Cümşüd Nuriyev Vəhdət Partiyasından çıxarıldı

Vəhdət Partiyasının MNTK-sı Cümşüd Nuriyevin partiyadan xaric edilməsi barədə qərar qəbul edib

Vəhdət Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) Partiyanın Baş Məclisinin sədri Tahir Kərimlinin rəsmi müraciəti daxil olub. Müraciətdə özünü sədr müşaviri kimi təqdim edən Cümşüd Qurban oğlu Nuriyevin 20 noyabr 2025-ci il tarixində sosial şəbəkələrdə Tahir Kərimlini ağır şəkildə təhqir etməsi ilə bağlı tədbir görülməsi xahiş edilib.

Komissiya müraciətə baxaraq müəyyən edib ki, Cümşüd Nuriyev Partiya rəhbərliyinə qarşı etikadan kənar ifadələr işlətməklə və paylaşdığı səs yazısını qəsdən mənfi şəkildə təqdim etməklə Vəhdət Partiyasının Nizamnaməsini ciddi şəkildə pozub. Həmçinin qeyd olunub ki, onun müraciətdən 12 gün sonra bu addımı atması məqsədli xarakter daşıyır.

MNTK yekdilliklə qərara gəlib ki, Partiyaya yeni qəbul edilmiş Cümşüd Nuriyevin fəaliyyəti dağıdıcı xarakter daşıdığı üçün o, Vəhdət Partiyasının Nizamnaməsinin müvafiq maddələrinə əsasən Partiya sıralarında qala bilməz.

Komissiyanın qərarına əsasən:

1. Cümşüd Qurban oğlu Nuriyev Vəhdət Partiyasının üzvlüyündən xaric edilib. 

2. Qərar icra üçün Partiyanın Baş Məclisinə, məlumat üçün Partiya sədrinə göndərilib.

3. Cümşüd Nuriyevin qayda pozuntusunu Partiyadan kənar məkanda törətdiyi nəzərə alınaraq qərarın həmin məkanda dərc olunması qərara alınıb. 

Qərar MNTK sədri Ehtibar Səmədov və MNTK katibi Qərinə Balayeva tərəfindən 21 noyabr 2025-ci ildə imzalanıb.

Share on Facebook