Makrondan Putinlə bağlı sərt açıqlama

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin “sülhün tərəfində” olmadığını və bunun əksini düşünənlərin yanıldığını bildirib.

Sozcu.az xəbər verir ki, onun bu sözlərini Le Monde nəşri Polşa Baş naziri Donald Tuskla keçirdiyi birgə mətbuat konfransına istinadla yayıb.

"Prezident Putin sülhün yox, müharibənin tərəfindədir və onun sülh istədiyini düşünənlər yanılır", - deyə Fransa prezidenti deyib.

Makron, həmçinin Ukraynada “güclü və davamlı sülh qurmaq” arzusunu ifadə edib. O, həmçinin Rusiyanı "tarixi yenidən yazmaq" cəhdi iddiasına görə qınayıb.

Share on Facebook