Vladimir Zelenski ilə Çin lideri Si Szinpin arasında görüş təşkil etməyin vaxtı çatıb.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
Onun fikrincə, Pekinin neytral mövqeyini qorumaq üçün Si Szinpin və Zelenski arasında görüşün baş tutması çox zəruridir.
Qeyd edək ki, Yermak ötən il də Kiyevin Çin lideri Si Szinpinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşə ümid etdiyini bildirmişdi.