Aprelin 13-də Baş nazir Nikol Paşinyan Ermənistanın iri işəgötürənlərinin nümayəndələri ilə işçi yeməyində iştirak edib.
Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə əsasən iqtisadi məsələlər müzakirə olunub.
Paşinyan bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yeni inkişaf mərhələsi başlayır.
O deyib: “Biz TRIPP layihəsinin işə salınması ilə bağlı bir sıra böyük hadisələr gözləyirik. Bu layihə mühüm əhəmiyyət daşıyır, çünki Ermənistan sonda blokadadan tam çıxacaq. Faktiki olaraq indi də Ermənistan blokadanı aşmış sayılır, çünki Azərbaycan ərazisindən artıq dəmir yolu yük daşımaları mümkündür və həyata keçirilir. Eyni zamanda Gürcüstan üzərindən də ixrac daşımaları TRIPP layihəsi işə düşənə qədər mümkündür. Vacib məqam ondan ibarətdir ki, siyasi razılaşmaya görə bu dəmir yolu heç vaxt bağlanmayacaq. Bu, həm idxal, həm də ixrac üçün etibarlı marşrutdur”,- deyə baş nazir bildirib.
