İranın Azərbaycanı hədəf alması… - Ukrayna

Biz Yaxın Şərq və Avropa ölkələrinə qarşı etdiyi hücumlardan sonra İranın Azərbaycanı hədəf almasını pisləyirik.

Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb.

“İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki, Tehran rejimi regional deyil, qlobal bir təhdiddir”, - nazir qeyd edib.

Sibiqa İran rejiminin yaratdığı təhdidləri neytrallaşdırmaq, İran xalqı üçün normal həyat şansı vermək, Yaxın Şərqdə və daha geniş ərazilərdə təhlükəsizlik və sabitliyi bərpa etmək üçün bütün beynəlxalq səylərin birləşdirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Naxçıvana İrandan dron hücumları həyata keçirilib.

Share on Facebook