Uzunmüddətli sülh üçün məqbul şərtlər olmasa, Ukrayna hərbçiləri yalın əllərlə belə döyüşəcəklər.
Sozcu.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ABŞ Sentındakı dinləmələrdə deyib.
“Ukrayna müqavimətinə gəldikdə, artıq bir neçə ildir ki, xalqı və ordusu lazımi səviyyədə qiymətləndirilmir. Kəşfiyyat nöqteyi-nəzərindən öz düşüncələrimdən və müşahidələrimdən əmin oldum ki, əgər davamlı sülh üçün məqbul şərtlər olmazsa, məcburiyyət yaranarsa, onlar yalın əllə də döyüşəcəklər”, - Retkliff bildirib.