Tərtər rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Sozcu.az xəbər verir ki, hadisə Tərtər-Goran yolunun Seydimli kəndi ərazisində qeydə alınıb.
Rayon sakini İxtiyar Cəfərovun idarə etdiyi "JAC" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarına aşıb.
Qəza zamanı avtomobildə olan 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
