Bakıda obyektdə partlayış oldu: 3 nəfər... - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb. FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü

Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Məlumata görə, rayonun A.M.Şərifzadə küçəsində yerləşən xəstəxanada Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanova doğuş zamanı ölüb. Faktla bağlı araşdırma aparılır.

Laçın və Kəlbəcərdə yanğın: 2 helikopter cəlb olundu

Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazidə davam edən yanğın olan əraziyə 2 helikopter cəlb olunub. Sozcu.az Teleqraf-a istiandən xəbər verir ki, davam edən yanğın hadisəsi zamanı alov dağlıq ərazidəki meşə massivinə yayılıb. Yanğının qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.

Fəhlələri daşıyan mikroavtobus kanala aşdı: 12 nəfər...

09:30 Yevlax şəhərindən Şəmkirdəki istixanalardan birində işləyən fəhlələri aparan mikroavtobus Keçili kəndi ərazisində idarəetmədən çıxaraq su kanalına aşıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10-dan artıq şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. *** Yevlax rayonundan Şəmkirə fəhlələri aparan və Keçili kəndi ərazisində su kanalına aşan mikroavtobusda 12 nəfər xəsarət alıb. Həmin şəxslərin adlarını təqdim edirik: Musayeva Aygün Rövşən qızı (1984) Hüseynova Aygül Həsən qızı (1958) Hüseynova Laləzar Göygöz qızı (1965) Məmmədova Afət Eyyub qızı (1962) Məmmədova Natella Müzəffər qızı (1966) Cəfərova Məlahət Cəfər qızı (1965) Səlimov Elman Rasim oğlu (1994) Musayeva Nuriyyə Köçəri qızı (1986) Musayeva Bəsti Köçəri qızı (1956) Əhmədova Gülnar Ramiz qızı (1987) Babayeva Mahirə Bayram qızı (1970). Bundan başqa, Samirə adlı qadının da xəsarət aldığı bildirilir. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Avtomobildə olan şəxslərin hamısı Yevlax rayonunun müxtəlif kənd sakinləridir. Məlumat üçün bildirək ki, "Mersedes" markalı mikroavtobusun qəzaya uğraması hadisəsi Kür-Narınqala avtomobil yolunda qeydə alınıb. Sözügedən ərazi Şəmkirin Keçili kəndinin pay torpaqları və təsərrüatlarına aparan avtomobil yoludur. İlkin ehtimala görə, hadisə sürücünün dönmə əməliyyatı yerinə yetirdiyi vaxt baş verib. *** Şəmkirdə avtomobil qəzasında xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır. Bu barədə TƏBİB-dən bildirilib. Qurumdan bildirilib ki, xəsarət alanların 11-i qadın və biri kişidir. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Gəncədə ər arvadını döyüb xəstəxanalıq etdi

Gəncədə qadın döyülüb. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində baş verib. Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Pərvanə İsmayılova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın həyat yoldaşı tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.

"Kamaz" 87 yaşlı kişini həyətində vurub öldürdü

Qusar rayonunda "Kamaz" 87 yaşlı kişini vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Qusar rayonunun Urva kəndində baş verib. Gəray Tariquliyev idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə həmkəndlisi, 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayevi vurub. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bakıda 18 yaşlı qız faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı qız dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Leyli Yusif qızı Məmmədova yaşadığı Nəsimi rayonu Dağıstan küçəsində hamam otağında dəm qazından zəhərlənərək ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Göygöldə yanğın - Tüstüdən zəhərlənənlər var

Göygöldə yanğın hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb. Belə ki rayon ərazisindən yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın baş verib. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində rayon sakini 1961-ci il təvəllüdlü İ.Hüseynova məxsus ümumi sahəsi 200kv.m olan 1 mərtəbəli kürsülü 4 otaqlı evin dəhlizində 1 ədəd divan yanıb, yüksək temperaturdan 3 ədəd plastik qapı və 1 ədəd pəncərə çərçivəsi qismən yanıb. Yanğın söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın nəticəsində 1989-cu il təvəllüdlü A.Huseynova tüstüdən zəhərlənib. Zəhərlənən qadın xəstəxanaya yerləşdirilib. Ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Ər və arvad faciəvi şəkildə öldü

Samuxda ər və arvad dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Hacılı kədində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva yaşadıqları evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Kəlbəcərdəki yanğın davam edir

Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğının söndürülməsi tədbirləri davam edir. FHN-in Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

Gəncədə 58 yaşlı kişi faciəvi şəkildə öldü

Gəncədə 58 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Samux rayon sakini Ceyhun Vəliyev Gəncə şəhərində transformatorların birinin yanında yüksək elektrik cəryanın vurması nəticəsində həyatını itirib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Fabrikdə işçilər dəmir təbəqənin altında qalaraq öldü

Türkiyənin Kırıkkale şəhərinin Yahşıhan rayonunda yerləşən fabrikdə kompressorda qaynaq zamanı 2 işçi dəmir təbəqənin altında qalaraq ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, onlar 56 yaşlı Mutlu Atay, 58 yaşlı Tekin Omaydır. Hadisənin səbəbi və şəraitlə bağlı araşdırma aparılır.