16:13
Salyan rayonunun Çadırlı kəndində bir ailənin dörd üzvü zəhərlənib, 11 yaşlı uşaq xəstəxanada ölüb.
Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb.
Cəfərovlar ailəsinin dörd üzvü zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Lakin kənd sakini, 2015-ci il təvəllüdlü Hüseyn Cavanşir oğlu Cəfərovun vəziyyəti pisləşdiyi üçün yenidən xəstəxanaya göndərilib. Xəstəxanaya çatdırılanadək həkimə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydiyyatda olan ailə Salyanın Çadırlı kəndində yaşayır.
***
Salyan rayonunun Çadırlı kəndində bir ailənin üzvlərinin nədən zəhərləndiyi məlum olub.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 12-də 01:20 radələrində zəhərlənmə şübhəsilə 3-ü qadın, 1-i kişi olmaqla 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.
Pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü (kişi) azyaşlı 12.02.2026-cı il tarixində 15:00 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.
Hazırda digər 3 nəfərin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
