İlham Əliyev Paşinyanla görüşdü - Foto

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb. Sozcu.az xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər. Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

“Bu ərazilər Azərbaycana məxsusdur” - Paşinyan

Ermənistan ərazisində Azərbaycana məxsus anklavlar var. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Eksklav-anklavlar mövzusuna gəlincə, mən əvvəllər bu mövzuya ətraflı toxunmuşam və bu da həll edilməli olan məsələdir. Hətta mən və Ermənistan hökuməti və Ermənistanın heç bir hökuməti eksklav-anklavlar məsələsindən imtina edə bilməz”, - baş nazir qeyd edib. N.Paşinyan bunların suveren Azərbaycan əraziləri olduğunu, bunun Almatı bəyannaməsində əks olunduğunu vurğulayıb. Ermənistan baş naziri Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin də onlara məxsus olduğunu iddia edib. Xatırladaq ki, Ermənistan ərazisində Azərbaycana qaytarılmalı olan Sofulu, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri yerləşir.

Sülh sazişi 2026-cı ilin sonunadək İMZALANA BİLƏR

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladığı Birgə Bəyannamə Cənubi Qafqazda uzun illər davam edən münaqişəyə son qoymaq istiqamətində tarixi addım kimi qiymətləndirilir. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşma regionda yeni siyasi və iqtisadi imkanlar yaradır. Sozcu.az-ın məlumatına görə, bu barədə "Foreign Policy" jurnalında dərc olunan məqalədə bildirilib. Məqalənin müəllifi ABŞ Milli Müdafiə Universitetinin Strateji Tədqiqatlar İnstitutunun araşdırmaçısı Ceffri Mankoffdir. O yazır ki, razılaşma yalnız Bakı və İrəvan üçün deyil, bütün Cənubi Qafqaz üçün dönüş nöqtəsidir. ABŞ uzun müddətdən sonra postsovet məkanında ən böyük diplomatik təşəbbüslərindən birinə imza ataraq bölgəyə qayıdışını nümayiş etdirdi. Mankoff hesab edir ki, Azərbaycanın 2020-ci ildəki hərbi qələbəsi və 2023-cü ildə Qarabağın tam azad edilməsi yeni reallıq yaratdı. Paşinyan bu məğlubiyyət fonunda sülhün zəruriliyini qəbul etdi, Bakı isə üstün mövqeyindən çıxış edərək daha sərt şərtlər irəli sürdü. Sazişə görə, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin müəyyənləşdirilməsi və diplomatik münasibətlərin qurulması nəzərdə tutulur. Ən mübahisəli məqam Naxçıvana gedən dəhliz ilə bağlıdır. Azərbaycan bu yolun maneəsiz açılmasını tələb edir, Ermənistan isə suverenliyinə təhlükə yarada biləcək xarici hərbi nəzarətə qarşı çıxır. ABŞ diplomatiyasının əsas yeniliyi dəhlizin inkişaf hüquqlarının eksklüziv olaraq Vaşinqtona verilməsi təklifidir. Digər mühüm məsələ Ermənistan Konstitusiyasına dəyişikliklərdir. Razılaşma hər iki ölkə üçün mühüm faydalar vəd edir. Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq əldə edərək enerji və infrastruktur layihələrinə sərmayə cəlb edə, həmçinin müdafiə sahəsində məhdudiyyətlərin aradan qalxmasına nail ola bilər. Ermənistan isə uzun illərdir bağlı olan sərhədlərin açılması, Türkiyə ilə normallaşma və regional ticarət şəbəkələrinə qoşulmaq imkanı qazanır. Bu proses “Orta Dəhliz” layihəsini gücləndirərək regionu Avropa və Asiya arasında strateji körpüyə çevirə bilər. Bununla belə, risklər də az deyil. Ermənistanda siyasi qeyri-sabitlik və çevriliş cəhdləri, Rusiyanın və İranın kəskin narazılığı, habelə ictimai etimadın zəifliyi sülh prosesini çətinləşdirir. Moskva artıq Ukraynada Azərbaycan şirkətlərinə məxsus obyektlərə hücum etməklə xəbərdarlıq edib, İran isə ABŞ-ın bölgədə möhkəmlənməsini açıq şəkildə rədd edir. Müəllifin qənaətinə görə, bütün risklərə baxmayaraq, bu sənəd Cənubi Qafqazda yeni dövrün başlanğıcını simvolizə edir. Bu addım yalnız siyasi liderlərin cəsarətini deyil, həm də ABŞ və Fransanın diplomatik səylərini əks etdirir. Onilliklərdir davam edən münaqişənin sonlanması, regionun inteqrasiyası və beynəlxalq güclərin maraqlarının yenidən formalaşması Cənubi Qafqaz üçün yeni perspektivlər açır. Mankoff yazır ki, Vaşinqtonda imzalanan çərçivə razılaşması hələ yekun sülh sənədi deyil. ABŞ administrasiyası bu ilkin sazişin gələcəkdə tam sülh müqaviləsinə çevriləcəyini gözləyir. Məqalədə göstərilir ki, Tramp administrasiyası 2026-cı ilin sonuna qədər yekun sülh sazişinin imzalanıb ratifikasiya olunacağına ümid edir. Yəni 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənəd yalnız çərçivə razılaşmasıdır, əsas sülh sazişinin isə 2026-cı ildə rəsmiləşdirilməsi planlaşdırılır.modern)

“Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı" - İlham Əliyev

Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib. Sozcu.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyada azərbaycanlılara qarşı əsassız hücumlardan danışarkən qeyd edib ki, Azərbaycan yalnız konstruktiv və hüquqi şəkildə cavab verir, lakin heç vaxt Azərbaycana qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcək. “Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.

Kəlbəcərdə bu kompleksə 807 ailə köçürüləcək

Bu gün təməlqoyma mərasimi keçirilən Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verərkən bildirib. Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.

Prezident Kəlbəcər sakinlərinə mənzillərin açarlarını təqdim edib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Sozcu.az xəbər verir ki, sonra dövlət başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.

Hacıyev Türkiyə səfiri ilə sülh prosesini müzakirə etdi

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı cari məsələlər, o cümlədən Türkiyə və Azərbaycan üçün ümumi maraq kəsb edən regional inkişaflar ətraflı müzakirə edilib.

Paşinyandan Qarabağ açıqlaması: Bunsuz sülh mümkün deyildi!

Qarabağ məsələsinin bağlanması Azərbaycanla sülhü mümkün edib. Sozcu.az xəbər verir ki, bunu xalqa müraciətində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Ukrayna heç bir ərazini Rusiyaya verməyəcək - Rubio

Ukrayna öz ərazilərini verməyə hazır deyil, ABŞ isə Kiyevə Rusiya tərəfindən işğal olunmuş bütün regionları təhvil vermək üçün təzyiq göstərmir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib. Qeyd edək ki, Tramp administrasiyasının Rusiyanın işğal etdiyi ərazilərin bu ölkəyə verilməsi ilə bağlı fikri dəstəkləməsi barədə Amerika mediasında məlumatlar yayılıb.

Prezident onlara ali hərbi rütbələr verdi

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.

Minsk qrupunun işinə son qoyuldu - Qurtulmuş

Heç şübhəsiz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması eyni zamanda ATƏT-in Minsk qrupunun işinə son qoyub. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə keçirdiyi görüşdə deyib. Onun sözlərinə görə, 33 il ərzində fəaliyyət göstərməyən, prosesi izləyən və yalnız bir neçə tövsiyə ilə çıxış edən ATƏT-in Minsk qrupunun qeyri-funksionallığı indi tam şəkildə sənədləşdirilib və çox güman ki, tarixi hadisələrdən biri olaraq qalacaq.

İlham Əliyev 2 fərman imzaladı

12:35 Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 965 (Cild I) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 1. 4.2-ci bənddə “3.3.1-ci və 3.3.2-ci yarımbəndləri” sözləri “3.3.2-ci yarımbəndi” sözləri ilə əvəz edilsin. 2. 5.3-cü bənddə “50” rəqəmləri “5” rəqəmi ilə əvəz edilsin. *** Prezident İlham Əliyev “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.7-ci, 6.7.3-cü, 6.7.8-ci və 6.8-ci maddələrində, 6.11-ci maddəsinin birinci cümləsində, 6.12-ci maddəsində, 8.1-ci maddəsinin dördüncü cümləsində, 8.2-ci maddəsində, 9.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 9.2-ci maddəsinin birinci cümləsində, 10.1-ci maddəsinin ikinci cümləsində, 10.2-ci maddəsində, 11.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 11.2-ci maddəsində, 12-ci maddəsinin ikinci cümləsində, 13.1-ci maddəsində, 13.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 13.4-cü maddəsində, 13.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 14.1-ci maddəsində, 15.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.2-ci maddəsinin dördüncü cümləsində, 15.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 15.8-ci və 16.2-ci maddələrinin birinci cümlələrində, 16.4-cü, 17.1-ci və 17.2-ci maddələrində, 18.1-ci maddəsinin ikinci cümləsində, 18.2-ci maddəsinin birinci cümləsində, 18.3-cü maddəsinin ikinci cümləsində, 20.1-ci maddəsinin üçüncü və doqquzuncu cümlələrində, 20.2-ci maddəsinin üçüncü cümləsində, 21.1.9-cu və 23.1.11-ci maddələrində, 25.1-ci maddəsinin dördüncü cümləsində, 25.2-ci, 25.8-ci, 26.2-ci və 27-ci maddələrində, 28-ci maddəsinin adında, 28.1-ci maddəsinin birinci cümləsində, 28.2.2-ci, 28.7-ci, 28.10-cu (hər iki halda), 28.11-ci, 31.2.3-cü və 31.2.17-ci maddələrində, 32.1-ci maddəsinin ikinci, dördüncü və beşinci cümlələrində, 32.2-ci maddəsinin birinci cümləsində, 32.6-cı maddəsinin ikinci cümləsində, 33.3-cü və 34.4-cü maddələrinin birinci cümlələrində, 35.4-cü maddəsində, 36.2-ci maddəsinin ikinci cümləsində, 36.3-cü maddəsinin birinci abzasının birinci cümləsində, 36.5-ci maddəsində, 38.1-ci maddəsinin ikinci cümləsində, 38.2–38.4-cü və 38.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 8.1-ci maddəsinin dördüncü cümləsində, 10.1-ci maddəsinin ikinci cümləsində, 13.4-cü maddəsində, 15.8-ci maddəsinin birinci cümləsində, 18.3-cü maddəsinin ikinci cümləsində, 25.2-ci, 25.8-ci, 26.2-ci, 28.10-cu (ikinci halda) və 36.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.3. həmin Qanunun 5.1.7-ci, 6.7.3-cü, 6.7.8-ci və 6.8-ci maddələrində, 6.11-ci maddəsinin birinci cümləsində, 6.12-ci və 8.2-ci maddələrində, 9.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 9.2-ci maddəsinin birinci cümləsində, 10.2-ci maddəsində, 11.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 11.2-ci maddəsində, 12-ci maddəsinin ikinci cümləsində, 13.1-ci maddəsində, 13.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 13.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 14.1-ci maddəsində, 15.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.2-ci maddəsinin dördüncü cümləsində, 15.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 16.2-ci maddəsinin birinci cümləsində, 16.4-cü, 17.1-ci və 17.2-ci maddələrində, 18.1-ci maddəsinin ikinci cümləsində, 18.2-ci maddəsinin birinci cümləsində, 20.1-ci maddəsinin üçüncü və doqquzuncu cümlələrində, 20.2-ci maddəsinin üçüncü cümləsində, 21.1.9-cu və 23.1.11-ci maddələrində, 25.1-ci maddəsinin dördüncü cümləsində, 27-ci maddəsində, 28-ci maddəsinin adında, 28.1-ci maddəsinin birinci cümləsində, 28.2.2-ci, 28.7-ci, 28.10-cu (birinci halda), 28.11-ci, 31.2.3-cü və 31.2.17-ci maddələrində, 32.1-ci maddəsinin ikinci, dördüncü və beşinci cümlələrində, 32.2-ci maddəsinin birinci cümləsində, 32.6-cı maddəsinin ikinci cümləsində, 33.3-cü və 34.4-cü maddələrinin birinci cümlələrində, 35.4-cü maddəsində, 36.2-ci maddəsinin ikinci cümləsində, 36.3-cü maddəsinin birinci abzasının birinci cümləsində, 38.1-ci maddəsinin ikinci cümləsində, 38.2–38.4-cü və 38.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 2.2.1. üç ay müddətində: 2.2.1.1. həmin Qanunun 8.1-ci maddəsinin dördüncü cümləsinə və 10.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydalarını; 2.2.1.2. həmin Qanunun 25.2-ci, 25.8-ci və 26.2-ci maddələrinə uyğun olaraq, xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarlarını və hədlərini, habelə standart haqq üzrə avansın məbləğini; 2.2.2. dörd ay müddətində: 2.2.2.1. həmin Qanunun 13.4-cü maddəsinə uyğun olaraq, Xüsusi İcra Məmurları Reyestrinin aparılması qaydalarını; 2.2.2.2. həmin Qanunun 15.8-ci maddəsinin birinci cümləsinə və 18.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirlərini; 2.2.2.3. həmin Qanunun 28.10-cu maddəsinə uyğun olaraq, xüsusi icra məmurlarının fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydasını; 2.2.2.4. həmin Qanunun 36.5-ci maddəsinə uyğun olaraq, müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydasını; 2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi: 3.1. aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 3.1.1. üç ay müddətində: 3.1.1.1. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydasını; 3.1.1.2. həmin Qanunun 9.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibini və əsasnaməsini; 3.1.1.3. həmin Qanunun 11.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmuru şəhadətnaməsinin və xüsusi icra məmurunun xidməti vəsiqəsinin formalarını; 3.1.1.4. həmin Qanunun 13.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydasını; 3.1.1.5. həmin Qanunun 15.3-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, xüsusi icra məmurunun şəxsi möhürünün, təsdiq qeydi ştamplarının və blanklarının nümunələrini; 3.1.1.6. həmin Qanunun 20.2-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, icra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsini; 3.1.1.7. həmin Qanunun 32.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, Xüsusi İcra Məmurlarının İntizam Komissiyasının tərkibini və əsasnaməsini; 3.1.2. altı ay müddətində: 3.1.2.1. həmin Qanunun 12-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimin keçirilməsi qaydalarını; 3.1.2.2. həmin Qanunun 15.2-ci maddəsinin dördüncü cümləsinə uyğun olaraq, xüsusi icra məmurunun ofisində iş qaydasını; 3.1.2.3. həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması qaydalarını; 3.1.2.4. həmin Qanunun 20.1-ci maddəsinin doqquzuncu cümləsinə və 38.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmurunun icraata qəbul edə biləcəyi işlərin, o cümlədən onun razılığı ilə icraatına yönəldilə biləcək həmin Qanunun qüvvəyə minməsindən əvvəl verilən icra sənədlərinin sayının yuxarı hədlərini; 3.1.2.5. həmin Qanunun 38.2-ci maddəsinə uyğun olaraq, xüsusi icra sisteminin Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tətbiq edilmə mərhələlərini; 3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün. 4. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 25 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 445 nömrəli Fərmanı) adında, preambulasında və 2.1-ci bəndində “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31, № 3, maddə 257, № 5 (I kitab), maddələr 516, 518, № 9, maddə 999, № 12 (II kitab), maddə 1378; 2025, № 4 (I kitab), maddə 341; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 iyul tarixli 429 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 5.1. aşağıdakı məzmunda 8.15-3-cü və 8.15-4-cü bəndlər əlavə edilsin: “8.15-3. xüsusi icra məmuru şəhadətnaməsini verir; 8.15-4. Xüsusi İcra Məmurlarının Reyestrini aparır;”; 5.2. III hissə üzrə: 5.2.1. 9.22-ci bənd aşağıdakı redaksiyada verilsin: “9.22. məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin dövlət icra məmurları tərəfindən icrasının təmin olunmasını təşkil etmək;”; 5.2.2. 9.23-cü və 9.25-ci (birinci halda) bəndlərə “icra” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin; 5.2.3. aşağıdakı məzmunda 9.33-2-ci və 9.33-3-cü bəndlər əlavə edilsin: “9.33-2. xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət etmək; 9.33-3. Xüsusi İcra Məmurlarının Reyestrini aparmaq və onun daim yenilənməsini təmin etmək;”; 5.3. aşağıdakı məzmunda 10.5-2-ci bənd əlavə edilsin: “10.5-2. xüsusi icra məmurlarına xüsusi icra məmuru şəhadətnaməsi vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnaməni ləğv edərək xüsusi icra məmurunun fəaliyyətinə xitam vermək;”. 6. “Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 303 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 622 (Cild I) 2.4-cü bəndinə birinci halda “icra” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin. 7. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529; 2025, № 5, maddə 459) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.15.15-ci yarımbəndinə “icra” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin. 8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 8.1. 56-cı hissəyə və 57.1-ci bəndə “icra məmurları” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilsin; 8.2. 58-ci hissəyə “Məcəllənin” sözündən əvvəl “Bu Siyahının 58-3-cü hissəsi nəzərə alınmaqla,” sözləri, “əlaqədar” sözündən sonra “dövlət” sözü əlavə edilsin; 8.3. 58-1-ci hissəyə hər iki halda “icra” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin; 8.4. aşağıdakı məzmunda 58-3-cü hissə əlavə edilsin: “58-3. Məcəllənin 528-ci maddəsində (xüsusi icra məmurlarının icraatında olan məhkəmə və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrası ilə bağlı) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol – xüsusi icra məmuru.”. 9. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 245 (Cild I) 16-cı hissəsinə “olaraq” sözündən sonra “dövlət” sözü əlavə edilsin. 10. Bu Fərmanın 1-ci, 4–9-cu hissələri və 3.1.2.5-ci abzası 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.