İki gün əvvəl itkin düşən kişinin meyiti kanalda tapıldı

Ucar rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Sozcu.az xəbər verir ki, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Vahid Məmmədov iki gün əvvəl itkin düşüb. Yaxınlarının axtarışları nəticəsində V.Məmmədovun meyiti fevralın 17-də axşam saatlarında kənd ərazisindən keçən su kanalında aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook