmuşdur. 1919-cu ilin 28 may günündə Gəncədə keçirilən bayram təntənələri haqqında təəssüratdan ibarətdir. Şairin bu dövrdə bir sıra məqalələri də işıq üzü görmüşdür: "Denikin və Gəncə ("Azərbaycan" qəzeti, 4 iyun 1919-cu il)", "Ömər Faiqin başına gələnlər ("Azərbaycan" qəzeti, 3 fevral 1919-cu il"", "Ələkbər bəyin mərasimi-dəfni ("Azərbaycan" qəzeti, 11 aprel 1919-cu il)", "Abbaszadə Mirzə Abbasın yubileyi ("Azərbaycan" qəzeti, 2 iyun 1919-cu il)", "Rövşən Əşrəf bəy ("Azərbaycan" qəzeti, 24 oktyabr 1919-cu il)". 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əhməd Cavad təyinatla Qusara müəllim göndərilir. O, ailəsilə birlikdə Qusarın Xuluq kəndinə köçərək burada müəllimliyə başlayır. 1920-ci ilin sentyabrından 1922-ci ilin oktyabrına kimi Əhməd Cavad Xuluq kənd məktəbində rus və türk dillərindən dərs verir. Tezliklə həmin məktəbin direktoru vəzifəsi ona tapşırılır. Öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyi barədə Quba Qəza Xalq Maarifi Şöbəsindən verilmiş xasiyyətnamədə məlumat var. O, müəyyən fasilələrlə Quba Xalq Maarif Şöbəsinin müdiri işləyir, həmçinin Azərbaycan Maarif komissarlığının təşkil etdiyi qısa pedaqoji kurslarda mühazirəçi, yoxlama komissiyasının üzvü və başqa vəzifələrdə çalışır. Şair geniş maarifçilik fəaliyyəti göstərməklə yanaşı, eyni zamanda pedaqoq kimi fəaliyyətini davam etdirir. Əhməd Cavad 1922-ci ildə Bakıda Ali Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsinə qiyabi daxil olur. O, həmçinin ali məktəbdə təhsil aldığı illərdə müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1924-cü ildə N. Nərimanov adına Pedaqoji Texnikumda türk dili fənnindən dərs demişdir. Bu zaman respublikada buraxılan ilk dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasında öz bilik və bacarığını əsirgəməmişdir. Daha sonra 1927-ci ildə Əzizbəyov adına Azərbaycan Politexnik Universitetində qeyri-azərbaycanlı tələbələr üçün Azərbaycan dilini tədris etmişdir. Şairin 1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri "İstiqlal məcmuəsi"ndə on altı şeiri işıq üzü gördü. İdeoloji sahədə rəhbər orqanlar, "Qızıl qələmlər" cəmiyyəti, onun fəal üzvləri olan "proletar" şairləri, bir sözlə Ə. Cavadın əleyhdarları vaxtaşırı ona qarşı rəsmi və qeyri-rəsmi çıxışlar edirdilər. Belə bir vaxtda Əli Nazim Moskvada çap olunmuş bir məqaləsində ("Peçat i revolyusiya", N 7, 1929-cu il) şairin Türkiyədə bir neçə şeirinin dərc olunması haqqında məlumat yaydı. Əhməd Cavadın həbsi üçün səbəb axtaran bəzi həmkarları bundan yararlanaraq mətbuatda "İstiqlal məcmuəsi"ndə çap olunan şeirlərinə görə onu ittiham etdilər. Bu işdə "Kommunist" və "Bakinski raboçi" qəzetləri xüsusi fəallıq nümayiş etdirirdilər." Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Şair ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb. Cavad Axundzadənin MTN arxivindəki 1923-cü il, PR – 20942 saylı istintaq işindən aydın olur ki, Azərbaycan Fövqəladə Komissiyasının əməliyyat müvəkkili İvan Makarov 1923-cü il dekabr ayının 1-də Müsavat Partiyasının işləri ilə tanış olur və belə qərara gəlir ki, Cavad Axundzadə 1918-ci ildən Müsavat Partiyasının üzvüdür. Şair Batumda olarkən Gəncə şəhərində yaşayan məktəb yoldaşı Abdulla Ağaəli oğlu ona məktub göndərir və bu məktubdan aydın olur ki, Müsavat Partiyasının Gəncə şəhərində yaradılmasının təşkilində Ə. Cavad yaxından iştirak edib. Bundan başqa o, Quba şəhərində müəllim işləyərkən ətrafına müsavatçılar toplamış, mütəmadi olaraq Bakı müsavatçıları ilə əlaqə saxlamışdır. Həmçinin Əhməd Cavad Axundzadə müsavatçı, Məhəmməd Əmin Rəsulzadənin silahdaşlarından biri olan Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsini təşkil etmişdir. Bütün bu deyilənləri nəzərə alaraq əməliyyat müvəkkili İvan Makarov təklif etmişdir ki, Ə. Cavad həbs edilsin və Azərbaycan Fövqəladə Komissiyasının (Az. ÇK) kamerasında ciddi nəzarət altında saxlanılsın. Əhməd Cavad ilk dəfə həbs olunanda Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsində iştirakının olmadığını söyləsə də, 1937-ci ildə həbs olunanda istintaq sorğu-sual materiallarında bu faktı etirak edərək boynuna alır. Bundan sonra Cavad Axundzadənin həbs edilməsi ilə əlaqdər 5 dekabr 1923-cü ildə 446 saylı order imzalanır. Lakin hansısa səbəbdən şair dekabr ayının 5-də yox, noyabr ayının 21-də həbs edilir. Onu ilk dəfə elə həbs olunduğu gün, yəni noyabr ayının 21-də, ikinci dəfə isə noyabrın 26-da dindirirlər. 1937-ci ilin mart ayında Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda şair müəllimi H. Cavid, tələbəsi M. Müşfiq və həmyerlisi V. Xuluflu ilə eyni vaxtda həbs edilib. 1937-ci ilin 5 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtardı. 1937-ci il iyunun 3-də şairin mənzilinə girib axtarış aparırlar. Əhməd Cavadın qalın bir cilddən ibarət olan şəxsi işində evini axtarış zamanı müsadirə olunan əşyalar qeyd olunmuşdur. Həmin əmlak siyahısında Məhəmməd Əmin Rəsulzadənin, Kautskinin, Buxarinin kitabları, H. Zeynallının, V. Xuluflunun bəzi əsərləri, "Türk sözü" qəzeti, özünün "Dalğa" kitabçası, 3 qeyd dəftərçəsi, 15 müxtəlif məktub, Şükriyyə xanımın qızıl bəzəkləri-yeddi qızıl beşliyi, dostlarının şairə bağışladığı iki ədəd suvenir-xəncəri göstərilir. Əhməd Cavadın 12493/24 nömrəli iş qovluğunda əllə yazılmış protokollar, şahid ifadələri, hökm, arayış, çıxarış, məktub, zəmanət, rus makinasında necə gəldi yazılmış "Göy göl" şeiri saxlanılıb.  1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxundu. 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam etdi və oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələdilər. Cavad bəy sizi İZ müsahibə layihəsində xoş gördük, istiqlal şairi Əhməd Cavadın nəticəsi olaraq "İZ" müsahibə layihəsində sizi görməkdən çox məmnunuq.  — İlk olaraq istərdik özünüz haqqında məlumat verəsiniz. Əhməd Cavadın hansı oğlunun varisisiniz, təhsiliniz ? - Əziz qardaşım Ceyhun bəy, mən Əhməd Cavadın böyük oğlu Aydın Axundzadənin nəvəsiyəm. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinin bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini, daha sonra təhsilimi Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Siyasi Tədqiqatlar İnstitutunun aspiranturasında davam etdirmişəm. — Keçən səfər Şəmkir ziyarətinizdə Əhməd Cavadın doğulduğu Seyfəlini, Şükriyyə xanımın son illərini keçirdiyi Çinarlı qəsəbəsini müəyyən qədər sizinlə gəzə bildik, Şükriyyə xanımın Seyfəlidəki məzarını ziyarət etdik. Sizində uşaqlığınızın bir qismi bu qeyd olunan yerlərdə keçib. Həmin günlərdən yaddaşınızda nələr qalıb ? Acar bəyzadələri Bejanidze ailəsindən olan Şükriyyə xanım öz gözəlliyi, kübarlığı, alicənablığı ilə seçilirmiş. Tanıdığım yaşlı müəllimlərdən biri deyirdi ki, Şükriyyə xanım Seyfəliyə gəlin gələrkən insanlar onun gözəlliyini ifadə etməklə bağlı deyirmişlər ki, sanki qaranlıq otağa işıq saçır. Amma bu qaranlıqlara işıq saçan qadının həyatını sovet hakimiyyəti o qədər zülmlərə düçar etdi ki, onun ağrı-acılarını sözlərlə ifadə etmək olmaz. Bütün çətinliklərə və məhrumiyyətlərə rəğmən o öz möhkəmliyini və məğrurluğunu qoruya bilmişdi. Bu məğrur qadını sizin yaddaşınızda qalanlarla daha dərindən tanımaq istərdik ? Mən dünyaya gəldiyim gündən Şükriyyə xanımla Bakı şəhərinin 5 mərtəbə kimi tanınan ərazisində yerləşən Şahmat Klubunun binasında yaşamışıq və Şükriyyə xanımın tərbiyəsini almışam, uşaqlıqdan Şükriyyə xanımın tövsiyyələrini dinləyirdim, daha sonra Şükriyyə xanım Şəmkirə köçəndən sonra mən hər yay tətilimi və hətta qış tətilimi Şükriyyə nənəmin yanında keçirirdim. Əlbəttə ki, unudulmaz günləri idi, çox gözəl günlər birlikdə yaşamışıq, Şükriyyə xanım ilk olaraq mənə Əhməd Cavadın şeirlərini öyrədirdi və 13 yaşıma qədər Şükriyyə xanımla birgə yaşamışam, onun yanında olmuşam, hər zaman Şəmkirə gələndə nəyin ki, onun məzarını ziyarət edəndə, hətta evimizin yanından keçərkən, həmin o küçədə Şükriyyə nənəmi xatırlayıram. — Cavad Axundzadə - İstiqlal şairinin həqiqi adını varislərdən bu gün siz daşıyırsınız. Bu adı sizə Şükriyyə xanım verib ?  Bildirmək istəyirəm ki, Cavad adını mənə ulu babam Əhməd Cavadın ömür-gün yoldaşı, ağır taleyini bölüşmüş Şükriyyə xanım verib. Mən bu məsuliyyəti hər ikisinin qarşısında hiss edirəm. Həm ulu babam Əhməd Cavadın, həmdə Şükriyyə xanımın. Çalışmışam hər zaman bu adı doğruldum və ən yüksək zirvələrdən səsləndirim. — Şükriyyə xanım sizlərə Əhməd Cavaddan danışardımı ? Şükriyyə xanım mənə Əhməd Cavaddan danışarkən ilk öncə dediyim kimi yaşadığımız Şahmat Klubu adlanan binada, bizim yaşadığımız blokda qonşuların əksəriyyəti repressiya məruz qalanlar idi və Şükriyyə xanım mən balaca uşaq olarkən hər zaman məni özü ilə götürür və həmin o qonşuları ziyarət edirdi, qonşularda onu ziyarət edirdi. Onlar Əhməd Cavaddan, digər repressiya qurbanlarından danışar, o qanlı illəri yada salardılar. Şükriyyə nənə öncə vurğuladığım kimi Əhməd Cavadın adını mənə verdiyinə görə mənə istiliklə yanaşırdı, mənə nəyin ki, Cavad, Cavadım deyirdi.  — Şükriyyə xanım xaraktercə necə qadın idi, insanlarla ünsiyyət qurması, onlara münasibəti bizim üçün maraqlıdır ? Bu sual üçün təşəkkür edirəm Ceyhun bəy. Şükriyyə xanım özündə mərdliyi, sadiqliyi, sınmaz ruhu və sona qədər mübarizliyi əks etdirirdi. Mənim Şükriyyə xanımla bağlı sadaladığım xüsusiyyətlərə görə o mərdliyin, sadiqliyin, mübarizliyin rəmzi idi. Bu gündə rəmz olaraq davam etməkdədir. Şükriyyə xanımın atdığı addımlar, hərəkətlər, onun özünü aparmaq tərzi, mərdliyi hər kəs üçün nümunə olub və olmalıdır. Şükriyyə xanım sevirdi ətrafına qohumları, tanışları, dostları, qonşuları, digər insanları toplamağı. Hamı toplaşardı onun ətrafına. Əslində Şükriyyə xanım elə bizim birliyimizin səbəbi idi. Bilirsiniz ki, o sürgündə idi, sonra sürgündən qayıtdı və hamımızı ətrafına topladı. İlk öncə Şəmkirdə, daha sonra isə Bakıda. Şükriyyə xanım insana xas ən gözəl xüsusiyyətləri özündə əks etdirirdi. Mən onu nəyin ki, çox istədiyim Şükriyyə nənəm kimi xatirələrimdə yaşadıram, həmdə onu dahi şəxsiyyət kimi hər kəsə nümunə tuturam. Mən çox böyük şərəf duyuram ki, ulu babamın adını mərdlik və sadiqlik rəmzi olan Şükriyyə xanım mənə verib.  — Əhməd Cavad Şəmkirdə doğulsada, fikrən, düşüncə olaraq Gəncədə doğulub, orada formalaşıb. Abdulla Sur, Hüseyn Cavid, Mirzə Abbas Abbaszadə kimi dövrün qabaqcıl müəllimlərindən dərs almışdır. Əhməd Cavadın məfkurəvi həyat xəritəsi, mübarizəsi Gəncədən, bu müəllimlərdən aldığı dərslər əsasında başlamışdır. Bütün ömrü boyu onu izləyən babanızın fikri dünyası, hədəfləri, istəkləri nələr idi ?  Mən həmişə demişəm ki, Əhməd Cavad tək şair yox, həmdə döyüşcü olub. O bir əlində qələm, bir əlində silahla mübarizə aparıb. Bildiyiniz kimi Əhməd Cavad Birinci Dünya Müharibəsi dövründə Osmanlı ordusu sıralarında Balkan əməliyyatlarında iştirak edib, hətta yaralanıb. Daha sonra Türk dünyasının birliyi rəmzinə çevrilmiş "Çırpınırdı Qara Dəniz" şeirini yazıb. Əhməd Cavadın hədəfi böyük Turan, böyük və güclü Türk dünyası və ən əsası əlbəttə ki, bizim müstəqilliyimiz idi. Əhməd Cavad son nəfəsinə qədər Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Əhməd Cavadın imkanı var idi Türkiyə getmək üçün. Təklif edirdilər, dəvət edirdilər, amma Əhməd Cavad son gününə kimi Azərbaycanda qaldı. Onun ən böyük arzusu və istəyi o idi ki, Azərbaycan müstəqil olsun. İnşallah ki, Əhməd Cavadın ruhu şaddır.  — Şeirə, şeiriyyata marağınız necədir ? Babanızın ən çox sevdiyiniz şeiri hansıdır ?  - Marağım çoxdur. Milli, vətən mövzulu şeirləri sevirəm. Babamın ən çox sevdiyim şeiri "Göygöl"-dür.  Əhməd Cavadla bağlı ən böyük arzunuz nədir ?  Çox gözəl sualdır. Hətta deyərdim ki, sevdiyim suallardan biridir. İlk öncə Əhməd Cavadın məzarının aşkar edilməsi, onun təntənə ilə dəfn olunması və biz bilək ki, bizim ulu babamızın məzarı haradadır. Biz həmin yeri ziyarət edə bilək. Bu birinci ən böyük arzumdur. İkinci ən böyük arzum budur ki, Bakı şəhərinin mərkəzində Əhməd Cavadın heykəli ucaldılsın.  Bizimlə söhbətləşdiyiniz üçün sizə təşəkkür edirik ! Müsahibəni aldı: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi 

Polkovnik Cahangir Rüstəmovun döyüş yolu

Cəsur polkovnik Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirib. Hərbi-texniki aviasiya sahəsində mükəmməl təhsil almış C.Rüstəmov 35 il Şəmkir Aerodromunda xidmət göstərib. 1991-ci ildə rayonlarda Özünümüdafiə batalyonları yaradılanda Şəmkirdə yaradılmış belə batalyonun rəhbərliyinə Cahangir Rüstəmov gətirilmişdi. Digər rayonlarda bu vəzifəyə hərbi komissarlar təyin olunsada Şəmkirdə fərqli olaraq bu vəzifəyə yüksək hərbi rəhbərlik qabiliyyəti olan Cahangir Rüstəmov təyin olunmuşdu. Qısa müddətdə ətrafına peşəkar və məsuliyyətli hərbi kadrları toplamış Polkovnik Rüstəmov ilk andaca rəhbərlik etdiyi Özünümüdafiə Alayının strukturunu möhkəmləndirməyə, silah ehtiyatını genişləndirməyə hədəflənmişdi. Polkovnikin ilk cəsur və məsuliyyətli silahdaşları arasında Qalib Hüseynov , Azər Cəfərov , Əliyar Novruzov və digərləri yer almışdı. Sonra hərbi kadrların sırasına peşəkar hərbiçilər Bakı Ali Hərbi Ümumqoşun komandirlər məktəbini 1986-cı ildə bitirərək təyinatla Prikarpatskiy hərbi dairəsi 24-cü motoatıcı diviziyanın 310-cu motoatıcı alayında xidmət keçmiş Dilqəm Əliev və İlham Əliyev qardaşları qoşulmuşdu. Onların Alaya gəlişi ilə Alayın döyüş qabiliyyəti artmış və strukturunun möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli məcraya yönəlmişdir. Sonrakı dönəmdə 861 saylı Alayın tərkibində Əfqanıstan döyüş məktəbinin iki önəmli siması yer almışdı. Bunlardan biri Əfqanıstan-Sovet müharibəsində iştirak etmiş, “İntihar batalyonu” adlandırılan kəşfiyyat dağ batalyonunun komandiri, "Qırmızı Ulduz" ordeni ilə mükafatlandırılmış, sonralar Gədəbəydə hərbi komissar işləmiş, Gədəbəy batalyonunun komandiri, 861saylı alayın tərkibində olan 1-ci batalyonun komandiri Vyaçeslav Malbaxov və Donetsk Ali Hərbi-Siyasi Məktəbinin yetirməsi, Əfqanıstanda 80-dən çox döyüşlərdə iştirak etmiş, göstərdiyi cəsarət və igidliyə görə "Qırmızı Ulduz" ordeni ilə mükafatlandırılmış, Pribaltika Hərbi Dairəsində qulluq keçmiş Rizvan Pirnəzərov idi.  Birinci hissə  Müəllif: Ceyhun Nəbi

Azərbaycanın dövlət adını düzgün ifadə etmiş təqvim

1991-ci ilə aid təqvim "Ocaq" Mədəniyyət Mərkəzi tərəfindən tərtib olunub. Tərtib edəni İslam Atakişiyev, redaktoru Rafiq İsmayılov, rəssamı Yavər Əsədovdur. Təqvimdə Azərbaycan Cümhuriyyətinin düzgün şəkildə adı, mövcud olduğu illər, xəritəsi və ilk müstəqil dövlətimizə aid xronologiya yer alıb. Təqvim saytımızın redaktoru, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi'nin şəxsi kolleksiyasındadır.  Sözcü.az 

Əllərimiz göydə, ürəklərimiz ELÇİ BƏYDƏ...

Böyükdən böyük, uşaqdan uşaq olan öndərimiz! Nədən başlayım, bilmirəm. Hər çağ ödülə görə, şərtlə yazı yazmaqdan qaçmışam. Bu nədəndən adını ortalıq 50 il öncə – 12-14 yaşlarım olanda Azərbaycan tarixi müəllimimizdən eşitdiyim Əbülfəz Elçi Bəydən “umacaqlı” anım yazmaq ağır olduğu qədər də çətindir, bir az da utancvericidir. Yanılmıramsa, 6-cı sinifdə oxuyanda Bakıdan doğma Ağsu rayonuna “sürgünə” göndərildiyi pıçıltı ilə söylənilən, bir neçə ildir dünyasını dəyişmiş Kamil müəllimin (Kamil Abdullayev, son iş yeri AzTV-nin ədəbi dram verilişləri redaksiyasında böyük redaktor – M.B.) gerçək Azərbaycan tarixindən dərs deməyi ilə gözlərimiz açıldı, ürəklərimiz Quzeydən Güneyə yönəldi, Təbrizlə bir döyünməyə başladı. Elə Əbülfəz bəyin də adını ARAZ KÖRPÜSÜ kimi onda(n) eşitdik, amma gözümüz önündə ağ saçlı, “yekəqarın” görkəmdə canlanırdı. Axı, universitet müəllimini ağlımızda, fikrimizdə başqa necə canlandıra bilərdik?! Universitetdə oxuduğum ilk ildə isə üzünü görmədiyim Əbülfəz müəllimin tutulduğunu eşitdim. Bir də 20-ci yüzilin 80-90-cı illərində Əbülfəz müəllimi bu yol lap yaxından gördüm və uca boylu, düz gövdəli, düz sözlü, boz(qurd) üzlü UCA BAYRAQ TUTAN ELÇİ BƏY kimi tanıdım! …1906-cı il doğumlu, 30 il öncə dünyasını dəyişən, Stalin repressiyasının ağrı-acısını “otaq şəraitində” “Allah Stalinə lənət eləsin!” deməklə “yelə verən” dədəm 1-ci kursun ilk tətilində kəndə qayıdanda Rəsulzadədən nə danışıldığını soruşdu. “Rəsulzadə kimdir” sualımı atam acı, tikanlı gülüşlə cavablandırdı. 15 il sonra bildim ki, heç demə, dədəmi faşist əsirliyindən qurtaran elə ULU ÖNDƏRİMİZ, BAYRAQ BABAMIZ Məhəmməd Əmin Rəsulzadə olub. Yoxdan bir BAYRAQ yapıb başı üzərinə qaldıran, “Bir daha yüksələn BAYRAQ bir daha enməz” deyə, onu özündən sonrakı nəsilə əmanət edən ULU ÖNDƏRdən BAYRAQ estafetini bizim nəslin öndə gedən ELÇİsi Əbülfəz bəy aldı. Elə bu BAYRAQ altında da ölkədə demokratik rejim quruldu, üzərində Rəsulzadənin- Bayrağımızın şəkli olan milii pulumuz buraxıldı, yad ordu dışlandı, Milli Ordu Dağlıq Qarabağın yarıdan çoxunu üçboyalı, ay-ulduzlu BAYRAQın altına saldı. Nə yazıq, hakimiyyət hərisləri yurddaşlarımızla birgə bayrağımızı da doğma yurd-yuvalarından didərgin saldılar. İndi Məhəmməd Əminin, Elçi Bəyin, şəhidlərimizin son örtüyü üçboyalı bayrağımızın kölgəsində nə Məhəmməd Əminin, nə də Elçi Bəyin heykəlinə – portretinə yer tapılır. 30 il öncə Akademiyanın qarşısındakı mitinqdə toplaşanlara əl çalmağı qadağan edən, sonra Meydanda qurucu babalarımızın, özəlliklə Məhəmməd Əmin Rəsulzadənin portretini BAYRAQ etməyi tövsiyə edən Elçi Bəyin də, Məhəmməd Əminin də yeri, heykəli xalqımızın demokratiyaya, azadlığa təşnə yanıqlı ürəklərindədir. 7 il öncə dünyasını dəyişmiş anam Firuzəbəyimin doğma yurdum Azərbaycanın bağımsızlığını açıqladığı gün, ay və ildə – 28 may 1918-ci ildə döğulduğu kimlik kartında yazılmışdı. Qarabağdan qanlı-qadalı soraqlar gələndə ağ saçlı anam Bakıya gəlib “bilirəm, davaya gedəcəksən, amma sən atanın goru, çağırsalar get”, deyə yalvardı. Ali təhsil diplomu olmasa da, məni doğan ANA doğduğuna da yaxşı bələddi və elmi işçi kimi “bron”da olduğumu da bilirdi. Anamın sözündən çıxmadığımı, ürəyimin çağırışı ilə savaşa getdiyimi vurğulasam da, sonradan anam sənələrlə sözündən çıxdığımı, Elçi Bəyə “uyduğumu” başıma qaxsa da, 93 illik yaşamının son illərində yaxşı eləyib davaya getdiyimi dedi və Elçi Bəyə də Tanrıdan rəhmət dilədi. Bunları anmaqda amacım son 100 il Azərbaycanının iki öndəri BİR KƏRƏ BAYRAQ qaldıran Məhəmməd Əmin Rəsulzadə ilə həmin BAYRAQı yenidən başa çıxaran Elçi Bəy arasında ruhsal bağlılığın, körpünün olmasını məni dünyaya gətirən ata-anamın timsalında vurğulamaqdır. Atam Rəsulzadəni soruşub, anam Elçibəyi. Kim nə deyir, desin, 100 illik milli istiqlal tariximiz bu iki öndər arasında başqasına yer vermir. Elçi Bəy gerçək milliyyətçi, böyük demokratdı. Çörəyi düşmənə belə əsirgəməməyi, basın mənsublarına karikaturasını qəzetdə çəkib yaymağı tövsiyə edirdi. Kimisə aşağılamaq, qurşaqdan aşağı zərbə vurmaq ona yaddı. Əksinə, hamının fikrini açıq şəkildə, qorxmadan ifadə etməsinə meydan verməklə, millətin içindən ŞƏXSİYYƏT formalaşdırmağa üstünlük verirdi. Elə üzüdönük müdafiə nazirinin, kürsü davası sərgiləyən “cəbhə” yoldaşlarının parlamentdə, basında odlu-alovlu çıxışları, yerli-yersiz qınaqları da ŞƏXSİYYƏT formalaşdırmaqda Elçibəyin hədəfi düz nişan aldığını göstərir. Yanılmıramsa, Elçi Bəy özünü Atatürkün əsgəri sayır(dı). (Keçmiş zamanda danışmaq yerinə düşmür). Atatürk dünyasını dəyişəndə Elçi Bəy altı aylığında qundaqda olub. Məhəmməd Əmin dünyasını dəyişəndə Elçi Bəyin 17 yaşının tamam olmasına üç ay qalırdı. Bu il Atatürkün ölümünün, Elçi Bəyin olumunun 80 illiyidir. Olum və ölüm! İkisi bir ildə! Bir də qurucu babalarımızın şah əsəri – Azərbaycanımızın 100 yaşı 2018-ci ci ilə düşür. 100 yaşınız qutlu olsun, Məhəmməd Əmin Bəy, Elçi Bəy! 100 yaşınız qutlu olsun, el bəyləri, el xanımları! 80 yaşın qutlu olsun, Böyük Elçimiz, dövlət başçımız, ürəklərimizin cümhur başqanı!  Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili

"Putinin Azərbaycana gəlişi dövlətçiliyimizə yaxşı heçnə vəd etmir" - Müsavat Partiyası

Avqustun 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər müzakirə olunub və təşkilati məsələlərə baxılıb.  Gənc içtimai fəal Sənan Səbuhioğlu Müsavat Partiyası sıralarına qəbul edilib. Milli Məclis üzvlüyünə namizədliyi qeydə alınan 25 Müsavat yetkilisinin təbliğat kampaniyası çərçivəsində həyata keçirdikləri tədbirlər barədə məlumat dinlənilib. Partiya rəhbərliyinin ötən həftə ATƏT-in Seçki Müşahidə missiyasının təmsilçiləri ilə görüşü təqdir edilib. Daha sonra, hakimiyyətyönlü media orqanlarının yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyasının bəyanatı qəbul edilib (bəyanatın mətni xəbərə əlavə olunub). İclasda Rusiya prezidenti Vladimir Putinin Bakıya iki günlük səfəri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Ukraynaya işğalçı siyasət yürütdüyünə görə mütərrəqqi dünyada təcrid olunan Putin rejiminin rəsmi Bakı ilə yaxınlaşması Azərbaycanın dövlət maraqlarına yaxşı heç nə vəd etmir. Avqustun 22-də saat 12:00-da Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anım günü ilə bağlı, onun məzarının ziyarət olunması qərara alınıb. Sonda cari məsələlər müzakirə olunub. *** Hakimiyyətyönlü saytların yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyasının bəyanatı Avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər. Aİ nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Aİ ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub. Görüşdə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı, Avropa İttifaqı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən başqa diplomatları da iştirak ediblər. Müsavat Partiyasının mətbuat xidməti görüş başa çatdıqdan dərhal sonra bu barədə məlumat yayıb. Qeyd edilməlidir ki, bir qayda olaraq Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri hər seçkilər ərəfəsində müxtəlif siyasi partiyalarla, o cümlədən hakimiyyətdəki siyasi partiyanın nümayəndələri ilə görüşlər keçiriblər. Lakin “Qafqazinfo” saytı və bəzi digər iqtidaryönlü media orqanları həmin görüş barədə yalan və böhtanlarla dolu məlumat yayıblar. Məlumatda görüşün iştirakçıları, məqsədi və müzakirə olunan məsələlər barədə yazılanlar tamamilə uydurma və böhtandır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də hakimiyyətyönlü medianın bu böhtanına rəsmi bəyanatla etiraz edib. Müsavat Partiyası “Qafqazinfo” saytını və sözügedən yalan və böhtanları yayan digər hakimiyyətyönlü media irqanlarının təkzib dərc etmələrini və Müsavat Partiyasında üzr istəmələrini tələb edir, əks halda məhkəməyə müraciət olunacağını bildirir.

Ağsuda deputatlığa namizədin vəkili həbs edilib

90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd Ruslan Nəcəfovun vəkili Samir Cəfərov həbs edilib.  Samir Cəfərovun yaxınlarının Sozcu.az saytına verdikləri məlumata görə, Samir Cəfərovun saxlanılmasına səbəb onun seçkilərdə aktiv iştirak etməsidir.  Əldə etdiyimiz digər məlumata görə, Ağsu rayonunda olan bir neçə idarə müdirinin şikayəti əsasında Ağsu rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan Samir Cəfərov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıya aparılıb.  Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi hələki rəsmi məlumat yaymayıb. 

Mutudərə kəndinin işğala məruz qalmasından 32 il ötür

1992-ci il 6 avqust tarixində ermənilər Gədəbəyin strateji əhəmiyyətə malik Mutudərə kəndini ələ keçirmək üçün hücuma keçdilər. İşğalçılar bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İşğal nəticəsində kənddə evlər yandırılmış, vandalizmə məruz qalmışdı. 1992-ci ilin həmin günlərində Mutudərənin işğaldan azad olunması istiqamətində hücum başlamışdı, 8 avqust tarixində 861 nömrəli hərbi hissənin əsgər və zabitlərinin böyük rəşadəti nəticəsində Ermənistanla Başkəndi birləşdirən yolun üstündə yerləşən Mutudərə kəndi işğalçılardan həmin gün azad edilmişdir. Bu kəndin azad edilməsi Başkəndin azad edilməsinin başlanğıcı idi və çox böyük əhəmiyyət kəsb edirdi.  Sözcü.az

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında xəstələrin daşınması üçün əlil arabası tapılmır

Bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişdim. Fiziki qüsurlu və əlillər xəstəxanaya Acil şöbəsindən daxil olur. Dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb "müasir" xəstəxana tikilib, amma xəstəxanaya gəlmiş fiziki qüsurlu və əlillərin daşınması üçün araba tapılmır. Bundan əvvəldə bir neçə dəfə həmin xəstəxanaya onun Acil şöbəsindən daxil olmuşam, Xəstəxanaya məxsus sadəcə 5-6 əlil arabasına rast gəlmişəm. Onlardan da bir neçəsi sıradan çıxıb və istifadə müddəti bitib. Bildiyimiz kimi Şəmkir rayonu əhalisinin sayına görə ikinci ən böyük rayondur və gün ərzində minlərlə vətəndaş müalicə məqsədilə xəstəxanaya üz tutur. Xəstəxanadakı vəziyyətə baxanda vətəndaşlar sağalmaq əvəzinə xəstəlik tapır. Vətəndaşlar əlil arabası tapmadığından məcburi şəkildə öz xəstə yaxınını əlində çətin şəkildə aparmaq məcburiyyətində qalır. Xəstəxananın içərisinin sürüşkən olması vəziyyəti dahada çətinləşdirir. Bununla yanaşı əlil xəstələrin daşınması üçün nəzərdə tutulmuş tibbi xidməti personalda mövcud deyil. Xəstənin yaxını əlində birtəhər və məcburiyyətdən xəstəni sürüyür, Xəstəxananın Acil şöbəsinin növbətçi həkimi daxil hamısı bu mənzərəyə baxaraq gözlərini döyməklə məşğuldurlar. Birsözlə Səhiyyə Nazirliyi, TƏBİB, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, Şəmkir rayonu rəhbərliyi bu biabırçı duruma bir əlac qılın. Xəstələr Xəstəxanaya şəfa tapmaq üçün üz tutur, xəstəlik tapmaq üçün yox. 220 minlik əhalisi olan rayona 5 əlil arabası xidmət etməli deyil, utandırıcı mənzərəyə diqqətlə baxın və nəticə çıxarın.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü. az xəbər portalının baş redaktoru

Professor Nəsiman Yaqublunun M.Ə.Rəsulzadə ilə bağlı kitabı İranda çap edildi

İranda Tehranın "Nəbati" nəşriyyatında tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" kitabı nəşr edilib. Kitab Tehranda keçirilmiş kitab sərgisində də böyük maraqla qarşılanıb."Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" İran da daxil olmaqla nəşr edilən 4- cü ölkədir.Bundan əvvəl həmin ensiklopediya Azərbaycan,Türkiyə,Rusiyada nəşr edilib. Ensiklopediyanın ərəb dilində nəşrinə də hazırlıq görülür. Sonradan isə alman, fransız dillərində də nəşri planlaşdırılır.Ensiklopediya qısa məzmunda ingiliscə də nəşr edilib.  Sözcü.az

“Dildə, fikirdə, işdə birlik” - İsmayıl bəy Qaspıralı

Bizim millət adımız türk, ana dilimizin adı türk dilidir. Böyük coğrafiyada müxtəlif şivələrdə danışan, dil şirinliyini və doğmalığını daşıyan böyük bir toplumuq. Yaşadığımız böyük coğrafiyada tarix boyu ayrıseçkiliyə, təzyiqlərə, amansız zülmlərə məruz qalmışıq. Bu gedişatda dilimiz təsirlərə məruz qalmış, xüsusilə Rus imperiyasının çirkin məqsədləri əsasında sıradan çıxarılmağa, unutdurulmağa çalışılıb. Məqsəd bizi ana özül olan dilimizlə parçalamağa, yadlaşmağa, yadlaşdırılmağa yönəlib. Məktəblərimiz, dövlət idarələrimiz rus təsirlərinin altında özümüzü unutmağa, köləliyə zəmin hazırlayıb. Milli intilgensiyanın sağlam iradəsi, məqsədyönlü hədəfləri millət adımızı, dilimizin həqiqi adını qorumaq üçün dayanmadan qanlı mübarizə aparıb.  Bizdə bu amallara sadiq qalaraq millət adımız, mənsub olduğumuz millətin dil adını qorumalı gələcək varislərə sağlam və məsuliyyətli şəkildə ötürməliyik ! Ceyhun Nəbi 

Şəmkirdə şəhid anasının namizədliyi qeydə alınmadı

Şəmkirdə şəhid anası Xanımzər Əhmədovanın seçkilərdə namizədliyi qeydə alınmayıb. Şəhid Elbrus Hüseynovun anası, Çaparlı kənd sakini Xanımzər Əhmədova 103 saylı Şəmkir Kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. Şəhid anası 500 imzanı və digər müvafiq sənədləri toplayıb 103 saylı DSK-ya təqdim etsədə nigahda olduğu həyat yoldaşı ilə birgə mülkiyyəti bəhanə edərək onun namizədliyini qeydə almayıblar. Özü tərəfindən namizədliyi irəli sürülmüş şəhid anası Xanımzər Əhmədova bildirib ki, mən DSK-da bununla bağlı məlumat versəmdə mənə bildirmişdilər ki, heç bir problem yoxdur. Bunu mənə qarşı qanun pozuntusu hesab edib namizədliyimi qeydə almadılar.  Sözcü.az

Azərbaycan Xalq Cəbhəsinin qurulmasının 35-ci ili tamam olur

16 iyul Azərbaycan Xalq Cəbhəsinin qurulmasının 35-ci ili tamam olur. AXC Təşəbbüs Mərkəzinin ilk iclasında-iyulun 6-da konfransa hazırlığa start verilib. 1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində olan "Xeyir-şər" mərasim evində yarıleqal şəraitdə Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfrans saat 10-da başlamış və fasiləsiz  8 saat davam etmişdir. Konfransda 30 rayon şöbəsini təmsil edən 196 səsvermə və 240 məşvərətçi səslə nümayəndə qeydə alınmışdı. Konfransın iclaslarını aparmaq üçün Yusif Səmədoğlu sədr, Lətifə Məmmədova və Ruhəngiz Hüseynova katib seçiliblər. Gündəliyə TM tərəfindən hazırlanmış 6 məsələdən ibarət gündəlik təklif edilmiş və təsdiq olunmuşdu: 1. AXC Təşəbbüs Mərkəzinin hesabatı. 2. Siyasi vəziyyət haqqında. 3. AXC TM-in mətbuat vasitələri ilə əlaqələri. 4. AXC Nizamnaməsinin təsdiqi. 5. AXC məramnaməsinin təsdiqi. 6. Təşkilat məsələləri. Əsas məruzələr üçün 20, çıxışlar üçün 5 dəqiqə müəyyən edildi. TM-in hesabatı haqqında Tofiq Qasımov məruzə etmişdi. Konfransda siyasi vəziyyət haqqında məruzə ilə Əbülfəz Elçibəy çıxış etmişdi. Əbülfəz Elçibəy o dövrdə SSRİ-də gedən proseslərin yeni və orijinal konsepsiyası ilə çıxış etmiş, O, proseslərin mahiyyətinin SSRİ-nin parçalanması olduğunu, bu prosesin labüd, təbii və mütərəqqi olduğunu, lakin kənar faktorların təsiri ilə mürəkkəbləşdiyini göstərmişdi. Məruzədə belə kənar faktorlar olaraq beynəlxalq güclər, silah mafiyası və regionda erməni amili göstərilir, Qarabağda gedən proseslər də bu prosesə bağlanır". İsa Qəmbərin təklifi ilə 15 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərdən ibarət tərkibdə Nəzarət Təftiş Komissiyası, 3 nəfərdən ibarət maliyyə qrupu seçilib. Həmçinin İsa Qəmbərin təklif etdiyi namizədlərdən baş redaktor Nəcəf Nəcəfov olmaqla, Ağamalı Sadiq, Səfər Alışarlı, Xaliq Hacıyev, Əhməd Cavadov, Tariyel Allahverdiyevdən ibarət AXC mətbu orqanlarının redaksiya heyəti seçilib Gündəliyə uyğun olaraq AXC-yə sədr seçkiləri oldu. Zərdüşt Əlizadə Yusif Səmədoğlunun namizədliyini verib, Rəhim Qazıyev Əbülfəz Elçibəyin  namizədliyini təklif edib. Səfər Alışarlı isə İsa Qəmbərin namizədliyini irəli sürüb. İsa Qəmbər öz namizədliyini geri götürmüş, qızğın mübahisələrdən sonra Yusif Səmədoğlu da öz namizədliyini geri götürmüşdü. Açıq səsvermədə Əbülfəz Elçibəyin namizədliyi qəbul edilmiş və o səsvermə ilə sədr seçilmişdir. Azərbaycan Xalq Cəbhəsinin ilk İdarə Heyətinin üzvləri Əbülfəz Elçibəy, Tofiq Qasımov, İsa Qəmbərov, Pənah Hüseynov, Sabit Bağırov, Hikmət Hacızadə, Leyla Yunusova, Zərdüşt Əlizadə, Sülhəddin Əkbərov, Əlikram Hümbətov, Rəhim Qazıyev, Etibar Məmmədov, Nəcəf Nəcəfov, Nemət Pənahov, Yusif Səmədoğlu, Canbaxış Umudov olmuşdur.  Sözcü.az

Ankarada Əhməd Cavadın xatirəsinə həsr olunan konsert keçiriləcək

Bu ilin may ayının əvvəlində Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının qərarı ilə Ankarada yaradılan Əhməd Cavad adına İnstitut Türkiyədə “Çırpınırdı Qara dəniz” adlı məşhur mahnının ilk ifasının 100 illiyinə həsr olunmuş konsert təşkil etməyi planlaşdırır. Sözcü.az  AZƏRTAC'a istinadən xəbər verir ki, institutun rəhbəri, MHP liderinin baş məsləhətçisi, türkoloq, professor Ruhi Ersoy “Anadolu” Agentliyinə görkəmli Azərbaycan şairi və maarifçisinin irsinin təbliği ilə bağlı planlarından söz açıb. Onun sözlərinə görə, bu günlərdə rəhbərliyin iclasında institutun fəaliyyətinin prioritet istiqamətləri müəyyənləşdirilib, Əhməd Cavadın xatirəsinə həsr olunmuş konsertin keçirilməsi qərara alınıb. “Çırpınırdı Qara dəniz” mahnısı ilk dəfə 8 oktyabr 1924-cü ildə Qarsda Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün səfərlərindən birində səsləndirilib. Bu hadisənin yüzüncü ilində Ankarada konsert proqramı təşkil etməyi planlaşdırırıq. Məsələ Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestri və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə müzakirə olunur”, - deyə Ruhi Ersoy bildirib. İnstitutun fəaliyyət planlarında məşhur Azərbaycan şairinin adının məktəblərə, küçələrə və təhsil mərkəzlərinə verilməsi ilə bağlı qərarların da imzalanması nəzərdə tutulur. Bundan əlavə, Əhməd Cavadın həyat və fəaliyyəti mövzusunda qısametrajlı, sənədli və bədii filmlərin çəkilişi, bioqrafik çap nəşrinin hazırlanması nəzərdə tutulur. “Gündəliyimizdə Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsində şairin adının əbədiləşdirilməsi məsələsi də var. Əhməd Cavad haqqında məlumat Türk dünyasının maariflənməsinin simvollarından biri kimi institutumuzun saytında da yerləşdiriləcək. Türk dünyasının gənc nəsli belə görkəmli şəxsiyyətlərdən xəbərdar olmalıdır” - deyə o, əminliyini ifadə edib. Sözcü.az

Ceyhun Nəbinin Şəmkirdə namizəd olacağı bildirilir

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü. az xəbər portalının redaktoru Ceyhun Nəbi'nin 102 saylı Şəmkir Şəhər Seçki Dairəsindən millət vəkilliyinə namizəd olacağı bildirilir.  Sözcü.az

TÜRK TÜRKİYƏDƏN DEPORT EDİLECEK!

Tatar Türkçüsüne yardım lazım! Milliyetçi, Türkçü Tatar arkadaşımız Eldar 3 aydır Antalya'da geri gönderim, deport merkezinde (hapis diye okuyun). Sokakta yakalandı (oturma izniyle ilgili sorunlar vardı). Şimdi Eldar üçüncü bir ülkeye uçmak zorunda ve bileti kendisi almak zorunda. Baskıdan dolayı evine dönemiyor. Eldar her zaman başkalarına yardım etmeye hazır, aktif ve samimi bir insan. Tüm Tatar etkinliklerinde aktif olarak yardımcı oldu. Şimdi 3 aydır hapiste ve para kazanma fırsatından mahrum bırakıldı.  3 ay Eldara ve ailesine yardim ediyoruz. Eldarı hapısten çıkartıp, diğer ülkeye göndermek için uçak bilete destegi lazım. Biz kendi güçümüz ile 3 ay destekliyoruz, ama zor;(( Eldar Antalyada yaşıyordu, çalışıyordu. İkamet sorunları ile tutuklandı, 3 ay hapiste. Hapiste şartlar çok zor. Eger de destek eli vermek isteyenler varsa, bana arkadaslik istegi gonderin, yazin ya da watsap +90 552 728 7457 - Nail. Nail Nabiulla

Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək - İsmayıl bəy Qaspıralı

Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir. Əgər kimlərsə Türk millətinin yaddaşında Avropaya nifrət, düşmənçilik toxumları səpirsə bilin ki, onların bizi zərrə qədər düşündüyü yoxdur. Bizim birinci fikri atamız İsmayıl bəy Qaspıralı deyirdi ki, Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!. Türkün həqiqi düşmənlərini tanımaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur.  Başlayaq yüz illərdi türkü qəflətdə, əsarətdə saxlayan Rusiyadan. Rusiyadan çox türkə pislik edən olubmu ?  Gələk İrana. Qardaşlarımızı, canlarımızı, özümüzü diri-diri asanları burda qoyub, başqalarına daş atmağı özünüzə necə rəva görürsünüz ? Hələ insanlıq canisi Çin. Uyğur türklərinə yaşatdığı vəhşəti ömrü boyu canımızda yaşadırıq. Görünür ki, qərib türklərin başına gətirilən dəhşətlər sizə heç maraqlı deyil.  Türkün həqiqi düşmənlərini yaddaşında gizlədib, qeyd olunan türk düşmənlərinin oyunları ilə özlərinə Avropanı düşmən seçənlər zəlil və rəzili-rüsva olacaqlar. Ceyhun Nəbi- Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Şəmkirdə qəzalı vəziyyətdə olan elektrik dirəyi - fotolar

Fotolar Şəmkir rayon Düzqışlaq kənd sakini Məmmədov Vüqar Əli oğlu tərəfindən göndərilib. Fotolardan göründüyü kimi elektrik dirəyi qəzalı vəziyyətdədir. Hər an vətəndaşlara təhlükə yarada bilər. Şikayətçi bildirir ki, qəzalı vəziyyətlə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Elektirik Şəbəkəsini məlumatlandırıb. Çox təəssüf ki, nə vəziyyətlə maraqlanan olub, nədə ki, qəzalı vəziyyətlə bağlı tədbir görən. Sözcü.az

Qaracəmirli parkı niyə qurudulur ? - Ceyhun Nəbi

Şəmkirin Qaracəmirli kəndində ağacları sırayla düzülmüş, çinar və şam ağaclarından ibarət bir park var. Parkda biraz restavrasiya işləri aparılsa kənd sakinlərinin istirahəti üçün ən önəmli yerə çevrilə bilər. Amma bu parkda ağaclar baxımsızlıqdanmı, diqqətsizlikdənmi, məsuliyyətsizlikdənmi sıradan çıxdığı, quruduğu və ya bilərəkdən qurudulduğu müşahidə olunur(park Bələdiyyə və İcra nümayəndəliyinin bir addımlığında yerləşir). Parkın üst hissəsində artezian mövcud olsada ağaclar çox təəssüf ki, sulanmır, onlara qulluq göstərilmir. Xüsusilə şam ağaclarının bir neçəsi quruyub və qurumaqdadır. Bildiyimiz kimi ucaboy çinarların, şam ağaclarının boyatması böyük zaman alır. Ona görə uzun zamana ucalmış bu ağaclara qulluq göstərilməlidir ki, qurumasın. Ceyhun Nəbi

OSMAN QAZİNİN TÜRK XALQINA ƏRMAĞANIDIR BURSA - Aynur Qəzənfərqızı

Pandemiya sonra dünyanın əski halına qayıtması asan iş deyildi. Psixologiyaları, düzənləri alt-üst olmuş insanların pandemiyadan öncəki həyatlarını qaydasına salması üçün zaman lazım idi. Pandemiyadan 2 il keçib hələ də həyatın bir çox sahələrində axsamalar olduğunu görmək mümkündür. Belə bir zamanda Bursadan gözəl bir xəbər gəldi. Yörük Türkmən Birliyi Bursa Uludağ Universiteti ilə “Türk dünyası Stratejik Araşdırmalar Kongresi: Avrupalı Türkler ve Avrupada Türkler” adlı beynəlxalq elmi simpozium keçirir. Simpoziuma biz də “Göyçək Fatma və Cindrella nağıllarında motivlər” mövzulu məruzə ilə biz də müraciət etdik. Simpoziumun cazibədar tərəfi sadəcə Yörüklərin tədbiri keçirməsi deyil, həm də xərclərin orqanizator tərəfindən ödənməsidir. Pandemiya sonrası belə tədbirlərin sayı olduqca azalmışdı. Aldığı maaş ilə ayın bu başından o başına güclə çıxan Azərbaycan aliminin də xaricə çıxışı ancaq bu şəkildə ola bilərdi. Odur ki, səbrsizliklə simpozium gününü gözləməyə başladım. Mayın 16-sı gecə saatlarında Bursaya yolçuluq başladı. AMEA Folklor İnstitutunun əməkdaşı dəyərli Fidan Qasımova, həmin institutun doktorantı Şəbnəm Əsədova, İslam Əsədov və bu gözəl ailənin oğlu Nadir Əsədov ilə tam bir heyət olduq. Bizim biletimiz İstanbula 17 May səhər tezdənə idi. Bizi Bursaya aparacaq avtobus isə axşam saat 18:00-da olacağı üçün İstanbulu gəzmək istədik. Öncəliyi Türkiyədə məşhur olduğu qədər ölkəmizdə də məşhur olan serpme kahvaltı etmək istədik. Kadıköyde olduqca ləzzətli bir səhər yeməyinə sudan ucuz pul ödədikdən sonra Bakıdakı qiymətlərin niyə bu qədər bahalı olduğunu, Türkiyədəki maaşın Bakıdakı maaşlardan dəfələrlə çox olmasına rəğmən Bakıda qiymətlərin əl yandırmasından bəhs edərək Kadıköy sahilini dolaşdıq. Canlı musiqi müşayəti ilə gəmiyə minib Eminönüyə getmək həm də gəmiyə minib ucuz bir mini Boğaz turu atmaq qərarına gəldik. Liman şəhəri olan Bakıda niyə gəmi vapurlarının olmaması da gəmidəki söhbət mövzumuz idi. Bakıda Ələtdən şəhər mərkəzinə gələ bilmək üçün gündə iki dəfə marşurut işləyir ya da işləmir. Şansımız olub marşuruta minsək şəhərin ən ucqar metrostansiyasına 2 saata çatmaq mümkündür. Halbuki gəmi ilə bu müddət sadəcə yarım saata düşə bilər. Bakıda bu cür dəniz marşurutlarının niyə olmaması fikri də bizi narahat etsə də, Boğazın gözəl mənzərəsində bunu məhv etmək istəmədik. Deyə-gülə gəldik çatdıq Əminönünə... Əminönündən Kadıköyə dəniz ilə deyil, marşurut ilə qayıtmaq istədik. Heyhat! Yol uzandıqca uzandı. Marşuruta mindik, daha sonra metrodan istifadə etdik, Marmaraya keçdik, təkrar metro və nəhayət Sabiha Gökçen hava limanı... Yanlış anlaşılmasın, bu keçidlərin hamısı od bahası pul ilə gerçəkləşdi. Bir xətt üzrə olmamasının məntiqini anlamadım heç cür. Görünür, kapitalist sistemdə “hər şey pul tələsidir” ifadəsi doğru imiş. Birtəhər özümüzü hava limanına çatdırdıq. Təşkilatçıların qarşılama avtobusu hazır vəziyyətdə bizi gözləyirdi. Avtobusda bəzi alimlərin simaları tanış idi, bəzilərini ilk dəfə idi tanıyırdım. Lindita Xanarinin ata nənəsi Türkiyə Türkü bir alban idi. Zamanında Türk olduğu üçün nənəsinin yaşadığı çətinliklərdən danışdı bizə. Olduqca üzücü bir hekayə idi. Linda xanımdan diqqətimizi ayırdıqdan sonra bir gənc xanımı Azərbaycanlı sanıb adını soruşdum. Çox şirin bir Türkiyə Türkçəsində mənə boşnak olduğunu dedi. Xanımın bir Azərbaycanlıya oxşadığını dedim, güldü və yoldaşılarının hamısının belə düşündüyünü dedi. Avtobusda diqqətimi çəkən bir digər iştirakçı hindistanlı Nouşad oldu. Türkçə şirin ləms ilə tərtəmiz danışırdı. Avtobusdakı alim karmasından necə bir simpozium keçəcəyi haqqında az-çox təəssürat sahibi olmaq mümkün idi. Simpoziumun proqramına görə 10 ölkədən 150-dən çox iştirakçı var idi. Hələlik ilk karma çox maraqlı idi. 18 May səhər tezdən simpoziumun olacağı salona girərkən bizi qarşılayan Türk Dünyası Gənclərindən ibarət komanda əslində necə bir toplantıya gəldiyimizin ilk ipuclarını verdi bizə. Uyğur, Özbək, Türkmən, Qazax, Azərbaycan Türklərindən ibarət gənclik tam mütəşəkkil, təcrübəli bir komanda olub. Arı kimi işləməklə yanaşı, simpoziumun ən gözəl fərdləri idi. Açılış toplantısı hər zamankı kimi rəsmi çıxışlardan ibarət oldu. Daha sonra sessiya çıxışları başladı. Avropadakı Türklər və Avropalı Türklər mövzuzusnda bir birindən maraqlı məruzələr dinlədik. İlk gecə Bursa Böyük Şəhər Bələdiyyəsi bizə Merinosda Gala yeməyi verdi. Olduqca maraqlı və səmimi ortamda keçdi yemək gecəsi. Bəndəniz də hər zamankı kimi harda gənc görsə özünü onların içinə aid edir bir şəkildə. Bu dəfə də ənənə dəyişmədi. Bu gənclərlə söhbət etdikcə, onların necə gözəl yetişdiyini gördükcə anladım ki, Türk gəncliyi hələ də diridir, Türklük dünşücəsi isə sağlam əllərə əmanətdir. Bu gəncliyin içərisində Uyğur kökənli Abdullahın hekayəsi isə ürəyimi parçaladı. Abdullahdan “uyğurlara edilən işkəncələr haqqında xəbərlər doğrudurmu?” sualımın qarşılığında verdiyi cavab hər şeyi izah edirdi: Abdullah 2021-ci ildən bu yana ailəsindən heç bir xəbər ala bilmirmiş. İllər öncə Misirə gedib oxumaq üçün daha sonra Türkiyəyə gəlib və bir daha geri qayıtmayıb. Ailəsi aktiv uyğurlardan imiş. Buna görə də “cəzasını çəkib”. Simpoziumun ikinci günü yenə olduqca maraqlı məruzələr dinlədikdən sonra təşkilat komitəsi qonaqlara mini şəhər gəzintisi təşkil etmişdilər. Əvvəlcə Kənt meydanında getdik. Yüksək bir zirvədən Bursanın mənzərəsini izlədik. Dağların dört tərəfdən qucaqladığı şəhər göz oxşadıqca oxşayırdı. Dağlar sıra-sıra düzülmüşdü. Bəzilərinin başında qar var idi. Qar olan dağların məşhur Uludağ olduğunu dedilər. Yamyaşıl ağacların arasından qırmızı kərpicli binalar boy göstərməyə çalışırdı. Mənzərə yaxınlaşdıqca isə ağaclar binaların arasından boy göstərməyə çalışırdı. Təkdən tükdən bir ağac qırmızı kərpiclərə rəng qatırdı sanki. Mənzərəyə heyran olmamaq olmazdı. Sonrakı istiqamətimiz Panorama muzeyi idi. Muzeyin adını ilk dəfə eşidəndə Bursanın gözəl mənzərələrindən ibarət bir muzey olduğunu düşündüm. Ancaq daha sonra məsələnin çox başqa olduğunu bildim. Muzey Osman Qazinin 1326-cı il 6 aprel günü Bursanı fəth etməsinə həsr edilibmiş. 20 illik mühasirədən sonra Osman Qazi Bursanı fəth edir. Bu fəthin şərəfinə o günün panoramasından ibarət 3D texnologiyası ilə muzey qurulub. Muzey 8300 kvadrat metrlik sahədə qurulub. Bir dəfə dairə atıb panoramı gəzmək ən az 20 dəqiqəyə başa gəlir. Panoramdakı mənzərələr də ayrı aləmdir: Osman Qazi ilə Bursanı təslim etməyə gəlmiş heyətin alaçıq önündə mənzərəsi, başqa bir tərəfdə Bursanın o günkü bazarı, tərəkəmələrin qurduqları alaçıq, karvan yolu və simvolik bir neçə mənzərə. Bu mənzərələrdən ən gözəli hər halda Dədə Qorqudun başına kənd camaatını yığıb boy boylayıb, soy soyladığı mənzərədir. Muzeyin həmin hissəsindən keçdikdə sanki xəfif şəkildə qopuz səsi eşidilir. Qopuzun hər simi titrədikcə ürəyi titrəyir insanın. Panorama muzeyinə hayıl-mayıl olub olduqca yüksək əhval-ruhiyyə ilə oradan ayrılıb yörük çadırlarına doğru üz tutduq. Panorama muzeyindən sonra Yörük çadırında oturub dincəlməyin hansı səviyyədə mənəvi qida olduğunu izah edə bilmərəm. Dünyanın bir çox ölkələrinə getmiş, müxtəlif simpoziumlarda və təşkilatçılıqlarda olmuş birisiyəm. Doğrusu, bu dəfəki simpoziumu çox ayrı bir kateqoriyaya qoymaq istəyirəm. Təşkilatçılar sanki düşünərək ardıcıl şəkildə öncə qonaqlarını Türk Dünyasının gəncləri ilə tanış edir, daha sonra tarixin fərəhli səhifələrinə aparır, ən sonda çadırda Türklüyü qana-qana yaşadır. O gecə o çadırda hər Türk xalqından bir nümayəndə özünə aid bir lətifə danışdı. Daha sonra Türk Dünyasının ortaq kültüründən bəhs edildi. Sanki ruhumuzun illərdir bu söhbətlərə ac olduğunu, ruhumun necə qanadlandığını o gecə orada hiss edirdim. Heç bir şəkildə bir azdan bu gözəlliyin bitməsi düşüncəsindən qurtulub anın keyfini çıxara bilmirdim. Gerçəkdən də vaxt gəldi və biz çadırı tərk edib otelimizə qayıtdıq. O gecə yata bilmədim. Çadır, alaçıq kültürünün bizdə də olduğunu, hətta savaş çıxana kimi nənəmin yayda yaylağa, qışda qışlağa getdiyini xatırlayıram. Bildiyim qədərilə Gədəbəydə hələ də yaylaq-qışlaq kültürü yaşamaqdadır. Digər tərəkəmə bölgələrimizdən xəbərim yoxdur. Bu kültür bizdə də varsa biz niyə heç yerdə çadır qurmuruq görəsən? Sonra ağlıma gələn fikirdən özüm də ürpərdim: çadırı qurub bu dəfə də girişini od qiymətinə etməsinlər? Məlumdur ki, bizdə hər şey, ancaq özəlliklə milliliyimizi xatırladan nüansların hamısı od qiymətinədir. Bu çadırı universitetin kampusuna tələbələr üçün qurublar. Yörük Türkmən Birliyinin dəliqanlıları burada oturur, məsləhət-məşvərət edirlər. Köməyə ehtiyacı olanlara kömək edirlər. Yəni, bir sözlə, kültürü dərindən yaşadır, günümüzdə gənclərə aşılayırlar. Bu çadıra girən gəncin artıq ruhundakı tərəkəməlik, damarındakı türklük oyanmış olur. Sonrasında etdiyi hər şey milli ruhdan kənara çıxa bilməz! Simpoziumun üçüncü günü 19 May, yəni Gənclik və spor bayramına düşürdü. Məruzələrimizi bitirib Bursa, Kələs yaylasına getdik. Yaylada universitet gənclərinin qələbəliyi ilə yanaşı, şəhər sakinləri də gəlmişdir və hər kəs piknik edirdi. Yaylada Qaşqay Türklərinin dərnəyinin, Yörük Türkmən Birliyinin və Universitetin qurduğu çadırlar yenidən bizi pastoral əhval-ruhiyyədən otantik hisslərə doğru apara bildi. Bu necə duyğu idi axı?Bir yanda yaşıl yamaclı dağlar, təbiətin gəlhagəli, digər tərəfdə tarixin türk qoxusu buram buram dolurdu ciyərlərimizə. Əlimizdə son model telefonlarımız ilə bu pastoral-otantik mənzərəni nə qədər çəkə bilərdik ki? Müasirlik tarixiliyi nə qədər içinə ala bilərdi ki? Simpozium təşkilatçılarının məqsədi bizi tarixi köklərimizə qaytarıb, əslində kim olduğumuzu xatırlatmaq idimi bilmirəm, ancaq simpozium boyunca bizə təlqin edilən yöürklük (təkəməlik), türklük ensantenələrinin oxunan onlarla məruzədən daha təsirli olduğunu bilirəm. Təşkilatçılara bu mənada sonsuz təşəkkür edirəm. Simpoziumdan bir “qucaq” mənəvi zənginlik və hüzur ilə qayıtdığım yol boyunca elə təyyarədəcə bu məqaləni yazıram... Tanrı Türkə yar olsun. Dos.Aynur Qəzənfərqızı Xəzər MAFİ-nin koordinatoru, folklorşünas

Əli Şamilə həsr edilmiş kitabların təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda Türk dünyasının mənəvi körpüsü, qocaman jurnalist, folklorşünas, publisist, ustad tədqiqatçı, AMEA Folklor İnstitutunun xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamilə həsr edilmiş "Türk dünyasının Əli Şamil hocası" və "Turan sevdalısı" kitablarının təqdimat mərasimi baş tutub. Kitablarda xüsusi ilə Əli Şamilə həsr edilmiş xatirələr toplanıb. Tədbirdə Əli Şamilin yaradıcılığı, araşdırmaları, mübarizəsi, Azərbaycan Xalq Hərakatında fəaliyyəti haqqında maraqlı, yadda qalan çıxışlar olmuş, həmçinin Əli Şamilin yetirmələrindən olan Aynur Qəzənfərqızının hazırladığı videorolik göstərilmişdir. Tədbirə aparıcılığı tədqiqatçı alim Nazir Əhmədli edirdi. Tədbir iştirakçılarından professor Bədirxan Əhmədli, jurnalist, yazıçı Səfər Alışarlı, yazıçı Sabir Rüstəmxanlı, Azərbaycanın İrandakı sabiq səfiri, tədqiqatçı alim Nəsib Nəsibli, Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər naziri Siyavuş Mustafayev, Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov, tədqiqatçı Ələsgər Siyablı, folklorşünas Ləman Süleymanova, jurnalist Qulu Məhərrəmli, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü.az xəbər portalının redaktoru Ceyhun Nəbi, Əli Şamilin digər əqidə dostları, mübarizə məfkurədaşları, iş yoldaşları öz fikirlərini, xatirələrini dinləyicilər ilə bölüşüblər.  Sözcü.az

“Yenə nağıl istəyirəm”

İyun ayının 8-də Moskvada gözəl həkim və  şairə-tərcüməçi, Rusiya, Azərbaycan və Avrasiya Yazarlar birliklərinin üzvü, AYB Moskva bölməsinin katibi Afaq Şıxlının rus dilinə tərcümə etdiyi, S. Rəhimlinin “Мне вновь хочется сказки” adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə Moskva və Moskva vilayətini üzrə fəaliyyət göstərən diaspora təşkilatlarının sədrləri və nümayəndələri, o cümlədən AYB Moskva bölməsinin üzvləri,  Banu Azərbaycan İctimai birliyinin qadın kollektivi iştirak etdi.  O qədər yadda qalan və rəngarəng bir gün oldu ki, hətta dünənki günü qürbətin soyuğundan buz kəsmiş ürəklərimizi,  içində vətən sevgisindən parlayan bir günəşin hərarərinə əritdik desəm, əsla yanılmaram.   “Yenə nağıl istəyirəm”  Özü nağıl istəyən səbəbkar, hər birimizi xoş xatirələrlə dolu qayğısız uşaqlıq illərinə qədər aparıb gətirdi. Hər birimizin yaddaşında sehirli izlər buraxan şirin nağılların taleyimizlə bağlılığından söhbət açıldı.  Uşaq dünyamızın sevimli anası, mərhum Ə.Cəfərzadənin və sözün qüdrətindən qala hörmüş bir çox klassiklərimizin ruhu yad edildi. Poeziyanın qələm əhlinə bəxş etdiyi gücün nələrə qadir ola biləcəyindən və sözün qılıncdan iti bir qüdrəti olduğundan bəhs edildi. Şifahi xalq ədəbiyyatımızın  yüksək pilləsi sayılan folklorlorumuzun, Burla xatun analarımızın, nənələrimizin bizə bəxş etdiyi şirin nağıllar və laylalar sayəsində  insanlığın, kamilliyin maddiyyat deyil, mənəviyyat olduğunu kitabın tərcüməçisi, redaktoru və ön sözün müəllifi – sevimli şairəmiz  Afaq xanım sayəsində bir daha əyani olaraq görmüş olduq. Öz nəvəsinin şirinliyindən dadmış kimi sevincini və həyacanını o xatun simasında görməmək mümkün deyildi. Elimizin gözəl məsəllərindən birində deyildiyi kimi:  “nəvə baladan şirin olur”. Bu bir mənəviyyat göstərici idi və bunu hazırki zamanda göstərə bilən xatunumuz –  Afaq xanıma da bu mənəviyyata sahib bir Azərbaycan qadını adına öz təşəkkürümü bildirirəm.  Afaq xanım çıxışında da sadəcə rus dilinə deyil, başqa dillərə də tərcümə olunmağımızın vacibliyindən, tərcümənin bir xalqın inkişafındakı rolundan söhbət açdı. Bizə miras qalan bu gözəl və mübariz ənənəmizin başqa dillərə tərcüməsinin vacibliyini vurğulayaraq, böyük mədəniyyətimizin göstəricisi rolunu xüsusi bir məharətlə dilə gətirdi.  Hər kəs öz nağılını yazır. Boşuna deməyiblər:  “insanın qədəri öz əlindədir”.  Hamılıqla Səidə xanıma: Allah öz qüdrətindən ən gözəl pay versin, deyirik. Çünki onun yolu haqq yoludur. Bizlər – tarix boyu başı bəlalar çəkmiş odlar diyarının qəlbi Kür, Araz kimi coşğun törəmələriyik!  Tomrislərin, Burla xatunlarımızın davamçılarıyıq.  Səidənin şeirlərində tarixi gerçəkliyi, kimliyimizi, dilimizin, mədəniyyətimizin zənginliyini görür və duyuruq. Bir qadının gözəlliyi onun simasında deyil, eşqə və ulu köklərinə olan dərin düşüncələrində, içində bəslədiyi sevgiyə olan dönməz sədaqətindədir!   Bizim qaynaqlandığımız Azərbaycan qadınına xas ən böyük xüsusiyyətdir – körpəsini nağıl dolu laylalarla bəsləmək. Məhz laylayla! Radikalizmin zəhərli hüceyrələriylə övladının körpə beynini zəhərləyib, onu insanlıqdan qoparan ağıyla-şüvənlə deyil! Bu baxımdan, ürəyini şam edən iki işıqlı insanın qəlbinin közündən daha böyük ocaqların yanması diləyilə,  S.Rəhimlinin nağıl dünyasına rəng qatan hər kəsə ayrı ayrılıqda çox sağ ol, deyirəm!  Arzu edirəm ki, onun nağıl dünyasından bəhrələnən   gül balalar insanlığa, torpağa, kainata sevgi və məhəbbətlə böyüsünlər. Bizə gözəl anıları yaşadan hər iki səbəbkara kitabın anası, Səidə xanıma və ana nənəsi Afaq xanıma minnətdarlığımızı bildirir və daha böyük yaradıcılıq uğurları arzulayırıq. Onlarla bərabər, qarşıda yeni imza atacaqları kitabların işığına yığılmağı diləyirik.  Sonda tədbirin təşkil olunmasında, başda Moskva şəhəri Qərb bölməsi azərbaycanlılarının Milli Mədəni Muxtariyyatının sədri Əli Kazımov olmaqla, əməyi keçən hər kəsə minnətdarlğımızı bildiririk!

Böyük yurdun könül bayraqdarı Əli Şamilə həsr olunmuş kitabların təqdimatı keçiriləcək

11 iyun saat 11:00-da Yazıçılar Birliyinin Natəvan klubunda böyük yurdun könül bayraqdarı Əli Şamilə həsr edilmiş "Türk dünyasının Əli Şamil hocası" və " Turan sevdalısı" kitablarının təqdimat mərasimi keçiriləcək. Əli Şamilin  mübarizə yoluna, mətbu həyatına işıq salan xatirələr, yazılar maraqlı məlumat və bilgilərlə zəngindir. Təqdimat mərasimində hər kəs iştirak edə bilər.  Sözcü.az

Əfqanıstanda “intihar batalyonu” adlandırılan kəşfiyyat dağ batalyonunun komandiri Vyaçeslav Malbaxovun xatirələri

Ailəmizdə altı uşaq olub. Valideynlər üçün çətin idi. Ona görə də qohumlarımdan biri mənə Orconikidzedəki Suvorov məktəbi haqqında danışanda məni ora göndərmək qərarına gəldilər. Mən həyəcanlanmadım, amma mübahisə edə bilmədim. Düzünü desəm, hərbi forma geyinmək imkanı məni cəlb etdi. Bir ildən sonra mən oradan qaçdım. Müəllimlərin bizə verdiyi məşqdən sonra heç bir forma daha cəlbedici olmadı. O vaxt orduya nifrət edirdim. Amma könüllü qərarla məni məktəbə qaytardılar...  Təvazökar oldum və hətta öyrənməkdən həzz almağa başladım. Daha doğrusu, bizə atəş açmağı öyrətdiyimiz hissədən. Və hətta rəqs dərslərinə müqavimət göstərməyi dayandırdım. Bizə polonez, fiqurlu vals öyrədilirdi, hər şənbə başqa təhsil ocaqlarından qızların dəvət olunduğu məktəbdə rəqslər olurdu.  Kolleci üç-dörd qiymətlə, Orconikidzedəki ali hərbi məktəbi əla qiymətlərlə bitirmişəm. Böyüdüm və anladım ki, ordu əbədidir. Amma zabit olduğumu, vətənə borcum olduğunu, o vaxt dedikləri kimi, yalnız o zaman baş verdi ki, mən artıq baş leytenant olmuşam və Almaniyanın Olimpiksdorf şəhərində yerləşən diviziyaya kəşfiyyatçı kimi göndərilmişəm. şirkət komandiri.  Nalçikə tətil səfərləri sensasiya yaratdı - qızların sonu yox idi. Kəşfiyyatçının forması, çiyin qayışları, sirləri və xüsusən də xidmət yeri çox cəlbedici idi, görünür... Ondan amansızcasına yararlandım. Amma yerləşdi, özünə arvad seçdi və onu da Almaniyaya apardı.  Sonra pəncərədən kənarda mənfi 40 olan Arxangelsk, sonra Moskva Ali Hərbi Kursları, sonra Əfqanıstan var idi.  Mən mayor dərəcəsini təzəcə almışdım və Arxangelskdəki kursdan qayıtmışdım ki, diviziya komandiri məni çağırdı və preambula olmadan soruşdu: “Sən də Əfqanıstana getməkdən qorxursan ?” Yaxşı, qafqazlıdan nədənsə qorxduğunu necə soruşa bilərdin ? Məlum oldu ki, bizim diviziyanın bir neçə zabiti bundan imtina edib, onları tutduqları vəzifələrdən uzaqlaşdırıblar və rütbələri aşağı salınıb. razılaşdım. Mənə bir aylıq məzuniyyət verdilər, onu dəlixanadakı kimi keçirdim. Ətrafda hamı ağlayır, inandırır, qorxur... Amma mən çox istəyirdim ki, getmək istəyirdim və 1981-ci il mayın 9-da təyyarəmiz Kabilə enir.  Məni “intihar batalyonu” da adlandırılan ayrıca kəşfiyyat dağ batalyonunun komandiri təyin etdilər. Bu cür birləşmələrin digərlərindən nə ilə fərqləndiyini anlamaq üçün onların başqaları ilə birlikdə hərbi əməliyyatlarda iştirak etmədiyini bilmək kifayətdir. Onlar komandirin tam məsuliyyəti altında müstəqil hərəkət edirlər.  Bir neçə gündən sonra mən artıq Uca Tanrıya üz tutdum: "Mən burada nə edirəm?" İstilik üstəgəl 70, isti torpaq, daimi susuzluq... Və Əfqanıstanda olduğum beşinci gündə ilk döyüşüm oldu, ilk yüngül yaramı orada aldım. Və əsgərimin öldüyü yer. Onu götürmək üçün meyitxanaya getməli oldum. Gələndə çoxlu cəsədlərin olduğu böyük bir çuxur gördüm. Belə bir istidə hamı qışqırır: “Tez gəl, hansını götür!” Özümü pis hiss etdim...  Bir neçə gündən sonra insan öldürməyin nə demək olduğunu başa düşdüm. Ərazini təmizləyirdik. Mən BMP qülləsində ruhların hansı tərəfdən görünəcəyini gözləyirdim ki, ora tələsdim. Və birdən maşının düz qarşısında göründülər. Mən onları bir avtomatik partlayışla yerə sala bildim. Nə hiss etdin? Birincisi, sevinc: mən nə gözəl insanam! Sonra silkələdi... Vəziyyətimi gizlədə bildiyimi düşündüm, amma məmurun başqasına dediyini eşitdim: “İndi ona toxunma, özünə gəlsin”.  Mən bu müharibəyə girməsəydim, əsl qəhrəmanlığın, əsl xəyanətin nə olduğunu heç vaxt bilməzdim. Kurskdan olan şən yoldaş və zarafatcıl leytenant Pravdini hələ də xatırlayıram ki, bir saniyədən sonra zirvədə qalmaq qərarına gəlib, bizə geri çəkilmək imkanı vermək üçün güclü atəşin altında dərədə uzanıb. Onunla beş ən yaxın dostu qaldı. Döyüş demək olar ki, bir gün davam etdi. Pravdinin pulemyotları susdu, əsgərlər ağladılar... Həmin döyüşdən bir gün sonra biz dərədən keçərək oğlanlarımızın yanına getdik. Onların o vaxt gördükləri şəkil indi də məni təqib edir. Cəsədlər istidə o qədər şişib ki, onlara yaxınlaşmaq mümkün olmayıb. Nə burun, nə qulaq... Onları qaldırıb dərənin ensiz cığırları ilə aşağı aparmaq mümkün deyildi. Biz onları uçurumdan aşağı itələdik, aşağı düşdük, yenidən itələdik... Və artıq aşağıda sınıq, eybəcər meyitlər yağış paltarına bükülmüş və batalyona aparılmışdı.  Yadımdadır, elit hesab edilən hava hücumu şirkətinin komandiri necə toyuq-cücərərək dəstəsini təhlükəsiz yerə apardı. Dushmanları mühasirəyə alanda o, təyin olunmuş hündürlükdə deyildi və bununla da onlara sakitcə getməyə icazə verdik. Həmin döyüşdə çoxlu insan itirdik... Sonra ondan soruşdum: “Niyə?” O, sakitcə cavab verdi: “Bu, mənim müharibəm deyil”.  Mən də başa düşmədim ki, bizim orada nə işimiz var, oğlanlar niyə ölür. Mən hələ də bilmirəm. Amma bizə əmr olundu, bizə öyrədilən şeyi etdik.  Bütün əməliyyatları səhər tezdən həyata keçirdik. Təsdiqlənmiş taktika: Bu, insanların özünü ən çox yorğun hiss etdiyi vaxtdır. Günorta qayıtdıq və yatmağa getdik. Axşam isə daha bir əməliyyat olacaq. Televizorlar, radiolar yoxdur. İstilik dözülməzdir. Dərin çuxurlar qazıb üstünə çadırlar qoydular. Çuxurlarda yaşayırdılar - orada ən azı bir az sərin idi. Əsgərlər özləri üçün bəzi əyləncələr hazırladılar. Diviziya komandiri general Qromov yoxlamaya gələndə az qala insult keçirəcəkdi. O və mən ərazidə gəzirdik, birdən çadırın küncündən nəhəng monitor kərtənkələsinin üzü göründü. Qromov tapançasını tutmaq istəyərkən ağızlıq yox oldu. General küncə qaçdı və bu monitor kərtənkələsinin itaətkarlıqla sahibinin arxasınca qaçdığını gördü: əsgər onu iplə aparırdı. Diviziya komandiri çadıra düşüb yerində donub qaldı. Hər çarpayının başlığına bir monitor kərtənkələ bağlanmışdı. Bəzilərinin kiçik ev heyvanları var idi, bəzilərinin isə timsahları xoşlayırdı. Uşaqlar...  Mən Əfqanıstanda 2 il 2 ay 9 gün qaldım. O, üç yara, iki ağır beyin silkələnməsi aldı. Və Qırmızı Ulduz ordeni. Və getməzdən bir gün əvvəl evdən mənə yazdıqları bütün məktubları yandırdım. Hər şeyi tez unutmaq istəyirdim. Gözləri bağlı olan oğlanlarımın üzünü unudun...  Amma yenə də hər şeyi xatırlayıram...  23 fevral mənim üçün ən vacib bayramdır. Televizorda hərbi parad görəndə boğazımda bir yumruq qalxır. Yadımdadır, əvvəllər xidmət edəndə formamdan bezmişdim. Tətildə qızım yalvardı ki, geyinim, şəhəri mənimlə gəzə bilsin. Amma formanı görə bilmədim. İndi, bu qədər ildən sonra ona yaxşı baxmağa başladım. 23-də isə ön paltarımı geyinib şəhərə çıxacağam. Mən fəxr edirəm ki, Sovet Ordusunun zabiti olmuşam. Polkovnik Vyaçeslav Malbaxov

"Avrointeqrasiya Azərbaycan xalqının tarixi seçimidir" - Arif Hacılı

Bu günlərdə yaradılmasının 106 illiyini Müstəqillik Günü, dövlət bayramı kimi qeyd etdiyimiz Azərbaycan Xalq Cümhiriyyəti dövlət quruculuğu siyasətində xalqımızın gələcək inkişafı və milli mənafelərimiz naminə avrointeqrasiya xəttini əsas götürürdü.  1991 ci il oktyabrın 18 də Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” na görə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.  Bu sənədin əsas müddəaları sonradan ümumxalq referendumu vasitəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyana daxil edilib.  Avrointeqrasiya xəttinin milli mənafelərimizi əks etdirən əsas siyasi istiqamət olduğu həm ölkə Konstitusiyasında, həm də “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası” nda öz əksini tapıb.  Milli bayrağımızın üç rəngirdən biri belə seçdiyimiz bu yolun simvoludur.  Demokratik azadlıqlar və insan haqlarına, bərabər imkanlar prinsipinə əsaslanan bu yol M.Ə. Rəsulzadə və onun silahdaşları tərəfindən irəli sürülərək xalqın iradəsi ilə qəbul edilmiş, 70 illik fasilədən sonra Ə. Elçibəyin, onun silahdaşlırının təşəbbüsü və təşkilatçılığı, xalqın iradəsi ilə yenidən bərpa olunmuş bir yoldur.  Avrointeqrasiya Azərbaycan xalqının tarixi seçimidir və bu seçimi xalqın iradəsinin ziddinə olaraq heç kim dəyişdirə bilməz❗️ Arif Hacılı, Müsavat Partiyası Məclis sədri

Şınıx zonası İcra Hakimiyyətinin başcısı Sənan Quliyevin xatirələri

                        II hissə Yuxarıda qeyd etdiyim kimi “Azərbaycan gəncləri qəzetində “Dağlarmı günahkardır, yoxsa” başlıqlı məqalə dərc edildikdən sonra Şınıxa maraq və diqqət artmışdı. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun müəllimi Vaqif Bayramovun sədrliyi ilə Şınıx Xeyriyyə Cəmiyyəti (Şınıx Təşkilat Komitəsi) Azərbaycan SSRİ Nazirlər Sovetinin 22 yanvar 1991-ci il tarixli 21 г saylı sərəncamı ilə Şınıx zona XDS yaranmış, Şınıx zonasında rayon tipli idarə və müəssisələr təşkil olunmuşdur.  1991-ci ilin noyabr ayında respublikada XDS icraiyyə komitələri ləğv edildiyinə görə Şınıx zona XDS icraiyyə komitəsi ləğv edilmiş və Şınıx zona icra hakimiyyəti yaranmışdır... 1992-ci ilin yanvar ayında Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatında humanitar məsələlər şöbəsində baş referent vəzifəsinin icrasına başladım. Həmin dövrü xatırlayanlar bilir ki, Dağlıq Qarabağ hadisələrinin kəskin dövrü idi. Ermənistanla sərhəd bölgədə yerləşən Gədəbəy rayonunda, xüsusilə Şınıxda vəziyyət gərgin idi. Gədəbəy rayonunun digər bölgələri ilə Şınıx bölgəsinin arasında yerləşən erməni kəndi Başkənd quldur yuvasına dönmüşdü.  Şınıxda və digər sərhədyanı kəndlərdə əhali qorxu və səksəkə halında yaşayırdı. Şınıx bölgəsinin Ermənistanın iki rayonu-Krasnoselo və Berd rayonları ilə həmsərhəd olması vəziyyəti daha da çətinləşdirirdi. Milli ordu yenicə formalaşmağa başlamışdı. Şınıxın Düzrəsullu kəndində anadan olmuş polkovnik Cahangir Rüstəmovun komandanlığı altında Novosaratovka kəndində 861 nömrəli hərbi hissə təşkil olunmuşdur. Gədəbəy Rayon İcra Hakimiyyətinın başçısı Qənbər Qurbanovun rəhbərliyi ilə rayonda ordunun formalaşması, müdafiənin təşkili üçün fasiləsiz iş aparılırdı. Şınıxın kəndlərində yollar təmir olunur, sərhədboyu müdafiə işləri aparılırdı. Məni Şınıxa təhkim etmişdilər. Əsas diqqət müdafiə postlarının möhkəmləndirilməsinə yönəlmişdi. Gədəbəy rayon texniki təchizat birliyindən bir neçə “Leon” tipli ratsiya aparatlarını götürüb Şınıxın Mutudərə, Düzrəsullu, Göyəlli, Qaravəllər kəndlərində yerləşən postlarına payladım. Qaravəllər kəndinin qonşuluğunda yerləşən Tovuzun Qaralar kəndi ilə rabitə əlaqəsi təşkil etdim. 1992-ci ilin mart ayının 1-də Şınıx Zona İcra Hakimiyyətinin başçısı Musa Məmmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad olundu. Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsi müvəqqəti olaraq İsalı sovxozunun direktoru İsa Köçərliyə həvalə edildi. Həmin vaxt Rayon İcra Hakimiyyətinin başçısı Qənbər Qurbanovun tapşırığına uyğun müntəzəm olaraq Şınıxda olurdum. Zonada əhali arasında daimi bir qorxu höküm sürürdü. Başkəndlə Ermənistanın iki rayonu arasında qalan Şınıxda hərc-mərclik idi. Bir gün Şınıx zona Aqrar İstehsalat Birliyinin sədri Yusif Cəfərov və Arabaçı kəndində yerləşən “1 May” sovxozunun direktoru Baxış Nağıyev mənə yaxınlaşdılar. Onlar bildirdilər ki, gəl sən Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsinə razılıq ver. Qoy Qənbər müəllim səni həmin vəzifəyə təyin etsin. Zonada bu vəzifə səriştəsiz adamların əlinə keçməsin. Mən həmin təkliflə razılaşdım.  Yadında olanlar yaxşı bilir ki, həmin vaxt vəzifəyə kadrlar Rayon Soveti sədrinin Azərbaycan Xalq Cəbhəsinin rayon şöbəsinin və Rayon İcra Hakimiyyəti başçısının birgə razılığı ilə təyin olunurdu. Rayon Soveti sədrinin razılığı alınmışdı. Azərbaycan Xalq Cəbhəsi Gədəbəy rayon şöbəsinin sədrinin razılığı alınmamışdır. 1992-ci ilin may ayının 14-də Ayaz Mütəllibovun Milli Məclisin qərarı ilə yenidən Azərbaycan Respublikasının Prezidenti elan edilməsindən sonra, yəni mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi mənim təyinatımı gecikdirdi. May ayının 15-də Sabir Məmmədovun rəhbərlik etdiyi tələbələrdən ibarət silahlı dəstə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasını zəbt etdi. İcra başçısının möhürünü ələ keçirdi. Aparatın işçilərini işdən qovdular. Bir neçə gündən sonra möhür Qənbər Qurbanova verildi. Biz isə öz işimizə qayıtdıq. May ayının 28-də Respublika günü münasibətilə Ermənistanla sərhəddə yerləşən hərbi postlara yardımlar aparmaq üçün qruplar təşkil edildi. Mən Şınıxın Qaravəllər kəndi ərazisində yerləşən Ağdaş postuna təhkim olundum. Həmin gün anamın dayısıoğlu jurnalist Sabir Hüseynov da bizimlə birlikdə idi. Həmin günü hərbçilərlə birlikdə Respublika gününü qeyd etdik. Axşam saat 21 radələrində rayona –icra hakimiyyətinə qayıtdım. Rayon icra hakimiyyətində bütün otaqların işıqları yanırdı, Aparat işçiləri hamısı iş başında idi. Mənə dedilər ki, İsa Qənbərin sərəncamı ilə Qənbər Qurbanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Saat 22 radələrində Prezident Aparatının məsul işçisi Surxay Tağızadə rayona gəldi və sərəncamın icralarını təmin etdi. Qənbər Qurbanov sənədləri Saleh Rüstəmova verərkən bildirdi ki, Sənan Quliyevin Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmağı haqqında əmr hazırlayıb, istəyirsən mən imzalayım və yaxud istəsəniz siz imzalayın. Saleh Rüstəmov bildirdi ki, Sənan Quliyevi tanıyıram. Sabah əmri imzalayaram. Səhəri gün may ayının 29-da mənim Şınıx Zona İcra Hakimiyyətinin başçısı vəifəsinə təyin olunmağım barədə əmr imzalandı. Həmin gün rayon sovetinin sədri Ədalət Nəsibov məni Şınıx Zona İcra Hakimiyyətinin kollektivinə təqdim etdi. 1992-ci ilin may ayının 29-da mən həyatımın ən çətin, ən şərəfli dövrünə qədəm qoydum. Azərbaycanın qərbində yerləşən ən strateji əhəmiyyətə malik bir bölgənin idarəçiliyi mənə tapşırılmışdı. Öncə zonanın rəhbər şəxsləri, fəalları ilə görüşdükdən sonra müdafiənin hansı səviyyədə olduğunu öyrənmək üçün müdafiə postlarında oldum, əsgər və zabitlərlə görüşdüm. Zonanın Ermənistanla sərhəddində müdafiə işi yaxşı təşkil edilmişdi. Bir sıra strateji yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Sərhədboyu yüksəkliklərə ermənilər tərəfindən vaxtında yollar çəkildiyindən onlar rahat həmin yüksəkliklərdə möhkəmlənmişdilər. Milli Ordunun zabit və əsgərləri ilə görüşərkən əfsanəvi topçu-İsgəndər Aznaurov mənə yaxınlaşdı və bildirdi ki, Mor-Mor kəndi ilə Erməınistanın sərhədində yerləşən yüksəkliyi tutmasaq Şınıxın müdafiəsi təhlükə altında qalacaq. Ermənilər həmin yüksəkliyin sağ və sol tərəfindəki buza qüllə məsafəsində yerləşən yüksəkliyi tutmuşdular. Baxdım ki, çox düşünülmüş təklifdi. Lakin həmin yüksəkliyə yol yox idi. Tədbirlər planı hazırlayıb Gədəbəy Rayonu İcra Hakimiyyətinin başçısı Saleh Rüstəmova təqdim etdim. Zona ərazisində Şınıx zona yol idarəsinin 2 ədəd ÇTZ buldozeri var idi. Bundan başqa rayon mərkəzində Qarayev soyadlı traktorçunun idarə etdiyi Cebaksarı şəhərində istehsal olunmuş buldozer daxil olmaqla hər üç texnikanın iştirakı ilə həmin yüksəkliyə (hazırda Azərbaycan Respublikasının Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə “İsgəndər qalası” adlanır) yol çəkilməyə başlanıldı. Yolun tikintisi üçün 16 ton dizel yanacağı və digər texnikaların işləməsi üçün 20 ton benzin və 2 ton motor yağı tədarük olundu.  Yanacağın əksər hissəsi Düzrəsullu kəndində sovxozun yanacaq bazasında, bir hissəsi isə Bayram Hacıyevin komandir olduğu Düzrəsullu zastavasının həyətində yerləşən yanacaq çənlərinə boşaldıldı. 1992-ci ilin iyun ayının əvvəlində başlanan tikinti işləri avqust ayının 1-dək başa çatdırıldı. Yüksəkliyə yolun çəkilişi başa çatdırıldıqdan sonra orada istehkamın qurulması işləri aparıldı. Möhkəmləndirilmiş istehkamın qurulmasında Şınıx Xeyriyyə Cəmiyyətinin körpü tikintisi üçün Şınıxa gətirdiyi dəmir materiallardan istifadə olundu. Həmin materialların daşınmasında zonada yerləşən kolxoz və sovxozların texnikası bizə kömək etdilər. Hətta həmin dövrdə Düzrəsullu sovxozuna məxsus traktorlardan biri dərəyə yuvarlandı. Traktor sıradan çıxsa da traktorçu vaxtında kabinəni tərk etdiyinə görə ölüm hadisəsi olmadı. Həmin yüksəklikdən Krasnoselonun rayon mərkəzi aydın göründüyündən ermənilərin hərəkətlərini dəqiq müşahidə etmək olurdu. Həmin vaxtlar Şınıx zonasında elə surətli hadisələr baş verdi ki, sonradan təhlil aparanda bu hadisələrin qarşısının alınmasında yalnız uca Allahın yenilməz iradəsinin mənə kömək olduğunu dərk etdim. 1992-ci ilin iyun-iyul aylarında Şınıx zonasında yerləşən hərbi dəstələrə vahid rəhbərlik yox idi. 861 nömrəli hərbi hissənin qərarhagı Novosaratovka kəndində, Şınıx müdafiəsinə cəlb edilmiş batalyonun qərargahı isə Gədəbəy şəhərində, texniki peşə məktəbinin binasında yerləşirdi. Zonada yerləşən rotaların işinə batalyon komandirlərinin müavini kapitan Əlövsət Seyidov rəhbərlik edirdi. Zona İcra Hakimiyyətin başçısı kimi Mutudərə tibb məntəqəsinin “UAZ” markalı avtomobilini Əlövsət Seyidovun sərəncamına verdim. İş qrafikim səhər saat 8-dən başlaylb, gecə saat 2 radələrinə qədər çəkirdi. Xidməti “Niva” markalı avtomobilin yanacaq çəni hər gün doldurulsa da gün ərzində zona daxilində istər vətəndaşlarla, istərsə də hərbçilərlə görüşlər tam sərf olunurdu. Yuxarıda qeyd etdiyim kimi Şınıx zonasında rayon tipli dövlət qurumları-zona polis bölməsi, təhsil şöbəsi, sosial təminat şöbəsi, mədəniyyət şöbəsi, VVAQ şöbəsi, pasport masası, zona mərkəzi xəstəxanası, yol idarəsi, tikinti idarəsi, qaz idarəsi, Avtokalona, Aqrar istehsalat birliyi və digər qurumlarla bərabər Şınıx zona rabitə qovşağı da fəaliyyət göstərirdi. Rayon mərkəzi və hərbi hissələrin qərargahları ilə rabitə əlaqələri hər an ermənilərin yaşadıqları Başkənd kəndinin ərazilərindən keçirdi. Rabitə əlaqələri hər an danışıqların ermənilər tərəfindən dinlənilməsi təhlükəsi var idi. Buna görə də qərara aldıq ki, Tovuz rayonunun ərazisindən keçməklə Düzrəsullu kəndi ilə Novosaratovka kəndi arasında yeraltı rabitə xətti çəkilsin. Bu işə rəhbərlik Şınıx rabitə qovşağının mühəndisi Ələddin Sarıyevə tapşırıldı. O, bu işin öhdəsindən layiqincə gəldi. Beləliklə, Şınıxla-Novosaratovka kəndi arasında etibarlı rabitə xətti quruldu. Şınıx Zona İcra Hakimiyyəti və Şınıx polis bölməsi Düzrəsullu kənd orta məktəbin binasında yerləşirdi. Həmin məktəb Şınıx zonasında tikilmiş ilk müasir tipli məktəb idi. 1992-ci ilin iyun ayının əvvəlində Şəmkir rayonundan olan igid oğlanlardan təşkil olunmuş “Dəli Kür” hərbi dəstə Şınıxa gəldi. 76 nəfərlik dəstə Düzrəsullu kənd orta məktəbinin binasında Şınıx Zona İcra Hakimiyyətinin qonşuluğunda yerləşdirildi. Zonada yerləşən hərbi hissələr ilk vaxtlar ərazidə yerləşən 6 çörəkbişirmə müəssisələri tərəfindən çörəklə və digər ərzaqlarla təmin olunmuşdu. Düzrəsullu kəndində yerləşən rotanın komandiri Tofid İsmayılov əvvəllər Şınıx Zona İcra Hakimiyyətinin işçisi olmuşdu. Onların iş yerləri saxlanılırdı. Düzrəsullu rotasının tərkibinə daxil olan Məzahir Rüstəmovun xidmət etdiyi vzvod mühüm strateji məntəqədə Krasnoselo-Başkənd yolunun üstündə Mutudərə kəndində yerləşirdi. Vzvod komandirinin müavini kimi Məzahir Rüstəmovun sayəsində Mutudərə zastavasında ciddi intizam qaydaları hökm sürürdü. Hər dəfə həmin zastavaya baş çəkəndə mən orada daha bir yeniliyin şahidi olurdum. Şınıxın müdafiəsinin təşkilində İsgəndər Aznaurovun müavini Sahib Rüstəmovun xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Sahib Rüstəmov istedadı və bacarığı ilə ad çıxarmışdı. Qeyd etdiyim kimi sərhəd postlarının qurulması işi yarımçıq qalmışdı. Göyəlli, Qaravəllər kəndlərinin yaxınlığında yerləşən hərbi postların qurulmasına Yevlax rayonundan gəlmiş tikinti briqadası cəlb edilmişdi. İşin gedişi bizi qane etmirdi. Ona görə də işi sürətləndirmək üçün zonada yerləşən 2 kolxozun və 3 sovxozun texnikasının bu postların tikintisinə cəlb etməli oldum. Ermənsitanın Krasnoselo rayonundan daim Şınıxa hücüm gözlənilirdi. Krasnoselo-Başkənd yolu müasir tipli yol idi. Həmin yolda bütün növ hərbi texnika asanlıqla hərəkət edə bilirdi. Hücüm təhlükəsini azaltmaq, hər hansı hücüm planının qarşısını almaq üçün yolun partladılması lazım olacaqdı. Bunun üçün Şınıx yol idarəsindən Balakən rayonuna partlayıcı maddə gətirmək üçün avtomobil göndərdim. 1 tona yaxın partlayıcı maddəni 861 nömrəli hərbi hissəyə təhvil verdik. Şınıxın müdafiəsində əməyi olan şəxslərdən biri, xeyriyyəçi, səmimi insan Dövlət Məmmədovun xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Dövlət Məmmədovla məni qohumum jurnalist Sabir Hüseynov tanış etdi. Dövlət Məmmədov gecəgörmə cihazlar daxil olmaqla xeyli hərbi sursat gətirmişdi. Bundan başqa tikiş maşınları da gətirmişdi ki, Şınıxda əhalinin məşğulluğuna kömək etsin. Hərbi sursat hissələrə təhvil verildikdən sonra Sabir Hüseynov, Dövlət Məmmədov və mən Dördlər kəndində Aşıq Musanın qonağı olduq. Gecə səhərə qədər Şınıxın müdafiəsi və gələcəyi barədə söhbətlər etdik. Başkənd təhlükə mənbəyi olaraq qalırdı. Ermənilər çalışırdılar ki, Şınıxın sərhəd kəndləri arasında hərbi postlar yerləşdirsinlər. Onların bütün cəhdlərinin qarşısı qətiyyətlə alındı və Başkənd ətrafında erməni postlarının qoyulmasına imkan verilmədi. Yalnız Başkəndin giriş və çıxışında postlar qalırdı. Novasaratovkadan Şınıxa-Başkəndə girmədən əlavə yol çəkilmişdi. Həmin yol çox təhlükəli idi. Tək avtomobilin həmin yolda hərəkət etməsi mümkün deyildi. Yuxarıda qeyd etdiyim kimi ermənilər 1990-cı ilin yanvar ayının 30-da Başkənd ərazisində olan “jiquli” avtomobilini dayandırmış və avtomobildə olan şəxsləri qəddarlıqla öldürmüşdülər. Bir gün Ermənilər Şınıxa gələn avtomobilin qabağını kəsərək onlara maneçilik törətmək istəmişdilər. Biz kəndin rəhbərliyi ilə Mutudərə zastavasının yaxınlığında danışıq aparıb, onların bu hərəkətlərinə son qoymasını tələb etdik. Ermənilər özlərini çox narahat hiss edirdilər. Krasnoselo-Başkənd yolunun üzərində yerləşən Mutudərə zastavasından onların bütün hərəkətlərinə nəzarət olunurdu. 1992-ci ilin son günləri idi. Batalyon komandirinin müavini Əlövsət Seyidov mənə yaxınlaşıb bildirdi ki, ermənilər Başkənddə Sizinlə danışıq aparmaq istəyirlər. Biz isə adətən Mutudərə zastavasının ərazisində danışıq aparırdıq. Mən təklifi qəbul etmədim və ona bildirdim ki, mənim kəndin içərisinə gedib ermənilərlə hər hansı danışıq aparmaq fikrim yoxdur. Həmin danışıq rayon və respublika rəhbərliyi ilə razılaşdırılmamışdır. Əlövsət Seyidov sürücü Məhərrəm və Düzrəsullu kəndinin icra nümayəndəsi Vilayət Məmmədov birlikdə Başkəndə getdilər. Mən bir neçə nəfərlə Başkəndlə Düzrəsullu sərhəddində idim. Aradan 20 dəqiqə keçdikdən sonra gördüm ki, Əlövsət Seyidovun getdiyi “UAZ” markalı avtomobil sürətlə bizə tərəf gəlir. Avtomobil gəlib yanımda dayandı. Avomobili Əlövsət Seyidov idarə edirdi. Seyidovun yanında bir nəfər kapitan formasında erməni hərbçi oturmuşdu. Onun əlində qumbara var idi. Ermənilər Vilayət Məmmədov və Məhərrəmi avtomobildən düşürüb, onları döymüş və Seyidovdan mənim Başkəndə gətirilməyimi istəmişdirlər. Seyidov məndən bir daha Başkəndin mərkəzinə gedib ermənilərlə görüşməyimi istədi. Mən ermənilərin çinkin niyyətini başa düşüb, getmədim. Seyidovdan onlarla gələn erməni hərbçisini də götürüb ərazini tərk etməsini tələb etdim. Sonradan öyrəndim ki, görüş baş tutsaydı ermənilər məni kirov götürəcəkdilər.. Aradan bir müddət keçdi. Axşam saat 22 radələri olardı: Yaşadığım evin yaxınlığında yerləşən posta idi. Güclü atışma başladı. Məlum olmayan qüvvələr tərəfindən post və mənim yaşadığım ərazi atəşə tutulurdu. Mən dərhal ratsiya ilə Şınıx polis bölməsinin rəisi Tofiq Qarayevdən və Düzrəsullu kəndində yerləşən “Dəli Kür” dəstəsindən kapitan Sərdar Heydərov başda olmaqla kömək istədim. Sərdarın dəstəsi bizim evə gəldi, Tofiq Qarayevin dəstəsi digər tərəfdən Göyəlli kəndindən həmin posta tərəf irəlilədi. Hərbi köməyin gəldiyini görən silahlı dəstə üzvləri atəşi dayandırıb qaçmalı oldular. Həmin gündən qədər sonra səhəri Bakıda yaşayan dayım Fərman Süleymanov axşam saat 20 radələrində bizim evdə mənimlə söhbət edirdi. Bir ar keçmiş Fərmandan böyük olan dayım İsbəndiyar idarə ediyi “Ural” markalı avtomobillə bizim yanımıza gəlirdi. Dayım Fərmanla mən onun qabağına çıxdıq. Bu zaman evin qabağındakı kolluqdan atılan güllə Fərmanla mənim aramdan keçdi. Vəziyyət çox ciddi idi. Müəyyən qüvvələr zonada aparılan işlərə maneçilik törətmək və ərazidə hərc-mərclik yaratmaq istəyirdilər. Mən Gədəbəy rayon polis şöbəsinə müracət edərək təhlükəsizliyimin qorunması üçün kömək istədim. Rayon polis şöbəsi isə mənim müraciətimə müsbət yanaşmadı. Şınıxda bizim qohum- əqrabanı “çeçenlər” adlandırırdılar. Ona görə də məkrli qüvvələr açıq şəkildə mənə qarşı təxribat törədə bilmirdilər. Hərəkət marşurutumu tez-tez dəyişməli olurdum. Bu isə onların çirkin niyyətlərini həyata keçirməyə mane olurdu. Yaşadığım ev Ermənistan sərhəddinə yaxın idi. Kəndin ərazisindən Ermənistan ərazisinə atılan qrad mərmilərin ikinci atışı bizim evin üstündə baş verdi. Zonanın rəhbər şəxslərindən Göyəlli kəndinin icra nümayəndəsi Ələddin Qurbanov, Hacılar kəndinin icra nümayəndəsi Əsəd Alıyev, Düzrəsullu kənd icra nümayəndəsi Vilayət Məmmədov, Arabaçı kənd icra nümayəndəsi Mirzə Quliyev, Arabaçı sovxozunun direktoru Baxış Nağıyev, Göyəlli kolxozunun sədri Subhan Orucov, Hacılar kolxozunun sədri Mədəd Hacıyev, Şınıx zona Aqrar İstehsalat Birliyinin rəisi Nazim Babayev və Şınıx polis bölməsinin rəisi Tofiq Qarayevlə birgə ərazidə müdafiənin təşkili, ictimai asayişin qorunması, əhalinin təhlükəsizliyinin təmin olunması üçün fasiləsiz olaraq gərgin iş aparırdım. İsgəndər Aznaurovun topçu dəstəsi Mor-Mor kəndinin üstündə “Daşlı boyun” deyilən ərazidə erməni mövqelərindən aşağıda yerləşirdi. Ermənistanın hədəf nöqtələrini müəyyən etməkdə çətinlik yaranırdı. Həmin vaxtlar xidməti “Niva” markalı avtomobillə Hacılar kəndinin ərazisində yerləşən teleötürücü qüllənin yaxınlığındakı təpəyə çıxaraq ermənilərin atəş nöqtələrini müəyyən edib koordinantları İsgəndər Aznaurova ötürdük. Bu işdə icra nümayəndələri Ələddin Qurbanov və Əsəd Alıyev mənə yaxından köməklik göstərirdilər. İsgəndər Aznaurovla birlikdə bizim evin yaxınlığında yerləşən təpədə quraşdırılmış 100 mm-lik topun şəxsi heyəti də fədakarlıq göstərirdilər. Onlar tərəfindən ermənilərə məxsus hərbi texnikanın hərəkətinə imkan verilmirdi. Ləzgiqaya yüksəkliyi və ətraf ərazilər daim həmin topun nəzarətində olurdu. 1992-ci ilin avqust ayı yaxınlaşdıqca Şınıxda vəziyyət gərginləşirdi. Ara-sıra baş verən hadisələr nəticəsində Novasaratovka-Başkənd-Şınıx yolu, Krasnoselo-Başkənd yolu bağlanırdı. Bu isə hər iki tərəfdə hərbi toqquşmanı yaxınlaşdırırdı. Novosaratovkadan-Şınıxa getmək üçün Tovuz rayonunun Böyük Qışlaq kəndindən keçməklə uzun bir yol keçilməli olurdu. Avqust ayının 2-də erməni hərbçilərinin atdığı top mərmisi Şınıxın Çayrəsullu kəndində Sinəxanım Məmmədovanın yaşadığı evə düşdü. Ermənilərin top atəşi nəticəsində zonada elektrik enerjisi kəsildi. Mənim iş yerimlə (Düzrəsullu kəndi) qaldığım (Sonalar kəndi) yerin arasında 11 km məsafə var idi. Axşam saat 9 radələrində xidməti avtomobili ratsiya ilə yanıma çağırdım. Çünki, avtomobillərdə olan ratsiya ilə ətraf aləmlə əlaqə saxlayırdım. Sürücü Qabil Məmmədov iş yerinin yaxınlığında, Düzrəsullu kəndində qalırdı. O, çağırışa gəlməkdən imtina etdi. Məcbur olub Hacılar kolxozunun sədri Mədəd Hacıyevlə birlikdə QAZ-53 markalı avtomobillə iş yerinə gəldim. Qabil Məmmədov yenə də avtomobili idarə etməkdən boyun qaçırdı. Bir təhər Düzrəsullu kənd sakini Sultanəli Cəfərov xidməti avtomobili idarə etməyə razı saldıq. Xidməti avtomobillə Çayrəsullu kəndinə hadisə yerinə getdim. Ermənilərin top mərmisinin partlaması nəticəsində Sinəxanım Məmmədova və ailənin digər 2 üzvü həlak olmuşdu. Əhali vahimə içərisində idi. Zonanın rəhbər şəxslərini səfərbər edib ərazidə sakitlik yaratdıq. Rayon rəhbərliyi ilə əlaqə saxlayıb səhəri gün həlak olanları dəfn etdik. Həmin vaxt on min nəfərlik əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən Şınıx zonasında sərhədlərin müdafiəsi ilə yanaşı əhalinin təhlükəsizliyinin qorunması ən aktual məsələyə çevrilmişdi. Avqust ayının 3-də Ermınistanın Krasnoselo rayonu ilə Mutudərə kəndinin sərhəddində atışma zamanı 3 nəfər erməni yaraqlısı öldürüldü və xeyli hərbi sursat ələ keçirildi. Vəziyyət getdikcə çətinləşirdi. Ermənilər Krasnoselo-Başkənd yolunu açmaq üçün hücüma hazırlaşırdılar. Mutudərə və Qasımağalı kəndlərinin əhalisinin köçürülməsi zərurəti yarandı. Rayondan bir neçə avtobus və İsalı sovxozunun avtomobilləri vasitəsilə hər iki kəndin əhalisinin bir hissəsini çıxara bildik. 1992-ci ilin avqust ayının 6-da səhər tezdən Mutudərə zastavasının komandiri Şahbaz və Mutudərə kənd sakini Ələddin müəllim mənim yanımda oldular. Onlar ermənilərin hücüm edəcəyini və buna görə də Mutudərə zastavasına əlavə kömək verilməsini istədilər. Mən dərhal polis bölmə rəisi Tofiq Qarayev başda olmaqla 20 nəfər milis işçisini, Sərdar Heydərov başda olmaqla “Dəli Kür” dəstəsindən 20 nəfər hərbiçini-cəmi 40 nəfəri Mutudərə zastavasına köməyə göndərdim. Ermənilərin ilk hücümü saat 12 radələrində dəf edildi. Həmin vaxt ratsiya ilə məlumat verdilər ki, Ermənilər Şınıxın digər hissəsində yerləşən Qaravəllər kəndini atəşə tutub. Xeyli ölən və yaralanan var. Şınıx polis böləməsinin rəisi Tofiq Qarayevlə birgə təcili yardım briqadası götürüb. Qaravəllər kəndinə getdik. Kəndə çatanda gördük ki, ermənilərin atdığı top mərmiləri bir neçə evin həyətyanı sahəsinə düşsə də xoşbəxtlikdən ölüm yoxdur. Saat 14 radələrində Hacılar kəndinin icra nümayəndəsi Əsəd Alıyevlə (onun avtomobilində ratsiya var idi.) Çayrəsulluya qayıtdım. Yolda Mutudərəyə köməyə göndərdiyim polis işçisi Şakirlə rastlaşdım. Ondan soruşdum ki, Sizin dəstə Mutudərəni müdafiə etməli idi. Nə oldu? Dedi ki, köməyə göndərdiyin hərbi dəstəni geri çağırdılar. Erməni tankları artıq Mutudərəni keçib Başkəndə giriblər. Xidməti avtomobili ratsiya ilə çağırdım. Avtomobil Çayrəsullu məktəbinin yaxınlığında Şınıx-Qaradaş yolunun üstündə durmuşdur. Aramızda 150 metrə masafə var idi. Əsəd Alıyev kəndə qayıtdı. Mən avtomobilin yanındakı körpünü keçib yola çıxdım. Sürücü avtomobili qaçırmışdı. Ərazidə köç başlamışdı. Bütün kəndlərdə əhali daşınan əşyaları müxtəlif növ nəqliyyat vasitələrinin köməyi ilə ərazidən çıxarırdı. Şınıx mədəniyyət şöbəsinin avtomobilinin sürücüsü Qoşqar Tağıyevin köməyi ilə xidməti avtomobili Tovuz rayonunun Qaradağ kəndi ərazisində tapdım. Artıq gecə saat 12 radələri olardı. Sürücü qəti olaraq avtomobili idarə etməkdən imtina etdi. Mən bir neçə nəfərin köməyi ilə avtomobili Qabil Məşədiyevdən aldım. Mədəniyyət şöbəsinin sürücüsü Qoşqar Tağıyev məni qardaşım Adıgözəli və bir nəfər adını bilmədiyim kapitan rütbəli hərbçini Tovuzla Şınıx sərhədinə gətirdi. Həmin vaxt Qoşqarın ailə üzvləri bizim yanımıza gəldi və onun avtomobili idarə etməsini istəmədilər. Mən heç bir sürücülük təcrübəsi olmadan xidməti avtomobili idarə etməyi qərara aldım. Bir təhər avtomobili Çayrəsullu kəndinə gedənə qədər idarə etdim. Ratsiya ilə bütün postlarla əlaqə saxladım və əhalinin sakitliyinə çalışdım. Xalam oğlanları Baxış Hüseynovla Talıb Həmzəyevi köməyə çağırdım. Həmin gecə avtomobili xalam oğlu Baxış Hüseynov idarə etdi. Həmin gecə Düzrəsullu-Başkənd və Tovuz rayonunun Göyəbaxan kəndlərinin sərhədində yerləşən “Qaradağ” postunda Məhərrəm Ələsgərov ratsiyada fasiləsiz olaraq kimləri isə söyür, onları satqın adlandırırdı. Sonradan öyrəndim ki, Məhərrəmin mənim və digərlərinin həmin gecə ratsiya ilə olan danışıqlarını Şınıx Xeyriyyə Cəmiyyətinin sədri Vaqif Bayramov yazdırırmış. Gecə Gədəbəy tərəfdən Böyük Qışlaq yolu ilə Məhərrəm Hüseynovun dəstəsi köməyə gəldi. Gecə həmçinin Gədəbəy rayon prokurorunun köməkçisi Aytəkin Paşayev MTN Gədəbəy rayon şöbəsinin rəis müavini Vahid İsmayılov və Şahin Əliyevdə Şınıxa gəlmişdilər. Onlarla mən Şınıxın mərkəzində yerləşən bazarın yanında görüşdüm. Vəziyyətlə tanışlıqdan sonra avqustun 7-də onlar rayon mərkəzinə qayıtdılar. Səhər tezdən ermənilərin hücumu nəticəsində Mutudərənin müdafiəsi zamanı Məzahir Rüstəmovun qəhrəmancasına həlak olması xəbərini aldım. Gecə ikən qadınlar və uşaqlar kəndləri tərk etmişdilər. Postlarda dayanan əsgərlərə yemək çatdırmaq lazım idi. Odur ki, onlara çörək və digər ərzaqlar toplayıb özümüz çatdırmalı olduq. Ayın 7-də Başkəndə Gədəbəy tərəfdən hücüm gözlənilsə də, həmin gün heç bir əməliyyat aparılmadı. Avqustun 8-də Başkəndin, Mutudərə və Qasımağalı kəndlərinin erməni işğalçılarından azad edilməsi planı hazırlanmışdı. Şınıx tərəfdə Fərzalı xəstəxanasında gərargah yatarmışdıq. Şınıx zonasında döyüşən əsgər və zabitlərin ərzaq təminatını, yaralanan və ölən hərbçilərin daşınması və yerləşdirilməsi işlərini qərargahdan idarə edirdim.  (ardı var) Sənan Quliyev 

Şınıx zonası İcra hakimiyyətinin başcısı olmuş Sənan Quliyevin xatirələri

Son vaxtlar Şınıx bölgəsi, onun qəhrəman müdafiəçiləri haqqında, mətbuatda, digər kütləvi informasiya vasitələrində yazılar gedir. Mən ilk öncə bütün Şınıxlılar, bütün Gədəbəylilər qarşısında, eyni zamanda doğma vətənimizin bir parçası olan Şınıxın müdafiəsində iştirak edən insanların qarşısında həlak olan vətən oğullarının ruhu qarşısnda baş əyirəm. Əziz dostlar Hələ uşaqlıqdan vətən sevgisi mənim başlıca amalım olub. Əmək fəzliyyətimə doğma kəndim Şınıxın Hacılar kəndində 1978-ci ildə müəllimliklə başlamışam.Daha sonra 1982-ci ilin dekabr ayında Gədəbəy Rayon Partiya Komitəsinə təlimatçı təyin olunmuşam.Şınıxın müdafiəsi ilə bağlı ilk tapşırığı 1983-cü ilin aprel ayında almışam. 1983-cü ilin aprel ayının 30-da Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi Əli Bayramovun yanına dəvət olundum. Mən kabinetə girəndə birinci katibin yanında ağ saçlı, nurani bir şəxs əyləşdi. Həmin şəxs Dövlət Təhlükəsizlik Komitəsinin Şəmkir rayon şöbəsinin rəisi rəhmətlik Hüseyn Rəhimov idi. Mənə bildirdilər ki, Ermənistan Türkiyə sərhədində yerləşən Amasiya rayonunda ermənilərlə-azərbaycanlılar arasında qarşıdurma olub. Aldığımız məlumata görə Gədəbəy rayonunun Şınıx bölgəsinin Qaravəlilər, Tağılar kəndləri ərazisində ermənilər təxribat törətməyi planlaşdırırlar. (Tağılar kəndi 1969-cu ildə əsassız olaraq Ermənistana verilmişdi, əhalisi Gədəbəy rayonunun Novasaratovka kəndinin ərazisinə köçürülmüşdü. Tağılar kəndində-qorxmaz, mərd və mübariz İsmayıl və Yusif Tağıyev qardaşları qalmışdı. Onlar hər bir təzyiqə dözərək doğma yurdlarını tərk etməyiblər). Mənə tapşırıq verildi ki, milis zabiti Yolçu Məmmədovla birlikdə bir neçə gün Tağılar kəndində olacaqsınız və gözlənilən təxribatın qarşısını alacaqsınız.Bütün məlumatları Rayon XDS İcraiyyə Komitəsinin sədri Musa Məmmədova verəcəksiniz.720 hektar torpaq ermənilərə veriləndən sonra sərhəd Qaravəllər kəndində evlərinin 10-15 metrliyindən keçirdi. Həmin günlərdə ermənilər bir neçə dəfə təxribat törətmək istədilər. Qaravəllər kəndinin sakinləri o qədər qəzəblənmişdilər ki, təxribat törədən erməniləri öldürmək istəyirdilər. Əhalini bir təhər dilə tutub qarşıdurmanın qarşısını ala bildim. 1983-cü ilin mayın 4-də Gədəbəy Rayon Partiya Komitəsinin Plenumu ilə əlaqədar rayon mərkəzinə qayıtdım. Həmin Plenumda Əli Bayramov Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad olundu. Aydın Quliyev Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi seçildi.1988-ci ildə Dağlıq Qarabağ hadisələri başlayanda mən Gədəbəy Rayon Partiya Komitəsində ideologiya şöbəsinin müdiri vəzifəsində işləyirdim.Rayon Partiya Komitəsi tərəfindən Şınıx zonası ilə bağlı tapşırıqları yerinə yetirirdim. Həmin dövrdə Gədəbəy rayonu qonşu Daşkəsən və Ermənistanın Krasnoselo rayonları ilə sosializm yarışı keçirirdi. Bir sıra mədəni kütləvi tədbirlər keçirilirdi.Şöbənin arxivini araşdırarkən əlimə 1986-cı ilə dair bir sənəd keçdi. Həmin sənəddə Ermənistanın Krasnoselo rayonuna daxil olan Gədəbəyin digər kəndləri ilə Şınıx zonası arasında yerləşən Başkənd kəndinin yaranmasının 140 illiyinə dair tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlər planına görə Başkənd kəndi Şəmsəddin (indiki Berd) rayonundan gəlmiş ermənilər tərəfindən 1844-cü ildə salınmışdır.1988-ci ilin fevral ayında Sumqayıt hadisələrindən sonra rayonun Şınıx bölgəsində vəziyyət günü-gündən pisləşirdi.Vəziyyət elə gətirdi ki, Gədəbəy Rayon Partiya Komitəsinin ikinci katibi Şahin Məmmədovun xidməti avtomobili Başkənd kəndinin ərazisində atəşə tutuldu. Xoşbəxtlikdən ölüm olmamışdır.Əhali Şınıxdan köçmək istəyirdi. Rayon Partiya Komitəsində qərara alındı ki, Gədəbəy Rayon mərkəzində işləyən rəhbər şəxslərdən bir qrupu təcili Şınığa getmişdi. Əhalinin arasında olmalı, sabitlik yaratmalıdır. Rayon Partiya Komitəsinin ikinci katibi Şahin Məmmədov, RİK-nın sədri Musa Məmmədov, RİH sədrinin birinci müavini Şahin Əliyev və mən kino idarəsinin UAZ-469 markalı Arif adlı sürücünün idarə etdiyi avtomobillə Şınıxa yola düşdük. Axşam saat 19 radələrində Novosaratovka kəndinə çatdıq. Həmin dövrdə Novosaratovkadan Şınığa gedən avtomobil karvanının rus hərbiçiləri müşaiyət edirdi. Rus hərbiçiləri tək avtomobili müşaiyət etməkdən imtina edirdilər. Biz müşaiyətsiz Şınıxa yol düşdük. Başkənd kəndinin girişində 60-dan çox erməni avtomobili işıqlarını yandıraraq Novosaratovka-Şınıx yolunu nəzarətdə saxlayırdılar.Ermənilərdən hər cürə alçaq, xain hərəkət gözləyirdik. Gecə Mutudərəyə çatdıq. Musa Məmmədov, Şahin Məmmədov Mutudərədə qaldı. Şahin Əliyevlə mən Qaravəllər kəndinə getdik. Səhəri günü mənimlə Şınığa gələn rəhbər işçilər rayon mərkəzinə qayıtdı. Mən isə Hacılar kənd orta məktəbinin müəllimləri və kənd fəalları daxil olmaqla Tovuz rayonunun Qaradağ kəndindən Şınıxın Turşsu kəndinə çəkilən elektrik xəttinin elektrik dayaqları üçün yuvalar qurmaq məqsədilə Turşsu kəndinə getdik.Həmin dövrdə Şınığa gedən avtomobil yolu, elektrik və telefon xətləri Başkənd ərazilərindən keçdiyi üçün ermənilər elektrik və rabitə təchizatına qarşı müxtəlif təxribatlar törədirdilər.Qısa müddətdə Qaradaş kəndi ilə Turşsu kəndi arasında ehtiyat elektrik xətti çəkildi.Sonrakı dövrlərdə bu elektrik xətti əhalinin enerji təchizatında mühüm rol oynadı. 1989-cu ilin avqust ayında Rayon Partiya Komitəsinin göndərişi ilə Bakı şəhərinə Bakı Ali Partiya Məktəbinə (sonradan Bakı Sosial İdarəetmə və Politologiya instutunun dinləyicisi göndərildim). 1990-cı ilin 20 yanvar ilə əlaqədar Etibar Məmmədovu həbs edib Moskva şəhərinə aparmışdılar. Həmin dövrdə Bakı şəhəri Dağüstü parkda Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun qəbri ətrafında Etibar Məmmədovun həbsdən azad edilməsi ilə əlaqədar imza toplanırdı. Mən də Etibar Məmmədovun azad edilməsinə imza atdım. İmza toplanan yerin yaxınlığında Gədəbəy rayonunda nəşr olunan “Tərəqqi” qəzetinin bir nömrəsi gözümə sataşdı. Qəzetdə 1990-cı ilin yanvar ayının 30-da Gədəbəyin rayon mərkəzindən Şınıxa gedən 6 nəfər Şınıx sakininin Başkənd ərazisində qəddarcasına öldürülməsindən bəhs edilirdi.Bu hadisə mənə çoc pis təsir etdi. Həmin dövrdə xalamoğlu və qaynım Əkbər Hüseynzadə Bakı Dövlət Universitetinin junrnalistika fakultəsinin IV kursunda oxuyurdu. O, Bayıl qəsəbəsində kirayədə qalırdı.Axşam Əkbərin kirayədə qaldığı evdə oturduq. Şınıxla-Başkəndlə bağlı bir məqalə hazırlandı.Həmin məqalə Azərbaycan gəncləri qəzetinin fevral nömrələrinin birində “Dağlarmı günahkardır, yoxsa” başlığı ilə dərc edildi.Məqalə bomba effekti yaratdı. Respublikada Şınıxın təbliği başlandı. Gədəbəy rayon Partiya Komitəsinin rəhbərliyi məqaləyə görə mənə bərk qəzəbləndilər. Hətta Əkbər Hüseynzadəni cəzalandırmaq istədilər.Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirdikdən sonra mənə dörd ay iş vermədilər. Rayon rəhbərliyi dəyişdikdən sonra mənim üçün əziz və hörmətli Azərbaycan ziyalısı, əsl dövlət adamlarından biri olan Qənbər Qurbanov məni Gədəbəy Rayon İcra Hakimiyyətində işə götürdü.  Ardı var... Sənan Quliyev 

Nəsib bəy Yusifbəyli 31 may tarixindəmi şəhid edilib ? - Ceyhun Nəbi

31 mayda sosial şəbəkədə Azərbaycan Cümhuriyyətinin qurucu simalarından, 2 hökümət kabinəsinə rəhbərlik etmiş Nəsib bəy Yusifbəylinin şəhid edilməsi günü kimi paylaşımlara rast gəlirəm. Bildiyimiz kimi Nəsib bəyin harda, necə, hansı şəraitdə öldürülməsi müəmmalı olaraq qalır. Sual doğurur məkan, baş vermə şəraiti müəmmalı olan qətl hadisəsinin baş vermə tarixini kim müəyyən edib ?  Nəsib bəyin şəhid edildiyi yer haqqında müxtəlif versiyalar var və demək olar ki, hamsı ehtimallar üzərindən yanaşmalardır. Nəsib bəydən ən son məlumatı həyat yoldaşı Şəfiqə xanım Qaspıralı Kürdəmirdən məktub vasitəsi ilə alıb və sonra heç bir xəbər çıxmayıb. 1920-ci ilin may ayının əvvəllərində Şəfiqə xanıma verdiyi xəbər olub. Şəfiqə xanım Nəsib bəyin ona xəbər verməsi haqqında qeyd edir :      “1920-ci ilin may ayının ilk günlərində təbdili geyimdə ata minərək, qərarlaşdırılan səmtə doğru yollanan Nəsib 3-5 gün sonra Kürdəmir ətrafında kayıplara qarışdı. Kürdəmirdən kiçik bir xəbər aldım. Gətirən məndən, məndə gətirəndən qorxaraq məlumatı aldım. Sağ-salamat Kürdəmirə gəlişini müjdələyir və Kürü keçməyi gözlədiyini yazırdı. Bir daha nə bir səs, nə bir nəfəs...”  Bu səbəbdəndir ki, mühacirətdə Nəsib bəyin oğlu Niyazi Yusifbəyli atasının şəhid olduğu yer kimi "Kürdəmir" adını soyad götürüb. Müəmmalı qətl hadisəsinin tarix kimi 31 may göstərilməsi hansı mənbədən qaynaqlandığı və kim tərəfindən ilk səsləndiyinə rastlamamışam. Nəsib bəyin ölümünün sifarişçisi, təşkilatçısı, icraçılarına gəldikdə bu bolşeviklərdən başqası deyildi.  Azərbaycan Cümhuriyyəti Qızıl Ordu tərəfindən işğal edilməmişdən öncə milli hökümət təmsilçilərinin Azərbaycan ərazisində zərərsizləşdirmək göstərişi verilmişdi. Belə ki, 21 aprel 1920-ci il tarixində gecə saat 03:30-da Petrovskdan Qafqaz ordusunun komandanı Tuxaçeviskinin, Hərbi İnqlab Şurasının üzvü Orconikidzenin və Baş Qərargah rəisi Zaxarovun 11-ci Qızıl Ordunun komandanlığına göndərdikləri teleqramda Bakı ələ keçirilən zaman bir sıra tədbirlərin həyata keçirilməsinin zəruriliyi tapşırılırdı. Teleqramda göstərilirdi: “Bakı işğal edilən zaman Azərbaycanın indi ki, hökümət üzvülərinin tutulması mütləq zəruridir. Onun Yelizavetpola qaçacağını qabaqlayaraq, onu dəmiryolunun Kürdəmir stansiyasına qədər tutmaq zəruridir” - qeyd olunurdu.  Nəriman Nərimanov 16 iyul 1919-cu il tarixli Həştərxandan Azərbaycan Cümhuriyyəti baş naziri Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda onu hədələyərək qeyd edirdi - “Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsız, müdhiş saat yaxınlaşır”. Bolşeviklərin məhkəməsi qətl, terror, sui-qəsd idi. Öldürdükləri sayısız adamlardan biridə müəmmalı şəkildə qətlə yetirilmiş Nəsib bəy Yusifbəyli idi. Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Son damla qana qədər döyüş: Gəncə üsyanı - Ceyhun Nəbi

1920-ci ilin aprelində hakimiyyətin bolşeviklərə təhvil verilməsi ilə müqavimət güclərinin koordinasiyası itmişdi. Həqiqi respublikaçı tərəflər içərisində məyyusluq, təlaş, inamın ölməsi ortaq bir məxrəcə gəlməyə imkan verməmişdir. Məhəmməd Həsən Hacıniskinin önəmli rol aldığı sol müsavatçılar qanadı bolşeviklərlə iş birliyi içərisində hakimiyyəti həqiqi respublikaçılardan almaq üçün dəridən-qabıqdan çıxırdılar. Cümhuriyyət parlamentinin, hökumətlərinin içərisinə masqalanaraq soxulmuş casuslar heyəti hətta milli qiyafədə təqdim olunanların belə başını pozmuşdular. İki qüvvə arasında başını itirmiş bu adamlar nəyin ki, ağıllarına müqaviməti gətirdilər, ani məqamda təslimiyyət yolunu seçdilər. Çirkablaşmış siyasi düzəndə çox az sayda siyasilər müqavimət və milli respublikanın müstəqilliyi haqqında düşünürdülər. Bu qüvvənin başında şəxsən Fətəli xan Xoylu, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, İstanbuldan Tiflisə gəlmiş Xəlil bəy Xasməmmədli dayanırdı. Müqavimətçi güc özü üçün mərkəz kimi milli amalların, iradənin şəhəri sayılan Gəncəni seçmişdi. Müqavimət prosesin başında dayanan əsas simalardan başda Cavad bəy Şıxlnski olmaqla Fətəli Xan Xoylunun böyük qardaşı polkovnik Hüseynqulu xan, qardaşı oğlu Əmiraslan xan Xoylu, Hüseynqulu xanın qızının həyat yoldaşı polkovnik Cahangir bəy Kazımbəyli, Hüseynqulu Xanın həyat yoldaşı Şirinbəyim xanım Ziyadxanlının( Ziyadxanlı qardaşlarının bacısı) dayıları General Məhəmməd Mirzə Qacar, General Kazım Mirzə Qacar və digərləri idi. Müqaviməti həyata keçirən qüvvələr işğaldan 1 ay sonra qanlı döyüş günlərində 28 may istiqlaliyyət gününü keçirməyi belə yaddan çıxarmamışdılar. Tək məqsəd Azərbaycanın müstəqilliyinin bərpası idi. Bu məqsəd tək yüksək rütbəli zabit və hərbiçilərin gəldiyi qərar deyildi. Bu qərarın arxasında adlarını yuxarıda qeyd etdiyim Azərbaycan Cümhuriyyətinin qurucu simalarının siyasi iradəsi var idi və həmin siyasi iradə son damla qanın axıdılmasına qədər davam etdi. Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

28 mayı unutsaq varlığımız yox olacaq, yox ediləcəkdir ! - Ceyhun Nəbi

Bu ildə 28 may çox sönük keçdi. İnsanların üzündə bayram sevincinə, təbəssümünə rast gəlmədim. Özünü müstəqil adlandıranlar ən önəmli bayram tədbirinə, bəşəri anlamda şərq üçün böyük əhəmiyyət kəsb edən hadisəyə biganə yanaşmaqla, sanki onun dəyərsizləşməsinin sevincini, xoşbəxtliyini yaşayırlar. Müstəqilliyin hörmətdən salındığı ölkədə sistem təsirlərindən kənarda da toplum üçün 28 may onsuzda bir məna kəsb etmir. Ancaq məişət işləri, bayağı həyat tərzi seçən, gündəlik yaşam proqramının 10-15 saatını çayxanalarda keçirən, məqsəd və məramı müsbət bir mahiyyət kəsb etməyənlərə 28 mayın nəsə anlatması qeyri-mümkün hal olduğunu düşünürəm.  28 mayı anlamaq üçün sağlam düşüncə, iradə və vicdanının olması mütləqdir. 28 may sadəcə bir təqvimdə gün deyil. Bizim insan kimi həyat başlanğıcımız 1918-ilin 28 mayından başlayır. Öz ilk hüquqi dövlətimizi elan etdik, öz hökumətimizi ərsəyə gətirdik, ordumuzu, polisimizi, pulumuzu, rabitə sistemimizi yaratdıq. Dövlət adımızda həmin tarixdən məkan adından çıxaraq həmdə siyasi quruluşa çevrildi. Şərqdə və bütünlükdə müsəlman dünyasında bərabəri olmayan və çəkiləri ilə müqayisə olunmayacaq intellektuallar, yüksək təhsil almış, siyasi təcrübəyə sahib sabiq Duma vəkilləri, hüquqşünaslar, mühərrirlər, qələm sahibləri, redaktorlar dövlətin ali məsul vəzifələrini öz üzərlərinə aldılar. O qədər böyük işlər həyata keçirdilər, ərsəyə gətirdilər ki, həmin tarixə qədər bizim toplum bunu təsəvvür etmək qabiliyyətinə sahib olmadığını qeyd etməliyik. Bu gündə çox təəssüf ki, anlamırlar, anlamaqda çətinlik çəkirlər.  28 may məfkurəsi bizim xilasımızın adıdır. Müstəqillik, demokratiya, hüquqi dövlət, vətəndaş cəmiyyəti, Avropa ailəsinin bir parçası olmaq. Məfkurəmizi tanıyaq, anlayaq və ona hər zaman sadiq qalaq ! 28 mayı unutsaq varlığımız yox olacaq, yox ediləcəkdir ! Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Gəncə üsyanından başlayan mübarizə - Valiyə xanım Kazımbəyli

Gəncə üsyanını xatırlayarkən unutmayacağımız insanlardan biri Valiyə xanım Kazımbəylidir. 1920-ci ilin may ayının sonlarında onun bütün ailəsi işğalçı ruslara qarşı səfərbər olmuşdular. Atası Hüseynqulu xan Xoylu, həyat yoldaşı Cahangir bəy Kazımbəyli, anası Şirinbəyim xanımın dayıları Məhəmməd Mirzə Qacar, Kazım Mirzə Qacar prosesin önündə gedirdilər. Valiyə xanım Cahangir bəy ilə 1919-cu ildə evlənmişdilər. Evliliklərinin birinci ilində onlar silaha sarılmışdılar. Ta ki, ölənə qədər nə silahı yerə qoydular, nədəki mübarizədən geri çəkildilər. Üsyan amansızlıqla yatırılsada onlar mühacirətdə mübarizəni davam etdirdilər. Qardaşı Zahid xan yazır ki, 1939-cu ildə divizya komandiri kimi Cahangir bəy, Varşavanın müdafiəsində durmuşdu. Ancaq məlum məsələdir ki, alman ordusu çox güclü idi, ona görədə həmin divizyanı diz çökdürdü. Polşa əsgər və zabitlərini, o cümlədən də komandir Cahangir bəyi əsir alıb Almaniya apardılar. Alman-sovet müharibəsi başlanandan sonra Almanlara əsir düşən sovet əsgərləri arasında milliyyətcə azərbaycanlı döyüşcülərdə vardı, onların da çoxu ağır yaralılar idi. Odur ki, belələri Varşavadakı xəstəxanalara da gətirilir, onlara tibbi yardım göstərilirdi. Mən 1930-1944-cü illərdə Varşavada yaşayırdım. Bacım Valiyə xanımda burda idi. O, Varşavadakı evimizdə bir yardım komitəsi qurub, xəstəxanalarda olan azərbaycanlı əsir yaralılara tibbi yardım işini orada sahmana saldı. Bu, komitə imkanı daxilində əlindən gələni edirdi ki, soydaşlarımız sağalsınlar. Mən özüm həftədə üç dəfə gedib onlara baş çəkirdim. Komitəmiz İsveçrənin “Qırmızı xaç” təşkilatı ilə sıx əlaqə yaratmışdı və oradan gələn yardımı bütünlüklə həmyerlilərimizə paylayırdıq. Bəzən isə evdə xörək bişirib xəstələrə yedizdirirdik". Zahid xan Xoy'lunun xatirə yaddaşından: 1939-cu ildə divizya komandiri kimi Cahangir bəy Kazımbəyli Varşavanın müdafiəsində durmuşdu. Ancaq məlum məsələdir ki, alman ordusu çox güclü idi, ona görədə həmin divizyanı diz çökdürdü. Polşa əsgər və zabitlərini, o cümlədən də komandir Cahangir bəyi əsir alıb Almaniya apardılar. Alman-sovet müharibəsi başlanandan sonra Almanlara əsir düşən sovet əsgərləri arasında milliyyətcə azərbaycanlı döyüşcülərdə vardı, onların da çoxu ağır yaralılar idi. Odur ki, belələri Varşavadakı xəstəxanalara da gətirilir, onlara tibbi yardım göstərilirdi. Mən 1930-1944-cü illərdə Varşavada yaşayırdım. Bacım Valiyə xanımda burda idi.  O, Varşavadakı evimizdə bir yardım komitəsi qurub, xəstəxanalarda olan azərbaycanlı əsir yaralılara tibbi yardım işini orada sahmana saldı. Bu, komitə imkanı daxilində əlindən gələni edirdi ki, soydaşlarımız sağalsınlar. Mən özüm həftədə üç dəfə gedib onlara baş çəkirdim. Komitəmiz İsveçrənin “Qırmızı xaç” təşkilatı ilə sıx əlaqə yaratmışdı və oradan gələn yardımı bütünlüklə həmyerlilərimizə paylayırdıq. Bəzən isə evdə xörək bişirib xəstələrə yedizdirirdik.  1944-cü ildə sovet ordusu Varşavaya girəndən sonra ailəmiz məcbur olub Almaniya sığındı. Cahangir bəy isə Vyanaya yollandı. 1945-ci ildə Avstriya köçdük. Müharibə bitdi. Biz artıq İtaliyada yerləşmişdik. Cahangir bəy Romada öz evində Azərbaycana yardım komitəsi təşkil etdi. Bildiyimiz kimi, müharibə zamanı əsir düşən azərbaycanlı əsgərlərdən ibarət Almaniyada Azərbaycan legionu mövcud idi. Müharibə qurtardıqdan sonra həmin legionun çox hissəsi ingilislərin əlinə keçmişdi. Onların aqibəti faciəli idi. Yaltada bağlanan müqavilədən sonra ingilislər həmin legiondan olan əsr əsgərləri Stalinə “hədiyyə” verdilər. Bununlada ingilislər Stalinin rəğbətini qazanmaq iddiasındaydılar. Həmin “hədiyyə” verilənlər arasında polkovnik İsrafil bəy Seyfəlidə var idi. 1945-ci ildə bunlar, o cümlədən də bizim qeyrətli soydaşlarımız Stalinin əmri ilə Moskvada boğazdan asıldılar. Ümumiyyətlə, o çağlarda mən ingilislərin, fransızların, amerkanların Stalinin gözündə özlərini şirin salmaq üçün sovet əsirlərinin başlarına açdıqları oyunlardan yaxşı xəbərdaram.   Hə, Romadakı komitə barədə söhbətimə davam edim: buradakı ingilislərin əsarəti altında 100-dən çox azərbaycanlı əsgər və zabit var idi. Xəbər tutumuşduq ki, ingilislər onları da Stalinə peşkəş etmək niyyətindədirlər. Komitəmiz dərhal ingilislərlə danışığa başladı. Biz eyni zamanda Türkiyə hökümətinə və Misir kralı Faruqa müraciətlə bu məsələdə bizə yardım göstərmələrini xaiş etdik. Cahangir bəy həyat yoldaşını( mənim bacımı) təyyarə ilə İstanbula göndərə bildi.    1947-ci ilin noyabr ayında Misir kralı Faruqdan bir teleqraf aldıq. Teleqrafda xəbər verilirdi ki, “Prens Əmir İbrahim gəmi ilə yola çıxdı”...  Bir neçə gün sonra kralın əmisi oğlu olan Əmir İbrahim Romaya bizim evimizə təşrif buyurdu. Bir neçə günlük söhbət və məşvərətdən sonra Əmir İbrahim şəxsən gedib ingilis komandanlığı ilə görüşdü və nəticədə 100-ə yaxın azərbaycanlının həyatını xilas etdi. Beləliklə də bu soydaşlarımızı baş götürüb dünyanın müxtəlif yerlərinə səpələndilər. Əmir İbrahim məni şəxsən Misirə dəvət edib özüylə apardı. Təbii ki, orada mən Misirin kralı Faruqun qəbulunda oldum və millətimizin nümayəndələrinə göstərdiyi böyük iltifat və yardım üçün Azərbaycan Komitəsi, ümumiyyətlə azərbaycanlılar adından ona dərin minnətdarlığımı yetirdim. Əmir İbrahimin xilas etdiyi azərbaycanlı əsirlərin əksəriyyəti də Misirə gəlmişdi. Onların da yerbəyer olduqlarını, evlə-işlə təmin edildiklərini yəqinləşdirib, arxayınlaşdım, rahat nəfəs aldım.  Fəqət Romadan çox acı bir xəbər aldım: bacım Valiyə təyarə ilə İtanbuldan Romaya döndüyü zaman Afina üzərində qəza baş vermiş və bütün sərnişinlər həlak olmuşdu.   Valiyə xanımın cəsədini İstanbula gətirdik. Dəfn mərasimində demək olar, bütün İstanbul əhli iştirak edirdi. Xalq onu millət qurbanı, millət yolunda şəhid kimi torpağa basdırdı. Biçarə anamın və atamın belləri o gündən etibarən qırıldı. Ceyhun Nəbi 

Gürcüstanda keçirilən aksiyaya Avropalı diplomatlar da qoşuldu

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası davam edir. Sozcu.az Publika.az-a istinadən  xəbər verir ki, əksəriyyəti gənclər və universitet tələbələri olan etirazçılar Vake parkından Qəhrəmanlar meydanına doğru yürüş təşkil ediblər. Aksiyanın iştirakçıları Tbilisinin əsas nəqliyyat mərkəzlərindən biri olan Qəhrəmanlar meydanını bağlayıblar. Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri də etiraz aksiyasına qoşulublar. Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Lukaşenko Azərbaycana gəldi

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib. Sozcu.az  xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Aleksandr Lukaşenkonu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar. Məlumata görə, dövlət başçısı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək. Prezidentlər ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli münasibətlər üzrə digər aktual məsələləri nəzərdən keçirəcəklər. Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlıq olacaq. Prezidentlər qlobal və regional məsələlər ətrafında müzakirə aparacaqlar. Danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalanacaq. Bununla yanaşı, Aleksandr Lukaşenko və İlham Əliyevin beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcəkləri gözlənilir.

Göyçay rayonunun Çaxırlı kənd sakinləri iş adamından şikayətçidir - VİDEO

Göyçay rayonu, Çaxırlı kənd sakini Əsgərov Samir Zahid oğlu Sozcu.az saytına müraciət edərək bildirir ki, iş adamının yaratdığı süni göl kəndə cidid şəkildə su prpblemi yaradır. Şikayətçi bildirir ki, iş adamı həmçinin onlarla ağacları kəsərək kologiyaya ciddi ziyan vurur. Əsgərov Samir Zahid oğlunun şikayətini olduğu kimi təqdim edirik:  "Bir nəfər iş adamı vəzifəli şəxslərlə əlbir olub bir kəndin torpaqlarını məhv edir. Göyçay rayonu Çaxırlı kənd sakini iş adamı Əsgərov Vidadi Faxrət oğlu Çaxırlı kəndində 20 hektardan çox örüş yerini qanunsuz qazaraq yaratdığı sünü gölün kənarında olan çoxlu sayda yurğun və söyüd ağaclarını yandıraraq məhv etmişdir. Həmin yurğun və söyüd ağaclarının yandırılması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliynə etdiyimiz şikayətdən sonra əraziyə baxış keçirilib. Həmin vaxt Vidadi Əsgərovun bu qanunsuz işi görməsi təsdiq edilsədə indiyə qədər heç bir tədbir görülməyib.Buda onu deməyə əsas verir ki, Vidadi Əsgərov bütün qanunsuz işlərini pulla həll etdiyi kimi bu əməlinində üstünü ört-basdır etməyə nail ola bilmişdir.  Vidadi Əsgərovun qanunsuz əməllərinin üstünü öz marağına görə ört-basdır edən vəzifəli şəxslər özləri cəzalanmalıdırlar. Çünki Vidadi Əsgərovun qanunsuz yaratdığı sünü göl 3 km-dən çox ərazinin torpaqlarını şoranlaşdırıb məhv edir məhsuldarlığı aşağı salır. Həmçinin çoxlusayda yurğun və söyüd ağaclarını yandırmaqla təbiətə və ekologiyaya ciddi ziyanlar vurub. Vidadi Əsgərovun yurğun və söyüd ağaclarını yandırıb məhv etməsi cinayət əməli hesab olunur.       Azərbaycan Respublikasının 260.2-ci maddəsinə əsasən yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililəri məhv etmə və ya korlama— iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vidadi Əsgərov qəsdən meşə fonduna aid olmayan ağac və kolları yandıraraq məhv etmişdir.  Həmçinin Vidadi Əsgərov kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni göl yaradıb. Həmin göldən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edir.Nəticədə həmin gölün ərazisinə aid torpaq sahəsinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır. Şəxsən bizim 5, 27 hektar torpaq sahəmizdə saldığımız bağın 2108 ədəd ağacı bu gölə görə quruyub məhv olmuşdur.   Bütün bunlar göz qarşısında baş vermiş qanunsuz əməllər olsada pul hesabına üstü ört-basdır edilir.Azərbaycan bu il COP-29-a ev sahibliyi edəcək.Buna görə Azərbaycana dünyanın bütün ölkələrindən nümayəndələr gələcək.Həmçinin Prezident cənab İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixdə sərəncam imzalayıb.   Vəzifəsindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları təbiəti bir yerdə qorumalıyıq.Öz şəxsi maraqlarına görə ekologiyaya, təbiətə küllü miqdarda ziyanlar vuran Vidadi Əsgərov və onu himayə edən vəzifəli şəxslərə qarşı birgə mübarizə aparıb onları qanunlara tabe etməliyik.      Aidiyyatı mərkəzi orqanların rəhbərlərindən xahiş edirəm Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı mərkəzi orqanlar tərəfindən komissiya yaradlıb ərazidə təcili yoxlama aparılsın yurğun və söyüd ağaclarını yandırıb məhv etdiyinə və 20 hektardan çox örüş torpağnda qanunsuz süni göl yaradıb təbiətə, ekologiyaya, dövlətə, kənd təsərrüfatına və sakinlərə küllü miqdarda ziyanlar vurduğu üçün Əsgərov Vidadi Faxrət oğlunun və onun cinayət əməllərinin üstünü ört-basdır edən vəzifəli şəxslərin barəsində təcili və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz. 

Medvedevdən nüvə təhdidi

Rusiya Qərb qoşunlarının Ukraynaya göndərilməsinə Vaşinqton, Paris və Londona nüvə zərbəsi ilə cavab verəcək. Yenipress.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Qoşunlarınızı Ukraniyaya göndərmək ölkələrinizin birbaşa müharibəyə girməsinə gətirib çıxaracaq, biz buna cavab verməliyik. Və təəssüf ki, bu cavab Ukraynada verilməyəcək.  Bu qlobal fəlakət olacaq. Yeri gəlmişkən, Kennedi və Xruşşov bunu 60 ildən əvvəl başa düşə biliblər. Amma Qərbdə hakimiyyəti ələ keçirmiş indiki axmaq uşaqlar sadəcə başa düşmək istəmirlər”, - o bildirib.

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az- a cavab olaraq bildirilib. İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cəmil Unal siyasi məhbuslarla bağlı İlham Əliyevə müraciət etdi

Müsavat Partiyasının Xl Qurultayı davam edir.  Qurultayda Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Unal iştirak edib.  Sozcu.az xəbər verir ki, Qurultayda çıxış edən Cəmil Unal Müsavat Partiyasını möhtəşəm qurultayı münasibəti ilə təbrik edib. Hər bir azərbaycanlıda Müsavatın ruhunun dolaşdığını deyən Cəmil Unal, Müsavat Partiyasının hakimiyyətə gəlməyi haqq etdiyini də qeyd edib.  Cəmil Unal çıxışında dövlət başçısı İlham Əliyevə müraciət edərək, siyasi məhbusların azad edilməsini xahiş edib.  Cəmil Unal qeyd edib ki, olan jurnalistlər və siyasi fəaliyyətinə görə həbs olunanlar cinayətkar deyillər. 

İsmayıl Xan Ziyadxanlı'nın Çar Rusiyası Dövlət Dumasında söylədiyi nitq

Hörmətli millət vəkilləri! İcazənizlə Zaqafqaziyanın İrəvan, Gəncə və Bakı vilayətlərində törədilən rəzalətlərin, özbaşınalıq edən dövlət idarəsinin həyata keçirdiyi fitnəkarlıqların kiçik bir tablosunu hüzurunuzda təsvir edim. Beləliklə, sizə təklif edəcəyim tədbirlər qəbul edilərsə, etimadım artmış olar. Buraya, yəni Peterburqa gələr-gəlməz əlimə keçən “Novoye Vremya” qəzetinin səhifələrində beş il qaçaq həyatı sürmüş gəncəli bir tatarın (türkün) rəsmini gördüm. Bu rəsmin altında da belə bir yazı vardı: “Quldurluğu haqqında dastanlar söylənən Qafqaz şeytanı Dəli Alı”. Bu işarədən sonra müəllif yazısına böyük bir həyəcanla davam edərək deyir: “Zaqafqaziyada böyük həyəcanlar başlamışdır. Asiyalılar üsyan edirlər, bu hərəkatın qarşısı alınmalıdır. Çünki, Zaqafqaziya təkcə Dumanı deyil, bütün Rusiyanı öz təsiri altına ala biləcək miqdarda millət vəkili ilə Dumada təmsil edilməkdədir”. Hörmətli millət vəkilləri! Bu yazıdakı böhtanlar bu qədər yüksək dərəcəyə çatmasaydı, sanıram ki, mən burada hüzurunuzda bunun üzərində durmayacaqdım. Artıq bizim üçün də hərəkət etmək vaxtı çatmış və bundan sonra susmamağı qərara almışıq. Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq. Sözün əsl mənasında yüz il ərzində biz hökümətin şiddətli hücumlarına və böhtanlarına məruz qalmışıq. Siyasi, sosial və iqtisadi sahənin hansına nəzər salsanız, hamısında bizim haqqımızda haqsızlığın hökm sürdüyünün şahidi olacaqsınız. Ölkəmiz istila edilən kimi dərhal milli varlığımıza təcavüz edildi. Dinimizə və müqəddəs yerlərimizə müdaxilə edildi, şəriət müəllimlərimizin seçilməsinə mane olundu, bizə hökumət tərəfindən 20 manat maaş alan müsəlman məmurlar göndərildi. Hörmətli millət vəkilləri, bu maaşlı din məmurlarının millət və xalqın nəzərində heç bir qədir-qiyməti yoxdur, buna baxmayaraq onlar bir əsrdir bizə din rəhbərliyi etmişlər. Vəqfə aid olan əmlakımız da hökumət tərəfindən zəbt edilmişdir. Bu səbəbdən müxtəlif yerlərdə xarabazarlığa çevrilən məscidlərimizin təmiri üçün illər boyu camaatdan pul toplamağa məcbur olmuşuq. Hörmətli millət vəkilləri, çalışacağam ki, qısa danışam. Lakin bunları söyləməkdə məqsədim fitnəkarların hər cür vəsaitə malik olduqlarına sizi inandırmaqdır. Bizdə məhəlli idarələr mövcud deyildir. Bələdiyyəyə gəlincə, biz müsəlmanlara mövcud nümayəndə miqdarının ancaq beşdə birini seçmək hüququ verilmişdir. Son zamanlarda isə şəhər əhalisinin çoxu müsəlmanlar olduğu halda mövcud bələdiyyə nümayəndə siyahısının yarısına qədər bir nümayəndə seçmək hüququ verilmişdir. Xalq təhsilindən, ümumiyyətlə maarif sahəsindən danışmağa belə dəyməz. Çünki bizim kəndlərin heç birində məktəb yoxdur. Yüz kilometrlərlə gedilsə belə, hər hansı bir yaşayış məntəqəsində məktəbə rast gəlməzsiniz, halbuki bizdən maarif işləri üçün vergi toplanır. Görəsən bu pullar hara sərf edilir? Yəqin ki, heç bir işə yaramayan drednout (böyük zirehli hərbi gəmi – tər.) inşasına, yaxud da rus millətinin bu gün, bizim isə yüz ildən bəri heç birinə inanmadığımız cənab nazirlərə sərf edilir (Burada İsmayıl Ziyadxanov kinayəli bir şəkildə yaponlar tərəfindən batırılan çar donanmasını və çarın yaltaq nazirlərini nəzərdə tutur – H.B.). Bir müddət bizdə də müasir təhsil sistemi tətbiq etmək həvəsi meydana gəlmişdi. Dəlilsiz qalmamaq üçün bir hadisəyə müraciət edəcəyəm. Bir neçə il bundan əvvəl Gəncə mədrəsəsinin yanındakı bir neçə sinifli məktəbdə təhsil köhnə qayda ilə aparılırdı. Uşaqların yerdə bardaş qurub oturmamaları üçün bir neçə adam məktəbə skamya, stul və qara lövhə hədiyyə etdi. Bilirsiniz nələr baş verdi? Bunun üstündə bir çox ziyalılarımız iki ilə yaxın həbsdə oldular, amma onların mövcud quruluşu yıxmaq cəhdi barədə heç bir dəlil tapılmadığı üçün iki ildən sonra həbsdən buraxıldılar. Nəzakət xatirinə, “kiçik bir yanlışlıq olmuşdur” deyərək bununla da kifayətləndilər. Hörmətli millət vəkilləri, biz müsəlmanlara bəzi ali məktəblərə isə sırf bir diplom əldə etmək məqsədilə girilməkdədir. Çünki ali məktəblərdən birini, məsələn, filologiya fakültəsini bitirən türk gənci diplomunu alıb vətəninə döndüyü zaman, ancaq “vodkanın sərtlik dərəcəsini təyin etmək məcburiyyətindədir”. Bu ali təhsilli gənc müsəlman olduğu üçün yalnız Qafqazda deyil, Rusiyanın bütün ərazisində orta dərəcəli məktəblərdə müəllimlik etmək hüququndan belə, məhrumdur. Bu hüquq bizdən alınmışdır. Məmur məsələsinə gəlincə, bu gün Qafqazda, üzr istəyirəm, ali təhsilli mülki işlər hakimdən başqa öz vətəninə xidmət edən heç bir müsəlman məmuruna rast gəlmək olmaz. Əgər müsəlmanlar məmurluğa qəbul edilirsə, onlar ya şimal rayonlarına, ya da Rusiyanın mərkəzi vilayətlərinə göndərilirlər. Cənablar. Bizə deyirlər ki, müsəlmanlar çox geri qalmışdır. Bu, əsla doğru deyildir, əksinə geri qalmaq üçün hökümət özü badalaq vurur. Bunu yeri gəldikcə sübut edəcəyəm. Belə ki, senzuranın hökm sürdüyü bir vaxtda bizə ancaq bir qəzet çıxartmaq hüququ verilmişdi. Indi isə senzura zəiflədikdən sonra bizim otuza yaxın islam jurnalımız və qəzetimiz çıxır. Hörmətli millət vəkilləri, bizdəki idarə sistemi tənqiddən kənardır. Belə ki, əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun sahili olaraq düşünülərsə, bu dəniz sizə lüzumu olmayan nə qədər boş və səfil adam varsa, hamısını bizim Qafqaz sahilinə atır və onlar da həqiqətdə əxlaqsız olan bir idarənin məmur kadrlarını təşkil edirlər. Bizim ölkəmizdə dövlət idarəsinin idealı rüşvət və xalqa əziyyət verməkdir, kim doxsan yaşlı bir qocanın əlindən axırıncı tikəsini alarsa, o, bizdə ən yaxşı məmur hesab olunur. “Gözü çıxarılmalı müsəlmanlar” üçün bundan daha yaxşısı olarmı? Əgər günlərin birində hər hansı bir idarə məmuru öz vəzifəsində əyintiyə yol verirsə, məhkəməyə cəlb olunur, amma kassasiya məhkəməsi tərəfindən məhkəmənin hökmü ləğv edilir. Cinayət məhkəməsi tərəfindən verilən sürgün, hərbi məhkəmələrin verdiyi edam qərarları əslində tərcüməçilər tərəfindən təyin olunur. Çünki, bizdə müsəlmanlar rus dilini, tərcüməçilər isə türk dilini bilmirlər. Bu səbəbdən beş, on manat maaş alan (hətta mən elə məmurlar tanıyıram ki, onlar səkkiz manat maaş alır) tərcüməçilər cəza verməkdə heç də tərəddüd etmirlər. Bizdə torpaq, ərazi məsələsi sizdə olduğu kimidir və çox ağır bir problemə çevrilmişdir. Eynilə ruslarda olduğu kimi bizim də torpağa ehtiyacımız vardır. ərazi azlığından və çatışmazlığından əziyyət çəkirik. Buna baxmayaraq hökümət bizim torpaq məsələmizi başqa cür həll etməyə çalışır. Belə ki, məsələnin öyrənilməsi üçün nə kiçik, nə də böyük komissiyalara ehtiyac və lüzum görülməmiş, işlərinə yarayan idarə sisteminə müraciət edilmiş və məsələ guya kökündən həll edilmişdir. Yəni gözəl Gürcüstan tamamilə ordunu ərzaqla təmin etməklə məşğul olur. Müsəlmanlarla, ermənilər isə bir-birlərinə qarşı o qədər mahiranə surətdə təhrik edilirlər ki, yaxın vaxtda bu iki xalq yer üzündən asanlıqla silinəcəkdir. O zaman siz və Qurko Stişinskilər məğrur Qafqaz övladlarının qanına boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qura biləcəksiniz. Azadlıq hərəkatına birinci olaraq gürcülər başladılar. Lakin qısa bir vaxt ərzində Gürcüstanda ortaya yeni bir ərazi məsələsi çıxdı, yəni kəndlilər mülkədarlara hücum etdilər, hökümət bu işləri həll etməyi orduya həvalə etdi. Azərbaycanda və Ermənistanda da belə hadisələrin baş verməsindən qorxuya düşən hökümət başa düşdü ki, bu adi məsələ deyildir. Ona görə də gizli surətdə tədbirlər görməyə başladı. Bu da “parçala hökm sür” idarə tərzidir. Bu işin icrası səriştəli polislərə həvalə edildi. Səlahiyyətli polislər bundan istifadə edərək təhrikçiliyə başladılar. Bir tərəfdən müsəlmanlara, “görürsünüz, sizi iqtisadi cəhətdən istismar edən ermənilər silahlanırlar, bir gün gələcək müstəqil dövlət quraraq hər şeyinizi əlinizdən alıb sizi məhv edəcəkdir”, digər tərəfdən ermənilərə “ehtiyatlı olun, panislamizm hər tərəfi bürümüşdür, islam camaatı arasında elə bir güclü birlik yaradılmışdır ki, günlərin birində siz ermənilərin kökünü kəsəcəkdir” – deyərək bu iki xalqı bir-birlərinə qarşı təhrik etməyə başladılar. Beləliklə, bu iki millət arasında Bakıda ilk qanlı çarpışma oldu. Hökümətə müraciət edildi, kömək istənildi. Bu hadisəni öncədən duymadığımız üçün bu işə ayrılacaq qüvvəmiz yoxdur, - deyə cavab verildi. Sonra da əlavə edərək dedilər ki, bu qırğına iki millət özü cavabdehdir, hökümət buna qarışına bilməz. Indi mən bu kürsüdən hüzurunuzda qısaca olaraq söyləyə bilərəm ki, ermənilərə bizim aramızda tarix boyunca ixtilaf doğura biləcək heç bir iqtisadi ixtilafımız yoxdur, çünki biz hər zaman bir-birimizlə dost və qardaş kimi yaşamışıq. Indi bilmək istəyirəm, görəsən hökümət hal-hazırda İrəvan, Gəncə və Tiflis vilayətlərində talanlara və soyğunçuluğa qarşı nə kimi tədbirlər görmüşdür? Şübhəsiz ki, sual cavabsız qalacaqdır. Hal-hazırda İrəvan, Gəncə yanğın yerinə dönmüşdür. Hadisələr oradan Şuşaya keçmişdir. Üç aydır ki, orada iki silahlı cəbhə yaradılmışdır. Bundan əvvəl söylədiyim kimi bu qanlı qardaş qırğını hökumət tərəfindən törədilmiş, sonra isə qarşısı alınmamışdır. Bizim generallarımız öz “fərasətlərini” rus-yapon müharibəsində yaxşı göstərdilər... Onlar fərasətsizliklərini düşmənin qüvvətli olması ilə ört-basdır etməyə çalışdılar, indi də öz əməllərilə vətənlərini idarə edə bilmədiklərini bir daha sübut edirlər. Iki ay ərzində Gəncə vilayətini general rütbəli üç qubernator idarə etmişdir. Onlardan biri bir qəzanı, ikincisi üç qəzanı, sonuncusu isə dörd qəzanı idarə edirdi. Halbuki, bütün qəzanın əhalisi 800.000 nəfərdən ibarətdir. Gördüyümüz kimi bu üç general rəhbərlik etdikləri yerləri idarə etmək qabiliyyətinə malik deyildilər. Deməli, bizim generallar istər müharibədə, istərsə də adi işlərdə heç bir müvəffəqiyyət qazana bilmirlər. Sözcü.az

Gəncə şəhərində böyük maarifçi, ilk əlifba kitabının müəllifi, Gəncə üsyanı şəhidi, millət müəllimi Mirzə Abbas Abbaszadənin büstü hansı səbəblərdən işıqlandırılmır ?

XX əsrin əvvəllərində Gəncə şəhərində ziya əhlindən elə adam olmasın ki, Mirzə Abbası tanımasın. Təmənnasız millət müəllimi Gəncənin təhsil sahəsində ağır yükünü daşıyan azsayılı simalardan biri idi. Bu səbəbdəndir ki, Gəncə Türk Müəllimləri İttifaqının təklifi ilə 1919-cu il may ayının 23-də Gəncənin yay klubunda Mirzə Abbas Abbaszadənin pedaqoji fəaliyyətinin 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.  Belə bir ikinci müəllim yoxdur ki, həmin zamanda ona bu səviyyədə yubiley tədbiri keçirilsin və onun xidmətlərinə bu çəkidə ehtiram göstərilsin. Gəncə ziyalıları Mirzə Abbası evindən çıxararaq Gəncənin Yay Kulubunadək çiyinləri üzərində gətirmişdilər. Yubiley tədbirini Bakıdan baş nazir Nəsib bəy Yusifbəyli və Parlamentin sədrinin səlahiyyətlərini icra edən Həsən bəy Ağayev xüsusi teleqrafla təbrik etmişdir. Mirzə Abbas belə adam idi. Onun həqiqi dəyərini bilənlər, xidmətlərinə ehtiram göstərənlər zamanında vicdanlarından doğan addımı layiqincə atıblar. Bəs bu gün nə edirlər ?  Gəncə şəhərinin mərkəzində, Gəncə Şəhər İcra Hakimiyyəti ilə üz-üzə, Gəncə Dövlət Univeristeti ilə yan-yana Mirzə Abbas Abbaszadənin işıqlı simasını canlandıran büstü qaranlığa qərq edilib. Desəm ki, bu vəziyyətdən kimsə narahat olub, özümü yanıltmış olaram !!! Gəncə şəhərinin başı özlərinə qarışmış rəhbərliyi, Gəncə Dövlət Univeristetinin gözü pərdələnmiş rəhbərliyi hər gün oradan dəfələrlə gedib-gəlirlər amma nədənsə bu utancverici hal onları heç narahat etməyib. Əlavə olaraq bilməyiniz lazımdır ki, Mirzə Abbas nə dönər satan olub, nədə ki, sizlər kimi pul düşkünü !!! Görünür ki, siz Mirzə Abbası lazımı qədər tanımırsınız, onun kim olması, xidmətləri haqqında məlumatınız yoxdur !!! Məlumatınız olsa idi, dəyərləndirmək qabiliyyətiniz və bacarığınız olsa idi bu gün Mirzə Abbas Abbazadənin büstünün ətrafı güc-çiçəklərlə əhatələnərdi, gecə işıqlanması ilə təmin edilərdi, dönərxanaya çevrilməzdi.  İnsanlar Mirzə Abbas Abbaszadənin büstünün ətrafından keçərkən onun işıqlı simasını görə bilmirlər, oda bizə baxarkən bizləri qaranlıqda görür. Sizlərin yaratdığı mənəvi qaranlıqda susqun, alçalmış və səsləri boğulmuş halda !!! Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Jurnalistin avtomobilini vuran şəxs hadisə yerindən qaçıb

Jurnalist Rövşən İldırımın avtomobilini vuran şəxs hadisə yerindən qaçıb. Avtomobili əzilən Jurnalist Sozcu.az-az saytı vasitəsi ilə Daxili İşlər Nazirliyinə müraciət edib.  Hadisə  bu gün - 22 aprel 2024 -cü il saat 17:00 -da Mehdabad qəsəbəsində baş verib.  99 PT 834 nömrəli  və arxasında qoşqu olan "Changan” markalı avtomobil Rövşən İldırıma məxsus avtomobili vuraraq hadisə yerindən yayınıb.  Rövşən İldırım DİN-dən hadisəni törədən avtomobilin sahibini tapmağı və ona dəyən zərərərin ödənməsinə köməklik etməyi xahiş edir. 

