Fələstin müdafiəçilərinin Türküstan xəyanəti

Xəqani Cəfərli, politoloq 

Böyük Britaniyanın BMT-dəki səfiri hörmətli Ceyms Kariuki tərəffindən hazırlanmış Çinin Şərqi Türküstanda soyqırımı siyasətini və insan hüquqlarını pozulmasını pisləyən bəyanatı ABŞ, Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Esvatini, Fici, Finlandiya, Fransa, Almaniya, Qvatemala, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Monako, Monteneqro, Nauru, Hollandiya, Şimali Makedoniya, Yeni Zelandiya, Norveç, Palau, Paraqvay, Polşa, Portuqaliya, Marşal Adaları Respublikası, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə , Tuvalu, Ukrayna və İsrail dəstəkləyərək imzalayıblar. Çinin müsəlman uyğurlara qarşı soyqırımını pisləyən bəyanatı imzalayanlar arasında yalnız bir müsəlman ölkəsi, Albaniya var. 

Qəzzanın müdafiəsinə qalxan türk dövlətləri Çinin uyğurlara və digər türklərə qarşı soyqırımı siyasətini pisləyən bəyanata imza atmağa cəsarət etməyib. 

Uyğurları terrorçu hesab edən, Çinin uyğurlara qarşı soyqırımı siyasətini terrorizmlə mübarizə kimi qiymətləndirən Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin muxtariyyatını, onun bir hissəsi Qəzzanı müdafiə edən saxta türkçülərin hörmətli səfir Ceyms Kariukinun hazırladığı bəyanatı imzalamaması Türküstana xəyanətdir. 

Azərbaycanın adından Şərqi Qüdsün paytaxt olması şərti ilə müstəqil Fələsitin dövlətinin qurulmasının tərəfdarı olduğunu bəyan edən xarici işlər naziri Ceyhun Bayramovu qınayır, dost İsrail dövlətinin maraqlarına zidd mövqeyini qətiyyətlə pisləyirəm.  

Qəzza üçün küçə və meydanlara çıxan, ənənəvi və sosial mediada mahmud abbaslardan ibarət Fələstini Türküstanın müdafiəçilərindən olan İsrailə qarşı müdafiə edələri qınayır, doğru mövqe tutmağa çağırıram.  

Çinin uyğurlara qarşı soyqırımını pisləyən bəyanatın təşəbbüskarı Böyük Britaniyaya və onu dəstəkləyən 51 ölkəyə isə təşəkkür edirəm!

Mahmud Abbas demişdi ki, uyğur məsələsi insan haqları məsələsi deyil. Bu, Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizəsidir. Mahmud Abbasın bu sözlərini onun özünə qaytarmaq vaxtıdır. 

Fələstin məsələsi insan haqqları məsələsi deyil. Bu, İsrailin terrorizm və ekstremizlə mübarizəsidir!

Share on Facebook