Məmurları bər-bəzəkli villada, kasıbları isə daxmada yaşayan məmləkət...

"Desəm öldürərlər, deməsəm ölləm".

Şair necə də düzgün yazıb bu misraları...

Məmurları bər-bəzəkli villada, kasıbları isə daxmada yaşayan məmləkət...

Məlumdur ki, Azərbaycanda sosial-iqtisadi vəziyyəti aşağı olan, ağır durumda yaşayan yüzlərlə vətəndaşın mənzili yoxdur. Həmin vətəndaşlar məcburiyyət qarşısında qalaraq, ailə üzvlərilə birlikdə soyuq yarımtikililərdə, daxmalarda, zirzəmilərdə, eləcə də kommunal şəraiti olmayan "ev"lərdə səfalət içində kirayədə yaşayırlar. 

Çox qəribədir ki, zəngin ölkədə yaşayan vətəndaşların mənzili niyə olmasın ki? Şair-jurnalist kimi mənə çox təəccüblüdür ki, neft-qaz ölkəsi olan milyonlar səltənəti Azərbaycanda aztəminatlı və çoxuşaqlı ailələrin mənzili nə üçün yoxdur axı?

Azərbaycan saysız-hesabsız təbii sərvətlərə malik olduğu halda, belə bir zəngin məmləkətin vətəndaşlarının mənzili nəyə görə olmalı deyil?

Görəsən bunun səbəbi nədir?

Yəni yüksək vəzifəli məmurlar bu sualın cavabını bilmir? Əslində bu sualların ən düzgün cavabını məmurlar daha yaxşı bilir.

Hörmətli oxucular, bəs sizlər necə, bilirsinizmi bu sualların cavabını? 

Sizcə, bunun səbəbləri nədədir? Bu haqda düşünmüsünüzmü nə vaxtsa?

Yoxsa bu haqda düşünməyi hələ bu vaxta qədər ağlınızdan keçirməmisiniz?

Axı hansı səbəblər baxımından Azərbaycan adlı məmləkətdə məmurlar təmtəraqlı, möhtəşəm, bər-bəzəkli villada yaşayır, kasıblar isə daxmaya bənzər kirayə "ev"lərdə, (ev demək mümkünsə) min bir çətinlik içində, əzab-əziyyətlə dilənçi günündə yaşayır? 

Bu yedə sual yaranır. Bu məmləkətin çoxlu sayda təbii sərvətlərindən, eləcə də neftdən gələn milyonlar, milyardlar hanı bəs?

Zəngin ölkə olan Azərbaycanın yerüstü və yeraltı sərvətlərindən büdcəyə daxil olan maliyyə vəsaiti hara və necə xərclənir? 

Necə bilirsiniz, bu pul-para korrupsioner məmurların cibinə dolurmu?

Əgər belədirsə, haqq-ədalət budurmu?

Sözün bitdiyi andı.

XATİRƏ ƏZİZ Rəhimli

Şair-jurnalist

Share on Facebook