Müsavatçı tələbədən İcmaya etiraz

Dünən Üniversitetdə belə hadisə oldu. Günorta müəllim sinif nümayəndəsinə yazıb ki,"Qərbi Azərbaycan İcmasının bütün sosial şəbəkələrdəki səhifələrindən hər kəs MƏCBURİ şəkildə takip atıb və onu telefonla skren edib, mənə atsın". O da dekana atacaq. Dekan isə İcra Hakimiyyətinə göndərəcək. Və mən də təbii olaraq, etirazımı bildirdirib və takip etməyəcəyimi bildirdim.  Səhər dərsə gəldim. Elə həmin müəllimin dərsi idi. Və müəllim Qərbi Azərbaycan İcmasında hamının keçməsini bildirdi. Mən də susaram mı heç?) Əlimi qaldırdım. Və bunun məcburi edildiyinin yanlış, könüllü olmasını bildirdim. Müəllim isə klassik hakimiyyət diliylə təbii ki, danışmağa başladı. Ay nəbilim informasiya müharibəsi, belə gəldi, o belə getdi. Sonra dekan gəldi. Yəqin ki, müəllim sözlərimi dekanlığa çatdırıb.) Dekan bizə xahiş edərək takip atmağımızı istədi. Artıq əmr formasında demirdi deyə nəsə demədim. Həmdə hələ Üniversitetdə I kursam çox da nəsə demək istəmirəm.   Nəysə, yeni deməyim odur ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır! Ona şübhə yoxdur. Dərbəndən Kəngər körfəzinə qədər hamısı Azərbaycan torpağıdır! Amma mübarizə yolu, Dünyaya bunu çatdırılma üsulu bu deyil. Sənan Səbuhioğlu

Şəmkirdə müharibə iştirakçısı bıçaqlanıb

1997-ci il təvəllüdlü, Şəmkir rayon Çinarlı qəsəbə sakini, 44 günlük vətən müharibəsi iştirakçısı Elmar İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin başvermə səbəbləri araşdırılır. Sözcü.az

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurov anılıb

Bu gün Şəmkir rayonu Kür qəsəbəsində Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurov adına olan məktəbdə anım tədbiri təşkil olunub. Milli Qəhrəmanın şəhadətinin 31-ci ilində keçirilən anım tədbirində məktəbinin kollektivi və məktəblilər ilə yanaşı qəhrəmanın döyüş yoldaşları, silahdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir məktəbin həyətində qəhrəmanın büstünün önünə gül-çiçək dəstələrinin düzülməsi ilə başlayıb. Sonra tədbirin rəsmi hissəsi başlayıb. Tədbirə Kür qəsəbəsi Mədəniyyət Evinin rəhbəri Rəfiqə xanım aparıcılıq edirdi. Sonra söz qəhrəmanın döyüş silahdaşlarından, dostu Dilqəm Əliyevə, şəhid Polkovnik Cahangir Rüstəmovun oğlu Elçin Rüstəmova, qəhrəmanın nəşinin dağdan endirilməsinə kömək etmiş döyüşçü Əliyar Novruzova, ehtiyatda olan hərbiçi Vuqar Tağıyevə, Sözcü.az xəbər portalının redaktoru, araşdırmaçı yazar Ceyhun Nəbiyə, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Namazova və digər natiqlərə söz verilib.  Natiqlər qəhrəmanın əziz xatirəsini anıblar və tədbirin təşkili üçün məktəbin direktor əvəzi Könül xanım Əsgərovaya və digər təşkilatçılara öz təşəkkürlərini ifadə ediblər. Qeyd edək tədbir artıq bir neçə ildir ki, ənənəvi olaraq keçirilməkdədir. Sözcü.az

Güney Azərbaycan İran tərəfdən heçbir savaşa qatılmayacaq - BƏYANAT

İran-İsrail münasibətlərinin bölgəsəl geopolitikaya təsiri və Güney Azərbaycan Türklərinin bu prosesslərdə roluna dair ACP-nin siyasi tutumu və mövqeyi barədə ulusal açıqlaması. Dünyanın sayqın devlətlərinə və uca millətimizə!! Artıq hər kəsə məlumdur ki, dünya yönətimi dəyişməyə başlamış və son bir neçə ildə yeni siyasi düzən formalaşmaqdadır. Formalaşmaqda olan bu yeni dünya düzəni uğrunda mübarizə yaşadığımız coğrafiyadan da yan keçməməkdədir. Bildiyimiz kimi yerləşdiyimiz coğrafi mövqenin tutumu və geo-siyasi əhəmiti, yani şərqlə qərbin kəsişməsində yerləşməsi və zəngin qaynaqlara sahib olması tarixən yaxın və uzaq yabançı qüvvələrin diqqətini vətənimiz Azərbaycana doğru çəkmişdir. Bu qüvvələr isə heç zaman bizim milli maraqlarımızla hesablaşmayıb, hər zaman öz mənfəətləri və istilaçı maraqlarından çıxış ediblər. Bu vəziyyətin yaranmasında başlıca səbəb bizim vahid millət kimi milli güc olaraq öz milli maraqlarımızdan çıxış edə bilməməyimiz, eləcə də, bu istiqamətdə açıq hədəflər formalaşdıra bilmədiyimizdən bölgəsəl hərəkətlilikdə zəif durumda olmağımız milli kaderimizin başqaları tərəfindən müəyyən edilməsinə yol açmışdır.  Eyni zamanda, biz millət olaraq bu taleyi Azərbaycanımızın iki yerə bölünməsində və yadelli istilaçı dövlətlərin əlində yüz illərlə əsarətdə qalmasında da görmüşük. Bunun da acı nəticələrini və zillətini millət olaraq yüz illərdir yaşamaqda davam edirik. Biz ACP olaraq düşünürük ki, artıq keçmiş dərslərdən nəticə çıxarmalı, babalarımızın tarixən yol verdiyi yanlışıqlıqları bir daha təkrarlamamalıyıq. Biz Azərbaycanlılar dünya yeni düzəninə keçid dönəmində daha uyğun şəkildə millətimizi ayağa qaldırmalıyıq. Bunun ilk yolu milli oyanış və milli bütövlükdən keçir. İran dövləti və onun başında olan farsçı rejimlər, millətimizi yüz illərdir öz mənfəətləri uğrunda hər cür savaşda, bəlada, inqilabda qurban verməkdədir. Həmişə savaşlar dövrü və çətin zamanlarında Azərbaycan Türkləri İran dövlət mənsublarının , İrançı zehniyyət sahiblərinin yadlarına düşməkdədir. Bugündə ortalıq qarışdıqca Azərbaycanlıları qurban vermək üçün İran rejimi bütün siyasi variantlarını işə salacaq, xalqımızı şirin milli vədləri ilə aldatmağa çalışacaqdır. İran rejimi istənilən bir savaşı Azərbaycan torpaqlarına doğru çəkməyə və millətimizi iran-İraq savaşında olduğu kimi, bu savaşlarda yinə qurban verməyə cəhd edəcəyi danılmaz bir reallıqdır. Son 100 ildə bu kimi təhlükələri bu bölgədən sovşduran biz Azərbaycan türkləri olsaq da, lakin bir millət olaraq öz ana torpaqlarımızda, milli haqlarımızı bərpa etmək istədiyimizə heç vaxt imkan verilməyib. Daima bu sahədə basqı altında əzilməyə məhkum olmuşuq. Hətta çox zaman milli haqlarımızı tələb etdiyimizə görə düşmən elan olunmuşuq. İran adlanan coğrafiyada, Azərbaycanlılar döyüşən, çalışan, yaradan, ürətən və becərən bir millət olmasına baxmayaraq, həmişə aldatılan və uduzan bir millətə dönüşmüşdür. Bu səbəbdən bölgədə İran rejimi, iran dövlətçiliyi və iran kimliyi üzərinə böyük güclərin həmləsi və basqısı artdıqca biz də millət olaraq öz yerimizi bəlirləməli və bilməliyik. Bu məqsədlə bəyan edirik ki 1. Millətimiz istər İsrail – İran, istərsə də İran terrorçu rejiminə yönəlmiş digər savaşlara heç bir halda İran terrorçu rejimi ilə birlikdə qatılmayacaq. Güney Azərbaycan iran deyil.Bölgəyə gələn savaşın Güney Azərbaycanın sınırlarının xaricində durması üçün dünyanın bütün sivil dövlətləri ilə ortaq mövqedən çıxış edəcəkdir. 2. Güney Azəbaycan Milli hərəkatı, Millətlərin “öz Taleyini müəyyən etmək” ilkəsi və “İnsanlara hürrüyət, millətlərə istiqlal” devzi ilə coğrafiyamız’da yeni dünya düzənində qatılımçı olacaqdır. İran adlanan ölkədə hər hansı bir savaş baş vercək halda ACP, Azərbaycan milli hərəkatı ilə birlikdə Güney Azərbaycan milli dövlətinin və Cümhuriyyətinin quruluşu və Azərbaycan tarixi sərhədlərin çızılması və qorunması üçün sürətlə hərəkətə keçəcək. Belə bir halda milli iradəmizə önəm verən hər bir tərəflə milli mənfətlərimiz çərçivəsində anlaşmaya qatılacaqdır. Bu istəyin dışında kimsəyə heç vaxt güzəştə getməyəcəkdir. 3. İranın terror himayədarlığı, yayımçılıq (Şovinizm) və işğalçılıq siyasətləri nəticəsində bölgəsəl savaş durumu yaranarsa Güney’də Azərbaycanlılar, 50 milyonluq Azərbaycanlının tək ümid yeri və dövləti olan Azərbaycan Respublikası dövlətinin qərarları ilə hərəkət etmək barədə açıq fikirlə çıxış edəcəkdir. 4. ACP düşünür ki, yüz illərdir millətimizin qanını tökərək insanlarımızı dar ağaclarından ölümə məhkum edən və millətimiz hər bir fürsətdə ən insani və illkin haqlarından və rifahlı yaşamdan mərhum qoyan İran rejiminə qarşı olan və milli mənafeyimizə sayğı göstərən istənilən bölgəsəl güclərlə ortaq mənfəətlərdən çıxış edilməlidir. 5. Biz Azərbaycan milləti və bütün insanlıq üçün bölgəmizdə və coğrafiyamızda terrora xidmət edən güclərə , nukler silahlara və atom bombalarına qarşı olacağıq. İşğala və savaşlara son qoyacaq yeni bir barış yönümlü, ədalətli bir milli dövlətin yapılması əsas hədəfimiz olacaqdır. 6. Yeni dünya düzəni terni bölgəmizdən keçdiyi sürəcdə qırx millyonluq Güney Azərbaycan toplumu ondan kənarda qalmamalı və bu trenin ən sayqın sakinləri olmalıdır. Çünki bölgədə sülh, barış, ədalət və bərabərlik yanlız Azərbaycan millətinin azadlığı və istiqlaliyyət ilə mövcud olacaqdır. 7. Biz ACP olaraq Güney Azərbaycan Milli hərəkatı adına bəyan edirik ki, bölgəni kiçik etnik dövlətlərə parçalamaq, yerli olmayan xalqlara vədələr vermək, heç bir halda bölgənin istiqrarına fayda gətirməyəcəkdir. Yalnız Güney Azərbaycanda Təbriz mərkəzli qırx milyonluq Azərbaycan cümhuriyyəti quruluşunu bərpa etməklə coğrafiyamız demokratik dəyərlərə sahiblənməyə və istikrarına qovuşmaq şansını qazanacaqdır. Bu həm də bölgədə daha sağlıqlı, daha yüksək əmniyyətli və ekonomili gələcəyə bir zəmin yaradacaqdır. Bu coğrafiya vahid bir bədəndən ibarətdir. Bu çalışmalar isə bu bədənin bütün bir canlı kimi vahid şəkildə çalışmasına xidmət göstərəcəkdir. Beləliklə, ortadoğu və Cənubi Qafqazda gərçək mənada sülh, ədalət və barış üzü görəcəkdir. Saydılar ilə Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) Təbriz şəhəri

Şəmkir Yol Polisi sakinlərdən nə istəyir ?

Şəmkir Yol Polisinin əməkdaşları Çinarlı, Yeni Həyat, Seyfəli sakinlərinin yediyini burnundan gətirib. Qeyd olunan qəsəbə və kəndlərin ərazisində vətəndaşları addım başı yolda saxlamağın adı nədir ?  Hər gün elə təəssürat yaranır ki, Şəmkir DYP-nin bütün xidməti avtomobilləri Çinarlı, Seyfəli və Yeni Həyata səfərbər edilib.  Sağdan girəni saxla, soldan girəni saxla, düzünə gedəni saxla, evindən çıxanı saxla, xəstəxanaya gedəni saxla, su aparanı saxla.   Sizin vəzifə səlahiyyətləriniz insanları addım başı narahat etmək üçün qanunverici əsasa bağlıdırmı ? Qeyd olunan qəsəbə və kəndlərin ərazisində hərəkət edən avtomobillər sizin üçün hər gün şübhəli mahiyyətə malikdirmi ?  Bu sakinlər gündəlik kütləvi şəkildə qeyri-qanuni olaraq avtomobilmi idarə edirlər ? Sözcü.az-ın redaktoru - Ceyhun Nəbi

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.  Təbrikdə deyilir:  "Əziz həmvətənlər! Ramazan Müqəddəs Qurani-Kərimin nazil olduğu, müsəlmanların ən müqəddəs aylarından biri, insanları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa çağırış ayıdır.  Müsəlmanlar Ramazan ayını həmişə səbirsizliklə gözləyir, xoş niyyətlərlə tanrıya dua edir, ibadətlə məşğul olurlar. Ramazan ayında oruc tutan, Allaha dua edən inanclı insanların duaları Allahın dərgahında qəbul olunsun. Bu gün xalqımızın əsas niyyəti, məramı ölkəmizdə azad, firavan və demokratik bir cəmiyyətin qurulmasıdır.  Müqəddəs bayram günündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla, qürur hissi və fəxrlə anırıq. Ramazan ayında ölkəmiz və xalqımiz üçün etdiyimiz duaların Allahın dərgahında qəbul olunacağına, xoşbəxt gələcəyimiz naminə əzmkarlığımızı artıracağımıza inananaraq hamınızı müqəddəs Pamazan Bayramı münasibəti ilə təbrik edir, Sizə xoşbəxtlik və uğurlar arzulayıram.”

"Yəqin hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb" - Natiq Cəfərli

“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “AvtoVAZ”ın rəhbəri Maksim Sokolovun sözlərinə istinadən məlumat yayıb. Məsələ ilə bağlı iqtisatçı Natiq Cəfərli özünün feysbuk səhifəsində yazaraq,  bildirib ki, “istehsal” adı ilə təqdim etdilən avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir.  "Azərbaycada indi də “Lada” avtomobilləri yığılacaq, bəli-bəli, istehsal olunmayacaq, məhz yığılacaq. Yəqin hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb, “Lada”-nı Rusiyadan idxal edəndə büdcəyə N qədər rüsum-vergi ödənilir, maşınları tam hazır, amma, məsələn, güzgüsüz, təkərsiz, oturacaqsız gətirirsən, məmləkətdə güzgüsünü, oturacağını, təkərini yerinə bağlayıb silib-təmizləyirsən – olur “istehsal”, nə rüsum ödənilir, nə vergi.  Dəfələrlə hökumətə ictimai çıxışlarda demişik ki, maşın istehsalı yaxşıdır, amma detallarının ən azı 25-30%-i ölkədə istehsal olunmalıdır. Bu zaman yan sahələr yaranır, yeni iş yerləri açılır, yerli mütəxəssislər yetişir – bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir. Vəssalam..."

Bəlkə Qurban Qurbanova şans verilsə idi ...

Cabir Turan Cəfərbəyli Şota Arveladze,Kaxa Kaladze(daha gənc) ,Timur Ketsbaya, Levon Kobiaşvili,Mixail Kavelaşvili, Georgi Kinkladze ,Aleksandr İaşvili və başqaları ...  Bunlar Gürcüstan futbolunun "qızıl " nəslidir. Sovet hakimiyyəti dövründə yetişib, müstəqil dövrdə Millinin əsasını təşkil edən bu futbolçular Gürcüstan millisində heç nə edə bilmədilər Bir-iki həyacanlı tsikli çıxmaq şərtilə elə aşağı -yuxarı bizim kimi çıxış edirdilər. Halbu ki ,biz  Rusiyanın 1-ci dəstəsində futbolçumuz olduğunda sevincdən həyacanlananda Gürcüstan millisinin əsasını "Ayaks", "Mançester Siti""Milan","Nyukası" kimi klublarda oynayan futbolçular təşkil edirdi. Amma dediyim kimi heç bir uğur olmadı. Bəli,həmin il milli komandalar arasında rəqabət güclü idi,bu bir səbəb.  Bəs sonra?  Ümumiyyətlə,ayrıca araşdırma mövzusu aparılmalıdır ki ,SSRİ dağıldıqdan sonra azı 10 il niyə Rusiya millisindən başqa heç bir post-sovet ölkəsinin komandası Dünya və Avropa çempionatına vəsiqə qazana bilmədi? Tamam,ilk illər ruslar SSRİ-nin varisi kimi FİFA-ya üzv olmaqdan istifadə edib İlya Tsımbalar,Oleq Salenko,Yuri Nikifirov,Viktor Onopko,Axrik Çveyba,Omari Tetradze kimi futbolçuları milliləşdirdi. Amma qalan futbolçularla da Ukrayna,Gürcüstan, Belarus milliləri heç bir uğur qazana bilmədi. Nəysə, mətləbdən uzaqlaşdım.  Müstəqil Gürcüstan futbolunun "qızıl" nəslinin edə bilmədiyini böyük əksəriyyəti müstəqil Gürcüstanda doğulan futbolçulardan qurulan Milli komanda etdi və tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı. Millətlər Liqasından vəsiqə qazanması belə bu uğura kölgə salmamalıdır. Bu format elə məhz bizim , Gürcüstan kimi ölkələrin bu tip turnirlərə vəsiqə qazanması üçün təşkil olunub. Nə bilirsən,bəlkə Qurban Qurbanova şans verilsə idi , Gürcüstan millisinin yerində biz olacaqdıq? Amma yox, bazar,qohum-tanış məntiqi ilə idarə olunan federasiyalarda bu mümkün deyil. Gürcüstan Futbol Federasiyası futbolçular,özü də bizdə olan kimi kukla kimi,bir-iki kəlməni düz-qoş edib danışa bilməyənlər yox, müstəqil qərar vermək ,iş görmək qabiliyyətində olan keçmiş futbolçular idarə edir. Çünki bizdə bir süni meydana çəkilən xərcə,müasir futbol akademiyaları yaradan məntiq, şəxsiyyətlər idarə edir Gürcüstan futbolunu. Çünki gürcü futbolçular "altı çayxana,üstü moyka" təfəkkürü ilə yox,inkişaf etmək haqda düşünür.  Ümumiyyətlə bilirsiz əsas səbəb nədir? Onların Mixail Mesxisi,Aleksandr Çivadze,David Kipiani,Vitali Daraseliya,Ramaz Şengeliya,Tengiz Sulakvelidzesi olub. Üstəlik bizim 1966 bürüncümüzə qarşı 2 SSRİ çempionluğu və 1981-ci ildə qazanılan Avropa Kuboklar Kuboku... Hələ 2 SSRİ kubokunu,5 ikinci ,13 üçüncü yeri demirəm.  Bizdə? Anatoli Banişevski ? Hə,onu məhv edənlərdən biri elə özümüz olmuşuq. Ələkbər Məmmədov? Bizdən olub,bizimki olmayan. Latviya nümunəsini çıxmaq şərtilə ,belə məlum olur ki, futbol ənəsi olan ölkə olmaq da başqa şeydir. Nəzərə alsaq ki, əgər ənənəsi olmayan ölkə federasiyaları bazar məntiqi ilə idarə olunur,onda vəziyyət lap bərbaddır. Belə...

Şəmkirdə Polkovnik Cahangir Rüstəmovun anım tədbiri keçirilib

Bu gün Şəmkir şəhər Şəhidlər Xiyabanında Polkovnik Cahangir Rüstəmovun anım günü keçirilib.  Anım tədbirində Polkovnikin ailəsi, yaxınları, döyüş silahdaşları, qazilər və Şəmkir ictimaiyyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, sabiq Briqada komandiri Gədəbəyin müdafiəsinin təşkil edilməsində bir hərbiçi və mənəvi nüfuzu olan bir ağsaqqal kimi adını Azərbaycanın şərəf tarixinə yazdırıb. 1992-ci ildə uğurlu Başkənd əməliyyatı, Şəmkir Aerodromunun ruslardan tərksilah olunması qeyd olunarkən mütləq ki, bu hadisələrə rəhbərlik etmiş mərhum briqada komandiri hörmət, sevgi və şükranla xatırlanır.  Sözcü.az

Türkiyədə Bələdiyyə seçkilərinə 5 gün qalır - Həsən Türksoy

Mən sizə bu seçkinin siyasi tərəfindən söz açmayacam məqsədim sistem haqda danışmaqdır. Türkiyədəki Yerəl(Bələdiyyə) seçki sistemi çox unikal bir sistemdir. Seçici yaşadığı yerə görə 3 fərqli formada səs verir. Məsələn: Türkiyədə rəsmi olaraq 81 İl(Vilayət) var. Bunların da 30-nun Böyükşəhər statusu var. Deyək ki İzmirdə yaşayan seçici seçki məntəqəsinə daxil olduqda 1 yox 5 fərqli bülleten alır. Bunlar: •Böyükşəhər Bələdiyyə Başqanı •Böyükşəhər Bələdiyyə Məclisi üzvləri •Şəhər(İlçe) Bələdiyyə Başqanı •Şəhər(İlçe) Bələdiyyə məclis üzvləri •Məhəllə Başqanı (Muhtar) Böyükşəhər statusu olmayan 51 İldə(Vilayətdə) isə seçiciyə 4 fərqli bülleten verilir: •İl(Vilayət) və ya İlçe(Şəhər) Başqanı •İl(Vilayət) məclis üzvləri •İlçe(Şəhər) məclis üzvləri •Məhəllə Başqanı (Muhtar) İlçelere (Şəhər) tabe olan kəndlərdə: •İl(Vilayət) məclis üzvləri  •Kənd Bələdiyyə Başqanı  •Kənd Bələdiyyə məclisi üzvləri •Məhəllə Başqanı (Muhtar) Bir qədər bizim sistemə bənzər İcra hakimi tipində Valiliklər və Kaymakamlar(Vali nümayəndəsi) da var ki, Valiləri İllərə(Vilayətlərə) Prezident təyin edir və səlahiyyətləri elə də geniş deyil tam səlahiyyəti yalnız polis üzərində var. Kaymakamları(Vali Nümayəndələrini) isə Valilər İlçelere(Şəhərlərə) təyin edir. Kaymakamlar Bələdiyyə Başqanının razılığı olmadan ciddi bir iş görə bilməz.  Bundan başqa əgər Bələdiyyə Başqanı cinayət törədərsə prezident tərəfindən qəyyum təyin olunur. Yox Bələdiyyə Başqanı istefa verərsə və ya ölərsə məclis üzvləri arasından yeni başqan seçilir. Seçkilərdə isə Bələdiyyə Başqanları və Məhəllə Başqanları (Muhtarlar) majoritar qaydada, Məclis üzvləri isə D'hont sisteminə uyğun seçilir. Millət vəkilləri və Dövlət Məmurları Bələdiyyə Başqanı və ya məclis üzvü seçilərsə iki mandatdan birini seçməlidirlər. Yerli əhalidən toplanan vergilər, partiyaların təşkilatlarına verilən pullar,ərazilər, alqı-satqı və s. məsələlərin səlahiyyəti tam olaraq Bələdiyyələrdədir. Buda Bələdiyyə seçkilərinə xüsusi maraq qatır. Həsən Türksoy

"20 il əvvəl törədilən Nord-ost teror aktı ssenarisinin təkrarlanması ciddi suallar doğurur" - Mustafa Hacıbəyli

Moskvada yerləşən “Krokus Siti Holl”da terror aktı baş verib. Nəticədə ilkin ehtimala görə, 130 nəfər həlak olub, yüzlərlə yaralı var. Kompleksdə partlayışdan sonra yanğın hələ də davam edir.  Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli terror aktında Rusiyanın xüsisi xidmət orqanlarının fəaliyyətinin ciddi sualalr doğurduğunu bildirib:  "Moskvada Araz Ağalarova məxsus "Krokus Siti"də konsert zamanı terror törədilib. Necə olubsa, seçkidə bir seçki qutusuna "zelyonka" tökən vətəndaşın qarşısını alan Rusiya xüsusi xidmət orqanları, onlarla insanın öldürülməsi, yüzdən çox insanın yaralanması ilə nəticələnən o boyda hücumun qarşısını ala bilməyib. İstər-istəməz Moskvada 20 il əvvəl törədilən Nord-ost teror aktı yada düşür. O vaxt bir çox suallar açıq qalmışdı. Həmin terror aktının cəmiyyəti çeçenlərə qarşı səfərbər etmək üçün FSB-nin sifarişi ilə törədildiyi barədə iddialar vardı. Uzun fasilədən sonra, Kremlin cəmiyyəti Ukraynaya qarşı səfərbər etməyə çalışdığı vaxt eyni ssenarinin təkrarlanması ciddi suallar doğurur".

250-300 min Azərbaycanlının qətliamı, Cilovluq Azərbaycanın və Türk dünyasının HOLOKOSTU

250-300 min Azərbaycanlının qətliamı, Cilovluq Azərbaycanın və Türk dünyasının HOLOKOSTU 106 il öncə Qərbi Azərbaycanda əliyalın türklərə qarşı kütləvi qətliamlar düzənlənmiş və bu millətimizin tarixi yaddaşında ən çox Cilovluq faciəsi ,ya Qara qırqın kimi əks olunmuşdur. Cilovluq qırğının bir soyqırım kimi nəinki bölgədə, eyni zamanda, dünyada analoqu hələ də olmayıb. Cilovluq qırğınının əsas tətikçiləri türklərə kin və nifrəti ilə seçilərək bölgəyə yerləşdirilmiş etnik erməni, assuri və kürd dəstələri idi. Soyqırımlarda silahlı kürd dəstələrinə İsmail aqa Smitko  , ermənilərə Petros ağa, xristian assurilərə isə Marşimon başçılıq etmişdi. Beləcə, bu etnik silahlı quldur dəstələri Urmu, Salmas və Xoy şəhərlərində Azərbaycan türklərinə qarşı qətliam törədiblər. Soyqırımların zirvə nöqtəsi isə 1918-ci ilin martında Yeni gün (Novruz) bayramının axırıncı çərşənbəsində olmuşdur. Belə ki, 1918-ci ilin martında, Yeni gün (Novruz )bayramının sonuncu çərşənbəsində qoca, uşaq, qadın demədən 250-300 min aralığında Qərbi Azərbaycan türkü milli soyqırıma məruz qalaraq qətlə yetirilmişdir. Birləşmiş erməni-kürd və Assuri dəstələri 159 gün boyunca Urmu, Xoy və Salmasın ayrı-ayrı kəndlərində türk əhalisinə kütləvi divan tutaraq dinc əhalini qətlə yetirmişdilər. Düzdür, tarixin o çətin günlərində xalqımızın imdadına yetən və milli kimliyimizin qorunub saxlanılmasına və Qərbi Azərbaycanda daha çox insan faciəsinə yol verməyən, millətimizə açıqdan-açığa dəstək olan Anadolulu qardaşlarımız, o zamankı Osmanlı ordusu olmuşdur. Baxmıyaraq ki Azərbaycanlılar Kazımxan , Zər Xanım kimi qəhrəmanların başçılıqında  milli-müqavimət dəstələri ilə aylarca dirənişlər göstərməyə çalışıblar,ancaq  Türk ordusu əgər xalqımızın imdadına yetişməsəyidi Cilovluq faciəsi qurbanlarının sayı üç yüz mini daha çox aşacaqdır. Batı Azərbaycandakı bu mənfur olayların planı , dünəndə, bu gündə sözdə demokratiya beşiyi sayılan Qərbdə cızılmaqdadır. Böyük dövlətlər terrorçu qüvvələr ilə Urmu gölü ətrafında “Kiçik Ermənistan dövləti” “Kürdüstan dövləti ” və “Assur dövləti” yaratmağı hədəfləmişdi. Məqsəd : 1. Bu gün olduğu kimi o dönəm də hakim Türk milli kimliyini ortadan qaldırmaqla bölgədə qeyri türklərdən ibarət böyük federativ dövlət yaratmaq idi.  2. Bölgədə maraqları olan sözdə demokratiya keşişçiləri,  Böyük Britaniya, Fransa və Rusiya birgə Qacar və Osmanlı emperyaları yıxıldıqdan sonra, Azərbaycan sərhədində və böyük türk millətinin arasında 3lü divar hörmək istəmişlər. Bu divar həm Türkləri bir birindən ayrı tutacaq, həmdə Türklər, ortalarından qılınc kimi keçən 3 antı Türk dövlətləri ilə boğuşacaq. Batı Azərbaycan nədən həm yüz il öncə, həm də bu gün bu iğtişaşlara məruz qalır? Bunun bir neçə səbəbi var. Birinci Batı Azərbaycan, Urmu bölgəsi başdan Türk milli kimliyinin yaranış və dövlətçilik tarixinin bünövrəsidir. Urmu tarixi kimliyimizi məhv etmək üçün bu bölgə diqqətə alınmaqdadır. İkinci bu bölgə strarteji olaraq Anadolu yurdaları ilə ən sıx halda sınra malikdir və Turanı birləşdirən körpüdür. Bu sınırlar işğal olunarsa Türk dünyasının birliyi və böyüməsinin və varlığının önü alınar. Bu planı bugün başqa bir şəkildə böyük güclər illər öncə Anadolunun doğusunda və Qərbi Azərbaycanda terror vasitəsi ilə gerçəkləşdirməyə cəhd etmişdir. Üçüncü Qərbi Azərbaycan və Urmu bölgəsinin geo-siyasi əhmiyətidir. Urmu Azərbaycanın dünyaya açılan qapısıdır. Bu Qapı tarix boyu türklərə hər cəhətdən üstünlük vermişdir. Batı və Uzaq şərqin keçidi olan, Urmu ,Çanaqqala kimi xüsusi Geopolitik əhəmiyyətə malikdir. Yuxarıda sadalanan mənfur planlı olaylar bu gün tarixi torpaqlarımızda Batı Azərbaycanda və Urmu bölgəsində iran dövləti vasitəsi ilə millətimizin üzərində təkrarlanmaqdadır. İran molla rejim tərəfindən bölgədə tətiklənən və baş verən  terror açıq şəkildə görülməkdədir. Bu gün bölgədə qeyri millətlərin türklərin üzərinə qaldırılması yenidən anoloji hadisələrin təkrarlandığını sübut edir. Artıq bir çox xarici batı dövlət parlamentlərində qondarma “erməni soyqırımı”nı tanıyanlar və ya onlara dəstək verənlər, eləcə də, özlərinə insan haqlarını şüar edib dünyaya haqdan-ədalətdən meydan oxuyanlar tarixin ən dəhşətli olayından Cilovluq faciəsindən danışmazlar çünkü özləri bu qanlı olayların memarı olublar. Təssüf ki, insanlıq və Türk milli kimliyinə qarşı yönəlmiş bu antibəşəri faciəyə, yani Cilovluq faciəsinə nəinki batı dövlətləri eləcə də, həm Quzey Azərbaycan, həm də Türkiyədə rəsmi şəkildə hələlik gərəkən qiymət verilməməkdədir. Biz ACP olaraq dünya millətlərinə və xalqımıza bəyan edirik ki, 106 il öncə yenigün(Novruz) bayramı öncəsindən başladılan Batı Azərbaycandakı soyqırım olayları, Cilovluq faciəsi milli kimliyimizin silinməsinə və yurdlarımızın işğalına hesablanmışdır. Bu səbəbdən o hadisələr və Azərbaycanlılara doğru soyqırım qətliamları və faciələr milli yaddaşımızdan silinməyibdir. O zaman millətimizə, yani Türk milli kimliyinə qarşı düşmən kəsilmiş məlum qüvvələr bu gün yenə də həm rejimin, həm də, bölgəmizdə maraqları olan imperalist güclərin oyunçusuna çevrilməkdədir.Son 100 ildə İran dövləti və onun başına gələn rejimlər isə elə qeyd etdiyimiz həmin batı güclərinin məhsuludur. Biz açıqdan-açığa həm İran rejiminə, həm də onların himayəsinə sığnmış etnik xalqlara bəyan edirik ki, millətimizə qarşı yenidən bir hərəkətlənmələrə yol veriləcəyi təqdirdə biz millət olaraq ayağa qalxıb misilləməsi ilə hər kəsin cavabını verəcəyik. Hörmətlə, Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) Analatik-Araşdırma və təhlil mərkəzi Təbriz şəhəri Son çərşəmbə 1402 Günəş ili

Müsavat başqanı tanınmış vəkili təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı  başqan müavini, tanınmış vəkil  Osman Kazımovu 60 yaşının tamam olması münasibəti ilə təbrik edib. Təbrikdə deyilir.  " Hörmətli Osman bəy! Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.  Siz  gənc yaşlarınızdan Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin  fəal iştirakçılarından biri olmusunuz.  Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq pariyanın təşkilatlanması, təsir imkanlarının artması üçün yorulmadan çalışmısınız. Ölkədə demokratik cəmiyyətin qurulması üçün müxtəlif siyasi tədbirlərdə, kütləvi aksiyalarda fəal iştirak etmisiniz. 1992-93-cü illərdə, Milli hakimiyət dövründə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının müavini olaraq bacarıqlı vəzifə adamı kimi əhalinin  xidmətində durdunuz, ərazi bütövlüyümüzün təmin olunması üçün ön cəbhədə oldunuz. Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınması üçün mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir.  Siz bu gün də Divan üzvü və başqan müavini kimi təşkilatın idarə olunmasında, partiyanın fəaliyyətinin güclənməsi, təbliği, müsavatçılıq ideologiyasının yayılması üçün çalışırsınız.  Siz həm də uzun müddətdi peşəkar vəkillik fəaliyyəti ilə də məşğul olursunuz və Azərvaycanın ən tanınmış vəkillərindən birisiniz. Professional  vəkil kimi Azərbaycan vəkilliyinin nüfuzunun formalaşdırılmasına, vətəndaşlarımızın hüquqlarının bərpası, onların müdafiəsi işinə böyük töhfə vermisiniz.  Bir vəkil kimi müdafiə etdiyiniz  şəxslərin hüquqlarının tam şəkildə qorunması üçün yorulmadan çalışmış və haqsızlığa qarşı barışmaz olmusunuz. Siz prinsipial, vicdanlı vəkil kimi həmişə haqqın, ədalətin yanındasız.  Bu fəaliyyətinizə görə dəfələrlə təqib və və təzyiqlərə məruz qalmısız.   Peşəkarlığınız və işgüzarlığınız, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Hörmətli Osman bəy! Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı,  və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”

Azərbaycanın taleyinin əzablarına qatlaşan qadın : HELENA HOFFMANN

Helena Hoffman haqqında danışarkən nəvəsi Nilgün Saryal onu Alman doğulub, türk kimi ölən qadın adlandırmışdı. Həyat hekayəsi Almaniyadan başlayıb Azərbaycan, İran və Türkiyədə davam edib. Sıxıntılar, qorxu, cəlbedici məqamlarla dolu bu yaşam sovet zülmləri ilə üz-üzə qalan bir Azərbaycan insanını simvolizə edirdi. Sevgilisi ilə qorxmadan xalqlar həbsxanasına qədər gəldi, buraların hər an ölümlə qaynayan mənzərəsi onu geriyə yox, öz sevgilisi İsmayıl Saryalın alın yazısının parçasına çevirdi. Alman zadəganlığının və aristokratyasının özünəməxsus dəyərlərini özündə canlandıran Helana adınıda, dininidə, dilinidə dəyişərək özünəməxus və kültürlü Azərbaycan türkü bir qadına çevrildi. Onu dəyişən səbəblərin başında Azərbaycan türklərinin səmimiyyəti, sayğıdəyərliliyi, təmiz sevgiləri, müsəlman olaraq başqa kültürlərə qarşı nifrət dolu hisslərdən uzaq olması idi. O fərd olaraq İsmayıl Saryalın vurğunu idi, Azərbaycana gəlişi isə onu Azərbaycan, türk vurğununa çevirdi.     Helena Hoffmann Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri Mir İsmayıl Seyidzadənin Almaniyada oxuyarkən tanış olub, evləndiyi alman bir xanımdır. Mir İsmayıl Seyidzadə Azərbaycan Cümhuriyyəti baş naziri olmuş Nəsib bəy Yusifbəylinin xalası Minaxanımın oğludur.     Helena Hoffmann 9 may 1900-cu ildə Obornikdə doğulub. Mir İsmayıl Seyidzadə yazmış olduğu “Bakı Rüzgarı” kitabında onunla tanışlığı, sevgi həyatı, Azərbaycana gəlişləri, burada onların başına gələnlər və sovet rejimindən xilas olmaqları haqqında maraqlı məlumatlar verib. Mir İsmayıl Seyidzadə Türkiyədə soyad qanuna uyğun olaraq “Saryal” soyadını götürüb. O Türkiyədə mühacirətdə olarkən İsmayıl Saryal adı ilə tanınıb. Saryal Gəncə yaxınlığında bir dağın adı idi. Yurda, onun təbiətinə bağlılıq rəmzi olaraq bu dağın adını soyadı götürmüşdülər. Helena Hoffmann isə Azərbaycana gəldikdən sonra ona Leyla adını vermişdilər. Soyadı isə Seyidzadə olmuşdu. Türkiyədə isə o Leyla Saryal adı ilə tanınırdı. Bütün bu adlar onların yaşamları boyu rəsmi adları olmuşdu. “Bakı Rüzgarı” kitabında isə İsmayıl Saryal özünü Oğuz adı ilə, Helenanı isə ilk dövrlər Helena, sonra isə Alya adı ilə təqdim etmişdi. Bütün bunlar o dönəm üçün gizlilik məqsədi daşıyırdı.     “Bakı Rüzgarı” kitabında İsmayıl Saryal Helena ilə tanışlığı ilə bağlı yazır : Gəzintilərinin birində Elzanı görmək məqsədi ilə Hospisə getdi. Elza onu sevinclə qarşıladı. Söhbət əsnasında Elza bir təklifdə bulundu :     Mən sabah günortadan sonra, bir dostumun doğum gününə dəvətliyəm. İstəyirsiniz, sizdə mənimlə gələ bilərsiniz. Məktəbdən bəri tanışlıq etdiyim Helena yaxşı bir qızdı, görəcəksiniz.     Oğuzun cavabını almadan, tez dostuna zəng etdi, Oğuzunda onunla birlikdə gələcəyini bildirdi.     Ertəsi gün Helenanın doğum günü masası başında toplanan qonaqlar arasında Oğuzda var idi. Qıraq olması səbəbi ilə, bütün qonaqlar kimi, evin xanımı onada xidmət etməkdə idi. Burada Oğuz Helenanın anası və biricik qardaşı ilə tanışdı. Ataları bir neçə il öncə rəhmətə getmişdi.     Yaxın küçədə yaşayan Helena Oğuzun xoşuna gəlmişdi. Onun axtardığı xüsusiyyətlər Helenada var idi: ortaboy, girdəsifət, gülərüz, dizlərinə çatan şabalıdı rəngli saçlar, ölçülü-biçili danışıq. Oğuz onunla dostluq eləmək fikrinə düşdü. Helenanın xüsusi piano dərsi aldığını, həftənin iki günü dərsə getdiyini öyrənmişdi. Bir gün dərsə gedəndə onun qarşısına çıxıb soruşdu :     Gedəcəyiniz yerəcən sizinlə yol yoldaşı olmağıma icazə verərsinizmi ?     Görüş Helenanı həm çaşdırmış, həmdə sevindirmişdi. Yanaşı addımladılar. Getdiyi yer uzaq deyilmiş, söhbətləri uzun sürmədi, ayrıldılar. Oğuz bundan razı qalmadı. Küçədə gəzişib Helenanın çıxmasını gözlədi və onu evlərinəcən ötürdü.     Bu cür başlayan dostluq get-gedə möykəmləndi. Helenanın ailəsi bu vəziyyətlə barışdı və onların dostluğu Oğuz məktəbi bitirənəcən davam elədi. Demək olar ki, gənclər hər gün görüşürdülər. Oğuz bəzən dərsə hazırlığından qalmasın deyə, onun evində məşğul olurdu. Arada Oğuz Helenaya evlənmə təklif etdi, ancaq qızın anası bu məsələni oğlanın təhsilini bitirənəcən təxirə salmasını məsləhət gördü.    Oğuz təhsilini başa vurdu. Gənclər evlənmək barədə öz aralarında qərar qəbul etdilər. Helena Azərbaycana getməyin əleyhinə çıxmadı, heç bir şərt də irəli sürmədi :    Həyatımızı birləşdirmək istəyirik, - dedi, - vahid vücud kimi eyni yolla gedəcək, sevincimizi-kədərimizi bölüşəcəyik. Səni səndən yaxşı tanıyıram. Sənə tamam inanıram. İrəlidə nələrlə rastlaşacağımız barədə indidən düşünmək tezdir. Azərbaycan mənə yad görünə bilər, amma alışaram. Nə qədər ki, sən yanımda olacaqsan, heç nə məni qorxuda bilməz.     Oğuz Helenanın dediklərindən razı qalmışdı. Onu qucaqlayıb öpməkdən özünü saxlaya bilmədi və dedi :     Sənə hər dəfə Azərbaycandan danışanda tünd rənglər qatırdım. Sözlərindən belə başa düşdüm ki, yaranan mənzərə heç də səni qorxutmayıb. İndi həmin mənzərəyə çəhrayı və ağ rənglər vuraq. Xalqımız qonaqsevərdi. Əcnəbi olanda hörmət daha artır. Ora getsək, əyləncəmiz əskik olmayacaq, həftələrlə davam edən gəzintilərdə iştirak eləyəcək, çoxlu dostlar qazanacaq, onlarla yaxşı vaxtlar keçirəcəyik. Hələ çox şeyləri demirəm. Sovetlərdəki aclıqdan söz açırlar. Bunun müvəqqəti olduğuna inanıram. Əlbəttə, belə bir vəziyyət uzun sürməyəcək.     Helena bir neçə gün ərzində anasından razılıq aldı. Amma anası Azərbaycana getmələri barədə eşitmək belə istəmirdi. Amma axırda ailəsi onun Azərbaycana getməsinə razılaşdılar. Onlar çətinlikə Berlindəki Sovet səfirliyindən Azərbaycana gəlmək üçün icazə kağızı ala bildilər. İndi onları min kilometrlərlə yol gözləyirdi.     Berlinin Postdamer Bahnof vağzalından başlayan yolculuq Riqa, Moskva, Gəncəyə qədər davam etdi. Artıq O Gəncədə idi. Almaniyadan Mirismayıl Seyidzadələr ailəsinə alman gəlin gətirmişdi. İlk 3 gün qonaqlar evdə aşıb-daşırdı. Əhval-ruhiyəsi düzəlmiş Helena öz ərinə dedi :     Belə ziyarətçi axınını nə görmüş, nədə eşitmişəm. Həyətdə, otaqlarda adamlarla dolmuşdu. İri samovar onlara güclə çatırdı. Sənə bir həqiqəti deyəcəyəm, amma incimə. Gələn qadınlar arasında bir gözəlinə də rast gəlmədim. Hamısı kök, sifətlərində yara izləri, qısa boylu, əyri ayaqlı idilər. Elə hey mənə baxır, nəsə danışırdılar. Məndə öz aləmimə qapılmşıdım.     Həyat yoldaşının bu cür danışması Oğuzun kefini açdı. Ucadan gülüb dilləndi :     Azərbaycan gözəl qızları ilə öyünür. Sən gördüyün qoca arvadlara baxma, onların işi peşəsi qapı-qapı gəzib, dedi-qodu eləməkdi. Qızlarımız evdən bayıra az çıxırlar. Hələ vaxtımız var. Gözəl, zərif qızlarımızıda görərsən.     Gəncəni gəzdikdən sonra onlar evə döndülər. Onları Oğuzun bacısı qarşıladı. Helenada şəhəri bəyənib, bəyənmədiyini soruşdu. Aldığı cavab belə oldu :     Oğuzun ruhunu oxşayan Gəncənin bağı-bağçası, dağı, meşəsi və adamlarıdır. Burda onun xatirələri qalıb. Oğuzu sevən bağını-bağçasını, dağını, meşəsini və xatirələrinidə sevər.     Helena xanım Gəncəyə gəldikdən sonra ona Leyla adını verirlər. Həmçinin həyat yoldaşının soyadı Seyidzadə soyadını qəbul edir. O Azərbaycanda Leyla Seyidzadə kimi tanınacaqdı. Ad dəyişikliyi ilə bağlı həyat yoldaşı İsmayıl bəy “Bakı Rüzgarı” kitabında işarə edir. Xatirədə ad gizli qalsın deyə Leyla yox, Alya qeyd edilib. İsmayıl bəy xatirələrində bir çox adları öz adları ilə yox, şərti ad altında qeyd etdiyindən Leyla xamında adını belə qeyd etmişdi.     Artıq Leyla Seyidzadə adı ilə tanınan Helena yoldaşı İsmayıl bəy ilə Gəncədə qaldıqdan bir müddət sonra Bakıya köçürlər və beləliklə onların ağır və keşməkeşli həyatı başlayır.     Leyla və həyat yoldaşı Bakıda olarkən Gizli Müsvatın rəhbəri Dadaş Həsənzadə və onun ailəsi ilə yaxın münasibətlərə malik idilər. Dadaş Həsənzadə və İsmayıl bəy gənclik dostları idilər. Bakıya döndükdən sonra bu münasibətləri yenə də saxlayırdılar. Amma sonradan Dadaş Həsənzadə Gizli Müsavat işinə görə həbsxanaya salınır və onun ailəsi ilə sadəcə Leylaxanımgil maraqlanırdı. O həbsxanada olarkən Leyla və Dadaş Həsənzadənin bacısı (Pəri Həsənzadə, C.N) ziyarətə getmişdilər. Bu o zaman çox təhlükəli bir addım idi. Amma Leyla xanım etmişdi. İsmayıl bəy “Bakı rüzgarı” kitabında həmin hadisə ilə bağlı qeyd edir :     Hazırladığı tortu Dadaşın böyük bacısıyla ürəklərini qorxu bürümüş halda ÇEKA-ya apardılar. Girdikləri yeganə pəncərəli və içində boğanaq hava olan gözləmə otağı tünlük idi. Dustaqları bir-bir gələnlərin qarşısına gətirirdilər, səssiz ağlayıb-sızlamaqdan başqa heç nə eşidilmirdi. Hərbi geyimli ÇEKA əməkdaşları kimsənin üzünə baxmadan ora-bura qaçırdılar. Ağlayıb-sızıldayanlara öyrəşmişdilər. İki silahlı əsgər künclərdə keşik çəkirdi.     Dadaşın gətirilmə növbəsi çatmışdı. Bir əməkdaş Alyanın(Leyla, C.N) çiyələkli tortuna süngü sancıb yoxladı. Dəlik-deşik olunmuş tortu Dadaşa vermək fikrindən daşındılar. Alya onu bir tərəfə qoydu. Dadaş digər dustaqlar kimi iki əsgərin arasında gətirildi. Bacısı göz yaşlarını saxlaya bilmədi, əllərilə üzünü örtüb ağlamağa başladı. Dadaş isə əhvalının yaxşı olduğunu göstərməyə çalışırdı. Hətta zarafat eləməyə çalışdı, bir gözünü yumub dedi :     Baxın Alya xanım, gözümün biri yatıb dincəlir, o birisə keşik çəkir oyaqdı.     Bu sözlərdə şübhələnən əsgərlərdən biri dilləndi :     Yerli özünə gəl. Burda eyhamla danışmaq qadağandır. Əsgərlər dərhal da Dadaşı geri apardılar. Qadınlar oradan kədər içində çıxdılar. Alya ərinə şad xəbər apara bilmədi.     Əfsanəvi, Sovet rejiminin sındıra bilmədiyi Dadaş Həsənzadə həbsdə olarkən Leyla Seyidzadəyə onunla görüşmək qismət olmuşdu. Bu faktın özüdə böyük tarixi əhəmiyyətə malik məlumatdır.     Leyla xanım həyat yoldaşı İsmayıl ilə birlikdə sovet ÇEKA-sının izləmələrindən və təqiblərindən özlərini qorumaq üçün tək yolu Azərbaycandan çıxmaqda görürdülər. İran yolu ilə ayrı-ayrılıqda onlar müxtəlif yollarla Azərbaycanı tərk edirlər. İrana keçməklə orada bir müddət qaldıqdan sonra Türkiyəyə mühacirət edirlər. Artıq onların sonuna qədər vətən seçəcəkləri sonuncu dayanacaq Türkiyə idi. Son dayanacaq Türkiyədə onun soyadı da dəyişərək Leyla Saryal adı ilə tanınır. Getdikləri yerlərdə çətinliklər və əzablar həmişə onları izləyib.     Leyla xanımın Türkiyə həyatıda çox maraqlıdır. Türkiyədə onun ən yaxın dostları Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadə və Əziz Alpoutun xanımı Aytən xanım idi. Türkiyədə onun Azərbaycan sevgisinə yeni bir sevgidə əlavə olunmuşdu, bu Türkiyə və Atatürk sevgisi idi.      Belə bir möhtəşəm qadın idi Helena Hoffmann, Leyla Seyidzadə, Leyla Saryal.     Yazını onun şəxsiyyətini bizə anlatmaqda yardımçı olan Nilgün xanım Saryalın sözləri ilə bitirmək istəyirəm :     “ Nənəm çox varlı bir ailənin, çox yaxşı təhsil almış, 4 dil bilən, 4 yaşından başlayraq piano və şan dərsləri almış tək qız idi.     3 yaşında atasını itirmişdi. Varlı bir dost ailənin oğlu ilə beşik kəsdirmişdilər. Amma 18 yaşında Azərbaycan türkünə aşiq oldu. Ailəsini razı salmaq üçün müyyən zaman lazım oldu. 7 dayını qəbul etdirmək üçün çaba göstərmişdi.     1924-cü ildə ürəyinin izində, Azərbaycana getdi. Berlinin lüks məhəlləsindəki böyük evdən, Bakıdakı 1 otağa....     Stalin dönminə qədər pis-yaxşı idarə etdilər.     Bir qızı oldu... 1 yaşında öldü...     Stalin dönəminin zülmü başlamışdı... Bakının küçələrində anasını, atasını öldürdükləri və ya sürdükləri kimsəsiz uşaqlar, pərişan halda qaçır, gecələri küçələrdə dalan maşınlarda enən Çeka polisləri binalara dalıb, insanları tutub aparırdı. Dədəmin dostlarını güllələdilər...     9 aylıq hamiləykən, babamı univeristetdə dərs verdiyi tələbələrdən ikisi Çeka-ya xəbərlədi. Babam, atamın doğulduğu gecə İrana qaçdı.     Qucağında 1 həftəlik atamla, Xəzər dənizi vasitəsi ilə oda İrana qaçdı.1 ilə yaxın İranda yaşadılar. 1 il sonra öncə dəvə, sonra at üstündə Türkiyəyə qaçdılar...     Gənc Türkiyə Cümhuriyyətinə, özgürlüyə, bağımsızlığa, ümidə....     Sərhəddə türk əsgəri, dağda qaçaqlara aid olduğunu düşündükləri bir çadırı açıb, içində yatan bir gənc, sarışın gözəl qadın, bir uşaq tapanda heyrətlənib qaldı. Ondan sonrası həmişə gözəl keçdi həyatımız, Atatürk və türk milləti sayəsində. “Varlığını buna borclusun” həmişə dedi mənə.     Yeriməyə başladığım gündən, məktəbə başladığım günə qədər, hər səhər Anıtqəbirin ilk ziyarətçiləri olduq ikimiz. Çıxarkən xatirələrini, Atatürkü və cümhuriyyətin ilk illərini danışdı. Enərkən danışdı, bıkmadan, usanmadan hər gün.     Əsgərlər “Nilgün gəlmiş” deyə gülərək qarşıladı. Evim kimi gəlirdi Anıtqəbir...    Atamın evi..    Son illərini daha çox danışırdı...    Hər danışdıqca sonda deyərdi:     Əsla ağlama arxamdan, mən çox gözəl bir həyat yaşadım. Babala bir-birimizi çox sevdik. Çox xoşbəxt yaşadıq. Çox rəngli həyat yaşadım, onunla evləndiyim üçün. Almaniyada qalsam, yada 2-ci dünya müharibəsində bir bomba ilə öləcəkdim, yada həyatda qalsam da tək həyat yaşayacaqdım. Mənim həyatım bir film kimi həyacanlı keçdi. Yaxşı ki, Atatürk və qurduğu Türkiyə Cümhuriyyəti vardı. O sayədə varıq. Vətənini sev. Heç bir zaman pes etmə, hər şey düzələr.     Anama gümüş çərçivəli balaca bir Atatürk rəsmi vermişdi, divarıma asmışdıq.Səhərlər qalxanda, yuyunub geyindikdə sonra, öncə and içdirirdi qarşısında, daha məktəbə başlamamışdım :     Türküm, doğruyum, çalışqanam....      Arxamdan sakın ağlama, sevin ki, nənən çox rəngli və xoşbəxt bir həyat yaşadı. 1. Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli – Azərbaycan Cümhuriyyətinin Tələbələri (Tarixi arayış, bəlgələr, yaşamlar), Bakı, 2016. 2. İsmail Saryal – “Bakü Rüzgarı”, Ankara 1998. 3. Fotolar və bir çox şəxsi məlumatlar İsmayıl Saryalın və Helena Hoffmanın nəvəsi Nilgün Saryalın şəxsi arxivindəndir. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

İstiqlalçı millət vəkili Tofiq Bağırovun anadan olmasının 98-ci ili tamam olur

Bu gün İstiqlalçı millət vəkili Tofiq Bağırovun anadan olmasının 98-ci ili tamam olur. O 25 fevral 1926-cı ildə Gəncədə anadan olub. Gəncədə orta məktəbi bitirdikdən sonra (1943) Tiflis Dəmir Yolu Mühəndisləri İnstitutuna daxil olub. Təhsilini 1948-ci ildə başa vurub. Əmək fəaliyyətinə 1948-ci ildə Orcenikidze Dəmir Yolu İdarəsinin Mahaçqala şəbəkəsində yol növbətçisi kimi başlayıb. Dərbənd stansiyasında dispetçer işləyib. 1949-cu ildə Azərbaycana gələrək, Biləcəri stansiyasında böyük dispetçer, stansiya rəisinin müavini olub. SSRİ Dəmir Yolu Akademiyasının ali mühəndislər kursunu bitirdikdən (1953) sonra isə Biləcəri stansiyasının rəisi vəzifəsində çalışıb. T. Bağırov 1956-cı ildən etibarən rəhbər vəzifəsində Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin rəis müavini (1956–1958), iki ildən sonra isə Bakı şöbəsinin rəisi (1958–1960), Kommunist Partiyasının Bakı şəhəri Nərimanov rayonunun Birinci Katibi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1961–1963), Azərbaycan KP Gəncə (Kirovabad) Şəhər Komitəsinin birinci katibi (1962–1966), Azərbaycan KP Mərkəzi Komitəsində Təşkilat və Partiya orqanları şöbəsinin müdiri (1966–1971), Azərbaycan Dəmir Yolu İdarəsinin birinci rəis müavini (1971–1983), Azərbaycan SSR Ali Sovetinə, bir dəfə isə SSRİ Ali Sovetinə deputat seçilib. "SSRİ Fəxri Dəmir Yolçusu" adına layiq görülmüşdür. 1983-cü ildən təqaüdə çıxan T.Bağırov 1988-ci ildə, Dağlıq Qarabağ hadisələri başlanan zaman aktiv fəaliyyətə başlayıb. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müşaviri, "Qayğı" və "Qarabağa yardım" Cəmiyyətlərinin İdarə Heyətinin Sədr Müşaviri olub. 1988–2003-cü illərdə Azərbaycan Respublikasının Ali Sovetinin sədr müşaviri olub. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib. Müstəqillik Aktının müəlliflərindən biri olub və Komissiya Sədri kimi onun təklifi ilə 18 oktyabr tarixi 1991-ci ildən etibarən Azərbaycanda Müstəqillik bayramı kimi qeyd olunur. Sözcü.az

Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı?

Azərbaycan hər gün daha da yaşanmaz, dəhşətli bir hal alır. İnsanlar bir-birinə münasibətdə amansızlaşıb, vəhşiləşməkdədir.  Məktəblinin digər məktəblilər tərəfindən təhqir olunması, aşağılanaraq video çəkilməsi göstərdi ki, Azərbaycanda insani duyğuları, dəyərləri vəhşilik əvəz edib və etməkdədir. Başqasını aşağılamaqdan, təhqir etməkdən, söyməkdən, tikə-tikə doğramaqdan və yaxud da kəsici alətlərlə deşik-deşik etməkdən zövq alanların sayı durmadan artır.  Öz anasını, atasını, bacısını, qardaşını amansızca qətlə yetirən, öz qızını, hamilə həyat yoldaşını kəsici alətlə deşik-deşik edən, ulu nənəsi yaşında qadını məsğərəyə qoyan, öz həmyaşıdını aşağılayaraq təhqir edənlər bu məmləkətdə birdən-birə necə peyda oldu?  Bəli, hər biri öz fərdi olaraq cəzalarını alacaqlar və hüquq çərçivəsində nə lazımdırsa onlarla bağlı həyata keçiriləcəkdir.  Bəs yaxşı, bu yetərli olacaqmı ?  Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı?  Dəhşətli hadisələrin psixoloji, sosioloji, ictimai-siyasi səbəblərini kimsə araşdıracaqmı?  Azərbaycan kimi məsuliyyətsizliyin hökm sürdüyü ölkələrdə belə bir dəhşətli hadisələrin törəyici səbəbləri heç kəsə maraqlı olmadığı bəllidir. Amma gəlin düşünək, bu hallar daha da dərinləşsə heç kəs özünü sığortalaya bilməz ki, bu hadisələr bizim ailəmizdə, qohum-əqrabamızda, qonşumuzda baş verə bilməz. Təhsilin ayaqlar altında olduğu ictimai düzəndə, öz işindən başqa bir şey düşünməyən "müəllimlərin" seçki saxtakarlığında baş rolda ifaçılıq etdiyi mühitdə, insanları sağaltmaq əvəzinə xəstəliklərə düçar edən səhiyyənin, həkimlərin canımıza daraşdığı dövrdə, Hüquq-Ədliyyə-Məhkəmə sisteminin cinayətlə iç-içə olduğu məmləkətdə insanı dəhşətə gətirən hadisələrin baş verməsinə heyrətlənməyə dəyməz. Bir-biri ilə bağlı olan və məsuliyyətdən uzaq bu mühit korrupsiyanın nəticəsində ortaya çıxıb.  Vətəndaş məsuliyyətinin olmadığı, hüququn şüar olduğu, təhsili məktəb binalarında toplaşmaqdan və dağılışmaqdan ibarət olan ölkələrdə bundan başqa bir nəticəni gözləmək sadəlövhlükdür. Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

Mənəvi çöküş

Azərbaycan hər gün dahada yaşanmaz, dəhşətli bir hal alır. İnsanlar bir-birinə münasibətdə amansızlaşıb, vəhşiləşməkdədir. Məktəblinin digər məktəblilər tərəfindən təhqir olunması, aşağılanaraq video çəkilməsi göstərdi ki, Azərbaycanda insani duyğuları, dəyərləri vəhşilik əvəz edib və etməkdədir. Başqasını aşağılamaqdan, təhqir etməkdən, söyməkdən, tikə-tikə doğramaqdan və yaxud da kəsici alətlərlə deşik-deşik etməkdən zövq alanların sayı durmadan artır.  Öz anasını, atasını, bacısını, qardaşını amansızca qətlə yetirən, öz qızını, hamilə həyat yoldaşını kəsici alətlə deşik-deşik edən, ulu nənəsi yaşında qadını məsğərəyə qoyan, öz həmyaşıdını aşağılayaraq təhqir edənlər bu məmləkətdə birdən-birə necə peyda oldu ?  Bəli hər biri öz fərdi olaraq cəzalarını alacaqlar və hüquq çərçivəsində nə lazımdırsa onlarla bağlı həyata keçiriləcəkdir.  Bəs yaxşı bu yetərli olacaqmı ?  Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı?  Dəhşətli hadisələrin psixoloji, sosioloji, ictimai-siyasi səbəblərini kimsə araşdıracaqmı ?  Azərbaycan kimi məsuliyyətsizliyin hökm sürdüyü ölkələrdə belə bir dəhşətli hadisələrin törəyici səbəbləri heç kəsə maraqlı olmadığı bəllidir. Amma gəlin düşünək bu hallar dahada dərinləşsə heç kəs özünü sığortalaya bilməz ki, bu hadisələr bizim ailəmizdə, qohum-əqrabamızda, qonşumuzda baş verə bilməz. Təhsilin ayaqlar altında olduğu ictimai düzəndə, öz işindən başqa bir şey düşünməyən "müəllimlərin" seçki saxtakarlığında baş rolda ifaçılıq etdiyi mühitdə, insanları sağaltmaq əvəzinə xəstəliklərə düçar edən səhiyyənin, həkimlərin canımıza daraşdığı dövrdə, Hüquq-Ədliyyə-Məhkəmə sisteminin cinayətlə iç-içə olduğu məmləkətdə insanı dəhşətə gətirən hadisələrin baş verməsinə heyrətlənməyə dəyməz. Bir-biri ilə bağlı olan və məsuliyyətdən uzaq bu mühit korrupsiyanın nəticəsində ortaya çıxıb.  Vətəndaş məsuliyyətinin olmadığı, hüququn şüar olduğu, təhsili məktəb binalarında toplaşmaqdan və dağılışmaqdan ibarət olan ölkələrdə bundan başqa bir nəticəni gözləmək sadəlövhlükdür. Ceyhun Nəbi

7-ci sinif şagirdinin yazdığı Ana dili şeiri

Ağsu rayon Çiyni kənd sakini,  7-ci sinif şagirdi İsmayılov Rəvan Seymur oğlunun Ana dili haqqında şerini təqdim edirik: Ana dili  Göz açanda laylamı ana dili oxudu, Bu dildə ana danışır, bu dildə Vətən.  Müqəddəsdir ana dli, sənin hər kəlmən Nənə, ana dilidir sevin, ruh verən. Azərbaycan dilidir ana dilimiz Onunla gözəldir söz və kəlməmiz. Gəlin sevək, qoruyaq biz hər birimiz Doğma həm anatək ana dilimiz. Doğmadır, doğmadan ana dilimiz Onunla döyünür vurur qəlbimiz. Qalxdıq ucalara biz pillə-pillə Zəfər yazdıq tarixə bu doğma  dildə.  Şirindən şirindir, şirindir mənə Azərbaycan, qurbanam ana dilinə Ana dili sevəcəm hər zaman səni  Sevirəm dilimi, bu doğma dili. 

Müsavat Partiyası seçkilərlə bağlı ilkin rəyini açıqladı

Müsavat Partiyası 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.  Partiyanın mətbuat xidmətindən təqdim olunan sənəddə deyilir:   "7 fevral 2024-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri əvvəlcədən hər hansı ictimai diskussiyalar aparılmadan, növbədənkənar seçkilərin təyin edilməsinin səbəbləri xalqa izah edilmədən təyin edilib. Növbədənkənar prezident seçkilərinin vaxtından 1 il 3 ay əvvəl günlərin qısa, tətillərin çox olduğu qış aylarına təyin edilməsi seçki kampaniyasının 2 ay, təşviqat kampaniyasının cəmi 21 gün olduğu şəraitdə seçkilərdə mövcud iqtidarın alternativi olan, resursları qeyri-qanuni yollarla məhdudlaşdırılmış siyasi qüvvələr üçün əlavə çətinliklər yaradıb. Müsavat Partiyası növbədənkənar prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan hakimiyyətinə seçkiqabağı demokratik şəraitin yaradılması istiqamətində addımların atılması, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşma hüququnun, ifadə azadlığının təmin edilməsi, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinə şərait yaradılması barədə çağırış edib. Müsavat Partiyasının seçki kampaniyası dövründə bərabər rəqabət şəraitinin yaradılması üçün irəli sürdüyü bu təkliflər cavabsız qalıb.  Tam əksinə olaraq növbədənkənar seçkilər təyin olunduqdan sonra da siyasi opponentlərə qarşı təqiblər, siyasi motivli həbslər davam edib. Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. 2024-cü il 7 fevral tarixinə təyin olunan növbədənkənar prezident seçkiləri hər hansı siyasi zərurət olmadan qərarlaşdırılıb. Bu barədə Azərbaycan Respublikasının prezidenti adından verilən 7 dekabr 2023-cü il tarixli sərəncamın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun hər hansı hüquqi əsasları yoxdur. Belə ki, Konstitusiyada fövqəladə, ümummilli əhəmiyyətli növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün konkret hüquqi əsas və ya səbəb göstərilməyib. Bu qərar faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 5-ci dəfə prezident olması üçün rəqabətsiz şərait yaradılmasına xidmət edib. Vətən müharibəsi və sonrakı dövrlərdə işğaldan azad olunmuş ərazilərdə cəmi 26 seçki məntəqəsi yaradılması və orada məskunlaşan əhali arasında cəmi 3400-ə qədər seçicinin olması ilk dəfə seçkilərin Azərbaycanın bütün ərazisində keçirilməsi iddiasının həqiqətə uyğun olmadığını təsdiq edir. Ölkədə vətəndaşların sərbəst toplaşmaq hüququ demək olar ki, ləğv edilib. Siyasi məhbuslar problemi nəinki həll edilməyib, əksinə, onların sayı artaraq 200 nəfəri keçib. Azərbaycan hakimiyyəti ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraitinin tam aradan qaldırılması, təkpartiyalı siyasi sistemin qurulması istiqamətində fəaliyyətini növbədənkənar prezident seçkiləri ərəfəsində də davam etdirib. Son parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması hesabına parlamentə buraxılmayan aparıcı müxalifət partiyalarının sərbəst siyasi fəaliyyətinə imkan verilməyib. "Siyasi Partiyalar haqqında" Qanuna edilən mürtəce dəyişikliklər icra hakimiyyətinin müxalifətin fəaliyyətinə müdaxilə imkanları daha da artırıb. Müstəqil mətbuat əsasən sıradan çıxarılıb. Ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları tamamilə hakimiyyətin nəzarəti altındadır, müstəqil və müxalifət qəzetləri yoxdur, müxalif yönlü saytlar bloklanmaqda davam edir. Müxalifətə informasiya dəstəyi verən saytlara qarşı polis və prokurorluğun təzyiqləri davam edir.  "Media haqqında" mürtəce qanun müstəqil və tənqidçi medianın qanuni fəaliyyət göstərməsini əngəlləyib.  Seçkilər ərəfəsində 10-dan cox jurnalist qanunsuz həbs edilib. Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən beynəlxalq təşkilatların tövsiyələri yerinə yetirilməyib. Bunun nəticəsində MSK da daxil olmaqla, bütün seçki komissiyaları və oradakı vəzifələr faktiki olaraq həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb. Bundan əvvəl Azərbaycanda keçirilən seçkilərin nəticələrinin seçki komissiyaları tərəfindən saxtalaşdırıldığı yerli və beynəlxalq müşahidə mərkəzləri tərəfindən dəfələrlə qeyd olunsa da, seçki komissiyalarının tərkibi dəyişdirilməyib. Seçici siyahıları ciddi qüsurlarla tərtib edilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə ölkədə 7,5 milyona yaxın seçici yaşında vətəndaşın olması barədə məlumatla seçici siyahılarında olan seçicicilərin sayını müqayisə edərkən aydın olur ki, bir milyondan artıq seçicinin adı seçici siyahılarına daxil edilməyib. Seçki kampaniyası dövründə namizədlərin əksəriyyəti öz platformalarını elektorata çatdırmayıb, kütləvi görüşlər keçirilməyib, vəd verməyib, ümumiyyətlə təbliğat kampaniyası aparılmayıb. Seçki günü aparılan müşahidələr zamanı seçicilərin böyük əksəriyyətinin səsvermə məntəqələrinə getmədiyi, karusel əməliyyatı vasitəsi ilə seçici qruplarının müxtəlif məntəqələrdə dəfələrlə səs verməsinə şərait yaradılması, seçki qutularına topa halında seçki bülletenlərinin atılması kimi pozuntular aşkar edilib. Bütün bunlar MSK- nın seçici fəallığı ilə bağlı elan etdiyi rəqəmlərin bir-neçə dəfə şişirdildiyini göstərir.  2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezidenti seçkiləri azad və ədalətli olmayıb. Bu seçkilər son illərdə ölkəmizdə keçirilən digər seçkilərdə olduğu kimi BMT, ATƏT və digər nüfuzlu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib. Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezidenti seçkilərini azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsinin ifadəsini əks etdirməyən seçkilər hesab edir. Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin  nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini tələb edir".  

Rəhbərin qayıdışı- hekayə

Elşən Əlisoy Əliheydər kişi 40 il idi ki, “Azadlıq” kolxozunun sədri idi. Bu illər ərzində “dahi sədr”, “kolxozun xilaskarı” kimi adlar qazanan, sinəsi orden-medallarla dolu olan Əliheydər kişinin çətin günləri başlamışdı. Kolxozun əsasən gənclərdən ibarət bir dəstə “avara”sı, (Əliheydər kişi onun istefasını istəyən gəncləri belə adlandırırdı) onun istefasını tələb edir, kolxoza yeni sədr seçməyə çalışırdılar. Bu “avara”lar o qədər harınlamışdılar ki, Əleydər kişi kimi kolxozun heyvanlarının da dillərini onların özlərindən yaxşı bilən bir dahini tayfabazlıqda ittiham edirdilər. İddia edirdilər ki, güya Əliheydər kişi nəslində olanların hamısını kolxozun yeyinti olan sturukturlarına yerləşdirərək kolxozu dağıdır. Hələ bir az qabağa gedərək kolxozun doldurduğu pambıq planının saxta olduğunu da deməkdən çəkinmirdilər. Qonşu kolxozlarda da köhnə sədrlərə qarşı oxşar kampaniya həyata keçirildiyi üçün Əliheydər kişi susur, zamanın onun xeyrinə dəyişəcəyinə inanırdı. “Dahi sədr” kolxozçuların da dillərini yaxşı bilirdi. O, bilirdi ki, onun hökmlü əmrlərinə öyrənən, təzə “Qaz 21”inin motorunun səsini eşidəndə gizlənməyə kol dibi axtaran kolxozçular bu gənclərin mülayim idarəçiliyini həzm etməyəcəklər. Əliheydər kişi bunları bildiyi üçün təklikdə avara adlandırdığı bu islahatçıların üzərinə getmir, hətta yeri düşəndə onları müdafiə də edirdi. Kolxozda inqilab olmuş, rəhbərlik dəyişərək kolxozun başına yeni simalar gəlmişdi. Qısa bir zamanda kolxozun başqa kolxozlara olan borcları da ödənmiş, yeni texnikalar alınaraq kolxozun ixtiyarına verilmişdi. Xeyli abadlıq işləri həyata keçirən kolxozun zəhmətkeşlərinin gündəlik həyatlarında ciddi dəyişikliklər başlamışdı. Kolxozçuların maaşları az da olsa artmışdı. Ancaq yeni sədr ilk çıxışında bunlara “xanımlar və bəylər!”,- deyə müraciət edəndə bir az duruxmuşdular. “Axı bəy, xanım hara, onlar hara?”,- deyə düşünənləri də olmuşdu. Əliheydər kişinin zamanında səhərin alaqaranlığında başlarını aşağı salıb kolxozun əkin sahələrinə gedən bu adamlar indi hər səhər kolxozun binası qarşısına toplaşaraq kolxozda baş verən hadisələri təhlil edir, yeni sədrin nöqsanlarını müzakirə edirdilər. Bəzən də dahi rəhbəri xatırlayaraq, “kişinin yaman zəhmi vardı”,- deyə ötən günlərinin həsrətini çəkənlərdə olurdu. Sinəsi orden-medallarla dolu olan dahi rəhbərin yerində kənddə “Yetim Cəmil” kimi tanınan Cəmil kişinin oğlu Elçinin oturması bir çoxuna xoş gəlmirdi. Elçin savadlı və təhsilli biri olsa da, kolxozun bəzi köhnə kişiləri kolxoza dəmir yumruğun lazım olduğunu deyirdilər, yoxsa kolxoz onsuz da geci-tezi parçalanacaq. Bunlardan hətta daha irəli gedərək xilaskar rəhbərə gizli məktub yazıb onu kolxoza dəvət edənlər də olmuşdu. Dahi rəhbər də təbii ki, bunu zəng edərək yeni sədrə demiş və nə vaxt lazım olsa, onun köməyindən bəhrələnə biləcəyini də çatdırmışdı. Bir neçə aydan sonra kolxozda gərginliyin işartıları görünməyə başladı. Kolxozçuların bir çoxu yeni idarəçiliyi qəbul etmir, dünənə kimi kasıb adam kimi tanıdıqları adamların rəhbər vəzifədə olmasını həzm edə bilmirdilər. Rəhbərlə gizli yazışmalar edən kənd ağsaqqalları isə kolxozu bu böhrandan ancaq dahi rəhbərin dəmir yumruqlarının xilas edə biləcəyini deyərək, rəhbərin kolxoza geri dönməsini israrla tələb edirdilər. Kolxozun dəliqanlıları da lazım olsa rəhbər üçün ölümə də gedə biləcəklərini bəyan edərək, yeni rəhbərə dalbadal ultimatumlar verirdilər. Kolxozçuların iradəsinə qarşı çıxmayan yeni rəhbərlik, “bir kolxozçunun belə burnu qanamamalıdır”,- deyərək kolxozun yenidən "xilaskar" rəhbərə ötürülməsinin qarşısını almadılar. Budur, vəzifədən gedəndən qəddi əyilmiş, çöhrəsinə qırışlar düşən xilaskarın təptəzə “Qaz 21”i kolxozun binasına tərəf yaxınlaşır. Kolxozçuların bədənində artıq unutmağa başladıqları qorxunun sızıltıları dolaşmağa başladı. Yenə də köhnə hisslər baş qaldırır. Hər şey gözəldir... Hər şey keçmişdəki kimidir... Bircə bu, çatmırdı, daha “bəy” və “xanım”- deyə müraciətlər edilmirdi. Yenə əvvəlki kimi səhərin alatoranlığında yuxudan durur, ancaq işləməyə yer tapmırdılar. Çünki dahi rəhbər kolxozun xilası naminə torpaqları qonşu kolxoza satmış, bununla da kolxozda sabitlik əldə etmişdi. 

Kənan MM Tiktokdan qazandığı pulu açıqladı

Tanınmış rejissor, aktyor Kənan MM (Mahmudov) Tiktok platformasından qazandığı məbləği ilk dəfə açıqlayıb. Sozcu.az Yenisabah.az-a istinadən xəbər verir ki, "Künc-bucaq" layihəsinin qonağı olan sənətçi bir il ərzində "Tiktok"dan 108 min manat gəlir əldə etdiyini deyib: "Bir gün mənə vergidən məktub gəldi ki, vergi borcun var. Bunu heç vaxt deməmişəm. Düşündüm ki, bu nə borcdur, axı mənim heç bir vergi borcum yoxdur. Mühasib gəldi və dedi ki. Sənin Tiktoka görə vergi borcun var. Sən demə, bir il ərzində mən ordan qazandıqca vergi də gəlirmiş. Sonra o vergini verdim. Məsəl var, hayla gələn, vayla gedər. Tiktokda gələn hədiyyələrin heç biri mənim olmadığı üçün bunun fərqində idim. Halal, haramı anladığıma görə bilirdim ki, o pul mənim deyil. Həmin pulu son qəpiyinə qədər insanlara dağıdırdım. O gün telefonumdan 250-ə yaxın kart silmişəm, hamısı yardım etdiyim insanların kartı idi. Bu haqda heç vaxt danışmamışam, sadəcə üstündən bir il keçib, mövzu açıldığı üçün deyirəm. Bir ildə Tiktokda 108 min manat mənə pul gəlib". O, həmin pulun bir qəpiyini belə özünə xərcləmədiyini etiraf edib: "Sual versəniz ki, o pul hanı? Yoxdur. Çünki o pul mənim olmayıb. Həmişə dua edəndə demişəm ki, mənim olmayan boğazımdan, balalarımın boğazından keçməsin, ailəmə qismət olmasın. Ona görə də mən "Tiktok"a qazanc yeri kimi baxmıram. Ordan qazananlara da pis baxmıram, əsla kimisə qınamıram. Heç kəsin işinə qarışmaq olmaz. Allah şahiddir ki, o pulu mən istifadə etməmişəm, burdan gəlirdi, ordan gedirdi. Bu yaşımda yalan danışası deyiləm. Mənə görə kişi yalan danışmaz. Vergi borcunun nə qədər olduğu isə deməyəcəyəm, bu dövlət sirridir. Amma borcu ödədim".

“Fənərbağça”dan səfərdə inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun daha dörd oyunu keçirilib. Axar.az xəbər verir ki, lider “Fənərbağça” səfərdə "Antalyaspor"un qonağı olub. Hər hissədə bir qol vuran İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Qonaqların heyətində Cingiz Ündər və Mişi Batşuayi fərqləniblər. Günün digər matçlarında "Başakşəhər" "İstanbulspor"u 2:0 hesabı ilə üstələyib, "Rizəspor" "Konyaspor"la qolsuz, "Qaziantep" isə "Kayserispor"la 1:1 hesablı heç-heçə edib. Turun mərkəzi oyunu fevralın 4-də "Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək. Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncüdür.

Rusiyanın hədəfi təkcə Ukrayna deyil - Zelenski

Müharibə Rusiya Ukrayna cəbhəsində başlayıb, ancaq onun hədəfi təkcə dövlətimiz və müstəqilliyimiz deyil. Ona görə də azad dünyanın maksimum konsolidasiyasını saxlamaq və Ukraynanın Rusiyanı məğlub edə bilməsi üçün mümkün olan hər şeyi etmək vacibdir. Çünki Moskva başqa cür başa düşmür. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidentİ Vladimir Zelenski çıxış edib. Zelenski əlavə edib ki, Ukraynanın silahlandırılması, yeni müdafiə paketləri və təhlükəsizlik həlləri üzrə avropalı tərəfdaşlarla iş aparılır: "Biz Rusiyaya qarşı yeni sanksiyalar üzərində və sanksiyalardan yayınma sxemlərinin qarşısını almaqda tərəfdaşlarla işləməyə davam edirik. Biz Rusiyanın müxtəlif yurisdiksiyalarında mövcud olan aktivlərinin müsadirəsi ilə bağlı mümkün qədər fəalıq. Mən Rusiyanın aktivlərinin müsadirə edilməsi üçün bizə kömək edən hər kəsə minnətdaram".

Qürbətdə yanan çıraq

Şair təbiətindəki qeyri adilik ondan ibarətdir ki, o gördüklərinə hər insan kimi baxmır. Baxdığı hər şeydə mütləq bir gözəllik, mücərrədlik axtarır və axtardığı gözəlliyi kəşf etdiyi zaman bütün duyğu orqanlarındakı kövrəkliyin hisslərinə qapılaraq sözlərin sehrinə düşür. Loru dildə desək, tilsimlənir və tilsimin gücü onu sözlərin rəngli dünyasına götürür. Bu da yaşanan çox şeyləri onun ruhunda poetik bir çalarda əks etdirməyə başlayır. Şair qələmindən süzülən söz, əslində insan ruhundakı insanlığın tərcümanıdir. Bəlkə də elə buna görədir ki, tarix boyu şairləri seçilmişlər olaraq görmüşlər. Axı mütləq sandığımız gözəllik qarşısında ilk səcdə edən də şair təbiətli insanlar olub. Ruhunun böyüklüyünü bir bədənə sığdırmayan insanlar kiçik bir sözün işığına tutlaraq ikinci bir dünyaya yol açır və söz dünyasında yüzlərcə insan ruhuna çıraq olurlar. Bu gün poeziya dünyasında "HƏSRƏTDƏN VÜSALA" adlı kitabıyla oxucu marağı qazanan şairə, Səidə Rəhimlini də həmin, o böyük ruhlu insanlar cərgəsində göstərən dərin mənalı şeirləridir. Səidə xanımın ədəbi aləmdəki səsini duymaq üçün onun "VERMƏYİN" adlı şeirinə diqqətinizi çəkmək istəyirəm. Verməyin Odlar, alovlar içində yanıram Yanıram bir içim su üçün Bütün ələmlərimin, zülümlərimin Üstünə su çiləmək istəyirəm. Sərinlik suyu Verməyin bu suyu mənə! Qoyun yanım, qoyun yanım Yanmaq -yanmaq istəyirəm, Sönmək üçün. Uçurumlar içindəyəm Əl uzadıb, dil çıxardıb Yalvarıram Kömək üçün Əl uzadıb, əl tutmayın! Yıxılıram qalxnaq üçün Tufanlar qoynundayam Dənizin amansız dalğaları Dqşlara çırpır məni Haray salıb çırpınıram Əl atmağa, əl tutmağa Budaq istəyirəm, çöp istəyirəm Ümid çöpü Verməyin bu çöpü mənə! Boğuimaq istəyirəm Dəri  sular altına çökmək istəyirəm Vatan görüb rəhm etməyin Ağlamaq istəyirəm xısın-xısın Hönkür-hönkür, zarın-zarın Sonradan talehə gülmək üçün Ölmək-ölmək istəyirəm Yenidən dübyaya gəlmək üçün. Su həyatdır! "Bir içim su istəyirəm və o suyu mənə verməyin", deyən şairənin şeirində özünüdərk o qədər əhatəli şəkildə təsvir olunur ki, o həyatı olduğu kimi, ağrı- əzabıyla yaşamağın nə qədər mənalı olduğunu, yaşamın dadını çıxarmanın və yaşam uğuruna çəkilən cəfanın  şirinliyini açıqlayır. Şeirin ən böyük mücərrədliyi həyatı gerçəkliyin içərisində olan mütləq gözəllikdir ki, həmin gözəllik qarşısında cismani deyil, mənəvi bir yaşama can atan Səidə xanım, bu şeirdə həm də mənəvi aclığını doyurmağa çalışır. Şair qələminin qüdrəti də məhz onun mənəvi gücündən asılıdır. B Vahabzadənin dili ilə desək: "Şam əgər yanmırsa yaşamır demək. Onun da mənası yanmağındadır." Hansı ki, dünyanın ən dahi söz sərrafı M. Fizuli də öz məşhur qəzəlində  eyni hissi aşılayır. Bütün varlığında İlahi bir qüdrət duaraq: "Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni. Bir dəm bəlayi-eşqdən etmə cüda məni. Az eyləmə inayətini əhli dərddən, Yəni çox bəlalara qıl mübtəla məni." Deyən şair, M. Fizuli EŞQ üçün Rəbbinnə yalvardığı kimi, S.Rəhimli də həmin EŞQin son dərəcə gözəlliyini duyur və o gözəllik üçün özünə cəfa diləyir. Bəli, eşqin gücü bütün qaranlıgları əritməyə, bütün cəfaları səngiməyə, bütün susuzluqları yatırmağa və bütün külləri közərdib alovlandırmağa qadirdir. Adilikdən ucalığa gedən yoldur özünüdərk. S.Rəhimli bu yolu öz kiçik dünyasından, öz gəncliyinin baharından ta bu günə kimi mətincə addımlayır. Mən ona bu yolda yüzlərcə, minlərcə, milyonlarca insanın ruhuna işıq olmağı arzulayıram. Şeirin müxtəlif janrlarında qələmini məharətlə tanıdan şairə vətəndən uzaq, soyuq bir qürbət ölkəsində yaşamasına baxmayaraq, öz xalqının tarixi ilə sıx bağlı olan aşıq şeirinə və folklor janrına da maraq çəkir. Xalqımızın yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatında, onun bütün həyat tərzini, adət-ənənlərini, mənəviyyatını yaşadan əsəs qaynağı olan bayatılardır ki, S.Rəhimlinin “Həsrətdən vüsala” adlı kitabı şeirlər toplusu olmala yanaşı, həm də  şifahi xalq ədəbiyyatının folklor zənginliyi olan bayatılarıyla da zəngindir. Axı ibrətamiz fikirləri yığcam və bitkin ifadələrlə əks etdirmək də xüsusi bir ustalıq tələb edir. Bu bayatılarda sanki öz mübariz xalqının mübarizliyini yaşayaraq ədəbi dünyayla əbədiyyət arasında mətincə addımlayan bir yolçudur Səidə Rəhimli. Son olaraq məni S. Rəhimlinin ədəbi dünyasının geniş və rəngarəngliyinə götürən şeirlərindən bir neçəsini oxucuların nəzərinə buraxıram. Əmnəm ki, onun sözünün işığına tapınanlar çox olacaq. Öz milli hisslərini bayraq kimi bəşəri hisslərlə paralel yüksəklikdə tutan şairə ömrünün yarısından çoxunu qürbətdə yaşasa da, doğulduğu, böyüdüyü məmləkətin tarixiylə eyni yaşda addımlayan şairlər sırasındadır. Yaradıcılığını daha əlvan şeirlərlə bəzəməktə olan şairəyə yeni- yeni nailiyyətlər və sənət uğurları diləyirəm. R.Aslan.      Ana dilim Babalardan qalıb bizə, Mənim doğma ana dilim. Yaraşıqdır ömrümüzə, Mənim doğma ana dilim! Qərinələr süzüb gələn, Keçmişimi çözüb gələn, Zərbələrə dözüb gələn, Mənim doğma ana dilim! Nələr dedi, nələr yazdı, Düşmən ona quyu qazdı, Hər nə desəm, yenə azdı, Mənim doğma ana dilim! Ömrümüzün baharıdır, Həm varlığı həm varıdır, Xalqımızın vüqarıdır, Mənim doğma ana dilim! Daim yanar, odum, közüm, İşıq saçan nurlu gözüm Mənim mayam, mənim özüm Mənim doğma ana dilim! Ay ata! Sığal çəkdim, baxışımla oxşadım, Daşdan baxan gözlərini, ay ata! Mən doyunca ağlamadım, bil, səni, Boşalmaz ki, heç ürəyim, vay ata. Sızlar yerin ürəyimin başında, Əksin damar hər damla göz yaşımda, Qəlbim dolu, giley edım qarşında, Uşaq sanım mən özümü, qoy ata! Sən şəfəqsən xatirəmdə, yadımda, Bır məşəl tək hey alovlan odumda, Rəhimliyəm, yaşadıram adımda, Daim varsan, varlığını duy ata! Gülüşündən güllər açdı Güldün, gülüşünü çəkdim içimə, Qəlbimdə çiçəklər, güllər açıldı, Qondu gözlərindən gözlərimə nur, Sənə nəqmə deyən dillər açıldı. Arı şanısıdır bal süzən dilin, Düzəlir sığaldan hər buruq telim, Toxundun əlinlə, titrədi əlim, Heç kəsi qucmayan qollar açıldı. Bu eşqin yolunda çəkmişəm zülüm, Ayırsa bizi, tək,  ayırar ölüm, Dedin -" Getməliyəm, uzaqdır yolum", Gözümdən yaş axdı, sellər açıldı. Mən aşiq elə bağlı, Al kəmər belə bağlı, Bülbül qəfəsdə susar Avazı gülə bağlı. Əzizinəm gül yaşa, Həm danış, həm gül yaşa! Həyatda yaşamağın Mənasını bil, yaşa! Mən aşiq baxar ağlar, Yandırar yaxar ağlar, Tək məzar, qərib ölkə Hər gələn baxar ağlar. Əzizinəm, el ağlar, Oba köçər, el ağlar, Eşqimin bağçasında Bülbül susar, gül ağlar. Mən aşiq çənə baxma, Dumana, çənə baxma. Ürək cavandır hələ Saçdakı dənə baxma. Könlüm sözsüz ağlayır, Dağım düzsüz ağlayır, Mənim gözlərim dolur, Sazım gözsüz ağlayır. Bülbül ahın qınama Gül-çiçək solan yerdə. İlan zəhəri nədir? Acı dil olan yerdə. Mən aşiq bağlı qapı, Daş qala, bağlı qapı, Qəlbim qərib yolçudur Səadət bağlı qapı. Əzizim dindir, mənəm, Gəl sorma kimdir, mənəm. Elə incitmisən ki, Ömürlük dindirmərəm. Bu gəzən, dağlı gəzən, Sinəsi dağlı gəzən. Var, dövlət gəzən gördüm Görmədim ağlı gəzən. Xınalar, ay xınalar, Xına yaxar sonalar, Qızlara kömək olun! Yaxın gəlin analar! Ay nənəm, şirin nənəm, Dünyası dərin nənəm. Şimşək kimi alovlu, Bulaq tək səri  nənəm. Mən aşiq aya gəlməz, Dənizlər çaya gəlməz, Azərbaycan elində Gözəllər saya gəlməz. Ay Bakım, gözəl Bakım, Tarixin əzəl Bakım, Gözəlliyin naminə Yazaram qəzəl Bakım! Mən aşiq bağlı qapı, Daş qala, bağlı qapı. Qəlbim qərib yolçudur, Səadət bağlı qapı.

Bəs bizim ziyalılarımız haradadır ?

 - Sizin, müsəlmanların öz ziyalılarınız varmı? - deyə bir dəfə söhbət zamanı rus tanışım məndən soruşdu. - Əlbəttə! - dərhal cavab verdim. - Bakıda, digər şəhərlərdə çalışan xeyli sayda xalq müəllimlərini bir kənara qoyuram. Onlardan başqa çoxlu ali təhsilli mühəndislərimiz, həkimlərimiz, vəkillərimiz var. - Xalq müəllimləriniz haqda müxtəlif yerlərdə eşitmişəm, hətta bir qismi ilə görüşmüşəm. Bilirəm ki, onların bəziləri həqiqətən də ciddi çalışır, kütlə arasında gücləri çatan qədər, rüşeym halında da olsa, mədəniyyət yaymağa çalışırlar. Amma bəs dediyiniz ali təhsilli müsəlmanlar - həkimlər, mühəndislər, vəkillər, digər yüksək savadlı adamlar haradadır? Nə üçün gözə görünmürlər, niyə özlərini göstərmirlər? Axı doğma xalqın mədəni hərəkatının başından ilk növbədə onlar dayanmalıdırlar. Bu hərəkata istiqamət verməli, rəng və ahəng qatmalıdırlar. Amma ziyalılarınızdan bir səs-soraq eşidilmir. Niyə belədir? Doğrudan da niyə belədir? Qaldırılan məsələ gözlənilməzliyi ilə məni heyrətdə buraxdı. - Ziyalılarımız haradadır? - həqiqətən də bu suala cavab vermək asan iş deyil. Şəxsən mən rus müsahibimin sözlərinin müqabilində bir cavab tapa bilmədim və sadəcə başımı aşağı salmaqla kifayətləndim. Əgər ziyalılarımızın yalnız öz peşələri ilə məşğul olduqlarını, təvazökarlıq səbəbindən ictimai həyat məsələlərindən uzaq durduqlarını, belə işlərə qarışmaq istəmədiklərini desəydim, bu onlara münasibətdə heç də xoş təsir bağışlamayan bir xidmət olardı. Həm də özümü ziddiyyət burulğanına salıb namünasib vəziyyətdə qoyardım. Həmsöhbətim həssas, incə məqamları dərhal sezən adam kimi dərhal məni öz sözlərimlə tutar və deyərdi: “Siz peşələri ilə bağlı məsələlərdən başqa heç bir şey bilməyən, heç nə ilə maraqlanmayan insanları necə ziyalı adlandırırsınız? Məgər ictimai fəaliyyət ziyalılığın ümdə şərtlərindən biri deyilmi? Məgər cəmiyyət həyatı ilə bağlı məsələlərə nüfuz etmədən, ictimai işlərlə məşğul olmadan ziyalı sayılmaq mümkündürmü? Onda ən sıradan olan bir sənətkarla ziyalının nə fərqi var və s. və i.a.” Doğrudan da fərq nədədir? Yalnız diplomda? Əgər diplom öz sahibinə hər kəsə məlum olan borc hissi, ziyalını kütlədən fərqləndirən mənəvi və əxlaqi tələbat aşılaya bilmirsə, onun adi kağız parçasından nə fərqi var?” Bir də təkrar edirəm: bütün bu məqamlar dərhal ağlıma gəldi. Lakin müsahibimdə də eyni fikirləri oyatmaqdan ehtiyatlandığım üçün susub başımı aşağı salmağı və gözümü yerə dikməyi daha üstün tutdum. Həmsöhbətim isə, əvvəldə də vurğuladığım kimi, həssas adam idi. Susmağımın səbəbini başa düşdü. - Qətiyyən heç nə anlamıram, - deyə söhbətə davam etdi. -Doğrudanmı ziyalı adamlar dörd bir yanlarında baş verənlərə əsla iztirab keçirmədən uyğunlaşırlar, yaramazlıqlarla barışırlar? Doğrudanmı bütün bu məktəblər, elmlər, kitablar, universitetlər hamısı yanlarından elə-belə, izsiz-soraqsız ötüb keçib? Onlarda heç bir yeni hiss, yeni düşüncə, yeni tələbat doğurmayıb? - Bir dəqiqə, icazə verin... - etiraz etməyə çalışdım. - Heç nəyə izin verməyəcəm. Çünki gətirəcəyiniz dəlilləri əvvəlcədən bilirəm. Deyəcəksiniz ki, bu adamlar peşələrinə son dərəcə bağlıdırlar, öz sahələrində çox mükəmməl, bəlkə də əvəzsiz mütəxəssisdirlər. Deyəcəksiniz ki, fikrən müasir mədəniyyətlə yaşayır, nəfəs alırlar. Çoxlu mütaliə edirlər, müxtəlif elm sahələri ilə maraqlanırlar. Ola bilsin ki, həqiqətən də belədir. Lakin bütün bunlar həm ziyalı şəxslərin özləri, həm də mənsub olduqları cəmiyyət üçün çox azdır. Gəlin məntiqi və ardıcıl mülahizə yürüdək. Mövcud vəziyyətdə iki şeydən biridir: ya keçdikləri məktəblər, öyrəndikləri elmlər onlara möhürünü vurub, bu insanlarda bəlli mədəniyyət duyğuları, tələbat, zövq, instinkt əmələ gətirib, ya da sadaladıqlarımın heç birini aşılaya bilməyib. İkinci hal üzərində ətraflı dayanmaq fikrim yoxdur. Söyləyəcəklərim qısa olacaq: bu cür “ziyalıların” nə mənim, nə sizin, nə də içərisində yetişdikləri cəmiyyətin nəzərində heç bir müsbət dəyəri ola bilməz. İctimai baxımdan isə onlarla sadə peşə adamları arasında hər hansı fərq mövcud deyil. Əslində cəmiyyət üçün faydalı bir peşənin qulpundan yapışan sənətkar daha lazımlı və gərəklidir. Çünki o, işinin nəticələri ilə insan icmasının həyatında daha görümlü şəkildə iştirak edir, fiziki əməyi ilə ətrafdakılara konkret töhfələr verir. Cəmiyyətdən təcrid olunan mücərrəd ziyalı isə əslində zaman keçdikcə insanların nəzərində mövcudluğu hiss edilməyən bir heçliyə çevrilir. İndi ikinci ehtimalımın üzərinə gəlirəm. Əgər keçdikləri məktəblər, aldıqları biliklər bu insanlara öz möhürünü həqiqətən də, hər hansı şəkildə vurubsa, onlarda mədəni tələbat, yüksək zövq və yeniliklərə can atmaq duyğusu formalaşdırıbsa, o zaman nə üçün gözləri önündə hər gün cərəyan edən mənzərələrdən əzab çəkmirlər? Sözlərim sizi təəccübləndirir? Əbəs yerə! Əgər özlərini ziyalı sayan insanlarda yuxarıda sadaladığım keyfiyyətlər olsaydı, mütləq əzab çəkməli idilər. Heç bir əzabkeşin üzləşmədiyi ağır, dəhşətli iztirablara məruz qalmalı idilər. - Lütf edin, bir dəqiqə icazə verin: bu insanlar əzab çəkirlər. Dəfələrlə öz iztirablarını dilə gətiriblər. Yeri düşəndə bu barədə yenə söz açırlar. - Siz də lütf edin və mənə haqqında söz açdığınız iztirabların səmimiliyinə inanmamağa icazə verin. Həqiqi iztirab sözlərdə deyil, hərəkət və əməllərdə ifadəsini tapır. Yəqin ki, fikrimlə razılaşarsınız: kimlərsə aclıq, yaxud susuzluqdan iztirab çəkəndə, bədənimizin bir hissəsi kəsilib atılanda, gözlərimiz önündə yaxınlarımıza, doğmalarımıza işgəncə veriləndə keçirdiyimiz acıları sadəcə olaraq hansısa patetik sözlərlə, sentimental ifadələrlə dilə gətirmək və bununla öz işini bitmiş saymaq gülünc işdir, hətta deyərdim ki, səfehlikdir! Boş təsəlli sözləri demək əvəzinə belə təsadüflərdə əməli iş görməliyik: aclıqdan, yaxud susuzluqdan ölənə dərhal çörək və su tapmalıyıq. Sevdiyimiz adamın müdafiəsinə qalxmalıyıq! Qəti qənaətim belədir ki, həqiqi iztirab, yəni ürəyin, qəlbin dərinliklərindən gələn iztirab daha böyük təsir gücünə malikdir. O, insanı mütləq əməli fəaliyyətə təhrik etməlidir. Əsla mümkün olan iş deyil ki, adam ətrafında baş verənlərdən həqiqətən iztirab çəksin və bununla belə bütün ömrü boyu sadəcə hansısa sözlərlə, çağırışlarla kifayətlənsin, vəzifəsini bitmiş saysın! Sizdə çox vaxt məhz belə olduğuna görə ziyalılarınızın həqiqi iztirab hissi yaşadıqlarına inanmıram. Əgər onlar gördüklərindən, şahidi olduqlarından həqiqətən də iztirab çəksəydilər, o zaman mütləq hərəkətə keçərdilər. Əgər hər şeyi görür və yenə də əllərini ağdan qaraya vurmurlarsa, deməli hansısa iztirab, vicdan əzabı haqda danışmağa əsas yoxdur! Amma çevrilib ətrafınıza baxın - üzülmək, qüssəyə dalmaq üçün nə qədər əsas, nə qədər səbəb var! Ürəyin, qəlbin istəkləri yerinə yetməyəndə, qarşıya qoyduqları məqsədə çatmayanda onlar həqiqətən də ağrıyır. Gəlin açıq danışaq: ziyalılarınızın yaşadıqları mühit özünü ziyalı adlandıran adama azacıq da olsa məmnun qalmaq, həzz almaq üçün hər hansı imkan verirmi? Kütlənin dərin, sonsuz cahilliyi, ailənin və cəmiyyətin bərbad vəziyyəti, ictimai həyatın ən kiçik işartısının belə mövcud olmaması - məgər bütün bunlar hətta ən iddiasız ziyalını da narahat etməyə, narazı salmağa yetərli deyilmi? Əgər narazılığa bu qədər əsas varsa, o zaman ziyalılarınız nə üçün bu şəraitlə mübarizə aparmırlar? Nə üçün yarıtmaz həyatın əsaslarını zövq və tələblərinə uyğun şəkildə yenidən qurmağa can atmırlar? Daim bu çevrədə dolaşdığımdan mənə elə gəlir ki, zövq və tələblərinin acı gerçəkliklə qarşı-qarşıya gəlməsi, toqquşması ziyalıların ürəklərində, beyinlərində bir an da olsun toxtaqlıq tapmayan ağrı yaratmalıdır. Elə isə nə üçün susurlar? Nə üçün fəaliyyətsiz dayanırlar? Nə üçün ətrafda baş verənlərə münasibət bildirmirlər? - Bəlkə onlar sadəcə gücsüzdülər? - Nə? Gücsüzdülər? Nədə? Cahilliklə, ictimai mühitin yaramazlıqları ilə mübarizədə? Qarşınızda cəsarət göstərib əminliklə söyləyə bilərəm ki, fikriniz qətiyyən həqiqətə uyğun deyil. Yaxşı, lütfən mənə deyin, ziyalılarınız fərqli düşündüklərini elan etmək, etirazlarını bildirmək üçün nə vaxtsa kiçicik də olsa bir cəhd, bir təşəbbüs göstəriblərmi? ..... Rus tanışımla söhbətimizi davam etdiririk. - Deyirsiniz ki, ziyalılarınız gücsüzdür, - o, yenidən bayaqkı mülahizəmə qayıtdı. Bağışlayın, amma buna inanmıram. İşarə vurduğunuz gücsüzlük ziyalılarınızın həyatdan uzaqlığını, ölgünlüyünü, hətta deyərdim ki, onlarda daşıdıqları ziyalı adına uyğun hiss və duyğuların olmadığını əyan eləməmək üçün arxasında gizləndikləri ucuz və rahat pərdədir, şirmadır. Əvvəla, mən apriori (təcrübi - V.Q.) olaraq heç zaman işığın, biliyin, elmin cahillik, avamlıq və qaranlıq qarşısında gücsüz qalması fikrini qəbul etmərəm. Ziya, elm və bilik harada meydana çıxırsa, sonda mütləq qələbə çalır. Sadəcə, onların xidmətində dayanan insanlar sarsılmaz əqidə sahibi kimi tanınmalıdırlar. Nəcib və cəsur olmalıdırlar. Seçdikləri yolda dözümlülük, səbat göstərməlidirlər. Fikrinizlə qismən razıyam - ziyalılar yalnız bir halda gücsüz, köməksiz ola bilərlər: bu da çeşidli sınaqlardan çıxan, çətinliklər yaşayan cəmiyyətin süquta uğramağa, çürüməyə başladığı dövrdə mümkündür. Bu elə məqamdır ki, artıq düzlük, nəciblik toxumlarını səpməyə yer yoxdur. Tarla gücdən düşüb, insanların ürəyində təpər qalmayıb. Hisslər kütləşib, üstəlik də o qədər eybəcərləşib ki, artıq heç bir qüvvə onları tədricən üzü aşağı yuvarlandıqları ümumi simasızlıq girdabından xilas edə bilməz. Necə düşünürsünüz - indiki müsəlman cəmiyyətinə belə yarlıq yapışdırmaq mümkündürmü? Özüm rusam. Amma sizin millətlə müəyyən tanışlığım var. Onun dilini, tarixini, məişətini bilirəm. Adət-ənənələrinə bələdəm. Ona görə də deyərdim ki, xalqınız hələ yaşamağa başlamayıb. O, uşaq kimi sadəlövh, körpə kimi tər-təmizdir. İnsanlarınızın daxilinə nüfuz etməyə çalışın. Kəndlərə, şəhərlərə gedin. Görəcəksiniz ki, xalqınızın əksər hissəsi məişət baxımından hələ cəmiyyət həyatının ilkin mərhələsi sayılan köçərilikdən o yana keçməyib. Onun övladlarının böyük qismi hələ mədəniyyətin dağıdıcı təsiri altında pozulmayıb. İlkinliyini, hətta deyərdim, vəhşiliyini qoruyub saxlayıb. Sözümə fikir verin: mən vəhşi deyirəm, barbar demirəm. Bu iki ifadəni, təəssüflər olsun ki, çox tez-tez qarışıq salırlar. Əslində isə aralarında böyük fərq var. Barbar üçün hər şey keçmişdən qalıb. Sivilizasiyanın izafiliyindən mənəviyyatı pozulub. Çox şeyini həmişəlik itirib. Gur, dolğun, mənalı həyat ondan ötəri artıq dünənki gündür. Qarşıda onu heç nə gözləmir. Sıxılmış lumuya bənzəyən ürəyi yalnız olduqca qüvvətli, sarsıdıcı hissləri qəbul etməyə qadirdir. Mahiyyət etibarı ilə dağıdıcı gücə malik həmin hisslər barbarın sonunu - həyat səhnəsindən birdəfəlik yoxa çıxmasını sürətlə yaxınlaşdırır. Sizin xalqa gəldikdə isə o, maarifsiz olsa da, əsla barbar deyil. Çünki kütləvi şəkildə heç bir dağıdıcı sivilizasiyanın təsirinə məruz qalmayıb. Kəndlərə gedin. Burada yaşayan müsəlmanlar nə ərəb, nə fars, nə də hər hansı başqa bir sivilizasiyanın təsirini öz üzərində hiss edib. O, əsrlər öncə taleyin Şərqi Türküstandan bura gətirib çıxardığı şəkildə qalıb. Bu insanlar nə qədər münbit, nə qədər bərəkətli tarladır! Belə tarlada hər şey becərmək mümkündür. Təki ürəkli əkinçilər olsun! Güclülük, yaxud gücsüzlük haqda yalnız mübarizəyə qoşulandan, qüvvəni sınayandan sonra danışmaq məqbuldur. Mübarizə aparmadan nəyəsə qadir olmamaq barədə bəhs açmaq tamamilə yersiz, əsassızdır. Yalnız əli titrəyən qocalar, bir də qorxaqlar savaşa atılmadan gücsüzlüklərini etiraf edə bilərlər. Sizlərdən hansınız mübarizə meydanına atılmısınız? Hansınız toxum səpmək istəyib, amma uğursuzluğa düçar olub? Kim əlindən məşəl, ürəyində sevgi zülmətə bürünmüş xalq həyatının dərinliklərinə nüfuz etmək istəyib, amma ruhlandırıcı çağırış səsləri eşitməyib? İnanın mənə, xalqın ürəyi çox həssasdır. Əgər ziyalılardan belə hərəkət görsə, dərhal səslərinə səs verərdi. Göstərdikləri yolla gedərdi. Ancaq bildiyimə görə, ziyalılarınız indiyə qədər bu məsələ ilə bağlı əllərini ağdan qaraya vurmayıblar. Onlar sadəcə ədabaz bir tərzdə özlərinin iddialı, heç kəsi və heç nəyi bəyənməyən xarakterlərini nümayiş etdirməklə kifayətləniblər. Doğma xalqdan, gerçək həyatdan uzaqlaşıb qılaflarına giriblər. Bütün bunlardan sonra həmin ziyalıların xalqı, kütləni durğunluqda, cahillikdə, ziyalı kəsimin zövq və tələblərinə uyğunlaşmamaqda günahlandırmağa ixtiyarı varmı? Bunun müqabilində kütlənin ziyalılara soyuq, hətta daha dəqiq desəm, istehzalı-inamsız münasibəti tam ədalətli və əsaslandırılmış deyilmi? Axı, siz ziyalılar da o kütlənin içərisindən çıxmısınız. Axı, hər birinizin bu günkü yerə, səviyyəyə, mövqeyə çatması üçün ən azı on beş-iyirmi il kimlərinsə yorulmadan çalışması lazım gəlib. Onlarla müəllim və professorun əməyi, ibtidai, orta və ali məktəblərin, mədəniyyət cəmiyyətlərinin zəhməti keçib. Müsəlman əhalinin əksər hissəsi isə bütün bunlardan məhrumdur. Ziyalılarınız isə heç nə ilə hesablaşmadan tələb edir ki, kütlə onları anlasın, istək və zövqlərinə uyğunlaşsın. Yəqin düşünürlər ki, bütün bunlar sehrli çubuğun bir hərəkəti ilə, sizin istək və iradənizlə başa gələ bilər. Amma bilməlisiniz ki, bu cür fikrə düşmək o insanlara münasibətdə sadəcə ədalətsizlik deyil, daha çox ağılsızlıqdır! - Axı bizim sadə adamlar, ümumən müsəlman kütləsi təbiəti etibarı ilə ləng və astagəldir. Üstəlik fanatikdirlər. Ziyalının çağırışını eşitmək belə istəmirlər. - Yalandır! Böhtandır! - həmsöhbətim sanki öz-özündən hiddətlənərək səsini ucaltdı. - Bir də təkrar edirəm: ağ yalandır! Dediyiniz müsəlman kütləsini mən də yaxşı tanıyıram. Uzun müddət xalqınızın arasında yaşamışam. Heç yerdə belə üzüyola camaata, fanatizmdən bu qədər uzaq insanlara rast gələ bilməzsiniz. Özünüz fikirləşin: fanatizm ənənəvi dini institutların güclü olduğu, mütəşəkkil ruhanilərin fəaliyyət göstərdiyi, xalq ruh və mayası ilə bağlandığı inanclardan heç vəchlə əl çəkmək istəmədiyi yerdə meydana çıxır. Nə kəndlərinizdə, nə müsəlman əhalinin toplu yaşadığı şəhərlərdə belə vəziyyətə təsadüf etmək mümkündür. Mən həmişə sadə müsəlmanı hər kəsdən fərqləndirən qeyri-adi dözümlülüyə, hər məsələdə çox asanlıqla yola gəlmək bacarığına heyran qalmışam. Nə barədə danışmaq istəməyinizdən asılı olmayaraq, o həmişə səbir və təmkinlə sizə qulaq asmağa hazırdır. Lütfkarlığı və marağı hər cür iddiadan, mənəm-mənəmlik hissindən o dərəcədə azaddır ki, inandırıcı dəlillər gətirdiyiniz təqdirdə onlarla dərhal razılaşa bilər. Necə düşünürsünüz - bəzi dini təriqətlərin müsəlman əhali içərisində özünə asanlıqla yer tapmasının səbəblərindən biri də xatırlatdığım nəcib lütfkarlıq hissi deyilmi? Baxın, son dərəcə qısa müddət ərzində dindaşlarınızın arasında babilik, şeyxilik, rükni-rabilik kimi hətta biri-birini qarşılıqlı şəkildə istisna edən ifrat təlimlər də özünə yer tapa bilib. Hələ onu demirəm ki, bu təlimlərin bəziləri ümumilikdə islamın müəyyən ehkamlarını rədd edir. İnanın mənə, belə təlimlər kobud fanatiklərin, qeyd-şərtsiz məddahların mühitinə heç cür yol tapa bilməzdi. Onların sizin din qardaşlarınız arasında asanlıqla yayılması isə bir tərəfdən bu insanların islamın həqiqi mahiyyəti ilə yetərincə tanış olmadıqlarına dəlalət edirsə, o biri tərəfdən könüllərinin açıqlığını, yeni təsirlərə etinasız, qapalı qalmadıqlarını, kor fanatizmdən uzaq dayandıqlarını göstərir. Ziyalılarınız xalqın bu nadir keyfiyyətlərindən asanlıqla yararlana bilərdi. İnandırım sizi ki, belə olduğu təqdirdə kütlə içərisində çağdaş həyatla ayaqlaşmayan, gerilikçi təlimlər yayan fanatiklərdən qat-qat böyük uğur qazanar, güclü və nüfuzlu olardılar. - Axı, bu dediyiniz uğurları hansı yolla qazanmaq mümkündür? - Əlbəttə, evdə oturub giley-güzar etməklə, yumruğunu sinəsinə döyüb qara camaatın “sizi qəbul etməməsi”, “başa düşməməsi” haqda şikayətlənməklə, “kütlənin fövqündə dayanmağınız” barədə özünüzə təskinlik verməklə heç nəyə nail ola bilməzsiniz. Aydın məsələdir ki, belə pozalar onu alan üçün asandır, belə sözlər onu deyən üçün rahatdır. Bu yolla özlərini hətta bir az da bizim Peçorinə (rus yazıçısı M.Y. Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanının baş personajı - V.Q.) bənzəirlər. Amma bütün bunların həqiqi işə heç bir dəxli yoxdur. Başqa xalqların təcrübəsi ilə tanış olun, ondan yararlanın. İlk növbədə tərcümə ədəbiyyatı məsələsini sahmana salın. Qoy, hər kəs bu sahədə bacardığı işin qulpundan yapışsın. Təbiət elmləri mütəxəssisi təbiətşünaslığa, tarixçilər tarixə, müəllimlər pedaqoji sahəyə aid əsərləri, yazıçılarla şairlər isə bədii ədəbiyyat nümunələrini dilinizə çevirsinlər. Təbiətin sirləri, digər xalqların maraq və idealları, tərbiyədə təfəkkürün rolu və elmi metodların faydası haqda əsərlər hər bir xalqı təkamül yolu ilə, amma köklü şəkildə dəyişməyə qadirdir. Bir, ən çoxu iki nəsil dəyişimindən sonra inkişaf baxımından tanınmaz hala düşəcəksiniz. Çünki xalqınızı tanıyıram. Onun maraq genişliyinə bələdəm. Hər şeyi suçəkən kimi özünə hopdurmağı bacardığını bilirəm. Yalnız belə şəraitdə kütlənin arasına getmək, xalq həyatına müdaxilə etmək olar. İnanın mənə, təkamül heç vaxt yuxarıdan gəlmir. O, hər zaman aşağılardan, xalq həyatının çeşmə kimi qaynadığı, münasibət və əhval-ruhiyyənin, mənəvi özülün formalaşdığı küçə və bazarlardan, məhəllə və meydanlardan, cümə məscidləri və digər yığıncaq yerlərindən başlanır. Hər xalqın həyatında belə bir əhval-ruhiyyənin mövcudluğu son dərəcə vacibdir. Ziyalılarınızın sayca indikindən də qat-qat çox olması mümkündür. Lakin say çoxluğuna baxmayaraq, xalqın əhval-ruhiyyəsi sizin zövq və ideallara uyğun gəlməyəcəksə, insanlar yenə də bu ideallarla tam ziddiyyət içərisində olan bir həyat yaşamaqda davam edəcəklər. Həmişə sizin ziyalıların xalq həyatının daxilinə, dərinliklərinə müdaxilə edə bilməməsinə təəccüblənirəm. Ən azı Bakını götürək. Burada müsəlman ziyalılarını demək olar ki, heç yerdə görmək mümkün deyil. Cəmiyyətin bütün digər təbəqələri yaşayır, fəaliyyət göstərir. Onlar müxtəlif tədbirlər keçirir, mühazirələr oxuyur, müsamirələrin, xalq əyləncələrinin təşkilinə qüvvə və imkanları daxilində yardım göstərirlər. Müsəlman şəhərinin bu ümumi həyatında yalnız müsəlman ziyalılarının iştirakı nəzərə çarpmır. Bəyəm o da başqalarının gördüyü işləri görə bilməzdimi? Əgər ziyalılar təşəbbüslə ortaya atılsaydılar, onların təşkil etdikləri tamaşalara, müsamirələrə, mühazirələrə daha çox insan gələrdi. Həm də daha böyük şövq və həvəslə! Siz hansı fikirdə olsanız da, mən bu apatiyanın, fəaliyyətsizliyin əsil səbəbini bilirəm. Yeganə səbəb ziyalılarınızda həqiqi ziyalılığın azlığı, çatışmamasıdır. Bəlkə də fikrim sizə bir qədər ziddiyyətli görünür. Amma həqiqətən də belədir! Özümə, dost və yoldaşlarıma bəraət qazandırmaq üçün heç bir söz tapa bilmədiyimdən başımı aşağı saldım. “Kaspi”, 3,6 dekabr 1903-cü il, №№ 259, 262. Əhməd bəy AĞAYEV Rus dilindən tərcümə edən: Vilayət Quliyev 525-ci qəzet.- 2017.- 18 fevral.- S. 10-11."

Turqut Özalın azərbaycanlı iqtisadi müşaviri Çingiz İsrafil vəfat etdi

Azərbaycan türkü,  Amerika Kolumbiya Universitetinin məzunu, yeni dövr Türkiyə iqtisadiyyatının banisi sayılan Turqut Özalın iqtisadi məsələlər üzrə məsləhətçisi, iqtisadiyyatin liberallaşdırılması və özəlləşdirmə proqramının rəhbəri Çingiz İsrafil vəfat edib. O həmçinin Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovunda iqtisadi məsələlər üzrə müşaviri olub. Çingiz İsrafil Azərbaycan Cümhuriyyəti ordusunun polkovniki İsrafil İsrafilovun qardaşı oğlu, Amerikada ilk Azərbaycan diasporasının qurucusu Hidayət İsrafilin böyük oğludur. Bu gün onun Amerikada yaşayan qardaşı Nəbi İsrafil tərəfindən qardaşının İstanbulda vəfat etdiyi bizə bildirilib.  Ceyhun Nəbi

"Azərbaycanın sivil dünyadan təcrid olunması prosesi gedir" -Arif Hacılı

Azərbaycanın ASPA-dakı nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandirdığını bildirib.  Bu barədə yayılan bəyanatda AŞPA irqçilikdə, Azərbaycanofobiya və İslamofobiyada ittiham edilir.  2001- ci ildə Azərbaycanın AŞPA üzvlüyünə qəbul edilməsi hökümətin uğurlu xarici siyasətinin nəticəsi kimi yüksək səslə və uzun müddət təbliğ olunmuşdu… İndi, 23 il sonra ölkənin Konstitusiyasına və Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olmayan əks proses də düzgün xarici siyasət kimi təbliğ olunur.  Problem yalnız AŞPA ilə münasibətlərə aid deyil. Əslində Azərbaycanın tədricən sivil dünyadan təcrid olunması prosesi gedir ki, bu həm təhlükəsizliyimiz, həm də inkişafımız üçün ağır nəticələrə səbəb ola bilər.  Azərbaycan televiziyalarında və digər plarformalarda qərbə qarşı “stəkanda fırtına” nı xatırladan təbliğat kampaniyaları təşkil etmək yanlış yoldur.  Bu prosesin qarşısını almaq üçün ölkənin daxili və xarici siyasətində ləngimədən fundamental dəyişikliklər edilməlidir.

Seçki piştaxtasının vaxtı keçmiş məhsulları...

Elşən Əlisoy Ölkədə nə qədər basqılar olsa belə, tariximizin bütün sahələri üzrə - o cümlədən cümhuriyyət tarixi ilə bağlı çox dəyərli araşdırmaçılar formalaşıblar. Bu fədakar insanlar günü-gündən  ortaya ciddi tarixi faktlar çıxarırlar və bununla bağlı işləməyə davam edirlər.  Tariximizin Milli Azadlıq Hərəkatı dönəmi ilə bağlı canlı şahidlər var. Bir zaman gələcək ki, Milli Azadlıq Hərəkatı və hərəkat dönəmindən bəri bütün hadisələr  incəliklərinə qədər qələmə alınacaq.  Bütün bunları bilə-bilə, adını güya siyasətçi qoyan bəzi "siyasət adamları" tarixin tənələrini nəzərə almadan özlərini rahat şəkildə bazara çıxarmalarını heç cürə anlaya bilmirəm. Cümhuriyyət dövründə  ucqar bir kənddə fəaliyyət göstərən hansısa bir  fəalın həvəslə araşdırıldığını görən bü insanlar tarximizin üz qarasına çevriləcəkləri günü düşünmürlərmi? Bir balaca təminatlı yaşayışa görə  gələcək nəsilləri üçün xəcalətli bir soykök miras qoymağa dəyərmi? Axı bunların bir çoxu kifayət qədər savadı olan insanlardırlar. Qarşıdan növbədənkənar "prezident seçkilər" şousu gəlir. Sədrlik etdikləri siyasi partiyanı qeydiyyatdan keçirmək üçün üzvülük siyahısı toplaya bilməyən və buna görə də, təşkilatlarını buraxmaq məcburiyyətində qalan bəzi "xadimlər",   prezidentliyə namziədlikləri qeydiyyata alınması üçün güya  40 mindən çox seçici imzasını topladıqlarını iddia edirlər.  Cəmiyyətin üzünə bu qədər dirənmək olarmı?  "MSK"dan "qeydiyyatdan keçən" bəzi "namizədlərin" çıxışlarına baxıram.  Bunlar güya ki, İlham Əliyevə alternativ namizəddirlər və güya prezident olmaq istəyirlər. Bu qondarma namizədlərin çıxışları başdan ayağa İlham Əliyevi tərifləməkdən ibarətdir. Bunlara az da olsa, balaca bir məmuru da olsa  tənqid etməyə belə icazə verməyiblər.   Adama deyərlər ki, İlham Əliyev sizin üçün belə böyük şəxsiyyət, qələbənin sərkərdəsidirsə, utanmırsınız ona alternativ namizəd olursunuz? Və yaxud, kukla namizəd olduğunuzdan necə olur ki, utanmırsınız?   Bir vaxtlar sosial şəbəkələrdə, mətbuatda  asıb-kəsənlərin bü gün "seçki"  şəkillərini divara "jek" işçiləri vurur. İnsan özünün ləyaqətinə bu qədər hörmətsizlik edə bilərmi? Partiyanızı buraxdınız, gedin bir işlə məşğul olun də, ayıbdır axı.  Arada içimizdə olan "bazar adamlarını"  piştaxtaya çıxarıb, üzərlərinə qiymət kağızını vurduğu üçün hakimiyyətə təşəkkür etməyim gəlir.  "Davam edin" deyib, hayqırmaq istəyirəm. Davam edin! Qalanlarını da üzə çıxarın, alına bilənləri diri çəki ilə verməyə hazırıq, aparın, halal xoşunuz olsun,  salamat işlədin!  Tarix heç vaxt unudulmur. Mütləq bir gün, bu günlərin də kitabları yazılacaq. Tarixin bir güncündə itib batacaqlarını güman edənlər haqqında da yazanlar mütləq olacaq. Hətta, yazılır da...  Müsavat başqanı Arif Hacılı demişkən: "Təslim olanların sayı artdıqca, duruş gətirənlərin də dəyəri artır".

Jurnalist Şahin Rzayev azadlığa buraxılıb - FOTO

Dünən saxlanılan jurnalist Şahin Rzayev azadlığa buraxılıb. Bu barədə Şahin Rzayev özü sosial şəbəkədə məlumat yayıb. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb. Qeyd edək ki, Şahin Rzayev dünən məhkəmənin qərarı ilə 15 gün inzibati qaydada həbs edilib. Bakı Apellyasiya Məhkəməsi qərardan verilən şikayətə baxıb, həbs qərarı cərimə ilə əvəzlənib.

XİN-dən İranda həbsdə olan Fərid Səfərli barədə açıqlama

Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust 2023-cü il tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb. Sozcu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranda həbs olunmuş Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərli ilə bağlı suala cavabında deyib. O qeyd edib ki, 19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub: "Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.

"Burada bəzi tədbirlərdəki kimi şalvarsız tullanmayacaqsan” - Putin

Rusiya Prezidenti Vladimir Putin görüşlərdən birində bir müddət əvvəl ölkədə təşkil edilən qalmaqallı “Çılpaq gecə” məsələsinə toxunub. Axar.az xəbər verir ki, Kreml rəhbəri Ukraynada müharibədən qayıdanların prioritetlərinin dəyişdirilməsindən danışarkən bu mövzuya işarə edib. “İnsanlar bu sınaqdan (Ukraynada müharibə - red.) keçəndə prioritetlər fərqli şəkildə sıralanır. Burada artıq bəzi tədbirlərdəki kimi şalvarsız tullanmayacaqsan”, - deyə Putin bildirib. Qeyd edək ki, bir müddət öncə bloger Anastasiya İvleyevanın Rusiyada bəzi sənətçilərlə birgə “Çılpaq gecə” mərasimini təşkil etməsi böyük səs-küyə səbəb olmuşdu.

O, Azərbaycan və azərbaycanlılar haqqında xüsusi ehtiram və rəğbətlə söhbət açırdı

   Siz yazıçı Oleq Volkovu tanıyırsızmı?  Oleq Volkov... Mən onu konkret neçənci ildə gördüyümü indi dəqiq xatırlaya bilmirəm. Düzü, heç onu da xatırlaya bilmirəm ki, Volkovu konkret harada görmüşəm: kitabxanada, ЦДЛ-də, yoxsa hansısa ədəbi məclisdə?.. Təkcə onu xatırlayıram ki, Moskvanın zəhlətökən yağəşlı günləri idi. Yanımdakı tanışım əlinin işarəsi ilə saqqallı, tökmə bədənli, üz-gözündən sağlamlıq yağan kişini göstərərək dedi ki, bu, Oleq Volkovdur, yazıçıdır. Doğrusu, mütaliəmdən heç vaxt şikayətçi olmasam da, o vaxtacan belə bir yazıçının mıvcudluğundan xəbərsiz idim...   Sonralar, Bakıya gələndən sonra onun Moskva (Rusiya) mətbuatında çıxan yazıları, müsahibələri ilə tanış oldum. Sən demə, belə bir yazıçını tanımamaqda heç də “günah sahibi” deyiləm. Belə ki, o zaman yaşı 85-i keçən Oleq Volkov qısa fasilələrlə ömrünün 35 ilini sürgün və həbslərdə keçiribmiş. Onun həbsə atılmağı bütün hallarda “siyasi motivlərlə” bağlı olub. Yazıçı hətta, bir müddət Gəncə şəhərində də (o zaman Kirovabad adlanırdı), sürgündə olubmuş...   Sovetlər dağılandan sonra da Volkovun bədii və sənədli yazıları rastıma çıxırdı. O da yadımdadır ki, bir dəfə Elmlər Akademiyasında söhbətimiz əsnasında mərhum türkoloq-tənqidçi Aydın Məmmədov soruşdu ki, Oleq Volkov adı yazıçı eşitmisən? Dedim ki, hətta görmüşəm də. Gülüb dedi ki, mən də görmüşəm. Sonra əlavə etdi:    -Çox maraqlı adamdır, orijinal yazıçıdır...   Oleq Volkov 9 yanvar 1900-cu il tarixdə Sankt-Peterburqda doğulub. 1996-cı il fevral ayının 10-da, 96 yaşında Moskvada vəfat edib. Orasını da deyim ki, yazıçı sağlam olub, xəstəlikdən-filandan əziyyət çəkməyib. Ölümünə səbəb bir acı təsadüf səbəb olub: o, günlərin bir günü öz iti ilə axşam gəzintisinə çıxarkən inşaatçıların laqeydliyi ucbatından qapağı açıq qalmış dərin lükə yıxılaraq ağır xəsarət alıb...    Bəs yazıçı haqqında belə müfəssəl söhbət açmağımın səbəbi nədir? İş burasındadır ki, Oleq Volkov uzun müddət üzərində işlədiyi “Zülmətə qərq olmuş” (orijinalda əsərin adı belədir “Погружение во тьму”, mən təxmini tərcümə etdim) adlı memuarında azərbaycanlılar, lap dəqiq desəm müsavatçılar, onların yüksək mədəniyyəti, etibarlılğı haqda heyranlıqla söhbət açır. Orasını da vurğulayım ki, həmin əsər 60-cı illərdə yazılsa da SSRİ-də nəşrinə qadağa qoyulub və ilk dəfə 1987-ci ildə Parisdə (Fransada) çap olunub...    Bəli, yazıçı adı çəkilən memuarında yazır ki, Solovkiyə (Solovetski adalarına) 300 nəfərə yaxın müsavatçı sürgün edilmişdi. Onlar türk millətinin (yazıçı elə bu cür də yazır: “türklər”, “türk millətinin nümayəndələri”) müdrik, barışmaz, əyilməz adamları idi və onların hər biri oradakı bütün millətlərin məhbuslarına nümunə idi. Çünki oradakı bir çox adamlara xas olan satqınlıq, (başqa sözlə “işverənlik”) qorxaqlıq, riyakarlıq kimi xüsusiyyətlər türklərə (azərbaycanlılara-F.M.) yad idi.   Əsərdə oxuyuruq: “В то время в Бутырке их было около трехсот, ссылаемых на Соловки членов партии мусаватистов. Цвет тюркской – по позднейшему, азербайджанской – интеллигенции… Мне открылся мир неведомый и своеобразный. Мир народа, отчаянно отстаивающего свою самостоятельность. Свои традиционные воззрения и обычаи дедов.     Когда потом пришлось жить бок о бок с мусаватистами на Соловках, я видел, каким сыновним уважением окружены у них седоголовые, как заботливо следят старшие, чтобы никто не был обделен за братской трапезой, как внимательны к тем, кто ищет уединения для молитвы… По ним я мог судить, насколько далеко зашло за минувшее десятилетие одичание русского общества. Как ожесточились характеры по сравнению с окраинным народом, куда позднее проникли и где на первых порах осторожнее внедрялись заповеди новой морали…”   Əsərdə QULAQ, eləcə də Sovet rəhbərlərinə qarşı müsavatçıların etdiyi qiyam, aclıq və mübarizə təsvir olunur. Yazıçı, Azərbaycan rayonlarından birində müəllim işləmiş Mamud Məmmədov haqqında isə xüsusilə ətraflı söhbət açır...  ... Və nəhayət. Bu qiymətli sənədli əsərin tərcümə olunub nəşriyyatlarımız tərəfindən nəşr edilməsi şərəfli tariximizi öyrənmək baxımından hər kəs üçün qiymətli bir töhfə olardı. Firuz Mustafa 

VHP sədri ABŞ səfirinin müşavirini qəbul edib

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri , millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında ABŞ-ın ölkəmizdəki səfirinin müşaviri Conatan Pinolini qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə regiondakı geopolitik durum, Azərbaycan-Ermənistan münasibətləri və prezident seçkilərinə hazırlıq prosesi seçki müzakirə edilib. Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi düzən və ölkəmizin maraqları haqqında danışan VHP sədri ABŞ-ın bu proseslərdə obyektiv mövqe tutmasının vacibliyini qeyd edib. Cənab Pinoli bu kimi müzakirələrin hər iki dövlətin maraqları baxımdan önəmli olduğunu bildirib.

Türkiyə tədricən şəriət qaydalarının hakim olduğu sistemə keçir

Türkiyədə dini senzura Türkiyəyə hakim olmağa başlayan radikal dini təriqqət və cemmatları hədəf alan “Kızıl Goncalar” serialının yayımlanması öncə RTÜK (Radio və Televiziya Ali Şurası) tərəfindən dayandırıldı. Ardınca da məhkəmə RTÜK-ün qərarını təsdiqlədi və filmin yaradıcılarını“cəmiyyətin milli-mənəvi dəyərlərini” pozduğuna görə 9 milyon lirə cərimələdi.  “Kızıl Goncalar” serialının yayımının dayandırılmasının arxasında əsasən “Menzil cemmaat” dayandığı güman edilir. Türkiyədə məhkəmə və prokurorluq orqanlarında əsas söz “Menzil cemmatı”dır. Türkiyədə nüfuzlu qələm sahibləri “Menzil cemmatı”nı talibandan daha radikal dini qrup hesab edir. Adını yarandığı kəndin, Adıyamanın Menzil kəndindən alan “Menzil cemmatı” hazırda Türkiyədə ən çoxsaylı tərəfdarı olan dini birlikdir. Üç milyon müridi olduğu iddia edilən “Menzil cemmatı”nın dövlət idarəçiliyinə ən çox təsiri olan dini birlikdir. İddialara görə, hazırkı nazirlərin ən azı üçü “Menzil cemmatı”n təmsil edir.  Türkiyədə qeyri-rəsmi olaraq dini senzuranın mövcudluğu illər öncə məlum idi. İndi isə bu dini senzura öz hakimiyyətini rəsmiləşdirir və Türkiyə tədricən şəriət qaydalarının hakim olduğu sistemə keçir. Türkiyənin sürətlə Avropa dəyərlərindən uzaqlaşaraq Yaxın Şərq dövlətinə çevrilir. Türkiyədə baş verən qorxunc proses Azərbaycan üçün də ciddi risklər yaradır. FETO çirkabından tam təmizlənməmiş Azərbaycan daha böyük təhlükə ilə üz-üzədir. Xəqani Cəfərli, politoloq

ŞƏMKİR ŞÜHƏDASINI XATIRLAYALIM (1918-ci il)

Yeni üsul ilə kanuni-saninin [yanvarın] 22-si, əski üsul ilə yanvarın 9-u Azərbaycan istiqlalı tarixinin ən birinci səhifələrini işıqladacaq, həm də günəş kimi parladacaq bir gün!  Azərbaycan türklərinin əsla unuda  bilməyəcəkləri bir gün!  Bu gündə, ərsəyə gələcək azad və müstəqil Azərbaycanın qüvayi-əsgəriyyəsinin [hǝrbi qüvvǝlǝrinin] ləvazimati hərbiyyəsi tədarükatına [hərbi ləvazimat  tədarükünə] başlanıdı. Həm də qövlən  [sözdə] deyil, feilən [işdə] başlanıldı. Qəhrəmanlıqlar göstərməklə, qanlar tökməklə və qurbanlar verməklə başlanıldı!  Həmin bu günlərdə idi ki, Kutaisdə,  Tiflisdə, Qarsda, Gümrüdə, İrəvanda və başqa yerdəki cəbbəxanalarda mövcud  olan ləvazimati-hərbiyyələri əllərinə aldıqdan sonra, cəbhədən ricət edən [qayə- dan] qitəati-əsgəriyyənin [hǝrbi hissǝlǝrin] ən mülayimlərinin, ləvazimati-hərbiyyəni buraxaraq, sənələrcə didarana [üzünǝ] həsrət qaldıqları ailələrinə qovuşmaq arzu və iştiyaqında [istǝyindǝ] olanlarının  ləvazimati-hərbiyyələrini təslim alan  qonşularımız; həman qitəati-əsgəriyyənin pək sərt, ən cəngi [döyüşkǝn], əsla silahından ayrılmaq istəməyən bir neçə qayəsinin ləvazimati-hərbiyyələrini bizim hissəmiz ədd [hesab] edərək təslim  almağa Azərbaycanlılara mühəvvəl etmişdilər [tapşırmışdılar]!  Olsun... Hər vaxt hǝr bir işdə qonşuları ilə hüsn-müamilədə [yaxşı rǝftarda] bulunmağa [çalışan], ixtilaf və nizaya [çəkişməyə] meyl və məhəbbəti olmayan  Azərbaycan türkləri sadədilanə [sadǝlövh] olaraq bu təqsimə [bölgüyǝ], bu  əmri icraya dəxi razı oldular. Bunun üçün  də Şəmkir istasyonu vasitəsilə Gəncəyə tərəf gəlməkdə olan qitəati-əsgəriyyə ilə 3 müxabirəyə girişdilər [ǝlaqǝ saxladılar].  Qitəati-əsgəriyyənin ən ciddi və qəti imtina cavabını alan gəncəlilər, knyaz Abxazinin zirehli qatarı ilə Şəmkir istasyonuna yola düşdü. Sonra adi trenlər ilə mücəhhəz [tǝchiz edilmiş], müntəzəm [nizami] qitəati-əsgəriyyə qarşısına fəqət [sadəcə] tüfəng və revolverdən başqa silaha  malik olmayan mübarizlər peydərpey  [dalbadal] göndərilməyə davam etməkdə idi. Gedənlərin arasında məşhur gəncəli  insan və qeyrət müməyyizi bir şəxsin  mehrinə layiq olanlar var isə də, həqiqi  millət və vətən qəhrəmanları dəxi pək  çox idi.  Həman qəhrəmanların başında miralay [polkovnik] həzrətləri ilə bərabər,  onun təhti-komandasındakı [komandası altındakı] cavanlardan və “Yaşıl qvardiya”  təsmiyə edilən [adlanan] qəhrəmanlar  dəxi ilələbəd unudulammaz və unudulmayacaqlar.  Əski üsul ilə kanuni-saninin [yanvarın] 9-cu günü, saat 10 radələrində qitəati -əsgəriyyə ilə Şəmkir istasyonunun qərb  tərəfində 100-150 çağırmlıq bir məsafədə pişəzvəqt [qabaqcadan] tədarük edilmiş sipərlər önündə qarşı-qarşıya gəlib  vəziyyəti-hərb alınaraq sonuncu dəfə olmaq üçün bir daha müxabirəyə başlanıldı. Qitəati-əsgəriyyənin müqəddimətülceyşi [öncü qüvvǝlǝri] məqamında olan  ön sıradakı trenlər, tərəfi-müqabili hərbə mühəyya [hazır] və hərb edəcəklərini qəti surətdə qərara almış gördükdə, ləvazimati-hərbiyyələrini təslimə qərar verdilər. Təslim başlanıldı. Silahları təslim alan  knyaz Abxazinin zirehli qatarında və ən  birinci sipərin önündə duran, başlarında  komandanları olmaq üzrə məsum və özləri kimi gənc, yeniyetmə “Yaşıl qvardiya” idi.  Birinci, ikinci və üçüncü trenlərin əslihələri [silahları] təslim alınaraq zirehli  qatara toplanldı. Trenlər salamat ötürüldü.  Dördüncü, beşinci və altıncı trenlər  yetişdilər. Bunlar əvvəlcə əslihələrini təslimə razı olmayaraq müharibə başladılar.  Bir az tələfat verməməksizin müharibə etdikdən sonra tərəf-müqabili əzmində sabit, qüvvətli və həm də zirehli qatarı görərək təslim işarəsi olan ağ bayraqları- nı qaldırdılar. Həman saat bunlara aman  və əslihələrini təslim üçün zirehli qatarın  yanına gəlməyə yol verildi. Məgər bunların ağ bayraq qaldırışı bir müharibə hiyləsindən ibarət imiş. Zira zirehli qatarın  bərabərində öz planları mövcibincə [planlarlna ǝsasǝn] durduqda zirehli qatar  lokomotivinin çarxını top qumbarası ilə hədəfə alan kimi topun dəhşətli partıldısı ilə bərabər lokomotivdən məhrum  olan zirehli qatar iki parçaya təqsim edilərək [bölünərək] həm-digərindən aralandı. Tam bu sırada idi ki, yeddinci, səkkizinci, doqquz, on və on birinci trenlər dəxi arxadan yetişərək qənətən şiddətli və dəhşətli müharibəyə başladılar. Topların,  pulemyotların, əl bombalarının və tüfənglərin cəhənnəmnümun [cǝhǝnnǝmi  andıran] atəşlərindən Şəmkir səhrası titrəməyə başladı. Azərbaycan-türk qəhrəmanları əsla etidallarını pozmayaraq və özlərini itirməyərək əlfövr [dərhal] sipərlərdə saxlanaraq yalnız bir tüfənglə bu  qədər top, pulemyot, əl bombaları və tüfənglə mücəhhəz 8 tren dolusu müntəzəm bir qüvveyi-əsgəriyyə ilə müharibəyə davam etdi. Öylədən [günortadan] təxminən 5  saat keçmişdən gecənin yarısı keçənədək müharibə tam şiddət və dəhşətini  artırmaqda idi. Gecə yarıdan sonra qələbə işarələri hər bir tərəfdən verilməyə başladı. Qalib gələn Azərbaycan-türk  qəhrəmanları bütün qüvveyi-əsgəriyyənin ləvazimati-hərbiyyələrini [əsgərlərin hərbi sursatlarını] təslim deyil, iğtinam  etdilər [qənimət aldılar]. Fəqət, eyni vaxtda kəndlərdən gələrək ətrafda saxlanıb  fürsət bəkləyən bir para namussuzlar,  tüfənglərdən və qeyri şeylərdən çoxunu  qarğaşalıqdan istifadə edərək qaçırdılar.  Ertəsi günü sübh tezdən miralay [polkovnik] bəy cənabları düşdükdə əzilən qolunu ağ məndil ilə döşündən asmış olduğu halda və doktorla bərabər, təşkil ediləcək müstəqil Azərbaycan qüvayi-əsgəriyyəsi [ordusu] üçün tədarük edilən topları, pulemyotları və sair qənimətləri  toplamaqda və Gəncə istasyonundan şəhərə göndərməkdə idi. Tülu etməkdə [doğmaqda] olan günəş dəxi Şəmkir şühədası Gəncə Zükur edadisinin [Gǝncǝ Oğlanlar gimnaziyasının] 8-ci sinif mütəəllimi [şagirdi] Məhəmməd Rəfiyev, 7-ci sinif mütəəllimi İsfəndiyar Quluzadə və Gəncə Ali-ibtidai məktəbinin son sinif mütəəllimi Yaqub Mehdiyevin qəhrəmanlıq, fədakarlıq və şəhadətlərinə şəhadət [şǝhid olmaqlarına şahidlik] etməkdə idi. Bəli, bu müharibədə məcruhlardan [yaralılardan] başqa mədəniyyət və maarif bağçasında yeni açılmaqda olan  üç dənə çiçək şəhid verdik. Rəhmətullahi  ǝleyhim rəhmətən vasia!  Şəmkir ordusu Gəncəyə övdət etdi  [qayıtdı]. Qalib qəhrəmanlar vəsfə gəlməyən bir təntənə və şəşəə [dǝbdǝbǝ] ilə şəhərə girdilər. Şühədanın cənazələri  cümləni [hamını] ağlatmaqda idi. O vaxtın hökuməti və bu müharibənin baş ərkani-hərbi [qərargah] olan Gəncə Milli  Komitəsi iğtinam edilən qənimətləri təhvil götürdü. Qəhrəmanları, fədakarları təqdir etdi, oxşadı, şühədanın ibkayinamları [adlarını əbədiləşdirmək] üçün vəsilələr aramağa iclaslar qurdu, şuralar etdi. Bir çox qərarlar məzbətələrə [protokollara] yazıldı Lakin məəttəəssüf [təəssüf ki], başqa qərarlar kimi bu qərarlardan dəxi məzbətələrdə yazılan bir neçə quru sətirlə, bir də bəzi aid olan mövqelərə göndərilən bir neçə övraqi-rəsmiyyədən [rəsmi sənəddən] başqa meydana  bir şey çıxarılmadı. Əgər həman hökumətin xələl olan indiki müstəqil və azad  Azərbaycan Hökuməti həmən övraqı,  məzbətələri bir daha mütaliə edərək o  qərarları qövldən feilə [sözdǝn işǝ] gətirərsə, heç şübhə yoxdur, vəzifələrindən  birini, daha doğrusu ən birincisini, əmələ gətirmiş olar. Bizlər isə bu gün vətənin,  millətin, istiqlalın ən birinci qurbanı olan  şühədanı birinci səneyi-dövriyyələri [il  dönümləri] münasibətilə xatırlayaraq ruhi-pürfütuhlarına [fateh, qalib ruhlarına] “Fatihə” oxuyalım. O[n]ların məsum və müqəddəs ruhlarına xitabən: “Ey istiqlalın birinci qurbanları, əmin olunuz!  Sizi tarixin parlaq və münəvvər səhifələri  ilələbəd [əbədiyyən] unutmadığı kimi,  bizlər dəxi unuda bilməriz!” - deyə sözümüzü bitirəlim.  Səid  Mənbə: ADA tərəfindən çap edilmiş Azərbaycan qəzetinin tam külliyyatının 4-cü cildi, səh: 361-363 TRANSLİTERASİYA EDƏNLƏR : Mehdi Genceli - Filologiya üzrə fəlsəfə doktoru,  Azad Ağaoğlu - Filoloq, tərcüməçi

İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu ": Elmi konfransın materialları kitab şəklində cap olunub

Sabah Azərbaycan İlahiyyat İnstitutunda "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" kitabının təqdimat mərasimi keçiriləcək.  Sherg.az xəbər verir ki, tədbir İnstitutun Akt Zalında saat 15:00-da baş tutacaq.  Məlumat üçün bildirək ki, "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" adlı elmi toplu 3 iyul 2021-ci ildə Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Türk Ocağı İctimai Birliyinin birgə keçirdiyi "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" mövzusunda elmi konfransın materialları əsasında hazırlanıb. Azərbaycan Cümhuriyyətinin iki dəfə baş naziri olan istiqlal fədaisi Nəsib bəy Yusifbəylinin (1881-1920) anadan olmasının 140 illiyinə həsr olunan elmi konfransda müxtəlif ali məktəblərin alimləri və müstəqil araşdırıcıların məruzələri dinlənilib. Kitabda da həmin məruzələr çap olunub. Toplunun elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlıdır. Ön sözün müəllifi isə ilahiyyat üzrə fəlsəfə doktoru, dossent, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovdur. Müəllif ön sözdə vurğulayıb ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Vətəninin taleyüklü məsələlərinin həlli və xalqının mənafeyinin qorunması ilə bağlı çiyinləri üzərinə ciddi məsuliyyət yükü düşən görkəmli dövlət xadimlərimiz arasında Nəsib bəy Yusifbəylinin xüsusi yeri var: "Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən biri olmuş Nəsib bəy Yusifbəyli vəzifə tutduğu dövrlərdə milli şüurun formalaşması, xalqın maarifləndirilməsi yolunda əvəzsiz xidmətlər göstərib. Oxucuların diqqətinə təqdim olunan toplu görkəmli dövlət və ictimai-siyasi xadimin həyat və fəaliyyətinin tədqiq olunmamış tərəflərini qismən də olsa işıqlandıracaq".  Topluda Türk Ocaqları başqanı, professor Mehmet Özün, İstanbul Türk Ocağı başqanı, professor Cezmi Bayramın Nəsib bəy Yusifbəyli barədə maraqlı çıxışları, tarixçi-alim Firdovsiyyə Əhmədovanın "İstiqlal tarixində yazılan Nəsib bəy ömrü", professor Nəsiman Yaqublunun "Nəsib bəy Yusifbəylinin parlament fəaliyyəti", Yusifbəyli ocağının varisi Rəfat Cuvarlının ""Nəsib bəy Yusifbəylinin həyat yolu", o cümlədən digər tarixçi alimlərin, araşdırmaçıların dəyərli elmi məqalələri əks olunub. Kitabda vurğulanıb ki, Nəsib bəy Yusifbəyli tutduğu bütün vəzifələrdə öz işlərinin öhdəsindən səmiyyətlə, məsuliyyətlə gəlməyə çalışıb və bu uğurda şəhadətə ucalıb.

Qafqazda müsəlman qadınlar

Qafqazda müsəlman qadınları cəhalət dənizində boğulmaqdadır. Ümumiyyətlə elm yox, maarifə həvəs yox, millətə xidmət heç yox. İşləri xalça toxumaq, corab hörmək, paltar tikmək, aşbazlıq, qulluqçuluq və yaxud işsiz-gücsüz yaşamaqdır. Evladlarını tərbiyə edə bilməzlər, işləri çığırmaq, bağırmaq, qarğış, söyüşdür. Nizam-intizam nədir bilməzlər, nəzakət nədir onuda bilməzlər, nəzafət(təmizlik) onu heç bilməzlər. Qafqazlı müsəlman qadınların bildikləri qızıl zinətlər, qumaş paltarlardı. Ayaqyalın gəzərlər, rütubətli, qaranlıq yerdə oturarlar. Buna görə xəstə olarlar. Bir çoxları baş ağrısına, bəziləri romatizmə düçar olarlar. Əcayib-qərayib bəlalara rast gəlirlər, qorxunc yaralar çıxarırlar. Gəncikən həyatları boşa gedər. Yeyib-içmək üsulunu bilməzlər, buna görə bənizləri saralmış, qaralmış halda olar, bəd rəng halına düşərlər. Yazıqların məişət və həyatları fəna olduğu halda bunlarına halına baxan yox, çarə axtaran yox. Bunların əhvalına hərkəsdən əvvəl özləri arasında yetişmiş nüfuzlu, məlumatlı, maarifli xanımlar qalmalıdır. Heyhat !... Belələrini tapmaq ikinci müşkül bir məsələdir. Bizdə elə xanımlar yoxda deyil. Rusca bildikləri halda öz dillərində yazmaq, oxumaq dursun, hətta elələri var ki, danışmağı bilməzlər. Adları da bütün əcnəbi adlar kimi. Bunlardan bir neçəsi Bakıdadır: Təbibə Batırşinadır ki, Bakıya gəldikdən sonra müsəlmanlar "Bahadır şahzadə" demişlər. Biri daha vardır ki, həqiqi adı olan Kəbə deyilməyə razı deyilmiş. Ana Tamara demək lazım gəlirmiş. Bir neçəsini də bilirəm ki, müəllimdirlər türkçə bilmirlər, müslimədir müsəlmanca bilmirlər. Bilmək də istəməzlər.   Öz aralarında söhbət edərkən rusca danışırlar. Türkçəyə rəğbət etmək istəmirlər, istəsə idilər bilərdilər, öyrənərdilər. Məramın əlindən bir şey qurtulmaq... İnsan hər istədiyinə nail ola bilər. "İstəyirəm, amma vaxtım yoxdur" boş sözlərdi. Hərgah bizim ziyalı, maarifli xanımlarımız bizim əhvalımıza yansa idilər, əvvəlcə öz ana dillərini öyrənməyə, oxuyub-yazmağa səy göstərərdilər. Ondan sonra bütün növ yaxşılıqları görə bilərdik. Yoxsa bu hal üzrə həm analar, həmdə bizlər davam edərsək qorxuram sonumuz fənadır. İşlər belə gedərsə bir tərəfdən millətimizin mədəni və maarifli olmasına bizim cahil, qafil, tərbiyəsiz bacılarımız maniyə olacaqlar, digər tərəfdən də maarifli xanımlarımız bu gün ki, halətləri, məişətləri, millət və şəriətə etinatsızlıqları, uzaqdan baxan atalarıda qız evladlarını məktəblərə verməməyə, tərbiyəli və maarifli analar yetişdirməməyə vadar edəcəkdir. O zaman vay halımıza... Aləmi Nisvan jurnalı 1906, Say 4, səh: 49-50 Təqdim etdi: Ceyhun Nəbi

Müsavat seçkidə iştirakdan imtina etdi

Dekabrın 15-də Müsavat Partiyası Divanının iclası keçirilib.  Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun uydurma ittihamlarla həbsi ilə bağlı məsələ müzakirə olunub. Bu həbs Müsavat Partiyasına və bütövlükdə müxalifətə təzyiq etmək, cəmiyyət xof yaratmaq məqsədilə atılan repressiv addım kimi dəyərləndirilib. Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə partiyanın bəyanatı qəbul edilib.  Azərbaycanda son həftələr ərzində 10-dan artıq jurnalistin, o cümlədən “Turan” agentliyinin əməkdaşı Hafiz Babalının həbsi ölkədə söz və media azadlığına qarşı basqıların davamı kimi qiymətləndirilərək pislənilib. Bütün siyasi məhbusların və sifarişlə həbs edilən jurnalistlərin azadlığa buraxılması tələb edilib.  İclasda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri müzakirə olunub. Qeyd edilib ki, bir qayda olaraq seçkilərdə iştirak edən Müsavat Partiyası Azərbaycan hakimiyyətini seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığınını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb. Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib. Hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib. Seçki kampaniyasının qəfil elan olunması ilə seytnot vəziyyətinin yaradılması bu seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur. Müsavat Partiyası bütün bunları, eləcə də Müsavar Partiyası strukturlarında aparılan müzakirələrin və ictima sorğuların nəticələrini nəzərə alaraq, fefralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.

Yeni dünya düzəni və Güney Azərbaycanın istiqlalı

İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb və onun bərpası artıq mümkün deyil. Artıq bütün böyük dövlətlərin liderləri də şərti olaraq “Yalta-Potsdam dünya nizamı” adlandırılan düzənin dağıldığını etiraf edirlər. Dünyamızın münasibətlər sistemi isə elə formalaşıb ki, bir düzən dağılan kimi yeni nizamın formalaşması başlayır. Yeni dünya düzəni isə bir qayda olaraq böyük dövlətlərin iştirak etdiyi müharibələrdən sonra, savaşın nəticələrinə uyğun formalaşmağa başlayır.  Yeni dünya düzənin qaçınılmaz bir proses olacağı aydın olsa da, yeni nizamın necə olacağı bağlı bir-birinin tam əksinə olan iddialar var. ABŞ prezidenti Cozef Bayden Vaşinqtonun yeni dünya düzəninə liderlik etmək iddiasında olduğunu bəyan edib. İranın ali dini lideri Ayətullah Əli Xameneinin iddiası isə belədir ki, yeni dünya düzənində Amerikanın artıq heç bir rolu olmayacaq. Ayətullah Əli Xameneinin bu mövqeyi heç şübhəsiz ki, sağlam təhlilə və məntiqə əsaslanmır. Ən böyük siyasi, iqtisadi və hərbi gücə malik bir dövlətin yeni dünya düzənində heç bir rolunun olmayacağı haqqında iddia sağlam ağılın məhsulu hesab edilə bilməz.  İkinci Dünya Müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı”nda Moskva iki əsas güc mərkəzindən biri idi. Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhan isə hesab edir ki, yeni dünya düzənində Rusiya geosiyasi əhəmiyyətini itirəcək. General Çauhan hesab edir ki, dünyanın ən böyük nüvə arsenalına malik olmasına və Pekinlə müttəfiqlik münasibətləri yaratmasına baxmayaraq Rusiyanın təsirinin azalması qaçınılmazdır. Əslində isə, general Çauhanın təsvir etdiyi vəziyyətin gerçəkləşməsi prosesinin şahidi və müəyyən mənada da iştirakçısıyıq. Rusiyanın təsiri sürətlə azalır. Postsovet məkanın bütün çoğraiyasında, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanın təsir gücü 24 fevral 2022-ci ildən öncəki vəziyyətlə müqayisədə ciddi şəkildə azalıb. Rusiya hələlik bu çoğrafiyanın ən böyük dövləti olaraq qalsa da, artıq bölgənin hakimi deyil.  Rusiyanın mövqelərinin zəifləməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirinin azalması İranın mövqelərinin də zəifləməsinə səbəb olmağa başlayıb.    Moskvanın itirdiyi mövqeni Pekinin tutacağı, Rusiya, İran və Şimali Koreyanın yer aldığı “Şər oxu”na Çinin liderlik edərək yeni dünya düzənində güc mərkəzlərindən biri olacağı haqqında fikirlərin müəyyən əsası olsa da, belə bir prespektivi istisna edən çox ciddi amillər var. Çin özü də belə bir güc mərkəzi yaratmaq istəmədiyini artıq bəyan edib. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçirilən sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşdə Çin dövlət başçısı Si Cinpin ABŞ-a qarşı avtoritarların alyansını, yuxaarıda bəhs edilən “Şər oxu”nu yaratmayacağı ilə bağlı vəd verdi. “Şər oxu” yaratmayacağı ilə vəd ilə yanaşı Si Cinpin Çinin ABŞ-ın dostu və tərəfdaşı olmağa hazır olduğunu bəyan etməsi tamamilə yeni geosiyasi vəziyyət yaradır. Bu o deməkdir ki, İranın qurtuluş kimi gördüyü “Şər oxu”nun formalaşma ehtimalı minimuma yaxındır.  Ukraynaya qarşı müharibədə hərbi-siyasi uğursuzluqlara məruz qalan Rusiyanın isə İranın yeganə sığınacaqq kimi gördüyü “Şər oxu”nu yaratmağa imkanı yoxdur. “Şər oxu” olmadan isə İran üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında deyil. İmperiya və böyük dövlətləri tarix səhnəsindən silən ən ciddi amil üzləşdikləri çağrış və təhlükələrə cavab vermək imkanında olmamasıdır. Sovet İttifaqının taleyi buna ən bariz nümaunədir. İrandan dəfələrlə güclü və böyük olan Sovet İttifaqı xarici hərbi müdaxilə ilə deyil, üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında olmadığı üçün dağıldı.   Böyük Məhəmməd Əmin Rəsulzadənin bir əsr öncə irəli sürdüyü “İnsanlara hürriyyət, millətlərə istiqlal” tezisi bu gün dünyanı hərəkətə gətirən əsas ideyaya çevrilib. Əsarət altında olan xalqların istiqlaliyyət uğrunda mübarizəsi iki il öncə ilə münasibətdə beynəlxalq münasibətlərdə indi daha çox dəstək qazanmağa başlayır. “Post-Rusiya Azad Xalqlarının Forumu”nun ligitimləşərək Moskvanın əsarətində olan xalqları təmsil edən platforma kimi tanınması, Beynəlxalq Uyğur Forumunun güclənməsi millətlərin istiqlal mübarizəsinin iki il öncə ilə müqayisə edilməz dərəcədə dəstək qazandığını göstərir.  Nobel Sülh Mükafatının İranda qadın hüquqları uğrunda mübariz, əslən Güney Azərbaycandan olan Nərgiz Məhəməddiyə, Avropa İttifaqının insan hüquqları sahəsində ən yüksək mükaftı olan Andrey Saxarov adına“Düşüncə Azadlığı” Mükafatının da İranda şəriət qaydalarının qurbanı olan Məhsa Əminiyə verilməsi təsadüfi deyil. Bu iki hadisə göstərir ki, İrana yönəlik siaysətdə insanları hürriyyətə qovuşduracaq universal insan hüquqlarına daha çox önəm veriləcək.  Buna görə də müasir dövrdə “şər oxu”nun liderliyi ilə dünya düzəni yarana bilməz. Yaransa belə, belə dünya nizamı həyati qabliyyətli ola bilməz. Dünya nizamının totalitarizm və təcavüz üzərində qurulduğu dövr keçmişdə qalıb və geri qayıda bilməz. ABŞ prezidenti Cozef Baydenin qeyd etdiyi kimi, yeni dünya nizamı milli dövlətlərin ərazi bütövlüyü, suverenliyi və universal insan hüquqları əsasında formalaşmalıdır.  “Yalta-Potsdam dünya nizamı” əsasən Avrasiyaya aid idi. Həmin düzənin dağılması isə Avrasiyadakı siyasi münasibətlər sistemini və geosiyasi konfiqurasiyanı dağıdacaq. Bu proses Avrasiyadakı bütün ölkələrə təsir edəcək proses olsa da, əsas təsiri Rusiya və İranda müşahidə ediləcək. “Yalta-Potsdam dünya nizamı”nın dağılması əslində Rusiya və İranın dağılmasını ehtiva edir.   Bütün bunlar əsas verir deyək ki, universal insan hüquqları əsasında formalaşacaq yeni dünya düzənini İranda xalqların öz müqəddəratını təyin etmə hüquqnun tanınacağı bir dünya olacaq. Çünki, İran milli dövət olmadığı kimi, insan haqq və hüquqlarını ən sərt şəkildə məhdudlaşdıran ölkədir. Universal insan hüquqlarının hakim olacağı dünyada isə İran kimi çoxmillətli ölkə totalitar rejimlə davam edə bilməz. Digər tərəfdən İran kimi totalitar rejimlər əsasən dünyadakı mövqeyini və təsir dairəsini itirdikdə dağılmağa başladığı da tarixdən məlumdur.  İsrailin HƏMAS-ın terror hücumuna qarşı başlatdığı antiteror əməliyyatı həm də İranın on illiklər ərzində on milyardlarla dollara sərf edib hazırladığı və Tehranın təsir dairəsini yaymağa xidmət edən proksi qüvvələrə yönəlib. Həmin proksi qüvvələrin məğlubiyyəti İranın Yaxın Şərqdəki təsir dairəsinin kəskin azalmasına səbəb olacaq. Çünki, bu qüvvələr teokratik rejimin bir hissəsinə çevrilib və onların uğuru Tehran rejiminin qələbəsi hesab olunur. Bu qüvvələrin məğlubiyyəti və təsir imkanlarının azaldılması İranın məğlubiyyəti olacaqdır. HƏMAS-ın strukturunun dağıdılması, Hizbullahın İsraillə müharibədən yayınmağa çalışaraq öz qınına çəkilməsi Tehranın məğlubiyyətidir. Daha geniş mənada isə bu hadisə İranın öz təsir dairəsini yaratmaq üçün uzun illər ərzində on milyardlarla dollar xərcləyib müəyyən uğurlar da qazandığı siyasətin iflasıdır. Yaxın Şərqi təsir altında saxlamağa yönəlmiş bu siyasətin iflası teokratik rejimin ligitimliyini tamamilə itirməsinə səbəb olacaqdır. Bundan sonra İranda mərkəzdən qaçma prosesi tarixin dialektik inkişaf qanuna uyğun olaraq həlledici mərhələyə daxil qoyacaq.  Güney Azərbaycan istiqlaliyyətini qazanmadan yeni dünya düzəninin formalaşması başa çata bilməz. Yeni dünya düzənin formalaşması prosesi yalnız Güney Azərbaycan istiqlaliyyətini qazandıqdan sonra başa çatacaq. Bu isə o deməkdir ki, Güney Azərbaycanın istiqlaliyyəti tarixin dialektik inkişaf qanunın diqtəsi olaraq tarixi zərurətə çevrilib. Xəqani Cəfərli, politoloq 

Müsavat başqanı Avropada keçirdikləri görüşlər barədə məlumat verdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Şərqi Avropa və postsovet məkanı ölkələrinin milli azadlıq hərəkatı liderlərinin iştirakı ilə keçirilən tədbirlərdə iştirakla bağlı özünün Feysbuk səhifəsində yazaraq məlumat verib. Sozcu.az Müsavat başqanının məlumatını təqdim edir:  Polşanın Varşava şəhərində başlayaraq Brüsseldə davam edən Avropa səfərimiz başa çatdı.  Əvvəl də məlumat verdiyimiz kimi Şərqi Avropa və postsovet məkanı ölkələrinin milli azadlıq hərəkatı liderlərinin iştirakı ilə keçirilən tədbirlərdə İsa bəy Qəmbərlə birlikdə Azərbaycanı təmsil etdik.  Yerli və beynəlxalq qurumların təsis etdiyi bəzi medal və mükafatlarla təltif olunduq.  İstər Varşavada, istərsə də Brüsseldə, Avropa Parlamentində  keçirilən toplantılarda iştirak etdik.  Müzakirə edilən məsələlər barədə çıxışlarımız və konkret təkliflərimiz oldu.  Azərbaycan adına irəli sürdüyümüz təkliflər iştirakçıların əksəriyyətinin səsverməsi ilə qəbul edilən yekun sənədə daxıl edildi.  Ermənistan nümayəndələrinin son dövrlərdə istənilən beynəlxalq tədbirlərdə irəli sürdükləri etnik təmizləmə iddiasını burada da yeritmək cəhdlərinin qarşısı alındı.   Brüssel memarandumuna Azərbaycan Ermənistan münaqişəsinə aid olan məsələ bizim təklif etdiyimiz kimi təxmini tərcüməsi bu şəkildə daxil edildi:  “Biz Azərbaycan və Ermənistan rəhbərliyinin sülh razılaşmasının imzslanması istiqamətində atdığı addımları alqışlayırıq.  Bunun ardınca erməni əhalisinin Azərbaycana, Azərbaycan əhalisinin Etmənistana qaytarılması üçün uzunmüddətli şərait yaradıla bilər.  Cənubi Qafqaz problemlərinin həlli üçün Ermənistan Azərbaycan və Gürcüstan arasında üçtərəfli formatda müzakirəsi ideyadı səmərəli ola bilər.  Biz əminik ki, Cənibi Qafqazda sülhə nail olmaq Rusiyanın bu ərazilərdə təsir imkanlarının sıxışdırılması şərti ilə mümkündür.” (İngiliscə tam mətnin şəklini və rus dilində variantını şərh bölümündə təqdim edirəm) Səfər zamanı qurur duyduğumuz məsələrdən biri də istər Varşavada, İstərsə də Brüsseldə, Abropa Parlamentində Azərbaycan Xalq Hərəkatı liderləri Əbülfəz Elçibəyin və Tofiq Qasımovun portretlərinin bütün postsosialist məkanına aid əfsanəvi hərakat liderlərinin portretləri ilə yanaşı nümayiş etdirilməsi oldu.

Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib. Sozcu.az xəbər verir ki, bu, müəllifin sayca 22-ci kitabıdır. 44 günlük müharibədən sonra regionda çox ciddi dəyişikliyə səbəb olub. Bu prosesin fonunda Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də, Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. O cümlədən, müxtəlif dövlətlərin bu məsələyə münasibəti, regional və qlobal əməkdaşlıq kontekstində dəhlizin meydana gətirə biləcəyi yeni məqamlar, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinin məzmunu kimi məsələlərin aktuallaşdığı şübhəsizdir. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşmasının geosiyasi analizi çox aktualdır. Təqdim edilən kitab Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri, Zəngəzur: tarix, deportasiya, siyasət və geosiyasi proseslər və Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq layihələr başlıqlı mövzuları əhatə edir. Arxiv sənədləri, yerli və xarici müəlliflərin araşdırmaları, təhlillər və siyasi proseslərdə aparılan danışıqların məzmunu kitabıb mənbəşünaslıq bazasını təşkil edir. Kitabın hazırlanması prosesində yerli və xarici ekspertlərlə məsləhətləşmələr aparılıb, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının hesabatlarından istifadə edilib. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizinn təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub -Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Mövzu ilə bağlı kitabda nadir arxiv sənədləri və xəritələr öz əksini tapır. Təqdim edilən kitab geniş oxucu kütləsi və elmi tədqiqatlar aparan şəxslər üçün dəhlizin geosiyasi əhəmiyyətini və gələcək perspektívlərini təhlil edir. PS: Kitabın çapında dəstək verən şəxslərə təşəkkürümü bildirirəm. Məhz onların sayəsində kitab nəşr edildi. Dizayn üçün dostum Rovshan Abbas -a minnətdaram.

Artıq nə qatil, nə quldur, nə dar ağacı, nə Sibir sürgünləri, nə də rütubətli və qaranlıq zindanlarda çürüyən insanlar qalmışdı - Mehmet Altunbay

O dünyaya gələndə vətəni Çar Rusiyasının işğalı altında idi. Bunu xatırlamağı mümkün deyildi. Vətəni çar boyunduruğundan qurtulub cümhuriyyətə qovuşduğu zaman hələ 4 yaşı var idi. Və bunu da xatırlamırdı. Vətəni ancaq 2 il hürr yaşaya bilmişdi və 1920-ci ildə kommunist Rusiyası tərəfindən işğal edildi. Bu vaxt onun 6 yaşı var idi. Və kommunist imperializminin zülmləri yaddaşına yazılırdı. Məhəmməd Altunbay yaddaşına həkk etdiyi acılarla təhsilini tamamlamış və Hərbi Hava Qüvvələrini bitirərək Bakıdakı hərbi məktəbdə komandir olmuşdu. Onun qəlbi kommunist imperializminə qarşı kinlə dolu idi. Hər şeyi anlayan gizli polis onu işindən uzaqlaşdırdı. Bu 3-4 gün sonra Məhəmməd Altunbayın yox ediləcəyi demək idi. 1941-ci il idi… Məhəmməd Altunbay digər 2 pilot dostları ilə birlikdə plan qurdular və sərnişini olduqları təyyarəni havada ikən ələ keçirdilər. Təyyarənin Türkiyəyə uçacaq qədər benzin ehtiyatı yox idi deyə İrana məcburi eniş edildi. Məhəmməd Altunbay bundan sonra məşəqqətli bir dövr keçirərək 1942-ci ildə Türkiyəyə qovuşa bildi. Ancaq “qırmızı” imperializmə qarşı olan kini də özü ilə bərabərində aparmışdı.           Mehmet Altunbay  《Hərfləri öyrənməyə başladığım zaman böyüklərim Anadoludan, Mustafa Kamaldan danışırdılar. Düşmənlərin bölüşdürdüyü Anadoluya yardım mövzusu açılır və böyüklər Anadoluda düşmənə qarşı savaşmaq üçün səbirsizlənirdilər. Ankarada Türkiyə Böyük Millət Məclisinin açılışı ilə əlaqadar danışılanları tam xatırlamıram. Ancaq həmin vaxtlarda kommunist Rusiyasının ölkəmizi işğal etmək istədiyi söhbətləri hələ də qulaqlarımda eşidilir. “Leninin əsgərləri gəlir” sözləri eşidilməyə başlanılanda şəhərdə böyük köç hazırlığı başlanmışdı. Biz Gəncədə yaşayırdıq. Biz uşaqlar, anaları, nənələri və başqa qadınlarla birlikdə şəhərdən köçdük. Bir həftə dağlarda ac-susuz yaşadıq. İndi tarixi daha dəqiq deyə bilərəm. Kommunist Rusiyasının məmləkətimizi işğal etdiyi tarix 27 Aprel 1920-ci il idi. Hərfləri yeni öyrənməyə başlamışdım və 6 yaşım var idi. Dağlarda bir həftə ac-susuz qaldıqdan sonra şəhərə qayıtdıq. Şəhərin giriş qapısındaca türk kişilərinin vurulmuş, əzilmiş bədənləri ilə qarşılaşdıq. Şəhərin içinə doğru irəlilədikcə cəsədlərin sayı artırdı. Və elə bir an gəldi ki, cəsədləri tapdalamadan keçmək mümkün olmadı. Mən kommunizmə və kommunistlərə hürriyyəti əzdikləri üçün düşmənəm! Mən kommunizmə insanları heyvanlaşdırmaq istədiyi üçün düşmənəm! Və kommunizm Azərbaycanda türkləri kütləvi şəkildə öldürdüyü üçün mənim nəzərimdə türk düşməni idi. Bəli, mən kommunizmin və kommunistlərin türk düşməni olduğunu bilirdim, türkləri yer üzündən silmək istədiklərini gözlərimlə görmüşdüm. Şəhərin türk kişilərinin cəsədləri ilə dolu olduğunu gördüyümüz gün hamımızı saxlayan kommunistlər bizi bir zirzəmiyə saldılar. Səhərə qədər uşaqların fəryadlarını, qadınların naləsini eşitdim. Sabahı gün hamımızı bayıra çıxardılar, aramızda az sayda olan kişiləri divarın yanına düzüb gözümüzün qabağında güllələdilər. Böyük kədər içində evlərimizə qayıtdıq. Evdə hər şey oğurlanmış və ya məhv edilmişdi. Daha sonra şəhərin içində qalmış şəhidlərimiz və güllələnmiş insanlarımız dəfn edilməyə başlanıldı. Ardınca aclıq və xəstəlik yayılmağa başladı. O sırada kommunist ruslar gecə-gündüz oyunlar oynayır, qəhqəhələr atırdılar. Gecələr türk evlərindəki qadınlara hücum etdiklərini də eşidirdik. Kommunist rejimi deyiləndə yadımda bu zülmlər və hücumlardan başqa bir də qara çörəyin görüntüsü qalıb. Qadınlar sübh tezdən bu qara çörəyi ala bilmək üçün növbəyə dayanırdılar. Axşam qaranlığında evə qayıdan qadınları gözüyaşlı qarşılayırdıq. Yaşamaq və ölməmək kommunistlərin zülmlərinə və cinayətlərinə dözmək demək idi. 1929-cu ilin oktyabr ayında Azərbaycan türklüyünün kommunizm və kommunist imperializminə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi. Türkün bu hürriyyət savaşına dünyadan dəstək gələcəyini gözləməyimiz hədər yerə idi. Macar üsyanında olduğu kimi Azərbaycan türkünün də yardım fəryadını bütün insanlıq sadəcə izlədi və Azərbaycan türkləri Qırmızı Ordunun tankları altında can verdilər. Kommunist imperializmin zülmlərinə dözdüyümüz kimi insanlığın hürriyyət savaşımıza qarşı göstərdiyi laqeydliyə də dözdük. Amma bu olanlara dözməyimiz kommunizmə qarşı qəlbimizdə olan kini söküb atdığımız demək deyildi. Kommunist rejim elə qorxunc bir təşkilat idi ki, qəlbimizdə olan bu kini belə aşkarlaya bilirdi. Ələ keçirdiyimiz sərnişin təyyarəsi ilə kommunist rejimdən qaçarkən İrana məcburi eniş etmişdik, eniş zamanı təyyarənin yararsız hala düşməsi məni ölümlə üz-üzə qoymuşdu. Bunların heç bir önəmi yox idi. Türkiyəyə qovuşduğum zaman içim çox böyük fərəhlə dolmuşdu. Amma ürəyimdə kommunizm və kommunist imperializminə qarşı olan kin daha da böyüməkdə idi. Türklüyü yer üzündən silməyə çalışan kommunizm… Bu sadəcə bir rejim deyildi... Bir az da Azərbaycan Cümhuriyyətinin quruluşundan əvvəlki zamanı və milli hökumətimizin kommunist ordusu tərəfindən sonlandırılmağı haqqında danışmaq istəyirəm. 1914-cü il dünya müharibəsinin sonunda Rusiya Çarlığının qanlı səltənəti sona çatmışdı və əsir türk ölkələrində qurtuluş ümidi yaranmışdı. Ancaq o zaman da köhnə çarlığı yenidən diriltməyə çalışan Denikin ordusu ilə birlikdə Moskva silahları ilə təchiz edilmiş erməni daşnak ünsürləri Azərbaycanı təhdid etməyə başlamışdı. Bəlkə də Azərbaycan bu yeni təhlükə qarşısında daha böyük vəhşiliklə üz-üzə idi. Tam bu ərəfədə qərb sərhədlərimizdən böyük qüvvədə olan xilaskar qardaş əli bizə doğru uzanırdı: Türk ordusu gəlirdi... Nuru və Mürsəl paşanın komandanlığı altında olan bu ordunu Azərbaycan türkləri böyük sevinc və coşqun alqışlarla qarşıladı. Qəlbləri tükənməz inamla dolan, ümidləri çiçəklənən odlar yurdunun aslan ürəkli insanları Anadoludan gələn məhmətciklərin şərəfinə minlərlə qurban kəsmişdi. Ölkənin hər yerində türkiyəli qardaşlarını qarşılamaq üçün şənliklər qurulurdu. Şəhərli və kəndlilər sevinclərini milli mahnılar oxumaqla ifadə edirdi. Böyük vətənpərvər və qəhrəman olan 2 türk komandiri Nuru və Mürsəl paşanın rəhbərliyi altında gələn aslan ürəkli Anadolu əsgərləri azəri-türk qardaşları ilə əl-ələ, çiyin-çiyinə verərək çox çətin və qanlı savaşdan sonra, Azərbaycanı boğan və qanını sovuran düşmənlərdən tamamilə təmizləmişdi. Bu 2 silah və qan qardaşının polad əzmi nəticəsində Azərbaycan əsarətdən xilas olaraq 28 May 1918-ci ildə ilk Türk Cümhuriyyəti olaraq istiqlalını elan etmişdi. O gün Türk dünyasının gözlədiyi ən böyük gün idi. Bu, Azərbaycan türklərinin 100 ildi axan gözyaşının quruduğu gün idi. Bu, Azərbaycan tarixinin ən şanlı və müqəddəs günü idi. Bu, üçrəngli və ay-ulduzlu Azərbaycan bayrağının yüksəklərə ucaldığı gün idi. Bu, 5 min Anadolu igidinin Azərbaycanın istiqlalı uğrunda sevərək canlarından keçdiyi və şəhid olduqları gün idi. Bəli, o anlar heç vaxt unudulmayacaq böyük və müqqədəs günlər idi. Azərbaycanın şanlı tarixi və qəhrəman gələcək nəsilləri istiqlalımız uğrunda son damla qanına qədər savaşan türkiyəli qardaşlarını heç vaxt unutmayacaqlar. Azərbaycan türkləri bu qardaşlığın qarşısında daima hörmətlə baş əyəcəklər. 28 May 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyəti qısa zaman ərzində demokratik prinsiplərə əsaslanan müasir bir dövlət olmağa başlamışdı. Bu ölkədə yaşayan hər fərd eyni hüquqa malik idi. Azərbaycan Cümhuriyyəti qonşu ölkələrdə sıx və dost münasibətdə idi və onlara lazım olan həm maddi, həm də iqtisadi yardımını əskik etmirdi. Öz torpağımızda öz millətimizə dayanaraq milli hökumətimizi qurmuşduq. Sonunda məmləkətimizdə həyat, mal, namus və vicdan təhlükəsizliyi bərqərar olmuşdu. Artıq nə qatil, nə quldur, nə dar ağacı, nə Sibir sürgünləri, nə də rütubətli və qaranlıq zindanlarda çürüyən insanlar qalmışdı. Azərbaycan xalqı öz taleyinə özü qərar verərək istiqbala doğru əmin addımlarla irəliləyirdi. Həmin vaxt ölkənin kəndlisinə də, şəhərlisinə də, cavan və qocasına da milli mübarizəyə və istiqlalımıza bağlılıq təkcə ürək və hisslərlə yox, eyni zamanda ağıl və düşüncə ilə hakim olmuşdu. Azərbaycan Cümhuriyyətinin qurulmasından 2 il keçməmişdi ki, Rusiya bu dəfə kommunist ordusu ilə Azərbaycanı yenidən işğal etdi. 27 aprel 1920-ci ildə baş verən bu işğal haqqında daha əvvəl danışmışdım. Beləliklə, Azərbaycan türkləri olaraq biz həm Çar Rusiyasının, həm də kommunist Rusiyasının zülmünə məruz qalmışdıq. Halbuki, kommunistlərin iddiası belə idi: millətlərin daxili işinə qarışmamaq, xalqlar arasında dostluq yaratmaq. Bundan əlavə kommunistlər davamlı olaraq özlərinin sülh tərəfdarı kimi tanıdılması haqqında təbliğat aparırdı. Bu kommunizmin taktikası idi. Kommunistlər özlərini dostluğa və sülhə əhəmiyyət verən insanlar olaraq tanıdaraq millətləri aldatmaq məqsədi güdürdülər. Həqiqətdə isə kommunistlər qədər dostluğa, sülhə, hürriyyət və istiqlala düşmən olan başqa bir qüvvə tarix boyu görülməmişdi. Onlar hədəflərinə çatana qədər özlərini demokratik prinsiplərə inanan, xalqın rifahını istəyən, insanlığa xidmət etmək arzusu ilə yaşayan insanlar olaraq tanıdır və bu işdə uğur da qazanırdılar. Bəli, kommunistlərin təlqin və yalanlarına inananlar və aldananlar olurdu. Bu insanlar, yəni kommunizmin təlqin və yalanlarına inananlar, kommunistlərdən daha təhlükəli idi. Çünki bir millətin içində belə zəif insanların olması o məmləkətdə kommunistlərin qüvvətlənməsinə xidmət edirdi. Kommunizm bizim üçün sadəcə rejim deyildi. Biz Türk dünyası olaraq həm milliyyətçiliyimizi, həm də insanlığımızı qorumalı idik. Və biz türklük olaraq kommunizmdən, kommunist imperializmindən qorunmaq məcburiyyətində idik. Fikrimcə, dünyanın hürr məmləkətlərində kommunizmlə mübarizə mövzusunda göstərilən səylər və çalışmalar çox zəifdir. Kommunizmlə mübarizədə qarşılıqlı təbliğata üstünlük vermək lazımdı. Digər tərəfdən hökumətlər kommunizmlə mübarizəyə I dərəcəli əhəmiyyət verməlidirlər. Əgər kommunizmlə mübarizə aparan insanlar hökumətin dəstək və yardımını ala bilməsələr, bu mübarizədən geri çəkilə bilərlər. Üstəlik kommunizmlə mübarizə aparmağa qərar verən insanlar artıq kommunizmlə mübarizə aparanların bu işdən geri çəkildiyini gördükləri zaman dərhal qərarlarını dəyişəcəklər və kommunist təbliğatı qarşısında səssizliyi seçəcəklər. Əlavə olaraq onu da demək istəyirəm ki, kommunist rejim qurulduqdan sonra kommunizmdən xilas olmaq üçün aparılacaq mübarizələrdə uğur əldə etmək demək olar ki, mümkünsüz idi. Çünki kommunist rejimdə meydana gələ biləcək bütün üsyanlar əvvəlcədən hesablanmışdı. Kommunizmə qarşı baş qaldıracaq üsyanlara rəhbərlik edə biləcək bütün insanlar ya öldürülürdü, ya da sürgünə göndərilirdi. Bütün bu tədbirlərə rəğmən kommunist rejim yenə də zülm və təzyiqlərinə davam edirdi. Xalq arasında yayılan, ordu içinə sızdırılan, məktəblərdə uşaqlar arasına belə yerləşdirilən kommunist casuslar rejim əleyhinə danışılan ən kiçik sözü belə xəbər verirdi. İnsanın insan kimi düşünə bilməsi üçün bir dəqiqə belə vaxt tanımayan kommunist rejim iş saatları xaric kommunizm təbliğatlarının aparıldığı toplantılar tərtib edirdi və davamlı zülm və təbliğatlar sayəsində ayaqda qalmaqda idi. Bundan əlavə olaraq kommunist rejim dünya ilə bütün əlaqəsini kəsmiş, dünyada insanlığın və hürriyyətin nə olduğunu bildirəcək ən kiçik işarəyə belə qapılarını bərk-bərk bağlamışdı. Bu yolla kommunist rejimdə yaşayan insanlar zülm və təzyiq altında yaşayır, dünyadan xəbərsiz qalır və müqavimət etmək imkanından məhrum edilirdi. Görünən odur ki, kommunist sistemə keçdikdən sonra ordan xilas olma ehtimalı demək olar ki, yoxdur. Belə olduğu halda kommunist sistemə keçilmədən onunla mübarizə aparmaq lazımdır. Bu məsələlərdə hökumət millətə rəhbərlik etməlidir. Kommunizmlə mübarizədə hökumət rəhbərlik etməsə, millətin öz-özünə qüvvətlənməsi mümkün deyil. Ancaq unudulmamalıdır ki, kommunizmlə mübarizə məsələsinə böyük məbləğ ayrılmalıdır. Kommunizmlə mübarizəni sadəcə milli məsələ və milli dava olaraq görmək və mübarizəyə pul xərcləmədən yalnız millətin milli duyğuları ilə qələbə qazanılacağını düşünmək ən böyük səhvlərdən biridir. Kommunizmin nə olduğunu və kommunist rejimin hansı zülmlər törətdiyini bildirmək üçün bu mövzuda yazılmış kitab və əsərlər kəndlərə qədər yayılmalıdır. Və bu işi davamlı olaraq görmək lazımdır. Çünki kommunistlər öz təbliğatlarını davamlı olaraq nəşriyyat vasitəsilə aparır və qələm silahından istifadə edərək öz fəaliyyətlərinə heç fasilə vermirdilər. Buna qarşılıq olaraq milləti kommunizmdən qorumaq üçün fasiləsiz fikir mübarizəsi aparılmalıdır. Əlbəttə ki, bizim kommunist rejimdə gördüklərimizi oxuyan insanlar, kommunizmin dəhşətini az da olsa anlayacaqlar. Amma bir müddət sonra etdiyimiz xəbərdarlıqlar da unudulacaqdır. Etiraf etməliyik ki, insanlar hürriyyətin qiymətini hürr şəkildə yaşayan zaman bilmirlər və hürriyyəti qorumalı olduqlarını da anlamırlar. Buna görə də onlara davamlı olaraq xəbərdarlıq edilməlidir. Kommunizmlə aparılan fikir mübarizəsində üstün durumda olan məmləkətlərdə kommunizmin uğur əldə etməsi mümkün deyil. Kommunistlər aldada və təsir altına sala biləcəkləri toplumlarda üst-üstə həmlələr edirlər. Kommunizmlə mübarizənin nə olduğunu və kommunizmə qarşı necə mübarizə aparıldığını bilməyən toplumlar kommunistlər qarşısında hərəkətsiz qalacaq və o an kommunistlər belə toplumları ayaqlar altına alaraq məqsədlərinə nail olacaqlar. Azərbaycan türkləri kommunizmə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi və millətimizin “qırmızı” ordu qarşısında yalnız qaldığını görmüşdüm. Dünya ölkələri də bizə kömək etməmişdi. Bugünkü Türkiyəmizi kommunizmdən qorumaq istəyiriksə, dünya ölkələrindən kömək gözləmək əvəzinə, öz vəzifə borcumuzu dərk etməli və kommunistlərin təbliğatını boş çıxarmaq üçün davamlı olaraq əks-təbliğatlar aparmalıyıq. 》 Xatirəni toplayan: Rəfiq Qorqud Azərbaycan türkcəsinə uyğunlaşdıran: Nigar Musazadə & Dilarə Begili Təqdim etdi: Ceyhun Nəbi

Polşa prezidenti Müsavat rəhbərlərini rəsmi dövlət bayramına dəvət etdi

Müsavat Partiyasının rəhbərliyi Polşanın müstəqillik Günü bağlı keçirilən dövlət tədbirində iştirak ediblər.  Sozcu.az xəbər verir ki, bu haqda məlumatı Müsavat Partiyasının başqanı Arif hacılı özünün Feysbuk səhifəsində paylaşıb:  Bu gün Polşanın Dövlət Müstəqilliyi günüdür.  Prezident Anjey Dudanın dəvəti ilə bu münasibətlə Varşavada keçirilən rəsmi dövlət tədbirində iştirak etdik.  MSDM sədri İsa Qəmbər və Şərqi Avropa, postsovet ölkələri Azadlıq Hərəkatı liderləri ilə birlikdə Varşavanın mərkəzi meydanında şərəf tribunasında yer aldıq.  Polşa prezidenti və bu ölkənin digər dövlət xadimlərinin iştirakı ilə maraqlı bayram tədbiri və hərbi paraddan xoş təəssüratla ayrıldıq.  Avropada səfərimiz yaxın günlərdə davam edəcək.

Əhməd KANLIDƏRƏ: Akçuranın Rusiya türklüyünə dair yazıları və təhlilləri son dərəcə əhəmiyyətlidir

Bu yaxınlarda Ötükən Nəşriyyatı eyni vaxtda iki mühüm əsəri oxuculara təqdim etdi. Onlardan biri də 70 il əvvəl alman dilində nəşr olunan Dr. Edige Kırımalın illərdir türkcə gözlənilən Krım Türklərinin Milli Mücadilə əsəri, digəri isə yepyeni bir əsərdir: Prof. Dr. Əhməd Kanlıdərənin Yusuf Akçura və Rusya Türklüyü. Eyni dövrdə və eyni coğrafiyada gedən fikri və milli mübarizəni təsvir edən bu iki əsərin ardıcıl oxunması çox faydalı olar. Mərmərə Universitetinin Ümumi türk tarixi kafedrasının müdiri Prof.Dr. Əhməd Kanlıdərə uzun illər və böyük zəhmətlə üzərində çalışdığı bu əsəri Ötükən Nəşriyyatında uzun müddət ciddi şəkildə çalışaraq nəşr etdirmiş və təqdim etmişdir. 448 səhifəlik sərt üzlüklü kitab kimi oxuculara təqdim olunur. Şübhəsiz ki, Yusuf Akçura və Rusya türkləri kitabı hər bir türk aydınının, hər bir türk vətənpərvərinin, Türk Dünyası üzərində çalışan hər kəsin oxuyub kitabxanasında saxlamalı olduğu bir əsərdir. Əsərin müəllifi Proffesor Əhməd Kanlıdərədir və Türk dünyasında fikri hərəkatlar üzərində işləyən və əsərlər hazırlayan ən yaxşı mütəxəssislərdən biri kimi Türk milliyyətçiliyinin, Türk dünyasının siyasi və mədəni hərəkatlarının üzvüdür. əvvəlki əsərlərində görülən asan oxuna bilən üslubla, elmi ciddilik və səviyyəyə xələl gətirmədən böyük Yusuf Akçura haqqında belə yığcam bir əsərin qoyulması kitabın dəyərini artırmaqla yanaşı, Yusuf Akçuranı və onun dövrünü daha yaxşı anlamamıza kömək edir. Prof Dr Ahmet Kanlıdere işi haqqında bunları deyir: “Akçura ilə bağlı araşdırmaların əksəriyyəti onun Türkiyədəki həyatı və fəaliyyəti üzərində cəmlənib. Ancaq Akçuranın Rusiya türklüyünə dair yazıları və təhlilləri son dərəcə əhəmiyyətlidir. Akçura 1903-1908 və 1918-1919-cu illərdə Kazan, Moskva, Peterburq, Baxçasaray kimi mərkəzlərdə Rusiya türklərinin siyasi və mədəni fəaliyyətlərini təşkil edən mühüm şəxsiyyət olub. Türkiyədə olduğu illərdə də o yerlərə olan marağını qoruyub saxlamış, yazılarının əhəmiyyətli bir hissəsini Quzey türkləri məsələlərinə həsr etmişdir. Uzun və zəhmətkeş işin nəticəsində Akçuranın indiyə qədər naməlum məktublarını, fotoşəkillərini və onun haqqında bəzi xatirə əşyalarını müəyyənləşdirib üzə çıxardım. Kitabın ikinci hissəsində onun Rusiyada qəzetlərdə dərc olunan, indiyə qədər çox araşdırılmayan məqalələrini müzakirə etdim. Biblioqrafiyada onun bütün yazılarını müəyyən etməyi qarşısına məqsəd qoymuşdum; Bu, indiyə qədər irəli sürülmüş ən əhatəli siyahıdır. Kitabdakı fotoşəkillərin və sənədlərin əksəriyyəti ilk dəfədir ki, çap olunur”. Hörmətli alimlər öz üzərlərinə düşəni edir, belə dəyərli əsərlər yaradırlar və bizim də, oxucunun da vəzifəsi bu əsərləri almaq, oxumaq, oxutdurmaqdır. Əməl Kırım Vakfı

Şəmkir rayon Çinarlı qəsəbəsində Azərişıq tərəfindən yarımcan hala salınmış və təhlükəli vəziyyət yaradan işıq transformatoru

Gördüyünüz fotolar Çinarlı qəsəbəsi şəhid Aqil Mürşüdov küçəsinin girişidir. 26 avqustda Azərişığın əməkdaşları tərəfindən transformatorun tənzilməyicisi çıxarılaraq götürülüb. Harada olduğu, bu günə qədər yerinə niyə qaytarılmaması haqqında heç kəs izahat vermir. Bu səbəbdən küçədə yaşayan sakinlərin evində bir neçə dəfə yanğın təhlükəsi yaranıb. Transfarmatora bağlı naqillərin üstü isə açıqdır. Ətrafı tamamən açıq(qəsəbənin əsas ictimai yerlərindən biridir) transformator ölüm mənbəyidir( ətrafında oynayan uşaqları fotoda görə bilərsiniz). Vətəndaşlara xidmət edirik adı altında ölüm mənbəyi yaradan şəxsləri, qurumları məsuliyyət dərketməyə, öz işlərini doğru şəkildə görməyə dəvət edirik. Sözcü.az

Əbülfəz Elçibəy bircə günlük aramızda görsənə...

Bəlkə də bir çoxları məndən belə bir fikir gözləmirdi. Amma hər şeyin "ağı" çıxarılan məqamda bəzən mən də özümü "ələ ala" bilmirəm.   Nə isə....   Hərdən düşünürəm ki, Allah bir möcüzə göstərə və ƏBÜLFƏZ ELÇİ BƏYİ bircə günlüyə aramıza "göndərə".    Bilirsinizmi nə üçün???    İctimai fikirdə özünü yaxın olduğunu sırıyaraq ONUN adından istifadə edənlərin, şəxsi çıxarlarından dolayı ONUN adından yalan satanların, kimlərəsə xoş gəlmək üçün baş vermiş hadisələri ONUN adından saxtalaşdıraraq ictimai rəyi əleyhinə yönəltməyə çalışanların, ONU "dost" tutaraq düşmən dəyirmanına su tökənlərin ÜZLƏRİNƏ TÜPÜRMƏK üçün.    Bu fikrim xüsusilə, ağlının ikinci uşaqlıq dövrünü yaşayan, amma iştah dişləri yeni çıxmış qocalara və qarılara aiddir.    RUHUN ŞAD, MƏKANIN CƏNNƏT OLSUN, BƏY.   Yaxşı ki, zamanında tərk etdin bizləri. Özlərini dost kimi göstərənlərin bir çoxlarının əks sifətlərini görmədin. Ədalət Yusub

Bəstəkar, əməkdar incəsənət xadimi, Nəsib bəy Yusifbəylinin xalası nəvəsi Mobil Babayev vəfat edib

M.Babayev 1945-ci il dekabrın 23-də Gəncə şəhərində anadan olub. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olub, təqribən, 5-6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlayıb. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olub və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olub. 1972-ci ildə Konservatoriyadan məzun olub və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səsləndirib. 1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib. Azərbaycan bəstəkarları arasında Mobil Babayev iki yeni musiqi janrının yaradıcısı hesab olunur ki, bunlar da alt və orkestr (kamera, simfonik) üçün konsert və estrada orkestri üçün konsert janrıdır. Bəstəkar həmçinin 100-ə yaxın film, o cümlədən bədii-sənədli, elmi-kütləvi və animasiya filmləri üçün də musiqi yazıb. Ruhu şad olsun ! Sözcü.az

Kommunist rejimdən gördüyüm işgəncələr və kommunizmə qarşı olan kinimlə birlikdə Türkiyəyə getməyi bacardım - Nağı Bayramgil

Kommunist rejimə qarşı üsyan qaldırmağın bir uğuru və nəticəsi olmaya bilərdi. Amma bu insanlıq və türklük şərəfinin yeni göstəricisi olacaqdı. Nağı Bayramgil də bu şərəfli yolda idi. Azərbaycan Cümhuriyyəti qurulan zaman onun 6 yaşı var idi. 2 il sonra 1920-ci ildə Azərbaycan Cümhuriyyəti Qırmızı Ordu tərəfindən süquta uğradılan zaman Nağı Bayramgil hadisələrlə dolu həyata addımlayırdı. Bu, kommunist rejimə qarşı dirənmək, kommunist rejimə qarşı üsyanlarla dolu bir həyat idi. O gizli polislər tərəfindən zindana atılanda 17 yaşı vardı. 1929-cu ilin oktyabr ayında baş verən Azərbaycan üsyanına qatılmışdı. Macar üsyanında olduğu kimi dünya bu dəfə də türk üsyanını sadəcə kənardan izləmişdi və Nağı Bayramgil əlində silahla mübarizə apararaq, vuruşaraq 1930-cu ildə Türkiyə Cümhuriyyətinə getməyi bacarmışdı. Amma ürəyi və fikri hələ də kommunistlər tərəfindən istila edilmiş Azərbaycanda idi.                 Nağı Bayramgil  《 Məmləkətimdə cümhuriyyət elan olunan zaman 6 yaşım vardı və bu uşaqlıq xatirələrimin ən dəyərlisi idi. Kommunistlər məmləkətimi işğal edib Azərbaycan Cümhuriyyətinə, milli hakimiyyətimizə son verdikləri zaman isə 8 yaşım vardı və ağlayırdım… Bəli, 3 gün əvvəl Ankarada Türkiyə Böyük Millət Məclisi açıldı və beləliklə, Anadoluda türkün yeni milli hakimiyyəti qurulurdu, amma 27 aprel 1920-ci ildə Azərbaycandakı ilk Türk Cümhuriyyəti Qırmızı Ordu tərəfindən sonlandırılmışdı… Kommunistlərin ayaqları altında inləyən vətənimdə polis tərəfindən həbs olunanda 14 yaşım var idi. İçim kommunist və kommunizmə qarşı nifrətlə dolu idi. Polislər məni kommumizmə qarşı mübarizə aparmaqda, gizli bəyannamələr yaymaqda və kommunizmə qarşı təxribat aparmaqda ittiham edirdi. 14 yaşı olan mən bunlardan hansını etmişdim? Bu suallara veriləcək cavabım var idi… O anın ən dəhşətli və ürək parçalayan səhnələri hələ də gözlərimin önündədi: Kommunist rejimin polisi tərəfindən hər gün yoxlamalar keçirilirdi. Həbs olunanların əlləri zəncirlə bağlanır, daha sonra zənciri bururdular. Zəncir əllərini sümüyə qədər kəsirdi. Əlləri bağlı olan yurddaşlarımız yük maşınına mindirilib üstlərinə brezent çəkilirdi və brezentin də üstündə kommunist əsgərləri otururdu. Yük maşını yurddaşlarımızı öldürüləcəkləri yerə aparırdı. Ancaq ora çatana qədər sağ qalan yurddaşlarımızın sayı 3-4 nəfəri keçmirdi. Onları da əvvəlcədən hazırladıqları çuxurlara atıb başlarından güllələyirdilər... Əvvəl hər bir nəfər üçün ayrı çuxur qazıldığı halda daha sonra bundan imtina etdilər. Böyük quyu qazıb yüzlərlə yurddaşımızı bu quyuya atırdılar. Polis tərəfindən həbs edilib böyük ittihamlara məruz qalanda 14 yaşım var idi və bütün cinayətləri öz gözümlə görmüşdüm. Gözlərimdə kommunist rejimə və kommunizmə qarşı kindən başqa nə ola bilərdi? Və bu kinlə heç kim məni kommunistlərlə mübarizə aparmaqdan çəkindirə bilməzdi. 2-ci dəfə polis tərəfindən həbs ediləndə 17 yaşım var idi. Əvvəlcə bizi Qarayazıdakı zindana saldılar və 3 gün sonra gecə saat 4-də əllərimizi bağladılar. Yük maşınlarına yığıb ölüm yerinə apardılar. İmkan tapan kimi oradan qaçdım… Bu ərəfədə, yəni 1929-cu ilin oktyabr ayında üsyanımız var idi.. Üsyana əmioğlum başçılıq edirdi. Mən iştirakçısı olduğum bu üsyanda önəmli vəzifələri yerinə yetirdim. Həmin ərəfədə kommunist rejim ərləri öldürülən türk qadınlarını gəmilər vasitəsilə düşərgələrə aparırdılar. Gəmilərə minik zamanı anaların qucağından övladları alınaraq gözləri qarşısında suya-Xəzər dənizinə atılırdı. Övladlarını da itirən anaların çoxu yerə basdırdıqları əmək alətlərinin üstünə özlərini ataraq intihar edirdilər! Belə olduğu halda kommunist rejimə qarşı başladığımız üsyanda mütləq şəkildə uğur qazanmalıydıq. Kommunist rejimin ayaqları altında inləyən və türk olmayan millətlər də bizə kömək edirdilər. Üstümüzə göndərilən Qırmızı Ordu birliklərini dəfələrlə dəf etmişdik. Və Allah da bizimlə idi. Allah daima yolumuzu açır, bizə kömək edirdi. Amma dünya başladığımız hürriyyət savaşını sadəcə kənardan izləyirdi. Dünyanın heç yerindən heç bir yardım gəlmirdi. Yardım mövzusundakı müraciətlərimiz cavabsız qalırdı. Daha sonra Qırmızı Ordu, qırmızı təyyarələr və qırmızı tanklar… Beləliklə, bu önəmli hürriyyət savaşında da məğlub olduq. Yurddaşlarımız yenidən kütləvi şəkildə öldürülür və ya kütləvi şəkildə Sibirə sürgün edilirdi. Mən aylarla, yəni ilk baharın sonuna qədər Qarayazı meşələrində gizləndim… Kommunist rejimdən gördüyüm işgəncələr və kommunizmə qarşı olan kinimlə birlikdə Türkiyəyə getməyi bacardım. Biz kommunistlərlə və kommunizmlə savaşda tək qalmışdıq. Biz indi də kommunist və kommunizmin əleyhinəyik. Ancaq indi dünya da kommunizmlə mübarizə aparır. Bəlkə də gecikmiş mübarizə… Amma insanlığın ayılması daha da gecikə bilərdi... Azərbaycanda kommunistlərə qarşı başladığımız savaşda məğlub olduqdan sonra kommunistlərin əlinə keçməmək üçün hər çarəyə əl atdığımı və aylarla meşədə yaşadığımı qeyd etmişdim. İndi isə həmin vaxtlara aid acı xatirələrimi danışmaq istəyirəm: Kommunistlər bizi həbs edən kimi öldürəcəkdilər. Kommunistlərin əlinə keçməmək üçün dözdüyüm şərtlərə bir insanın dözməsi olduqca çətin idi. Məsələn, bir dəfə kommunistlər tərəfindən izlənərkən, bir tövlədə gizlənmək məcburiyyətində qalmışdım. Bu tövlə təxmini 30 metr uzunluğu, 12 metr eni olan 2 tövlədən ibarət idi. Hər 2 tövləni bir-birinə birləşdirən kiçik dəlik var idi. Kommunistlər məni burada axtaran zaman mən bu tövlədən digər tövləyə bu dəlik vasitəsilə keçərək kommunistlərə görünməməyə çalışırdım. Ancaq həmin an heç gözləmədiyim bir hadisə baş verdi. 1 qoyun iti, hər 2 tövləni birləşdirən kiçik dəliyin qarşına gələrək, yolu kəsmişdi. Artıq bir tövlədən digərinə keçərək gizlənə bilmirdim. Çarəsiz halda tövlənin ən qaranlıq hissəsinə çəkilərək əlimdəki tüfənglə hər an hücuma hazır vəziyyətdə gözləməyə başladım. Elə bu an içəri G. P. U. rəisi yanında 2 süvari əsgərlə girdi. Fikrim qəti idi, onlara atəş açıb öldürəcəkdim. Əgər xilas ola bilməsəm, öldürüləcəkdim. Ancaq 3 dəfə önümdən keçmələrinə baxmayaraq məni görmədilər. Mən Azərbaycan türklüyü, Azərbaycan türklüyünün istiqlalı, hürriyyəti və insan kimi yaşaya bilməsi üçün kommunistlərlə mübarizə apardım. Amma onlar zalım və günahkar idilər. Bizim onları məhkum etmə haqqımız olduğu halda güc onlarda olduğu üçün onlar bizi təqib edir və onların gözündə biz günahkar idik. Tövlənin qaranlıq küncündə olarkən ağlımdan keçən bu düşüncə və duyğuların necə kədərli olduğunu təxmin etməyiniz çətindir. Bu dəhşətli haqsızlıq qarşısında insan vicdanının hansı halda ola biləcəyini düşünməyinizi istəyirəm. Kommunistlər məni tövlədə görməmişdi və onlar gedəndən sonra tövlədən çıxıb gecəni mağarada keçirmişdim. Mağaradan sonra mənim üçün gizlənəcək bir yer qalırdı, o da Qarayazı meşələri. Bunun nəticəsi olaraq baharın son ayına qədər Qarayazı meşələrində gizləndim və qərara aldım ki, dağlarda qar əriyər-əriməz Türkiyəyə gedim. Qarayazı meşəsinin Kür çayına yaxın bir hissəsində yaşamaq üçün uyğun olan bir ağac tapdım. Həmin ağacın orta hissəsində özümə yuva düzəldib, içini otlarla doldurdum. Ancaq ağacın üstünə çıxmadan Qarayazı meşəsində gecələmək çox təhlükəli idi. Çünki bu meşələrdə vəhşi heyvanlar çox olurdu. Bu vəziyyətdə tam 2 ay meşədə yaşadım. Bu müddət ərzində meşədə yaşadığım çətin günlərə baxmayaraq, özümü yox, kommunistlər tərəfindən həbs edilib öldürülən, sürgün edilən millətimi və kommunistlərin xalqımıza etdikləri işgəncə və zülmləri düşünürdüm. Kommunist rejimdə yaşamaq hər an polis tərəfindən həbs olunmaq qorxusu ilə yaşamaq deməkdir. Və yaxud kommunist rejimdə yaşamaq bütün zülm və təzyiqlərə dözmək deməkdir. Digər tərəfdən isə kommunist rejimdən qaçmaq vətənindən ayrı düşmək idi. Bəli, kommunizm biz türkləri bu hala salmışdı. Kommunistlər üçün türklərə və türklük ruhuna yer yox idi. Çünki kommunistlər ən çox türklərdən qorxurdular. Türklüyün xüsusiyyətləri və ədəbi onları ürküdürdü. Türklərin ailəsinə, əxlaqına, din və milli məsələlərə bağlı olması kommunistləri qorxudurdu. Ona görə də kommunist rejim türklüyü məhv etmək üçün ağlasığmaz metodlardan istifadə edirdi. Rəsmi çıxışlarda türk-rus dostluğundan danışan kommunist rəsmiləri, bununla türkləri yenidən aldatmağa çalışırdılar. Kommunistlər türk-rus dostluğundan söz açaraq hələ də hürr şəkildə yaşayan türkləri ələ almaq məqsədi güdürdülər. Kommunistlərə qarşı aparılan mübarizənin sonunda meşələrə sığınmaq məcburiyyətində qalan türklər kommunistlərin təbliğ etdiyi dostluğun canlı nümunəsi idi. Əlləri zəncirlə bağlanıb, biləklərindən qan axa-axa güllələnməyə aparılan türk kişiləri onların dostluğa necə dəyər verdiyinin sübutu idi. Türk analarının əllərindən uşaqlarının alınmağı və anaların gözləri qarşısında dənizə atılmağı Rusiyanın türklərlə dostluqda nəyi nəzərdə tutduğunu göstərirdi. Bizi artıq kommunizmlə aldada bilməzdilər. Çünki biz kommunizmin dostluğunu görmüşdük, bu dostluğun necə saxta olduğunu və zülmlərlə dolu olduğununun şahidi idik. Elə bu səbəbə görə də başımıza gələn bu hadisələri danışmaq istəyirik. Məqsədimiz kommunizmi görməyən kommunist rəhbərlərin və kommunizmi təbliğ edənlərə inanan insanları bu yoldan yayındırmaqdır. Dünyada hürr və müstəqil olan Türkiyəmizi qorumaq istəyiriksə, kommunizm dəhşətini görən insanların sözlərini dinləməliyik və onların fikirlərindən faydalanmalıyıq. Bu bizim üçün vəzifə borcu olmalıdır. İnsanlıq ayılmışdı və kommunist rejimin insanlara qarşı etdiyi işgəncə və zülmləri bilirdi. Artıq kommunistlərin etdikləri sirr deyildi. Hamı kommunist rejimdə işçilərin, kəndlilərin, məmurların və zabitlərin necə təzyiq altında olduğunu bilirdi. Buna baxmayaraq, kommunizmin yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülmürdü. Hər ötən gün kommunizm apardığı təbliğat nəticəsində daha geniş yayılır və tərəfdarlarının sayı artırdı. Çünki kommunizmin azad ölkələrdə apardığı təbliğat fəaliyyətində, xüsusilə, sosializm və sosial bərabərliyi ön plana çıxararaq gənc nəsli ələ alırdı. Gənclər isə cəmiyyətdə böyüklərdən fərqli olduqlarını göstərmək üçün fürsət axtarırdı. Məhz kommunizm də gənclərin bu psixologiyasından faydalanaraq kommunizmi gənclərə mütərəqqi bir məsələ olaraq təbliğ edirdi. Gənclər də sırf yaşlılardan daha qabaqcıl olduqlarını sübut etmək fikrinə qapılır və beləliklə də, kommunistlərin qurduğu tələyə düşürdülər. Kommunistlər azad ölkələri içdən yıxa bilmək üçün hiyləgərcəsinə addımlar atmalı olduğunu bilirdi. Bu səbəblə də kommunistlər azad ölkələrdə tərəfdar toplaya bilmək üçün özünü hürriyyət və demokratiya tərəfdarı olaraq göstərir, milli mənfəətləri düşünən tərəf olaraq tanıdır və öz zəhərlərini demokratiya və milliyyətçilik adı altında axıdırdı. Əgər kommunistlərin demokratiya ilə ən kiçik əlaqəsi olsaydı, Azərbaycanda türk milliyyətçilərini güllələtdirməzdilər. Əgər kommunistlərin milliyyətçiliklə ən kiçik əlaqəsi olsaydı, bizə vətənimizdə həyatı zindan etməz, türklüyümüzü unutdurmaq üçün millətimizi hissə-hissə sürgünə göndərməzdi. Türk anaların qucağından uşaqlarını alıb dənizə atan kommunistlər tarixdə görünməyən zülmün və vəhşiliyin təmsilçiləri idi. Biz bunları öz gözlərimizlə görmüşdük. Kommunizm təbliğatına inanan və kommunizmi sosialistlik hesab edən gənc nəslə gözümüzün qarşısında uşaqları alınan türk analarının kədər və fəryadlarını çatdırmaq istəyirik. Onu da xatırladım ki, kommunist rejimə keçdikdən sonra oradan xilas olmaq mümkün deyil. 1920-ci ildə bizim ölkəmizdə kommunist sistem quruldu. Təxmini yarım əsrdir ki, Azərbaycan türkləri kommunist rejimin əsarətindədir. Bu arada kommunist rejimdən xilas olmaq üçün edilən bütün üsyanlar və savaşlar da boş çıxırdı. Kommunizmə qarşı üsyan qaldırmanın necə nəticəsiz qalacağını biz Macar üsyanında görmüşdük. Günlərlə davam edən və hürriyyətə qovuşduğuna düşünən qəhrəman macarlar bir anda rus tanklarının altında əzilmişdi və beləliklə, bir azadlıq savaşı da nəticəsiz qalmışdı. Şərqi Avropanın digər ölkələrində də kommunistlərə qarşı başlanmış hürriyyət və qurtuluş savaşı heç bir nəticə verməmişdi. Deməli, kommunist rejimə keçdikdən sonra bu rejimdən xilas olmaq qeyri-mümkündür. Gənc nəsil bunu xüsusilə yaddan çıxarmamalıdır. Və həmçinin, gənc nəslə bütün həqiqətləri öyrətməliyik. Bunun üçün də daha əvvəl dediyim kimi kommunizmin nə olduğunu izah edən kitablar çap edilməli və vətəndaşlara çatdırılmalıdır. Sosialist fikirləri önə çıxaranları diqqətlə izləyirdik. Həmin fikirlərin hər kəlməsini biz Sovet İttifaqının “qırmızı” təbliğatlarında eşitmişdik. Ona görə qeyd etmək istəyirəm ki, bu gün Türkiyədə sosializmdən və sosialistlikdən danışanların işlətdikləri hər kəlmə Rusiya kommunistlərinin işlətdikləri sözlərlə eynidir. Rusiyadakı kommunistlər xalqı istismar edilməkdən, işçiləri rəhbərlərin zülmündən, kəndlini ağaların zorakılığından xilas etmək istədiklərini deyirdilər. Rusiyadakı kommunistlər gənclərə və ziyalı insanlara hürr və rahat bir həyat vəd edirdilər. Ancaq hakimiyyəti ələ keçirdikdən sonra həmin kommunistlər xalqı, işçini, kəndlini, gənc və ziyalıları qul kimi işlətməyə başladılar. 》 Xatirəni toplayan: Rəfiq Qorqud Azərbaycan türkcəsinə uyğunlaşdıran: Nigar Musazadə & Dilarə Begili Təqdim etdi: Ceyhun Nəbi

Müsavat rəhbərliyi Avropaya getdi: Mühüm tədbir var

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı və MSDM- in rəhbəri İsa Qəmbər Varşava və Brüsseldə keçiriləcək Beynəlxalq tədbirlərdə iştirak etmək üçün Avropaya səfər ediblər  Sozcu.az- ın xəbərinə görə, bu səfər haqqında məlumatı Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı özünün Feysbuk səhifəsində paylaşıb. 

Sibirə sürgün edilən zaman ailəmdən heç kimlə görüşə bilməmişdim - Əziz Alpoud

                  Əziz Alpoud  Kommunistlər Rusiyada dövlət idarəçiliyini ələ keçirdiyi zamanda Əziz Alpoud Xarkov Universitetinin hüquq fakültəsindəki təhsilini tamamlamaq üzrə idi. Bir il sonra isə Azərbaycanda Cümhuriyyət elan edilmiş və Əziz Alpoud Bakıda hakim kimi çalışmağa başlamışdır. Amma onun vətənindəki bu vəzifəsi çox çəkmədi. Çünki dövlət idarələrində say üstünlüyünə malik olan kommunist ruslar 2 il sonra 1920-ci ildə Azərbaycanı işğal edərək, buranı da kommunistləşdirdilər. Və türk ziyalılara qarşı düşmən mövqedə olan kommunistlər artıq Əziz Alpoudun da hakimliyini tanımırdı. Çünki onlara ədalətli hakim yox, kommunizmə xidmət edən hakimlər lazım idi. Hüquq təhsilimi tamamlamaq üçün əvvəl Estoniyadakı Dorpat Universitetinə daxil olmuşdum. Rusiyadakı kommunistlərin fəaliyyəti haqqında geniş məlumatlar alırdım. Hökumət və dövlətə qarşı meydana gəlmiş müxalifət Leninin “qırmızı” ünsürləri tərəfindən dəstəklənirdi. Müxalifət sıralarına keçən bolşeviklər, xüsusilə, fəhlə və kəndli kütlənin nəzərində mal-mülk sahib olanlara qarşı düşmənlik yaratmağa çalışırdılar. Leninin “qırmızı” adamları eyni zamanda ziyalıları və zabitləri zəngin və xüsusi təşəbbüs sahiblərinə qarşı qaldırmaqda onlar arasında Marksın fikirlərinin yayılmasını təmin edirdilər. Leninin və adamlarının apardığı təbliğatın təsirinə düşən ziyalı insanlar və zabitlərdən bir qismi “Sərmayə tərəfindən istismar edilən əmək üzərinə oyunlar oynayır”, “Əmək sahiblərinin istismar edilməsini davam etdirmək istəyən zənginlərin, dövlət idarələrini də əldə saxlayan bir toplum olduğunu” ifadə edirdilər. Bu kimi düşüncələr ortaya atıldıqdan sonra da “Əməyi sərməyadarın pənçəsindən, dövləti zəngin toplumun əlindən qurtarmaq üçün” artıq həmişə birlikdə hərəkət etmək lazım olduğu fikri irəli sürülürdü. Digər tərəfdən isə Leninin adamları xüsusilə ordu içində cəbhələrdəki məğlubiyyətdən hökuməti və dövləti məsul tutmaqla ordu üzvlərini də hökumət və dövlət əleyhinə qaldırmaqda idi. Rusiyada Çar rejiminin özbaşnalığından xəbərimiz var idi. Mən bir Azərbaycan türkü olaraq, Çar rejiminin dəhşətli zülmünü öz məmləkətimdə görmüşdüm. Petrodan bəri türklük əleyhinə siyasət yürüdən Çar Rusiyasının məqsədi türklüyü dünya xəritəsindən silmək idi. Bununla bərabər, Çar rejimini devirmək üçün fəaliyyət göstərən bolşeviklərdən ruslara bir xeyir gəlməyəcəyi kimi biz türklərə daha çox ziyan gələcəkdi. Çünki bolşeviklər mülki hüquqa və dinə qarşı cəbhə almışdılar. Bu amillər isə Türk dünyasında önəmli yer tuturdu. Mülki hüquq olmadan vicdan hürriyyəti olmadan hüquq da olmazdı. Mülki hüquq olmadan vicdan hürriyyəti olmadan İslamın da yaşaması mümkün deyildi. 1917-ci il mart ixtilalı ilə qurulan kabinetdə mərkəz qanadının da təmsil olunması üzərə bolşevik təhlükəsi az da olsa uzaqlaşdırıldı. Amma Kerenski tərəfindən bolşeviklərə qarşı ciddi və təsirli tədbirlərin görülməməsi yenidən anarxist vəziyyət yaradırdı. Belə olduğu halda mərkəz qanadının təmsilçiləri hökumətdən ayrılır və Kerenski hökumətin başına keçirdi. Bundan sonra da hökumətin “qırmızı”lara qarşı mövqeyi dəyişmədi. Hökumətin düzgün işləməmə və bacarıqsızlığı Leninə fürsət yaratdı. Necə ki, Oktyabr inqilabı ilə bolşeviklər iqtidarı ələ keçirdilər. Biz Rusiyada Çar Rejiminin zorakılığını təsdiqləmirdik. Hətta vətənim olan Azərbaycanda Çar rejiminin zülmünə qarşı davamlı olaraq müqavimət göstərilirdi. Ancaq biz Çar rejimindən də daha pis bir rejimin qurulacağını düşünməzdik. Necə ki, hadisələri izləyən insanlar olaraq bunu gözləmirdik. Bununla belə, Rusiyada yaşanan rejim dəyişikliyindən Azərbaycan olaraq biz də faydalandıq. Rusiyadakı rejim dəyişikliyindən 1 il sonra istiqlalımızı elan etdik və Azərbaycan Cümhuriyyətini qurduq. Bununla biz türklük olaraq öz müəssisələrimizi, hüquq və islamı yaşatmağa qərar verdik. Mən artıq Dorpat Universitetini bitirmiş, Xarkov Universitetinə qəbul olmuş, burda hüquq təhsilimi tamamladıqdan sonra Bakıda hakim kimi çalışmağa başlamışdım. Mövzu açılmışkən bir əhəmiyyətli məsələyə toxunmaq istəyirəm. Biz Azərbaycan Cümhuriyyəti olaraq müstəqil şəkildə yaşayarkən içimizdən olan bəzi insanlar “sosializm” mövzusunu qaldırmağa başlamışdılar, bolşeviklər “xalqın əməyindən sui-istifadəsindən qurtmaq” üçün çalışdıqlarını, başqa millətlərlə birlikdə dostluq içində yaşamaq istədiklərini irəli sürürdülər. Biz insanları xəbərdar edirdik. Bolşeviklərin nəinki xalqı xilas etmək istədiklərini, əksinə xalqı əsir etmək istədiklərini izah edirdik. Mülki hüquq və din düşmənliyi olacağı yerdə xalqın məsud olmayacağını bildirirdik. Rusiyada qurulan kommunist rejimin Çar rejimindən daha pis olacağı və türklüyə düşmən mövqedə dayanacağı düşüncəmiz təəssüf ki, həqiqət çıxmaqdaydı. Necə ki, rəsmi dairələri ələ alan kommunistlər öz təhlükəsizlikləri üçün zəruri addımları atdıqdan sonra ətrafdakı ölkə və millətləri kommunistləşdirmək işinə başladılar. Bu arada kommunistlər 1920-ci ilin aprel ayında Azərbaycanı da istila etməyə başladılar. Beləliklə, kommunistlərin başqa millətlərlə dostluq içində yaşamaq istədikləri iddiası və təbliğatı suya düşürdü. Kommunistlər dostluqdan bəhs etdikləri zaman, ancaq öz hiylə və planlarına xidmət edirdilər. Millətlərlə dostluq şəraitində yaşamaq istədiklərini dedikləri zaman onlarla eyni fikirdə olan millətləri aldatmaq məqsədi güdürdülər. Onlar Azərbaycandakı bəzi idraksız insanları da belə aldatmışdılar. Kommunist hərbi hissələri tərəfindən Azərbaycanın işğal edilməsi və Azərbaycan Cümhuriyyətinin varlığına son verilməsi ilə Türk dünyasına daha böyük bir zərbə endirildi və bu sırada aramızda kommunizm təbliğatı nəticəsində aldadılan insanlar hələ də özlərinə gələ bilməmişdi. Onlar kommunistlər tərəfindən verilən imkan və vəzifə qarşılığında vətənlərini işğal edən düşmənlə sona qədər çiyin-çiyinə çalışacaqları fikrinə qapılmışdılar. Amma yenə də aldanırdılar. Bir müddət sonra isə aldadıldıqlarını hətta həyatları ilə ödəyərək anlayacaqdılar. Vətənimizi işğal edən kommunistlər, ilk olaraq, Azərbaycan Türk Ordusunda vəzifə sahibi olan generalları güllələdilər. XI Rus Ordusunun silahları bundan sonra bütün türk hərbçilərinə qarşı çevrildi və hər gün həbs edilən türk hərbçiləri gecənin yarısı şəhərdən kənarda bu silahlardan açılan atəşlə dəlik-deşik edilirdi. Ortada günah yox idi, sorğu-sual aparılmırdı. Heç bir məhkəmə qərarı yox idi. Bu cinayətlər insanlıq anlayışından uzaq olan bir rejimin manevrləri idi. Kommunizmdən bundan artığını gözləmək də düzgün olmazdı. Generalların və zabitlərin öldürüldüyü sırada mal-mülk sahibləri də göz altına alınırdı. Onların həbs edildikdən sonra hara aparıldığı haqqında heç kimin məlumatı yox idi. Evlərindən aparılan insanları bir daha görən olmurdu. Ancaq gecə yarısının səssizliyində şəhər kənarından gələn güllə səsləri eşidilirdi. Bakı gecələrində bu yaylım atəşi səslərinin həbs olunan türklərdən bir qisminin güllələnərək öldürüldüyünə dəlalət edirdi. Digərlərinin isə Sibirə sürgün edildiyi xəbərini almışdıq. Kommunizm dəhşəti bundan ibarət deyildi. Türklüyə və insanlığa düşmən olan bu rejim eyni zamanda talançılıq və quldurlardan ibarət idi. Azərbaycan və Bakını işğal etdikdən bir müddət sonra hamımızı evimizdən çıxaran Rus Ordusu evlərimizi də talan etdi. Türk evlərindən çıxarılan əşyaların, qiymətli daşlar, gümüş və billurların bir qismi qatarlara doldurularaq Moskvaya göndərildi. Belə qatarların Moskvaya qənimət daşıması aylarla davam etdi. İşin ən üzücü yanı o idi ki, kommunistlər türk evlərindən taladıqları mallarla doldurulmuş bu qatarların üzərinə “Sovet Azərbaycanından Moskvaya hədiyyə” sözlərini yazmışdılar. Bu söz eyni zamanda kommunist diktatorluğuna mesaj olaraq da göndərilirdi. Vaxtilə kommunistləri “sosialist” olaraq qəbul edən aramızdakı bəzi insanlar artıq böyük səhv etdiklərini anlamağa başlamışdılar. Artıq “xalqın əməyinin sui-istifadə edilməsinin qarşısını almaq üçün hərəkət etdiklərini irəli sürən kommunistlərə” etimad etmirdilər. Xalqlar arasında dostluq istədiklərini bəyən edən qırmızılar, aramızdakı bəzi idraksız insanlar sayəsində yaratmış olduqları inamı, öz əlləri ilə yox etmişdilər. Vaxtilə xəbərdarlığımıza rəğmən ayılda bilmədiyimiz bu insanlar, kommunizmin necə dəhşətli bir quldurluq olduğunu öz gözlərilə görüb kommunizmdən nifrət edirdilər. Fəqət gecikmişdilərmi? Bəli, gecikmişdilər, çünki kommunistlər vaxtilə onlara xidmət edən insanları da aradan götürməyə başlamışdılar. Kommunistlərin ilk işğal və talançılıq dövrü sırasında onlara toxunulmamışdı, hətta vaxtilə kommunizmə xidmət etmiş bu təbəqənin ziyalılarından oyuncaq hökumət qurmuşdular. Ancaq kommunistlər Azərbaycanı tamamən işğal etdikdən sonra onları vəzifələrindən uzaqlaşdırıb tam etimad göstərdikləri insanları iş başına keçirdilər. Bu arada, qəssabı, baqqalda işləyəni və ya ustanı hökumətə üzv edirdilər. Bizə gələndə isə evimizi talan etmişdilər. Əşyasız, heç nəsiz küçədə qalmışdıq. Buna rəğmən kommunistlərdən gizlənərək yaşamağa çalışırdıq. Hakim olaraq məni sərbəst buraxmazdılar. Ətrafımdakı “qırmızı” çevrə getdikcə daralırdı. Tezliklə yaxalanacağımı bilirdim. Kommunizm təhsilli türkləri sağ saxlamırdı. Çünki təhsilli türklər hər an xalqa rəhbərlik edə bilər, xalqa ümid olub xalqı qüvvətləndirə bilərdi. Buna görə də kommunistlər tərəfindən həbs edilib Bakıda zindana atıldığımda öldürüləcəyimi bilirdim. Atıldığım zindanı tam olaraq zindan adlandırmaq düzgün olmazdı. Bura tamamilə qaranlıq, rütubətli və tamamilə pislik içində bir yer idi. Zindanda qaldığım günlər az idi. Ancaq bu günlər ərzində belə yaşayıb yaşamadığımdan əmin deyildim. Düşünə bilmir, gözlərimin nurunun qalıb qalmadığını anlamırdım. Bu dəhşətli günlərdə edama məhkum edildiyimi öyrəndim… Hansı hüquq qaydalarından istifadə edərək, hansı ədalət qərarlarına, hansı maddəyə əsaslanaraq? Kommunizmdə belə suallar vermək olmazdı. Kommunizmin hüquqla, ədalətlə heç bir işi yox idi. Kommunizm öldürmək istədiyi insanı öldürürdü! Sürgün etmək istədiyi insanı sürgün edirdi! Məni edama məhkum edən kommunizmin əsas məqsədi daha çox istirab çəkdirmək olduğu üçün bu dəfə Sibir düşərgələrinə sürgün etdi. Sibir düşərgələrinə aparıldıqdan sonra edam edilməkdən daha pis yaşayışın olduğunu anlayacaqdım. Sibirə sürgün edilən zaman ailəmdən heç kimlə görüşə bilməmişdim. Kommunistlər məni həbs edib zindana atdıqdan sonra bir daha ailəmlə bir-birimizin üzünü görməmişdik. Onsuz da insan içinə çıxacaq halda deyildim. Saç və saqqalım uzanmış, bədənimi isə bit basmışdı. Məni bu halda görən insanların tanıması və insana bənzətməsi ehtimalı yox idi. Sibir düşərgələrində davamlı olaraq daş daşıyıb çuxur qazırdıq. Gündə bir tikə qara çörək paylayırdılar. Bütün qidamız bundan ibarət idi. Bu isə gündən günə çökməyimizə və arıqlamağımıza səbəb olurdu. Daş daşıyıb, yer qazarkən kiçik daşları götürmək və qazma alətlərini işlətmək üçün güc toplamaqda çətinlik çəkirdik. Düşərgəyə rəhbərlik edən komandir son dərəcə zalam biri idi. O qədər zalım idi ki, əsirlərdən kimsə bir parça çörək oğurlasa, onu dərhal güllələyirdi. Digər tərəfdən isə əsirlərdən xəstə və yaralı olanların ortadan yoxa çıxıdığını görürdük. Onlardan bir daha söz edilmirdi. Məsələn, əsirlər arasında 2 nəfər türk var idi. İkisi də xəstə idi. Onlardan biri ayağını belə hərəkət etdirə bilmirdi. Bir gün onlar da yoxa çıxdılar və bir daha onları görmədik. Bir gün təsadüfən düşərgədə tapdığım dəftərdə həmin 2 nəfər türkün adı qarşısında belə bir qeyd edilmişdi “qaçarkən vurulublar”. Bəli, düşərgədə əmək qabilliyəti olmayan, xəstə olan insanlar dərhal ortadan təmizlənirdi. Düşərgədə çalışanlardan hər hansı bir nəfər günahlandırılır və günahı sübuta yetirilmədiyi təqdirdə bütün qrup cəzalandırılırdı. Düşərgədə üstlərin istifadə etdiyi bir kitabxana var idi. Bir dəfə iş üçün həmin kitabxanaya girəndə divarda asılan lövhədə belə bir söz oxudum “10 NƏFƏRDƏN BİRİ GÜNAHKARDIRSA VƏ HƏMİN GÜNAHKAR TAPILMIRSA, ONUNU DA ÖLDÜR”. Bəli, kommunizmin dəhşəti bu cümlədə, bu əmrdə və bu metodlarda gizlənmişdi. Kommunizm bu metodlar sayəsində yalnız fərdləri yox, eyni zamanda cəmiyyəti də qorxutmuşdu və qorxuya qapılan insanlar dirənmək və mübarizə aparmaq gücünü itirirdilər. Düşərgədə kişilər, qadınlar və qızlar da var idi. Bir gün düşərgə komandirinin təcavüz etmək istədiyi qız, bu dəhşətli təcavüzə bütün gücülə qarşı çıxmışdı. Daha sonra həmin qızın meyidi düşərgə komandirinin evindən çıxarılmışdı. Hürriyyətin düşməni olan kommunizm eyni zamanda namusunda düşməni idi! Kommunizm təbəqə fərqini aradan qaldırmaq təbliğatı ilə qurulsa da, əslində isə dünyanın görmədiyi qədər böyük fərqlər yaradırdı. Bu rejimdə, kommunist idarəçilər işçi və kəndlini qul kimi istifadə edərək ancaq öz səltənətlərini düşünürdülər. Hətta kommunist idarəçilər öz yeməklərini ayrıca təmin etdikləri halda xalqın açlıq içində yaşamasını sadəcə izləyirdilər. Hələ düşərgələrdəki vəziyyət heyvanlara belə layiq görülməyəcək dərəcədə acınacaqlı idi. Sibir düşərgələrində olduğum vaxt ərzində, yeyilməyəcək qədər qara çörəklə qarşı-qarşıya qalmışdıq. Və qara çörəyin yanında başqa qida verilmirdi. Bir gün komandirin evi qarşısındakı zibillikdən bir tikə ağ çörək tapdım. Bir neçə gün əvvəl atıldığı üçün çörək bərkimişdi. Dərhal çörəyi yerdən götürüb cibimə qoydum. Düşərgədə mənimlə birlikdə 18 nəfər türk var idi. Bərkimiş ağ çörəyi bir küncdə daşla 18 yerə bölməyə çalışdıq, daha sonra isə yeməyə başladıq. Sibirdə bu dəhşətli şərtlər altında yüzlərlə, minlərlə, on minlər hətta milyonlarla insan ölürdü. Sibir düşərgələrini görməyənlər bunu nə olduğunu bilməz. Kommunizmin dəhşətini Sibir düşərgələrini görməyən anlaya bilməz. Sibir düşərgələrində qaşılaşdığımız qorxunc mənzərəni izah etmək, danışmaq çox çətindi. Bir misal daha danışmaq istəyirəm, bir gün düşərgədə bərabər olduğumuz dostlarla yorğun halda otururduq, birdən yaxınlığımızdan keçən bir arabanın dayandığını gördük. Bu arada at tobasından yulafların yerə töküldüyünü gördük. Gözlərimizi o nöqtəyə dikib, adətən yerə dağılan yulafları sayırdıq. Yulaf dənələri gözümüzün önündə şorbanı canlandırırdı. Və ayağımıza qədər gələn bu imkanı qaçırmamaq üçün səbirsizlənirdik. Bir-birimizə baxıb gözlərimizlə məmnuniyyətimizi izah etməyə çalışdıq. Az sonra işini bitirən arabaçı yoluna davam etdi. Biz dərhal yulaf dənələrinin dağıldığı yerə getdik və yulaf dənələrini yığdıq. Daha sonra bir az aralıqda və heç kimin görmədiyi yerdə kağız yandıraraq zibillikdən tapdığımız konserva qabının içində bir ovuc yulaf dənəsini bişirdik. Yulaf dənələri suyun içində bir az şişmişdi və 8 nəfər payımıza düşən miqdarda götürərək qara çörəyimizə qatdıq. Sibir düşərgələri belə idi, kommunizm dəhşəti bu idi. Daha sonra isə yenə qara çörəklə kifayətlənməli olurduq. Bizi bu düşərgədə görənlərin insana bənzətməsi mümkün deyildi. Tamamən çirk içində olan və skeletdən fərqlənməyən görünüşümüzlə insanlıqdan uzaq bir mənzərə yaradırdıq. Bir başqa gün Şimal Duna çayına yaxınlaşmış gəmidən un çuvallarını daşımaq üçün aparılmışdıq. Əsir düşərgələrində o qədər halsızlaşmışdıq ki, bir un çuvalını 5 nəfər güclə daşıyırdıq. Daha sonra isə bu un çuvallarını bayırdakı at arabalarına yükləməli idik. Ancaq arabalarda at yox idi. Gediləcək yerə arabaları biz daşımalı idik. Bu arada sökülmüş un çuvallarından dağılan unları ovucumuzla yığmağa çalışır və “qırmızı”lara görünmədən yeyirdik. Düşərgənin su nasosxanası var idi, növbələşərək orda işləyirdik. Suyun içində kiçik balıqlar var idi. Fürsət düşdükcə o balıqlardan tutur, çiy-çiy yemək məcburiyyətində qalırdıq. Sibir düşərgələrinin dəhşətini, kommunizm zülmünü bu misallarla izah etməyim mümkün deyil. Kommunizmi görməyən bu sistemin şərtlərini əsla təxmin, xəyal və idrak edə bilməz. Mən bu şərtlər altında necə yaşaya bildim deyə təəccüblənirəm. Sibirə nə qədər dözə bilərəm, bilmirdim. Bəlkə 1 il, bəlkə də 2 il. Aclıq, səfalət, xəstəlik və zülm altında 30 yaşıma çatmamış öləcək, ya da düşərgə rəisləri tərəfindən öldürüləcəkdim. Burda ətraflı yazmayacağam, amma əlverişli imkan yaranan kimi düşərgədən qaçmağı bacardım. Uzun və təhlükəli yoldan sonra əvvəl İrana, daha sonra isə velosiped ilə Türkiyəyə getdim. Azərbaycandan Sibirə sürgün edildikdən 4 il sonra kommunist rejimdən xilas olmuşdum. Kommunist rejimdən xilas olmağım kommunizmi geridə qoyduğum anlamına gəlmirdi. Çünki kommunizm dəhşəti altında inləyən türklər hər ötən gün daha çox yox edilirdi. Kommunist dairələrdə din və mədəniyyətlərindən uzaqlaşdırılan türklər davamlı olaraq ruslaşdırılırdı. Digər tərəfdən Türkiyəyə qovuşsam da kommunistlər burda da təbliğatlarını aparırdılar. Çar Rusiyası necə Türkiyəni məhv etmək üçün çalışırdısa, kommunist Rusiyası da bunu davam etdirəcəkdi. Artıq kommunizmin yürütdüyü siyasət türklüyü məhv etmək üzərinə qurulurdu. Kommunizmlə mübarizə aparan insanların həm bu rejimin ideologiyasına, həm də xarici siyasətinə və türklüyü məhv etmək planlarına qarşı bir cəbhə qurmalı idilər. Türkiyədə kommunistlərin apardığı təbliğata aldananlara və kommunizmin hamıya bərabərlik gətirən bir sistem olduğuna inanlara rastlanırdı. Onlara kommunizmin necə bərabərlik gətirdiyini bir də Sibir düşərgələrində göstərmək lazım idi. Bugün Türkiyədə kommunizmdən söz açmadan sosializm maskası altında milləti aldatmaq istəyənlər var. Vaxtilə Rusiyada da, Azərbaycanda da sosializmdən söz açılmamış və bütün zülmlər də sosializm uğruna edilmişdi. Türklüyü və insanlığı az da olsa qalan hər bir fərd kommunizmə qarşı mübarizə aparacaqdır. Kim kommunizmlə aparılan mübarizəyə qarşı çıxarsa, onun türklük və insanlıqla əlaqəsi olmadığına qərar verə bilərik. Çünki kommunizm türklüyü və insanlığı məhv etməyə çalışan bir sistemdir. Bu sistemdə yaşayan insanlar hər gün bir az insanlıqlarını itirirlər. Əgər kommunizmin zülmü bir tərəfə, iqtisadi bərabərlik və rifah gətirən bir rejim olaraq göstərmək istəyənlər varsa, onlara bunu xatırlatmaq istəyirəm: kommunist sistemdə bir tikə çörək istədikləri üçün küçədə güllələnən insanlar iqtisadi bərabərliyi və rifahı çox gözəl əks etdirir. Xatirəni toplayan: Rəfiq Qorqud Azərbaycan türkcəsinə uyğunlaşdıran: Nigar Musazadə & Dilarə Begili Təqdim etdi: Ceyhun Nəbi 

Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(4-cü hissə)

Qaçaq Dəli Alı Müəllif: Nağı Şeyxzamanlı (Keykurun) Dəli Alı valiyə xitabən “mən şəhər əhalisindən deyiləm, kəndə getməliyəm, ancaq sizinlə bir qərara gəlməliyik. Məni imperator əfv etdi, çox təşəkkür edirəm. Fəqət mənim 30-a qədər dostum var və bunların çoxusu qohumlarımdır. Onlarda qaçaqdır və əfv edilməmişdir. Bunlar haqqında fikriniz nədir?”, deyərkən, Vali “bəli bunlar haqqında bir qərara gəlməliyik. Siz nə düşünürsünüz?”, deyə soruşdu. Dəli Alı “əgər idarəniz bunları təqib etmək fikrindədirsə mənim əfv edilməyimin heç bir mənası qalmır. Təklifim budur ki, idarəniz onları təqib etməsin, məndə sizə söz verirəm ki, onlar ancaq əkinçiliklə məşğul olacaqlar. Onlardan nə dövlətə, nədə ki, xalqa bir ziyan gələcəkdir”, cavabında deyib. Bu anlaşmadan hər iki tərəf məmnun qalmışdır. Dəli Alı öz kəndinə dönmüşdür. Dəli Alının əfv edilməsinin ikinci ilinin yazında knyazdan bir teleqraf alır: “İmperator ailəsi ilə birlikdə Krım adasındakı Yaltaya gedir, məndə orada olacağam. Yaltaya gəl, səni imperatora təqdim edim”. Dəli Alı Alıbəy adında bir vətəndaşla Yaltaya gedir, knyazla görüşürlər. Knyaz Dəli Alını imperator Nikolay ilə görüşdürür, bir neçə gün knyaza qonaq olur. Məmləkətdə qaçaq sayının artması və Dəli Alının əfv edilməsi ilə rus idarəsi heç bir şey əldə edə bilməməsi onları yenidən qaçaqlara qarşı mübarizəyə sövq etmişdi. Bununla bağlı yerli nümayəndə Dəli Alı ilə görüşərək qaçaqların zərərsizləşdirilməsi işində ona kömək etməsini istəyir. Dəli Alı bu təklifi dərhal və kəskin bir dil ilə rədd edərək bu cavabı verir: “Mən 14 il qaçaqlıq etdim, bu zaman içərisində xalqımızdan heç kimsə üzərimizə gəlmədi. Rus idarəsi məni bu işə cəlb etməyə çalışmasın. Çünki şərəfimə xələl gətirəcək işləri öz üzərimə götürmərəm. Arzu edərsiniz məni yenidən qaçaq olaraq valiyə təqdim edə bilərsiniz. Bu məsələ ilə bağlı bir daha sizinlə görüşməyəcəm və hadisəni olduğu kimi knyaz Qolitsına anladacağam”. 1911-ci il. Dünya mətbuatı müharibədən bəhs etməkdədir. Balkanlar qarışmaqda və gərginlik hər tərəfə yayılmaqdadır. Rus idarəsi Qafqazı qarışıqlıqlara səhnə olacağından, qaçaq hərəkatlarının birləşməsindən, qeyri-müsəlmanların istiqlal meyllərindən və sosialist cərəyanlarının birləşmiş bir cəbhə təşkil edərək hərəkət edəcəyindən qorxur. Bu əndişə içərisində rus idarəçiləri yerli nümayəndənin əli ilə Dəli Alını pusquya salaraq vururlar. Tanınmış qaçaq Dəli Alı yaralı olaraq Gəncəyə gətirilir. Həkimlərin səyinə baxmayaraq onu qurtarmaq mümkün olmur. Ziyarətinə gələn dost-tanışlara “rusların fitrətən alçaq olduqlarını bilirdim, fəqət mən bu qədərini bilmirdim. Demək ki, çarları da, knyazları da həmin fitrətdən imiş”, deyirmiş. Dəli Alı fani dünyaya gözlərini yumur. Gözlənilməz ölüm Gəncə əhalisini matəmə qərq edir. Onun şərəf və adına layiq möhtəşəm bir cənazə alayı tərtib olunur. Şəhərdə dükanlar bağlanır, alış-veriş dayanır. Azərbaycanlı məmurlar, müəllimlər, məktəblilər hamısı cənazə alayına qoşulur. Cənazə Gəncə şəhərindən 3 kilometr məsafədə Göy İmamzadəyə aparılır. Minlərcə insan tabutu çiyinlərində daşıyırlar. Gəncə şəhəri qurulduğu gündən bəri belə bir dəfn mərasimi görməmişdi. Şəhər küçələrindən cənazə aparılarkən insanlar hönkür-hönkür ağlayırdı. Hər tərəfdə yanğılı ağılar söylənir və onun igidlikləri ağızdan-ağıza gəzirdi. Cənazə alayına tək şəhər əhalisi yox, ətraf kəndlərdən minlərlə atlı qatılmışdı. Xalqımız əziz ölüsünə yeddi gün matəm tutdu və füqəralara ehsan dağıtdı. Dəli Alı haqqında bildiklərim bunlardan ibarətdir. Ümid edirəm ki, başqa yurddaşlarım onun savaşlarını və qəhrəmanlıq dastanlarını daha ətraflı sürətdə qələmə alaraq gələcək nəsillərə yadigar buraxacaqdır. “Azərbaycan Türk Kültür Dərgisi”, 1962, 124-125-126-cı saylar, səh. 13-15 Son... Təqdim etdi: Ceyhun Nəbi  

Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(üçüncü hissə)

Qaçaq Dəli Alı Müəllif: Nağı Şeyxzamanlı (Keykurun) Dəli Alı ilə kənddə 3 gün qaldıq və 4-cü gün bir süvari gəldi. Dəli Alını kənara çəkib nəsə danışdılar. Dəli Alı mənim əlimi sıxıb: “Bacıoğlu, bir iş çıxdı, biz gedirik, Allaha əmanət ol, ev sahibinin oğlu yenə səni toy yerinə götürəcək”, dedi. Mən dəliqanlıya “bizdə gedək”, dedim. Dəliqanlı sabah tezdən hərəkət edərik dedi. Kəndi gəzirdik, nəzər-diqqətimi bir şey çəkdi, kənddə çox yaşlı adamlara rast gəlirdim. Hamısı dinc, yerişləri-duruşları yaşlı olduqlarını göstərirdi. Dəliqanlıya “bu kənddə ən yaşlı adam kimdir? Məni onun yanına apar”, dedim. Dəliqanlı mənə kənddə 100 yaşını çoxdan keçmiş bir yaşlı olduğunu söylədi. Birlikdə yaşlı adamın yanına getdik, o, yatağında oturmuşdu, gəzə bilmirdi. Salam verdik və “siz kimsiniz?”, dedi. Mən şəhərdən olduğumu dedim. “Gəncə şəhərində bir bildiyiniz varmı?”, deyə soruşdum. Hamısını unutduğunu dedi. Mən “Gəncədə Göy imam türbəsi var, ziyarət etdinizmi?”, deyə soruşdum. “Getmişəm bəli. Bir dəfə Kərbəlayada getdim, xalqımızda adətdir. Kərbəlaya gedənlər ilk öncə Göy İmama gedərlər. Mən bir neçə dəfə şəhərə getdim, həmişə ziyarət üçün gedərdim”, dedi. Mən yaşlı adama “mənim babalarım imam türbəsinin türbədarlarıdır. Bu gündə elədir. Mən şeyxlərdənəm, onlardan tanıdığın varmı?”, deyə soruşunca, – “Şeyx Əhmədi tanıyıram”, dedi. Sonra atamdan ailəmizdən Şeyx Əhmədin kim olduğunu soruşdum, mənə “Şeyx Hüseyin əminin babasıdır”, dedi. Atam məndən “nə üçün soruşursan?, deyə soruşdu. Dedim “Şeyx Əhməd babanın dostunu tapdım Qoşqar dağının ətəyində bir kənddə. Mən yaşlı adama Cavad xandan nə bilirsiniz, deyə soruşarkən, o, nə bilim, o, bizim kimi əyilib çeşmədən su içməzmiş, adamları ona qızıl qabda su verərmişlər, birdə Cavad xan hamilə qadınlarla heç yatmazmış, çox varlı imiş, istədiyi qədər qadın almışmış”. Sonra “baba”, dedim, “1804-cü ildə ruslar bura gəldiyində siz neçə yaşında idiniz?” “Yaşımı bilmirəm, o vaxtı çoban idim, qoyun otarırdım”, dedi. “Ruslar haqqında bildiklərinizi öyrənmək istəyirəm”, dedim. Yaşlı adam dərindən içini çəkdi: “Ruslar Gəncəni işğal etdikdə Gəncə əhalisindən bir çox adamlar dağlara sığındı, bir neçəsi də bizim kəndə gəldi”. Rusların başımıza gətirdiklərini danışdıqca qurtarmırdı, çox müsibət çəkmişdilər. Həm danışır, həmdə ağlayırdı, bizi də ağladırdı. Ruslar şəhərdəki kişiləri, qadınları, qızları qırmışlar. Böyük Şah Abbas məscidində əlsiz, ayaqsız, xəstə, yaşlı kim var imiş – hamısını rus komandanının əmri ilə bir neçə saat içərisində şəhid etmişdilər. Yaşlı adam: “Ah, oğlum, aradan çox zaman keçdi, buraya qaçıb gələnlər də, onlara qulaq asanlar da hamısı rəhmətə getmişlər, tək mən qalmışam. Mən də olmasaydım sən haradan öyrənəcəkdin? Aradan bir neçə il keçmişdi, Gəncədən yaşlı adamlardan bir heyət gəldi, qaçanları inandırdı ki, artıq ruslar heç kimə zülm etmir, bizləri rus hökuməti göndərdi, dedilər və qaçanları aparıb getdilər. Sonra nə oldu, bilmirəm”. Yaşlı adam verdiyim suallara sevinclə cavab verirdi. “Gəncliyinizdən danışın”, dedim. Yaşlı adam coşdu: “Ey oğlum, siz nə görmüşünüz murdar rusdan başqa, mən Kərbəlaya getdim, Osmanlıların paşalarını, valilərini, əsgərlərini gördüm, ruslar onların yanında bir heçdir. Əsgərlərinin tüfəngləri aynalı, o tüfəngdən bir neçə qaçaqda gördüm”. Onun gözləri sevinc içərisində idi. Mənə bir stəkan süd verdi, dedi ki, yenə gəl. Dəli Alının insani xüsusiyyətlərindən biri iki kənd və ya ailə arasında qan düşmənçiliyi çıxaranların başçılarını bir yerə yığar və onların arasında sülh yaradar, bir kənddən bir qızı digər kənddən bir oğlan ilə söz kəsib, nişanlayardı. İki ailə eyni qaydada qız alıb-verməklə qan düşmənçiliyinə son qoyardı. Dəli Alının böyük qəhrəmanlıqlarından biri 1905-ci ildə Türk-erməni qarşıdurması zamanı Gəncəyə girib erməniləri yola gətirməsi idi. Təfsilatını “Difai” firqəsi ilə bağlı məqaləmdə vermişəm. 1904-cü ildən sonra hər yaz Dəli Alıya qonaq gedərdim. Məni tanıyanlar adımı “Yazdan yaza qaçaq” qoydular. Qaçaq Dəli Alının iki min adam ilə Gəncə şəhərinə girişi, rus idarəsini heçə sayması, üç gün öz qüvvələri ilə şəhərdə qalması rusları düşündürürdü. O sırada dünya mətbuatı müharibələrdən bəhs edirdi. Rus hökuməti müharibəyə girər və müharibə dünya müharibəsi halını alıb, uzun müddət davam edər və Qafqaz qaynayarsa, Dəli Alılar bizə nələr etməz qorxusu yerli rus idarəsinin yuxusunu qaçırdırdı. 1910-cu il. Peterburqda çar Nikolay və ətrafı Qafqaz və Dəli Alını müzakirə edirr, Dəli Alının bağışlanması qərarını verirlər. Çar ailəsindən köhnə Qafqaz canişini Knyaz Qolitsın Gəncəyə göndərilir. Vəzifəsi Dəli Alı ilə görüşmək və onun əfvini təmin etmək idi. Sonradan anlayırıq ki, Qafqazda rus agentləri Dəli Alı və qaçaqlar haqqında mütəmadi olaraq raportlar verirmişlər. Knyaz Qolitsın Gəncəyə gəlir. Nə üçün gəldiyini heç kim bilmir, mən onu Gəncə şəhər klubunda gördüm. Hər kəsin gözü onda idi: 55 yaşlarında, uzun boylu, zarafatcıl. Qafqazda ona dəli Knyaz deyirdilər. Ertəsi gün Gəncənin öndə olanları gəlişin səbəbini öyrənirlər. Məqsədi Dəli Alı ilə görüşmək imiş. Öndə olanlardan bir neçə adam vilayətə dəvət edilirlər. Toplantıda görüş üçün ən münasib yer Gəncədən 30 km məsafədə “Hamam çayı” deyilən yer seçilir. Bir gün sonra knyaz, vali, yerli nümayəndə faytonla görüş yerinə gedirlər. Yerli nümayəndə türk olduğundan tərcüməçiyə ehtiyac olmur. Knyaz Qolitsın, vali Kovalyov, yerli nümayəndə Mikayıl bəy, Hara müdiri baytar Çünkovski tərəfindən qarşılanırlar. Bir saat sonra Dəli Alı öz adamları ilə Haraya girirlər, yanındakılar ətrafa dağılırlar, Dəli Alı atından enir, knyazın oturduğu masaya yanaşır. Mikayıl bəy Dəli Alını knyaza təqdim edir. Knyaz qalxır, Dəli Alının əlini sıxır. Knyaz Alının əlini heç buraxmır. Deyir ki, ikimizdə boyumuz eyni, kilomuzda eyni, gəl güləşək. Dəli Alı knyaza demiş ki, sizinlə heç güləşmək istəmərəm, zira siz yüksək imperator ailəsinə mənsub bir knyazsınız. Siz Peterburqdan məni görmək üçün və tanımaq üçün buraya gəlmisiniz. Siz mənim qonağım sayılırsınız. Bura mənim ana vətənimdir. Hər nə qədər vücud idmanı etməmişəmsə, ancaq qol və barmaq idmanlarım tamdır. Mən sizə güləşdə məğlub olmaram, yüzdə-yüz sizi məğlub edərəm. Ancaq istəmərəm, adətimiz-ənənəmiz yalnız əziz qonağımızı məmnun etmək, onunla xoş vaxt keçirməkdir. Knyaz Alının əlini buraxarkən: “Həqiqətən eşitdiyim kimi varsınız”. Otururlar. Knyaz gözlərini Alıdan ayırmır və danışmağa başlayırlar. Knyaz: “Qaçaqlıq həyatınızdan məmnunsunuzmu?” Dəli Alı: “Bilmirəm sizə necə cavab verim, həm məmnunam, həmdə yox. Həyatım qorxu və zorluq içərisindədir. Quşun qorxusu ovçudandı, bizimki isə sağını-solunu istila qorxusu içərisində yaşadan, dünyaya meydan oxuyan Rusiya imperiyası idarəsindədir”. Knyaz: “Bu qorxunc həyat sizdə bezginlik yaratmırmı? 14 il qədər uzun bir qaçaqlıq həyatı zamanı əfv ediləcəyinizi heç düşündünüzmü?” Dəli Alı: “Bağışlanacağıma ümidim yox idi, ancaq bir neçə dəfə vasitə taparaq hökumətə söylətdim, məni təqib etməsinlər, rus idarəsinə məndən nə pislik ola bilər? Hər işim yolunda, heç bir ehtiyacım yox, mən yalnız həyatımı qoruyuram, idarə dalımca düşür, mən uzaqlaşmaq istəyirəm onlar yaxamı buraxmaq istəmirlər”. Knyaz: “Nə üçün sizə dəli deyirlər, çox ağıllı danışırsınız”. Dəli Alı: “Hər halda ağla sığmayacaq, hövsələnin almayacağı, qeyri-məhdud gücə malik qüvvəyə qarşı çıxıb onları məğlub etməyimi ağla sığışdırmadıqları üçün demiş olarlar. Halbuki mən hərəkətlərimdə heç bir zaman pislik etmədim, Allah bilir, vicdanıma danışıb, Allahı düşünüb elə davranmışam. Öldürdüyüm də Allah bilir, çox yazığım gəlib, amma nə edək, dinimiz elə əmr edir: Səni öldürmək istəyəni, öldür, günahı yoxdur. Mən qaçaqlıq dövrümdə yalnız bir jandarma vurdum, oda necə oldu? Daima olduğu kimi jandarma alayı ilə qarşılaşdıq, biz qarşılaşma yerindən uzaqlaşdıq, birdə baxdıq ki, bir jandarma nəfəri var qüvvəsi ilə arxamızca gəlir, nə üçün gəldiyini anlamırdıq, bizə çox yaxınlaşmışdı, birdə gördük ki, atından endi və bizə tərəf beş əl silah atdı. Bir dostumuz yaralandı, çox əsəbləşdim, çünki, jandarma bizə doğru gələrkən qaçaqlar vuraq demişdilər, mən qoymadım. Baxdım ki, tüfəngini yenidən doldurur, nişan aldım, iki qaşının arasından gülləni yerləşdirdim, həmin an heç tərpənmədən yerində qaldı. Biz yolumuza davam edirdik qarşımıza bir kənd nümayəndəsi ilə jandarma nəfəri çıxdı, mən onları dayandırdım. Cəfər bəyi çağırıb yerli nümayəndəyə belə bir məktub yazdırdım: “Ey ağılsız rus idarəçiləri, bizim ilə tez-tez qarşılaşaraq yoxlama aparırsınız, bizdən tək bir nəfər vurduğunuz yoxdur, daim siz itki verirsiniz, buraxın bu təqibi. Vurulanlar yazıqdır. Bizlər tərəfindən vurulanları həmişə mənim adıma yazırsınız, bu gündən sonra iki qaşı arasında vurulanı və öləni mənim adıma yazarsınız”. Sonra duydum ki, o gün vurduğum jandarma baş çavuş Konavalov imiş. Vali və alay komandanı bizdən bir qaçaq vura bilsə rütbəsini artıracaqlarmış”.  Knyaz: “Bunları belə qəbul edək. Ancaq bir gün siz atışmada 7 kazak öldürmüsünüz və cəsədlərini də bir-birinə bağlayaraq Kür çayına atmısınız. O kazakların dəfn mərasiminə mane olduğunuz kimi, onların ailələrinin məzarı ziyarət etməsinə də imkan verməmisiniz. Bu mədəni bir hərəkət sayılmaz”. Dəli Alı: (knyazı diqqətlə dinlədikdən sonra) “İnanın 7 nəfər kazakla təsadüfi olaraq Kür çayının sahilində qarşılaşdıq, biz onları görən kimi sağa dönərək onlardan uzaqlaşmağa çalışdıq, onlar isə bizə həm atəş açır, həmdə arxamızca gəlirdilər. Bunlar orduya məxsus kazaklar idi, bizi izləməyə təlimatlandırılmışdı. Onlar bizə atəş açır, biz isə sürətlə onlardan uzaqlaşmağa çalışırdıq. Bu əsnada bir dostumuz vuruldu. Artıq iş işdən keçmişdi, günahları öz boyunlarına deyərək nişan aldıq, hamısını öldürdük, yanlarına yaxınlaşanda hamısı cansız idi. Silahlarını yığdıq, uzaqlaşmaq istəyərkən düşündüm: Bunlar jandarma deyil, kazaklardı. Bu atışma Samux kəndinin yanı başında Kür çayının kənarında baş verdi, ani belə bir qərar verdim: Əgər bu cəsədləri burada qoyub getsəm rus əsgərləri dostlarının cəsədlərini buradan apararkən kəndi atəşə tutacaqlar. Bunu önləmək üçün cəsədləri Kürə atdırdım, başqa bir səbəb yoxdur. Əmin olun ki, biz Kür çayını borum ilə keçirdik, əgər bilsəydik, çayın o biri tərəfindən kazaklar var keçməzdik, onlara görünməzdik. Nəticədə də bu atışma olmazdı”. Knyaz: “Dəli Alı, mən sizi çox sevdim. Söz verirəm Peterburqa dönən kimi çar ilə görüşüb sizin əfv edilmənizi rica edəcəm”. Dəli Alı təşəkkür edir və ayrılırlar. Knyaz Peterburqa, Dəli Alı və dostları dağlara üz tutur. Aradan bir həftə keçir. Gəncə valisi imperatordan Dəli Alının əfv teleqramını alır. Eyni zamanda rus teleqraf agentliyi xəbəri bildirir və qəzetlərdə nəşr edilir. Gəncə əhalisindən 20 fayton Dəli Alının kəndinə üz tuturlar. Kəndə gedənlər arasında mən yox idim. Tiflisdən Köçərli adında bir artist gəlmişdi, onunla birlikdə “Qaçaq Kərəm” pyesini hazırlayırdıq və səhnəyə qoyacaqdıq. O gün çox məşğul idim, Dəli Alı ilə görüşə bilmədim. Ertəsi gün Dəli Alı ilə görüşdüm, onu teatra dəvət etdim. Qaçaq Kərəmin rolunda Köçərli oynayırdı, mən isə Kərəmin dostu Ömərin rolunda idim. Pərdə qalxır, pyes başlayır. Dəli Alı ön sırada əyləşmişdi. Pyes bitir. Hamımız salondayıq. Dəli Alı kresloda, bir neçə dostlarda ayaq üstə. Dəli Alıdan pyesin xoşuna gəlib-gəlməməyini soruşuruq. Dəli Alı məmnun qalmadığını söyləyir və bu pyesi yazan və təmsil edənlər heçmi düşünmədilər pyesin adını “Qaçaq Kərəm” qoydular, buna nə ehtiyac var idi? Qaçaq Kərəmi siz şəhərlilərdən bizim kəndlilər daha yaxşı bilirlər, ağızdan-ağıza Kərəmin dastanlarını, etdiyi qəhrəmanlıqları söyləyə-söyləyə bitirə bilmirlər. “Azərbaycan Türk Kültür Dərgisi”, 1962, 121-122-123-cü saylar, səh. 21-25 Təqdim etdi: Ceyhun Nəbi

Pensiya orqanları dövlətinhüquqi, demokratik adını ləkələyirlər

Dövlətin adından çıxarılan məhkəmə qərarını borclu pensiya orqanı 6 ildən sonra ləğv edib(?) Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində Azərbaycan dövlətinin hüquqi, demokratik respublika olduğu, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız HÜQUQla, xarici məsələlərdə yalnız dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə MƏHDUDLAŞDIRILDIĞIdoğrulanıb. Ana Qanunun 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası hamıya məcburidir; məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Pensiya təminatını, təyinatını gerçəkləşdirən orqanlar isə dövlətin hüquqi, demokratik respublika olmadığənı, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla yox, özbaşınalıqla məhdudlaşdırıldığını ortaya qoyurlar. Vətəndaşın Konstitusiyanın 68-ci maddəsi ilə təminat verilən özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququnada qadağa qoyulub. Özbaşınalqdan, vicdansız davranışdan dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına edilən şikayətlər barəsində şikayət edilən qurumun , vəzifəli şəxsin özünə göndərildiyindən, qanunun aliliyi, hüququn üstünlüyü yox, “dedığım dedığdır” özbaşınalığı hökm sürür.  Özbaşınalığa , dələduzluğa, korrupsiya cinayətinə baxın, borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 6 ildən sonra dövlətin adından Bakı İnzibati Məhkəməsinin (keçmiş 1 saylı BİİM) çıxardığı 05.07.2017 tarixli , 2-1(81)-1889/2017 tarixli qərarını 6 ildən sonra ləğv edib .(?) Düşünmək olardı, “siçanın çaşıb pişikdən pasport tələb etməsi” gülməcəsində olduğu kimi, borclu Filial çaşıb, tələbkardan borc tələbi bir yana, hakim kimi dövlətin adından çıxarılan qərarı ləğv edib. “Kəlləmayallaq” hüquq özbaşınalığının dövlətin sosial, hüquq siyasətini kəlləmayallaq etməsi göz qabağındadır. Axı dövlətin adından çıxarılan məhkəmə qərarını , özü də 6 ildən sonra heç Prezident , Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə də ləğv edə bilməz, hansısa pensiya qurumu, özü də məhkəmə qərarı ilə üzərinə öhdəlik qoyulan qurum Konstitusiyanı necə ləğv edə bilər? Belə hüquqi, demokratik dövlət , əlbbəttə, analoqsuzdur.  Ombudsman Aparatından Fond rəhbərinə göndərilən 07.07.2023 tarixliməktubda araşdırma aparılması, insan hüquqları üzrə müvəkkilə bilgi verilməsi istənilib.3 aydan sonra verilən cavabla 30.12.2020 tarixli qanunun məhkəmə qərarını ləğv etdiyi(?) bildirilib və ombudsman bu bildirişi  konstitusiya aktı kimi qəbul edib. (??)Bakı İnzibati Məhkəməsi(hakim Günel xanım Sevdimalıyeva) isə 19.06.2023-cü il tarixli məktubla borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından 6 il qabaq çıxarılan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icra vəziyyəti və qaydası haqqında qısa müddətdəcavab verilməsini TƏLƏB EDİB. Məhkəmə tələbindən 5ay “qısa müddət” keçməsinə baxmayaraq, hələ də bir sonuc yoxdur, hüquq özbaşınalığı sürür. Məhkəməyə də borclunun məhkəmə qərarını ləğv etməsi“hüquq və azadlıq” özbaşınalığı kimi sırınıb. (??)Özbaşınalığın, vicdansızlığın,hüquqsuzluğun sonu görünmür. Hələ ki, “divar qurtarmır”, pensiya ödəyən orqanlar özbaşınalıq “divarından tutub gedirlər”. Haraya qədər ? Qazilərin axırına çıxana qədər?.. Məğrur Bədəlsoy

Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(ikinci hissə)

Qaçaq Dəli Alı Müəllif: Nağı Şeyxzamanlı (Keykurun) Dəli Alı ilə necə tanış oldum Dəli Alı 10 il davam edən qaçaqlıq və qoçaqlığı ilə özünü hər kəsə sevdirdiyi kimi məni də heyran etmişdi. 1904-cü il, tələbəyəm. Dəli Alının fotosunu görmək imkanım yoxdur. Onu necə görüm deyə gecə-gündüz düşünürdüm. Dəli Alının kəndlərdə gizli gəzdiyini öyrəndim. O yalnız toylarda xalq arasına çıxırdı. Bir neçə kənd toyuna getdim, fəqət nəsib olmadı, sağa-sola baş vurdum, evimizə gələn ağalara yalvarırdım, istəyimi bilməyən qalmadı. Bir gün dayımın oğlu Rza: “Sənə bir sirr verəcəm, heç kəsə söyləmə”, dedi. Söz verdim, bax dedi ki, atam səni məndən daha çox istəyir, sən atama de, o daima qaçaqlarla görüşür, bəlkə səni də görüşdürər. Çox sevindim, Rzaya təşəkkür etdim. O axşam dayımgilə getdim, yeməkdən sonra: “Dayı, siz arada 3-4 gün şəhərdən yoxa çıxırsınız, hara gedirsiniz?”, soruşdum. Cavab verdi: kəndlərdə işim olur. Nə üçün soruşduğumu öyrənmək istədi. Mən də “dayı sizdən bir ricam vardır, mən gecə-gündüz Dəli Alını necə görə bilərəm deyə düşünürəm, nə olar məni onun yanına apar”, dedim. Qəbul etdi. Sən artıq uşaq deyilsən, qocaman dəliqanlı oldun, narahat olma bir gün yazda səni yaylağa götürərəm, orada görərsən – dedi. Sevinərək evimizə döndüm. Artıq aprel ayının sonu gəlmişdi, bir gün axşamüstü dayım bizə gəldi. “Bacıoğlu, dedi, İmam türbəsini ziyarət etmək istəyirəm, hərəmiz bir at minib gedək”. Mən uşaqlara iki at hazırlanmasını dedim. Hazırlandıq. Gəncə şəhərindən 3 kilometr məsafədə olan türbəyə getdik, ordan-burdan danışırdıq, birdə nə görsəm yaxşıdı, çöl qapıdan içəriyə 20-yə yaxın silahlı süvarilər girdilər, dayım ilə görüşdülər, dayım məni göstərərək, “sizi görmək istəyən bacımoğlu Nağı”, dedi. Görüşdük, bunlardan yarısı mənim yanımda qaldılar, digər yarısı türbəyə girdilər, sandığı ziyarət etdilər, qayıtdıqdan sonra digər yarısı türbəyə girdilər. Dəli Alı mənimlə danışdı, suallar verdi, hamısına diqqətlə cavab verirdim, sonra “Alı dayı, nə qədər rus öldürmüsünüz!”, dedim. “Haradan bildin?”, soruşdu. Rus məzarlığına getmişdim, sıra ilə yüzlərlə rus məzarı, hamısında “Razboynik Dəli Alı tərəfindən qətlə yetirilmişdi yazılmışdır. Aralarında polkovnikdən nəfərlərə qədər var idi. Mən ruslara çox sinirlənirəm, sizə “Razboynik” deyirlər. Razboynik çapıb talayan, soyğunçu deməkdir, siz isə halbuki qaçaqsınız, rusların qanunlarından qaçmısınız, onları rədd etmisiniz, qaçaq demək şərəfli insan deməkdir”, – cavabı verdim. Dəli Alı məni çox sevdi, əl sıxdıq, məni yaylağa dəvət etdi və bir tapança hədiyyə etdi. “Bu tapança sizə lazım olmazmı?”, dedim. “Xeyr, ruslar bizə tapança mənzili qədər yaxınlaşmazlar!”, dedi. Ayrıldıq. Sevinc içində idim. Dəli Alı ilə görüşdüyüm gün məsud günlərimdəndir. Bu görüşümüzdən ayyarım keçmişdi, məktəblərdə yaz tətili başlamışdı və mən sərbəst idim, dayımdan nə zaman yaylağa, Dəli Alıya qonaq gedəcəyimizi soruşdum. Dayım dedi ki, bir neçə gün sonra Alının bacısı Zeynəb xanımın oğlu Zeynalabdinin toyuna bərabər gedəcəyik, Dəli Alını orada görərsən. Zeynalabdinin toyu Dayım ilə bərabər uzun yaylaq səfərinə çıxdıq, iki gün yol getdikdən sonra Qoşqar dağının quşuçmaz, karvankeçməz, rus ayağı dəyməyən bir yerinə çatdıq. Toyun ikinci günü idi. Aşıqlar saz çalır, zurna var qüvvəsi ilə ötür, qonaqları qarşılayırdılar. Bizi Zeynəb xanım ilə oğlu qarşıladı. Sağ əlimiz ilə salam verir, sol əlimiz ilə zurnaçılara pul dağıdırdıq. El aşıqları saz ilə oyun havaları çalır, digər tərəfdən qonaqlarla salamlaşırdıq. Dəli Alı bizlə salamlaşır, oradakı qaçaq dəstələrini bizə təqdim edirdi: Mingəçevir qaçağı Meydanalının dəstəsi, Qarabağ qaçağı Muxtarın dəstəsi, Gəncədən gənc Nağının dəstəsi, Xuluflu Məşədi Yolçunun dəstəsi, Qabaqtəpəli Xəlilmehralının dəstəsi, Tovuzlu Qarabirçəkoğlu Tanrıverdinin dəstəsi, Eldardan Əmirəhmədin dəstəsi, İrəvandan Hevilin dəstəsi, Qaryagindən Süleymanın dəstəsi, Qazaxdan Alaybəyin dəstəsi, Şəkidən Cavadın dəstəsi. Hamısı ilə ayaqda görüşür, tanış olduq. Dəli Alı məni qaçaqlara “qaçaqlar aşiqi Nağı” deyə təqdim etdi. Mənə də, “bacıoğlu, görürsənmi xalqımızdan nə qədər qaçaq vardır, sən ancaq məni bilirdin”. Təxminimə görə orada dörd yüzə yaxın qaçaq var idi. Bir tərəfdə iyirmiyə qədər qadın sacda fətir bişirir, bir tərəfdə bir neçə kişi qoyunları kəsib, soyub, ətlərini parçalayıb qazanlara doldurub yemək hazırlayırdılar. Bu qədər qaçağın bir yerdə yemək yeməsi bir aləm idi. Hər kəsə bir boşqab və bir fətir vermişdilər, qonaqlar sıraya düzülmüşdü. Bir-bir qazanlara yaxınlaşır, aşçılar boşqabları doldururdu. Qaçaqlar yeməklərini nəşə və zövqlə yeyirdilər, yemək bitdikdən sonra əllərini çeşmədə yudular, bu arada oyun başladı, oyunda hər kəs iştirak etdi, axşama ayrıca yemək süfrəsi quruldu. Yüzlərcə qaçaq qonaq gecə toy evində qaldılar. Toy evi iki dəyədən ibarət idi. Qadınlar üçün də ayrıca bir dəyə var idi, bir də qonaq dəyəsi qurulmuşdu. Ensiz, uzun, içərisinə çox qonağı yerləşdirə bilən yer idi. Xalılar döşənmişdi. Bu dəyələr gecələr lampalarla işıqlandırılır, çölü isə ay işığı ilə gündüz kimi aydın idi. Hər tərəf yaşıllıq olduğundan toz deyilən bir şey yox idi, ulduzlar da parıldayırdı. Salon vəzifəsini görən uzun dəyədə iki sıra halında qonaqların irəli gələnləri otururdu və mən də dayımla orada idik. Ortadakı açıq yerdə iki el aşığı bir başdan bir başa yan-yana əllərində sazlar Koroğlundan, Əsli Kərəmdən dastanlar anladır və sıra gəldikcə “sazı əlinə aldı Kərəm görək nə dedi”, deyərək, şeirlər oxuyurdu. Salon-dəyənin kənarında qalanlar, dəyənin yan keçələrini qaldırıb içərisini seyr edər və aşıqlara qulaq asardılar. Mahnılar gecəyə qədər davam edərdi. Qaçaqların dəstə başçıları və şəhərli qonaqlar salon-dəyədə yatırdılar. Dayım, Dəli Alı və mənə ayrı bir balaca dəyə hazırlanmışdı. Dayıma – “bu qədər qonaq hara sığacaq?”, deyə soruşdum, güldü, çıx bir az ətrafı seyr et dedi, çölə çıxdım, ay işığı ətrafı gündüz kimi işıqlandırmışdı. Ətrafa baxdım, yabı atlar quzu kimi səssiz idilər, iki uzun ağac arasına iki uzun ip çəkilmişdir. Hər qaçaq çərkəz yəhərini başının altına qoymuş, yapıncılarını yarısını altına, yarısını üstlərinə örtmüş, hamısı şirin yuxuda, salon-dəyədəkilər də elə. Yalnız ayaqüstə bir qoruyucu var, o isə tüfəngi əlində gəzir. Əsl qoruyucular itlərdi, ancaq onların hürüşməsi boş olar deyə qoruyucu gəzməkdə idi. Yatan qaçaqlar yalnız qoruyucunun işarəsi ilə yerlərindən qalxarlar. Səhər tezdən hər kəs yuyunmaq üçün çeşmə başına qaçır, bunun ardınca bir boşqab motal pendiri və fətir qonaqlara təqdim edilir. Səhər yeməyindən sonra sevinc ilə otuza qədər dəliqanlı atlarına mindi, önümüzdəki təpəyə dırmandılar və təpənin başından eniş aşağı atlarını sürətlə aşağı buraxdılar. Olduqca təhlükəli hərəkət idi bu. Özlərinə dedim ki, nə üçün eniş aşağı atları aşağı buraxırsınız? “Atın ön ayaqlarının sağlam olub-olmadığını yoxlayırıq”, deyə cavab verdilər və bunu əlavə etdilər: “ Bax orda bir at başı aşağı gələrkən yıxıldı, onda bu atdan qaçaq atı olmaz, dəyişdirməlidir. Qaçağın atı sağlam olmalıdır”. Dönürük toy evinə. Bir az keçdikdən sonra bir süvari gəlir – təlaşla, “jandarma alayı buradan 3 kilometrə qədər məsafədədir”, deyir. Tez qaçaqlar bir neçə dəqiqədə hazır vəziyyətə gəlirlər. Hamısı Dəli Alının fikrini öyrənmək istəyirlər. İçlərindən biri tez – “Dəli Alı əmr versin, alayı məhv edək və bu ruslara böyük dərs olar!”, deyir. Dəli Alı deyilənləri eşidir. Mənim kimi, hər kəs atının üstündə, məndə fikrimi söyləyirəm, “əgər alayı məhv etməyə gedirsinizsə, məndə iştirak etmək istəyirəm”. Bu məqamda Dəli Alı atının üstündə qaçaqlara xitab edərək: “Dostlar, alayın dayandığı yeri yaxşı tanıyıram, onları dörd bir tərəfdən mühasirəyə alıb məhv edə bilərik”, deyir. Bu məqamda qaçaqlardan biri – “Daha nəyi gözləyirik?!” Alı davam edir: “Ancaq düyün sahibi qardaşımı rahat buraxmazlar. Qardaşım Zeynəbin yoxluğu yalnız məni deyil, evimizi, yuvamızı yıxar. Biz buradan uzaqlaşağın”, deyir. Bir də baxdıq ki, Zeynəb xanım ata minmiş, tüfəngi əlində, kişi səsi ilə: “Qaçaqlar, silahlı qonaqlar toydan uzaqlaşsınlar, görükən bu dağın arxasına keçsinlər, qalan qonaqlar narahat olmasınlar, mən gedib alayı çevirərəm”, deyir. Zeynəb xanım gedib alaya yaxınlaşır, alay komandanına və kaymakama: “Siz Dəli Alı ilə qarşılaşmağa başqa yer tapmadınızmı ki, mənim toyumu matəmə çevirmək istəyirsiniz, Dəli Alı və dostları gəlişinizi öyrəndilər və tez Qoşqar dağını aşaraq İrəvan vilayətinə keçdilər, toyda olanlar şəhərli və kəndli qonaqlardı. Alayınız burada qalsın, qonaq olaraq buyurun toya”. Kaymakam və alay komandanı Dəli Alının uzaqlaşmasına inanırlar və vaxtlarını zay etməmək üçün Gəncə şəhərinə dönürlər. Zeynəb xanım atını qan-tər içində sürərək gəlir və bizə: “Kefinizə baxın, alay uzaqlaşdı!”, dedi. Axşam yenə aşıqlarla xoş vaxt keçirdik, Zeynəb xanım dayım və mənə gələn toy hədiyyələrindən bir-bir göstərdi. Ertəsi gün bir dəliqanlı gəlir, Zeynəb xanıma yaxınlaşır, nəsə söyləyir. Zeynəb xanım, dəliqanlıya olmaz deyir və mənə yaxınlaşaraq Dəli Alı səni istəmiş, mən getmənə razı deyiləm, hər halda dayın da razı olmaz. Sevinc içərisində tez qərarımı verdim, “mənim atımı gətirsinlər, mən gedəcəyəm”, dedim. Atıma mindim, Zeynəb xanım və oğlu ilə sağollaşdım, dayıma dönərək – “salamat qal dayı, artıq mən qaçaq oldum”, dedim. Dayım mənə, “oğlum mən 10 gün burdayam, bir neçə gün qal dön”, dedi. Dəliqanlı kənd uşağı ilə axşama qədər yol aldıq, nəhayət yüksək bir dağın ətəyində bir kəndə vardıq. Dəli Alının dəstəsi oturan evə qonaq olduq. Dəli Alı mənə - “bacıoğlu, biz həmişə dağlarda, daşlarda, meşədə, çöldə həyat keçiririk”, dedi. Dünyadan xəbərimiz yox, şəhərdə olan hadisələrdən danış. Mən onlara Qafqazdan danışmağa başladım. Əvvəla gürcülərdən bəhs açdım: Gürcülər mədəni bir millətdir. Ruslardan daha çox oxumuşları var, onlardan qaçaq çıxmaz. Ruslar gürcüləri aldadıb, gürcü idarəsini sıradan çıxarıb yerinə rus idarəsi qurublar. Bundan dolayı ruslara gürcülər də bizim kimi nifrət edirlər. Rus dövlətinin çökməsi üçün əl altından işləyirlər. Qafqazda bir də erməni milləti var. Onlar bizə o qədər düşməndirlər ki, əleyhimizə həmişə ruslarla birləşirlər. Şimali Qafqazlılar bizlər kimi türk və müsəlmandırlar. Onların da qaçaqları vardır. Ən məşhuru Zəlimxandır. İllərlə rus idarəsini arxasınca oynatmışdır. Böyük qəhrəmanlıqlar göstərmişdir. Bu qəhrəmanlıqlar haqqında bir neçə kitab oxudum. İslam dünyasından, türk aləmindən, xüsusi olaraq Türkiyədən, müharibələrindən uzun bəhs etdim. Dağıstan mücahidi eşsiz qəhrəman Şeyx Şamildən bildiyim qədər danışdım. Şeyx Şamilin 25 il durmadan ruslarla müharibə etdiyini, sonradan ruslara əsir düşdüyünü söylədim. “İkinci eşsiz qəhrəman Gəncə xanı Cavad xandır. Oda ruslarla amansız sürətdə müharibə etmiş ən sonunda ruslar böyük bir hücuma keçib Gəncə şəhərini almışlar. Cavad xanı və oğlunu top üzərində şəhid edib, Gəncə əhalisini və xüsusi olaraq əli-ayağı tutmayan, xəstə, yaşlı, qadın və uşaqları bir neçə saat içərisində rus komandanının əmri ilə qılıncdan keçirmişlər”, dedim. Baxdım ki, söylədiklərimdən çox üzüldülər və tez onlara ümid verməyə başladım. “Xalqımız hadisələrdən dərs almış, sırası gəldikcə çox şeylər edəcək”, dedim. Bir kərə Rusiyada rus millətindən fazla artıq qeyri-rus var. Hamısı da ruslara bizim kimi düşməndirlər. Hamısının təşkilatları, gizli və ya açıq olsun, çox qüvvətlidir. Rusiyanı devirəcəklər. Bunlardan başqa sayları milyonları aşan sosialistlər vardır. Bunlar hər il bir neçə rus böyüklərini, vəkillərini, generallarını, valilərini, polis müdirlərini qətlə yetirirlər. Çar Aleksandrın necə öldürüldüyünü təfsilatı ilə anlatdım. Sevindilər, bax dedilər, bunlardan bizim xəbərimiz yox idi, bunlar çox mühümdür. “Azərbaycan Türk Kültür Dərgisi”, 1962, 118-119-120-ci sayları, səh. 19-22 Təqdim etdi: Ceyhun Nəbi

Tağı bəy Xalisbəylinin vəfatından 29 il ötür

Azərbaycan Xalq Hərəkatının fəallarından və Azərbaycan Xalq Cəbhəsinin qurucu simalarından biri, Ali Məclis üzvü, AXC Səbail rayon təşkilatının ilk sədri, professor Tağı bəy Xalisbəylinin vəfatının 29-ci il ötür.  Tağı bəyi hörmət, sevgi və sayğı ilə anırıq ! Sözcü.az

Tarixçiliyin sağalmayan dərdi...

Deməli görkəmli tarixçimiz Nailə Vəlixanlının 1974-cü ildə nəşr olunan "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" əsərinin 48-ci səhifəsində macarların Azərbaycana gəldiyi və Tovuz ərazisində yerləşdikləri qeyd edilir. Güya bu macarlara erməni dilində "sevordik" (qara oğullar) deyildiyi və ərəb mənbələrində "siyavurdiya" adlı xalqla eyni olub, sonradan xristianlaşaraq erməniləşdikləri ərz edilr.  Müəllif bu məlumatı K. Baqrayanarodnı, Məsudi, Marqvard və V. Minorskidən əldə etdiyini qeyd edir. Məlumat məndə şübhə yaratdığından əvvəlcə Minorskinin qeyd edilən kitabına baxdım. Məlum oldu ki, Nailə xanım Minorskinin verdiyi məlumatı olduğu kimi almış, digər mənbələri də elə Minorskinin qeyd etdiyi şəkildə öz kitabına daxil etmişdir. Tənbəllik etməyib Minorskinin istifadə etdiyi mənbələrə baxdım və şübhəmdə haqlı olduğum ortaya çıxdı. Deməli məlumatın əsas qaynağı Bizans imperatoru da olan Konistantin Porfirogennetosun (ruslar Baqrayanarodnı yazır ki, Nailə xanım da belə yazıb) kitabıdır. Bu kitabda hadisə peçeneqlər tərəfindən yurdlarından qovulub Azərbaycana köç edən sabir türklərindən bəhs edilir. Nə macardan, nə də xristianlaşıb erməniləşən siyavurdilərdən danışılır. Minorski türk və sabir adını çıxardıb özündən macar adını daxili etmiş və bu məlumatı da aparıb Məsudinin siyavurdilər haqqında məlumatına bağlamışdır. Nailə xanım da həmin mənbələri görmədən görmüş kimi davranıb Minorskinin səhv məlumatını olduğu kimi təkrarlamışdır. Nəticədə də ermənilər üçün əsaslı məlumat ortaya çıxıb. Nə deyək, olan şeydir. Onsuz da tariximiz belə görünməyən ancaq görmüş kimi yazılan məlumatlarla doludur. Yaxşı bəs həqiqi mənbələr nə deyir? Birincisi, Azərbaycana gələnlər macar deyil, özlərinə türk deyən və xəzərlərin müttəfiqi olan sabilər olub. Üstəlik onlar xristian deyil Tarım bölgəsinə yerləşdikdən sonra (indiki Qəzvinin şimalında) müsəlmanlığı qəbul ediblər. Və bu sabirlər də Salarilər dövlətini yaradıblar. Bizanslı müəllif bunu olduqca aydın şəkildə əsərində şərh edib. İkincisi, ərəb müəlliflərinin bəhs etdikləri siyavurdiyə isə indiki Şəmkir bölgəsində məskunlaşıblar və Sabir xaqanlığının (500-568) davamçıları olublar. Xristianlığı qəbul etsələr də erməniləşməyiblər. Üçüncüsü ermənilərin sevordik dedikləri elə sabirlərdir və sabir adının ermənicə "qara oğulları" ilə əlaqəsi yoxdur. Nəticəyi kəlam, mənbəni görmədən, başqa bir tarixçiyə istinad etmək olar və həmin məlumatı səhv də olsa o tarixçidən aldığınızı qeyd etsəniz problem sizin deyil istinad etdiyiniz müəllifin olacaqdır. Yox istinad etdiyiniz müəllifin istifadə etdiyi mənbələri yoxlamadan görmüş kimi göstərsəniz o zaman iki problem ortaya çıxır. Birincisi oxumadığınız mənbəni oxumuş kimi göstərirsiniz, ikincisi səhv tarixi məlumatı yayırsınız. Elə tarixçinin də evini görmədiyi və oxumadığı mənbələri görmüş və oxumuş kimi ahkam kəsmək yıxır. Sonrada tariximiz niyə bu gündədir deyib bizə ahkam kəsirlər. Əkbər Nəcəf 

Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(1)

Qaçaq Dəli Alı Müəllif: Nağı bəy Şeyxzamanlı (Keykurun) Dəli Alı Gəncənin Qarasuçu kəndindəndir. Gəncliyi çobanlıqda keçmişdir. Çobanlıq etdiyi sürünün sahibi Gəncə şəhərinin əşrəfindən Cəfəroğlu Rüstəm ağadır. Rüstəm ağanın qoyun sürüsü artdıqca çobanlarıda çoxalır və Dəli Alı baş çoban olur. Ağası ona vilayətdən tüfəng daşımaq icazəsi alır. Alı çiynində tüfəng bəzən kəndlərə, bəzən isə xırdavat almaq üçün şəhərə gedir. Dəli Alının çobanlardan, qoyunlardan, sürü itlərindən qat-qat çox sevdiyi, daşıdığı tüfəngi olmuşdur. Şəhərdə iki tərəfli fişənglik düzəltdirdiyi kimi, məşhur dəvə şalıdan arxalıq düzəltdirmişdir. Bəslədiyi ən yaxşı at ilə, silahlı xalq arasında keçərkən hər kəsin nəzər-diqqətini çəkir və insanlar Dəli Alıdan çəkinməyə başlayırlar. Alının bu halından kəndlərdə çəkinməyənlər də peyda olurdu. Aradan bir müddət keçir ətraf kəndlərdən bir varlının evinə basqın edilir, ev soyulur və basqınçılar kənddən uzaqlaşırlar. Dəli Alının adı bədxahlar tərəfindən hallandırılır. Bir gün jandarma çavuşu bir neçə jandarma ilə Alının qoyun yatağına gəlir və Alını tüfəngi ilə polis idarəsinə aparırlar. İstintaqda ifadəsi alınır, Alını həbsxanaya göndərirlər və təhqiqat başlayır. Rüstəm ağa var qüvvəsi və pulu ilə Alını qurtarmağa çalışır, sonda azad olunur, ancaq Alı günahsız yerə 4 ay həbsxanada çilə çəkir. Böyük vilayət həbsxanası məhbuslarla doludur. Alının 4 ay həbsxana həyatı təhqiqat ilə keçir, bir dəfə nə qədər ölüm cəzası verilmiş qaçaq varsa hamısı ilə görüşür, etdikləri işlərdən, həbslərinin səbəblərindən, haqlarında oynanılan oyunlardan, qurulan tələlərdən məlumat toplayır və onlara deyir ki, görürəm ki, qaçaqlıq həyatınızda sizdən əvvəlki qaçaqların həyatlarını, hərəkətlərini və necə tələyə düşürülüb həbs edildiklərini öyrənmisiniz. Dəli Alı 4 aylıq həbs müddətində, həmin vaxt və ondan əvvəllər bir sıra qaçaqların Rus idarəsinə qarşı etdiklərini həbsxanada olan yaşlı məhbuslardan təfsilatı ilə öyrənir. Dəli Alı həbsxanadan çıxır, kəndinə gəlir və öz işləri ilə məşğul olmağa başlayır. Ziyarətinə gələnlərə: Həbsxana zindandır, orada günəş işığı belə azdır, dustaqları həmişə bağlı otaqlarda saxlayırlar. Gündə bir-iki saat çölə çıxarırlar, oda həbsxana nəzarətçilərinin nəzarəti altında. Oradakı məhbuslar məni çox sevdilər, həmişə mənə qulaq asardılar. Mən orada qəhrəmanlıqlar etmiş igidlər gördüm, onlarla danışdım. Bir neçəsini edam etdilər, onlara yas tutduq, dualar oxuduq. Həbsxananın ən ağır, dəhşətli tərəfi hər gün səhərdən axşama rusların üzünü görməkdir. Mən onlar qədər sevimsiz məxluq görmədim. Onları görməmək üçün şəhərə belə getmirəm. Tanrının yaratdığı dağlar, qayalar, sevimli çiçəklər, otlar, qoyunlar, quzular və sadiq itlər mənim həyatım və nəşəmdir. Dəli Alı təkrar sevimli kəndinə qayıdır. Məsud yaşarkən bir gün axşam tərəfi kənddəki evinin önünə silahlı yad adam gəlir, Alını soruşur, adamı evə alırlar, ağırlayırlar, rahat edin biz indi adam göndərər Alını çağırarıq, qoyun yatağındadır. Yad adam, Alının yanına gedən adamla qoy məndə gedim deyir. Dəli Alının yanına gəlirlər. Alı ilk baxışda onu tanımır, diqqətlə baxır, həbsxana dostu Hüseyn olduğunu görür.  Hüseyn ağa məhkum olaraq Sibirə sürgün edilmiş və oradan bir yolunu taparaq qaçmışdı. Məmləkəti olan Naxçıvana getmiş, yaz aylarını qaçaq olaraq yaşamış və qış yaxınlaşanda sıxışmış və qışı səssiz keçirmək üçün Dəli Alının yanına qonaq gəlmişdir. Alı, Hüseyn ağaya dəstək olmuş və yazda o, öz yurdu Naxçıvana dönəcəkmiş. Bundan xəbər tutan jandarma rəhbəri göstəriş vermiş və nahiyə müdiri 4 jandarma ilə yatağa gəlmişdir. Jandarmaların gəldiyini görən Hüseyn ağa hərəkət etmək istəmiş və gec qaldığını görüb müqavimət göstərməmişdir. Dəli Alı onlara qoyun kəsmiş, yemək yedizdirmiş, Hüseyn ağaya dəyməməyi rica etmiş və buna uyğun olaraq hamınızı məmnun edəcəm demişdir. Rəd cavabı alan kimi Dəli Alının gözü dönmüş və vəhşi bir aslan kimi hücuma keçmiş və nahiyə müdirini vurmuş, jandarmalara meydan verməmiş, silahlarını alaraq şəhərə yola salmışdır. Qoyunları çobanlara buraxaraq, Qaçaq Hüseyn ilə bərabər yoxa çıxmışdır. Bir neçə gün sonra bir kənddə kənar evlərin birində Dəli Alı ilə Qaçaq Hüseynin yanına Alının qardaşı Aslan, yeznəsi Məmməd gəlirlər və görüşdükləri əsnada jandarma bölüyü evi mühasirəyə alır, atışma başlayır, bir yüzbaşı ilə 6 jandarma vurulur. Axşam olur, qaranlıq düşür jandarmalar dağılışır və 4 qaçaq isə oradan uzaqlaşır. Bu atışmadan sonra Aslan və Məmməd rəsmən qaçaq elan olunurlar. 1897-ci ildə baş verən bu hadisə Dəli Alını rus idarəsinə qarşı tam 14 il döyüşməyə sövq etmişdir. Ətrafına topladığı igidlərlə dastanlar yaradaraq mübarizə aparmışdır. Dəli Alının dəstəsi bir neçə dəfə mühasirəyə düşüb, qurtulmuşdur. Hər dəfə jandarma alayından bir neçə kişi tələf olur, ertəsi gün Gəncəyə gətirilərək rus məzarlığında dəfn edilirdilər. Bir tərəfdən Dəli Alı adamları ilə qalib gəlir, digər tərəfdən də Azərbaycan xalqı şənlik edirdi. Rus məzarlığının bir küncündə sıra ilə məzarlar, baş tərəfdə eyni yazı: Gəncə qaçağı Dəli Alının dəstəsi tərəfindən öldürülən falan-filan yazılırdı. Təbii ki, ilk sırada zabitlər, məmurlar, nahiyə müdirləri, arxa sırada jandarma nəfərlərinin məzarları yer alırdı. Dəli Alı mühasirəyə düşəndə Gəncə əhli Dəli Alıya zəfər arzulardı. Biz savaşın nəticəsini axşamüstü şəhər klubunda jandarma alayının atışmada iştirak edən zabitlərindən təfsilatı ilə öyrənərdik. Atışmanın dəhşətini unuda bilməyən zabitlər, Dəli Alının qorxulu nərəsini və əllərindəki silahları makinalı tüfəng kimi istifadə etmələrini, 30 nəfər deyil, 300 nəfər ilə döyüşürmüş kimi bizə danışardılar. Hamısının xüsusi olaraq üzərində dayandığı Alının qorxunc nərəsi idi. Təsirini soruşduqda: “Bağırma deyib, keçməyin. Dəli Alı bizə bağırıb atəş açarkən həmin an əsgərlərin əlindən silah düşür və qaçaqlar bu məqamda çəmbəri yararaq uzaqlaşırdılar. Biz onları təqib edə bilmirdik, yaralılarımızı, ölülərimizi toplayıb şəhərə dönürdük”, cavabını verirdilər. Bu döyüşün necə cərəyan etdiyini sonra şəxsən Dəli Alıdan dinlədim. Dəli Alı belə deyirdi: “Biz evimizə gəldikdə hamımız bir otaqda qalırıq, ancaq kəndin hər iki girişinə növbətçi qoyarıq, rus əsgəri kəndə girərkən növbətçilər işarət silahını atarlar, bizdə tez hazırlanıb, toplu halda döyüşmədən kənddən uzaqlaşardıq. Bir gecə jandarmalar kəndə girmiş, bizim evi mühasirəyə almışlar, sonra bildik, sabahdan günortaya qədər atışdıq. Ruslar bir ara atışmaya son verdilər, yarım saat sonra bacım Zeynəb evin balkonuna çıxdı, qapını açdıq, Zeynəb ağlayaraq içəri girdi və: Qardaş vəziyyət çox ağır və təhlükəlidir. Mindən çox Rus jandarması və kazakı ətrafı mühasirəyə alıb, içində olduğumuz evin 3 tərəfinə arabalarla ot yığıblar və jandarma komandanı mənə “Vəziyyəti görürsən, əgər təslim olmasalar evi yandıracağıq, hamısı yanacaq. Əgər təslim olarlarsa da bəlkə İmperator onları edam etdirməz, həbs cəzası verər”, dedi, indi məndən cavab gözləyir, “tez de, geri gəl”, – əmri verdi. Zeynəbi geri göndərdim və dedim ki: “Yarım saat gözləsinlər, müzakirə edək, əgər qərar versək, təslim olarıq”. Zeynəb çıxdı, dostları ətrafıma topladım. Vəziyyətin ciddi və ağır olduğunu hamımız bilirdik, vəhşi rusun bizi silahla deyil, yanğın ilə təslim alacağını düşünməmişdik. Zatən biz onları seyrək atışma ilə yola verib, axşamı gözləyirdik. Yanğın məsələsi çıxınca tez hərəkətə keçib və nə olarsa olsun Allahımıza və silahımıza güvənərək savaşa başlamağın zamanı gəlmişdi. Biz 25 nəfər idik. Aramızdan balaca boylu 9 nəfər ayırdım. Onlara evin bacasını genişlədərək damın üstünə çıxmalarını və oradan ətrafı yaylım atəşinə tutmalarını dedim. Bizdə, digər dostlar ilə hamımız çölə çıxacaq dedim və tənbeh etdim ki, bura bizim evimizdir, bir dənə rusun burnu qanamasın. Evin üstünə çıxanlar yaylım atəşi ilə ətrafı tararkən bizdə qapını açaraq çölə çıxdıq. Əvvəl mən çıxdım, bağıraraq havaya atəş açdım. Rus əsgərləri sipərlərə sinmişlər, başlarını qaldıra bilmirdilər, çəmbərə yaxınlaşmadan rusların silahsız olaraq qaçdıqlarını gördük, bir neçəsinin tüfəngi yerə düşmüşdü. Jandarmalar qaçırdılar, biz yerdə gördüyümüz silahları topladıq, arxamıza baxa-baxa yavaş-yavaş kənddən uzaqlaşdıq. O andan rus əsgəri görmədik, heç bir rusda vurulmadı. Nəticədə biz 12 tüfəng qənimət almış olduq, Ruslar isə kənddə qalan 21 atımızı biz uzaqlaşdıqdan sonra götürüb aparmışdılar. Bu atışmadan sonra Dəli Alı bir daha öz kəndinə getmir, ailəsi ilə birlikdə 5 ay yaylada qalır. Kənddə tarlasına, heyvanlarına, sürüsünə, ilxısına bacısı Zeynəb xanım baxırdı. Dəli Alıya qəhrəmanlığı ilə sevindirdiyi xalqımız tərəfindən çox qiymətli hədiyyələr göndərilirdi. Olduqca çox geniş ərazisi, bir neçə min qoyunu, bir neçə yüz inəyi olduğu kimi buğda və pambıq tarlası var idi. Gəliri bir kənd ağasının sərvətini keçməkdə idi. Kasıb kəndliləri qoruyurdu, kəndlilər Dəli Alıya baba deyirdilər. Kənd toylarına gedər, toy sahibinə nəmər, aşıqlara hədiyyələr verər, xalqın dərdini dinləyərdi. Alının təhsili yox idi, ancaq tanrı ona kəskin bir ağıl və zəka vermişdi. Danışmasında, fikir və mühakiməsində yetkinlik var idi, kimsə ona cahil deyə bilməzdi. Dəli Alının xalqla münasibəti elə dərəcəyə çatmışdı ki, kənd ağalarının qəhrinə və zülmünə məruz qalan kəndlilər rus idarəsinin məhkəmələrinə deyil, dərdlərini, məruz qaldıqları haqsızlığı kənd toylarında Dəli Alıya şikayət edərdilər. Dəli Alı həmin an dostlarından Cəfər bəyə (Dəli Alının təhsil almış silahdaşlarından) qeyd etdirərmiş “İlk fürsətdə sizin kəndinizə gələr, səni məmnun edərəm”, deyərmiş, kəndlinin Dəli Alıya şikayətini duyan kənd ağası, Alı kəndə gəlməmiş kəndlini məmnun edərmiş. Yerli rus idarəsi Dəli Alı ilə bacarmayacağını əvvəldən anlamışdı və bu səbəblə mücadilə formasını dəyişdirərək hiyləyə baş vururdu. Bütün xalqımız tərəfindən himayə görən Dəli Alının ruslara qarşı mücadiləsi asanlaşırdı. Rus ajanları Dəli Alının gecələyəcəyi kəndi müəyyən edir, gecə yarısı hərəkət edən jandarma alayı səhərə yaxın kəndi mühasirəyə alır, fəqər Dəli Alını tapa bilmirdilər. Dəli Alı əvvəldən xəbərdar edilmiş və kənddən uzaqlaşmışdı. Bir dəfə Gəncə Gənclik Təşkilatı polisin izləməsi ilə bağlı zamanında xəbər almış və məlumatı Dəli Alıya çatdırmışdı. Hər vasitə ilə Dəli Alını məhv etməyə çalışan rus idarəsi bir yolla kəndlinin birini aldatmağa müvəffəq olur. Həm çoxlu pul verir, həm də böyük vədlər verirlər. Ruslar aldatdıqları kəndliyə zəhər verirlər, aldadılmış kəndli fürsət gözləyir. Bir gün Dəli Alı 9 nəfər ilə kəndə gəlirlər, həmin kəndli onları qarşılayır və evinə aparır. Yemək hazırlanır, boşqablara qoyulmadan gizlicə zəhəri cibindən çıxarır və yemək qazanına atır. Bunu görən həyat yoldaşı çığırtı qoparır. Kəndlinin anası məsələni anlayır və oğluna “Allah bəlanı versin oğul, bu canlara necə qıyacaqdın?”, deyə çığırır. Dəli Alı baş verənləri xəbər alır, yaxınlaşır ağlayan gəlini, özündən gedən ananı sapsarı kəsilmiş görür və kəndlini tüfəngin arxası ilə vurub yıxır. Gəlin və ana ağlayaraq: “Bu xaini, sizləri qurtaran bizlərə bağışlayın!”, deyib, yalvarırlar. Alı yıxılan kəndliyə bir təpik vurub evdən uzaqlaşır. Hadisə xalq tərəfindən nifrətlə qarşılanmışdı. Nəticə sevindirici olduğu üçün kimsə xainə cəza verilməsini ağlına gətirməmişdi. Çar idarəsi Dəli Alı ilə qarşılaşmanın və atışmaların mənfi nəticələrində əhalini qəbahətli bildiyindən təzyiqini xalqın üzərinə çevirirdi. Hər kəndin bir neçə öndə gələni qubernatorun əmri ilə 1 ay həbsə məruz qalırdılar. Xalqımız bu qanunsuz və ədalətsiz idarənin basqısına dözürdü. Ancaq Dəli Alı xalqa edilən bu təzyiqlərə sinirlənir və çox narahat olurdu. Dəli Alı bir dəfə düşünür, götür-qoy edir, Gəncə şəhərinə yaxın bir kənddə gizlənir və şəhər ilə təmasa girir. Gəncə qubernatorunun fayton ilə Qazax şəhərinə gedəcəyini öyrənir. Mövqe alaraq qubernatorun dönüşünü gözləyir. Qubernator Qazax şəhəri ilə Gəncə arasında bir dərədən keçərkən Dəli Alı 25 silahdaşı ilə qubernatoru dayandırır. Qubernatoru mühafizə edən bir neçə jandarmanı əhatəyə alır və hərəkət etməyə imkan vermir. Jandarmaların tüfənglərini əlindən alır. Bu mənzərəni seyr edən qubernator, məmur və tərcüməçi saralmış halda müqəddəratlarını düşünürlər. Dəli Alı üzünü tərcüməçiyə çevirərək: “qubernatordan soruş, bizdən nə istəyir? Nə üçün bizdən əl çəkmir, mən və dostlarım bu 10 ildə hər hansı bir cinayətimiz, soyğunçuluğumuz və yaxud qeyri-qanuni hərəkətimiz idarəniz tərəfindən qeyd edilmişmidir, kəndlər arasında rast gəldiyim jandarmalara bir pislik etdiyim məlumdurmu, mən rus idarəsini təqib etmirəm, idarəniz məni məhv etmək istəyir, mən yalnız nəfsimi müdafiə edirəm!”. Tərcüməçi bunu qubernatora dedikdən sonra, qubernator hiss edir ki, Alı intiqam hissi ilə yaxınlaşmayıb, gileylənir. Qubernator dedi: “Mən qanunun tətbiqi ilə mükəlləfəm, qanun sizi qovalayır, siz qanundan qaçırsınız, mən başqa cür hərəkət edə bilmərəm!”. Alı qubernatora: “Sizin müsəlləh qüvvəniz məni sıxışdırır, qarşılaşırıq, istəməyərək bir neçə nəfərinizi öldürürük, bunun günahı sizin üzərinizdədir. Mən sizə heç bir pislik etməyəcəm, jandarmaların tüfənglərini arabaçının ayaqları altına qoydururam, bizdən ayrıldıqdan sonra irəlidə yenə silahlarını özlərinə verərsiniz, yenə onlar sizə Gəncə şəhərinə qədər mühafizlik etsinlər, ancaq sizdən bir ricam var (Əli ilə faytonun arxasındakı qarpızı göstərərək) o qarpızdan bir dilim mənə verin, deyir. Qubernator, bütün qarpızı götürün deyir. Dəli Alı, öz əliniz ilə verin, deyir. qubernator əli ilə qarpızı Alıya uzadır. Alı qarpızı alır və “qubernator, gördünüzmü, bu qarpızı siz mənə sevdiyinizdən deyil, vəziyyətə görə verirsiniz. Bir kərə bilmiş olun ki, bizləri evlərinə alanlar, bizə yemək verənlər, bizi istirahət etdirənlər sizin kimi məcbur qalırlar, onlarda sizin kimi edirlər. Sizin qanuna qarşı nə qədər günahlarınız varsa, onlarınkı da o qədərdir. Sizdən çox rica edirəm, Gəncə şəhərinə gedər-getməz məni qoruyurlar deyə həbsə atdıqlarınızı sərbəst buraxdırın, sizə uğurlar olsun !”. Arabaçıya: “Çək arabanı, jandarmalara, haydı atlarınızı sürün, qubernatorunuza çatın, silahlarınızı alın, qubernatoru Gəncə şəhərinə qədər mühafizə edin!”, deyir. Vali Gəncə şəhərinə gələr-gəlməz Dəli Alıdan ötrü həbsə atdığı kəndliləri azad edir. “Azərbaycan Türk Kültür Dərgisi”, 1961-ci il, 115-116-117-ci saylar, səh. 15-19 Təqdim etdi: Ceyhun Nəbi

Arif Hacılı və İsa Qəmbər Gürcüstana işgüzar səfərə getdilər

Müsavat rəhbərliyi Beynəlxalq tədbirdə iştirak edəcək.  Sozcu.az xəbər verir ki, bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib: "Müsavat Partiyasının başqanı Arif Hacılı, MSDM- nin rəhbəri İsa Qəmbər və başqan müavini Səxavət Soltanlı Beynəlxalq tədbirdə iştirak etmək üçün Tbilisiyə səfər etdilər".

Müsavat Partiyası Orxan Hacılının həbsi ilə bağlı bəyanat verdi

Siyasi opponentlərin övladlarının həbsi hiddət doğurur - Müsavatın bəyanatı Noyabrın 2-də Yasamal Rayon Məhkəməsi Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.  Bununla əlaqədar Müsavat Partiyası bəyanat qəbul edib. Sənəddə deyilir: Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu, partiyanın gənclər təşkilatının üzvü Orxan Hacılı avto-nəqliyyat qəzası bəhanəsilə həbs edilib. Qəzanın sosial şəbəkələrdə yayılan videosunda aydın şəkildə görünür ki, bu, adi bir yol nəqliyyat hadisəsidir və onun baş verməsinin səbəbkarı Orxan Hacılı deyil. Qəzaya uğrayan avtomobillərin heç birində xəsarət alan olmayıb. Lakin hadisədən 20 gün keçdikdən sonra başqa bir "zərərçəkən" ortaya çıxarılıb, guya yol kənarında oturan şəxsin bu qəza nəticəsində xəsarət aldığı iddia edilib. Halbuki, videogörüntülərdə qəza zamanı hadisə yerində yol kənarında heç bir şəxsin olmadığı aydın görünür. Belə bir yol qəzasına görə təqsirləndirilən şəxsin barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsi haqsızlığın, ədalətsizliyin, və qanunsuzluğun hətta Azərbaycan ölçüləri ilə görünməmiş həddidir. Orxan Hacılının həbsi Arif Hacılıya və bütövlükdə Müsavat Partiyasına təzyiq məqsədilə atılan represiv addımdır. Müsavat Partiyası Orxan Hacılının dərhal azad olunmasını, ölkədə repressiyaların dayandırılmasını tələb edir. Hakimiyyətin öz siyasi opponentlərindən, övladlarını həbs etmək yolu ilə təzyiq etməsi Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu, partiyanın gənclər təşkilatının üzvü Orxan Hacılı avto-nəqliyyat qəzası bəhanəsilə həbs edilib. Qəzanın sosial şəbəkələrdə yayılan videosunda aydın şəkildə görünür ki, hadisə, başqa sürücünün yol hərəkəti qaydasını pozduğu üçün baş verib. Qəzaya uğrayan avtomobillərin heç birində xəsarət alan olmayıb. Lakin hadisədən 20 gün keçdikdən sonra başqa bir "zərərçəkən" ortaya çıxarılıb, guya yol kənarında oturan başqa bir şəxsin bu qəza nəticəsində xəsarət aldığı iddia edilib. Halbuki, videogörüntülərdə qəza zamanı hadisə yerində yol kənarında heç bir şəxsin olmadığı aydın görünür. Belə bir yol qəzasına görə təqsirləndirilən şəxsin barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsi haqsızlığın, ədalətsizliyin, və qanunsuzluğun hətta Azərbaycan ölçüləri ilə görünməmiş həddidir. Orxan Hacılının həbsi Arif Hacılıya və bütövlükdə Müsavat Partiyasına təzyiq məqsədilə atılan represiv addımdır. Müsavat Partiyası Orxan Hacılının dərhal azad olunmasını, ölkədə repressiyaların dayandırılmasını tələb edir. Hakimiyyətin öz siyasi opponentlərinə övladlarını həbs etmək yolu ilə təzyiq etməsi xüsusilə hiddət doğurur və bu, durdurulmalıdır.

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - IX hissə

    Qarabağın Qərvənd kəndindən Saleh qardaşları və dostları, Nəzərəli kəndindən Əşrəf və qayınları, Qarabağın Alpoyt kəndindən Qazanpapaq oğullarından Yunis, qardaşları və əmisi oğulları, dostları, eyni kənddən Sarıtel Aslan, oğlu və dostları, Garısudan Saday bəy bizimlə birləşdi, 300 nəfər idik. Onlar da dəstə halında yeni hökümətlə mübarizə aparıb şəhidlər verməklə yanaşı qızıl imperialistlərə də qan uddurmuşdular. Lakin bundan sonra yeni güc toplamağa imkan qalmamışdı. Ona görə toplanmışdıq ki, son meydan savaşında onlara yenidən dərs verib İrana keçək. Qarabağın məşhur Vəzirov ormanında Göyüş adlı bir kommunistin əsgərləri və milislərilə üz-üzə dayanmışdıq. Sabahı gözləyirdik. Səhər tezdən ölüm-dirim mübarizəsi başladı. Elə ilk həmlədə də Göyüşü vurduq. Göyüş Azərbaycanın ən məşhur qaçaqlarından biri Qaçaq Qəmbərin də qatiliydi. Beləcə onun da intiqamını aldıq. Mücadiləmiz bitdikdə arayıb onun cəsədini tapdım. Cibindən öldürdüyü insanların siyahısı çıxdı. Qaçaqlara onun meyidi üzərinə quru odun toplamalarını tapşırdım və hazır olduqda əllərimlə od vurdum. Onun yanmasını xeyli seyr etdim.     Ərzağımız tükənmişdi, Kür kənarındakı Qılıclı kəndinə bir nəfər göndərdik. O kəndə girəndə bir neçə kişiylə rastlaşır. Bu kişilər çayın o biri sahilinə keçirmişlər. Onlar üzbəüz gəldikdə - dur, deyə bizimkiləri saxlayırlar. Bu zaman həmin adamlardan biri – Oğlan məni tanımadınmı, mən dünyanı titrədən Hüsnü Qocayevəm – deyir. Qarabağın Alpout kəndindən Qazanpapaq oğullarından Səməd – səni çox yaxşı tanıyıram deyib, güllələri onun ağzına sıxır. Yanındakıları da öldürüb geri dönürlər. Onların tez qayıtması bizi şübhələndirdi. Bunun səbəbini soruşduqda kəndin kənarındakı hadisəni bizə danışdılar. Biz yerimizi dəyişib başqa kəndlərdən ərzaq toplaya bildik.     Bu son çarpışmalarımız zamanı, məni Parisdən gələn iki kişi axtardığını eşitdim. Öyrəndim ki, biri erməni, digəri gürcüdü. Xaricdəki istiqlalçılar tərəfindən göndərilmişdilər. Onları sağ-salamat Bakıya yola saldım. Artıq elə bir gün olmurdu ki, davasız ötüşə bilək. Nəfəs almağa belə vaxtımız yox idi. Ona görə də tam gücümüzü ortaya qoymuşduq. Canlarından bezmiş rus zabitləri Moskvadan Sibir alayları göndərməyi xahiş edirdlər. Artıq müdafiə olunmaq yox, yalnız hücum edib şər qüvvələrdən daha çox öldürməyi qarşımıza məqsəd qoymuşduq. Məqsədimiz vətənimizi tərk etmək olduğu üçün daha çox bolşevik öldürməyi qənimət sayırdıq. Yenidən Vəzirov ormanına gəldik. Kür çayı daşmış, ətrafı su basmışdı. Orada şiddətli döyüşlər başladı və Sarıtel Aslanın cavan oğlu şəhid oldu. Biz düşmən qüvvələrindən də xeyli öldürmüşdük. Bu döyüşlərdə vəhşi bir kommunist olan Əsədi də məhv etdik.     Bir müddət sonra Sibirdən ordu birləşmələri də gəldilər. Biz bundan bir az gec xəbər tuta bildik. Bolşeviklər yanımza səliqəli bir adam göndərdilər. Onun məqsədi Samuxlu Arıqlı çopur Məmmədqasımın burda olub-olmamasını öyrənmək imiş. Həmin adamı Garıslı Saday bəylə görüşəndə Saday bəy ondan – Nə üçün gəldin – soruşduqda, o deyir – Məni bura Sibirdən gələn ordunun generalı göndərib. Deyib ki, Məmmədqasımın sizin yanınızda olub-olmadığını dəqiqləşdirim. Saday bəy məni göstərərək qarşınızda dayanan Məmmədqasımdı, yanındakılarda qaçaqlarıdı. Mənidəki, tanıyırsan – deyə cavab verir. Bu adam geri qayındanda Saday bəyin qaynı Musa onu vurdu. Mən – Musa, deyə qışqırdım. Nə üçün onu vurduğunu soruşdum. Dedim ki, axı bu adamı zorla göndəriblər. Üstəlik bu yazıq onların qüvvələri barədə bizə dolğun məlumat verdi. Sonra fikirləşdim ki, bu olaylar, ölüm-dirim mübarizəsi insanların düşüncələrini pozur və onlar yerli-yersiz intiqam hissiylə alovlanırlar.     Muğan çölünün istisi, sivri tək uzanmış qamışlıqları həmişə olub. Orada ilan əlindən tərpənmək də mümkün deyildi. Deyilənə görə Böyük İsgəndər də Əhəmənilərə hücumu ordan başlamış, lakin ilanların ucbatından sonra istiqaməti dəyişmişdir. Yer üzünün cəhənnəmi olan bu ucsuz-bucaqsız səhralarda üç ay dolaşdıq.     Bu yazdıqlarım sizə əfsanə gəlməsin. Hər şey həqiqətdi. Bu günləri mən yaşayıb görmüşəm.                                                              ***     Araz çayında keçid olmadığı üçün İrana keçə bilmirdik. Keçid yerlərini rus əsgərləri tutmuşdu. Suların azalmasını gözləyirdik. Axşamlar düşəndə təhlükəli yerlərə qarovulçular düzüb, gecə üç-dörd dəfə yoxlayırdım. Daha heç kimə ümidim qalmamışdı. Mən səhərə yaxın özüm də növbətçi oldum və durbini əlimə alıb ətrafı seyr etməyə başladım və Ovçu yolu deyilən əraziylə Sibirdən gətirilmiş rus kazaklarının bizə doğru gəldiyini gördüm. Bütün qaçaqları oyatdım və vəziyyəti anlatdım. İrəliləyən əsgərlərin qarşısında əlverişli mövqe tutmaq üçün hazırlaşdıq. Yarım ay şəklində səngərlərə dolduq. Elə vəziyyət yarandı ki, gələn qüvvələr bizim pusqumuza düşdü. Onlar özlərini qurtarmaq üçün can atır, biz isə müdafiə olunduğumuza görə onları bir-birinin ardınca yerə sərirdik. Bu vuruşmada Alpoutlu Yunis bəyin qardaşı Nəbini vurdular. Bir neçə qaçaq da yaralandı. Fəqət həmin ərazi düşmən cəsədləri ilə doluydu.     Qaranlıq düşənədək döyüşdük. Onlar tam hazırlıqlı olduğundan qaranlıqda projektorları bizə tərəf çevirdilər. Sanki gündüz idi, hər yeri görmək olurdu. Biz səngərlərə dolub başımızı çıxarmağa ehtiyat edirdik. Ardıcıl olaraq biz tərəfə bomba atmağa başladılar. Biz də səngərlərdə boş-bekar dayanmırdıq. Yaralıları isə tez arxaya aparırdıq. Bu on ildə topladığımız cəsarət və allahın bizi qoruması nəticəsində qorxu nə olduğunu bilmirdik. Qaçaq dəstəsinin rəisi olduğum üçün tez-tez səngərləri yoxlayırdım. Bütün qaçaq dəstələrinin rəislərinə bir addım da çıxmamağı əmr etdim. Bu kafirləri yalnız bu yolla məhv etmək mümkün idi. Qaçaq dəstələrinin rəisləri də mənim tövsiyyələrimə qulaq asırdılar. Artıq qaçaqlar canavara dönmüşdülər. Vuruşduğumuz yetmir kimi Saday bəylə yeni planlar cızırdıq. Bu dəfəki mübarizəmiz çətin olacaqdı. Onları geri qaytarmaq çətinləşmişdi. Biz, iki qrupa ayrıldıq. Mən qaçaqların bir hissəsiylə düşmən qarşısına çıxmalı, digər qrupdakılar isə düşmənə arxadan zərbə vurmalıydı. Rusların bizim planımızdan xəbəri yox idi. Döyüş zamanı mənim dəstəm onlarla üz-üzə gəldi. Əlimizdəki silahlar düşmənin üzərinə od yağdırırdı. İki atəş arasında qalan düşmən qüvvələri çaş-baş qaldılar. Nə edəcəklərini bilmirdilər. Onların hamısını öldürdük. İsti hava, ağcaqanadlar da bir yandan düşmən qüvvələrini əldən salırdı. Onlar : - Biz Azərbaycan partizanları ilə mübarizə apara bilmərik – deyərək öz generallarını da öldürdülər və tamamilə geri çəkildilər. Bizim isə hələ burada qalmağımız vacib idi. Qamışlıqların arasında dincəlirdik.                                                               ***     1932-ci ilin 25 avqustu idi. Bolşevik qoşunları tamam çəkilmişdi. Bir az dincələ bildik. Fəqət biz bilirdik ki, arxadan yeni qüvvələr gələcək. Buna şübhəmiz yox idi. Qaçaqların saç-saqqalı bir-birinə qarışmışdı. Mən bir kişini Araz çayına baxmağa göndərdim, o bir azdan qayıdıb Arazı keçmək olar deyə xəbər gətirdi.     O yerdə toxumluq heyvanlar yetişdirən dövlət fermaları vardı. Ora hücum edib yıxıb uçurduq. Sonra dəmir yolundaki vağzala da hücum çəkdik. Günəş batanda isə Araz çayını keçib atla səhərə qədər xeyli yol getdik. Gün işıqlaşdığı zaman Çaxırlı kanalı yanındakı körpünü 8 nəfərlə nəzarətə götürdük. Rusların pusqusuna düşməmək üçün sakitcə keçməyimiz məsləhət idi. Sonra o birisi qaçaqlar da gəldilər. Ertəsi gün İrana keçdik.     İranda varid olduğumuz qəsəbə rus postlarına yaxın idi. Artıq cənnət vətənimizdən ayrılmışdıq. Bir qurban kəsib ətini kasıb-küsuba payladıq və on iki illik mübarizəmizə son qoymalı olduq.     Allah bizləri qorumuşdu. O məlunların əlində öldürməmişdi. Niyə ana yurdumuz bizə cəhənnəm olmuşdu ? Nədən vətənimizdə ailəmiz, uşaqlarımız insan kimi yaşaya bilmədi ? Tanrının bizə bu qədər güc verməsi, vətənimizi, dinimizi o kafirlərin əlindən qurtarmaq idisə bunu sona çatdıra bilmədik. Özümüz də bu mübarizənin qurbanı olduq. Son !!! Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VIII hissə

   Bir gün Sultan dərəsilə dağlara çıxmalıydıq. Biz ora çatmazdan əvvəl aralıda bolşevik qüvvələrini gördük, onlar isə bizi görə bilmirdilər. Mən tapşırdım ki, onlar bizə atəş açmayınca heç kəs silah işlətməsin. Biz iki hissəyə bölünüb, Sultan dərəsini öndən və arxadan mühasirəyə aldıq. Yollarını kəsdik. Onlar iki qüvvə arasında qalmışdı. Axşamadək döyüşlər davam etdi. Biz hamısını öldürüb axşam dağlara çəkildik. Sübh tezdən əsgərlər hər yerə doluşmuşdu. Bizimlə döyüşmək üçün əlavə qüvvələr də gətirilmişdi. Biz də tamam əldən düşmüşdük. Bu dəfə bizi allah qurtardı. Tufanlı, yağışlı ruzigar başladı. Bolşeviklər bu yerləri yaxşı tanımadıqları üçün çətin vəziyyətə düşmüşdülər. Onlar bizi tapa bilmədilər. Ertəsi gün Şəki istiqamətində getməyə başladıq. Qarlı havada yol getmək də çətinləşmişdi. Böyük bir ağacın ovuğunda gecələdik. Yapıncılarımıza bürünüb yatdıq. Sabah olanda isə qarşımızda iki arxac göründü. Onlar dağıstanlılar idilər. İki qrup halında arxaca gəldik. Çox qonapərvər idilər. Bizə yemək-içmək verdilər. Baş çoban bizdən kim olduğumuzu soruşanda hər şeyi doğru düzgün anlatdıq. Bu adam da bizə normal münasibət göstərdiyi üçün iki gün orada qaldıq. Bayırda qış havası duyulurdu, qar yağırdı. Ağdaşa getməyə qərara aldıq. Bu da bizi qorxutmurdu. Belə səfərlərə alışmışdıq. Yorucu bir yolculuq başlamışdı. Gecə qaranlığı düşsə də yenə də yol gedirdik. Gecə yarısı Səfərabad qəzasına çatdıq. Əyri çayını keçdik və sıx bir ormanlığa girdik. Qaçaqlara qurumuş kötükləri toplamağı tapşırdım. Qar yağırdı. Yapıncıları üstümüzə örtüb qarın altında yatdıq. Səhər tezdən yuxudan duranda yatmış qaçaqlar qıraqdan qəbirlərə bənzəyirdi. Onları bir-bir yuxudan ayıltdım. Kəndlər rus əsgərlərilə dolmuşdu. Hər kənddə on əsgər, bir çavuş vardı. Qaçaqlardan biri yaxınlıqdakı kənddən idi, bu səbəbdən də gedib bizə yemək gətirə bilərdi. Tütünləri qurtaran qaçaqlar ağac yarpaqlarını ovub siqaret kimi çəkirdilər. Bu durum bir həftə davam etdi. Bir axşam üstü yenə yola başlayıb Ağdaşın Cəyirli qəzasına gəldik. Orada iki qoyun yatağı vardı. Biz yenə də iki qrupa bölündük. Mən yatağa girdim. Yemək bişirirdilər. Qaçaqlar da gəldi. Əyləşib yemək yediyimiz vaxt içəriyə yaşıl gözlü, sarışın bir nəfər girib salam verdi. Sonra siz kimsiniz –deyə soruşdu. Mən də - görmürsənmi insanıq, həm də hökümət adamı – deyə cavab verdim. Bu adam çox hirsliydi. Mən başa düşmürəm, telefon etmişəm beş dəqiqəyədək sizin kim olduğunuz aydınlaşacaq. Mən təkrar –sən qarnımızı doydur, nə qədər istəsən pul verəcəyik. O isə - mən nə sizi tanıyıram, nə də yemək verəsiyəm – deyib üzümüzə baxdı. Bunu dedikdə - Mən səni bizi dinləməyə məcbur edərəm – deyib ayağa qalxdım. Əlini ayağına bağladım. Əlimə bir ağac alıb döyməyə başladım. Sonra isə qaçaqlara – kimin ülgücü varsa bunun qulağını bir az kəsin, yadında saxlasın. Bizdən sonra bura gələn qaçaqlara belə rəftar etməsin – dedim. Bunu eşidən Fidail həmin adamın qulağını dibindən kəsdi. Bunu haqq etmişdi. Ona görə ki, bu adam satqın və kommunist idi. Sonra onu yanına çağırıb bir də biz buralara gələndə belə etsən özündən küs –dedim. Burada qalmağımız təhlükəli olduğundan ərzaq götürüb uzaqlaşdıq. Küllü qara deyilən yerdə yenə də iki qoyun yatağı vardı. Yataq sahibi nurlu sifət Hacı Həmzə idi. Bizi gülər üzlə qarşılayıb xoş gəlmisiniz – dedi. Çobanları çağırıb iki qoyun kəsmələrini tapşırdı, onun iki gəlini vardı. Onlar da təzə çörək bişirməyə başladılar. Damda tütün vardı. Onu da qaçaqlara payladı. O da dərdliydi. 4 oğlu vardı, ikisi Sibirdə sürgündə, ikisi də nəzarətdəydilər. Mənə baxaraq : - Çopur Məmmədqasım sənsənmi –deyə soruşdu. Sonra mənə Ələsi göstərin deyə xahiş etdi. Biz də ona Ələsin başqa yerə getdiyini söylədik.     Yemək hazır idi. Əyləşib doyunca yedik. Hacı Həmzə bildirdi ki, 2400 qoyun var. Onları sizə fəda edə bilərəm. Vətən və millət naminə mübarizə aparırsınız. Silahdaşlarınıza deyin ki, tez-tez gəlib yemək aparsınlar. Ancaq bir kimsə bilməsin. O bizə gizli olaraq 500 mauzer gülləsi verib yanaqlarımızdan öpdü və vidalaşdı.     Ətrafı yaxşı görmək və özümüzü müdafiə etmək üçün əlverişli bir yer tapmalıydıq. Ona görə də Naltökən deyilən yerə çatmalıydıq. Biz düzə çatdıq, oradan hər yer aydınca görünürdü. Qaçaqlara istirahət etmələri üçün icazə verdim. Mən də bir təpənin başına çıxıb durbinlə ətrafı seyr etməyə başladım. Çox qarışıq bir suvari dəstəsinin bizə tərəf gəldiyini gördüm. Bizi hər yerdə axtarırdılar. Komandirləri avtomobildəydi. Qarşısına çıxan ceyranları ovlayırdı.     Onlar bizi tapa bilməyib axşam üstü geri çəkildilər. Biz də bir müddət burada qalıb yenidən Samuxa döndük.     Vəziyətimiz getdikcə ağırlaşırdı. On illik qaçaq həyatı bizi əldən salmışdı. Vəhşi bir həyat tərzi keçirirdik. Digər bölgələrdəki qaçaq dəstələrinin çoxu yaxalanmışdı. Öldürülmüşdü. Bu durum qarşısında bütün qüvvələr bizə qarşı yönəlmişdi. Bizim silahdaşlarımızdan Mehralı və Camal, üç qardaş, bu ağır şəraitə dözməyib bizdən ayrılıb qaçmış, gedib hökümətə təslim olmuşdular. Mübarizəyə dözüb təslim olmayan qaçaqların da mənəviyyatları sarsımışdı. Qafqazın dağ və ormanları rus əsgərlərinin məzarları ilə dolmuşdu. Bizdən ayrılanları həbs edəndə bolşeviklər : - “Qasımın qüvvəsi azaldı. Qardaşı da suda boğuldu” deyə sevinirdilər.     Bir gün Oğurca deyilən bir yol keçidində əyləşmişdik. Birdən postdakı qarovulçumuz bizim yanımıza gəlib – “ Hazır olun gəlirlər” deyə bağırdı. Havada yağışlıydı. Onlarla burda döyüşmək məqsədə uyğun deyildi. Aradan çıxmaq üçün şansımızda qalmamışdı. Qarşıdakı bir dağa çıxdıq. Bura çatanda qablarımızda bir damcı da su qalmamışdı. Çox susamışdıq. İçi soxulcan və böcəklərlə dolu su içməyə başladıq. Hökümət qüvvələri isə bizdən əl çəkmirdi. Biz dağın əsas nöqtələrini tutub çalanın içində pusqu qurduq. Döyüşə hazır vəziyyətdə gözləməyə başladıq. Köhnə dostumm Pirvəli oğlu Səməd də dəstəsi ilə üstümüzə gəlirdi. Onunla əvvələr dost idik. İndi isə heç bir bağlılığımız yox idi. O yolunu azmışdı. Səməd mənim ünvanıma söyə-söyə - “ Sən Denikinmisən, Kolçakmısan, ortaya çıxsana, Qasımı öz əlimlə tutub aparacam” – deyərək qışqırırmış. O, bizi axtararkən hökümət qüvvələri ilə döyüşlər başladı, hər tərəfdən silah səsi eşidilirdi. Üstümüzə gələn Səməd də əlində silah bir yoxuşu çıxırdı. Ora həm yoxuş, həm də dar keçid idi. Ən qabaqda Əsəd dayanmışdı. Səməd yoxuşu çıxanda qardaşım Əsəd onu vuracaqdı. Mən də sürünə-sürünə o tərəfə irəlilədim. Aramızda on beş, iyirmi metr məsafə qalmışdı. Ya allah deyib nişan aldım. Güllə açıldığı ilə Səmədin aşmağı bir oldu. Qardaşım Əsədi də ölümdən qurtardım. Səmədin yanındakıları da öldürdüm. Onun arxasınca gələn qüvvələr isə sevinərək ura çəkirdilər. Onlar elə biliblər ki, Səməd məni öldürüb. Mən isə sürünüb Səmədin cəsədi olan yerə gəldim. Onun səsini təqlid edərək dəstənin başcısı Yunisə - yavaş-yavaş gəlin onları təmizlədim – deyə, bağırdım. Özüm də onlara tərəf sürünməyə başladım. Yunis ağır-ağır yoxuşu çıxırdı, silahsız idi. Ona da bir güllə vurdum. Öz rəislərinin öldürüldüyünü görən hökümət qüvvələri məcbur qalıb yenə də geri çəkildilər.     Bitib tükənməyən bu mübarizəmiz, ağır yolculuq həyatı, soyuq ruzigar bizi də yormuşdu. Nə olursa olsun, yalnız bu işgəncə bitsin deyə allaha yalvarırdıq. Azacıq yeməyimiz qalmışdı, onu da yeyib qurtardıq. Mən bir kənara çəkilib qardaşım Əsədi də yanıma çağırdım. Əyləş dedim. Sonra söhbətə başladım. Dedim ki, Əsəd ola bilsin mən səhv düşünürəm. Sənin də məsləhətin lazımdı. O, diqqətlə qulaq asırdı. Qardaşım, vəziyyətimizi görürsən, qaçaq dəstələrinin hamısını dağıtdılar. Bizim də qüvvəmiz azaldı. Ələs də suda boğuldu. Ailəmiz, qohum-əqrabamız məhv edildi. Qalanları isə Sibirə sürgün olundular. Düşmənlərimiz isə gündən-günə güclənməkdədi. Yanımızdakıların da üçü qaçıb hökümətə təslim oldu. Tək ümidimiz İrana keçməkdi. Sənin fikrin nədi ? O da tərəddüd etmədən razılıq verdi.                                                             ***     Kür çayının bütün keçidləri nəzarət altındaydı. Qaçaqların bir qismi ilə çayın kənarındakı Adabaşı kəndinə gəldik. Kənddə Qurban və Zəkəriyyə adlı iki dostumuz vardı. Onlar barama ilə məşğul olurdular, qayıqları da vardı. Bu sadiq dostlarımdan Qurbanı çağırtdırdım və qayığı ilə bizə qarşı sahilə keçirməsini rica etdim. O da məmnuniyyətlə bu xahişimi yerinə yetirəcəyini bildirdi. Bizi sağ-salamat qarşıdakı Küçüklü kəndinə çatdırdı. Bu kənd həm qayalıq, həm də sıx ormanların əhatəsindəydi. Qorunmağımız üçün əlverişli şəraiti vardı. Orada da hökümətdən qaçaq düşən bir dostumuzla rastlaşdıq. Adı Mirzə idi. O, bizləri görüncə sevincindən nə edəcəyini unutmuşdu. Bizim qayəmiz isə Qarabağdan İrana keçmək idi. Bu arzumuzu ona da söylədik. Yəni Mingəçevirə gedib lüt Əli Hüseyni Mustafa və qardaşlarını görəcəyimizi anlatdıq. O bizimlə razılaşdı və bir yerdə hərəkət etdik. Mingəçevirdəki dostlarımızı da götürüb yola çıxdıq. Qərarımız qəti idi.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Orxan Hacılıya qarşı baş verən qanunsuzluqlar sizələrə məlum deyilmi?

Orxan Hacılının qanunsuz saxlanmasına münasibət barədə:  Bu işin məhkəmə perspektivi yoxdur. Bu gün Orxanı polis şöbəsində saxlayanlar da bunu yaxşı bilir. Çünki, istənilən halda, qəzanın baş verməsinin səbəbkarı Orxan deyil. İqtidar yandaşlarının paylaşdığı videokadrlarda bunu hamı görüb.  Bu halda, iqtidarın bu davranışının motivi nədir? Dünəndən baxıram, cəbhə funksionerləri də bu qanunsuz saxlanmanı pisləyən açıqlamalar verir. İqtidarın bu işdə düzgün hərəkət etdiyini iddia edən heç bir açıqlamaya hələlik rast gəlməmişəm. Bu işin beynəlxalq aləmdə də iqtidar üçün müəyyən neqativ nəticələri olacaq. Belə olduğu halda, müxalifətin rejimə boyun əyməyən hissəsinin birliyinə, ölkədə ədalət hissini itirməyən insanların etirazına, beynəlxalq aləmdə nüfuzuna xələl gətirən bu addımın atılması iqtidarın nəyinə lazımdır? Razılaşaq ki, bu hansısa müstəntiqin, yaxud polis rəisinin təşəbbüsü ilə olan hadisə deyil. Orxan Hacılı barədə qəbul edilən qərarın arxasında mövcud rejim durur. İqtidardakılar bu qədər axmaqdılarmı ki, nümayişkaranə şəkildə bu cür rüsvayçı qərar qəbul edirlər. Belə deyil. Nə etdiklərini, bu qanunsuzluğa yol verməklə cəmiyyətə hansı mesajı verdiklərini çox yaxşı bilirlər. Beləliklə, Qarabağ uğrunda gedən müharibələrdə gerçək müxalifətin sağlam mövqeyinə baxmayaraq, rejim hesab edir ki, bu 1993-cü ildən bu yana şərti olaraq "AXCP - Musavat" cütlüyünə qarşı davam edən soyuq vətəndaş müharibəsinə son qoymaq üçün kifayət deyil. İqtidarın məntiqinə görə, AXCP və Musavat konkret olaraq İlham Əliyevə biət etdiyini bəyan etməyincə onlara qarşı "bizimlə olmayanlar bizə qarşıdır" prinsipinə əsaslanan bolşevik metodlarından istifadə olunacaq. Son otuz il ərzində iqtidar ölkədə irticaya qarşı müqavimət göstərə biləcək qüvvələri daim təzyiq altında saxlamaqla onları faktiki qanundan kənar elan etmək və bu yolla cəmiyyətdə xof yaratmaq siyasətini həyata keçirib. Orxan Hacılıya qarşı yol verilən qanunsuzluq da məhz bu məqsədlə törədilir. Bu arada özlərini daim müstəqil sayan, onları şərti olaraq "avtobus müxalifəti" adlandıranlara etiraz edən partiya sədrlərinə də müraciət etmək istəyirəm. Orxan Hacılıya qarşı yol verilən qanunsuz əməllərin yuxarıda qeyd etdiyim motivləri sizlərə məlum deyilmi? Yığışın bir açıqlama verin, ortaya ortaq mövqe qoyun. Əgər bu hadisədə iqtidarın hərəkəti düzgündürsə, birgə açıqlama verin ki, hər şey qanun çərçivəsindədir, antimilli müxalifət iqtidara böhtan atır və sairə. Yoxsa, sizlər yalnız prezident aparatından göstəriş olanda birgə bəyanata imza atırsız?  Orxan üçün isə qətiyyən narahat olmağa dəyməz. Kişinin başına iş gələr. Onun bu sınaqdan daha mətin, daha mübariz, daha güclü çıxacağına əminəm. Düzdür, birinci dəfə deyil, amma yenə də, qəzan mübarək olsun, Orxan! Vaqif Hacıbəyli, hüquqşünas 

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VII hissə

    Bizə qarşı hücumalar güclənir, kütləvi sürgünlər artırdı. Məmləkətin müxtəlif yerlərində isə gizli təşkilatlar fəaliyyətdəydi. Kommunistlərin və orduda qulluq edənlərin içində də bu qurluşun əlehdarları çoxalırdı. Nuxa şəhərində minbaşı Kor Bəhrəm, qəssab Hüseyn, Erkək Abdulla, Cöynükdən Əbdülrəhim və qardaşları, kiçik Dəhnədən Əbdülkərim, nəvəsi Hüseyn, Əli, Zülqədər, Böyük Dəhnədən Şüayıb, Qaraqoyunlu kəndindən Əbdülrəhim və qardaşları, Qaxdan Hacı Qədir və qardaşları, qohumları üsyana hazırlaşırdı. Bizdə də bu barədə məlumat vardı.     Üsyandan bir gün sonra biz Nuxa şəhərinə varid olduq. Həbsxananı açıb silahları üsyançılara payladıq. Şiddətli mübarizə başladı. Bir tərəfdə kiçik və yardımsız Azərbaycan, digər tərəfdə qanlı imperiya qüvvələri küçələrdə döyüşlər davam edirdi. Bağırovun ən sadiq adamlarından birinin evini tutuduq. Sahibi evdə tapılmadı. Qadın paltarında qaçmışdı. Üsyanın başında duran Bəhram yaralanmışdı. Onu şəhərdən çıxarıb müalicə edirdilər. Biz də şəhərdən çıxmaq məcburiyyətində qaldıq. Üsyanın dördüncü günü şəhəri tərk etdik. Bizimlə birlikdə Osmanlı ordusundan qalıb sonra müəllimlik edən bir zabit də döyüşürdü. Adı İsmayıl Hakkı idi. O bütün gücü ilə mübarizə aparırdı.     Yaralı olan minbaşı Bəhramı öz çadırıma gətirdim. Lakin o bayırda olanda öz gülləsi ilə özünü öldürmüşdü.     İzimizə düşən bolşevik rus qüvvələri bizi öndən və arxadan təqib edirdi. Onlarla Qutqaşenin Qayıqlı kəndində üzləşdik. Bizim yerimiz yaxşı idi. Başımız üzərinə güllələr dolu tək yağırdı. Bu şiddətli döyüşlərdə “məni əsir aldılar” deyə qışqıran İsmayıl Hakkının səsini eşitdim. Ona tərəf sürünüb beş rus əsgəri ilə qarşılaşdım. Onları bir-bir öldürdüm və İsmayılı azad etdim. Ruslar xeyli tələfat verib çəkildilər. Ortalıq meyidlərlə doluydu. Bir az da vuruşub oradan sürətlə uzaqlaşdıq. Ağdaş ərazisinə gəldik. Bütün silahdaşlarımı toplayıb önəmli məsləhətlər verdim. Ərzağımız və suyumuz qalmamışdı. Tarladakı buğda dənələrini əlimizlə ovuşdurub yeyirdik. Elə orda da hər kəs öz məntəqəsinə getmək üçün görüşüb ayrıldıq.     Hadisələrin belə dözülməzliyi bizi yabançı halına salmışdı. Evlərimiz yıxılmış, uşaqlarımız pərişan olmuş, bizim də yerimiz-yurdumuz qalmamışdı. Bizim yaşamamız dövlət üçün əlverişli olmadığından təqiblər, basqılar davam edirdi. Gecəmiz-gündüzümüz tox idi. Elə bu vaxt Sadıqov adında bir kommunistin Moskvaya qədər gedib “Qasımın kəlləsini gətirməsəm, mənim başımı kəsin” deyə söz verməsi və bizə qarşı hücuma hazırlaşması xəbərini bizə çatırdı.     Bu generalın güclü qoşun topladığını, mübarizəyə hazırlaşdığını bizim olduğumuz əraziyə hücum zamanı ağaclara iz qoya-qoya irəlilədiyini də öyrənə bildik. Güclü kəşviyyat işi aparmışdı. Yanında bir mühəndis və yüzə qədər könüllü ilə gəldiyi də aydın oldu. Kəndlərə daxil olanda onlardan süd, qaymaq alıb pul təklif etsələr də kəndlilər onlardan pul almırmış. Kəndlilərdən nə üçün pul almadıqlarını soruşanda onlar : - nəyinə lazımdı sən südünü, qaymağını al, deyə cavab verirlərmiş. Sadıqov oralarda bir neçə gün dolaşıb heç kim tapmayınca çıxıb getmişdi. Bizə bu xəbəri kəndlilər çatdırırdı.     Həmin ilin Qurbam bayramında bizim evlərimizə gedəcəyimizi zənn edən Sadıqov kəndimizin yaxınlığına 300-ə qədər əsgər toplamışdı. Onlar ərazini mühasirəyə almışdılar. Bundan xəbər tutub ailəmizə baş çəkməkdən vaz keçdik. Ailəmizi, uşaqlarımızı tutub sürgünə göndərdilər. Bizə məxsus mal-qaranı və ev əşyalarımızı talan etdilər. General Sadıqovun bu hərəkətləri vəziyyətin yaxşı olmayacağından xəbər verirdi. Kür çayının bütün keçidləri də rus əsgərləri tərəfindən nəzarətə alınmışdı. Biz isə çayın o biri sahilinə keçməyə məcbur idik. İşimiz çox müşkül idi. 24 nəfərlə Qaraağaclı qəzasına gəldik. Bir may gecəsiydi. Çayın kənarındakı mal qışlağına soxulduq. Qışlağı iri çoban itləri qoruyurdu. Orada bir qayıq olduğunu bilirdik. Köpəklərdən güc-bəla ilə qorunaraq qayıqçının olduğu yerə gəldik. Qayıqçı heç nədən xəbərsiz arvadı ilə yatırdı. Tüfəngin qundağı ilə onu qaldırdım. Lakin ondan tez arvadı oyandı, məni görüb özünü itirdi. Tez ərinə qışqıraraq :     -Qalx, Qasım qardaş gəlib – dedi. Şirin yuxuda olan qayıqçı heç nə anlamamışdı. Qasım, Qasım deyə mızıldandı. Qadın qalxıb bir az yemək hazırladı. Bu adam isə hələ özünə gəlməmişdi, heyrətlə mənə baxırdı. Mən qayıqçıya : - Abdulla bizi o biri sahilə keçirəcəksən – dedim. O hələ ayılmamışdı üzünü turşutdu. Bunu hiss edən arvadı – qalx qayığını hazırla, onlar bizim üçün mübarizə aparırlar, kişi, deyilsənmi – deyə, ərinə acıqlandı. Hərif yenə durmaq istəməyəndə - qalxmasan səni öldürəcəm – dedim.     Dəstəmiz 24 kişidən ibarət olduğu üçün qarşı sahilə iki dəfəyə getməliydik. Çayda suyun çoxluğundan qarşı sahil görünmürdü. Birinci qrup sahilə çıxanda fanarla yaşıl işıq yandırmalıydı. Birinci qrup qayığa mindi və bir vaxtdan sonra yaşıl işıq saçdılar. Onlar sahildə düşdükdən sonra qayıq geri döndü. İkinci qrupun başcısı mən idim. Biz də o biri sahilə keçdik. Çaydan aralanıb nə qədər telefon dirəkləri və telləri vardıa hamısını kəsdik. Sanki tanrının bizə verdiyi bu zülm azmış kimi, şiddətli bir leysan yağmağa başladı. Bu hadisə işimizi daha da çətinləşdirdi.     Eldardan Zaman oğullarından Məhəmməd Əli, Abbasqulu, Hacı Adıgözəl və oğlu Zamanın qaçaq dəstələri aləmi dağıdıb uçururdu. Qabaqlarına çıxan bütün kommunistləri öldürürdülər. Bunu duyan və bizim üstümüzə gələn Sadıqovun dəstəsi Eldara getməyə məcbur oldu.     Biz isə qabağımıza çıxan bir mal damına girdik. Qara Məhəmməd oğlu Mustafadan bir at və bir qoyun aldıq. Qoyunu kəsib yedik, qalanını çantamıza doldurduq.     Bir az vaxtdan sonra silahdaşlarımızdan birinin, bir milis və bələdçinin – Bu, Sadıqov bir bəladı, Eldara gedib, bir azdan dönəcək və buralarda daşı-daş üstə qoymayacaq, hər yeri dağıdacaq – deyə, danışdıqlarını mənə xəbər verdi. Mən qarovulçuları ağaca çıxarıb ətrafa nəzarət etmələrini əmr verdim. Başqalarına da tapşırmışdım ki, qoyunu kəsib qızartsınlar. Onlar bu işlərlə məşğul ikən ağacdakı qarovulçu qışqırdı və o birisi sahilə 15 nəfər rus əsgərinin gəldiyini anlatdı. General Sadıqovun da onların içində olduğunu dedi.     Bu xəbər bizim üçün gözlənilməz oldu. Mən ağaca çıxdım. Əlimə durbini aldım. Onun belində 10 açılan atdan endiyini gördüm. Bu Sadıqovun özüydü. Əlində ki, qamçı ilə çəkmələrini döyə-döyə sahildə gəzişirdi. Sonra o qayığa yaxınlaşdı. Əvvəlcə özü sonra isə, əsgərlər qayığa mindilər. Bizim olduğumuz sahilə doğru üzməyə başladılar. Ağacdan düşüb 6 nəfər götürdüm, qalanlarına isə, gözləməyi əmr etdim, dedim ki, əgər bizi sıxışdırsalar köməyə gələrsiniz. Biz çayın sahilindəki səngərlərdə gizlənib onların sahilə çıxmalarını gözlədik. Qayıq sahilə çatırdı. Onlar düşər-düşməz bir yayılım atəşi açdıq. General və üç nəfər yıxıldılar. Qalanları yaralanmışdı. Yanlarına getdik. Yaralılar yalvarmağa başladılar. Bu yalvarışlara məhəl qoymadan onları öldürdük. Sadıqov hələ ölməmişdi, gözlərini açıb mənə baxırdı. Can verirdi. Onun başına çəkmə ilə qüvvətli bir zərbə endirdim. Moskvanın iti – bizim zavallı uşaqları, qadınları haraya sürdün – dedim. O yenə ölməmişdi. Qaçaqlar onu sahilə sürüdülər, tapançasını belindən çıxarıb bütün güllələrini başına sıxıb öldürdülər. Mən qaçaqlara dedim – çayın qudurmuş dalğaları bunu gözləyir. Bu sözümdən sonra qaçaqlar onu Kürə atdılar. Çayın o biri sahilində Sadıqova yardıma gələnlərin sayı artırdı. Onlar silah səslərini eşidib çaş-baş qalmış, nə edəcəklərini bilmirdilər.     Mən qışqıraraq : - niyə dayanıbsınız, çıxıb getsəniz, - dedim. Onlardan məni tanıyanlar vardı. Hara gedək, hər tərəfdən başımıza güllələr yağır dedilər. Mən onlara – General Sadıqova toy tutduq, gərdəyə qoyduq, yolunuz açıq olsun, artıq gedə bilərsiniz – dedim. Qoyun qızardılmışdı. Əyləşib doyunca yeyib, bir-birimizə nuş olsun dedik.     Yeməkdən sonra kəndləri dolaşdıq və bildirdik ki, kim Sadıqovun leşini görüb sudan çıxararsa və ya dövlətə xəbər verərsə onu da generalın aqibəti gözləyir. Kür sahilindəki Alıkənddən bir qadın su götürməyə gedəndə sabahın erkən vaxtında sahildə bir cəsəd görür və qaça-qaça ərinə xəbər verir. Əri də sahilə gəlir. Sadıqovun cəsədini tanıyır və əlindəki ağacla onu dalğaların qoynuna itələyir. Beləliklə, general məzar üzü görmədən sulara qərq oldu.    Həmin ili qış çox ağır keçdi. Dörd gözlə baharın gəlməsini gözləyib, yazı və sonbaharı yenə dağlarda, ormanlarda keçirdik. Arı komuna toxunduğumuz üçün daim bizi izləyirdilər. Təqiblər, basqınlar artırdı. Evsiz, ailəsiz dağlarda, ormanlarda, mağaralarda yaşamaq çox müşkül bir iş idi. Hökümət rəhbərləri də on ildən artıq davam edən qaçaq hərakatına son qoymaq üçün yeni tədbirlər hazırlayırdı.     Mübarizəmiz çeşidli şəkildə dəyişib davam edirdi. Kütləvi sürgünlər də əskilmirdi. O zaman Gəncənin qərbində Şəmkirin Bitdili kəndində qəribə bir hadisə baş verdi. Şəmkirin Bitdili kəndində bir mərkəz qurulmuşdu. Gizli olan bu mərkəz ziyarətgah idi. Bunu idarə edənlər Düyərli kəndindən Hacı Axund, Dövlət oğlu Mehdi, Abulla və qardaşlarıydı. Ziyarətgahın sahibi isə Düyərlidən Hüseyn adlı birisiydi.     Qısa bir zamandan sonra bura ziyarətə gələnlərin sayı artmağa başladı. Korların burada gözləri açılır, xəstələr şəfa tapırdılar. Güclü təbliğat aparıldığına görə adamlar dəstə-dəstə ziyarətgaha axışırdılar. Müsəlmanlardan başqa ruslar, ermənilər, hətta kommunistlər də gəlirdilər.     Səcdəgahda bir dam var idi. Bacadan içəri baxdıqda damın tavanında bir göyərçin, bir dənə də qılınc görünürdü. Lakin qorxudan heç kim ona yaxınlaşa bilmirdi. Burda din xadimlərilə allahsızlar arasında toqquşma gözlənilirdi. Bolşeviklər buranı mühasirəyə alanda şiddətli döyüşlər oldu. Hacı Axund və qardaşları, Qululu Abdulla, İskəndər, Temur qardaşları şəhid oldular. Biz burada da işimizi gördükdən sonra bizi axtaranların sayının gündən –günə çoxaldığını görüb Gürcüstana keçməyi qərara aldıq. Müəyyən bir vaxt üçün izimizi itirmək vacib idi.     Novruz bayramından bir həftə keçmişdi, gecə ikən Gürcüstan ərazisinə keçdik. İzimizi itirdik. Orda yolu çaşdıq. Mən dincəlmək barədə əmr verdim. O qədər yorğun idik ki, qarovulçularda yatmışdı. 24 nəfər idik. Səhər tezdən yuxudan durub gördüm ki, buralar çox təhlükəli yerdi. Həm də şose yolunun qırağıdı. Hər an tutulmaq təhlükəsi vardı. Ona görə biz ordan aralandıq, Alazan çayını keçib Dağıstana sığınmaq fikrimiz vardı. Çayın keçid yerinə çatdıqda gördük ki, qarşımızada iki heyvan sürüsü var. Onlar gürcüydülər, hamısı da təpədən-dırnağadək silahlıydı. Gürcülərdən oralarda hökümət adamı olub-olmadığını soruşsaq da dəqiq cavab ala bilmədik. Mən anladım ki, bunlar özü də bizə basqı edə bilər. Kiçik qardaşım Ələsə qarşımızdakı təpəni tutmağı tapşırdım. Bunu etməsi üçün o çayı keçməliydi. Qayıq olmadığı üçün onu bir kötüyə mindirdim. O rahatca çayı keçirdi. Tam çayın ortasında bir adacıq vardı. Ora çatıb durdu. O durmamalıydı. Mən sahildə qışqırdım. Nə üçün durursan ? O səsimi eşidib yenidən irəliməyə başladı. Sahilə çatar-çatmaz saldan düşdü. O, suyun nə vəziyyətdə axdığını bilmirdi. Ora isə çox dərin və suyun fırlandığı bir yermiş. Yalnız bunu görə bildim. Suyun üzündə təkcə onun papağı qalmışdı. Bunu təsəvvür etmək çətin idi. Ən böyük dəstəyimiz, doğma qardaşım, cəsur bir türk oğlu sulara qərq olmuşdu. İstər-istəməz özümü suya atdım. Üzə-üzə sahilə çıxdıqda qardaşımın boğulduğunu gördüm. Onu qudurğan dalğalar aparmışdı. Elə bil köksümdən güllə ilə vurulmuşdum. Əlimdən heç nə gəlmirdi. Aciz qalmışdım. Görəcəyim bir iş qalmamışdı. O birisi qaçaqlarda mənim yanıma keçmişdi. Onlar Ələsin harada olduğunu soruşduqda mən – paltarlarını qurudur – deyə yalan məlumat verdim. Qardaşım isə artıq sağ deyildi. Mənim bolşeviklərlə uzun müddət mübarizə aparmağımda ən cəsur köməkçim Ələs idi. Onun tək igid yox idi. Sanki qeybə çəkilmişdi. Ələs quşu gözündən vurmağı bacarırdı. Ancaq mənim təbəssümmündən qap-qara qaralmağımdan qaçaqlar da faciə baş verdiyini hiss etmişdilər. Onlar mənə inanmırdılar. Elə bu vaxt bir yerə toplanmalarını söylədim. Fəqət içlərində vətəni, dini, namusu qeyrətlə qoruyan Ələs yox idi.     Mən: - Qardaşlar, deyə müraciət etdim. Bu mübarizə illərində heç zaman məni ağlayan görməmisiz. Onlar da mənim gözümdə yaşı görüb qəhərləndilər. Mən – durun ağlamayın Ələsi qeyb etdik. Sizin canınız-ciyəriniz, mənim isə qardaşım idi. Lakin biz bu yoldan dönməyib mübarizəmizi axıracan aparacağıq – dedim.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

"Türk dünyasının Əli Şamil hocası" kitabı çap edilib

Jurnalist, publisist, folklorşünas Əli Şamil ilə bağlı toplu çap olunub. "Köhlən" Nəşriyyatında çap edilmiş  "Türk dünyasının Əli Şamil hocası" adlanan kitab Nazir Əhmədli tərəfindən nəşrə hazırlanıb. Topluda müəlliflər Əli Şamil ilə bağlı xatirələrini bölüşməklə yanaşı yeni dövr tariximizin böyük bir parçası haqqında geniş məlumatlara yer veriblər.  Sözcü. Az

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VI hissə

    Bu da bolşeviklərin iş üsullarından biriydi. 1929-cu ilin iyulunda Gəncə ÇEKA-sının Orucov bizimlə görüşdü. Bu görüşü onların Zaqataladakı adamlarından Üzeyir təşkil etmişdi. Üzeyir Zaqatalalı Musa bəyin oğluydu. Stalinin Azərbaycanda sağ əli olan Bağırovun da müaviniydi. Görüşdən sonra onlar Bakıya getdilər. Bir müddət sonra isə Bağırovun yerinə təyinin olunan Abdullayevlə yenidən qayıtdılar. Üzeyir bizimlə görüşdü və Abdullayevin də belə bir təklifdə bulunduğunu anlatdı. Biz isə şəhərə gələ bilməyəcəyimizi bildirdik. Üzeyir narazı qalıb dedi :     -İnanmıram ki, elə böyük bir vəzifənin sahibi sizinlə görüşmək üçün ormanlara gəlsin. Belə olduqda mən dedim :     -Onda siz şəhərin kənarında meşənin girəcəyinə gəlin. Bizim qarovulçumuz işarə etdiyi yerdə avtomobilinizi saxlayın.     Belə də oldu. Ertəsi gün təyin etdiyimiz yerdə onlarla görüşümüz oldu. Bir saat yarım söhbət etdik. Abdullayev bizə məlum olan təranələri oxudu – “Siz Denikindən, Kolçakdanmı güclüsünüz ? Şura höküməti onlar kimi sizi də yox edəcək. Mən isə sizi bağışlayıram.”     Mən isə cavabımda –“ Siz yalançısınız. Sizin vədlərinizə inanan deyilik. Siz özünüzü də zavallı bir qulsunuz”- dedim.     Doqquz il idi ki, rahatlıq üzü görmürdük. Mən bunları deyərkən Abdullayev diqqətlə dinləyirdi. Tez-tez rəng verib rəng alırdı. Sözlərimi bitirdim. O mənə astaca:    -Qasım, yumşaq yataqda yatma, təslim olma – deyərək çıxıb getdi.    Bunu söyləyən Azərbaycanın Stalini idi. Yəqin ki, o da bu qızıl imperialistlərin kim olduğunu anlamışdı. Kommunist olduğuna görə əlindən heç nə gəlmirdi. Yenə də mübarizə aparan biz idik.    Bütün Qafqaz qayanyırdı. Dağlar, ormanlar bolşeviklərlə mübarizə aparan qaçaqlarla dolu idi. Hər tərəfdən basqınlar davam edirdi. Heç bir dövlətdən yardım almayan qaçaqlar mübarizədən geri çəkilmirdilər.    Bütün yollar nəzarət altına alındığından, gediş-gəliş buraxılış vərəqəsilə həyata keçirildiyindən bu dəfə Samuxa güclə gəldik. Bu yolculuq çətin olmuşdu. Belə bir plan cızdıq ki, bir maşın tutub yola çıxaq. Şəki istiqamətindən bir yük maşının gəldiyini gördük. Onu saxladıq. Sürücü rus idi. Adı da Mişka. Ayı adı. O, bizi maşına mindirmək istəmirdi. Bəhanə gətirdi ki, faraları yanmır. Bizdə isə iki gəmiçi fanarı vardı. Onlardan istifadə etsin deyə fanarları ona verdik. Əşyalarımızı, ərzağımızı maşına yüklədik. Qaçaqlar Mişkaya bir şüşə kanyak da içirtdilər. Biz doqquz nəfər idik. Mişka sərxoş olmuşdu, hər dəqiqə məndən haraya gedəcəyimizi soruşurdu. Mən isə “Çobangölü” qəzasına – deyib maşını asta sürməsini tələb edirdim. O isə bizi dövlət adamı zənn edirmiş. Ona görə də maşını sürətlə sürməyə can atırdı. Çoban gölünü keçdik. Qara gölün yanında isə benzinimiz qurtardı. Mən silahdaşlarımdan – Mişkaya göz olmalarını tapşırıb özümü hökümət adamı kimi apararaq benzin satılan yerə getdim. Mənə bir söz demədən iki qab benzin verdilər. Benzini maşının yanına gətirdim və baka tökdüm. Sonra yolumuza davam edib, sabaha yaxın Şəkiyə çatdıq. Şəhərə iki yol gedirdi. Biri şəhərin içindən, digəri isə kənarından keçirdi. Biz kənardan keçən yola girdik bir az getmişdik ki, yenindən benzinimiz qurtardı. İki nəfər götürüb yenidən benzin satılan yerə getdim. Həmin yer işlək yol olduğundan maşınlar gəlib keçirdi. Bir sürücünü saxlayıb benzini olub-olmamasını soruşdum. O, mənə acıqlı halda: - xeyr - dedi.     Ona inanmadım. Maşından yerə salıb açarlarını aldım. İçindəki müştərilərdən pullarının olub-olmamasını soruşdum. İçərilərindəki bir nəfər bizə şübhəylə baxırdı. Mən:     -Qardaşlar bizim sürücümüzü Moskvaya qaçırıblar. Bizə benzin lazımdır - dedim.     Sonra maşındakı əşyaları gözləmək üçün iki nəfər saxlayıb yeni sürücü tapdıq. Mən sürücünün yanında əyləşdim.     Mişka qaçmışdı, onun yerimizi xəbər vermək ehtimalı vardı. Biz isə Səfərabad qəsəbəsinin içindən keçməli idik. Bu da çox təhlükəli idi. Lakin məcbur idik. Elə buna görə də qaçaqlara :     Mən silah çıxarmayınca heç kəs silaha əl vurmasın deyə, əmr verdim. İmkan daxilində səssiz-sədasız keçməyimiz daha münasib idi.     Qəsəbənin içində iki kişi maşınımızı saxlatdırdı. Səbəbini soruşduqda bir şey olmadığını söylədi. Anladığıma görə Ərəşli Qaçaq Aslanın və dəstəsini təqib edən 500 nəfərlik milis dəstəsi onların izinə düşə bilmədiklərinə görə Musa bəyin oğlu Üzeyirə - Şuayib və Qasımı tapacağıq deyə xəbər göndərirlər. Üzeyir isə bizi qorumaq məqsədilə - əgər hamısını öldürə biləcəksinizsə hücum edin. Yox əgər bir ikisini vurub geri çəkiləcəksinizsə toxunub onları acıqlandırmayın – deyə əmr edir. Bu tapşırıqlardan sonra milis dəstələrinin rəisi qorxub geri çəkilir.     Milis qüvvələri çəkilib getdi. Mən qəsəbənin ağsaqallarından hansı yolun təhlükəsiz olduğunu soruşdum. Kəndin dövlət nümayəndəsindən : - Hansı yolun palçıqlı, hansının quru olduğunu soruşduqda,o dedi :     -Yollar hamısı palçıqlıydı. Lakin gün çıxıb qurutdu – deyə qarşımızdakı milis dəstələrinin çıxıb getdiyini işarə verdi. Bizdə qorxusuz vətənimizə döndük.     1929-cu ildə Azərbaycanda hərbi kommunizm zorla qəbul edilməsinə başlandı. Kütləvi sürətdə xalqımızın məhv edilməsi də o ilə təsadüf edir. Torpağın üzərində yaşamağımıza imkan yox idi. Hər kəs yetərincə azuqəsini götürüb yeraltı qazmalara çəkilir, əl çatmaq yerlərdə yaşamağa məcbur olurdu. Bu qanlı rejimin qorxusundan bizim əleyhimizə çıxanlarda artırdı. Bütün çətinliklərə baxmayaraq on il idi ki, bu qurluşa qarşı mübarizəmiz davam edirdi. Ona görə də bu qanlı ili, yarı qazma halında soyuq, yeraltı daxmalarda keçirməyə qərara aldıq. Bu normal insan yaşayışından fərqli dözülməz bir vəziyyət idi. Lakin çarəmiz yox idi. Kommunist rejimi özünə məxus qəddarlığı ilə insan haqqlarının qorunmasına tamam biganəydi. Yeni quracaqları dövlətin divarlarını bizim kimi minlərlə insanların qanı ilə hörmək əvvəlcədən planlaşdırılmışdı. Minlərlə insanın qohum-əqrabaları, uşaqları, qadınları, onların taleyi isə heç bir bolşevikin vecinə deyildi.     İlk bahar aylarında biz də dünya işığına qovuşduq. Ağaclar yarpaq açmış, aləm cənnətə dönmüşdü, silahdaşımız Fidail növbədəydi. Birdən qulağıma səs gəldi və mən o tərəfə qaçmağa başladım. Fidailin qarşısında bir rus dururdu əlində ov tüfəngi, qarşısında da çanta vardı. Mən onun çantasını, tüfəngini aldım və ona – bizlər rus rejiminə qarşı döyüşən qaçaqlarıq – dedim. Bu adam elə bil, sözlərimi anlamırdı. Dərdli bir çöhrəsi vardı. Mən bunu sizdən soruşmağa gəlmişəm – o bu sözləri çox səmimi söylədi. Özünün isə keçmiş çar zabiti olduğunu anlatdı. Məqsədi bizimlə görüşmək imiş. Onu yaşadığımız yerə gətirdim, dərdli-dərdli başına gələnləri danışmağa başladı. Dedi ki, köhnə çar zabiti olduğuna görə axtarışdaydım. Ona görə də ailəmlə birlikdə gizlicə Bakıya gəlməyi qərara aldım. Yanımda bir dostum da vardı. Məni tanımadılar. Onu isə tanıdıqlarına görə qandallayıb apardılar. Ayaqlarına dəmir bağlayıb dənizə atdılar. Bu faciə qarşısında zavallı həyat yoldaşı çaş-baş qalmışdı. Həmin qadın bir dalğıc tapıb pul verdi və ərinin cəsədini dənizdən çıxarmasını xahiş etdi.     Dalğıc orta yaşlı qara saçlı qüvvətli bir dənizçiydi. O, dənizə baş vurdu. Aradan bir müddət keçdikdən sonra suyun üzünə çıxdı. Heç kim onu tanımadı. Saçları bir saat ərzində qar kimi ağ-appaq olmuşdu. Qadın ona doğru qaçdı. Dalğıc səksəkəli halda dənizin dibində yüzlərlə cəsəd var, onları görüb qorxdum. Sənin ərinin isə kim olduğunu tanıya bilmədim. Ordakılar hamısı vəhşiliklə öldürülmüşdür. Sonra sözünə davam etdi – Məni dəstənizə qəbul edin, qəhramanlıqlarınıza sevinirəm və sizə inanıram. Qarşınıza çıxan bolşevikləri gəbərdin. Mən də əlimdən gələn maddi-mənəvi köməkliyi sizdən əsirgəməyəcəm. – O, bu hadisələri ağlaya-ağlaya danışırdı. Sonra bizimlə vidalaşıb getdi.     Bu adam rus da olsa sözlərində səmimiyyət vardı. Lakin xalqımızın atalar sözündə deyilir – “itlə dost olsan da dəyənəyi yerə qoyma”     Yenə o ərazidə su işləri ilə məşğul olan İvan adlı bir rusla tanış olmuşduq. Bu adam bizə su gətirirdi. Arabir önəmli məlumatlarda verirdi. Bir gün İvan belə bir məlumat verdi. Çar ordusunun keçmiş bir zabiti bizə beş yüz mauzer fişəngi, bir neçə tüfəng vermək istəyir. Çayın kənarında yerini də nişan verdi. Mən həmin yerə silahdaşlarımızdan üç nəfər göndərdim. Onlar da təhlükəsiz şəraitdə bu silahları və sürsatı götürüb gəldilər. Ondan şübhələnən bolşeviklər həmin yerdən İvanı yox etdilər.     Vaxt, zaman keçdikcə bizə məxsus olan ərazilər daralırdı. Kiçik qardaşım Əsədə toy etmək üçün Samuxa gəlmişdik. Toya hazırlıq görülürdü. Bizim evimiz kənddən bir az aralı idi. Evimizlə kəndin arasında bir məscid tikdirmişdim. Bolşeviklər gecə ikən gizlicə məscidin damına pulemyot çıxarmış və bizim evi hədəfə almışlar. Bizsə xəbərsiz idik. Düşmən ayıq imiş. Göyçay, Qarabağ, Şəki, Ağdaş və Zaqatalanın dövlət adamları Gəncə, Şamxor, Gədəbəy, Qazax bolşevik qüvvələri həmin gün Ramazan oğlu Rüstəmin üstünə hücum etmək üçün hazırlıq vəziyyətinə gətirilibmiş. Bunlardan xəbərsiz olan qardaşım Şirin xalam gilə gedərkən tutulmuş, bundan xəbərimiz olmamışdı. Sabah namazından əvvəl tövləyə gedib atları yoxladım. Geri qayıtdım. Şübhəli bir fakt gözə dəymirdi.     Gün çıxar-çıxmaz güllə səsi eşitdik. Bu güllə məsciddən bir silahdaşımıza atılmışdı. Silah səsləri çoxalanda məsələ aydınlaşdı. Məsciddən evimiz güclü atəşə tutulurdu. Hər tərəfdən milis nəfərləri evimizi mühasirəyə almaq üçün sürünə-sürünə bizə tərəf irəliləyirdilər. Birdən milislər “Ura” deyərək hücuma kecdilər. Biz evin içində 7 nəfər idik. Onlar isə çox idi. Lakin onlara göz açmağa imkan vermədik və Göyçay icra komitəsinin rəhbəri Məhəmməd bəyi əsgərləri ilə birlikdə öldürə bildik.Ayağa durmaq istəyən yerə sərilirdi. Bizdən isə yalnız bir nəfər yaralanmışdı. Bizə ardıcıl olaraq “təslim olun” deyə qışqırırdılar. Lakin müsəlman olduğumuza görə məscidə atəş açmırdıq. Məhəmməd öldürüldükdən sonra bir az atəş zəiflədi.     Toy üçün heyvanlar gətirməyə gedənlərin də bu vuruşmadan heç bir xəbərləri yox idi. Onlar heyvanlarla kəndə girəndə atəş səslərini eşidirlər və elə başa düşürlər ki, atəş səsləri toy şənliklərindən gəlir. Fəqət yaxınlaşdıqda hər şey aydın olur. Onlar heyvanları buraxıb kommunistlərin arxasında mövqe tutub atəş açırlar. Beləcə iki atəş arasında qalan bolşeviklər qaçmağa üz tutdu.     Axşama yaxın toy yeri cəhənnəmə dönmüşdü. Uşaqları və qadınlarımızı götürüb kəndimizdən uzaqlaşdıq. Xalam oğlu Hüseyni vurmuşdular, onun atası bir-iki il əvvəl bolşeviklər tərəfindən edam edilmişdi. Bolşeviklərə qarşı kini olmayan yox idi. Partiyaya daxil olanlar da bizə kömək etməyə can atırdılar.     Ortalıq sakitləşəndə düşmən tərəfdən ölənlərin saçlarından tutub bir yerə topladıq. 37 cəsəd vardı. Yaralılar arasında “barmaqsız Nadir”də gözümə dəydi. Mən ondan nə üçün bunlara qoşulduğunu xəbər aldıqda dedi :     -Biz buraya xəbərsiz gətirdilər. Bizi tamamilə başqa bir məqsədlə toplamışdılar. Mən silahdaşlarımızdan İskəndəri axtarırdım. Bir də nə görsəm yaxşıdı. Bu ağır mübarizədə o qədər yorulub ki, başını bir cəsədin kürəkləri üstünə uzadıb mışıl-mışıl yatmaqdadı. Ertəsi gün leşləri arabalara yüklədib vilayət mərkəzinə göndərdim.    Qanlı bolşeviklərə qan udduran Ramazan oğlu Rüstəmin üzərinə gedən qüvvələr onu tapmadıqdan sonra bizi təqib etmək üçün qərar çıxararaq Samuxa doğru irəlilədikləri barədə məlumat aldım. Lakin onlar bizim yanımızdan qaçan milislərlə qarşılaşdıqdan sonra Samuxa gəlməyə qorxaraq geri döndülər, arabalardan aparılan cəsədləri gördükdən sonra isə mütəəsir olaraq yeni planlar cızmaq üçün arxaya çəkilirlər.    Vurulan xalam oğlu Hüseynin dəfnilə məşğul idik. Birdən kənd icra nümayəndəsinin bizə doğru qaçdığını gördük. Çox həyacanlı şəkildə mühasirəyə alındığımızı bəyan etdilər. Hazırlaşmağa da vaxtımız qalmamışdı. Bir azdan güllələr dolu kimi başımız üzərinə yağmağa başladı. Təkrar olaraq yeni vuruşmaya girişdik. Mən qaçaraq evə girdim, beş yüz metr aralıda isə dəyirman vardı. Milislərdən birinin atını dörd nala çapıb dəyirmanı tutmağa getdiyini gördüm. Atdığım birinci güllə boşa getdi. İkinci güllədən sonra milisin atı ilə bərabər aşdığını hiss etdim. Basqı getdicə qızışırdı. Axşam düşsə də atışma kəsilmirdi. Biz onları bir az üstələnmişdik. Ancaq onların qüvvələri çoxalırdı. Yeganə çarəmiz – sürünüb aradan çıxmaq idi. Süründüyüm zaman bir böyürtkənli çalaya düşmüşdüm. Mən çaladan çıxmaq istəyəndə qaçaqlar bağırdılar :     -Başını əy səni vuracaqlar.     Bizimlə vuruşan milislərin içərisində Birinci Dünya müharibəsində bir yerdə döyüşdüyüm İdris də vardı. Onunla dost idik. Onlar məni görmüşdülər. Bu zaman məni nişan alan milisə İdris qışqırır:     -Ona atəş açsan mən də səni öldürəcəm o, kommunist olsada ləyaqətini saxlamışdı. Axşam qaranlığından istifadə edib oradan da uzaqlaşa bildik. Bizdən sonra həmin yeri darmadağın etmişdilər. Evimin qarşısında yaxşı bağ salmışdım. Əllərindəki qılıncla həmin ağacları doğramışdılar. Kəndimizdəki 18 ev tarmar edilmişdi.     Ağabəyim Şirini tutub evimizə gətirirlər, onun öldürülməsi məsələsi ortaya atılanda bu iş Gəncə vilayəti İcra Komitəsinin rəisi Əli Məmmədova həvalə olunur. Kommunist olmasına baxmayaraq xalqımızın adət-ənənələrinə sadiq qalan Məmmədov :     -Mən bu evdə çörək yemişəm. O, çörəyi itirə bilmərəm. Amma bu evi öz əlimlə dağıdaram – deyir.    Şirini edam edib, evimizi yandırırlar. Onun cəsədi buradan aparılmasın deyə həmin yerə qaravolçular təyin edilir. Onlar bu üsullarla bizi təslim etmək niyyətindəydilər.     Biz yenə dağda-daşda,ormanlarda dolaşırdıq. Aradan bir müddət keçmişdi. Gəncə şəhərinin İmamlı məhəlləsindən Səid Əli adında bir köhnə dostumu hökümət tərəfindən Tomuluya göndərirlər. Orada Şirinin oğlunu görür deyir ki, atasının cənazəsini çıxarıb dəfn etmək üçün ərizə ilə müraciət etsin. Beləliklə, Şirinin meyidini çıxarıb dəfn edirlər.     Artıq ilk bahar gəlmişdi. Samuxun Yelləngüc kəndinin yanında sıx bir orman vardı. Kür çayı bu ormanın yanından axırdı. Biz də ordaydıq. Bir gün qarovulçu xəbər verdi ki, bizi yenidən mühasirəyə alıblar. Qamçını qaçaqlara verib onun nişan verdiyi yerə gəldim. Öz qəddarlığı və namərdliyilə tanınan qəddar çekist gəmiçi Kərimlə üz-üzə gəldik. Onlar bizi axtarırdılar. O, silaha əl atınca mən onun ağzından gülləylə vurdum, yanındakı iki köməkçisini də öldürdüm. Aradan yarım saat keçməmiş kənddəki rus əsgərləri bizi mühasirəyə saldı. Biz keçidi tutub, hücum edənləri öldürdük. Camal yaralanmışdı. Axşamadək atışıb qaranlıqda aradan çıxa bildik.     O ilin baharıydı. Yelləngüc kəndinin dəyirmanı yaxınlığında dolaşdıq. Ağcaqanadlar qara bulud kimi başımızın üzərində qaynaşır, bolşeviklər kimi onlar da bizə aman vermirdilər. Qarasaqqaldan Beçə oğlu Məcidin oğlu Hilal ilə çoban Yusifin oğlu Cəlil barama qurdu yetişdirmək üçün xalqa əvvəlcədən pul vermək üçün əraziyə gəlmişdilər. Hər ikisi də kommunist olmuşdu. Onları tanıyırdım. Yanıma çağırtdırdım. Gəldilər. Haraya getdiklərini soruşanda barama yetişdirmək üçün xalqa avans pul verdiklərini anlatdılar. Onlardan nə qədər pulları olduğunu soruşduqda 6 min – deyə cavab verdilər. Bizim pulumuz qurtarmışdı. Mən dedim – Hökümətin pulu bizə halaldır. Pulları verin. Pulları əllərindən aldım. Zavallı insanlar olduğuna görə onlara toxunmadım.     Fəqət kommunist olduqları üçün onları da sonradan öldürəcəkdim. Mən – dəlləyiniz yoxdumu, nə üçün saçlarınız belə uzundur, siz qadınsınızmı – deyə soruşdum. Yanımdakı silahdaşımdan ülgücünün olub-olmamasını xəbər aldım – var, deyə cavab verdi. Ondan bunların başlarını qırx. Bəhanə edən silahdaşım – axı, ülgüc kordu. Onda gərək dərili zadlı başlarını soyum, - deyə cavab verdi.     -Bir azdan hər ikisini daz başla yanıma gətirdi. Onların hər ikisini ağaca bağladım. Ağcaqanadlar sürütək onlara hücum çəkdi. Mən qoy ağcaqanadlar onlardakı rus qanını sorsunlar – dedim. Bunu dedikdə ikisidə yalvarmağa başladı. – Qasım ağa amanın bir günüdü, bizi öldürmə. Mən dedim :     -Axı, siz kommunistlərin qanunlarında mərhəmət yoxdu.     Onlar yenə yalvarır bildirdilər ki, bizi buraxsanız bu dediklərinizi rəislərimizə çadırarıq.     Axşam üstü onları sərbəst buraxdım. Hər ikisi arxaya baxmadan şəhərə doğru qaçdılar. Onlar şəhərə çatıb tanınmış bir qəzet redaktorunun yanına getdilər. Bildirdilər ki, “Dəyirman göl yanında Qasımın bir dəlləyi var adamın birini üç minə taraş edir. İcra Komitəsi rəisi istəyirsə buyursun” Bu yazı qəzetdə çıxır. Onlar başlarına gələni də danışırlar.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - V hissə

   1923-cü ilin yayında Zaqatalanın Uzun Qazmalar kəndində Osman adında bir dostumuzun evində qonaq idik. O, mərd bir kişiydi. Bizi ərzaqla təmin edib mühüm məlumatlar verirdi. Onların kəndi bağlı-bağçalı cənnətə bənzər bir əraziydi. Osman mənə maraqlı bir əhvalat danışdı. Dedi ki, bu günlərdə səhər tezdən bağı yoxlamağa çıxmışdım. Gördüm ki, uzunboylu, qüvvətli bir rus meyvə ağaclarının arasında mənim dəryazımla ot biçir. Ona yaxınlaşıb soruşdum :      -Sən nə üçün icazəsiz mənim bağıma girmisən ? O, bu sözümdən hirslənib üstümə şığıdı. Əlindəki dəryazın sapı ilə məni döyməyə başladı. Başımı əyməsəydim dəryazla boğazımı üzmüşdü, qorxudan fındıq kollarının arasına girdim. O yenə sakitləşmirdi. Yenidən üstümə hücüm çəkdi. Sonra əlindəki dəryazı tullayıb əyləşdi. Cibindən tənbəki çıxarıb qəlyanını doldurdu. Mən hiss etdim ki, o çox kədərlidir. Mənə də tənbəki uzadıb, çək- dedi. Sonra mənə üz tutub – Oğlan bir yaba o nədi ki, məni təhqir etdin ? Mənim kim olduğumu bilirsənmi ? Axı, mən məşhur fabrikant, milyoner Morozovların nəslindənəm. Ölümdən qaçdım ki, izim itsin. Hər şeyimizi əlimizdən aldılar. Sən elə bilirsən ki, bu qədər bağ-bağça sənə qalacaq ? Bolşeviklər sizidə dilənçi qoyacaqlar.     Onun bu sözləri mənə çox təsir etdi. Sonralar dostlaşdıq. Ara-sıra görüşüb siqaret çəkirdik. Söhbətimiz tuturdu.     Osmanın bu söhbəti mənə də çox təsir etdi. Günlər keçir bolşeviklər isə qüvvətlənirdilər. Təslim olmaq isə ağlımıza belə gəlmirdi. Gəncənin Gədəbəy nahiyəsində Məcid bəy, yaxınları və oğlanları ilə qış aylarında dağların zirvəsindəki Koroğlu qalasına çəkilmişdi, fürsət düşdükcə bolşeviklərə divan tutub onlarla əsgərini məhv edirdi. Mağara ətrafında qarın hündürlüyü bir metrə çatdığından yerləri bəlli deyildi. Nəhayət onların yerlərini müəyyən edib qarı təmizlətdilər. Mağara yaxınlığında istehkam qurub xeyli qoşun gətirdilər. Məcid dəstəsiylə davaya girişdi. 12 gün çarpışma oldu. Mağara ətrafı bolşeviklərin meyidlərilə dolsa da qoşunun ardı-arası kəsilmirdi. Məcid dəfələrlə özümüzünkülərə :     -Siz, arxa tərəfdən aradan çıxın, mən qoşunun qarşısına heç olmasa bir saat saxlaya biləcəm – desə də heç bir silahdaşı onu tək buraxmadı. Lakin Məcid sonuncu dəfə onlara əmr edir. Adamlarının xeyli hissəsini aradan çıxarır və özü tək başına üç gün, üç gecə döyüşür. Silah-sürsatı qurtardığını hiss edib sonuncu gülləni ürəyinə sıxır. O öləndən sonra da bir müddət bolşeviklər mağaraya girməyə cürət etmir və nəhayət oraya bir nəfər daxil olub Məcidin öldüyünü görür və çıxıb bolşeviklərə muştuluq verir.     Yenə Gədəbəyin İnəkboğan kəndindən Məlik bəy, Qaraağac kəndindən Molla Zeynalın oğlu Abuzər, Gədəbəyin özündən Mustafa ağa eyni vaxtda bolşeviklərlə döyüşürdülər. Bizim dəstəmiz də fürsət tapıb basqın edir, bolşevikləri göz açmağa qoymurdu.     Samuxun Ocaq kəndi yaxınlığında dağ ətəyində Sarısu deyilən yerdə qoyun sürüləri vardı. Neçə müddət idi ki, bu ərazidə gəzib-dolaşırdıq. Sürülər dərənin içindəydi. Növbətçi bizə əlli nəfərlik bir dəstənin yaxınlaşdığını xəbər verdi. Biz onları görsək də onlar bizi görə bilmirdilər. Onlar sürülərə yaxınlaşıb atlardan endilər.Çobanlar gələnlərin atlarını çəkib bağladı. Onların komandiri İdrisi yaxşı tanıyırdıq. Bu canavar harda olursa-olsun qaçaqların yerini öyrənmək üçün günahsız insanlara işkəncə verir, bəzən dəmiri qızdırıb danışmayanlara heyvan kimi dağ basıb öldürürdü. O da atından endi. Çobanın çomağını alıb kəlləsinə vurmaq istəyəndə güllə ilə sağ qolunu qırdım. Sonra nərə çəkib “təslim olun” deyə bağırdım. Güllələr dolu tək yağdığını görən bolşeviklər silahlarını atıb təslim oldular. Hamısını mal damlarına doldurduq. İçərisində Mühiddin adlı bir yaşlı adam vardı. Onunla həmin sürünün sahibi mənə yalvarmağa başladı. Qasım dedi :     -Əgər bunları öldürsən bizim nəslimizi kəsəcəklər. Bu dağlarda çoban qalmayacaq. Mən bunu başa düşürdüm. Qaçaqlar İdrisi tövlədən çıxarıb xəncərlə qırılan qolunu kəsib tək qolla buraxdılar.     Aylar-illər keçirdi. Daimi yerimiz olmadığı üçün ormanlarda, dağda-daşda gəzib dolaşırdıq. Ara-sıra döyüşlərimiz də olurdu. 1927-ci ilin son bahar ayında bizimlə görüşmək üçün Moskvadan bir dəstə adamın gəldiyini xəbər verdilər. Yanıma adam göndərdilər. Mən görüş yeri təyin etdim. Bizə təslim olmağı da təklif etdilər. Əgər təklif qəbul olunsa bizə toxunulmayacağına və vəzifə verəcəklərinə də söz verdilər. Onların içərisində Şükrü Köçərli adlı bir vəzifəli adam da vardı. Mən hiss etdim ki, onun mənə deyəsi məxfi sözü var. Bir az kənara çəkildim.     Ələs də yanımdaydı. Şükrü ona şübhə ilə baxdıqda – doğma qardaşımdı, dedim. O isə sakitcə dedi :     -Qasım bəy, bu vədlərə inanma, səni tutan kimi öldürəcəklər. Heç vaxt təslim olma, yeganə ümidim sənədi.     Bu insan əsl türk qanı daşıdığını sübut edirdi. Əgər kommunistlər içərisində Şükrü kimilər olmasaydı allah bilir ki, xalqımızın taleyi necə olardı. Fəqət belələrini də qısa zamanda “rus mujikləri”, “erməni dığaları” ilə əvəz etdilər. Axırda Şükrü bizi toplayıb nitq söylədi: - Yoldaşlar, təslim olun, əks təqdirdə məhv olacaqsınız. Hələ ki, imkan var.     Onun bu nitqini dinlədikdən sonra yollarımız ayrıldı. Onlar Gəncəyə, biz isə ormanlara üz tutduq.     Ceyran düzü deyilən böyük bir ərazidə “Qanlıdərə” adlı bir yer vardı. Mənbəyini Gürcüstan ərazisindən götürən çay yağışlı havalarda aşıb-daşır, hər il həmin yüzlərlə adam sulara qərq olurdu. Ona görə də həmin yerə “Qanlıdərə” deyirdilər. Həmin dərənin kənarı münbit olduğundan otların hündürlüyü bəzən bir metrə çatırdı. Biz ora gəldik. Ərzağımız tükənmişdi. Suyumuz da yox idi. Ümidsiz halda otlaq sahələrinin içərisində gəzməyə başladım. Birdən ayağıma nəyinsə ilişdiyini hiss etdim, aşağı əyildikdə gözlərimə inanmadım. 10-12 kiloqramlıq qarpız idi. Yəqin ki, ötən il kimsə burada qarpız yeyib tumunu da torpağa basdırıb, arzulayıb ki, qismət olsa gələn il gəlib dərərəm. İndi isə həmin qarpızlar bizim ruzimiz oldu. Hər tərəf yetişmiş qarpızla doluydu. Mən ayağımın altındakı dərib qucağıma aldım. “Qarpız satıram, alan varmı” deyə çığırdım. Zavallıların susuzluqdan ağızları qurumuşdu. Onlar da mənə tərəf gəlib hərəsi bir dənə qarpız dərdi. Əyləşib doyunca yedik. Allahın bizə qismət etdiyi nemət idi.     Dövlət adamları ilə görüşümüzdən bir ay keçmişdi. Yerimizi dəyişmək üçün sallarla Kürü keçib gecə düşdüyünə görə dincəlmək istədik. Ağacların dibində yapıncıları salıb uzandıq. Qardaşım Əsədlə Fidail növbətçiydi. Məni yuxu apardı və yuxuda gördüm ki, əzrayıl gəlib bir nəfərin canını almağa, qışqırıb ayıldım. Qaçaqlar yorğun olduğundan hamısı yatmışdı. Ayağa qalxıb növbətçiləri yoxladım. Onlar da şirin-şirin yuxudaydı. Əsədlə Fidailin qamçılarını və silahlarını götürüb gizlətdim. Sonra isə - “təslim olun”- deyə qışqırdım. Onlar möhkəmcə qorxdular.     Səhər tezdən isə qoyun kəsib yemək hazırladıq. Əlavə iki atlı qonağımız da gəldi. Biz yemək hazırlamaqla məşğul olan zaman qarşımızdan dörd arabanın keçdiyini gördük. Arabalarda on nəfər əyləşmişdi. Onlara baxıb şübhələndim, qalxıb yanlarına getdim. Yaxınlaşdıqca şübhəm daha da gerçəkləşirdi. Əyinlərindəki paltarların qolları bəzisində uzun, bəzisində isə qısaydı. Bu paltarların onlara məxsus olmaması aydınca hiss olunurdu. Bunlar işçi paltarlarına bürünmüş rus əsgərləriydilər. Arabalara yaxınlaşanda isə otların altında parıldayan dəmir əşyalar gördük. Yəqin ki, iriçaplı makinalı silahlar idi. Onların başçısı zalım bir insan kimi tanınan kommunist mühəndis Vasili Fyodroviç idi. Arabanın arxasında isə Qubalı Abdullayev əyləşmişdi. Mən Abdullayevə salam verdim. O da salamımı aldı. Hara getdiklərini soruşduqda dili topuq çaldı. Başa düşdüm ki, onlar bizi mühasirəyə salıb məhv etmək üçün əraziyə gəliblər. Mənə yanlış bir məlumat verdi ki, güya Kürün üzərində yeni keçid tikəcəklər. Mən xeyirli olsun – deyib geri döndüm. Bir az uzaqlaşmışdım ki, bir əl bombasının mənə tərəf atıldığını gördüm. Xoşbəxtlikdən bomba bizdən aralı bir ağacın ətrafındakı qumsallığa düşdü və orda ağaca bağladığımız bir at param-parça oldu. Elə bu zaman qaçaqlardan biri: - Nə durursan arxadan gələn kafiri gəbərtsənə - deyə qışqırdı. Mən arxaya dönər-dönməz onu cəhənnəmə göndərdim. Amansız mücadilə başladı. Atəş səsindən barıt iyindən durmaq olmurdu. Bizdəndə ölənlər oldu. Əmim oğlu Cəbrayıl isə ağır yaralandı. Bizim isə əsas məqsədimiz Vasili və Qubalı Abdullayevi vumaq idi. Buna da nail olduq. Onları öldürdükdən sonra milislərdən də məhv edə bildik. Sağ qalanlar isə canlarını qurtarıb qaçdılar. İki yaralımızı aparmaq üçün müsafirlərimiz öz atlarını bizə verdi. Axşam tərəfi olduğuna görə həmin yerdən aralanmağı qərara aldıq və yolda qarşımıza çıxan iki əsgəri də öldürdük. Biz doqquz nəfər idik. İki yaralı at belində biz isə piyada yol gedirdik. İçimizdən ən yaşlısı Rüstəm Ağabəy idi. O, bizlə ayaqlaşa bilmədiyindən ayaq saxlayıb soruşdum:     -Ağabəy, bəlkə nəsə olub görürəm ki, çətin yeriyirsən ?     O, qaçaqlara bildirmə, yaralıyam dedi, bağırsaqlarım da bayıra çıxıb. Onun qoluna girdim. Bir təhər Ceyran çölündə Kərbalayi Hacıların arxasınca gəldik. Hacı bizi qonaq etdi, qoyun kəsdirdi. Yeməyimizi yeyib yaralıların yaralarını sardıq və sonra yerimizi azdırmaq üçün əlimizdə olan iki atıda güllələyib dərəyə atdıq. Hacı bizə iki qatır verdi, yaralılar qatırlarda, biz isə piyada Ceyran çölünün ucsuz-bucaqsız ərazisilə irəliləməyə başladıq. Qarşımızda sürü-sürü ceyranlar qaçırdı. Ramazan oğlu Rüstəm bir ulduzu göstərib, bu ulduza tərəf gedək, indi çobanların arxacları görünəcək – dedi. Arxaclara yaxınlaşanda mən qurd kimi ulamağa başladım. Səsini eşidən çoban itləri hürməyə başlayanda arxacların yaxında olduğunu anladıq. Biz, bir azdan “Koroğlu mağaraları” deyilən yerə çatdıq. Çobanlarla görüşdük və izimizi yox etmək üçün onlar gəldiyimizi yolla qoyun sürülərini gəzdirdilər. Bu mağaralarda bir ay yarım dincəldik. Çobanlar bizi ətlə və ərzaqla təmin edirdilər. Havalarda tədricən isinməyə başlayırdı.     Biz həmin yerdən ayrılıb Şəmkir istiqamətinə getdik. Şəmkir stansiyası və ilə Qaracaəmirli kəndi arasında bizi təqib edən, məhv etmək istəyən yerli kommunistlərdən Əmirxan Əlirza oğlunu və dəstəsinin yerini öyrənib hamısını güllələdik. Sonra yerimizi dəyişib Quşqara çayı tərəfdəki vadidə gizlənə bildik. Ora qamışlıq idi. Baharın gəlməsi, ağacların çiçək açmasından məlum olurdu. Bir neçə gün dincəlib ulduzlarla istiqamətimizi təyin etdik. Yenidən Samuxa döndük.     Bir müddət keçdi və eşitdik ki, Gəncə yaxınlığındakı Safıkürd kəndindən Yüzbaşı Cəlal bizi yaxalayıb öldürmək, yaxud dövlətə təhvil vermək barədə tədbirlər görür. Bu barədə dövlət məmurlarına söz də verib. Bu adam həmin kənddən bir nüfuzlu imamın oğluydu. Samuxa qoşun çəkən Cəlalı atası çağırıb deyir :     -Oğlum, Samuxa gedən geri qayıtmır. Allahdan qorx, bu işdən əl çək – deyə onu fikrindən daşındırmaq istəyir. Cəlal isə - Mən Allah filan tanımıram. Mənim Allahım kommunizmdir. Söz vermişəm, gərək Qasımın kəlləsini gətirəm – deyir.     Biz, Qavrı çayının kənarında istirahət edib yeni mücadiləyə hazırlaşdığımız vaxt bir çobanın bizə tərəf gəldiyini gördük. O tanışımız idi... Mən yerimdən qalxıb onu qarşıladım. Hal-əhval tutub dedi ki, bir yüzbaşı ilə bir neçə əsgər səninlə görüşmək istəyir. Mən cavab verdim :     -Get söylə ki, ayrılıqda özü və iki əsgərilə gələrsə görüşə razıyam. Çoban bizdən ayrıldı.     Axşam üstü onlar vədləşdiyimiz yerə gəldi, mən də önəmli yerlərə adamlarımı düzüb onları gözləyirdim, yaxşılıq əvəzinə yüzbaşı yavalıq etməyə başladı. Onların planları beləymiş ki, danışıqlar bitəndə pusquda olanlar hücum edib bizi tutsunlar. Bundan da heç birimizin xəbərimiz yox idi.     Mən silah səsi eşitdim. Bunu bizimkilərin atdığını his edib :     -Bu qonağa hörmətsizlikdi – deyə qışqırdım. Sonra öyrəndim ki, qaçaqlardan biri vurulub. Cəbrayılı öldürüblər. Bu zaman növbətçi dayanan qardaşım Ələs bizə tərəf qaçıb qışqırdı – nə durursan – deyərək Əsəd də silaha sarıldı. Mən danışığa gələnlərin vurulmamaları üçün araya girdim. Elə bu vaxt hiss etdim ki, yüzbaşı məni nişan alıb. Lakin mən çevrilməmiş Ələsin gülləsi qoltuğumun altından keçib yüzbaşını yerə sərdi. Bu hadisə bir anlığa baş verdi. Gələnlərin ikisini də mən öldürdüm. Aləm cəhənnəmə bənzəyirdi. Aralıda qardaşım Əsədi gördüm. O dayanmışdı. Mən ona tərəf qışqırdım: - Niyə dayanmısan ? yaxın gəlsənə ? O, mənə - dur, dedi, məni yaraladılar. Barı siz döyüşü davam etdirin. O sonra sürünə-sürünə bizə yaxınlaşdı. Ağır yaralıydı. Bu da azmış kimi şiddətli yağışda yağmağa başladı. Elə o anda da bizlə döyüşənlər qaçıb getdilər. Mən qaçaqları yoxladım, məlum oldu ki, iki nəfər yoxdu. Belə hallarda bizim parolumuz vardı. Qurd kimi ulamağa başladım. Bir az keçdikdən sonra cavabını aldım. Onlarla qovuşa bildik, gecəni isə yaxınlıqdakı bir arxacda qalmalı olduq.     Sol ayağından yaralanan qardaşım Əsədi bir ata mindirib Alazan çayını keçdik. Sonra isə daha təhlükəli bir yerdən keçməliydik. Yaralı qardaşım Əsəd özünün bizə yük olmasına dözmürdü. Tələb edirdi ki, onu buraxıb gedək. Silahını da yanında saxlayaq. Gücü çatdığı qədər düşmənlə mübarizə aparıb son gülləsini də özünə vuracaq. Bu əl kişilik idi. Lakin biz hamımız ölsək də Əsədi qoyub getmək ağlımıza belə gəlmədi. Allah burda da bizləri qorudu. Hamımız sağ-salamat keçidi adladıq. Dağ ətəyindəki sərt qayalara sığındıq. Orada Əsədin vəziyyəti tamam ağırlaşdı. Neçə gün idi ki, yuxu yatmırdı. Qarnı da qaval kimi şişmişdi. Mən bir qoyun kəsdirib dərisini su ilə doldurdum, qamışdan da boru düzəltdik. Sonra Əsədi imalə etdik. Ona yalnız süd və su verirdik. Bu zaman Zaqataladan qaçaq Şüayib də 25 nəfərlə gəlib çıxdı. Onların arasında həkim də vardı. Mənu bunu gizlicə həkimə bildirdim və o da Əsədin müalicəsi ilə məşğul olmağa başladı. Bir iki gündən sonra Şüayib dəstəsilə çıxıb getdi. Biz isə vətənimiz Samuxa doğru yol başladıq. Ona görə ki, ordakı insanlara inamım yox idi.     Səhər erkən “təslim olun” çığırtısı bizi çaşdırdı. Üstümüzə basqın etmişdilər. Həmin gün axşamadək atışmamız davam etdi. Bir nəfərimiz yaralansa da onların çoxunu öldürə bildik. Sonda isə atışa-atışa bir kəndə girdik. Qorxusundan heç kəs bayıra çıxmırdı. Bizimlə atışanların birini tutub ağacla döyə-döyə öldürdük və yerimizi dəyişdik. Yenə də bizi məmləkətimizin xeyirxah çobanları qorudular.     Bolşeviklərin qaçaqları öldürmək üçün qızışdırıb ortaya atdıqları bir nəfər də öz qəddarlığı, namərdliyilə aləmə bəlli olan çoban Qasım idi. Bu insan öldürdüklərinin qanını içməyə hazır idi. Bizim olduğumuz yeri Qasım dövlət adamlarına nişan verdiyinə görə ətrafımıza xeyli canlı qüvvə toplamışdılar. Yerimizi dəqiqləşdirmək üçün çobanlara işgəncə verirdilər. Bu zaman Bincalı qəbiləsindən olan bir gənc qan-tər içində özünü bizə çatdırıb bəzi məqamları anlatdı. Bu xəbəri alıb ormandan keçən şose yolunu nəzarətə aldıq. Bir az irəlidəki qəsəbədən siqaret almaq məqsədilə iki silahdaşımız bizdən ayrılmışdı. Bu zaman şose yolu tərəfdən yaxşı tanıdığım Məhəmməd dayının sürüsünün bizə tərəf gəldiyini gördüm. O yanımıza çatdı. Mən hal-əhval tutsam da Məhəmməd dayı bir kəlmə də danışmırdı. Əlini ağzına qoyub susurdu. Sürü yanımızdan keçən anda arxadan bizi tutmağa gələnləri gördüm. Onlar isə bizi görmürdülər. Bolşevik qüvvələri tam yaxınlıqdaydı. Böyüklərinin adı Qəmbər idi. Onlarla atışmağa başladıq, aralarına vəlvələ düşdü. Yaxınlıqdakı kəndi çox yaxşı tanıyırdım. Onların hansı evə gedəcəklərini də zənn etmişdim. Bu vaxt Fidail bir siqaret yandırdı. Bir iki udum çəkib mənə tərəf qışqırdı :     -Gəlirlər, - Onun qımıldamağa belə halı qalmamışdı.     Çoban Qasımın və adamlarının bizə doğru gəldiyini gördük. İkimiz də eyni anda atəş açdıq. Qasımın atdığı güllə başımın üstündən boşa getdi. Mən isə hərifi düz köksündən vurmuşdum. Aləm yenə cəhənnəmə döndü. Qanlı bir döyüş başladı. Çoban Qasım ağır yaralı halda sürünüb şose yoluna çıxaraq yol ilə gedən arabaçıya yalvarırdı ki, onu aparsın. Arabaçı əvvəl tərəddüd etsə də sonra onu arabaya uzadıb üstünü samanla örtdü. Mən bunu görsəm də bir şey əlimdən gəlmirdi.     Ona görə ki, hədəfdə mən idim. Vuruşma isə şiddətli gedirdi. Yerimdən qımıldamaq məqsədə uyğun deyildi. Ormanı yaxşı tanımayanları bir-bir məhv edə bildik. Qalanlarını isə qovalaya bildik. Hacı Qurban oğlu Sarı Qafar, Saro və Faxralı Çoban Qasımı Qurutlu körpüsündə pusquya salıb öldürdülər. Sarı Qafar igid bir qaçaq idi. Hökümət onunla bacarmadığı üçün öz yaxınları tərəfindən öldürtmək niyyətinə düşdülər. Əmisi oğlu Talıb satqınlıq etdi. Alçaqlığı üzərinə götürüb Qafarı təqib etdi və yaylaqda onu yaralayıb öldürdü.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

"Əhalinin 99.7 faizindən çoxu işğaldan azad edilən əraziləri hələ görməyib"- Mustafa Hacıbəyli

Torpaqlar azad olunandan sonra keçən 3 ilə yaxın müddət ərzində cəmi 3 minə yaxın məcburi köçkün Qarabağa qayıdıb. Halbuki ölkədə 700 mindən artıq məcburi köçkün var.  Qarabağa səfər edənlərin sayı da azdır. Bu günədək ümumilikdə 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib (rəsmi məlumat). Onlardan biri olaraq, mən dostlarımla cəmi 4 saata yaxın müddətdə Şuşada ola bilmişəm. Yəni, əhalinin 99,7 faizdən çoxu işğaldan azad olunan əraziləri hələ heç görməyib də. Bu rəqəmlər sübut edir ki, Qarabağ erməni işğalından azad edilsə də, Qarabağ hələ azad deyil - xalqa məxsus deyil.  Qarabağa azadlıq! Mustafa Hacıbəyli, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri 

Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilib

Yazıçı-tərcüməçi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Dünya ədəbiyyatı şöbəsinin müdiri Nəriman Əbdülrəhmanlı Qazaxıstan Prezidentinin müvafiq sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib. O, bu ali mükafata Azərbaycan – Qazaxıstan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. Mükafat yazıçı-tərcüməçiyə Qazaxıstan Respublikasının milli bayramı münasibətilə Bakıda keçirilən qəbul zamanı Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel tərəfindən təqdim olunub. Nəriman Əbdülrəhmanlı qazax nəsrindən bir sıra tərcümələri ilə tanınır. O, böyük Abayın “Qara sözlər” fəlsəfi traktatını, “Qazax nəsri” antologiyasını, görkəmli yazıçı Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” kitabını Azərbaycan dilinə tərcümə edib. O, hazırda daha bir bənzərsiz qazax yazıçısı Sətimjan Sanbayevin əsərlərinin tərcüməsi üzərində işləyir. Qeyd edək ki, Nəriman Əbdülrəhmanlı 1958-ci ildə Saqareco rayonunun Düzəyrəm kəndində doğulub. Əsərləri türk, rus, ərəb, gürcü, bolqar, fransız, çex, fars və ingilis dillərinə tərcümə olunub. Birinci Qarabağ müharibəsinin veteranıdır. Sözcü.az

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - IV hissə

 Ərzaq ehtiyatımız yenidən tükənirdi. İzi itirmək üçün axşam düşəndə Şəmkir istiqamətində yola çıxdıq. Qədirlidəki keçidə çatdıq. Hər keçid bir çavuş və 12 əsgərlə qorunurdu. Onların gecələr atəşdən daha bərk qorxduqları bizə məlum idi.     Bərədən keçmək təhlükəli olduğundan bir qayıq oğurlayıb Kür çayını keçdik. Qaçaq Rüstəmin, Təhməzin vətəni Qaracaəmirlidə dəmir yolunun yaxınlığındakı bir evin mal tövləsində 15 gün qaldıq. Ev sahibi ən etibarlı dostlarımızdan biri idi. Mal tövləsinin yarısında biz, yarısında isə mal-qara qalırdı. Axurlarda yatırdıq. Burda da bəxtimiz gətirmədi. Dövlət tərəfindən qaçaqları tutmaq üçün Qaracaəmirliyə göndərilən milislərdən 5 nəfərini də gecələr qalmaq üçün bu evə göndərmişdilər. Həmin adamlarla bizi nazik bir divar ayırırdı. Danışıqlarını aydınca eşidirdik. Onların atları da tövlədə bağlanmışdı. Birdən onlardan ikisi atlarını tumarlamaq üçün tövləyə girdi. Atlarına sığal çəkib çıxdılar.     Onlar Seka oynayırdılar. İki düşmən nazik bir divarla bir-birindən xəbərsiz əyləşmişdik. Danışıqlarını da eşidirdik. Arabir Məmmədqasım, Samux sözlərini aydınca eşidirdik. Bunlar vəzifə almaq üçün könüllü milis dəstələrinə qoşulan həmyerlilərimiz idi. Ertəsi gün onlar, iki gündən sonra isə biz kəndi tərk etdik. Yenidən anamız kimi bizi qoruyan ormanlara çəkildik. Sabahı Qədili deyilən bir yerdə keçirdik.     Rusiyanın Volqa boyunda olduğu kimi Qafqazın da müxtəlif yerlərində yerləşmiş alman kəndləri vardı. Bunlar ziraət və şərabçılıqla məşğul idilər. Türk-müsəlman xalqları ilə dostluq edirdilər. Biz də onları çox sevirdik. Onlar qızlarını ermənilərə verməz, müsəlmanlarla isə ailə qurmalarına mane olmazdılar.     Biz Qədilidə ikən köhnə bir alman dostum Ramazan oğlu Rüstəmdən – Qasımdan nə xəbər – deyə, soruşur. Rüstəm isə cavabında - Qasımın yeri-yurdu bilinməz, deyə cavab verir. Alman təkidlə: - Mən onunla görüşməliyəm”- deyir. Rüstəm – Sən, Kür sahili boyunca gəz, mütləq rastlaşarsan, deyə cavab verir.     Biz, ormanda ikən növbətçi bizə doğru bir rusun gəldiyini xəbər verdi. Mən ona – gizlənin, sizə çatanda əlini qolunu bağlayıb kürə atın – tapşırığını verdim. Növbətçi isə dediyimin əksinə onu tutub bizə tərəf gətirdiyini gördüm. Yaxınlaşanda onu tanıdım, köhnə bir alman dostum idi. Biz qucaqlaşıb öpüşdük. Yanımızda bir heyvan vardı, onu kəsib kabab etdik. Almanın gözləri dolmuşdu. Sanki bu dəqiqə ağlayacaqdı. Ayrılarkən sabah axşam adamlarından birini bu yerdə saxla, sizə verəcəyim əmanət var –dedi. Ertəsi gün üç mauzer, 500 fişəng, 200 ədəd tapança patronu və xeyli ərzaq gətirib həmin yerdə dayanmış silahdaşımıza vermişdi.     Heç bir hərbi əski illərin din və məzhəb qayğıları, üsyanları bu qədər qanlı olmamışdı. Qosqoca məmləkət ikiyə bölünüb bir-biri ilə vuruşurdu. Bütün Rusiya kimi Qafqaz da, qan gölü içində boğulurdu. Atanın övlada, qardaşın qardaşa etimadı qalmamışdı. Ruslar almanlara “nemets”, türklər isə “nemsə” deyirdi. Biz azərbaycanlılar da onları “lemsə” deyə öz şivəmizlə çağırırdıq. O, qorxulu dövrdə Alman dostunun bu hərəkəti ən böyük insanpərvərlik, humanistlik kimi qiymətləndirilməlidi.     Mən onun bu yaxşılığını bütün qaçaq dostlarıma anlatdım. Axı, o zaman bolşeviklərin insanları sorğusuz-sualsız məhv etdikləri illər idi. Çar zamanında Qarabağın Şuşa qalası deyilən yerində Məhəmməd Rzazadə adlı bir şəxs polis komissarı idi. Sovet höküməti qurulanda onu və digər çar məmurlarını tutub öz əllərilə qəbirlərini qazmağa məcbur edirlər. Onlar gecə də qəbir qazmaqla məşğul olarkən Məhəmməd Rzanı qoruyan rus zabiti ondan adını soruşur. O ismini bildirəndə zabit tüfəngini atıb onu qucaqlayır və sonra onu gətirib öz mənzilində gizlədir. Məhəmməd Rza heç nə soruşmur və elə düşünür ki, bu zabit onu orda öldürmədi ki, gətirib evində boğsun.     Üç gündən sonra Bakıdan gələn bir heyət Məhəmməd Rzanı əfv edir. Rus zabiti onun xəstə olduğunu hiss edib müalicə etdirir.     Bunları anlamayan Məhəmməd Rza rusdan səbəbini soruşanda o deyir, - sən məni tanımadın ? Neçə il əvvəl mən də Şuşa qalasında yaşayırdım və mənə xəyanət edən arvadımı öldürmüşdüm, o zaman məni əfv etdin –deyir. İndi isə get başının çarəsini qıl. O, zabitin adı Vasili idi. Qafqaz millətləri içərisində ən nankoru ermənilər idi.     Gəncə ətrafında n Hacı Əgər oğlu Məhəmməd Əli adında bir şəxs var idi. Azərbaycan işğal olunanda o da Türkiyəyə qaçır, orda da işi gətirmir. Moskvaya qayıdır, oradan tutulub edam olunmaq üçün Azərbaycana göndərilir.     Biz, Kür kənarındakı ormanlarda çətinliklə də olsa yaşayırdıq. Bahar yaxınlaşırdı. Ormanda axşamladığımız zaman təqribən yüzədək silahlı bizim yanımızdan ötüb getdi. Bizi görə bilmədilər. Ertəsi gün Qavri çayının yanına gəldik. Orada odun və ərzaq tapmaq çətin deyildi. Ət bişirib bir az istirahət etdik. Qaçaqlar yorğun idi. Axşam düşəndə yenidən döyüşdüyümüz yerə qayıdıb 15 gün bir təhər dolandıq. Bu müddət iki dəfə bizə sataşdılar. Bir qaçağı yaralayıb 80 baş mal-qara və nə qədər heyvan vardısa hamısını aparıb getdilər.     Bizi təqib edən Qarağaclı qəzasının hökümət rəisi kommunist Musa Cəfərov xalqı toplayaraq deyir. – Biz Qasımı yaxalamadıq, o isə bizim qolumuzu, qanadımızı qırdı, bahar da gəldi, ağaclar yarpaq açdı onu yaxalamaq çətin olacaq. Bu zaman xalq – Qasıma toxunulmasa o heç nə etməz, o ədalətli bir insandı -demişdi. Elə isə biz gedirik. Heç bir qarmaqarışıqlıq olmayacağı barədə siz yazılı izahat verirsinizmi – deyə yenə soruşur. Xalq – verərik – deyə cavab verir. Bundan sonra Cəfərov çəkilib gedir.     Beləcə günlər keçirdi. Ağaclar yarpaqlamışdı. Əsgərlər çəkilib getsə də kefimiz yox idi. Heç nəyimiz qalmamışdı. Bir gün Zaqatala tərəfə yol gedirdik. Zaqatala ilə Car arasında bir dar ormanlıq vardı, yolumuz oradan keçirdi. Poçtun da oradan keçdiyini bildiyimiz üçün dayanıb gözlədik və poçtu soyduq. Arabanı üç rus əsgəri müşayiət edirdi. Qənimət kimi xeyli pul, 800 qızıl və əsgər paltarlarını ələ keçirdik. Bundan əvvəl isə içərisində tələbələr olan bir avtobusu saxlamışdıq. Onlara toxunmadıq. Bizim işimiz hökümətnən idi. Bu tələbələrin içərisində türk və müsəlman gəncləri vardı. Onlar bizim kim olduğumuzu soruşduqda – Samuxlu Məmmədqasım - deyə cavab verdim və dedim ki, sizə toxunan olmadı, gedib bizim əleyhimizə danışmayın. Tələbələrdən biri, mənim saatımı aldılar – deyə şikayət etdi. Belə dedikdə mən coşdum və soruşdum – sənin saatını kimi aldı ? O barmağı ilə bizim qaçaqlardan birini göstərdi. Mən saatı geri qaytardım və onlar getdikdən sonra həmin nanəcibin payını verdim.     Bundan sonra Alazan nəhrini keçib Zilcə dağına çıxdıq. Atların yəhərlərini aldıq. Dayandığımız yerdən hər tərəf aydınca görünürdü. Durbinlə ətrafı seyr etdikdə topa-topa əsgərlərin bizi axtardıqlarını gördüm. Bizdə yetərincə ərzaq olduğuna görə əyləşib yemək yedik. Bir xeyli dincəldik. Sonra əmir etdim ki, atları yəhərləyin yenidən Samuxa dönürük. Beləcə də geri qayıtdıq.     Birinci Dünya Savaşında könüllü olaraq müharibəyə getməyim barədə əvvəldə bəhs etmişdim. Abdulla adlı bir müharibə dostum vardı. O da son zamanlar kommunist olmuşdu. O, əlli nəfərlik dəstəsilə bizim haqqımızda məlumat toplamış, sonra isə Gəncəyə gedib lazımı yerlərə məlumat vermişdi. Aradan bir az keçdikdən sonra isə qəza icra komitəsi rəisi Musa Cəfərov gəlib bizimlə görüşdü. Kommunist olmasına baxmayaraq çox ləyaqətli bir insan idi. Onunla möhkəm əlaqəmiz vardı. O, bizə bir çox vacib məqamları açıqladı. Vəziyyətin yaxşı olmadığını, onun özündən də son vaxtlar, rəhbər işçilərin şübhələndiklərini anlatdı. Sonra ürək ağrısı ilə qeyd etdi ki, bolşeviklər onu da məhv etmək barədə planlar cızırlar. Bu məlumat məni də xeyli kədərləndirdi. Musa kişiyə necə kömək etmək barədə fikirləşib dedim:     -Sizə belə bir təklifim var. Sabah eyni vaxtda öz adamlarınla bu dayandığımız yerə hücüm edərsən. Biz bir az kənarda dayanıb başınız üstündən sizə tərəf güllələr yağdıracağıq. Özünüzü isə vurmaq fikrimiz olmayacaq. Burada bizə məxsus qamçılar, əşyalar, bir neçə silah-sursat, yəhər-yüyən atıb gedəcəyik. Rahatca həmin əşyaları toplayıb Gəncəyə apararsan. Hökümətə bildirərsən ki, xeyli atışmadan sonra qaçaqlar aradan çıxdılar. Bu da onlara məxsus əşyalardır.     Ertəsi gün bu əməliyyat uğurlu alındı. Musanın dəstəsi əşyaları yığıb Gəncəyə, biz isə ormanlara üz tutduq. Aradan bir neçə gün keçdikdən sonra məlumat aldım ki, Samuxda milis idarəsinin evində iclas olacaq. Mən öz dəstəmdən beş-altı nəfər götürüb çayı keçdim kəndin yaxınlığında atları gizlədib toplantı keçirilən evə yaxınlaşdım. Evin ətrafı bomboş idi. Qoruyucular da gözə dəymirdi. Əlimdə silah, çəkmə ilə evin qapısını açdım. Süfrə arxasında xeyli milis nəfəri əyləşib şam yeməyi ilə məşğul idilər. Mən – heç kəs tərpənməsin – deyə qışqırdım. Milislər donub qaldılar. Səsləri belə çıxmırdı. Bir az sükutdan sonra dedim : - Yoxsa lal oldunuz ? Səsiniz niyə çıxmır ? Milis rəisi Şahmalıyev :     -Loxmamızı boğazımızda qoydun, necə danışaq, - deyib, donquldandı. Onun əlindən qaşığı alıb süfrəyə əyləşdim. Onlara da əyləşib rahataca şam edin- deyə, müraciət etdim. Lakin milislərin boğazından çörək keçmirdi. Süfrə aradan götürüldü. Çay təklif etdilər. Mənim adamlarım bayırda hazır vəziyyətdə dayandıqlarına görə rahatca əyləşmişdim. Dostum Musa Qafarov da onların arasındaydı. O, mənə işarə etdi ki, bayıra çıxaq. Mən razılıq verib evdən çıxdım. Onun oğlunun kirvəsi olduğuma görə cibimdəki bir neçə qiymətli hədiyyəni qəbul etməsini xaiş etdim. Musa boynumu qucaqladı. Gözləri doldu və dedi :     - Qasım, sən hamımızın sevimlisisən, canımı da istəsən əsirgəmərəm. Bu bolşevik rejimi, qurduqları dövlət xalqımızı məhvə aparır. Əgər silahlarınızı yerə qoysanız bilin ki, yeriniz cəhənnəm olacaq. Sizi xalqımız bağışlamaz.     Mən sonra milislərlə xudahafizləşib ormanlara çəkildim. Bir müddət Samux və Zaqatala arasında dolaşdıq. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Bu il Azərbaycan Ədliyyəsinin patriarxı Xəlil bəy Xasməmmədlinin anadan olmasının 150 illiyi tamam olur

Bu il Azərbaycan Ədliyyəsinin patriarxı Xəlil bəy Xasməmmədlinin anadan olmasının 150 illiyi tamam olur. Azərbaycan Cümhuriyyətinin məhkəmə, prokurorluq, polis sisteminin formalaşmasında, təkmilləşməsində, ərsəyə gəlməsində onun sərf etdiyi əmək hədsiz dərəcədə böyükdür.  Moskva Dövlət Universitetinin Hüquq fakultəsini bitirmiş Xəlil bəy Xasməmmədli aldığı yüksək təhsil ilə yanaşı hüquq sahəsində çalışmaqla bərabər Çar Rusiyası Dövlət Dumasında iki dəfə millət vəkili olmuş, böyük təcrübə qazanmışdı. Demokratik Respublika ərsəyə gələndə bu baxımdan azsaylı dövlət adamlarımızdan biri idi. Əhməd Cəfəroğlu Xəlil bəylə bağlı qeyd edirdi ki, mərhum Xəlil bəy yarımtəhsilli, şansını siyasi və firqəvi turniklərdə sınamağa çalışanları xoşlamazdı, onları işin içindən uzaqlaşdırmağa çalışardı. Şüursuz millətçiliyin və yalançı vətənçiliyin amansız düşməni idi. Hələ Azərbaycanın faciəli durumundan özünə nicat yolu, şöhrət, pul qazanmaq üçün istifadə edənlərlə hər yerdə açıq-açığına mücadilə etmiş və sevdiyi dost mühitin vicdani məhkəməsinə başvurmuşdur. Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - III hissə

Bolşeviklər Samuxa yaxın düşə bilmirdilər. Milli hökümətimiz təslim olmuşdu. Gəncədə bolşevik hakimiyyəti qurulmuşdu. İbrahim Əliyev, Müseyib Əliyev və insan qəssabı dəmirçi Şikarov bolşeviklərin hakimiyyət başçısı seçilmişdi. Mənim adamlarımdan ikisini, Əhməd və Mürsəli Azərbaycan Kommunist hökümətinin rəhbərlərindən olan Əliheydər Qarayev və Səməd ağa həbs etdirmişdi. Bir gün Samux Qəza İcra Komitəsinin başcısı Musa Qafarov yanıma gəlib dedi:     –Səni Qarayev yanına çağırır. Əhf edəcək və vəzifə verəcək.     Mən bu oyunların nə olduğunu anlayırdım. Fəqət bu dəvətə etiraz da edə bilmədim. Fikirləşdim ki, bəlkə bu görüşümdən istifadə edib həbs olunan dostlarımı azad etdirəm. Elə bu ümidlə də bir neçə nəfər silahdaşımla Gəncəyə yollandım. Şəhər vağzalının yaxınlığında tək Yemşən deyilən yerdə yeni hökümətin milislərinin Tatoğlu Məhəmməd Həsəni, oğlanları Məcidi və Aslanı tutub apardıqlarını gördüm. Mən heç nədən çəkinmədən Məhəmməd Həsənə yanaşıb dedim :     –Bunlar sizi ölümə aparırlar. Mən onları məhv etməyə və sizi qaçırmağa hazıram. Onun elə bil ki huşu başından çıxmışdı. Mənə belə cavab verdi:     –Öldürsələr məni öldürəcəklər. Oğlanlarıma dəyməzlər. Xahiş edirəm bu təhlükəli oyundan vaz keç.     Onun bu sözlərindən sonra mən də müdaxilə etmədən onlardan aralandım. Onları Gəncəyə aparıb həbs etdilər. Biz, Vilayət Şurasına gəldik, orada bizi İbrahim Əliyevin adamları gözləyirdi.. Müseyib və kor Çaharyov da ordaydı. Mansur da onların arasındaydı. O, Gəncənin Çobanabdallı kəndindən idi. Şəmkirin Qaracaəmirli kəndində əyləşmişdi. Mansur özü də çarlıq zamanında qaçaqlıqla məşğul idi. Onunla biz səmimi dost idik. Əvvəlcə onu qəbul etdilər, xeyli söhbət etdikdən sonra rəngi solmuş halda bayıra çıxdı. Mənim yanıma gəlib dedi:     –Sənə nə təklif etsələr “baş üstə” de. Mənə də vəzifə təklif etdilər, razılaşdım.     Ona yüz nəfər köməkçi də vermişdilər. Əsas vəzifələri dağlara çəkilən qaçaqları tutub dövlətə təhvil vermək olacaqdı.Mansur ona verilən müdafiəçilərilə çox haqsızlıqlar etdi. Onlarla ailəni başsız qoydu. Ancaq qorxusundan Samuxa üz tuta bilmədi və nəhayət öz haqlı cəzasına da çatdı. 1921-ci ildə oğlanları Eyvaz və Camalla bir yerdə kommunistlər tərəfindən güllələndilər.     Mansurdan sonra yeni hökümətin vilayət rəhbərləri məni hörmət və ehtiramla qəbul etdilər. İbrahim Əliyev üzünü mənə tutub dedi:     –“Məmmədqasım sən nüfuzlu və qoçaq bir insansan. Səninlə əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtimiz var – gərək inqilaba qarşı çıxanları, ağaları, bəyləri və qaçaqları tutub bizə təhvil verəsən. Sənə köməkçilər və silah-sürsat verəcəyik. Həm də vəzifə alacaqsan”.     –Mən, Mansurun tövsiyyəsinə qulaq asıb razı olduğumu bildirdim. Mənim müsbət cavabımdan sonra İbrahim Əliyev belə bir tövsiyyə də verdi :     –Məmmədqasım, bizim aeroplanlarımız da var, onları ruslar idarə edirlər, onlarla rastlaşanda mücadiləyə girişmə, onlar sizin silahlarınızı da istəsələr verin, hətta sizi tutsalar da biz azad edəcəyik. O, ordudakı ruslara da müqavimət göstərməyin – deyə, sözünü bitirdi. Mən onları şübhəyə salmamaq üçün bütün təkliflərini – “baş üstə” deyərək razılıqla qəbul edirdim. Əsas məqsədim isə Mahal qazisi Mustafanı, Alpoutlu Molla Həmidi, Hacı Əhməd oğlu Şamili həbsdən azad etmək idi. Onların həyatı təhlükə qarşısındaydı.     Onlardan ayrılıb binadan çıxdım. Ac idim. Bu qoca şəhərdə yeməyə də bir şey tapmadıq, hər tərəf xarabaya çevrilmişdi. Son bahar mövsümüydü. Milis dəstəsinin rəisi Məhəmməd Rzanın oğlu Ədilin evinə gəldik. Onlarla dostluğumuz vardı. Yemək yedik və iki gün gizləndikdən sonra Samuxa yola düşdük. Dəmir yolunu keçdikdə mən “durun” deyə qışqırdım. Mahal qazısı heyrətlə mənə baxaraq – “ nə olub ay allahın dəlisi”. Mənim atım çox qüvvətliydi. Atımı Mahal qazısının atıyla dəyişib atın belində üzümü Gəncəyə çevirib üç dəfə tüpürüb dedim:     –Lənət olsun bunlara da, qanunlarına da”     –Bundan sonra hamınızı birlikdə öldürsələr də məndən kömək gözləməyin. Mənim yerim Kür nəhridir.     Samuxa sağ-salamat çatdıq. Hər kənddə on rus əsgəri və bir çavuş vardı. Kəndimizə gəldikdən beş gün sonra 500-dək gürcü atlısı da bizə qoşuldu. Beləcə onlarla birgə ümumi düşmənlərimizlə ölüm-dirim mübarizəsinə girişdik. Gürcülərlə əvvəlki münasibəti unudub qardaşlaşmışdıq. Bizim ərazimizdə nə qədər əsgər və kommunist vardısa hamısını məhv etdik.     Türkiyə cəbhəsindən dönən rus əsgərlərinin silahlarının alınması ilə bağlı əməliyyatdan, Gəncə üsyanında gürcülərin köməyə gəlməsindən, Azərbaycan Cümhuriyyəti rəhbərlərinin Gürcüstanda müdafiə olunmadıqlarından, erməni daşnakları tərəfindən qətlə yetirildiklərindən də məlumat aldıq. Qısa bir zamanda Gürcüstanda da qırğınlar başladığından onlar da qanlı işğalçılara qarşı mübarizəyə başlamışdılar. Gürcülərin bizim heyvanları, sonra isə biz onların qoyunlarını gətirdiyimiz barədə də məlumat vermişdim. Azərbaycanın işğal olunduğunu, mənim də dağlarda qaçaqlıq etdiyimi eşidən Qızıl oğlu Simon böyük bir dəstəylə hazırlıq işləri gördüyündən də xəbərimiz yox idi. Ona görə ki, əlaqəmiz kəsilmişdi. Biz isə Simonun qaynı Koda da misilsiz bir at olduğunu eşitmişdik. Onunla söhbət edib bu atı almağa çalışdıq. Onun atı tövləsindəydi. Gedib gətirəcəm dedi. Aradan on beş gün keçmişdi. Bir gecə yuxuda gördüm ki, dəlləyim başımı tərs qırxıb. Səhəri isə məni bir gürcü görmək istədiyini söylədilər. Mən – buraxın içəri gəlsin – dedim. İçəri girən gürcü bildirdi ki, mən Kodanın çobanıyam. Sonra əlavə etdi ki, Koda atı gətirib və məni görmək istəyir.      Çobana hörmət etdik və sabah gələcəyimizi bildirdik.       Koda bizi həmin gün gözləyirmiş, gəlmədiyimiz üçün ertəsi günə hazırlıq görür. Ertəsi gün qardaşım Ələs, əmim oğlu Məhəmməd, xalam oğlunun qohumu Əbdülhəmid Kodanın arxasınca üz tutduq. Arxaca çatar-çatmaz biz iki yerə bölündük. Ələs və Əbdülhəmid qərbdən, Məhəmmədlə mən şərqdən arxaca girməyimizi planlaşdırdıq. Əbdülhəmid arxaca girər-girməz gürcülərdən 10 nəfər üstünə atılır və silah işlətməsinə imkan vermirlər. Mənim yanımda isə Məhəmmədi güllə ilə vurdular. Mən atdan özümü yerə atdıqda güllələr başım üzərindən sel kimi yağırdı. Ələs də atdan enmiş, onlarla atışmağa başlamışdı. Mən özümü qorumaq üçün xəncərlə çuxur qazdım. Sağ qaldığımı Ələsə bildirmək üçün ona tərəf bir daraq fişəng atdım. Gürcülər bizim ətrafımızda doluydu. Onların başcısı isə Vaso idi. Arxacdan – “Qasımı vura bilmədik”- deyə hayqırtılar eşidilirdi. Mənim döyüşdüyüm yer hündürdə olduğundan ətrafı aydınca görürdüm. Əsəd isə çuxurdaydı, ətrafı görə bilmirdi. Onu qorumaq üçün arxadan gələnləri yerə sərirdim. O isə onlara göz açmağa imkan vermirdi. Vasonu yaxşı tanıyırdım. Məni nişan almaq üçün yerini dəyişmək istəyəndə o köpəyidə yerə sərdim. Voso vurulandan sonra onlar özlərini itirdilər. Atışma axşamadək davam etdi. Gürcülər bizə yaxınlaşmağa cürət etmirdilər. Qaranlıq düşəndə - “Ələs”-deyə çağırdım. O da cavab verdi. Səsindən qardaşım Ələs olduğunu dəqiqləşdirmək üçün sandığımda nə olduğunu xəbər aldım. O da parolu düzgün deyəndən sonra əmin oldum ki, qardaşımdı. Ələs yanıma gəldi. Biz həyacandan öpüşdük. İkimiz də sağ-salamat olsaq da Məhəmmədi və Əbdülhəmidi itirmişdik. Bir az dincəldikdən sonra yenə bir-birimizi qucaqlayıb öpdük. Yenidən döyüşə girmək istədik. Mən Ələsə dedim:     -Sən arxada qal məni gözlə. Onlarla yenidən döyüşmək istəyirəm. O isə mənim arxada qalmağımı tələb etdi.     Mən ona qulaq asmayıb bizi görməyən bir nəfəri də vurdum və mühasirəni yardıq. Artıq təhlükə sovuşmuşdu. Biz əyləşib bir az dincəldik. Mən Ələsə, - Siqaret çək dedim. O isə tənbəkisi olduğu halda adət-ənənəyə görə böyük qardaşının yanında siqaret çəkməmək üçün:      – Siqaret çəkmirəm – dedi. Artıq öz ərazimizə çatmışdıq. Bizi qarşılayanlar çaş-baş qalmışdılar. Onlar bizdən soruşdular. Bu nə sir-sifətdir. Siz haradan gəlirsiniz ?     Biz olub keçənləri onlara danışdıq. İki qardaşımızın öldürüldüyünü eşidib çox pərişan oldular və bildirdilər ki, biz heç bir silah səsi eşitməmişik.     Bir az dincəldikdən sonra onlarla birlikdə əvvəlki döyüş yerinə hücum çəkdik. Basonun arxacı boş idi. Onlar heyvanları ilə birgə çıxıb getmişdilər. Qayıdanda dəmir yolunda vaqonu saxlayıb soyduq, vəziyyət elə gətirdik ki, Heybət oğlu Mehti də bizdən ayrı düşdü. Bir sürü qoyun və yaxud köhnə qan davası üstündə yersiz və mənasız vuruşmalar davam etdiyi bir dövrdə işğalçılar Poylu körpüsünü keçərək digər tərəfdən Qarayazı-Soğanlı, Ağstafa, bir dəstə də Zaqatala yolu ilə hücum edib Gürcüstanı işğal etməyə başladılar. Buna görə gürcülər rusları qızışdırmamaq üçün özləri də müstəqilliklərini itirdilər. Gürcüstan işğal olunanda sonra bizim vəziyyətimiz tamam ağırlaşdı. Qüvvələrimiz az idi. Ancaq qaçaqçılıq yolu ilə özümüzü müdafiə edə bilərdik. İşğalçılar da yaxşı möykəmlənmədikləri üçün bizi sıxışdıra bilmirdilər. Samux bölgəsində daha çox qan töküldüyündən elə o vaxtdan bizim əraziyə “Qırmızı Samux” deməyə başladılar. Döyüşlərimiz qurtarmırdı. Gürcüstanda Sovet höküməti qurulan gündən Azərbaycan hökümətindən –“ Samuxlu çopur Məmməd Qasımın ya ölüsünü, yada dirisini bizə təhvil verin”- deyə müraciətlər gəlirdi. Azərbaycan höküməti isə bizim ona gücümüz çatmır, bacarırsız gəlib özünüz tutun – deyə cavablar verirdi.     Beləliklə, Gürcüstan höküməti məni yaxalamaq icazəsini aldı. Bu xəbər bizə çatan kimi biz əlimizə keçən əşyaları, uşaqları, yaşlıları və heyvanlarımızı götürüb Samuxun ormanlarına çəkildik. Kişilərin sayı çox deyildi. Günlərin bir günü biz cöngə kəsib yeyib içirdik, mən isə əlimdən silahı yerə qoymurdum. Ətrafa növbətçiləri düzmüşdüm. Biz ağacın dibində uzanıb bir az yuxulamaq istədik. Yuxuda Rüstəmin at belində bizə tərəf sürətlə gəldiyini gördüm. Mən ona:      –Sən buralarda nə gəzirsən ? Sən ölmədinmi deyə sual verdim. O isə:      –Ölmədim, yerinizi dəyişin, üstünüzə Tiflisdən böyük qüvvə gəlməkdədi – deyə, cavab verdi.      Oyandım və yuxunun təsirilə tez yerimizi dəyişdik. Sürülərimiz, mal-qara həmin yerdə qaldı. Ertəsi gün səhər saat altıda işğalçı Sovet qoşunları bizi mühasirəyə aldı. Əsgərlərin sayı 700 nəfərdən çox idi. Biz isə 9 nəfərlə müdafiə olunmağa başladıq. Ərazini yaxşı tanıdığımızdan əlçatmaz ormanlara çəkildik. Bir tərəfimizdən də Alazan çayı keçirdi. Sürülərimiz qalan yerdən xəbər gətirən bir çoban dedi – nə durursuz onlar az qala ki, sizi mühasirəyə alsınlar. Biz düzə çatanda əmir verdim ki, döyüşə hazır olun.     Qış aylarıydı, atlarımız olmadığından piyada idik. Yapıncılarımızı da qatlayıb yəhərə bağlamışdıq. Dayandığımız yerdən uzaqlaşmaq lazım idi. Çətin bir şərait yaranmışdı. Qabağa keçib qaçaqlara məni gözləmələri tapşırdım. Çarəmiz yenidən mühasirəni yarıb aradan çıxmaq idi. Bunun da asan olmayacağı hiss olunurdu. Bir tərəfdə q uduzlaşmış dalğaları ilə qayaları döyəcləyən Alazan çayı, digər tərəfdə isə üzərimizə hücuma keçən əsgərlər görünürdü. Bizi qoruyan yalnız doğma vətənimizin əlçatmaz qayalıqları idi.     Qaçdığımız zaman təsadüfən bir düzənliyə çıxdıq, 5 əsgər və bir çavuşla üz-üzə gəldik. Çavuş bizə -“Stoy”- deyə bağırdı və bizi güclü atəşə tutdular. Üzümdən yaralansamda onların hamısını gəbərdə bildik.     Vurulan əsgərlərin silah-sursatını soyduqdan sonra yenə də qaçmağa məcbur olduq. Yenidən qarşımıza böyük bir təstə çıxdı. Bunlardan biri həkim, ikisi yüzbaşı, üç çavuş, 33 nəfəri isə əsgər idi. Qayalıqlarda qaçmaqdan ayaqlarım şişmişdi. Güclə yeriyirdim. Onlardan canımızı qurtarsaq da yeni bir dəstəylə üzləşdik. Bu dəfə qarşımıza çıxanlar əvvəlkilərə nisbətən daha iri çaplı və ağır silahlarla dayanmışdılar. Əl bombaları ilə ətrafı oda-alova qalayırdılar. Onlar bizi görmədiklərinə görə hara gəldi atəş açırdılar. Yenidən qorxunc bir nərə çəkdim və ölüm-dirim savaşına girdik. Döyüşə-döyüşə palıd talası deyilən yerə çıxdıq. Düşmənlərin atları ordaydı. Oradakı atları və kişiləri öldürdükdən sonra aradan çıxa bildik.     Ormanın buz kimi soyuğu, bıçaq kimi kəsən ayazı bizi əldən salmışdı. Allah da göz yaşlarımıza məhəl qoymurdu. Əldən düşmüş halda bir kəndə çata bildik. Aclıqda bizi taqətdən salmışdı. Kəndlilərdən çörək və ərzaq vermələrini xaiş etdik. Onlar etiraz etdikdə isə zorla aldıq və Kürün o biri sahilinə keçib dincəlməyə başladıq. Qaçaqlar ocaq yandırıb ağaclarda qalmış yabanı üzüm toplamağa başladılar. Bir az yeyib-içib bir koma kimi yerdə bir-birimizə qısılıb yatdıq.     Səhər tezdən durbini götürüb ağaca çıxdım. Biz gəldiyimiz kənd Kür çayının Gəncə tərəfində qalmışdı. Diqqətlə ətrafa nəzər saldıqda gördüm ki, Gəncə tərəfdən ucu-bucağı görünməyən sovet əsgərləri bizə doğru irəliləməkdədir. Onlar bizimlə döyüşən əsgərlərə köməyə gəlirdilər. Qaçaqlar məndən nə gördüyümü soruşduqda onların ovqatını pozmamaq üçün mal-qara sürülərindən başqa heç nəyi görmədiyimi izah etdim. Axşamadək həmin yerdə gözlədik. Başımı bir ağaca söykəyib fikrə dalmışdım. Ailəmi, uşaqlarımı xatırlayırdım. Ağacın başında isə ağacdələn quşun yuvası vardı, quş öz yuvasının başına dolanır, bizdən ürkmüş kimi qışqırtı salır, arabir bizə hücum çəkərək lap yaxınlığımızdan uçurdu. Yuvasına girməyə cürət etmirdi. Zavallı quşun bu çığırtıları mənə öz dərdimi unutdurmuşdu. O qaranlıq düşdüyündən elə yaxınımdan uçdu ki, qanadları üzümü yaladı və bir anda yuvasına girib sakitləşdi. Bu hadisə məni lap çaşdırdı. Öz-özümə düşünüb dedim- ey Allahım axı sizin qarşınızda hansı bəd əməllərimiz var ki, gündüzləri bayırda gəzib gecələri yuvasına girən quş qədər də bəxtimiz yoxdu. O, yuvasına girə bilir, biz isə gecəli-gündüzlü ayazda, şaxtada, qarda, yağışda da düzlərdə qalmalı oluruq... Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Tanınmış vəkil Alayif Həsənov vəfat edib

Azərbaycanda tanınmış vəkil vəfat edib.  Sozcu.az xəbər verir ki, tanınmış vəkil  Əlayif Həsənov dünyasını dəyişib. Onun qəfil ürəktutmasından vəfat etdiyi deyilir. Əlayif Həsənov Azərbaycan cəmiyyətində haqsızlığa, ədalətsizliyə barışmaz mövqeyi ilə seçilib. Allah rəhmət eləsin!

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - II hissə

1919-cu ilin baharıydı. Cümhuriyyətimiz bir yaşını qeyd edib iki yaşına qədəm qoyurdu. Cins heyvanları ilə məşhur olan Tomulu kəndinə gürcülər basqın edib beş nəfəri öldürmüş və beş yüzə qədər inək və öküz aparmışdılar. Mənə belə bir məlumat verdilər ki, 50 nəfərlik bir oğru dəstəsinə rus ordusunda zabit olmuş Soso Sokalaşvili başcılıq edib. Mən bu hadisəni Azərbaycan hökümətinə xəbər verdim. Hökümət də öz növbəsində Gürcüstan hökümətinə nota göndərdi. Gürcüstan höküməti bu notaya cavab da vermədi. Aradan 4-5 ay keçmişdi. Öyrəndik ki, gürcü zənginlərindən Qızıl Simonun sürüləri “Dakqa bulaq” deyilən yerdədi. Qardaşım Ələs və Şirin, əmioğlum Camal, Əmir, Qaya, Cavadoğlu Məhəmməd, Yunis, Təkə, İsmayıl, oğlu Nürəddin, Molla Məhəmmədəli, Nəsib, Mədət və Çoban Məhəmmədlə sürək etdik. Onlar da silahlı olduğuna görə sürək uzun çəkdi. Onlardan beş çobanı öldürdükdən sonra 2500 qoyun və 12 qatırı kəndimizə gətirə bildik. Mübarizədə bizdən də iki nəfər yaralandı.     Bu hadisədən sonra gürcü höküməti Azərbaycana belə bir ultimatum göndərdi : “Ya aparılan heyvanları, ya da Qasımı bizə təhvil verin”. Bizim hökümət isə Qasıma güc çatmır, nə vaxt taparıqsa onda da təhvil verərik - deyə, cavab verdi.     Ultimatumlardan sonra Gəncə vilayəti, alay komandanı Nevitski əlli süvari ilə Samuxa gəldi. Onlar Mahal Qazinin evinə düşdülər. Mahalın evi Yeni Samux deyilən yaşayış məntəqəsində idi. Polkovnik Nevitski gürcü nümayəndələri Dəli Alaksey, Kova və digər zənginlərlə gəlmişdi. Nevitskinin dəvətilə mən də beş nəfərlə onun yanına gəldim. Bir az söhbət etdikdən sonra Nevitski dedi:      – Mən buraya sənin gətirdiyin gürcü qoyunlarının qaytarılması üçün gəldim. Sən nə üçün belə iş görmüsən ?     Mən, evin pəncərəsindən, yamacda otlayan sürüləri göstərib dedim: -yaxşı eləmişəm, ona görə ki, gürcülər bizdən əvvəl basqın edib 500 inək oğurlamaqla yanaşı 5 çobanımızı öldürüblər. Onların oğurladıqları inəklərin buzovları damlarda mələşir. Heyvanlar da yazıq deyilmi deyərək sözümü bitirdim. Sonra əlavə etdim ki, onlar bizim inəkləri qaytararsa biz də onların qoyunlarını və qatırlarını qaytararıq. Mən bu məsələni həll etmək üçün iyirmi gün vaxt verdim. Bu müddət ərzində inəklər qaytarılmasa bu məsələni həll olunmuş hesab edəcəm – deyib sözümü bitirdim. Onlar öz aralarında bir az söhbət etdikdən sonra çıxıb getdilər. İyirmi gün keçdisə cavab gəlmədi. Bunu dəqiqləşdirib gətirdiyimiz qoyunları, inəkləri oğurlanan kəndlilərə payladım.     1920-ci ilin baharında, qızıl imperialistlər Azərbaycanın paytaxtı Bakını işğal etdilər. 27 aprel 1920-ci ildə iki ilə yaxın fəaliyyəti olan Milli Azərbaycan höküməti istiqlalını itirdi və rusların əsarətinə keçdi. Bunu eşidib mən də Gəncəyə gəldim. Şəhərin irəli gələnləri Sarı İmamquluoğlu Ələkbər və məşhur qaçaq Qəmbər şəhərdəydi. Şəhərin ən hörmətli vətəndaşı Gəncə qubernatoru Xudadat bəy də tutulub Bakıya göndərilmişdi. Onu təpədən dırnağadək silahlı rus əsgərləri müşayət edib vağzala aparmışdılar. O zaman gəncəlilər də ayağa qalxıb Xudadat bəyi azad etmək üçün vağzala toplaşmışdılar. Qubernatoru qurtarmaq üçün tam hazırlıq da görülmüşdü. Xudadat bəy hiss etmişdi ki, bu mübarizədə xeyli insan tələfatı olacaq. Ona görə də vaqonun pəncərəsindən başını çıxarıb xalqa müraciətlə:     –“Əziz həmvətənlərim, mən sizdən rica edirəm evinizə gedəsiniz, qan tökülməsin”.     Bu müraciətdən məyus olan xalq evlərinə dağılışır. Aradan bir müddət keçdikdən sonra Xudadat bəy də yüzlərlə mücahidlə bir yerdə Bakıdakı Nargin adasında güllələnir.     Ən dəyərli və nüfuzlu bir insanın belə vəhşicəsinə bolşeviklər tərəfindən şəhid edilməsi bütün gəncəliləri hiddətləndirir. Şəhər qaynar qazan kimi qaynayırdı. Hər yerdə bolşeviklər divan tutmaq, istilqlalımızı əldən verməmək çağrışları eşidilirdi. May ayının ortalarında hər gecə şəhər qəbirstanlığında toplantılar keçirilir, tədbir görülürdü. Bura toplananlar şəhərin ən nüfuzlu ziyalıları, hörmətli insanlarıydı. Onlar üsyanın planını hazırlayırdılar.     1920-ci il mayın 24-də bolşevik hökümətinə qarşı ilk üsyan da Gəncədə alovlandı. Şəhərdə yerləşən bolşevik qərargahı ələ keçirildi. Yalnız ermənilərin himayəsilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mənə Samuxdan yeni qüvvələr gətirmək tapşırığı verildi. Ona görə də Samuxa yollandım və yolda 500-ə yaxın bolşevik əsgərinin bizə tərəf gəldiyini müşahidə edib onlardan tez özümü Samuxa çatdırdım. Qısa vaxtda 250 nəfər könüllü toplaya bildim. Geri dönərkən bolşevik qoşunları ilə Qarasaqqal ətrafında üzləşdik. Həmin yerləri yaxşı tanıdığımızdan, onları darmadağın etdik və üsyanın ikinci günü Gəncəyə daxil olduq. Bu vaxt özümüzünkülər də bizi tanımadıqları üçün atəş açırdılar. Biz yalnız ağ bayraq qaldırdıqdan sonra üsyançılarla birləşdik. Üsyanı Şeyxli Cahangir bəy, Hacı Əsgər oğlu Məhəmmədəli, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər. Mənə Dördyol deyilən ərazini qorumaq tapşırıldı. Burada at və insan meyitlərindən tərpənmək mümkün deyildi. Taxıl zəmiləri də məhv edilmişdi. Top mərmiləri, pulemyot güllələri təpəmizə dolu kimi yağırdı. Ermənilər tərəfə çəkilən bolşeviklər sayı anbaan artırdı. Bizə isə yardım gəlmirdi. Nəhayət bolşeviklər şəhərin Üçtəpə istiqamətindən Gəncəyə daxil ola bildilər. Onlar üç gün, üç gecə heç kimə fərq qoymadan – uşaqları, qadınları, qocaları da vəhşicəsinə məhv etdilər. Küçələrdə o qədər meyid vardı ki, hərəkət etmək mümkün deyildi. Leysan yağışlar da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı. Gəncə çayı daşdığından düşmənlərin şəhərə daxil olmasına maneçilik törədirdi. Şəhərin su hovuzları da qızıl qanla dolmuşdu. Evlər, bağ-bağçalar, parklar dağıldığından çaş-baş qalmış camaat hərəsi bir tərəfə qaçırdı. Doğudan gələn və şəhəri güclü atəşə tutan bolşeviklərdən canını qurtarmaq istəyən zavallı xalq əsasən qərbə tərəf qaçırdı. Fəqət qarşılarında qudurmuş dalğaları ilə aşıb-daşan Quşqara çayı vardı. Daş qaya nə varsa sürükləyib gətirən çayın belə axmasını mən birinci dəfəydi ki, görürdüm. Aləm cəhənnəmə dönmüşdü. Qanlı bolşeviklərdən canını qurtarmaq istəyən uşaqlar, qızlar, gəlinlər, qocalar, qarılar özlərini çaya atır sellərdə qərq olurdular. İçi insanlarla dolu arabalar da çayda beşik kimi atılıb tutulur məhv olurdular.     Şəhərin quzey tərəfindən iki hissəylə düşmənlərin irəliləməsi bu fəlakəti daha da artırdı. Namus və iffətlərini qoruyan Gəncə qadınları əvvəlcə körpələrini, sonra isə özlərini çaya atıb məhv olurdular. Biz atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə çayı keçirməyə nail olduq. Lakin başımıza yağan atəşin altında onları tamam qurtarmaq mümkün deyildi. O qudurmuş dalğalarda məhv olan qadınlarımızın məsum çöhrələrini və çoxlarının –“ Qasım lələ - bizi qurtar” deyə nalə çəkdiklərini hələdə unutmamışam. Bu faciə idi, dözülməz bir faciə. Belə hərəkətlərilə bolşeviklər Azərbaycana hürriyyət, qardaşlıq, sosializm gətirdilər. Onlar Gəncəyə daxil olanda şəhər bom-boş idi.     Yenə də gəzib gözə görünənləri şəhid etdilər və belə bir ultumatum yaydılar ki, hər kəs on gün içərisində təslim olarsa onlara toxunmayacaq. Onların bu hiyləsini yaxşı bilənlər aldanmadılar. Dağların zirvələrinə çəkildilər. Qanlı tarixlərinə yeni qanlı səhifələr yazmaq üçün hazırlıq gördülər.     Məğlub olan Gəncə üsyanı yeni məcraya uğradı. Şərəfsizliyi qəbul etməyən üsyançılarımız mübarizəni davam etdirmək qərarını qəbul etdi. Dağlara çəkilib qaçaq dəstələri düzəldərək döyüşməyə, bu qanı yerdə qoymamağa söz verdi. Çanaqçı kəndindən Sarı Qafar, Saro kəndindən Məhəmmədəli, Gədəbəydən Mustafa ağa və Məlik, Yaqublu dərəsindən( Şınıxdan) Məcid ağa, Xınna dərəsindən Mıka, Həmzə, Dağbasandan Molla Zeynalın oğlu Abuzər, Ayıblıdan Abdulla, Hacılar, Qaracaəmirlidən Ramazanoğlu Rüstəm və qardaşları, Əbdülkərimin nəvələri, Hüseyn və Əli Zülqədərlilər və sülaləsi, Zaqataladan Süayib və qardaşı Məhəmməd, Çar qəsəbəsindən Hacı Bilal oğlu Abdulməcid, Qarabağın Qəzvənd kəndindən Qədir və qardaşları və on minlərlə könüllü ölüm-dirim mübarizəsinə girişdilər.     Nadir və qardaşları iki yüzədək bolşevik əsgərini pusquya salıb öldürdülər. Gəncənin Balçılı kəndindən Yunis, Eldardan Məhəmməd Əli və qardaşı Abbas, Hacı Adıgözəl oğlu Zaman, Şəkinin Göynük kəndindən Abdulla və qardaşları Temurxan-Şuradan(Dağıstandan) Uzun Hacı 3 min atlısı ilə birlikdə bolşeviklərlə döyüşürdü. Bütün Qafqaz qaynayırdı. Qan və atəş içindəydi. Bu mübarizə 1920-ci ilin mayından Gəncə üsyanından başlayıb 12 il davam etdi və onlara kömək olmadığı üçün bolşevik qüvvələri tərəfindən məhv edildilər. Gəncə üsyanından sonra biz doğma obamıza Samuxa çəkildik. Bolşeviklər Samuxa gəlməyə ehtiyat edirdilər. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vətəndaşı intihara sürükləyir -FOTO

Ucar şəhəri H.Əliyev prospekti ev 129 A mənzil 13 sakini Əliyev Nizami Əlisaab oğlu Sozcu.az saytına yazaraq,   məmur diqqətsizliyi nəticəsində intihar etmək həddində olduğunu bildirib. Şikayətçi yazır:   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə  Heyəti tərəfindən mənə qarşı edilən qanunsuzluğa görə intihar etmək həddindəyəm. Belə ki, mən uzun müddətdir ki, Ucar Elektrik Şəbəkəsəində elektrik mantyoru vəzifəsində işləyirəm. 2022-ci ilin sentyabr ayında iş zamanı yüksək elektrik cəryanı vurması nəticəsində ağır xəsarət alıb əmək qabiliyyıətimi itirmişəm.Baxmayaraq ki, uzun müddətdir ki, stasionar müalicələr alıram amma sağalmamışam.Buna görə çox əziyyət çəkirəm. Qanunla mənə əlillik təyin edilməli olsada Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə imtina verib qeyd edir ki, «Səbəb diaqnoz əlillik əlaməti təyin etməməsi» Bu tam qanunsuz imtinadır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vermişdir.Çünki istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığım xəsarətə görə sol qolum işləmir ayaq barmaqlarımı ambutasiya olunub, ayağımı yerə basa bilmirəm köməkçi vasitəsi ilə hərəkət edirəm.Bir ildən çoxdur ki, bulletendə olub müalicələr alsamda əmək qabiliyyətim bərpa olunmayıb.  Mənim xəsarətim “Elektrik cərəyanının təsiri , Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyələrində olan yanıqların qalıq əlamətləri. Oynaqların kontrakturası, Hər iki ayağın IV,V barmaqlarının kontrakturası.Dərinin anesteziyası , Çapıqlarda hissiyyat pozğunluğu. Digər dəqiqləşdirilmiş donmaların, termiki və kimyəvi yanığın nəticələri, Sol qulaq seyvanının,sol çiyin qurşağının,sol bazunun bayır səthinin,sağ saidin ön səthinin,hər iki pəncənin alt səthinin III dərəcəli elektrik yanığından sonrakı ağrılı,dartıcı hipertrofik çapıqları.Digər daimi ağrı, Daimi ağrı sindromu. Elektrik cərəyanının təsiri , Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyələrində olan yanıqların qalıq əlamətləri”.  Hazırda da əsa vasitəsi ilə güc bəla ilə yeriyirəm sol qolum tamam işləmir.Bəlkədə pul versəydim mənə əlillik təyin edərdilər.Çünki elə adamlar tanıyıram ki, əmək qabiliyyətinə malik tam sağlam olsalarda onlara əlillik təyin edilib. Mənim isə maddi imkanım yoxdur deyə zülm əziyyət çəkirəm süründürməçliyə məruz qalmışam.İşimə qayıtsam işləyə bilməyəcəm çünki sol qolum işləmir yeriməyə çətinlik çəkirəm.  Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan. Nazir cənab Sahil Babayevdən və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri cənab Anar Bayramovdan xahiş edirəm bunları nəzərə alıb obyektiv araşdırıb mənə  əlillik dərəcəsi təyin olunmasını köməklik göstərəsiniz.

"Mən şəhid olacağam" - Xeybər Göyyallının hekayəsi

Birinci Qarabağ Müharibəsində şəhid olmuş həmkəndlilərimin ruhuna bağışlayıram. Bədirlənmiş ayın işığı sanki gecəni gündüz etmişdi.. Göy üzündən qara torpağın üzərinə işıq süzülürdü. Adamın gecə olduğuna inamı gəlmirdi. Təpədə qazılmış səngərdə uzanmış əsgərlərin sifəti ayın işığında parıldayırdı. Gecəyarısı olmasına baxmayaraq, ətrafda olan hər şey əl içi kimi görünürdü. Səngərdə üzüqoylu uzanmış əsgərlərdən biri yaxınlıqdakı kirpinin neçə ot qırpdığını belə sayırdı. Önər isə avtomatını sağ böyürünə qoyub arxası üstə uzanıb xeyli vaxt idi ki, göylərə baxırdı. Göy üzündə bir ulduz belə gözə dəymirdi. Önər qəfildən dedi: -Bu axşam ölən olmayacaq. -Hardan bildin?,- deyə səngər yoldaşı Umud dilləndi. Önər indiyə qədər onda görünməmiş bir təmkinlə danışırdı: -Görmürsən, elə bil gündüzdü, göydən axan işıqda kitab oxumaq olar. Səngər yoldaşı Önərin sözlərini ciddiyə almadığından ona sözünü bitirməyə imkan vermədi: -Deyəsən, göy üzündə fala baxırsan. İndicə dedin ki, aylı gecələrdə adam ölmür. Önər səngər yoldaşının sözündən təmkinini pozmadı: - Eşitməmisən, deyirlər ki, göydə hərənin bir ulduzu var, insan öldüyü vaxt ulduzu da yerindən oynayır, harasa axıb gedir. Bu axşam heç kəs ölməyəcək, çünki göy üzündə bircə ulduz belə görünmür. Umud özünü çoxbilmiş göstərərək: - Burda nə var ki, bilmirsən, deyim. Ayın gur işığında ulduzlar görünmür, bu gün göydə ulduz görünmür, səhər axşam görünər. Önər yoldaşının dediyinə gülümsəyərək ,-İndi sən deyirsən ki, insan ömür-gününü kitablarda yazılan kimi qurmalıdı, kitabda nə yazılıbsa ona inanmalıdı ?- deyə sual etdi. Səngər yoldaşı Önərin bu sözündən sanki bir az da cəsarətlənərək: -Kitabda yazılan elmdir, hər şey elmi sübutlara söykənir. Sən elmə inanmırsan?- ritorikasını bir qədər dəyişərək dedi. Önər üzünü Umuda tərəf çevirərək -Mən elmin əleyhinə deyiləm, elm artıq göyləri də fəth edib, ancaq...- fikrini tamamlaya bilmədi. Umud tələsik onun sözünü kəsdi: -Amması, ancağı yoxdur, elm dəqiqdir, dürüstdür, iki vur ikidir. Sən dediyin isə nağıldır. Umud səhərdən irəli-geri, sağa-sola var-gəl etsə də, Önər hələ də arxası üstə uzanıb göylərə baxırdı. -Sən deyən kimi olsun, mən deyənləri nağıl say. Ancaq bu nağıl saydıqlarında da nəsə var, ya yox? Heç sənin ürəyinə nəsə əvvəlcədən dammır? Mən ölümümü bilirəm. Mən şəhid olacağam.Mən neçə ildir ki, bunu gözləyirəm. Gözləyirəm deyəndə, bunu istəyirəm. Önərin sözləri Umudun əhvalını tamam alt-üst etdi: -Gecənin bu vaxtı nə başlamısan ölüm-itimdən danışmağa,-Umud qəhərlənərək dilləndi. Umud birtəhər olmuşdu: -Ə, dur ayağa, deyəsən, gözünü göyə zilləyib fala baxırsan. Önər üzü göyə baxa-baxa danışırdı: -Eşitdin, o günü şəhid olanları Sumqayıtda dəfn ediblər... Umud əsəbiləşərək yenə onun sözünü kəsdi: -Bəs harda dəfn etməli idilər, yəqin, valideynləri orada yaşayır,- həyəcanla dedi. Umudun əhvalı Önərə təvafüt etmirdi: -Mən gecə-gündüz Göydağda şəhid olmaq barədə düşünürdüm. Həmişə fikirləşirdim ki, şəhid olacam, qapımizdakı dağdağanın dibində qara çırağın işığında, kəndimizin bulağının suyunda yuyulacam , elə öz qəbiristanlığımızda da dəfn olunacam. Belə baxıram qismət olmayacaq, qəlbimə damıb ki, uzaqlarda şəhid olacağam, məni də Sumqayıtda dəfn edəcəklər. Umud -Ə, sən nə qorxaq adamsan, nə başlamısan şəhid olacam, öləcəm. Nə olub sənə, niyə belə edirsən? Bizim işimiz hələ çoxdu. Biz döyüşüb kəndimizi almalıyıq, sən də başlamısan vay-şüvənə ,- əsəbi halda dedi. -Umud, sən heç ölümün barədə fikirləşmirsən?-Önər soruşdu. -Elə belə də. Hərdən fikirləşirəm ki, ermənilər uzaqdan nəsə atar, gəlib dəyər,- Umud bir qədər soyuqqanlı halda cavab verdi. Umudun belə soyuqqanlı danışması Önərin heç ürəyincə olmadı: -Bəs harada dəfn olunmaq istərdin?,- dedi. Umud əlini havada yelləyərək,- nə fərqi var, öləndən sonra harada dəfn olunmağın,- deyə dilucu cavab verdi. -Umud, sən öz canın, Sumqayıtda dəniz qırağında dəfn olunmaqla Göydağda dəfn olunmaq bırdir?- Önər səsini bir qədər qaldıraraq soruşdu. Umud Önərin sözlərindən dilxor olmuşdu. -Ə, nə fərqi, öldün, qurtardı. Göydağda dəfn olunsan, nə dəyişəcəkdi?- Umud sanki üzülmüş halda dedi. -Fərqi yerdən göyə, Sumqayıtdan Göydağa qədərdi. Bu fərqi bilmirsənsə, sən onda heç göydağlı deyilsən. A kişi, dənizin qırağında dəfn olunmaqla Göydağda dəfn olunmaq birdir? Sumqayıtın küləyi ilə Göydağın küləyi eynidir, yağış yağanda Sumqayıtda olmusan? Sumqayıtda külək əsəndə evin içində durmaq olmur. Göydağda külək olmur, Göydağda meh əsir. Sumqayıtda külək əsəndə dənizin suyu hara qalxır, su asfalta qədər gəlir... Yenə sayım fərqini...- Önər səsi titrəyərək dedi. -Önər, gecənin bu vaxtı nə başlamısan ölüm-itimdən, başqa söz bilmirsən danışmağa,- Umud məyus halda dedi. Önər üzünü Umuda tərəf tutaraq-Umud, səndən bir şey də soruşum, görüm biləcəksən? - dedi. Umud mızıldanarq – onsuz da, dayanmırsan ki, səhərdən elə danışırsan... Önər: -Heç fikirləşmisən ki, Göydağda niyə güclü külək əsmirdi? Umud tərəddüdlə cavab verdi: -Yəqin, dəniz yox idi, ona görə. Önər: -Dənizin küləyə nə dəxli, dənizin özünü külək oynadır. Umud bir qədər ürəklənərək- heç özün də bilmirsən,- dedi. Önər dedi: -Ona görə ki Göydağ dağların arasında idi. Külək düzən yerdə cövlan edir. Önərin sözünün qabağında söz deyə bilmədiyindən Umud kirimişcə gözlərini uzağa zilləmişdi.Umudun susduğunu görən Önər söhbətinə davam etdi: - Umud, bax sənə bir söz deyirəm, bunu yadında yaxşı saxla. İndi sənə dediyim bu sözü məqam düşəndə göydağlıların hamısına deyərsən. İnsan başqa bir yerdə, yad bir torpaqda var-dövlət, pul-para qazanar, lap milyarder ola bilər, ancaq xoşbəxt ola bilməz. Çünki hara getsən, yad sayılacaqsan, başıaşağı, gözüqıpıq olacaqsan. Dədə-babamız elə belə deməyib ki, daş düşdüyü yerdə ağır olar. Bizim kənddə də belə olub. Kənardan gələnlərə gəlmə deyiblər.Yadında olar, qarğış edəndə deyirdilər ki, yurdun gəlmə Məmmədin yurdu kimi boş qalsın. Bizim dərd-bəlamız hələ bundan sonra gələcək Önərin danışmağa sözü çox idi. Ancaq Umud bu sözlərdən yorulmuşdu. Baxdı ki, Önər söhbətin mövzusunu dəyişmir, özü səngərdən bir qədər aralanıb irəliyə getdi. Beş-on dəqiqədən sonra qayıdan Umud, Önərin yuxuladığını görüb, asta addımlarla səhərdən gözünü düşmən səngərinə zilləyən əsgər yoldaşlarının yanına getdi. Balacaboy, ancaq həmişə səliqəli geyimi ilə yoldaşlarından seçilən əsgər Umudu görən kimi pıçıltı ilə-tayqulaqlar neçə gündür ki, dayanmırlar, nəsə edirlər, aparırlar-gətirirlər, nəsə hazırlaşırlar,-astadan dedi. Umud sanki onun nə dediyini eşitmirdi, bu səbəbdən ağzını açıb bir kəlmə demədi. Gözünü düşmən tərəfə zilləmiş əsgərlər bayaqdan yuxulamış Önərin səsinə diksinib onun uzadığı yerə sarı qaçdılar.Önər uzandığı yerdən qəflətən sıçrayaraq-nə baxırsınız, görmürsünüz evimiz yanır, -hövlanək dedi. Balacaboy əsgər Önərin bu halından qorxaraq- buna nə oldu, yəqin, yatdığına soyuq oldu, xəstələndi,- Önərə yaxınlaşaraq dedi. Umud Önərin əlindən tutub məyus halda dilləndi: -Yuxu-zad görməmisən, niyə belə edirsən? Önərin üz-gözünü soyuq tər basmışdı, bədəni titrəyirdi, dodaqları əsirdi. Umud onun gözünün içinə baxaraq,- Özünü ələ al görək, yekə kişisən, nə olub sənə, burda nə var ki, -dedi. Önər bir qədər toxtayaraq-yuxuda gördüm ki, evimiz yanır, kənddə heç kim yoxdur, camaat da yığışıb Hacıyurdundan tüstüsü ərşə qalxan evimizə tamaşa edirlər.Yadımdadır, kənddə arvadlar deyirdilər ki, yuxuda evin yanmasını görmək yaxşı şeydən xəbər vermir. Elə ən ağır qarğış da evlə bağlı olardı. Biri birinin pis gününü istəyəndə deyərdi:”Allah sənin evini yıxsın!”. Umud, yəqin, bu günlərdə şəhid olacağam,- duruxa-duruxa dedi. ...1994-cü ilin apreli idi. Lələtəpədə şiddətli döyüşlər başlamışdı.Önərin ağlına gələnlər başına gəldi. O, Göydağdan uzaqlarda- Lələtəpə döyüşlərində şəhid oldu. Özü də səngərdə yox, qızğın və şiddətli döyüşdə. Hiyləgər düşmənin mövqeyinə hücum etdi. Düşmənlə otuz-qırx metr məsafədə üzbəüz vuruşdu. Səngərdən başını qaldırıb avtomatın güllələrini ətrafa səpələyən iki nəfəri qanına qəltan etdi. Hündür təpənin başında marıxda dayanaraq döyüşü izləyən məkrli düşmən Önəri hədəf almışdı. Uzaq məsafədən Önərin döyüşə-döyüşə səngərə yaxınlaşdığını izləyən düşmən snayperçiləri onu vurdular. Önər Sumqayıtda, dəniz sahilindəki Şəhidlər Xiyabanında dəfn olundu. 23.10.2023. Xeybər Göyyallı

Ağsulu idmançılar Avropanı fəth etdi - Foto + VİDEO

20 - 22 oktyabr 2023 - cü il tarixlərdə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən taekvondo idman növü üzrə kiçik yaşlı yeniyetmələrin Avropa birinciliyinə 4 nəfər idmançıyla qatılan Ağsu taekvondoçuları bir qızıl və bir  gümüş medal qazanıblar. Belə ki, Mehman Qənbərov 27 kq çəki dərəcəsində  qızıl, Ülvi Məmmədov isə 36 kq çəki dərəcəsində  gümüş medal qazanıb.  Komandamız komanda hesabında da II yerə layiq görülərək kubokla təltif olunub.Bu uğur münasibətilə idmançılarımızı və onların məşqçiləri Vüqar Kərimovu təbrik edir, onlara daha yüksək naliyyətlər arzu edirik.

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - I hissə

Mən Gəncə vilayətinin Samux qəzasının Tomulu kəndindəki Arıxlı soyundanam. Atamın adı Məhəmməd, anamın adı Ağa Soltan, Ağabəyimin adı Şirin, qardaşlarımın adı Əsəd və Ələsdir. Doğulduğum kənddə mənə Arıxlının cəsuru Məmməd Qasım deyirdilər. 1897-ci ildə Tomuluda anadan olmuşam.     Çar Rusiyası zamanı bizləri məktəbə oxumağa qoymazdılar. Əsgərliyə də aparmırdılar. Ona görədə mədrəsədə mollalardan oxuyub yazmağı öyrənirdik. O zaman Qafqazda hamı at minib, silah gəzdirərdi. Fəqət əsgərliyə aparılanlar çox az idi. Birinci dünya müharibəsində ruslar bizdən də könüllü əsgər toplamağa başladılar. Bu səbəbdən 1915-ci ildə 16 yaşım tamam olduğuna görə mən də könüllü əsgərliyə yazıldım.     Bizi Gəncəyə gətirdilər. Topçu alayında üç ay təlim keçməyə başladıq. Alayın komandiri Qarabağlı Səlim Sultanzadə idi. II Dünya müharibəsində İranı işğal edən Rus qoşunları tərəfindən orada öldürülən Sultanzadənin komandirliyi ilə alayımız döyüşmək üçün cəbhəyə yollandı. Biz Kiyevi də keçdik. Avropada əslən Borçalıdan olan İsrafil Yadigarlının alayı ilə birləşdik. Bizim alaydan başqa gürcü, çərkəz, Dağıstan bölükləri də vardı. Gəldiyimiz Proskozevdə zabit həmyerlilərimizlə də rastlaşdıq. Səməd bəy və Qabaqtəpəli Nəbi dayının oğlu İsrafil də orada “ Yüzbaşı” rütbəsindəydi. Gürcü əsilzadələrindən olan general Makalov iki il müharibədə bizə komandirlik etdi. Israfil isə II Dünya Müharibəsində almanlar tərəfinə keçdiyi üçün ruslar tərəfindən öldürüldü. Karpat dağlarında Avstriyalılarla döyüşərkən aldığımız əsirlər arasında türk dilində danışanlar da var idi. Onlar Yaqub Şövqü paşanın əsgərləriydilər. Alman təyyarələri isə hər gün Dunay ətrafını bombalayırdı. Ruslar isə onlara qarşı heç nə edə bilmirdilər. 1917-ci ildə Rusiyada ixtilaf baş verdi, bu hadisə cəbhə xətlərinə də təsirini göstərdi. Cana gəlmiş əsgərlər hər yerdə sülh və hürriyyət deyib bağırırdılar. Üç yüz il hökmdarlıq etmiş Romanovlar taxtdan salınmış yerinə Kerinski keçib müvvəqəti hökümət qurmuşdu. Çar Nikolayın qohumlarının və qızının Avropada olduğu söylənirdi. Bizdə cəbhədən Proskozevə dönmüşdük. O vaxt Kerinski də öz adamları ilə Proskozevə gəldi. Vağzalda bizlə görüşdü və mühafizə dəstəsinə qəbul etdiyini anlatdı. Beləliklə, biz də onunla Peterburqa gəldik. Xarici müharibə bitsə də vətəndaş müharibəsi başlamışdı. Çar Nikolayın mühafizə dəstəsi də yoxa çıxmışdı. Daxili müharibə davam edir, hər gün on minlərlə insan öldürürdü. Əsgərlər yeni inqlab mahnıları oxuyurdular. Qalan əsgərlər isə evlərinə qayıdırdılar. Biz türklər, gürcülər, şimali qafqazlılar və dağıstanlılar da evlərimizə qayıtmaq üçün hazırlıq görməyə başladıq. Yol idarələri fəaliyyət göstərmirdi. Ona görə də biz üstü açıq vaqonlar tapa bildik. Vaqonları qum torbaları ilə doldurduq, topları və iri çaplı tüfəngləri torbalar arxasında gizlədə bildik və yola çıxdıq. Kiyev yaxınlığında qatarımız dayandı. Bizim əsgərlərdən biri qarpız almaq üçün yerə enərkən onu seyr edən bir erməni əsgəri güllə ilə vurmuşdu. Qafqazdakı erməni-müsəlman davası on ildən çox idi ki, davam edirdi. Buna hirslənən əsgərlərimiz vaqonlardan düşüb stansiyadakı bütün erməni və rus əsgərlərini məhv etdi, sonra yolumuza davam etdik. Öz nefti ilə zəngin olan Qroznuda da relslər sökülmüşdü. Çeçenlər bizi tanıyıb yolu düzəltdilər, onlar bizə toxunmadılar. Biz 4 vaqon silah-sursatla doğma vətənimizə gəlib Bakıya çatdıq. Bir-iki gün Bakıda qaldıqdan sonra komandirimiz Şahverdi xan Ziyadxanlının komandanlığıyla alayımızla birlikdə Gəncəyə üz tutduq. Şahverdi xan Gəncə xanı Cavad xanın nəslindəndi.Cavad xan 1804-cü ildə oğlu Hüseynqulu xanla şəhid edildikdən sonra düşmənlər şəhəri tuta bilmişdi. O zaman Azərbaycanın və Qafqaz ölkələrinin Rusiya ilə bağlı heç bir məsələsi qalmamışdı. Mən Karpatda vuruşandan baş çavuş idim. Ona görə də məni Morul Lemsəsi deyilən yerə baş çavuş təyin etdilər. Orada bir az işlədikdən sonra öz xahişimlə azad oldum və mənim yerimə Adıgözəlli Qədir bəyi təyin etdilər. 1917-ci ilin sonlarıydı. Rusiyada vətəndaş müharibəsi davam etdiyi vaxt Batumdan hərəkət edən qatarlar Gürcüstandan keçib Gəncə yolu ilə Bakıya və Rusiyaya getməliydilər. Vaqonlarda rus əsgərləri daşınırdı. Onların içərisində ermənilər də az deyildi. Qatarlar azərbaycanlılar yaşayan kəndləri, stansiyaları keçəndə ətrafdakı günahsız insanlara toplardan və iri çaplı tüfənglərdən atəş açır, günahsız həmyerlilərimizi öldürürdülər. Bu xəbər bütün Gəncə və Gəncə ətrafını sarsıtmışdı. Sonralar Azərbaycan Cümhuriyyəti dövründə Gəncə valisi işləmiş doktor Xudadat bəyin başçılığı ilə Şəmkir və Gəncə arasında vaqonları saxlayıb onları tərksilah edə bildilər. İyirmi günədək davam edən döyüşlərdə düşmənləri tamam tərksilah etmək mümkün oldu. Ondan sonra gələn əsgərlər ağ bayraq qaldırıb silahlarını təhvil verərək yollarına davam edirdilər.     Azərbaycan Cümhuriyyəti yarananda iyun ayında 1918-ci ildə mərhum Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Osmanlı türk ordusu Gəncəyə gəldi. O zaman Azərbaycanın baş şəhəri Bakı erməni və rusların əlindəydi. Yerli əhalini bolşeviklər sorğusuz-sualsız məhv edirdilər. Mart soyqırımı da o zaman baş vermişdi. 1918-ci il 28 mayda Azərbaycanda Cümhuriyyət quruldu. Azəri və türk əsgərləri Bakını azad etmək üçün hücuma keçdilər. Bolşeviklər sovet höküməti qurmaq adı ilə xalqın başına min cür fəlakətlər açır, müsəlmanları məhv edirdilər. Türk və əzərbaycanlı qoşun birləşmələrinin səyilə Bakı azad olundu və tarixdə ilk türk cümhuriyyəti quruldu.     Yüksək və qarlı dağları, yalçın qayalıqları, dağ şəlalələri, ormanları və ovalıqları, rəngarəng təbiəti olan vətənimin insanları da çox cəsurdur. Onlar həmişə işğalçılarla mübarizə aparmışlar. Azəri xalqının bu cəsurluğu da nəsildən-nəsilə keçmişdir. Adət etmədiyi bir şey varsa o da xəyanət və yalandır. Bu da onların saf niyyətli, təmiz qəlbli olmasından irəli gəlir. İstiqlal sevincilə yaşayan Azərbaycan türkləri o zaman türk ordusunun yardımını unutmamış, onların şəninə şeirlər qoşmuş, şərqilər mahnılara dönmüşdür. Onların bir-ikisi hələdə yadımdadır:                     Şalon gəlir baş-başa                     İçində Nuru Paşa.                     Paşaların Paşası                     Yaşasın Ənvər paşa.                     Şalon gəlir yan verir                     Gəncəyə nişan verir.                     İçindəki zabitlər                     Azərbaycan deyə can verir.     Türk ordusu işini bitirib Anadoluya döndükdən sonra mən də Samuxdakı kəndimə qayıtdım. Azərbaycan ordusu yenicə yaranmağa başlayırdı. Biz isə yenə də silahlı dolaşırdıq. Bir gün məni Gəncə şəhər valisi Xudadat bəy yanına çağırtdırdı. Rəfibəylilərlə səmimi münasibətimiz olduğu üçün dərhal yanına getdim. Gəncə şəhəri ortasından çay axan qədim bir şəhərdi. Batı tərəfdə türklər, doğuda isə ermənilər yaşayırdı. Ermənilər tərəfə dəmir bir körpü ilə keçib getmək olurdu. Vilayət binasının erməni tərəfdə 4 mərtəbəli saray olduğunu öyrəndim. Doktor Xudadat bəyi iş otağında tapdım. Uzun boylu, enli kürəkli, qüvvətli bir kişiydi. Sərt baxışları ilə məni süzdükdən sonra barmaqları arasındakı qələmi saçlarına dayayıb – “xoş gəldin Qasım, buyur əyləş” – dedi.     Oturdum. Bir az sükutdan sonra sözünə davam etdi:     Qasım, nə vaxtadək dağda-daşda dolaşacaqsan. Azərbaycan hökümətini qurduq. Fəqət hərəmiz bir tərəfə çəkilirik. Siz, gəlib vəzifə alıb işə başlamalısınız. Əsgərlikdə, müharibədə olmusunuz. Bizə belə adamlar çox lazımdı. Sonra ağır və qalın səslə : Qaracaəmirlidən Ramazan oğlu Rüstəm, Dəllərdən Kərbəlayı Hacılar, Ayıblıdan Abdulla Quşbazoğlu, Hacı Həsən hamısı gəlməli və birlikdə bizə yardımçı olmalısız. Qardaşın isə Dövlət Dəmir Yolunda işləyəcək. Dövləti, höküməti bir yerdə quracağıq. Başqa yolumuz yoxdu – deyib sözünü bitirdi. Vali bəyin sözlərini diqqətlə dinləyib dərindən düşünürdüm. Bu vaxtadək heç kəs bu sözləri bizə deməmişdi. Yeni bir aləmdəydim. Məsuliyyətli bir vəzifə təklif olunurdu.     Bir Qafqazlı kimi belimdə qılınc, arxamda tüfəng at belində böyümüşdüm. Yeyib-içib kef edərdim. Hər kəs özü-özünə hökümət idi. Elə hiss etdim ki, vəziyyət dəyişib. Xudadat bəy də mənə ehtiramla yanaşdığına görə çağırıb bu məsuliyyətli vəzifəni təklif edirdi. Valini doğma atam kimi sevirdim. O, Gəncənin bəylərindən idi. Onlara Rəfibəyzadələr deyərdilər. Həmişə dövlət yanında xalqın haqq və hüququnu müdaifə edərdilər. Xudadat bəy Ələkbər bəyin oğlu idi. O da xalqı müdafiə etdiyə görə sürgün olunmuşdu. Rəfibəylilər xalqın təhsil, sənaye, ticarət işləri ilə də məşğul idilər. Onlar cəhalətə qarşı da mübarizə aparırdılar.     Çar zamanı Sibirdən Gəncəyə rus əsgərləri gətirilmişdi. Onlar çeşməyə gedən çarşablı qadınlara söz atıb həyasızlıq edirdilər. Bundan mütəəssir olan xalq Ələkbər bəyin yanına şikayətə gedir. Bizim də dəliqanlı vaxtlarımız idi. Ələkbər bəy 15 nəfər dəliqanlı topladı və dedi :  – Hamınız qadın paltarı geyib üstündən çarşab bürünəcəksiniz. Kişi olduğunuz bilinməyəcək. Silahınız da çarşab altda olmalıdı qucağınızdakı teşt paltarla dolu çaya gedəcəksiniz. Rus əsgərləri həyasızlığa başlayanda atəş atacaqsınız. Onun tapşırığını yerinə yetirdik və nəticədə rus əgərləri rədd olub getdilər. Mərhum Ələkbər bəyi öldürmək üçün ermənilər və ruslar nə qədər hiylə qursada, xalq onu qorudu.     Azərbaycan Cümhuriyyəti mənə Eldar, Alazan nəhri arasında Gürcüstan sərhədlərini qorumaq üçün komandanlıq vəzifəsi verdi. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Belə getsə, Azərbaycanlılar Ermənistana işləməyə gedəcək - Fuad Qəhrəmanlı yazır

Bundan sonra müxalifətçiliyə ehtiyac varmı? Bu gedişlə ermənilərdən iş istəyəcəyikmi?  Sual çox sadədir, niyə Ermənistanda orta aylıq əmək haqqı 682 , Gürcüstanda 484, Azərbaycanda isə 374 dollardır?  Hakimiyyət çıxıb bu sualın cavabını verməlidir.  Hanı bəs Qafqazın lider ölkəsi idik, nə oldu? Bəs bizim uğurlu neft strategiyamız vardı, nə oldu? Deyirdiniz qeyri neft sektorunu inkişaf etdiririk, nə oldu, hanı o strategiyanın iqtisadi nəticələri ? Necə olur ki, nefti, qazı olmayan bu ölkələrin vətəndaşları neftin, qazın hesabına 200 milyard gəlir əldə edən ölkənin insanından daha çox qazanırlar? Avropa ölkələri bir yana qalsın, dövlət siyasətinə çevrilmiş acgözlüyün , hüdudsuz korrupsiya üzündən Ermənistandan, Gürcüstandan, Qazaxıstandan Belarusdan belə geri qalırıq.  Bu gedişlə 10, 20.. ildən sonra bu ölkələr harda olacaqlar biz harda? Belə getsə 15-20 ildən sonra azərbaycanlılar gedib Ermənistanda iş axtarmayacaqlarmı? Əgər bu gedişat dəyişməsə, bir zaman gələcək ki, öz ölkəsində iş tapa bilməyən, tapanda da az qazanc üzündən ailəsini dolandıra bilməyən azərbaycanlılar gedib ermənilərin hüzurunda boynunu büküb iş istəyəcək.   Ölkədə müxalifətə gərək yoxdur deyənlər, xalq bundan sonra Xankəndi yeməyəcək, insanlara normal yaşamaq üçün iş yeri, yaxşı qazanc, ədalət, hüquq lazımdır. Yoxsa, Xankəndi var deyə, azərbaycanlılar Ermənistan əhalisindən kasıb, hüquqsuz halda yaşamağa görə şükr etməlidirlər?  Bu başqa bir mövzu ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə inkişafın göstəricilərindən və demokratiyanın işləmə mexanizmlərindən bir də elə məhz müxalifətin olmasıdır.  Bizə gəldikdə isə belə səriştəsiz, korrupsiyalaşmış idarəçiliyə , ölkəni milli tənəzzüllə, başqa xalqlar qarşısında geridəqalmış vəziyyətə salan bir hökumətə qarşı mübarizə aparmaq üçün indi həmişəkindən daha çox müxalifətçiliyə ehtiyac var. Fuad Qəhrəmanlı 

Peyğəmbərin missiyası təslimolma informasiyasını yeniləməkdən ibarət olmuşdur - Nəriman Qasımoğlu

Harvard Universitetində çalışdığım zaman tanınmış ilahiyyatçılardan biri məni maraqlı bir tapıntı ilə tanış etdi. Onun bir həmkarı Məhəmməd peyğəmbər dövründən etibarən, yəni 7-ci əsrdən başlayaraq 9-cu əsrədək təxminən 25 min sayda ərəbcə yazılan mətnlərin sadəcə başlıqlarının monitorinqini keçirmiş və müəyyən etmişdir ki, həmin başlıqlarda "islam" sözünün sayı zaman keçdikcə artmağa, başlıqlarda "Allah", "iman" sözləri isə xeyli azalmağa başlayır.  Bu say azalması kifayət qədər ironikdir, çünki peyğəmbərdən sonrakı müsəlmanlar “İslam”ı daha çox ideoloji baxımdan qavradıqlarına görə, diqqətin "Allah"dan və "iman"dan siyasi məzmun səmtinə yayındığını göstərir. Gəlinən nəticə və tarixən də təsdiqlənən həqiqət ortaya çıxarmış olur ki, "İslam" ilkin yayılmağa başladığı dövrdə xüsusi bir dinin adı deyilmiş. Çünkü Oxu informasiyasına görə, Yazı əhli - yəhudilər, xristianlar faktiki olaraq ümumilikdə İslamın - tərcümədə "təslimolma" deyilən bu dinin içindədirlər. Peyğəmbərin missiyası təslimolma informasiyasını yeniləməkdən ibarət olmuşdur. Əslində, ənənəvi müsəlmanların İslamı tarixi-siyasi qəliblərə salaraq və fərqli din anlamında mütləq həqiqətlərə iddiaçı bir sistemə çevirərək üstün mahiyyətdə təqdim etməsi bəlli tarixi-siyasi səbəblər üzündən baş vermişdir. Nəriman Qasımoğlu 

Sanki yaltaqlara bir şans qapısı açılıb - Mehriban Vəzir

Baxıram, sanki öhdəlikləri var... yəqin ki var... yaşam şərtləridi... çörək ağaclarıdı...  Hər gün hər yandaş qəzetdə eyni mövzulu yazılar gedir... yerlərdə olan səviyyə ilə "... hə, bəs nə oldu, deyirdiniz olmayacaq, almayacaq, filan..." "kölgə düşürürdünüz, filan..."  Sanki yaltaqlara bir şans qapısı açılıb, növbəti parlament kresloları uğrunda yarış gedir... marafondu... kim kimi ötdü...  Çox çirkinsiniz haa...  A kişi, almamışdı, 30 il alınmamışdı, Avropaların qapılarında sürünmüşdük... alçaq satılıqlar bizə "tövsiyələr" verirdilər. Bəs nə deməliydilər?  Bunu bütün xalq deyirdi. Çıxın, bir sorğu aparın, küçədə, Şuşanın alınacağına, Xankəndinə bayraq sancılacağına hər yüz nəfərdən neçəsi inanırmış, soruşun. Bəlkə də heç neçəsi. Şuşa qələbəsi üçün dünya boyu axan göz yaşları həmin inamsızlığın, gözlənilməzliyin, şokun tərcümanı idi. Gözlənilən üçün gözyaşı axmaz ki! Gözləmirdik. Məhz bu tarix üçün gözləmirdik. Çünkü Qarabağda bizimlə düşük hay tayfası deyil, dünya gücləri savaşırdı. Və savaşır... Aşıq gördüyün çağırar: 90-larda Qarabağın verilməməsi üçün bu ölkədə neçə hərəkat qurulub? Unutdunuzmu? Mən özüm o hərəkatlardan birinin, Milli Müqavimət Hərəkatının rəhbərlərindən olmuşam. Qapı-qapı gəzib imza toplamışam. Dərmanım olsa getməyəcəyim qapıları döymüşəm. 1999-da İstanbul sammitində baş verəcəklərin qarşısını bu partiyalar, təşkilatlar, ictimaiyyət, nəhayət xalq necə aldı... hansı itkilərin hesabına aldı... bir kitab yazmaq olar... bəlkə də yazacam...  Satılıq dünya, iqtidarların yaxasından yapışıb "Qarabağı erməniyə ver" deyirdi. Nə tez unutdunuz! "Qarabağı ver" deyə ABŞ prezidentinin yazdıqları məktubları, bu məqsədlə ölkəyə səfər edən yüksək missiyaları nə tez unutdunuz?!  Bu vətəndaş bu ölkədə illərdir nə gördü ki... korrupsiya, orduda qətllər, mətbuatın məhvi, seçki saxtakarlığı... sərvət oğurluğu... və çox müsibətlər... ailələrin içinə qədər girmiş ictimai faciələr... Eləcə də Qarabağla bağlı hərəkətsizlik. Bataqlıq! Təpənsən batmaq qorxusu. Düz 30 il!!! Hərəkət olub deyə bilərsiniz. Haqsız da olmazsınız. Ancaq bağlı qapılar arxasında olanları xalq görmür. Görünən yalnız ümidsizlik və məyusluq idi, Qarabağ camaatının yavaş-yavaş qırılması idi... O zaman nə deməliydi bu camaat?  Qərəzlilərlə işim yoxdur. O da onların yolu. Onlar da olmalıdır. Onların varlığı təhrikdir. Stimuldur. Sövq etməkdir. Dava çəkməkdir.  Ölkəni xor oxuyan görmək istəyirsinizsə, yanlış yoldasız. Sovetizm bitmiş artıq. Evinizə boylanın, evlərinizdə belə nəğmələr xorla oxunmur, 3 nəfəriksə, 5 nəfəriksə, hər nəfərin öz havası, dünyaya öz baxışı var.  Bu anda sözüm utanmaz yaltaqlaradır. Və "bitirin bu çirkinliyi" deyə biləcək bir iradəyədir. "Bitirin bu rəzaləti, xalqımın əxlağına ziyan vurursuz, mənəvi ekologiyaya zərər verirsiniz" deyəcək bir gücə! Çünkü xəyalımda olan o sorğu anketində olacaq suallardan birinin cavabı ən yaxşı halda belə olar bilərdi. Əmin idim Qarabağı alacağıq, amma o günü görəcəyimə əmin deyildim.  Xalqın əhvalı bu idi, amma iradəsi yenilməz idi. Vicdanı olan etiraf edər. Lakin yağlı əppəyə yaltaqlıqla çatanlar, sərvət toplayanlar, yaxud yeni revanş götürüb irəlidə gedən zəncirlilərdən örnək alanlar boyunlarına almaz, üzə durarlar... A yazıqlar, "öhdəlikləriniz" - içinizdənmi gəlir, dışınızdanmı gəlir, bilmirəm - bu öhdəlik qələminizlə birlikdə sizi gündən-günə daha çirkin hala salmaqdadır. Hər rəzalətin bir bədəli var, əmin olun... ağır ödəyəcəksiniz...  Əlbəttə, haqlının haqqını verməmək başqa... verməyənlər var, olacaq. Amma ona bu qədər fokslanmaq qədər zəifliyin adı nə?   Gün kimi aydındı ki, xalq inanmırdı. Ürəklər bu ağıl inamsızlıqları ilə barışmasa da inanmırdı. Regionun siyasi durumu da inanmamağa sövq edirdi. Heç kəsin ağlına gəlmirdi ki, şərtlər dəyişə bilər.  Amma bu iş oldu. Mübarək bir iş oldu. Xankəndinə dövlət idarələrinin lövhələri asılır. Çox şükür! Hər kəs "bu günü də gördük" deyir. Demək, görməməyin, görə bilməyəcəyinin qorxusunu yaşamış bu xalq. Və istisnasız hər kəs bu faciəvi qorxu hissini qəlbində 30 il daşıdı. Bu hiss nə qədər insanımızın ömrünü çürütdü, nə qədərimizi məzara gömdü... Hətta iqtidarla canbir olanlar belə hər yanını canavarlar bürümüş, içi Kremlin təyin etdiyi quldurlarla dolu bir dövlətin bu müsibətdən sıyrılacağını ağlına gətirmirdi. Ən yaxşı halda gələcək nəsillər üçün əlverişli şəraitin buraxılmasını böyük qazanc hesab edirdi. Amma bu iş oldu! Oldu! Oldu!  Niyə bunun sevincini yaşaya bilmirsiniz?  Kiçik qəlbinizə böyük duyğular sığmırmı? Bəlkə də mövcudluq üçün başqa yolunuz yoxdur.  Allah sizi bu çəkilməz yükdən azad etsin! Mehriban Vəzir 

Bolşeviklərin xatirələrində: Nəsib bəy Yusifbəyli

Bolşeviklərin xatirə ədəbiyyatında Nəsib bəy Yusifbəyli adına bir çox yerdə rast gəlmək olar. Əslində bu mövzunun özü geniş bir tədqiqat və araşdırma mövzusudur. Azərbaycan istiqlal fikrinin ilk dəfə nəzəri əsaslarını müəyyən etmiş və bu istiqamətdə əməli işlərə başlamış Nəsib bəy Yusifbəyli bolşeviklərin gözündə əsas tənqid hədəfində olmaqla, həmçinin bolşevizmin sarsılması istiqamətində real işlər həyata keçirirdi. Bu səbəbdəndir ki, bolşeviklərin xatirə ədəbiyyatında Nəsib bəyə qarşı dərin nifrət duyğuları nəzərə çarpır. Milli dövlət konsepsiyasından çıxış edən və hər zaman istiqlal fikrini əsasa alan Nəsib bəy Yusifbəyli istiqlaliyyətimizin əldə edilməsi və qorunması yolundakı 4 illik səmərəli fəaliyyətinin bədəlini öz canı ilə ödəmişdir.  Bolşevik Həmid Sultanov " Oktyabr Azərbaycanda" adlı xatirəsində qeyd edir ki, Qafqaz Müsəlmanlarının Qurultayının (  1917-ci il aprelin 15-20-də Bakıda keçirilib)  əsas məsələsi öz müqəddəratını tə’yin etmək məsələsi idi. Qurultay tələb edirdi ki, müstəqil dövlət  yaradılsın, həm də onların proqramı Qafqazı, Krımı və qismən Volqaboyunu əhatə edirdi. Nümayəndələrdən biri, Nəsib  bəy Yusifbəyov, üzərində yaşıl ləkələr olan etnoqrafik xəritəni gözü yaşarmış halda, ağzı köpüklənə-köpüklənə  toplaşanlara göstərərək izah edirdi ki, yaşıl ləkələr müsəlmanların məskun olduğu yerlərdir. O, təşkil olunmuş «Türk  ocağı»( Türk Ədəmi Mərkəziyyət Partiyasını nəzərdə tutur)adından deyirdi ki, müsəlmanlar Rusiyadan ayrılmaq istəyirlər; o, hamını yaşıl bayraq altına toplaşmağa çağırırdı. Bu zaman Nəriman Nərimanov tribunaya qalxaraq, aşağıdakı sözlərlə qurultaya müraciət etdi: «Zəhmətkeş  müsəlmanların nicatı qırmızı bolşevik bayrağı ətrafında toplaşmaqdadır. Proletar inqilabından və onun bayrağından başqa  heç bir yaşıl ləkə heç kəsi xilas edə bilməz». Bu sözlərdən sonra qurultayda bərk səs-küy qopdu.  Bolşevik xatirə ədəbiyyatında digər bolşevik nəşrlərə xas aşağılayıcı sözlərə geniş yer verilir. Bunun səbəbi bolşevik liderlərin söz bazasının kasadlığı ilə yanaşı, nifrət "duyğularından" doğurdu. Amma Nəsib bəyə və onunla birlikdə Azərbaycan istiqlaliyyəti uğrunda mübarizə aparan simalara qarşı aşağılayıcı, əks fikirlərlə yanaşı bir sıra məqamlar düşmənlərin dili ilə ifadə olunsada, Nəsib bəyin dövri hiss və duyğularına, müdafiə etdiyi fikirlərdəki prinsipiallığına, məqsəd və məramındakı səmimiyyətə işıq salır. Həmid Sultanov öz xatirəsində qeyd edir ki, Nəsib bəy Qurultayda etnoqrafik xəritəni gözü yaşarmış təqdim edirdi. Əlbəttə bunu Nəsib bəyin dostlarından, mübarizə yoldaşlarından biri yazsa idi, düşünülərdi ki, şişirdir. Amma bu sətirlər Nəsib bəyə və onun məfkurəsinə düşmən kəsilmiş Həmid Sultanova məxsusdur. Həmid Sultanova aid bu sətirlərdən məlum olur ki, Nəsib bəy Qurultayda Rusiya müsəlmanlarından danışarkən, onların yaşadığı yerləri göstərərkən gözləri yaşarıbmış, həmçinin qeyd edir ki, Rusiyadan ayrılmaq istəyirlər.  Həmid Sultanov yenə qeyd edir: Biz fəhlə məsələsinin ört-basdır edilməsi əleyhinə e’tiraz edərkən, o zaman hazırkı müsavatçıların adından Nəsib bəy  tribunaya qalxdı, Qafqaz etnoqrafik xəritəsini əlində tutub bağıra-bağıra yaşıl ləkələri göstərərək dedi: «Siz burada... hansı  məsələləri qaldırırsınız. Əvvəlcə millətin məsələsini həll etməliyik, öz dövlətimiz, öz özünüidarəmiz olduqdan sonra isə  öz evimizdə fəhlə məsələsini də həll edərik...». Həmçinin buradan aydın olur ki, Nəsib bəy bolşeviklərin sinfi tələblərinə qarşı, millət mənafeyindən çıxış edir, sinfi məsələləri arxa plana keçirir. Dövlət olaq, özünüidarəmiz olsun, digər məsələləri sonra həll edərik - deyir.  Yuxarıda Həmid Sultanovun xatirəsindən qeyd olunan Nəriman Nərimanovun «Zəhmətkeş  müsəlmanların nicatı qırmızı bolşevik bayrağı ətrafında toplaşmaqdadır. Proletar inqilabından və onun bayrağından başqa  heç bir yaşıl ləkə heç kəsi xilas edə bilməz» yanaşmasına qarşı Nəsib bəy öz qətiyyətli duruşu və mudafiə etdiyi fikirlərlə onunla üz-üzə dayanmışdı. Cümhuriyyət zamanında da bu qarşıdurma davam etmişdi. Nərimanovun Nəsib bəyə göndərdiyi hədələrlə dolu məktub bunun əsaslı sübutudur. Həmid Sultanov yenə öz xatirəsində qeyd edir ki, nəticə e’tibarı ilə burjuaziya müsavatçıların, eserlərin və menşeviklərin köməyi ilə qurultayda həmin məsələyə dair öz bəyannaməsini keçirdi.  Dadaş Bünyadzadə "Mübarizə illəri" adlı xatirələrində qeyd edir ki - "O vaxtlar Azərbaycanda inqilab hərəkatı xeyli çox inkişaf etmişdi. Azərbaycan qəzalarında çoxlu partiya təşviqatçılarımız və rəhbərlərimiz var idi, onlar polis tərəfindən bərk tə’qib edilir və həbsə alınırdılar, lakin bu hal zəhmətkeşlər və kəndlilər arasında inqilabi ruhun daha da artmasına səbəb olurdu. «Qığılcımdan alov əmələ gəlirdi». Qazax qəzasının inqilabçı kəndliləri ilə təşkilatımızın ilk görüşü Qazax Şəhərində oldu; Ağamalıoğlu, Pepinov,  Əbilov və başqaları başda olmaqla burada Hümmətçilər konfrans çağırmışdılar. Bizim bolşevik təşkilatımızın qərarı ilə V.Naneyşvili, Rəhim Hüseynov, Ağababa Yusifzadə, Ə.H.Qarayev yoldaşlar  və mən oraya getmişdik. Yadımdadır, Pepinov beynəlxalq vəziyyət haqqında mə’ruzə, Qarayev əlavə mə’ruzə etdilər,  Ağamalıoğlu torpaq məsələsinə dair mə’ruzə etdi, mən əlavə mə’ruzə etdim. Demək lazımdır ki, bütün məsələlərdə  nümayəndələrin nəzəri və diqqəti bizdə idi və bizim qətnaməmiz qəbul olundu. Aşağıdakı əhvalatı qeyd etmək maraqlıdır:  o zamankı baş nazir Nəsib bəy Usubbəyov Qazax polisinə teleqrafla əmr vermişdi ki, konfransı qovsun, bizi, bolşevik  nümayəndələri isə tutub Bakıya göndərsin. Lakin bunu etmək onlara müyəssər olmadı, çünki konfransın silahlı  nümayəndələri bizi müvhafizə etdilər və konfransın qadağan olunmasına yol vermədilər".  Buradan aydın olur ki, hökümət rəhbəri Nəsib bəy Yusifbəyli bolşeviklərə qarşı mübarizəyə şəxsən özü rəhbərlik edirdi.  Əliheydər Qarayev "Vahid təşkilatın gücü" adlı xatirələrində qeyd edir ki - "Partiya tərəfindən rayonlarda fəhlələrdən döyüş dəstələri təşkil edilmişdi, Qəzalara məs’ul rəhbərlər göndərilmişdi ki, yerlərdə  döyüşçü dəstələrinə rəhbərlik göstərilməsini təşkil etsinlər. Əsgərlər arasında da geniş kampaniya başlanmışdı. Lakin düşmən də mürgüləmirdi. Daşnaqlar və müsavatçılar bütün vasitələri işə salaraq tələsirlər, qanlı qırğınlara hazırlaşırlar.  Bizim «Azərbaycan füqərası» qəzetimiz fevral ayında Azərbaycan zəhmətkeşlərini xəbərdar edirdi ki, Qarabağda qırğın  hazırlanır. Müsavatçı Yusifbəyovun əmri ilə bizim qəzetimiz bağlanır. Bizi öz mətbuat orqanımızdan məhrum edirlər. Lakin bu partiyanı ruhdan salmadı, əksinə, təşviqat işi gücləndirildi".  Buradan isə aydın olur ki, bolşeviklər silahlı dəstələr təşkil etməklə yanaşı, mətbu orqanları vasitəsilə təxribatçı mahiyyətdə təbliğat işi aparırdılar.  Önəmli məlumatlardan biridə Qazax  qəzasında inqalabi kəndli hərəkatının tanınmış simalarından biri Məmmədqara Məmmədovun "Qırmızı partizanlar" adlı xatirələrdir. Məmmədqara Məmmədov qeyd edir ki - " 1919-cu ilin mayında gizli partiya təşkilatının tapşırığı ilə qırmızı partizan M.C.Məmmədov Tovuz stansiyasından müsavat hökumətinə ultimatum teleqramı göndərib geri alınmış torpaqların qaytarılmasını tələb etdi və hədələyərək bildirdi ki, əks təqdirdə kəndlilər son damla qanlarınadək mübarizə edəcəklər, hətta musavatçılar xarici müdaxiləçilərdən yardım alsalar da mübarizəni davam etdirəcəklər. Müsavat hökuməti bu teleqramı aldıqdan sonra (ertəsi gün həmin teleqram bolşevik mətbuatında çap edilmişdi),  həmin gecə iclas etdi və ertəsi gün özünün xüsusi nümayəndəsini, ziraət naziri Hidayət bəy Sultanovu Gəncəyə göndərdi.  O Tovuz gizli bolşevik təşkilatının nümayəndələri Məmmədqara Məmmədovu, Əmirxan Kərimovu, Kazım Qasımovu, Əli Həsənovu və Məmmədəli Vəliyevi dindirməyə başladı. Müsavat ziraət naziri istintaqdan sonra həmin qırmızı  partizanları həbs etdi və mühafizə dəstəsinin müşayiəti ilə həbsxanaya göndərdi, lakin RK(b)P Gəncə gizli mahal  komitəsinin işə qarışması sayəsində onlar həbsxanaya gedən yolda keşikçiləri tərksilah edib qaçmağa müvəffəq oldular. Tiflisə gedən müsavat hökumətinin baş naziri Yusifbəyov və onu müşayiət edən şəxslər Bakıdan Tovuz stansiyasına  gəldikdə qırmızı qvardiyaçı partizanlar baş nazirin qatarını da yandırdılar, onun vaqonunu qatardan açdılar.  Qırmızı partizanlar gizli partiya təşkilatının tapşırığı ilə hərəkət edirdilər. Baş nazir vəziyyətin çıxılmaz olduğunu  gördükdə, qırmızı partizanların tələbini yerinə yetirməyə məcbur oldu, o torpaqların kəndlilərdə saxlanması haqqında öz yerli orqanlarına göstəriş verdi. Yalnız bundan sonra baş naziri aparan qatar öz yoluna davam edə bildi. Əlbəttə, bu baş nazir tərəfindən bir manevr idi və kəndlilər torpağa ancaq Sovet hakimiyyəti qurulduqdan sonra sahib oldular". Azərbaycan Cümhuriyyəti elan edilməmişdən öncə də bolşevik təxribatçı ünsürləri kəndliləri qızışdıraraq mülkədarların, bəylərin üzərinə salmış, onlara qarşı qətliamlar təşkil etmişdilər. Bunların sırasında Allahyar bəy Zülqədərliyə, onun xanımına, ailəsinə qarşı təşkil edilmiş qətliam ən yadda qalanlardandır. Bununla yanaşı bir çox Zülqədərli, Qarabəyov, Şamxoriski, Sultanov və digər mülkədar bəylərə qarşı təşkil edilmiş qətllər bunun tərkib hissəsidir. Azərbaycan Cümhuriyyəti dönəmində isə hətta qanuni hakimiyyətə qarşı dahada çirkin təxribatlara əl atan bolşevik siyasi çevrələr fəhlə sinfinin simasında hakimiyyəti qəsb etmək yolunu tutmuşdular.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Bu gün Ümumdünya qəzetçilər günüdür

Bu gün Ümumdünya qəzetçilər günüdür. Həyatımızda müsbət nə varsa bu işdə qəzetlərin rolu ölçüyə gəlməz dərəcədədir. İrandan, Səudiyyə Ərəbistanından və digər geriçiliyin hakim olduğu cəmiyyətlərdən fərqimizi zamanında qəzetlər, jurnallar yaradıb. Qəzet və jurnallar vasitəsi ilə bizlər məlumatlanmış, informasiya əldə etmiş mütərəqqi cəmiyyətlərin dəyər və düşüncələrindən xəbərdar olmuşuq. Geriçiliyin hakim olduğu cəmiyyətimizdə, hansı ki, Çar Rusiyasınında bunu davamlı şəkildə qorumağa çalışdığı bu geriçilik mühitində bizlər, Rusiya əsirliyində olan müsəlmanlar Həsən bəy Zərdabinin, Ünsizadə qardaşlarının, İsmayıl bəy Qaspıralının, Əlimərdan bəy Topçubaşinin, Fəxrəddin Rizaəddin Əfəndinin, Fatih Kəriminin, Əbdürrəşid İbrahiminin, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, Məhəmməd Ağa Şahtaxtlının və digərlərinin simasında geriçiliyi mütərəqqi dəyərlərlə əvəzləmək üçün oyanışın ilkin təməllərinin atılmasına başlandı. Bizim qəzetçilik ənənəmiz belə bir ağır durumda, basqı, təzyiq, senzura və nəzarət altında yol almış və dayanmadan həqiqətləri yazmaq, öz cəsarət dəsti-xəttini qorumaq üçün savaşmışdı. Bu dəsti-xətti qorumaqla milli mətbuatımız Ağamalı Sadiq Əfəndinin, Nəcəf Nəcəfovun və onların qələm yoldaşlarının simasında yenidən təşkilatlanma yolu götürmüşdü. Azadlıq, Müxalifət və onlar kimi bir neçə mətbuat orqanı Həsən bəy Zərdabi, Qaspıralı, Ağaoğlu qəzetçilinin səmimiyyətini, dürüstlüyünü, həqiqətləri yazmaq və ifadə etmək cəsarətini özündə daşımışdır. Bu yolda Elmar Hüseynov kimi cəsarətli qələm sahibini mətbuatımız itirmişdi. Qəzetçilik işinin ölməz imzalarını hörmətlə xatırlayır, bu gündə layiqli formada bu işi davam etdirən qələm sahiblərinə isə can sağlığı arzu edirik ! Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

"12-ci İmama"12 il iş veriblər: Gülməyin...

Adam deyir, sahibzamanam, zühur etmişəm. İnanmırlar.  Düzdür, inananlar olub. Onları da çağırıblar, inancından döndəriblər, məhkəmə qurublar.  İsa Məsih də zühur edəndə inanan olmamışdı. Amma sonra inandılar. Foma dedi ki inanmıram, bədənindəki çarmıx yaralarını göstər baxım. İsa bədənindəki mıx izlərini, kəsik izlərini göstərdi. Sonra Foma inandı.  İsa burada dedi: Mutlu o kəslərdir ki, görmədən inanırlar. Sonra insanlar isə hər zühur olayına inanmağa başladılar.  Fransada bir ziyarətgah var. Dünyada ən çox ziyarət olunan katolik ziyarətgahıdır. Vatikandan sonra. Bir mağaradır. 19-cu əsrdə 14 yaşlı bir qızcığaz meşədə odun yığarkən bir mağara yaxınlığında Məryəmin zühur etdiyini gördüyünü iddia edir. Qızcığaz bundan öncə bir müddət məhəllə kilsəsində moizələr, o sıradan Qız Məryəmin zühur edəcəyi barədə keşişin söhbətini dinləyirmiş. Qızcığaz iddia edir ki, gördüyü Bakirə Məryəmdir.  Qızcığazın bu bəyanatından sonra dindarlar bu mağaraya axışmağa başlayır. Amma heç kim görmədi Qız Məryəmi.  Sonradan qızcığaz Məryəmi yenidən gördüyünü, hətta Məryəmin ona yaxınladığını da deyir. Səs-soraq genişlənir. Bütün Fransadan axışırlar.  Prokurorlar adamları aldatdığı üçün qızcığaza iş başlayırlar, ittihamlar irəli sürürlər. Amma dindarlar imkan vermir.  Mağara ziyarətgaha çevrilir.  Kilsə qətiyyətlə qızcığazı müdafiə edir. Kilsə Fransa inqilabında tamamilə itirdiyi nüfuzunun bu hadisədən bərpa olunacağı perspektivi görürdü. Hətta o zamankı kralın eşi bu mağaranı ziyarətə gəldi. Beləliklə, bu mağara bütün katoliklərin ziyarətgahına çevrildi. Vatikan da zühur olayını tanıdı.  Qızcığaz uzun yaşamadı. Ölümündən sonra kilsənin müqəddəsləri sırasına salındı.  Mağaranın yerləşdiyi kənd indi balaca şəhərdir. Evdən çox hotellər var. Milyonlarla zəvvar gəlir ilboyu bu şəhərə. Fransanın ən çox ziyarət olunan nöqtələrindən biridir. Bir kiçicik qızcığaz öz ötkəm fantaziyası ilə bütün bölgənin çörək ağacı, dindarların ümidi, kilsənin güc mənbəyinə çevrildi. İndi gələk bizim imam Mehdiyə. Bəlkə adam doğrudan da qeyb olmuş imamdır. Haradan bilirsiniz?  Bəlkə gəlib sınasın dindarları. Gəlib görsün nə ilə nəfəs alırlar. Bax! Bir yanda , o biri yanda Doğu. Adamlar uşağın xəyal enerjisinin məhsulu olan hekayədən böyük bir ziyarətgah düzəldiblər.  Bizdə də işıq gələn yeri tıxayırlar.  Zarafat eləmirəm  Rəşid Hacılı 

Nəiminin gizlinləri: Nəsiminin mürşidini əslində kim öldürtdürüb ? - Əkbər Nəcəf yazır

XXX Hürufilik fəlsəfi-mistik cərəyan kimi XIV-XVII əsrlərdə Azərbaycan, Anadolu, Suriya və Balkanlarda təsirli olub. Hürufiliyin ana vətəni Azərbaycan olsa da, hürufilik bu diyarda ancaq 50 il təsirli ola bildi. Aralarında Nəiminin qızı Fatma Xatun və müridi Yusifin də yer aldığı 500 nəfərlik hürufinin 1444-cü ildə Təbrizdə qətlə yetirilməsindən sonra Azərbaycanda hər hansı bir hürufi qruplaşması haqqında mənbələrdə məlumat yoxdur. Hürufiliyin ən təsirli olduğu coğrafiya Anadolu olub. Fateh Sultan Mehmetin bir müddət hürufi fikirlərinin təsirində qaldığını nəzərə alsaq, Fəzlullah (qısaca: Fəzl) tərəfdarlarının Anadoludakı təsiri daha yaxşı başa düşülər. Hürufilər özlərinə “hürufi” demirdi Hürufilər heç vaxt özlərini “hürufi” adlandırmayıblar. Nə Fəzlullah Nəiminin, nə də müridlərinin əsərlərində belə bir ad keçmir. Bu ad onlara başqaları tərəfindən verilib. Maraqlıdır ki, hürufi cərəyanlarının tarixi Fəzlullah Nəiminin 500 il əvvəl başlayır. İslam tarixində ilk hürufi Müğirə ibn Səid əl-İcli (? - 737-ci il) hesab olunur. Müğirə “ismi-əzəm”i bildiyini və ölüləri bu vasitə ilə diriltdiyini iddia edib. Ona görə, Allahın həm surəti, həm də bədəni var. Onun bədəni Quranın hərflərinə oxşayır. Məsələn, Allahın ayağı “əlif”, gözləri “mim” şəklindədir. Müğirə bu tərz açıqlamalarını ifrat dərəcəyə çatdırıb. Onun fikirlərini məşhur sufilərdən Səhl ibn Abdullah ət-Tustəri (? - 896-cı il) təkmilləşdirib. Tustəriyə görə, Quran hərfləri batın elmindən xəbər verir ki, bunu da ancaq sufilər öyrənə bilərlər. Tustəri Xəllac Mənsurun müəllimi olub və Xəllacın hərflərin sirrini ondan öyrəndiyi qeyd edilir. İslam fəlsəfə tarixində ilk cərəyan olan “İxvani-səfa" risalələrində də hərflər və rəqəmlər haqqında müəyyən fikirlər səsləndirilib. Məsələn, ixvançılar hər hansı məsələnin məntiqi və fiziki şərhindən əvvəl onu sayı və hərflərinə görə təhlil ediblər. “Elmi-hüruf” adı altında ilk hürufi təlim Əhməd ibn Əli əl-Buni (vəfatı 1225-ci il) ilə başlayır. Alim bu mövzuda 40-a qədər əsər qələmə alıb. Sehr, cifr, xəvas, vəfk və fal kimi mövzuları dərindən təhlil edib öyrənən əl-Buninin əsərləri özündən sonra xüsusilə də sehr və falçılıqla məşğul olanlar üçün əsas mənbə hesab olunub. İslam tarixində cifr, yaxud əbcəd (ərəb qrafikasına əsaslanan hesab növü - red.) və sehrlə əlaqədar bütün açıqlamaları o sistemləşdirmiş, hətta əsərlərində bunların geometrik təhlillərini aparıb. Fəzlullah Nəimin əsərlərində yer alan 28-32 hərfin və onların sirləri haqqında batıni fikirləri ilk dəfə o səsləndirib. Hüruf elmi İbn Ərəbinin də əsərlərində tədqiqat obyekti olub. Hətta “əl-Fütuhatül-məkkiyyə” adlı əsərində bu mövzuda o, xüsusi fəsil qələmə alıb. İbn Ərəbinin açıqlamalarının maraq oyandıran cəhəti rəqəmlər ilə hərflər arasında paralellik qurmasıdır. Amma İbn Ərəbi məsələni vəhdəti-vücud çərçivəsində şərh etməklə hürufilərdən ayrılıb. Fəzlullah Nəimi kim olub? Nəiminin dəqiq kimliyi məlum deyil. Haqqında ilk tarixi məlumatlar vəfatından təqribən 50 il sonra Makrizi (? - 1442) tərəfindən qələmə alınmış “Ukud fi təracimil-əyanül-mufidə” əsərində yer alır. Müəllif onun “Əstərabadlı bir əcəm” olduğunu yazır. Eyni məlumat Səhəvinin (? - 1497l) “əd-Düvəl-lami” əsərində də təkrarlanıb. Amma Fəzlullah dövrünə ən yaxın mənbə “Şərhi-Mukrizi”dir. Burada onun Təbrizdə doğulduğu qeyd olunub. Lakin ən məşhur tələbəsi və xəlifəsi (burada: keçmişdə molla məktəblərində molla köməkçisi - red.) Əlayyul-Əla mürşidinin “əstərabadlı” olduğunu açıq şəkildə qeyd edib: Kainatın taxtı Əstərabaddadır, Çünki, şah, Zatdan üzünü orada göstərdi (“Tohidnamə”) “Cavidannamə”də Fəzlullah özündən “Mövlana F” şəklində bəhs edir. Buradakı “F” Fəzlullahın qısaldılmış şəklidir. Müridlərinin əsərlərində isə ustadlarından “həlalxor Seyyid Fəzlullah” olaraq danışılır. Farsça “həlalxor” – “dilinə haram dəyməmiş (halal yeyən)” mənasına gəlir. “Seyyid” olduğu özündən sonra tərtib olunan “Fəzlin şəcərəsi”, “Səlatnamə” və “Bəyanül-Vaki” əsərlərində göstərilib. Burada onun nəslinin İmam Museyi Kazimə (ə.) dayandığı iddia edilir. Amma bu şəcərənin saxta olduğu şübhə doğurmur. Belə ki, Fəzlullah özü haqqında bir çox məqamı açıqladığı halda seyyidliyindən bəhs etməyib. İkincisi, şəcərədə yer alan onun doqquzuncu nəsildən yəmənli babası Seyyid Məhəmməd əl-Yəmaninin kimliyi mübahisəlidir. IX əsrdən etibarən Yəməndə batiniliyin güclü olduğunu nəzərə alsaq, ailənin batini xüsusiyyətlər göstərməsi maraq doğurur. Belə ki, Fəzlullahın babaları sünni olub, hətta atası ölənədək Əstərabadın baş qazısı (“Darul-mömünün”) vəzifəsini icra edib. Atasının vəfatından sonra bu vəzifə ona irsən ötürülüb, uşaq yaşda baş qazı elan olunub. 20 yaşından etibarən ömrünü Fəzlullahın yanında keçiriən və öz mürşidinin həyatını qələmə alan Nəsrullah ibn Həsən Əlinin (məşhur “Xabnamə”nin müəllifi ) də şeyxin seyidliyinə yer verməməsi maraqlıdır. Fəzlullahın kimliyinə işıq tutacaq faktlardan biri onun babası Əbu Məhəmmədin Təbriz dəricilərindən olmasıdır. Məlumdur ki, XIII əsrdə Təbrizdə dəricilər adlı bir tayfa məskun idi. Dəricilər tayfası öz kimliklərini XX əsrin ortalarına qədər qoruyub saxlamışdı. Hətta XX əsrin ortalarında Təbrizin dəriciləri Nəiminin onlardan olması ilə fəxr edirdilər. Bu tayfa şahsevən boyları arasında yer alıb. Dərici adı tayfanın dəriçiliklə məşğul olması səbəbindən verilib. Bir digər məqam isə Fəzlullah müridlərinin çoxunun türkmən olmasıdır. Hətta Fəzlullah İsfahanda türklərin yaşadığı şəhərin kənar məhəllələrindən olan Tokçi və ya Toqşidə iqamət edib və təbliğatını həmin məhəllənin məscidində aparıb. Fəzlullah hicri 740-cı ildə (1339/1340) doğulub. Uşaq yaşında atasını itirib. Atasına hörmət əlaməti olaraq Əstərabad xalqı onu elə atasının yerinə qaziül-qazi (qazılar qazısı, baş qazı - red.) elan edib. Hətta atasının köməkçiləri Fəzlulları mədrəsə təhsilini tamamlayandək məhkəmə işlərinə onun əvəzindən özləri baxıblar. Fəzlin yaxşı mədrəsə təhsili aldığı məlumdur. Bu onun gənc yaşlarında vaxtını ibadətlə keçirməsindən də bəllidir. Bir beytlə başlayan ilahi axtarışı Fəzlullah 1357-ci ildə, yəni 17 yaşında olarkən bazarda (və ya mədrəsədə) Mövlana Cəlaləddin Ruminin şeirindən bir beyti eşidir: Əz mərg çi əndişi çun can-i baka dari, Dər gur qoca qonci çun nuri-Xuda dari. (Sətri tərcüməsi: Səndə əbədilik cövhəri varkən niyə ölümdən qorxursan, Səndə Allahın nuru varkən hansı qəbirə sığarsan) Şeirin təsiri altında qalan Fəzlullah yuxarıdakı beytin mənasını müəllimi Mövlana Kəmaləddindən soruşur. Müəllimi bunun ancaq riyazət (Allahdan qorxaraq, özünü dünya nemət və ləzzətlərindən məhrum edib zahidliyə qapılma - red.) və ibadətlə başa düşüləcəyini bildirir. Fəzlullahın batini aləmə səyahəti bu beytlə başlayır. Mədrəsədə bir ilini riyazət və ibadətlə keçirən Fəzlullah insanların ona münasibətindən narahat olub səyahətə çıxmağa qərar verir. Yolda qarşılaşdığı çobanın yun əbası ilə öz libasını dəyişdirərək piyada Məkkəyə, həccə gedir. Burada diqqət çəkən bir məqam da var: Fəzlullahın çobanla qarşılaşıb onun əbasını alması təsəvvüf tarixində ilk sufilərdən İbrahim ibn Ədhəmin hekayəsi ilə eynidir. Fəzlin olduqca çətin və ağır həcc səyahəti keçirdiyi qeyd olunur: Əstərabaddan Məkkəyə qədər yolu təkbaşına və piyada gedib, ehtiyaclarını öz fərasəti və bacarığı sayəsində qarşılayıb. Heç kimə əl açmadan həcc ziyarətini tamamlaması sonradan onun bu təcrübəsini müridləri üçün də düstura çevirməsi ilə nəticələnib. Daha dəqiq desək, müridlərindən mütləq bir sənət, peşə sahibi olmalarını istəyib. Fəzlullah həcc ziyarətini tamamladıqdan sonra birbaşa Xarəzmə gedir. Onun hansi səbəbdən Xarəzmə getdiyi məlum deyil. Lakin Xarəzmdə çox qalmayıb təkrar həccə getmək üçün yola çıxdığı barədə belə bir məlumat var: yuxuda İmam Rzanı (ə.) ziyarət etmək üçün istiqamətini dəyişib əvvəlcə Məşhədə, daha sonra Məkkəyə gedib. Həccdən sonra isə Xarəzmə qayıdaıb. Bundan sonra Nəiminin ömrü növbəli şəkildə Təbriz, İsfahan, Səbzəvar, Yəzd, Damqan, Şamaxı və Bakıda keçib. Fəzlin yuxuları Fəzlullahı irşad (doğru yol göstərmə, qəflətdən oyandırma - red.) mərtəbəsinə aparan onun gördüyü yuxular olmuşdu. Bunlardan ilki Xarəzmdə yaşanıb: özünü bir hamamda görən Nəimi hamam qapısının İsa peyğəmbər tərəfindən açıldığını deyib. Əlavə edib ki, İsa peyğəmbər ona bir sual verib: “İslam şeyxlərindən hansı doğru yoldan getdi - Allahdan başqa bir şey axtarmadı, hansı bunun əksini etdi, bilirsən?”. Fəzlullah bu suala “xeyr” cavabı verir. Belədə İsa ona doğru yoldan gedən şeyxlərdən İbrahim ibn Ədhəm, Bəyazidi-Bistami, Səhl ibn Abdullah ət-Tustəri və Bəhlülün adlarını çəkir. Həmin şeyxlərin sufi olması Fəzlullahın təsəvvüfə yönəlməsinə səbəb olur. Bir müddət təsəvvüflə məşğul olan Nəimi bu yoldan ayrılmaq istərkən ikinci yuxunu görür. Bu dəfə yuxusuna Süleyman peyğəmbər girir. Həmin yuxudan bir gün sonra başqa bir yuxu görür. Bu dəfə yuxusuna girən Hz. Məhəmməd onu yuxu elminin ("röya təvili) sirrindən agah edir... Yuxu yozan Fəzlullah Nəimini məşhurlaşdıran və ətrafında çox sayda tərəfdarın toplanmasına gətirib çıxaran da elə onun yuxu yozmaları olub. Gördüyü üçüncü yuxuda peyğəmbərdən “röya təvili” elminin sirlərini öyrənən Fəzlullah yuxu yozmalarına Xarəzmdə olarkən başlayır. Bundan sonra getdiyi hər yerdə yuxuları yozmağa davam edir və bu ona çox sayda tərəfdar qazanır. Fəzlullahın görülən hər yuxunu doğru yozduğu (açıqladığı) iddia edilir. Bu iddia doğru olmalıdır, ona müraciət edənlər arasında zadəgan ailələrinin çoxluq təşkil etməsi də bunu təsdiqləyir. İsfahanda olarkən isə Fəzlullahın şöhrəti hər yerə yayılır. Şəhərin varlı ailələri, hətta soylu qadınlar onun qaldığı Tokçi məscidinin qapısında növbəyə dayanırdılar. Yuxusunu Nəimiyə danışanlar arasında Şeyx Əbül Həsən ibn Şeyx İbrahim Dəstgirdi, Mövlana Zeynəddin Rəcai, Xacə Saadəddin və onun atası Əfzələddin, Xacəzadə Hafiz Həsən, Xacə Əli Tağı, Əmir Fərruz Günbədi, Seyyid Mahmud Zəndəgi kimi İsfahanın ən tanınmış alimləri yer alırdı. Bundan başqa, Cəlairi hökmdarı Sultan Üveys, onun vəziri Zəkəriyya, divan vəziri (sahibi-sədr) Şeyx Xacə kimi dövlət adamları da onun hüzuruna gəlib yuxularını danışırdılar. Yuxu yozmalarının müqabilində Fəzlullahın heç bir hədiyyə, yaxud bəxşiş qəbul etməməsi ona olan hörməti və izzəti daha da artırmış, ətrafındakı insanların təqdiri ilə nəticələnmişdi. Hürufilik elit təbəqənin təriqəti idi Sovet tarixçiliyində hürufiliyin Əmir Teymur dövrünün yaratdığı sosial və siyasi şərtlər nəticəsində ortaya çıxdığı və zülmə qarşı mübarizə apardığı iddia olunurdu. Halbuki hürufi əsərlərinin heç birində bu dövrün sosial, iqtisadi və siyasi hadisələrindən danışılmır. Üstəlik, hürufiliklə dövrün hadisələri arasında paralelik tapmaq da çox çətindir. Maraqlıdır ki, Teymur dövrünün yaratdığı yeni iqtisadi və ticari şərtlər hürufilərin, xüsusilə də Nəiminin həyatından böyük rol oynayıb. Belə ki, Əmir Teymur ara müharibələri nəticəsində tamamilə süqut edən kənd təsərrüfatının dirçəltmək üçün səylər göstərsə də, əsas diqqətini ticarətə və sənətkarlığın inkişafın yönəltmişdi. Hürufilik də məhz sənətkarlar arasında təsirli olub. Bu səbəbdən iranlı alim Mir Fatrus özünün məşhur “Cünbüş-i hurufiyə və nihzəti-pesihaniyan, nöqtəviyan” adlı əsərində “hürufi” adını məhz “hurfə” (zənaat) sözü ilə izah etmişdi. “Kürsünamə” adlı hürufi əlyazmasının haşiyə hissəsində Fəzlullahın 1373-cü ilin ramazan ayında “şərii hökmləri təvil elmini” aldığı qeyd olunur. Hicri 776-cı ildə (1374-75) Təbrizdə olarkən “Mehdi” olduğu haqqında Adəm, İsa və Məhəmməd peyğəmbərdən nida gəldiyinə iddia edir. Bu yuxudan sonra Fəzl özünün uluhiyyət dövrünün başladığını elan etmişdi. Təbrizi tərk edib İsfahana getmiş və burada Qilu dağında bir mağaraya girərək üzün müddət oradan çıxmamışdı. Burada ona Şeyx Həsən Fəxrəddin, Cəlal Burucerdi, Fəzlullah Xorasani, Hüseyn, Əbdül İsfahani, Naini, Dəşti və Mir Şərif kimi ilk müridlər dəstəsi qoşulmüşdü. Mağaradan çıxıb yenidən Tokçi məscidində qaldığı vaxt (1376-cı il) Muinəddin Şəhristani, Mövlana Məhəmməd, Şeyx Nurəddin Tehraninin oğlu Şeyx İsa, Mövlana Əlaəddin Rəcai və Nəsrullah da mürüdləri cərgəsinə daxil oldular. Biri istisna olmaqla bütün hürufi risalələri Fəzlullahın hicri 788-ci ildə (1386) öz elmini zühur etdirməsindən yazırlar. Mürüdləri həmin ili şeyxin “zühur və büruz (biruzə - red.)” dövrü adlandırırlar. Fəzlullahın ətrafındakılara ən çox təsir edən cəhəti səmimiyyəti və dürüstlüyü olub. İki gündə bir dəfə yemək yediyi, günlərinin çoxunu oruclu keçirdiyi, əsla başqasına əl açmadığı, az danışdığı və hədiyyə qəbul etmədiyi hürufi mənbələri xaricində digər mənbələrdə də qeyd olunur. Sovet dövrünə aid tədqiqatlarda Fəzlullahın məzlum xalq kütlələrinin dərdinə şərik olduğu və hürufiliyin aşağı təbəqədən insanlar arasında yayıldığı iddia edilir. Bu iddia mənbələrdə öz əksini tapmayıb. Əksinə hürufiliyin yuxarı təbəqədən insanlar arasında yayıldığı haqqında kifayət qədər məlumat var. Bir kərə hürufiliyin əsas bazası sənətkarlar sinfi olub Bundan başqa Fəzlullaha qoşulan müridlərin çoxu varlı və soylu ailələrin uşaqları olub, demək olar ki, hamısı yüksək mədrəsə təhsili almışdılar. Fəzlullahın özünün də Təbrizin çox varlı və soylu ailələrdən birinin qızı ilə evləndiyi məlumdur. Dövrün Təbriz üləmasından Xacə Bəyazid də Fəzlullahın müridi idi. Hətta Fəzlullah dövlət adamlarının və ailələrinin sirrini daşıyırdı. Belə ki, Cəlaiiri hökmdarı Sultan Üveysin vəzirinin arvadı öz uşağını Fəzlullaha verərək onu özünə mürid qəbul etməsini xahiş etmişdi. Nəzər alsaq ki, həmin uşaq 14 yaşlı bir qız idi, o zaman yüksək təbəqədən insanların Nəimiyə olan inamı ortaya çıxır. Üstəlik, şeyxin çoxsaylı şərtləri vardı, anası və qızı isə həmin istəkləri könüllü qəbul etmişdilər. Sonralar Fəzlullah bu qızla evlənmişdi. Nəiminin xanımı yaşıl libas geyərək sufi papağı tikməklə uşaqlarını dolandırmışdı. Mənbələr Cəlairi hökmdar və əmirlərinin şeyxə hörmətlə yanaşdıqlarını birmənalı şəkildə bildirirlər. Hətta Cəlairi hökmdarı Sultan Üveysin Vali Dülək zaviyəsində yerləşən məscidə gəlib şeyxin qarşısında diz çöküb oturduğu, onun əlini öpdüyü və söhbətlərinə qulaq asdığı yazılır. Bu söhbətlərin birində Fəzlullah onun başına təriqətin simvolu olan süfi papağı qoymuşdu. Təriqət anlayışında bu həmin şəxsin müridliyə qəbul edilməsi mənasına gəlirdi. Fəzlullahın qatili kimdir? Azərbaycan tarixində Fəzlullahın ölüm tarixi, səbəbi və kimin tərəfindən öldürüldüyü haqqında verilən məlumatlar həqiqəti əks etdirmir. Mənbələrdə və müridlərinin əsərlərində də bu barədə verilən məlumatlar müxtəlifdir. Hər şeydən əvvəl, Fəzlullahın 1394-cü il avqustun 28-də edam olunduğu dəqiqdir. Çünki bütün hürufi mənbələri həmin tarixi xüsusi olaraq qeyd edirlər. Müridləri də onun hicri 796-cı ildə, zilqədə ayının ilk cümə günü edam olunduğunu dəqiqliklə göstəriblər, həmin tarixin müqəddəs olduğunu əbcəd hesabları ilə müxtəlif şəkillərdə vurğulayıblar. Bundan başqa, Fəzlullahın Şamaxıda həbs olunub Naxçıvanda edam edildiyi bildirilir. Lakin şeyxin öz vəsiyyətnaməsini Bakı zindanında yazdığını nəzərə alsaq onun bir müddət burada həbsdə saxlanıldığı aydınlaşır. Öldürülməsinin səbəbləri və öldürülməsi haqqında fətvanın kimin tərəfindən verildi isə mübahisəlidir. Müridlərinin əsərlərində şeyxin qatili kimi Əmir Teymurun oğlu Miranşahın adı hallanır və hürufilər ondan hər zaman "Maranşah" (anlamı: İlan şah) kimi bəhs edirlər. Lakin Miranşah adının Qaraqoynlular dövründən etibarən hürufi mənbələrində özünə yer etdiyi aydındır. Bu da qaraqoyunlular ilə Miranşah arasındakı düşmənçiliyin ifadəsi sayıla bilər. Hətta bəzi hürufi risalələri şeyxin başını məhz Miranşahın özünün kəsdiyini və atası Teymura göndərdiyini iddia ediblər. Ancaq bu iddialar tarixi faktlarla təsdiqini tapmır. Çünki qeyd olunan tarixdə nə Əmir Teymur, nə də Miranşah Naxçıvanda olmayıblar. Belə ki, həmin tarixdə (1394-cü ilin avqustunda) Əmir Teymur və oğlu Miranşah Suriya səfərini tamamlayaraq Ərzincana gəlmiş, buradan da Gürcüstana səfər etmiş, sonra Şəkiyə qayıtmış, oradan da Qızıl Orda xanı Toxtamışın üstünə getmişdilər. Yəni nə Teymur, nə də Miranşah Fəzlullahın edam edildiyi vaxt Naxçıvanda olmayıblar. Başqa bir iddiaya görə, Fəzlullah Əmir Teymura yazdığı nəsihət xarakterli məktubuna görə həbs olunub və Səmərqənd üləmasının fətvası ilə edam edilib. O da deyilir ki, Səmərqənd din alimləri belə bir fətva verərkən 1198-ci ildə edam olunmuş bir zındığa (böyük ehtimalla, Şihabəddin Sührəverdi nəzərdə tutulur) kəsilən hökmü əsas alıblar. Lakin şəriət hüququ baxımından bu iddianın doğru olması mümkünsüzdür. Çünki İslam hüququnda təqsirləndirilən şəxsə qiyabi fətva verilmirdi. Qısası, Səmərqənd alimlərinin Nəimini mühakimə etmədən ona ölüm hökmü çıxarmaları ağlabatan deyil. İddialar arasında ən gülüncü isə Fəzlullahın Şirvan qazısı Bəyazidin fətvası ilə edam olunmasıdır. Halbuki Qazı Bəyazid şeyxin dostu idi və Nəimiyə dərin hörmət bəsləyirdi. Bəyazid xəstə olduğu vaxt Fəzlullah onu ziyarət etmiş və bu ziyarət zamanı qazı yuxudaykən öldüyünü ona danışmışdı. Qazının yuxusunu yozan Fəzlullah yuxuda Bəyazidin deyil, özünün ölümünə işarə olduğunu bildirmişdi. Həmin hadisədən qısa müddət sonra isə şeyx Şamaxıda həbs olunmuşdu. Fəzlullah dövrünə ən yaxın mənbə hesab olunan “Şərhi-Mukrizi”də şeyxin ölüm fərmanının Şirvanşah Şeyx İbrahim tərəfindən verildiyi yazılıb. Həqiqətən də bütün iddiaları gözdən keçirdikdən sonra Fəzlullahın öldürülməsi haqqında fətva verən və həmin hökmü icra etdirən hökmdarın Şirvanşah İbrahim olduğu aydınlaşır. Fəzlullahın Naxçıvanda Əlincə qalası yaxınlığında edam olunduğu, edmadan öncə isə mühakimə edildiyi bildirilir. Lakin onun öldürülməsi haqqında heç bir şəriət hökm yoxdur. Əgər həqiqətən də Nəimiyə şəriət məhkəməsi qurulsaydı, mənbələrdə bu barədə kiçik də olsa məlumat tapılardı. Bəzi mənbələrdə Fəzlulahın fətvasının Əli Simai Əstərabadi tərəfindən verildiyi iddia olunur, amma bu da ağlabatan deyil: həmin şəxs din adamı yox, Əmir Teymurun elçilərindən biri idi. İslam tarixində “Mehdilik” və “Allahlıq” iddiası ilə şəriətin hökmü ilə edam olunan şəxslərin hamısı uzun müddətli mühakimə prosesindən keçiblər. Həllac Mənsur və Şeyx Bədrəddinin məhkəmələrində olduğu kimi bir çox halda şəriət alimləri məhkumu dini baxımından günahkar hesab etməyiblər, onların öldürülməsinə razılıq verməyiblər. Belə şəxslərin edamı şəriət hüququna görə deyil, örfi (ənənəvi, dövlət) hüququna görə icra olunurdu. Fəzlullahın şəriət məhkəməsinin olmadığını isbat edən başqa dəlillər də var. Bunlardan ən önəmlisi belədir: din alimləri Nəiminin fikirləri haqqında heç bir məlumata sahib deyildilər. Birincisi, Fəzlullahın uluhiyyətini elan etdiyi tarixlə edam olunduğu tarix arasında sadəcə 8 il var. Bu qədər qısa müddətdə din alimlərinin (xüsusən də Səmərqənd üləmalarının) həmin fikirlərə bələd olması mümkün görünmür. Üstəlik, Fəzlullah əsərlərini gorani (gürgan, qorqan da deyilir) dilində yazdığından üləmaların onları oxuması ağlabatan deyil. İkincisi, Fəzlullahın kitablarını müridlərindən savayı kimlərinsə ayırd edə bilməsi mübahisəlidir. Qeyri-hürufi mənbələrdə Fəzlin fikirləri haqqındakı açıqlamalar həddən artıq səthidir. Digər tərəfdən, Fəzlullah ölərkən onun müridlərinin toplam ümumi sayı təxminən 400 idi. Bu qədər məhdud sayda kütlənin Teymur üçün təhlükə yaratmaq ehtimalı çox azdır. Ən əsası sə din alimlərinin Fəzlullaha hörmət və ehtiramla yanaşmasıdır. Əmir Teymur tərəfindən hakimiyyətinə son qoyulan Müzəffərəddinlər dövlətinin hökmdarı Şah Şüca belə, Nəimiyə bir fiqh əsəri belə yazdırmışdı. Qısası, Fəzlullahın ölüm fərmanının şəriət hökmü ilə deyil, örfü hüquqa (dövlət hüququna) əsasən Şirvanşah Şeyx İbrahim tərəfindən verildiyi aydınlaşır. Öldürülməsi haqqındakı şişirdilmiş məlumatların əksinə olaraq, Fəzlullah boynu vurularaq edam edilib. Meyitinin at quyruğuna bağlanaraq ibrət olması üçün Naxçıvan şəhərinin küçələrində yerdə sürüldüyünü isonralar onun müridləri bildiriblər. Halbuki bunun üçün şeyxin meyiti əvvəlcə Əlincədən Naxçıvana aparılmalı, daha sonra yenə müridləri tərəfindən Əlincəyə gətirilməli idi. Bir sözlə, həmin bu iddia özünü doğrultmur, çünki edam olunduqdan sonra şeyxin meyiti dəfn edilməsi üçün müridlərinə verilib. Avropalı müasir tarixçilərin bəziləri isə Nəiminin edamından altı ilə sonra (1401-1402-ci illərdə) meyitin qəbirdən çıxarılaraq yandırıldığını yazıblar. Başqa bir iddiaya görə isə öldürülməsindən altı il sonra Nəiminin qəbri açılıb və cəsədi indiki məzara köçürülüb. Lakin qəbrin açılması və meyitin yandırılması haqqında iddialar da təsdiqini tapmayıb. Fəzlin öldürülmə səbəbi nə idi? Fəzlullah şəriətə görə öldürülmədiyinə görə, onun edamı siyasi mahiyyət kəsb edir. Amma mənbələr siyasi səbəblərə toxunmayıblar. Fəzlullahın edamına səbəb olacaq bizə görə iki siyasi səbəb vardı. Birincisi, Fəzlullah həm Əmir Teymur, həm də Şirvanşah Şeyx İbrahimin düşmənləri ilə güclü əlaqələrə sahib olub. Belə ki, şeyxin Cəlairi, Müzəffəri, Qızıl Orda və qaraqoyunlu əmirləri ilə yaxın münasibətlərə sahib olduğu bəllidir. Adları çəkilən dövlətlrin hamısı həm Əmir Teymurun, həm də Şeyx İbrahimin qatı düşmənləri olublar. Qənaətimizcə, ən mühüm siyasi səbəb Fəzlullah ilə Qızıl Orda xanı Toxtamış arasındakı gizli münasibətdir. Belə ki, Fəzlullah Şamaxıda olduğu zaman gördüyü bir yuxudan sonra Toxtamışın qızı ilə evlənmək istəyib. Mənbələrdə bu məsələ çox açılmır. Amma şərqşünas Helmut Ritter və Ş. Bəşir üstüörtülü şəkildə Fəzlullahın bu qohumluqla öz dini missiyasını siyasi hərəkətə çevirmək niyyətində olduğunu iddia edirlər. Bunu Fəzlin və müridlərinin həmin vaxt gördükləri siyasi məzmunlu yuxular təsdiq edir. Belə ki, bu tarixdə şeyxin və müridlərinin yuxularında “əli qılınclı Əli tərəfdarları”ndan bəhs edilir. Əmir Teymur qarşı Cəlairi, Qaraqoyunlu və Qızıl Orda arasında gizli danışıqların olduğu məlumdur. Şirvanın mərkəzi Şamaxıda Qızıl Orda xanı Toxtamışın kürəkəni sifəti ilə Fəzlullahın ortaya çıxması hər şeydən əvvəl Şirvanşah Şeyx İbrahimi narahat etməli idi. Belə aydın olur ki, Şirvanşah bu məsələdə Əmir Teymurun da icazəsini alıb. Fəzlullahın Əlincəyə aparılıb orada edam olunması faktı bunu təsdiq edir. Çünki həmin vaxt Əlincədə vuruşanlar cəlairilər idi. Burada bir məsələ də diqqət çəkir. Nə həbs, nə də edam edilərkən Nəimi etiraz etməmiş, haqqı çatdığı halda məhkəmə qurulmasını istəməyib. Görünür, hadisənin siyasi mahiyyəti Fəzlullaha məlum idi və etirazının əhəmiyyətsiz olduğunu bilirdi. Edam olunarkən Nəiminin 56 yaşı vardı. Müridləri onun Naxçıvan-Culfa yolu üstündə yüksək bir təpədə basdırıldığını iddia ediblər. Həmin yerin Əlincə qalası yaxınlığında olduğu bildirilir. Lakin bəzi hürufi mənbələrində isə qəbrin Təbriz ilə Əstərabad arasında Əlincə adlı bir qəsəbədə olduğu yazılıb. Türkiyənin Əli Əmiri kitabxanasının farsca əlyazmalar şöbəsində yer alan anonim bir risalədə isə Nəiminin qəbrinin yanında daha iki məzarın olduğu bildirilir. Həmin qəbirlərdən biri Nəiminin ən böyük müridlərindən Əliyyül-Əlaya, digəri də naməlum bir hürufiyə aid edilir. Risalədə, həmçinin, Nəimiyə məxsus qəbrinin qara, Əliyyul-Əlaya məxsus məzarın yaşıl, naməlum qəbrin isə qırmızı daşdan hörüldüyü bildirilir. Fəzlullahın ailəsi Hürufi əlyazmalarından (“İstivanamə”) və tarixçi İbn Xacər Askalaninin əsərindən Fəzlullah Nəiminin sadəcə bir dəfə evləndiyi və bu evlilikdən də 7 uşağının olduğu aydınlaşır. Övladları Nurullah, Kəlimullah, Salamullah, Fatma Xatun, Bibi Xatun, Ümmül Kitab və Fatihül Kitab adını daşıyıblar. Fəzlullahın edamından sonra uşaqların qayğısına Dərviş Hüsaməddin adlı müridi qalıb. Övladlarının Təbrizdə yaşadığı bildirilir. 1423-1425-ci illər arasında Təbrizdə yayılan vəba nəticəsində Fatma Xatun istisna olmaqla, onların hamısı "qara ölümə" yoluxaraq ölüblər. Fatma Xatun, iddia olunduğu kimi, İmadəddin Nəsimi ilə deyil, Fəzlullahın özündən sonrakı xəlifəsi Əlayül-Əla ilə evlənib. Əliyul-Əla hürufi məfkurəsinin əsas banisi və bu təriqəti Anadoludan yayan şəxs sayılır. Onun 1419-cu ildə Naxçıvanda öldüyü və mürşidinin yanında dəfn olunduğu bildirilir. Fatma Xatun isə 1444-cü ildə Təbrizdə hürufi qətliamı zamanı öldürülmüşdü. Sonrakı dövrlərdə hürufiliklə bağlı danışılarkən Nəiminin soyundan olan bir nəfər barədə də geniş bəhs edilir. Bu şəxs Fəzlullahın bacısı oğlu və ya nəvəsi kimi təqdim edilir. Adının Xacə Ədudəddin olduğu deyilən həmin şəxsin 1427-ci ildə Əmir Teymurun oğlu Mirzə Şahruh tərəfindən edam edildiyi bildirilir. Xacə Ələddinin Teymurlu hökmdarı Mirzə Şahruxa qarşı sui-qəsdə iştirak etdiyi isə elə Teymurlu əmirləri tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya çıxmışdı. Nəiminin əsərləri Nəiminin xeyli əsəri var. Onların çoxu günümüzədək gəlib çatıb və dünyanın müxtəlif kitabxanalarında qorunur. “Arşnamə-i ilahi”. Uzun illər boyunca bu əsər Nəiminin tələbəsi Əliyül-Əlaya aid edilib. Lakin sonda onu Fəzlullahın yazdığı dəqiqləşib. Əsərin üçü Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi qorunub saxlanılır. Məsnəvi formasında yazılıb. Bir çox müəlliflər onu Fəzlullahın ölümünə səbəb olan əsər kimi göstərirlər. “Cavidannamə”. Fəzlullahın bu əsəri 1386-cı ildə yazdığına, 1394-cü ildə Şamaxıda olarkən isə onun üzünü köçürdüyünə dair məlumatlar var. Goranicə qələmə alınıb. Beşi Türkiyədə, ikisi İngiltərədə olmaqla 7 əlyazması mövcuddur. “Məhəbbətnaməyi-İlahi”. İkisi Fransada, biri Türkiyədə, biri də Misirdə olmaqla 4 nüsxəsi qalıb. “Növnamə”. Üçü Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi var. “Nəimi Divanı”. Bu divanın iki nüsxəsi qalıb. Hər iki nüsxə Türkiyədə, Əli Əmiri kitabxanasında saxlanılır. Divandakı şeirlər Nəimi təxəllüsü ilə yazılsa da, şeirlərin hürufiliklə əlaqəsi yoxdur. Üstəlik, divanda hürufilikdən çox vəhdəti-vücuddan bəhs edilir. 31 qəzəl, 5 qitə, 25 rübai, 7 müfrəd və beyt və 2 tərcidən ibarətdir. Ümumilikdə 70 beytdən ibarətdir. “Fiqh”. Dəqiq adı məlum olmayan bu əsəri Fəzlullahın Müzəffərəddinlər hökmdarı İzzəddin Şah Şücaya ithaf etdiyi bildirilir. Bu əsər hələlik tapılmayıb. “Ənfüsu Afak”. Fəzlulaha aid edilən bu əsərin də aqibəti bəlli deyil. “Vəsiyyətnamə”. Fəzlullah Nəiminin bu əsəri Bakıda, zindanda olarkən yazdığı qeyd olunur. Günümüzədək 3 nüsxəsi qalıb. Onlardan ikisi Əli Əmiri, digəri isə İstanbul Universiteti kitabxanalarında qorunur. Fəzlullahın əsərlərinin çoxu vəfatından bir müddət sonra türk dilinə tərcümə olunmağa başlanılıb. Məsələn, “Cavidannamə”nin 1639-cu ildə Dürr-i Yetim adı ilə türk dilinə tərcümə edilib və bu tərcümənin Türkiyədə 6 nüsxəsi var. Müəllif: Əkbər Nəcəf 

Fələstin müdafiəçilərinin Türküstan xəyanəti

Xəqani Cəfərli, politoloq  Böyük Britaniyanın BMT-dəki səfiri hörmətli Ceyms Kariuki tərəffindən hazırlanmış Çinin Şərqi Türküstanda soyqırımı siyasətini və insan hüquqlarını pozulmasını pisləyən bəyanatı ABŞ, Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Esvatini, Fici, Finlandiya, Fransa, Almaniya, Qvatemala, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Monako, Monteneqro, Nauru, Hollandiya, Şimali Makedoniya, Yeni Zelandiya, Norveç, Palau, Paraqvay, Polşa, Portuqaliya, Marşal Adaları Respublikası, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə , Tuvalu, Ukrayna və İsrail dəstəkləyərək imzalayıblar. Çinin müsəlman uyğurlara qarşı soyqırımını pisləyən bəyanatı imzalayanlar arasında yalnız bir müsəlman ölkəsi, Albaniya var.  Qəzzanın müdafiəsinə qalxan türk dövlətləri Çinin uyğurlara və digər türklərə qarşı soyqırımı siyasətini pisləyən bəyanata imza atmağa cəsarət etməyib.  Uyğurları terrorçu hesab edən, Çinin uyğurlara qarşı soyqırımı siyasətini terrorizmlə mübarizə kimi qiymətləndirən Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin muxtariyyatını, onun bir hissəsi Qəzzanı müdafiə edən saxta türkçülərin hörmətli səfir Ceyms Kariukinun hazırladığı bəyanatı imzalamaması Türküstana xəyanətdir.  Azərbaycanın adından Şərqi Qüdsün paytaxt olması şərti ilə müstəqil Fələsitin dövlətinin qurulmasının tərəfdarı olduğunu bəyan edən xarici işlər naziri Ceyhun Bayramovu qınayır, dost İsrail dövlətinin maraqlarına zidd mövqeyini qətiyyətlə pisləyirəm.   Qəzza üçün küçə və meydanlara çıxan, ənənəvi və sosial mediada mahmud abbaslardan ibarət Fələstini Türküstanın müdafiəçilərindən olan İsrailə qarşı müdafiə edələri qınayır, doğru mövqe tutmağa çağırıram.   Çinin uyğurlara qarşı soyqırımını pisləyən bəyanatın təşəbbüskarı Böyük Britaniyaya və onu dəstəkləyən 51 ölkəyə isə təşəkkür edirəm! Mahmud Abbas demişdi ki, uyğur məsələsi insan haqları məsələsi deyil. Bu, Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizəsidir. Mahmud Abbasın bu sözlərini onun özünə qaytarmaq vaxtıdır.  Fələstin məsələsi insan haqqları məsələsi deyil. Bu, İsrailin terrorizm və ekstremizlə mübarizəsidir!

Rusların "Şamxor faciəsi"

Azərbaycan Türkləri 1918-ci ilin yanvar ayında Şəmkir stansiyasında Osmanlının şərq cəbhəsini tərk edən rus ordusunu tərksilah edərək çoxlu sayda silah-sursat ələ keçirmişdi. Bu tarixi hadisə rusların və ermənilərin yaddaşında dərin və faciəli iz buraxıb. Rus Stanislav Edieviski həmin günlərdə oradan keçirmiş və xatirələrini qələmə alıb. Bir az şişirtmələrə yer versədə oxumağa dəyər. "Bakı" qəzetinin 31 yanvar 1918-ci il sayında "Şamxor faciəsi" adlı məqaləni buradan təqdim edirik:  Stanislav Edievski "ŞAMXOR Faciəsi" Hekayəmdə çılpaq faktları, bəlkə də çoxlarına fantaziya kimi görünəcək bütün həqiqəti - yaşadığım faciənin bütün həqiqətlərini göstərmək istəyirəm. Yanvarın 8 -də, günorta saat 12 -də, sərnişinlərlə dolu 4 nömrəli poçt qatarı Tiflisdən Bakıya yola düşdü. Dəmir yolu nəqliyyatında uzun fasilədən sonra ilk qatar idi və sərnişinlərlə, xüsusən də qadınlar, uşaqlar ilə dolu olduğundan dayanmağa heç bir yer qalmamışdı. Hamı nəhayət gedəcəklərindən xoşbəxt idi, amma heç kim onun qarşısında nə olduğunu düşünməyə belə cəsarət etmirdi. St. Ağstafa bir neçə saatdan sonra gəldi, burada 9 Yanvar səhərinə qədər gecələdilər. Ancaq az adam bu dayanmanın səbəbini başa düşdü. Ancaq sonra sərnişinlərə Dəllər və Şamxor stansiyaları arasında bir neçə hərbi eşelonun olduğunu söylədilər ki, guya marşruta ziyan vurduqları üçün Bakıya getmədilər. Qatarımızdakı bəzi sərnişinlər Tiflisə qayıtmaq qərarına gəldilər, qalanları isə daha da irəli getmək istədiklərini bildirdi. Sağ -salamat maşınla stansiyaya getdik. Dəllər. Və yalnız burada həqiqəti öyrəndik. Qatarların dayanmasına səbəb olan trasa ziyan yox, qatarların tərksilah edilməsini tələb edən qarşısındakı zirehli qatar idi. 4 nömrəli qatarla stansiyadan üç mil aralıda, son eşelonun sonuna qədər getdik. Şamxor. Neçə eşelon var idi, bilmirəm, amma gördüm ki, onların tərkibi bir neçə mil qabağa uzanır. Hətta stansiyada. Dəllər, tatarların sərnişin qatarında bizimlə keçən əsgərlərdən silahlarını təhvil vermələrini tələb etmək cəhdləri oldu və Tatarlar bu və ya digər şəkildə silahı alacaqları barədə xəbərdarlıq etdilər. Günortadan sonra 3-4 saat idi. Açıq bir sahədə dayandıq. Bir müddət sonra ilk atışlar eşidildi, ardınca ağır pulemyot atəşi, yenidən yaylım atəşləri, pulemyotların cırıltıları və s. Ardınca sanki silahlardan bir neçə atəş guruldadı. Sərnişinlərdən heç biri problemin nə olduğunu bilmirdi. Əvvəlcə eşelonların tatarların hücumunu dəf etdiyini düşündük. Düz deyildi. Zirehli qatarla döyüş oldu və nəticədə zirehli maşın məğlub oldu, komandiri öldürüldü və xidmətçilər öldürüldü. Bu, yaşanan faciənin başlanğıcı idi. Gecə gəldi. Və bu zaman heç kimin gözləmədiyi bir şey oldu. Eşelonlarımız təslim oldu ... zirehli maşını qırandan sonra quldur dəstələrinə ... Son ana qədər cəbhə eşelonlarının təslim olduğunu bilmirdik. Hamımız "bizimkilərin" bizi qoruyacağına inanırdıq. Bir quldur dəstəsinin bir hissəsi silahlarını təhvil vermək tələbi ilə qatarımıza yaxınlaşanda qatarımızın əsgərləri itaət etməkdən imtina etdilər. Çəkiliş başladı. Silahı olanlar avtomobillərdən çıxaraq sahilə çıxaraq geri atəş açmağa başladılar. Bəs vaqonlarda qalan qadınlar və uşaqlar üçün nə idi ? Onların qarışıqlığını və dəhşətini kim təsəvvür edə bilər ? .. Qorxunc, qorxunc bir gecə idi. Qatarımızın müdafiəçiləri, bir qrup fədakar əsgər silahlarını təhvil vermək məcburiyyətində qaldıqda, qurtuluş ümidimizi itirdik. Özümüzü quldurlar düşərgəsində tapdıq. Təxminən 400 sərnişinimiz var idi. Silahın təslim edilməsinin hər şeyə son qoyacağını düşünürdük. Ancaq tezliklə Başıpozuqların sözünə inanmaq mümkün olmadığına əmin oldular. Bir müddət sonra arxa vaqonda qışqırıq başladı. Orada yanğın başlayıb. Tatarlar, əlbəttə ki, soyğunçuluq məqsədi ilə qatarı yandırdılar. Sərnişinlərin soyulması, sonradan öyrəndiyimiz kimi, "bizimkilərin" təsadüfən qonşu Tatar kəndinə bir mərmi atdığına görə qisas almaqla başladı. Bilmirəm, bəlkə də belədir. Çaxnaşma yanan vaqonların alovları arasında baş verdi. Ağlasığmaz bir şey baş verirdi. Qatardakı yanğın hər dəqiqə gücləndi. Ətrafda atışma, ağlama, inilti, qurtuluş üçün qışqırıqlar var idi! İnsanlar pilləkənlərdən sahilə qədər maşınların pəncərələrindən tullanaraq itələdilər: kim daha güclüdürsə, zəif qadınların və uşaqların üstündən keçdi. Çoxları əşyalarını vaqonlarda qoyub getdi. Qatarın yaxınlığında eyni yerdə bir çox tatar soyuldu. Əl yüklərini və pulu deməmək üçün çəkmələrini, üst paltarlarını soyunaraq dərini soyurdular. Əsgərlər amansızcasına talan edildi. Hətta ölülər və yaralılar da köynəklərinə qədər hər şeyi soyudular. Şamxor stansiyasına üç verst qaldı və biz oraya sürü kimi izdiham içində getdik. Yolda, tatarlar qalan bir şeyi olan hər kəsi soydular. Və arxasında - bir atəş, ölülərin cəsədləri yatır, yaralılar inləyir ... Çoxları yalnız köynəklə öndə gəzirdi, ac, soyğunçuluq, döyülmə ... Varlılar kasıblaşır, sağlamlar sağlamlıqlarını itirir, şikəst olurdular. Yalnız bəzi əsgərlər tərəfdən, 600 ölü və yaralı var idi ... Gecə beləcə keçdi. Səhər saatlarında yaralılarla birlikdə ilk tibbi qatar Yelizavetpol'a yola düşdü; sonra başqa və üçüncüsü. Sonra eşelonlar tükənmiş, ac, qarət edilmiş insanların qalıqları ilə hərəkət etdi ... Saat 12 -də son təcili yardım qatarında yola düşdüm. Qatardakı yanğın zamanı itən həyat yoldaşımı hər zaman axtarırdım. Ancaq boş yerə, heç bir yerdə tapılmadı. Qatarın yola düşdüyü anda, boş bir güllə vaqonun damına çıxan, vaqondan ayağımdan yıxılan iki əsgəri öldürdü. Bu gecəni heç vaxt unutmaram. Sözcü.az

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günüdür!! 32 il əvvəl Azərbaycan xalqı apardığı böyük mübarizə, öz qanı, canı bahasına 71 illik fasilədən sonra dövlətimizin müstəqilliyini bərpasına nail oldu.  Sovet imperiyasının süqutu Baltikyanı ölkələr,  Ukrayna, Gürcüstan və digər xalqlarla yanaşı Azərbaycan xalqının istiqlal uğrunda apardığı fədakar mübarizənin nəticəsində, Tbilisidə, Vilnüsdə, Bakıda tökülən qanlar, 20 yanvar şəhidlərinin qanı bahasına baş verdi.  Azərbaycan Ordusunun yaranması, əraziləriməzə, sərvətlərimizə, taleyimizə sahib çıxmaq imkanlarımız, bu gün, böyük fasilədən sonra üçrəngli bayrağımızın Qarabağın şəhər və kəndələrində daığalanması bu böyük tarixi hadisənin, dövlət müstəqilliyimizin bərpası hesanına mümkün olub.  Bu gün tariximizin ən şərəfli günlərindən biri, böyük bayram günüdür.  Bayramınız Mübarək!

İsrail səfirliyinə hücum edildi

İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum olub. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, İsrail ordusunun Qəzzada xəstəxanaya raket zərbəsi endirməsindən sonra sakinlər Əmmanda səfirliyə hücuma başlayıb.

Şəmkir sakini ölkə rəhbərliyindən kömək istəyir

Şəmkir rayon Çinarlı qəsəbə sakini Asif Nəbiyevə məxsus ev dağılma təhlükəsi ilə üz-üzədir. Qəsəbə ərazisindən keçən su kanalının daşması, yağış sularının ev və həyətə dolması nəticəsində həyətin böyük bir hissəsində torpaq axıntısı yaranıb. Şəmkir Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının fəaliyyəti nəticəsində evin üst tərəfindən yerləşən su kanalında bərkidilmə işləri həyata keçirilib. Evdə və həyətdə axıntı nəticəsində yaranmış çatlar təhlükənin hələdə mövcud olduğu göstərir. Ailə 6 nəfərdən ibarətdir. Ata və iki övladı əqli qüsurludur. Ailə yaranmış təhlükəli durum ilə bağlı ölkə rəhbərliyindən kömək istəyir. Ailənin sosial vəziyyətidə çox acınacaqlı durumdadır. Sözcü.az

Şəfiqə xanım Qaspıralının anadan olmasının 137-ci ili tamam olur

14 oktyabr millət anasının doğum günüdür Keçmiş Rusiya müsəlmanları qadın hərakatının öncüsü, müsəlman dünyasında ilk qadın jurnalı "Aləmi-nisvan"ın baş redaktoru, Kırım Cümhuriyyəti parlamenti sədrinin katibi(həmçinin türk dünyasında ilk 4 qadın millət vəkilindən biri), İsmayıl bəy Qaspıralının qızı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım Qaspıralının anadan olmasının 137-ci ili tamam olur. Millət anası Şəfiqə xanım Qaspıralını sevgi və hörmətlə xatırlayırıq ! Sözcü.az

Henri Kissincer HƏMAS-a hücumların nəticəsi haqqında: Almaniya çoxlu əcnəbini ölkəyə buraxdı

Berlində bir azlıq HƏMAS-ın İsrailə hücumlarını alqışlayır, ABŞ-ın keçmiş baş diplomatı deyir ki, kütləvi immiqrasiya “ciddi səhvdir” ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin sözlərinə görə, Həmas-ın Berlin küçələrində İsrailə qarşı hücumu Almaniyanın ölkəyə həddən artıq çox əcnəbi buraxdığını göstərir. 100 yaşlı keçmiş amerikalı diplomat Almaniyanın Welt televiziyasına Axel Springer-in baş direktoru Matias Döpfnerə müsahibəsində deyib:  "Tamamilə fərqli mədəniyyətə, dinə və anlayışa malik bu qədər çox insanın içəri buraxılması böyük səhv idi, çünki bu, hər bir ölkədə təzyiq qrupu yaradır". 1938-ci ildə ailəsi ilə birlikdə Nasist Almaniyasından qaçan və Vyetnam müharibəsi zamanı Amerikanın xarici siyasətinin memarı olan alman əsilli Kissincer Berlində ərəblərin bayram etməsi ilə bağlı suala cavab olaraq bunun “ağrılı” olduğunu söylədi. keçən həftə sonu İsrailə hücum, şənbə günü səhər saatlarında başlayan qəfil hücumda Həmas yaraqlıları Qəzza zolağından çıxaraq 1200-dən çox israillini öldürüb, onlarla adamı qaçıraraq, Tel-Əviv və Qüds də daxil olmaqla şəhərlərə raket zərbələri endirib. İsrail bundan sonra Qəzzanı mühasirəyə alaraq və öz cavab raketləri ataraq yüzlərlə fələstinlini öldürərək cavab zərbəsi endirib. Kissincer regionda təhlükəli eskalasiya potensialı barədə xəbərdarlıq edərək, HƏMAS-ın "açıq təcavüz aktı"nın "müəyyən cəza ilə qarşılanmalıdır" dedi. Kissincer 1973-cü ildə Misir və Ərəb koalisiyasının başçılıq etdiyi Yom Kippur müharibəsindən əldə edilmiş dərslərə işarə edərək, "Yaxın Şərq münaqişəsinin genişlənməsi və digər ərəb ölkələrini ictimai rəyin təzyiqi altına salmaq təhlükəsi var" deyə xəbərdarlıq edib. Suriya İsrailə hücum etdi. Kissincer bildirib ki, Həmas və onun tərəfdarlarının əsl məqsədi “yalnız ərəb dünyasını İsrailə qarşı səfərbər etmək və dinc danışıqlar yolundan çıxmaq ola bilər”. Keçmiş baş diplomat əlavə edib ki, İsrail hücumda Tehranın əli olduğunu hesab edərsə, İrana qarşı tədbir görə biləcəyi də “mümkündür”. Kissincerin sözlərinə görə, Rusiyanın Ukraynada davam edən təcavüzü və HƏMAS-ın İsrailə hücumu “beynəlxalq sistemə əsaslı hücumdur”. Sözcü.az

"Çox aydın olan odur ki, İsrail xalqı illərlə aparılan pis siyasətin bədəlini ödəyir" - Y.N.Harari

İsrailli tarixçi Yuval Noah Harari BBC-yə HƏMAS hücumunun mümkün nəticələri barədə danışıb. Harari qeyd edib ki, hücumun şiddət səviyyəsi və sonradan İsrailin cavab tədbirləri nəsillərə təsir edəcək nəticələr verə bilər. Harari, hücumdakı kəşfiyyat uğursuzluğu ilə Netanyahunun siyasəti arasında əlaqə olduğunu müdafiə etdi. Məşhur yazıçı demişdir: "Çox aydın olan odur ki, İsrail xalqı illərlə aparılan pis siyasətin bədəlini ödəyir. Netanyahu Fələstinlə hər hansı sülh təşəbbüsünü görməməzliyə vuraraq milləti qütbləşdirərək siyasi karyera qurdu. O, sistematik olaraq dövlət qurumlarına hücum etdi. Biz indi bunun fərqindəyik. Bunun bədəlini biz ödəyirik. Bu, dünyanın bütün demokratik ölkələri üçün bir dərsdir. Buradan alınan ibrət ondan ibarətdir ki, güclü populist liderlərə öz siyasi karyeraları üçün millətləri parçalamağa icazə verilməməlidir." Harari uzun illər ən çox satılan kitablar arasında yer alan “Heyvanlardan Tanrılara, Sapiens: İnsan növlərinin qısa tarixi” kitabının müəllifidir. Sözcü.az 

Azadlıq ideyalarının müdafiəçisi Tomas Peyn

Tomas Peyn Amerika və Avropada inqilabi səbəbləri dəstəkləyən İngiltərə əsilli siyasi filosof və yazıçı idi. 1776-cı ildə nəşr olunan və beynəlxalq şöhrət qazanan “Sağlam düşüncə” Amerikanın müstəqilliyini müdafiə edən ilk kitabça idi. İnqilab Müharibəsi zamanı "Amerika Böhranı" məqalələrini yazdıqdan sonra Peyn Avropaya qayıtdı və "İnsan Hüquqları" ilə Fransız İnqilabının həyəcanlı müdafiəsini təklif etdi. Onun siyasi baxışları həbsxanada qalmasına səbəb oldu; azadlığa çıxdıqdan sonra institutlaşmış din və xristian ilahiyyatının mübahisəli tənqidi olan “Ağıl dövrü” adlı son möhtəşəm essesini yazdı.  Sağlam düşüncə Peynin ən məşhur broşürü olan “Sağlam düşüncə” ilk dəfə 1776-cı il yanvarın 10-da nəşr olundu və onun min çap nüsxəsi dərhal satıldı. Həmin ilin sonuna qədər 150.000 nüsxə - o dövr üçün çox böyük məbləğ idi - çap edilib satıldı.  “Sağlam düşüncə” kolonistləri İngiltərəyə qarşı silahlanmağa inandırmaqda mühüm rol oynayır. Burada Peyn iddia edir ki, təmsilçi hökumət aristokratiya və irsiyyətə əsaslanan monarxiya və ya digər idarəetmə formalarından üstündür. Broşür o qədər təsirli idi ki , Con Adamsın “Sağlam düşüncə” müəllifinin qələmi olmasaydı, Vaşinqtonun qılıncı boş yerə qalxardı” demişdi. Peyn həmçinin iddia edirdi ki, Amerika koloniyaları sağ qalmaq üçün İngiltərə ilə qopmalıdırlar və bunun baş verməsi üçün tarixdə heç vaxt bundan yaxşı an olmayacaq. O, Amerikanın təkcə İngiltərə ilə deyil, bütövlükdə Avropa ilə əlaqəli olduğunu və Fransa və İspaniya kimi dövlətlərlə sərbəst ticarət etməli olduğunu müdafiə etdi.  T.Peyn İngiltərənin Norfolk əyalətinin Thetford şəhərində anadan olub. Londonda tanış olduğu Benjamin Franklinin təklifi ilə 37 yaşında Amerikaya köçüb . Bu dövrdə Amerika müstəmləkələri ilə İngiltərə arasında münasibətlər korlanmağa başladı və koloniyalarda müstəqillik ideyası çiçəklənməyə başladı. Amerikada siyasətlə yaxından maraqlanan Peyn köləliyin ləğvini və Amerika koloniyalarının İngiltərədən ayrılmasını müdafiə edən məqalələr yazır.  O , Amerikanın Müstəqillik Bəyannaməsinin hazırlanmasında mühüm rol oynamışdır. Corc Vaşinqtonun fikrincə , "Sağlam düşüncə"insanların şüurunda əhəmiyyətli dəyişikliklərə səbəb oldu". Amerika Müstəqillik Müharibəsi zamanı müxtəlif dövlət vəzifələrində çalışan Peyn 1787-ci ildə Avropaya qayıtdı. O, İngiltərə və Fransadakı krallıqları devirmək və əvəzinə respublikalar qurmaq üçün mübarizə apardı. 1789-cu il Fransa İnqilabı ilə onların bəzi gözləntiləri gerçəkləşdi. 1791-1792-ci illərdə o, iki hissədən ibarət "İnsan hüquqları" kitabını nəşr etdirir. Bu kitabda o, respublika idarəçiliyini müdafiə etdi və ingilisləri monarxiyanı devirməyə çağırdı . O, xalqın təhsil almasını, kasıblara köməklik göstərilməsini, dövlətin işsizlərə iş yerlərinin açılmasını, pensiyaların verilməsini, gəlirlərinə görə artan nisbətdə vergilərin yığılmasını istəyirdi. Bu kitaba görə İngiltərədə vətənə xəyanətdə günahlandırılan Peyn, bu vaxt Fransada Milli Məclisin deputatı seçildi . O, Fransaya gedib parlamentin fəaliyyətində iştirak edib, monarxiyanın ləğvinə səs verib. Bununla belə, Maksmillan Ropespierin dövründə o rəğbətini itirdi, çünki o , XVI Lüdovikin edamına qarşı çıxdı və bir ilə yaxın həbs edildi. Ropespierin süqutundan sonra azad edildi və ağır xəstə olsa da, Milli Konvensiyaya yenidən qəbul edildi . Peyn 1 sentyabr 1802-ci ilə qədər Fransada qaldı və oradanda ABŞ-a getdi . O, ölkə qarşısındakı xidmətlərinin tamamilə unudulmuş olduğunu və onu yalnız dünyanın ən böyük kafiri kimi qəbul etdiyini tez bir zamanda kəşf etdi . Kasıblığına və bəzən sərxoşluqdan pisləşən fiziki vəziyyətinə baxmayaraq, Peyn imtiyazlara və dini xurafatlara hücumlarını davam etdirirdi. 1809-cu ildə Nyu-Yorkda vəfat etdi və Nyu-York ştatı tərəfindən İnqilabçı yazılarına görə mükafat olaraq ona verilən fermada Nyu-Roşeldə dəfn edildi . On il sonra siyasi jurnalist William Cobbett sümükləri çıxararaq İngiltərəyə apardı və burada Peynə bəşəriyyətə verdiyi böyük töhfələrə layiq bir dəfn mərasimi keçirməyə ümid etdi. Lakin plan əks nəticə verdi və sümüklər heç vaxt bərpa oluna bilməyərək itdi.  30 yanvar 1937-ci ildə London Times onu “İngilis Volteri” adlandırdı və 18 May 1952-ci ildə Peynin büstü Nyu York Universitetinin Şöhrət Zalına yerləşdirildi. Tomas Peynin fikirlərindən seçmələr 1. Sağlam düşüncə bizə deyəcək ki, bizi özünə tabe etdirməyə cəhd edən qüvvə, bizi müdafiə etmək üçün ən düzgün olmayan qüvvədir. 2. Bir dəfə işıqlanan ağıl bir daha qaranlıq ola bilməz. 3. Hakimiyyət özünün ən yaxşı şəklində belə pislikdir, özünün pis halında isə dözülməzdir. 4. Hər bir vətənpərvər insanın borcu ölkəsini hakimiyyətdən qorumaqdır. 5. Bu kitabı sizə əmanət edirəm. Kitab dinlə bağlı fikirlərimdən ibarətdir. Hər bir insanın öz fikrinə sahib olmaq hüququnu, fikri mənim fikrimdən nə qədər fərqli olsa da, mən qətiyyətlə müdafiə etdiyimi bilməniz ədalətli olardı. Bu haqqa qarşı çıxan hər kəs indi sahib olduğu düşüncənin köləsi olacaq, çünki onu dəyişdirməkdən özünə mane olur. Hər cür yanlışa qarşı ən amansız silah Ağıldır. Bu günə kimi başqa silahdan istifadə etməmişəm, bundan sonra da istifadə etməyəcəyəm. 6. Doğru olmayan bir hökümət sistemi tərəfindən insanlar bir-birilərinə qarşı düşmən edilmədiyi halda, insan insanın düşməni deyildir. 7. Münaqişə nə qədər ağır olarsa, zəfər də bir o qədər şərəflidir. Çox ucuz əldə etdiyimiz şeyi çox yüngül qiymətləndiririk; əzizlik yalnız hər şeyə öz dəyərini verəndir. 8. Müstəqillik mənim xoşbəxtliyimdir və mən yerdən və şəxsdən asılı olmayaraq hər şeyə olduğu kimi baxıram; mənim ölkəm dünyadır, mənim dinim yaxşılıq etməkdir.  9. İnsan qəddarlığı, təcavüzü və adam öldürməyi Müqəddəs Kitabdan öyrənib; çünki zalım Tanrı inancı zalım insanı yaradır. 10. Uşaq şüurunu sarsıdan hər hansı bir din sistemi doğru ola bilməz.  11. İnsan təbiəti özlüyündə pis deyil.  12. Öz azadlığını təmin etmək istəyən, hətta düşmənini zülmdən qorumalıdır; çünki bu vəzifəni pozarsa, özünə çatacaq bir presedent yaradır. 13. Mən insanın bərabərliyinə inanıram; və inanıram ki, dini vəzifələr ədalətli davranmaq, mərhəməti sevmək və həmvətənlərimizi xoşbəxt etməyə çalışmaqdan ibarətdir. 14. İnsan ancaq ağlını icra etməklə Allahı kəşf edə bilər 15. Qəzəbin ən böyük dərmanı gecikdirməkdir. 16. Bir dəfə işıqlanan ağıl bir daha qaranlıq ola bilməz. 17. Ağıldan istifadə və ixtiyardan əl çəkmiş və fəlsəfəsi bəşəriyyətə nifrət etməkdən ibarət olan bir adamla mübahisə etmək, ölülərə dərman vermək və ya ateisti müqəddəs kitabla dinə çevirməyə çalışmaq kimidir. 18. Azadlıq ağacının meyvəsini yemək istəyənlər ağacın yıxılmaması üçün ona dəstək olmaq yorğunluğunu da riskə atmalıdırlar. 19. “Hökumətin legitimliyi onun xalqın xoşbəxtliyini təmin etmək qabiliyyətindən asılıdır.  20. Hökumət insanların həyatını idarə etmək üçün deyil, insanların hüquqlarını qorumaq üçün bir vasitədir.  21. Hər bir insanın haqqı ədalətin olmasıdır. 22. Fikir azadlığı azadlığın özüdür  23. İnsan hüquqları bir şəxsin digərləri üzərində səlahiyyətinə deyil, hamının bərabərliyinə əsaslanır 24. Cəmiyyətin qanunun aliliyinə inamı hökumətin legitimliyini təmin edir 25. Azadlıq, insanların fikirlərini sərbəst ifadə etmələri və fikirlərini bölüşmələridir 26. Azadlıq insanların öz qərarlarını verə biləcəyi bir mühitdə yaşamasıdır. Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi 

Qəzzadan 338 mindən çox fələstinli didərgin düşüb

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 1203-ə çatdığı halda, BMT-nin məlumatına görə, 338 mindən çox fələstinli didərgin düşüb. İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Qəzzadan edilən hücumlarda ölən israillilərin sayı 1300-ə çatıb. Sözcü.az

Azərbaycan xalqının qəhraman oğlu Sərdar Həmidovun adı niyə çəkilmir?

Ağdərə işğaldan azad ediləndə gözləyirdim ki, kimsə onun adını çəkəcək. Yada salacaq. Onun adını silməyə çox cəhd etdilər. Hətta onun yaratdığı Batalyon haqqında film də çəkdilər, amma adını belə çəkməyə qorxdular. Halbuki Ağdərə uğrunda xəyanətkarlar istədiyinə çatana qədər mübarizə aparanlardan biri də o idi. Milli Qəhrəman Vəzir Orucovla Ağdərəni azad edən məhz o idi. Torpağına bağlı, vətəninə bağlı bu adamın adı SƏRDAR HƏMİDOVDUR.. Sərdar Həmidov bu xalqın qəhrəman oğluydu. Müharibənin qaynar vaxtlarında ermənilər Bərdəyə, Tərtərə girməyi, Yevlaxdan çıxıb ölkənin Qərbi ilə əlaqəni kəsməyi planlaşdırmışdılar. Amma bunun qarşısını  Sərdar bəy aldı. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur. Bundan başqa, o, "Ağdərə" əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən Şıxarxı Tərtərin ərazisinə qatmışdır. O zaman Ağdam işğal olunandan sonra Tərtər rayonunda panika yayıb əhalinin çıxması üçün plan quranların qarşısını məhz Sərdar Həmidov almışdı. O rayonun mərkəzində insanların qarşısında dayandı, dedi ki, kim buradan çıxsa onu şəxsən özüm güllələyəcəm, biz torpağımızı qorumalıyıq. O, bütün imkanlarını səfərbər edərək, şəxsi vəsaitləri hesabına döyüşçüləri silahlandıraraq, ruh yüksəkliyi yaradaraq Tərtəri sonadək qorudu. Qəhrəman şəhər Tərtər ermənilərə xidmət edən güclərin qurbanı olmadı. O zaman Sərdar bəyin yanında olanlar yaxşı bilirlər keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqova dəyən şillələrin səsini, onun tövlədə Sərdara yalvarmasını. Məhz Tərtərin ermənilərə verilməsi üçün rayona gələn Nəcməddinin qarşısında Sərdar bəy durmuş idi.  Sərsəng ətrafında olan döyüşlərdə Sərdar bəyin sayəsində 300-dən çox erməni döyüşçü  bir həmlə ilə məhv oldular. Həmin gün Ermənistanda matəm elan edilmiş idi. 3 gün bu matəm davam etmişdi.  Ağdərədəki qərargahda Sərdar Həmidovun  Surət Hüseynovla davasını da xatırlayan olar. Məhz Surət istəmirdi Ağdərə azad edilsin, ona görə də təyyarələrin qalxmasına əmr vermirdi. Bu zaman Sərdarın Surətin üzərinə gedib onu vurmaq istəməsin də yada salanlar olar. Surət qorxusundan izn verdi və Sərdar bəy özü üç rəngli bayrağı Ağdərədə qaldırmış idi. Ermənilər Sərdar Həmidovun başçılığı altında olan Tərtərin  torpağını belə işğal etməyə nail olmayıb. Tərtərdən bir nəfər belə əsirlikdə qalmayıb. Tərtər rayonu istiqamətində şəhid olmuş bir nəfərin belə cəsədi düşmən əlində qalmayıb. Tərtər rayonu ərazisində şəhid olmuş naməlum şəhidlərimizin belə dəfnini öz hesabına komisiya təşkil edərək həyata keçirən məhz o idi.  1993-cü il yanvar ayının axırlarında Vaqauz Vəng istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və kiçik bir müddət ərzində müalicə alaraq döyüşə qayıdan Sərdar Həmidov əsl qəhrəman idi. "Tərtər” Özünümüdafiə Batalyonu  digər hərbi hissələrin köməkliyi ilə təqribən 6 ay vuruşa-vuruşa gedib Vəngə, Xankəndinin başının üstünə çıxmışdılar.  Yüzlərlə şəhid hesabına Xankəndini ermənilərdən təmizləməyə bircə addım qalmışdı. Cəmi bir addım. Sonra kreslo davası, xəyanət o boyda döyüşün, şəhidlərin bahasına azad edilən torpaqları yenidən ermənilərə verdilər..  AXC hakimiyyəti dövründə icra başçısı işləmiş S.Həmidov 10 ilə yaxın həbsxana cəzası alıb. Halbuki o Milli Qəhrəman adı almalı və böyük diqqət görməli idi. Sərdar Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirmiş idi, bunu belə nəzərə almamış idilər.  Həbsdən azad olandan sonra uzun illər o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi. Nəcməddin Sadıqov o şillələrin, Qarabağın gözəl rayonu Tərtərin  ermənilərə verə bilmədiyi üçün qisasını belə aldı. Tək Nəcməddin deyil, ondan qorxan bəzi müxalif şəxslər, generallar, məmurlar onun həbsdə qalmasına səbəb oldular  .. Əsl döyüşçü, əsl qəhrəman 7 ilini  ağır xəstəlik daşıya daşıya həbsxanada keçirdi.  Sərdar Həmidov 2004-cü ildə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxmışdı.  O vətənə xəyanət edənlərə mübarizə aparırdı, sevdiyi Elçibəyin yanında olub ona xəyanət etmiş insanlara qarşı sərt çıxışlar edirdi. O bilirdi bu gün adını müxalifət qoyanların bəzilərinin əsl siması nə idi. Yazıq deyirdi, dinləyən kim idi ki.. Artıq yaxşı pullar alan həmin bəzi  xain  müxalifətçilər pul hesabına ona medianı yaxın buraxmırdılar..  Deyirdi..güclə nəfəs ala ala deyirdi   Müharibədən, döyüşdən qaçan, ancaq yeyib içib gizlənən müxalifətin bəzi üzvlərini ifşa edirdi.  Dinləmədilər onu 2016-cı ildə son dəfə dedi amma Kəlimeyi Şəhadətin  Qarabağ savaşında cəsarəti və bacarığı ilə ad çıxaran qəhrəmanlardan biri -Sərdar Həmidov fevralın 28-də 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişdi. Tanrının yanına getdi qəhrəman Sərdar Həmidov  Gözlərin yumanda da Vətən dedi  Ruhun şad olsun  Komandir  Daha Qarabağ azaddır Ağdərə azaddır Xankəndi azaddır Tərtər təhlükədə deyil  Zaur Aliyev, dosent

Akif Qurbanov: Sülhməramlıların keyfiyyətcə dəyişən statusu nədir?

Putinin dünənki açıqlamaları ilə bağlı hökumətimizin "yumşaq güc"ü yenə təbliğat başındadır. Agah insanların, onları boş verməsi lazım, yoxsa çörəklərinə yağ sürtmüş olacaqsınız. Çıxışın kontekstini tam anlamaq üçün isə verilən sualı da nəzərə almaq lazımdır. Putinin çıxışının əsas mahiyyəti budur ki, "Qarabağın itirilməsi" Ermənistana görə oldu, biz satmaqda qınamaq yersizdir. Xəbərdarlıqlarımız qulaq ardına vuruldu və nəticədə bu mənzərə qaçılmaz idi. Onsuz da əvvəldə Azərbaycanı biz durdururduq. Artıq durdurmağın yeri qalmadı. Putinin dedikləri əslində mahiyyətcə yeni deyil. Sadəcə 2 yeni detal ifadə etdi ki, birincisilə bağlı uzun müddətdir narahatçılığımı ictimaiyyətlə bölüşürəm, aydınlıq gətirilməsi üçün sual ünvanlayıram: 1. Putin deyir:  "...Görüşlərin birində prezident Əliyev mənim yanıma gəlib dedi: “Görürsünüzmü, hamı tanıdı ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”...  Başa düşürsünüzmü, Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyən edilməsindən sonra sülhməramlılarımızın statusu məsələsi də keyfiyyətcə dəyişdi. O (Əliyev – red.) deyir ki, sizin ordunuz bizim ərazidədir, gəlin ikitərəfli əsasda qərar verək. Baş nazir Paşinyan təsdiqlədi ki, bəli, indi "ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır". Keçən dəfə yazdığım kimi, son hadislərlə "3 tərəfli bəyanat" faktiki olaraq qüvvədən düşdü. İndi iki tərəf var.  Aydınlıq gətirilməli sualllar budur: deyildiyi kimi, təklif olunan iki tərəfli əsasda verilən qərar nədən ibarətdir? Sülhməramlıların keyfiyyətcə dəyişən statusu nədir? Narahatçılığımın əsas mahiyyəti də budur ki, hökumətimiz açıq şəkildə heç zaman dilə gətirməsə də hamımız yaxşı bilirik ki, bu münaqişə Putinin dediyi kimi Sumqayıtda başlamayıb. Və əsas səbəbi də sadəcə etnik qarşıdurma kimi qələmə verməklə gerçəklik dəyişmir. Azərbaycanın ərazisinin işğal edilməsi və 26 il işğalda saxlanılması da Ermənistanın gücü hesabına olmayıb. Birbaşa Rusiyanın patronajlığı ilə baş verib. Bu patronajlıqdan imtinanın şəxsi qəzəblə əlaqəsi olsa da, təkcə buna görə baş verməsi Putin və Rusiyanın mahiyyətilə tərs mütənasibdir. Onların təfəkkürü, yaradılan imkanın əvəzinin də verilməsini mütləq tələb edir.  Ona görə də illərin Rusiya təcrübəsi aydın insanları yuxarıdakı sualları ölkə rəhbərliyindən açıq soruşmağa sövq etməlidir. 2. Putin: "Keçmiş rəhbərlərə gəlincə, bilmirəm, təfərrüatlara varmaq istəmirəm, amma başa düşdüyüm qədərilə əslində onları Yerevanda görmək istəmirlər. Amma mənim qənaətim bundan ibarətdir ki, Azərbaycan rəhbərliyi Azərbaycanın ərazi məsələlərinin tamamilə həll olunduğunu nəzərə alaraq humanitar xarakterli addımlar atacaq”. Bu qeydi də xüsusi izləmək lazımdır. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri 

Qarabağ müharibəsi veteranının müraciəti - VİDEO

Ömrünün 4 ilini Qarabağ uğrunda müharibəyə sərf etmiş Şəmkir rayon Talış kənd sakini, müharibə veteranı Cavadov Yalçın Əziz oğlunun evindən ürək dağlayan görüntülər.  Xocavənd-Fizuli uğrunda döyüşlərdə iştirak etmiş Yalçın Cavadov böyrəklərindən xəstədir. Böyrəklərində ağrıların artması ilə bağlı iş qabiliyyətini itirmək üzrədir. Dövlətdən 80 manat veteran pulu aldığını və müxtəlif yerlərdə gündəlik işlərdən əldə etdiyi gəlir ilə yaşayışlarını ancaq təmin etdiklərini bildirir. Maddi durumları ağır olduğundan çox acınacaqlı durumda olan evi restavrasiya etmək gücündə deyillər. Bu səbəbdən kömək üçün ləyaqətli, vicdanlı Azərbaycan övladlarına müraciət etməyi tək çıxış yolu bilir: Sözcü.az 

Gəncədə adına küçə saxlanılan Ayna Sultanovaya rəğbət və ehtiramın səbəbi nədir ?

Əgər sual olunsa ki, Gəncədə ən çox kim türk qanı axıdıb və bunun qarşılığında mükafatlandırılıb ?  Heç şübhəsiz ki, məlumatlı tarixçilər Həmid Sultanovun adını çəkəcək.  Sovet tarixində bolşevik, görkəmli inqilabçı, Azərbaycan SSR-nin ilk Daxili İşlər Komissarı kimi tanıdılan Həmid Sultanov Gəncə şəhərində minlərlə günahsız insanın amansızca qətlə yetirilməsində, işgəncələrə məruz qalmasında məsul şəxslərin başında gələnlərdən biri idi.  Genetik bağlılığı ilə hətta ruslara xidmət etmiş Nəsib Sultana bağlı olan Həmid Sultanovun Gəncəyə qarşı nifrətinin səbəbini anlamaq heçdə çətin olmamalıdır. Vaxtı ilə bu "görkəmli inqilabçının" Tovuz şəhərinin mərkəzində bir büstü qoyulmuşdu və son illərə qədər həmin büst öz mövcudluğunu qorumaqda idi. Görünür ki, şəhər rəhbərliyini kimsə başa salıb ki, bu adam heykəli qoyulmağa yox, yıxılmağa layiq olanlardan biridir. Əməllərinə layiq mükafatını ərmağan ediblər. Artıq onun heykəli orada yoxdur.  1920-ci il aprel işğalı zamanı onun oynadığı rolu yazmış olduğu məqalələrindən oxumaq yetərlidir. Yazmış olduğu "Müsavat hakimiyyətinin son dəqiqələri" adlı xatirələrində qeyd edir ki - " Parlaman təxminən gecə saat 11-12-də dağıldı. Biz Bünyadzadə Dadaşı və başqa yoldaşları həbsxanadan azad etdik və Azərbaycan İnqilab və Bakı İnqilab Komitəsi heyətini elan etdik. Gecə ikən bütün şəhərdə qızıl bayraqlar asıldı. Şəhər əhalisi axşam Müsavat bayraqlarını( 3 rəngli Azərbaycan bayrağı) asaraq yatdıqları halda, 28 apreldə səhər durarkən qızıl inqilab bayrağı gördü: Gecə, bütün qəzalarda inqilab komitələrinin təşkili haqqında qəza təşkilatlarına təklif verildi. Səhər zirehli qatarla Mikoyan və Musabəyov( həyat yoldaşı Ayna Sultanovanın qardaşı) yoldaşlar Bakıya gəldilər. Qızıl Ordu isə iki gündən sonra gəldi". Elə bu yazısından onun əsl kimliyini anlamaq bəs edir.  Həmid Sultanov Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı olaraq 1920-ci il Gəncə üsyanının yatırılmasında xidmətlərinə görə "Qırmızı bayraq" ordeni ilə mükafatlandırılıb. Azərbaycandan bu ordeni alan ilk şəxsdir.  Ayna Sultanova isə Həmid Sultanovun həyat yoldaşı, digər bolşevik Qəzənfər Musabəyovun isə bacısıdır. Mahiyyət olaraq nə həyat yoldaşından, nədə ki, qardaşından fərqli olmayıb. İlk inqilabçı qadın kimi təqdim olunan Ayna Sultanova öz həyat yoldaşı və qardaşı kimi Stepan Şaumyanın silahdaşlarından biri idi və eyni maraqlardan çıxış edirdi. Heç şübhəsiz ki, 1918-ci il mart qırğınları zərrə qədər narahat etmədiyi adamlardan biri Gəncədə bu gün adına küçə olan, hətta küçənin başında, şəhərin görkəmli yerində xatirə lövhəsi qorunan Ayna Sultanova idi.  Ən maraqlısı isə budur ki, Ayna Sultanovanın xatirə lövhəsi Gəncədə Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökümətinin fəaliyyət göstərdiyi binaya tərəf baxır. Belə bir yerdə Nəsib bəyin, Fətəli Xanın, Həsən bəyin adına küçə olması doğru deyilmi ?  Ayna Sultanovaya aidiyyatı olmayan şəhərdə, Gəncə üsyanının, istiqlal şəhidlərinin qanı ilə yoğrulmuş bu məkanda onun adına küçənin saxlanılması çox utancvericidir.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

Tarixən ruslar və ermənilər üz-üzə

“O yerə çatdıracağam ki, Tiflisdəki yeganə erməni Tiflis muzeyində dondurulmuş erməni olacaq!” - Q. Qolitsın Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Qriqori Qolitsının qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən sonra, başda bütün erməni kilsələri olmaqla, bütün erməni siyasi təşkilatları çar hökumətinə qarşı sui-qəsdlər və terror aksiyaları həyata keçirməyi qərara aldılar. Həmin qanun erməni kilsələrinin maliyyələşdirdiyi siyasi partiyaların maddi vəziyyətinə ciddi zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, anti-rus əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Tiflisdə Erməni Özünümüdafiə Mərkəzi Komitəsi yaradılmış, həmin komitə 12 iyun tarixli qanunun ləğv edilməsi üçün çar hökumətinə - mütləqiyyətə qarşı bütün mümkün vasitələrlə mübarizə aparacağını bəyan etmişdi. 1905-ci il mayın 11-də gündüz saat 3-də erməni kilsəsinin yaxınlığında, Parapet bağı (indiki Fəvvarələr meydanı) ilə Voronsov (indiki Mirzə İbrahimov) küçəsinin kəsişdiyi yerdə hərəkət edən Bakının general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna ermənilər bomba atırlar. Partlayan bombanın təsirindən Nakaşidze və onun yavəri ölürlər. Partlayışa görə məsuliyyəti “Daşnaksutyun” partiyasının Mərkəzi Komitəsi öz üzərinə götürmüşdü. Həmin il oktyabrın 14-də general Qolitsın Tiflis yaxınlığındakı Kojorskoe şossesində Ermənilərin “Hnçak” sosial-demokrat partiyasının üzvlərinin sui-qəsd cəhdinə uğradı. Terror hadisəsi nəticəsində o, ağır yaralanmışdı. Sözcü.az

Ermənistanla sülh sazişi bağlamaq istəyirik - Əmirbəyov

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsində deyib. Elçin Əmirbəyov Azərbaycan tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri barədə məlumat verib. Bildirib ki, anti-terror tədbirlərində məqsəd legitim hərbi hədəfləri yox etmək idi: “Bu, bizim suveren ərazimizdə olan Ermənistan silahlı qüvvələrinə aid qoşuna qarşı idi. Üç il idi Ermənistan öz üzərinə bu məsələ ilə əlaqədar öhdəlik götürmüşdü ki, qoşunlarını bizim ərazimizdən çıxarsın. Amma o, bundan imtina edirdi. Üstəlik onların son iki həftədəki təxribatları bizim çoxsaylı hərbçimizin və mülki şəxslərimizin həlak olmasına səbəb olmuşdu. Ona görə də bu, bizim reaksiyamız, cavabımız idi. Hədəfimiz qəti surətdə mülki şəxslər deyildi. Yenə deyirəm, hədəfimiz legitim hərbi hədəflər idi”. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, hazırda qeyri-qanuni separatçı qurum təslim olub: "Onlar özləri öz qeyri-qanuni strukturlarının buraxıldığını elan ediblər. “Hazırda biz erməni icmasının təmsilçiləri ilə dialoq aparırıq. Onlarla artıq 3 görüş keçirilib. Onlarla erməni əhalisinin Azərbaycana reinteqrasiya məsələləri müzakirə edilib”. İşğaldan azad olunan ərazilərə BMT missiyasının səfər etdiyini xatırladan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi diqqətə çatdırıb ki, həmin missiyanın tərkibində müxtəlif xarici KİV-lərin təmsilçiləri də olub. “Onlar təsdiq ediblər ki, orada bir neçə yüz insan qalıb... Onların geri qayıtması üçün Azərbaycan hökumətinin səylərini də gözdən qaçırmamaq lazımdır. Hazırda ermənilər bu ərazidə qalmaq istəməyiblər. Üç on illik ərzində bu ərazilərin Ermənistan tərəfindən işğalı öz izini buraxıb. Xatırladım ki, BMT də bu işğalı qınamışdı. İndi isə lazımdır ki, bir çıxış yolu tapılsın, birgəyaşayış təmin olunsun. Həm azərbaycanlılar, həm də ermənilər üçün.”, - E.Əmirbəyov əlavə edib.

Ermənistan Parlamenti BCM-yə üzvülüyü ratifikasiya edib

Ermənistan parlamenti Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünü təsdiqləyib. İrəvanın BCM-də iştirakı Moskvanın çoxdan etiraz etdiyi məsələdir. Ermənistan parlamenti BCM-yə üzvlük təklifini 22 əleyhinə 60 səslə qəbul edib. Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasını “son dərəcə düşməncəsinə” hərəkət kimi qiymətləndirir. Vladimir Putin həbs qərarı ilə bu yaxınlarda Cənubi Afrikada keçirilən BRİKS sammitində iştirak etməyib. Ermənistanın BCM-ə üzv olması o deməkdir ki, Putin də bu ölkəyə gedə bilməz. Sözcü.az

Pentaqon Ukrayna üçün 5,2 milyardlıq yardım ehtiyatına malikdir

Pentaqonun Ukraynaya hərbi yardım göstərmək üçün 5,2 milyard dollar vəsaiti var. “The Wall Street Journal”ın Amerika Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndələrinə istinadən verdiyi məlumata görə, indiki xərclər səviyyəsində bu, təxminən altı aya kifayət edəcək. Nəşr qeyd edir ki, bunlar bir il əvvəl Ukraynaya dəstək üçün ayrılmış vəsaitin qalıqlarıdır. Beləliklə, yaxın gələcəkdə Kiyev ABŞ-da büdcə qanunu ilə bağlı mübahisələrə görə hərbi təchizatın dayandırılması təhlükəsi ilə üzləşməyəcək. Lakin mövcud vəziyyət planlaşdırmaya təsir edə bilər. Nəşr qeyd edir ki, bu vəsait növbəti büdcə qəbul olunana qədər Ukrayna qüvvələrinin əməliyyatlarını maliyyələşdirmək üçün kifayət etməyəcək. Xatırladaq ki, dünən prezident Co Bayden Konqresdəki resbublikaçıların Ukraynaya yardım ayrılması məsələsini büdcə sənədindən ayrılıqda müzakirə etməyə söz verdiklərini və bu yardımın dayanmayacağını bəyan edib.

Qarabağda yaşayan erməni fermerlər vergilərdən azad olunacaq

Qarabağda yaşayan erməni sakinlərin yaşadıqları ərazilərdə fermerlərə subsidiyalar veriləcək. Bu, Azərbaycan Respublikasının reinteqrasiyaya dair planlarında əks olunub. Onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad ediləcəklər.

Ramazan Kadırovun qızına mühüm vəzifə verilir

Çeçenistanın başçısı Ramzan Kadırov qızı Ayşət Kadırovanın ölkənin Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi qərarını dəstəkləyib. Bunu R.Kadırov teleqramda açıqlayıb. Belə ki, hökumətin iclasında Baş nazir Müslüm Xuçiyev 1998-ci il təvəllüdlü Ayşət Kadırovanın Çeçenistan hökuməti sədrinin sosial məsələlər üzrə müavini vəzifəsinə təyin edilməsini təklif edib. Qərar iclas iştirakçıları tərəfindən dəstəklənib. Xatırladaq ki, daha öncə Ayşət Kadırova 22 yaşında respublikanın mədəniyyət naziri vəzifəsinə təyin olunmuşdu.

Qarabağ erməniləri daxili işlər orqanlarına işə CƏLB OLUNA BİLƏR

Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər. Savash.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. Qeyd edək ki, Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.

Şəhid Seymur Həbibovun şəhadətindən 3 il keçir

Seymur Həbibov 13 fevral 1986-cı ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olmuşdur. 1992-ci ildə Kür qəsəbə orta məktəbində birinci sinifə başlamışdır. 2003-cü ildə həmin məktəbi bitirib və həqiqi hərbi xidmətə çağrılmışdır. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müxtəlif sənət sahələrində çalışmışdır.  2020-ci ilin avqust ayında müddətdən artıq həqiqi hərbi xidmət üçün müraciət etmiş və xidmətinə başlamışdır. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanan zaman 1 oktyabr tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “İgidliyə görə” medalı ilə təltif olunub.       Seymur Həbibov Şəmkir şəhər qəbirstanlığında dəfn edilib. Bu gün Şəmkirdə şəhidin yaxınları, digər şəhid ailələri şəhidi anım günü ilə bağlı məzarı başında anıblar.  Ruhu şad olsun ! Sözcü.az

Azərbaycanda sement BAHALAŞDI - VİDEO

Sementin qiyməti yüksəlib. Xezerxeber.az-ın məlumatına görə, iki həftə bundan əvvəllə müqayisədə qiymətlərdə artım müşahidə edilir. Sahibkarların sözlərinə görə, sementin bahalaşması bir neçə gün ərzində digər mallara da təsir göstərəcək. Onlar bildirir ki, əvvəllər sementin 1 kisəsi 7 manata satılırdısa, indi artıq 7.40 manata təklif edilməkdədir. Bu tendensiyanın hələ nə qədər davam edəcəyi bilinmir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Şəmkirlilərə şad xəbər: sürət qatarı artıq Şəmkirdə də dayanacaq

Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə 1 oktyabr 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirir. Bununla da Şəmkir rayonu daxil olmaqla Gədəbəy və qonşu rayonların sakinləri də ADY-nin müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə biləcəklər.  Qeyd edək ki, vaxtilə ölkədaxili sərnişindaşımada yataq tipli vaqonlardan ibarət sərnişin qatarları fəaliyyət göstərdiyi zaman Dəllər stansiyasında da həmin növ qatarlara dayanacaq verilirdi. Hazırda Bakı-Ağstafa-Bakı marşrutu üzrə “Stadler Rail Group” şirkətinin istehsalı olan sürətli qatarlar hərəkət edir və həmin qatarların standartlarına uyğun hündür sərnişin platformaları bütün stansiyalarda mövcüd deyil. Sərnişinlərin tələbatının qarşılanması məqsədilə hündür sərnişin platformasının olmadığı sözügedən stansiyada sürətli sərnişin qatarlarına dayanacağın verilməsi məqsədilə zəruri tədbirlər görülüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma xidmətinin rəisi Təranə Bədəlova Dəllər stansiyasına dayanacağın verilməsinin sərnişin məmnunluğunun artmasına müsbət təsirini qeyd edərək bildirib ki, qərb zonasında yaşayan yüzlərlə sakin gündəlik olaraq sürətli qatarların xidmətindən istifadə etmiş olacaq: “Sərnişindaşıma xidmətinin Dəllər stansiyasında da bərpa olunması üçün tərəfimizdən dəmir yolu infrastrukturunda müvafiq təmir-bərpa işləri aparılıb, platformada sərnişinlərin ‘’Stadler’’ qatarına rahat minib-düşmələri üçün xüsusi konstruksiyalı mobil pilləkənlər quraşdırılıb. Bu stansiyaya dayanacağın verilməsi Şəmkir və Gədəbəy ilə yanaşı qonşu rayonların sakinlərinə də qatarlarımızla rahat səfər üçün geniş imkanlar yaradır”. İlkin hesablamalara əsasən müvafiq marşrutun bərpa olunması Şəmkir-Gədəbəy rayonlarından illik təxminən 40 minə yaxın sakinin sürətli sərnişin qatarlarından istifadəsini təmin edəcək.  Qeyd edək ki, ölkədaxili sərnişindaşımada böyük paya malik Dəllər stansiyasından Covid-19 pandemiyasından öncə 2019-cu il ərzində ümumilikdə 30 minə yaxın sərnişin Bakıya və əks istiqamətə səfər edib.  Sözcü.az 

Şəmkirdə şəhid Vacib Məmmədov məzarı başında anılıb

Bu gün şəhid Vacib Məmmədovun anım günü ilə bağlı Şəmkir rayon Sərxan qəbirstanlığında məzarı başında anım tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, şəhidin yaxınları, oxuduğu Morul məktəbinin şagirdləri və müəllimləri iştirak edib. Şəhidlərimizin qəhrəmanlığı, rəşadəti, bizlər üçün miras buraxdığı dəyərlərlə bağlı nitqlər söylənib, şəhidlərin ruhuna dualar oxunub, ölümsüz əməlləri və xatirələrinə sayğı duruşu təşkil olunub. Sözcü.az

Sərsəng su anbarına nəzarət bərpa edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Sozcu.az-a verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarıda bizim nəzarətimizə keçib. Artıq su anabrının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.      1976-cı ildə Tərtərçay çayınının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib. Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar,sahil xəttinin uzunluğu - 50,25 km-dir. Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının  ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq. 

Müstəqil Həmkarlar Birliyinin Kürdəmir rayon təşkilatının iclası keçirilib

Müstəqil Həmkarlar Birliyinin Kürdəmir rayon təşkilatının iclası keçirilib. MHB Kürdəmir RT sədri İlham Alişov iclası açıq elan edərək Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Daha sonra İlham Alişov birliyinin ümumi fəaliyyətindən və MHB rəhbərliyi ilə keçirilən görüşdən toplantı iştrakçılarını məlumatlandırdı. Toplantı iştrakçıları bir neçə məsələni, o cümlədən, görüləcək işlərdən, rayonda mövcud olan sosial problemləri və qarşıda duran vəzifələri müzakirə etdilər. İclasa MHB sədr müavini Xəzər Teyyublu onlayn qatılaraq toplantı iştrakçılarına üğurlar arzuluyaraq gələcək işlərlə bağlı tapşırıqlar verib. Daha sonra təşkilat məsələlərinə baxılıb. MHB Kürdəmir RT sədri İlham Alişov yeni qəbul edilmiş üzv Tərgül Əliyevaya üzvlük vəsiqəsini təqdim edib.

" Sovet KQB'si ilə üz-üzə kəfən geyinərək dayanmış - Ağamalı Sadiq Əfəndi

Biz övladlarımıza qaniçən bir imperiyada kölə kimi yaşamağı miras qoya bilmərik"  Ağamalı Sadiq Əfəndi  Ağamalı Sadiq Əfəndi XX əsrin son 50 illiyində adı ən çox xatırlanmağa və anılmağa layiq olan adamlardandır. Təmiz mənəviyyatı, vicdanı, fədakarlığı, qorxmazlığı və cəsarəti ilə yaddaşımızda heykəlləşmiş Ağamalı Sadiq qələmi ilə yalanları sökdüyü kimi həmçinin bizim azadlığımız naminə əvəzsiz döyüş cəngavəri idi.  Ona verilən sualların birini belə cavanlandırmışdı: "Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, biri-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”. 80-lərin sonu 90-ların əvvəlində ən cəsarətli addımlar Ağamalı Sadiq Əfəndiyə məxsusdur. Şöhrətpərəstlikdən, özünü gözə soxmaqdan uzaq olduğuna görə bəlkə də adı sizlərə elədə çox tanış gəlmir. Amma tanıyanlar bilir ki, ən çətin gündə, birinci cəsarətli addımlar ona məxsus olub. 1989-cu ilin iyul ayının 16-da Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayondakı mənzilinin həyətində keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir. Ağamalı Sadiq Əfəndinin Bakının 8-ci mikrorayonundakı evi AXC-nin qeyri-rəsmi ( rəsmi onsuzda qərargahı mövcud deyildi) qərargahı elan olunmuşdu. Bu ev AXC-nin bir çox sonrakı nəşrləri kimi bülletenlərinin də redaksiyasına çevrilmişdi.  AXC təsis edildikdən sonra hökumət bir müddət ona qərargah vermək istəmirdi. 1989-cu ilin ilk kütləvi mitinqlərinin birində AXC-yə müraciət etmək üçün bir neçə ünvan və bir neçə telefon nömrəsi elan olunur. Bu ünvanlardan biri Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayonda yerləşən evi idi. Ağamalı Sadiq fövqəladə vəziyyətlərin insanı idi. Sanki Tanrı onu bunun üçün yaradıbmış. 1990-cı ilin 20 yanvarından sonra Azərbaycan mətbuatının bütün ağır yükü onun çiyinləri üzərində hərəkət etməyə başladı.  Həmin günlərdə Ağamalı Sadiq Əfəndi "Fövqəladə Vəziyyət" qəzetini nəşr etdirir. Həmin qəzet tək milli mətbu nəşr idi. İnsanlar baş verənləri, olanları, AXC qərarlarını oradan oxuyurdular.  Qəzetin yayılmasında iştirak edən Nofəl o günləri belə xatırlayır: “Hələ Meydan hərəkatı dövründə AXC rəhbərliyi 8-ci mikrorayondakı evimizin nömrəsini, 61-26-42-ni AXC-nin Redaksiya Komissiyasının qərargahı kimi elan etmişdi. “FV – ÇP” və digər bütün qəzetlər bu evdə müzakirə olunar, səhifələnər, lazımı materiallar fədakar insanların köməyi ilə toplanıb nəşrə hazırlanardı. Demək olar ki, 5 otaqlı evimiz mənzil-qərargah idi və bura gələn qonaqların çay süfrəsini həmişə anamız təşkil edirdi. O, böyük məclislər yola salmışdı. AXC İdarə Heyətinin iclasları da burada mütəmadi keçirilirdi.  Oğlu Nofəl: “Elan olunmuş ev telefonumuza təhdid və provokasiya xarakterli zənglər də olurdu. Hətta bir neçə dəfə anam dəstəyi götürdükdə “Yığışdırın o qəzetləri, yoxsa sizi öldürərik, məhv edərik” ifadələri ilə təhdid olunmuşdu. Sovet imperiyasına qarşı mübarizənin gərginliyi Ağamalı bəyin səhhətində dərin fəsadlar yaratdı. Ağamalı Sadiq Əfəndini vaxtsız itirsək də onun tək bizdən getmədiyini hər zaman hiss etdik. Daim el üçün, vətən üçün yaşadı. Müstəqil, azad Azərbaycan onun böyük idealı idi” Ceyhun Nəbi 

BMT Baş Assambleyasının Prezidenti: “Ermənistanı Öhdəliklərini Yerinə Yetirməyə Çağırıram”

“Ermənistanı müvafiq beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıram”. Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Baş Assambleyanın yeni sessiyanın fəaliyyətlərinə dair keçirdiyi mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib. Jurnalist sualında Azərbaycanın mina böhranı ilə bağlı humanitar fəlakətlə üz-üzə qaldığını, hazırda dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri hesab olunduğunu xüsusi vurğulayıb və rəsmi məlumatları paylaşıb. Bildirib ki, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı Ermənistan bir milyona yaxın mina basdırıb. 2020-ci ilin noyabr ayından 300-dən çox azərbaycanlı mülki şəxs həlak olub. Onlardan ikisi jurnalist idi. 6 000-dən insan mina partlayışları nəticəsində yaralanıb. D.Frensis cavabında Ermənistanın müharibədən sonra bölgədə miras buraxdığı minalarla bağlı bağlı narahatığını dilə gətirib: “Təsvir etdiyiniz vəziyyət ciddi narahatlıq doğurur. Beynəlxalq hüquq müəyyən edir ki, bəzi silah növləri münaqişələrdə istifadə edilməməlidir. Ermənistanı müvafiq beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağıraram”.

Ermənilərdən müsadirə edilən silah - sursatın bugünədək olan siyahısı

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın bugünədək olan siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyi sentyabrın sentyabrın 28-i saat 18:00-a olan məlumatı təqdim edib.  SİLAHLAR 1. Atıcı silahlar – 1151 2. Qumbaraatanlar – 84 3. Top və haubitsalar – 16 4. Minaatanlar – 39 5. Tank əleyhinə silahlar – 22 6. HHM silahları – 132 TEXNİKA 1. Zirehli texnika – 18 2. Avtomobil texnikası – 120 3. Qoşqular – 21 4. Yardımçı texnika – 5 DÖYÜŞ SURSATLARI 1. Raketlər – 984 2. Top və haubitsa mərmiləri – 2722 3. Zenit top mərmiləri – 2627 4. Minaatan mərmiləri – 6653 5. Qumbaralar – 2266 6. Əl qumbaraları – 1368 7. Patronlar – 652842 8. Digər sursatlar – 2132 CİHAZLAR 1. Optik cihazlar – 216 2. Digər cihazlar – 31 TƏCHİZAT 1. Fərdi təchizat vasitələri – 677 2. Müxtəlif silahların qurğuları – 8 3. Digər təchizat vasitələri – 2076

Müsavat başqanı hakimiyyətə səsləndi: "Rəqəmin şişirdilmiş olması ilə bağlı ciddi şübhələr var"

“Ermənistanın rəsmi dairələri artıq 68 min nəfərin Qarabağdan Ermənistana gəldiyini bəyan edib. Bu rəqəmin şişirdilmiş olması ilə bağlı ciddi şübhələr var. Çünki, Qarabağda olan erməni əhalisinin sayının elan edildiyindən xeyli az olduğu məlumdur”. Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb. “Azərbaycanın rəsmi dairələri ölkəni tərk edən erməni əhalisinin sayı barədə mütəmadi məlumat verməklə, Ermənistanın köçkün sayı ilə bağlı manipulyasiyasına imkan verməməlidir” – deyə, Arif Hacılı əlavə edib.

"Müxalifət bazasını qorumalıdır " - Elşən Əlisoy

Son günlər baş verən hadisələr bir məsələni aşkara çıxartdı ki, hakimiyyətin radikal adlandırdığı müxalifət partiyaları əslində deyilən qədər də radikal deyil. Bu günkü müxalifət ölkənin taleyni düşünən, dövlətin maraqlarından kənara çıxmayan, siyasi mübarizəsini kin - küdurət üzərində yox, düşüncə və dövlət maraqları üzərində quran siyasi qüvvələrdir.  Görünən odur ki, bu günkü müxalifət təşkilatlarından kənarda təşkilatlanmamış daha radikal qüvvələr mövcuddur. Mənə elə gəlir ki, hakimiyyət də nə qədər əzməyə çalışsa da, bu qüvvələrin meydanı tutmaması üçün demokratik müxalifətin tam olaraq sıradan çıxarılmasında yox, güclənməməsində maraqlıdır.  Bütün bunlara rəğmən yenə deyirəm;  demokratik müxalifət hakimiyyətdən narazı bazanı loyallaşdırmalı da deyil. İllərdir ki, ölkənin narazı kəsiminin böyük bir hissəsi hakimiyyətə qarşı neytirallaşır. Mübarizə isə bitməyib. Azərbaycanın ən ciddi problemi demokratiya problemidir. Yaranan şəraitin verdiyi imkanlarla əldə etdiyimiz qələbəyə ölkənin ən vacib məsləsi olan hüquqi dövlət məsələsini qurban vermək olmaz. Demokratiya, insan hüquqları , hüquqi dövlət Azərbaycan vətəndaşlarının ən böyük haqqı və uğrunda mübarizə aparmalı olduğu ən vacib dəyərlərdir! Elşən Əlisoy

Arif Hacılı: "Yeni tarixi dövr başlayır"

Separatçı rejimin rəhbəri Samvel Şahramanyan qanunsuz quruluşun – “Dağlıq Qarabağ Respublikasının (Arsax)” mövcudluğuna son qoyulması barədə fərman imzalayıb. Bu rejimin bütün “dövlət qurumları” və “təşkilatları” 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq. Yerli erməni əhaliyə, o cümlədən xaricdə olanlara Qarabağda qalmanın (qayıtmanın) mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtlərilə tanış olmaq təklif edilib. Müsavat başqanı Arif Hacılı bu qərarı “Böyük tarixi hadisə” kimi qiymətləndirib. “Azərbaycanda və ümumiyyətlə regionda yeni tarixi dövr başlayır. Bütün Azərbaycan xalqını təbrik edirəm” – deyə, Arif Hacılı vurğulayıb. Basta 

David Babayan təslim oldu

Qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olub. Sozcu.az xəbər verir ki, bu barədə separatçı özü bildiirb. "Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə, yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər. Mənim görünməməyim, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”, - deyə Babayan qeyd edib.

Türkiyədə azərbaycanlı qadın güllələndi

Türkiyənin Samsun bölgəsinin Atakum rayonunda yerləşən bağ evində azərbaycanlı qadın, 39 yaşlı Jalə Bağırovanın meyiti tapılıb. Axar.az Türkiyə mediasına xəbər verir ki, qadının döş qəfəsindən güllə yarası aldığı müəyyən edilib. İddiaya görə, Bağırova birgə yaşadığı Cavid Geçər adlı polis məmuru ilə bağ evində birgə spirtli içki qəbul edib. Daha sonra polis ayaqyolunda olarkən silah səsi eşidib. O, otağa daxil olduqda Bağırovanın sinəsindən güllə yarası aldığını görüb. Çağırışla hadisə yerinə gələn ekspertlər qadının Geçərin tapançasından açılan atəşlə öldüyünü müəyyən ediblər. Olayın intihar, yaxud qətl hadisəsi olduğu aydınlaşdırılır. Saxlanılan polis məmuru barəsində həbs qətimkan tədbiri seçilib.

"Paşinyanın devrilməsinə imkan verməyək" - Nürəddin İsmayıl

Nurəddin İsmayıl Azərbaycan Ordusunun başlatdığı antiterror əməliyyatı ermənilərin bütün arzusunu gözündə qoydu və xam xəyallarını puç etdi. Bu əməliyyatın başlanmasının əsas səbəbinin dünənə qədər Qarabağ ərazisində mövcudluğunu qeyri-qanuni şəkildə davam etdirən erməni silahlı birləşmələrinin dinc əhalimizə qarşı törətdiyi hərbi təxribatlar, separatçı rejimin mina qurğuları yerləşdirərək polis əməkdaşlarımızın qətlə yetirilməsi faktı ilə bağlı olduğu artıq hər kəsə bəlli. Azərbaycan əsgəri aldığı ali əmrlə, 24 saat tamam olmadan bu düyün nöqtəsini bir dəfəlik kəsib atdı və erməni köçünün startını verdi. Ordumuzun məharətlə, hərbi ustalıqla, mülki əhaliyə xətər gətirmədən apardığı lokal antiterror əməliyyatı, hərb tariximizə qızıl hərflərlə yazılan möhtəşəm hərbi uğur və diplomatik masada dövlətimizin əlini möhkəmləndirən, beynəlxalq aləmdə siyasi iradəsini təsdiq edən fakt göstəricisi idi. 44 günlük zəfərlə başa çatan İkinci Vətən müharibəsinin şanlı tarixinə yeni hərbi uğurun möhürünü vuran 24 saatlıq bu döyüş Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün rəmzinə çevrilməklə, Bütöv Azərbaycan və Turan yolunda başladılan mübarizənin də yeni başlanğıc nöqtəsi oldu. Qələbəmizi həzm etməyən erməni havadarları yenidən beynəlxalq kürsülərdən Azərbaycan əleyhinə məkrli kampaniyalar başlatdı. Fransanın təşəbbüsü əsasında çağırılan BMT sessiyasında, ordumuzun apardığı antiterror əməliyyatına Azərbaycanın doğal haqqı kimi deyil, Qarabağda yaşayan erməni azlığına qarşı “etnik təmizləmə” əməliyyatı donu geydirməyə cəhd etdilər. Avropa İttifaqı da bu müzakirələri başqa formatda davam etdimək fikrinə düşdü. Lakin bu uğursuz cəhdlər Azərbaycan diplomatiyasının gördüyü önləyici tədbirlərlə neytrallaşdırıldı. Artıq nə Qərb, nə də ermənilərin Qarabağda qalmasına maraqlı olan Rusiya başlanan erməni köçünün qarşısını almaq gücündə deyil. Əməlli başlı panika yaşanır. Yaşadığı yerləri niyə tərk etdiklərini, üz tutduqları yerlərdə necə qarşılanacaqlarını ayırd edə bilməyən sadə erməni vətəndaşları məhz indi əsiri olduğu separatçı rejimin iyrənc, korrupsioner, öz soydaşlarının qatili olduğunu anlamağa başlayıb. Tarixin ironiyasına bax. 1988-ci ildən soydaşlarımızı amansız şəkildə, uşağa, qocaya, qadına, xəstəyə baxmadan köçə zorlayanlar, onları ata-baba yurdundan didərgin salanlar bu gün eyni aqibəti yaşayır. Əlbəttə, köç zamanı soydaşlarımıza tətbiq edilən erməni vəhşiliyindən fərqli olaraq onlar rahat şəkildə, heç bir maneə törədilmədən, zor tətbiq edilmədən istədikləri istiqamətdə hərəkət edə bilir. Dünya Azərbaycan əsgərinin sivil vətəndaşlarla mədəni rəftarının, onlara yardım edilməsinin, xəstələrinə tibbi yardım göstərilməsinin canlı şahidi olur. Haqlı qisas hissi mədəni davranışla əvəzlənib. Mülki əhaliyə öz yerlərində qalması, yaşaması üçün ən ideal variantlar təklif edilir. Amma həm Ermənistan rəhbərliyi, həm də Qərb hamiləri çiyinlərində ağır yükə çevrilən, onların dövlət olaraq inkişafını ləngidən Qarabağ iddiasından geri çəkilməyi məqbul hesab edib. Hər şeydən öncə Paşinyanın Qarabağ münaqişəsinin onları Rusiyanın əlində alətə çevirdiyini düzgün dərk etməsi onu Rusiya caynağından qopmaq üçün real addımlar atmağa sövq etdi. Özündən əvvəlki xuntanın qoyub getdiyi bu yükdən xilas olmaq yollarını aramağa başladı və sonda Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə qəti qərara gəldi. Bu baxımdan onun addımları təqdir edilməli, Azərbaycan və Türkiyə Rusiyanın Paşinyanı devirmək planlarının qarşını almaq üçün səy göstərməlidir. İndi qarşıda dövlətimizi görəcəyi mühüm addımlar gözləyir. Dövlət strukturları tədricən formalaşmalı, əhalimizin yenidən məskunlaşması üçün təmizləmə işləri aparmalı, qalan yerli əhalinin reinteqrasiyası üçün onları sakitləşdirən, əmin-amanlığını təmin edən tədbirlərini davam etdirməlidir. Eyni zamanda xarici siyasət sferasında ölkənin mənafeyinin qorunması, nüfuzunun artması, Qarabağ kartından yararlanmaq istəyən qüvvələrə yerinin göstərilməsi üçün diplomatik gedişlərini sürətləndirməlidir. Azərbaycanın Naxçıvanla quru əlaqələrinin bərpa olunmasında mühüm əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılması üçün bütün addımlar atılmalıdır. Döyüş meydanında ordumuzun əldə etdiyi misilsiz uğurları siyasilərimiz diplomatik yollarla masada davam etdirməlidir. Azpolitika.info

Ərdoğan son 10 ildə ilk dəfə Misir səfirini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də Misir səfiri Əmir Süleyman Abdülməcid əl-Hamaminin etimadnaməsini qəbul edib. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası rəsmi açıqlama yayıb. Administrasiyanın dərc etdiyi şəkillərə əsasən, əl-Hamami qəbula ailəsi ilə birgə gəlib. O, 2019-cu ildən Misirin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Diplomat əvvəllər Misirin Danimarka, Niger, Bolqarıstandakı səfirliklərində və BMT missiyasında işləyib. Bundan əvvəl Ərdoğan Hindistanda misirli həmkarı Əbdülfəttah əl-Sisi ilə danışıqlar aparıb, Türkiyənin dövlət başçısı iki ölkə arasında mayeləşdirilmiş təbii qaz və nüvə enerjisi sahəsində əməkdaşlığın intensivləşdirilməsinin böyük əhəmiyyətini qeyd edib. Bildirilib ki, görüş zamanı prezidentlər ikitərəfli əlaqələr, ticarət həcminin artırılması, regional və qlobal məsələləri müzakirə ediblər.

Neftin qiyməti 96 dolları ötdü - Son 10 ayda ilk dəfə

Çərşənbə günü Londonun "ICE Futures" birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 2022-ci il noyabrın 14-dən bəri ilk dəfə bir barel üçün 96 dolları ötüb.  Fyuçerslər son bağlanışdan bəri 3,01% bahalaşaraq 96,79 dollara satılıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 3,78% artaraq 93,81 dollar/barelə bərabər olub.

Ceyhun Bayramov Sergey lavrovla telefonla danışıb

Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcək. Yenisabah.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey lavrovla telefon danışığı zamanı bildirib. Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini diqqətə çatdırıb. Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.

Qənirə Paşayevanın hazırkı vəziyyəti - VİDEO

Sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın müalicəsi davam edir. Musavat.com xəbər verir ki, bu barədə İTV-nin sujetində bildirilib. Millət vəkilinin qardaşı H.Paşayev bu barədə açıqlama bildirib. Daha ətraflı sujetdə:

General oğlu niyə yalnız poz verib, şəkil çəkdirmək lazım olanda üzə çıxır?..

Xəbər yayılıb ki, sən demə, Vardanyanın qoluna girib şəkil çəkdirən cavan oğlan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin oğludur. Bu “piarı” kim Elçin Quliyevə soxuşdurubsa, onu istəməyən adamdır. Hətta bəlkə də generalın bu ucuz şouya görə başı da ağrıyacaq.  Deyə bilərlər ki, bəyəm , generalın oğlu Vardanyanı həbs edə bilməz? Bilər, ancaq birinci fotoda, Vardanyanın həbs edilmə anında biz nədənsə, Vardanyanın qoluna girən cavan oğlanı heç görmürük. Deməli, generalın oğlu yalnız  poz verib, şəkil çəkdirmək lazım olanda ortaya çıxıb. DSX-nın öz loqosu ilə yaydığı fotoda generalın oğlu Məmməd Quliyevin və polkovnik Azər Şirinovun Vardanyanın qoluna girdiyi əks olunur. Vallah, belə bir həssas məqamda, 200-ə yaxın şəhidin kim olduğu yenicə dəqiqləşdiyi bir gündə,  bu cür böyük bir uğuru hansısa generalın oğlunun adına yazmaq cəhdinin bir adı var-BİABIRÇILIQ! Bəlkə də, Elçin Quliyevin heç bu şəkilin çəkilməsindən xəbəri olmayıb. Tabeçiliyində olan hansısa yüksək çinli zabit ona “girmək” üçün belə “piar” strategiyası fikirləşib.  Ancaq qulaqlarını açıb eşitsinlər ki, bütün bu reallıqlar və onun tərkib komponenti olan Vardanyanın həbsi : Azərbaycan Dövləti, ona rəhbərlik edən Prezident, Şanlı Ordumuz, Şəhidlərimiz və Qazilərimiz hesabına mümkün olub. Heç olmasa, bu məsələdə kasıb-kusubun haqqına girməyin! Məhəmmədəli Qəribli,  Azinforum.az İnformasiya Portalının rəhbəri 

Azərbaycan Xalq Cəbhəsi Təşkilat şöbəsinin ilk müdiri - Arif bəy Abdullayev

Bu günə qədər Azərbaycanda bir çox siyasi qətllər həyata keçirilib. Maraqlısı budur ki, həmin qətlləri həyata keçirənlər, sifarişçiləri bu günə qədər qaranlıq qalmaqda davam edir. Xüsusi olaraq idealist, prinsiplərinə sadiq, öz mübarizəsindən və yolundan dönməz adamları sadəcə bir vasitə ilə dayandıra biliblər. Bu vasitə həmin adamları fiziki olaraq aradan götürmək olub. Bu siyasi qətllərdən biri 1990-cı il sentyabr ayının 25-dən 26-na keçən gecə Bakıda öz yaşadığı ünvanda amansızcasına qətlə yetirilmiş Arif Abdullayevə qarşı həyata keçirilmiş sui-qəsd hadisəsi idi. Arif Mustafa oğlu Abdullayev 1953-cü il mart ayının 5-də Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. Ailədə 4 qardaş olublar. Cavanşir, Sücəddin, Tofiq və Arif. Araşdırmalarımız əsnasında məlum oldu ki, qardaşlar demək olar ki, hər biri çox istedadlı və öz işlərində bacarıqlı olublar. Arif Abdullayev Ədliyyə orqanlarında çalışırdı. Çalışdığı işlə əlaqədar bir çox önəmli xüsusiyyətləri özündə toplamışdı. İnsanları tanıma bacarığı, ünsiyyət qurmaq, məlumat əldə etmək, əldə edilmiş informasiyanı ciddi şəkildə təhlil və analiz etmək, yüksək dərəcədə təşkilatçılıq bacarığı. Özündə topladığı bu bacarıqlar onun həyatının ən əlamətdar və diqqət çəkən məqamında onun köməyinə gəlmişdi. 1988-ci ildə Azərbaycanda Xalq Hərəkatı başlayarkən Arif Abdullayevdə onun sıralarına qoşulmuşdu. 1989-cu ilin iyul ayında Azərbaycan Xalq Cəbhəsi təsis edilərkən Arif Abdullayev həmin təşkilatın Təşkilat Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Arif Abdullayevin xalq hərakatına qoşulması və bu vəzifəyə gətirilməsinin təfsilatı haqqında geniş məlumat əldə edə bilməsəkdə ehtimal edə bilərik ki, Arif Abdullayevin fitri istedadı, Bakı və Bakı ətrafı kəndlərdə qazandığı hörmət, münasibət çevrəsi, həmçinin bununla yanaşı qardaşının əhatəsi, həmçinin AXC lideri Əbülfəz Elçibəylə xüsusi münasibətləri rol oynamışdır. Çox təəssüf ki, Əbülfəz Elçibəylə münasibətlərinin haradan başladığı, bu qədər güvən və etimad məqamına qədər gəlib çıxması haqqında əsaslı məlumat əldə edə bilmədim. Onların hər ikisinin bu gün həyatda olmaması bunu qeyri-mümkün edir. Bununla yanaşı Əbülfəz Elçibəyində yazılarında bu münasibətlərin başlanğıcı və haradan qaynaqlandığı haqqında məlumatlara rast gəlməmişəm. Sadəcə Arif Abdullayevlə münasibətləri olmuş keçmiş Milli Qvardiya əməkdaşı Əzizağa Süleymanovun sosial şəbəkədəki “Milli Qvardiyanın yaranma tarixi” başlıqlı yazısından özümüzdə müyyən təsəvvür yarada bilərik. O öz yazısında qeyd edir: Bir gün iş yoldaşım Yusif Azayevlə bərabər Arif Abdullayevin Nizami rayonunda 8-ci kilometr deyilən ərazidə kirayə yaşadığı mənzilinə getmişdik. Arif Abdullayev bizi kirayə yaşadığı mənzilinə dəvət etmişdi. Yusif Azayev işi olduğu üçün bizimlə xudafizləşib çıxıb getmişdi. Arif Abdulayevlə bərabər onun yaşadığı mənzilə daxil olanda gözlərimə inanmamışdım, Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy Arif Abdullayevin mənzilində masa arxasında oturub kitab oxuyurdu. Elçibəyi otaqda görəndə qapının ağzındaca donub qalmışdım. Qapının kəndarında durduğumu görən Əbülfəz Elçibəy stuldan ayağa durub bizə yaxınlaşmışdı. Arif Abdullayev məni Əbülfəz Elçibəyə təqdim edərək bəyə söyləmişdi ki, Dağlıq Qarabağ bölgəsinə göndərdiyimiz silah, sursatların əldə olunmasında Əzizağa Süleymanovun böyük köməkliyi var. Xalqını sevən bir gəncdir, ona görə də sizinlə tanış etməyə cürət etdim. Əbülfəz Elçibəy belə insanla tanış olmağa dəyər deyib mənimlə əl verib görüşmüşdü. İlk tanışlıqdan Əbülfəz Elçibəyin nurani görünüşü çox xoşuma gəlmişdi. Söhbət zamanı Əbülfəz bəy hərbçi olduğumu biləndə təhsilimlə maraqlanmışdı. Bəyə hərbi təhsilimlə bərabər ali təhsilli tarixçi olduğumu söylədikdə çox sevinmişdi. Əbülfəz bəylə ilk görüşdən sonra da Arif Abdullayevin kirayə qaldığı mənzilində tez-tez görüşüb söhbət edirdik. Bəylə süfrə arxasında bir tikə çörək kəsərək dərin mənalı və məzmunlu dövlətçilik və türkçülük barəsində söylədikləri fikirlərə qulaq asmaq mənə qismət olmuşdu. Hər dəfə Əbülfəz Elçibəyin ziyarətinə gəlib, onunla görüşdükdən sonra bəyin necə dahi insan olduğunu hiss edir, ondan ayrılmaq istəmirdim. Mən indi başa düşürdüm ki, Arif Abdullayev çiyinlərindəki paqonlarında zabit rütbəsi gəzdirdiyi halda, hansı səbəbdən cəbhəçi olub, bu təşkilata qoşulub. Bəli Əbülfəz Elçibəylə bu qədər yaxın ünsiyyətdə olan hər bir insan Arif Abdullayevin tutduğu yolu tutmalı idi. Başqa yolu yox idi. Əbülfəz Elçibəy dərin biliyə malik yüksək intellektual səviyyəsi olan millətçi idi. Arif Abdullayev Azərbaycan Respublikasının müstəqilliyinin mənbəyini Əbülfəz Elçibəyin simasında görüb, müstəqilliyin mənbəyindən mənsəbinə doğru irəliləyən bir şəxs idi. 1989-cu il tarixdə vəziyyət elə gətirmişdi ki, hərbi xidmətimlə əlaqədar olaraq məni Bakıda yerləşən daxili qoşunların hərbi bölüklərin birinə yeni vəzifəyə təyin etmişdilər. Əvvəllər olduğu kimi Arif Abdullayevlə mütəmada əlaqə saxlasam da həmişəki qaydada ona silah sursatının əldə olunmasında bir o qədər yaxından kömək edə bilmirdim. Lakin keçmiş iş yoldaşım Mustafa Babayevin vasitəsi ilə Arif Abdullayevə əlimdən gələn köməkliyi edirdim. Biz Arif Abdullayevlə bundan sonra ayrı-ayrı islah əmək müəssisəsi təşkilatlarda xidmət etsək də Bakının mərkəzindəki Azadlıq meydanında xalq cəbhəsi təşkilatı tərəfindən təşkil edilmiş mitinqlərdə tez-tez görüşürdük. Xalq cəbhəsi təşkilatı getdikcə Azərbaycan Respublikası daxilində artıq güclü siyasi təşkilat olaraq real qüvvəyə çevrilmişdi. Respublikaya rəhbərlik edən şəxslər günbəgün artan Azərbaycan Xalq Cəbhəsi təşkilatının xalqa söykənən güclü təzyiqi nəticəsində Xalq Cəbhəsi təşkilatı ilə müəyyən hallarda hesablaşmaq məcburiyyətində qalırdı. Hətta bu təşkilata Nərimanov rayonunun İndiki Atatürk prospektində (keçmiş Çapayev küçəsində) yerləşən iki mərtəbəli inzibati binasında yer də vermişdilər. Hərdən Xalq Cəbhəsi təşkilatının qərargahına gəlib Arif Abdulayyevlə iş otağında görüşürdüm. Arif Abdullayev Daxili İşlər Nazirliyinin əməkdaşı kimi bu orqanının tərkibində yerləşən islah əmək müəssisəsinin birində əməliyyat müvəkkili vəzifəsində işləməklə bərabər həm də Xalq Cəbhəsi Təşkilatında təşkilat şöbəsinin müdiri vəzifəsində çalışırdı. O güclü iş bacarığı ilə cəbhəçilər arasında fərqlənirdi. Xalq Cəbhəsi Təşkilatının təşəbüsü ilə şəhərdə təşkil edilən mitinqlərin təşkil edilməsində onun müstəsna rolu var idi. Çox güclü təşkilatçılıq qabiliyyətinə malik olan bu insan gecə-gündüz çalışır, yorulmaq bilmirdi. Əzizağa Süleymanovun bu qeydlərindən anlamaq olar ki, Arif Abdullayevin fəaliyyəti nədən ibarət olub. Arif Abdullayevin Azərbaycan Xalq Cəbhəsi Təşkilat Şöbəsində müdir çalışdığı zaman onunla sıx təmasda olan bir sıra insanlardan məlumat almağa çalışdıq. İlk öncə Arif bəyin böyük dəyər verdiyi Ellada Məmmədlidən Arif bəy haqqında yaddaşında qalanları bizə danışmasını söylədim. Ellada xanım yaddaşında qalanları yazaraq bizə bildirdi: Arif bəylə ilk dəfə 1989-cu ildə Xəqani 33- də tanış olmuşdum. Tanışlığımızın səbəbkarı Vurğun Əyyub idi. İlk görünüşdən uca qamətli insanın milli dəyərlərə üstünlük verməsi , dolğun analitik qabiliyyətli və ünsiyyətdə olduğu şəxsi sanki tamamilə oxuyurmuş kimi iti baxışları var idi . AXC-də tutduğumuz ictimai vəzifədən dolayı , biz onunla tez-tez görüşməli olurduq. Mən AXC-nin 26-lar indiki Səbayıl r-nu İdarə Heyətinin üzvü kimi o, isə AXC Təşkilat şöbəsinin müdiri kimi. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra AXCnin Zivər Əhmədbəyov küçəsində yerləşən qərargahında hər gün iş vaxtından sonra gördüyümüz işlər haqqında fikir mübadiləsi aparırdıq. Sözarası , mənə təşkilat şöbəsində işləməyi təklif edirdi. Deyirdi, gəl sənə bütün işləri təhvil verim , özüm digər işlərlə məşğul olum. Sənin kimi köməkçiyə böyük ehtiyac var qərargahda . Həmin vaxtlar , Bakı şəhər sovetində işləyirdim, birdəfəlik qərarlaşa bilmirdim. 1990-cı il 30 sentyabrda Ali Sovetə seçkilər keçiriləcəkdi , bununla bağlı AXC Ali Məclisinin qərarı ilə bütün rayon təşkilatları seçkiyə hazırlaşırdı. AXC qərargahında qaynar həyat var idi. Hər kəs sənədlərin təsdiqi və əlavə məlumat əldə etmək üçün təşkilat şöbəsinə müraciət edirdi. Böyük enerji potensialına malik olan Arif bəy bütün bunların öhdəsindən məharətlə gəlir , eyni zamanda qərargahın abadlaşdırılmasına ( rus qoşunları 20 yanvar hadisələrində qərargahı darmadağın etmişdilər, bütün otaqların şüşələri, qapıları sındırılmış, sanki bir xarabalıq yaratmışdılar) , səliqəsinə xüsusi diqqət yetirirdi. Şəxsi tanıdıqlarının vasitəsilə evlərdən , çayxanalardan stullar əldə edirdi. AXC İdarə Heyətinin bir çox üzvlərinin mühafizəsini də təşkil edirdi . Sərt-iti baxışlı Arif bəyin böyük ürəyi var idi. Demək olar ki, o, millət fədaisi idi, tezliklə vətəninin rus imperiyasından azad olmasını istəyirdi və bu yolda boynuna hansı yük düşürdüsə , onu məharətlə icra edirdi. Seçki ərəfəsində çoxlu şantaj xarakterli xəbərlər gəlirdi , Qardaşlıq, Bakılı cəmiyyətlərilə yanaşı iqtidarın digər qoçu təfəkkürlü şəxslərindən . Bütün bunlara baxmayaraq, AXC yerlərdə seçkiyə ciddi hazırlıq işləri görürdü, mövcud iqtidarın bütün baryerlərini konstitusiyaya müvafiq aşırdı. Sentyabr ayı yaxınlaşdıqca, yerli sovetliklər tərəfindən əngəllər törədilirdi. Məsələn, Səbayıl rayonunda 9-cu dairə ilə 10-cu dairənin ərazi dislokasını dəyişməyə başladılar. Dislokasiyanın əvvəlki vəziyyətinə qaytarılması üçün 1 həftədən çox vaxtımı Ali Sovetin məsul şəxsləri ilə mübahisəyə sərf etmişdim. Nəhayət , Seçki Komissiyasının sədri Əli Kərim oğlu Həbibovun qəbuluna düşəndən sonra bu məsələ həllini tapmışdı . Bu kimi lüzumsuz işlərlə yerli orqanlar seçkinin son günlərində AXC üzvlərini yorurdu və belə işlərin öhdəsindən gəlməkdə Arif Abdullayevin məsləhətləri yardım edirdi. Arif bəy xüsusi istedadlı insan idi . Bəzən deyirlər, əvəzedilməz şəxs yoxdur. Bu ifadə düzgün deyildir . İllər ötdükcə hiss edirsən ki, Əbülfəz Elçibəyin, Vurğun Əyyubun o cümlədən Arif Abdullayevin yerini heç kim verə bilmir. Çünki onlar əvəzedilməz şəxslər idi. Onlardan öyrənməli çox şeylər var idi. Çox təəsüf ki, zalım düşmən əli Arif Abdullayevi seçkiyə 4 gün qalmış qətlə yetirdi , AXC üzvlərinə sarsıdıcı zərbə vurdu. Sonra AXC Təşkilat Şöbəsinin o zamankı üzvü İlqar Verdiyevlə əlaqə yaratdım. İlqar Verdiyev onunla çox yaxın münasibətdə olduğunu bildirir. Davamlı olaraq təşkilati işlərlə bağlı ünsiyyətdə olurduq və bildiklərini bizə aşılmağa çalır, istiqamətləndirirdi. AXC yarananda İdarə Heyəti var idi, amm ciddi təşkilatı sturuktur mövcud deyildi. Bu işləri Arif bəy qurmağa başladı. 20 yanvardan sonra AXC-də nəzarət artırıldı, giriş-çıxış yoxlamaları ciddiləşdirildi, təşkilatlanma işi gücləndirildi. Bu fəaliyyət isə narahatlıq yaratmaya bilməzdi. İlqar Verdiyev Arif Abdullayevin qətlə yetirilməsindən sonra onu evinə gedib, ilk görən şəxsdir. İlqar bəy qeyd edir ki, qərargaha gəldim, Arif bəyi axtardım qərargahda yox idi. Sənədə möhür vurmaq lazım idi, birbaşa onun 8-ci kilometrdəki mənzilinə getdim və gördüyüm mənzərə məni dəhşətə gətirdi. Azadlıq qəzetinin 4 oktyabr 1990-cı il sayında “Qətl necə həyata keçirilib” başlıqlı yazıda qeyd olunur ki, Arif bəy sentyabr ayının 25-də axşam saat 21-də AXC qərargahından çıxıb Səkkizinci Kilometr qəsəbəsindəki yerləşən evinə gedib. Bir gün işdə olmamışdır(26 sentyabr günü). Sentyabrın 27-də AXC Təşkilat şöbəsinin üzvü İlqar Verdiyev onun yaşadığı evə getmişdir. Arifin öldürüldüyünü görüb, AXC qərargahına, milisə zəng edib. İ. Verdiyev: Mən Arifin mənzilinə çatanda onun qapısını açıq gördüm. Əvvəlcə onu səslədim. Səs gəlmədi. İçəri keçəndə dəhşətli mənzərə ilə qarşılaşdım: Arifi öldürmüşdülər… Mən AXC qərargahına, milisə və təcili yardıma zəng etdim. Bir azdan Bakı şəhər Məhkəmə eksperti gəldi. İlk yoxlamadan aydın oldu ki, Arifin sağ gözünün altından güllə ilə vurublar. Bədəninin döş və kürək nahiyələrindən 10 bıçaq yarası var idi. Hadisənin 26-da baş verdiyi güman olunur(Azadlıq səh 4). İlqar bəy qeyd edir ki, AXC qərargahına, İsa Qəmbərə zəng etdim, o qətl hadisəsi baş verən yerə gəldi. İsa Qəmbər gördüyü mənzərədən dəhşətə gəldi və Arif bəyin nəşinin yanında əyildi. İlk dəfə idi İsa Qəmbərin gözündən yaş gəldiyini görürdüm. Ədalət Tahirzadə “Meydan: 4 il 4 ay” kitabında qeyd edir ki, eşitdik ki, AXC Təşkilat şöbəsinin müdiri Arif Abdullayev öz evində öldürülüb. Canilərin kimliyi bilinmir. Əslən Gədəbəy rayonundan olan Arif bəy milis işçisi idi və yoldaşlarımızın deməsinə görə Cəbhəyə şübhəli adamların soxulmasının qarşısını qətiyyətlə alırdı. İlk baxışda kobud, qaraqaqab adam təsiri bağışlasa da əslində çox mehriban adam idi. İşə ilk vaxtlar başladığı zaman aramızda anlaşmazlıqda olmuşdu. Ancaq tezliklə dil tapdıq. Bir neçə gün qabaq o, Aydın Məmmədov və mən redaksiyamızla stadion arasındakı bağda – çayxanada oturub söhbətləşirdik. Gördüm ki, çox məlumatlı adamdır. Əsasən Azərbaycandakı etnik problemlərdən danışırdıq. Arif bəy indiki hakimiyyətin antitürk siyasət yeritməsinin başlıca səbəbini onun həlledici pillə kadrlarının kökcə qeyri-türk( iranmənşəli) olmalarında ( pasportlarında azərbaycanlı termini altında gizlənərək) görürdü. Redaksiyada və Cəbhədə gedən söhbətlərdə Arif bəyin qətli iki cür yozulur: 1. Cəbhəyə soxulmaq və burada nüfuz dairəsi yaratmaq istəyən yaramaz adamların onu aradan götürməsi 2. 8 sentyabrda Azadlıqda çıxmış “qoçulara ehtiyac qalmadı” yazısına görə “qoçuların” ondan qisas alması. Mən birinciyə daha çox inanıram, çünki onun prinsipiallığının bəzi adamları necə narahat etməsini duyurdum. Olduqca ürəkgöynədən itkidir. Ölməli oğul deyildi…(səh 156-157). Azadlıq qəzetinin 4 oktyabr 1990-cı il sayında Arif Abdullayevin qətli ilə bağlı AXC İdarə Heyətinin bəyanatı yayımlanıb. Bəyanatda qeyd olunur ki – “AXC İdarə Heyəti belə hesab edir ki, Arif bəyə qarşı bu qəsd siyasi terror aktı olub son dövrdə müxtəlif qüvvələrin AXC-yə qarşı apardığı şantaj, təzyiq və təqibin tərkib hissəsidir. Arif bəyin AXC rəhbərliyi birliyinin möhkəmləndirilməsində, AXC sıralarının şübhəli, başıpozuq ünsürlərdən təmizlənməsində, AXC liderlərinin mühafizəsində oynadığı rol, xüsusilə “Azadlıq qəzetində son çıxışları Azərbaycan Xalq hərakatı düşmənlərini quduzlaşdırmışdı. Arif Abdullayevə qarşı cinayət Azərbaycanda vətəndaş sülhünə qarşı cinayətdir. AXC rəhbərliyi ictimaiyyətə dəfələrlə izah etmişdir ki, ünvanı hamımıza yaxşı bəlli olan düşmənlərimizin bizim üçün hazırladığı fəlakət ssenarisində siyasi mübarizəni terror formasına çevirmək və beləliklə Azərbaycanı Livana döndərmək niyyəti çox mühüm yer tutur. Bu mənfur niyyət baş tutsa xalqımızı hansı müsibətlərə düçar olacağı aydındır. AXC öz açıq və gizli əleyhdarlarını xəbərdar edir ki, terror yanğını başlasa bu alovda çoxları məhv olar, nəticədə isə hamı, eləcə də xalq məğlub olacaq ! AXC İdarə Heyəti AXC üzvülərini, xalq hərakatındakı bütün silahdaşlarımızı ruhdan düşməməyə, sıralarımızı daha sıx birləşdirməyə, mübarizəni daha qətiyyətlə və əzmlə davam etdirməyə çağırırıq. Bütün cəbhəçiləri, xalqımızı əmin edirik ki, heç bir süi-qəsd bizi qorxudub vahiməyə sala, yolumuzdan döndərə bilməz !(4). 29 sentyabr 1990-cı il AXC qərargahında Arif Abdullayevlə vida görüşü keçirilir. Dərddən beli bir az əyilmiş Əbülfəz bəy ağır addımlarla söz alır və hüzünlü səsi eşidilir: Arif özünü demokratik mübarizəyə həsr etmişdi. O, səadətini bu mübarizədə tapmışdı. Arifin bu sözlərini gənclərimizə çatdırmaq istəyirəm: Ağır gündə sınmamaq və əyilməmək. Qardaşı Cavanşirin məzarı başında mən də onu beləcə əyilməz gördüm. Cavanşir Əfqanıstanda aparılan haqsız müharibənin qurbanı oldu. Arif də qurbandır – Azadlığımız yolunda gedən mübarizənin qurbanı. Son iki ayda Arif aramızdan gedən üçüncü qurbandır. Şəhidlərimizin ruhu bizimlədir. Azadlıq qəzetinin 11 oktyabr 1990-ci il tarixli sayında AXC sədri Əbülfəz Elçibəyin Azərbaycan SSR prokuroru İsmət Qayıbova müraciəti dərc edilmişdi. Müraciətdə qeyd olunur ki, meyidin ilk müayinəsindən məlum olmuşdur ki, zərərçəkənin bədəninə və baş nahiyəsinə kəsici-deşici və küt alətlərlə çox sayda zərbələr vurulmuşdur. Məlum ölüm işi üzrə tibbi, trassoloji və ballistik və b. ekspertizalar təyin edilməli və aparılmalıdır. Bundan başqa cinayətin siyasi motivlərlə əlaqəsi olub-olmadığı da diqqətlə araşdırılmalıdır. Hadisənin xarakteri və mürəkkəbliyi işin istintaqının ölüm işləri ilə üzrə yüksək peşə hazırlığı və iş təcrübəsi olan şəxslərə həvalə edilməsini tələb edirəm. Qeyd edilən mülahizələrə görə AXC İdarə Heyəti sizdən xaiş edir ki, mərhum Arif. M.Abdullayevin qətli ilə əlaqədar cinayət işinin istintaqının Nizami rayon prokurorluğunun icraatından alınıb rəhbərlik etdiyiniz respublika prokurorluğunun xüsusi istintaq qrupuna tapşırılmasına sərəncam verəsiniz( səh 6). Azadlıq qəzetinin 7 noyabr 1990-cı il tarixli sayında Əbülfəz Elçibəyə Azərbaycan SSR Prokrorluğunun İstintaq İdarəsinin rəis müavini, Ədliyyə müşaviri A.Ə.Ağayevin cavab məktubu çap edilmişdi. Cavabda bildirilir ki, A.M.Abdullayevin qəsdən öldürülməsinə dair cinayət işi Nizami rayon prokurorluğunun icraatından götürülmüş, istintaqın aparılması Bakı şəhər prokurorluğunun baş müstəntiqi M.C.Cəfərova tapşırılmışdır. Həmin cinayət işinin istintaqı Azərbaycan SSR prokrorluğu tərəfindən nəzarətə götürülmüşdür( səh 5). Çox təəssüf ki, istintaq Arif Abdullayevin qatillərini tapa bilmədi. Bu günə qədər Arif bəyin qatilləri qaranlıq olaraq qalmaqdadır. Arif bəyin qətli ilə bağlı cinayət işinin üstünün açılmaması Əbülfəz Elçibəyi ən çox narahat edən bir məsələ idi. İlqar Verdiyevin dediklərinə əsasən Əbülfəz Elçibəy hakimiyyətdə olduğu dönəm 1992-1993-cü illərdə Bakı şəhər prokuroru vəzifəsi icra etmiş Çingiz Qənizadəyə bu işin ciddi şəkildə üzərinə düşməsini tapşırmışdı. Əgər bu qətl hadisəsinin üstü açılmasa 1il sonra istefa verəcəyini bildirmişdir. 1997-ci ildə Elçibəy Naxçıvandan Bakıya dönərkən ilk ziyarət etdiyi yer Arif Abdullayevin Maştağadakı məzarı olmuşdu. Bu Arif Abdullayevin əsl kimliyinə, milli tariximizdə buraxdığı ölümsüz izə böyük ehtiram və sayğı idi. AXC Təsərüfat şöbəsinin müdiri olmuş Fəxrəddin Hilalov moderator.az’a müsahibəsində qeyd edir ki, 1990-cı il may ayının 28-də səhər saat 10-da Türkiyədən birbaşa canlı yayımla bizim bayraq sancma mərasimi olmalıydı. Həmin gün o vaxtkı Kommunist küçəsi, həmçinin də ara küçələr ağzına qədər insanla dolu idi, hamısı 28 Mayı qeyd etməyə yığışmışdı. O vaxt mənim bir köhnə maşınım vardı və demək olar ki, Bəy çox yerə mənimlə birlikdə gedirdi. Həmin gün səhər getdim Bəygilə, Bəyi də, rəhmətlik Arif Abdullayevi də götürüb Əlyazmalar İnstitutunun qarşısına gəldik. Gördük ki, institutun girəcəyində yerə xalça salıblar, mikrofon quraşdırıblar. Rəhmətlik Bəxtiyar Vahabzadə, Ədalət Əzizov, səhv etmirəmsə, Allahşükür Paşazadə də oradaydı. Bəy gələndən sonra çıxış etdi və tədbir başladı. Hər şey hazırlıqlı olsa da Bəydə bir gərginlik var idi. Çıxışı bitəndən sonra Bəy, Arif Abdullayev və mən bayrağı sancmaq üçün İnstitutun damına qalxdıq. Çox sevincli və qürurluyduq, sevincdən üçümüzün də əl-ayağımız əsirdi. Arif rəhmətlik boy-buxunlu adam idi, mənə dedi ki, sən bayrağı götür qabaqda qalx, elə də etdik. Həmin məkana çatanda istədim ki, sevincimizə bir qədər də sevinc qatam və Bəyə yarızarafat dedim ki, nəsə bayrağın yeri dəqiq olmayıb. Bəy bir an dayanıb mənə tərs-tərs baxdı, başladı danlamağa. Gülümsünüb dedim ki, səbr elə, zarafat etdim, hər şey yerindədir. Nə isə, bayrağı sancdıq, sonra üçümüz də elə oradaca oturduq. Aşağıdan bizə qışqırdılar ki, çəkiliş gedir, yaxşı alınmadı, bir də təkrar edin. Sən demə, damda harasa kamera yerləşdirilibmiş və bizi çəkirmişlər. 70 il sonra hakimiyyətin sovetlərə təhvil verildiyi Azərbaycan Cümhuriyyəti parlamenti binası üzərinə 3 rəngli istiqlal bayrağını sancmaq xoşbəxtliyinə nail olan 3 nəfərdən biri də Arif bəy Abdullayev idi. Bütünlükdə burada qeyd olunanları nəzərdən keçirdikdən sonra, onun Azərbaycan Xalq Cəbhəsi daxilində qurduğu sistem və ortaya qoyduğu fəaliyyət bir faktı ortaya çıxarır ki, Arif Abdullayev sıradan şəxs deyildi. Təşkilatın ürəyi Təşkilat şöbəsi olduğu kimi, fərdi mahiyyətdə də bu işi əsas siması Arif bəy idi. Bu səbəbdən Azərbaycan Xalq Cəbhəsinə soxulmaq istəyən ünsürlər, daxildə nifaq yaratmaq, birliyi pozmaq istəyən maraqlı olan tərəflər birinci dərəcədə bir səddlə qarşılaşırdılar. Bu Arif Abdullayev idi. Bu səbəbdəndə AXC-yə yaxınlaşmaq üçün zərərli ünsürlər Arif Abdullayevi fiziki olaraq aradan götürmədən öz məqsədlərinə çata bilməzdilər. Xüsusi olaraq Əbülfəz Elçibəylə yaxın münasibəti, davamlı ünsiyyət, həyata keçiriləcək bütün çirkin planlarla bağlı önəmli liderlərin əvvəlcədən xəbərdar edilməsi təşkilat üçün nə qədər əhəmiyyətli idisə, onun özü üçün təhlükə mənbəyinə çevrildi. Təşkilatı qorumaq naminə öz canını ortaya qoymuşdu. Yekunda qeyd etmək istəyirəm ki, Arif Abdullayevi qətlə yetirməkdə maraqlı olan şəxslər həmişə olduğu kimi öz varlığını qorumaqdadır. Arif bəyin şəhadətinin 32-ci ilinin tamamındayıq hələdə onun qatilləri cəzasız olaraq qalır və həmin qatilləri tapmaq, cəzalandırmaq və hüquqi məsuliyyətə cəlb etmək haqqında ciddi bir cəhdin olmadığının məyyusluğundayam. Tək mənə rahatlıq verə biləcək bir məqam o ola bilər ki, Arif Abdullayev respublika uğrunda mücadiləmizin prinsipal və dönməz siması olaraq gələcək nəsillərə əmanət edilməsi yolunda cəsur bir körpüdür və o körpü öz canı ilə mayaklaşdırdığı mübarizə yolunu dəyərləndirənlər və gedənlər çox olacaqdır !!! Ceyhun Nəbi – Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Araşdırmaçı-tədqiqatç

Şəmkirin İcra başçısı əsaslı bərpa işlərindən sonra “Əməkçi qadın” heykəlinə baxış keçirib

Şəmkir rayonunun Çinarlı qəsəbəsinin girişində yerləşən “Əməkçi qadın” heykəli əsaslı bərpa olunub, ətrafında abadlıq işləri aparılıb.  Yüksək sürətlə hərəkət edən avtomobilin çırpılması nəticəsində dağılan abidə heykəltaraş Savalan Hüseynov tərəfindən eyni görkəmdə tamamilə yenidən qurulub, ətrafı abadlaşdırılaraq işıqlandırılıb, yol nişanları quraşdırılıb.  Abidənin bərpası Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilib.  Görülən işlərə yerində baxış keçirilib, ərazinin təmiz və abad saxlanılması üçün icra başcısı tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib. Sözcü.az

Ermənistanda müharibə tərəfdarları niyə Mərkəzi meydanı doldura bilmir ? - Ceyhun Nəbi

Artıq neçə gündür ki, fotoda gördüyünüz meydan Paşinyan hökümətinə qarşı etiraz tələbləri ilə çıxış edənlərlə dolur-boşalır. Çıxışlar üçün avadanlıq ənənəvi olaraq meydanda yerləşən Erməni Tarixi Muzeyinin qarşısında quraşdırılır, istəklər ifadə olunur, amma təsiretmə gücü zəif olan etirazçılar böyük çoxluğu meydanda ətraflarına yığa bilmirlər.  Sual doğura bilər niyə ?  Paşinyan höküməti müharibə istəmir və Ermənistan əhalisinin çoxluğu hökümətlə eyni istəkləri bölüşür. Qabaqkı illərdə kin, nifrət üzərində kökləndirilmiş əhali bu ritorikanın Ermənistan əhalisi üçün böyük faciələrə rəvac verdiyini anlayır. Hökümət və əhalinin çoxluğu artıq mütərəqqi dünyanın bir parçası olmağı seçərək Rusiyanın müəyyən etdiyi qaydalarda yer almamağı və onun doğurduğu faciələri yaşamaq istəmir.  Heçdə asan bir qərar deyil. Ermənistan bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bəlkədə olmazın məhrumiyyətlərlə üzləşəcək, amma ortaya qoyduqları iradə göstərir ki, bu işdə qərarlıdırlar. Bunun əksi olan qüvvələr, Rusiya maraqlarının təminatçısı mövqeyində görünənlər isə qızışdırmaq, ara qarışdırmaq, Paşinyan hökümətinin mövqeyini zəiflətmək üçün bütün var gücləri ilə səfərbər olublar və yaxud da olunublar. Bütün cəhdlərə rəğmən Mərkəzi Meydanı doldura bilmirlər.  Ermənistan əhalisinin həmçinin çoxluğu düşünür ki, Qafqazda münaqişə ocağının dərinləşməsi, Azərbaycan-Ermənistan arasında münasibətlərin hər zaman gərgin qalmasında 3-cü tərəf daha maraqlıdır və hər vəchlə onların üz-üzə qalmasını istəyir.  Bu gün 3-cü tərəfin dumanlı ssenarisinin hesabına Qarabağdakı erməni əhalisi ortalıqda qalıb.  Bütün bunları müşahidə edən Ermənistan əhalisinin çoxluğu yekun nəticə olaraq meydanda müharibə tələb edənlərin arasında özlərini görmək istəmirlər.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

İtkin düşmüş Azərbaycan Milli Qəhrəmanı, Polkovnik-leytenant Riad Əhmədovun nəşinin qalıqları tapılıb

Azərbaycan Milli Qəhrəmanı, 1992-ci ilin yanvar ayında Daşaltı kəndində itkin düşmüş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini, şəhid Polkovnik leytenant Riad Əhmədov və digər bir neçə hərbiçimizin nəşinin qalıqları tapılıb.   Riad Fikrət oğlu Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Sözcü.az

Bu gün Üzeyir bəy Hacıbəylinin anadan olmasının 138-ci ili tamam olur

Bu gün dünya şöhrətli Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq Üzeyir bəy Hacıbəylinin anadan olmasının 138-ci ili tamam olur. Üzeyir bəyin musiqi yaradıcılığı ona böyük şöhrət gətirmiş və günü bu gündə musiqi mirası öz möhtəşəmliyini qorumaqdadır. Musiqi yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib. Onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılmışdır. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk azərbaycanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyli həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyli görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoymuşdur. Üzeyir bəyi doğum günündə böyük hörmət, sevgi və sayğı ilə anırıq ! Sözcü.az

Əlimərdan bəy Topçubaşinin həbsxana həyatı yaşadığı Peterburqun "Krestı" həbsxanası

"Krestı" həbsxanasını "Rusiyanın Bastilyası" adlandırırlar. Çoxlu sayda siyasi məhbusun məhbus həyatı yaşadığı bu həbsxana yuxarıdan baxanda xaçlara bənzəyir. Bu səbəbdən məhbuslar buranı rusca cəm şəklində "Кресты" adlandırırlar. 1905-ci il inqilabından sonrakı dövrdə “Xaçlarda” siyasi məhbuslar üstünlük təşkil etməyə başladı.  Onun kameralarında Leon Trotski, Aleksandr Kerenski, Lev Qumilyov, Lev Kamanev, Anatoli Lunçarski kimi simalar məhbus olublar.  Rus Bastilyası "Krestı" həbsxanasının əsası 19-cu əsrin sonlarında Sankt-Peterburqun Vıborq tərəfində qoyulub. Rus əsilli Çexiya memarı Antoniy Osipoviç Tomişkonun layihəsi əsasında 1884-cü ildən 1892-ci ilə qədər tikilib. Əvvəlcə 960 kamerada yerləşdirilməsi planlaşdırılan 1150 məhbus üçün nəzərdə tutulub. Daha sonra tək hücrələr kimi dizayn edilmiş hüceyrələrin sayı 999-a çatdırlıb. Əlimərdan bəy Topçubaşinin "Krestı" həbsxanasında məhbusluq həyatı 1-ci Dumanın sabiq deputatı kimi "Vıborq bəyannaməsi"nə imza atdıqdan sonra məhkəmənin qərarı ilə baş vermişdir. Çar 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Bakı quberniyasından seçilənlərdən biridə Əlimərdan bəy Topçubaşi idi.  Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovmuşdur. 1906-cı ilin iyulun 8-də Duma buraxıldı və Kadetlər deputatlara Peterburqdan bir qədər kənarda – Vıborqda toplaşmağı təklif etdilər. Deputatlar Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9–10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Həmin Vıborq çağırışını 6 müsəlman deputatla birgə Əlimərdan bəy Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay müddətinə "Krestı"də həbsdə saxlanılmışdı. Bu zaman o, "Kaspi" qəzetindəki işindən və Bakı Şəhər Dumasının üzvlüyündən də xaric edilmişdir. Onunla birgə bu sənədə Yelizavetpol quberniyasından deputat seçilmiş İsmayıl Xan Ziyadxanlıda imza atmışdı.  Birinci Dövlət Dumasının keçmiş üzvlərinin iclası 1906-cı il iyulun 9-10-da ( 22-23 iyul ) Vıborqdakı Belvedere mehmanxanasında keçirildi  Dumanın bütün fraksiyalarından təxminən 220 keçmiş deputat iştirak edirdi. "Vıborq bəyannaməsində" bu sözlər qeyd olunmuşdur: Vətəndaşlar!  Xalq təmsilçiliyinin tapdalanmış hüquqlarının müdafiəsinə qalxın, Dövlət Dumasının müdafiəsinə qalxın. Rusiya bir gün belə xalqın təmsilçiliyindən məhrum qalmamalıdır. Buna nail olmaq üçün bir yolunuz var: Hökumətin xalq nümayəndələrinin razılığı olmadan xalqdan vergi toplamaq və ya xalqı hərbi xidmətə çağırmaq hüququ yoxdur. Buna görə də, indi Hökumət Dövlət Dumasını buraxdığına görə, ona nə əsgər, nə də pul verməmək hüququnuz var. May ayının 8-də Əlimərdan bəyi paytaxt polislərinin əhatəsində faytonla “Krestı” həbsxanasına gətirdilər.  Tarixçi Cəmil Həsənli "Tarixi şəxsiyyətin tarixi - Əlimərdan bəy Topçubaşov " kitabında(səh 188) yazır ki, “Krestı” həbsxanasında Əlimərdan bəy təkadamlıq kamerada yatırdı. Məhz özünün yazdığı kimi, o, 1908-ci ilin iyul ayında Osmanlı imperatorluğunda baş vermiş “Gənc türklər” inqilabının qələbəsi haqqında “sevincli xəbəri” də elə həbsxana divarları arasında eşitdi. O, Türkiyədə konstitusiyalı sistemin tətbiqini çox yüksək qiymətləndirir və gənc türklər hərəkatına rəğbətlə yanaşırdı. “İttihad və Tərəqqi” partiyasının 1908-ci ilin yayında qan tökmədən inqilab etməsi tarixin son dərəcə nadir hadisələrindən biri idi. İyul ayının 24-də Türkiyədə Osmanlı millətçiləri konstitusiyanın əldə edilməsinə nail olanda Rusiya Dumasının birinci müsəlman deputatlarının ən qabaqcıl nümayəndələri hələ imperiyanın müxtəlif həbsxanalarında oturmaqda idilər. Həmçinin Cəmil Həsənli öz kitabında( səh189-190) qeyd edir ki, Əlimərdan bəy “Krestı” həbsxanasında dünya tarixinə, ədəbiyyatına və fəlsəfi fikrinə aid son illərdə nəşr olunmuş çoxlu kitab oxumuşdu. O, çox səliqə ilə “Krestı” həbsxanasında mütaliə etdiyi kitabların siyahısını tutmuşdu. Üç ay ərzində onun 50-yə qədər kitab oxuması adamı heyrətə salır. Kitabların mövzu dairəsi çox rəngarəng idi. Burada Avropa tarixindən tutmuş Şərq ədəbiyyatına, xristian təlimlərindən tutmuş islam mədəniyyətinə qədər geniş bir dairə əhatə edilmişdi. Bu kitabların bir hissəsi XX əsrin əvvəllərində müxtəlif Avropa dillərindən rus dilinə tərcümə olunmuşdu və dövrün qabaqcıl ideyalarını özündə əks etdirirdi. Bu kitablar onun maraq dairəsi haqqında aydın təsəvvür yaradır və geniş dünyagörüşündən xəbər verirdi. Onun mütaliə etdiyi kitabların siyahısında S.Arnoldinin “Mədəniyyət və vəhşi tayfalar”, N.Kareyevin “Dünya tarixinin ümumi gedişi”, B.Çiçerinin “Qədim və yeni dünyanın siyasi mütəfəkkirləri”, Arnold Bergerin “Reformasiyanın mədəni vəzifələri”, Veyzerin “Yaponiya bizim günlərimizdə”, fon Ziboldun “Yaponiyada islahatlar”, M.Solovyevin “Polşanın süqut tarixi”, “I Aleksandr və I Napoleon”, “Şərq məsələsi”, “Din və tərəqqi”, B.Pavloviçin “Tatarçılığın qəddar dövrü”, V.Berenştamın “Siyasətə yaxın”, Hüquq uğrunda”, M.Kovalevskinin “Rusiyanın iqtisadi quruluşu”, Şlezingerin “XX əsrin əvvəllərinin qadınları”, Belyavskinin “Köhnə və yeni etiqadlar”, E.Renanın “İisusun həyatı”, “Mark Avreli” və “Apostollar”, Q.Senkeviçin “Tufan” və “Hara gedirsən?”, N.Şelqunovun “Təzadlar ölkəsində. Türküstan”, E.Vodovozovanın “Türklər, bolqarlar, serblər”, R.Qamsunun “Aclıq”, F.Beyerleynin “Yena və ya Sedan?”, E.Reklünün “Hindistan və Hindiçin”, “Ön Asiya: Əfqanıstan, Bəlucistan, İran, Asiya Türkiyəsi və Ərəbistan”, A.Budiloviçin “Özgə xalqların təhsil məsələləri”, V.Çerevanskinin “Müsəlman sünni məzhəblərin işləri üzrə qeydlər”, Q.Lisonkovun “Torpaq məsələsi”, L.Tolstoyun“Torpaq məsələsinin yeganə mümkün həlli”, O.Mirabonun “İşgəncəbağı”, “Sebastian Rok” və “Ev qulluqçusunun gündəliyi”, F.Bred Hartın “Hekayələr”, Cerom Klapka Ceromun novellaları, Qraf Amorinin “Yapon sarayının gizlinləri”, Stendalın “Vaiz”, A.Blokun şeirləri, N.Kareyevin “Yeni tarix”, B.Börnsonun Norveç hekayələri və povestləri, Q.Beloqlovskinin Loris Melikovvə digərləri haqqında xatirələr, M.Qorkinin “Tövbə”, A.Kuprinin povest və hekayələri, İ.Potapenkonun povest və hekayələrinin adları var idi. 1908-ci il avqust ayının 8-də Topçubaşi "Krestı" həbsxanasından azad edilmişdir.  Ceyhun Nəbi 

Keçmiş alman kolonistlərinin varisləri baba yurdları Şəmkiri ziyarət edib

Şəmkir(Annenfeld) və Çinarlıda( Georgsfeld) yaşamış almanların nəvələrindən bir qrup babalarının yaşadığı Şəmkir şəhəri və Çinarlı qəsəbəsini ziyarət ediblər. Onlar Şəmkir və Çinarlıda babalarından miras qalmış bir sıra məkanlara baş çəkiblər. Səfəri təşkil edən Almaniyada fəaliyyət göstərən "Avrokavkaziya" cəmiyyətinin sədr müavini soydaşımız Dr.Rasim Mirzəyevdir. Onlara ümumi olaraq “Brücke” Azərbaycan-Almaniya mədəniyyət mərkəzinin rəhbəri, tədqiqatçı Ruslan Quliyev və Çinarlı qəsəbəsində isə Georgsfeld Mədəniyyət Klubunun nümayəndəsi Ceyhun Nəbi bələdçilik ediblər. Çinarlı qəsəbəsində babaları yaşamış Violetta Ayxholts xanım babaları Österir Emil və Kühfun Yakobun evini taparaq ziyarət etmişdir.  Sözcü.az

Nuri paşanın atası Hacı Əhməd paşanın dostu - Mövlanə Hacı Məcid Əfəndi Əfəndizadə

XIX əsrin az saylı, sağlam mövqeyli din xadimlərindən biri –Hacı Məcid Əfəndi Əfəndizadə (1829-1908) indiki İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. İstanbulda, Bağdadda, Tiranada dini təhsil alıb, qayıtdıqdan sonra Şamaxı Cümə məscidinin baş imamı, Şamaxı qəza qazisi (sünni), Bakı Quberniya Müsəlman Məclisinin sədri olmuşdur. 1869-cu ildə Seyid Əzim Şirvaninin açdığı "üsuli-cədid" məktəbindən sonra Şamaxıda açılan, yeni tipli məktəblərin açılmasının təşəbüskarı və iştirakçısı olmuşdur. Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovla yaxın münasibətdə olmuşdur. Mirzə Ələkbər Sabir onun ölümünə iki mərsiyə yazıb, Əhməd bəy Ağaoğlu onu "ustadı-kamil" adlandırıb, Mirzə Cəlil isə Ağaoğlunun Hacı Məcid Əfəndini tərifləməsini "Molla Nəsrəddin" jurnalında istehza ilə qeyd edir (1906, 21 aprel, say 16). Ömər Faiq Nemanzadə isə xatirələrində yazır: " Hacı Məcid Əfəndi Qafqazın ən böyük ruhani alimlərindən biridir. Şirvan mahalında ondan böyük və nüfuzlu kimsə yox idi. Yerli hökumət bir çox işlərdə onun köməyinə möhtac idi. O, istədiyi vaxt məscid, mədrəsə, məktəb tikmət və ya təmir etmək üçün minlərcə manat yığdırardı. Özü Diyallı kəndindən idi. Arabir kənddəki evinə gedərdi...Hacı Məcid Əfəndi yaxşı natiq və psixoloq idi. Yeniliyə, yeni üsula tərəfdar görünürdü..." Nəqşibəndi təriqətinə mənsub idi. Fotoda: Hacı Məcid Əfəndi(ortada),oğlu Süleyman Əfəndi və şagirdi Molla Abdulla Ceyhun Nəbi 

"Azərbaycan" qəzetinin nəşrə başlamasının 105-ci ili tamam olur

Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin nəşrə başlamasının 105-ci ili tamam olur.  105 il öncə Gəncədə ilk sayı nəşr edilmiş bu qəzet Azərbaycan Cümhuriyyətinin qısa fəaliyyət dönəmini öyrənmək üçün ən geniş, sanballı, məlumatlılıq baxımından yüksək dərəcədə zəngin bir mənbədir. Bu baxımdan onu əvəz edəcək ikinci bir mətbu nəşr yoxdur. Yazar kadroları arasında dövrün çox önəmli jurnalist kadrolarının, yazarlarının, qələm sahiblərinin yer aldığı bu mətbuat orqanı qızıldan belə dəyərli mirasdır. Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Əhməd Həmdi Qaraağazadə, Şəfiqə xanım Əfəndizadə, Xəlil İbrahim, Məhəmməd Hadi, Piri Mürsəlzadə, Əhməd Cavad, Fərhad Ağazadə kimi dövrün qabaqcıl imzalarının yer aldığı bu mətbu orqan Azərbaycan mətbuat tarixinin şah əsəridir.  Qəzeti ərsəyə gətirənləri, nəşr edənləri, yazarları böyük sevgi və ehtiramla anırıq ! Sözcü.az

Yoxdan dövlət quranların, bayraq ucaldanların imzasını onlar öz qanları ilə təsdiq etdilər

BAKININ AZAD EDİLMƏSİNİN 105-Cİ İLİ Bakının azad edilməsi yolunda şəhid olmuş Qafqaz İslam Ordusu əsgərlərini və bu ordunun tərkibində döyüşlərə qatılaraq şəhid olmuş Azərbaycan əsgərlərini sayğı ilə anırıq ! 105 il öncə onların ortaya qoyduğu döyüş rəşadəti varlığımızın əsası oldu.  Yoxdan dövlət quranların, bayraq ucaldanların imzasını onlar öz qanları ilə təsdiq etdilər. Bəli biz müstəqil yaşamağa, istiqlaliyyətə layiqik. Dövlət olaraq var olduğumuzu, lazım gəldikdə onun uğrunda son damla qanımıza qədər döyüşməyi, şərəfli və ləyaqətli bir yaşama layiq olduğumuzu təsdiq etmiş o mübarək şəhidlərə, döyüşçülərə, onların komandalarına o qədər minnətdarıq ki, Azərbaycan insanı özünün var olduğunu hiss etdikcə onlar yaddaşımızda baki qalacaqlar ! Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

Müzəffər Tuğsavul paşa: “Bu mövqeyə gəldim, o günlərdəki kimi içdən qarşılanmanı nə gördüm, nə də görə biləcəyimi təxmin edirəm

Azərbaycana hərbi təlimlər keçmək üçün gəlmiş ilk 3 türk zabitindən biri, Nuri Paşanın hərbi heyətində təmsil olunan, Qafqaz İslam Ordusu zabitlərindən, keçmiş İzmir valisi Müzəffər Tuğsavul paşa "Sovetlərlə üz-üzə" adlı kitabımdan:  Azərbaycanlı siyasi mühacir Əsgər Aras onun vəfatı ilə bağlı yazmış olduğu “İtirdiyimiz böyük adam” məqaləsi Müzəffər Tuğsavul paşa haqqında təsəvvür yaratmaq üçün böyük əhəmiyyət kəsb edir. Həmin kiçik məqaləni tam olaraq burada verirəm :      “ Orgeneral Tuğsavul hərtərəfli mükəmməl bir insandı. Mən burada bu böyük insanın yaxından tanıdığım türkçülük vəsfini anlatmaq istəyirəm. Möhtərəm orgeneral, hələ çiçəyi burnunda təzə bir əsgər ikən, tale ona özü kimi üç gənc dostu ilə Azərbaycanın acı günlərində bu ölkəni başdan-başa qət edərək tətkiklərdə olmaq imkanını bəxş etmişdir. Söhbətlərimizdə daima mənə “İştə Türklük bütün şahlanışı ilə bu səyahətimdə mənim mənliyimə işlədi” – deyər və Allaha şükür edərdi. Azərbaycanda ikən günü gününə yazdığı 3 ədəd böyük not dəftərini daima çalışma masasının gözündə diqqətlə saxlar və özünü hər ziyarət etdiyimdə bunlardan parçalar oxumaqla özünü həyəcana gətirər, gözlərini yaşardardı: “Bu mövqeyə gəldim, o günlərdəki kimi içdən qarşılanmanı nə gördüm, nə də görə biləcəyimi təxmin edirəm” deyirdi. “Bizə kəsilən saysız qurbanlarımı, Türk əsgərlərini gördükləri üçün üzlərini qibləyə çevirib səcdəyə qapananlarımı, yoxsa yeddisindən yetmişinə qədər qatıldıqları möhtəşəm alaylarla əl üstündə daşınmamızımı anladım” deyər və bütün bunları təsvir edən not dəftərini həyəcanla oxuyardı. İştə Bərdə qəsəbəsinə girərkən ayaq izlərimizə üz sürtmək istəyən ixtiyar nənənin qırışlı əlini necə alıb öpdüyünü oxumağa başladı. Heç unutmaram, vali olaraq İzmirə gedəcəyi günlərin ərəfəsində idi. Bir gün mənə küçədə rast gəlmiş və düşüncəli olduğumu təxmin edərək “Nə düşünürsən Aras, mən Aras çayını 4 dəfə keçdim, beşinci dəfə keçəcəyim mütləqdir” – deyib mənə təsəlli vermişdi. Müzəffər Tuğsavul 1894-cü ildə Binqazidə doğul­muşdu. Atası Əhməd Vəqif bəy, anası Sidiqə xanımdır. 1912-ci ilin sentyabr ayında hərbi məktəbə girmiş, 1914-cü ilin iyul ayında həmin məktəbi bitirmişdi. 1915-ci ildə Teğmən, 1916-cı ilə üstteğmən olmuşdu.  Həmin zamanlarda Azərbaycanda vəziyyət çox gərgin idi. Daşnaklar bir tərəfdən, bir tərəfdəndə Bolşeviklər Azərbaycanı çıxılmaz vəziyyətə salmış¬dılar. Gəncə Milli Komitəsi bu təhlükələri önləmək üçün tədbirlər görürdü. Bu işdə Osmanlı Ordusu zabitlərindən, əslən Azərbaycan türklərindən olan Hüsaməddin Tuğaç xüsusi yardımlarda bulundu. Azərbaycanda milli kadrların, hərbiçilərin hazırlan¬ması üçün Osmanlıdan zabitlərin dəvət edilməsi istiqamətində işlər görürdülər. Hüsaməddin Tuğaç bununla bağlı xatirələrində qeyd edir :     “Gəncəyə gəldiyim günlərdən bu yana 3-cü ordumuzla əlaqə qurmaq üçün bir çarə tapmamışdıq. Ancaq Sarı Ələkbər İmamquluoğlunun İran üzərindən göndərdiyi adamlar müsbət nəticəyə vardılar. 6-cı ordu ilə əlaqə quruldu. Bir müddət sonra bu ordudan Topçu teğmeni Müzəffər Tuğsavul ilə Teğmən Midhət bəy Gəncəyə gəldilər”.     Gəncədə olduğu müddətdə Müzəffər paşa xüsusi hörmət qazanmış, xalqın yaddaşında özünəməxsus yer tutmuşdu. Azərbaycan Cümhuriyyəti Əksinqlabla Mübarizə Təşkilatının rəisi olmuş Nağı bəy Şeyxza-manlı Müzəffər bəyin mübarək simasını unutmamış, hətta onu Türkiyədə gördükdə aralarında köhnə xatirələrlə bağlı çox maraqlı bir söhbət olmuşdu. Nağı bəy xatirələrində qeyd edir :     “Müzəffər bəyə 1936-cı ildə İstanbulda rast gəldim. Bu necə olmuşdu. Maraqlandığım bu hadisə xatirimdən asan-asan silinməz. Bir də, bir dəfə gördüyüm və maraqlandığm bir şəxsi aradan nə qədər zaman keçsədə, təsadüfən gördüyüm zaman tanıya-ram. Bir gün İstanbul Sirkəçidən keçirdim. Qarşıdan gənc və yaraşıqlı bir Genral gəlirdi. Generalı seyr edən zövq alır və çox diqqətlə baxırdım. Göz-gözə gəldik və geçdik. Fəqət mən yanılmadığıma əmin idim. Dərhal geri dönərək “Paşam bağışlayın, sizin adınız Müzəf-fərmi?” soruşdum. Mənə diqqətlə baxdıqdan sonra “Bəli” dedi. Mən “Paşam, 20 ildir bir-birimizi görmə-dik, məni tanıya bildinizmi ?” soruşdum. Paşa məni tanımamışdı. Bunun üzərinə “Mən Gəncəli Nağıyam paşam” dedim. O vaxt mənə “Biradər, bığsız da Nağı olarmı?” dedi. Birbirimizə sarıldıq, öpüşdük.     Müzəffər Tuğsavul həmin zamanlarda Azərbay-canı yaxşı tanıyır və Azərbaycana qarşı böyük sevgisi yaranmışdı. Əvvəlcə qeyd etdiyim kimi O Qafqaz İslam Ordusu Komandanı Nuri Paşanı müşayət edən dəstənin tərkibində Azərbaycana gəlmişdi. Nuri Paşanın qərargahında Müzzəfər Tuğsavulda var idi. Onunla birlikdə Qərargahda qərargah minbaşı Nazim bəy (Kütahyada şəhid olmuş), Tofiq bəy (cumhur-başkanının əski ümumi katibi), qərargah minbaşı qərargah minbaşı Naim bəy, topçu komandanı minbaşı Kamal Doğan (əski Kirklareli məbusu), Ordu yavəri leytenant Asif Əfəndi (Qılınc Əli bəy), süvari yüzbaşı Ədirnəli Sami (Atatürkün yavərlərindən minbaşı Sami Yanardağ), Əhməd Ağaoğlu (Siyasi müşavir).     Müzəffər Tuğsavul Qafqaz İslam Ordusu tərkibin-də Azərbaycanda olarkən xidmətləri ilədə fərqlən-mişdi. O, 1918-ci il sentyabr ayının 3-də təltif edilən Omanlı ordusu zabitlərindən biri olaraq 5-ci qılınclı Məcidiyyə ordeni ilə təltif edilmişdi.      Müzəffər Tuğsavul 1920-ci ilin may ayında Anadoluya keçmiş və milli orduya qatılmışdı. O həmin zaman Hərbi Məktəbdə təhsil alırdı. Bu səbəbdən hərbi təhsili yarımçıq qalmışdı. 1923-cü ilin oktyabr ayının 11-də yenidən Hərbi Məktəbə qayıtdı və həmin məktəbi 1925-ci ilin avqust ayının 8-də bitirərək qərargah zabiti olmuşdu. Müzəffər Paşa 1939-cu ilə qədər müxtəfil vəzifələrdə çalışaraq, hərbi məktəblər-də dərslər verərək 1939-cu ildə Tuğgeneral, 1941-ci ildə Tümgeneral, 1944-cü ildə Korgeneral, 1948-ci ildə Orgenerallığa qədər yüksəlmişdi. 1952-ci ilin yanvar ayının 27-dən may ayının 15-ə qədər İzmir Valisi vəzifəsində bulunmuşdu.    Müzəffər Tuğsavul paşa 1952-ci ilin may ayında bizlərdən ayrıldı (Məzarı Ankara Cəbəci şəhitliyin-dədir, C.N). Onun vəfat xəbəri həm türkiyəli qardaşlarımızı, həmçinin onu tanıyan azərbaycanlı siyasi mühacirləri kədərləndirmişdi. Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

Müstəqil Həmkarlar Birliyinə (MHB) təzyiqlər başlandığı bildirilir

Müstəqil Həmkarlar Birliyinə (MHB) təzyiqlər başlandığı bildirilir. Bununla bağlı MHB İdarə Heyətinin üzvü Xəzər Teyyublu öz sosial şəbəkə profilində paylaşım edib. Paylaşımda qeyd olunur ki,  Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi, Qarabağ əlili Əhməd Rəhmanovu işlədiyi Azəriqaz İstehsalat Birliyində fəhləlikdən, işindən çıxartdılar.  Fikir verin, Azəriqaz rəhbərliyi işçilərin hüquqlarını qorumalı olan Həmkarlar İttifaqının fədakar bir üzvünə, sosial haqqlar ugrunda mübarizə aparan bir insana qarşı kobud addıma yol verir. Müstəqil Həmkarlar Birliyi olaraq Əhməd Rəhmanova qarşı bu kobudluğu aradan qaldırmaq üçün Azəriqazı öz işçisinin sosial qayğısına qalmağa, işinə qaytarmağa və Həmkarlar Konfederasiyasını zəhmətkeşlərin müdafiəsinə çağırırıq ! Sözcü.az

Çinarlı qəsəbəsində avtoqəza nəticəsində dağılmış "Əməkçi qadın" heykəli yenisi ilə əvəzləndi

Şəmkir rayon Çinarlı qəsəbəsinin girişində, Gəncə-Şəmkir yolunun üstündə körpünün çıxışında yerləşən “Əməkçi qadın” heykəli və alt hissəsi yeni görkəmdə restavrasiya olunub. Bu heykəl Çinarlı qəsəbəsinin simvollarından biridir(həmçinin kifayət qədər tarixi var idi) və qəsəbənin girişində özünəməxsus gözəllik verir. 2022-ci ilin may ayında yüksək sürətlə avtomobilin çırpılması nəticəsində heykəl dağılaraq parça-parça olmuşdu. Dağılmış heykəlin bərpası ilə bağlı Çinarlı qəsəbə sakinləri Şəmkir Rayon İcra Hakimiyyətinin başcısı Rəşad Tağıyev ilə səyyar görüşdə bu məsələni birbaşa onun diqqətinə çatdırmışdılar. "Əməkçi qadın" heykəli artıq yeni görkəmdə yerinə qoyulub. Heykəlin heykəltaraşı Savalan Hüseynovdur. Sözcü.az

İsmayıl bəy Qaspıralının vəfatından 109 il ötür

1914-cü ilin bu günündə fikir və düşüncələrimizə işıq gətirmiş İsmayıl bəy Qaspralı əbədiyyətə qovuşmuşdur. Yaşamının son 30 ilində çoxlu sayda düşüncə, əməl və məfkurə adamları onun yandırdığı ocağın başına toplaşdı və o adamlar hər biri o ocaqdan bir köz götürdü, öz yurduna, məmləkətinə apardı. Bu gün bizlər üçün bir işıq mənbəyi, yanan ocaq varsa bu Qaspıralı mirasıdır. Vəfat etdiyi zaman Sadri Maqsudi Arsal onun haqqında yazırdı:  " İsmayıl bəyin vəfatı ilə hiss etdiyim ağır kədərimi, dərin iztirabımı, bərk fəryadımı dışarı çıxarmaq istəyirəm, ancaq qəlbimdən mənəvi yaşlar axdığı bir zamanda bu mümkün olmur. Hazırda ən müqəddəs və ən əziz bir əşyasını itirmiş bir uşaq kimi ağlamaqdan başqa əlimdən bir şey gəlmir! Ancaq bu kafi deyil, bir səmimi fikri açıq sözlə ifadə etmək istəyirəm. Qaspıralı hamımızın fikrində, qəlblərimizdə ən böyük bir yeri tutan bir şəxsdir. Hamımızın milli idealında ən nurani bir nöqtədir. Hər birimizin təvəssümü fikri tarixində ən məlum bir alimdir. Qeyri-ixtiyari hər birimizin səmimi ehtiramlarını cəlb edən, adı çəkildikdə hamımızın ağzına «Böyük» kəlməsini gətirən şey isə onun işləridir». Böyük aydınlatıcını hörmət, sayğı və sevgi ilə anırıq ! Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi 

Şəhid bacısı Aynurə Kazımova prezidentə müraciət etdi

Şəmkir rayon Talış kənd sakini, şəhid Anar Kazımovun bacısı Aynurə Kazımova yaşadıqları problemlər ilə bağlı ölkə başçısına və vitse-prezidentə müraciət edib(Müraciətlə bağlı link aşağıda) Qeyd edək ki, şəhid Anar Kazımov 3 avqust 2022-ci ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. https://youtu.be/IYH-FavkMyY?si=m2DnoDRjB6PGT3_p  Sözcü. az

