Təxminən iki il əvvəl Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Şuşada məktəb açımaq istədiyi haqqında məlumat yayıldı. Bu məlumat MHP-i sədrinin “Twitter” üzərindən yaydığı bir açıqlamaya əsaslanırdı. Həmin açıqlamada Dövlət Baxaçılı belə yazmışdı: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu məqsədəuyğun hesab edərsə, Şuşada şəxsən mənim göstərişimlə doqquz fənn üzrə ibtidai məktəb inşa etmək bizim məqsədimizdir”.
Bu məlumat yayıldıqdan sonra bunun əleyhinə çıxaraq Azərbaycanda heç bir xarici siyasi qüvvənin və dini cəryanın orta məktəb açmasının yol verilməz olduğunu bildirmiş, bu səbəbdən də Türkiyənin Milliyətçi Hərəkat Partiyasına bağlı “Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi”nin Şuşada məktəb açmasına icazə verililməsinə də qarşı çıxmışdım.
Bu müzakirələrin getdiyi bir zamanda sosial şəbəkələrin Azərbaycan seqmentində belə bir fikir yayıldı ki, Dövlət Baxçalıya Şuşada məktəb tikməsinə icazə verilməyib. O zaman iştirak etdiyim bütün müzakirə və yayımlarda bu qərarı dəstəklədim. Dostlarımızın bəziləri buna görə məni qınadı, bəziləri isə incidi.
Türkiyənin böyük bir ərazisində milyonlarla insan üçün faciəyə çevrilən zəlzələnin baş verdiyi gündən Dövlət Baxçalının mövqeyi mənim iki il əvvəlki mövqeyimin nə qədər doğru olduğunu göstərir. Zəlzələ bölgəsində zərərçəkənlərin fəryadlarını dinləmək, istəklərinə qarşı həsas olmalı olan 75 yaşlı bir siyasi lider insanları təhdid edir: “Sayın Cumhurbaşkanımızın ve diğer yetkililerin ziyaretlerini sabote etmeye hakkınız yok. Sessizlik olacak”.
Belə bir düşüncə sahibinin Azərbaycanın mədəniyyət paytaxtında məktəb açmasından absurd heç nə ola bilməzdi.
Xəqani Cəfərli, politoloq
Sozcu.az