Əbülfəz Elçibəy bircə günlük aramızda görsənə...

Bəlkə də bir çoxları məndən belə bir fikir gözləmirdi.

Amma hər şeyin "ağı" çıxarılan məqamda bəzən mən də özümü "ələ ala" bilmirəm.

  Nə isə....

  Hərdən düşünürəm ki, Allah bir möcüzə göstərə və ƏBÜLFƏZ ELÇİ BƏYİ bircə günlüyə aramıza "göndərə".

   Bilirsinizmi nə üçün???

   İctimai fikirdə özünü yaxın olduğunu sırıyaraq ONUN adından istifadə edənlərin, şəxsi çıxarlarından dolayı ONUN adından yalan satanların, kimlərəsə xoş gəlmək üçün baş vermiş hadisələri ONUN adından saxtalaşdıraraq ictimai rəyi əleyhinə yönəltməyə çalışanların, ONU "dost" tutaraq düşmən dəyirmanına su tökənlərin ÜZLƏRİNƏ TÜPÜRMƏK üçün.

   Bu fikrim xüsusilə, ağlının ikinci uşaqlıq dövrünü yaşayan, amma iştah dişləri yeni çıxmış qocalara və qarılara aiddir.

   RUHUN ŞAD, MƏKANIN CƏNNƏT OLSUN, BƏY.  

Yaxşı ki, zamanında tərk etdin bizləri. Özlərini dost kimi göstərənlərin bir çoxlarının əks sifətlərini görmədin.

Ədalət Yusub

Share on Facebook