NASA qərargahının əməkdaşları Trampın sərəncamından sonra tarakanlardan şikayət ediblər

ABŞ Prezidenti Donald Trampın bütün federal işçilərin ofisə işə qayıtması barədə əmrindən sonra NASA işçiləri qərargahda tarakanlarla və masa çatışmazlığı ilə üzləşiblər.

Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Yanvarın 20-də inauqurasiyadan sonra Tramp bütün federal işçilərə pandemiya zamanı keçmiş Vaşinqton administrasiyası tərəfindən aktiv şəkildə həyata keçirilən evdən işləmək təcrübələrinə son qoyaraq, dərhal ofislərinə qayıtmağı əmr edən sərəncam imzalayıb.

“Reuters” xəbər verir ki, NASA-nın ABŞ paytaxtında yerləşən qərargahının əməkdaşları keçən ay işə qayıdanda ofislərinin döşəmələrində tarakanlar və su kranlardan sürünən digər həşəratlar aşkarlayıblar. Agentlik həmçinin yazıb ki, yazı masası çatışmazlığı səbəbindən çoxları stullarda oturaraq işləyirmiş.

Məqalədə qeyd edilir ki, “Reuters” ofisdə işləməyə qayıdan bir neçə nümayəndə ilə danışıb. Daxili Gəlir Xidmətinin (IRS) baş qərargahının meneceri deyib ki, o, masası olmadığından konfrans zamanı kompüterini qucağına alıb yerdə oturmalı olub.

Şöbə əməkdaşları yararsız iş şəraiti arasında internetin olmamasını da qeyd ediblər. Qeyd olunur ki, onlardan bəzilərinə mobil telefonlarından "Wi-Fi"ın giriş nöqtələri kimi istifadə etmək tapşırığı verilib.

Share on Facebook