Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq.
Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar xalqa müraciətində deyib.
“Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir, bu yolla irəliləyəcəyik. Bölgəmiz sülh və firavan yaşamaq haqqını qazanıb və belə də olmalıdır”, - baş nazir bildirib.
Nikol Paşinyan vurğulayıb ki, bütün daxili təxribatlara və digər amillərə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq.