Vətən müharibəsi qazisi gənc yaşda vəfat etdi - FOTO

44 günlük Vətən müharibəsinin qazisi Ülvi Xasayzadə gənc yaşında vəfat edib. Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.  Qazinin ölüm səbəbi açıqlanmayıb.  Aprelin 16-da onun 27 yaşı tamam olacaqdı. Qeyd edək ki, 1999-cu il təvəllüdlü Xasayzadə Ülvi Əlisəfa oğlu əslən Qubadlının Dəmirçilər kəndindəndir. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, qəhrəmanlıq, igidlik və şücaət göstərib.  Prezident İlham Əliyevin sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Ü Xasayzadə evin tək övladı və subay idi. Allah rəhmət eləsin!

54 yaşlı sürücü sükan arxasında öldü

Bakıda sürücü sükan arxasında vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobilini idarə edərkən qəfil ölüb. Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Evinin damını təmir edərkən yıxıldı, öldü

Gəncə şəhərində hündürlükdən yıxılan 53 yaşlı kişi həyatını itirib. Sozcu.az Report-a istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1973-cü il təvəllüdlü Hafiz İsmayılov şəxsi evinin dam örtüyünü təmir edərkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

23 yaşlı gənc dəm qazından BOĞULDU

Bakıda 23 yaşlı oğlan dəm qazından boğularaq ölüb. Sozcu.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Balaxanı qəsəbə sakini 2003-cü il təvəllüdlü İlkin Əsədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Qida borusunda yemək qalan qadın öldü

Ələtdə 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, aprelin 4-ü saat 20 radələrində Ələt qəsəbə sakini 1962-ci il təvəllüdlü Aygün Lətif qızı Abbasova yaşadığı evdə qida borusunda yemək qalması nəticəsində ölüb. Araşdırmalar Qaradağ rayon prokurorluğu tərəfindən aparılır.

Zəhərlənən uşaqlardan 2-sinin vəziyyəti ağırdır

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir. Bu barədə Sozcu.az-a Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə isə meninqoensofalit ( beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir. Qeyd edək ki, aprelin 1-i saat 18:10 radələrindən başlayaraq Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, biri ölüb.

Bakı-Şamaxı yolunda qəza - Yol bağlandı

Qobustanda avtomobil qəzası baş verib, yol bağlanıb. Hadisə Bakı–Şamaxı Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində qeydə alınıb. Sozcu.az xəbər verir ki, Şamaxıdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi qəzaya uğrayıb. Bu səbəbdən sözügedən istiqamətdə yol bir müddət bir tərəfli bağlanıb, çoxlu sayda avtomobil yolda qalıb. Dumanlı hava və bayram tətili səbəbindən regionlardan Bakıya qayıdan avtomobillərin hərəkətində böyük sıxlıq müşahidə edilir. Əraziyə cəlb olunan polis əməkdaşları qəzaya düşən nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənarlaşdırmağa və hərəkəti bərpa etməyə çalışırlar.

Goranboyda qohumların mübahisəsi qanla bitdi - Yeniyetmə saxlanıldı

Goranboyda qohumların mübahisəsi onlardan birinin bıçaqlanması ilə nəticələnib. Sozcu.az-ın məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə 34 yaşlı şəxsi yaxın qohumu 2009-cu il təvəllüdlü K.Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı M.Əliyevi bıçaqlamaqda şübhəli bilinən 2009-cu il təvəllüdlü K.Əliyev saxlanılıb. Hər iki şəxsin ataları əmioğludur. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Salyanda VAZ yük maşını ilə toqquşdu: yaralılar var

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı minik avtomobili "Mersedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olanlar - Salyan rayon sakinləri; 1986-cı il təvəllüdlü Ramazanov Zaur Elxan oğlu, 1981-ci il təvəllüdlü Həsənov Zamin Hilal oğlu və 1984-cü il təvəllüdlü İslamov Pərvin Siyasət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Qubada kişi 56 yaşlı arvadını öldürdü

Martın 18-də Quba rayonunun Zizik kəndində ağır cinayət hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib. Hadisədən qısa müddət sonra Ceyhun Ağasiyevin özünün də cansız bədəni aşkar edilib. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır, hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır. (Apa)

ABŞ-də hərbi bazada atışma baş verib, ölən var

ABŞ-nin Nyu-Meksiko ştatındakı Holloman Hərbi Hava Qüvvələrinə məxsus bazada baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. "Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla təxminən saat 17:30-da qeydə alınıb. Qeyd olunub ki, yaralı şəxs lazımi tibbi yardım göstərilir, hazırda hərbi obyekt daxilində heç bir təhlükə yoxdur. Atışmada iştirak edənlərin şəxsiyyəti, eləcə də hadisənin səbəbləri barədə hələlik məlumat açıqlanmayıb.

Neftçalada 37 yaşlı qadın faciəvi şəkildə öldü

Neftçalada 1989-cu il təvəllüdlü Lətafət İnqilab qızı Abbasova dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, hadisə onun yaşadığı evdə baş verib. Faktla bağlı araşdırma aparılır.