Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xarici ölkələrə ümumi dəyəri 6 milyard 698,6 milyon dollar olan 18 milyard 527,8 milyon kubmetr təbii qaz satıb.
Sozcu.az xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 361 dollar olub.
Qeyd edək ki, Azərbaycan təbii qazı 6 ölkəyə satıb.
Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
İtaliya – 7,06 milyard kubmetr (496 dollar);
Türkiyə – 7,46 milyard kubmetr (272 dollar);
Gürcüstan – 1,73 milyard kubmetr (107 dollar);
Bolqarıstan – 1,42 milyard kubmetr (367 dollar);
Yunanıstan – 679,6 milyon kubmetr (527 dollar);
Serbiya – 186,4 milyon kubmetr (557 dollar).
Məlumat üçün bildirək ki, Azərbaycan daxilində əhaliyə satılan təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün tarif 125 manat, 1200 - 2500 kub metrədək olan hissəsi üçün 220 manat, 2 500 kub metrdən çox olan hissəsi üçün isə 300 manat müəyyənləşdirilib. Göründüyü kimi, Azərbaycanda əhaliyə satılan təbii qazın orta satış qiyməti 215 manat (126 dollar) təşkil edir.
Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə bərabər Türkmənistandan və Rusiyadan təbii qaz idxal edib. Bu ilin ilk 9 ayı ərzində Azərbaycan Türkmənistandan 231 milyon, Rusiyadan isə 21,2 milyon kubmetr qaz alıb. Bu ölkədən alınan qazın 1000 kubmetrinin gömrük dəyəri müvafiq olaraq 152 və 185 dollar olub.yeniavaz)
