İsrailin Qəzza zolağında humanitar yardım paylama mərkəzində fələstinlilərə hücumu nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Sozcu.az xəbər verir ki, bu barədə anklav hökumətinin mətbuat xidməti məlumat yayıb.
"İsrailin yeni cinayətləri nəticəsində ABŞ-İsrail humanitar yardım paylama mərkəzlərində çərşənbə axşamı səhər saatlarından etibarən ölənlərin sayı 36-ya yüksəlib, 208-dən çox yaralı var", - bəyanatda deyilir.