Suriyanın Aralıq dənizi sahilindəki Latakiya, Tartus və Hüms əyalətlərində martın 6-dan bəri baş vermiş toqquşmalarda azı 532 mülki şəxs həlak olub.
Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, toqquşmaların başlanğıcından həlak olanların ümumi sayı 745-ə çatıb. Bu rəqəmə 213 döyüşçü daxildir: yeni Suriya hakimiyyətinə tabe olan təhlükəsizlik qüvvələrinin 93 nümayəndəsi və keçmiş prezident Bəşər Əsədin tərəfdarları tərəfindən yaradılmış silahlı birləşmələrin 120 üzvü.
Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Hüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli atışmalar Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.