İllər...

İllər saçımıza ağ işıq çəkdi,

Hər tel bir xatirə, hər tel bir nəfəs.

Ömür ötüb keçdi – dedi: “Əbəsdi”,

Hər baxış bir yaddaş, ötəri həvəs.

İllər... Nə qəribə nağıl yazıbdır –

Bir az gül, bir az qəm, bir az da sükut.

Uşaqlıq keçmişdə sanki azıbdır,

Gələcək göz yaşı, təsəlli, ümüd.

İllər bir məktubdur Tanrıdan gələn,

Birində bir ümid, birində həsrət.

İllər saat deyil – günləri hörən,

Ömür, qəlbdən keçən gizli bir surət.

İllərdən keçdikcə böyümürük biz –

Hər yaş bir güzgüdür, sanki toz tutub.

Sadəcə ələnib azaldıqca biz,

Gələn nəsillər də bizi unudub.

Soraqlar aldıqca itmiş zamanla,

Bir şəkil, bir mesaj, bir qorxu yetər.

Birdən anlayırıq – sanki dumanla

Ötüb getməkdədir artıq bu qatar.

Zaman da dəyişdi, ömür də susdu,

Səsimiz qalıb daş yaddaşlarında.

Bir vaxt adı ilə çağrılan dostlar,

Adların yazdırıb başdaşlarında.

Zakir İsmayil

Share on Facebook