Rusiya Hərbi Hava Qüvvələrinin 76-cı qvardiya desant-hücum diviziyasına (Pskov diviziyası) rəhbərlik edən polkovnik Əbdüləziz Şıxabidov Ukraynada öldürülüb.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Şıxabidov 76-cı diviziyanın komandiri vəzifəsinə şəxsən Rusiya Prezidenti Vladimir Putin tərəfindən, 2025-ci il martın 10-da təyin edilmişdi.
Qeyd edək ki, Şıxabidov bu vəzifəyə təyin edilməzdən əvvəl Cənubi Osetiya və Suriyada gedən döyüşlərdə iştirak edib. O, üç “Şücaət” ordeni və Suvorov ordeni, həmçinin 1-ci və 2-ci dərəcəli “İgidliyə görə” və “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.