Oğuzda dəhşət: 21 yaşlı oğlan maşında yanaraq öldü...

Oğuzda ölümlə nəticələnən ağır qəza baş verib. Sozcu.az xəbər verir ki, Nihad Namiq oğlu Əlizadə BMV markalı avtomobillə Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşaraq yanmağa başlayıb. Nəticədə avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Rəvan Asaf oğlu Mirzəyev hadisə yerində ölüb. Faktla bağı Oğuz Rayon Polis Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Mingəçevirdə zirzəmidə körpə tapıldı

Mingəçevir şəhərində zirzəmidə köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd olunub ki, azyaşlının həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Bakıda binada yanğın

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Özünü müalicə aldığı xəstəxanadan yerə atdı, öldü...

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsində xəstənin özünü ikinci mərtəbədən atdığı bildirilir. Məlumata görə, Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsində xəstə kimi müalicə alırmış. Həmin şəxsə xəstəxanada dərman verilmədiyi üçün özünü ikinci mərtəbədən atdığı iddiia edilir. Sozcu.az xəbər verir ki, TƏBİB-dən Modern.az-a 07.10.2025-ci il tarixində 1979-cu il təvəllüdlü (kişi) şəxsin xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunduğu bildirilib. "İlkin müayinə zamanı xəstəyə “Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)” diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib. 06.10.2025-ci il tarixində aparılmış USM müayinəsi zamanı əlavə narahatlıqlar müşahidə edilib və xəstəyə müvafiq medikamentoz müalicə təyin olunub. Kompüter tomoqrafiyası (KT) müayinəsi nəticəsinə əsasən isə xəstəyə “Sol dirsək nahiyyəsinin sıyrılmış yarası, sol qasıq sümüyünün sirkə kasası səviyyəsində oynaq səthindən kənari yerdəyişməmiş sınığı” diaqnozu təyin olunub. Bu diaqnoza əsasən xəstə Cərrahiyyə şöbəsinə köçürülüb, xəstəlik tarixi açılaraq müalicəsi həkim nəzarəti altında davam etdirilib. 10.10.2025-ci il tarixində saat 00:15 radələrində stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb. Pasiyentə dərhal tibbi yardım göstərilib və “Qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun qapalı travması, aqonal vəziyyət” diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib", - rəsmi açıqlamada qeyd olunub.

Xırdalanda FACİƏ: kişi binadan yıxılıb öldü

Abşeronda kişi binadan yıxılıb. Sozcu.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərinin Ənnağı Bünyadov küçəsində qeydə alınıb. 48 yaşlı Şahmarov Seymur Hafiz oğlu səhər saat 9 radələrində qeyd edilən ünvandakı 6 mərtəbəli yaşayış binasının pəncərəsindən yerə yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Lənkəranda qəza: 2 məktəbli və 2 tələbə xəsarət aldı

Lənkəranda baş verən yol qəzasında 2-si məktəbli, 2-si tələbə olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib. 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi VAZ-2106 markalı avtomobil Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişinlər — 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Məlumata görə, xəsarət alanlardan ikisi məktəbli, ikisi isə tələbədir. Faktla bağlı araşdırma aparılır.

Gəncədə 14 yaşlı oğlan itkin düşdü

Gəncədə məktəbli itkin düşüb. Sozcu.az xəbər verir ki, Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşən Alıməmmədov ötən gün yaşadıqları evdən hazırlıq kursuna getmək adı ilə çıxıb, bundan sonra ondan xəbər olmayıb. E.Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir. 

Qəbələdə ağır qəza: ölən var

Qəbələdə maşın beton dirəyə çırpılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Baun qəsəbəsində baş verib. Belə ki, Elvin Qasımov idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və beton dirəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin Cahid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb Sürücü və və digər sərnişin Laçın Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı cinayət işi açılıb.

11-ci sinif şagirdi vəfat etdi - FOTO

Şəmkirdə 11-ci sinif şagirdi Rəsul Ələddin oğlu Qəribov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə onun təhsil aldığı Şəmkir rayonu Aşağı Seyfəli kənd Natiq Abbasov adına tam orta məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məktəblinin hansı səbəbdən vəfat etdiyi barədə məlumat yoxdur.modern)

Usta zavodun damından yıxılaraq ÖLDÜ

Bakıda usta zavodun dam örtüyündən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, oktyabrın 5-i saat 15 radələrində İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Əfqan Ədalət oğlu Babayev Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi - FOTO

44 günlük Vətən müharibəsi iştirakçısı Vüsal Məhərrəm oğlu Əliyev vəfat edib. Sozcu.az Oxu.Az-a istinadla xəbər verir ki, 27 yaşlı V.Əliyev Babək rayonunun Nehrəm qəsəbəsində dünyasını dəyişib. Bildirilib ki, o, bu gün qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Məktəb uçdu - Ölənlərin sayı 36-ya çatdı

İndoneziyada internat tipli məktəbin binasının uçması nəticəsində ölən şagirdlərin sayı 36-a çatıb. Modern.az-ın məlumatına görə, bu barədə "CNN Indonesia" Milli Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən xəbər verir. Məlumata görə, dağıntılar altında qaldığı güman edilən daha 27 şagirdin meyitinin axtarışı artıq 7-ci gündür davam edir. Onların əksəriyyəti 13–19 yaş arası yeniyetmələrdir. Axtarış-xilasetmə işlərinin 60 %-i artıq tamamlanıb. Agentlik işləri oktyabrın 6-a qədər başa çatdırmağı planlaşdırır. Qeyd edək ki, sentyabrın 30-da İndoneziyanın Sidoarjo şəhərində internat məktəbi binasının uçması zamanı 100 nəfərdən çox insan xəsarət almışdı.