Od çərşənbəsi yanğınlara səbəb olub - RƏSMİ

Od çərşənbəsi zamanı çərşənbə tonqalı səbəbindən iki yanğın hadisəsi olub. Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin şöbə müdirinin müavini Ehtiram Xəlilov bildirib. "03.03.2026-cı il tarixində çərşənbə tonqalı ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 yanğın hadisəsinə çıxış olub və yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qəsa müddətdə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb",- deyə E.Xəlilov qeyd edib.

Laçın-Şuşa yolunda ağır qəza - Ölən var

Gecə saatlarında Laçın-Şuşa yolunda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə dəyib və nəticədə aşıb. Hadisə zamanı üç nəfər həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu - Dağıntılar var

Şamaxıda baş verən zəlzələ nəticəsində ev və obyektlərə ziyan dəyib. Sozcu.az xəbər verir ki, baş vermiş yeraltı təkanlar nəticəsində əsasən Şamaxı və Ağsu rayonlarında dağıntılar olub. Hadisə nəticəsində Şamaxının Bağırlı, Ovculu, Çöl Göylər, Dağ Göylər, Çarhan, Adnalı, Nüydü, Quşçu kəndlərində, Ağsu rayonunun isə Ləngəbiz, Qəşəd, Bico, Keçdiməz, Gəgəli və digər kəndlərində evlərdə təhlükəli çatlar yaranıb, yarımtikililər dağılıb. Adıçəkilən kəndlərdə onlarla evdə çatlar aşkar edilib, əhaliyə xeyli ziyan dəyib. Xatırladaq ki, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. (Oxu.az)

İran İsrail zabitlərinin olduğu yeri vurdu: 10 ölü

İran İsrail Hərbi Hava Qüvvələri zabitlərinin görüşünün keçirildiyi əraziyə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində İsrail ordusunun 10 zabiti öldürülüb. “Koordinatlar SEPAH-ın Qüds Qüvvələri tərəfindən ötürülüb. Hədəflərin əhəmiyyəti səbəbindən “Fəttah” hipersəs raketindən istifadə edilib”, - məlumatda bildirilib.

Kəlbəcərdə avtomobil aşıb, xəsarət alanlar var

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 1960-cı il təvəllüdlü A. Hüseynov, 1976-cı il təvəllüdlü R. Mirzəyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal yaralılara yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA)

İrana hücum: Təbrizdə də partlayış səsləri eşidilir

İsrailin İrana hücumu zamanı Tehranla yanaşı, başqa şəhərlər də hədəfə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Qeyd olunub ki, İsfahan, Qum, Lorestan, Kirmanşah, Təbriz, Kərəcdə də partlayış səsləri eşidilib.

Bakıda kişinin başı daşa dəydi, öldü

Bakıda başı daşa dəyərək xəsarət alan şəxs həyatını itirib. Sozcu.az xəbər verir ki, 1958-ci il təvəllüdlü Qüdrət İsmət oğlu Hüseynov A.Məlikov küçəsində yıxılaraq baş nahiyəsində xəsarətlə xəstəxanaya yerləşdirilib. O, fevralın 25-i saat 03 radələrində yerləşdirildiyi xəstəxanada ölüb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Ağdam sakini evində öldü tapıldı

Ağdamda evlərdən birində meyit tapılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, meyitin 1958-ci il təvəllüdlü Yusif Asif oğlu Əliyevə məxsus olduğu bildirilir. Y.Əliyevin meyiti ötən gün saat 12 radələrində mərhumun Quzanlı qəsəbəsində yaşadığı evdə aşkar edilib. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Həbsdə olan Şəmşad Ağanın bacısı da vəfat etdi

Həbsdə olan jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın bacısı Zəminə Ağayevə vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları sosial media vasitəsilə məlumat yayıblar. Xatırladaq ki, ötən ayın 28-də jurnalistin anası, ötən il oktyabrın 12-də isə 18 yaşlı qardaşı qızı Səma Ağayeva dünyasını dəyişmişdi. Qeyd edək ki, Şəmşad Ağa ötən ilin fevral ayında “Meydan TV” işi üzrə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bakıda küçədə qadın meyiti tapıldı

Bakıda 82 yaşlı qadın küçədə qəfil ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 22-sində Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20-nin qarşısında baş verib. Qəsəbə sakini 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyeva küçədə qəfil vəfat edib. Onun meyiti küçə sakinləri tərəfindən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırmalar aparılır.

Goranboyda peyvənd vurulan azyaşlı ölüb

Goranboyda azyaşlı ölüb. Fevralın 20-si Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü N.Mirzəyevə kəndin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. Səhəri gün yəni fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb. Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılır./APA

Azərbaycanla sərhəddə faciə: əmiuşaqları yanaraq öldü

Ötən gün Azərbaycanla həmsərhəd Kaxetiya vilayətində faciə baş verib.  Sozcu.az xəbər verir ki, baş verən avtomobil yanğınında 3 yeniyetmə həlak olub. İlkin məlumatlara görə, Melaani kəndi yaxınlığında avtomobil aşıb və alovlanıb. Sükan arxasında olan 14 yaşlı oğlan və daha bir yeniyetmə maşından son anda çıxa bilib. Qalan üçü nəfər isə həlak olub. Ölənlərin əmiuşaqları olduğu bildirilir.