Müsavat Partiyası qeydiyyatdan keçdi

Ədliyyə Nazirliyi daha bir siyasi partiyanı dövlət qeydiyyatına alıb. Sozcu.az xəbər verir ki, bu dəfə qeydiyyatdan keçən təşkilat müstəqil Azərbaycanın qurucu partiyası olan Müsavat Partiyasıdır.  Beləliklə, qeydə alınan partiyaların sayı 17- yə çatıb. Bunlar aşağıdakılardı: 1. Müsavat partiyası  2. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev) 3 Ağ Partiya (sədr Tural Abbaslı) 4. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı) 5. Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev) 6.Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev) 7.  Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı) 8.  Haqq Ədalət Partiyası (sədr Əli İnsanov) 9. Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə) 10. Ümid Partiyası (sədr İqbal Ağazadə) 11. Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev) 12. Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu) 13. Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn) 14. Vəhdət Partiyası (sədr Tahir Kərimli) 15. Azad Vətən Partiyası (sədr Akif Nağı) 16. Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu) 17. Müasir Müsavat partiyası (sədr Hafiz Hacıyev)

Şəmkir Rayon Mərkəzi Xəstəxanası ilə bağlı narazılıq

Sosial şəbəkədə Şəmkir Rayon Mərkəzi Xəstəxanası ilə bağlı vətəndaşların biri tərəfindən paylaşım edilib. Sözcü.az olaraq paylaşımı olduğu kimi təqdim edirik: Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsindəki özbaşınalıqlara heç kim nəzarət etmir. Dövlətin qurub yaratdığı xəstəxananı xarabazara döndəriblər, bir dənə olsun belə normal ayaqyolusu yox, ayaqyollarında adi işıqlandırma sistemi nədir o belə öz qaydasında deyil. Natəmizlikdən tarakan Xəstəxananı ağzına alıb. Ancaq xəstələrdən pul dilənməklə məşğuldurlar. Sözcü.az

Qarabağ ərazisində baş verə biləcək hadisələr Rusiyanın hazırladığı ssenaridən başqa bir şey deyil - Ceyhun Nəbi

Son günlər sosial şəbəkələrdə, cəmiyyətdə yenidən müharibə və ya hərbi əməliyyatların başlayacağı ilə bağlı məlumatlar dolaşır. Yenidən müharibənin başlayacağı ilə bağlı yaranmış suallara Sözcü.az olaraq cavab axtarmağa çalışdıq. Bununla bağlı Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi ilə əlaqə saxladıq. Ceyhun Nəbi saytımıza bildirdi ki, bu gün Qafqazda gərgin geosiyasi vəziyyət yaranıb. Cəmiyyətdəki narahatlığın əsasında bu dayanır. Belə ki, Ermənistanda dayaqlarının zəifləməsini istəməyən Rusiya regionda vəziyyəti gərginləşdirərək təsir imkanlarını genişləndirməyə çalışır. Mövcud situasiyada gərginləşən münasibətlərin daha da dərinləşməsində birinci maraqlı tərəf Rusiyadır. Ermənistandakı mövcud hökümətin müstəqillik istəklərinin artması onu Rusiyanın çətin planları ilə üz-üzə qoyur. Hər kəsə bəlli həqiqətdir ki, Qarabağ ərazisində baş verə biləcək hadisələr Rusiyanın hazırladığı sissenaridən başqa bir şey deyil. Sülhməramlı adı altında Azərbaycan ərazisinə soxulmuş rus ordusu region üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan ərazisində ərsəyə gətirilməyə çalışılan qondarma rejimin atdığı hər addımın planı Rusiya tərəfindən müəyyənləşdirilir. Öz ölkəsində Rusiyanın təsirlərini azaltmağa çalışan Paşinyan höküməti isə Qondarma rejimlə bir az məsafəli davranır. Bütün bunlarla yanaşı İran, Türkiyə kimi regiona yaxın dövlətlər, həmçinin ABŞ və Fransa kimi bir sıra böyük güclərdə gərginləşən münasibətlərin arxa fonunda görünməkdədirlər. Baş verə biləcək qarşıdurmanın dəstəkçiləri ilkin müşahidədən artıq bəllidir. 11-20 sentyabr tarixləri arasında Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimlərinin keçiriləcəyi bildirilir. təlimlərin məqsədi ilə bağlı məlumatda qeyd olunur ki, sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının “Əməliyyat İmkanları Konsepsiyası”nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır. Amma görünən əsl həqiqət budur ki, bu həmdə bir əzələ nümayişi kimi qiymətləndirilməlidir. Amerika baş vermə ehtimalı olan qarşıdurmada kimin tərəfində dayanacağının ilkin mesajını verir. Bu isə baş verəcək hadisələrin miqyasının nə qədər böyük, dərin və ciddi itkilərlə müşayət olunacağını göstərir.  Azərbaycan tərəfi Rusiyanın Ukrayna ilə müharibəsi bitənə qədər güclü müdafiə tədbirləri alaraq müharibə və qarşıdurmadan maksimum kənarda dayanmağa çalışmalıdır.  Rusiyanın çirkin və qaranlıq planlarını özündə ehtiva edən vəziyyətin yaranması tək Azərbaycan üçün yox, bütün region üçün mənfi nəticələr doğura bilər. Qafqazda yarana biləcək xoşbəxtlik sülhdən, qarşılıqlı razılaşmadan  kənarda mövcud olan bilməz. Müharibə, qarşıdurma nifrət doğurur, bu isə cəmiyyətləri illərlə sarsıdıcı vəziyyətə gətirir. Anar Rəsullu

Şəmkirli gənc şair Türkiyədə ödülə layiq görülüb

Milli üslubda şeirləri ilə tanınan şəmkirli haqq şairi, araşdırmaçı-yazar Sənan Səbuhi Şəmkirli Türkiyədə ödülə layiq görülüb. "Məni danışdıran vicdanımın səsidir" adlı ilk şeirlər kitabı ilə oxuculara tanınan Sənan Səbuhi şeirləri ilə türkiyəli oxucular tərəfindəndə rəğbətlə qarşılanıb və sevilib. Şeirləri və bir sıra araşdırmaları ilə rəğbət görən gənc şair, araşdırmaçı "İmaj Maqazin Sanat Ödülləri" layihəsinə uyğun olaraq İmaj Medya Maqazin təşkilatı tərəfindən ödülləndirilib. Tədbirdə bir sıra millət vəkilləri, jurnalistlər, tanınmış media təmsilçiləri iştirak edib. Gənc şair aldığı ödülü onu əziyyətlərlə böyütmüş ata-anasına mükafat olduğunu və onlara aldığını bildirib. Mükafatlandırma tədbiri 3 sentyabr tarixində İstanbulda baş tutub. Sözcü. az

Şəmkir rayonu şəhidlər xiyabanının girişində xoş olmayan görüntü

Desək ki, məsul olan şəxslər görməyiblər özümüzü aldatmış olarıq. Şəhidlərin anım günlərində, bir sıra rəsmi tədbirlərdə rayon rəhbərliyi səviyyəsində şəhər şəhidlər xiyabanı ziyarət olunur. Bununla bağlı bir neçə gün ərzində hazırlıq tədbirləri görülür, təmizlik, abadlıq işləri aparılır. Gözləri pərdələnmiş adamların xüsusi diqqət yetirəcəyi məqamlardan biri bu olmalıdır. Xüsusi olaraq xiyabanın girişi, yolun kənarı, gündəlik minlərlə nəqliyyat vasitələrinin keçdiyi( onların içərisində yüzlərlə dövlətin məsul şəxsləri də var ) bir yerdə bu utancverici görüntü insanı vicdani olaraq narahat etməməlidirmi ?  Axı şəhidlərin anım günlərində onların məzarı başında söylədiyiniz "dəbdəbəli" nitqlərdə onları baş tacı adlandırırsınız, ehtiram göstərirsiniz(görünür ki, sünidir), hətta söz demək haqqı olan canlı qəhrəmanları "iri" gövdələrinizin kölgəsində, gurultulu səsinizin altında elə sıxışdırırsınız ki, adam utandığından səssizcə çıxıb getmək məcburiyyətində qalır.  Sizi varsa, vicdanınızla baş-başa buraxıram! Ceyhun Nəbi

Bu gün Şəfiqə xanım Qaspıralının vəfatından 48 il keçir

Keçmiş Rusiya müsəlmanları qadın hərəkatının öncüsü, ilk türk-müsəlman qadın jurnalı "Aləmi-Nisvan"nın baş redaktoru, Kırım Cümhuriyyətinin qurucularından, həmin Cümhuriyyətin parlamentinin katibi, qadın millət vəkillərindən biri, İsmayıl bəy Qaspıralının qızı, Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım 1975-ci il 31 avqustda İstanbulda vəfat edib. Məzarı İstanbul Zincirlquyu məzarlığındadır. Ceyhun Nəbi 

Çin Rusiyanın bir hissəsini öz ərazisi elan etdi

Çin ilk addımı atdı və rəsmi xəritələrdə Rusiyanın bir hissəsini öz ərazisi elan etdi. Çinin dövlət təsisatı, Standart Xəritələrin Kartoqrafik Xidməti 2023-cü il üçün coğrafi xəritələr toplusunu təqdim edib. Bu xəritələrdə ilk dəfə olaraq Rusiya aid ərazi Çinin bir hissəsi kimi göstərilib. Söhbət Amur çayı üzərindəki Böyük Ussuri adasından gedir. Rusiya və Çin arasında 2008-ci ildə imzalanmış sazişə görə bu ada iki ölkə arasında bölünmüşdü. İndi isə ada bütövlükdə Çin torpağı elan edilib. Sovet dövründə bütövlükdə Rusiyaya aid olan adanın yarısını Putin 2008-ci ildə Çinə güzəştə getmişdi. Adanın ərazisi Amur çayında suyun səviyyəsindən asılı olaraq 327 ilə 350 kvadrat kilometr təşkil edir. İndi isə Çin adanı bütövlükdə öz sərhədləri daxilinə qatıb. Rusiyanın rəsmi dairələri bu hadisəyə etiraz da etməyiblər.  Böyük Ussuri adasının Çinin sərhədləri içərisinə daxil edilməsi ilk addımdır və ardı gələcək. Ancaq bu hadisənin bu qədər tez baş verəcəyini etiraf edim ki, gözləmirdim. Görünür ki, Rusiyanın vəziyyəti daha pisdir. Çin dövləti də bunu bilir və özünükü hesab etdiyi torpaqları sərhədləri daxilinə qatmağa başlayıb.  Çin Rusiya torpaqlarını özününküləşdirməyə başladığı bir zamanda Ukrayna müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücumunu həyata keçirib. Ukrayna Silaahlı Qüvvələri Rusiyanın Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətlərindəki hərbi obyektlərə zərbələr endirib. Pskovdakı hava limanında İl-76 hərbi-nəqliyyat təyyarələrinin yandığını göstərən videolar yayılıb. Ukraynanın bu hücumu da son deyil, yalnız başlanğacdır. Rusiya ordusunun Ukraynadakı itgiləri də çox böyük miqyas alıb. Ukrayna ordusu bütün cəbhə boyu Rusiya ordusuna ağır zərbələr vuraraq irəliləməkdədir.  Bütün bunlar Dərbəndi tələb etmə zamanı olduğunu təsdiqləyir. Xəqani Cəfərli, siyasi şərhçi 

Dərbəndi tələb etmək zamanı

Birinci Dünya müharibəsindən sonra iki böyük dövlətin, Osmanlı və Avstriya-Macarıstan imperiyalarının tarixin səhnəsindən silinməsində, onların yerində etnomilli əsasda müstəqil dövlətlərin yaranmasında o zaman ABŞ-ın prezidenti olan Tomas Vudro Vilsonun irəli sürdüyü 14 bənddən ibarət “Sülh şərtləri” mühüm rol oynadı.  ABŞ-ın böyük dövlət kimi dünya səhnəsinə ilk çıxışı olan bu sənədin 10-cu bəndində deyilirdi ki, Avstriya-Macarıstan xalqları müstəqil inkişaf üçün ən geniş imkanlardan istifadə etməlidirlər. Həmin sənədin 12-ci bəndində isə deyilirdi ki, Osmanlı imperiyasının türk hissələri indiki tərkibində təminatlı və davamlı suverenlik əldə etməli, lakin indi türklərin hakimiyyəti altında olan digər millətlər birmənalı olaraq mövcudluq təminatı və müstəqil inkişaf üçün tamamilə toxunulmaz şərait almalıdırlar. Prezident Vilsona Nobel Sülh Mükafatı qazandıran bu təşəbbüs ilə Osmanlı və Avstriya-Macarıstan imperiyaları tarixə qovuşdu. Çünki, Vilsonun “Sülh şərtləri” dövrünün iki böyük imperiyasının ərazsində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınmasını şərtləndirmişdi.  Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı əsassız və qəfil geniş miqyaslı hücumu iki dəfə formasını dəyişsə də mahiyyətini saxlaya bilmiş Rusiya imperiyasının müstəmləkəsizləşdirmə (Dekolonizasiya) zərurətini meydana çıxardı. Post-Rusiya Azad Xalqlarının Forumunun yaranması və uğurlu fəaliyyəti bu zərurətin nəticəsidir.  Post-Rusiya Azad Xalqlarının Forumunun birinci konfransı 8-9 may 2022-ci ildə Varşavada (Polşa), ikinci konfransı 22-24 iyul 2022-ci ildə Praqada (Çexiya), üçüncü konfransı 23-25 sentyabr 2022-ci ildə Qdanskda (Polşa), dördüncü konfransı 7-11 dekabr 2022-ci ildə Helsinqborqda (İsveç), beşinci konfransı 31 yanvar 2023-cü ildə Brüsseldə (Belçika) Avropa Parlamentinin binasında, altıncı konfransı 25-28 aprel 2023-cü ildə ABŞ-ın üç əsas siyasi mərkəzində, Vaşiqnton, Nyu-York və Filadelfiyada, yeddinci konfransı 7 avqust 2023-cü ildə Tokioda (Yaponiya) keçirilmişdir. Rusiyanın dekolonizasiyasını məqsəd elan edən Post-Rusiya Azad Xalqlarının Forumunun konfranslarının Şərqi Avropadan Uzaq Şərqədək geniş bir çoğarafiyada, dünyanın əsas siyasi mərkəzləri olan Brüssel və Vaşqintonda keçirilməsi bu prosesin beynəlxalq ictimai rəydə ligitimləşdirilməsinə, eləcə də dünyanı bu prosesə hazırlamağa xidmət edir. Bu mənada Post-Rusiya Azad Xalqlarının Forumunun fəaliyyətini prezident Vilsonun 14 bənddən ibarət “Sülh şərtləri” ilə müqayisə etmək olar. Post-Rusiya Azad Xalqlarının Forumunun Avropa, ABŞ və Yaponiyada keçirdiyi konfarnslarda tədbirlərə ev sahibliyi edən ölkələrin siyasi və rəsmi dairələrinin iştirakı Rusiya əsarətindəki xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması baxımından tarixi hadisədir. Forumda təmsil olunan milli hərəkatlar Rusiyanın 41 dövlətə bölünməsini hədəfləyirlər. Rusiyanın neçə dövlətə bölünəcəyini heç kim dəqiq proqnozlaşdıra bilməz. ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl hesab edir ki, Rusiya 41 deyil, 100 yerə bölünə bilər. Bu çox doğru yanaşmadır. İnformasiya əsrində Rusiyada baş verə biləcək prosesləri əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Əsrlərlə Rusiyanın müstəmləkə siyasətinin qurbanı olan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə yanaşı, Moskvanın işğalında olan qədim Azərbaycan torpaqlarıın azad olunma ehtimalını qaçılmaz edən başqa bir proses də gedir. Bu da öz müqəddəratını təyin etmiş, milli dövlətçiliklərini qurmuş xalqların Rusiyaya qarşı ərazi iddialarının kütləviləşməsi və ligitimləşməsidir.  Bir neçə il öncə Estoniyanın Mühafizəkar Xalq Partiyasının (Eesti Konservatiivne Rahvaerakond) qurucusu, keçmiş diplomat Marta Helmen Estoniya ərazisinin 5.2 faizinin Rusiyanın işğalında olduğunu bəyan edəndə bu fikir Tallinndə çox dəstək qazanmırdı. Ancaq indi Tallinnin siyasi dairələrində Rusiyadan torpaq tələb edilməsinin tərəfdarları hər ötən gün artır. Buna görə də, Estoniyada ictimai-siyasi xadimlər Tartu Sülh Müqaviləsi ilə Estoniyaya məxsus olan, yalnız 1940-cı il işğalından sonra Rusiyanın tərkibinə qatılan tarixi torpaqlarının geri qaytarılması üçün mübarizəyə başlayıblar. Estoniya NATO-ya qəbulu üçün Rusiyaya qarşı ərazi iddialarından imtina etmişdi. Ancaq indi Tallinndə anlayırlar ki, İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb. Bu isə o deməkdir ki, Estoniyanın tarixi torpaqlarının Rusiyaya verilməsini ligitimləşdirən beynəlxalq münasibətlər dağılıb və itirilmiş torpaqların tələb edilməsi üçün əlverişli geosiyasi vəziyyət yaranıb. Estoniya ilə yanaşı Finlandiyada da İkinci Dünya müharibəsi nəticəsində itirilmiş ərazilərin geri qaytarılmasını tələb edən çağrışlar güclənib. Finlandiya Rusiyaya qarşı ərazi iddiası olmadığını keçmişdə dəfələrlə bildirsə də, Rusiyanın Ukraynada üzləşdiyi uğursuzluq Finlandiya cəmiyyətində itirilmiş torpaqlarla bağlı mövqeyi dəyişməkdədir. Söhbət, 10 fevral 1947-ci il tarixli Sovet-Fin sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə daxil edilən Qərbi Kareliyadan gedir. Son zamanlara kimi bu torpaqların Finlandiyaya qaytarılası qeyri-real görünürdü. Ona görə də Finlandiyada “Şərq torpaqları” məsələsi aktual deyildi. Ancaq Ukraynada üzləşdiyi hərbi-siaysi uğursuzluqdan sonra Rusiyanın dekolonizasiyasının gündəmə gəlməsi Finlandiyada itirilmiş torpaqları geri qaytarmaq üçün tarixi şəraitin yarandığı qəanətini yaradıb. Bu qənaəti gücləndirən digər məqam Kareliyada anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsidir. Vəziyyət elə həddə çatıb ki, Rusiya xüsusi xidmət orqanları Kareliyada separatçı əhval-ruhiyyənin gücləndiyi haqqında həyəcan təbili çalırlar. Kareliyanın müstəqilliyi uğrunda mübarizə aparan Kareliya Milli Hərəkatı Leninqrad vilayətinin bir hissəsinə iddialıdır.  Estoniya və Finlandiaya ilə yanaşı Litvada da Rusiya qarşı ərazi iddialrı səslənir. Litva parlamentinin deputatı Matas Maldeykis 1634-cü ildə bağlanmış Polyanovski sülh müqaviləsini ləğv etməyi və həmin sazişə əsasən Moskvaya verilən ərazilərin Rusiyadan geri tələb edilməsini təklif edib. Deputat Matas Maldeykis parlamentdə səsləndirdiyi bu təklifi ilə bağlı sosial şəbəkdə paylaşımını bu sözlərlə bitirib: “Smolensk Litvadır!” Rusiya parçalanacağı halda ən böyük ərazi iddiası olan ölkələr isə Qərbdə deyi, Şərqdədir. Çin Xalq Respublikası yaradıldıqdan dərhal sonra Pekin Moskvadan tarixi torpaqlarını tələb etməyə başlayıb. Çinin ilk kommunist lideri Mao Tszedun 1949-cu ildə Moskvaya səfəri zamanı Sovet İttifaqının rəhbərliyi ilə apardığı danışıqlarda tarixi torpaqların Çinə qaytarılmasını müzakirə etmiş, ancaq rədd cavabı almışdı. Həmin zamandan başlayaraq Çində tarixi torpaqlarla bağlı müzakirə səngimir. Çinin iddia etdiyi ərazilər isə 500 min kvadrat kilometdən iki milyon kavdrat kilometrə qədərdir. Çin dövlət başçısı Si Cinpin 2014-cü ildə Berlinə səfəri edərkən o zaman Almaniyanın kansleri olan Angela Merkelin hörmətli qonağa çox diqqət çəkən bir xəritə hədiyyə etmişdi. Bu, 1735-ci ildə Almaniyada tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi” idi. Həmin xəritədə Rusiyanın indiki əraziləri olan Uzaq Şərq, Tıva, Amur, Sibir və Cənubi Çin dənizi bütün adaları ilə birlikdə Çin dövlətinin sərhədləri daxilindədir. Angela Merkelinin bu hədiyyəsi ilə bağlı Çin mətbuatında o zaman belə yazırdılar: “Bu, dərin məna daşıyan qiymətli hədiyyədir! Bu xəritədə ehtiyacımız olan hər şey var”. Çinin sosial şəbəkələrində isə çinlilər fikirlərini daha açıq ifadə edərək belə yazırdılar: “Rəhbərlərimiz bu xəritəyə diqqətlə baxsınlar və indiki ilə müqayisə etsinlər. Ölkəmiz nə qədər kiçildi! Onlar bundan utanmırlarmı?” Rusiyanın Ukraynaya qarşı müharibəsinin il dönümü ərəfəsində, bu ilin fevralında Çinin Təbii Sərvətlər Nazirliyi çox maraqlı bir addım ataraq Rusiyanın Uzaq Şərqdəki şəhərlərinin və ərazilərinin adlarını dəyişdi. Belə ki, həmin şəhər və ərazilərin rus adlarının yerinə Çin adların işlənməsinə qərar verildi. Həmin qərardan sonra Vladivostok yenidən Hayşenvay, Xabarovsk Boli, Saxalin adası Kuedao, Ussuriysk Şuançenzi, Blaqoveşensk Hailanpao, Nerçinsk Nibuçu, Nikolaevsk-na-Amure Miaojie, Stanovoy dağ silsiləsi Vaixing Anlinq adlanır. Bu hadisə Çinin Rusiyaya rəsmən ərazi iddiası irəli sürməsi olmasa da, prosesin başlanğacıdır.  Çinlə yanaşı Monqolustanda da Rusiyanın böyük ərazilərinə iddialar bar. Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorjdan Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən tuvanlara, buryatlara və kalmıklara yönəlik ingilis dilində etdiyi müraciətdə buryat monqolları, tuva monqolları və kalmık monqolları ifadələri işlətmişdi. Aydın görünür ki, 2009-2017-ci illər arasında Monqolustana rəhbərlik etmiş Saxiaqiyn Elbeqdorjdan Buryatiya, Tıva və Kalmukiyanın əhalsiini monqol hesab edir. Ulan Batorda bu üç respubliaknın Rusiyadan ayrılaraq Monqolustana birləşməsinin və ya müstəqil dövlət kimi fəaliyyət göstərməsinin tərəfdarları da artmaqdadır. Monqolustanda belə fikirlər güclənir ki, Ukraynanın qələbəsi bu istəyi gerçəkləşdirə bilər. Keçmiş prezident Saxiaqiyn Elbeqdorjdanın Rusiyanın işğalına qarşı göstərdikləri cəsarətə görə Ukrayna xalqına və prezident Vladimir Zelenskiyə təşəkkür etməsi də bununla bağlıdır.   Rusiyanın Ukraynada məruz qaldığı hərbi-siaysi uğursuzluq Yaponiyanın da Kuril adaları ilə bağlı mövqeyində dəyişikliyə səbəb olub. Yaponiya hakimiyyəti 2018-ci ildən bəri ilk dəfə olaraq Kuril adaları ilə bağlı “qanunsuz işğal” anlayışını dövriyəyə qaytardı. Yaponiyada “Şimal torpaqları” adlandırılan Kuril adaları ilə bağlı keçiriən ənənəvi mitinqin yekun bəyanatının mətnində deyilir ki, “Dörd şimal adasının Sovet İttifaqı tərəfindən qeyri-qanuni işğal edilməsi və bu gün də belə qalması qəbuledilməzdir”. Qeyd edək ki, İturup, Kunaşir, Şikotan və Xabomai adaları 1945-ci ildə sovet qoşunları tərəfindən işğal edilib. Sovet İttifaqı və onun varisi Rusiya bu adaları Yaponiya qaytarmaqdan imtina etdiyi Moskva ilə Tokio arasında bu günə kimi sülh müqaviləsi imzalanmayıb. Rusiyanın Ukrayna uğursuzluğuan qədər Tokio Kuril adaları ilə bağlı sərt mövqe tutmaqdan çəkinirdisə, indi artıq vəziyyət kəskin şəkildə dəyişib. Yaponiyada Kuril adalarının geri qaytaracağına əminlik artıb.  Rusiya əsarətindəki xalqların öz müqəddəratını təyin etmə hüququnun tanınması, eləcə Finlandiyadan Yaponiyaya kimi çox geniş çoğrafiayada yerləşən dövlətlər tərəfindən Rusiyaya qarşı ərazi iddialarının irəli sürülməsi Moskvanın əsarəti altında olan qədim Azərbaycan torpaqlarının da azad olacağı ehtimalını kəskin artırır. Təəssüf ki, Azərbaycanda bununla bağlı təşəbbüslər yoxdur. Halbuki, Rusiyanın parçalama ehtimalının əksər araşdırmaçıları Rusiyanın parçalanmasında Azərbaycan faktorunu hökmən qeyd edirlər. “Parçalanma: Rusiyanın dağılmasına hazırlaşmağın vaxtıdır” başlıqlı məqalənin müəllifi, Monrealdakı iki ingilis dilli universitetdən biri olan Concordia Universitetinin dosenti Julian Spenser-Çörçill məqalədə Qafqazın gələcəyindən bəhs edəndə Dağıstanda əhəmiyyətli dərəcədə azərbaycanlıların yaşadığını qeyd edir və bu amilin etnik münaqişəyə səbəb ola biləcəyini yazır. Çox yaxın gələcəkdə Qafqazda etnik münaqişələrlə üzləşməmək, eyni zamanda Dağıstanda yaşayan soydaşlarımızı taleyin ümidinə buraxmamaq və Dərbənd başda olmaqla qədim torpaqlarımızın ana vətənlə birləşməsini təmin etmək üçün Şimal torpaqlarımızla bağlı iddiamızı hər bir platformada irəli sürməliyik.  Rusiyanın parçalanacağı halda Ukraynanın bu çoğrafiyada əsas söz sahiblərindən biri olacağı Şimal Qafqazda münaqişələri önləmək, Dərbənd başda olmaqla Şimal torpaqlarımızın azad edilməsində çox böyük imkanlar yarada bilər. Ukrayna parlamentində Rusiyanın əsarət altına alınmış xalqları üzrə komissiyanın yaradılması və fəaliyyətə başlaması Kiyevin bu prosesə həssas və ciddi yanaşdığını göstərir. Məşhur Stratfor özəl kəşfiyyat şirkətinin analitikləri hesab edirlər ki, Rusiya Sovet İttifaqının 1990-cı illərdəki taleyini yaşayacaq. Stratforun analitikləri də Julian Spenser-Çörçill kimi Qərbi Rusiyanın dağılması prosesinə hazır olmağa çağırırlar.  Bütün bu çağrışlar ilk öncə bizi, bu çoğrafiayada yaratdığı ən qədim şəhər Dərbənd Rusiya işğalında olan Azərbaycan xalqının oyatmalıdır. Xaqani Cəfərli, politoloq 

Bu gün Müxalifət qəzetinin baş redaktoru Rövşən Kəbirlinin doğum günüdür

Bu gün müasir Azərbaycan mətbuatının işıqlı imzalarından biri Rövşən Kəbirlininin ( Rövşən Ələsgər oğlu Mahmudov) doğum günüdür. Həsən bəy Zərdabinin ölməz izində kim var sualı versək ?  Rahatlıqla nümunə kimi adını çəkəcəyimiz imzalardan biri Rövşən bəydir.  Rövşən bəy 1961-ci il 29 avqust tarixində Ağcəbədi rayonunda anadan olmuşdur. Orta məktəbi 8-ci sinfinə qədər Mehrablı kənd məktəbində, 9-10-cu sinfləri isə Örənqala orta məktəbində oxumuş və 1977-ci ildə bitirmişdir. Bir neçə cəhddən sonra 1983-ci ildə Xankənd Pedaqoji İnstitutunun Tarix fakultəsinə daxil olmuş, 1987-ci ildə oranı Qırmızı diplomla bitirmişdir.  Əmək fəaliyyətini 1987-1989 illərdə Beyləqan rayon Kəbirli kəndində müəllim kimi davam etmişdir. 1991-ci ildən jurnalistikayla məşqul olub: "Muxalifət" qəzitində müxbir, şöbə redaktoru, baş redaktorun müavini, nəhayət 2003-ci ildən bu günə qədər baş redakor vəzifələrində çalışır.  Azərbaycanın ilk müstəqil parlament qəzeti sayılan "Müxalifət" qəzetində, onun ölümsüz baş redaktoru, təsisçisi Ağamalı Sadiq Əfəndi ilə birgə çalışmaq onun həyatının ən dəyərli anlarından birinə çevrilib. Ağamalı Sadiq Əfəndini daha dərindən tanımağımda onun əməyi böyükdür. Rövşən bəyə ilk öncə can sağlığı və mətbu həyatında uğurlar arzu edirik ! Ceyhun Nəbi 

Şəfiqə xanım Qaspıralının 1971-ci ildə İstanbuldan Gəncəyə göndərdiyi foto

Fotonun arxa hissəsində "Oğlum Envere sevgilerle - Şefika 24-12.1971" qeyd olunub.  Foto Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin böyük qardaşı Həmid bəy Yusifbəylinin yeganə övladı Ənvər Yusifova göndərilib. Şəfiqə xanım və övladları Azərbaycanı tərk edəndə Ənvər çox balaca uşaq idi. Fotodakı balaca uşaq odur. Ceyhun Nəbi

Priqojin öldürüldü? - Təyyarəsinin vurulduğu bildirilir

Bir az əvvəl Yevgeni Priqojinə məxsus "Embraer Legacy" təyyarəsi qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli özünün Feysbuk səhifəsində yazıb.  "Tver vilayəti ərazisində yerə çırpılaraq yanan təyyarədə 7 sərnişin və 3 ekipaj üzvü ölüb. Sərnişinlərin siyahısında Y. Priqojinin adının olduğunu yazan Şahin Cəfərli, "Vaqner"ə yaxın "Telegram" kanalı təyyarənin raketlə vurulduğunu təsdiq etdiyini də qeyd edib. 

“Azərpoçt” bələdiyyə hesabları ilə bağlı məsələyə münasibət bildirdi

Sozcu.az saytında yayımlanan: Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL - başlıqlı xəbərə,  “Azərpoçt” MMC münasibət bildirib.  Həmin münasibəti olduğu kimi təqdim edirik:  Astara Poçt Filialının bağlanması və həmin regionda yerləşən bələdiyyələrin hesablarının statusu ilə bağlı bildirək ki, sözügedən filialın ləğv edilməsinə baxmayaraq, həmin filialda olan heç bir bələdiyyənin hesabı bağlanmayıb, hamısı aktiv saxlanılıb. Həmin hesablar hazırda Lənkəran Regional Poçt Filialına köçürülür. Bununla yanaşı, köhnə hesablar da aktiv saxlanılır ki, bələdiyyələrin ödəniş prosesində hansısa problem yaranmasın. Bu hesabların aktiv olduğunu, hətta əməliyyatların aparıldığını da “Azərpoçt”un daxili izləmə sistemində görmək mümkündür. Həmçinin yeni əməkhaqqı kartlarının ödənişli olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və onlar tamamilə ödənişsiz şəkildə təqdim olunub Bir daha xatırladırıq ki, “Azərpoçt”un regionlaşma və optimallaşma prosesləri ilə əlaqədar bütün addımlar müvafiq qaydalar və tələblər əsasında aparılır. Media nümayəndələrini “Azərpoçt” MMC-nin nüfuzunu əsassız şəkildə zədələyə biləcək məlumatları yaymamağa dəvət edirik.

Azərbaycan səhiyyəsi: Müasir tariximizin qara səhifəsi

Tanınmış jurnalist Sevinc Vaqifqızı Azərbaycanın bərbad səhiyyəsi haqqında ürək dağlayan hadisə paylaşıb.  Sozcu.az həmin yazını təqdim edir:  Səhiyyə sisteminin girov saxlanılan xəstələri  Atamın halı pisləşəndə Şəkidə idik. Dəhlizdən keçəndə nəfəs alarkən xırıldadığını eşitdim və otağına keçəndə dedi, "deyəsən şəkərim qalxıb". Təcili yardıma zəng etdim ki, maşın göndərsinlər, atam şəkərinin qalxmağından şübhələnir. Dedilər ki, bizdə şəkər aparatı yoxdur. "Maşın göndərsək, çox gec olacaq. Elə oradan taksi tapıb özünüz xəstəxanaya gətirin".  Atamın ürəyində problem yarandığından şübhələndim. Taksinin arxa oturacağına uzatdım ki, infarkt keçiribsə, tərpənməməlidir. Şəkidə tikilən yeni klinikaya apardıq. Nəfəs darlığı var, saturasiyası 81 olub, amma növbətçi həkimlər yerindən tərpənmir. Muzeydə eksponata baxan kimi oturub xəstəyə baxırlar.  "Vəziyyəti ağırdır, bəlkə bir tədbir görəsiniz" deyirəm, heç kim yerindən qalxmır. Axırda rentgenə apardılar, məlum oldu ki, aparatları işləmir. Dedilər, 20 dəqiqə sonra gəlin. Baş həkimin yanına qalxdım. O da aşağı, təcili yardıma zəng edib dedi ki, "elə eləyəcəksiniz axırda təcili yardımı bağlayacam. Xəstənin yiyəsi niyə yuxarı qalxıb mənə şikayət etməlidir? Niyə xəstəyə baxmırsınız? Orada kimin növbəsidir? (Kiminsə adı çəkilir) Həə, aydındır, deyirəm axı, hər şey onun növbəsində olur". Telefonu yerə qoyandan sonra əlini boğazına aparıb,"bura qədər yığılmışam"-deyir. Elə bil işini bilməyən əməkdaşlarını işdən çıxarmaq onun səlahiyyətlərinə aid deyil.  Baş həkim dedi, "arxayın olun, düşün aşağı nə lazımdır edəcəklər". Atamı yenidən rentgen müayinəsinə apardılar. Məlum oldu ki, ikitərəfli pnevmaniyadır. Ürəyinin kardioqrammasın çıxardılar. Həkim baxıb dedi ki, "ürəyi qızılgül kimidir, heç nəyi yoxdur". Daha sonra öyrənəcəkdim ki, həkimin "qızılgül kimidir" dediyi vaxt əslində atam infarkt keçiribmiş.  Atamı burada saxlaya bilməzdik, Bakıya aparmağa qərar verdik. Şəkidəki xəstəxanadan dedilər ki, bizim təcili yardım maşınlarında olan oksigen aparatı 1-2 saatlıqdır, uzun yol üçün nəzərdə tutulmayıb. Məcbur qalıb ən yaxında olan Mingəçevirdən təcili yardım maşını çağırdıq. Atamı Baku Medical Plazanın Babək filialına gətirib çıxardıq. Burada xəstənin və xəstəxananın hüquq, öhdəlikləri ilə bağlı sənədləri imzalayandan sonra üçüncü bir sənəd gəldi. Orada yazılmışdı ki, "xəstəxanamızın xidmətlərindən narazı qaldığınız halda bunu heç bir sosial şəbəkə hesabında, KİV-də paylaşmayacaqsınız". Buna etiraz edib imzalamadım. Xəstəxananın rəhbərliyindən bir şəxs gəldi və soruşdu ki, niyə həmin sənədə qol çəkməmişəm. Bildirdim ki, bu, mənim ifadə azadlığıma müdaxilədir və heç kim mənə şikayətçi olduğum halda bunu bildirməyi qadağan edə bilməz. Üstəlik də bu, Konstitusiyaya ziddir. Rəhbər şəxs razılaşmadı və bildirdi ki, bu sənədi onların hüquqşünasları tərtib edib. Mən yenə imzalamayacağımı dedim, o da işçilərinə "gereyi nedirse, yapın" deyib, getdi. Daha sonra öyrəndim ki, atamı bu sənədi imzalamadığıma görə xəstəxanadan çıxarmaq istəyirmiş, amma ağıllı adamlarından birinin məsələyə qarışmasından sonra bunu etməyib.  Atam 13 gün bu xəstəxanada yatılı müalicə aldı. Ciyərinə yığılan suyun ürəyindən qaynaqlandığını dedilər. Mərkəzi Klinikada tanıdığımız kardioloqun müayinəsinə apardıq. İlk dəfə burada icbari sığorta xidmətindən istifadə edə bildik. Baku Medical Plazanın İcbari Tibbi Sığorta ilə müqaviləsi olmadığına görə heç bir güzəştdən istifadə etmək mümkün deyildi, üstəlik də xəstəxananın günlük xərcləri fantastik idi. Ürəyinin müayinəsindən sonra həkimlər ümidsiz idi. Nəzarətsiz şəkəri damarlarını tıxamışdı. Nə stend qoyulmalı, nə də açıq ürək əməliyyatına salınacaq vəziyyətdə idi. Bir ümid vardı ki, özünü toparlasın, daha sonra MRT vasitəsilə sağlam toxuma tapılsa, ürək əməliyyatına girsin.   Məsləhət gördülər ki, atam Yeni Klinikada 4-5 gün yatılı müalicə alsın və daha sonra MRT edilsin. Yeni Klinikaya gedəndə anamgilə deyiblər ki, reanimasiyada yer yoxdur. Çətinliklə nəfəs alan atama da qol çəkdiriblər ki, öz xoşu ilə burada müalicə almaqdan imtina edir.  Mərkəzi Klinikada çalışan həkimi məsləhət gördü ki, onun tanıdığı həkim 5 nömrəli xəstəxanada çalışır və atamı ona etibar edə bilərik. Yeni Klinika atamı yerləşdirməkdən imtina etdi deyə evə gətirdik. Buradan təcili yardımla 5 nömrəli xəstəxanaya aparılması üçün 103-ə zəng elədim. 45 dəqiqə ərzində heç kim gəlmədi. Operator deyirdi ki, bütün həkimlərimiz çağırışdadır, ona görə gözləyək. Hər dəfə zəng edəndə "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir, xahiş edirəm, nəzərə alın" deyirdim. O da "narahat olmayın, həkimlər gələn kimi göndərəcəyik" deyirdilər. Qohumlarımızdan iki nəfər "təcili yardım elə yaxınlıqdadır" deyib əraziyə getdilər. Gedib görüblər ki, otaqdan həkimlər çıxır, qapıda da 3 təcili yardım maşını var. Aydın olur ki, həkimlər çağırışda deyil, otaqlarında dincəlirmiş. Amma mən hər dəfə telefonda onlara deyirdim ki, "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir".  Nəticədə təcili yardım özü gəlməkdən, qohumlarımız onları götürüb gəldi. 44 dərəcə isti və təcili yardımda havalandırma sistemi yoxdur. Qan-tər içində 5 nömrəli xəstəxanaya çatdıq. Elə ayağımızı liftə atan kimi məlum oldu ki, lifti hərəkətə gətirmək üçün açarlar ancaq həkimlərdədir və yuxarı qalxmaq üçün onlara 1 manat vermək lazımdır. Atamı reanimasiyaya yerləşdirdik və öz həkimlərinin yazdığı reseptləri, dərmanları da onlara verdik ki, bu dərmanları vaxtlı vaxtında ona versinlər. Növbəti gün anam atamı görməyə gələndə görüb ki, əyni-başı su içində, kondinsioneri söndürüblər və 44 dərəcə istidə bir neçə nəfərlik otaqda nəfəs darlığı yaşayır. Həmin gün üçün təyin olunan dərmanlarını da verməyiblər. Gəlib atamı xəstəxanadan çıxarmaq istəyəndə qarşıma bir sənəd qoydular. Öz xoşumla xəstəni xəstəxanadan çıxardığımı yazdım. Şikayətim nədəndir hissəsinə, "həkimlərdən şikayətim var" qeydini qoydum. Həkim etiraz etdi ki, əgər bu yazdığım şikayəti dəyişməsəm, xəstəni xəstəxanadan çıxara bilmərəm. Mən də dedim, dünən həkim bacımdan rüşvət istəyib, nəfəs darlığı yaşayan, ikitərəfli pnevmaniyası olan adamın əyni su içində, paltarı dəyişdirilməyib, dərmanları verilməyib, həkimlərdən niyə razı qalmalıyam? İsrar etdi ki, "şəraitdən narazıyam, həkimlərdən yox" yazım, yoxsa xəstəni buradan çıxara bilmərəm. Mən də dedim ki, xəstəni çıxarıram, kimin hünəri var, qarşıma çıxıb desin ki, çıxara bilməzsən. Atamı xəstəxanadan çıxardım və Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirdik. 17 günlük mücadiləsindən sonra atamın ürəyi dayandı. Amma 5 nömrəli xəstəxananın həkimləri hələ də tanıdığımız bir həkim vasitəsilə bizə söz göndərirlər ki, "ona deyin, gəlsin şikayətini geri götürsün".  5 nömrəli xəstəxanada anamdan 20 manat istəyən həkimə o, 50 manat vermişdi. Demişdi ki, "siz bilsəniz ki, mənim yoldaşım necə gözəl insandır, qoymazsınız ona nəsə olsun". Amma dəyəri pul olan həkim üçün bu sözlər heç nəyi ifadə etmirdi.

“Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL

“Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL  Azərpoçt” ASC-nin apardığı regional idarəetmə siyasəti nəticəsində ASC-nin Astara filialı bağlandı. Bizə bildirdilər ki, Lənkəran filalında bələdiyyələrin yeni hesabı açılmalıdır. Baxmayaraq ki, bələdiyyələrin bütün məlumatları Astara filalında var idi,  1-ci əsrdə bu hesabları Lənkəran filalına keçirmək üçün bir neçə dəqiqə kifayət idi. Amma “Azərpoçt” bunu etmədi. Hesab açmaq üçün Dövlət Vergi Xidmətindən "şəhadətnamə dublikat" almaq üçün müraciət etmək lazım idi. Əksər bələdiyyələrin DSMF və vergi borcu olduğu üçün Dövlət Vergi Xidmətindən "şəhadatnamə dublikat" üçün müraciət etmək mümkün olmayıb. Lakin Dövlət Vergi Xidmətinə məktubla müraciət etdik. Sağ olsunlar , vergi borclarını ödəmədən bələdiyyələrə bu imkan verildi. Yeni hesabları açdıq. İndi 3 aydan çox vaxt üstündən keçməsinə rəğmən “Azərpoçt”un Lənkəran filalı hesabımızı aktiv edə bilmir. 4 aydan artıqdır ki, biz bələdiyyə olaraq "Azərpoçt"un yarıtmazlığı ucbatından hesablarımızdan heç bir əməliyyat apara bilmirik.   Həm də hesabdan əlavə keçmiş əmək haqqı kartları da ləğv olunur. Yeni əmək haqqı kartı da əlavə ödəniş tələb edir. “Azərpoçt” qazansın deyə, bu gün Astaranı 15 bələdiyyəsi iflic vəziyyətə düşüb.  Bugün düyünə düşmüş bu məsələnin həllinə çalışmaq lazımdır. Rüfət Əliyev Astara rayonu Homoşam bələdiyyəsinin sədri  P.S. Məsələ ilə əlaqədar Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarına və “Bələdiyyələrin onlayn xidmət” mərkəzinə müraciət etdik. Qurumlardan bildirdilər ki, məsələdən məlumatlıdırlar və bununla bağlı “Azərpoçt”un rəhbərliyi ilə əlaqə saxlanılıb. “Azərpoçt rəhbərliyi tərəfindən məsələnin tezliklə bələdiyyələr üçün “itkisiz” həll ediləcəyi bildirilib.

Bu gün Maestro Niyazinin anadan olmasının 111-ci ili tamam olur

Görkəmli Azərbaycan drijoru Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində anadan olub.  Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirir. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alır. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib. Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-də "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1951–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbulOpera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almaz", S.Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almaz", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Niyazi Azərbaycan dirijorluq məktəbinin banisidir. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934–35-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini — "Rast" və "Şur"u nota köçürür. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayev (bəstəkar)in "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə ən məşhur əsərini — "Rast" simfonik muğamını yazır. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru və Azərbaycan Dövlət Filarmoniyasının direktoru olmuşdur.  2 avqust 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.  Məzarı Bakıda Fəxri Xiyabandadır.  Sözcü.az

Gəncə şəhərində təhlükəli vəziyyət yaradan elektrik naqili

Gəncə şəhəri Ordubadi küçəsində qırılıb yerə düşmüş elektrik naqili təhlükəli vəziyyət yaradır. Küçə sakinləri İdarəyə, onun rəhbərliyinə zəng etsədə telefona cavab verən olmayıb. Sakinlər məcburiyyətdən problemin həllini ictimailəşdirməkdə görüblər: Ceyhun Nəbi

Şəmkirdə təhlükəli vəziyyət yaradan elektrik transfarmatoru

Şəmkir rayonu Çinarlı qəsəbəsi Məhəmməd Füzuli və şəhid Murad Xəlilov küçələrinin kəsişməsində elektrik transfarmatoru təhlükəli vəziyyət yaradır. Küçə sakinlərindən biri tərəfindən çəkilmiş videodan görünür ki, elektrik naqillərinin üstü açıqdır və bu təhlükə mənbəyidir. Aidiyyatı qurumları diqqət ayırmağa dəvət edirik ! Sözcü.az

Şəmkirdə şəhid anası vəfat etdi

Bu gün səhər saatlarında şəhid Orucov İsə Razim oğlunun anası Naibə xanım Orucova vəfat edib. Günorta saatlarında şəhid anası yaşadıqları Seyfəli kəndində torpağa tapşırılıb.  Qeyd edək ki, şəhidimiz Orucov İsə Razim oğlu Suqovuşanın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 27 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.  Hər ikisinin ruhu şad olsun ! Sözcü.az

"Rusiya dağılacaq" - Politoloq

Azərbaycan üçün dörd həyati əhəmiyyəti bölgədən biri olan Şimali Qafqazda son zamanlar ciddi hadisələr baş verir. Elektrik enerjisinin fasilələrlə verilməsinə, suyun olmamasına və ən nəhayət bahalığa etirazlar ağır qəzalarla müşaiyyət olunur. Böyük təlafata səbəb olan qəzalar təsadüfi deyil, məntiqi hadisələrdir. Dövlətin çöküşü ərəfəsində bir qayda olaraq infrastruktur dağılmağa başlayır. Proseslərin pisləşən xəttlə davam edəcəyini nəzərə almaq lazımdır. Əks halda bir neçə aydan sonra sürprizlə qarşılaşa bilərik. Rusiyanın mövcudluğunu qoruyacağına inanmaq böyük səhv olar. Heç bir möcüzə olmayacaq və çökməkdə olan imperiya hökmən dağılacaq.  Çünki ətalət qanunu ilə hərəkət edən cəmiyyətlər müəyyən zamandan sonra hadisələrin xüsusiyyətlərinin pisləşməsi nəticəsində deqredasiya mərhələsinə daxil olur. Uzun zaman böyük imperiyadan miras qalan ətalətlə hərəkət edən Rusiya bir müddətdir ki, deqredasiya mərhələsinə daxil olub. Ətalət mərhələsi on illər çəksə də, deqredasiya mərhələsi bir qayda olaraq qısa, bir neçə il çəkir. Hətta kənar müdaxilələrin təsirləri ilə bir neçə aya da yekunlaşa bilər. Təbiətdə olduğu kimi cəmiyyətdə proses eyni ardıcılıqla və məntiqlə davam edir. Qurumuş ağacın çürüməsi uzun müddətli, çürümüş ağacın aşması qısa zaman işidir. Güclü külək və ya yağış çürümüş ağacı vaxtından öncə aşıracaq. Cəmiyyətlərin də cürüməsi uzun müddət çəkdiyi halda, çürümüş cəmiyyətin dağılması qısa zaman işidir. Rusiyanın Ukraynada üzləşdiyi hərbi məğlubiyyət çürümüş ağacı aşırmaq üzrədir. Xəqani Cəfərli, siyasi şərhçi 

Ölüm sahibi sənsən

Məndə itib gecə, gündüz, Səbəbkarı özünsən. Yuxu gəlmir gözlərimə,  Bunun sahibi sənsən. ******************  Sən canımda ağrı, acı, Dilimdə ah-naləsən. Gözlərimi parıldadan  Suyun sahibi sənsən. ******************* Havam, suyum sən deyildin?  İndi ağır nəfəssən. Su içirəm, acı dadır, Dadın sahibi sənsən. ****************** Mən varam, mən yaşamıram,  Mən ağlar, sən gülürsən. Həyat eşqim çoxdan ölüb, Ölüm sahibi sənsən. ****************** Səni Tanrım qədər sevdim, Cəzası nə, bilirsən? Cəhənnəmə yol gedirəm, Yolun sahibi sənsən. ********************* Gah sevgimsən, gah nifrətim, Gah mələk, gah iblissən. Bu şeirim sənin üçün,  Təbin sahibi sənsən ********************   Müəllif: Şahin İsmayıl

Başkənd uğrunda savaş( 1992-ci il avqust) - Dilqəm Əliyev yazır( 5-ci hissə)

Mutudərə döyüşü həqiqətən Gədəbəy uğrunda gedən döyüşlərin ən ağırı oldu. Birdən sul verilər ki,Dilqəm yazırsan ki,dayanmadan atəş açırdıq yazırsan. Bəs bu qədər mərmini, gülləni haradan alırdın? Cavabı çox sadədir : Gədəbəydə fövqaladə səlahiyyətli Səxavəddin Nəsibli adlı Gədəbəyli ziyalı şəxs var idi. Yəqin ki, Gədəbəylilər onu yaxşı tanıyarlar. Həmin Səxavəddin müəllim 4(Dörd) maşın sursatı vaxtında bizə çatdırdı. Əgər o sursatlar vaxtında olmasaydı,Gədəbəy də bəlkə qaçqın həyatı yaşayardı. Biz 07.08.1992-ci il tarixdə tərpənən nə varsa hamısını vurduq. Varlığa nə darlıq. PDM-lərin topları od kimi qızmışdı. İsgəndər və Sahib də dayanmadan çayın sahilindəki evlərdə gizlənən erməniləri QRAD atəşi ilə məhv edirdilər.Belə ki, ermənilər mülki evlərə doluşub bizə atəş açırdılar. Yuxarıda qeyd etdiyim kimi həm Krasnoselskidən gələn erməni və ruslar,həm də Başkənddən çıxan ermənilər Mutudərədə öz hərbçilərinə qoşularaq bizə qarşı döyüşürdülər. Həmin döyüşdə mənim ən çox çəkindiyim texnika PDM-2 idi. Belə ki,mən Ukraynada xidmət edəndə məhz PDM-2 rotasında xidmət etdiyimdən onun nəyə qadir oduğuna mükəmməl bələd idim. Bacarıqlı əllərdə PDM-2 sürətli,dəqiq,uzaq məsafəyə atışlarına görə tək başına çox işin öhdəsindən layiqincə gəlir. Bir sözlə PDM-1-in PDM-2-yə qarşı şansı həddən artıq azdır. Ona görə də Əfqanıstan müharibəsində Sovet qoşunları PDM-1-ləri PDM-2 ilə əvəzlədilər. Burada da eyni şey idi... Burada ermənilər PDM-2-dən atış edəndə açıq mövqeyə çıxır,10--15 saniyə gözləyir və sonra atırdılar.Bu onların böyük səhvi idi. Mən Ali Hərbi məktəbdə oxuyanda Atəş hazırlığı müəllimimiz Mayor Nikel bizə sual verən kimi fikirləşməyə vaxt vermədən bizdən cavabı dərhal tələb edirdi. Bizlərin narazılığına cavabı çox sadə idi: Yodaş Kursantlar, mən sizə istədiyiniz qədər vaxt verə bilərəm və siz bütün suallara cavab verə bilərsiniz. Amma döyüşdə DÜŞMƏN sizə bu VAXTI VERƏCƏKMİ? İndi ona nə qədər minnətdar idim,bunu tək ALLAH bilir. Odur ki,açıq mövqeyə çıxıb PDM-2 nin çıxışını gözlədim. Burada hər şeyi mənim onu birinci atəşlə vurub vurmayacağım həll edirdi. Yox əgər vura bilməsəm bu hər şeyin sonu oilacaqdı. O,görünər-görünməz mən atəş açdım. Mərmi qüllə və korpusun birləşdiyi yerdən dəydi. PDM-2-nin qülləsi sıradan çıxdı. O,artıq döyüşə tam yararsız hala düşdü və döyüş müydanınıl tərk etdərək getdi... Arada imkan tapıb 37 mm-lik topu da sıradan çıxarda bildim... Gecə saat 22.30 radələrində bizim sursatımız tükəndi. Bu zaman qaranlıq yerdən mənə qarşı alov çıxdığını gördüm və mən də dərhal həmin yerə atəş açdım. Qumbaraatan mərmisi PDM-in altında partladı.Mənim atdığım mərmi isə ermənilərin gizləndiyi yerə dəydi. 4--5 nəfər məşələ dönmüş adamın necə qamasını bir neçə saniyə müşahidə etdim. Onlar bir az qaçaraq yerə yıxıldılar(yandılar).Axmaqlar yanacaq çəninin arxasında gizləniblərmiş. Düşmən yavaş--yavaş irəliləməyə başladı. Mən artıq ancaq insan komuna atəş açırdım. Qrad da atəşi dayandırdı. Digər PDM-də olan Paşa gecə cihazından istifadə edə bilmədiyindən vəziyyət lap pisləşdi. Bu zaman əsgərlərdən biri:   -- Komandir ora bax,nə gəlir? Dedi.  Mən həmin yerə baxdım. Atəşin səngidiyini görən ermənilər irəlidə PDM-lər lə kəndin içinə doğru gəlirdilər. Mən məcburən GERİ ÇƏKİLİN əmrini vermək istəyirdim.Lakin bu zaman bir neçə əsgərin qucaqlarında PDM mərmiləri gətirdiklərini gördüm. Dayanmadan Qəlıpəli və ya Kumulyativ mərmi demədən,hansını verdilərsə onu da ermənilərə atdım. Düşmən yaxında olduğundan mərmilər hamısı hədəfə dəydi. Biz öz yerimizdə qaldıq. Həmin mərmiləri 861 saylı alayın sursat anbarı rəisi gizir Balayev Mübariz bizə çatdırdı. Yerimizdə qalmağımıza baxmayaraq vəziyyət son dərəcə gərgin idi. Bu zaman gecənin qaranlığını Qasımağalı tərəfdən gələn Tank səsi bürüdü. Bu nədir? Mühasirədir,yoxsa nə??? Hər ehtimala qarşı PDM-in topunu səs gələn yerə çevirdim... Gələnlər QAZAX TANKçıları idilər. Onların komandiri baş leytenant Salmanov Eldar öz tankçıları ilə vaxtında köməyimizə çatdılar. Tank səsini düşmən də duydu. Gecə səhərə qədər nisbi sakitlik yaşandı. Onu da qeyd edirəm ki, axşam saatlarında mən sol tərəfə baxanda düşmən texnikasının yerini mənə deyən qadının əlində avtomat düşmənə tərəf güllə atdığını gördüm. Belə XALQI HEÇ KİM MƏĞLUB EDƏ BİLMƏZ. Gecə vaxtı isə PDM-in gecə görmə cihazı ilə ermənilərin ay işığında öz meyitlərini maşınlarla yığıb apardıqlarını müşahidə etdim. Onlar bir neçə reys etdilər. Onlar meyitləri üst-üstə yığırdılar... Səhər tezdən saat 08 - 09 radələrində mən PDM-in motoruna yağ tökənə qədər İsgəndər və Paşa QRAD və PDM-lə kəndin içinə doğru hərəkət etdilər. Bu səhv hərəkət idi. Onları hər an vura bilərdilər. Odur ki, işimi yarımçıq qoyub tez onların arxası ilə getdim və zamanında çatdım. Düşmən PDM-i topunu aşağı salıb atışa hazırlaşırdı. Hərəkətdə ikən ona atəş açdım. Mərmi onun üstündən keçdi və PDM geri çəkildi. Geriyə baxdım və Gədəbəyin Kom.Batı Malbaxovun əlində TT markalı tapança ilə piyadaların önündə gəldiyini gördüm, Şəmkirdən olan Dəli Kür Praporşiklər rotası da onunla idi. Əsil real kino sənhəsi idi. Artıq tək deyilik,qələbə ovcumuzdadır...    ARDI VAR... Dilqəm Əliyev 

Başkənd uğrunda savaş(1992-ci il avqust) - Dilqəm Əliyev yazır(4-cü hissə)

... Düşmənin bir topunun azalması məndə rahatlıq hissi yaradırdı. Amma qarşıda çox çətin döyüş bizi gözləyirdi. Belə ki, düşmən hakim yüksəkliklərdə mövqelənib,möhkəmlənmişdi. Mən sizə düşmən hücum edən ana qədər Mutudərəni qoruyası rotanın ixtiyarında olan texnika və silahları təqdim edirəm:  -- Ər Dağında ( 1967 m) 100 mm-lik KS-19 markalı top.  -- Ər Dağının ətəyindəki qəbiristanlığın üstündə 37 mm-lik avtomatik Zenit gəmi topu.  -- 2(iki)ədəd D-44 markalı top.  -- 2(iki)ədəd BTR-70.  -- 1(bir)ədəd DDM-1 (BMD-1).  -- 1(bir)ədəd əldəqayırma NURS qurğusu.  -- 1(bir)ədəd AT-59 markalı texnikanın üstündə 30 mm-lik zenit qurğusu.  Bundan əlavə Gədəbəy batalyonunun komandiri polkovnik leytenant Malbaxov Krasnoselsk--Başkənd yolunun Mutudərədən keçən hissəsində qarışıq mina sahəsi qurdurmuşdu ki,bu da faktiki olaraq oranın düşmən tərəfindən alınmasını mümkünsüz edirdi. Lakin rus hərbçilərinin işə qarışması hər şeyi ermənilərin xeyrinə dəyişdi. Üstəlik də Boz Qurd dəstəsinin komandiri Etibar Əmiraslanovun Kom.Bat Malbaxovu və rota komandiri Bayram Hacıyevi özbaşına həbs edərək naməlum istiqamətə aparması düşmənə son dərəcə güclü kömək oldu...Ermənilər Mutudərəni aldıqdan sonra yuxarıda adı çəkilən texnika və silahların hamısını ələ keçirtdilər və üstəlik ora 1(bir) ədəd T-72 (tank), 1(bir)ədəd PDM-2, 1(bir)ədəd ZQ-23-2, 2(iki)ədəd DM-1 cəlb etdi. Sonra döyüşün gedişatında daha 2 (iki) ədəd PDM-1 onlara köməyə gəldi. Canlı qüvvə isə qarşı tərəfdə saysız hesabsız idi. Belə ki,həm Ermənistanın Krasnoselsk rayonundan köməyə gələnlər, həm də Başkənddən çıxanlar Mutudərədə bizə qarşı döyüşənlərə köməyə gəlirdilər. Çünki biz Mutudərəni alsaydıq Ermənilər tam mühasirəyə düşərdilər. Odur ki,onlar bu strateji mövqeni nə olursa olsun əldə saxlamaq istəyirdilər. İndi qəti hücum ərəfəsi düşmən qüvvələrini sizə təqdim etdim. Mənim isə tabeıiyimdə 2 (iki) ədəd PDM-1 və 1 (ədəd) K-16 tipli QRAD qurğusu var idi. Etibar Əmiraslanovun gətirdiyi 30 mm-lik ZQ-23-2 ümumiyyətlə döyüşdə iştirak etmədi.Canlı qüvvə isə mənimlə gedən 5(beş)nəfər + 15--16 nəfər Hacıyev Bayramın rotasının əsgərləri və 15--20 nəfərlik Boz Qurdun dəstəsi. Yəni haradasa 40 (qırx) nəfərə qədər. Nəzərə alsaq ki,Etibarın dəstəsi heç bir əmrə tabe olmur,öz bildikləri kimi hərəkət edirdilər ( bildikləri də heç nə idi), özünüz təsəvvür edin. 07.08.1992-ci il səhər saat 08--09 radələrində biz artıq öz mövqelərimizdə idik. İsgəndərə tez QRADı döyüşə hazırlamağı tapşırdım. PDM-lər isə tam hazır idilər. Etibara da: Qrad hazır olan kimi, nə qədər ki,ermənilər bizi gözləmir hamımız eyni vaxtı çıxıb düşmən zastavasına qəfil atəş açmalıyıq. Qəfil atəş onları təşvişə salacaq. Hazır ol və gözlə dedim. Lakin o, heç nə demədən əlindəki PKT pulemyotunu götürüb bir təpəyə çıxdı və işıqsaçan güllələrlə düşmə zastavasının təxminə 30 ( otuz) metr hündürlüyündən butöv bir lenti atdı. Ermənilər gözümüzün qabağında zastavadan çıxaraq ətrafa səpələndilər. Bununla da onlara vurmaq istədiyim qəfil zərbə baş tutmadı. Ümumiyyətlə o, bu hərəkəti ilə növbəti təxribatı etdi. Daha gözləmək olmazdı. Sürücü mexanikə PDM-i təpənin üstünə çıxartmağı əmr etdim. Biz təpəyə çıxan kimi düşmən topu,tankı və DDM-1-i eyni zamanda bizə atəş açdılar. Top və tankın mərmiləri üstümüzdən keçərək dağın ətəyinə dəydi. DDMin mərmisi isə bizim PDM-in altında partladı. Mən hər üç texnikanın lülələrindən çıxan alovu gördüm. Bu sıradan mənzərə deyil. Tank atəş açan kimi arxaya çəkildi. Deməli mənim bir neçə dəqiqə vaxtım olacaqdı. Odur ki,ilk atəşi daha sərrast olan DDMə atdım. Atdığım mərmi DDM-in açıq lyukundan içəri düşdü və güclü partlayış oldu. Tank hələ görünmədiyindən mən top istiqamətinə şahmatvari qaydada bir neçə mərmi atdım və növbəti partlayış... Topun arxa tərəfi göyə qalxdı. Deməli topun mərmiləri partladı,top isə yararsız hala düşdü. Daha bir neçə mərmi atdım və növbəti top da döyüşə yararsız oldu. Artıq tankı nisbətən sərbəst qaşılamaq olardı. Üzbə-üz döyüşdə PDM-in tanka qarşı şansı çoz azdır. Lakin tankın zəif yerlərini bilmək hər hərbçinin borcudur. Mən zabitəm. Bu çox şey deməkdir. Tank zastavanın yanından görünən kimi mən atəş açdım və mərmi tankın korpusu və qülləsinin bitişdiyi yerdən dəydi. Tank sıradan çıxdı və mən bir də həmin tankı Mutudərədə görmədim. Sürücü mexanik PDM-i arxaya sürüb dayandı. Çox həyəcanlanmışdı. Elə mən də tamamilə tər içində idim.Piyadalar da bundan ruhlanıb dayanmadan atəş açırdılar. Mən onlardan yalnız bir şeyi xahiş etmişdim -- Çalışın məni gizlindən qumbaraatanla vurmasınlar. Qalan hər şeyin öhdəsindən gələcəyəm. Heç nədən qorxmayın... Onlar da hələlik verdiyim tapşırığın öhdəsindən layiqincə gəlirdilər. Tədricən axşam olurdu. 07.08.1992-ci il saat 18.00 radələri -- Etibar Əmiraslanov öz dəstəsini götürüb Tovuza qayıtdı. Hara gedirsən sualıma--Sabah gələcəyik. İndi istirahətə gedirik dedi. ən sabah daha gəlməyə bilərsiniz.Bizim sizə ehtiyacımız yoxdur.Dedim... Bayaqdan heç olmasa onun adamlarında bir-iki nəfər güllə atırdı. İndi onlar da getdilər və mən 15--20 nəfərlik adamla saysız hesabsız düşmən qarşısında qaldım. Etibar isə növbəti təxribatını törətdi. Hərbidən anlayışı olmayan adamların hərbidə olması yolverilməzdir. Bunu özünəqəsd adlandırmaq olıar... Bu müddət ərzində İsgəndər və Həsənov Sahib QRAD qurğusu ilə,Paşa isə PDM-dən durmadan atırdılar. Onların atdığı atəşlər mənə sərbəstlik verirdi. Ukraynada gördüyüm təlimlər indi işimə çox yarayırdı...  ARDI VAR... Dilqəm Əliyev 

Başkənd uğrunda savaş (1992 avqust) - Dilqəm Əliyev yazır( 3-cü hissə)

Başkəndin Erməni-Daşnak quldurlarından təmizlənməsi əməliyyatına 861 saylı hərbi hissənin komandiri polkovnik leytenant Cahangir Rüstəmov rəhbərlik edirdi... Amma əvvəl yazdığım hadisələrin xronikasını bitirməliyəm.   -- 03--05 avqust 1-ci batalyonun QR kapitan İlham Əliyev öz yoldaşları ilə hər gecə səhərə kimi Başkəndin bütün giriş-çıxış yollarını,düşmən qüvvəsini,texnikasını və s. dəqiqləşdirdi.  -- Əvvəlcədən verilən tapşırığa görə Daşkəsəndən gələn rota taxıllıq istiqamətindən Başkəndə doğru hərəkət etməli idi. Onların bir neçəsinin adını yazıram: baş leytenent Abbasov Elçin, Bagiri Manuçohr, Bagiri Arif, leytenant Qeysər Əliyev...  -- Tovuzun Göyəbaxan kəndi istiqamətindən və Novosaratovkadan Başkəndə hücum edəsi qüvvələrin komandir və zabit heyətinin bir neçəsinin adını qeyd edirəm: kapitan İlham Əliyev - 1-ci batalyonun QR, leytenant Qalib Hüseynov - rota komandiri, Gizir Oruc Mahmudov - rota komandiri, leytenant Əliyar Novruzov - rota komandiri...  Yəni Başkəndə 3(üç) istiqamətdən eyni zamanda hücum olmalı idi. Əlbəttə ki,düşmən bunun qarşısında duruş gətirə bilməzdi. Lakin yaralı yerimiz Mutudərə idi. Belə ki,əvvəl qeyd etdiyim kimi,o ərazi düşmən tərəfdən işğal edilmişdi. Əlavə olaraq onu da qeyd edirəm ki, ermənilərə RUS - lar çox yaxından və hərtərəfli kömək edirdilər. Faktiki olaraq Mutudərəyə RUS tankları,PDM-ləri, hərbçiləri böyürlərində də bir neçə qəhraman Aşot hücum etmişdilər...   Mutudərə döyüşçülərindən Çingiz Məmmədov,polis Asif, Mutudərəli topçu Rasim və daha bir neçə nəfər döyüşü davam etdirmək istəsələr də düşmən say və texnika sarıdan üstün olduğuna görə geri çəkilməyə məcbur olurlar. Leytenant Məzahir Rüstəmov da məhz yaralanaraq düşmən əlinə keçir...   06.08.1992-ci il axşam saat 21--22.00 radələrində HH komandiri polkovnik leytenant Cahangir Rüstəmov, mən, qardaşım kapitan İlham Əliyev və əsas qüvvələrimiz Tovuzun Göyəbaxan kəndində idik. Ermənilərin yandırdığı Mutudərədəki evlərin külünü,iyini Göyçə gölündən əsən külək bizə çatdırırdı. Gecənin qaranlığı qırmızı rəngə boyanmışdı.Bu zaman Mutuərəni qoruyası olan OMON-lar vay şivənlə gəldilər.Təxminən 20 ( iyirmi) nəfər olardılar. Onların bu hərəkətləri əsgərər arasında az qala xaos yaradacaqdı. Belə ki,biri ağlayır,biri qışqırır,biri kimləri isə günahkar sayır...daha nə... Onların iradından sonra Cahangir Rüstəmov,İlham Əliyev və OMON-larla birgə vəziyyəti yoxlamaq üçün Mutudərəyə getdilər. Mən isə Göyəbaxanda komandir əvəzi qaldım. 07.08.1992-ci il səhərə yaxın komandir və İlham OMON-larsız gəldilər. Mən OMON-ları soruşanda -Əşi Mutudərəyə çatanda hamısı dağılışdı--cavabını aldım. Sonra Cahangir Rüstəmov məni yanına çağırdı:  -- Dilqəm iki ədəd PDM götür və Mutudərəyə get. Nə edirsən et, necə edirsən elə. Amma Mutudərə bizdə olmalıdır.   --Oldu komandir. Amma mən heç vaxtı orada olmamışam,xəritə verə bilərsinizmi?  -- Xəritə neyləyirsən,mən sənə Abbasov Zülfüqarı verirəm,o sənə yolu göstərər. Deyərək Zülfüqarı çağırdı və tapşırığnı verdi.  Mən 2(iki)ədəd PDM-1-lə Mutudərəyə yola düşdüm. Mənim hərəkət etdiyim PDM-in sürücü mexaniki 56 yaşlı könüllü Hacıyev Hidayət, digər PDM-də isə sürücü mexanik Alıyev Alxan idi. Əlavə olaraq bizə sıravi könüllü Xasməmmədov Fazil də qoşuldu. Zülfüqar bizi iç yollarla Mutudərə istiqamətinə aparırdı. Yolda Mutudərə və ətraf kəndlərdən çoxlu sayda mülkü əhalidən qaçanları gördüm. Bu çox dəhşətli mənzərə idi. Başıaçıq,ayaqlyalın insanların ayaqlarını daşlar çapmış,qanları axırdı. Azyaşlı uşaqlar ağlaya - ağlaya valideynlərinin əlindən tutub gedirdilər. Acığımdan gözümdən yaş axırdı... Yolda çayın qırağında K-16 tipli,Leytenant Şmidt zavodunda hazırlanmış QRAD qurğusu ilə hərəkət edən topçu İsgəndərlə rastlaşdıq. Hara getdiyini soruşdu və Mutudərəyə gedirəm cavabını eşitdim. Bu yaxşı xəbər idi. Belə ki, QRAD qurğusunun xeyirdən başqa ziyanı yox idi. Bir az da getdikdən sonra nizam-intizamsız, pərakəndə halda hərəkət edən, sayı 15-20 nəfərə çatan bir dəstəni gördüm. Kim olduqlarını soruşdum və biz Boz Qurdlarıq cavabını eşitdim. Hara getdiklərini soruşdum,onlar da Mutudərəyə gedirik dedilər. Yolda İsalı kəndinin içində bir qadın mənim PDM-imin qabağını kəsdi:  -- Ay qadan alım tankını saxla.  -- Nə olub ay xala?  -- Qadan alım əlindəki tüfəngin birini denən mənə versinlər.  -- Ay xala bu tüfəng deyil,avtomatdır. Neyniyirsən bunu.  -- Mən də siznən döyüşmək istəyirəm.  -- Olmaz ay xala,olmaz. Sən nə danışırsan?  -- Niyə (əsgərləri göstərərək) onlara olar,mənə olmaz?  -- Dedim olmaz da. Qurtardı.  -- Onda qulaq as...     Həmin qadın ermənilərin harada nələri olduğunu mənə öz bildiyi kimi başa saldı.   -- Bax mindiyin tankdan balacası orada var,o da bunun kimi seplidir(tırtıllıdır) deməli BMD - dir (DDM). Bundan böyüyü var,zırıltıdır (deməli tankdır). Ər-Dağının başında uzun,lap uzun lüləli top var( deməli təxminən KS-19 ola bilər( Gədəbəy batalyonunun orada KS-19 markalı topu var idi,amma indi ora ermənilərin əlində idi), və s... Mən Mutudərəyə çatmamış orada bizi nələrin gözlədiyini təxmin etdim... Artıq kəndə yaxınlaşdıq və uzaqdan Ər-dağına bir necə qəlpəli mərmi atdım. Mərmiləri şahmatvari qaydada atdığımdam Ər-Dağında olan topun yanındakı mərmilər partladı. Əla,deməli düşmənin qorxun silahlarından biri azaldı...  ARDI VAR... Dilqəm Əliyev 

Müsavat siyasi məhbusların azad edilməsini tələb etdi- Divanın gündəliyi

Avqustun 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib, müvafiq tapşırıqlar verilib. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.  Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi olaraq tanıdıqdan sonra Rusiya Xarici İşlər Nazirliyinin bu mövzuda rəsmi Yerevana münasibətdə təhrikedici açıqlamaları pislənilib.  Azərbaycanda siyasi məhbusların sayının getdikcə artmasından narahatlıq ifadə edilib, onların azad edilməsi bir daha tələb olunub.  Ukraynada gedən müharibə ilə bağlı Türkiyənin vasitəçilik missiyası və digər proseslərlə bağlı fikir mübadiləsi aparılıb.  Sonda cari məsələlər müzakirə olunub.

Başkəndin azad edilməsinin 31-ci ili

8 avqust 1992-ci il Başkənd'in azad edildiyi gün kimi tarixə düşüb. Bu əməliyyat Azərbaycan ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri idi. 861 nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant Cahangir Rüstəmovun rəhbərliyi altında həyata keçirilmiş əməliyyat nəticəsində 4600 hektardan artıq ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Əgər Başkənddə əməliyyatlar uğurlu alınmasaydı, Ermənistanla bu kəndin birləşməsi Şınıx bölgəsinin 26 kəndinin birbaşa mühasirə şəraitinə düşməsinə və Ermənistana birləşdirilməsi ilə nəticələnəcəkdi. Həmin 26 kənd ələ keçirilsəydi, bütün əsas yüksəkliklər ermənilərin nəzarətinə keçərdi.  Başkəndi Ermənistanla birləşdirən bir tək avtomobil yolu varıydı. O da Başkənd-Krasnaselsk yoludur. Bu yol da Gədəbəyin Mutudərə aşırımından keçirdi. Bu yolu ermənilər Başkənd üçün, həyat yolu adlandırırdılar. Həyata keçirilmiş əməliyyatlar nəticəsində işğalçıların ayaq izləri birdəfəlik Başkənddən, bütünlükdən Gədəbəydən silinmişdir. Bu əməliyyatlarda Gədəbəylilər ilə yanaşı milliyətcə kabardin, peşakar hərbiçi, Gədəbəydə hərbi komissar işləmiş Vyaçeslav Malbaxov, Şəmkirdən Bakı Ali Hərbi Ümumqoşun komandirləri məktəbinin yetirmələri Dilqəm Əliyev, qardaşı İlham Əliyev, Göyçə mahalından gəlmiş, Çənlibeldə yaşamış Rizvan Pirnəzərov, Özbəkistandan gəlmiş Kür qəsəbəsində yaşamış axısqa türkü İsgəndər Aznaurov və onlar kimi yüzlərlə döyüşçü, Qazax istiqamətindən Eldar Salmanov komandirliyi altında tank bölüyü, Ərəstun Hacıyevin başçılıq etdiyi artilleriya batareyası, Ağstafadan Maqsud Aşurovun rəhbərlik etdiyi reaktiv artilleriya batareyası, Daşkəsən rayonundakı batalyondan bir bölük, Bakıdan 20 nəfərə yaxın xüsusi təyinatlı dəstə və s yer almışdır. Həmin dəstə Qaradağ postundan, Şəmkir batalyonu isə Tovuz rayonunun Göyəbaxan kəndi və Gədəbəyin Saratovka kəndi istiqamətindən Başkəndə girmişdi. 8 avqust günü əməliyyat nəticəsində ermənilər Başkəndin özündə 26 nəfərə itki verməklə tamamilə oranı tərk etdilər.  Yazının hazırlanmasında 861 nömrəli hərbi hissənin silahlanma üzrə komandir müavini Dilqəm Əliyevin verdiyi məlumatlardan yararlanılmışdır.  Həmin dönəmdə çəkilmiş fotolar fotoqraf-jurnalist Kərəm Nebiyev'ə məxsusdur.  Yazını hazırladı: Ceyhun Nəbi

Ərəb əsilli general Türk Ordusunun Qərərgah rəisi oldu: Soylu da vurulur

Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi Mətin Gürak keçmiş Baş Qərargah rəisi İlkər Başbuğun bacanağıdır.  Ötən il müdafiə naziri Hulusi Akarın təşəbbüsü ilə qəbul olunan qanun dəyişikliyi ilə Baş Qərargah rəislərinin təqaüd yaşı 67-dən 72-yə qaldırılıb. Bu dəyişikliklə o vaxtkı Baş Qərargah rəisi Yaşar Gülərin, yaxud Gülər təqaüdə göndəriləcəyi təqdirdə, qaydalara görə onun yerinə təyin olunacaq Quru Qüvvələri komandanı Musa Aysevərin səlahiyyət müddətini 2027-ci ilə qədər uzatmaq mümkün olacaqdı. Bu halda Mətin Gürak 2025-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndəriləcəkdi. Hulusi Akarın bu qanun dəyişikliyi ilə məhz Gürakın Baş Qərargah rəisliyini əngəlləmək niyyəti güddüyü kulislərdə danışılırdı.  Lakin prezident Ərdoğan gözlənilmədən Hulusi Akarla yollarını ayırdı və onun yerinə Yaşar Gülər təyin olundu. Güləri Baş Qərargahda müvəqqəti əvəz edən Quru Qüvvələri komandanı Aysevər isə yaş həddi ilə əlaqədar Yüksək Əsgəri Şura tərəfindən təqaüdə göndərildi və Baş Qərargah rəisi vəzifəsinə 2-ci ordunun komandanı Mətin Gürak gətirildi. M.Gürak Mardində doğulub və ərəb əsillidir.    Bir sözlə, hərbi sistemdəki intriqalarda uduzan Hulusi Akar oldu. O, indi heç bir gücü olmayan adi bir millət vəkilidir.  Bunu Süleyman Soyluya da aid etmək olar. O da özünü çox güclü hiss etdiyi bir dönəmdə birdən-birə yüksəklikdən yerə düşdü. (Ərdoğan tipli liderlər bu cür “şişmiş” adamları sevmir.) Yeni daxili işlər naziri Əli Yerlikaya hazırda Soylunun adamlarını sistemdən təmizləməyə başlayıb. Vəzifədən azad olunanlar arasında Soylunun sağ və sol əli kimi tanınan paytaxtın polis rəisi (əmniyyət müdiri) Sərvət Yılmaz və Sedat Pekerin ifşaedici çıxışlarında adı tez-tez hallanan Əmniyyət genel müdir yardımçısı Rəsul Holoğlu da var. Yılmaz və Holoğlu MHP-yə yaxın idi.  2021-ci ildə Ankara əmniyyət müdiri S.Yılmaz nazir Soylu ilə arası soyuq olan İstanbul valisi, indiki nazir Əli Yerlikaya haqqında FETÖ dosyesi hazırlayaraq onu “vurmağa” çalışmış, lakin bu plan baş tutmamışdı. Şahin Cəfərli, politoloq 

Başkənd uğrunda savaş(1992-ci il avqust) - Dilqəm Əliyev yazır(2-hissə)

Mən indi sizi 1992-ci il 07--08 avqust tarixində Başkənd - Mutudərə əməliyyatında iştirak edən, Başkəndə hücum edən qüvvələrlə və eyni zamanda həmin zaman hərbi hissədə olan peşəkar zabitlərlə tanış edirəm:  -- 861 saylı HH-nin komandiri-- Polkovnik leytenant Rüstəmov Cahangir - Ukraynada Vasilkovo Hərbi Aviasiya Məktəbində təhsil alıb. Sovet ordusunda Qırmızı Ulduz ordeninə layiq görülüb.  -- 861 saylı hh-nin QR - kapitan Nadir Qasımov. Ukraynada Donetsk Hərbi Siyasi məktəbdə təhsil alıb.  -- 861 saylı HH komandirinin silahlanma üzrə müavini (MTO) Baş leytenant Dilqəm Əliyev. 1982--1986-cı illərdə Bakı Ali Ümumqoşun Komandirləri məktəbində təhsil alıb. 1986--1992-ci illərdə Ukraynadfa məşhur Dəmir Diviziyada xidmət edib. Zabit Məharət dərəcəsi--USTA.  -- Mayor Süleyman Yusifov. 861 saylı hh-nin Arxa cəbhə üzrə müavini. Ukraynada Vasilkovo Aviasiya məktəbini bitirib.  -- 2-ci batalyonun komandiri polkovnik leytenant Malbaxov Vyaçeslav. Rusiya Federasiyasının Kabardino Nalçik şəhərində Alı Ümumqoşun məktəbində təhsil alıb. Əfqanıstan döyüş məktəbini keçib,200-dən çox uğurlu əməliyyatları həyata keçirib. Sovet Ordusunda Qırmızı ulduz ordeninə layiq görülüb.  -- 4-cü batalyonun komandiri kapitan Rizvan Pirnəzərov. Rusiya Federasiyasında Ali Siyasi məktəbi bitirib,Əfqanıstan döyüş məktəbini keçib.  -- 1-ci batalyonun QR Kapitan İlham Əliyev. 1982--1986-cı illərdə Bakı Ali Ümumqoşun məktəbində təhsil alıb. Ukraynada 1986--1992-ci illərdə məşhur Dəmir Diviziyada xidmət edib. Zabit Məharət dərəcəsi-- 1-ci dərəcə.  -- Artilleriya Divizionunun taqım komandiri Leytenant Məmmədov Dəmir. Rusiya Federasiyasında Ali Artilleriya məktəbini bitirib.  -- 4-cü batalyonun rabitə rəisi leytenant Musayev Hafiz. Rusiya Federasiyasında Ali Rabitə məktəbini bitirib.  Bəli Başkəndə hücumdan əvvəl hərbi hissədə olan peşəkar zabitlər yuxarıda adlarını sadaladığım adamlar idilər. Onu da qeyd edirəm ki,hərbi hissəmizdə peşəkar olmasa da ümumi işə ürəkdən can yandıran, bütün bacarığını ortaya qoyan hərbçilər də var idilər. Onlardan da bəzilərini sizə təqdim edirəm:  -- Baş leytenant İmanov Eldar -- 861saylı HH-nin Rabitə rəisi.  -- Gizir Pünhan Əliyev -- 2-ci batalyonun Kəşfiyyat taqım komandiri.  --Gizir Sahib Rüstəmov -- Artilleriyaçı, 2-ci batalyonda minomyot taqıminin komandiri.  -- Baş leytenant Ayaz Gözəlov -- 861 saylı HH-nin Avtomobil Xidmət rəisi.   -- Gizir Məmişov Əli-- 861 aylı HH-nin RAS xidmət rəisi.  --Leytenant Həsənov Telman -- 861 saylı HH-nin Kəşfiyyat rotasının komandiri.  -- Leytenant Aznaurov İsgəndər -- Artilleriya Divizionunda taqım komandiri.  -- Baş leytenant Bədirbəyli Səbuhi Artilleriya Divizionunda batareya komandiri.  --Gizir Həsən Abdullayev -- Kəşfiyyat rotasının Starşinası... Mən bu siyahını çox uzada bilərəm...  Əlavə olaraq onu da qeyd edirəm ki, hərbi hissəmizdə çoxlu sayda peşəkar gizirlər var idilər ki, onlar Sovet Ordusundan bizim hərbi hissəmizə gəlmişdilər. Üstəlik Komandirləri Kapitan Heydərov Sərdar olan Dəli Kür Praporşiklər rotası da yaradılmışdı. Bu onu göstərir ki,861 saylı alay həmin dövr üçün respublikada olan bütün digər hərbi hissələrdən öz tərkibinə görə çox seçilirdi. Yəni bizim HH-mizdə öz işini dəqiq bilən hərbçilər çoxluq təşkil edirdilər. Bu adamların hamısı silah və taxnikadan yaxşı istifadə edirdilər.     Əməliyyatda iştirak edən Qüvvələr:  -- 1-ci batalyon.  -- Təmir rotası.   -- Maddi texniki təminat rotası.  -- Daşkəsəndən (3-cü batalyon) gələn 1 (bir) rota.  -- 4-cü batalyon.  -- Mühafizə rotası.  -- SPQ-9 rotası.  -- Artilleriya batareyası.  -- ZRAB.  -- Kəşfiyyat rotası.  -- Qazaxdan göndərilən D-30 taqımı.(3 ədəd) (komandirləri baş leytenant Hacıyev Ərəstun)  -- Qazaxdan göndərilən T-72 (tank) taqımı və 2(iki)ədəd PDM-2.(komandirləri baş leytenant Salmanov Eldar)  -- Aqstafadan göndərilən BM-21 QRAD qurğusu-2(iki)ədəd.(komandirləri leytenant Aşurov Maqsud.)  -- Bakıdan gələn 40 nəfərlik xüsusi təyinatlılar.  -- 2-ci batalyon dağlarda mövqelənib düşmənin hücumunun qarşısını almalı idi... Əməliyyatın rəhbəri Polkovnik leytenant Cahangir Rüstəmov...    ARDI VAR... Dilqəm Əliyev 

Başkənd uğrunda savaş( 1992-ci ilin avqustu) - Dilqəm Əliyev yazır

Artıq məşhur BAŞKƏND əməliyyatının üstündən 31 il keçir. Son illərdə bir çoxları həmin əməliyyatı, orada gedən döyüşlərə rəhbərliyi öz adı ilə bağlama çalışır və bununla da başqalarının haqqına girirlər. BAŞKƏND son 200 ildən də çox vaxt ərzində rəsmi olaraq yeganə erməni ərazisidir ki, Azərbaycan Ordusu onu 08.08.1992-ci ildə düşməndən təmizləyib və kənd indi də nəzarətimizdədir...   Başkənd haqqında qısa məlumat:  -- Ərazisi: 4600 Ha+400Ha zəbt= 5000Ha.  -- Əhalisi: +- 10.000 nəfər.  -- Sahə müvəkkili: Kapitan Mujikyan.  -- Sovet Sədri (İcra Nümayəndəsi) Xaçikyan Mamiko Sərxan oğlu.  -- Başkənddə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdular. Yığılan məhsul o qədər çox olurdu ki,İrəvanın bazarlarını da doldururdular.  -- Kənndə 2(iki) ədəd vertolyot(helikopter) meydançası,kabel televiziyası,tikiş və ayaqqabı fabrikaları,nəhəng kinoteatr və demək olar ki,hər şey var idi.  Hadisələrin xronikası:    -- 03.08.1992-ci il--Şəmkirdə yerləşən 861 saylı alay (Komandiri Polkovnik Leytenant Rüstəmov Cahangir İsgəndər oğlu) tam heyətlə Gədəbəyi qorumaq üçün Gədəbəyə qalxdı.  -- 03-04 avqust 1992-ci il--861 saylı H.H-nin bölükləri kəndin ətraflarına yerləşdirilməyə başlandı. 4-cü batalyonun hərbçiləri kapitan Rizvan Pirnəzərov, leytenant Hafiz Musayev, çavuş Azər Cəfərov İvanovka kəndi istiqamətindən Aşırım mövqeyinə hərəkət edərək Başkəndə köməyə gedən düşmən T-72 tankına atəş açaraq ələ keçirtdilər. Sonra isə yolu təmizləməyə gələn Komatsu markalı traktoru ələ keçirtdilər.   -- 04.08.1992-ci il PDM-1dən Saratovka kəndi təpəliklərindən Başkənddəki fermaya atəş açaraq düşmənin 10-12 nəfər canlı (hərbçi) qüvvəsini məhv etdim.  -- 05.08.1992-ci il--erməni və rus hərbçiləri hücum edərək Başkənd Krasnoselsk yolunun üstündə duran MUTUDƏRƏ kəndinin zastavasının zəif və güclü yerlərini dəqiqləşdirdilər.   -- 06.08.1992-ci il-- erməni və rus hərbçiləri hücum edərək MUTUDƏRƏ zastavasını ələ keçirdərək Başkənd-Krasnoselsk yolunu tam nəzarətə götürdülər və bununla da BAŞKƏND faktiki olaraq Ermənistana birləşdirildi. Bu zaman düşmənin qəfil hücumunun qarşını ala bilməyən zastavanın döyüşçüləri geri çəkilməyə məcbur oldular. Düşmən 2-ci Batalyonun 1-ci rotasının Zam.Politi leytenant Məzahir Rüstəmovu əsir götürərək böyük işgəncələrdən sonra başını kəsdilər.  --06.08.1992-ci il Özünü Boz Qurd adlandıran dəstənin komandiri Etibar Əmiraslanov öz dəstəsi ilə gələrək 2-ci Batalyonun komandiri, Əfqanıstan döyüş məktəbini keçmiş, 200-dən çox əməliyatın hamısını qələbə ilə başa vurmuş, polkovnik leytenant Malbaxov Vyaçeslavı və həmin batalyonun 1-ci rotasının komandiri leytenant Hacıyev Bayramın əllərini tikanlı məftillərlə bağlayıb özləri ilə naməlum istiqamətə apardılar. Bununla da Mutudərənin müdafiəsi rəhbərsiz və başsız qaldı, Şınıxın içərisinə doğru yollar düşmən üçün açıldı, ümumilikdə Gədəbəy rayonu olduqca təhlükəli duruma düşdü. Ermənilər bundan istifadə edərək Mutudərə və Qasımağalı kəndlərini tam işğal etdilər.  -- 06.08.1992-ci il--Tovuz rayonunun Göyəbaxan kəndi istiqamətindən BAŞKƏNDdəki erməni mövqelərinə PDM-1 dən atəş açaraq düşmənin 12-15 nəfər canlı qüvvəsini,1(bir)ədəd D-44 markalı topunu (döyüş sursatı ilə birgə), 1(bir)ədəd PDM-1-ni sıradan çıxartdım.  --Mutudərə və Qasımağalı kəndlərinə düşmən hücumu başlayanda həmin ərazini qorumalı olan Gədəbəy rayonunun OMON ları sadəcə olaraq aradan çıxdılar...  Nəticə: 06.08.1992-ci ildə -- Başkənd Ermənistanla tam birləşdi...      DAVAMI VAR... Dilqəm Əliyev

6 avqust 1992-ci il Mutudərənin işğal edilməsi

1992-ci il 6 avqust tarixində ermənilər Gədəbəyin strateji əhəmiyyətə malik, Azərbaycan türklərinin yaşadığı Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. İşğalçılar bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İşğal nəticəsində kənddə evlər yandırılmış, vandalizmə məruz qalmışdı. 1992-ci ilin həmin günlərində Mutudərənin işğaldan azad olunması istiqamətində hücum başlamışdı, 8 avqust tarixində 861 nömrəli hərbi hissənin başda Dilgam Aliev olmaqla əsgər və zabitlərinin böyük rəşadəti nəticəsində Ermənistanla Başkəndi birləşdirən yolun üstündə yerləşən Mutudərə kəndi işğalçılardan həmin gün azad edilmişdir. Bu kəndin azad edilməsi Başkəndin azad edilməsinin başlanğıcı idi və çox böyük əhəmiyyət kəsb edirdi.  Fotolar fotoqraf-jurnalist Kerem Nebiyev tərəfindən çəkilib. Ceyhun Nəbi

Xəyanətin ortağı və şahidi tikili

Şəmkir stansiyasından(Şamxor st) keçən hər kəs bu tikiliyə şahid ola bilər. 1931-ci ildə Şəmkirin sonuncu qaçağı Ramazanoğlu Təhməz bu dəmiryolu vağzalında çalışan kirvəsi Kəsəmənli Orucun planladığı plan əsasında İran pasportu ilə qatarla Türkiyə getməli idi. Amma Ramazanoğlu Təhməzin xəbəri yox imiş ki, kirvəsi Kəsəmənli Oruc Sovet NKVD-sinin təlimatı ilə hərəkət edir. Gecə ilə doğulduğu Qaracaəmirli kəndindən gizli şəkildə bu stansiya gətirilən Qaçaq Təhməz bu gördüyünüz tikilidə gizlədilir. Qatar gəldiyi məqamda qatara mindirilən Təhməz qatarın vaqonunda özündən başqa heç kəsin olmadığını görüb duyuq düşür və hiss edir ki, xəyanətlə üzləşdi. Kirvəsi NKVD ilə əlibir olub, onun ələ keçməsinə yardımçı olub. O qatara mindiyi məqamda qatar əsgərlərlə əhatələnir, qaçaq kimi 10 ildən artıq qanlı döyüşlərdə iştirak etmiş əfsanəvi fədai tələdə idi. Atışmaya girir və öldürüləcəyini görüb, son gülləsi ilə özünü vurur. Bununlada Şəmkirdə qaçaq hərəkatının fəaliyyəti tamamilə susduruldu. Təhməzdən əvvəl Şəmkir qaçaqlarının başçıları Hacı Axund, Quruluqlu Əbdüləli, Ramazanoğlu Rüstəm öldürülmüş, sadəcə Samuxlu Qaçaq Məmmədqasım İrana keçə bilmişdi. Ceyhun Nəbi 

Bu gün aktyor Məmmədrza Şeyxzamanovun anadan olmasının 108-ci ili tamam olur

Bu gün aktyor Məmmədrza Şeyxzamanovun anadan olduğu gündür.  O 1915-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İmamzadənin keşikçisi olan atası Hacı İsa bəy bir neçə dəfə ailə qurmuşdu. Sonuncu dəfə Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evlənən Hacı İsa bəyin bu evlilikdən biri Məmmədrza olmaqla daha üç övladı dünyaya gəldi. Aktyorluq həvəsi onu Gəncə Dram Teatrına gətirmişdi. Gənclik illərində bu teatrın səhnəsində fasilələrlə çalışmışdı. Tezliklə aktyorluq sənətinin sirlərini mənimsəyən aktyor məşhurlaşdı. Ona daha mürəkkəb xarakterli rollar həvalə etdilər. Sonralar 30 ilə yaxın Azərbaycan Dövlət Dram Teatrında çalışan aktyor Məmmədrza Şeyxzamanov Azərbaycan və dünya klassiklərinin əsərlərində uğurlu rolların ifaçısı olmuşdur. Qacar, Xosrov ("Vaqif", "Fərhad və Şirin"), İmamyar, Aydın ("Yaşar, "Aydın"), Edqar ("Antoni və Kleopatra"), Hacı Həsən ("Ölülər"), İxtiyar ("İblis") və başqa onlarla rolları ona teatr sahəsində böyük şöhrət qazandırmışdı.  Məmmədrza Şeyxzamanov hansı rolda çəkilməsindən asılı olmayaraq onu özününküləşdirirdi. Elə bilirdin ki, rol onun üçün yazılıb. Rola girməzdi, rol onun daxilində kök salardı və tamaşaçının da ona rəğbəti məhz bu müsbət qəhrəmanların yaratdığı işıqlı auradan mənbə alardı.  M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə -"Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxır. Bununla da kino yolunda ilk uğurlu cığır açır. Daha sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. "Qızmar günəş altında" Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır. Olduqca həssas, nəcib qəlbə malik bu mehriban insanın ekran taleyi hər birimiz üçün əziz və doğmadır. O 25 yanvar 1984-cü ildə dünyaya göz yummuşdur.  Sözcü. az

Tanınmış şair Kəlbəcərin mineral sularından səliqəsiz istifadə edilməsindən yazdı

Əslən Kəlbəcərdən olan tanınmış şair Elşən Əzim Kəlbəcərin mineral sularından olan İstisudan səliqəsiz və lazımsız şəkildə istifadə edən insanlar haqqında yazaraq, həmin yerlərdə qayda-qanun yaradılmasını istəyir.  Elşən Əzimin fikirlərini təqdim edirik: Kəlbəcərin Zülfüqarlı kəndi yaxınlığındakı İstisu bulağından kortəbii şəkildə istifadə olunur. Bu su da içməli və müalicəvidir. İşğaldan əvvəl bulağın ətrafında vanna üçün kiçik kupelər tikilmişdi, vanna qəbul edənlər ordan istifadə edirdilər. Suyun çıxdığı yerdən isə içmək üçün istifadə olunurdu. İşğaldan sonra ermənilər suyun çıxdığı yerdə hovuz düzəldərək bulağın gözündən çimmək üçün istifadə etmişlər. Həmin hovuz isə suyun tərkibindəki mineralların yaratdığı ərp nəticəsində daha da dərinləşib. İndi oraya gedənlər soyunub özlərini hovuza atırlar. Sutkanın böyük bir hissəsində o bulağın gözündə ədəbsizcəsinə, qışqıra-qışqıra çimən adamların ucbatından oradan su götürmək, içmək, qadınların ora yaxınlaşması mümkün deyil. Qeyd edim ki, orada çimənlərin çoxu müalicə məqsədiylə deyil, kirini tökmək üçün çimir. Hətta sabundan istifadə edənləri də gördüm. Deyilənə görə çimənlərin əksəriyyəti orda fəaliyyət göstərən şirkətlərin işçiləridir. Şirkətlər o boyda çayların, su mənbələrinin yanında işçisinə hamam tikə bilmirsə, heç olmasa həmin istisu mənbəyinin yanında hamam tiksinlər, və o sudan çəkərək işçilərinə və digər çimmək istəyənlərə şərait yaratsınlar. Bulağın gözü isə yenə də əvvəlki kimi içmək üçün istifadə olunsun.  Mən bir Kəlbəcər sakini olaraq əlaqədar təşkilatlardan bu məsələyə diqqətli olmalarını istəyirəm. Doğrudur, ərazidə tikinti-quruculuq işləri gedir, gələcəkdə hər şey öz həllini tapacaq, ancaq indidən insanlarda belə bir fikir formalaşıb ki, guya Zülfüqarlı istisuyu içməli və müalicəvi deyil. Bildirirəm ki, bu istisu da digər məşhur istisu bulaqları ilə eyni tərkiblidir. Yalnız Bağırsaq ərazisindəki fontan istisu tərkibinə görə içməli deyil.

Gəncədə bəstəkar Qəmbər Hüseynliyə hörmətsizlik !!!

Gəncə şəhərində məhşur "cücələrim" mahnısının bəstəkarı Qəmbər Hüseyinlinin xatirə lövhəsi aylarladı baxımsız şəkildə qalmaqdadır. Qeyd edək ki, ona məxsus xatirə lövhəsində adı və soyadının hərfləri yerində mövcud deyil. Görkəmli bəstəkar Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Uşaqların sevimli mahnısı "cücələrim"in bəstəkarının anadan olduğu şəhərdə ona məxsus lövhədə utancverici duruma aidiyyatı qurumları diqqət ayırmağa dəvət edirik...!!! Sözcü.az

Sürət Hüseynov Gəncədə dəfn edilir

Sürət Hüseynovun nəşi gecə saatlarında Türkiyədən Bakıya gətirilmişdi. Cənazəsi Gəncəyə gətirilərək bu saatlarda İkinci Səbiskar məzarlığında valideynlərinin məzarının yanında dəfn edilir. Sözcü.az

Şəmkir əhalisinin sayı açıqlandı

Şəmkir Rayon İcra Hakimiyyəti xəbər verir ki, Şəmkir rayonunun əhalisinin sayı 2023-cü ilin ikinci rübünün yekununa olan məlumata görə 216587 nəfərə çatıb. Cari ilin 6 ayı ərzində rayonda 1004 körpə dünyaya gəlib, 673 ölüm halı qeydə alınıb. Rayon əhalisinin 50,5 faizini (109376 nəfər) kişilər, 49,5 faizini (107211 nəfər) qadınlar təşkil edir. Doğulan körpələrin 52,3 faizi oğlan, 47,7 faizi isə qız uşaqlarıdır. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 130,5 nəfərdir. 2023-cü ilin 6 ayı ərzində Vətəndaşların Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanları tərəfindən 183 nikah qeydə alınıb. Sözcü.az

Bu gün Azərbaycanda Milli Kino Günüdür

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır.  Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediyası olmuşdu. 2001-ci ildən Azərbaycan prezidentinin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib.  Sözcü.az

"Çoxlarının rol oynadığı məsuliyyət yükünü ona yüklədilər"

Sürət Hüseynov üzərinə aldığı qara bir ləkə ilə işıqlı dünyadan getdi. Çoxlarının yer aldığı, rol oynadığı oyunda ən ağır məsuliyyət yükünü ona yüklədilər. Özü ilə birlikdə bizidə, gələcəyimizidə, bütün Azərbaycanı qurbana çevirərək bizi qaranlığa qərq edən böyük oyunun bir ifaçısı kimi iz qoydu. Hamı onun simasında hadisələrin cərəyan etdiyini düşündü və düşünməkdədirlər. Hansı ki, həmin sissenariləşdirilmiş hadisələrin əsas gücü köhnə kommunistlər və qanuni hakimiyyətdən narazı düşmüş hakimiyyət hərisləri idi. Hacı Vaqif, Ruslan Rzayev(Zobik), Etibar Məmmədovun yaxın çevrəsindən Şadman Hüseynov, Zərdüşt Əlizadənin yaxın çevrəsindən Aypara Əliyev, komunist Arif Rəhimzadə, Allahşükür Paşazadə, İmam Mustafayev, Rəhim Qazıyev, Nemət Pənahlı, Tahir Əliyev və Heydər Əliyevi hakimiyyətə gətirmək istəyən şəbəkə bu prosesin ən aktiv tərkib hissəsi idi. Amma onları heç bir zaman bu işdəki rollarına görə düşünürəm ki, heç xatırlayan olmayacaq. Qara ləkə, törədilmiş hadisələrin məsuliyyəti, bütün ittihamlar Sürət Hüseynovun üstündə qaldı. Böyük oyunda öz roluna görə rəhmət əvəzinə, lənət yağışı hər zaman onunla olacaq! Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Sürət Hüseynovun ölüm xəbəri yayıldı

AXC-Müsavat hakimiyyətinin devrilməsinin səbəbkarlarından biri olan "qiyamçı polkovnik"   Sürət Hüseynovun vəfat etməsi bağlı məlumat daxil olub.  Sozcu.az saytına daxil olan məlumata görə, bu gecə Sürət Hüseynov kəskin miyakard xəstəliyindən dünyasını dəyişib. 

İsmayıllıda təbiətə kənardan baxmaq da pulladır - Su anbarını "biznesə" çevirən kimlərdir?

"Dəyərli izləyicilər, İyul ayının 20 -də  İsmayıllı rayonunda yerləşən Aşıqbayramlı su anbarında sadəcə gölə baxdığımız üçün bizdən 10 manat pul aldılar. Sadəcə gölə baxdığımız üçün..." Bunu Sozcu.az saytının təsisçisi Elşən Əlisoy özünün Feysbuk səhifəsində yazıb.  "Dostlarımla birgə  İsmayıllı rayonunda idik. Yol gələrkən Qaraməryəm qəsəbəsinin yaxınlığında olan Aşıqbayramlı gölünün ( su anbarı) yanından keçməli olduq. Gölün kənarında çoxlu insanlar var idi. Biz də düşüb gölün kənarında dayanıb gölə baxmaq, biraz nəfəs almaq istədik. Bu zaman gölün qapısının ağzında dayanan cavan bir oğlan bizə yaxınlaşaraq gölə yaxından baxmaq üçün girişin 2 manat olduğunu bildirdi. Biz buna etiraz etdik və bildirdik ki, biz sadəcə 5 dəqiqə dayanıb nəfəsimizi alıb gedəcəyik və su anbarının ətrafını zəbt edən adamların hansısa xidmətindən istifadə etmək fikrimiz yoxdur. Bu zaman söhbətə bir başqa adam da müdaxilə edərək bizimlə gobud danışmağa başladı.  Mən qapının ağzında pul yığan həmin  adamlardan çek tələb etdim. Onlar kiminləsə telefonla danışdıqdan sonra,  hardansa bir terminal gətirdilər. Mən ödənişi kartla edəcəyimi bildirdikdə , mədəniyyətsiz şəkildə bizə kartla ödənişin mümkün olmadığını bildirdilər.  Yanımızda olan qonaqlarımızdan biri dava-dalaş olmasın deyə "pul yığan adama" 10 manat pul verdi.  Mən həmin 10 manatın çekini tələb etdikdə, bizə bir çek verdilər. Bizə verilən çekdə ödədiyimiz 10 manat pulu nəyə görə ödədiyimizlə bağlı heçbir məlumat yoxdur.  Bundan əlavə, bizdən öncə su anbarının kənarında 50 dən çox adamın olmasına baxmayaraq, bizə verilən çekin üzərində gün ərzində vurulan cəmi  8 - ci çek olduğu qeyd edilmişdir.  Dəyərli dostlar, söhbət tək 10 manatdan getmir. Biz Vətənimizin dağlarına, çaylarına, bulaqlarına, göllərinə sadəcə baxdığımız üçün nəyə görə kiməsə pul ödəməliyik? Bu hansı qanuna uyğundur?   Gostərmədikləri heçbir xidmətə görə işbazların pul alması hansı qanunda göstərilib?  YouTube kanalında Aşıqbayramlı su anbarının dövlət hesabına təbir olunması haqqında süjetə baxdım. Dövlətin büdcəsi hesabına ərsəyə gələn bir yerdə hansısa bir işbazın pul yığması hansı qanunla nizamlanıb?   Nə edək, aldığımız nəfəsə görə də kiməsə pul ödəyək?  Ümid edirəm ki, bununla bağlı bir ölçü götürüləcək". P.S.  Aşagıda təqdim etdiyimiz videodanda görünür ki, adı çəkilən su anbarı dövlətin qoruma altında olan obyektlərindən biridir və anbarın yenidən təmir olunmasında da,  hansısa bir iş adamının maddi vəsaitindən yox, dövlətin büdcəsindən ayrıan vəsaitdən istifadə edilib.  Demək olar ki, hər gün yüzlərlə insanın ətrafında gəzdiyi su anbarında heç bir təhlükəsizlik qaydalarına əməl edilmir. 

Medianın İnkişafı Agentliyi məhkəməyə verildi

Medianın İnkişafı Agentliyi "Gündəm Xəbər" qəzeti tərəfindən məhkəməyə verilib.  Bu barədə Sozcu.az saytına "Gündəm Xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri məlumat verib.  Şirin Cəfəri bildirib ki, bu gün saat 12:15-də Bakı İnzibati Məhkəməsində "Gündəm Xəbər'' qəzeti redaksiyası Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, cavabdeh Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə qarşı iddia tələbinin dəqiqləşdirilməsi və öhdəliyin götülməsi ilə bağlı növbəti məhkəmə proses keçrilib. Buna səbəb Gundemxeber.az" onlayn media redaksiyasının Media reyestrinə daxil edilməsindən qanunsuz imtina edilməsidir.  Şirin Cəfəri bildirib ki, keçrilən məhkəmə prosesində iddia ərizəsi hakim Tural Məlikova təqdim olundu və icraata götürüldü.   Növbəti məhkəmə prosesinin 31 avqust 2023-cü il tarixdə keçiriləcəyi elan olunub. 

Şəmkirlilərə şad xəbər

Bakı-Ağstafa sürət qatarı Şəmkirdə də dayanacaq Bu ilin sonuna qədər Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Şəmkir rayonunun Dəllər stansiyasında dayanacaq veriləcək. Sözcü.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib. "Həmin istiqamətdə ən çox tələbat Dəllər stansiyasınadır. Bunu nəzərə alaraq orada da qatarların dayanması üçün şərait yaradılacaq. İlk dəfə Dəllərə sürətli qatarla sərnişindaşıma həyata keçiriləcək", - o qeyd edib. Sözcü.az

Şəmkir rayon Çinarlı qəsəbəsində yaşanan problem

Fotolar Şəmkir rayon Çinarlı qəsəbəsi Nizami küçəsindəndir. Bu fotoları evinin içərisində toz-torpaq udmaq məcburiyyətində qalan küçə sakinləri göndərib. Yaşanan bu problem bir neçə dəfə işıqlandırılsada hələdə çox təəssüf ki, heç bir tədbir görülməyib. Belə ki, qabaq ki, paylaşımların şərh bölümündə Şəmkir Rayon İcra Hakimiyyətinə məxsus sosial şəbəkə profilindən bildirilib ki, həmin küçədəki problem Çinarlı Bələdiyyəsi tərəfindən həll olunmalıdır.  İndi sual doğurur Çinarlı Bələdiyyəsi problemi həll etməsə küçə sakinləri toz-torpaqdan boğulmalıdır ? İnsanların övladı toz-torpaq içərisində böyüməlidir ?  Əlavə olaraq bildirməliyəm ki, Nizami küçəsi Çinarlı qəsəbəsinin əsas mərkəzi küçəsi sayılır. Şəmkir şəhər - Seyfəli kənd, Seyfəli-Gəncə şəhər avtobus marşurutları və həmçinin Seyfəli istiqamətində hərəkət edən böyük yük maşınları bu yol vasitəsi ilə hərəkət edirlər. Ümumilikdə başqa kəndlərində istifadə etdiyi yolun zəhərinin, xəstəliyinin, tozu-torpağının zərərli yükünü Nizami küçəsi sakinləri qəbul etməli deyil, yaranmış bu vəziyyətə aidiyyatı qurumlardan tədbir görülməsini küçə sakinləri tələb edirlər.  Problemi diqqətdə saxlayacağıq....!!! Ceyhun Nəbi

Azərbaycandakı Rusiya trolları hansı mərkəzdən idarə olunur?

“Vaqner”in qurucusu Yevgeni Priqojinin “trol fabriki” hesab olunan “Patriot” media holdinqini ləğv edilib. “Patriot”un tərkibinə daxil olan “Nevski xəbərləri” nəşrinin redaktorları fəaliyyətlərini dayandırdıqlarını elan edərək, oxucularla vidalaşıblar. Eyni addımı “Patriot”a daxil olan “Economics Today” nəşrinin rəhbərləri də atıblar. “Trol fabriki”nə daxil olan RİA FAN-nın baş redaktoru Kristina Masenkova rəhbərlik etdiyi media qurumunun fəaliyyətini dayandırdığını deyib. “Politics Today” nəşri isə “köklü şəkildə yeniləndiyini”, bundan sonra fəaliyyətlərini davam etdirəcəyini bildirib. The Bell internet resursu “Patriot”un sahibinin dəyişə biləcəyi haqqında məlumat yayıb.  Priqojin bu ilin əvvəlində bir qrup jurnalistin suallarını cavablandırarkən “trol fabriki” yaratdığını və idarə etdiyini etiraf etmişdi. Bundan əlavə, Priqojin “Kibercəbhə Z”-dən olan bloqçuların işləməsi üçün binalar verdiyini, hətta onlara maliyyə yardımı təklif etdiyini bildirmişdi. Der Spiegel jurnalistləri “Kibercəbhə Z”-ni Priqojinin “yeni trol ordusu” adlandırıblar.  Priqojinin “trol fabriki” 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilmişdi. Vaşinqtonda əmindirlər ki, Priqojinin “trol fabriki” saxta sosial şəbəkə hesabları yaradaraq dezinformasiya yayıblar və ictimai rəyi manipulyasiya etməyə çalışıblar.  Priqojinin “trol fabriki” fəaliyyətini dayandırsa da, sosial şəbəkələrin Azərbaycan seqmentindəki Rusiya trolları fəaliyyətini daha da gücləndiriblər. Belə görünür ki, sosial şəbəkələrin Azərbaycan seqmentindəki trollar Priqojinin “trol fabriki”ndən deyil, başqa mərkəzdən idarə olunurlar. Azərbaycan ictimai rəyini manipulyasiya etməyə çalışan, dezinformasiya yayan trolların qısa adı “Rossotrudniçestvo” olan Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Bakıdakı ofisi tərəfindən idarə olunduğu güman edilir. Avropa İttifaqı hələ ötən ilin yayında “Rossotrudniçestvo”-ya qarşı sanksiya tətbiq edib. Azərbaycanın da bu sanksiyaya qoşulmalıdır.  Təhlükəsizlik məsələləri üzrə dünyca nüfuzlu ekspertlər “Rossotrudniçestvo”-nu Rusiya xüsusi xidmət orqanlarının qeyri-rəsmi şöbələri hesab edirlər. Bütün bunlara görə, “Rossotrudniçestvo”-nun Azərbaycandakı ofisi bağlanmalı, fəaliyyəti qadağan edilməlidir. Xəqani Cəfərli, siyası şərhçi 

Sizi İsgəndər Aznaurovun nigaran ruhu ilə baş-başa buraxıram

Bu gün Şəmkirin Kür qəsəbəsində adına olan məktəbdə Azərbaycan Milli Qəhrəmanı, Ahıska türkü, Gədəbəyin strateji əhəmiyyətə malik Keçəldağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş İsgəndər Aznaurovun büstünün restavrasiyadan sonra açılışı oldu. Çoxları danışdı, çox şeylərdən danışdılar, ən az danışılan isə İsgəndər Aznaurovun döyüş yolu oldu. Əlbəttə ki, bunun üçün gərək qəhrəmanın döyüş yolu haqqında qabında nəsə olsun ki, söz deyə biləsən. Söz deyə biləcək, onunla qanlı döyüşlərdə iştirak etmiş, onun qanlı nəşini döyüş gedən ərazidən çıxarmış insanlara söz verilmədi. Tədbirdə İsgəndər Aznaurovun Dilgam Aliev başda olmaq şərti ilə 15-ə yaxın silahdaşı iştirak edirdi. İsgəndər Aznaurovu baş tacı edirmiş kimi görünən insanlar, tədbir iştirakçıları, rayon rəhbərliyi başqa şeylər haqqında danışmaq, başqalarını göyə qaldırmaq yadlarına düşdü, söz vermək yadlarına düşdü amma İsgəndərin canlı döyüş yoldaşları, bir sözlə İsgəndərin ruhu olan adamları görməməzlikdən gəldilər. Daha heç bir söz deməyəcəyəm. Sizi İsgəndərin nigaran ruhu ilə baş-başa buraxıram. Ceyhun Nəbi 

"İnsan haqlarından, demokratiyadan danışanda bəzən qıcıqlananlar, cırnayanlar olur" - Şahin Cəfərli

Gədəbəydəki hadisədə polis nəfərinin yaşlı anaya qarşı tamamilə qeyri-adekvat, gərəksiz, ağıl və məntiqdən uzaq hərəkəti haqlı olaraq hər kəsi qəzəbləndirib.  Lakin həmin epizod nəhəng problemin çox kiçik bir təzahürüdür. Bu hadisə kontekstində Azərbaycanda 2 fundamental problemdən söz açmaq lazımdır:  Birincisi, ölkədə hüquq və azadlıqların təminatı sahəsində onsuz da acınacaqlı olan vəziyyətin daha da ağırlaşması gerçəyi.  Azərbaycan Respublikası dövləti Konstitusiyasının İkinci Bölmə - III Fəslində qeyd olunmuş qırx yeddi maddənin çoxsaylı bəndlərinin mütləq əksəriyyəti tamamilə formalitədən ibarətdir və icra olunmur. Dövlət hakimiyyətini həyata keçirənlər dövləti öz vətəndaşına xidmət edən deyil, öz vətəndaşını əzən mexanizmə çeviriblər. Nəticədə vətəndaş özü də vətəndaş olmaqdan çıxaraq rəiyyətə, təbəəyə çevrilib.  İkinci məsələ Azərbaycanda ekoloji problemlərin getdikcə kəskinləşməsidir.  Çox təəssüf ki, hamımız bu mövzunu tamamilə diqqətdən kənarda qoymuşuq, halbuki söhbət Azərbaycanın təbiətinin, havasının, su hövzələrinin, bir sözlə, insanın yaşaya bilməsi üçün zəruri olan ekoloji sistemin vəziyyətindən gedir. Konkret Gədəbəydəki hadisəyə qayıtsaq, məlumdur ki, qızıl mədənçiliyində istifadə edilən sianid (Türkiyədə siyanür deyilir) ətraf mühitə çox ciddi zərər verir. (Bu sahəni bilənlər və kimyaçılar ətraflı məlumat verə bilər.) Buradan gəlib çıxırıq ekoloji maariflənmənin və ekoloji hərəkatın nə qədər həyati olduğu mövzusuna... İçdiyimiz suyun, udduğumuz havanın, yediyimiz qidanın tərkibinin normalara nə dərəcədə uyğunluğu və ümumən bu ölkəni gələcək nəsillərə hansı vəziyyətdə ötürdüyümüz ekzistensial məsələdir.    Biz müstəqil vətəndaş cəmiyyətinin bir toplum üçün nə qədər vacib olduğunu hələ tam dərk edə bilməmişik. Cəmiyyətdə ekoloji maariflənmənin aparılmasında məhz vətəndaş cəmiyyəti və digər demokratik institutlar (xüsusən azad media) əsas rol oynamalıdır. Onlar fasiləsiz şəkildə bu problemi ölkənin gündəmində saxlamalıdır, dinc etiraz aksiyaları təşkil etməlidir (azad media bu aksiyaları işıqlandırmalı, siyasi partiyalar səslənən tələbləri hökumətin qarşısında qoymalıdır), əhalidə, xüsusən gənc nəsillərdə ekoloji şüurun formalaşmasına çalışmalıdır. Normal ölkələrdə belədir. Lakin bizdə müstəqil vətəndaş cəmiyyəti demək olar ki, ortadan qaldırılıb. Qeyri-müstəqil QHT-lərin məmur biznesinin və ya siyasi iqtidarın maraqlarına aid mövzulara müdaxilə etməyəcəyi, heç məmur biznesi və iqtidar maraqlarının olmadığı məqamlarda da bu məsələlərlə bağlı özünü yormayacağı isə məlumdur.  ... İnsan haqlarından, demokratiyadan danışanda bəzən qıcıqlananlar, cırnayanlar olur. Son vaxtlar (xüsusən Qarabağ müharibəsindən sonra) “demokratiya, insan haqları yox, təhlükəsizlik daha önəmlidir” deyib, bir-birini inkar etməyən, əksinə, tamamlayan bu anlayışları ayıraraq əks qütblərə yerləşdirən adamları (hətta partiya liderlərini) çox görür və eşidirik. Halbuki hüquq və azadlıqların durumu ölkənin, xalqın gələcəyinə bilavasitə, müəyyənləşdirici təsir göstərən məsələdir, bu hüquqların təminatı isə konstitusion tələbdir. Şahin Cəfərli, politoloq

Gədəbəydə polislə yerli əhali arasında qarşıdurma – Video

Bu gün Gədəbəydə polislə yerli əhali arasında qarşıdurma yaşanıb. Polis dinc etirazçılara qarşı dəyənəklərdən və göz yaşardıcı qazdan istifadə edib. Sosial şəbəkələrdə polis zorakılığını əks etdirən çoxsaylı videolar yayılıb. “Gədəbəydə dinc etiraz aksiyası keçirən, aksiya yerini polisin tələbi ilə tərk edən qadınlara qarşı bibər qazının tədbiq edilməsi, bu hərəkətin heç bir zərurət olmadığı halda dəfələrlə təkrarlanması əndazəni aşan vəhşilikdir”. Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb. “Bu hadisəni törədənlər dərhal müəyyənləşdirilərək cəzalandırılmalı, bu barədə xalqa ətraflı məlumat verilməlidir” deyə, Arif Hacılı tələb edib. Müsavat mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Gədəbəydə iyunun 20-də keçirilən aksiyada polisin dinc etirazçılara, o cümlədən yaşlı qadınlara arxadan bibər qazı ilə hücum etməsini hüquq baxımından cinayət, dəyərlər baxımından isə ləyaqətsizlik kimi qiymətləndirib: “Dinc etirazçılara qarşı zorakılıq edənlər məsuliyyətə cəlb edilməlidirlər – Müsavatçı olaraq hakimiyyət və DİN-dən bunu tələb edirik”. “Azərbaycanda polis zorakılığının bu qədər çılpaq şəkildə üzə çıxması fonunda, hakimiyyəti nəhayət, xalqın tərəfini tutmağa çağırırıq. Bu günlərdə Gədəbəydə kütləvi repressiyalara rəvac veriləcəyinə, polis zorakılığını əks etdirən həmin videoları və şəkilləri çəkib paylaşanların qanunsuz təzyiqlərə məruz qalacağına dair narahatlığımızı ifadə edir, onların hüquqlarının müdafiəsi üçün tədbirlərə dəstək verməyə hazır olduğumuzu bəyan edirik” – deyə, Mustafa Hacıbəyli özünün feysbuk səhifəsində yazıb.  “İham Əliyevin qızıl zavodu Gədəbəyin Söyüdlü kəndində sionit gölü (vannasl) inşa etmək istəyir. Əhali buna etiraz edib. Əvvəl polis daha sonra Daxili Qoşunla əraziyə gətirilib. Kənd sakinləri ilə əsgərlər arasında qarşıdurma yaranıb”. Bunu isə mühacirətdəki jurnalist Əfqan Muxtarlı özünün feysbuk səhifəsində yazıb. “Əliyev xalqın sərvətini talamaqla yanaşı, xalqa divan da tutur. Camaat niyə narazıdır? Əliyevin şirkətləri qızılı vəhşi, primitiv yollarla əldə edir. Qlzıl yatağından torpaq götürülür, üyüdülür və sonra sionit məhlulu ilə qızıl torpaqdan ayrılır. İstifadə edilən sionit gölə (vanna) yığılıb yenidən istifadə olunur. Sionit zəhərli maddədir. Xüsüsən heyvanlar və quşların kütləvi məhv olmasına səbəb olur. Biz dəfələrlə Gədəbəy və Daşkəsən rayonlarında mal qaranın, vəhşi heyvanların və quşların kütləvi şəkildə zəhərlənməsinin şahidi olmuşuq. Yerli sakinlərin bildirdiyinə görə Çovdar qızıl yatağı istismara verildikdən sonra quşlar və xırda çöl heyvanlarının hiss ediləcək dərəcədə azalıb. Söyüdlü kəndinin camaatı real təhlükəyə, özlərinin, övladlarının sağlamlığına görə narahatdır. Vəhşi və primitiv üsullarla qızıl istehsalı dayandırılmalıdır!” – deyə, Muxtarlı vurğulayıb. Basta

Postsovet məkanı necə demokratikləşəcək?

Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın Avrasiyanın jandarmı statusunu təsdiq etməyə xidmət etməli idi. On il əvvəl, 2013-cü ilin noyabrında Ukraynada başlayan Avromaydan Hərəkatı (Ləyaqət İnqilabı) Rusiyanın Avrasiyada jandarm roluna qarşı ən qüdrətli çıxış idi. Azadlıqlara, demokratiyaya və insan haqlarına nifrət edən, millətlərin istiqlal, insanların hürriyyət hüququnu tanımaq istəməyən Şər İmperiyası onun 300 illik hökmüranlığını laxladan Avromaydan Hərəkatını qan içində boğmağa çalışsa da, Ukrayna xalqının iradəsi qarşısında məğlub olaraq inqilabın gerçəkləşməsinin qarşısını ala bilmədi. Bundan sonra qanlı Kreml Ukrayna xalqını cəzalandırmaq qərarına gəldi.  Ukraynanın beynəlxalq hüquqla tanınan suvern ərazilərinin Rusiya tərəfindən işğalı, işğal bölgələrində əsarətə qarşı müqavimət göstərənlərin soyqırımı başladı.  Ukraynanı Rusiya əsarətini qəbul etməyə vadar edə bilməyən Moskva ötən ilin fevralında Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başladı. Ukraynanın işğal olunacağı halda Rusiyanın bütün postsovet məkanı üzərində total nəzarətini bərpa edəcəyini anlayan bütün azadlıqsevər qüvvələrin ürəkləri Ukrayna ilə bərabər döyünməyə başladı. Ukrayna xalqının rəşadətli müqaviməti dünyada bütün azadlıq tərəfdarlarını hərəkətə keçirdi. Böyük Britaniyanın təşəbbüsü, ABŞ-ın dəstəyi ilə Ukraynaya dəstək üçün bəşəriyyətin tarixi boyu ən böyük koalisiya quruldu. Rusiya Ukraynanı işğal edə bilmədiyi kimi, sonunu gətirəcək uzunmüddətli müharibə ilə üzləşdi.    Bu müharibənin sonunda hiyləgərcəsinə avrasiyaçılıq adlandırılan üç əsirlik avrorusçuluğa son qoyulacaq. Son üç yüz ildə Avrasiyada gedən bütün siyasi proseslərdə həlledici rol oynayan Rusiya mərkəzli dünya düzənin başa çatması Yaxın Şərqdən Qafqaza, Şərqi Avropadan Uzaq Şərqə kimi çox geniş bir çoğrafiyaya ciddi təsir edərək, geosiyasi sunami doğuracaq. Bu prosesin mərkəzi postsovet məkanına düşəcəyi üçün bu çoğrafiyada nəhəng tarixi hadisələr baş verəcək. Fransa İnqilabından sonra Avrasiyada bütün demokratik prosesləri məhv etmək üçün bu çoğrafiyada jandarm rolunu oynayan Rusiyanın siyasi xəritəsinin dəyişməsi nəhəng demokratikləşmə prosesinə geniş imkanlar yaradacaq.  Lakin xalqlar özlərinin totalitar keçmişlərindən asanlıqla qurtula bilmədikləri üçün Qərbin üzərinə çox böyük vəzifə düşəcək. ABŞ ikinci dünya müharibəsindən sonra Qərbi Almaniya və Yaponiyanı necə demokratikləşdirdisə, postsovet məkanın da eyni üsulla hürriyyətə qovuşdurmalıdır.    İkinci dünya müharibəsidən sonra Qərbi Almaniya və Yaponyada demokratiya əsasən Amerika qoşunları tərəfindən “zorla” həyata keçirildi. Əgər o zaman ABŞ müttəfiqi Böyük Britaniya ilə birlikdə bu missiyanı həyata keçirməsəydi Almaniyanın və Yaponiyanın demokratikləşməsi çox çətin ola bilərdi. Müharibədən sonra keçirilən bir araşdırmada məlum olmuşdu ki, almanların yarısından çoxu hələ də Hitlərə rəğbət bəsləyir. Alman və yapon xalqını totalitar keçmişindən ABŞ məcburi şəkildə qopardı. Bunu o zaman alman və yapon xalqı həzm etməsə də, illər keçdikdən sonra amerikalıların bu xidmətini minətdarlıqla anmağa başladı.  Posstsovet məkanı da eyni qayda ilə demokratikləşdirilməlidir. Çox böyük ehtimalla məhz belə də olacaq. Bunu şərtləndirən səbəblər çoxdur. Ən əsas səbəb isə ondan ibarətdir ki, bölgə xalqları totalitar keçmişlərindən könüllü imtina etməyə hazır deyillər. Xəqani Cəfərli

Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurovun büstü ucaldılıb

22 iyun saat 10:00-da Şəmkir rayonu Kür qəsəbəsində yerləşən 1 saylı orta məktəbin qarşısında yeni ucaldılmış şəhid Milli Qəhrəman Isgəndər Aznaurovun büstünün açılış tədbiri keçiriləcəkdir.  İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib. Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir. Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdurBaşkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir. 1993-cü il 18 apreldə Gədəbəydə "Hörükdaş"da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşur. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edir. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə — döyüşlərin ən qızğın hissəsinə yollanır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olur. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Sözcü.az

Dilqəm Əliyev: Demək şöhrəti yer üzü ilə bir olan ruslara da istəyəndə qalib gəlmək olar.

 Azərbaycanın başına gələn bəlaların hamısı Rus və Fars şovinistlərinin əli ilə gəlib. Ən çox da Rusun. İndi gəlin baxaq görək bəs hər şeyi qüdrətli,daim bizdən güclü olan rusa biz nə etmişik? Yəni onun o boyda rus gücünə qarşı hansı güc tətbiq edərək haradasa uğur,qələbə əldə edə bilmişikmi? Etmişiksə necə,nə cür və harada etmişik?.. Bəli edə bilmişik. Rus qoşunları iki dəfə Azərbaycanda ağır məğlubiyyətə düçar olub. İkisində də bu hadisələr Şəmkirdə olub. Birinci dəfə keçən əsrin əvvəllərində 1918-ci il yanvar ayının 08-də AzərbaycandanTürkiyəyə gedən rusların qarşısını Şamxor stansiyasında kəsən Azərbaycanlılar 2000( iki min) nəfərdən çox Rus və Ermənini məhv etmiş,sıradan çıxartmış və onların hamısını tərksilah edərək onların Türkiyəyə getməsinə yol verməmişlər. Bu həmin ərəfədə bütün düşmənlərinə qarşı eyni zamanda döyüşən Türkiyəyə böyük kömək oldu. İkinci dəfə isə keçən əsrin sonlarında 1992-ci ilin 14 iyununda Şəmkirdə yerləşən 861 saylı alay sayları cəmi 100 (yüz) nəfərə çatan qüvvə ilə hücum edərək Şəmkirdə yerləşən hərbi Aerodromu Ruslardan aldı. Bu əməliyyat ağlasığmaz,fantastik surətdə həyata keçirilən əməliyyat oldu. Belə ki, rusların aerodromdakı əsgər,gizir,MAXE və zabit heyətinin birlikdə sayı təxminən 1500(min beş yüz) nəfərə yaxın idi. Biz aerodroma daxil olduqdan sonra Şəmkirin mərkəzində yerləşən Desant Şturm Briqadası da onların köməyinə gəldi. Nəzərə alsaq ki, desantların da sayı 1000(min)nəfərə yaxın idi (balacasının boyu 1m 90 sm olardı) İndi əziz dostlar özünüz aerodromda nələr olduğunu,ola biləcəyini təsəvvür edin. Yenə yazıram - Bizim cəmi sayımız 100(yüz)nəfər yox idi. Bu mübarizə bizə mütləq lazım idi. Biz özümüzü sübut etməli, mütləq formada silahlanmalı idik. Silahı da yalnız rusları tərksilah edərək ələ keçirməli idik. Bu gün mən bu yazıları yazıramsa demək bu işin öhdəsindən layiqincə gəlmişik. Biz aerodromda olan bütün silahları ələ keçirib tam silahlandıq və sonralar Gədəbəy uğrunda döyüşlərə qatıldıq... Demək şöhrəti yer üzü ilə bir olan ruslara da istəyəndə qalib gəlmək olar. Biz ruslara qarşı 45 sutka canavarlar kimi üz-üzə, ağız ağıza duraraq Azərbaycan üçün son dərəcə əhəmiyyəti olan aerodromu qoruyub saxladıq,əldən vermədik. Məhz 1992--1994-cü illərdə Qarabağda erməniləri bombalayan qırıcı təyyarələrimiz bu aerodromdan uçurdular. Amma çox əfsuslar olsun ki, belə bir mühüm əməliyyat barədə məlumat heç yerdə öz əksini tapmamışdır. Elə isə mən sizə əldə etdiyimiz qənimətlərlə tanış edim: --- MiQ-25 (qırıcı təyyarə) -- 5(beş)ədəd. --- Su-24 (qırıcı təyyarə) -- 11(on bir)ədəd. --- İl-76 (ağır yükdaşıyan təyyarə)--3(üç)ədəd. --- Atıcı silahlar -- 2436 (iki min dörd yüz oyuz altı)ədəd. --- Yanacaq sürtkü materialları 3000 (üç min) tona qədər. --- Xüsusi təyinatlı aviasiya və mühəndis texnikaları-- 300 (üç yüz)-dən çox.  --- Və külli miqdarda ərzaq ehtiyyatı və Aviaəmlak...   İndi isə həmin aerodromu ələ keçirən,əməliyyata rəhbərlik edən hərbçilərin bir qisminin adını qeyd edirəm:  --Hərbi hissə komandiri - Polkovnik leytenant Cahangir Rüstəmov.  --Hərbi hissə komandirinin müavini baş leytenant Dilqəm Əliyev.  --Rota komandiri kapitan İlham Əliyev.  --Rota komandiri leytenant Əliyar Novruzov.  --Taqım komandiri leytenant Yasin Rüstəmov.  --Taqım komandiri leytenant Qalib Hüseynov.  -- Minomyot Batareyasının komandiri leytenant Aydın Məhərrəmov.  --Taqım komandiri Oruc Mahmudov.  --Taqım komandiri gizir Tahir Vəliyev.  --Gizir Namiq Abbasov.  --Gizir Şahin Adıgözəlov.  --Gizir İlham Adıgözəlov.  --Gizir Adil Şükürov.  --Gizir Yusif Musayev.  --Gizir İlham İsgəndərov.   --Könüllü Həsən Abdullayev.  --Əsgər Qoşun Ələkbərov.  --Əsgər Ələddin Cəfərov.  --Könüllü İlqar Məhərov və ... adlarını yazmadığım başqa igidlər...   Diqqətinizə olduqca mühüm bir şeyi də çatdırmaq istəytirəm. Belə ki, bu əməliyyat zamanı,ruslara qarşı durduğumuz qeyri bərabər 45 sutkada bizə Şəmkir camaatı çox böyük dəstək oldu. Onlardan bəzilərini sizlərin yadına salmaq istəyirəm:  -- Şahbaz Süleymanov( Saşa dayı) --Şəmkir konyak zavodunun direktoru.  -- Hafiz İbrahimov-- Şəmkir şərab zavodunun direktoru.  -- Malik müəllim-- Şəmkir şərab zavodu.  -- Fəxrəddin Məmmədov --Şəmkir beton zavodunun direktoru.  -- Firdovsi Ələkbərov -- Şəmkirli xeyriyyəçi.  -- Füzuli Ələkbərov -- Şəmkirli xeyriyyəçi.  -- Abdulla Sadıqov -- Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı...  ... Mən bu siyahını da uzada bilərəm. Ancaq hamısının adını tam yaza bilmirəm.(bir çoxunu unutmuşam). Bu insanlardan bəziləri artıq həyatda olmasa da onların hamısı həmin əməliyyatın iştirakçılarının yaddaşında ömürlük qalacaqlar... ALLAH ölənlərə Rəhmət, qalanlara can sağlığı versin... Dilqəm Əliyev - Birinci Qarabağ müharibəsi qazisi, peşakar hərbiçi

Çinarlı(Georqsfeld) qəsəbəsinin salınmasının 135 illiyi

Bu il Şəmkir rayon Çinarlı qəsəbəsinin( ilk adı Georqsfeld ) almanlar tərəfindən salınmasının 135-ci ili tamam olur. 1888-ci ildə Almaniyanın Vurtemberq əyalətindən gəlmiş almanların ərsəyə gətirdiyi bu koloniya öz infrastrukturuna görə mövcud Şəmkir rayonu ərazisində alman koloniyaları içərisində Annanfelddən sonra ikinci əsas yaşayış yeri idi. Həmin zamandan qalan və qəsəbə ərazisində almanlara məxsus tarixi mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği və tanıtımı istiqamətində fəaliyyətin qurulması mütləqdir. Qorunmağa, bərpaya və tanıtıma ehtiyac duyulan bu tarixi mədəniyyət abidələri 135 illik ərəfəsində yaşadığımız məkanın tarixi keçmişinə verilmiş böyük dəyər olar. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti qəsəbənin qorunmasına diqqət ayırması bizim hər birimizi məmnun etmiş olar. Georqsfeld Mədəniyyət Klubu 

İranın "Mədəniyyət Mərkəzi" rəsmən bağlandı

İranın Bakıdakı “Mədəniyyət Mərkəzi”nin fəaliyyəti dayandırılıb. Bununla bağlı İran mediası məlumat yayıb. “İRNA” Xəbər Agentliyi İran Mədəniyyət Mərkəzin bağlanmasını iki ölkə arasında yaranan fikir ayrılıqları ilə əlaqələndirib. Azərbaycan hökumətinin hərəkətini “məntiqsiz” və “emosional” adlandıran İran tərəfi, İranın Bakıda çoxlu mülkləri olduğunu bildirib. “İRNA” Xəbər Agentliyi həmçinin yazıb: “İran hökumətinə məxsus mülklərlə bağlı atılan son addımlar Azərbaycan tərəfinin birtərəfli və tələsik bəhanələridir. Bu da təbii ki, dialoq vasitəsilə həll oluna bilər”.

Şəmkirdə ət kəsim məntəqəsi yaradılıb.

Qəssabların verdiyi məlumata görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları onlara xəbərdarlıq edib ki, bütün heyvanların kəsim işi orada həyata keçirilməlidir. İri buynuzlu heyvanlar üçün 20 manat, xırdabuynuzlu heyvanlar isə 8 manat olmaqla ödəniş edilməlidir(ümumiyyətlə bunun qanunvericiliyə nə dərəcədə uyğun olması haqqında heç bir izahatları mövcud deyil). Əgər Qəssabxananın mövcud olduğu ərazidə kəsim işi təşkil edilərsə birinci 500 manat, ikinci xəbərdarlıqda 1000 manat, 3-cüdə isə 1500 manat cərimə olunacaqları bildirilib. Ümumiyyətlə Azərbaycanda "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il "199" nömrəli sərəncamı mövcuddur. Həmin sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi: 1.1. yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görsün; 1.2. bu Sərəncamın 1.1-ci bəndinə uyğun olaraq yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görsün; 1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları müvafiq olaraq bu Sərəncamın 1.1-ci və 1.3-cü bəndlərində nəzərdə tutulmuş işlərin icrası ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə zəruri köməkliyin göstərilməsini təmin etsinlər. Sözcü.az

Müsavat başqanı Cümhuriyyət Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər, Əziz bacı və qardaşlarım! Sizi 28 May Cümhuriyyət Günü münasibəti ilə təbrik edirəm. 1918-ci il may ayının 28-də M.Ə. Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşlikatçılığı, Azərbaycan xalqının iradəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. M.Ə. Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən Tiflis şəhərində elan edilən Cümhuriyyətimiz xalqımızın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Yaradılan dövlətimiz Cənubi Qafqazın əksər ərazilərini əhatə edən, müsəlman Şərqində ilk demokratik dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi xəritəsinə dövrün az sayda olan azad dövlətlərindən biri kimi daxil oldu. Müsavat Partiyasının başqanı M.Ə.Rəsulzadə bu hadisəni “28 may 1918-ci ildə elan olunan Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”, – deyərək qiymətləndirirdi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində xalqımız üçün ciddi işlər gördü. Ölkəmizin ərazisində demokratik ideyalar, insan haqları, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması təbliğ və tədbiq olundu. Bəzi Avropa dövlətlərindən daha tez qadınlara seçki hüququ verildi. Təəssüf ki, qısa müddət sonra Cümhuriyyətimiz bolşevik Rusiyası tərəfindən 1920-ci ilin 27 aprelində işğal olundu. Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət quruculuğu istiqamətində gedən proseslər dayandırıldı. Müstəqilliyimiz itirildi. Lakin xalqımızın qəlbinə əbədi həkk olunan İstiqlal eşqini silib atmaq mümkün olmadı. M.Ə.Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enmədi. İstiqlal idealına sadiq olan Azərbaycan xalqı 1991-ci il oktyabr ayının 18 də özünün itirilmiş dövlət müstəqilliyini yenidən bərpa etdi. Təəssüf ki, hakimiyyət uzun illərdi Cümhuriyyətimizin banilərinə, xüsusilə M.Ə.Rəsulzadəyə qarşı qısqanclıqla yanaşaraq gözdən salmağa çalışsa da xalqımız ona yoxdan bir bayraq və müasir dövlət yaratmış başda böyük Məhəmməd Əmin Rəsulzadə olmaqla unudulmaz tarixi şəxsiyyətləri layiqincə dəyərləndirir, onları hörmətlə yad edir. Müsavat Partiyası və digər demokratik qüvvələr ölkədə demokratik cəmiyyət qurulması uğrunda mübarizə aparır və əminik ki, ölkədə demokratik cəmiyyət qurulduqdan sonra ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin ideyaları tam şəkildə həyata keçmiş olacaq. Əziz həmvətənlər! Sizi bir daha xalqımızın ən önəmli bayramı olan 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Müsavat başqanı İsveç Krallığına səfərə gedib

Müsavat Partiyasının başqanı Arif Hacılı və başqanın beynəlxalq məsələlər üzrə müavini Səxavət Soltanlı ALDE - liderlərinin konfransına qatılmaq üçün İsveç Karallığının paytaxtı Stockholma gediblər.  Sozcu.az saytının əldə etdiyi məlumata görə, konfransda Azərbaycana aid siyasi, iqtisadi problemlər, Qarabağın işğalının region üçün təhlükəli nəticələri, siyasi məhbuslar, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin prespektivləri və digər məsələrlə bağlı müzakirələrin də  keçiriləcəyi gözlənilir.  Xatırladaq ki, Avropa Liberallar və Demokratlar İttifaqı (ALDE) Avropa Parlamentinin ən böyük fraksiyalarından biridir. Qrup Avropa Parlamentində 100 deputatla təmsil olunur. Qrupa 43 ölkədən olan siyasi partiyalar daxildir. Müsavat Partiyası 2007-ci ildən ALDE-nin üzvüdür.

Qarabağ qazisinə kassasiya şikayətini yazmağa vəkil ayrılıb, amma bir aydır yazan yoxdur

Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, “dost” məmurlarının pensiyasının yarısını, reabilitasiya vasitəsi avtomobili də içində olmaqla daşınar -daşınmaz əmlakının hamısını apardığı,  xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Abbaszadə Xaliq Əvəz oğlunun Bakı  Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının  (sədrlik edən Səadət Bəktaşi) 03.08.2021 tarixli qərarından kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında ərizəsi 26.04.2023 tarixli qərardadla təmin olunub . Qərarın icrası Vəkillər Kollegiyasına həvalə olunsa da, hələ də vəkil xidmətindən soraq yoxdur.  Xatırladırıq ki, Qarabağ qazisi 10 ildir sığorta, yol polisi,   məhkəmə, icra, sosial müdafiə … ortaq dələduzluğunun qurbanına çevrilib. Qarabağ qazisinin reabilitasiya vasitəsi olan 90-HX-384 nömrəli “əlil maşınını” 10-CK-200 nömrəli “Nissan”la dayandığı yerdə arxadan vurub, “metallomluq edən” Fərid Zakir oğlu Hüseynovun “avtoşbala” haqqı” Suraxanı yol polisi Tahir İsgəndərovu necə “hayıl-mayıl” edibsə, “hallı” məmur oğlunu atasının zəngi ilə alkoqol testindən keçirməyib, amma Qarabağ qazisi testdən keçib. Halbuki, belə yol qəzalarında alkoqol testi məcburidir. Testdən imtina şəxsin alkoqolun təsiri altında olduğu kimi qiymətləndirilir. Tahir İsgəndərov qanundan aldığı təlimatı yox, “avtoşbala”nın atasından aldığı “təlimata uyğun” olaraq, Qarabağ qazisinə dəyən ziyanın ödəniləcəyinə söz verib , amma  10 gün keçməmiş  heç bir protokol tərtib etmədən məhkəmə qaydasında inzibati xəta törətməyə görə 400 manat cərimə edib. Bundan sonra dələduzluq estafeti Ədliyyə Nazirliyinin icra məmurlarına və “Rəvan” sığorta şirkətinə ötürülüb. “Rəvan” sığorta şirkəti törəməsi olduğu “Nurgün”də saxta 10 min manatlıq defekt aktı tərtib edib, xaricdə müalicəyə ehtiyacı olan qazidən 3 təzə “əlil” maşını”nın dəyərində ziyanhaqqı tələb edib. Maliyyə Nazirliyi bu saxtalığa görə, həm “Rəvan” sığorta şirkətini, həm də “Nurgün”ü bir neçə dəfə cərimələsə də, dələduz şirkət nəinki geri çəkilib, əksinə, cərimələrdən daha da qərəzini artırıb. Təsəvvür edin, Qarabağ qazisinin “Rəvan” sığorta şirkətinə qarşı iddiasına Nərimanov məhkəməsində baxıldığı zaman,  cavabdeh Sabunçu məhkəməsində maşının yiyəsi şəhidə və iddiaçıya qarşı iddia qaldırıb! (???) Məhkəmə hüquq sisteminin “ədalətinə” özünüz qiymət verin, nədən nə Məhkəmə Hüquq Şurası, nə də digər aidiyyatı qurumlar bu özbaşınalığa qiymət verir. Sabunçu məhkəməsi ,başqa məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə iş olması səbəbindən icraata xitam verməli olduğu halda, işi Suraxanı məhkəməsinə ötürüb. Qarabağ qazisi bu “ötürmə qərarı”ndan apellyasiya şikayəti və təmin olunmadığından, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin 13.05.2017 tarixli qərarı 6 ildir icra olunmur. Suraxanı məhkəməsi ( Ramil Həsənov) Ali Məhkəmənin qərarından bir il qabaq saxta 16.11.2016 tarixli qətnamə ilə Qarabağ qazisini “üstünə benzin töküb yandırma” cəzasına məhkum edib. Özbaşınalığa baxın, Ali Məhkəmə 2017-ci ildə işin məhkəmə aidiyyatını müəyyən edib, baxmağa göndərib, amma artıq bir il qabaq Suraxanı məhkəməsi iş üzrə qətnamə çıxarıb? ! Təbii ki, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən qanuni qüvvəyə minməyib. Amma Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev bu saxta, qanuni qüvvəyə minməmiş qətnamədən Qarabağ qazisinə qarşı təzyiq kimi yararlanıb, daşınar -daşınmaz əmlakına həbs qoyub. Bu icra məmurunun özbaşınalığı o həddə çatıb ki, olmayan icra sənədi üzrə “borcu”Qarabağ əlilinin pensiyasına məktubla  (?) yönəldib . DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da ağına -bozuna baxmadan məktub əsasında  (?)Qarabağ əlilinin pensiyasının yarısını dələduz “Rəvan” sığorta şirkətinə iki ay ödəyib . “İcra haqqında” qanunun 68.1.2 maddəsini media qurumları tirajlayandan sonra pensiyadanyeyilmə dayandırılıb, amma yeyilən 351 manat qaytarılmayıb.  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Suraxanı icra şöbəsinə , Nərimanov məhkəməsində “Rəvan” sığorta şirkətinə qarşı,  Bakı İnzibati Məhkəməsində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yeyilən pensiyanın geri qaytarılması tələbi üzrə Qarabağ qazisinin iddiaları hələ ki, ədalətli sonuc vermir. Məhkəmə hakimiyyəti, cavabdehlər,  eldə deyildiyi kimi, ARI ATIB, NAMUSU YEYİBLƏR. Xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisinin pensiyasını yeməklə doyacaqlar?  Nə isə, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin İPM-in 68-ci maddəsi əsasındakı  “daxili inam”I “İcra haqqında” qanunun 68.1.2 maddəsini ( “ TƏLƏB,  BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”) görməzliyə vurub. Eləcə də Bakı Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi olan heyətini də. İndi Vəkillər Kollegiyası 26.04.2023 tarixli qərarı icra edib, qazinin kassasiya şikayətini yazsa, Ali Məhkəmənin ədaləti bərpa etməməyə heç bir əsası yoxdur.  Məğrur Bədəlsoy

Müsavat Novxanıda bayram mitinqi keçirəcək

Mayın 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda həftə ərzində görülən işlər haqqında məlumat dinlənilib. İşğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması prosesinin yubanması ilə bağlı sənədin hazırlanması təklif edilib. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı barədə məlumat dinlənilib. Divan mayın 28-də saat 12:00-da Müstəqillik Gününü qeyd etmək üçün Novxanıda bayram tədbirinin keçirilməsi haqqında qərar qəbul edib. Mitinqə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Qaradağ Rayon Məhkəməsində 105 gündür aclıq edən AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayevə 4 il həbs cəzası verib. Müsavat Divanı bunu Azərbaycanda repressiyların davamı kimi qiymətləndirib və onun dərhal azadlığa buraxılmasını tələb edib. İclasda Günaz TV-nin qurucusu və rəhbəri Əhməd Obalının və oğlu Dənizin ABŞ-da hücuma məruz qalmasından narahatlıq ifadə edilib, bu cinayətin icraçıları və sifarişçilərinin tezliklə cəzalanmasının zəruriliyi vurğulanıb. Türkiyədə keçirilən seçkilər, Ukraynada gedən müharibə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub. Basta

Kəlbəcər gerçəkləri! - Sabiq icra başçısı yazır ...

Bütün reqionların inkişaf səviyyəsi onun yolundan bəlli olur. Yəni yol əslində inkişafın göstəricisidir! Kəlbəcərdə infrastrukturların yenidən bərpası və həyatın normal ahəngə düşməsi yoldan cox asılı olacaq. Ona görə ilk atılacaq addım ilin bütün fəsilləri işləyə biləcək bir yolun çəkilməsidir ki, o da Tərtər-Kəlbəcər arası köhnə çayqırağı yoldur. Şəhərin bərpası isə mütləq planlı şəkildə aparılmalıdır ki, həm turizm üçün cəlbedici olsun, həmdə yaşam asanlaşsın. Bu məsələdə inkişaf etmiş Avropa ölkələrinin ( məsələn İsveçrənin)şəhərsalma planlarından faydalanmaq olar. Əlbətdə ki, dövlət dəstəyi çox önəmlidir. Belə ki, istər şəhərdə istərsədə kəndlərdə evləri dağılmış vətəndaşlara , iş yerləri dağılmış sahibkarlara dəymiş zərər adil qaydada hesablanıb dövlət tərəfindən qarşılanmalı və onların bərpasına nəzarət olunmalıdır. Əks halda kəndlərin də dövlət tərəfindən bərpası həm çox vaxt alar, həm də xərci ikiqat artar. Bu dəymiş zərər beynəlxalq təşkilatların da dəstəyi ilə Ermənistan dövləti tərəfindən qarşılanması üçün lazımı sənədləşmə işləri aparılmalıdır!Şəhərdə dağıdılmış evlərin bərpasına xüsusi nəzarət olunmalı ki, şəhərin atxitekturasına zərər verilməsin. Dövlətə baglı infrastrukturlar isə( su,elektrik,qaz,kanalizasion) şəhərin bərpasından əvvəl bərpa olunmalıdır ki, sonrakı bərpa işləri vaxtı infrastrukturlara zərər dəyməsin .  İsti- Suyun planlı şəkildə yenidən bərpası da şəhərin bərpası qədər önəmlidir. Cünki qələcəkdə Kəlbəcərin iqtisadiyyatında turizm gəlirlərinin böyük payı olmalıdır. Bu istər istirahət zonalarinin yaradılmasında, istərsədə mineral suyun , təmiz və minerallarla zəngin içməli suyun qablaşdırma məsələsində də ciddiyə alınmalıdır. Respublikanın böyük şəhərlərini qablaşdırılmış içməli su ilə təmin etmək üçün böyük su hövzələri səmərəli istifadə edilməlidir.Təbii sərvətinə görə ən zəngın rayonlardan olan Kəlbəcərin qızıl yataqları, civə yatagı, qiymətli daşların işlənməsi və satışa çıxarılması cox gəlir qətirən sahələrə çevrilməlidir. Təbii ki, əsas gəlir mənbələrindən biri olan kənd təsərrüfatı da sistemli şəkildə inkisaf etdirilməlidir. Azərbaycanın 30-dan çox rayonu da əvvəllər Kəlbəcər yaylaqlarından yararlanırdı ki, bu da tək Kəlbəcərin yox respublikanın kənd təsərrüfatının inkişafında rol oynayırdı. Kəlbəcərin gələcək inkişafı üçün ali təhsil ocaqlarının ( xususilə kənd təsərrüfatı, turizm, istehsalat üzrə)açılması cox vacibdir.  Taxta düzü deyilən ərazimizdə qış olimpiadlarını keçirə bilmək üçün mükəmməl olimpiada mərkəzi yaradıla bilər ki, bu da iqtisadiyyatımıza önəmli gəlir gətirə bilər. Bizim o vaxt( 1992-ci il Milli hökümət zamanı) “Taxta düzü”hava limanı planımızda da İsti-Su turizmi ilə bərabər , qış olimpiadı da nəzərdə tutulurdu.  İqtisadiyyatı bəlli bir sahələrdən asılı vəziyyətə salmamaq, işsizliyin qarşısını almaq üçün xırda istehsalat müəssələrinin də ( Xalçaçılıq, tikiş fabrikləri, daş karxanaları, tibbdə cox faydaları olan bitkilərin toplanıb qablaşdırılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılması kimi) açılmasına cox ehtiyacımız olacaq. Kəlbəcərdə elə qiymətli daşlar çıxır ki, xaricdən baha qiymətə gətirilən üzlük daşlardan daha keyfiyyətlidir. Eyni zamanda arxitektur binaların tikintisi üçün çeşidli qara daşların ixracı da iqtisadiyystımıza bəlli bir qəlir gətirmək imkanındadır. Bunun üçün böyük istehsalat gücünə malik daş karxanasına da ehtiyac olacaq. Qızıl yataqlarının və civə yatagının da işlətməsi yerli şirkətlərə həvalə olunmalı ki,Kəlbəcər sakinlərinə həm əlavə iş yeri açılsın və əlbətdə ki, gəlirin də müəyyən bir hissəsi rayonun inkişafına sərf olunmalıdır. Bir sözlə torpagının altı və üstü təbii sərvətlərlə zəngin Kəlbəcər ərazisi düzgün iqtisadi planlama ilə idarə olunursa nəinki Kəlbəcərin iqtisadiyyatına, həmçinim respublika iqtisadiyyatına böyük töhvələr verər və Kəlbəcərlilərin də rifah səviyyəsi yüksələr.  Mənim Kəlbəcəri yaxından tanıyan biri kimi bu göstərdiyim tövsiyyə xarakterli yol xəritəsi, əslində dəyərli iqtisadçılarımız, sənaye və kənd təsərrüfatı mütəxəsislərimiz, turizm mütəxəsislərimiz ,arxitektorlarımız tərəfindən əlavələr və düzəlişlər də edilərək bir komplekt layihə halına gətirilərək dövlət layihələşdirmə və planlaşdırma idarəsinə verilərsə bir dövlət proqramı halına salınar. İlham Həsən, Kəlbəcərin keçmiş icra başçısı 

Dürüst siyasətçi, dürüst siyasət ola bilərmi ?

Ümumiyyətlə müşahidələr göstərir ki, siyasətlə məşğul olan insanları həmişə etibarlı saymırlar. Azərbaycan kimi ölkələrdə siyasətçilər haqqında qaranlıq təsəvvürlər mövcuddur. Avtoritar və ya totalitar ölkələrdə əzilən, əziyyət görən xalqın bu rəyi hesab edirəm ki, təbii görünməldir. Bir çox ölkələrdə uzun illərin mənzərəsi bunu ortaya qoyub. İnsanların etibar etdiyi, arxasınca getdiyi, inandıqları siyasətçilər onları yarı yolda qoyub, pul, vəzifə, mandat qarşılığında maraqlarını müdafiə etdiyi insanları məğlubiyyətə, mənəvi sarsıntılara düçar edərək əks düşərgəyə keçib və dahada azğınlaşaraq simasızlaşıblar. Bunu görən sadə insanlar isə siyasəti belə təsəvvür etməyə başlayıblar. Xəyanət, pul qarşılığında satılmaq, mandata görə xalqı yarı yolda qoymaq siyasi inamı, siyasi dürüstlüyü yaddaşlarda arxa plana keçirib. Bu qeyd olunanları əlbəttə ki, bütün siyasətçilərə, siyasi fəaliyyətlə məşğul olanlara aid edilə bilməz. Amma siyasi əhval-ruhiyyə o qədər çirkablaşır ki, yaxşı kimi tanıdığın siyasətçilərə belə şübhə ilə yanaşmağa başlayırsan. Düşünürsən ki, görəsən budamı kiminsə əlinə işləyir, kiminsə adamıdır ? Özün-özlüyündə sual edirsən. Ümumiyyətlə şübhə çox gözəl bir şeydir. Şübhə həqiqətin açarıdır. İnsanı araşdırmağa, həqiqəti bütün çalarları ilə görməyə, daha çox öyrənməyə, məlumatlanmağa sövq edir. Şübhə insanı tələsik qərarlar verməyə sövq etməməlidir. Mükəmmələşməyənə qədər mövqeyini özündə saxla. İnana biləcəyin dürüst siyasət adamı xalqın içərisindən olan, xalqa daha yaxın, xalqın dərdini özününkü bilən, xalq maraqlarını hər şeyin üstündə bilən adamlar ola bilər. Bunu bəlkə müəyyən etmək bir az çətin olsun, amma gəldiyi qısa yola baxmaq ilkin müşahidə üçün yetərli hesab oluna bilər. Yeni dövrdə bütün bunlar daha əlçatan və rahatdır. Dürüst siyasətə gəldikdə isə bu bütün mütərəqqi ölkələrin uğurlarının əsas açarıdır. Dələduz, oğru, cinayətkarlar heç bir zaman xoş mənzərə yarada və ya düzən qura bilməzlər. Bütün gözəlliklər dürüst adamların əsəridir. Özünəmünasibət, ətrafındakı insanlara, gələcəyə sağlam yanaşma dürüst siyasətin təməl özülüdür. Özünəmünasibətlə etibarlılıq qazanmaq, ətrafındakı insanların inamını hər zaman qorumaq və bu dəyərləri gələcəyə ötürmək. Dürüst siyasətin əsasında etibarlılıq qazanılır, şəffaflıq qorunur və bütün bunların nəticəsində hesabatlılıq təmin edilir. Dürüst siyasət xalqın saflaşan və saflaşmağa meyilli ruhundan doğur. Dürüst siyasəti xalq öz soyuducusunda, uşaqlarının geyimində, yaşadığı məkanın görüntüsündə, ictimai nəqliyyatda, məktəbdə, xəstəxanada, dövlət idarələrində görə bilər. Bunu hansı formada görürsünüzsə ölkənizdə ki, siyasətçilərin nə qədər dürüst olduğunu anlaya bilərsiniz.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

İki Türkiyə: Varlılarla yoxsulların seçim fərqi

Xəqani Cəfərli,  şərhçi Ötən gün Türkiyədəki seçkilərlə bağlı səsverməni İstanbulda müşahidə edən yaxınlarımdan birinin göndərdiyi bir qeydi paylaşmışdım. Həmin qeydi şübhə altına alanlar da olmuşdu. Həmin seçki məntəqəsinin yerləşdiyi Kadıköydə  rəsmi məlumatlara görə, Kemal Kılıçdaroğlu səslərin 80.58 faizini, Rəcəb Tayyip Ərdoğan cəmi 16.85 faizini qazanıb.  Türkiyənin Ümumdaxili Məhsulunun 45 fazindən artığını təşkil edən üç böyük şəhərdə, İstanbul, Ankara və İzmirdə Kemal Kılıçdaroğlu qalib gəlməsinə baxmayaraq seçki ikinci tura qaldı.  Böyük şəhərlərin dövlət büdcəsinə ödədiyi vergilərdən dotatsiya almaqla yaşayan, şeyx-mürid münasibətlərinin hökm sürdüyü əyalətlərin güclü dəstəyi Rəcəb Tayyip Ərdoğanı məğlubiyyətdən xilas etdi. Türkiyədə seçki rəqabəti savadlı, nisbətən daha yaxşı yaşayan şəhər əhalisi ilə savadsız və yoxsul əyalət əhalsi arasında gedirdi. Daha varlı olan şəhərlərdə bir qayda olaraq Kılıçdaroğlu, yoxsul əyalətlərdə isə Ərdoğan qalib gəldi.  Seçkinin nəticəsinin müəyyən olunması ikinci tura qalsa da, Ərdoğan üstünlüyə malikdir. Ancaq bu Ərdoğanın arzuladığı bir qələbə deyil. Beş il əvvəlki, 2018-ci il seçkilərində 26.068.146 seçicinin səsini qazanan Ərdoğan, 14 mayda cəmi 26.082.947 seçinin səsini qazanıb. Bu səslərin içərisində isə 2018-ci ildən fərqli olaraq radikal islamçı Yendən Rifah  Partiyasının və HÜDA PAR-ın 2 milyon səsi də var. Üstəlik bu iki radikal islamçı partiya parlamentdə də təmsil olunacaq. İslam dünyasında şəriətin aparıcı siyasi cəryana çevrilməsində əsas rol oynamış Milli Selamet Partiyasının davamı olan Yendən Rifah  Partiyası, eləcə də Hizbullahın siyasi qanadı olan şəriət dövlətinin yaradılmasına çalışan HÜDA PAR-ın (Hür Dava Partisi) parlamentdə təmsilçiliyi çox ciddi problemlərin yaranacağından xəbər verir.  Ümumilikdə, Türkiyə 14 may seçkiləri nəticəsində cümhuriyyət dövrünün ən qatı şəriətçi və anti-Qərbçi parlamentini qazanıb. Mərkəzi Bankında valyuta qalmadığı üçün aprel ayının 1-dən bu günə kimi 700 ton qızıl eytiyyatının 147 tonunu satmaq məcburiyyətində qalan bir ölkənin bu xəstə və yorğun prezident, qatı şəriətçi və anti-Qərbçi parlamentlə nə qədər davam gətirəcəyi qeyri-müəyyəndir.  Yeganə ümid yaradan məqam müxalifətin  beş il əvvəllə müqayisədə səslərini 15.216.199-dən 23.867.812-ya artırması, üç böyük şəhərdə, İstanbul, Ankara və İzmirdə tam üstünlük qazanması və Ekrem İmamoğlu kimi gənc liderə sahib olmasıdır.   Bizim isə 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin etdiyi kimi Azərbaycanın müstəqiliyini hər kəsə qarşı qorumaqdan, Mirzə Fətəli Axundzadənin müəyyən etdiyi yolla getməkdən başqa seçimimiz yoxdur. Əks halda Yenidən Rifah və HÜDA PAR tezliklə Bakıda peyda olacaq.  P.S. İstanbul, Ankara və İzmirdəki seçkilərin rəsmi nəticələrini ardıcılıqla təqdim edirəm.

Millət İttifaqını bir arada bu iradə tutdu

Sinan Oğan kampaniyasına İmamoğlunun sloqanı ilə nöqtə qoydu. Cəhənnəmin qapılarını qapadacaqlarını, yəni bu dövrü bitirəcəklərini söylədi.  Dünən dediyi "bizə kim vəzifə təklif etsə, 2-ci turda onu dəstəkləyəcəyik" açıqlaması ciddi etirazlara səbəb olmuşdu. Çünki Türkiyə toplumunda müdhiş bir dəyişiklik tələbi var. Cumhur İttifaqı xaricindəki bütün vətəndaşlar - türkü, kürdü, ələvisi, sünnisi, millətçisi, dindarı, sosialisti, liberalı - bir sözlə, hər kəs dəyişikliyə, ədalətə, azadlığa təşnədir. Bu dəyişikliyə mane ola biləcək hər addıma, qərara, açıqlamaya dərhal və çox sərt etirazlar gəlir. Meral Akşeneri masaya bu iradə qaytardı, əks təqdirdə, partiyası əriyib bitəcəkdi. Millət İttifaqını bir arada bu iradə tutdu. Belə bir məsəl var: əgər aslan, ceyran, canavar, dovşan, ayı, zebra yan-yana qaçırsa, deməli, meşədə yanğın var. Türkiyənin də durumu budur. Ölkədə yanğın var. Söhbət heç də sosial-iqtisadi çətinliklərdən getmir. Anadolu torpaqlarında hələ 1808-ci ildə "Sənədi ittifaq" ilə başlayan, 1839-da "Tanzimat" fərmanı, 1876-da "Qanuni Əsası" (1-ci Məşrutiyət) ilə davam edən demokratikləşmə, modernləşmə cəhdləri olub. Pis-yaxşı, bu yarımçıq ənənə Cümhuriyyətin qurulmasında köməyə gəldi. Cümhuriyyət dövründə isə 1950-ci ildən bəri qazanılan və tədricən, fasilələrlə institutlaşan demokratik nailiyyətlər var. İndi bu demokratik birikim və onunla paralel laik sistem, sekulyar yaşam tərzi təhlükə qarşısındadır. Yuxarıda saydığım əhali təbəqələri bunu qəti istəmir. Hər kəs hüquq və azadlıqların, dünyəviliyin nə qədər həyati olduğunu dərk etdi. HDP-li kürdlə İYİ Partili və ya partiyasız türk millətçisini, CHP-li ilə Səadət partiyalını bir araya gətirən bu ortaq maraqdır. Ölkənin bu nailiyyətlərini itirib, Orta Şərq tipli despotizmə yuvarlanması onlar üçün kabus ssenarisidir. Əslində AKP və MHP-lilərin də çoxu bunu istəmir, əgər hakimiyyətdən düşsələr, bunların necə bir demokratiya mücahidinə çevriləcəklərini görəcəyik. Yaşasın laik, demokratik Türkiyə Cümhuriyyəti! Şahin Cəfərli 

"Əgər seçkilərin nəticələrinə haram qatılmasa hər şey çox gözəl olacaq" -ARİF HACILI

Bütün dünyanın diqqət mərkəzində olan Türkiyə seçkiləri sona çatır.  Bu seçkilər Türkiyənin bütün islam dünyasında ən demokratik dövlət olduğunu, bəzi məqamlara, xüsusilə cəmiyyətin siyasi fəallığına görə hətta bəzi Avropa ölkələrindən geri qalmadığını təsdiq etdi.  Ümid edirik, inanırıq ki, seçki günü və seçkidən sonrakı günlərdə bəzi qüsurlara baxmaraq əsasən  azad siyasi rəqabət şəraitində keçən seçkilərə kölgə salacaq hər hansı olaylar baş verməyəcək. Seçki kampaniyası dövrünə aid bəzi nüanslara baxmayaraq hər kəs bilməli və nəzərə almalıdır ki, Türkiyə-Azərbaycan dostluğu seçkilərin istənilən nəticələrindən asılı olmayaraq yenə davam edəcək.  Çünki, bu dostluq ayrı-ayrı siyasi liderlərin, dövlət xadimlərinin, hətta hökümətlərin qarşılıqlı  münasibətlərinə deyil, dövlətlərarası, xalqlar arası dostluq  münasibətlərinə əsaslanır.  Bizim üçün ən vacib məsələ isə Türkiyədəki seçkilərin demokratikliyinin təmin edilməsi, xalqın iradəsinə əsaslanan hakimiyyət strukturlarının formalaşmasıdır.  Əgər seçkilərin nəticələrinə haram qatılmasa hər şey çox gözəl olacaq! Türkiyəmiz üçün xeyirli, uğurlu olsun!! Arif Hacılı, Müsavat Partiyasının başqanı

Ermənistanın təxribatı davam edir: Yaralımız var

Ermənistanın təxribatı nəticəsində hərbçimiz ağır yaralandı Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub. Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Arif Hacılı İlham Əliyevin çıxışına cavab verdi

İlham Əliyevin bugünkü çıxışında səslənən bəzi fikirlərin aydınlaşdırması, tarixi faktlarla düzəliş edilməsi bu hadisələrdən xəbərsiz olanları məlumatlandırmaq baxımından çox vacibdir.  Azərbaycanın ən çox əraziləri (6 rayon) H. Əliyevin hakimiyyəti dövründə işğal edilib.  Ən çox sayda hərbi qulluqçumuz da həmin dövrdə şəhid olub.  Elçibəy hakimiyyəti dövründə Ermənistana yanacaq satılmayıb.  Əgər satılıbsa bu indi müxalifət liderləri sırasında olan şəxsər tərəfində edilməyib. Bu mümkünsüz idi, çünki bizim yanacaq sektoruna müdaxilə imkanımız olmayıb.  Yanacaq sektoru ilə əlaqəsi olanlar H. Əliyevin hakimiyyətə gəlməsində ən mühüm rol oynayan və ya sonralar birbaşa ya da dolayısı ilə indiki hakimiyyətin yanında olan şəxslər idi.  İlham Əliyevin o dövrdə Ermənistana yanacaq satılması barədə faktı varsa hökmən açıqlasın.  Bu cinayətin kim(lər)in tərəfindən törədilməsi, bu yolla əldə edilmiş vəsaitlərin hansı məqsədlərlə xərclənməsi barədə cəmiyyətin məlumatlandırılmasında ən maraqlı olan tərəf bizik. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Güllü paltar geyinmək ayıbdır, yoxsa xalqın malını talamaq?

