Göyçay rayonu, Həbibi küçəsi ev 50 sakin Azadov Seymur Əlibala oğlu , Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət edib.
Sozcu az saytı həmin müraciəti olduğu kimi təqdim edir:
Cənab Baş Prokuror,
03 avqust 2022-ci il tarixdə, Ucar rayonunda məni qəbul etdiniz. Həmin vaxtı Sizə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə konkret subutlarla məlumat verdim. Siz, Göyçay rayon prokuroru Ramil Hüseynova obyektiv araşdırma aparıb qanunu tədbir görməyə tapşırıq verdiniz. Ancaq üzərindən 7 ay keçsə də, heç bir tədbir görülmədiyini görüb 10 fevral 2023-cü il tarixdə Kürdəmir rayonunda təkrar Sizin qəbulunuzda oldum. Həmin vaxt Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində heç bir tədbir görülməməsi barədə sizə məlumat verdikdə, siz, Göyçay rayon prokuroru Ramil Hüseynova irad tutdunuz və bu məsələnin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırlmasına tapşırıq verdiniz. Bundan sonra məlumat aldım ki, Şakir Əhmədovu və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırıb dindiriblər.Hətta, rayonda söz yayıldı ki, Şakir Əhmədovun tutduğu vəzifədən azad ediblər.
Ancaq, indiyə qədər məni araşdırmaya çağırıb dindirməyiblər.Hansı ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə məndə konkret və mötəbər subutlar var ki, araşdırmaya təqdim edə bilərəm.Həmin subutların araşdırılmasına zərurət var.
Həmçinin, Şakir Əhmədov tutuduğu vəzifədən azad olunsada yenə də işə gedib iş kabinetində əyləşib göstərişlər verir.
Qeyd edim ki, Şakir Əhmədov uzun illər boyu dövlətin ayırdığı külli miqdarda vəsaiti talan edib, adı işdə gedib özləri başqa-başqa yerdə olanların maaş kartlarını mənimsəyib, idarədə işləməyən texnikalara ehtiyat hissələri yanacaq yazılaraq mənimsənilir.Yaxın qohumlarının adını tabeliyində işə yazdırıb, onlar işə işə gəlmirlər.
Şakir Əhmədov təkcə Göyçay şəhərində özünə 5 böyük mənzil alıb, özünə məxsus bir neçə böyük obyektləri icarəyə verib. Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov talançılıq yolu ilə dövlətə küllü miqdarda ziyanlar vurub.
Cənab Kamran Əliyev, Sizdən xahiş edirəm ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmada mənimdə dindirilməyimi təmin edib, ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.