Azərbaycanın başına gələn bəlaların hamısı Rus və Fars şovinistlərinin əli ilə gəlib. Ən çox da Rusun. İndi gəlin baxaq görək bəs hər şeyi qüdrətli,daim bizdən güclü olan rusa biz nə etmişik? Yəni onun o boyda rus gücünə qarşı hansı güc tətbiq edərək haradasa uğur,qələbə əldə edə bilmişikmi? Etmişiksə necə,nə cür və harada etmişik?.. Bəli edə bilmişik. Rus qoşunları iki dəfə Azərbaycanda ağır məğlubiyyətə düçar olub. İkisində də bu hadisələr Şəmkirdə olub. Birinci dəfə keçən əsrin əvvəllərində 1918-ci il yanvar ayının 08-də AzərbaycandanTürkiyəyə gedən rusların qarşısını Şamxor stansiyasında kəsən Azərbaycanlılar 2000( iki min) nəfərdən çox Rus və Ermənini məhv etmiş,sıradan çıxartmış və onların hamısını tərksilah edərək onların Türkiyəyə getməsinə yol verməmişlər. Bu həmin ərəfədə bütün düşmənlərinə qarşı eyni zamanda döyüşən Türkiyəyə böyük kömək oldu. İkinci dəfə isə keçən əsrin sonlarında 1992-ci ilin 14 iyununda Şəmkirdə yerləşən 861 saylı alay sayları cəmi 100 (yüz) nəfərə çatan qüvvə ilə hücum edərək Şəmkirdə yerləşən hərbi Aerodromu Ruslardan aldı. Bu əməliyyat ağlasığmaz,fantastik surətdə həyata keçirilən əməliyyat oldu. Belə ki, rusların aerodromdakı əsgər,gizir,MAXE və zabit heyətinin birlikdə sayı təxminən 1500(min beş yüz) nəfərə yaxın idi. Biz aerodroma daxil olduqdan sonra Şəmkirin mərkəzində yerləşən Desant Şturm Briqadası da onların köməyinə gəldi. Nəzərə alsaq ki, desantların da sayı 1000(min)nəfərə yaxın idi (balacasının boyu 1m 90 sm olardı) İndi əziz dostlar özünüz aerodromda nələr olduğunu,ola biləcəyini təsəvvür edin. Yenə yazıram - Bizim cəmi sayımız 100(yüz)nəfər yox idi. Bu mübarizə bizə mütləq lazım idi. Biz özümüzü sübut etməli, mütləq formada silahlanmalı idik. Silahı da yalnız rusları tərksilah edərək ələ keçirməli idik. Bu gün mən bu yazıları yazıramsa demək bu işin öhdəsindən layiqincə gəlmişik. Biz aerodromda olan bütün silahları ələ keçirib tam silahlandıq və sonralar Gədəbəy uğrunda döyüşlərə qatıldıq... Demək şöhrəti yer üzü ilə bir olan ruslara da istəyəndə qalib gəlmək olar. Biz ruslara qarşı 45 sutka canavarlar kimi üz-üzə, ağız ağıza duraraq Azərbaycan üçün son dərəcə əhəmiyyəti olan aerodromu qoruyub saxladıq,əldən vermədik. Məhz 1992--1994-cü illərdə Qarabağda erməniləri bombalayan qırıcı təyyarələrimiz bu aerodromdan uçurdular. Amma çox əfsuslar olsun ki, belə bir mühüm əməliyyat barədə məlumat heç yerdə öz əksini tapmamışdır. Elə isə mən sizə əldə etdiyimiz qənimətlərlə tanış edim:
--- MiQ-25 (qırıcı təyyarə) -- 5(beş)ədəd.
--- Su-24 (qırıcı təyyarə) -- 11(on bir)ədəd.
--- İl-76 (ağır yükdaşıyan təyyarə)--3(üç)ədəd.
--- Atıcı silahlar -- 2436 (iki min dörd yüz oyuz altı)ədəd.
--- Yanacaq sürtkü materialları 3000 (üç min) tona qədər.
--- Xüsusi təyinatlı aviasiya və mühəndis texnikaları-- 300 (üç yüz)-dən çox.
--- Və külli miqdarda ərzaq ehtiyyatı və Aviaəmlak...
İndi isə həmin aerodromu ələ keçirən,əməliyyata rəhbərlik edən hərbçilərin bir qisminin adını qeyd edirəm:
--Hərbi hissə komandiri - Polkovnik leytenant Cahangir Rüstəmov.
--Hərbi hissə komandirinin müavini baş leytenant Dilqəm Əliyev.
--Rota komandiri kapitan İlham Əliyev.
--Rota komandiri leytenant Əliyar Novruzov.
--Taqım komandiri leytenant Yasin Rüstəmov.
--Taqım komandiri leytenant Qalib Hüseynov.
-- Minomyot Batareyasının komandiri leytenant Aydın Məhərrəmov.
--Taqım komandiri Oruc Mahmudov.
--Taqım komandiri gizir Tahir Vəliyev.
--Gizir Namiq Abbasov.
--Gizir Şahin Adıgözəlov.
--Gizir İlham Adıgözəlov.
--Gizir Adil Şükürov.
--Gizir Yusif Musayev.
--Gizir İlham İsgəndərov.
--Könüllü Həsən Abdullayev.
--Əsgər Qoşun Ələkbərov.
--Əsgər Ələddin Cəfərov.
--Könüllü İlqar Məhərov və ... adlarını yazmadığım başqa igidlər...
Diqqətinizə olduqca mühüm bir şeyi də çatdırmaq istəytirəm. Belə ki, bu əməliyyat zamanı,ruslara qarşı durduğumuz qeyri bərabər 45 sutkada bizə Şəmkir camaatı çox böyük dəstək oldu. Onlardan bəzilərini sizlərin yadına salmaq istəyirəm:
-- Şahbaz Süleymanov( Saşa dayı) --Şəmkir konyak zavodunun direktoru.
-- Hafiz İbrahimov-- Şəmkir şərab zavodunun direktoru.
-- Malik müəllim-- Şəmkir şərab zavodu.
-- Fəxrəddin Məmmədov --Şəmkir beton zavodunun direktoru.
-- Firdovsi Ələkbərov -- Şəmkirli xeyriyyəçi.
-- Füzuli Ələkbərov -- Şəmkirli xeyriyyəçi.
-- Abdulla Sadıqov -- Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı...
... Mən bu siyahını da uzada bilərəm. Ancaq hamısının adını tam yaza bilmirəm.(bir çoxunu unutmuşam). Bu insanlardan bəziləri artıq həyatda olmasa da onların hamısı həmin əməliyyatın iştirakçılarının yaddaşında ömürlük qalacaqlar... ALLAH ölənlərə Rəhmət, qalanlara can sağlığı versin...
Dilqəm Əliyev - Birinci Qarabağ müharibəsi qazisi, peşakar hərbiçi