Cəmiyyətin düşüncəsi işıqlı, aydın olmalıdır!
O zaman cəmiyyət demokratiyanı anlayır!
Bəzən elə hiss olunur ki, cəmiyyət elə bil ki, düşüncəsinə görə işıqlı yox, sanki qaranlıq bir aləmdədir.
Şair-jurnalist kimi elə hey düşünürəm ki, düşüncə baxımdan qaranlıqda yaşayan cəmiyyət demokratiyaya hansı prizmadan baxa bilər?
Yəni fikirlərinə, düşüncələrinə qaranlığı rəva bilən bir cəmiyyət demokratik fikirli ola blərmi?
Çünki zülmətdə olanlar işıqlığı görə bilməz.
Mənə elə gəlir ki, fikirləri zülmət qaranlığa bürünmüş bir cəmiyyət demokratiyanı dərk etməkdə çətinlik çəkir.
Demokratiyanı dərk etmək üçün cəmiyyətin fikirləri, düşüncələri işıqlı, aydın olmalıdır.
Bu, birmənalı olaraq belədir.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist