Təl-Əviv hava limanı hipersəs raketlə vuruldu

Ənsarullah hərəkatı (husilər) Təl-Əvivin Ben Qurion hava limanına səsdən sürətli raketlə hücum edib.

Sozcu.az xəbər verir ki, bu barədə hərəkat özü açıqlama yayıb.

“Biz işğal altındakı Yaffa bölgəsində yerləşən Ben Qurion hava limanını Fələstin-2 hipersəs ballistik raketi ilə vurduq. Bütün aviaşirkətlərə xəbərdarlıq edirik ki, Ben Qurion hava limanı hava hərəkəti üçün təhlükəli hala düşüb və belə də qalacaq”, - Husilərin yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, hücumun nəticələri ilə bağlı məlumat yoxdur.

Share on Facebook