Türkiyənin bu ölkədəki səfiri öldü

Türkiyənin Maltadakı səfiri Erdeniz Şən vəfat edib.

Sozcu.az xəbər verir ki, bu barədə Maltanın xarici işlər və turizm naziri İan Borq (Ian Borg) X hesabında yazıb.

Nazir bu hadisədən dərin kədər hissi keçirdiyini vurğulayıb:

"Onun diplomatik fəaliyyəti və ölkəsinə xidməti hörmətlə xatırlanacaq".

XİN başçısı səfirin ailəsinə, həmkarlarına, Maltadakı Türkiyə səfirliyinə və Türkiyə xalqına başsağlığı verib.

Share on Facebook