Almaniyada parlament (Bundestaq) seçkilərinə start verilib.
Sozcu.az xəbər verir ki, ölkədə seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 11:00) açılıb.
Seçkilərdə 29 partiya iştirak edir, lakin əsas rəqabət aşağıdakı siyasi qüvvələr arasındadır:
Fridrix Mertzin lideri olduğu Xristian-Demokratik İttifaqı;
Elis Vaydelin lideri molduğu Almaniya üçün Alternativ;
Hazırki kansler Olaf Şoltsun lideri olduğu Almaniya Sosial Demokrat Partiyası.
Keçirilən son sorğulara görə, Fridrix Mertzin lideri olduğu Xristian-Demokratik İttifaqı səslərin 30 faizini əldə edəcək.