Motosiklet avtomobilə çırpıldı

Paytaxtda yolun hərəkət istiqamətində maşını saxlayaraq qəfil qapını açan sürücü qəzaya səbəb olub. Sozcu.az "Unikal"-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Karl Hüseyn küçəsində baş verib. İdarə etdiyi "BMW" markalı avtomobili dayandıraraq qapını açan sürücünün səhlənkarlığı nəticəsində yoldan ötən motosiklet həmin qapıya çırpılıb. Xoşbəxtlikdən hadisə özəl tibb müəssisəsinin qarşısında baş verib və müxtəlif bədən xəsarətləri alan motosikletçiyə yardım edilib. Faktla bağlı araşdırma başlanıb.

Azərbaycanda palçıq vulkanı püskürüb

Hacıqabul rayonu ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb. Bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşayiət edilib. Vulkan püskürməsi Bakı-Qazax magistralından, Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə olunub./APA

Bakıda 2 nəfər dəm qazından öldü

Bakıda daha iki nəfər dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, Nardaran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşid Rasim oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib. Bundan əlavə analoji hadisə Nərimanov rayonunda yaşanıb. Xətai küçəsi, ev 33, mənzil 12-də yaşayan 1962-ci il təvəllüdlü Elyar Calal oğlu Muradov hamam otağında dəm qazından ölüb. Araşdırma aparılır.

Samuxda qəza - Ölən və yaralananlar var

Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb. Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir. Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur. Faktla bağlı araşdırma aparılır.

Yeniyetmə qardaşlar qəzaya düşdü, biri öldü

Neftçalada baş verən qəzada yeniyetmə ölüb. Sozcu.az xəbər verir ki, hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb. Məlumata görə, "Mersedes Sprinter" və VAZ-2106 markalı avtomobillər toqquşub. VAZ-2106-da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Murad Sabir oğlu Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb. Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bacı-qardaşın yanaraq ölməsi: cinayət işi başladı

Ötən gün Səbail rayonunda yanğında iki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanılıb. Sozcu.az xəbər verir ki, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi, 17-ci küçədə yaşayan 1956-cı il təvəllüdlü Rəna Mahmud qızı Nəbiyeva və qardaşı - 1951-ci il təvəllüdlü Firudin Mahmud oğlu Nəbiyev yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər. Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlərək öldü

Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlərək ölüb. Sozcu.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Fəzail Fariz oğlu Əbiyev yaşadığı İmamqulukənd kəndində yerləşən fərdi yaşayış evində hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ailə üzvünün vurduğu iynədən şoka düşərək öldü

Bakıda 60 yaşlı kişi iynədən şoka düşərək ölüb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov yaşadığı evdə səhhətində problem yarandığından ailə üzvlərindən biri tərəfindən ona antibiotik iynəsi vurulması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

Binadan başına yük düşdü, öldü

Abşeron rayonunda 65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, tikinti sahəsində fəhlə işləyən Asif Məmmədovun başına binanın yuxarı hissəsindən yük düşüb və nəticədə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda 19 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadə idarə etdiyi "Renault Megane" markalı avtomobil ilə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əks istiqamətində hərəkətdə olan, 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi "Ihonzda FX32" markalı motosiklet toqquşub. Hadisə nəticəsində R.Səfərli hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda 10 yaşlı uşaq və yeniyetmə faciəvi şəkildə öldü

Bakının Binəqədi rayonunda 10 yaşlı uşaq dəm qazından boğulub. Sozcu.az APA-ya istiandən xəbər verir ki, hadisə yanvarın 22-də baş verib. 2016-cı il təvəllüdlü U.V. yaşadığı E.Babayev küçəsində evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən U.V. orada ölüb. Araşdırma aparılır. Dəm qazından növbəti ölüm hadisəsi isə Bakının Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbə sakini, 2012-ci il təvəllüdlü Ə.N. yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Bakıdakı güclü yanğının başvermə səbəbi bəlli oldu

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verən yanğın zamanı iki mağaza və bir anbar tam, yaxınlıqda olan daha bir obyekt isə qismən yanıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, yanğına səbəb mağazalardan birinin anbarında olan elektrik naqilindəki qısaqapanma olub. Qısaqapanma nəticəsində anbarda yanğın başlayıb. Anbardakı məhsullar tezalışan maddə olduğundan yanğın qısa müddətdə güclənib və ətrafdakı mağazalara keçib. Anbar və mağazalarda əsasən tikinti materialları olub. Hazırda Fövqəladə Hallar Nazirliyi ərazidə qərargah yaradıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan müəyyənləşdirilir.