Suriyanın keçmiş rəhbərliyini tərifləyən mahnılar ifa etməsi ilə məşhur olan müğənni Camal Əsəf Hələb şəhərində öldürülüb.
Sozcu.az xəbər verir ki, bu barədə “Suriya TV” məlumat yayıb.
“Camal Əsəf Hələbin Əl-Furdus rayonunda onu saxlamağa cəhd edən təhlükəsizlik patrulu ilə atışma zamanı öldürülüb”, - telekanal bildirib.
Məlumata görə, atışma zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı da yaralanıb.
