Qalmaqallı maliyyəçi Cefri Epşteyn hələ də sağdır.
Sozcu.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Maskın atası Errol Mask “RİA Novosti”yə müsahibəsində deyib.
“O, dəqiq sağdır. Epşteyn ölməyib. Buna şübhə yoxdur. Onun hətta ölmüş olması belə mümkün deyil”, - Mask bildirib.
O, həmçinin Epşteynin ölümünün rəsmi açıqlamasını da şübhəli hesab edib.
Errol Maskın sözlərinə görə, hadisə zamanı (Epşteynin ölümü - red.) təhlükəsizlik kameraları söndürülmüş və həbsxana mühafizəçiləri yatmışdılar.
