Arif Hacılı ABŞ səfirinin müşaviri ilə görüşüb

Mayın 12-də Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı partiyanın qərargahında ABŞ səfirinin İqtisadi Məsələlər üzrə müşaviri Navid Maliklə görüşüb.

Görüşdə son dövrlərdə regionda baş verən hadisələr, ABŞ-Azərbaycan münasibətləri və digər məsələlər barədə fikir mübadiləsi olub.

Görüşdə Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı iştirak edib.

Share on Facebook