Trampın nümayəndəsi Kiyevdə

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər edib.

Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Kiyevdə onu ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink qarşılayıb.

Kelloq qeyd edib ki, səfər zamanı o, Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcək, sonra isə danışıqların məzmununu ABŞ prezidenti Donald Trampa çatdıracaq.

Keyt Kelloqun Ukrayna prezidenti Volodimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və müdafiə naziri Rustem Umerovla görüşü gözlənilir.

Share on Facebook