Bizdə güllü paltar geyinmək ayıb sayılır, amma rüşvət almaq, xalqın malını talamaq yox.  Hamı bilir ki, pula pul deməyən nazirlərin, icra başçılarının, onların böyüklərinin varidati dövlətdən və xalqdan oğurlanmış pullar hesabınadır.  Hamı bilir ki, cah-cəlal içində üzən prokurorun, hakimin, polis rəisinin var-dövləti hansısa cinayətə göz yumulması müqabilində alınan rüşvət hesabınadır.  Bilir, amma demək olar ki, heç kim onları açıq qınamır. Əksinə, əksəriyyət onlarla salam kəsməyi, yaxın olmağı özlərinə şərəf sayırlar...  Birisi var, adını müxalifətçi qoyub, özü tanıdığım ən zəngin adamardan biridir, çünki əli iqtidarın cibindədir. O da güllü paltar geyinməyi qınayıb. Biri ona demir, ay filankəs, sən indiyə qədər azı 3 dəfə mənsub olduğun düşərgəni, dostlarını satmısan ee, indi "kişilikdən", "dəyərlərdən" dərs keçəcəksən?  Güllü paltar geyinmək niyə ayıbdır? Onlar kimə ziyan vurub? Qadınlar geyinəndə niyə ayıb olmur? Güllərdən xoşunuz gəlir, evinizi, bağınızı güllərlə bəzəyirsiz, fonunda şəkil çəkdirirsiz. Paltarda gül şəkli olanda nə olur?  Deyə bilərsən ki, zövgsüzdür, yaraşmır, amma illah da səhnəyə çıxan artisti geyiminə görə mənəvi terrora məruz qoymaq - güllü paltar geyinməkdən qat-qat daha pis əməldir.   Əjdadlarımız xələt geyiniblər. Ondan da əvvəl kişilərin libası qadınların indiki donu kimi olub. Orta əsrlərdə kişilərin sırğa taxması Azərbaycanda da adi hal olub... İndi onları qabağımıza qoyub danlamalıyıq?  Güllü paltar geyinməyin dəyərlərə heç bir aidiyyatı yoxdur, bu, stereotip məsələsidir. Stereotiplər cəmiyyətin problemidir. İnsanlar mənasız hisslərin əsiri olmamalıdır. Kimlərsə şəxsi nümunəsi ilə və cəmiyyətin hədəfinə gələrək bu stereotipləri məhv edirsə, onlara təşəkkür etmək lazımdır. Mustafa Hacıbəyli, jurnalist 

RLC (Red Line Channel) kanalı müvəqqəti fəaliyyətini dayandırmalı oldu.

RLC ölkədə tək-tük öz sözünü deyə bilən media kanalı idi ki, Azərbaycandakı mövcud idarəetmənin qırmızı xətlərinə toxunurdu, sistemin mahiyyətini açmağa yönəlik fəaliyyət göstərirdi. RLC-nin əsas missiyası hakimiyyətin həyata keçirdiyi manipulyasiyalara aydınlıq gətirmək, işin əslini göstərmək, baş verənlərin mahiyyətini təfərrüatlı şəkildə çözmək idi. Bu fəaliyyətinə görə RLC kanalı bir neçə ay öncə yerləşdiyi ofisdən çıxarıldı. Mart ayında Facebook səhifəsi hak olundu və son 1 illik materialları Facebook səhifəsindən silindi. Bu materialların böyük hissəsinin yüz minlərlə baxış, minlərlə bəyənmə sayı vardı. Bir neçə gün öncə isə RLC-nin sığındığı təşkilata ofisi boşaltması tələbi gəldi.  Son bir neçə ayda biz RLC kanalı olaraq fəaliyyətimizə ara verərək yeni formatlar üzərində işləyirdik. Hər gün efirə çıxmaq, yeni verilişlərlə ölkədə baş verənlərin operativ təhlilini həyata keçirmək istəyirdik. Mətbuat azadlığının böğulduğu ölkələrdə müstəqil medianın ayaqda qala bilməsi üçün maliyyə dayaqları tapmaq çox çətindir. RLC məhz ölkədə fəaliyyət göstərərək və dəstəyi xalqdan alaraq işinə davam etmək qərarı verdi. Bu qərar, yəni müstəqil media qurumunun xalqdan maliyyə dəstəyi (ianə) alması hakimiyyətin qırmızı xətlərini keçmək demək idi. Ölkədə xalqdan maliyyələşib müstəqil fəaliyyət göstərmək avtoritar rejimlərin həm hekayələrini yalanlayır, həm də arzuolunmaz presedentlər yaradır. RLC məhz bu qərarı verdikdən sonra yerləşdiyi məkandan çıxması tələb edildi. RLC fəaliyyətini müvəqqəti dayandırır. RLC olaraq haradan və necə başlaya biləcəyimiz üçün yenidən yola çıxacağıq.  Hörmətlə, RLC-nin baş redaktoru Samirə Qasımlı

Britaniya səfiri Müsavatın qərargahına gəldi - FOTO

Bu gün Müsavat Partiyasının qərargahında Müsavat Partiyasının başqanı Arif Hacılı ilə  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld  arasında görüş keçirilib.  Sozcu.az -ın verdiyi xəbərə görə, görüşdə,  Azərbaycanda ictimai-siyasi vəziyyət, insan hüquqları, demokratik inkişafa mane olan amillər, siyasi məhbuslar barədə ətraflı müzakirələr keçirilib.  Qarabağ nizamlanması, regional probleblər Azərbaycanla Birləşmiş Krallıq arasında münasibətlər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.   Görüşdə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı da iştirak edib. 

Avrasiyaçılığın sonu Azərbaycana nə vəd edir?

Rusiya ağırlıqlı avrasiyaçılığın sonu Azərbaycana nə vəd edir? Azərbaycan xalqının iki əsrdən artıq davam edən faciələrinin əsas səbəbi 1721-ci ildən sonra Avrasiyada bərqərar oln Rusiya ağırlıqlı avrasiyaçılıqdır.  Avrasiyada Rusiya ağırlıqlı avrasiyaçılığın bərqərar olmasının nəticəsi olaraq Guzey Azərbaycan ruslar tərəfindən işğal olunub. Ötən əsrin əvvələrində Rusiya imperiyasının, sonlarında isə Sovet İttifaqının dağılması, Rusiya ağırlıqlı avrasiyaçılığın müvəqqəti olaraq və qismən qüvvəsini itirməsi Guzey Azərbaycanın bir hissəsinin Rusiya işğalından azad olaraq müstəqil dövlətə çevrilməsinə imkan verib.  Dərbənd başda olmaqla Şimal torpaqlarımız hələ də işğal altında olmasının əsas səbəbi Rusiya ağırlıqlı avrasiyaçılığın əsasən davam etməsinin nəticəsiir. Güney Azərbaycanın müstəqilliyinin qarşısını alan əsas amil də Avrasiyada mövcud olan Rusiya ağırlıqlı avrasiyaçılıqdır.  Rusiya ağırlıqlı avrasiyaçılıq bərqərar olduğu zamandan bu günə kimi ən böyük təhlükə ilə üzləşib. Əgər Rusiya Ukraynada məğlub və darmadağın olmaqdan xilas olsa 300 illik avrasiyaçılıq davam edəcək. Belə olacağı halda postsovet respublikaları ilə bərabər Azərbaycanın da müstəqilliyi formal xarakter daşıyacaq. Yalnız Xankəndində deyil, bütün Azərbaycanda əsas söz sahibi Rusiya olacaq.   Rusiya ağırlıqlı avrasiyaçılıq Avrasiyanın digər böyük dövlətləri Çin, Türkiyə, İran, Fransa və Almaniyanın da maraqlarına uyğundur. Bu dövlətlər zamna-zaman birbiriləri ilə müharibə etsələr də, Rusiya ağırlıqlı avrasiyaçılığın qalmasında maraqlıdırlar. Bu dövlətlərin istədikləri yeganə məsələ Rusiyanın zəifl olması, onların mövqelərini nəzərə almasından ibarətdir. Amma Rusiyanın darmadağın olması onların heç birinin maraqlarına uyğun deyil.  Türkiyənin mövqelərini nəzərə alan zəif Rusiya ağırlıqlı avrasiyaçılıq əlahiddə götürüldükdə Azərbaycan Respublikasının maraqlarına qismən cavab verə bilər. Amma Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına ziddir.  Rusiyanın Ukraynaya qarşı müharibənin sonunda darmadağın olması və Rusiya ağırlıqlı avrasiyaçılığın məhvi Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarının həllinin yolunu açacaq. Azərbaycan xalqının həyati əhəmiyyətli maraqları isə Dərbəndlə Təbrizin azad olmasından və qüdrətli Azərbaycan dövlətinin yaranmasından ibarətdir. Xəqani Cəfərli, politoloq 

Almaniya XİN-nin məsul şəxsi müsavatçı vəkil və hüquq müdafiəçiləri ilə görüşüb

Bakıda səfərdə olan Almaniya Xarici İşlər Nazirliyi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə şöbə müdiri Mattihast Volert vəkil Nemət Kərimli və hüquq müdafiəçiləri ilə Rüfət Səfərov və Elşən Həsənovla görüşüb. Bu haqda “Basta”ya Nemət Kərimli məlumat verib. Görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar və digər məsələlər müzakirə olunub, – deyə, Nemət Kərimli bildirib. Basta

"Quru sərhədlər monopolistlərin daha da varlanması naminə bağlıdır" - Arif Hacılı

Arif Hacılı: "Quru sərhədlərin bağlı saxlanmasının nə pandemiya, nə də təhlükəsizliklə heç bir əlaqəsi yoxdur".  "Quru sərhədləri aviaşirkətlərin, xarici ticarətlə məşğul olan vəzifəli oliqarxların  monipolist maraqları, onların daha da varlanması naminə bağlı saxlanılır.  Çünki quru sərhədləri hakim zümrə üçün həmişə açıqdır. Hər gün bu sərhədlərdən yüzlərlə, bəlkə də minlərlə maşın keçir.  Azərbaycanda olan bütün qapılar kimi, quru sərhədlərin qapıları da yalnız zillət işində yaşamağa məhkum edilən xalqın üzünə bağlıdır".

Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu sosial hüquqları pozulmuş vətəndaşların, onların problemlərin operativ həll etmək üçün təşkilatın Qaynar həttin yaradılmasını bildirib.  Vətəndaşlar 055 556 25 42 whats app vasitəsilə müraciət edə bilərlər.

Şəmkir Polis Şöbəsinə yeni rəis təyin olub

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib. "Sözcü.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, əmrə əsasən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımov tutduğu vəzifədən azad edilərək Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Şəmkirin əvvəlki polis rəisi, polis polkovniki Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Sözcü.az

QƏHRƏMANIN ANIM GÜNÜ - 30

18 aprel Azərbaycan Milli Qəhramanı, Ahıska türkü İsgəndər Aznaurovun şəhidlik məqamına ucalmasının 30-cu ili tamam olur. İsgəndər bəy 1993-cü ilin 18 aprel tarixində Gədəbəyin strateji əhəmiyyətə malik Keçəldağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  Böyük sevgi, sayğı və hörmətlə xatırlayır, yaddaşımızda yaşadırıq! Ceyhun Nəbi

Artıq məmləkətimizdə həyat, mal, namus və vicdan təhlükəsizliyi bərqərar olmuşdu - MEHMET ALTUNBAY

Məhəmməd Altunbay            O dünyaya gələndə vətəni Çar Rusiyasının işğalı altında idi. Bunu xatırlamağı mümkün deyildi. Vətəni çar boyunduruğundan qurtulub cümhuriyyətə qovuşduğu zaman hələ 4 yaşı var idi. Və bunu da xatırlamırdı. Vətəni ancaq 2 il hürr yaşaya bilmişdi və 1920-ci ildə kommunist Rusiyası tərəfindən işğal edildi. Bu vaxt onun 6 yaşı var idi. Və kommunist imperializmin zülmləri yaddaşına yazılırdı. Məhəmməd Altunbay yaddaşına həkk etdiyi acılarla təhsilini tamamlamış və Hərbi Hava Qüvvələrini bitirərək Bakıdakı hərbi məktəbdə komandir olmuşdu.  Onun qəlbi kommunist imperializminə qarşı kinlə dolu idi. Hər şeyi anlayan gizli polis onu işindən uzaqlaşdırdı. Bu 3-4 gün sonra Məhəmməd Altunbayın yox ediləcəyi demək idi. 1941-ci il idi… Məhəmməd Altunbay digər 2 pilot dostları ilə birlikdə plan qurdular və sərnişini olduqları təyyarəni havada ikən ələ keçirdilər. Təyyarənin Türkiyəyə uçacaq qədər benzin ehtiyatı yox idi və İrana məcburi eniş edildi. Məhəmməd Altunbay bundan sonra məşəqqətli bir dövr keçirərək 1942-ci ildə Türkiyəyə qovuşa bildi. Ancaq “qırmızı” imperalizmə qarşı olan kini də özü ilə bərabərində aparmışdı. Hərfləri öyrənməyə başladığım zaman böyüklərin Anadoludan, Mustafa Kamaldan danışırdılar. Düşmənlərin bölüşdürdüyü Anadoluya yardım mövzusu açılır və böyüklər Anadoluda düşmənə qarşı savaşmaq üçün səbirsizlənirdilər. Ankarada Türkiyə Böyük Millət Məclisinin açılışı ilə əlaqadar danışılanları tam xatırlamıram. Ancaq həmin vaxtlarda kommunist Rusiyası tərəfindən ölkəmizin işğal edilmək istəndiyi söhbətləri hələ də qulaqlarımda eşidilir. “Leninin əsgərləri gəlir” sözləri eşidilməyə başlanılanda şəhərdə böyük köç hazırlığı başlanmışdı. Biz Gəncədə yaşayırdıq. Uşaqlar anaları, nənələri və başqa qadınlarla birlikdə şəhərdən köçdük. Bir həftə dağlarda ac, susuz yaşadıq. İndi tarixi daha dəqiq deyə bilərəm. Kommunist Rusiyasının məmləkətimizi işğal etdiyi tarix 27 Aprel 1920-ci il idi. Hərfləri yeni öyrənməyə başlamışdım və 6 yaşım var idi. Dağlarda bir həftə ac, susuz qaldıqdan sonra şəhərə qayıtdıq. Şəhərin giriş qapısındaca türk kişilərinin vurulmuş, əzilmiş bədənləri ilə qarşılaşdıq. Şəhərin içinə doğru irəlidikcə cəsədlərin sayı artırdı. Və elə bir an gəldi ki, cəsədləri tapdalamadan keçmək mümkün deyildi. Mən kommunizmə və kommunistlərə hürriyyəti əzdikləri üçün düşmənəm! Mən kommunizmə insanları heyvanlaşdırmaq istədiyi üçün düşmənəm! Və kommunizm Azərbaycanda türkləri kütləvi şəkildə öldürdüyü üçün mənim nəzərimdə türk düşməni idi. Bəli, mən kommunizmin və kommunistlərin türk düşməni olduğunu bilirdim, türkləri yer üzündən silmək istədiklərini gözlərimlə görmüşdüm. Şəhərin türk kişilərinin cəsədləri ilə dolu olduğunu gördüyümüz gün hamımızı saxlayan kommunistlər, bizi bir zirzəmiyə saldılar. Səhərə qədər uşaqların fəryadlarını, qadınların naləsini eşitdim. Sabahı gün hamımızı bayıra çıxardılar, aramızda az sayda olan kişiləri divarın yanına düzüb və gözümüzün qabağında güllələdilər. Böyük kədər içində evlərimizə qayıtdıq. Evdə hər şey oğurlanmış və ya məhv edilmişdi. Daha sonra şəhərin içində qalmış şəhidlərimiz və güllələnmiş insanlarımız dəfn edilməyə başlanıldı. Ardıyca aclıq və xəstəlik yayılmağa başladı. O sırada, kommunist ruslar gecə-gündüz oyunlar oynayır, qəhqəhələr atırdılar. Gecələr türk evlərindəki qadınlara hücum etdiklərini də eşidirdik. Kommunist rejimi deyiləndə yadımda bu zülmlər və hücumlardan başqa bir də qara çörəyin görüntüsü qalıb. Qadınlar sübh tezdən bu qara çörəyi ala bilmək üçün növbəyə dayanırdılar. Axşam qaranlığında evə qayıdan qadınları gözü yaşlı qarşılayırdıq. Yaşamaq və ölməmək kommunistlərin zülmlərinə və cinayətlərinə dözmək demək idi.                                                               1929-cu ilin oktyabr ayında Azərbaycan türklüyünün kommunizm və kommunist imperializminə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi. Türkün bu hürriyyət savaşına dünyadan dəstək gələcəyini gözləməyimiz hədər yerə idi. Macar üsyanında olduğu kimi Azərbaycan türkünün də yardım fəryadını bütün insanlıq sadəcə izlədi və Azərbaycan türkləri Qırmızı Ordunun tankları altında can verdilər. Kommunist imperializmin zülmlərinə dözdüyümüz kimi insanlığın hürriyyət savaşımıza qarşı göstərdiyi laqeydliyə də dözdük. Amma bu olanlara dözməyimiz kommunizmə qarşı qəlbimizdə olan kini söküb atdığımız demək deyildi. Kommunist rejim elə qorxunc bir təşkilat idi ki, qəlbimizdə olan bu kini belə aşkarlaya bilirdi. Ələ keçirdiyimiz sərnişin təyyarəsi ilə kommunist rejimdən qaçarkən İrana məcburi eniş etmişdik, eniş zaman təyyarənin yararsız hala düşməsi məni ölümlə üz-üzə qoymuşdu. Bunların heç bir önəmi yox idi?! Türkiyəyə qovuşduğum zaman içim çox böyük fərəhlə dolmuşdu. Amma ürəyimdə kommunizm, kommunist və kommunist imperializminə qarşı olan kin daha da böyüməkdə idi. Türklüyü yer üzündən silməyə çalışan kommunizm… Bu sadəcə bir rejim deyildi... Bir az da Azərbaycan Cümhuriyyətinin quruluşundan əvvəlki zamanı və  milli hökumətimizin kommunist ordusu tərəfindən sonlandırılmağı haqqında danışmaq istəyirəm.  1914-cü il dünya müharibəsinin sonunda Rusiya Çarlığının qanlı səltənəti sona çatmışdı və əsir türk ölkələrində qurtuluş ümidi yaranmışdı. Ancaq o zamanda köhnə Çarlığı yenidən diriltməyə çalışan                                                          Denikin ordusu ilə birlikdə Moskva silahları ilə təchiz edilmiş erməni daşnak ünsürləri Azərbaycanı təhdid etməyə başlamışdı. Bəlkə də Azərbaycan bu yeni təhlükə qarşısında daha böyük vəhşiliklə üz-üzə idi. Tam bu ərəfədə qərb sərhədlərimizdən böyük qüvvədə olan xilaskar qardaş əli bizə doğru uzanırdı: Türk ordusu gəlirdi... Nuru və Mürsəl paşanın komandanlığı altında olan bu ordunu Azərbaycan türkləri böyük sevinc və coşqun alqışlarla qarşıladı. Qəlbləri tükənməz inamla dolan, ümidləri çiçəklənən odlar yurdunun aslan ürəkli insanları Anadoludan gələn məhmətciklərin şərəfinə minlərlə qurban kəsmişdi. Ölkənin hər yerində türkiyəli qardaşlarını qaşılamaq üçün şənliklər qurulurdu. Şəhərli və kəndlilər sevinclərini milli mahnılar oxumaqla ifadə edirdi. Böyük vətənpərvər və qəhrəman olan 2 türk komandiri Nuru və Mürsəl paşanın rəhbərliyi altında gələn aslan ürəkli Anadolu əsgərləri azəri türk qardaşları ilə əl-ələ, çiyin-çiyinə verərək çox çətin və qanlı savaşdan sonra, Azərbaycanı boğan və qanını sovuran düşmənlərdən tamamilə təmizləmişdi.  Bu 2 silah və qan qardaşının polad əzmi nəticəsində Azərbaycan əsarətdən xilas olaraq, 28 May 1918-ci ildə ilk Türk Cümhuriyyəti olaraq istiqlalını elan etmişdi. O gün Türk dünyasının gözlədiyi ən böyük gün idi. Bu Azərbaycan türklərinin 100 ildi axan göz yaşının quruduğu gün idi. Bu Azərbaycan tarixinin ən şanlı və müqəddəs günü idi. Bu üçrəngli və ay-ulduzlu Azərbaycan bayrağının yüksəklərə ucaldığı gün idi.  Bu 5 min Anadolu igidinin Azərbaycanın istiqlalı uğrunda sevərək canlarından keçdiyi və şəhid olduqları gün idi. Bəli, o anlar heç vaxt unudulmayacaq böyük və müqqədəs günlərdi. Azərbaycanın şanlı tarixi  və qəhrəman gələcək nəsilləri istiqlalımız uğrunda son damla qanına qədər savaşan türkiyəli qardaşlarını heç vaxt unutmayacaqlar. Azərbaycan türkləri bu qardaşlığın qarşısında daima hörmətlə baş əyəcəklər. 28 May 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyəti qısa bir zaman ərzində demokratik prinsiplərə əsaslanan müasir bir dövlət olmağa başlamışdı. Bu ölkədə yaşayan hər fərd eyni hüquqa malik idi. Azərbaycan Cümhuriyyəti qonşu ölkələrdə sıx və dost münasibətdə idi və onlara lazım olan həm maddi həm də iqtisadi yardımını əskik etmirdi. Öz torpağımızda öz millətimizə dayanaraq milli hökumətimizi qurmuşduq. Artıq məmləkətimizdə həyat, mal, namus və vicdan təhlükəsizliyi bərqərar olmuşdu. Artıq nə qatil, nə quldur, nə dar ağacı və Sibir sürgünləri, nə də rütubətli və qaranlıq zindanlarda çürüyən insanlar qalmamışdı. Azərbaycan xalqı öz taleyinə özü qərar verərək istiqbala doğru əmin addımlarla irəliləyirdi. Həmin vaxt ölkənin kəndlisi də,  şəhərlisi də, cavan və qocasında da milli mübarizəyə və istiqlalımıza bağlılıq təkcə ürək və hisslərlə yox, eyni zamanda ağıl və düşüncə ilə hakim olmuşdu.  Azərbaycan Cümhuriyyətinin qurulmasından 2 il keçməmişdi ki, Rusiya bu dəfə kommunist ordusu ilə Azərbaycanı yenidən işğal etdi. 27 aprel 1920-ci ildə baş verən bu işğal haqqında daha əvvəl danışmışdım. Beləliklə, Azərbaycan türkləri olaraq biz həm Çar Rusiyasının, həm də kommunist Rusiyasının zülmünə məruz qalmışdıq. Halbuki, kommunistlərin iddiası belə idi:  millətlərin daxili işinə qarışmamaq, xalqlar arasında dostluq yaratmaq. Bundan əlavə kommunistlər davamlı olaraq özlərini sülh tərəfdarı kimi tanıdılması haqqında təbliğat aparırdı. Bu kommunizmin taktikası idi. Kommunistlər özlərini dostluğa və sülhə əhəmiyyət verən insanlar olaraq tanıdaraq, millətləri aldatmaq məqsədi güdürdülər. Həqiqətdə isə kommunistlər qədər dostluğa, sülhə, hürriyyət və istiqlala düşmən olan başqa bir qüvvə tarix boyu görülməmişdi. Onlar hədəflərinə çatana qədər özlərini demokratik prinsiplərə inanan, xalqın rifahını istəyən, insanlığa xidmət etmək arzusu ilə yaşayan insanlar olaraq tanıdır və bu işdə uğur da qazanırdılar.  Bəli, kommunistlərin təlqin və yalanlarına inananlar və aldananlar olurdu. Bu insanlar, yəni kommunizmin təlqin və yalanlarına inananlar, kommunistlərdən daha təhlükəli idi. Çünki bir millətin içində belə zəif insanların olması o məmləkətdə kommunistlərin qüvvətlənməsinə xidmət edirdi. Kommunizm bizim üçün sadəcə rejim deyildi. Biz Türk dünyası olaraq həm milliyyətçiliyimizi, həm də insanlığımızı qorumalı idik. Və biz türklük olaraq kommunizmdən, kommunist imperializmindən qorunmaq məcburiyyətində idik. Fikrimcə, dünyanın hürr məmləkətlərində kommunizmlə mübarizə mövzusunda göstərilən səylər və çalışmalar çox zəifdir. Kommunizmlə mübarizədə qarşılıqlı təbliğata üstünlük vermək lazımdı. Digər tərəfdən hökumətlər kommunizmlə mübarizəyə I dərəcəli əhəmiyyət verməlidirlər. Əgər kommunizmlə mübarizə aparan insanlar hökumətin dəstək və yardımı ala bilməsələr, bu mübarizədən geri çəkilə bilərlər. Üstəlik kommunizmlə mübarizə aparmağa qərar verən insanların, artıq kommunizmlə mübarizə aparanların bu işdən geri çəkildiyini gördükləri zaman dərhal qərarlarını dəyişəcəklər və kommunist təbliğatı qarşısında səssizliyi seçəcəklər. Əlavə olaraq onu da demək istəyirəm: kommunist rejim qurulduqdan sonra kommunizmdən xilas olmaq üçün aparılacaq mübarizələrdə uğur əldə etmək demək olar ki, mümkünsüz idi. Çünki kommunist rejimdə meydana gələ biləcək bütün üsyanlar əvvəlcədən hesablanmış, kommunizmə qarşı baş qaldıracaq üsyanalara rəhbərlik edə biləcək bütün insanlar ya öldürülürdü, ya da sürgünə göndərilirdi. Bütün bu tədbirlərə rəğmən kommunist rejim yenə də zülm və təzyiqlərinə davam edirdi. Xalq arasında yayılan, ordu içinə sızdırılan, məktəblərdə uşaqlar arasına belə yerləşdirilən kommunist cəsuslar rejim əleyhinə danışılan ən kiçik sözü belə xəbər verirdi. İnsanın insan kimi düşünə bilməsi üçün bir dəqiqə belə vaxt tanımayan kommunist rejim iş saatları xaric kommunizm təbliğatlarların aparıldığı toplantılar tərtib edirdi və davamlı zülm və təbliğatlar sayəsində ayaqda qalmaqda idi. Bundan əlavə olaraq, kommunist rejim dünya ilə bütün əlaqəsini kəsmiş, dünyada insanlığın və hürriyyətin nə olduğunu bildirəcək ən kiçik işarəyə belə qapılarını bərk-bərk bağlamışdı. Bu yolla kommunist rejimdə yaşayan insanlar zülm və təzyiq altında yaşayır, dünyadan xəbərsiz qalır və müqavimət etmək imkanından məhrum edilirdi. Görünən odur ki, kommunist sistemə keçdikdən sonra ordan xilas olma ehtimalı demək olar ki, yoxdur. Belə olduğu halda kommunist sistemə keçilmədən onunla mübarizə aparmaq lazımdır. Bu məsələlərdə hökumət millətə rəhbərlik etməlidir. Kommunizmlə mübarizədə hökumət rəhbərlik etməsə, millətin öz-özünə qüvvətlənməsi mümkün deyil. Ancaq unudulmamalıdır ki, kommunizmlə mübarizə məsələsinə böyük məbləğ ayrılmalıdır. Kommunizmlə mübarizəni sadəcə milli məsələ və milli dava olaraq görmək və mübarizəyə pul xərcləmədən yalnız millətin milli duyğuları ilə qələbə qazanılacağını düşünmək ən böyük səhvlərdən biridir.                                                    Kommunizmin nə olduğunu və kommunist rejimin hansı zülmlər törətdiyini bildirmək üçün bu mövzuda yazılmış kitab və əsərləri kəndlərə qədər yayılmalıdır. Və bu işi davamlı olaraq görmək lazımdır. Çünki kommunistlər öz təbliğatlarını davamlı olaraq nəşriyyat vasitəsilə aparır və qələm silahından istifadə edərək öz fəaliyyətlərinə heç fasilə vermirdilər. Buna qarşılıq olaraq, milləti kommunizmdən qorumaq üçün fasiləsiz fikir mübarizəsi aparılmalıdır. Əlbəttə ki, bizim kommunist rejimdə gördüklərimizi oxuyan insanlar, kommunizmin dəhşətini az da olsa anlayacaqlar. Amma bir müddət sonra etdiyimiz xəbərdarlıqlar da unudulacaqdır. Etiraf etməliyik ki, insanlar hürriyyətin qiymətini hürr şəkildə yaşayan zaman bilmirlər və hürriyyəti qorumalı olduqlarını da anlamırlar. Və buna görə də onlara davamlı olaraq xəbərdarlıq edilməlidir. Kommunizmlə aparılan fikir mübarizəsində üstün durumda olan məmləkətlərdə kommunizmin uğur əldə etməsi mümkün deyil. Kommunistlər aldada və təsir altına sala biləcəkləri toplumlarda üst-üstə həmlələr edirlər. Kommunizmlə mübarizənin nə olduğunu və kommunizmə qarşı necə mübarizə aparıldığını bilməyən toplumlar kommunistlər qarşısında hərəkətsiz qalacaq və o an kommunistlər belə toplumları ayaqlar altına alaraq məqsədlərinə nail olacaqlar. Azərbaycan türkləri kommunizmə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi və millətimizin “qırmızı” ordu qarşısında yalnız qaldığını görmüşdüm. Dünya ölkələri də bizə kömək etməmişdi. Bugünkü Türkiyəmizi kommunizmdən qorumaq istəyiriksə, dünya ölkələrindən kömək gözləmək əvəzinə, öz vəzifə borcumuzu dərk etməli və kommunistlərin təbliğatını boş çıxarmaq üçün davamlı olaraq əks təbliğatlar aparmalıyıq. Mənbə: Rus İşğalının mahiyyəti ( xatirələr ) Türkcəmizə uyğunlaşdıranlar: Nigar Musazadə & Dilarə Begili

Kaş ki, səni sevməzdim

Yanlış yolu tutmuşam, Mən sənə vurulmuşam. İndi peşman olmuşam, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. ********************** Səninçün sevgi heçmiş, O hiss səndən yan keçmiş. Gedib mənsiz yol seçmiş, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. ********************* Güldün hər bir sözümə, Rişxənd etdin eşqimə. Dəyməzmişsən sevgimə, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. ********************* Küsdüm özüm-özümdən, Küsdüm sevgi sözündən. Qəzəb axdı gözümdən, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. **********************   Səndən sonra sevmədim, Düzü, sevə bilmədim. Bir an belə gülmədim, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. ********************* Haçansa dönsən mənə, Demə bağışlar yenə. Onda deyəcəm sənə, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. Müəllif: Şahin İsmayıl 

Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - V hissə

Mühacirətdə yaşamı və mübarizəsi Anadan olmasının 150 illiyinə həsr olunur                   V Hissə       Xəlil bəy Xasməmmədlinin mühacirət həyatı çox ağır və keşməkeşli olub. Mühacirətdə olduğu zaman sovetlərə qarşı mübarizənin ən fəal simalarından biri kimi  müəyyən təşkilat və mərkəzlərin təsis edilməsində yer almışdı.  Hər zaman olduğu kimi yenədə amalı vətən və millət olmuşdu. Onun 1921-ci il 23 may tarixli Əbdüləli bəy Əmircanova Parisdən ünvanlanmış məktubu bu baxımdan çox əhəmiyyətlidir :  . “Hörmətli  Əbduləli bəy! Sizin may tarixli məktubunuza cavab olaraq bildirirəm ki, mənim sərəncamımda bizim həmyerlilərimizə - qacqınlara kömək üçün heç bir maliyyə yoxdur. Parisdəki Sülh Konfransının nümayəndələri tərəfindən bir neçə adama müəyyən dotasiya verilir ki, onların da siyahısı bizim indiki konsulluqdadır. Sizin xatırlatdığınız 25 min frank, həqiqətən, bizim nümayəndəliyin dediyi F.B.Vəkilovun adına göndərilib. Bu pul Vəkilova və onun iki dostuna ödənilməsi, eləcə də, işin təşkil olunması üçün ayrılıb. Hazırkı şəraitdə vəziyyətin dəyişdiyini nəzərə alıb yazılı şəkildə Vəkilovdan xahiş etmişəm ki, həmin pulun ikinci iş üçün nəzərdə tutulan hissəsi Azərbaycanın  harasında qeydiyyatından asılı olmayaraq Anadoluda yaşayan qacqınlara verilsin. Bununla birgə təklif etmişəm ki, ona ayrılan pul yerlərdəki qacqın təşkilatlarına verilsin. X.Xasməmmədli(1, 228).     20-ci illərin əvvəllərində Müsavat Partiyasının Xarici Bürosu təsis edilir və Xəlil bəy Xasməmmədli həmin büronun əsas rəhbər şəxslərindən biri idi. Belə ki, Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir orqan idi və yarandığı vaxtdan etibarən Azərbaycandakı gizli Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, əsas məsələlər partiyanın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə Başqandan əlavə iki nəfər-Xəlil bəy Xasməmmədli və Məmməd Sadıx Axundzadə də daxil idi. Azərbaycandakı gizli Müsavat MK-sının tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli Müsavat MK-sı da öz növbəsində üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. “Azərbaycan haqqında ayda bir dəfə Partiyanın Başqanı məruzə edirdi. Bu məruzələr ümumi məlumat xarakterli olduğundan mübahisələr doğurmurdu(2, 95).       1927-ci il fevralın 26-da İstanbulda Azərbaycan Milli Mərkəzi yaradıldı. Mərkəzin sədri Ə. Topçubaşi, baş katibi M.Rəsulzadə, xəzinədarı Ə. Əmircanov idi(4, 220). Həmin mərkəzin əsas üzvülərindən biri Xəlil bəy idi. Mərkəzin əsas fəaliyyət yeri İstanbul olduğundan Xəlil bəy onun işində fəal iştirak edirdi.     Xəlil bəy Xasməmmədli mühacirətdə Azərbaycan istiqlalı uğrunda mübarizənin önündə dayanan Əlimərdan bəy Topçubaşi, M.Ə.Rəsulzadə, Xosrov bəy Sultanov kimi əsas simalardan biri sayılırdı. Heç şübhəsiz ki, mühacirətdaxili qarşıdurmalar, qarşılıqlı ittihamlar zamanı oda bu məsələlərdə yer almışdı. Ümumiyyətcə çox diqqət çəkən bu məqam izah və şərhlərə ehtiyacı olan bir mövzudur. Kökündə nə qədər siyasi məsələlərin durduğu sezilsədə, əsl mahiyyəti sosial amillərlə bağlı olan bu problemli münasibətlər ağır günlər keçirmiş azərbaycanlı mühacirlərin yaşamının açıq güzgüsüdür. Hər biri zəngin siyasi bioqrafiya malik bu qurucu dövlət xadimləri bir-birinə nələrisə güzəştdə getməyi düşünməkdən öncə, onların həmin zamankı ağır yaşam durumunu nəzərə almaq lazımdır. 20-ci illərin sonu və 30-cu illərdə Xəlil bəy Xasməmmədlinin M.Ə.Rəsulzadə ilə münasibətləri mütləq ciddi şəkildə gözdən keçirilməli və dəyərləndirilməlidir.     Müsavat partiyası Xarici Bürosu daxilində sədr M.Ə.Rəsulzadə ilə rəqabət apara biləcək və partiyanın fəaliyyətinə yön verə biləcək birinci şəxs Xəlil bəy Xasməmmədli idi. Dumalardakı, seymdəki və Gəncə bələdiyyəsində çalışdığı zaman qazandığı təcrübə, Azərbaycan Cümhuriyyəti dönəmi ən ağır və məsuliyyətli dövlət postlarında tutduğu vəzifələr və həmçinin illərlə topladığı nəzəri biliklər buna imkan verirdi. Partiyanın və həmin zaman mövcud olan bir sıra mərkəz və təşkilatların tək əldə cəmləşməsi qıcıqyaradıcı mahiyyətə malik idi. Xəlil bəy və onunla birlikdə Şəfi bəy Rüstəmbəylinin, Nağı Şeyxzamanlının, Məmməd Sadıq Aranın, Səlim Ağasıbəylinin və digər bir sıra müsavatçıların ortaya qoyduğu mövqey nə qədər müxaliflik əlaməti idisə, həmçinin bir o qədərdə etiraz idi.      1934-cü ilin 24 martında X. Xasməmmədli, Ş. Rüstəmbəyli və S. Ağasıbəylinin imzası ilə Parisdə yayımlanan rusca “Qafqaz” məcmuəsində “Müsavat firqəsinin rəsmi təbliği” başlığı altında sensasiya doğuran yazı dərc olunmuşdu. Burada Müsavat firqəsinin 1933-cü il 18 dekabrda müxtəlif yerlərdəki firqə nümayəndələrinin iştirak etdiyi konqresindən söhbət açılır, aşağıdakı məsələlərin müzakirə edildiyi göstərilirdi: 1. Əsas prinsip, taktik və təşkilat məsələlərində firqənin əksəriyyəti ilə firqə rəisi Mehmet Emin Rəsulzadə bəy arasında ciddi ixtilafın olması. 2. Rəisin ötkəm (eqoistik) hərəkətləri. 3. İki buçuq sənədən bəri firqə mərkəzinin bulunmaması, firqənin təşkilatsız və şəkilsiz olması və yuxarıda qeyd edilən səbəblərdən dolayı bir mərkəzin vücuda gətirilməsi. 4. Bu şəkildəki üsuli-idarənin nəticəsi olaraq firqənin təcrid edilməsi. Bu vəziyyəti nəzərə alaraq yığıncaq qərara almışdır: Məmməd Əmin bəy Rəsulzadəni bundan sonra firqə rəisi olaraq tanımamaq və onunla tamamilə qəti əlaqə etməmək, yerinə başqasını təyin və yeni firqə Divanı intihap (seçmək) etmək(2, 117).     İndiyə qədər aparılmış bir çox tədqiqat və araşdırmalarda Xəlil bəy Xasməmmədli və onun rəhbərlik etdiyi müxalif qanad Məhəmməd Əmin Rəsulzadəyə əks mövqeydə dayandıqlarına görə aşağılanmış və işin əsl mahiyyəti subyektiv formada izah olunmuşdu. Belə ki, hörmətli Aydın Balayev Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yaşam və mücadiləsi ilə bağlı apardığı tədqiqat işində mühacirətdaxili münasibətləri belə şərh edir:     “Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin mütamadi olaraq gərginləşməsinin çoxsayılı səbəbləri vardı. Burada paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqisliklər ilə yanaşı olaraq, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik uğrunda mübarizəsi də az rol oynamırdı”(3, 96-97).     Əlbəttə ki, bu yanaşma subyektiv yanaşmadı, şərh və izaha ehtiyacı var. Biz Azərbaycan Cümhuriyyətinin qurucu atalarından və onların uğrunda mübarizə apardığı istiqlaldan və dəyərlərdən danışırıq. Xəlil bəy Xasməmmədli əlbəttə ki, rəhbər də ola, prosesə də rəhbərlik edə bilərdi. Bu onun təbii haqqı idi və daşıdığı respublikaçılıq ideallarına tam uyğun idi. Cümhuriyyət və onun uğrunda mübarizə fərdi iradəyə qarşı, toplum iradəsinin güc gəlməsi və siyasi davamlılığın, siyasi yeniliklərin davam etməsidir. Hürriyyət ideyası tələb edir ki, bu gün Məhəmməd Əmin, sabah Xəlil bəy, o biri gün Şəfi bəy və s. Bu məsələyə baxış və yanaşma hesab edirəm ki, çox önəmlidir. Digər tərəfədən paxıllıq və qısqanclıq məsələsinə gəldik də bu fikirlərdə ciddi əsaslara söykənmir. Xəlil bəy Xasməmmədli 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Partiyası qurularkən heç fikrinə gətirmədi onun rəhbəri olsun, həmçinin həmin partiyanın Müsavatla birləşmə qurultayında və yaxud da 1919-cu il qurultayında. Siyasi qanuna uyğunluqların məntiqi ortaya bir fakt qoyur, siyasi münasibətlərdə davamlılıq üçün mütləq dəyişiklər olmalı və yeni simalarada yer verilməlidir.   1. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 2. Xaləddin İbrahimli “ Azərbaycan mühacirət tarixi”, Bakı, 2012. 3 .Aydın Balayev “ Məhəmməd Əmin Rəsulzadə - Qürbətdə vətən davası(1923-1943)”, Bakı, 2019.  4. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - V hissə

Mühacirətdə yaşamı və mübarizəsi Anadan olmasının 150 illiyinə həsr olunur                   V Hissə      Xəlil bəy Xasməmmədlinin mühacirət həyatı çox ağır və keşməkeşli olub. Mühacirətdə olduğu zaman sovetlərə qarşı mübarizənin ən fəal simalarından biri kimi  müəyyən təşkilat və mərkəzlərin təsis edilməsində yer almışdı.  Hər zaman olduğu kimi yenədə amalı vətən və millət olmuşdu. Onun 1921-ci il 23 may tarixli Əbdüləli bəy Əmircanova Parisdən ünvanlanmış məktubu bu baxımdan çox əhəmiyyətlidir :  . “Hörmətli  Əbduləli bəy! Sizin may tarixli məktubunuza cavab olaraq bildirirəm ki, mənim sərəncamımda bizim həmyerlilərimizə - qacqınlara kömək üçün heç bir maliyyə yoxdur. Parisdəki Sülh Konfransının nümayəndələri tərəfindən bir neçə adama müəyyən dotasiya verilir ki, onların da siyahısı bizim indiki konsulluqdadır. Sizin xatırlatdığınız 25 min frank, həqiqətən, bizim nümayəndəliyin dediyi F.B.Vəkilovun adına göndərilib. Bu pul Vəkilova və onun iki dostuna ödənilməsi, eləcə də, işin təşkil olunması üçün ayrılıb. Hazırkı şəraitdə vəziyyətin dəyişdiyini nəzərə alıb yazılı şəkildə Vəkilovdan xahiş etmişəm ki, həmin pulun ikinci iş üçün nəzərdə tutulan hissəsi Azərbaycanın  harasında qeydiyyatından asılı olmayaraq Anadoluda yaşayan qacqınlara verilsin. Bununla birgə təklif etmişəm ki, ona ayrılan pul yerlərdəki qacqın təşkilatlarına verilsin. X.Xasməmmədli(1, 228).     20-ci illərin əvvəllərində Müsavat Partiyasının Xarici Bürosu təsis edilir və Xəlil bəy Xasməmmədli həmin büronun əsas rəhbər şəxslərindən biri idi. Belə ki, Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir orqan idi və yarandığı vaxtdan etibarən Azərbaycandakı gizli Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, əsas məsələlər partiyanın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə Başqandan əlavə iki nəfər-Xəlil bəy Xasməmmədli və Məmməd Sadıx Axundzadə də daxil idi. Azərbaycandakı gizli Müsavat MK-sının tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli Müsavat MK-sı da öz növbəsində üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. “Azərbaycan haqqında ayda bir dəfə Partiyanın Başqanı məruzə edirdi. Bu məruzələr ümumi məlumat xarakterli olduğundan mübahisələr doğurmurdu(2, 95).       1927-ci il fevralın 26-da İstanbulda Azərbaycan Milli Mərkəzi yaradıldı. Mərkəzin sədri Ə. Topçubaşi, baş katibi M.Rəsulzadə, xəzinədarı Ə. Əmircanov idi(4, 220). Həmin mərkəzin əsas üzvülərindən biri Xəlil bəy idi. Mərkəzin əsas fəaliyyət yeri İstanbul olduğundan Xəlil bəy onun işində fəal iştirak edirdi.     Xəlil bəy Xasməmmədli mühacirətdə Azərbaycan istiqlalı uğrunda mübarizənin önündə dayanan Əlimərdan bəy Topçubaşi, M.Ə.Rəsulzadə, Xosrov bəy Sultanov kimi əsas simalardan biri sayılırdı. Heç şübhəsiz ki, mühacirətdaxili qarşıdurmalar, qarşılıqlı ittihamlar zamanı oda bu məsələlərdə yer almışdı. Ümumiyyətcə çox diqqət çəkən bu məqam izah və şərhlərə ehtiyacı olan bir mövzudur. Kökündə nə qədər siyasi məsələlərin durduğu sezilsədə, əsl mahiyyəti sosial amillərlə bağlı olan bu problemli münasibətlər ağır günlər keçirmiş azərbaycanlı mühacirlərin yaşamının açıq güzgüsüdür. Hər biri zəngin siyasi bioqrafiya malik bu qurucu dövlət xadimləri bir-birinə nələrisə güzəştdə getməyi düşünməkdən öncə, onların həmin zamankı ağır yaşam durumunu nəzərə almaq lazımdır. 20-ci illərin sonu və 30-cu illərdə Xəlil bəy Xasməmmədlinin M.Ə.Rəsulzadə ilə münasibətləri mütləq ciddi şəkildə gözdən keçirilməli və dəyərləndirilməlidir.     Müsavat partiyası Xarici Bürosu daxilində sədr M.Ə.Rəsulzadə ilə rəqabət apara biləcək və partiyanın fəaliyyətinə yön verə biləcək birinci şəxs Xəlil bəy Xasməmmədli idi. Dumalardakı, seymdəki və Gəncə bələdiyyəsində çalışdığı zaman qazandığı təcrübə, Azərbaycan Cümhuriyyəti dönəmi ən ağır və məsuliyyətli dövlət postlarında tutduğu vəzifələr və həmçinin illərlə topladığı nəzəri biliklər buna imkan verirdi. Partiyanın və həmin zaman mövcud olan bir sıra mərkəz və təşkilatların tək əldə cəmləşməsi qıcıqyaradıcı mahiyyətə malik idi. Xəlil bəy və onunla birlikdə Şəfi bəy Rüstəmbəylinin, Nağı Şeyxzamanlının, Məmməd Sadıq Aranın, Səlim Ağasıbəylinin və digər bir sıra müsavatçıların ortaya qoyduğu mövqey nə qədər müxaliflik əlaməti idisə, həmçinin bir o qədərdə etiraz idi.      1934-cü ilin 24 martında X. Xasməmmədli, Ş. Rüstəmbəyli və S. Ağasıbəylinin imzası ilə Parisdə yayımlanan rusca “Qafqaz” məcmuəsində “Müsavat firqəsinin rəsmi təbliği” başlığı altında sensasiya doğuran yazı dərc olunmuşdu. Burada Müsavat firqəsinin 1933-cü il 18 dekabrda müxtəlif yerlərdəki firqə nümayəndələrinin iştirak etdiyi konqresindən söhbət açılır, aşağıdakı məsələlərin müzakirə edildiyi göstərilirdi: 1. Əsas prinsip, taktik və təşkilat məsələlərində firqənin əksəriyyəti ilə firqə rəisi Mehmet Emin Rəsulzadə bəy arasında ciddi ixtilafın olması. 2. Rəisin ötkəm (eqoistik) hərəkətləri. 3. İki buçuq sənədən bəri firqə mərkəzinin bulunmaması, firqənin təşkilatsız və şəkilsiz olması və yuxarıda qeyd edilən səbəblərdən dolayı bir mərkəzin vücuda gətirilməsi. 4. Bu şəkildəki üsuli-idarənin nəticəsi olaraq firqənin təcrid edilməsi. Bu vəziyyəti nəzərə alaraq yığıncaq qərara almışdır: Məmməd Əmin bəy Rəsulzadəni bundan sonra firqə rəisi olaraq tanımamaq və onunla tamamilə qəti əlaqə etməmək, yerinə başqasını təyin və yeni firqə Divanı intihap (seçmək) etmək(2, 117).     İndiyə qədər aparılmış bir çox tədqiqat və araşdırmalarda Xəlil bəy Xasməmmədli və onun rəhbərlik etdiyi müxalif qanad Məhəmməd Əmin Rəsulzadəyə əks mövqeydə dayandıqlarına görə aşağılanmış və işin əsl mahiyyəti subyektiv formada izah olunmuşdu. Belə ki, hörmətli Aydın Balayev Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yaşam və mücadiləsi ilə bağlı apardığı tədqiqat işində mühacirətdaxili münasibətləri belə şərh edir:     “Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin mütamadi olaraq gərginləşməsinin çoxsayılı səbəbləri vardı. Burada paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqisliklər ilə yanaşı olaraq, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik uğrunda mübarizəsi də az rol oynamırdı”(3, 96-97).     Əlbəttə ki, bu yanaşma subyektiv yanaşmadı, şərh və izaha ehtiyacı var. Biz Azərbaycan Cümhuriyyətinin qurucu atalarından və onların uğrunda mübarizə apardığı istiqlaldan və dəyərlərdən danışırıq. Xəlil bəy Xasməmmədli əlbəttə ki, rəhbər də ola, prosesə də rəhbərlik edə bilərdi. Bu onun təbii haqqı idi və daşıdığı respublikaçılıq ideallarına tam uyğun idi. Cümhuriyyət və onun uğrunda mübarizə fərdi iradəyə qarşı, toplum iradəsinin güc gəlməsi və siyasi davamlılığın, siyasi yeniliklərin davam etməsidir. Hürriyyət ideyası tələb edir ki, bu gün Məhəmməd Əmin, sabah Xəlil bəy, o biri gün Şəfi bəy və s. Bu məsələyə baxış və yanaşma hesab edirəm ki, çox önəmlidir. Digər tərəfədən paxıllıq və qısqanclıq məsələsinə gəldik də bu fikirlərdə ciddi əsaslara söykənmir. Xəlil bəy Xasməmmədli 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Partiyası qurularkən heç fikrinə gətirmədi onun rəhbəri olsun, həmçinin həmin partiyanın Müsavatla birləşmə qurultayında və yaxud da 1919-cu il qurultayında. Siyasi qanuna uyğunluqların məntiqi ortaya bir fakt qoyur, siyasi münasibətlərdə davamlılıq üçün mütləq dəyişiklər olmalı və yeni simalarada yer verilməlidir.   1. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 2. Xaləddin İbrahimli “ Azərbaycan mühacirət tarixi”, Bakı, 2012. 3 .Aydın Balayev “ Məhəmməd Əmin Rəsulzadə - Qürbətdə vətən davası(1923-1943)”, Bakı, 2019.  4. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

"Rusiya Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir" - Xəqani Cəfərli

Rusiya mediasında mayın 14-də Türkiyədə keçiriləcək seçkilər geniş müzakirə olunur və bir qayda olaraq müxalifətin əsas namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunun əleyhinə təbliğat aparılır. Rusiya mediası və “ekspert”ləri Kemal Kılıçdaroğlunu “İkinci Zelenski” kimi təqdim etməyə çalışırlar. Daima anti-Türk, anti-Azərbaycan mövqeyi ilə fərqlənən bəzi “ekspert”lər Türkiyə cəmiyyətinin önəmli bir hissəsinin təmsilçisi olan Kemal Kılıçdaroğlunu aşığılamqdan da çəkinmirlər.  Rusiya faktiki olaraq Türkiyədəki seçkilərə müdaxilə edir və namizədlərdən birinin maraqlarına uyğun təbliğat aparır. ABŞ-ın Türkiyədəki səfirinin Kemal Kılıçdaroğlu ilə görüşünü Vaşinqtonun seçimi kimi dəyərləndirən rus ekspertləri müxalifət liderinin iqtidara gələcəyi halda Ankaranın siyasətində kəskin dəyişiklik olacağı haqqında həyacan təbili çalırlar. Moskvada qorxurlar ki, Kemal Kılıçdaroğlu hakimiyyətə gələcəyi halda Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulacaq.  Bundan başqa Kemal Kılıçdaroğlunun hakimiyyətə gələcyi halda Cənubi Qafqazda Rusiyaya qarşı əhval-ruhiyyənin daha da güclənəcəyi və münaqişələrin alovlanacağı, Ukraynanın Türkiyənin köməyi ilə daha genişmiqyaslı əks-hücuma keçəcəyi də rus “ekspert”lərinin “öncəgörmə”lərindəndir.  Türkiydə isə müxalifət və müstəqil ekspertlər artıq Rusiyanın seçki prosesinə müdaxilə etməsindən danışır, Moskvanı belə hərəkətlərdən çəkinməyə çağırırlar. Əks halda münasibətlərin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edirlər.  Təəssüf ki, Azərbayanın rəsmi və iqtidaryönülü mediasında da namzidlərdən birinin, hazırkı prezident Rəcəb Tayyip Ərdoğanı təbliğ edəcək videolar və məqalələr yayımlanır. Türkiyə müxalifəti hələlik özünü görməməzliliyə vurur, amma qeydə də alırlar.  Türkiyədə isə müxalifətin qalib gəlmə ehtimalı, Ərdoğanın öz mövqeyini qoruyacağından daha çoxdur. Xəqani Cəfərli, politoloq 

Tufan Kərimin partiyanı buraxması narazılıq yaradıb - Bəyanat

AMDP-nin növbədənkənar Qrultayının keçirilməsi ilə bağlı yaranmış Təşkilat Komitəsinin                    Bəyanatı Xeyli müddətdir ki, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasında ciddi böhran hökm sürür. Bununla bağlı dəfələrlə partiya yetkililəri sədr Tufan Kərimə lazimi addımların atılmasının vacibliyni bildirsə də, çox təəssüf ki, o, sədr kimi öhdəliyini yerinə yetirə bilmirdi. İndi isə sədr özbaşına partiyanın buraxılması haqda qərar verib ki, bu da AMDP-də ciddi etiraz doğurub.  AMDP hər zaman siyasi səhnədə öz sözünü deyib. Partiya hər zaman millətçilik, dövlətçilik ənənələrinə sadiq qalıb. Partiyanın siyasi nüfuzu cəmiyyətdə hiss olunmaqdadır. Bu üzdən fürsət gözləyən müxtəlif siyasi qurumlar zaman-zaman partiyanın dağılmasını gözləmiş və onun siyasi varisi olmaq üçün uğursuz cəhdlər etmişlər. Bu cəhdlər bu gün də davam edir.  Partiya Ramiz Mehdiyev, Əli Həsənov vəzifədə olan dövrlərdə ciddi basqılara rəğmən siyasi mübarizəsini yüksək səviyyədə davam etdirib. Bu basqılar nəticəsində uzun illər qeydiyyatsız fəaliyyət göstərib. Yalnız 2008-ci ilin dekabrında Ədliyyə Nazirliyində rəsmən qeydiyyata alınıb. Ramiz Mehdiyev vəzifədən getdikdən sonra partiyaya münasibətin dəyişəcəyini gözləyirdik, çox təəssüf gözləntimiz özünü doğrultmadı. Prezident Aparatının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də digər partiyalarla müqayisədə bizə ögey münasibət bəsləməkdə sələflərindən geri qalmadı. AMDP-yə fəaliyyət göstərməsi üçün yer də ayrılmadı. Bu gün ölkəmizdə və dünyada gedən siyasi prosesslər milli qüvvələrin fəaliyyətini davam etdirməsini zəruri hesab edir. Düşünürük ki, hər zaman olduğu kimi milli qanadın əsas aparıcısı qüvvəsi olaraq, AMDP (Bozqurd) millət və dövlət maraqları naminə fəaliyyətini davam etdirməlidir. Bunun üçün Partiyaya yeni nəfəs vermək üçün sədr Tufan Kərimin müqavimətinə baxmayaraq, Siyasi Şura və MNTK növbədənkənar Qurultaya getmək barədə qərar qəbul edib. Növbədənkənar qurultayın keçrilməsi üçün təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsinə sədrin birinci müavini Eldar Tağıyev rəhbərlik edir. Sədrin özbaşına verdiyi, partiyanı buraxması qərarı Partiyanın Nizamnaməsinə tam ziddir. Nizamnamənin 11.1 bəndinə əsasən Partiyanın fəaliyyətinə xitam vermək səlahiyyəti yalnız Qurultay və ya Məhkəmə qərarı ilə baş verə bilər.

Ukraynalı politoloq: “İrəvanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir"

“Ermənistanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir". Bunu ukraynalı politoloq Aleksandr Kovalenko deyib. "Ağır atletika üzrə Avropa Çempionatına ev sahibliyi etmək müəyyən mənada Ermənistan üçün şərəf olmalı idi. Bu, bir növ belə yarışların təşkilatçılığı ilə bağlı etimad göstəricisi idi. Amma Ermənistan Azərbaycana qarşı təxribat olmaması tapşırığının, öhdəliyinin öhdəsindən gələ bilmədi", - politoloq qeyd edib. "Qarabağ məsələsinin diplomatik yolla həll edilməsinin zəruri olduğunu düşündüyümüz zamanda Ermənistan daxilində revanşist qüvvələrin bu və ya digər məsələlərə təsirinin sağlam düşüncəlilərdən daha çox olduğunu görürük. Bu cür jest, akt – necə istəyirsiniz, elə də adlandırın – yolverilməz vandalizmdir. Özü də rəsmi beynəlxalq tədbir çərçivəsində edilmiş vandalizmdir. Əgər rəsmi İrəvan bu gün islamafobiyanın, aqressiyanın nümayişinin qarşısını almağı bacarmırsa və Ermənistanı sivil ölkələrin gözündə özünü barbar və hər şeyin baş verə biləcəyi ölkə kimi təqdim edirsə, bu cür beynəlxalq tədbirlərin orada keçirilməsi böyük sual altına düşməlidir. Axı bu, Ermənistan ərazisində bu və ya digər idman növü üzrə yarışlarda iştirak edəcək komandalar üçün birbaşa təhlükədir" - Aleksandr Kovalenko əlavə edib.

İrəvanda qızıl qazandı, qələbəni Azərbaycana həsr etdi

Ermənistanda qızıl və gümüş medal alan türkiyəli atletlər qələbələrini Azərbaycana həsr ediblər. Sozcu.az xəbər verir ki, Cansu Bektaş medal aldıqları üçün xoşbəxt olduqlarını və hər ikisi qələbəni Azərbaycana həsr etdiklərini və yanımızda olduqlarını bildiriblər.

Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - IV hissə

Azərbaycan Cümhuriyyətinin qurulmasında yer alması və həmin dönəm fəaliyyəti Anadan olmasının 150 illiyinə həsr olunur                     IV hissə Transqafqaziyanın dağılmasından sonra azərbaycanlıların üz-üzə qaldığı məsələlər erməni və Gürcüstandakılardan olduqca fərqli idi. Azərbaycanlılara görə Türkiyə bir düşmən deyil, ancaq bir müttəfiq idi. 28 mayda Tiflisdə Seyimin azərbaycanlı üzvüləri və Müsəlman Milli Şurasının üzvüləri Azərbaycanın istiqlaliyyətini elan etdilər. Fətəli Xan Xoylu Baş nazir seçildi(2, 151).     Həmin günü Fətəli Xan Xoylu rəhbərlik edəcəyi hökümətin tərkibini elan etdi və həmin hökümətdə Xəlil bəy Xasməmmədli Ədliyyə naziri vəzifəsini tutdu. İyun böhranına qədər Xəlil bəy həmin vəzifəni icra etmişdi.     İyun böhranı zamanı birinci hökümət kabinəsi fəaliyyətini dayandırdı. İyunun 17-də axşam F.X.Xoylunun rəhbərlik etdiyi ikinci hökumət kabinəsi yaradıldı. İkinci kabinədə Xəlil bəy portfelsiz nazir vəzifəsi tutmuşdu.      İyun ayının 17-də yaradılmış hökumətin ilk addımlarından biri Mərkəz (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) və Qafqaz (Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) dövlətlərinin İstanbul konfransına göndəriləcək diplomatik heyətinin müəyyən edilməsi və onlar üçün müvafiq sənədlərin təsdiq edilməsi oldu. Bu konfransın Azərbaycanın həyatında oynayacağı mühüm rolu nəzərə alaraq hökumət diplomatik heyətinin üç nəfərdən - M.Ə.Rəsulzadədən, X.Xasməmmədovdan və A.Səfikürdskidən, habelə dörd nəfər məsləhətçi, texniki işçidən ibarət olmasını təsdiq etdi. Onlara hökumət tərəfindən səlahiyyət verildi ki, İstanbul beynəlxalq konfransının iştirakçısı olan Türkiyə, Almaniya, Avstriya-Macarıstran, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar İttifaqının nümayəndələri ilə siyasi, iqtisadi maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparsınlar və müqavilələr bağlasınlar. Bundan əlavə, hökumət İstanbula gedən diplomatik nümayəndəliyə Osmanlı dövləti ilə hər cür gizli siyasi və hərbi müqavilələr bağlamaq və imzalamaq hüququ da verirdi. Belə bir səlahiyyət Dağlılar respublikası ilə münasibətlərə də aid idi(1, 92).     İstanbulda keçirdikləri birinci görüşlər haqqında M.Ə.Rəsulzadə xarici işlər naziri M.H.Hacınskiyə bunları yazırdı: "İyunun 24-də İstanbula yetişdik və Pera Palasda yerləşdik. Bir gün sonra Tələt paşanın qəbulunda olduq, xarici işlər naziri Ənvər paşa, Хəlil bəy, Şeyxülislam və digər nazirlər də orada idilər. Eyni zamanda Almaniya səfiri Bernsdorfun qəbulunda olduq. Ənvər paşa təklif etmişdi ki, ərazilərimizin hüdudlarını elan edək. Hökumətdən rica edirik təcili şəkildə bunu etsin, əgər vaxtında edə bilməsəniz, biz özümüz müvafiq bəyanat hazırlayırıq. Bütün nümayəndələr buradadır. Bernsdorf bizi nəzakətlə qəbul etdi, bizim hökumətin təşkili qaydası, Milli Şura, siyasi partiyalar haqqında soruşdu. Eyni zamanda ordumuzun olub-olmadığı ilə, hansı qüvvə ilə Bakıya qarşı bolşeviklərlə mübarizə apardığımızla maraqlandı. Həmçinin soruşdu ki, biz konfransda sərhədlərimizin müəyyən edilməsini zəruri hesab edirikmi. Mən cavab verdim ki, bunu biz öz aramızda həll etməyə ümidliyik, nəticələr barədə isə müttəfiqlərə məlumat verəcəyik. Fikirləşirik ki, konfrans Ramazan bayramından tez başlamayacaq"(1, 94).     1918-ci ilin sentyabrın 6-da yeni hakimiyyətə gəlmiş Sultan VI Mehmedin İstanbulda olan Azərbaycan nümayəndələrini qəbul etməsi Azərbaycanın beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. Həmin gün Qılınc asma mərasimi ilə bağlı İstanbulda olan bir sıra nümayəndəliklər Sultanın qəbuluna dəvət edilmişdilər. Lakin Sultanın şəxsi təşəbbüsü ilə birinci olaraq Azərbaycan nümayəndələri qəbul edildilər. M.Ə.Rəsulzadə, X.Xasməmmədli və A.Səfikürdskidən ibarət Azərbaycan nümayəndələrini Ənvər paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Respublikası adından VI Mehmedi təbrik edən M.Ə.Rəsulzadə yüzillik əsarətdən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdi. Sultan cavabında qeyd etdi ki, "sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə kimi qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm. Salamımın bütün azərbaycanlı qardaşlara çatmasını arzu edirəm". Bu qəbul barəsində Azərbaycan hökumətinə məlumat verən M.Ə.Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu"(1, 130-131).     Oktyabr ayının axırlarında İstanbul konfransında iştirak etmək üçün Türkiyədə olan Azərbaycan nümayəndələri, Mərkəz ölkələri tərəfindən respublikanın istiqlaliyyətini tanıyacaqlarına ümidini itirərək və yaranmış böhranlı vəziyyətlə əlaqədar olaraq konfransın artıq baş tutmayacağına əmin olaraq Bakıya qayıtdılar. Sonuncu olaraq noyabr ayının 1-də X.Xasməmmədli İstanbuldan Bakıya yola düşdü. Lakin, ümumiyyətlə, M.Ə.Rəsulzadənin, X.Xasməmmədlinin və A. Səfikürdskinin İstanbul səfəri əhəmiyyətsiz olmadı(1, 152).     X.Xasməmmədli  İstanbuldan döndükdən sonra 1918-ci il oktyabrın 6-da aparılan kabinədaxili dəyişikliklərdən sonra X.Xasməmmədli yollar naziri təyin edilmişdi. Fətəli Xan Xoylunun rəhbərlik etdiyi 3-cü hökumət kabinəsində (26.12.1918 – 14.03.1919) Daxili İşlər naziri vəzifəsini icra etməyə başlayır.  Daxili İşlər naziri olaraq çalışdığı qısa müddətdə o, bütün bacarığını Azərbaycanda asayişin qorunmasına, dövlətin inkişafına sərf etdi. Azərbaycan Cümhuriyyəti dönəmində Daxili İşlər orqanlarının təkmilləşdirilməsi, kadr potensialının artırılması, polis orqanları ilə bağlı hüquqi bazanın dahada inkişafı Xəlil bəy Xasməmmədlinin adı ilə bağlıdır.     X.Xasməmmədlinin nazirliyi dövründə onun əmri ilə 14 fevral 1919-cu ildə baş verən cinayətləri təhqiq etmək və xidməti vəzifəsindən sui-istifadəyə qarşı mübarizə aparmaq məqsədilə Daxili İşlər Nazirliyinin Təftiş İstintaq Komissiyası yaradılmışdı. Onun təklifi və təqdimatı ilə Azərbaycan Parlamenti 18 fevral 1919-cu il tarixli iclasında “Parlamenti Mühafizə Polisi Dəstəsinin təşkili haqqında” qanun layihəsinə baxmışdı. (Parlamenti Mühafizə Dəstəsi sonra alaya çevrilmişdi)(4, 107).     X. Xasməmmədlinin başçılıq etdiyi Daxili İşlər Nazirliyi öz fəaliyyətində Milli Ordu ilə qarşılıqlı fəaliyyət göstərirdi. Bunu Azərbaycan Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı S. Mehmandarovun 1918-ci ilin dekabrında daxili işlər naziri X. Xasməmmədliyə göndərdiyi məlumatlardan da bilmək olar. X.Xasməmmədlinin nazirliyi zamanı Daxili İşlər Nazirliyinin məlumatına görə 1 yanvar 1919-cu ildə Azərbaycan müstəqil polisinin sayı rəsmən 9661 nəfərə çatmışdı. Bundan 1-ci dərəcəli qorodovoylar 498 nəfər, 2-ci dərəcəli qorodovoylar 5089 nəfər, 1-ci dərəcəli keşikçilər 242 nəfər, 2-ci dərəcəli keşikçilər 243 nəfər idi(7, 47). Həmin vaxtdan əvvəllər ləğv edilmiş Bakı Qradonaçalnikliyinin faəliyyəti də bərpa olun-muşdu. Bu qurum birbaşa Azərbaycan DİN-ə tabe idi. 3-5 yanvar 1919-cu i il Bakıdakı Böyük Britaniya Müvəqqəti Polis Komissarlığı və Azərbaycan Cümhuriyyəti DİN-in birgə əməliyyatları nəticəsində milli hökumətimizə qarşı yönəlmiş İrandakı sabiq rus ordusunun generalı, ermənipərəst L.Biçeraxovun qəsdinin üstü açılmışdı(4, 108).     Mənbələr və sənədlər göstərir ki,Azərbaycan Cümhuriyyətinin 3-cü hökumət kabineti zamanı daxili işlər naziri işləmiş X. Xasməmmədli yorulmaz və barışmaz şəxsiyyət olmuşdur. Xəlil bəy qanunun aliliyini ilk növbədə rəhbər tutur və bunu tabeliyində olanlardan da tələb edirdi. Onun ölkədə ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlıqla mübarizə sahəsində tutduğu sərt mövqe və tələbləri hamı bilir və qəbul edirdi. Azərbaycan Parlamentinin 1919-cu il 4 fevral tarixli geniş iclasında çıxış edən daxili işlər naziri X. Xasməmmədov demişdi: - ”...Qanunlarımız dəqiq, həm möhkəm və həm də yerinə yetirilən olmalıdır. Onlar dəqiq olmayan yerlərdə qanunsuz fəaliyyət üçün imkan yaranır. Bu, əhalinin taxıl yığımındakı iştirakına da aiddir”. Xəlil bəy Parlamentdəki həmin çıxışında Quba, Göyçay, Gəncə və bəzi başqa yerlərdə taxıl ehtiyatının saxlanılması ilə yanaşı, mövcud olan oğurluq faktları və onlarla mübarizə yollarından da bəhs etmişdi. Nazir Qazax qəzasında polisin istintaq orqanlarının dövlət əmlakının mənimsənilmə faktlarını üzə çıxardığını bildirmiş, həmçinin Ağstafa stansiyası vasitəsilə qonşu Gürcüstan və Ermənistana daşınıb 1 pudunun 20 manata satıldığı neft alverindən bəhs edib bununla mübarizə üçün bütün tədbirlərin artıq görüldüyünü nəzərə çatdırmışdı.     18 yanvar 1919-cu il Bakıdakı müttəfiq dövlətlərin müvəqqəti Polis Komissarlığının razılığı və təşəbbüsü ilə Bakı Polismeysterliyinin yeni ştatlar üzrə Xəfiyyə Polisi təsis olunmuşdu. Bu vaxtadək həmin Polismeysterliyin Xəfiyyə hissəsinin rəisi olan Həsən bəy Fətəlibəyov Bakı Xəfiyyə Polisinin rəisi vəzifəsinə təyin edilmişdi. Həmin vaxt Azərbaycan hökumətinin qərarı və daxili işlər naziri X. Xasməmmədlinin əmri ilə mərkəzi Şuşa şəhəri olan, tərkibinə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının daxil olduğu Qarabağ General-Qubernatorluğu təsis edilmişdi. Gəncə quberniyasından ayrılaraq 1919-cu il yanvarın 13-də təsis edilən Qarabağın general-qubernatoru vəzifəsinə həmin il yanvarın 29-da Xosrov bəy Sultanov təyin edilmişdir.     Xəlil bəy Xasməmmədli Daxili İşlər nazirliyinin rəhbəri olarkən bolşevizmə, onun təbliğatına qarşı ciddi işlər görürdü. Onun bolşevizmə qarşı mövqeyi birmənalı idi. Milli hökümətimiz qurulmamışdan əvvəl belə Gəncədə İctimai Təşkilatların İcrayə Komitəsinin rəhbəri olarkən o açıq şəkildə bolşevizmə qarşı mübarizə elan etmişdi.     Daxili İşlər naziri olarkən 8 aprel 1919-cu ildə general-qubernator doktor X. Sultanova “ N.Nərimanovun Azərbaycan ordusunda bolşevizmin təbliğatını apardığına görə həbs edilməsi barədə” sərancamgöndərmişdi. Həmin sərəncamda yazılmışdı: “Hərbi nazirin aldığı agentura məlumatına görə bolşevik Nərimanov Bakıya gəlib orada parlamentin “Hümmət”dən olan üzvləri, başlıcası isə Sanıyev və Qarayevlə görüşmüş, sonra isə Şuşa və Qazax qəzalarının əhalisi ilə görüşmək və imkan daxilində qoşun daxilində bolşevizmi təbliğ etmək məqsədilə həmin qəzalara getmişdir. Hərbi nazir təsdiq edir ki, belə təbliğatın nəticəsində orduya gənclərin axını xeyli azalmış və təhlükə doğuracaq həddə catmışdır. Bu barədə Sizə məlumat verməklə mən əlahəzrətinizdən Sizin general-qubernatorluğun ərazisində göründüyü vaxt Nərimanovun tutulması üçün sərancam verməyinizi xahiş edirəm. Bu barədə tərəfimdən Gəncə qubernatoruna da teleqrafla bildirilmişdir. Daxili İşlər naziri Xasməmmədli”(6, 224).     Xəlil bəy Xasməmmədli tutduğu bütün postlarda hüququn aliliyi prinsipini qorumağa, dövlətin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün bütün gücü və enerjisini səfərbər etmişdi.      Gəncə qubernatoru polkovnik İ.Vəkilov 1919-cu ill martında daxili işlər naziri X. Xasməmmədliyə göndərdiyi raportda bildirirdi ki, Gəncə qəzasında daşnak irticasının və xarici müdaxiləçilərin törətdiyi “fitnə-fəsadlar” aşkar edilmişdir.Yerli bolşeviklərlə birləşən ermənilər azərbaycanlılar və müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar. Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir.     1919-cu ilin martında Novruz Bayramı münasibəti ilə Milli Ordunun paradı keçirilmişdi. Respublika hərbi naziri, tam artillerya generalı S. Mehmandarov, bir qrup Parlament üzvü (onların içərisində X. Xasməmmədlidə var idi) paradda iştirak etmək üçün Gəncəyə gəlmişdilər. Gəncə qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbi nazir S. Mehmandarov Daxili İşlər Nazirliyinin vəzifə daşıyan yüksək rütbəli məmuru qubernator, polkovnik İ.Vəkilova səmimi təşəkkürünü bildirmişdi. Bununla bərabər, daxili işlər naziri X. Xasməmmədlinin verdiyi təqdimatlar və Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər nümunəvi xidmətinə görə İbrahim ağa Paşa oğlu Vəkilova general-mayor ali hərbi rütbəsi, onun müavini Hüseynqulu xan Xoyluya isə polkovnik rütbəsi verilmişdi(4, 115).     Xəlil bəy Xasməmmədli 1919-cu ilin mart ayında Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi ilk hökümət kabinetində qısamüddətli Daxili İşlər naziri çalışır. Həmçinin Nəsib bəyin rəhbərlik etdiyi sonuncu, 5-ci kabinədə o Ədliyyə naziri olur. Ümumilikdə götürdükdə Azərbaycan Cümhuriyyətinin hüquq, ədliyyə və polis sisteminin qurulmasının ağırlığı Xəlil bəy Xasməmmədlinin üzərində olub. Hüquq sahəsindəki savadı, işin praktiki tərəfini mükəmməl bilməsi bütün bu məsuliyyətləri ona tərəf yönləndirib. Dövlət Dumaları və Seym zamanı qazandığı təcrübə ona bu işlərdə geniş imkanlar yaratmışdı.     Tadeuş Svyataxovki Xəlil bəy Xasməmmədli haqqında bildirirdi ki, o çox dərin adam idi, ölkədə hansı addım atılırdısa, sonuncu söz bir hüquqşunas kimi ona verilirdi.     O öz işinə yaxşı bələd olduğu üçündür ki, Gürcüstanın hökümət nümayəndələri Azərbaycanda apelyasiya instansiyasının Tiflis Məhkəmə Palatasının nəzdində təşkil edilməsini təklif edəndə Xəlil bəy buna qəti etiraz etmiş, uzaqgörənliklə : “müstəqil dövlətin müstəqil məhkəməsi olmalıdır” demiş və bunun Azərbaycan Ali məhkəməsinin özündə yaradılmasına nail olmuşdu. Azərbaycanda Məhkəmə palatasının, onun əsasnaməsinin, fəaliyyət mexanizminin yaradılmasıda Xəlil bəyin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Məhkəmə Palatasının böyük sədri Xəlil bəyin böyük qardaşı Ələkbər bəy Xasməmmədli təyin edilmişdir(3, 190). Nazirlər Şurasının 28 fevral 1919-cu il tarixli qərarı ilə o bu vəzifəyə təyin edilmişdi. O həmçinin Mülki departamentə rəhbərlik edir. Ələkbər bəy Xasməmmədli gələcək fəaliyyətlərində məhkəmə nizamnamələrində ifadə edilmiş və hüquq elmi tərəfindən işlənib hazırlanmış prinsipləri rəhbər tutcaqlarını, ədalət mühakiməsini qorxuya görə deyil, vicdana görə həyata keçirəcəklərini və bu zaman qanunçuluq və ədalətə riayət edəcəklərini bəyan edir (5, 49-50).     1920-ci ilin aprel ayında Xəlil bəy Xasməmmədli Azərbaycan Cümhuriyyətinin Türkiyədəki səfiri təyin edilir. Həmin ilin apreli Azərbaycan Cümhuriyyətinin mövcudluğunun son ayı idi. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilir. Bu xəbəri Xəlil bəy İstanbuldan eşidir. Bu xəbər onun üçün çox ağır və məyyusedici idi.     Həmin xəbərdən sonra bir çox silahdaşlarının - F. Xoylunun, H.Ağayevin, M.Vəkilovun, Ş. Rüstəmbəylinin və başqalarının o zaman Tiflisə gələrək orada yaşadıqlarını bilən Xəlil bəy də bu şəhərə gəlmiş, bir müddət orada yaşamışdı. Lakin duyurdu ki, sabiq müsavatçıları təqib edən XI ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Pankratovun “qırmızı terrorundan” yaxa qurtara bilməyəcək. Odur ki, 1920-ci il iyunun 19-da Tiflisdə Azərbaycan hökumətinin sabiq baş naziri və daxili işlər naziri Fətəli xan Xoylunun muzdlu erməni terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra (həmin hadisə zamanı Fətəli xanın yanında olan Xəlil bəy erməni terrorçusu ilə atışmada özü də yaralanmışdı. Xəlil bəy boynuna dəyən həmin gülləni 1946-cı ilə qədər gəzdirmişdi) daha Tiflisdə qalmayıb Türkiyəyə, İstanbula mühacirət etmiş və ömrünün sonunadək orada yaşamışdı.(4, 120). Fətəli Xanın qətlinin və Xəlil bəyin vurulmasının bilavasitə icraçıları erməni daşnakları olsada, polkovnik-leytenant Korbelin fikrincə bu cinayətin arxasında Azərbaycanda üsyançı hərakatı başsız qoymağa ümid edən bolşeviklər durmuşdu(3, 50). 1. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009  2. Firuz Kazımzadeh “TRANSKAFKASYA İÇİN MÜCADELE (1917-1921) Türkiye-İngiltere-Rusya, İstanbul, 2016 3. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015 4.  Iltifat Şahevən(Əliyarlı), Tahir Behbudov – “İstiqlal fədailəri- Azərbaycan Xalq Cümhuriyyətinin  Daxili İşlər Nazirləri və silahdaşları (1918-1920), Bakı, 2013. 5. Mehman Dəmirov “Azərbaycan prokrorluğu- tarix və müasirlik”, Bakı, 1997 6. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 7. İltifat Əliyarlı- Şahsevənli “ Azərbaycan polisinin yaranması və təşəkkül tarixindən”, Bakı, 2018. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Şəmkir Rayon İcra Hakimiyyətinin bir daha diqqətinə...!!!

Həyatını Azərbaycan yolunda qurban verənlərin haqqını ödəyə biləcəyimiz qeyri-mümkündür. Həyatda ən şirin olan canı fəda etmək böyük ürək, cəsarət, qəhramanlıq tələb edir. Bunun Azərbaycanda minlərlə nümunəsi var. Bəli, biz bunu dilimizdə şuara çevirib demirik. Tam mənası ilə səmimiyyətimiz, dürstlüyümüz, millətimizə sonsuz sayğımız ilə ifadə edirik. Azərbaycanda səlahiyyətli şəxslərin "şəhidlər bizim baş tacımızdır" şüarlaşmış söhbətlərinə çox rast gəlirik. Açığını qeyd edim ki, mən bu sözləri ifadə edənlərin səmimiyyətinə inanmıram. Az-çox tanıyıram kim-kimdir. Burada qeyd edəcəyim məsələnin məğzinə gəlməmişdən öncə bildirim ki, mən bunu yazmamışdan bu məsələ həll olunmalı idi. Axı "şəhidlər baş tacıdır" dillərindən düşməyənlər bu məsələ haqqında məlumatlıdır. Kimsə bunu deməli, yazmalı deyil. Gələk məsələnin əsas məğzinə. Çinarlı qəsəbəsindən 90-cı illərdə Qarabağ müharibəsində şəhid olan bir çox qəhraman millət övladları var. Onların bir çoxunun adına məktəb, küçə var. Amma şəhid Hikmət Süleymanov və Pənah Mehbalıyevin adına zərrə qədər olsun qəsəbədə şəhid olaraq xatırlanacaq bir xatirə izi yoxdur. Qəsəbədə çalışmış  eks-icra nümayəndələrindən biri Aşıq Alıya, Aşıq Ələsgərə, Dədə Qorquda ad verməyə küçə tapmışdı, amma bu şəhidlər heç yadlarına düşməyib. Vicdan, məsuliyyət, sayğı önəmli xüsusiyyətdir. Görünür ki, kimlərəsə bu deyilməlidir, batinində mövcud deyil. Çinarlı qəsəbə sakinləri İcra başcısının səyyar görüşündə bu məsələ diqqətinə çatdırılıb və bir daha buradan bildirməyi özümüz üçün mənəvi bir borc bilirik.  Çinarlı qəsəbəsi ərazisində şəhid Hikmət Süleymanov və şəhid Pənah Mehbalıyevin adlarına küçə verilməsini bir daha aidiyyatı qurumların diqqətinə çatdırırıq və şəhidlərə həqiqi ehtiramın göstərilməsini tələb edirik ! Ceyhun Nəbi

Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - III hissə

Dumadan sonrakı və Azərbaycan Cümhuriyyətinə qədər ki, fəaliyyəti Anadan olmasının 150 illiyinə həsr olunur                       III hissə Xəlil bəyin Dumadan sonrakı fəaliyyəti Yelizavetpol şəhər bələdiyyəsi ilə bağlıdır. 1913-1917-ci illər arasında o şəhər bələdiyyəsinin rəhbəri idi. Bütün ömrü boyu milli maraqlardan çıxış edən, xalqın istək və arzuları uğrunda mübarizəni ali dəyər hesab edən Xəlil bəy ana prinsipi, ideyanı həmişə qorumağa çalışmışdı. Dumadakı fəaliyyəti, ortaya qoyduğu mövqeyi, fəaliyyəti zamanı qaldırdığı məsələlər, qətiyyətli və mətin siyasi davranışları onun Azərbaycanda, bütünlükdə o zamankı Rusiya müsəlmanları arasında mövqeyini möykəmləndirmiş və adını şöhrətləndirmişdi. Bələdiyyə rəisi olduğu zaman Gəncənin ziyalı elitası və milli düşüncəyə sahib insanları ilə əlaqələri möykəmləndirən Xəlil bəy 1917-ci ilin fevralında Rusiya ərazisində qarşıqlıq zamanı Gəncədə ən nüfuzlu və hörmətli şəxslərdən biri idi. 1917-ci ilin mart ayında Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən elan edilmiş Türk Ədəmi-Mərkəziyyət Partiyasının rəhbər heyətinin əsas simalarından biri Xəlil bəy Xasməmmədli idi. Savadlı hüquqşunas, zəngin siyasi bioqrafıya malik bir şəxs və peşakar hüquq bilcisi kimi partiya proqramının hazırlanmasında onunda rolu var.     1914-cü ilin sentyabrında Şəhərlər Birliyinin Bakı və Yelizavetpol komitələri fəaliyyətə başladı. Onlar şəhər özünüidarəsi xadimlərinin, burjua ziyalılarının və xırda burjuaziyanın bir hissəsinin cəmləşdiyi mərkəzlərə çevrildilər. Bakı komitəsininin sədri şəhər qlavası L.L.Bıç, Gəncə komitəsinin sədri isə şəhər qlavası Xəlil bəy Xasməmmədli oldu(1, 146).    1917-ci ilin martında Gəncə və Qazax qəzalarında və həmin şəhərlərdə İctimai Təşkilatların İcrayə Komitələri təsis edildi. Gəncə quberniyası icra komitəsinin sədri vəzifəsinə quberniyanın ən böyük bəylərindən Xəlil bəy Xasməmmədli seçilmişdi. İsmayıl Xan Ziyadxanlı isə milis rəisi vəzifəsinə kemişdi. Xəlil bəy seçildiyi ilk gündən bildirmişdi ki, bolşeviklərin inqilabi hərakatını təqib edəcək və bütün qüvvəsi ilə ona qarşı mübarizə aparacaq(4, 24).     1917-ci ilin aprelində Bakıda Ümumqafqaz müsəlmanları qurultayı keçirilir və həmin qurultayda Xəlil bəy Xasməmmədli milli camiyənin əsas simalarından biri kimi iştirak edir.     1917-ci ilin oktyabr ayının 24-də Tatar alayının keçmiş komandiri Polovstevin Yelizavetpola gəlişi ilə bağlı Müsəlman Milli Komitəsinin fövqəladə iclası keçirilir. Generalı toplaşanların sürəkli alqışları və Xəlil bəy Xasməmmədlinin təbrik sözü ilə qarşılayırlar. Milli Komitənin nümayəndləri öz nitqlərində millət üçün milli alayların böyük əhəmiyyətini qeyd edir, alayın komandir tərkibinin zabitlərin siravilər və süvarilərlə birliyindəki xidmətlərini təsdiqləyir və milli alaylarla Milli Komitə arasında həmrəyliyə və əlaqəyə çağırırlar.     Polovstev ilə görüşdə Ə. Rəfibəyov, X. Xasməmmədli, A. Ağayev, Ş.Rüstəmbəyli, A. Səfikürdski, Qacar iştirak edirdi. Yelizavetpolda 1-ci müsəlman hərbi qurultayı keçirilir. Müsəlman korpusunun formalaşdırılması tapşırığı alan general-leytanant Ə.Şıxlinski Tiflisdən Yelizavetpola gəlir və könüllülərdən ibarət alayın formalaşmasına başlayır(3, 94).     1917-ci ilin noyabr ayının 24-də Zaqafqaziya Komissarlığı təsis edilir. Azərbaycandan 4 nəfər oradan nazir vəzifəsi tutur. Xəlil bəy Xasməmmədli Nəzarət naziri postuna sahiblənmişdi. Bu 4 şəxsdən 3-ü keçmiş Duma mənsubları idi. 1918-ci ilin fevral ayının 10-da Zaqafqaziya Seyimi təsis edilir. Xəlil bəy Xasməmmədlidə Müsəlman fraksiyasının tərkibində seymə daxil edilir. Seymin fəaliyyətində Xəlil bəy fəal iştirak edir, Trabzon konfransında iştirak edəcək heyyətin tərkibində yer alır. Martın 12-də heyyətin tərkibində danışıqların başlanacağı Trabzona gəlir(1, 244).     Trabzon konfransında heyyətə daxil olan gürcü və ermənilərdən fərqli olaraq Xəlil bəygilin qarşısında bir məqsəd var idi. Dilimiz, dinimiz bir olan Osmanlı türkləri ilə münasibətləri möykəmləndirmək, onların dəstəyini əldə etmək və onlara qarşı erməni və gürcülərin mənfur niyyətlərində yer almamaq.     Aprel ayının 20-də hümmətçilərin iştirakı olmadan Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasına daxil olan bütün partiyaların nümayəndələrinin iştirakı ilə təcili birgə iclası keçirildi. İclasda Bakı hadisələri ilə bağlı hökumətin biganə siyasətindən, bolşevik terroru və özbaşınalığına qarşı ciddi tədbir görülmədiyindən danışıldı, daşnakların Bakı bolşevikləri ilə əlaqəsindən, habelə gürcü menşeviklərində də belə meylin hiss edildiyindən bəhs edildi. Orada göstərildi ki, "polkovnik knyaz Maqalov indi hər gün həddindən artıq həyəcanlı teleqramlar göndərib xahiş edir ki, zirehli qatar, top, mərmi, pulemyot və patron göndərilsin, lakin hökumət buna heç bir əhəmiyyət vermir və onların göndərilməsi üçün əməli tədbir görmür"(2,54). Xəlil bəy Xasməmmədli həmin iclasda bildirdi ki, Zaqafqaziyada indi hökumət yoxdur, Geqeçkori, Karçikyan və Ramişvilidən ibarət erməni və gürcülərin diktaturası vardır, danışıqlarda bolşevik-erməni intriqası nəticəsində parçalanmaya məruz qalan gürcü xalqı üçün də böhranlı olan bu vəziyyətdə ona hər şeyi birbaşa söyləməyi və qəti cavaba nail olmağı təklif edir : “Bizimlə, yoxsa bizə qarşı. Əgər bizə qarşıdırsa, onda bizim əlimizdə başqa cür düymə var və əgər onu işə salsaq, böyük sarsıntılar baş verə bilər”(3, 305).        May ayının 6-da Seymin müsəlman fraksiyasının birgə iclasında Seym üzvü F.X.Xoylu fövqəladə bəyanat verərək dedi: "Daşnaksütyun partiyasının Seym fraksiyasının məsul nümayəndələri bildirmişlər ki, Bakı hadisələrini ləğv etməyi bu şərtlərlə öz üzərlərinə götürürlər ki, Bakıda gələcək hökumət sırf müsəlmanlardan deyil, beynəlmiləl hökumət kimi yaradılsın və erməni hərbi hissələri Bakıda saxlanılsın". F.X.Xoylu qeyd edirdi ki, belə həyasız təklifi o, həmin dəqiqə taktiki mülahizələrlə rədd etməmişdi". Seym üzvü N.Yusifbəyli bildirdi ki, daşnakların bu qeyri-səmimi xidmətləri mehriban qonşuluq şəraitində yaşamaq arzusundan deyil, daha çox türk qoşunlarının Azərbaycana yaxınlaşmasından irəli gəlir. Seym üzvü X.Xasməmmədli Bakıda hakimiyyətin bölüşdürülməsinin yolverilməz olduğunu söyləyib qeyd etdi - Bakıda və ümumilikdə Şərqi Zaqafqaziyada bütün hakimiyyət müsəlmanlara məxsus olmalıdır, biz Bakını müvəqqəti olaraq itirmişiksə də, lakin onu bütövlükdə və əbədi olaraq qaytarmaq üçün hər şey etməliyik, ikinci bir yol yoxdur, ya hamısını, ya da heç nə.(2, 68). Sonra Xasməmmədli əlavə edir : “Daşnakların təklif ediyi şərtlər onlar qarşısında bədnam təslimçilik kimi qəbulolunmazdır. Bakı yarandığı ilk günlərdən qəti formada qoyulub: Ya hər şey, ya heç nə(3, 311). Həmin İclasda iki bənddən ibarət qərar qəbul edildi: "Bakıda hakimiyyət müsəlmanlara verilməlidir. 2. Müsəlman hərbi hissələri həmin hökuməti müdafiə etmək üçün Bakıya daxil olmalı, erməni hərbi hissələri isə tərksilah edilib oradan çıxarılmalıdır"(2, 68).     Batumdakı Azərbaycan nümayəndələri gürcülərə təklif etdilər ki, ermənilərsiz ikilikdə dövlət yaratsınlar. Lakin gürcülər bildirdilər ki, onlar özlərinin ayrıca dövlətlərini yaratmaq fikrindədirlər. Azərbaycan fraksiyası bu xəbəri eşidən gün iki dəfə, səhər və axşam iclas keçirdi. Səhər iclasında bildirildi ki, etibarlı mənbələrdən alınan məlumata görə, gürcü fraksiyası Batumda olan gürcü nümayəndələri ilə birlikdə Gürcüstanın ayrılmasına və müstəqilliyini elan etməsinə dair gizli danışıqlar aparırlar. Qərara alındı ki, Gürcüstanın ayrılması məsələsi demək olar ki, həll edildiyindən Seymin müsəlman fraksiyası bu akta hazır olmalıdır. İclasda bütün Seym fraksiyası belə bir qəti qərara gəldi ki, "Gürcüstanın ayrılıb müstəqilliyini elan edəcəyi halda, Azərbaycan da öz müstəqilliyini elan etməlidir". Axşam iclasında da Gürcüstanın ayrılacağı təqdirdə Azərbaycan fraksiyasının vəzifələri məsələsi müzakirə edildi. İclasa F.X.Xoylu sədrlik edirdi və on altı nəfər Seym üzvü toplanmışdı. İclas açılan kimi F.X.Xoyluya tapşırıldı ki, Zaqafqaziya Seyminin sədri Çxeidzenin yanına gedib sabaha təyin edilmiş iclasın gündəliyini öyrənsin və Batumdakı Azərbaycan nümayəndələri ilə birbaşa əlaqəyə girsin. F.X.Xoylu getdikdən sonra müvəqqəti olaraq iclasa sədrlik edən X.Xasməmmədli ölkədəki vəziyyət haqqında məlumat verir. O, Cənubi Qafqaz hökumətində əsl birliyin olmadığını və Azərbaycan türklərinə heç bir yardım göstərilmədiyini qeyd edib Kürdəmirə doğru hərəkət edən bolşeviklərə qarşı menşeviklərin heç bir ciddi tədbir görmədiyindən şikayətləndi(2, 71).     Tiflisdə olan Azərbaycan siyasi elitasının tərkibində Xəlil bəy Xasməmmədli Zaqafqaziya Seyminin üzvü kimi ən fəal siyasi xadimlərdən biri idi. Dumalarda olduğu kimi burada da aktivlik nümayiş etdirmiş, ən köklü məsələlərə münasibət bildirərək milli maraqlarımızın qorunmasına çalışmışdır. 1. Azərbaycan Tarixi, 5-ci cild, Bakı, 2008 2. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009 3. Həsən Həsənov “ Birinci Respublikaya aparan yollar”, Türkiyə, 2018 4. Teymur Miralayev “ Gəncə və Qazax qəzalarında kəndlilərin inqilabi hərakatına bolşeviklərin rəhbərliyi”, Bakı, 1963. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədi - Ceyhun Nəbi

Tatarıstanın müstəqilliyinin tanınması ilə bağlı sənəd yayıldı

Tatarıstanın müstəqilliyinin tanınması ilə bağlı Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının Mövqe Sənədi  Tatar xalqının azadlıq və müstəqillik mübarizəsinin ifadəçəsi Müstəqil Tatarıstan Hökuməti Türk Dövlətləri Təşkilatına müraciət edərək Tatarıstanın müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına köməklik göstərməsini istəyib. Müraciətdə qeyd olunur ki, Tatarıstan Respublikasının müstəqilliyinin üçüncü dövlətlər tərəfindən tanınmamasına baxmayaraq, Tatarıstan Respublikası 30 avqust 1990-cı il tarixli Suverenlik Bəyannaməsinə, suverenlik haqqında referendumun nəticələrinə uyğun olaraq müstəqil demokratik dövlətdir. Tatarıstanın heç vaxt Rusiya Federasiyasına qoşulmaq müqaviləsi imzalamadığı üçün Tatarıstanı Rusiyanın bir hissəsi hesab etmək üçün heç bir hüquqi əsasın olmadığı da müraciətdə qeyd olunur. Buna görə də Türk Dövlətləri Təşkilatına müraciət edən Müstəqil Tatarıstan Hökuməti Tatarıstan Respublikasının dövlət suverenliyi və müstəqilliyinin rəsmən tanınması imkanlarının nəzərdən keçirməyi xahiş edir.  Müstəqil Tatarıstan Hökuməti tatar xalqı üçün həyati önəmli bu tarixi günlərdə qardaşlarının güclü dəstəyinə həmişəkindən daha çox ehtiyac duyduğunu, Tatarıstan Respublikasının müstəqilliyinin tanınması məsələsinin həlli üçün beynəlxalq və diplomatik əlaqələrin qurulmasında, birgə məşvərətçi və işçi qruplarının yaradılmasında Müstəqil Tatarıstan Hökumətinə dəstək olmaq, ilkin mərhələdə Tatarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirakın təmin edilməsi xahiş edir.  Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Müstəqil Tatarıstan Hökumətinin müracətinə qətiyyətli dəstəyini ifadə edərək, Türk Dövlətləri Təşkilatında təmsil olunan türk dövlətlərini, xüsusilə Rusiya imperializmindən əziyyət çəkmiş və çəkməkdə olan Azərbaycan Respublikasını tarix beynəlxalq hüquq və böyük türk milləti qarşısında məsuliyyətlərini dərk etməyə, Tatarıstanın müstəqiliyinin tanınması ilə bağlı addımlar atmağa çağırır.  Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Müstəqil Tatarıstan Hökuməti və Başqırd Milli Hərəkatının Moskva imperializminə qarşı və müstəqillik uğrunda mübarizədə fəaliyyətlərini əlaqələndirmək cəhdlərini alqışlayır, Rusiya imperiyasınındakı müstəmləkə xalqıarını azadlıq və istiqlaliyyət mübarizəsində birgə hərəkət etməyə çaığıraraq bəyan edir ki, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş xalqların öz müqəddəratını təyinetmə hüquqlarına hörmət və istinad edilərək Tatarıstan Respublikasının müstəqilliyi tanınmalı, Türk Dövlətləri Təşkilatında iştirakı təmin edilməlidir. Sənəd imzalamaq üçün açıqdır!

Adaların sahibi dəyişməyəcək - Təhlil

Yaponiya İkinci Dünya müharibəsində məğlub olduqdan sonra ona məxsus Kuril – İturup, Kunaşir, Şikotan adaları keçmiş SSRİ-nin nəzarətinə keçdi. Müharibədən bir müddət sonra Tokio ilə Moskva arasında danışıqlar başladı. 1960-cı illərdə SSRİ-nin o zamankı rəhbərliyi Kuril adalarından ikisini Tokio ilə sülh sazişi qarşılığında Yaponiyaya geri qaytarmağa razı idi. Ancaq daha sonra SSRİ-də hakimiyyət dəyişikliyi baş verdi və Kreml vədini unutdu. SSRİ dağıldıqdan sonra Tokio müstəqilliyini qazanan Rusiya ilə danışıqlara başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin adalarla bağlı Tokio ilə razılaşma əldə etməyə yaxın idi. Ancaq Yeltsinin ətrafı buna imkan vermədi. Vladimir Putin prezident seçiləndən sonra Tokio ilə danışıqları davam etdirdi. Ancaq Putin Yeltsindən fərqli olaraq adalar məsələsində güzəştə getməyə hazır deyildi. Danışıqlar nəticə vermirdi. Buna baxmayaraq, Tokio ilə Moskva arasında dialoq davam edirdi, iki ölkə arasında iqtisadi əlaqələr və ticarət genişlənirdi. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Yaponiya ilə münasibətlərə də mənfi təsir etdi.  Yaponiya Qərbin Rusiyaya qarşı bir sıra sanksiya qərarlarına qoşuldu, bu iqtisadi və ticarət əlaqələrinə mənfi təsir etdi. Bundan başqa Rusiyada keçirilən referendumda Konstitusiyaya əlavə edilən bəndə görə, torpaq güzəşti qadağan edildi. Bu o demək idi ki, Rusiyanın Yaponiyaya adaları geri qaytarmaq qanuni yolla qadağan edildi. Yəni Putin və digəri bir gün Kuril adalarını Yaponiyaya qaytarmaq istəsə belə, bunu edə bilməyəcək. Konstitusiya prezidentə Kuril adalarını Yaponiyaya qaytarmağı qadağan edir. Bundan sonra Tokio anladı ki, adaların gələcək taleyi ilə bağlı Moskva ilə dialoqun davam etdirilməsi mənasızdır. Bu arada, Çin də Kuril adalarıyla bağlı mövqeyini Rusiyanın xeyrinə dəyişdi. Çin uzun illər Kuril adaları məsələsində neytral siyasət yürüdürdü. Çinlə keçmiş SSRİ arasında sərhəddə gərginlik 1964-cü ildə baş vermişdi. Pekin həmin ildən başlayaraq Kuril adaları məsələsində Moskvanın mövqeyini dəstəkləməkdən imtina etmişdi. Çinin o zamankı lideri Mao Tsedun faktiki Yaponiyanın adalarla bağlı siyasətinin haqlı olduğunu dəstəkləyirdi. Pekin uzun illər Kuril adalarıyla bağlı mövqe bildirmirdi. Ancaq üstündən 59 il keçdikdən sonra Pekin bu mövqeyini Moskvanın xeyrinə dəyişib. Çin lideri Tsi Cinpin Moskvada Vladimir Putinlı görüşdən sonra Kuril adaları məsələsində bundan sonra Yaponiyanın mövqeyini dəstəkləməyəcəyini bildirib.  “Atlas” Araşdırmalar Mərkəzi

"Müdafiə Nazirliyi yayılan video ilə bağlı açıqlama yaymalıdır" - Mustafa Hacıbəyli

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoda sərhəd ərazisində azərbaycanlı hərbçilərin pikap maşını ilə orada "mühəndis işləri" aparan ermənilərin üstünə getdiyi, orada əlbəyaxa dava düşdüyü, sonradan atışma başladığı iddia olunur. Hərçənd, dünən hər iki tərəfin verdiyi itkilərin məhz həmin videoda əks olunan qarşıdurma ilə bağlı olduğu şübhə doğurur. Çünki videoda kiminsə yaralandığı, yaxud öldüyü əks olunmayıb, görüntü kəsilib. Əgər Ermənistanın iddia etdiyi kimi atışmanı Azərbaycan hərbçiləri başlayıbsa, nə üçün videonun o hissəsini paylaşmayıblar?" Sozcu.az xəbər verir ki, bunu Azərbaycan - Ermənistan sərhədində baş verən atışmaya münasibət bildirən Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli deyib.  "İkincisi, videoda görünür ki, hadisə həm sağda, həm solda Azərbaycan bayrağının dalğalandığı ərazidə baş verir. Yəni Ermənistan hərbçiləri Azərbaycan ordusunun tam nəzarəti altında olan əraziyə girərək burada "mühəndis işlərinə" başlayıblar. Təxribat elə budur. Onları bu təxribata kim cəsarətləndirib? İran? Rusiya?  Azərbaycanı təxribatı törədən tərəf kimi göstərirlər. Əgər Müdafiə Nazirliyimizi bu məsələ narahat edirsə, həmin video ilə bağlı açıqlama yayılmalıdır".

Türkiyə Suriya, Əfqanıstan və Venezuela ilə bir sırada yer alıb

Xəqani Cəfərli  Faşist Almaniyasının Hərbi Hava Qüvvələri naziri Herman Görinq deyirdi ki, kərə yağı adamları kökəldir, dəmir filizi isə Reyxi güclü edir. Məşhur rəssam Con Hartfild rəsmilərinin birində Görinqə cavab verir. Dünyaca məşhur olan həmin rəsmdə alman ailəsinin masa arxasında dəmir əşyalar yediyi təsvir edilir. Zibil qutusunda gizlənərək SS-in təqibindən xilas olaraq Almaniyanı tərk edən rəssamın adı Gestaponun ən çox axtarılanlar siyahısında beşinci idi.  Türkiyədəki sosial-iqtisadi vəziyyətin ağırlığı altında insanlar ölkələrini kütləvi şəkildə tərk edir ki, bundan böyük faciə ola bilməz. Vətəndaşları ölkələrini tərk edib Avropaya sığınmaq istəyən ölkələrin siyahısında Türkiyə Suriya, Əfqanistan və Venesueladan sonra dördüncü yerdədir. Köç sürəti azalmasa Türkiyə bu il Venesuelanı keçərək üçüncü yerə yüksələcək.  Bütün bunlar isə Rəcəb Tayyip Ərdoğanın 21 illik hakimiyyətinin acı nəticələrindən biridir. Digər bir acı nəticəsi ucuz ət və ucuz çörək mağazaları qarşısındakı uzun növbələrdir. Bütün bu acı, ürək dağlayan hallarla bağlı qeydlərimizə biriləri PUA şəkiləri cavab verir və məni anti-türkçülükdə ittiham etməyə çalışır. Məlumatsız, bilgisiz insanlarla mübahisə etmək çox faydasız əməldir.   Ərdoğanı PUA şəkilləri üzərindən müdafiə edənlərin xəbəri belə yoxdur ki, son 21 ildə aparılan siyasət dəyişməsə 2053-cü ildə Türkiyədə türklər azlıq təşkil edəcəklər. Ənsar mədəniyyətindən gəldiklərini iddia edənlər ümmətçilik şüarı ilə Türkiyəni bədəvi ərəb və əfqanlarla doldurub.  On əsr ərzində bu çoğrafiya türklərin qanı ilə vətən edilib. Ərdoğan isə ənsar mədəniyyəti və ümmətçilik nağlı ilə Türkiyəni bədəvi ərəblərə təslim edir. Zaman çox sürətlə ötür və 2053-cü il çox da uzaqda deyil.

"Az-Granata” MMC -də özbaşınalıqlar baş alıb gedir: İnsanların çörəyi ilə oynayırlar

Ağsu rayonunda yerləşən “Az-Granata” MMC -də işlədikləri əlavə iş saatları üçün ödəniş tələb edən işçilər işdən qovulurlar.  Sozcu.az xəbər verir ki,bu barədə Ağsu rayon sakini Furuz Xudiyev məlumat verib. Firuz Xudiyev bildirib ki, onun "Az-Granata” MMC -də çalışan iki övladı qanunsuz şəkildə işdən çıxarılıblar.  Firuz Xuduyev bildirib ki,  Az-Granata” MMC -də işçilərlə müqavilənin müddəti 1 aylıq bağlanır və onlara aid olmayan işləri görməyə məcbur edilirlər: "Az-Granata” MMC -də təzyiqlərlə üzləşən Cavidan və Kənan Xuduyevlər mənim övladlarımdır. Hər iki övladım Az-Granata” MMC -də şirə və şərab emalı zavodunda işləyirdilər. Kiçik övladım Kənan mühafizə xidmətində çalışırdı. İşlədiyi müddətdə əlavə iş saatlarına görə ödəniş tələb etdiyi üçün işdən çıxarılıb.  Az-Granata” MMC - də işçilərlə müqavilə 1 aylıq bağlanır.  Müqavilə bağlanan işçilərlə qanun çərçivəsində rəftar etmirlər və  iş saatından əlavə işlər gördürürlər.".  İş saatından əlavə gördürülən işlər  üçün ödəniş tələb edən işçilərə qarş özbaşınalıqların günü-gündən artdığını qeyd edən Firuz Xuduyev bildirib ki, bu qanunsuzluqların başında “AzGranata”nın baş icraçı direktoru Ceyhun Bəxtiyarlı və şirkətin alkoqollu içkilər üzrə istehsalat müdiri Yusif Ləzgiyev dayanır: Bütün qanunsuzluqları həyata keçirən hazırda zavoda rəhbərlik edən iki həmyerlilər - Ceyhun Bəxtiyarlı və və Yusif Ləzgiyev çütlüyüdür. İnanıram ki, "Az-Granata” MMC -də baş verən özbaşınalıqlara münasibət bildiriləcək.  Qanuni haqqını tələb etdiyi üçün işdən çıxarılan Kənan Xuduyev,  şirkətdə çalışan işçilərin istismar edildiyini bildirərək qeyd edir ki, Yusif Ləzgiyev onlarla intiriqa aparıb:  "Yusif Ləzgiyev qardaşım Kənana: "Sənin də axırın qardaşın kimi olacaq"-  deyərək,  dəfələrlə təhdid edib.  Şirkətdə çalışan işçilər elə bir vəziyyətə salınıblar ki,  "rəhbrəliyin kefi istədiyi zaman " işlərini itirmək qorxusundan səslərini çıxara bilmirlər". Kənan Xuduyev də, şirkətdə baş verənlərə son qoyulmasını tələb edir.  Xatırladaq ki,  “Az - Granata  MMC  meyvə şirələri, konsentrantları, kompotları, limonadları ilə yanaşı şərab və araq məhsulları istehsal edir.  Şirkətin SOCAR-ın sabiq vitse-prezidenti Mikayı İsmayılova məxsus olduğu deyilən "Modern Group of Companies" MMC-nin tərkibində olduğu bildirilsə də, məlumata görə  Az-Granata”, “Veyseloğlu MMC”yə satılıb. P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq. Elşən Əlisoy 

ABŞ-ın Suriyadakı bazasına raket atıldı

ABŞ-ın Suriyanın şimal-şərqindəki hərbi bazası raket atəşinə tutulub. Sozcu.az  xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti bildirib. "Suriyanın Konoko dəstək məntəqəsində koalisiya qüvvələrinə uğursuz raket buraxılışı həyata keçirilib. Atəşin açıldığı yerdə daha bir raket tapılıb. Nəticədə xəsarət alan olmayıb, koalisiya qüvvələrinin bazasına və əmlakına heç bir ziyan dəyməyib", - deyə qeyd olunub.

Tofiq Qasımov -85, İsgəndər Həmidov -75 yaşında

10 aprel -Azərbaycan dövlət xadimləri Tofiq Qasımovun və İsgəndər Həmidovun  doğum günüdür. Aprelin 10-u Azərbaycanın iki dövlət xadiminin -xarici işlər naziri olmuş Tofiq Qasımovun və daxili işlər naziri olmuş İsgəndər Həmidovun doğum günləridir. 10 il fərqlə eyni gündə doğulan dövlət adamlarının dünyalarını dəyişmələri eyni 2020-ci ildə baş verib. Tofiq bəy 29 yanvardaqürbətdə , İsgəndər bəy 26 fevralda doğma yurdda Şuşanın, Kəlbəcərin, Laçının... Qarabağın 44 günlük savaş sonucu azadlığını görmədən gözlərini əbədi yumublar. O şirin günü görməsələr də, duymamış olmazlar yəqin. Ruhları Qarabağda dolaşır, Şuşada “Cıdır düzü”ndəat oynadır “ . Bu gün Tofiq Qasımovun 85, İsgəndər Həmidovun 75 illiyidir. Hər ikisi millət vəkili, hər ikisi nazir. Hər ikisi haqq dünyasında, hər ikisihakimiyyətin  yadından çıxmış . Tarixin, dövlətin,  ölkənin,  yurdun,  xalqın yaddaşından isə çıxmazlar. Axı dövlət adamları olublar. Doğruları, yanlışlıqları, xidmətləri ilə. Yaddan çıxarmı nazirin avtobusda işə getməsi, çiynində general çini ilə yanaşı qumbaraatan gəzdirməsi? Heç yadımdan çıxmaz, İsgəndər bəy hələ Qarabağın baş bölgəsi Ağdam və digərləri bizdə olanda deyirdi ki, Şuşa bizim olmasa, heç doğulduğum yer də mənə gərək deyil. Nədən Şuşa -bizim baş tacımız, mənliyimizdir. Ad gününüz qutlu olsun, dövlət adamlarımız! Şuşanın  , Laçının. . . Qarabağın qurtulmasını görməyən gözünüz aydın olsun : ŞUŞA QURTULUB, QARABAĞ QURTULUB! Məğrur Bədəlsoy

Britaniya uyğurlara qarşı soyqrım siyasətini Beynəlxalq Ədalət Məhkəməsinə çıxara bilər

Hazırda Böyük Britaniyada ana müxalifət olan Leyboristlər Partiyası növbəti parlament seçkisində qalib gəlib hökumətə yiyələnsə, Çində müsəlman uyğurlara qarşı yürüdülən soyqırımı siyasətinin beynəlxalq məhkəmələr səviyyəsində tanınması məsələsini qaldıracaq. Böyük Britaniyada hökuməti hər beş ildən bir keçirilən parlament seçkisində qalib gələn partiya qurur. Hazırda hökumətə 2019-cu ildə keçirilmiş parlament seçkisinin qalibi Mühafizəkarlar Partiyası başçılıq edir. 2021-ci ildə Böyük Britaniya parlamenti Çin hökumətinin uyğurlara qarşı repressiyasını soyqırımı kimi tanıyıb. Qərar leyboristlərin təşəbbüsü ilə qəbul edilib. Lakin mühafizəkarlar soyqırımı haqda qərarların beynəlxalq məhkəmələrdə verilməli olduğunu bildirir və hələ də uyğurlara qarşı cinayətlərdən danışarkən soyqırımı ifadəsini işlətməkdən çəkinirlər. Novator.az-ın məlumatına görə, Leyboristlər Partiyasının kölgə kabinetində xarici işlər naziri olan Devid Lemmi uyğur soyqırımının beynəlxalq məhkəmələrdə tanınmasına çalışacaqlarını “Politico” qəzetinə açıqlamasında deyib. O bildirib ki, leyboristlərin Pekin rejiminə və uyğur məsələsinə münasibəti dəyişməyib. Britaniya parlamentinin artıq uyğur soyqırımını tanıdığını xatırladan Devid Lemmi vəd edib ki, leyboristlər hakimiyyətə gəlsə, soyqırımının beynəlxalq məhkəmələrə daşınması istiqamətində geniş iş aparılacaq: “Parlament soyqırımı ilə bağlı qərarını verib. Beynəlxalq ictimaiyyət də Çində uyğurlar əleyhinə yürüdülən siyasətdən çox narahatdır. Biz Çin hökumətinin ölkədə repressiyaları davam etdirdiyinı və Sincan bölgəsində uyğurların həyatına təhlükənin daha da artdığını görürük. Biz Çinə meydan oxumalıyıq. Pekin bir sıra mühüm sahələrdə Britaniyanın strateji rəqibidir. Biz Çini insan hüquqlarını pozduğuna görə məsuliyyətə cəlb etməliyik. Ancaq bizim Pekinlə əməkdaşlığı davam etdirməli olduğumuz sahələr də var”. Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədə yaşayırlar. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir. Kanada, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiya parlamentləri və ABŞ hökuməti də Çin hökumətinin uyğurlara qarşı törətdiyi cinayətləri soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib. Mənbə: Politico.eu

"Kılıcdaroğlunun əsas namizəd olması Məhərrəm İncədə qıcıq yaradır" -Ceyhun Nəbi

Məhərrəm İncə seçki mitinqinə Boluda Koroğlu heykəlinin önündən başladı. Çıxışında "Koroğlu" kimi döyüşəcəklərini bildirdi. Bütün mesajlarını elm, doğruluq, həqiqət üzərində quran M. İncə, tarixdə olması şübhə doğuran, şifahi xalq ədəbiyyatı nümunəsindən ilhamlanırcasına mübarizə yolu seçməsi heç şübhəsiz ki, gülüş doğurur. Adam Koroğlu kimi, öz iddiasına uyğun olaraq qılınc əlinə alıb qarşısına keçəni qılınclayır.  Maraqlı tərəfi isə budur ki, qılıncı "TƏK ADAM" rejiminə daha tutarlı şəkildə vurmaq əvəzinə, "TƏK ADAM"ın küfrlərlə, aşağılamalar, hədələmələr ilə üzərinə getdiyi müxalifətə endirir (Həm də,  "Tək adam"ın əlinə qüvvət verir). Çıxış iqtidarın üzərinə yüklənəcəyi yerdə, müxalifətə yüklənib (illər öncə Azərbaycanda da belə hallar olub). Həm də belə bir təəssürat yaranır ki, Kamal Kılıçdaroğlunun böyük məharət və bacarıqla müxtəlif siyasi baxışları özündə ehtiva edən siyasi kəsimləri öz ətrafında cəmləşdirməsi, iqtidara əks qüvvələrin əsas namizədi kimi çıxış etməsi onda qıcıq yaradır.  Əslində daha barışcıl, birləşdirici, yeni dünyanın bir parçası olacaq gələcəyi vəd edəcəyi yerdə(Türkiyədə gənclər əslində onu elə düşünür), parçalayıcı vizyonu ilə vətəndaş hüquqlarını unudaraq, millətçi baxışla hərəkət etməyə cəhd edir. Sekluyar camiyənin təsəvvüründəki M. İncə Sinan Oğan vizyonunda canlanmağa başlayır. K. Kılıçdaroğlu quçaqlaşaq, birləşək deyir, M. İncə isə kəsib-doğramaq( Bu günün siyasi Koroğlusu), Tək adam ritorikasında parçalayıcı bir mövqeyə sərgiləyir. Heç şübhəsiz ki, qalibiyyət üçün çalışanlar bilir ki, qələbə birləşərək əldə oluna bilər, ayıraraq, parçalayaraq yox. Ceyhun Nəbi 

"Doğurdanmı yüzlərlə dindar həbs edilib?"

Xarici dövlətlərin, o cümlədən İranın Azərbaycandakı kəşviyyat şəbəkələrinin ifşa olunması və zərərsizləşdirilməsi ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanlarının görəvidir. Eyni zamanda istənilən həbs qərarı əsaslı və qanuni olmalı, günahsız, yaxud cinayəti sübuta yetirilməmiş insanların şərlənərək saxlanmasına rəvac verilməməlidir.   Hakimiyyətin nəzarətində olan media orqanları yazır ki, son günlərdə saxlanılan şəxslər İranın cəsus şəbəkəsinin üzvləridir. Amma hüquq mühafizə orqanları saxlanılan şəxslərə bir qayda olaraq narkotik ittihamı irəli sürür.  Ölkəmiz həqiqətən ciddi bir problemlə üzləşib. Amma problemin gələcəkdə daha da böyüməməsi üçün, hər şey tam qanuni olmalıdır. Bir insanın İranpərəst olması qınanıla bilər, amma onun həbsi üçün əsas ola bilməz. Bu gün hansısa İranpərəst dindar hansısa cinayəti törətmədiyi halda, yaxud cinayəti sübuta yetirilmədiyi halda tutulursa, həmin adamın bir əzabkeş obrazı yaranır. Bu obraz İran üçün Azərbaycana qarşı yeni bir səfərbərlik vasitəsinə çevrilir. Bu məhbuslar gec-tez həbsdən çıxacaqlar və cahill movhumatçıların liderinə çevriləcəklər.  *** Bu, çox həssas məsələdir. Bəzi müxalifət və QHT nümayəndələri də diqqətli olmalıdırlar. Dindrların dəstəyinə nail olmaq üçün bu məsələdən spekulyasiya etmək yolverilməzdir. Bəziləri yazırlar ki, yüzlərlə dindar həbs edilib. Doğrudanmı həbslər bu qədər kütləvidir? Harda və kimlər həbs olunub? Əgər əlinizdə bir siyahı varsa, qoyun ortaya, yoxdursa, heç bir dəlil-sübut olmadan ittiham irəli sürən müstəntiqlərdən fərqiniz nədir?  *** Azadlıq Radiosu saxlanılan şəxslərdən birinin həyat yoldaşını danışdırıb. Deyir ki, ərim maddi imkansızlığa görə cümə namazına getmirdi (cümə namazına getmək üçün maddi imkan lazımdır?). Amma eyni zamanda deyir ki, əri dostlarıyla imamların şəhadət və mövlud günlərini qeyd etmək üçün tədbirlərə gedirmiş. Ardınca da deyir ki, imamların mövludunu qeyd etmək hər bir müsəlmanın borcudur. Harda yazılıb ki, imamın mövludunu qeyd etmək müsəlmanın borcudur? "Cümə namazına getmirik, amma İmamın mövluduna getmək borcumuzdur" deyən adamları islamın şərtlərindən xəbəri olmadıqlarına görə qınamaq olar, amma həbs etmək olmaz. Sübutun varsa, ortaya sübut qoy, yoxdursa, "on dəfə İrana gedib" sübut sayılmaz.  *** Bu gün Azərbaycanda insanların kütləvi şəkildə movhumata və radikal dini cərəyanlara meyl etməsi danılmaz faktdır və bunun iki əsas səbəbi var.  Birincisi, həm İran, həm də bəzi ərəb dövlətləri cəmiyyətimizin şəriətə meyllənməsi üçün milyardlarla pul xərcləyir. Cümə namazına getməyə "imkan tapmayan" kasıb insanların imamların mövlud tədbirlərində iştirakı burdan qaynaqlanır.  Digər əsas səbəb isə Azərbaycan hakimiyyətinin ölkədə azadlıqları məhdudlaşdırması, hər vəchlə siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini sıxışdırmasıdır. Mitinqlər qadağan olunub, söz azadlığı yox dərəcəsindədir, ölkədə demokratik seçkilər keçirilmir. Bunun nəticəsidir ki, pasionar insanlar, ilk növbədə gənclər, inkişaf üçün bir şərait görmür, enerjilərini sərf etmək üçün bir meydan tapmır və son ümid yeri olaraq radikal dini qurumlara meyllənirlər. Mustafa Hacıbəyli 

“Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident Fərmanının qəbulundan 4 il keçdi

5-ci ilə qədəm qoyulan gün bircə gün də olsa məhkəmə sistemində işləməyən şəxs Ali Məhkəmənin sədri postuna addımladı Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019 -cu il tarixli 604 saylı Fərmanının qəbulundan 4 il keçdi. Bəs məcburi icra edilməli olan fərmanın icrası nə yerdədir? Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaş həddi ilə bağlı “nəvələri ilə oynamağa getməsindən” özgə bir önəmli dəyişiklik hiss olunmur. Dünən - Fərmanın qəbul olunduğu 03 apreldə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bircə gün də olsa məhkəmə sistemində çalışmayan şəxsin Ali Məhkəmənin hakimliyinə tövsiyə edilməsi və bugünkü plenar iclasda hakim təyin olunması məhkəmə - hüquq sistemində islahatların necə dərinləşdirilməsini ortaya qoyur. Amma biz nə edə bilərik, böyük Füzuli demiş, “hökm onun hökmüdür, fərman onun fərmanıdır”! Biz onu deyə bilərik ki, digər normativ hüquqi aktların icra olunmadığı kimi, Prezidentin 4 il qabaq imzaladığı normativ hüquqi akt fərman da kağız üzərində “icra olunub”. “Dərinləşən” qeyri-prosessual münasibətlər, on illərdir məhkəmə qərarlarının icra olunmaması, Prezidentin yanındakıların məhkəmə hakimiyyətini notariat kontoruna çevirmələri “islahatıdır”. Məhkəmə hakimiyyətini ədliyyə, icra, məhkəmə məmurlarının, məhkəmənin texniki işçilərinin könüllü girovluğundan qurtarmaq gerçək islahat olardı. Təsəvvür edin, sıradan bir icra məmuru,  məsləhətçi, vəkil bu boyda məhkəmə - hüquq sistemini “barmağına dolayıb”, bu “dolanışıqdan” hakimiyyətin müstəqil qolu elə şad olur ki, prosessual hüquq da yaddan çıxır, maddi hüquq da. Oxuyanları çox yormadan Prezidentin 03.04.2019 tarixli Fərmanının 6-cı bəndi ilə Ali Məhkəməyə tövsiyə edilən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıüçün görülən tədbirlərə baxaq . Heç bir tədbir görülməyib. Məhkəmə təcrübəsinin vahidliyi prinsipi eyni xarakterli işlərə baxılmasının vahid mexanizmini doğrulayır. Bakı -Şəki İnzibati Məhkəmələri, apellyasiya instansiyaları, hətta Ali Məhkəmənin özü, hətta Konstitusiya Məhkəməsinin özü isə DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun qeyri-prosessual basqısı ilə 4 il qabaq qəbul edilməyən saxta qərardadı (??) hüquqi presedent kimi məhkəmə - hüquq sisteminin normativ hüquqi aktı kimi qüvvəyə mindirib. Bu saxta qərardadın  məhkəmə təcrübəsinin vahidliyi prinsipinə zidd olaraq hələ də Konstitusiya aktı kimi yalnız Qarabağ əlillərinə aidliyi   sürür. Qarabağ əlil(lər)ininmübahisə predmetinə toxunmayan qərardaddan şikayət hüququna,  eyni predmetüzrə yenidən iddia qaldırmaq hüququna qadağa qoyulub. Belə məhkəmə təcrübəsinin vahidliyi prinsipi olar? Fərmanın 7-ci bəndi ilə Ədliyyə Nazirliyinə tapşırılan məhkəmə qərarlarının icrasının vaxtında təmin edilməsi , “Elektron icra” informasiya sisteminin tətbiqi ,icra məmurlarının süründürməçilik və digər sui-istifadə hallarına yol vermələrininqarşısının alınması üçün tədbirlər görülməsinə də əməl edilməyib.  Təsəvvür edin, Prezidentin,  1-ci vitse-prezidentin tapşırığına icra baş idarəsinin məsləhətçisi cavab verir! (?) Belədə hansı məhkəmə - hüquq islahatından danışmaq olar? Ədliyyə Nazirliyifərmanın 7.3 bəndinə əməl edərək alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənib, Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyünə dair Prezidentə məlumat veribmi? Bilinmir, onlarla illərdir məhkəmə qərarlarının icrası nəinki gerçəkləşir, əksinə, icraya elə Ədliyyə Nazirliyinin,  icra baş idarəsinin məsləhətçilərinin qeyri-prosessual göstərişi ilə qadağa qoyulur. Hətta iş üzrə tələbkara icranı tələb etdiyinə görə saxta cinayət işi sifariş edilməsi, işgəncə verilməsi faktı var. Beynəlxalq təcrübə beynəlxalq məhkəməyə üz tutmağı diqtə edir. Prezident aktının 8-ci bəndində baş prokurora dövlət  ittihamının müdafiəsi və protest verilməsinin keyfiyyətinin artırılması üçün tədbirlər görmək tövsiyə edilib. Yəqin buna əməl edilər. Vəkillər Kollegiyasına Fərmanın 9-cu bəndi ilə verilən tövsiyəyə -vəkillərinhəkimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətə yol vermələrinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi- əməl edilməməsidə göz qabağındadır . Vəkillərin başlıca işi elə pullu müştərilərin göstərişi ilə qeyri-prosessual münasibətə girməkdir. Hazırda “MTN işi”ndəvəkilin yarım milyonluq qeyri-prosessual münasibətdən həbsə düşməsi bunun sübutudur. Vəkillərin dövlət orqanlarına vəkillik etmələri, hətta onların səlahiyyətli nümayəndələri olmaları qeyri-rəsmi və qeyri – prosessual qaydada sürür. Hakimlər isə buna qeyri-prosessual basqı altında susur. Bircə fakt :12.12.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin iclasında hakim Orxan Həsənov DİN-in“vəkili” Əlirza Həbilovun nümayəndəsi Orxan Babayevin etibarnaməsini , DİN başçısı ilə müqaviləsini, tələb edilsə də, göstərmədi. İnzibati hüquq sahəsində ixtisaslaşmayan 3 ilin vəkili ilə DİN başçısının müqavilə bağlaması mümkün deyil. Deməli, DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilov özü DİN -in adından Orxan Babayevi vəkil edib!(?)Vəkillər Kollegiyası Prezidentin tövsiyəsinə niyə əməl etmir? Onu da vurğulayaq ki, Əlirza Həbilov indi də Bakı Apellyasiya Məhkəməsinə qeyri-prosessual sifariş verib ki şikayəti mümkün saymasın ; guya şikayət vaxtında verilməyib. Nə isə, 4 il qabaqkı islahatların dərinləşdirilməsifərmanından bir gün də olsa, məhkəmədə işləməyən şəxsin Ali Məhkəmənin sədri postuna gətirilməsi “islahatı” çıxdı. Görək, daha hansı islahatlarla heyrətlənəcəyik? Daha bizdə,  eldə deyildiyi kimi, issahat – islahat qalmadı. .. Məğrur Bədəlsoy

"Cəsus şəbəkəsi ifşa olunarkən günahsız insanların saxlanmasına rəvac verilməməlidir" - Müsavat Partiyası

Aprelin 3-də  Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavat başqanı Arif Hacılı, onun müavini Səxavət Soltanlı və Məclis üzvü Ayxan Hacıbəylinin Gürcüstana səfəri və beynəlxalq tədbirdə iştirakı barədə məlumat verilib. Sonra təşkilati məsələlər müzakirə olunub. İclasda Azərbaycandakı ictimai siyasi vəziyyət müzakirə olunub. Qeyd edilib ki, xarici dövlətlərin, o cümlədən İranın Azərbaycandakı cəsus şəbəkəsinin ifşa olunaraq zərərsizləşdirilməsi hüquq-mühafizə orqanlarının görəvidir. Eyni zamanda həyata keçirilən hər bir həbs əsaslı və qanuni olmalı, günahsız insanların saxlanmasına rəvac verilməməlidir. Qarabağda son durum, Ukraynada vəziyyət bə digər proseslər haqda fikir mübadiləsi aparılıb. Siyasi partiyalar haqqında qanuna edilən mürtəce dəyişikliklərin aradan qaldırılması üçün birgə tədbirlərin təşkili təklif edilib. Sonda cari məsələlər müzakirə olunub.

Ağdam ictimaiyyətinə ağır itki üz verib

Ağdam ictimaiyyətinə ağır itki üz vermişdir. Uzun illər Ağdamda müxtəlif rəhbər vəzifələrdə çalışmış Nadir Əsədulla oğlu İsmayılov  bu gün, 2 aprel 2023-cü ildə, 87 yaşında vəfat etmişdir. Nadir İsmayılov 15 aprel 1936-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. 1957-ci ildə Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirmişdir. Bakı sovet ticarət texnikumunda oxumuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəşünaslıq fakültəsində ali təhsil almışdır. Nadir İsmayılov Ağdam rayonu ictimai iaşə birliyinin müdiri, Ağdam çörək pekarnisinin müdiri, Ağdam ət kombinatının direktoru, Ağdam rayon icra hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.  Dəyərli ziyalı, uzun illər Ağdamda müxtəlif rəhbər vəzifələrdə çalışmış Nadir Əsədulla oğlu İsmayılovun  əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. ALLAH rəhmət etsin!

Sahibə Qafarovanın mandat aldığı seçki məntəqəsi: "Ya kəndin adini dəyişin, ya da..."

98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat mandatı əldə edən və hazırda Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsini daşıyan Sahibə Qafarovanın  seçildiyi məntəqələrdən biri olan,   98 saylı Şəmkir Seçki Dairəsinin "Varlı Həyat" kənd Seçki Məntəqəsinin yararsız formada olduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.  "Ya kəndin adini dəyişin, ya da məntəqəni bu ada uygunlaşdıırın" tipli yazılar yazan insanlar,   Şəmkir rayonun Varlı Həyat kəndinin acınacaqlı vəziyyətdə olan hazırkı durumunu bir daha diqqət mərkəzinə gətiriblər.  Xatırladaq ki, Şəmkir rayon Varlı Həyat kəndi  qaçqın və məcburi köçkünlərdən təşkil olunub. Dəfələrlə mətbuatda  bu kəndin acınacaqlı vəziyyətdə olması ilə bağlı yazılar yazılsa da, çox təəsüf ki, bu vaxta qədər kəndə heç bir diqqət göstərilməyib.  Adı ilə yaşayış səviyyəsi uyğun gəlməyən Varlı Həyat kəndində ümumiyyətlə təbii qaz yoxdur. İnsanlar qışda  evlərini mal peyini ilə qızdırırlar. Kənd sakinlərinin bildirdiklərinə görə, kəndin problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məktubla müraciət etsələr də, onların müraciətlərinə baxan olmayıb.  Elşən Əlisoy Sozcu.az

Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

FHN Kəlbəcərdə baş verən yanğına niyə müdaxilə etmir?

Kəlbəcər rayonu ərazisində bir neçə saatdır güclü yanğın başlayıb. Turkustan.az-a verilən xəbər və göndərilən videolardan görünür ki, yanğın Kəlbəcər şəhərini əhatə edən dağlıq meşə sahələrini və açıq sahəlıri əhatə edir. Külək yanğın sahəsini daha da genişləndirir. Əraziyə gəlmiş FHN-nin yanğınsöndürən maşını hər hansı tədbir görmək sadəcə mümkün deyil. Yanğın bölgəsinə təcili olaraq FHN-nin havadan yanğınsöndürmə müdaxiləsi lazımdır. Əks halda, yanğın daha çox əraziləri, meşə sahələrini, xüsusilə, yaz fəsli ilə bağlı çiçəkləyən ağacları məhv edəcək. Sozcu.az

Hansı avtomobillərin qiymətində bahalaşma olacaq?

Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib. Qərarda qeyd edilir ki, “Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın”. Maraqlıdır, yeni qaydanın tətbiqi avtomobil idxalında gömrük rüsumlarının azalmasına səbəb ola bilərmi? Ümumiyyətlə, bu məhdudiyyət avtomobil bazarına hansı formada təsir edəcək? Mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, yay fəslində bəzi avtomobillər bahalaşa bilər: “Nazirlər Kabinetinin yeni qərarı ölkədə avtomobil parkının yenilənməsinə və ekeoloji vəziyyətin yaxşılaşdırılmasına yönlənib. Belə ki, yaşı 10-dan çox olan avtomobillərin sayı ölkəmizdə həddindən çoxdur. Son illər ərzində Gürcüstandan Azərbaycana ömrünü başa vurmuş, yararsız, metallom daşınıb. Bunun qarşısı qismən alınacaq. Həmçinin, ola bilər ki, bu qərarın verilməsi yeni bir qərarı şərtləndirir. Yəni mümkündür ki, Azərbaycan Avro-4 standartlarından Avro-5 standartına keçid etsin. Onu da qeyd edim ki, bu qərardan sonra yay mövsümündə ikinci əl avotomobil bazarında köhnə maşınların qiyməti 2 faiz yüksələ bilər. Bununla yanaşı, qeyd etmək istərdim ki, qərarın qüvvəyə minmə tarixi 30 gün sonra üçün nəzərdə tutulub. Hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil Yaponiya, Cənubi Koreya, ABŞ kimi ölkələrdən gətirildiyi üçün yoldadır. Oradan da avtomobillərin gəmi ilə gətirilməsi minimum 2-3 ay vaxt aparır. Bəlkə də dövlət sosialyönümlü siyasətini nəzərə alaraq 30 gün müddətini 60 günədək uzatsa, yaxşı olar. Əks təqdirdə həmin avtomobillər Gürcüstan limanında qala, vətəndaşlarımıza maddi ziyam dəyə bilər”. Ekspert mühərrik həcmi kiçik olan avtomobillər üçün gömrük rüsumlarının azaldılmasının uyğun olduğunu da vurğulayıb: “Yeni qaydanın tətbiqindən sonra ölkəmizə idxal olunan yeni avtomobillərin gömrük rüsumlarının azaldılması yaxşı olardı. Dövlət artıq bu istiqamətdə müəyyən addımlar atıb. Belə ki, ölkəmizə idxal olunan hibrid avtomobillər və elektromobillər üçün güzəştlər tətbiq edilib. Elektromobillər ümumiyyətlə bütün gömrük rüsumlarından azaddır, hibrid  avotomobillər isə idxal zamanı ƏDV-dən azad edilib. Düşünürəm ki, gələcəkdə yeni və mühərrik həcmi kiçik olan avotomobillər üçün müəyyən güzəştlərin tətbiq edilməsi avtomobil bazarına müsbət təsir edərdi”. //Sfera.az

Azərbaycanda dollar qıtlığı yarana bilərmi? – VİDEO

Son vaxtlar ölkəmizdə dollar tələb artıb. Artım Mərkəzi Bankın təşkil etdiyi sonuncu hərracda da müşahidə edilib. Sozcu.az Xəzər TV-yə xəbər verir ki, xarici valyuta tələbi 96, 3 milyon dollar olub. Bu əvvəlki hərracdan 48,4 milyon dollar çoxdur. Millət vəkili Vüqar Bayramov deyir ki , Mərkəzi Bankın təşkil ediyi sonuncu hərracda xarici valyuta tələbi 96.3 milyon dollar olub. Onun sözlərinə görə əvvəlki hərracda sifarişin həcmi 47.9 milyon dollar təşkil edib. O, hesab edir ki, dollara tələbin optimallaşdırılması üçün Mərkəzi Bank tərəfindən yaxın günlərdə yenidən hərracın təşkil edilməsi vacibdir. Bəs bu artım tendensiyası manat üçün risk yaradırmı? Vüqar Bayramov əlavə edib ki, idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir.

VHP: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!

VHP deputata qarşı terroru pislədi: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək! Vətəndaş Həmrəyliyi Partiyası Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd hadisəsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “28 mart 2023-cü il tarixdə saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Sui-qəsd nəticəsində Fazil Mustafa iki güllə yarası alıb. Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş terror aktını qətiyyətlə pisləyərək, millət vəkilinə şəfalar diləyir. Azərbaycan Respublikasının Ali qanunverici orqanının üzvü, Milli Məclisinin deputatına qarşı terror siyasi mahiyyət etibarı ilə Azərbaycan dövlətinə qarşı edilən terrordur. Əminik ki, ən yaxın vaxtda terror aktını həyata keçirənlər tapılacaq və hadisəyə hüquqi-siyasi qiymət veriləcək. VHP eyni zamanda bəyan edir ki, heç bir güc Azərbaycan Respublikası ilə hədə və terror dili ilə danışa bilməz. Azərbaycanın bütün siyasi qüvvələri və hər bir vətəndaş milli maraqlar və dövlətçilik məsələsində bir yumruq kimi birdir. Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!”

"Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaqdır" - Politoloq

"Bu gün səfirliyimizin açıldığı İsrailin xarici işlər naziri Eli Kohenin “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir” sözləri müxtəlif şərhlərə yol açdı. İlk növbədə İran bunu “Bakının sionist rejimi ilə İrana qarşı işbirliyi” kimi təqdim edir, lakin bu sözlər Azərbaycan cəmiyyətində də İranla hərbi münaqişə narahatlığına, xüsusilə “Azərbaycanı İrana qarşı müharibəyə sürükləyirlər” kimi fikirlərə yol açdı". Sozcu.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.  İsrailin anti-İran koalisiyası yaratmağa çalışdığının sirr olmadığını bildirən politoloq,  hazırda Netanyahunun beynəlxalq koalisiya yaratmaq cəhdlərinin hələki nəticə vermədiyini də qeyd edib: "Avropada müəyyən bəyanatlar verilsə də, prosesin praktiki mərhələyə keçidi olmadı. Hətta ABŞ-da belə İrana hərbi müdaxilə ilə bağlı tərəddüdlər var. İsraildə baş verənlərin arxasında müəyyən mənada bu məqamın da olduğu hiss edilir və məsələyə Trampın Baydenə, həm də Sorosa qarşı mövqeyi ilə Netanyahunun Baydenə qarşı çıxışı kontekstində də baxmaq olar. Bu başqa mövzudur". "İsrailin anti-İran bu koalisiyasında Azərbaycanı da görmək istəyi  bəlli olduğunu bildirən politoloq Asif Nərimanlı,  rəsmi Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaq olduğunu da diqqətə çatdırıb:  "Ceyhun Bayramovun İsraillə yanaşı, Fələstinə də səfər etməsi Azərbaycanın təkcə balanslaşdırılmış yox, həm də müstəqil xarici siyasi xəttinin davamıdır. Hərçənd, burada İsrailin nə istədiyi, yaxud Bakının hansı siyasəti yürüdəcəyi yox, İranın sərgilədiyi mövqe həlledicidir. Tehran rejiminin mövcud siyasəti deməyə əsas verir ki, İrana hərbi müdaxilə baş verərsə, biz bu koalisiyaya qoşulmasaq belə onların hücum edəcəyi ilk ölkə Azərbaycan olacaq".

Bundan sonra bu avtomobillər ölkəyə buraxılmayacaq

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Zamin Salayevlə bağlı vəsatətə baxılacaq

Zamin Salayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq . Martın 30-da saat 14:00-da Qaradağ rayon məhkəməsində 51 gündür aclıq edən AXCP Salyan rayon şöbəsinin həbsdə olan sədri Zamin Salayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılacaq. Bu barədə “Basta”ya vəkil Nemət Kərimli məlumat verib. Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir. Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər. Sozcu.az

Ağsunun keçmiş deputatı vəfat etdi

Sabiq deputat Ərəstun Cavadov uzun sürən xəstəlikdən sonra vəfat edib. Sozcu.az xəbər verir ki, o, 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirib. Ə.Cavadov 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləyib. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışıbr. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Mərhum, Yeni Azərbaycan Partiyasının və III çağırış Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan-İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin də üzvü olub. Bundan başqa, IV çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin, Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. Bir övladı var. Allah rəhmət eləsin!

Göyçayda məmur kürəkəninə idarənin önündə obyekt tikdirir

Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Regional İdarəsinin rəisi Elçin İsmayılov rəhbəri olduğu qurumun qarşısında kürəkəninə obyükt tikdirir. Reportyor.info xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb. Onun sözlərinə görə, Göyçay rayon İcra Hakimiyyətinin bu qanunsuz tikilinin qarşısını alacağına ümid edir.

Müsavat rəhbərliyi aidiyyəti qurumlara çağırış etdi: "Sifarişçilər və icraçılar cəzalanmalıdır"

Millət vəkili Fazil Mustafaya bu gün evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı Müsavat Partiyasının rəhbərliyi dövlətin aidiyyəti qurumlarına terrorun sifarişçiləri və icraçılarının tapılaraq ciddi cəzalandırılması ilə bağlı çağırış ediblər.  Müsavat Partiyasının başqanı Arif Hacılı, Fazil Mustafanın dini məsələlərə aid fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğunun hər kəsə məlum olduğunu bildirərək,  bu faktın və Fazil bəyin sosial media üzərindən açıq təhdid edilməsinin ona qarşı terror sifarişinin ünvanını müəyyən etmək üçün ciddi ip ucları verdiyini deyib.  Müsavat başqanı qeyd edib ki, bu hadisə dövlət səviyyəsində hərtərəfli araşdırılmalı, terrorun sifarişçiləri və icraçıları tapılaraq ciddi cəzalandırılmalıdır.  Əks halda belə hadisələrə son qoyulmayacaq və bütün ölkəni əhatə edərək daha geniş miqyas alacaq. Müsavat Partiyası baqşanının müavini Razim Əmraslanlı agentura şəbəkəsinin zərərsizləşdiriləsini tələb edir: "Agentura şəbəkələri Kalaşnikov avtomatı ilə şəhərimizdə meydan sulayırlar."Bütün agentura şəbəkələri məhv edilməlidir" Müsavat Partyasının başqan müavini Fərəc Kərimli ölkədə antiterror əməliyyatına ehtiyac olduğunu deyib:  "Bundan öncə Azərbaycanda və Azərbaycana qarşı törədilən silahlı hücumları düşünmək olardı ki, bəlkə də təsadüfdür. Məncə Fazil Mustafaya atılan güllələrdən sonra deyəsən ölkəmizin bir çox yerində antiterror əməliyyatlarına ehtiyac var.  O qədər qudurublar ki, sosial şəbəkələrdən də açıq təhdidlər yağdırırlar". Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafa Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalıb.  Millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) həkim müdaxiləsi edilib. Polis hadisə yerindədir. Elşən Əlisoy Sozcu.az

Deputat Fazil Mustafa evinin qarşısında güllələnib

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. Musavat.com xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir. Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a bildirib ki, deputat evə gələn zaman öz maşınıni evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib. 

İranla İsrail arasında məxfi danışıqlar başlayıb?

Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. Danışıqlar Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirilir. Görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur. Çin əvvəlcə İranla Səudiyyə Ərəbistanını barışdırdı, tərəflər arasında danışıqlar Pekində həyata keçirildi. Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir. İranın Rusiya və Çinlə sıx əlaqələri mövcuddur. İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu mövcuddur. Ona görə də Çin və Rusiya var gücləriylə İsraillə İranı müharibədən çəkindirmək istəyirlər. Bunun başlıca şərti İran nümayəndə heyətini nüvə silahı əldə etməyi düşünmədiklərini barədə İsrailin nümayəndə heyətini inandırmaqdır. Bu alınmasa Çində danışıqlar nəticə verməyəcək.  Bu arada, başqa sual aktuallaşır. İran regional rəqibi Səudiyyə Ərəbistanı ilə barışmaq və qatı düşməni İsraillə müharibədən sovuşmaq istəyərkən qonşusu Azərbaycanı niyə hədələməkdə davam edir? Məntiqlə Tehran eyni ilə Bakı ilə də münasibətlərin normallaşması və mövcud problemlərin həllini sürətləndirmək barədə düşünməməlidirmi?  Əksini müşahidə edirik. Belə çıxır ki, İran rejimi üçün Azərbaycana qarşı təxribatları davam etdirmək daha vacibdir. O ki qaldı, İranın Səudiyyə Ərəbistanı və İsraillə dialoqa başlamasına, hər ikisinin perspektivi dumanlıdır. İranda mövcud olan rejimin istənilən an atacağı təxribatçı addım Tehranın Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərini yenidən gərginlik nöqtəsinə gətirəcək. Digər tərəfdən ABŞ Çinin və ya Rusiyanın vasitəçiliyi ilə İranın Səudiyyə Ərəbistanı və ya İsraillə barışmasının əleyhinədir və bu prosesə müxtəlif vasitələrlə mane olacaq. Elxan Şahinoğlu, politoloq 

“Kalaşnikov” pulemyotunu saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə “Kalaşnikov” pulemyotunu əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Sozcu.az- a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib . DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Səyyaf Həsənov tutulub. Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı “PK” markalı pulemyot, həmin silaha məxsus 7,62 çaplı 98 ədəd patron və 1 ədəd patron lenti aşkar edilərək götürülüb. Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

"Rusiya Azərbaycana qarşı İranın əli ilə hərəkət edir" - Elxan Şahinoğlu

"Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan “cəsarətləndi” və onun Qarabağsız sülh sazişinə marağı azaldı. Azərbaycan ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi əməliyyatlarının sayının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib. Bu Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır".  Bu arada, İrandan yeni təxribatlara hazır olmalıyıq. Azərbaycan ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa tərəfdaş adlandırdığına görə, “qırmızı çizgiləri” tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur, bütün “qırmızı çizgiləri” aşıb. Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir. Elxan Şahinoğlu, politoloq

Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - SİYAHI

Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür. 1992-ci ilin bu günündə “Azərbaycan Milli Qəhrəmanı” adı rəsmiləşdirilib. Azərbaycan tarixinin şanlı səhifələrində qəhrəmanlar çox olub. Vaxtilə onlara “Xalq qəhrəmanı” deyirdilər. Sonralar isə bu ad Ali Dövlət mükafatı və Fəxri ad kimi rəsmiləşdi. 1991-ci ilin 18 oktyabr - Dövlət Müstəqilliyinin bərpasına qədər Azərbaycanın çoxlu sayda igid oğul və qızları keçmiş SSRİ-nin zamanında “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüblər. Onların ümumi sayı 42 nəfərdir. “Sovet İttifaqı Qəhrəmanı” adını alan ilk soydaşımız isə İsrafil Məmmədov olub. Bu ali adı iki dəfə qazanan isə tank diviziya komandiri general-mayor Həzi Aslanov olub. Müstəqilliyimizin bərpasının ikinci ilində -1992-ci ilin iyununda “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı təsis edilib. Bu tarixdən başlayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlər və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən şəxslərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməyə başlanılıb. Müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Məhərrəm Seyidovla birlikdə 1992-ci il iyunun 6-da imzalanan fərmanla bu ada 12 nəfər layiq görülüb. Sozcu.az Bizim.Media -ya istinadən həmin siyahını təqdim edir: 1. Məhərrəm Seyidov 2. Əlif Hacıyev 3. Valeh Müslümov 4. Mehdi Abbasov 5. Albert Aqarunov 6. Mikayıl Cəbrayılov 7. Vüqar Hüseynov 8. Səfəralı Məmmədov 9. Nofəl Quliyev 10. Yuri Kovalyov 11. Yusif Əliyev 12. İlham Əliyev Ümumilikdə isə müstəqillik dövründə 218 qəhrəman soydaşımıza bu fəxri ad verilib. Sonuncu Milli Qəhrəmanlarsa 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olan general-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyev olublar. Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 14 nəfəri sağdır: 1. Bəxtiyar Allahverdiyev 2. İntiqam Atakişiyev 3. İbad Hüseynov 4. Vahid Quliyev 5. Şahin Tağıyev 6. Fəxrəddin Cəbrayılov 7. Ehtiram Əliyev 8. Fariz Qəhrəmanov 9. Mədət Quliyev 10. Mirzə Quliyev 11. Zabit Quliyev 12. Fariz Mədətov 13. Mövsüm Məmmədov 14. Sahil Məmmədov

Brüsseldə İran rejiminə qarşı aksiya keçiirilib

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binasının qarşısında “Azadlıq və ədalət marşı” mitinqi keçirilib. Sozcu.az  xəbər verir ki, mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər. Bildirilib ki, onlar Fransa, AFR, Böyük Britaniya, Skandinaviya ölkələri, Benelüks və digər dövlətlərdən gəliblər. Mitinqin başlıca devizi “Azadlıq! Ədalət! Milli hökumət” olub. Qeyd edib ki, mitinq iştirakçıları İran rejimindən bu ölkənin çoxmilyonlu türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran KİV-lərində Azərbaycana qarşı informasiya hücumlarını dayandırmağı, həmçinin molla rejiminin zindanlarında əzab çəkən minlərlə azərbaycanlı türkün azad edilməsini tələb ediblər.

Türkiyənin Gənclər və idman naziri Ermənistana getdi -FOTO

Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu Ermənistanla Türkiyə arasında keçiriləcək 2024 Avropa Futbol Çempionatının (EURO 2024) seçmə turunun oyununu izləmək üçün Ermənistana gedib. APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə 2008-ci ildə Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Ermənistan - Türkiyə futbol qarşılaşması səbəbilə İrəvana səfər etmişdi. 15 ildən sonra, nazirlik səviyyəsində ilk ziyarət yenə iki ölkə arasındakı futbol qarşılaşması səbəbilə gerçəkləşdirilir. Sozcu.az

"Mənə insanlığınızı göstərin, möminliyinizi, hacılığınızı axirətdə Allaha göstərərsiniz" - Fazil Mustafa

Beş nəfər tanınmış insan oruc tutur, digərləri tutmursa, bu, istər-istəməz digərlərinin sanki milli -mənəvi dəyərlərə laqeyd yanaşması düşüncəsini ortaya qoyur". Sozcu.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib. Deputat ona son günlər oruc tutması ilə bağlı sual ünvanlandığını qeyd edərək, sosial şəbəkə hesabında aşağıdakı sözləri yazıb: "Halbuki oruc tutmaq, namaz qılmaq, Həcc ziyarətinə getmək kimi ibadətlər insana imtiyaz deyil, daha artıq məsuliyyət yükləyir. Azərbaycanda insanların xeyli hissəsi məhz məsuliyyəti anlamadan bu ibadətləri edir. Çevrədə fərqliliyini göstərmək, hansısa icmaya mənsub olmaq, öz şəxsiyyətini dindar obrazda təqdim etməklə etibarlılq qazanmaq məqsədi güdürlər. Nə gözəl deyilmiş: Mənə insanlığınızı göstərin, dindarlığınızı, möminliyinizi, hacılığınızı axirətdə Allaha göstərərsiniz. Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır. Ali insan dəyərlərinə sahib olan hər kəs, fikrimcə, ibadətli-ibadətsiz olsun, İslam dininin yetişdirməyi hədəflədiyi insandır!".

Ərdoğan HÜDA PAR-ın şərtlərini qəbul edib? - TƏHLİL

Türkiyə "Hizbullah"ı kimi tanınan Hüda (Xuda) Par (Partiya) seçkilərə AKP-nin siyahılarından qatılacaq. Mən sadəcə, kənardan dəstək verəcəklərini düşünürdüm, amma görünür, prezident Ərdoğanın və AKP-nin hər səsə həyati ehtiyacı var. "Hüda Par" Türkiyənin bəzi cənub-şərq vilayətlərində aktiv olan və radikal islamçı kürdləri ətrafında birləşdirən siyasi partiyadır. Əsasən Batman və Diyarbəkirdə müəyyən elektoral gücə malikdir və AKP-yə təxminən 200 - 250 min əlavə səs qazandıra bilər. "Hüda Par" kürd məsələsində HDP-dən daha sərt mövqe tutur. Kürdlərə muxtariyyət verilməsi və Türkiyənin federallaşması kimi variantların müzakirəyə çıxarılmasının tərəfdarıdır. "Hüda Par"ın proqramında kürd xalqının qurucu element qismində türklərlə bərabər Konstitusiyada təsbit edilməsi, kürd dilinə 2-ci rəsmi dil statusu verilməsi, dövlətin Şeyx Səidin ailəsindən rəsmən üzr istəməsi və sair tələblər də var. Belə bir partiya ilə ittifaqa girən AKP və Cumhur İttifaqının bundan sonra müxalifəti HDP ilə əməkdaşlıqda ittiham etməyə haqqı qalmır. (Zatən haqqı yox idi.) Hələ üstəlik, nəzərə alsaq ki, HDP seçkilərə Millət İttifaqı ilə bərabər, onun siyahılarında deyil, öz ittifaqı ilə ayrılıqda qatılır.  Qənaət yarana bilər ki, bu cür proqrama sahib olan partiyanı öz siyahılarına aldı deyə AKP-nin və Ərdoğanın səsləri daha da azalacaq. Amma belə deyil. (Bəlkə bəzi MHP-lilər bu səbəbdən Ərdoğana səs verməz, onu deyə bilmərəm.) Dəfələrlə vurğuladığım bir fikri bir daha təkrarlamaq istərdim ki, azərbaycanlılar (sosial mediada gördüyümüz insanlar) kürd məsələsində Türkiyə vətəndaşlarından daha radikal mövqe tutur və "papadan artıq katoliklik" - türkiyəlilərdən daha artıq türkiyəçilik edirlər. Hətta bir çoxları heç bir haqqı olmadığı halda, Türkiyənin tamhüquqlu vətəndaşları olan kürdlər haqqında hökm çıxarır, onları terrorçu adlandırır və sair. ("Yersiz gəldi, yerli, qaç" məsələsi...)  Bizim bəzi insanlara elə gəlir ki, Türkiyədə kimsə kürd partiyası isə əməkdaşlıq edirsə, onlara salam verirsə, həmin siyasətçi və ya siyasi partiya dəhşətli əmələ yol vermiş olur və onun siyasi karyerası bitməlidir. Halbuki yaxın keçmişdə "çözüm sürəci"ndə AKP hökuməti bilavasitə PKK ilə ayrı-ayrı yerlərdə 3 masa quraraq danışıqlar aparırdı: İmralıda Abdulla Öcalan, Osloda PKK-nın Avropa qanadının liderləri Sabri Ok, Zübeyir Aydar, Mustafa Karasu, İraqda  - Kandil dağında terrorçuların lideri Murat Karayılan və digərləri ilə... Bu danışıqların sonunda İstanbulda, baş nazir Ərdoğanın Dolmabahçe ofisində Türkiyə hökuməti ilə HDP arasında rəsmi Bəyannamə də imzalandı. Eyni zamanda, "çözüm sürəci" dövründə PKK-nın İraqdan Türkiyəyə külli miqdarda silah, partlayıcı maddə keçirməsinə göz yumuldu, çünki Ankaradan hökumət jandarma və polisə göstəriş vermişdi ki, onsuz da məsələni həll edirik, siz onların qarşısını kəsib prosesi pozmayın. Hətta guya silahı yerə qoyub Türkiyəyə qayıdan bəzi PKK-lılar üçün Habur sərhəd qapısında səyyar məhkəmə də təşkil olundu və onların sərbəst buraxılması barədə qərarlar çıxarıldı. Abdulla Öcalanın məktubları Türkiyə TV-lərində canlı yayınlarda oxundu, təhlil olundu, bəyənildi, hökumət tərəfindən dəstəkləndi və s...  Bu qədər həngamədən sonra yəqin ki, bizim insanların məntiqinə görə, Ərdoğan və AKP Türkiyə siyasətindən silinməli idi. Amma silinmədi. "Hüda Par" ilə ittifaq səbəbi ilə də silinməyəcək. Çünki Türkiyə əhalisi (azı yarısı) fərqli məntiqə sahibdir. Bəli, Türkiyə əhalisinin çoxluğu PKK-ya yaxınlığı səbəbi ilə HDP-yə neqativ münasibətdədir, PKK-ya uzaq, amma kürd məsələsində onunla paralel düşüncələrə sahib "Hüda Par"a da o cümlədən. Amma eyni zamanda bu çoxluğun çox hissəsi anlayır ki, HDP (yaxud o cizgidəki hər hansı kürd partiyası) Türkiyənin reallığıdır və PKK-nın siyasi tələblərini haqlı sayan narazı kürdlərin leqal, legitim təmsilçisidir. 6-7 milyon Türkiyə vətəndaşı HDP-yə (qarşıdakı seçkilərə Yeşil Sol Parti adı ilə qatılacaq) səs verir, bu gerçəyi gözardı etmək mümkün deyil. Bu səbəbdən, həmin partiya yerli hakimiyyət orqanlarında, parlamentdə təmsil olunur, TBMM iclaslarını idarə edir və Türkiyənin dövlət büdcəsindən maliyyələşir. (Bu il HDP-yə büdcədən 0,5 milyard TL-dən çox pul ayrılıb.)  Uzun sözün qısası, Türkiyəni səthi yanaşmalarla qiymətləndirmək doğru deyil və yanlış qənaətlərə aparıb çıxarır. Şahin Cəfərli, politoloq

İran Azərbaycana hərbi müdaxiləyə hazırlaşır?

 Dostlar mütəmadi olaraq bu sualı verirlər və hər zaman bir neçə "açar" sözdən ibarət eyni cavab alırlar, bir müddətdən sonra İranın hərbi müdaxiləsilə bağlı suallar yenidən səslənir. Görünənən odur ki, cavab qane etmir və bu səbəbdən daha ətraflı izahata ehtiyac var. Dünya böyük mexanizmdir, bir detalın sıradan çıxması mexanizmin ümumi işinə zərər verəcək, bu baxımdan Rusiya və ABŞ-ın prinsipial fərqi ondan ibarətdir ki, Rusiya təsir dairəsində olan ölkələri dondurulmuş münaqişələr, təhdidlər vasitəsilə idarə edir, ABŞ öz təsir dairəsində olan ölkələri isə dayanaqlı sülh, sabitlik, sosial rifah, ədalətli idarəetmə, demokratiya ilə yönləndirir(məhz yönləndirir, idarə etmir). Dünyanın strateji təhlükəsizlik doktrinası mövcuddur. Bu doktrinada ölkələr arası, regionlar arası, hərbi-siyasi ittifaqlar arası münasibətlər tənzimlənir: hərbi-iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik qarantiyaları, nüvə təhlükəsizliyi, terror təşkilatlarla mübarizə və s.  Başqa sözələrlə strateji təhlükəsizlik doktrinası dünyada sabitliyi təmin edən faktordur. *Qeyd. Rusiya Ukraynaya hücum etməmişdən qabaq ABŞ-a verdiyi "təhlükəsizlik təminatı" adlı ultimatum yadınızdadırmı? Həmin sənəddə Rusiya tələb edirdi ki, ABŞ və NATO post-sovet məkanından çəkilsin. Məhz bu sənəd qlobal strateji təhlükəsizlik doktrinasının dəyişdirilməsi cəhdi idi. ABŞ və NATO-nun Rusiyanın cəhdinə cavabı bu gün hər kəsin gözü qabağındadır. Cənubi Qafqaz geosiyasi xəritədə Qərbin təsir dairəsində olacaq regiondur, Azərbaycan da, Ermənistan da, Gürcüstan da. Deyəcəksiniz ki, bəs bu illər ərzinə bu region Rusiyanın təsir dairəsində idi. Bəli, unutmayaq ki, ABŞ regionla əməkdaşlığa başlayanda bu region məhv Rusiyanın təsir dairəsində idi(1991-ci ildə bəri) və ABŞ "long game"(uzunmüddətli) strategiyasına uyğun "realpolitik" çərçivəsində davranaraq gündən-günə təsir gücünü artırırdı. Bugünkü geosiyasi "zəlzələ"(yəni yaxın gələcəkdə Rusiyanın öz sərhədlərinə çəkilməsi) təsir dairələrin yeni sərhədlərini cızacaq və bizim region məhz Qərbin(başqa seçim də yoxdur, Çinin təsir dairəsində olan deyil ki) təsir dairəsində olacaq. Bu proses 2022-ci il 24 fevralda kəskin sürətlənib. Azərbaycan öz növbəsində enerji təhlükəsizlik sahəsilə yanaşı bir neçə sahədə Qərbin müttəfiqi sayılır. 3 ən yaxın strateji müttəfiqimiz (İsrail, Böyük Britaniya, Türkiyə) ABŞ-ın da strateji müttəfiqləridir. Təbii ki, Azərbaycanın Qərb qarşısında öhdəlikləri olduğu kimi, Qərbin də Azərbaycanın qarşısında strateji öhdəlikləri var. Azərbaycana İran və ya Rusiya tərəfindən təhdidlər strateji təhlükəsizlik doktrinasına ziddir, bu baxımdan Qərbin(məhz ABŞ-ın) Azərbaycan qarşısında ən vacib öhdəliyi təhlükəsizlik qarantiyalarıdır, ABŞ, Rusiya və İrandan gələn təhdidlərə qarşı bu qarantiyaları verir. Təbii ki, Türkiyə, İsrail və Böyük Britaniya, ABŞ tərəfindən Azərbaycana verilən təhlükəsizlik qarantiyalardan kənarda deyillər, AMMA VƏ LAKİN bir məsələnin altını xüsusilə cızmaq istəyirəm, dünya tərəfindən "terroru maliyyələşdirən" kimi tanınan 5 ölkə var(İran, Rusiya, Suriya, Ş. Koreya, Kuba), Azərbaycan 2-silə həmsərhəddir, belə coğrafiyada olan ölkəyə ABŞ-dan başqa HEÇ BİR ölkə təhlükəsizlik qarantiyaları vermək iqtidarında deyil. Azərbaycanın da öhdəlikləri var. Misal üçün ABŞ Maliyyə nazirliyinin dərc etdiyi heç bir hesabatda Rusiyaya sanksiyalardan yayınmaqda dəstək verən ölkələr siyahısında bizim adımız yoxdur. Başqa misal gətirim, bir neçə gün qabaq ilk dəfə olaraq Qazaxıstan Azərbaycan vasitəsilə Avropaya neft tədarükünə start verib("Xoşbəxt Yusifzadə" tankeri, ilk partiya 7 min ton neftdən ibarət idi).  Bunlar, Azərbaycanın Rusiyaya qarşı demarşı deyil, bunlar Azərbaycanın strateji təhlükəsizlik doktrinasına görə öhdəliklərin yerinə yetirilməsidir. Və təbii ki, geosiyasi "trendə" uyğun olaraq davranışdır.  Yaxın gələcəkdə ABŞ Azərbaycanın götürdüyü başqa öhdəlikləri də yerinə yetirməsini gözləyəcək: Ermənistanla sülh müqaviləsi və demokratik açılım istiqamətində ilk addımlar. Demokratik açılım daxili məsələ deyil, regionun strateji təhlükəsizlik məsələsidir. Kamran Cəfərov, politoloq  Sozcu.az

Sürücülərin qəniminə çevrilən Mərəzə postu

Son vaxtlar Dövlət Yol Polisi əməkdaşları arasında sürücülərlə davranış qaydasından xəbəri olmayan, özünü "yolların ağası" hesab edən polis əməkdaşları haqqında şikayətlər durmadan artmaqdadır. Ömründə bir dəfə də olsun polisin davranışı haqqında təlimatı açıb oxumayan bəzi DYP əməkdaşları, özlərini qanun keşikçisi kimi yox, "reket" kimi aparırlar. Bircə qalır, "mən bu ərazinin "polojeniya"sına baxiram" sözünü açıq şəkildə dillərinə gətirmələri.  Sürücülər üçün ən çox narahatçılıqlar yaradan postlardan biri də, Mərəzə postudur. Bu postda sürücülərin incidilməsi və DYP əməkdaşlarının polisin davranışı qaydalarından xəbərsiz olmaları ilə bağlı dəfələrlə saytımıza şikayətlər daxil olub. Növbəti şikayətçi Seyidzadə Zahid Ağarıza oğludur. Zahid Seyidzadə bildirir ki, Mərəzə postunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Polis əməkdaşı ona saxlama səbəbinin kəmərlə bağlı olduğunu bildirsə də, onun kəmərdən istifadə etdiyini gördükdən sonra avtomobilidə led işıqların olduğunu bəhanə edərək, 150 manat cərimə yazıb.  Zahid Seyidzadə bildirir ki, DYP əməkdaşına, avtomobilində olan led işıqların standartlara uyğun olduğunu bildirdirsə də, DYP əməkdaşı ona qarşı kobudluq edərək, onu küçə uşağı səviyyəsində təhqir edib. Bundan sonra özündə halsızlıq hiss etdiyini deyən Zahid Seyidzadə, ona postda əl-üzünü yumağa da imkan verilmədiyini bildirib. Halbuki postda yorğun sürücülərin dincəlmək hüququ da var.  Zahid Seyidzadə qeyd edib ki, onu təhqir edən DYP əməkdaşı Xanalıyev İsaxan Səlahəddin oğludur. O, bu barədə Daxili İşlər Naziri Canab Vilayət Eyvazova müraciət edəcəyini bildirdikdən sonra, DYP əməkdaşı özünü "ara uşaqları" kimi apararaq, onunla "yaxşı oğlan", "pis oğlan" söhbəti etməyə başlayıb.  Xatırladaq ki, Mərəzə postunda DYP əməkdaşlarının  sürücülərə qarşı kobudluq etmələri ila bağlı verilən məlumatlar birinci dəfə deyil. Biz də öz növbəmizdə ümid edirik ki, özünü qanun keşikçisi kimi yox, "vor zakon" kimi aparan polis əməkdaşları haqqında ölçü götürüləcək. Ümumiyyətlə, hər gün vətəndaşlarla ünsiyyətdə olan polis əməkdaşlarının vaxtı-vaxtında psixoloji və narkoloji testdən keçirilməsi vacib olmalıdır.  Elşən Əlisoy  Sozcu.az

Tramp bu gün həbs oluna bilər?

Bir çox mənbələrin verdiyi məlumata əsasən, bu gün Manhettendə böyük jüridə(*izahatı sonda) səsvermə olacaq. Səsvermə predmeti prokuror Elvin Breqqin Trampa qarşı irəli sürdüyü ittihamlardır. Böyük jüridə ittihamlar səs çoxluğu toplasa(ittihamlar çox sadə, həm də mükəmməl hazırlanıb, bu səbəbdən böyük jürinin lehinə səs verəcəyinə şübhəm yoxdur), ABŞ-ın eks-prezidenti Donald Trampa qarşı rəsmi ittihamlar irəli sürüləcək(şəkilləri çəkiləcək, barmaq izləri götürüləcək, təsəvvür edin ki, dünyanın ən qüdrətli ölkənin sabiq prezidenti üçün bu nə dərəcədə utancverici səhnədir). Tramp maliyyə dələduzluqda ittiham olunur(porno aktrisaya ilə intim əlaqədə oluğuna görə, həmin aktrisaya susqunluğu əvəzinə Tramp 130 min$ ödəmişdi, bu pullar seçki kampaniyası zamanı ianələr hesabından verilib, bu isə cinayətdir). Nyu York ştatının qanunvericiliyinə əsasən bu cür cinayətlərə görə ittihamların irəli sürülməsi təqdirdə həbs qətimkan tədbiri olmur(məhkəməyə qədər). Yəni andlılar məhkəməsinə qədər Tramp azadlıqda olacaq, sonrası isə məhkəmənin qərarından asılı olacaq. Təbii ki, etirazlar olacaq, amma: -Etirazların miqyası o qədər də böyük olmayacaq; -Nyu York polisi bu gün fövqəladə(xüsusi avadanlıqlar və s) rejimdə fəaliyyət göstərəcək. Sizə bu barədə xəbər vermişdim, təkrarlamaq yerinə düşər, Trampa qarşı irəli sürülən ittihamlar və hətta həbs, ona seçki kampaniyasında və ya seçkilərdə iştirak etməyə mane olmayacaq. Nəzəri cəhətdən Tramp həbsxanada olarkən də, prezident seçilə bilər, qanunvericilik buna imkan verir(təbii ki bu baş verməyəcək, amma hüquqi yox, siyasi səbəblərdən). *ABŞ dünyada yeganə ölkədir hüquqşünaslıqda böyük jüri institutunu qoruyub saxlayıb. Böyük jüri bir növ istintaqın son mərhələsidir. İstintaq bitəndən, bütün materiallar hazırlanandan və ittihamlar əsaslandırılandan sonra, bütün bunlar böyük jüriyə təqdim olunur və ittihamların irəli sürülməsi ya da sürülməməsi böyük jürinin səsverməsindən asılı olur. Kamran Cəfərov 

MENAQVE

Mən küçə süpürgəçisiyəm, daha doğrusu, gürcü dilində " zibil yıgan"- menaqve kimi səslənir bu söz...Hər gun saat 5- də yuxudan durur, ogluma dua edirəm və yatan qoca nənəsinin yaninda qoyuram. Mənim evdən getdiyimdən təkcə popuqaylarımın xəbəri olur. Artıq 5 ildir mən hər gun narıncı rəngli gödəkcəni geyirəm, hər kəsdən əvvəl agaclarla, günəslə , kücələrlə və bütün Yer kürəsi ilə salamlaşıram... Hər kəsin öz işi var, isinin daliyca qaçan insanlar ətrafı zibilləyir, mən isə bu zibilləri yıgışdırır, zibil qutusuna atıram. İçimdə gülümsəyirəm, bilirəm ki, hec vaxt küçə süpürənin, zibil yığanın usaqları zibili yerə atmır..oglumun canina and içərəm, atmırlar zibili yerə... Agaclar mənim qarşımda başlarını əyib üzr istəyirlər. Amma kimsə qocalib əlləri əsir, əlindən nəsə tökülürsə agaclarin nə günahı var ki... Mən agacları bağışlayıram, saralıb tökülən yarpaqlarını da bagıslayıram...Amma məni küçədə it yerinə belə qoyan yoxdur, hətta yaxın qonşularım yanımdan keçəndə salam belə vermirlər. Bəzi adamları mənim çirkli paltarlarım qorxudur, bəzilərini süpürgəm, hətta bəzilərini uzanmış saqqalım.. Bu saqqalıma görə hələ mənim 5 yaşlı oglum, Şaxta baba atam- deyə çagırır məni.. ...Zibil yıga- yıga yataqda qoyub gəldiyim oğlumu, qoca anamı və saat 9- u fikirləşirəm, " görəsən vaxtinda oyandılarmı, bagcaya gecikmədilər ki...". Əslində həyət süpurənin oglu dərsə, bagcaya...hec yerə gecikməməli idi, çünki o hər kəsdən tez oyanırdı.. Ətrafda kimə baxırsan, hərə mənə bir cür baxır: birinin yazıgı gəlir, biri iyrənir, hec kəsin uz- gözundə istilik hiss olunmur. Təkcə küçə itləri  çirkli ayaqqabılarıma sürtünür, zibil qablarindan onlar üçün yıgdıgım ərzaq qalıqlarını onlara verdiyimə minnətdarlıq göstərirlər... Mən - küçə süpürənəm. Gürçü dilində kücə supürənə - zibil yıgan deyirlər. Üstundən həmisə köhnə zibil iysi gəlir. 5 il əvvəl zibil qutularından birində mən bir təzə dogulmuş usaq tapmışdım. O usaq indi mənim oglumdur. Hər gun insanlar ətrafa zibil atdıqları üçün Allaha təşəkkur edirəm.......                    Anna Laşxeli (Gürcü dilindən tərcumə: Emma Cəfərova)

Keçəl-Kosa yoxsa Şamanlar ?

Baharın gəlişi, havaların istiləşməsi, qarın əriməsi, təbiətin canlanması bütün millətlərdə olduğu kimi türklərə də dərin təsir etmiş və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olmuşdur. Dünyanın bir çox xalqlarında Yaz ayının gəlişi müxtəlif formalarda keçirilib, eləcə də Türklərdə. Yeni gün adlanan bu bayramı Zərdüştilik yarandıqdan sonra çalışdı ki, bu ərazidə yaşayan etnosların düşüncəsindən bu atəşə-oda sitayişi çıxarıb zərdüşt görüşlər ilə bağlasın. Bu mümkün olmayanda, Zərdüşt bu adətlərə atəşpərəstlik rəngi verdi. Novruz adlandırmağa başladı.Novruz bayramını Zərdüştlüklə əlaqələndirənlər bunu sübut edəcək heç bir yazılı qaynaq mövcud deyil. Sadəcə bu bayramda od yandırılmasını əsas götürmüşdürlər. Mənbə kimi göstərilən Firdovsinin əsəri də sadəcə poetik bir təssəvürdür. Qədim Türk inanc sistemlərindən biri də od mədəniyyətidir. Türklər dünyanın yaradılışı ilə od və bahar arasında bir bağlılıq qurmuşlar. Novruz bayramında yandırılan tonqalın Atəşpərəstliklə heç bir əlaqəsi yoxdur, tamamilə Şamaizmə aid olan arınma və təmizlənmə mədəniyyətidir. Od Günəşi təmsil edir, buna görə də qədim türklərin alaçıqlarının qapısı birbaşa Günəşin çıxdığı tərəfə qurulurdu.   Sonra gələn dinlər də çalışıb ki, Novruzu özününkiləşdirsin. İslamda da bu hal baş verib. Novruz bayramı günü xəlifəni taxta çıxarıblar ki, bunu İslamın adı ilə bağlasınlar. Bir çox mənbələrdə bu bayramı dinlə də bağlayaraq, Novruzu “Adəmin yaradıldığı gün”, “Atəşpərəstlikdən qalan bir bayram”, “Yunus peyğəmbərin balığın qarnından çıxdığı gün”, “Həzrəti Məhəmmədin peyğəmbərlik xələtini geydiyi gün”, “İmam Əlinin xilafətə gəldiyi gün”, “İmam Əlinin doğum günü”, “Küsülülərin barışması üçün imam Əli tərəfindən elan edilən bayram”, “İmam Əli ilə Fatimayi-Zəhranın evləndikləri gün kimi qələmə verməyə çalışırlar.  Yunanlar da, farslar da, digər xalqlar da qədim türklərin bu bayramını özününküləşdirmək cəhdləri ediblər. Buna görə də bəzən alimlər bu bayramı farslara, bəzən yunanlara, bəzən misirlilərə, bəzən də çinlilərə bağlamağa cəhd edirlər. Əslində isə bu bayram ilk dəfə olaraq Qədim Türklərdən yaranaraq ümumbəşəri bir bayrama çevrilibdir.  Qədim türklərdə bayramın çox elementləri olub, xüsusilə Keçəl və Kosa obrazı.  Əslində bu gün bizə "pay" almağa gələn, yaxud bəzilərinin iddia etdikləri " qış və yazın" sözcüsü adlanan Keçəl və Kosa obrazı bizə sonradan əlavə edilən elementlərdir.  Əslində isə Kosa obrazı qədim türklərdə Yeni Günün gəlişini müjdələyən, insanların evinə ruzi, bərəkət və sağlamlıq gətirilməsini təmin edən Şamanların prototipidir. Fikir verin Şamanın üz quruluşuna, saqqalına və onun hərəkətlərinə. Eyni ilə Kosanın etdiyi kimidir. Sadəcə indi Kosa yerində dövrə vurmur, amma Şamanlar yerlərində 7 dəfə dövrə vurub ritual icra edirdilər. Qədim Şumerlərin "Bilqamış" dastanında da Yeni Günün əsas obrazı kimi Şamanlar olduğu qeyd edilir, elə də qədim Urmiya hövzəsi ətrafı, Lulubbilər, Kutilərdə də şamanlar 21 martın, ilin təhvil olmasında Şamanların əsas obraz olduğunu qaynaqlar yazır.  Qədim türklər qəbilə və soyda xüsusi biliyi, fərasət və hərəkətləri ilə seçilənlərə şaman deyiblər. Şamanlar dəf çalır, nəğmə oxuyur, rəqslər edir və Yazın gəlişini xüsusi ayinlə icra edirdilər. Şamanların geyim şəkli də ritualları qədər çox fərqlidir, xüsusi baş örtükləri, kəmərlər, rəngli parçalardan hazırlanmış əbadan istifadə edirlər. Bu gün Kosanın geyimində olan rəngli çalarlar məhz Şamanların geyimində olan elementlərin bir hissəsidir.   Kosa-Şaman odu qorumaq üçün, pis ruhları qovmaq üçün mütləq qara qüvvəni ordan uzaqlaşdırmaq ayini icra etməli idi. Bu qara qüvvələr isə Keçəl obrazında formalaşmış idi. Keçəl hiyləgər, pis ruhların daşıyıcısı kimi Odu söndürməyə gəlirdi, Kosa isə Günəşin, odun qoruyucusu kimi onunla mübarizə aparırdı. Ona görə də Kosa-Keçəl mübarizəsində Şaman qalib çıxıb, "Keçəli" öldürüb tonqal qalamaqla Yeni Günün başlandığını elan edirdi. Bu günün özündə də Cənubi Azərbaycanda Kosa xeyir, Keçəl isə şər qüvvə olduğu kimi bu bayramı qeyd edirlər.  Kosa obrazı o qədər müqəddəs sayılırdı ki, qədim türklərdən düz orta əsrlərə qədər belə inanc var idi ki, övladı olmayan şəxş Kosa rolunda çıxış edirdisə, inanılırdı ki, onun övladı olacaq. Buna görə də Kosa obrazını və Keçəli ilk öncə farslar, sonralar isə ruslar "dilənçi" formatına salıb qədim türk şamanizmini insanların folklorundan və adət ənənələrindən tamam çıxarda bildilər. Yeni gün bayramı, sonradan Novruz adı ilə bütün türk dünyasına yayılandan sonra qədim şamanizm elementləri yoxa çıxdı, yerində isə pay uman Kosa və onun köməkçisi Keçəl meydana gəldi . Əli bəy Hüseynzadənin də qeyd etdiyi kimi, bu gün türklərin, o cümlədən Azərbaycan türklərinin Yaz bayramında təbiət ünsürləri (od, su, torpaq və hava) ilə bağlı keçirdiyi mərasimlərin kökü, mənşəyi zərdüştiliyə de­yil, şamanizmə, tanrıçılığa gedib çıxır.  Azərbaycanın Rusiya tərəfindən işğalına (1813, 1828) qədər ölkəmizdə təzə il martın 21-dən başlanırmış. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) zamanında da yeni ilin Novruz bayramından başlanması haqqında qərar verilmişdir. 1920-ci il bolşevik Rusiyası işğalı yeni ilin Novruz bayramından başlanmasını yasaq etmişdir. Bu gün Azərbaycan müstəqil dövlətdir və heç bir kənar təsir altında deyil, ona görə biz Yeni Gün bayramını azad insanlar olaraq qeyd edirik. Tanrı Azərbaycanın Od-Su-Hava-Torpağını daima qorusun. Dörd ünsür xalqımızın süfrəsini daima bərəkətli eləsin. Arzularımızın Şuşa sərhədləri artıq reallaşıb, İrəvan, Təbriz, Borçalı, Dərbənd sərhədləri də inşallah reallaşar. Bayramımız mübarək əziz Azərbaycan xalqı.. Ocağımız daima yansın  Bayrağımız Uca, millətimiz Güclü olsun  Zaur Əliyev, dosent

Nizami Gəncəliyə uzanan əllər

Bəli, məhz GƏNCƏLİ soyadına diqqət verin. Şəkildə gördüyünüz məzar dahi Nizamiyə aiddir. Onun Gəncəvi adlandırılması ərəbcədir. Əslində isə məzardan gördündüyü kimi onu Nizami GƏNCƏLİ kimi qəbul etmək lazımdır. Türk soyadı ilə. Sonradan onun əsərlərinin üzə köçürülməsi zamanı nədənsə ərəbcə olan Gəncəvi soyadı ilə tanıtdırmağa başladılar. İranın Nizami Gəncəliyə olan iddiaları bu günün mövzusu deyil. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırmasından sonra İran dəfələrlə Stalinə məktub yazaraq Nizaminin İran şairi kimi adlandırılmasını tələb edirdilər. Bu barədə 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində məqaləsində ətraflı məlumat verilir. Məqalədə o, Stalinlə görüşündən danışırdı: “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”. Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu. İranın məktublarına cavab verməyən Stalindən sonra bir müddət sakitçilik olur, lakin II dünya müharibəsindən sonra yenidən İran Sovetlərə məktub yazaraq eyni iddia ilə çıxış edirlər. Buna rəsmi cavabı 1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonov “Pravda” qəzetində belə cavab verir: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.” T.Adəmiyyət 17 dekabr 1953-cü il tarixində "Pravda" qəzetinin redaktoruna da SSRİ EA-nın müxbir üzvü E.Bertelsin "Velikoe tvorenie Nizami" məqaləsinə etiraz məktubu göndərmiş, bənzər suallarla müraciət etmişdi. Nizami Gəncəvi ilə əlaqədar 1953-cü ilin 15 dekabr tarixində "Pravda" qəzetində Səməd Vurğunun "Velikiy Qumanist" (Böyük humanist) məqaləsi dərc edilmişdi. Məqalədə S.Vurğun yazırdı: "Başıbəlalı Azərbaycan xalqı tarixin çox sınaqlarından keçmişdir. Lakin o, ən başlıcasını unutmamışdır: öz tarixini, öz milli dilini, öz mədəniyyətini öz doğma oğlu və şairi Nizamini ki, qədim Azərbaycan şəhəri Gəncədə doğulmuş və orada yaşamışdır (indiki Kirovabad)". Son günlər isə Azərbaycanlı “alimin” çıxışı zamanı səsləndirlən bir şeir parçasını əsas götürən İran açıq aşkar Nizami Gəncəliyə hücuma keçiblər. Guya Nizami Gəncəlinin İran adlı şeiri olub “Həme aləm tən əst və İran del Nist quyənde zin qiyas xəcel Çün ke İran del zəmin başəd Del ze tən be bud yəqin başəd” Bu “alimin” çıxışına görə ona cavab vermişəm. Amma burdan da ona yazıram 1) Nizami Gəncədə yaşaya-yaşaya necə fars şairi ola bilərdi. İran adlanan dövlət ona necə iddia edə bilər? Gəncə şəhərinin XII əsrdə İran şəhəri olması haqqında fikir də yanlışdır. Gəncə necə İran şəhəri ola bilərdi ki, Nizaminin dövründə İranın özü Səlcuq imperiyasının bir hissəsi idi? Siz bunu yaxşı bilirsiz ki, Pəhləvi sülaləsi ingilislərin köməyi ilə hakimiyyət başına gələndən sonra İran adı istifadə edilməyə başlanıb.  2) Bu Nizami Gəncəvi yazı stili deyil. Xll əsrdə Xorasanın Həmədanin adları hallanır.Amma İran adı dövləti tarixi yazılarda yoxdur. Xl və Xll yüz illik də Xorasandan Türkiyəyə köç edən şiə türklər Türkiyədə Səlcuqlar hakimiyyəti dövründə şiəliyi ilk yayanlar olub. Amma İran adı yoxdur. 3) İranda hazırda bəzi dairələrdə Gəncə adı belə hallanmır. Onlar bura Kuruşabad deyirlər, çünki ruslar Kuruşa elə Kir deyirlər. Buradakı gizli niyyət də üzə çıxır. Azərbaycan şəhərini də iranlılaşdırmaq iddiasındadır Tehran rəsmləri. Buna nə deyirsiz? Və Dahi Nizaminin farsca yazmasına dair. Əlbətddə o dövrdə fars dili regionda ünsiyyət dili kimi çox istifadə edilirdi. Amma bu o demək deyil ki, farsca yazmaq fars olmaqdır. Nizami Gəncəlini orjinaldan oxuyanlar bilirlər ki, Nizaminin fars dili Firdovsinin fars dilindən fərqli idi. Bu dil türk dilinin təsiri altında olan dildir və bu dildə xeyli türk sözləri var.  İran Nizami Gəncəlini fars və iran şairi adlandırmaqda məqsədləri bəllidir 1) O zaman ruslar, ermənilər və farslar Nizaminin türkcə olan şeirlərini yandıraraq məhv edib, ya da ərəbcə dediklərinə qiymət verməyiblər. Hətta onun farsca yazdığı əsərlərin məğzini təhrif etməyə çalışıblar. Onların da bu istiqamətdə tez tez konfrans keçirməkləri buna xidmət edir. Sübut etmək istəyirlər ki, qədimdən hamı Şimali Azərbaycanda, Gəncədə farsca danışıb. Sonradan türk olublar. Nizami Gəncəvi də farsdır. İran mənsublarının niyyəti budur ki, Cənubi və Şimali Azərbaycan türklərinin irsini bu yolla təhrif edib, mənimsəsinlər 2) “Öz tarixi olmayan İran özünə mədəniyyət yaratmaq üçün istənilən yola əl atır”. 3) İran təhsil sistemində, orta məktəb, bakalavr, magistr təhsil pilləri üçün nəzrdə tutulan dərsliklərdə Nizami Gəncəliyə az yer ayrılır, onun barəsində təhsil müəssisələrində az danışlır. Bilirsiz niyə? Çünki Nizami Gəncəlinin fikirləri İranda hazırda olan Molla rejiminin yaratdığı Xomeyniçilik ideyaları ilə üst üstə düşmür. Eyni zamanda İsgəndərnamə əsəri onların guya “tarixi” dövləti olan Əhməniləri məğlub edən İsgəndər Makdeoniyalıya həsr edilib. Necə Nizami fars şairi ola bilərdi ki, onların böyük “imperiyalarını” məhv edən Sərkərdəyə ayrıca poema həsr edib. Demək burda dava Nizami Gəncəlinin kimliyi və şəxsiyyəti deyil, Şimali Azərbaycana olan həyasız iddialardan danışmaq lazımdır.  Nizami Gəncəlinin kimliyini bilmək üçün “Xosrov və Şirin" əsərinin sonunda öz övladını türkzadə (türk oğlu) adlandırmasında görmək olar:  Əgər şod torkəm əz xərgəh nəhani, Xodayə, torkzadəmva to dani. (Əgər türküm çadırdan gizlinə çəkildisə də, Xudaya, türk balasını sən özün qoru.) Dosent Zaur Əliyev

"Qızıl top"a namizədlərin 2023-cü il üçün SİYAHISI

Goal.com portalı 2023-cü il üçün "Qızıl top"a iddiaçıların öz reytinqinin yenilənmiş versiyasını dərc edib.Sozcu.az xəbər verir ki, siyahıya argentinalı PSJ-nin hücumçusu Lionel Messi başçılıq edir. İkinci sırada “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland, üçüncü yerdə Messinin komanda yoldaşı, reytinqin əvvəlki versiyasında ikinci pillədə qərarlaşan fransalı Kilian Mbappe qərarlaşıb. İlk 10-luğa həmçinin Viktor Osimhen (Napoli/Nigeriya), Vinisius Junior (Real Madrid/Braziliya), Xviça Kvaratsxeliya (Napoli/Gürcüstan), Markus Reşford (Mançester Yunayted/İngiltərə), Robert Levandovski (Barselona/Polşa), Kazemiro (Mançester) daxildir. Yunayted/Braziliya), Bukayo Saka (Arsenal/İngiltərə).

Bu, Putin üçün daha təhlükəlidir

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi beynəlxalq həbs qərarı Rusiya Prezidenti Vladimir Putin üçün Qərbin bütün sanksiyalarından daha təhlükəli ola bilər. Sozcu.az Axar.az - a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Baunov bildirib. O qeyd edib ki, həbs qərarı hələlik Putin üçün birbaşa hüquqi nəticələr verməyəcək. Lakin bu, Kremlin qlobal Qərblə əlaqəni kəsdikdən sonra qlobal Şərq və Cənub ölkələri ilə münasibətləri düzəltmək cəhdlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər: "Kremlin ən böyük həmsöhbətləri - Çin, Hindistan, Türkiyə də BCM-ni tanımır. Amma demək olar ki, Rusiyanın özünü ona qarşı mübarizədə flaqman kimi təqdim etməyə çalışdığı bütün Afrika və Latın Amerikası bu məhkəməni tanıyır. Bəzi Afrika ölkələri nəinki BCM-ni tanıyır, əksinə, onunla ədalətin həyata keçirilməsində əməkdaşlıq edirlər". Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib

DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK

Elə bir dövrdə yaşayırıq ki, bütün dünyada xoş niyyət, fədakarlıq və sevgi kimi xislətlər getdikcə azalıb, ona görə də insanlar xoşbəxtliklərini, sevinclərini itiriblər. Xüsusilə sevgi insanların qəlbindən sanki alınıb. Demək olar ki, hər mühitdə sevgisizliyin səbəb olduğu sosial problemləri görürük və yaşayırıq. Televiziyaya yansıyan xəbərlərdən tolkşoulara, maqazin və əyləncə proqramlarından qəzet xəbərlərinə və  köşə yazılarına qədər hər sahəyə sevgisiz üslub hakimdir. Ən çox sosial mediada sevgisizlik yaşanır. Kompüter və telefon ekranlarının arxasına gizlənən bəzi insanlar pis, təhqiramiz sözlər işlətməkdən, nifrətlərini, paxıllıqlarını, qəzəblərini dilə gətirməkdən, insanları lincləməkdən, təhdid etməkdən çəkinmir, utanmır, vicdan əzabı çəkmirlər. Bu sevgisizlik dalğası insanların gündəlik həyatına, davranışlarına, əhval-ruhiyyələrinə də mənfi təsir edir. Salamlaşmayan, üzündə narazı, dilxor ifadəylə yaşayan, gülümsəməyi unutmuş insanların nəzakətsiz, hörmətsiz, eqoist, səbirsiz və kobud davranışları bütün cəmiyyətə hakim olmuşdur. Demək olar ki, hər mövzuda insanlar mübahisə və dava-dalaş üslubuyla danışırlar. Özündən gücsüzü əzməyə meyillilik, zalımlıq getdikcə artır. Təcavüz, qadınlara və uşaqlara qarşı zorakılıq hadisələrinin artması da bu sevgisizlik epidemiyasının labüd nəticələridir. Sevgisizlik insanlar üçün daim qorxunc, qarışıq və qaranlıq mühit yaradır. Bu hal insanlarda sevincdən əsər-əlamət qoymamış, həm xalqa, həm siyasətə, həm də iqtisadiyyata mənfi təsir etmiş, küskün, bədbin, yaradıcılıqdan, təşəbbüskarlıqdan, sərmayə qoymaqdan çəkinən, hər şeydən narahat olan, etibarını itirmiş, sabah başına nə gələcəyinin qayğısını çəkən, eqoist, bədbəxt, bədbin cəmiyyət meydana gətirmişdir. Halbuki cəmiyyətin xoşbəxt və rifah şəraitində yaşaması üçün, habelə CƏMİYYƏTİN VƏ DÖVLƏTİN ƏBƏDİLİYİ ÜÇÜN VACİB OLAN ƏN MÜHÜM ÜNSÜRLƏRDƏN BİRİ SEVGİ VƏ SEVGİDƏN DOĞAN HƏMRƏYLİK, BİRLİK VƏ ETİBARDIR. Bunu təmin etməyin yeganə yolu isə istisnasız hər sahədə sevgi diliylə danışmaq və sevgini hakim etməkdir. İnsanlara, hadisələrə, cəmiyyəti təşkil edən hər təbəqəyə ancaq sevgiylə yanaşdıqda cəmiyyətdəki bu sosial tənəzzülün qarşısı alına bilər. İslam ölkələri müharibə, işğal, aclıq, yoxsulluq və iğtişaşlarla sarsılır. Ölümlər, yaralananlar, dağılan evlər və çətin şəraitdə yaşamağa davam edən insanların kömək yalvarışları hər kəsin ürəyini ağrıdır. Artıq həm İslam aləmi, həm də dünya ölkələri yer üzünə sevginin hakim olmasını istəyir. Cənab Adnan Oktar televiziya proqramlarında sevgi haqqında söhbətlərinin birində nifrətin qarşısını almaq üçün “Konstitusiyaya qanun maddəsi əlavə etmək” təklifini vermişdi: “Demək olar ki, sevgidən danışan heç bir kanal yoxdur. Nifrəti, dava-dalaşı əsas götürürlər. Bu, dəhşətdir. Belə dəhşətli dünyanı qəbul etməyə gərək yoxdur. Konstitusiyaya sevgiyə təşviq edən, nifrəti və kini qadağan edən maddələr əlavə edilməlidir. Əsas məsələ sevgi olmalıdır. (Adnan Oktar, 20 iyun 2018) Bəli çox doğrudur. Cəmiyyətə sevgini hakim etmək, hər kəsin bir-birini səmimi qəlbdən sevməsini təmin etmək üçün hər kəsi Allah sevgisində, Allah qorxusunda birləşdirmək lazımdır. İnsanlar Allahın konstitusiyası olan Qurana əsasən imanda, doğru yolda birləşsə, sevgi birliyi bərqərar olar. İnsanlara əvvəlcə Allahı sevdirmək, Allahdan səmimi qorxmalarını və Ona hörmət etmələrini təmin etmək, səmimi vicdan qazanmalarını təmin etmək lazımdır. Müsəlmanlar dərhal birləşməlidir. Heç kəsin heç kəsə qarşı üstünlük iddiası olmamalıdır. Biz dost-qardaş birliyi istəyirik. Saf sevgi və qardaşlıq üzərində qurulmuş birlikdən başqa həll yolu yoxdur. Müsəlmanların birlik olması yaxşı insanların birlik olması deməkdir. Müharibələrin, gərginliyin bitməsi gözəlliyin,  keyfiyyətin hakim olması deməkdir. Allah ən qısa zamanda bəşəriyyətə sevginin hakim olduğu gözəl günlər nəsib etsin. Nəzakət

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Novruz Bayramı münasibətiilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər! Novruz bayramı münasibətiilə Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bahar Bayramı xalqımızın ən qədim və ən sevimli bayramlardan biridir. Baharın gəlişi, təbiətin oyanması ilə bağlı olan bu bayram, həm də qədim ənənələrimizin qorunub saxlanması, nəsildən nəsilə ötürülməsi baxımından çox əhəmiyyətlidir. Xalqımızın kimliyini unutdurmaq, assimilyasiya etmək istəyənlər zaman-zaman tariximizi təhrif etmiş, başqa adət-ənənələrimiz kimi bu bayramımızı da unutdurmağa, mahiyyətini dəyişdirməyə çalışıblar. Xüsusilə sovet dövründə qadağan edilmiş Bahar Bayramımız Azərbaycanda gizli şəkildə qeyd edilirdi. Soydaşlarımız bir- birilərini gizli təbrik edir, bayram nemətlərini gizli hazırlayır, bayram şənliklərini gizli keçirirdilər. Müstəqilliyimiz əldə olunandan sonra isə Novruz rəsmi dövlət bayramları arasında öz layiqli yerini tutdu. İndi təntənə ilə qeyd edilir və xalqın ən sevimli bayramlardan biridir. Təəssüf ki, zəngin sərvətlərə sahib olan bir ölkənin vətəndaşları digər bayramlar kimi Novruzu da ürəkləri istədiyi kimi qeyd edə bilmirlər. Sosial- iqtisadi durumun pisləşməsi, qiymətlərin ardıcıl olaraq böyük sürətlə artması nəticəsində sadə Azərbaycan ailəsi ucuz bir bayram süfrəsi də aça bilmir. Belə ailələrsə ölkə əhalisinin böyük bir hissəsini təşkil edi Artıq üçüncü ildir ki, İşğaldan azad edilmiş torpaqlarımızda bayram tonqalları yanır. Bu əziz gündə, bu qələbəni bizə yaşadan, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizi sayğı ilə anır və onlara Allahdan rəhmət diləyirəm. İnanıram ki, Bahar Bayramını işğaldan azad edilmiş ərazilərdə yenidən qurulmuş şəhər və kəndlərimizdə qeyd edəcəyimiz gün də çox uzaqda deyil. Əziz həmvətənlər! Sizi bir daha Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.

Müsavat başqanı Rasmussenə cavab verdi: "Azərbaycan təcavüzkar deyil"

NATO nun keçmiş Baş Katibi Rasmussen deyib ki, Azərbaycan Rusiyanın taleyindən nəticə çıxartmalıdır.  Azərbaycan təcavüzkar deyil.  Biz heç kəsin ərazisini işğal etməmişik.  Əksinə elə Rusiyanın himayəsi və birbaşa iştirakı ilə bizim ərazimiz işğal olunub.  İşğalçı tərəf Ermənistandır.  Rusiyanın taleyindən Azərbaycan yox, Ukrayna müharibəsində Rusiyanın Belarusdan sonrakı ikinci müttəfiqi olan ("The Economist”) işğalçı Ermənistan nəticə çıxartmalıdır. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Rüfət Səfərova hücum edildi

Müdafiə Xətti” İnsan Hüquqları Mərkəzinin rəhbəri Rüfət Səfərov küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özünün sosial şəbəkə hesabında yazıb.

Su problemi ilə bağlı narazılıqlar və etirazlar getdikcə artacaq" - Arif Hacılı

"Su problemi yalnız Saatlı rayonuna deyil, ölkənin əksər kənd rayonlarına aiddir".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı ölkədə yaradılan su probleminə münasibət bildirərkən deyib.  "Su qıtlığı təbii fəlakət nəticəsində yox, gözü doymayanların 10 minlərlə hektar torpaq sahələrinə əl qoyması, bütün su ehtiyatlarını bu sahələrdəki əkinlərə, bağlara yönəltmələri ilə bağlıdır" - deyən Müsavat başqanı qeyd edib ki, su problemi ilə bağlı narazılıqlar və etirazlar getdikcə artacaq: "Gürcüstan ərazisində aşıb-daşan Kür çayının Azərbaycan ərazisində qurumasının başqa izahı yoxdur.  Sonuncu tikəsi də əlindən alınan əhalinin etirazlarının qarşısını güllə atmaqla, həbslərlə almaq yox, qlobal xarakter almış su problemini həll etmək lazımdır.  Qarşıdan su tələbatını artıran fəsillər gəlir. Saatlı hadisələri anonsdur. Narazılıqlar və etirazlar getdikcə artacaq".

Can ay başına Vətən daşı düşən vətəndaş...

AXC hakimiyyətinin torpaq islahatlarını axıradək aparmağa vaxtı çatmadı. 4 iyun qiyamından sonra necə deyərlər, milli hakimiyyətlə bərabər kəndlinin torpaqları da tədricən, hissə-hissə əlindən çıxmağa başladı. İlk növbədə kəndlinin payına düşən torpaqların əkib becərilməsinə dövlət tərəfindən imkan yaradılmadı. Şərab zavodlarının, pambıq məntəqələrinin və digər təsərrüfat emalı müəssisələrinin dağıdılması, hətta, çətinliklə də olsa torpağından məhsul götürən kəndlinin məhsulunun əlində qalmasına səbəb oldi.  Bir müddətdən sonra, hakimiyyətin yüksək rütbəli məmurları insanların imkansızlığından istifadə edərək, əraziləri zəbt eləməyə başladılar. Bu gün kəndli, özünün əlindən alınmış torpaqlarında məmurlar üçün nökərçilik edir.  Hazırda bölgələrimizi hakim ailənin əkin sahələri bürüyüb. Axar su olan ərazilərin böyük hissələrində süni göllər yaradılıb. Hakimiyyətin qeyri-neft sektorunu da monopoliya altına salması insanların güzəranını günü-gündən acınacaqlı vəziyyətə salıb.  Ölkəmizin demək olar ki, bütün su hövzələri hakimiyyətin əkin sahələrinə axıdılır. Nəinki kəndli əlində olan kiçik torpaqlarını sulamağa su tapmır, hətta, müxtəlif bölgələrimizdə insanlarımızın içməli su problemləri belə acınacaqlı hala gəlib çıxıb.  Əvvəllər kənd sakinləri torpaq sahələrini ən çətin vəziyyətdə belə, növbəli şəkildə sulaya bilirdilərsə, bu gün oliqarxların sahələrinə axan sular üzərində söz demək haqqları yoxdur. Su istəyən insanların aqibəti Saatlıda olan kimi olur.   Görünən odur ki, insanlarımızı çörəklə imtahan edib qazandılar, indi də həyat mənbəyi olan su ilə imtahan edib, tamamən yox etmək istəyirlər.  Adam Yezid sözünü də dilinə gətirmək istəmir ki, onu da Yezid dediyi üçün İrana bağlayıb həbs edərlər.  CAN AY VƏTƏN, CAN, AY BAŞINA VƏTƏN DASI DUSƏN VƏTƏNDAS! Elşən Əlisoy 

Şuşada 23 yaşayış binası tikilir

Şuşada 450 mənzillik 23 yaşayış binası tikilir. Sozcu.az xəbər verir ki, bunu Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova REAL TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, bu binalar şəhərin cənub hissəsində 8 hektarlıq ərazidə inşa olunur. Müasir binalar 3 və 5 mərtəbədən ibarət olacaq.

“Sky News”: Saakaşvili ölüm ayağındadır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm ayağındadır. APA xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb. Jurnalistlərin xəstəxanaya buraxılmadığı, lakin onların suallarının vəkil vasitəsilə çatdıra bildirildiyi və yazılı cavablar aldığı qeyd edilir. “Əvvəlcə 120 kiloqram çəkim var idi. İndi isə 64. Yaşım 60-dan azdır. Həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar. Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur”, – deyə Saakaşvili suala cavab verib. Keçmiş prezident ölüm ayağında olduğunu bildirib. Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib. Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin səhhətində ciddi problemlər 2021-ci ilin noyabrında hakimiyyət tərəfindən saxlanmasına etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirməsi ilə başlayıb. Aclıq aksiyası bitdikdən sonra ilk dəfə Saakaşvili sağalmağa başlasa da sonra səhhəti yenidən pisləşib. 2022-ci ilin payızında siyasətçinin vəkilləri bildiriblər ki, o həbsxanada zəhərlənib. Avropa ölkələri Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırsalar da Gürcüstan məhkəməsi bundan imtina edib.

12 mart - Daxili Qoşunların yaranması günüdür

Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkədə daxili qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi.   1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər.   Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş şücaətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunublar.   1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlandı.   Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkənin çox çətin bir dövrünə təsadüf edib. Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev bu gün haqqında bunları yazıb:  "Bu gün, 12 mart bizim günümüzdür. Daxili Qoşunların yaranma günüdür. Dövlərimizin keşiyində duran DİN in Daxili Qoşunlarının şəxsi heyətini, ehtiyatda olan hərbi qulıuqçuları, tərxis olunmuş bütün DQ ailə üzvlərini təbrik edirəm. Döyüşlərdə yaralanmış qazilərimizə tez sağalmalarını arzulayıram. Şəhidlərimizin və həyatda olmayan DQ qardaş və bacılarımızın ruhu qaşısında baş əyirəm.  Daxili Qoşunların yaradılmasında vicdanla xidmət edən bütün hərbi qulluqçuları ayrıca alqışlayıram.  Yaşasın Azərbaycan!"

Rusiyaya yardım edən ölkələrə sanksiyalar tətbiq edilməlidir

Rusiya Maliyyə Nazirliyinin yaydığı məlumata görə, yanvar-fevral aylarında büdcə kəsiri 2,58 trilyon rubl təşkil edib. Halbuki, illik büdcə kəsiri 2,92 trilyon rubl olaraq nəzərdə tutulmuşdu. İndi isə ilin ilk ayının büdcə kəsiri 2023-cü il üçün nəzərdə tutulmuş büdcə kəsiri həndəvərindədir. Qarşıda isə hələ on ay var.  Sanksiya siyahılarına daxil edilən malların Türkiyə üzərindən Rusiyaya ixracının qarşısı alındığı kimi, Rusiyanın digər “nəfəslik”ləri də bağlanmalıdır. Rusiyanın sanksiyalardan yayınmasına yardım edən hər bir ölkəyə qarşı sanksiya tətbiq edilməlidir. Hazırda Rusiyanın valyuta gəlirləri sürətlə azalır və sanksiyaların pozulmasının qarşısının alınması bu prosesi dərinləşdirəcək.  Qərbin üzərinə düşən vəzifə müharibənin Rusiyaya daha baha başa gəlməsini təmin etməkdir. Bunun üçün bütün Qərb ölkələri Norveç kimi hərəkət etməli, Ukraynanı müasir silahlarla silahlandırmalıdırlar. Rusiyaya silah yaradımı edən İran sərt şəkildə cəzalandırılmalı, bu ölkənin artelliriya mərmisi və raketlər istehsal edən zavodları dağıdılmalı, Çinin Rusiyaya yardım istəyinin qarşısı alınmalıdır.  Əgər bundan sonra müharibənin bir günü Rusiyaya iki dəfə baha başa gəlsə, avqust-sentyabr ayında artıq terrorçu rejimin müharibəni davam etdirmək üçün mərmisi və pulu olmayacaq. Xəqani Cəfərli, politoloq 

Kəramət Böyükçöldən Bəxtiyar Hacıyevə ağır ittihamlar:"Onun mənsub olduğu çevrə Türkiyədə çevriliş elədi"

Bəxtiyar Hacıyev həbs edilən kimi ictimai simalar, siyasətçilər, fəallar onu müdafiə etməyə başladı. Həqiqəti sosial şəbəkələrdən öyrənən sadə adamlar da onlara qoşuldu. Elə bir vəziyyət yarandı ki, bir-iki istisnaları çıxmaq şərti ilə heç kim əks bir fikir deməyə cəsarət etmədi. Çünki virtual kütlə qızışıb onun kimi düşünməyən və bu fikirləri bölüşməyən adama ağzına-gözünə gələni deyəcək, ölülərini, dirilərini ağ yuyub qara sərəcəkdi. İctimai rəy liderləri psixoloji terrorçu, bolşevik zehniyyəti ilə heç nəyi mübahisələndirməyə imkan vermədən özlərini həqiqət elan etdi və bu həqiqətin adını da demokratiya qoydu. Mən isə baxdım, izlədim, mümkün qədər kənar qalmağa çalışdım. Yazdılar ki, Bəxtiyar zülm çəkir, niyə dinmirsən? Ən səmimi hesab etdiyim adamlar da məni qınadı ki, niyə Bəxtiyardan az-az paylaşım edirsən? Dedim, qardaşlar, etməyin, eləməyin. Valla, bu işin içində oyun var. Soruşdular ki, nə bilirsən? Dedim, hiss eləyirəm ki, bu müdafiədə rol ifa edənlər var, bir də küyə düşənlər. Nolsun ki, tərəkəmə balasıyam? Nolsun ki, siyasəti bilmirəm? Fəhmim var, duyumum var, iy bilmlə qabiliyyətim var. Əvəz Zeynallıdan söz düşəndə ortada heç bir fakt, sübut olmadan deyirsiniz ki, onun hökumətlə əlaqələri olub, həlləmqəlləm adamdır. Deyirsiniz ki, Əvəz bizim adam ola bilməz! Ancaq Bəxtiyar Hacıyevin Kəmaləddin Heydərovla əlaqələrini sübut edən səs yazıları yayılır, deyirsiniz ki, Bəxtiyar bizim adamdır. Belə çıxır ki, Kəmaləddin də sizin adamdır? Və yaxud, siz də Kəmaləddinin adamısınız? Belə çıxır ki, Kəmaləddinin bağlı olduğu yer də sizin adamdır? Axı burada oyun var, məni niyə gic yerinə qoymusunuz? Etiraf edirəm ki, toplumun reaksiyasından qorxub bildiklərimi yazmadım, susub qaldım. Elə orda-burda danışıb özümü sakitləşdirməklə kifayətləndim. Dedim, dəli ilə dəli olmayım. Ağılsızla mübahisəyə getməyim. Havayı yerə özümü də, yaradıcılığımı da belə boş-boş söhbətlərin içərisində xərcləyib bitirməyim. Əksinə, kültənin basqısından mən də məcbur qalıb az da olsa müdafiəyə qoşuldum, küyə düşənlərdən oldum. Dedilər, bəs niyə məhkəməsinə də getmirsən? Belə yazıçı olar? Bir qələmim var. Onun itirməyin qorxusundan məhkəməyə də getdim. Dedim, azadlıq! Dincəldilər? Yox! Bu səfər başladılar ki, azadlıq sözünü niyə yavaş deyirsən? Dedim, adam içəridən məktub yazır ki, məmurlarla islahata gedibmiş. Bu islahatların nəticəsində bir klana qoşulub o biri klanı vurmağa başlayıbmış. İllərin siyasətçiləri, naşirləri, fəalları, salam verdiyim adamlar qışqırdılar ki, sənə düşünmək olmaz, gözünü yum, ancaq azadlıq qışqır.  Bəxtiyar aclıq etməyə başladı. Aclıq 50 gün çəkdi. Özümə də maraqlı gəlirdi ki, bir gün bazlıqsız dayana bilməyən adam 50 gün necə ac qalır? İstədim yazam ki, Bəxtiyar 50 gündür bazlıq eləmir. Ölməyə qoymayaq! Dedim, lənət şeytana! Onsuz da yavaş-yavaş cəmiyyətin özü deməyə başlayıb ki, bu qədər olmaz. Mən düşündükcə, kələfin ucunu axtarmağa çalışdıqca yoldaşlar deyirdi ki, sənə düşünmək olmaz, ancaq azadlıq qışqır, azadlıq bağır. Deyirəm, qardaş, valla, mən bilmirəm, amma fəhmimlə hiss eləyirəm ki, xalqa yalan danışıram. Gedib şəhid general Polad Həşimovun anasını işə qoşurlar. Anadır. Hamımızın anası var. Övlad itirib. Dedim, onun övlad acısından bu məsələdə kampaniya kimi istifadə eləmək olmaz! Xeyri olmadı. Söhbət Elman Nəsirov kimi əyilə-əyilə davam elədi. Sonra məlum yazışmalar üzə çıxdı və bəzi fəallar Bəxtiyarı söyməyə başladı, onu müdafiə etdiklərinə görə camaatdan üzr istədilər.  İndi mən nə deyim? Deyim ki, düz eləmisiniz? Deyim ki, bilmirdiniz? Deyim ki, xəbəriniz yox idi? Axı bütün bunların hamısından lap əvvəlcədən xəbəriniz var idi. Mən bilirdimsə, illərin siyasətçiləri, illərin fəalları bunu bilməyə bilərdimi? Bəxtiyarın artıq hamımıza məlum olan zəif tərəflərini bilə-bilə onu müdafiə edirdilər. Niyə? Çünki həmin zəiflikləri səhər onun başına qaxmaq, özündən asılı vəziyyətə gətirmək lazım idi. Digər qism isə Bəxtiyarın beynəlxalq təşkilatlara, səfirliklərə verdiyi referanslara adını salmaq, imkanlarından istifadə etmək üçün onu müdafiə etməkdə israrlı idilər. Yadıma gəlir ki, mən milli dövlətçilikdən bircə cümlə yazdığıma görə Altay Göyüşov və onun kimilər üstümə dartınırdı ki, milli dövlətçilik Qərb dəyərlərinə ziddir. İndi Bəxtiyar Qərb dəyərlərini də, demokratiyanı da, müxalifətçiliyi də elə bir hala gətirib ki, Lukaşenko toplum üçün daha cəlbedici görünür. Son illər ictimai-siyasi həyatda Qərb dəyərlərinə Bəxtiyarın vurduğu zərbədən daha böyük zərbə vuran olubmu? Sual verirəm. Bəs Qərb təəssübkeşi idiniz. Niyə susmusunuz? Azərbaycan xalqının gözündə Corc Vaşinqtondan tutmuş Lüterə, Volterə, Con Loka qədər hamı bu dəqiqə Bəxtiyarın prinsipsizliyi ilə assosasiya olunur. Caspian Plaza və onun fövqəl gücü ictimai rəydə Qərbə elə bir qol vurdu ki, qapıçıların hamısı susmaq orucu tutub. Siz indi azad adamsınız? İsrarla müdafiə etdiyiniz adamın cəmiyyətə məlum olmayan tərəfləri üzə çıxandan sonra niyə bu barədə nəsə demirsiniz? Bəs sabah başqa bir adamı müdafiə edəndə insanlar sizi necə ciddiyə alacaq? Axı biz də bu ölkədə yaşayırıq və həqiqətən azad adamların hansı məhrumiyyətlər içərisində yaşadığını hamımız yaxşı bilirik.  Heç kimi ittiham etməyəcəm. Sadəcə, sual verirəm. Siz doğrudanmı müdafiə etdiyiniz şəxsin idealist olmadığını bilmirdiniz? Müdafiədə israrlı görünənlər bilmirdilər ki, qadın Bəxtiyar üçün əşya ilə müqayisə olunacaq səviyyədə aşağılıq bir məxluqdur? Bəxtiyarın məmurlarla dost olduğunu, məmurlarla oturub-durduğu, klan savaşına girdiyini doğrudanmı bilmirdiniz? Axı bu barədə özü həbsxanadan ictimaiyyətə ünvanladığı məktubunda da yazmışdı. Müsavat TV-nin canlı yayımına zəng edib korropsioner qohumu Vilyam Hacıyevin üstündə Sevinc Telmanqızı ilə dil-dil ötdüyünü də görməmişdiniz? Bu sualları elə-belə vermirəm. Çünki Bəxtiyar məsələsi ilə toplumun bütün problemləri üzə çıxdı. Çünki qırmızı-qırmızı bir-birinin üzünə yalan danışıb, üzdə guya müttəfiq olan, ancaq bir-birinin arxasınca ən iyrənc sözlər danışan adamlar hələ də siyasətdədirlər. Sonra da deyirlər ki, xalq qorxub bizi dəstəkləmir. Xalq qorxmur. Xalq tanıyır. Ona görə də inanmır. Bəs bu saxta mütəşəkkilliyi nəyə borcluyuq? Hansı stimul adamları Bəxtiyarla bağlı realda bir cür, virtualda başqa cür danışdıra bilər? Və ya hansı maraq insanı fərdi söhbətlərdə Bəxtiyarın əleyhinə, ictimai söhbətlərdə lehinə danışdıra bilər? Sual verə bilərsiniz ki, Kəramət, bəs sən niyə demirdin? Bütün bunları mən bir ay əvvəl desəydim, axı məni Hafiz Hacıyev çıxaracaqdınız. Axı deyəcəkdiniz ki, Kəramət hökumətə satılıb, mənə trol deyəcəkdiniz, ölümü-dirimi qoymayacaqdınız. Azərbaycan xalqının bir az tanımış sadə nümayəndəsi olaraq sizdən qorxub demirdim. Etiraf edirəm ki, bu çevrələr məni də psixoloji əsarətlərinə salıblar. Hərdən elə hala gəlirəm ki, profilimi yerli-dibli silib kəndimizə getmək istəyirəm.  Valla, belə olmaz! Ən əvvəl söyüşü, təhqiri yığışdırmaq lazımdır. Müzakirə mədəniyyəti yaratmaq lazımdır. Onda hamının hər şeydən xəbəri olacaq, heç kim aldanmayacaq, heç kim qurban olmayacaq. Məhz belə olduğumuz üçün Bəxtiyarlar bizi dolaya biləcəklərinə əmindirlər. Hakimiyyətlə mübarizə aparmaq heç bir məsuliyyət daşımadan ağlına gələni etməyə haqq qazandıra bilməz. Yaxud, hökuməti sərt şəkildə tənqid edirsən deyə sənə demokrat demək məcburiyyətində deyilik. Bu zehniyyətdə olan adamlar təəssüf ki, hələ də var. Əgər hakimiyyətlə mübarizə aparırsansa, başa düşməlisən ki, onun əlində resurs var, gücü var, texnologiyası var, topu var, topxanası var. Sənin isə heç olmasa vicdanın, əxlaqın, dürüstlüyün olmalıdır, ya yox? Bu da yoxdursa, bəs ortalıqda nə gəzirsən? İnsanların niyə vaxtını alırsan, niyə aldadırsan, bütün ölkəni niyə sənlə məşğul olmağa vadar edirsən? O yazışmaları mən də bilirəm ki, hakimiyyət üzə çıxardı. Çıxarmsaydı, xəbərsiz olsaydıq, Bəxtiyar zehniyyəti hakimiyyətə gəlsəydi, bu gün hökumətin təqib etdiyi siyasi partiyaların qapısını qayırmazdımı? Həqiqəti eşitmək istəməyən toplumun qarşısında vicdanlı insanlar həmişə susacaq. O insanları isə təkcə hakimiyyət yox, həm də xalqın senzurası qismində çıxış edənlər susdurub. Toplumu elə bir hala gətirmisiniz ki, insanlar acı həqiqətləri özünün vicdanlı adamlarının dilindən eşidəndə onu satqın çıxarır, hakimiyyətin yaratdığı teleqram kanalında görəndə isə mat qalır. İndi gəlin düşünək. Vicdanlı insanlarını psixoloji qorxu altında saxlayan çevrə, siyasətçilər, ictimai simalar, fəallar bu addımları ilə əslində, hakimiyyətin informasiyasını legitimləşdirməklə məşğul olmurmu? Yəni niyə imkan vermirsiniz ki, hamı haqqında real, həqiqi informasiyanı vaxtı gələndə açılan teleqram kanalı yox, bəri başdan, məsələn, mən deyim?  İndi əsas məsələyə, yəni bu sifətlərin vicdanlı insanları susdurmaq əzmi, özlərinin yaratdığı çevrəni əllərində saxlayıb qaralama vasitəsi kimi istifadə etmək imkanlarına gələk. Onların bunu etmək üçün gücü nədədir? Niyə geydirmə ictimai fəallar, siyasətçilər, jurnalistlər ölkə siyasətini məişət söhbətlərinə, vitrual seks müzakirəsinə, küçə səviyyəsinə endirə bilib? Çünki bunların əlində referans vermək, siyahı təqdim etmək, Azərbaycanda guya real və irreal ictimai-siyasi fəalları müəyyən etmək hüququ var. Bu hüququ onlara kim verib, bilmirəm. Amma səfirliklərin, beynəxlaq təşkilatların Azərbaycanla bağlı bütün diqqətini, hadisələrin gedişini və kimlərin ciddi olub-olmadığını, kimlərlə partnyorluq etmələrini, hətta kimlərə salam vermələrini belə bu adamlar - Bəxtiyarlar müəyyənləşdirir. Ona görə də əgər xaricə getmək, xaricdə oxumaq istəyən bir qız varsa, onların bir qismi mütləq Bəxtiyarın əlindən keçməlidir. Bəxtiyar ümumiləşmiş addır. Əslində, bunların çoxu belədir. Ona görə də bunların özünün trol dəstəsi, bütün əxlaqsızlıqlarına, riyakarlıqlarına, ikiüzlülüklərinə heç vaxt sorğulamadan itaət edəcək adamları var. Başıboş adamın məqsədi nə olar? Guya siyasi fəal, təqibə məruz qalmış jurnalist olub xaricə getmək! Bu əlçatmaz xəyalı gerçəkləşdirməyin yolu da Bəxtiyarların sosial şəbəkələrdəki istənilən cür həqiqəti deyəcək adamlara psixoloji terror tətbiq etmələridir. Bu cür adamların oyuncağına çevrilən Qərb intitutlarına vicdanlı insanların səsi, mənim əlim çatmır, amma Bəxtiyarın şeyi də çatır. O Qərb institutları demokratiya, insan haqları, bərabər rəqabətlilik bir tərəfə, təmsil etdiyi ölkələrin öz xalqlarının vergisini Bəxtiyarların bazlığına sərf edirlər. Buna görə də Qərbin Azərbaycanda nüfuzu yerlə birdir.  Bəxtiyar hardan cəsarət alıb? Sizcə, bütün bu əməlləri törədən, xalqa qırmızı-qırmızı yalan danışan, klanlararası oyunda rol alan, İlham Əliyevi tənqid edib İTV-yə çıxan, qız, gəlin, siyasi fəal, aktivist, yaxın və uzaq ətraf qoymayan, telefonunda şəkil, yazışma, skrin toplayan və üstəlik də ifşa olunmaqdan qorxmayıb ölkənin Daxili İşlər Nazirliyinə ağzına-gözünə görünəni demək cəsarətini hardan almaq olar? Demokratik ölkədə yaşayırıq? Qida, stimul, təkan olmadan bunu etmək mümkündür? O zaman növbəti sual ortaya çıxır? Məqsəd nə idi?  Hamı yaxşı bilir ki, Bəxtiyar litseydə oxuyub. Seçilən tələbə olub. O vaxtkı litseylərin də böyük şəbəkəsi var idi. Buraxılan nöqtə isə budur ki, Bəxtiyarın mənsub olduğu məlum şəbəkə seks kompramatlar, materiallar toplamaqla məşhur olan bir çevrədir. Və həmin çevrə həm də bu üsullardan istifadə edib Türkiyədə dövlət çevrilişinə cəhd etmişdi.  Mən Bəxtiyara azadlıq arzulayıram. Amma əvvəlcə onu tanımadan inanan sadə insanlardan, Azərbaycan xalqından üzr istəsin. Və azadlığa çıxmağını gözləmədən ömründə heç olmasa bir dəfə səmimi olub etdiyi hərəkətlərdən peşiman olduğunu göstərib ictimai-siyasi həyatdan birdəfəlik getsin. Bundan sonra Bəxtiyarın Azərbaycan xalqı qarşısında göstərə biləcəyi yeganə xidmət budur: Xalqı aldadanların ictimai-siyasi həyatdan getmək ənənəsini başlamaq! Amma bütün bu baş verənlərə baxmayaraq Bəxtiyar Hacıyevi müdafiə etməkdə israrlı olanların komanda işi, müətəşşəkkiliyi göstərir ki, Bəxtiyarın da, onların da cəmiyyətdən üzr istəmək deyə bir niyyətləri yoxdur.  Kəramət Böyükçöl

Gürcüstanda etirazlara səbəb olan layihə geri çağırıldı

Gürcüstan hakimiyyəti geri çəkildi: etirazlara səbəb olan layihə geri çağırıldı Tbilisidəki kütləvi etirazlar fonunda hakim “Gürcü Arzusu” partiyası xarici təsirin şəffaflığı haqqında qanun layihəsini Gürcüstan parlamentindən geri götürmək qərarına gəlib. Bu barədə siyasi birliyin cümə axşamı dərc olunmuş bəyanatında deyilir. “Qəbul edilən qanun layihəsinin cəmiyyətdə müzakirələrə səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək əhalinin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim olundu. Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb etməyə nail olublar. Biz ölkəmizdə sülhə, əmin-amanlığa və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolu ilə irəliləməsinə ən çox diqqət yetirməliyik. Ona görə də hər bir həmvətənimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır. Bütün qeyd olunanları nəzərə alaraq, cəmiyyətin hər bir üzvü qarşısında məsul orqan olaraq, dəstəklədiyimiz qanun layihəsini heç bir qeyd-şərtsiz geri götürmək qərarına gəldik. Emosional fon səngidikcə, qanun layihəsinin nə üçün qəbul edildiyini və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün əhali ilə görüşlərə başlayacağıq və məsələnin hər bir detalı ilə bağlı bütün həqiqətləri geniş ictimaiyyətə çatdıracağıq. Biz idarəedici qüvvə olaraq cəmiyyətin hər bir üzvü qarşısında daşıdığımız xüsusi məsuliyyətlə hərəkət edirik. Gürcüstan sülh və sabitliyi qoruyacaq və gürcü cəmiyyətinin əsas seçimi olan Avropaya doğru layiqincə irəliləyəcək”, – deyə, partiyanın saytında yerləşdirilən bəyanatda vurğulanır. Mustafa Hacıbəyli 

"Gürcüstanda baş verənlərin region üçün təhlükələri var " - Natiq Cəfərli

Gürcüstanda baş verənlər birmənalı deyil, hətta region üçün təhlükələr də var, çünki regionda qeyri-sabit Gürcüstan Rusiya üçün asan loxmaya dönə bilər.  Etiraza səbəb olan "inoagent" haqqında qanun ABŞ-da qəbul edilmiş qanunla birə-bir eynidir. Amma bu o demək deyil ki, qanun normal qanundur, ABŞ-da çox güclü məhkəmə hakimiyyəti, Ştatların öz qanunları var, yəni, ABŞ-da işləyən qanun zəif institurları olan ölkədə normal işləməsi mümkün deyil - zatən, Kreml də "inoaqent" haqqında absurd qanunu qəbul edəndə ağıllı sifət alıb ABŞ-a istinad edirdi.  Tiflisdəki məlumatlı siyasi, ictimai çevrələrdə olan tanışlarımdan öyrəndiyim odur ki, indiki hökumət bu qanunu daha çox Rusiya təsirinə görə qəbul etdiyini iddia edir - Kreml "yumşaq gücdən" ən çox Tiflisdə iştifadə edir, orada böyük biznes layihələri, banklar, maliyyələşdirdiyi siyasi partiyalar, KİV-lər, QHT-lər var. Amma hökumət bunu izah edə bilmir, çünki inandırıcı hekayəsi zəifdir, İvanaşvilinin Rusiyadan asılılığı fikri cəmiyyətdə çox geniş yayılıb və xalqın bir qismi, əsas da gənclər indiki hökuməti sevmirlər, amma elə həmin gənclər, yeni nəsl Saakaşvilini də qəbul etmir.  Gürcüstanın bu günü və gələcəyi Azərbaycanla çox bağlıdır, bir-birimizdən çox asılıyıq, bir-birimizi tamamlayırıq, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, bizim Qərbə açılan qapımız, Azərbaycan isə Gürcüstanın enerji və maliyyə mənbəyidir. Qonşu ölkədə siyasi sabit (yəni, xalqın böyük əksəriyyətinin qəbul etdiyi), demokratik bir sistemin bərqərar olması, institutlaşması bizim üçün də çox vacibdir.  Bizdə bəziləri dünyanın harasında olur-olsun küçədə 5-10 min adam görəndə "siyasi orqazm" yaşayayırlar, onlara məsləhətim odur ki, hər bir hadisəyə daha dərindən baxmağı öyərənsilər, bölgəmizə gələcək təsirlərini analiz etməyə çalışsınlar... Natiq Cəfərli, politoloq  Sozcu.az 

Türkiyə baharı olacaqmı?

Cengiz Çandarın tv24.com-da 8 martda yazdığı “Türkiye baharı” başlıqlı yazısında “Hak, Hukuk, Adalet” şüarı yer alıb. Türkiyənin qocaman qələm sahiblərindən və siyasəti çox yaxşı bilən azsaylı şəxslərdən bir olan Cengiz Çandar bəy çox gözəl bilir ki, hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir yerdə bahar ola bilməz.  Xristian dünyasının bu günki inkişaf səviyyəsinə görə minətdar olmalı olduğu şəxslərdən biri,  Avqustin Avreli hələ 16 əsr öncə, V əsrdə yazırdı ki, “Hüquq və ədalət olmayan bir dövlət böyük bir quldur dəstəsindən başqa bir şey deyil”. Türkiyə başda olmaqla bizim çoğrafiyanın hüquqa və ədalətə ehtiyacı var. Hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir çoğrafiyada sülh və rifah ola bilməz. Qəbiristanlıq sükutu ola bilər, amma sülh olmaz. Zənginlik ola bilər, amma rifah olmaz. Cənubi Qafqazdan Şimali Afrikaya kimi uzanan Böyük Yaxın Şərqdə sülhün və rifahın yaranması, azadlıqların bərqərar olması Türkiyədə avtoritarizmə qarşı başlayan demokratiya mübarizəsinin nəticəsindən çox asılıdır. Prezident seçkilərində Ərdoğana qalib gəlmək olar. Amma bu demokratiyanın dərhal bərqərar olacağı anlamına gəlmir. Seçki demokratikləşmə üçün yalnız başlanğac ola bilər.  Gəncliyi İsmət Paşanın, bütün şüurlu ömrü Türkiyə siyasətində keçmiş Altan Öymən son müsahibəsində HDP faktouna diqqət çəkərək xəbərdarlıq edir ki, HDP-ni yox sayaraq xoşbəxt sonluğa çatmaq olmaz.   Türkiyə Böyük Millət Məclisində üçüncü böyük partiya olan HDP-nin siyasi proseslərdən kənarlaşdırılması bundan sonra daha ağır nəticələr verə bilər.  Türkiyədə “Hak, Hukuk, Adalet”-in qələbəsi İranda “Azadlıq, Ədalət, Milli hökumət”in yolunu açacaqdır.  Gerçək Türkiyə baharı yalançı Ərəb baharından fərqli olaraq Böyük Yaxın Şərqdə yeni mərhələnin başlanğacı ola bilər. Xəqani Cəfərli, politoloq 

Gürcüstanda etiraz aksiyası davam edir -FOTOLAR

Hazırda Gürcüstan parlamenti qarşısında etiraz aksiyası davam edir. Gürcüstan mətbuatı xəbər verir ki, etirazçılar parlament binasını mühasirəyə almaq istəyirlər. Buna görə parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Aksiya iştirakçılarının tələbi hökumətin “xarici agentlər” qanununu geri çəkməsi və saxlanılanların buraxılmasıdır. Xatırladaq ki, ötən gündən başlayan aksiyada saxlanılanların sayı 76-ya çatıb.

Kadırov atının oğurlanmasını təsdiq etdi: "Oğurlanan at mənimdir"

Çexiyada oğurlanan ingilis cinsindən olan “Zazu” adlı atın qiyməti 18 min yox, ən azı 10 milyon dollardır. Redaktor.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Çexiyada atının oğurlanması haqda Teleqram kanalında qeyd edib. Kadırov bildirib ki, 2014-cü ildə tətbiq edilən ilk sanksiyaya Zazu aid edilib: “Təmizqanlı ayğır demokratik Qərbin ilk zərbəsini öz üzərinə götür Onun sözlərinə görə, at oğruları “unikaldırlar”: sanksiya altında olan atı oğurlayacaq qədər axmaq, polisin onları tapmayacağı qədər hiyləgərdirlər: "İnanmıram. Gözəl və nəcib bir heyvanın əziyyət çəkməsi ayıbdır. Zazunun pis əllərə düşə biləcəyindən narahatam".

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti hissəsi ölkəmizə qayıdıb

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti hissəsi bu gün təyyarə ilə ölkəmizə qayıdıb. FHN -nin mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıb. Türkiyəli diplomatlar Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.

İvanişvili artıq Gürcüstanın keçmişidir

Bidzina İvanişvili tarixin təkərini geri döndürməyə çalışır, amma altında qalacaq.  Rusiyanın ən yaxın müttəfiqlərinin belə ondan uzaqlaşmağa meylləndiyi, Gürcüstanın milli ideyasına çevrilmiş, eyni zamanda konstitusion bir tələb olan avrointeqrasiyanın heç vaxt olmadığı qədər üfüqdə göründüyü bir mərhələdə Moskvaya yanaşaraq bu prosesi baltalamağa çalışmaq absurdizmin zirvəsidir.   Üç aqressiv gənci (Qaribaşvili-Kobaxidze-Kaladze) səhnəyə çıxarıb, pərdə arxasından onları yönləndirən qoca oliqarxın hansı güc mərkəzinə güvəndiyi sirr deyil – rus qoşunları Tiflisdən cəmi 100 km aralıda dayanıb. Lakin bu, çox riskli oyundur. Hökumətin antikonstitusion müstəviyə keçməsi xalq inqilabına legitim zəmin yaradır. Müxalifət cəbhəsində dağınıqlığın hökm sürməsinə baxmayaraq, xalqın mütləq əksəriyyəti, xüsusən gənclik avroatlantik inteqrasiya milli ideyasına bağlıdır və ölkədə Kreml himayəsində sərt avtokratik rejim qurulmasına razı olmayacaqlar.  Yeni Georgiyevsk traktatı mümkün deyil. Ölkədə rusca bir kəlmə də bilməyən gənclik yetişib.  İvanişvili artıq Gürcüstanın keçmişidir. Saakaşvili də o cümlədən... Şahin Cəfərli, politoloq 

Müsavat başqanı Arif Hacılı 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib

Müsavat Partiyasının başqanı Arif Hacılı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.  Təbrikdə deyilir:  "Əziz xanımlar!  Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.  8 Mart artıq uzun illərdir ki, öz əvvəlki siyasi mahiyyətini itirərək dünyanın əksər ölkələrində Qadınlar Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda da sevimli bayram günlərindən biridir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, intellekti, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub,  ailənin əsas dayağı kimi həmişə yüksək dəyər sahibi olub.  Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hələ ötən əsrin əvvəllərində bəzi inkişaf etmiş ölkələrdə olduğundan daha tez qadınlarımıza geniş siyasi hüquqlar, xüsusilə seçkilərdə iştirak hüququ verilməsi ilə daim qürur duyuruq. Xanımlarımız ötən əsrin əvvəllərində Azərbaycanda azad, demokratik bir dövlətin qurulmasında mühüm rol oynadıqları kimi, əsrin sonunda da milli-azadlıq hərəkatında fəal iştirak etdilər. İstiqlalımızın bərpası uğrunda gedən mübarizənin önündə oldular.  Azərbaycan qadınları bütün fəaliyyət sahələrində çalışdıqları kimi ölkənin ictimai-siyasi həyatında da mühüm rola malikdirlər. İndi qadınların ictimai-siyasi proseslərdə iştirakı və rolu, təsir imkanları artır. Qadınlarımız bütün dünyada gedən bu ümumi prosesdə özünəməxsus rola malikdirlər.  Vətən müharibəsində canından keçən şəhidlərimizi, qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və vətən sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.  Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, yaralıların öz sağlamlıqlarını qovuşması üçün əllərindən gələni etmişlər. Əldə olunan qələbəyə öz töhfələrini vermişlər. Tarix boyu da mərd və cəsur Azərbaycan qadını igidlərimizlə yanaşı, böyük qəhrəmanlıq nümunələri yaratmışlar.  İndi bütün dünyada, həmçinin Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyiyi uğrunda mübarizə cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri kimi dərk olunur.  İnanıram ki, yaxın zamanlarda Azərbaycanda qadınlarımızın da bütün hüquqlardan tam olaraq yararlanacağı hüquqi dövlət, azad cəmiyyət qurulacaq.  Əziz xanımlar!  Sizi bir daha 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”

Hatayda zəlzələ olub

Türkiyənin Hatay vilayətində zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin gücü 4,1 bal gücündə, yerin 7,05 kilometr dərinliyində qeydə alınınb. Yeraltı təkanlar yerli vaxtla saat 01:14-də baş verib.

Bu gün Yel çərşənbəsidir

Bu gün ölkəmizdə ilaxır çərşənbələrin üçüncüsü, Yel çərşənbəsi qeyd olunur. El arasında bəzən Yel çərşənbəsində “Küləkli çərşənbə” də deyirlər. İnanca görə, yel hava, həyat, təbiətin yenidən doğulması anlamına gəlir. Qeyd edək ki, bir çox bölgələrdə çərşənbələrin yeri dəyişdirilir. Məsələn, bu gün əksəriyyət Yel çərşənbəsini qeyd edirsə, ayrı-ayrı bölgələrdə, məsələn, Naxçıvanda Torpaq çərşənbəsi kimi qeyd olunur. Hətta bu barədə folklorşünas və araşdırmaçıların da fikirlər üst-üstə düşmür. İddialara görə, “Avesta”da Novruz bayramının və çərşənbələrin kifayət qədər açılımı verilib və izah olunub. Belə ki, “Avest”ya görə, ilk tanrı Ahura Məzdadır. O, ilk olaraq dünyadakı xaos və qarışıqlıqdan suyu ayırıb. İkinci isə Günəşin istisi ilə suyun müəyyən hissəsini buxarlandıraraq xassələrə ayırıb və bu zaman torpaq üzə çıxıb. Daha sonra isə hava və yel digər varlıqları hərəkətə gətirib. Bu baxımdan üçüncü çərşənbənin Torpaq, sonuncu çərşənbənin isə Yel çərşənbəsi kimi keçirilməsinin doğru olduğu iddia edilir. Ümumiyyətlə, çərşənbələrlə adət-ənənəni araşdıranda müxtəlifliyə rast gəlirik. Tədqiqatçılar həmrəy olub, əsl sıralamanı verə bilmirlər. Yel çərşənbəsinin adət-ənənələrinə gəldikdə, bu çərşənbə də digər xüsusiyyətlərinə görə fərqlənir. Məhz bu çərşənbədə evlərdə təmizlik işləri aparılır, hər tərəf səliqəyə salınır. İnanca görə, yel, külək insanlara xoş təəssürat bəxş edəcək. Belə ki, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Bu barədə folklorumuzda müxtəlif əfsanələr, rəvayətlər, nəğmələr də mövcuddur. Yel çərşənbəsinin unudulmuş adətləri “Yüyət günü”: Yel çərşənbəsində “yüyət günü”nü mütləq keçirərdilər. Bu adət son illərə qədər az da olsa bəzi kəndlərdə qalırdı. Bu gün insanın özü təmizlənməklə yanaşı, ev-eşiyini də səliqəyə salır, həyət-bacasını təmizləyir. Bu, iməclikdən başqa, həm də bir ayin, inancdır. Yel çərşənbəsində həyata keçirilən qədim adətlərin bəziləri bunlardır: Cıdır falı: bunu  oğlanlar icra edir. Kəndin cavanları cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qopmadır. Həm də yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyirdi. Hər halda, insanlar buna inanırdılar. Çökə: Bu, unudulmuş adət yox, unudulmuş şirniyyat növüdür. Bizim bildiyimiz şəkərburaya oxşasa da ondan əsaslı dərəcədə fərqlənir. Üzərindəki işarələr qədim xalqımızın mifoloji düşüncəsini özündə əks etdirib. Çökə ilk olaraq evə gələn qonağa verilirdi. Başmaq falı: İlaxır çərşənbə axşamı ərgən qızlar evin qapısından arxası həyətə doğru qalıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Yaxud əksinə olarsa, o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar. Buradakı başmaq isə arxaik dünyagörüşlə əlaqədardır. Yel çərşənbəsinin inancları Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var. Məsələn, “Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə”, “Yel əsir, yengələr oynayır”, “Yel aparan yelinki, yerdə qalan mənimki”, “Kələknən gələn, küləknən gedər”, “Yel qayadan nə aparar”... Qeyd edək ki, xalq təqviminə əsasən  Yel çərşənbəsi martın 7-nə, sonuncu ilaxır, Torpaq çərşənbəsi isə martın 14-nə təsadüf edir. Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-si isə bayram günü kimi qeyd ediləcək.

Nüvə müharibəsi gözlənilir

ABŞ Rusiya və Çinlə mümkün qarşıdurma halında nüvə başlıqlarının və sistemlərinin sayı məsələsinə yenidən baxmalıdır. Sozcu.az Axar.az - a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentininn keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib. “İndi iki əsas nüvə rəqibi qarşısında ABŞ təcili olaraq döyüş başlıqları və döyüş sursatlarının çatdırılması sistemlərinə dair tələbləri yenidən nəzərdən keçirməlidir. Vaşinqton iki düşmənlə qarşılaşmadan əvvəl nüvə ehtiyatının nə qədər böyük olması ilə bağlı fundamental məsələləri həll etməlidir”, - Bolton bildirib. Onun sözlərinə görə, ABŞ-ın Rusiya ilə nüvə qarşıdurmasına getmə riski var və Vaşinqton bu münaqişədən qalib çıxarsa, bu dəfə Pekinlə dərhal nüvə qarşıdurması ilə üzləşəcək.

Real Partiyası ləgv oluna bilər

“Yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək”. Sozcu.az bildirir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov bəyan edib. “Əlbəttə ictimai həyatdan gedəsi deyilik. Sadəcə, daha bizə səs verə bilməyəcəksiniz. Ölkə çox önəmli perspektivləri ilə vidalaşacaq”-deyə İ.Məmmədov bildirib. REAL sədri partiyaya rəğbəti olanlara müraciət edərək partiyaya üzv yazılmağa çağırıb.  REAL sədrinin bəyanatından belə məlum olur ki, partiya qanunun tələb etdiyi 5 min üzv məsələsində çətinliklə üzləşib.

Zamin Salayevin ürəyində ağrılar baş qaldırıb

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 29 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti daha da ağırlaşıb. O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir. “Salayevin səhhəti hədsiz dərəcədə ağırlaşıb. 20 kiloqram arıqlayıb, hərəkəti çətinləşib. Ciddi ürək ağrıları var. O cür qüvvətli, sağlam adam artıq çətinliklə yeriyir. Buna baxmayaraq həkimin xüsusi nəzarəti yoxdur. Dedi ki, həkim çağıranda gah gəlir, gah da gəlmir. O hələ də tibb-sanitar hissəyə köçürülməyib”, martın 6-da Zamin Salayevlə təcridxanada görüşdən sonra vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib. Vəkil öz adından, AXCP sədri Əli Kərimlinin adından Zamin Salayevdən aclığı dayandırmasını xahiş edib. “O bildirdi ki, aclığı sonadək davam etdirəcək. Ya ədalət bərpa olunaraq həbsdən azad olunacağını, ya da həbsxnadan azad insan kimi son mənzilə gedəcəyini dedi”, vəkil qeyd edib. Vəkil təcridxana əməkdaşlarının qanunsuz olaraq Salayevin qohumları və yaxınları ilə görüşünə imkan yaratmadığını bildirib. “Mən bu gün ombudsmana və prokurorluğa şikayət verəcəm. Çünki istintaq orqanı Salayevin qohumları və yaxınları ilə görüşünə qadağa qoymadığı halda təcridxana rəhbərliyi görüş üçün imkan yaratmır”, o qeyd edib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya f'əalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb. “Mübarizə apardığımız, məhrumiyyətlər yaşadığımız illərdə hər zaman ona inanmışıq ki, sonda mütləq azadlıq və ədalət qalib gələcək. Ölkəmizdə azadlıq və ədalətin qalib gəlməsini sürətləndirmək üçün sənin kimi cəsur, mübariz insanlar yaşamalıdır və çox olmalıdır. Həm də xalqımızın repressiv rejim üzərində qələbəsinə töhvə verə bilmək üçün aclığı dayandırıb, yaşamalısan. Sənin də, siyasi məhbus həyatı yaşayan digər cəbhəçi dostlarımızın da, bütün siyasi məhbusların da hüquqlarınızı sonadək müdafiə edəcəyik. Ardıcıl mübarizəmizin nəticəsində siz siyasi məhbuslar da, ölkəmiz də bir gün mütləq azadlığına qovuşacaq,” AXCP sədri əqidədaşını aclığı dayandırmağa çağırıb. Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsinə bildiriblər ki, əgər problemləri varsa Penitensiar Xidmətə şikayət etsinlər. Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir. Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər. “Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar”, o, fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb. Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Türkiyədə yeni dönəmdə idarəetmə necə olacaq?

Millət İttifaqı liderləri parlament üsul-idarəsinə keçidin yol xəritəsini elan etdilər.  - Bildirilir ki, parlament sisteminə keçidlə bağlı Konstitusiya dəyişiklikləri yeni parlament tablosunun imkan verdiyi ən qısa müddətdə tamamlanacaq; - Keçid dövründə 5 siyasi partiyanın liderləri vitse-prezident vəzifəsini tutacaq; - Ankara və İstanbul bələdiyyə başqanları yeni prezidentin uyğun görəcəyi zamanda və müvafiq səlahiyyətlərlə vitse-prezident təyin olunacaq; - Vitse-prezdentlər formal olmayacaq, xüsusi prezident qərarnaməsi ilə onların konkret cavabdehlik sahələri müəyyənləşdiriləcək; - Prezident yanında yaradılmış bütün şuralar və ofislər ləğv ediləcək; - Hökumət formalaşdırılarkən hər partiyaya 1 nazirlik veriləcək, digər nazirliklər bu partiyaların parlament seçkisində alacağı səslərə uyğun bölüşdürüləcək. (Bu, o deməkdir ki, nazirlər əsasən CHP və İyi Partidən olacaq); - Nazirlərin təyinatı və çıxarılması onların təmsil etdiyi partiyanın lideri ilə məsləhətləşmə şəraitində həyata keçiriləcək; - Prezident önəmli qərarları (fövqəladə vəziyyətin elanı, milli təhlükəsizlik məsələləri, yüksək vəzifəli dövlət məmurlarının təyinatı və s.) vitse-prezidentlərlə məsləhətləşmə şəraitində qəbul edəcək;  - Parlament sisteminə keçdikdən sonra erkən seçki olmayacaq, prezident və TBMM səlahiyyət müddətini tamamlayacaq... Təbii ki, bütün bunlar həm prezident, həm də parlament seçkilərində qələbə əldə olunacağı təqdirdə mümkündür.  Mən prezident seçkilərində Kamal Kılıçdaroğlunun elə ilk turda qələbə ehtimalını yüksək görürəm.  Parlament seçkilərində Millət İttifaqı partiyaları vilayətlərin təxminən yarısında ortaq siyahı ilə iştirak etməyi planlaşdırır. Şahin Cəfərli, politoloq 

Meral Akşenerin qayıdışı "masa"nı əvvəlkindən də güclü edəcək

Azərbaycan toplumunda, o cümlədən demokratik düşərgədə Maral Akşenerə qarşı simpatiya demək olar ki, yoxdur. Əslində, Türkiyə siyasətçiləri içərisində ən sağlam mövqedə olan Maral xanımdır. Azərbaycana münasibəti də lap əvvəldən çox yaxşı olub.  Türkiyə televiziyalarında gedən diskussiyalardan məlum olur ki, Kamal Qılıçdaroğlu "Altılı masa"nın vahid namizədi müəyyən edilməsi ərəfəsində Maral xanım xaric digər bütün partiya rəhbərləri ilə təkbətək görüşüb və gələcək iqtidar koalisiyasının şərtlərini onlarla müəyyənləşdirib, lakin İyi Partiyasının rəhbərliyi ilə razılaşmağı zəruri saymayıb. Bəzi təhlilçilərin rəyinə görə, Kamal bəy bu hərəkəti ilə Maral xanımı və rəhbərlik etdiyi partiyanı fakt qarşısında qoymaqla İyi Partiyasını CHP- nin satilleti səviyyəsinə endirmək niyyəti varmış. Əgər bu mülahizələrdə həqiqət payı varsa, onda "masa" ətrafında yaranan krizə görə qınaq obyekti məhz Kamal Qılıçdaroğlu olmalıdır.   Maral xanımın "Altılı masa"ya qayıdışı bu qurumu əvvəlkindən daha güclü hala gətirəcək. İstənilən halda, Maral Akşenər "masa" daxilində gedən proseslərə şəffaflıq gətirdi. Heç şübhəsiz ki, bu da son nəticədə düşünərək qərar qəbul edən seçicinin iradəsinə müsbət təsir göstərəcək. Digər tərəfdən, "Altılı masa"nın dağılacağı barədə bir il əvvəl verdiyi proqnozun doğrulmasından sevincək hala düşüb son günlərdə teleulduza dönən Məhərrəm İncənin də kefinə soğan doğranacaq. O, hətta Maral xanıma baş nazir vəzifəsini verməyə hazır olduğunu bəyan etmişdi.  Güman edirəm ki, Türkiyədəki növbəti cümhurbaşqanı seçkilərində ikinci tur qaçılmazdır. Böyük ehtimalla ikinci turda Məhərrəm İncə Kamal Qılıçdaroğlunun namizədliyini dəstəkləyəcək. İkinci turda Kamal bəyin qalib gəlməsi üçün bu dəstəyin yetərli olub - olmayacağı sual altındadır. Təəssüf ki, son nəticədə seçkinin taleyini HDP seçiciləri həll edəcək. Bu mənada hansı namizədin qalib gələcəyini əvvəlcədən proqnozlaşdırmaq hələlik mümkün deyil. Vaqif Hacıbəyli, hüquqşünas 

Müsavat Divanında Qarabağda baş verənlər müzakirə olunub

Martın 6-da Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Sozcu.az -a verilən məlumata görə, iclasda əvvəlcə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfat etməsinin 68-ci ildönümü ilə bağlı, onun xatirəsi sayğı duruşu ilə anılıb. Partiya başqanı Arif Hacılı Almaniyanın Azərbaycandakı səfiri ilə keçirdikləri görüş barədə məlumat verib. Qeyd edib ki, görüşdə Almaniya-Azərbaycan münasibətləri, Azərbaycanda ictimai siyasi vəziyyət, Qarabağ nizamlanması, siyasi məhbuslar, Müsavat Partiyası və Almaniya səfirliyi arasındakı münasibətlər və digər məsələlər müzakirə olunub. Görüşdə Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Nemət Kərimli və səfirliyin birinci katibi Marsel Vietor iştirak ediblər. Qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarınln ziyarət olunması barədə məlumat verilib. Divan üzvü Könül All qadın hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin Bakı ofisinin təşkil etdiyi tədbirə dəvət alması barədə məlumat verib. Qarabağda son durum, ölkədə və dünyada gedən proseslər barədə fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub

Ermənilər kapitulyasiya aktına imza atmamışdı?

Qaqa, Turan qurulur” deyənlər hakimiyyətlə eyni cəbhədə yer aldıqlarının fərqində oldularmı? Rusiyanın Qarabağı işğal etməsini anlamaq üçün daha nə olmalıdır ki? Qarabağda baş verənlərin Putinlə Ərdoğanın birgə razılaşması olduğuna şübhə etməməyə əsas varmı? Qarabağ rus-erməni quldurlarının işğalı altında ola ola – ola, Ərdoğanın: “Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib” sözlərini işlətməsi nə anlama gəlir. Azərbaycanın ərazi bütövlüyünə Qarabağ aid deyilmi? “Arazı ayırdılar”, “Ay Laçın, a Laçın” deyib, insanların mənəvi hisslərini istismar edib, yarımçıq və razılaşdırılmış qələbəni “ərazi bütövlüyünün təmin olunması” kimi sırımaq nəyə görə lazım idi? İlham Əliyevin : “Ərazi bütövlüyümüzü bərpa etmişik” sözləri, torpaqların əsas hissəsinin işğalda olduğu bir vaxtda lazım idim? Ümumiyyətlə, 44 günlük savaşdan sonra, Kəlbəcərə və Şuşaya Qarabağdan kənardan – alternativ yolların çəkilməsi nəyə xidmət edir? Dəyərli dostlar! Rusiya Qarabağı işğal edib. Ukraynadan salamat çıxsa, Abxaziya kimi Qarabağı da öz ərazisinə qatacaq. Qarabağda yenidən “müqəddəratını təyin etmək hüququ” sayıqlaması gündəmə gəlib. Təbii ki, bunları edən Rusiyadır. Bir şeyi də hər kəs dərk etsin: Azərbaycanda inqilab baş versə, İlham Əliyevin və onun komandasının gedəcəyi yeganə ölkə Rusiyadır. Bu hakimiyyəti xalqdan qoruyan yeganə qüvvə də Rusiyadır. Bütün baş verənlər razılaşdırılmış və hesablanmış siyasətdir. Bir şeyi də deyim özləri də oxusunlar: Rusiyanın Qarabağa gəlişindən sonra , bunun xəyanət olduğunu deyib haray çəkənlərin üstünə gedənlər hakimiyyətlə eyni düşərgədə olan adamlardır. Azərbaycanın işğalını Turan və Bütöv Azərbaycan kimi milli ideologiyalarla mallayan adamların bir hissəsi bir başa, bir hissəsi də dolayısı ilə Putinə xidmət etdilər. Haqqı deyən insanların üstünə “Turan”la gələn adamlar, ictimai düşüncə ilə savaş açdılr,  İnsanların həqiqəti dərk etməsinə imkan vermədilər. Ən azından gələcəkdə ciddi işlərin olacağı bir zamanda bunları da unutmayaq. Düşüncə və fikir agentləri ifşa olunmasa ictimai rəy heç bir vaxt həqiqətə köklənə bilməyəcək. Qarabala bağlı təhlükə heçvaxt bu qədər qorxulu olmayıb. Elşən Əlisoy 

"Sümüktökülən dərə" - dəhşətli qırğının şahidi və "qəbristanlığı"

1918-ci il may ayının 4-də er­mə­ni­lər giz­li yol­la Andra­ni­kin qo­şu­nu­nu Ba­sar­ke­çər əra­zi­si­nə gə­tir­miş, hə­min ge­cə er­mə­ni or­du­su qəf­lə­tən mü­səl­man­la­rın ya­şa­dıq­la­rı kəndlə­rə hü­cum et­mişdilər. Er­mə­ni­lər kəndlə­ri yan­dı­rır, ta­lan edir, dinc əha­li­ni isə iş­kən­cə­lər­lə qət­lə ye­ti­rir­miş­lər. Aşıq Nə­cəf də məhz hə­min dö­yüş­lər za­ma­nı qay­nar sa­mo­var­la yan­dı­rı­la­raq öl­dü­rül­müş­dür. O vaxtkı Kə­vər (Ka­mo), Ba­ya­zit (Se­van), Gö­zəl­də­rə, Ha­ça­lı, Yar­pız­lı, Əziz­li, Tüs­gü­lü, Yu­xa­rı Za­ğa, Aşağı Za­ğa, Kər­ki­baş, Qan­lı, Qırxbu­laq, Aşa­ğı Məz­rə, Yu­xa­rı Məz­rə, Daş­kənd, Aşa­ğı Şor­ça, Yu­xa­rı Şor­ca, Sa­rı­ya­qub, Qa­ya­ba­şı, Zər­kənd, Ağ­kil­sə, Pən­bəh, Nə­ri­man­lı, Ağ­yo­xuş, Qa­ra­qo­yun­lu, Göy­su, Ca­nəh­məd, İnək­da­ğı, Şiş­qa­ya, Se­van Şor­ca­sı, Tox­lu­ca, Zod, ümu­miy­yət­lə, otuz beş kənd Andro­ni­kin qo­şu­nu tə­rə­fin­dən baş­dan-ba­şa da­ğı­dılmış­, Ba­sar­ke­çər kən­di er­mə­ni­lə­rə qur­ban ve­ril­mişdi. Mü­səl­man əha­li o qə­dər qı­rıl­mış­dı ki, kəl­bə­cər­li­lər on­la­rı dəfn et­mə­yi çat­dı­ra bil­məmiş­di. Kəl­bə­cə­rə ya­xın olan «Dik­yurd» və «Sö­yüd­lü» yay­laq­la­rın­da­kı qır­ğın­lar da­ha dəh­şət­li ol­muş­dur. «Sü­mük­tö­kü­lən də­rə» hə­min il­lə­rin şa­hi­di ki­mi göz da­ğı­na çev­ril­miş­dir. Hə­min dö­yüş­lər­də və qır­ğın­lar­da Göy­çə ma­ha­lı özü­nün 17 min nə­fər əha­li­si­ni itir­miş­dir... Unu­dul­maz dəh­şət­dir ki, dağ­da qı­rı­lan göy­çə­li­lər­dən kim­sə xə­bər tut­ma­mış­dır. Son il­lə­rə qə­dər sü­mük­lə do­lu olan o müd­hiş də­rə «Sü­mük­tö­kü­lən də­rə» adı ilə coğ­ra­fi mə­ka­na çev­ril­miş­di. 1918-ci ilin qı­şın­da Er­mə­nis­tan iş­ğal­çı­la­rı Kəl­bə­cə­rin şi­ma­lın­da yer­lə­şən, o vaxt və elə son­ra­lar da 32 kənddə qə­dim sa­kin olan azə­ri türklə­ri­ni Kəl­bə­cər əra­zi­si­nə qov­muş, on­la­rın bü­tün var-döv­lət­lə­ri­ni ta­lan etmiş­di­lər. Hə­min ilin qı­şı gö­rün­mə­miş sərt ke­çmişdir. Onu de­mək ki­fa­yət­dir ki, ge­cə ikən şid­dət­li bo­ran və tu­fan­da 3-4 yüz ai­lə ayaq­ya­lın-ba­şı­a­çıq də­rin dağ də­rə­sin­də qa­rın al­tın­da qa­la­raq, ta­ma­mi­lə qı­rıl­mış­, sa­la­mat qa­lan­Lar isə Kəl­bə­cər ca­ma­a­tı­na sı­ğın­mış­dılar. Kəl­bə­cə­rin Er­mə­nis­tan­la həm­sər­həd ol­ma­sı za­man-za­man tor­paq­la­rı­nın er­mə­ni­lər tə­rə­fin­dən zəbt olun­ma­sı­na və ya keç­miş So­vet­lər Bir­li­yi döv­rün­də məkrli si­ya­sət nə­ti­cə­sin­də «pay» ve­ril­mə­si­nə sə­bəb olan amil­lər­dən bi­ri idi. Kəl­bə­cər əra­zi­sin­də­ki ye­ral­tı və ye­rüs­tü xə­zi­nə­yə gö­rə o, da­im öz­gə­lə­rin ta­ma­hı­na sə­bəb ol­muş­dur. Məhəmməd NƏRİMANOĞLU

Qələbənin "biznesi" - Əntiqə Rəşid yazır...

Əvvəllər Dənizkənarı Milli Parkında Hərbi Qənimətlər Parkı vardı - 2021 -ci il 12 apreldə açılışı oldu. (İndi bilmirəm var ya yoxdu... heç maraqlanmadım da, getmədim də. Varlığı-yoxluğu artıq məni maraqlandırmır).   Bilirsiniz yəqin ,Ermənistan ordusuna məxsus Rusiya istehsallı ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənirdi orda.  Məlum, o qənimətləri qanını qaşığa qoyan , canını heçə sayan Azərbaycan xalqının cəsur oğulları tarixdə görünməmiş igidlik, qəhrəmanlıqları sayəsində gətirmişdilər. Eşidəndə 30 il yanan ürəyimə su səpilmişdi! Gündə 40 dəfə deyirdim ki, Qazilərim yaralarınıza qurban olum, şəhidlərim torpağınıza , cavan , nakam canınıza, ruhunuza qurban olum...  Döyüş bölgəsindən dönəndən sonra planlaşdırırdım ki, o parka gedim, reportaj hazırlayım. Qəlbimdə qürur, gözlərimdə sevinc... Erməniləri dəli eliyən o park məni elə xoşbəxt edirdi kii...  2 gün sonra məlum oldu ki, ziyarət pulludur, biletin qiyməti də cəmi 2 manatdır. İrad bildirə bilərsiniz ki, "nə böyük puldur ki, buna danışırsan?" Bəli böyük pul deyil, amma ürəyimizdəki qüruru, gözümüzdəki sevinci qırmaq üçün kifayət edəcək məbləğdi.   Bu xalq neftə, qaza, ikraya, balığa, işığa, suya, bütün təbii sərvətlərə artıqlaması ilə pul ödəyir. Vergi də verir.   Azərbaycanın bu başından, o başına qədər hansı köşəsində bir yay günü altına döşək qoyub oturub dincəlmək istəyirsən, bir dəstə qoçu başının üstünü kəsdirir, pul istəyir... adi çəmənliyi deyirəm eee, adi çəmənlik.  Yadıma düşdü . Vətən müharibəsindən əvvəlki illər idi.Toğanada pulsuz yer tapmadıq ki, oturaq. Həyat yoldaşım qoçunun birinə dedi ki, mənim bu torpaq üçün döyüşmüşəm qanım tökülüb, 2 gün morqda qalmışam, indi şikəstəm, mənim heç haqqım çatmır ki, bu cayın kənarında ailəmlə elə o torpağın üstündə oturum? Qoçu bir az mehribancasına dedi ki, Qardaş biz də yuxarı "haqq-hesab veririk də, sən də bizi başa düş də". O quruca torpağı üstündə oturmaq üçün də o vaxt 2 manat ödədik! Dedilər, samovar istəyirsinizsə 2 manat ödəyin onu da təşkil edək((( Aydındı, bütün təbii sərvətlər hamısı sizindir, sizin olsun! Amma nolardı ki, heç olmasa, mənəvi sərvətlərimizə əl uzatmayaydınız? Şuşaya "turpaket" nədir?Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq hansı düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?   Bilmirəm kim necə düşünür, amma məncə, bu ürəyi Şuşanı görmək eşqi ilə çarpan bir azərbaycanlıya söyüşdən başqa bir şey deyil... Söyüşü qəbul edənlərə də içi özüm qarışıq ayıb olsun... Əntiqə Rəşi Sozcu.az

İran-Əfqanıstan sərhəddində atışma - Ölənlər var

Bazar günü Əfqanıstan və İran sərhədində silahlı toqquşmalar baş verib. Məlumata görə, atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər. Münaqişənin səbəbi hələlik məlum deyil. Zərərçəkənlər barədə məlumat verilmir. İran tərəfi sərhəddə baş verən toqquşmalara münasibət bildirməyib. Yayılan xəbərlərə görə, İran sərhədçiləri ilə Taliban arasında silahlı toqquşmalar hələ də davam edir. Tərəflər yüngül və ağır silahlardan istifadə edirlər. İran tərəfinin atdığı raketlər əyalətin inzibati mərkəzi Zərənc şəhərində “Taliban” polisinin qərargahının yaxınlığına düşüb.

Polis silahlı basqın edən cinayətkarları belə zərərsizləşdirib - VİDEO

Ötən gecə Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçirib. Xəzər TV xəbər verir ki, polis müəyyən edib ki, həmin şəxslər cinayətdən sonra şəhərin mərkəzində ''Tarqovı'' kimi tanınan ərazidə evlərdən birində gizləniblər. Ağır cinayət törətməkdə şübhəli bilinən şəxslərin yeri müəyyən edilən kimi bina mühasirəyə alınıb. Polisə tabe olmaq istəməyən həmin şəxslər odlu silahdan atəş açmağa başlayıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır. Hadisə yerinə Səbail Rayon Prorkurorluğunun əməkdaşları gəlib, meyitə baxış keçiriblər. Mənzildə iş üçün zəruri olan istintaq hərəkətləri aparılıb. Xatırladaq ki, gecə məhv edilən və saxlanan şəxs Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı basqın ediblər. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində banklardan birinin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə ölüb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.

"Moldova Avropa Birliyinə daxil olmaq istəyirsə, Rusiyadan qorxmamalıdır" - Mirça Joana

Moldova Avropa Birliyinə daxil olmaq istəyirsə, Rusiyadan daha az qorxmalıdır. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Joana deyib. Joananın sözlərinə görə, hazırda Moldova üçün hərbi risk yoxdur: "Amma əgər onlar Avropaya qoşulmaq istəyirlərsə, seçim etmək vaxtıdır və onlar Rusiyadan daha az qorxmalıdırlar, çünki Rusiya Ukraynanın öhdəsindən çətinliklə gəlir. Mən indi Moldova üçün hərbi riskin olduğunu düşünmürəm”. "Rumıniya və Moldovanın birləşməsi mümkündürmü" sualına gəlincə, Joana qeyd edib ki, bu barədə şərh verə bilməz: "Mən Moldovanın taleyinin avropalı olduğuna inanıram”.

Qanlı toqquşmalar davam edəcək - Arif Hacılı

Son dövrlərdə itkilərə səbəb olan təxribatlar Azərbaycan-Ermənistan sərhədində baş verirdi.  İndi Ermənistan ərazisində avropalı müşahidəçilər olduğu üçün Rusiya daha buna cəsarət etmir.  İtkilərə səbəb olan təxribatların "sülhməramlı qüvvələr"in nəzarəti altında olan Azərbaycan ərazisinə keçməsinin əsas səbəbi budur.  Nə qədər ki, rus hərbi qüvvələri Azərbaycan ərazisindədir Qarabağ münaqişəsi həll olunmayacaq.  Qanlı toqquşmalar davam edəcək.  İndi əsas ümummili hədəfimiz Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması olmalıdır.  Şəhidlərimizə allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirəm. Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının Feysbuk səhifəsindən götürülüb. 

Messinin ailəsinə məxsus supermarketə silahlı hücum oldu

Argentinalı ulduz futbolçu Lionel Messinin həyat yoldaşı Antonela Rocuzzonun ailəsinə məxsus supermarketə naməlum şəxslər hücum edib. Sozcu.az xəbər verir ki, Messi və həyat yoldaşının ailəsinin də yaşadığı bölgənin Rosario şəhərində bir qrup narkotik alverçisi ailəyə məxsus "Unico supermarket" şəbəkəsinə hücum edib. Saat 03.20-də supermarketin qapısına atəş açan silahlılar Messiyə təhdid mesajı buraxıblar.   "Messi, səni gözləyirik", - deyə mesajda qeyd olunub.  Hadisə ilə bağlı ətraflı açıqlama verməyən polislər hücuma aydınlıq gətirmək üçün araşdırmalara başladığı bildirilib.

Talıbovların “qara kassası” danışa bilər

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarının zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes obyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı. Hər halda, bu barədə yerli mediada gedən məlumatlar təkzib olunmayıb. 2 gün əvvəl isə Bəhruz Bayramov muxtar respublikanın kənd təsərrüfatı naziri, Nicat Mahmudov isə Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıblar. Sozcu.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib. Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub. Yerli media xatırladır ki, bir neçə il öncə intim videoları ilə gündəmə gəlmiş Nicat Mahmudov Vasif Talıbovun oğlu Seymur Talıbovun "komandasının" ən aktiv üzvlərindən - "qara kassa"larından biri idi. Seymur Talıbov Nicat Mahmudovun əli ilə Sədərək gömrüyünü şəxsi obyekti kimi işlədirdi. Məhz bu gömrük vasitəsilə Naxçıvana və əks istiqamətə hər il dəyəri on milyonlarla dollarla ölçülən qaçaqmal əməliyyatları keçirilirdi. Bu səbəbdən Nicat Mahmudovun məsuliyyətə cəlb olunacağı da istisna deyil.  Maraqlıdır ki, Naxçıvan Ali Məclisinin keçmiş sədri, Milli Məclisin deputatı Vasif Talıbov istefa verdikdən sonra da parlamentin iclaslarına qatılmır. Vasif Talıbov Naxçıvan Ali Məclisinin ali kürsüsündəki vəzifəsini itirsə də, o, 1 saylı Şərur-Sədərək seçki dairəsini Azərbaycan Milli Məclisində təmsil edən deputat mandatı ilə vidalaşmayıb. Konstitusiyanın 89-cu maddəsi  əsasında, Vasif Talıbovun deputatlıq mandatından imtina etmək hüququ var, amma  o, bu hüququndan da hələ istifadə etməyib.   Qüvvədə olan qanunvericiliyə görə, onun məsələsinə intizam komitəsində baxılmalı və bu, ümumi yığıncağın müzakirəsinə verilməlidir. Vasif Talıbovun illərdir Milli Məclisin binasında görünməməsinə rəğmən, onun barəsində hər hansı bir qərarın qəbul edilməməsi çoxsaylı suallar doğurur. "Parlament Talıbovun məsələsini niyə müzakirə etmir" sualına  Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov cavab verib. O, bildirib ki, hələ ki bu barədə məlumat yoxdur: "Bununla bağlı hələ ki, bir xəbər yoxdur, ola da bilməz. Əsasnamə ilə ona hələ heç bir söz deyilməyib. İndiyə qədər 2 iclas olub. Onun mandatının ləğv olunub-olunmayacağı gələcəkdə müəyyənləşəcək. Gözləmək və dözmək lazımdır".  Belə ehtimal etmək olar ki, Talıbov hələ hadisələrin axarını gözləyir və deputat mandatını da hələ formal olsa da, toxunulmazlığını saxlamaq üçün təhvil verməyə tələsmir. “Yeni Sabah” bildirir ki, tədqiqatçı-jurnalist Tural Səfərov musavat.com-a deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov öz postundan istefa versə də, hələ də həm Milli Məclisin, həm də Naxçıvan Ali Məclisinin deputatı kimi qalır: "Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvanda çoxsaylı qanun pozuntuları, dövlət əmlakını və vəsaitini mənimsəmə, korrupsiya cinayətləri baş verib. Bütün bunlara görə, Vasif Talıbov və övladları məsuliyyətə cəlb edilməlidir. Təəssüf ki, həm Vasif Talıbovun, həm də oğlu Seymur Talıbovun deputat mandatı buna mane olur. Vasif Talıbov 1 saylı Sədərək-Şərur seçki dairəsindən Milli Məclisə deputat seçilib. Seymur Talıbov isə Naxçıvan şəhərindən Ali Məclisin deputatı seçilib. Yəni onların hər ikisinin deputat toxunulmazlığı vardır.  Vasif Talıbov deputat kimi Milli Məclisin iclaslarında iştirak etmir. O, 1995-ci ildən Milli Məclisin deputatıdır. Amma bu 27 ildə Milli Məclisin heç 27 iclasında iştirak etməyib. Milli Məclisin Daxili Nizamnaməsinə görə, Vasif Talıbova deputat səlahiyyətlərinin itirilməsi intizam tədbiri tətbiq olunmalıdır. Milli Məclisin Daxili Nizamnaməsinin 1-ci maddəsində göstərilir ki, deputatların Milli Məclisin iclaslarında iştirakı məcburidir. Daxili Nizamnamənin 45-ci maddəsi "Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları" adlanır. Həmin maddədə Milli Məclisin deputatının hansı hallarda parlamentdaxili məsuliyyətə cəlb olunduğu qeyd edilib. Maddənin 3-cü hissəsində yazılıb: "Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə". Daxili Nizamnamənin 47-ci maddəsi isə "Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası" adlanır. 47-ci maddədə yazılıb: "Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir. Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzürsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Milli Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam Komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir". Milli Məclisə sonuncu seçkilər 2020-ci ilin fevral ayında keçirilib. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 2020-ci ildə 43, 2021-ci ildə 38, 2022-ci ildə isə 37 plenar iclası olub. Vasif Talıbov bu dövrdə cəmi bir iclasda iştirak edib. Yəni, ona indiyədək deputat səlahiyyətlərinin itirilməsi intizam tədbiri tətbiq edilməli idi. Təəssüf ki, Milli Məclisin rəhbərliyi buna əhəmiyyət verməyib, beləliklə, parlamentin Daxili Nizamnaməsinin qaydaları pozulub. Nizamnamənin tələbləri pozulduğundan Milli Məclisin növbəti iclaslarında Vasif Talıbovun deputat səlahiyyətlərinin itirilməsi məsələsinə baxılmalıdır. Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitəsinin üzvü deyil. Halbuki, bəzi deputatlar bir neçə komitənin üzvüdür. O, Milli Məclisdə yalnız Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəridir. Vasif Talıbov digər parlamentlərarası işçi qruplarında təmsil olunmur. Millət vəkillərinin əksəriyyəti bir neçə parlamentlərarası işçi qrupunun üzvüdür. Vasif Talıbovun isə hər yerdə olduğu kimi, burada da xüsusi imtiyazları olub. Deputat Vasif Talıbov bu 27 il ərzində parlamentdə bir dəfə də olsun çıxış etməyib. Əgər o, Milli Məclisin iclaslarına qatılmayıbsa, deməli, qəbul olunan qanunlara da səs verməyib. Yəni Vasif Talıbov deputat kimi heç bir iş görməyib. Milli Məclisə açıq hörmətsizlik nümayiş etdirərək parlamentin iclaslarına gəlməyən, qanunların qəbulunda heç bir əməyi olmayan, ümumiyyətlə, parlamentin işində yaxından iştirak etməyən birinin deputat olmağa mənəvi haqqı çatmır. Bütün bunlar nəzərə alınaraq, Vasif Talıbovun mandatı əlindən alınmalıdır. Bu məsələ qaldırılanda parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov gülünc bir arqumentlə açıqlama vermişdi. Deputat demişdi ki, Vasif Talıbovun vaxtı olmadığı üçün o, Milli Məclisin iclaslarına qatılmayıb. Əlbəttə ki, bu, çox gülünc və absurd yanaşmadır. Deyək ki, Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi dövrdə vaxtı yox idi. O zaman bəs indi niyə Milli Məclisin iclaslarına gəlmir?  Bu məsələ təcili şəkildə Milli Məclisdə qaldırılmalı, Vasif talıbovun deputat səlahiyyətlərinə xitam verilməlidir. Maraqlıdır ki, bu ata-bala heç Ali Məclisin də sessiyalarına qatılmırlar. O zaman niyə deputat olmalıdırlar? Deputat mandatı onlara sadəcə qalxan rolunu oynayır. Onların deputat mandatının ləğv edilməsi bütün Naxçıvan əhalisinin istəyi və tələbidir".

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 84,54 dollara, yüngül neftin bir barreli isə 77,96 dollara təklif olunur

Daha 10 ailə Zəngilanın Ağalı kəndinə köçüb

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə “Böyük Qayıdış”ın növbəti mərhələsi həyata keçirilib.  Bu mərhələdə növbəti 20 ailə, 94 nəfərin öz doğma yurd-tuvalına qayıdışı reallaşır. Onlardan 50 nəfərdən ibarət 10 ailə fevralın 28-də, 44 nəfərdən ibarət 10 ailə isə bu gün köçürülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu günədək ümumilikdə “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Qeyd edək ki, köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur. Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır. Sozcu.az

Müsavat başqanı Almaniya səfiri ilə görüşüb

Martın 2-də Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann ilə görüşüb. Partiyadan verilən məlumata görə, görüşdə Almaniya-Azərbaycan münasibətləri, Azərbaycanda ictimai siyasi vəziyyət, Qarabağ nizamlanması, siyasi məhbuslar, Müsavat Partiyası və Almaniya səfirliyi arasındakı münasibətlər və digər məsələlər müzakirə olunub. Görüşdə Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Nemət Kərimli və səfirliyin birinci katibi Marsel Vietor iştirak ediblər. Basta

Bu, döyüş meydanında ordumuzun qazandığı qələbənin masa arxasında təhvil verilməsidir" -Arif Hacılı

"Azərbaycan ərazisində separatçı qüvvələrin nümayəndələri ilə görüş keçirilir. Masada Azərbaycan bayrağı yox, masanın başında rus zabitləri, Rusiya bayrağı, başları üzərində rus generallarının portretləri. Azərbaycan və ölkə bölgəsinin nümayəndələri bərabərhüquqlu tərəflər kimi üzbəüz oturub.  Azərbaycan deputatı hətta milli bayrağımız olan deputat nişanını da çıxarıb". Sozcu.az xəbər verir ki,bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün "Feysbuk" səhifəsində yazıb.  "Görüşdən sonra Araik Harutunyan müstəqillik ideyasından bir addım da geri çəkilməyəcəklərini elan edir. Bütün bunlar əvvəllər də dediyimiz kimi döyüş meydanında ordumuzun qazandığı qələbənin masa arxasında təhvil verilməsinin daha bir sübutu, Azərbaycan xarici siyasətinin və diplomatiyasının növbəti uğursuzluğudur".

Ağsuda sahibsiz itlər ölüm kabusuna çevrilib: Aidiyyəti qurumların vecinə də deyil

Ağsu rayonunda sahibsiz küçə itlərinin sakinlərə yaşatdığı ciddi problemlər haqda mətbuatda dəfələrlə yazılıb. Belə ki, əgər əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdusa artıq gündüz vaxtı belə itlərin bir-biri ilə, gəlib-gedən insanlara hürüşməsindən rahatçılıq yoxdur. Ağsu rayonu bu baxımdan müəyyən mənada Hindistanın tipik şəhərini xatırladır.Yalnız bir fərqlə ki, burada toxunulmaz meymun və inəklər deyil küçə itləridir. Küçə itləri burada binaların ətrafında, küçələrdə, zibil yeşiklərinin ətrafında uzun müddət məskən saldıqca artıq oranı özlərinə doğma məskən sayırlar. Sahibsiz itlər hərəkət edən maşınların, velosipedlərin dalınca aqressiv qaçaraq hürürlər. Sahibsiz itlər özlərini Ağsuda özlərini o dərəcədə komfort hiss edirlər ki, həyətlərin “sahiblərinə” çevriliblər. Sahibsuz itlər son zamanlar o qədər balalayib çoxalIblar ki, bu avtomobil sahiblərinə belə baş ağrısına çevriliblər. Belə ki, sürücülərin onların qabağından keçən itləri bilmədən vurması halları çoxalıb.  Artıq iş o yerə çatıb ki, bu heyvanlar bağlara, bağçalara doluşaraq insanların həmin yerlərə çıxmasına imkan vermirlər. Hətta onların sürü şəklində qaranlıqda insanlara hücum etmələri halları da müşahidə olunmaqdadır. Agsuda itlər nəinki yaşayış məntəqələrinin yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında, şəhərin mərkəzi yerlərində yolun ortasında, supermarketlərin, restoranların, kafelərin qabağında, uşaq bağçalarının, məktəblərin, stadionların həndəvərində günün günorta cağı var-gəl edirlər, daimi  məskən salıblar. Buna görə də məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər də vəhşi heyvanlardan çəkinirlər. İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Sürü halında gəzən küçə itləri gecə vaxtı daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı Ağsuda  az qala qəhrəmanlıq saymaq olar. Şagirdlər deyirlər ki, onlardan qorunmaq üçün səhərlər məktəbə əllərində daşla gedirlər. Bəzən isə yollarını dəyişmək məcburiyyətində qalırlar. Əlbəttə itləri öldürmək də qeyri-insani bir hərəkətdir. Amma Ağsuda  insan həyatı, əsasən də azyaşlılar üçün real təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulmalı, ərazidən uzaqlaşdırılmalı və sığınacaqlarlarda yerləşdirilməlidir. İcra Hakimiyyəti problemdən xəbərdardır, amma  heç bir tədbir  görmür, yalnız deyir “tədbir görüləcək”. Necə ki, küçə itləri ilə bağlı tədbir görməyən məmurlar da sığortalanmayıblar ki, onlar özləri və yaxınları itlərin hücumuna məruz qalmayacaq. Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır. Ekspertlər vətəndaşlara küçə itlərinin olduğu yerlərdən mümkün qədər uzaq durmağı məsləhət görürlər. Amma bu da çıxış yolu deyil. Sahibsiz itlərlə üzləşən hər bir adam soyuqqanlı davranmasa onların hücumuna məruz qala bilər. Sahibsiz itlərin  məhəllələrin içinə gətirən səbəblər də var. Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında daima çoxsaylı itlərə rast gəlinir. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. İtlər 6 aydan bir 7-8 bala verir. Heç kim demir ki, sahibsiz itlərin hücumuna qarşı mübarizə üçün onları mütləq güllələmək, öldürmək lazımdır. Sahibsiz itlərin sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.  Quduzluğa qarşı iynə vurulur, axtalanır, qısırlaşdırılır. Daha sonra qulaqlarına birka bağlanır. Bakı şəhərindəki itlərin 50 faizi birkalanıb. Bir sözlə küçə itlərinin sayı tənzimlənməlidir, yoxsa bu surətlə şəhəri itlər tamamailə basacaq. Sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirilməlidir. Bunun üçün Türkiyənin, Avropa ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır. Avropanın şəhərlərinin küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı məsələləri operativ şəkildə həll edirlər Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir. Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa, insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır. Görünən odur ki, Ağsu rayon  Təmizlik Departamenti, Ağsu şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi demək olar ki, heç bir ciddi tədbir görmür. Sozcu.az

Sürüdən ayrılan Qurd

İl –ildən pis gəlmişdi. Sanki təbiətin də bərəkəti qaçmış, dağlarda ovlamağa ov da qalmamışdı. Haqqlarında əfsanələr dolaşan “Qurd” sürüsü günlərlə ovlamağa bir şey tapmırdı. Bikef-bikef dərələri dolaşır, bir tikə ov ovlamaq üçün günlərlə yol gedirdilər. Kənd camaatı da çoxdan idi ki, Qurd səsi eşitmirdi. Elə bil Qurdların ulamaq həvəsləri ölmüşdü. Əlacları kəsilən Qurd sürüsü kəndin kənarında dolaşan bir neçə sahibsiz iti öz cərgələrinə qoşaraq, itlərin hesabına yeməyə bir şey axtarırdılr. Qurd sürüsü küçə itlərinin iy bilmə qabiliyyətlərinə möhtac qalmışdı.Qurdların bu halından tək bir Boz Qurd narahat olaraq itlərə heç qovuşmurdu. Əlacı olsaydı it sürüsünü bircə anda parçalayıb məhv edərdi. Ancaq onda özününkilərin qınağına tuş olacaqdı, axı nə qədər olmasa itlərin hesabına yemlənə bilirdilər.  İt sürüsü əməlli başlı dağların şahına dönmüşdü. Bir balaca incidilən kimi özlərini dartır, Qurd sürüsünü ov olan yerlərə aparmırdılar. Boz Qurd bir neçə dəfə etiraz etmək istəmişdi. Ancaq qurdların yadlaşan çığır-bağırları buna imkan verməmişdi. İt sürüsünə qoşulandan Qurdların səsləri də dəyişmiş, ulamaq əvəzinə it kimi hürməyə başlamışdılar. Boz Qurd itləşmiş qurdlardan qorxurdu.Qurd nəslini yiyəsiz küçə itlərinin nəsli əvəzləyəcəyindən çox qorxurdu. İmkan tapan kimi sürünün cavan Qurdları ilə bir kənara çəkilir, onlara əcdadlarından, törələrindən danışırdı. Ancaq çalışırdı ki, bunu itlər görməsin. Görən kimi o saat onu "qurdçuluq" etməkdə ittiham edir, itləşmiş qurdlar da itlərə qoşularaq, onu Qurdçuluq etməklə ailəni bölməkdə ittiham edirdilər. Ancaq imkan düşən kimi itlər öz həyatlarından danışır, hətta özlərindən nağıllar uyduraraq Qurd boğan babalarından da danışmaqdan çəkinmirdilər. Qurdlarsa sanki itlərin əsirinə çevrilmişdilər. Boz Qurdun artıq səbiri tükənmişdi. Gecənin birində itləşən qurdları taleyin ümüdinə buraxaraq sürünü tərk etdi. Bu qaçmaq deyildi... Sadəcə Boz Qurd istəyirdi ki, itlərlə Qurdlar baş –başa qalsınlar . Bundan sonra Qurdların ayılacaqlarına inanırdı. Sadəcə bu gün onu eşidən yox idi.  Səhər Boz Qurdu aralarında görmədikdə sanki içlərinə bir rahatlıq gəldi . Artıq arxayın şəkildə itlərin nağıllarına qulaq asa bilərdilər. İtlər də o qədər qəmli nağıllar uydururdular ki, qurdların it kimi vəkkildəyib ağladıqları da olmuşdu. Boz Qurd dağlarda dolaşır, sürünü nəzarətsiz buraxmırdı. Sürü hara getsə, o da onların arxasınca gedir, yeni dünyaya gələn Qurd balalarını özünə qoşaraq itləşməsinə imkan verməməyə ümüd edirdi. Bu gün isə, qayadan yıxılan zaman əzilmiş ayağının ağrısından gec ayımış Qurd, sürüsünü itirmişdi. Boz Qurd həyəcanla atrafa qaçır, sürünün iyini duymağa çalışırdı. Həyacandan nə qədər yol getdiyini bilməmişdi. Dərədən gələn səs onu ayaq saxlamağa məcbur etmişdi. Səs, itlər tərəfindən boğularaq ölümcül hala gətirilmiş  bir Qurdun idi. İtlər Qurdu boğmuş, Qurd sürüsü isə bu faciyəyə seyirçi qalmışlar.  Boz Qurdun qəzəbdən gözləri hədəqədən çxmışdı. Bir tərəfdən sürüyə çatıb itləri boğmaq istəyir, bir tərəfdən də itləşmiş qurdlardan heç bir zaman Qurd olmayacağını düşünərək onların arxasınca getməkdən vaz keçməyi düşünürdü. Boz Qurd uca bir qayanın üstünə çıxaraq başını göyə tutub, sanki Tanrıya üz tuturmuş kimi ulamağa başladı. Çoxdan idi ki, Qurd ulaltısının yerinə it ulaltısı eşitməkdən bezmiş insanlar uzlərini səs gələn tərəfə tutmuşdular. Hər kəsin üzündə bir sevinc var idi. Qurd səsinin onlara xeyir- bərəkət gətirəcəyinə inanırdılar. Qurdsa hey ulayırdı. Səsinə başqa Qurdların səs verəcəyinə inanırdı. Boz Qurd, Qurd sürüsünə it sürüsü qarışmağa imkan verməyəcəyinə ,Tanrıya üzünü tutaraq and içirdi. Dağlarda əfsanələr yaratmış Ulu Qurd, babalarının ruhlarına üzünü tutaraq Qurd sürüsünü qoruyacağına 

Səbuhi Xanlarov həbs edildi

Bloqer Səbuhi Xanlarov həbs olunub. Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub. Məlumata görə, blogger barəsində 15 günlük inzibati həbs qərarı verilib. Qeyd edək ki, bir neçə gün öncə Xətai Rayon Polis İdarəsi tərəfindən saxlanılan S.Xanlarov sərbəst buraxılmışdı.

Ən doğru mövqe, zamanın doğruladığı mövqedir

Təxminən iki il əvvəl Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Şuşada məktəb açımaq istədiyi haqqında məlumat yayıldı. Bu məlumat MHP-i sədrinin “Twitter” üzərindən yaydığı bir açıqlamaya əsaslanırdı. Həmin açıqlamada Dövlət Baxaçılı belə yazmışdı: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu məqsədəuyğun hesab edərsə, Şuşada şəxsən mənim göstərişimlə doqquz fənn üzrə ibtidai məktəb inşa etmək bizim məqsədimizdir”. Bu məlumat yayıldıqdan sonra bunun əleyhinə çıxaraq Azərbaycanda heç bir xarici siyasi qüvvənin və dini cəryanın orta məktəb açmasının yol verilməz olduğunu bildirmiş, bu səbəbdən də Türkiyənin Milliyətçi Hərəkat Partiyasına bağlı “Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi”nin Şuşada məktəb açmasına icazə verililməsinə də qarşı çıxmışdım.  Bu müzakirələrin getdiyi bir zamanda sosial şəbəkələrin Azərbaycan seqmentində belə bir fikir yayıldı ki, Dövlət Baxçalıya Şuşada məktəb tikməsinə icazə verilməyib. O zaman iştirak etdiyim bütün müzakirə və yayımlarda bu qərarı dəstəklədim. Dostlarımızın bəziləri buna görə məni qınadı, bəziləri isə incidi.  Türkiyənin böyük bir ərazisində milyonlarla insan üçün faciəyə çevrilən zəlzələnin baş verdiyi gündən Dövlət Baxçalının mövqeyi mənim iki il əvvəlki mövqeyimin nə qədər doğru olduğunu göstərir. Zəlzələ bölgəsində zərərçəkənlərin fəryadlarını dinləmək, istəklərinə qarşı həsas olmalı olan 75 yaşlı bir siyasi lider insanları təhdid edir: “Sayın Cumhurbaşkanımızın ve diğer yetkililerin ziyaretlerini sabote etmeye hakkınız yok. Sessizlik olacak”. Belə bir düşüncə sahibinin Azərbaycanın mədəniyyət paytaxtında məktəb açmasından absurd heç nə ola bilməzdi. Xəqani Cəfərli, politoloq  Sozcu.az

Ağsulu sahibkarlar nazir müavini ilə görüşüblər: YENƏ SÖZ VERİLDİ

Fevral ayının 28-də Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahibləri yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar.  Nazirlikdə sahibkarları nazir müavini Vüqar Kərimov qəbul edib. Sahibkarların Sozcu.az saytına verdikləri məlumata görə, görüşdə  Vüqar Kərimova bildiriblər ki, onlara məxsus olan iaşə obyektləri dövlət layihəsi əsasında tikilib və  Prezident İlham Əliyevin adından onlara təminat verilib ki, layihəni bitirdikdən sonra  müqavilə ilə təmin olunacaqlar. Ancaq buna baxmayaraq, dövlət orqanlarının qapılarında qalıblar.  Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovun sahibkarlara köməklik göstəriləcəyini soz verdiyini deyən sahibkarlar qeyd ediblər ki, Vüqar Kərimov  bildirib  ki, Prezidentin adı olan heç bir işdə onlara problem yaradıla bilməz. Onlara müqavilə ilə təmin olunmaları ilə bağlı köməklik göstəriləcək. Vüqar Kərimov sahibkarlara əllərində olan sənədləri toplayaraq, yaxın günlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə gəlmələrini bildirib. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, iaşə obyektlərini turizim xəttinə uyğun verilən layihəyə ilə  yenidən tikmələri tapşırığı verilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Prezident İlham Əliyevin adından  sahibkarlara təminat verərək bildirib  ki, layihə tikilib təhvil verildikdən sonra, sahibkarlar müqavilə sənədi ilə təmin olunacaqlar. Sahibkarlar isə  bildirirlər ki, layihəni bitirsələr də nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.

Alatava-1 söküləcək: kimə nə verəcəklər?

Alatava-1 qəsəbəsinin söküləcəyi gözlənir. Bu barədə AzadlıqRadiosuna həmin qəsəbənin sakinləri danışıb. Onların sözlərinə görə, bu barədə sakinlərə hələ ötən ilin sonundan məlumat veriblər. Amma onlar bəzi narahatlıqlarını da dilə gətiriblər. Sakinlərdən ad və soyadının çəkilməsini istəməyən bir şəxsin vurğulamasına görə, onlara deyiblər ki, bu, pilot layihəsi kimi bir şey olacaq: "Evimiz söküləcək və yerində tikilən binada bizə mənzil veriləcək". O, narahatlıqlarını belə ifadə edib: "Başqa bəzi yerlərdə, məsələn, Yasamalda, Nərimanovda görürük ki, camaatı süründürürlər. Nə ev verirlər, nə də kirayə ödəyirlər. Açığı, buna görə ehtiyatlanıram. Birdən bizdə də belə olsa? Kimə şikayət edəcəyik? İndi heç olmasa bilirik ki, pis-yaxşı evimiz var". Qəsəbənin yerləşdiyi Yasamal Rayon İcra Hakimiyyətindən isə "Turan"a bildirilib ki, bununla bağlı artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şirkətlərin biri ilə razılıq da əldə edib: "Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb". Qurumdan qeyd olunub ki, rayon ərazisində istismar müddəti başa çatan binalar və fərdi evlər artıq siyahıya alınıb: "Evlərin bir hissəsinin bu il ərzində sökülməyi nəzərdə tutulur. Sakinlərin istəyinə uyğun olaraq bəzilərinə maddi kompensasiya ödəniləcək, bəziləri isə yeni binalarda mənzillə təmin ediləcək. Tikinti zamanı sakinlər şirkət hesabına kirayə mənzillərə köçürüləcəklər". Amma icra hakimiyyətindən şirkətin adını çəkməyiblər. Ona görə də onun təkliflərinin detallarını tam aydınlaşdırmaq mümkün olmayıb. İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Alatavada artıq binaların tikintisinə başlanıb: "Qəsəbənin düz ortasında artıq iki bina tikilir. Orada 40-a yaxın ailə idi, onlarla danışıblar. Tikilən binada mənzil verəcəklər, bina tikilənə qədər kirayə vəsaiti ilə bağlı da anlaşma olub". Onun sözlərinə görə, vətəndaşlarla anlaşmağa məcburdurlar: "Yəni, bu, dövlət layihəsi deyil ki, qiyməti hansısa formada diktə etsinlər..."Qış parkı" və digər mərkəzi küçələrdə olan ərazilərdə yaşayan sakinlərin seçim imkanları məhdud idi, çünki onu dövlət layihəsi kimi təqdim etdilər. Sonra əl dəyişdi, icra hakimiyyətinin əlindən alıb kommersiya şirkətinə verdilər, daha sonra yenidən icraya qaytarıldı və insanların kifayət qədər ciddi mülkiyyət hüququ pozuldu". Cəfərlinin fikrincə, Alatavada da narazılıqlar olacaq: "Çox güman ki, evlərin, həyətlərin kvadratmetrin hesablanması qaydaları ilə bağlı kifayət qədər narazı adamlar da olacaq. Alatavada bəzi sakinlərin evlərinin çıxarışları yoxdur". İqtisadçı Alatavada yaşayan vətəndaşlara ictimai təşkilat yaratmağı məsləhət görüb: "O təşkilat vasitəsilə danışıqlar aparılsın, həm şəffaflığın yaradılmasına çalışılsın, həm də ictimai bilgiləndirmə olsun. Kommersiya şirkətləri də vətəndaşların hüquqlarını poza bilər, necə ki, biz dəfələrlə bunun şahidi olmuşuq".

BÜRCLƏRƏ görə YUXULAR

Yuxular, funksiyası və sirri hələ də həll edilməmiş, gündəlik hadisələri, qorxuları, duyğuları yaşadığımız və ya şüuraltımızda qeyd etdiyimiz qavrayışlardır. Eksperimental spiritistlər, parapsixoloqlar və psixiatrlar yuxularla elmi səviyyədə məşğul olan şəxslərdir. Lakin astroloqların fikrincə, yuxuların bürclərlə da bağlılığı var. Belə ki, bəzi bürclərin yuxularının çin çıxması ehtimalı böyükdür. Sozcu.az bürclərin necə yuxular gördüklərini araşdırıb: Qoç Qoçun yuxuları çox vaxt real həyatları ilə sıx bağlı olar. Onlar xəstələnəndə kabus görür, xoş hadisə olanda təbiət mənzərələri, mavi dəniz görürlər. Buğa Buğa bürcündə xəyalları yox, gündəlik hadisələr önəm verir. Onlar üçün məntiq hər zaman ön plandadır. Qəlblərində düşmənçiliyə yer olmayan buğalar adətən xoş yuxular görürlər. Əkiz Əkizlərin yuxuları çox vaxt həqiqətən də baş vermiş, şüuraltı hadisələr və ağrılarla doludur. O, qocalığa qədər məktəb xatirələrini yuxularında görə bilər. Xərçəng Xərçənglər gündəlik həyatlarını yuxularını gördükləri kimi yaşayırlar. Onlar röyalarında adətən zəif, müdafiəsiz və yardıma ehtiyacı olan obraza çevrilirlər. Aslan Şirlər xəyalları ilə yanaşı, intuisiyalarından bələdçi kimi istifadə edirlər. Yuxuları onların real həyatlarına birbaşa təsir edir, daha doğrusu, şirlər röyalarına uyğun olaraq gündəlik planlarını qururlar. Qız Qız bürcü insanlarının yuxuları inkişaf etmiş narahatlıq meylinə görə kabus və ya şüuraltı yuxular şəklini alır. Yuxuları xatırlaya bilmək üçün psixi cəhətdən sağlam olmalıdır. Tərəzi Tərəzilər adətən yuxularını xatırlamırlar. Yadına düşəndə ​​məntiqi simvolik izahlar tapmağa çalışır. O, xəyallarının simvolik dilini deşifrə etməyə çalışır. Əqrəb Əqrəb xəyalları kabuslu, sirli və seksualdır. Xatırladığı yuxular mütləq gələcəyə işarə edir. Düşmək qorxusu mütləq yuxularınızda əks olunur.  Oxatan Oxatanlar xəyallara əhəmiyyət verirlər. O, intuisiyasına və arzularının gerçəkləşəcəyinə inanır. Lakin Oxatanların yuxuları tez-tez gerçəkləşir. Oğlaq Oğlaqlar yuxularını xatırlamayan bürclərdir. Başı və şüuraltı zehni təhlükəsizlik, pul və karyera ilə o qədər məşğuldur ki, o, tez-tez təhlükəsizlik, uçmaq, yıxılmaq barədə röyalar görür, lakin oyananda gördüklərini xatırlaya bilmir. Dolça Dolçalar üçün uçmaq, fövqəladə güclərə sahib olmaq kimi yuxular görməyi artıq adət halına gəlib. O, fantastik xəyallar qurmağı sevir. Və qurduqları xəyallar yuxularında gerçəkləşir. Balıqlar Balıqların xəyalları şüurlatının ağır xatirələrini əks etdirir. O, tez-tez bələdçi və gələcək haqqında danışan yuxular görür. Yuxusunu davam etdirmək üçün yuxusunu uzatmağa çalışır.

Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərər AÇIQLANDI

Dünya Bankı zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanı qiymətləndirib. Sozcu.az xəbər verir ki, yeraltı təkanın vurduğu zərər 34,2 milyard dollar dəyərində qiymətləndirilib. Bu isə 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir.

İlham Əliyev Sergey Lavrovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Putin və Medvedyevin qorxusu

Avropa Parlamenti və NATO Parlament Assambleyası tərəfindən terroru himayə edən dövlət kimi tanınan Rusiyanın rəsmi şəxsləri yenə bəşəriyyəti məhv etməklə hədələməyə başlayıblar.  Avropa Şurası Parlament Assambleyası tərəfinən terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin əsas təmsilçilərindən keçmiş prezident, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyev  “İzvestiya”  qəzetində dərc olunan “Geri dönüşü olmayan nöqtələr” başlıqlı məqaləsində yenidən bəşəriyyəti məhv edə biləcəkləri ilə hədələyib. İstənilən imperiyanın dağılan zaman dünyanın yarısını öz xarabalıqları altında basdırdığı haqqında heç bir tarixi əsası olmayan, uydurma bir fikir irəli sürən Medvedyev yazır: “Apokalipsis. Tüstülənən dağıntılar radiasiya yaymağı dayandırana qədər, keçmiş həyat əsrlər boyu unudulmalı olacaq”. Medvedyevin belə bir məqalə ilə çıxış edərək, yenidən bəşəriyyəti dünyanın nüvə külünə qərq olunacağı ilə hədələməsi təsadüfi deyil. Ukraynaya qarşı müharibənin bir ili tamam oldu və nəticələr Rusiya üçün faciəlidir. Rusiya çox ağır itgilər verməkdədir. Ağlı başında olan hər kəs anlayır ki, Rusiya “qan” itirməkdən ölmək üzrədir. Rusiyanın uzun müddətli mühibəyə cəlb olunacağı halda “qan” itirməkdən öləcəyi haqqında təxminən bir əvvəl yazmışdım.  Medvedyevdən bir gün öncə isə Avropa Şurası Parlament Assambleyası tərəfinən terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin başçısı Putin “Moskva. Kreml. Putin” adlı televiziya proqramına müsaibəsində deyib ki, Qərbin əsas məqsədi Rusiyanı dağıtmaqdır. Putin bildirib Rusiya dağılacağı halda rus xalqı mövcudluğunu qoruya bilməyəcək və öz kimliklərinə malik yeni millətlər yaranacaq.  Bir il öncə Ukraynanın “demilitarizasiya” və “denazifikasiya” məqsədi ilə başladılan “Xüsusi hərbi əməliyyat” adlı müharibənin Rusiyanın özü üçün faciəyə çevriəcəyini dünyada və Azərbaycanda çoxları təsəvvür belə edə bilmirdilər.  Qərb ölkələrinin və onların “satellitləri”nin dünya əhalisinin yalnız 15 faizini təşkil etdiyini, özlərinin isə daha çox olduğunu olduğunu yazan Medvedyev anlamır ki, bəşəriyyəti təhdid etdikləri nüvə külünün altında həmin çoxluq da qalacaq. Çoxluq dedikdə Medvedyev Çin və Hindistanı da aid etdikləri mücərrəd birlik nəzərdə tutulur. Çin və Hindistanın Rusiyanın avanturasının qurbanı olmağa hazır olmasını düşünmək üçün insan normal düşünmək qabliyyətini itirməlidir. Putin və Medvedyevlərin bu sayıqlamalarının yalnız bir səbəbi var: Qorxu. Xəqani Cəfərli, politoloq

JURNALİSTLƏRİN ÜÇÜNCÜ BİNASI ƏRTARFINDA YARANMIŞ MÜƏMMA BİTMƏK BİLMİR-RƏSUL MİRHƏŞİMLİ

Artıq üç ildir ki, jurnalistlər üçün tikilən üçüncü binadakı mənzillərinin hansı səbəbdən bölünməməsi sualına bu mənzillərə iddialı olan jurnalistlər cavab tapa bilmirlər. Bina istifadəyə tam hazır vəziyyətdə gözləyir, lakin bu binadakı mənzillərin gələcək taleyi barədə heç kim heç nə bilmir, ya da bilənlər açıqlamaq istəmir.  Bu barədə çox yazılıb. Mən yenidən həmin yazılanları təkrar etmək istəmirəm. Çünki bu cəmiyyətdə ən fəal və ən hüquqsuz təbəqə olan jurnalistlər baş verənlərdən və yazılanlardan xəbərdardır.  2022-ci ilin sonlarında Prezidentin köməkçisi Hikmət Hacıyevlə Mətbuat Şurasında keçirilən görüş zamanı jurnalist həmkarımız, dostumuz, Qarabağ qazisi, eyni zamanda, Mətbuat Şurası NTK-nın sədri Rey Kərimoğlu üçüncü binadakı mənzillərin bölünməməsi səbəblərini Hikmət Hacıyevdən soruşub. Hikmət Hacıyevin cavabı belə olub ki, həmin binada prokurorluq araşdırma aparır, araşdırmalar başa çatmadan konkret nəsə demək mümkün deyil. Bu söhbətin konkret detallarını Rey Kərimoğlu özü açıqlaya bilər.  Bu müddət ərzində jurnalistlərin üçüncü binasındakı mənzillərin jurnalistlərə verilməsi üçün müraciətlər hazırlayıb, media mənsublarını bu işə səfərbər etməyin təşəbbüskarı kimi mən və Araz Zeynalov bu ilin yanvar ayında Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüşdük. Rəşad Məcid həmin mənzillərin jurnalistlərə verilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdiyini bildirdi. Bundan əvvəl MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla görüşmüşdük. Əhməd İsmayılov söz verdi ki, məsələ müzakirə olunarsa, həmin binadakı mənzillərin jurnalistlərə veriləcəyi təklifini müdafiə edəcək. Lakin Əhməd İsmayılov binadakı mənzillərin bölgüsünün MEDİA tərəfindən aparılmasını istəmir. Bu məsələdə Əhməd İsmayılovu anlamaq mümkündür. Çünki əvvəlki iki binadakı mənzillərin verilməsi zamanı elə haqsızlıq və ədalətsizliklər olub ki, Əhməd İsmayılov MEDİA-nın adının bu işdə hallandırılmasını istəmir.  Görünən isə odur ki, jurnalistlərin binasındakı mənzillərin ehtiyacı olan media əməkdaşlarına verilməsi təşəbbüsü ilə Mətbuat Şurasının sədri Rəşad Məciddən başqa kimsə çıxış etmək istəmir. Bu məsələdə də müxtəlif səbəblər var. Onları bu yazıda sadalamaq istəmirəm. Konkert təklifim nədən ibarətdir, onu yazım. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bütün jurnalistləri tanıyır. Jurnalistlərin də bu adamlarla yaxşı münasibətləri var. Elə bu amilə görə jurnalistlərə mənzil verilməsinin kriteriyalarının hazırlanması və bu bölgünün aparılması üçün sənədlərin toplanması işini Mətbuat Şurasına həvalə etmək mümkündür.  Ümid edək ki, jurnalistlər binası ətrafında süni şəkildə yaradılmış müəmma bu il çözüləcək və Prezidentin 19 iyul 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq, həmin mənzillər jurnalistlər arasında bölünəcək. Əgər kimsə, yaxud hansısa qruplaşma Prezident sərəncamının ləğvinə çalışırsa, bu, mümkün olan iş deyil. Hələ bu ölkədə Prezidentin sərəncamının ləğv edilməsi presidenti olmayıb. Əminəm ki, bundan sonra da olmayacaq

Jurnalist Fərid İsmayılov Bayram Səfərovla aralarında olan mübahisədən danışdı

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla ona sual ünvanlayan jurnalistin dialoqu müzakirələrə səbəb olub. Jurnalist B.Səfərova Şuşaya səfər edib-etməməsilə bağlı sual verib. Sualdan yayınan icra başçısına jurnalist növbəti dəfə sual verdikdə, o əsəbiləşib. Media nümayəndəsinin “Jurnalist sizdən hesab sora bilməz?” replikası isə gərginliyi artırıb. Bəzi media nümayəndələri bu məsələdə jurnalistə dəstəyini bildirsə də, onu tənqid edənlər də olub. Həmin mübahisənin tərəflərindən biri olan jurnalist Fərid İsmayılov Globalinfo.az-a açıqlamasında Bayram Səfərovla bu situasiyanın iki dəfə təkrarlandığını bildirib: “Mən müxtəlif media qurumlarında çalışmışam və istənilən materialıma görə hesabat verməyə də hazıram. Fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə bağlı reportaj hazırlamaq üçün “Ana fəryadı” abidəsinə getdim. Bu zaman kənarda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun dayandığını gördüm. Ona yaxınlaşdım, çalışdığım redaksiyanın adını və kim olduğumu qeyd etdim, müsahibə üçün icazə istədim. O da heç bir problemin olmadığını bildirərək razılıq verdi. Yaxa mikrofonunu icazəsi ilə icra başçısının üzərinə yerləşdirdim və çəkməyə başladım. Ona, “Məlumat yayılmışdı ki, siz Şuşaya gedə bilməmisiniz. Bəs indi vəziyyət necədir?” – deyə, sual ünvanladım. B.Səfərov isə qarşılığında mikrofonu çıxararaq, “Get işinlə məşğul ol” dedi. Mən də təşəkkür edib, yanından ayrıldım”. F.İsmayılov icra başçısının sualdan bir neçə dəfə aqressiv münasibət bildirərək yayındığını deyib: “Daha sonra ondan digər jurnalistlərin də açıqlama aldığını gördüm, yaxınlaşıb çəkməyə başladım. Həmin media nümayəndələrinin də sualları elə icra başçısının Şuşaya səfəri, həmçinin rayon icra hakimiyyətlərinin ləğvi mövzusunda idi. Bu arada mən B.Səfərovun özünün Şuşaya gedib-getməməsini soruşdum. O isə, “Bunun sizə dəxli yoxdur” cavabını verdi. Sualı təkrar etdim, yenə eyni şəkildə cavabladı. Dəqiq cavab ala bilmədiyim üçün sualı bir daha təkrarladım, çünki mənim bir jurnalist kimi oxucu qarşısında öhdəliyim var. Cəmiyyətdə də Bayram Səfərovun Şuşaya gedə bilməməsilə bağlı fikirlər səsləndirilir, bu səbəblə mən həmin suala cavab almağa çalışdım. Hətta o Şuşa üç ay əvvəl getdiyini, bunun yanvar ayında baş verdiyini də dedi. 3 ay əvvəl necə yanvara təsadüf edə bilər? Müsahibə bitdikdən sonra da demək olar ki, heç bir montaj edilmədən, sadəcə loqo yerləşdirməklə videonu yayımladıq”. Jurnalist media nümayəndələrinin məmurdan hesabat tələb etmə haqqı ilə bağlı fikirlərə də cavab verib: “Sonra sualım ictimai müzakirəyə çıxarıldı, haqqımda tənqidi yazılar yayımlandı. Halbuki, o məqalələri hazırlayanlar bir müddət əvvəl məni xüsusi xidmət orqanlarına işləməkdə ittiham edirdilər. Təsəvvür edə bilirsiniz, Azərbaycanda bir jurnalist xüsusi xidmət orqanlarına işləyə və hüquq mühafizə orqanları buna susa? Bu mümkün deyil. Təəssüf ki, Bayram Səfərov özünü heç kimə hesabat verməyə məcbur hiss etmir. Çünki onun qanunən vətəndaş qarşısında öhdəliyi olsa da, real öhdəliyi yoxdur. Həmçinin, jurnalistin hesabat tələb etmə hüququnu da sorğulayırlar. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən nəinki jurnalist, vətəndaş belə məmurdan hesabat tələb edə bilər. Çünki həmin məmur vətəndaşın ödədiyi vergi hesabına büdcədən əməkhaqqı alır. Bu baxımdan jurnalist ictimaiyyəti maraqlandıran məsələyə aydınlıq gətirmək üçün sualı dəfələrlə təkrarlaya bilər. Düşünürəm ki, məsələ Bayram Səfərovla bitmir. Azərbaycanda məmur vətəndaş qarşısında hesabatlı deyil”. Xatırladaq ki, Fərid İsmayılov Toplum TV portalının əməkdaşıdır. Sozcu.az

Lənkəranın mərkəzi xəstəxanası, Lənkəran bazarı ilə müqayisə olundu - Müraciət

Astara rayon Hamoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyev Lənkəran Mərkəzi Xəstəxanasında olan vəziyyətlə bağlı TƏBİB - ə müraciət edib:  Sozcu.az həmin müraciəti təqdim edir:  "Hörmətli TƏBİB ! Lənkəran Mərkəzi xəstəxanasındakı vəziyyət , Lənkəran bazarından daha pisdir. Xəstəxana qanunlara deyil, həkim və rəhbırliyin istək və arzuları ilə idarə olunur. Sizin qaynar xəttə üç dəfə zəng edəndən, üçüncü cəhdən sonra , Astaradan verilən göndərişi qəbul etdilər. İki xəstəna arasındakı ziddiyyətlərin əziyyətini vətəndaş çəkməli deyil!"

Göyçay sakini korrupsiya faktları ilə bağlı dindirilməsini tələb edir: Prokurorluğa müraciət

Göyçay rayonu, Həbibi küçəsi ev 50 sakin Azadov Seymur Əlibala oğlu , Azərbaycan Respublikasının Baş Prokuroru  Kamran Əliyevə müraciət edib. Sozcu az saytı həmin müraciəti olduğu kimi təqdim edir:  Cənab Baş Prokuror, 03 avqust 2022-ci il tarixdə, Ucar rayonunda məni qəbul etdiniz. Həmin vaxtı Sizə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə konkret subutlarla məlumat verdim. Siz, Göyçay rayon prokuroru Ramil Hüseynova obyektiv araşdırma aparıb qanunu tədbir görməyə tapşırıq verdiniz. Ancaq üzərindən 7 ay keçsə də,  heç bir tədbir görülmədiyini görüb 10 fevral 2023-cü il tarixdə Kürdəmir rayonunda təkrar Sizin qəbulunuzda oldum. Həmin vaxt Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində heç bir tədbir görülməməsi barədə sizə məlumat verdikdə, siz,  Göyçay rayon prokuroru Ramil Hüseynova irad tutdunuz və bu məsələnin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırlmasına tapşırıq verdiniz.  Bundan sonra məlumat aldım ki, Şakir Əhmədovu və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırıb dindiriblər.Hətta,  rayonda söz yayıldı ki, Şakir Əhmədovun tutduğu vəzifədən azad ediblər. Ancaq, indiyə qədər məni araşdırmaya çağırıb dindirməyiblər.Hansı ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə məndə konkret və mötəbər subutlar var ki, araşdırmaya təqdim edə bilərəm.Həmin subutların araşdırılmasına zərurət var. Həmçinin, Şakir Əhmədov tutuduğu vəzifədən azad olunsada yenə də işə gedib iş kabinetində əyləşib göstərişlər verir. Qeyd edim ki, Şakir Əhmədov uzun illər boyu dövlətin ayırdığı külli miqdarda vəsaiti talan edib, adı işdə gedib özləri başqa-başqa yerdə olanların maaş kartlarını mənimsəyib, idarədə işləməyən texnikalara ehtiyat hissələri yanacaq yazılaraq mənimsənilir.Yaxın qohumlarının adını tabeliyində işə yazdırıb,  onlar işə  işə gəlmirlər. Şakir Əhmədov təkcə Göyçay şəhərində özünə 5 böyük mənzil alıb, özünə məxsus bir neçə böyük obyektləri icarəyə verib. Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov talançılıq yolu ilə dövlətə küllü miqdarda ziyanlar vurub.  Cənab Kamran Əliyev, Sizdən xahiş edirəm ki,  Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmada mənimdə dindirilməyimi təmin edib, ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.

"Lavrovun nə azarı var Azərbaycanda?!" - Rəsul Quliyevdən rusiyalı nazirin gəlişinə SƏRT REAKSİYA - VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, hazırda Amerikada yaşayan Rəsul Quliyev "TV Müsavat"ın efirində qonaq olub. Sozcu.az  xəbər verir ki, Rəsul Quliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya nəzərdə tutlan səfərindən danışıb.  Ətraflı videoda:

Problemli kreditlərin həcmi açıqlandı

Yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 mln. manat artaraq 19,669.6 mln. manat olub. Sozcu.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, kredit portfelinin strukturunun  55.2%-ni biznes kreditləri (10,845.6 mln. manat), 29.5%-ni istehlak kreditləri (5,811.9 mln. manat) və 15.3%-ni ipoteka kreditləri (3,012.2 mln. manat) təşkil edib. 2023-cü ilin yanvar ayında cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil edib. Yanvar ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 mln. manat artıb. Əmanət portfelinin 53%-i (6,196.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Rəsmi məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil edib. Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 25.1% artaraq 28,914.8 mln. manat təşkil edib. Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nəzərən 231 min ədəd artaraq 13 milyon 488 min ədəd olub. Cari ilin yanvar ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. 2023-cü ilin yanvar ayında bankomatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2%, POS-terminalların sayı isə 29.5% çoxdur.

Ermənistanla sülh mümkündürmü? Arif Hacılının “Kavkazski uzel”ə cavabı

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycanla Ermənistan  arasında sülhün yaranmasının mümkün olduğunu bildirib. “Xocalı faciəsi azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcək. 1992-ci il fevralın 25-26-da biz 613 şəhid vermişik… 150 nəfər itkin düşüb, onlar haqqında bu günə qədər heç bir məlumat yoxdur. Amma bu o demək deyil ki, iki ölkə arasında heç bir danışıqlar aparılmamalıdır. Gələcək nəsillər bu faciəni xatırlayacaq. Amma xalqımızın əksəriyyəti sülhün mümkünlüyünə inanır… Təbii ki, iki dövlət arasında sülh müqaviləsi imzalansa, sərhədlər açılsa, diplomatik əlaqələr qurulsa, beynəlxalq hüquqa hörmət olarsa, o zaman iki xalqın dinc yanaşı yaşaması da mümkündür”, – deyə o, “Kavkazski uzel”in müxbirinə bildirib. A.Hacılı qeyd edib ki, hazırda Ermənistanda da  Türkiyə və Azərbaycanla sülh istəyənlərin sayı az deyil. Basta

Estoniyanın müdafiə naziri Kiyevə səfər edib

Estoniya müdafiə naziri Hanno Pevkur Ukraynaya səfər edib. Sozcu.az xəbər verir ki, o, Kiyevdə ukraynalı həmkarı Oleksey Reznikovla görüşüb. Reznikov bildirib ki, bu, Pevkurun Kiyevə ilk səfəri deyil. Nazir xatırladıb ki, Estoniya ölkənin ÜDM-nin 1 %-dən çoxunu Ukraynaya yardım edib. "155 mm-lik haubitsalar, “Ukrayna üçün 1 milyon 155 mm-lik mərmilər” təşəbbüsü, səhra xəstəxanaları və əsgərlərimizin müalicəsi. Bu, dost Estoniyanın bizim üçün etdiklərinin kiçik siyahısıdır”, - o qeyd edib.

Dini həssaslıq

Xəqani Cəfərli 11 mart 2011-ci ildə Yaponiyanın Hönsü adasının şərq sahillərində 9.1 bal gücündə zəlzələ baş vermişdi və yeraltı təkanlar dənizdə sunami yaratmışdı. Sunami nəticəsində yaranan 36 metr hündürlükdə nəhəng dalğalar 9 metr hndürlükdə dalğaların qarşısını almaq üçün düşünülmüş səddləri aşaraq sahilyanı yaşayış məntələrində dağıntılara səbəb olmuşdu. Nəticədə 19 759 nəfər həlak olmuş, “Fukusima-1” Atom Elektrik Stansiyasında qəza baş vermişdi. “Fukusima-1” AES-də baş verən qəza Bavariya ilə yanaşı Almaniyanın iki dindar əyalətindən biri olan Baden-Vürtemberqdə Xristian Demokrat partiyasının məğlubiyyətinə, Yaşılların qələbəsinə səbəb oldu. Baden-Vürtemberqin dinadar seçiciləri Xristian Demokrat partiyasının enerji mənbəyi kimi nüvə proqramının genişləndirilməsi planına etiraz edən Yaşılların mövqeyini dəstəkləyərək onları iqtidara gətirdi. Bütün bunlar dünya avtomobil sənayesinin beşiyi hesab olunan, nəhəng maşınqayırma sənayesinə malik əyalətdə baş verdi. “BMW”, “Porsche”, “Daimler-Benz”, “Bosch”, “IBM”, “Sony”, “Mitsubishi” kimi firmaların zavodların yerləşdiyi, nefti emalı, təyyarələr, avtomobillər və avtobusların istehsal olunduğu, poliqrafiya sənayesinin 40 faizinin yerləşdiyi əyalətdə iqtisadiyyat enerjidən asılı olsa da, seçicilər nüvə enerjisindən imtinanı təbliğ edən Yaşıllara səs verdi. Son yüz ildə yalnız 7 baldan yuxarı 20-dən artıq dəhşətli zəlzələnin olduğu Türkiyə başına gələn faciələrdən təəssüf ki, dərs çıxarmır. Bütün çağdaş cəmiyyətlərin təbii fəlakətlərə qarşı hazır olmaq istədiyi bir zamanda Türkiyə toplumunun böyük bir hissəsi başına gələn faciəyə “kader” deyib, dözməyə çalışır. Bu kimi halları tənqid edənləri isə Türkiyənin dini həssaslığını nəzərə almaqdan bəhs edirlər. Toplumlar dini həssaslıqları ilə ağıllarının göstərdiyi yol arasında seçim etməlidir. Doğru seçim edənlər almanlar və yaponlar kimi irəli gedəcəklər. Səhv seçim edən toplumlar Türkiyə kimi ağır itkilər verməyə məhkumdurlar. İlahiyyatçı Hacı Şahin Həsənlinin aşağıdakı fikirləri də alman və yaponların seçiminin ən doğru yol olduğunu təsdiqləir: “İnsan üçün öncədən müəyyən olunmuş həyat yolu yoxdur: Əks halda iradə azadlığının, imtahanın, peyğəmbərlərin göndərilməsinin mənası qalmazdı. İnsan öz taleyini əməlləri ilə formalaşdırır”. Təəssüf ki, nə başqa xalqların keçdikləri inkişaf yolu, nə də Hacı Şahin Həsənli kimi ilahiyyatçıların fikirləri düşüncələri bədəvi ərəb zehniyyəti ilə daşlaşmışları dəyişməyə qadir deyil.

Rusiya parçalansa, postsovet dövlətlərin taleyi... - Putindən ŞOK AÇIQLAMA

“Əgər biz bu yolla getsək (Rusiyanın süqutu və parçalanması), hesab edirəm ki, Rusiyanın bir çox xalqlarının və hər şeydən əvvəl, əlbəttə ki, rus xalqının taleyi kəskin şəkildə, sadəcə olaraq, köklü şəkildə dəyişə bilər”. Publika.az xəbər verir ki, bunu Rusiya pezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində deyib. Onun fikrincə, Qərb dövlətləri Rusiyanı və digər postsovet dövlətlərini “kassifikasiya etmək” niyyətindədirlər. "Rusiya sivil xalqların qondarma ailəsinə qəbul edilə bilər, ancaq ayrı-ayrılıqda, hər bir hissəsi ayrıca. Qərb Rusiyanın süqutunu və onun keçmiş hissələri üzərində nəzarəti bərqərar etməyi hədəfləyir. Belə bir ssenaridə rus xalqı indiki formada qorunub saxlanmaya bilər və onun yerinə muskovitlər, urallar və başqaları peyda olacaq”, - Putin qeyd edib. O, əmindir ki, bu, yalnız “bu hissələrin ətrafında sıxışdırıb öz nəzarəti altına almaq” üçün ediləcək. “Rusiya xalqı birləşəndə ​​bizim tayı-bərabərimiz yoxdur. Bu, bizim bütün nailiyyətlərimizin və bütün qələbələrimizin əsas şərtidir”, - Putin vurğulayıb.

Veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Qəhrəman Əliyev vəfat edib. Sozcu.az xəbər verir ki, 2020-ci ildə koronavirusa yoluxmuş, bu səbəbdən insult keçirərmiş Q.Əliyev komadan ayımayıb. "Viləş", "Şəmkir", MOİK, "Masallı" komandalarının sabiq baş məşqçisi 63 yaşında vəfat edib Qeyd edək ki, Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallıda doğulub. O, ən böyük nailiyyətlərini yerli "Viləş" və "Şəmkir" komandalarında əldə edib. "Viləş"ə bürünc medal qazandırmış mütəxəssis "Şəmkir"lə çempion olmağı bacarıb. O, həm də Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş baş məşqçidir. Q.Əliyev 1983- 1985-ci illərdə "Neftçi"nin formasını geyinib. Əliyev "Avtomobilçi" (Bakı) (1976-1981), "SKA Xabarovsk" (1981-1983), "Gənclik" (Bakı) (1985-1986), "Avtomobilçi" (Meingəçevir) (1986-1987) klublarının da heyətində çıxış edib. Allah rəhmət eləsin!

Çavuşoğlu: Türkiyədə ancaq Azərbaycan və Filippinin xilasediciləri qalıb

Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün iki ölkənin xilasediciləri qalıb. Bunlardan biri can Azərbaycan, digəri də Filippindir". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O, bildirib ki, bu gün daha iki ölkənin xilasediciləri Türkiyəni tərk edib. Bunlar Gürcüstan və Özbəkistandır.

Türkiyədə zəlzələdə həlak olanların sayı 44 min 374-ə çatdı

Türkiyədə zəlzələdə həlak olanların sayı 44 min 374-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Dollar bahalaşdı, Tehran ayağa qalxdı

Dünən gecə saatlarında Tehranın müxtəlif bölgələrində dolların kəskin bahalaşması səbəbilə hökumət əleyhinə etiraz nümayişləri keçirilib. Aktual.az xəbər verir ki, Çitqar, Ekbatan qəsəbəsi, Punək, Firdövs bulvarı, Narmək, Niyavəran, Darabadda keçirilən nümayişlərdə etirazçılar hökumət əleyhinə fikirlər söyləyib, dolların qalxmasına etirazlarını bildiriblər. Əllərində "Bir dollar 56 min tümənə bərabərdir” yazılı plakatlar tutan bəzi etirazçılar dolların və digər valyutaların qiymətinin hər saat artması ilə bağlı "boz təbəqə”nin susmasına etiraz ediblər.

Rusiya döyüş gəmilərini Qara dənizdən çəkdi

Rusiyanın raket hücumlarının tezliyinin azalması, düşmənin ukraynalıları intensiv hücum barədə arxayın salıb, sonra isə yenidə şiddətli zərbə endirmə taktikası ola bilər. Sozcu.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib. Onun sözlərinə görə, indi Qara dənizdə bir dənə də olsun raketdaşıyıcı yoxdur, lakin bu o demək deyil ki, düşmən hücuma keçmək niyyətində deyil. O, bildirib ki, fırtınalı hava səbəbindən Rusiya gəmilərinin döyüşü çətinləşir: "Çünki biz müşahidə etdik ki, ötən sutka ərzində aviasiyanın fəaliyyəti ilə əlaqədar onlar bir reaktiv daşıyıcını, səkkiz kalibrli freqatı geri çəkiblər".

Müsavatçılar Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Müsavat Partiyasının üzvləri  Xocalı soyqırımının 31-ci ildönümündə "Ana fəryadı" abidəsini ziyarət ediblər.  Tədbirdə, müsavatçılar Abidənin önünə gül dəstələri qoyaraq, çıxışlar ediblər.  Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xocalı sakini 31 il əvvəldən danışır: "Gözümün qabağında meyitlər küçələrə səpələnirdi"

Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi veteranı Saday Rzayev yaşadığı acı və dəhşətli günlərin xatirələrini "Report"un Qarabağ bürosuna danışıb. `Qeyd edək ki, Saday Rzayev Xocalı sakinidir. Xocalıda yerli özünümüdafiə batalyonuna yazılanlardan biri olub. 1992-ci ilin fevralında şəhərin müdafiəsi yalnız yerli sakinlərin gücü hüsabına təmin edilirdi. Xocalı sakinləri əlavə qüvvələrin gəlməsi ümidi ilə şəhərətrafı səngərlər qazaraq müdafiəni möhkəmləndirməyə başlasalar da, bu, düşmənin zirehli texnikasının qarşısını ala bilməzdi. "Fevralın 25-də gecə səngərdə olmuşam. Hava qaralandan sonra ermənilər tərəfdən hərəkətlilik başladı. Ermənilər və o vaxtı orada olan Sovet ordusunun əsgərləri başladılar şəhəri mühasirəyə almağa. Zirehli texnikalar hər tərəfdən mühasirə halqasını daraldırdılar. Texnikalardan biri Noragux istiqamətində meşədən çıxıb bizim olduğumuz post tərəfə gəldi. Hava qaranlıq olsa da, tankın üstündə əsgərləri gördüm. Təxminən 8 rus əsgəri varıydı. Onların danışığından artıq şəhərə hücum olacağını təxmin elədik. Tank üzümlük deyilən ərazi ilə şəhər istiqamətində hərəkətə başladı". Saday kişi xatirələrini danışdıqca, o dəhşətli anları üzünün dəyişən ifadələrindən hiss etmək mümkün idi. "Texnika şəhəri tam mühasirəyə alandan sonra havaya 3 raket atıldı. Mən komandirimiz Tofiq müəllimə dedim ki, bu, müharibə işarəsidir. İki dəqiqədən sonra başladılar şəhəri bombalamağa. O gecə sanki göydən od yağırdı. Şəhər elə bombardman edildi ki, sanki cəhənnəm yaşanır. Gözümün qabağında insanların meyitləri küçələrə səpələnirdi. Yaralıların heç birinə kömək edə bilmirdim. Qan su yerinə axırdı. Bu dəhşətli hadisələrin hamısı gözümün qabağında olub. Başa düşdük ki, avtomatla tankın qarşısına çıxa bilməyəcəyik. Ən yaxşısı qalan insanları şəhərdən çıxarmaqdır". Saday Rzayev deyir ki, dəhşətli gecədə düşmən əlinə keçən Xocalı sakinlərindən biri də onun 13 yaşı oğlu olub. "Qarqar çayı vasitəsilə qaçmağa başladıq. Hardasa 200-300 nəfər canını qurtara bildi. Qalanları həyatını itirdi. Sakinlərdən əsir düşənlər oldu. Oğlum da daxil olmaqla, 35 nəfər evlərdən birinin zirzəmisində ermənilərə girov düşdülər. Xocalının işğalından 6 gün sonra bildim ki, oğlumu Milli Qəhrəman Allahverdi Bağırov bir neçə sakinlə birgə girovluqdan azad edib". 31 il əvvəl Xocalıda olmuş hər bir azərbaycanlı bu günü 31 saniyə əvvəl olubmuş kimi xatırlayır. Hazırda onlar o acılı illərdən geri qalan xatirələrini, düşmən tapdağından azad edilərək abadlaşan Xocalıda yaşamaqla əvəzləmək istəyirlər. Xocalılılar doğma yurdlarına tezliklə qayıdacaqlarına inanırlar.

Ukrayna rusların Su-25-ni məhv etdi

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Adveyevka kəndi yaxınlığında Rusiyaya məxsus Su-25 təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı deputat Musa Maqomedov deyib. O, pilotun girov götürüldüyünü bildirib.

Sülhü Krımı azad etməklə bərpa edəcəyik - Zelenski

Biz Krımı azad etməklə sülhü bərpa edəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiyanın Ukraynaya hərbi təcavüzü 9 il əvvəl, Krımın ilhaqı ilə başladı. Ora bizim torpağımızdır. Biz Ukraynanın hər yerində Ukrayna bayrağını dalğalandıracağıq”, - Zelenski bildirib.

Fuad Oqtay Xocalıdan yazdı: Ürəyimizi ağrıdır...

Xocalıda 31 il əvvəl baş vermiş vəhşilik hələ də ürəyimizi ağrıdır. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay Tvitter səhifəsində yazıb. "Həyatını itirən qardaşlarımızı rəhmətlə anıram. Can Azərbaycanın kədəri kədərimizdir. Unutmadıq, unutmayacağıq", - o bildirib

Boris Conson NATO-nun Baş katibi olmaq istəyir

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson özünü NATO-nun baş katibi vəzifəsinə namizəd hesab etdiyini bildirib.  "Azərbaycan Reallığı" xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb. "Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür", - deyə Conson bildirib. Qeyd edək ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər. Boris Conson isə 2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb.

“Azərlotoreya” cibimizə necə girir? - “Misli” və “Poz Qazan”-nın yeni cibəgirənlik üsulu

İnsan daim bəxtinin gətirməsi üçün çabalar edir, yarışlara qatılır, lotereya bileti alır, hansısa işə başlamaq üçün kimdənsə borc pul götürür və s. Bəxtsiz adamların isə sığınacağı heç bir liman yoxdur. Onların istədikləri dünyaya biletlər satılmır, heç bir təyyarə, avtobus, qatar o yerlərə gedib çıxmır. Bir də var bütün bu olanları sakitcə tamaşa edən adamlar: insanların bəxtinin açılmasında açar rolu oynayanlar.  "Azərbaycan Reallığı" xəbər verir ki, “Misli” mərc həvəskarlarını cəlb etmək üçün hər cür fırıldağa və şirnikləndirici yola əl atır.Bu oyunlarla “Misli” qumar aludəçilərini maaş aldıqları gün oyun oynamağa, qazandığı pulu oyuna qoymağa çağırış edir.  “Lotereya” Bəlkə də dırnaq içində yazıldığına görə orfoqrafik səhv axtaracaqsınız. Xalq zəhmətkeşdir.Niyə axı zəhmətkeşin cibindən onun öz əli deyil,tənbəl yaxud oyunbaz pulunu çıxartsın. Lotereya qumardır. Peşəsinə sadiq qalıb, onlarla sosial media hesabları hay-həşir salır. Hardasan “Misli” nə bilim “Poz Qazan”? Lotereya oyunları dünyanın bəzi ölkələri istisna olmaqla hər yerdə var. Dünya təcrübəsi göstərir ki, loto oyunlar nəticə etibarilə həm insanların boş vaxtlarının səmərəli və əyləncəli keçməsinə xidmət etməli, həm də iqtisadi fəaliyyət növü kimi dövlətə və cəmiyyətə sosial-iqtisadi fayda verməlidir. Azərbaycanda lotereya oyunları rəsmi olaraq 2001-ci ildə yaradılan “Azərlotereya” ASC tərəfindən keçirilir. 2021-ci ildə “Azərlotereya”nın xarici investor kimi Türkiyənin “Demirören Holding” şirkətinin idarəçiliyinə verilib. Lotereya qumardısa, qumarda tüfeyli həyat tərzidir. Qumarın leqallaşdırması, adına nə qoyur-qoysun – “Poz, qazan”, nə bilim, lotereya – məhsul eynidir. Bu, bütün dünyada var. Hamıya bəllidir ki, “Poz, qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar.  Vətəndaşlar müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlar kiçik həcmdə çoxlu sayda vəsait itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür. Dayanacaqlarda, metro girişlərinin qarşısında, hətta marketlərin yanında belə satışa çıxarılan bu lotereyalara böyüklərlə yanaşı məktəblilərin də marağı böyükdür. Xırda uduşlarla iştirakçıların şirnikləndirildiyi həmin oyunda bu günə qədər nədənsə böyük məbləğli uduşlara rast gəlinməyib. Faktlar var ortada.Qurum özü 2022-ci ilin ən yüksək uduş məbləğinin 1000 AZN olduğunu açıqlayıb. Maraqlı olan bu deyil? Maraqlısı olan odur ki,ortada gəzən bəzi insanlar 25-30 min qazandığından dəm vurur. Bu insanlar kimlərdir? Təşkilatçı cibəgirənlərin 10-15 manatını cibində gəzdirənlər. “Misli” “Poz Qazan” və başqaları… Məlumatlar verilir ki, bu kimi təşkilatların sayı cari ildə dahada artacaq. Qoy artırılsın. Pozaq. Qazanmaq istəyən pozsun. Unutmayın pozanlar sadəcə kağız kirini pozmurlar,həmdə həyatlarını pozurlar. “Misli” kimilər uğurlu fəaliyyətləri ilə davam edir. O zaman bizdə davam edəcəyik.

Rusiya ilə ən azı bir əsr barışmayacağıq - Şmıqal

Ukrayna ən azı bir əsr Rusiya ilə barışıq və əməkdaşlığa razı olmayacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri olan suveren ölkədir, ona görə də işğalçı ölkə ilə güzəştə gedə bilməz. Yeganə kompromis Rusiya qoşunlarının Ukraynadan 1991-ci il sərhədlərinə tam çıxarılmasıdır. Ruslar atəşi və təcavüzü dayandırmalı və ərazimizi tərk etməlidirlər. İnanıram ki, sərhədlərin dəyişdirilməsi Avropa üçün də qəbuledilməz kompromis olardı”, - Şmıqal bildirib.

Erməni nəşrindən iddia: “Yaxın günlərdə Azərbaycan və Qarabağ nümayəndələrinin görüşü keçirilə bilər”

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti qəribə iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, qəzet yaxın vaxtlarda Azərbaycan nümayəındələri ilə Qarabağdakı separatçılar arasında görüş keçiriləcəyini yazıb.   Qəzet yazır ki, hazırda Qarabağdakı separatçılar arasında iki yanaşma var. Bu yanaşmadan biri Ruben Vardanyan tərəfdarlarıdır ki, onlar Azərbaycanla heç bir məsələnin müzakirə etməməyin tərəfdarıdırlar. Digər yanaşma isə Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın təklif etdiyi Azərbaycanla danışıqlar aparmaq, xırda məsələlərdə güzəştə getmək tərəfdarlarıdır. “Harutyunyan hesab edir ki, problemlərin həlli üçün Azərbaycanla danışıqlar masasına əyləşmək lazımdır. Hətta kiçik məsələlərdə güzəştlər də etmək olar. Əsas məsələ olan “müstəqillik” mövzusunda isə hər hansı güzəşt olmamalıdır”. “Hraparak” qeyd edir ki, dünən Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən çıxarılması ilə radikal yanaşma tərəfdarları Qarabağda məğlub olublar. “Nəticədə, dialoq tərəfdarları qalib gəldilər. Bu da onu güman etməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycan və Qarabağ nümayəndələr arasında görüş keçiriləcək”. Bildirək ki, ötən gün Qarabağdakı separatçıbaşı Arayik Harutyunyan çıxışı zamanı bu məsələyə dolayısı ilə toxunub. O deyib ki, danışıqlar aparan nümayəndə heyətlərinin tərkibini yalnız tərəflər həll etməlidir. “Bu isə o deməkdir ki, Azərbaycan Qarabağ nümayəndə heyətinin tərkibinin formalaşmasına müdaxilə edə bilməz”. Bu açıqlamanın özü görüşün ola biləcəyini güman etməyə əsas verir. Lakin rəsmi Bakı heç vaxt və heç bir separatçı ilə danışıqlar masası arxasında əyləşməyəcək. Bunu dəfələrlə bəyan da ediblər. Azərbaycan tərəfi bildirib ki, Qarabağdakı erməni icmasının nümayəndələri ilə danışıqlar aparmağa, təmaslar qurmağa hazırdır. Lakin buraya separatçılar daxil deyil. Ona görə də, görüş mümkündür, amma həmin şəxslər separatçıların təmsilçiləri olmayacaq. Digər tərəfdən, əgər Azərbaycan Qarabağdakı separatçılarla danışıqlar apararsa, bu Bakının onları tərəf kimi tanıması deməkdir. Halbuki 30 il davam edən münaqişə dövründə, ən çətin və təzyiqlərin ən çox olduğu vaxtlarda belə Azərbaycan separatçılarla bir masa arxasında əyləşməyib. Belə olan halda, böyük üstünlüklərə malik, habelə 44 günlük müharibədən sonra çarəsiz durumda olan separatçılarla masa arxasında heç oturmaz.

Bəxtiyar Hacıyevin aclıq aksiyası Azərbaycan tarixinin qara səhifəsinə yazılacaq

Azərbaycan tarixində çox sayda aclıq aksiyaları keçirilib.  Ancaq Bəxtiyarın aclıq aksiyası həm müddətinə, həm də keçirilmə şərtlərinə görə digər aclıq aksiyalarından fərqlənir.  Aydın görünür ki, Bəxtiyar Hacıyev tələblərinin yerinə yetirilməsi naminə hətta həyatına qəsd etməyə hazırdır.  Bu aksiyanı bəlkə də yalnız yüz il əvvəl müsavatçıların Solovkidə keçirdiyi aclıq aksiyası ilə müqayisə etmək olar.  O zaman aclıq aksiyası 40 gündən çox davam etdi. Aksiyada iştirak edən müsavstçıların bir çoxu həlak oldu və bu hadisə sovet-kommunist rejiminin tarixinə qara hərflərlə yazıldı.  İndi Bəxtiyar Hacıyevin aclıq aksiyasının letal nəticəsi və ya onun sağlamlığında dönməz fəsadların yaranması Aərbaycanın çağdaş tarixinin qara səhifəsinə Elmar Hüseynovun qətli ilə eyni səhifədə yazılacaq.  Azərbaycan hakimiyyəti digər bütün amillərlə yanaşı bu amili də nəzərə almalı, Bəxtiyar Hacıyevi dərhal azad etməlidir! Arif Hacılı, Müsavat Partiyasının başqanı

Ağsulu sahibkarlar etiraza qalxdı: ETSN onları niyə məhkəməyə verib? –VİDEO

Bu gün bir qrup Ağsu rayon sakini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında toplaşaraq, nazir Muxtar Babayevlə görüşmək istəyiblər. JAMAZ.İNFO xəbər verir ki, nazirin qəbul günü olsa da, onlara bildiriblər ki, nazir Muxtar Babayev hazırda iş yerində olmadığı üçün qəbul edə bilməzlər. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, hazırda olan obyektləri söküb, verilən layihəyə uyğun şəkildə tikmələri tapşırığı verilib. Prezidentin müşaviri Zeynal Nağdəliyev dövlət adından bildirib ki, layihə tikilib təhvil verildikdən sonra sahibkarlara müqavilə sənədi veriləcək. Sahibkarlar bildirirlər ki, verilən layihəni külli miqdarda kredit götürərək və digər formalarda borca düşərək tamamlasalar da, Ekologiya Nazirliyi onlarla müqavilə bağlamır. Sahibkarlar bildirirlər ki, layihəni bitirdikdən sonra onlara sənəd verəcəklərini bildirsələr də, nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.

Paşinyana "qaz" verən səbəb nədir?

Elşən Əlisoy  Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda olan seperatçılara "hörmətli Qarabağ vətəndaşları" deyərək müraciət edib.  Fevralın 18-də Münxendə keçirilən tədbirdən dönən kimi sosial şəbəkə hesabından Ağrı dağından bəhs edən şeir paylaşıb.  Bəzi hakimiyyət yönümlü politoloqların: "Qarabağ məsələsində beynəlxalq təşkilatlar və böyük dövlətlər Azərbaycan qarşı qərəzli mövqey sərgiləyirlər" fikrinin əksinə olaraq artıq hər kəsə bəllidir ki, Paşinyanın əlini gücləndirən əsas məsələ Azərbaycanda demokratik dəyərlərin sıradan çıxarılması, siyasi məhbusların azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların tələblərinin yerinə yetirilməməsidir.  Münxəndə keçirilən tədbirdə Paşinyanın ən əsas silahının da məhs demokratiya olduğunu hər kəs gördü. Azərbaycan telekanallarında Paşinyanın demokratiya ilə bağlı çıxışının yarımçıq kəsilməsi güclü bir həmlənin qarşısından qaçmaq və üz qarası məsələsini cəmiyyətdən gizlətmək cəhdi idi.  Paşinyan Azərbaycanın zəif yerini tapıb və bundan məharətlə istifadə edir. Cəmiyyət anlamalıdır ki, Paşinyana "qaz" verən və onu haqlı vəziyyətə gətirən ən əsas səbəb, demokratik dəyərlərə münasibətdə Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətidir.   Demokratik seçki keçirən, korrupsiyanın olmadığı, mətbuat və fikir azadlığı olan bir ölkə ilə, həbsxanasında siyasi məhbusun ölüm aclığından olduğu bir ölkə arasında ciddi fərqin olması və Qarabağ məsələsində dünyanın münasibətində özünü bunun özünü göstərməsi qaçılmazdır.  Məsələləri anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur, bir balaca araşdırma qabiliyyətin olsa, kiçik bir araşdırma aparsan görəcəksən ki, Paşinyanın "dəyirmanına su tökən" konkret qüvvə Azərbaycan hakimiyyətidir.  Günahı orda-burda axtarmaq lazım deyil.