Sosial şəbəkələrdə tanış olduğu qadınların evindən və parfümeriya mağazasından oğurluq edən şəxslər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə bir nəfər xanım müraciət edərək “Azar” sosial şəbəkəsində tanış olduğu şəxsin onun evindən 100 dollar və ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarını oğurladığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elman Eminov saxlanılıb. O, izahatında etdiyi oğurluğu etiraf edib. Araşdırma zamanı Elman Eminovun digər bu kimi cinayətlər törətməkdə şübəli bilindiyi üçün axtarışda olduğu müəyyən edilib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Bakıxanov qəsəbəsində yerləşən parfümeriya mağazasında satıcının mobil telefonunu oğurlayan Xəqani İsmayılov da tutulub. Həmin şəxs izahatında mobil telefonu satdığını bildirib. Faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Göyçay rayonu, Həbibi küçəsi ev 50 sakin Azadov Seymur Əlibala oğlu , Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət edib. Sozcu az saytı həmin müraciəti olduğu kimi təqdim edir: Cənab Baş Prokuror, 03 avqust 2022-ci il tarixdə, Ucar rayonunda məni qəbul etdiniz. Həmin vaxtı Sizə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə konkret subutlarla məlumat verdim. Siz, Göyçay rayon prokuroru Ramil Hüseynova obyektiv araşdırma aparıb qanunu tədbir görməyə tapşırıq verdiniz. Ancaq üzərindən 7 ay keçsə də, heç bir tədbir görülmədiyini görüb 10 fevral 2023-cü il tarixdə Kürdəmir rayonunda təkrar Sizin qəbulunuzda oldum. Həmin vaxt Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində heç bir tədbir görülməməsi barədə sizə məlumat verdikdə, siz, Göyçay rayon prokuroru Ramil Hüseynova irad tutdunuz və bu məsələnin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırlmasına tapşırıq verdiniz. Bundan sonra məlumat aldım ki, Şakir Əhmədovu və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırıb dindiriblər.Hətta, rayonda söz yayıldı ki, Şakir Əhmədovun tutduğu vəzifədən azad ediblər. Ancaq, indiyə qədər məni araşdırmaya çağırıb dindirməyiblər.Hansı ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə məndə konkret və mötəbər subutlar var ki, araşdırmaya təqdim edə bilərəm.Həmin subutların araşdırılmasına zərurət var. Həmçinin, Şakir Əhmədov tutuduğu vəzifədən azad olunsada yenə də işə gedib iş kabinetində əyləşib göstərişlər verir. Qeyd edim ki, Şakir Əhmədov uzun illər boyu dövlətin ayırdığı külli miqdarda vəsaiti talan edib, adı işdə gedib özləri başqa-başqa yerdə olanların maaş kartlarını mənimsəyib, idarədə işləməyən texnikalara ehtiyat hissələri yanacaq yazılaraq mənimsənilir.Yaxın qohumlarının adını tabeliyində işə yazdırıb, onlar işə işə gəlmirlər. Şakir Əhmədov təkcə Göyçay şəhərində özünə 5 böyük mənzil alıb, özünə məxsus bir neçə böyük obyektləri icarəyə verib. Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov talançılıq yolu ilə dövlətə küllü miqdarda ziyanlar vurub. Cənab Kamran Əliyev, Sizdən xahiş edirəm ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmada mənimdə dindirilməyimi təmin edib, ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.
Qanuni oğru Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib. Sozcu.az Unikal-a istinadən xəbər ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb. O, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib. Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Rəşad İsmayılov qanuni oğru Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxınları kimi tanınan Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlində təqsirli bilinib. Hadisə 2009-cu il mayın 15-də baş verib. Adıçəkilən şəxslər BMV-X5 markalı avtomobildə "TT" markalı tapança və "Kalaşnikov" avtomatından güllələniblər.
Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağkəsəmən kəndində keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, yol qəzası zamanı 2 nəfər hadisə yerində ölüb.apa