Rüstəm nişanlı idi, gəlməyinə 10 gün qalmışdı…

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusuyla vida mərasimi keçirilib.

Sozcu.az Report-a istinadən xəbər verir, 2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.

Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu İmanovla birlikdə qar uçqunu nəticəsində həlak olub.

***

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib.

2005-ci il təvəllüdlü Rüstəm Həmidov vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.

Share on Facebook