Türkiyədə Bələdiyyə seçkilərinə 5 gün qalır - Həsən Türksoy

Mən sizə bu seçkinin siyasi tərəfindən söz açmayacam məqsədim sistem haqda danışmaqdır.

Türkiyədəki Yerəl(Bələdiyyə) seçki sistemi çox unikal bir sistemdir. Seçici yaşadığı yerə görə 3 fərqli formada səs verir. Məsələn: Türkiyədə rəsmi olaraq 81 İl(Vilayət) var. Bunların da 30-nun Böyükşəhər statusu var. Deyək ki İzmirdə yaşayan seçici seçki məntəqəsinə daxil olduqda 1 yox 5 fərqli bülleten alır. Bunlar:

•Böyükşəhər Bələdiyyə Başqanı

•Böyükşəhər Bələdiyyə Məclisi üzvləri

•Şəhər(İlçe) Bələdiyyə Başqanı

•Şəhər(İlçe) Bələdiyyə məclis üzvləri

•Məhəllə Başqanı (Muhtar)

Böyükşəhər statusu olmayan 51 İldə(Vilayətdə) isə seçiciyə 4 fərqli bülleten verilir:

•İl(Vilayət) və ya İlçe(Şəhər) Başqanı

•İl(Vilayət) məclis üzvləri

•İlçe(Şəhər) məclis üzvləri

•Məhəllə Başqanı (Muhtar)

İlçelere (Şəhər) tabe olan kəndlərdə:

•İl(Vilayət) məclis üzvləri 

•Kənd Bələdiyyə Başqanı 

•Kənd Bələdiyyə məclisi üzvləri

•Məhəllə Başqanı (Muhtar)

Bir qədər bizim sistemə bənzər İcra hakimi tipində Valiliklər və Kaymakamlar(Vali nümayəndəsi) da var ki, Valiləri İllərə(Vilayətlərə) Prezident təyin edir və səlahiyyətləri elə də geniş deyil tam səlahiyyəti yalnız polis üzərində var. Kaymakamları(Vali Nümayəndələrini) isə Valilər İlçelere(Şəhərlərə) təyin edir. Kaymakamlar Bələdiyyə Başqanının razılığı olmadan ciddi bir iş görə bilməz. 

Bundan başqa əgər Bələdiyyə Başqanı cinayət törədərsə prezident tərəfindən qəyyum təyin olunur. Yox Bələdiyyə Başqanı istefa verərsə və ya ölərsə məclis üzvləri arasından yeni başqan seçilir.

Seçkilərdə isə Bələdiyyə Başqanları və Məhəllə Başqanları (Muhtarlar) majoritar qaydada, Məclis üzvləri isə D'hont sisteminə uyğun seçilir.

Millət vəkilləri və Dövlət Məmurları Bələdiyyə Başqanı və ya məclis üzvü seçilərsə iki mandatdan birini seçməlidirlər.

Yerli əhalidən toplanan vergilər, partiyaların təşkilatlarına verilən pullar,ərazilər, alqı-satqı və s. məsələlərin səlahiyyəti tam olaraq Bələdiyyələrdədir. Buda Bələdiyyə seçkilərinə xüsusi maraq qatır.

Həsən Türksoy

Share on Facebook