Kaya Kallas Bakıya gəldi

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanda səfərdədir. Sozcu.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb. Kaya Kallas bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnundur: "Xüsusilə, ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi bizim ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq". K.Kallas əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi bir fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir. "Aİ-nin bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş minatəmizləmə fəaliyyətinə qədər bir sıra vasitələri vardır ki, bu sahələrdə biz artıq ən böyük donoruq", - o vurğulayıb.

Prezident İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir.

Onların kirayə haqqını dövlət ödəyəcək - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlərin siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmirbərpası və yararsız hala düşmüş məişət əşyalarına görə qiymətləndirmə xərcləri daxil olmaqla maddi yardım veriləcək. Həmçinin həmin yaşayış evlərinin sakinlərinin bank xərcləri daxil olmaqla 3 aylıq kirayəhaqları ödəniləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

Azərbaycanla dəmir yolu heç vaxt bağlanmayacaq - Paşinyan

Aprelin 13-də Baş nazir Nikol Paşinyan Ermənistanın iri işəgötürənlərinin nümayəndələri ilə işçi yeməyində iştirak edib. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə əsasən iqtisadi məsələlər müzakirə olunub. Paşinyan bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yeni inkişaf mərhələsi başlayır. O deyib: “Biz TRIPP layihəsinin işə salınması ilə bağlı bir sıra böyük hadisələr gözləyirik. Bu layihə mühüm əhəmiyyət daşıyır, çünki Ermənistan sonda blokadadan tam çıxacaq. Faktiki olaraq indi də Ermənistan blokadanı aşmış sayılır, çünki Azərbaycan ərazisindən artıq dəmir yolu yük daşımaları mümkündür və həyata keçirilir. Eyni zamanda Gürcüstan üzərindən də ixrac daşımaları TRIPP layihəsi işə düşənə qədər mümkündür. Vacib məqam ondan ibarətdir ki, siyasi razılaşmaya görə bu dəmir yolu heç vaxt bağlanmayacaq. Bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrutdur”,- deyə baş nazir bildirib.

İlham Əliyevlə Kobaxidzde bəyanatlarla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edirlər. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentlərin təkbətək görüşü başladı

Aprelin 6-da Tiflisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixail Kavelaşvili ilə təkbətək görüşü olub. Sozcu.az xəbər verir ki, sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

Budapeştdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında bildirib. “Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezidentin köməkçisi əlavə edib.

İran ağlabatan mövqe tutur, lakin... - Tramp

İran danışıqlar zamanı ağlabatan mövqe tutur, lakin nüvə silahları Tehran üçün qəbuledilməz olaraq qalır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Onlar bizimlə danışır və ağlabatan şeylər deyirlər. Və unutmayın: onların nüvə silahı ola bilməz", - deyə Amerika lideri bildirib.

ABŞ və İran Türkiyə vasitəsilə danışıb - KİV

Tehran və Vaşinqton arasında gərginliyi azaltmaq üçün Misir və Türkiyə vasitəsilə xoşməramlı münasibətlərə əsaslanan mesajlar mübadiləsi aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmilərindən biri “Əl-Cəzirə” açıqlamasında deyib.

“Biz bu torpaqların əsl sahibləriyik” - İlham Əliyev

"Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Bunun nəticəsində biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik". Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Xocavənd rayonunun Xanoba kəndinin sakinləri ilə söhbəti zamanı deyib. "Çünki Ermənistan buranı viran qoymuşdu. Yəni bütün kənd, qəsəbə, şəhər - hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündə idi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında, Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdə idi. Yəni hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar. Siz də artıq üç-dörd gündür ki, buradasınız", - deyə dövlətimizin başçısı qeyd edib.