Uşaqları, böyükləri diri-diri basdırıblar - Zelenski

Rusiya atəşkəsə hazır olduğunu deyirsə, Ukraynaya kütləvi zərbələrini dayandırmalıdır.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CAR Prezidenti Siril Ramafosa ilə keçirdiyi mətbuat konfransında deyib.

“Kiminsə daxilində nə baş verdiyini bilmirəm, amma ukraynalıların səbri davam gətirməyəcək. Başa düşürsünüz? Çünki biz hücuma məruz qalmışıq. Və başqa heç kim. Bunu heç kimə arzulamazdım, amma biz Rusiya raketlərinin hücumu altındayıq. Ukraynanın terrorçularla danışıqlar masasına oturmağa hazır olması artıq böyük kompromisdir. Bizə hücum ediblər, ərazilərimizi işğal ediblər, uşaqları, böyükləri diri-diri basdırıblar”, - Zelenski bildirib.

Share on Facebook