Ermənistanda əsgər güllə yarasından öldü

Ermənistanda hərbi qulluqçu poliqonda aldığı güllə yarasından ölüb.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Bildirilir ki, hadisə günorta saatlarında baş verib. 19 yaşlı əsgər N.A. paytaxt xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Fakt üzrə cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.

Share on Facebook