Ağsu rayon Çiyni kənd sakini, 7-ci sinif şagirdi İsmayılov Rəvan Seymur oğlunun Ana dili haqqında şerini təqdim edirik:
Ana dili
Göz açanda laylamı ana dili oxudu,
Bu dildə ana danışır, bu dildə Vətən.
Müqəddəsdir ana dli, sənin hər kəlmən
Nənə, ana dilidir sevin, ruh verən.
Azərbaycan dilidir ana dilimiz
Onunla gözəldir söz və kəlməmiz.
Gəlin sevək, qoruyaq biz hər birimiz
Doğma həm anatək ana dilimiz.
Doğmadır, doğmadan ana dilimiz
Onunla döyünür vurur qəlbimiz.
Qalxdıq ucalara biz pillə-pillə
Zəfər yazdıq tarixə bu doğma dildə.
Şirindən şirindir, şirindir mənə
Azərbaycan, qurbanam ana dilinə
Ana dili sevəcəm hər zaman səni
Sevirəm dilimi, bu doğma dili.