ABŞ vitse-prezidenti regiona gəlir - İrəvanda hazırlıq

ABŞ-dan olan nümayəndə heyəti bir neçə gün əvvəl Ermənistana gəlib. Onların gəlişi ABŞ-ın vitse-prezidenti Ceyms Vensin regiona səfərinə hazırlıqla əlaqəli olduğu bildirilir.

Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qeyri-rəsmi məlumatlara görə, nümayəndə heyəti üçün Armenia Marriott otelinin ayrıca mərtəbəsi ayrılıb.

ABŞ vitse-prezidenti C.D.Vensin İrəvana səfərinin 9 fevrala planlaşdırıldığı bildirlib. Onun daha sonra Bakıya səfər edəcəyi gözlənilir.

Share on Facebook