İlham Əliyevlə Kobaxidzde bəyanatlarla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edirlər. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentlərin təkbətək görüşü başladı

Aprelin 6-da Tiflisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixail Kavelaşvili ilə təkbətək görüşü olub. Sozcu.az xəbər verir ki, sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

Budapeştdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında bildirib. “Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezidentin köməkçisi əlavə edib.

İran ağlabatan mövqe tutur, lakin... - Tramp

İran danışıqlar zamanı ağlabatan mövqe tutur, lakin nüvə silahları Tehran üçün qəbuledilməz olaraq qalır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Onlar bizimlə danışır və ağlabatan şeylər deyirlər. Və unutmayın: onların nüvə silahı ola bilməz", - deyə Amerika lideri bildirib.

ABŞ və İran Türkiyə vasitəsilə danışıb - KİV

Tehran və Vaşinqton arasında gərginliyi azaltmaq üçün Misir və Türkiyə vasitəsilə xoşməramlı münasibətlərə əsaslanan mesajlar mübadiləsi aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmilərindən biri “Əl-Cəzirə” açıqlamasında deyib.

“Biz bu torpaqların əsl sahibləriyik” - İlham Əliyev

"Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Bunun nəticəsində biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik". Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Xocavənd rayonunun Xanoba kəndinin sakinləri ilə söhbəti zamanı deyib. "Çünki Ermənistan buranı viran qoymuşdu. Yəni bütün kənd, qəsəbə, şəhər - hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündə idi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında, Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdə idi. Yəni hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar. Siz də artıq üç-dörd gündür ki, buradasınız", - deyə dövlətimizin başçısı qeyd edib.

“Paşinyan Rusiyanın yardımından imtina edib” – Poltoloq

Errmənistan hökuməti Rusiyanın müxtəlif dövlət təşkilatlarının Qarabağ ermənilərinə göndərmək istədiyi hümanitar yardımdan imtina edib. Doğru qərardır. Çünki, Ermənistanın baş naziri Nikol Paşinyan üçün Qarabağ erməniləri mövzusu bitib”. Sozcu.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib. Politoloq qeyd edib ki, Paşinyan bunu iki gün əvvəl Avropa Parlamentindəki çıxışında da bildirib: “Qarabağ ermənilərinin kütləvi şəkildə Ermənistan vətəndaşlığının verildiyini deyən baş nazir ermənilərin geri dönüşü siyasətinin yanlış olduğunu, bunun Azərbaycanla münasibətləri yenidən gərginləşdirə biləcəyini vurğulayıb. Paşinyan bu mövzuya nöqtə qoyarkən, Kreml ermənilərə “humanitar yardım” adıyla Qarabağ mövzusunu yenə qaşımağa çalışır. O da aydındır ki, Kreml Qarabağ ermənilərinə humanitar yardım adıyla onları Ermənistanda parlament seçkisi öncəsi Paşinayan qarşı fəallaşdırmağa çalışır”. “Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Ermənistanda yaşayan Qarabağ ermənilərinin guya Rusiyanın humanitar yardımlarına ehtiyacı var. Kreml “humanitar yadım” məsələsində israr etməklə Ermənistanın daxili işlərinə qarışır. Ermənistan rəhbərliyi Rusiyaya söyləyir ki, “yardıma ehtiyac yoxdur”, Kreml isə bunun əksini iddia edərək, “Sənin vətəndaşlarına yardım göndərmək istəyirəm” israrından əl çəkmir. Buna baxmayaraq, Paşinyanın qərarı qətidir, Rusiyadan “humanitar yardımların” qarşısı alınıb”, – deyə Elxan Şahinoğlu bildirib.

Ermənistanla sülhdən sonra bunun üzərində ürəkdən çalışırıq

Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində ürəkdən çalışırıq və o da Ermənistanın ərazisindən keçir. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər. Bu günə qədər bu, hələlik yoxdur. Bunun sayəsində biz Azərbaycanın əsas hissəsi ilə eksklavımız olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantını yarada biləcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.

Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev

Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. "Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi", - Prezident deyib.

Bu hücumu qətiyyətlə pisləyirik - Latviya prezidenti

Martın 5-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, telefon danışığı zamanı Latviya Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində yaralananların tezliklə şəfa tapmalarını diləyib. Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə Latviyanın dövlət başçısına təşəkkürünü bildirib. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, gələcək təmaslar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

ABŞ Senatı İrana qarşı hərbi güc tətbiqini qadağan edən qətnaməni rədd edib

ABŞ Senatı administrasiyanın qanunvericilik orqanının icazəsi olmadan İrana qarşı hərbi güc tətbiq etməsinin qadağan edilməsini tələb edən qətnaməni rədd edib. Sozcu.az xəbər verir ki, prosedur səsverməsi zamanı 47 senator sənədi dəstəkləyib, 52 senator isə əleyhinə səs verib. Respublikaçılar Partiyasının nümayəndələrinin nəzarətində olan Konqresin yuxarı palatasında təsdiqlənməsi üçün sənəd prosedur və yekun səsvermə zamanı qanunvericilərin sadə səs çoxluğu ilə dəstəklənməlidir. Hazırkı prezident Donald Trampın partiyasının üzvləri tərəfindən idarə olunan ABŞ Nümayəndələr Palatasında da oxşar sənəd üzrə səsvermənin cümə axşamı günü keçirilməsi gözlənilir. "Washington Post" əvvəllər sənədlərin ABŞ Konqresi tərəfindən təsdiqlənmə ehtimalının az olduğunu proqnozlaşdırmışdı. Hətta onlar Konqres tərəfindən təsdiqlənsə belə, prezidentin ona veto qoymaq hüququ olacaq.