ABŞ-ın Rusiyaya qarşı sanksiyaları hazırdır, Konqres və Ağ Ev onları təsdiqləməyə hazırdır.
Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Keçən həftə sonu senator Lindsi Qremlə danışdım. Anladığım qədər, sanksiyalar hazırdır. Layihə 2025-ci il “Rusiya Sanksiya Aktı” adlanır. Bu, sanksiyalar kifayət qədər ağırdır. Məsələn, ABŞ-a idxalda gömrük dərəcəsi 500% təşkil edir. Konqresdə və Ağ Evdə bu məsələ ilə bağlı yekdil fikir var. Rusiya neft dövlətidir. Gəlirinin böyük hissəsini neft-kimya sənayesindən əldə edir. Bu sanksiyaların hədəfi məhz bu sənayedir”, - o bildirib.