Atam-anam Daşqının yolunu gözləyə-gözləyə dünyadan köçdülər.
“Report”un Yuxarı Şirvan bürosuna Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Daşqın Behbudovun böyük qardaşı Aydın behbudov bildirib.
O, anasının dərdə dözə bilməyərək insult keçirdiyini və 11 il yataq xəstəsi olduğunu söyləyib:
"Hər gün evin qapısı açılanda gözləri ora dikilirdi, bayırdan səs gələndə: "Görün, bəlkə gələn Daşqındır", - deyirdi. Anam hər dəfə: "Nə olardı Daşqın gələrdi", - söyləyirdi. Amma Daşqın gəlmədi. Qardaşımın ayrılıq həsrətinə nə anam, nə də atam tab gətirdi. Son sözləri də: "Qardaşınızı axtarıb tapın", - oldu".
Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Daşqın Nəsrəddin oğlu Behbudovun nəşinin qalıqları Göyçay rayonunun Mırtı kəndində dəfn edilib.