Martın 2-də Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann ilə görüşüb.
Partiyadan verilən məlumata görə, görüşdə Almaniya-Azərbaycan münasibətləri, Azərbaycanda ictimai siyasi vəziyyət, Qarabağ nizamlanması, siyasi məhbuslar, Müsavat Partiyası və Almaniya səfirliyi arasındakı münasibətlər və digər məsələlər müzakirə olunub.
Görüşdə Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Nemət Kərimli və səfirliyin birinci katibi Marsel Vietor iştirak ediblər.
Basta