Jurnalistlər binasında dəhşət: 25 yaşlı qız ad günündə öldü

Bakıda hündürmərtəbəli binadan yıxılan qız xəstəxanada keçinib. Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə jurnalistlərin 3-cü binasında ("Qazilərin binası" kimi tanınan binada) baş verib. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakini, 2000-ci il təvəllüdlü Əfsanə Mirzalı qızı Rəhimxanova binanın 13-cü mərtəbəsinin balkonundan yıxılıb. O, təcili xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyi nəticə verməyib və Ə.Rəhimxanova aldığı ağır xəsarətlərdən keçinib. Qeyd olunur ki, hadisə baş verən gün Ə.Rəhimxanovanın doğum günü imiş. O, doğum günün qeyd etmək üçün həmin binada yaşayan rəfiqəsigilə qonaq gəlibmiş. Ə.Rəhimxanovanın binadan yıxıldığı, yoxsa intihar etdiyi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xırdalanda 20 yaşlı gənc öldürüldü - Yenilənib

08:35 Abşeronda qətl hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb. 2005-ci il təvəllüdlü Elmir Axundov 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib. F.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb. *** Abşeronda xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Abşeron rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Tovuzda qatar piyadanı vuraraq öldürdü

Tovuz rayonunda qatarın vurduğu piyada hadisə yerində ölüb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində baş verib. Ölən şəxsin kişi olduğu bildirilir. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

61 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

Naftalan şəhərində 61 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, Tərtər rayon sakini, 1964-cü il təvəllüdlü Bəxtiyar Hidayət oğlu Ağalarov yaşadığı Naftalan şəhərindəki evin pilləkənindən yıxılaraq həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

ANAMA əməkdaşları qəzaya düşdü: qardaşlardan biri öldü

Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri ölüb. Sozcu.az bildirir ki, bu gün səhər saatlarında Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət almış 3 nəfərdən biri, 1996-cı il təvəllüdlü Elvin Həşimov həkimlərin göstərdikləri səylərə baxmayaraq xəstəxanada həyatını itirib. Qəza zamanı xəsarət alan digər 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Qəzaya düşənlər ANAMA əməkdaşlarıdır. Ülvi Həşimov və Məhərrəm Səfərovun müalicəsi davam edir.

Oğuzda dəhşət: 21 yaşlı oğlan maşında yanaraq öldü...

Oğuzda ölümlə nəticələnən ağır qəza baş verib. Sozcu.az xəbər verir ki, Nihad Namiq oğlu Əlizadə BMV markalı avtomobillə Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşaraq yanmağa başlayıb. Nəticədə avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Rəvan Asaf oğlu Mirzəyev hadisə yerində ölüb. Faktla bağı Oğuz Rayon Polis Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Mingəçevirdə zirzəmidə körpə tapıldı

Mingəçevir şəhərində zirzəmidə köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd olunub ki, azyaşlının həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Bakıda binada yanğın

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Özünü müalicə aldığı xəstəxanadan yerə atdı, öldü...

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsində xəstənin özünü ikinci mərtəbədən atdığı bildirilir. Məlumata görə, Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsində xəstə kimi müalicə alırmış. Həmin şəxsə xəstəxanada dərman verilmədiyi üçün özünü ikinci mərtəbədən atdığı iddiia edilir. Sozcu.az xəbər verir ki, TƏBİB-dən Modern.az-a 07.10.2025-ci il tarixində 1979-cu il təvəllüdlü (kişi) şəxsin xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunduğu bildirilib. "İlkin müayinə zamanı xəstəyə “Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)” diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib. 06.10.2025-ci il tarixində aparılmış USM müayinəsi zamanı əlavə narahatlıqlar müşahidə edilib və xəstəyə müvafiq medikamentoz müalicə təyin olunub. Kompüter tomoqrafiyası (KT) müayinəsi nəticəsinə əsasən isə xəstəyə “Sol dirsək nahiyyəsinin sıyrılmış yarası, sol qasıq sümüyünün sirkə kasası səviyyəsində oynaq səthindən kənari yerdəyişməmiş sınığı” diaqnozu təyin olunub. Bu diaqnoza əsasən xəstə Cərrahiyyə şöbəsinə köçürülüb, xəstəlik tarixi açılaraq müalicəsi həkim nəzarəti altında davam etdirilib. 10.10.2025-ci il tarixində saat 00:15 radələrində stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb. Pasiyentə dərhal tibbi yardım göstərilib və “Qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun qapalı travması, aqonal vəziyyət” diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib", - rəsmi açıqlamada qeyd olunub.

Xırdalanda FACİƏ: kişi binadan yıxılıb öldü

Abşeronda kişi binadan yıxılıb. Sozcu.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərinin Ənnağı Bünyadov küçəsində qeydə alınıb. 48 yaşlı Şahmarov Seymur Hafiz oğlu səhər saat 9 radələrində qeyd edilən ünvandakı 6 mərtəbəli yaşayış binasının pəncərəsindən yerə yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Lənkəranda qəza: 2 məktəbli və 2 tələbə xəsarət aldı

Lənkəranda baş verən yol qəzasında 2-si məktəbli, 2-si tələbə olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib. 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi VAZ-2106 markalı avtomobil Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişinlər — 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Məlumata görə, xəsarət alanlardan ikisi məktəbli, ikisi isə tələbədir. Faktla bağlı araşdırma aparılır.

Gəncədə 14 yaşlı oğlan itkin düşdü

Gəncədə məktəbli itkin düşüb. Sozcu.az xəbər verir ki, Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşən Alıməmmədov ötən gün yaşadıqları evdən hazırlıq kursuna getmək adı ilə çıxıb, bundan sonra ondan xəbər olmayıb. E.Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir.